Bakı-20121. Türkoloji dilçiliyin keçdiyi tarixi inkişaf yolu 1. 1. I mәrhәlә 1.1.1. XI-XVIII...
Transcript of Bakı-20121. Türkoloji dilçiliyin keçdiyi tarixi inkişaf yolu 1. 1. I mәrhәlә 1.1.1. XI-XVIII...
-
1
M. M. Musayev
Türkoloji dilçilik
Bakı-2012
-
2
AӘRBAYCAN RESPUBLİKASI TӘHSİL NAZİRLİYİ
BAKI SLAVYAN UNİVERSİTETİ
M. M. MUSAYEV
TÜRKOLOJİ DİLÇİLİK
Dәrslik
Azәrbaycan Respublikası Tәhsil Nazirliyinin
23.01.2012-ci il tarixli 107 No-li әmri ilә tәsdiq edilmişdir
BAKI-2012
-
3
Bakı Slavyan Universiteti Elmi Şurasının qәrarı ilә çap olunur
Elmi redaktor: Әmәkdar elm xadimi,
Azәrbaycan Milli Elmlәr Akademiyasının müxbir üzvü, filologiya
elmlәri doktoru, professor KAMAL ABDULLAYEV
Rәyçilәr: filologiya elmlәri doktoru, professor
Ahmet Bican Ercilasun
filolologiya elmlәri doktoru, professor
Tofiq Hacıyev
filologiya elmlәri doktoru, professor
İkram Qasımov
Filologiya elmlәri namizәdi, dosent
Şaban Hüseynov
Mehman Musayev. Türkoloji dilçilik. Bakı, 2012.
Dәrslikdә ümumtürk mәdәniyyәti, türkologiya vә türkoloji dilçilik qavramları açıqlanır,
türk әdәbi dillәrinin sosiolinqvistik tәsnifi vә xәritәsi verilir. Türkoloji dilçiliyin Mahmud
Qaşqarlıdan günümüzә qәdәrki tarixi iki mәrhәlә vә dörd dönәmdә dövrlәşdirilir. Türkologiyaya
dair әsәrlәr müqayisәli, müqayisәli-tarixi; tәsviri, tәsviri-normativ vә tarixi-müqayisәli türkoloji
dilçilik metodologiyası baxımından öyrәnilir. Әrәb vә Hind-Avropa dilçilik mәktәbi әnәnәlәri vә
1970-ci illәrdәn bәri türkologiyada istifadә edilәn yeni linqvistik yönüm vә yöntәmlәrin tәtbiq
olunması qiymәtlәndirilir. Filologiya elmindә yeni olan linqvistik mәsәlәlәr dә dәrslikdә
gündәmә gәtirilir. Azәrbaycan türk әdәbi-bәdii mәtninin koqnitiv-konseptual, intellektual
özәlliklәrindәn, qavramlar dünyasından vә özәl mәtnqurucu işarәlәrindәn bәhs olunur. Bәdii
mәtnin әdәbi-, üslubi-, semiotik- vә konseptual-linqvistik tәhlillәri verilir.
-
4
Әziz müәllimim, Azәrbaycan Milli Elmlәr Akademiyasının akademiki, filologiya elmlәri
doktoru, professor Ağamusa Axundovun anadan olmasının 80 illiyinә ithaf edirәm.
KİTABIN İÇİNDӘKİLӘR
Ön söz
Giriş
-
5
1. Türklük vә türk dili qavramları
2. Ümumtürk mәdәniyyәtinin koqnitiv-konseptual layihәsi
3. Koqnitiv vә kompüter-mühәndis linqvistikası yönümlәri vә yöntәmlәri
3.1. Koqnitiv elm, koqnitiv linqvistika vә metalinqvistika qavramları
3.2. Linqvistik qavram
4. Türkologiya vә türkoloji dilçilik qavramları
4.1. Ortaq türk dili qavramı
4.1.1. Qohum dillәr, yaxın vә әn yaxın qohum dillәr qavramları
4.1.1.1. Türk dillәrinin tәsnifi
4.1.1.2. Müasir türk әdәbi dillәri vә xәritәsi
Girişә dair yoxlama sualları vә tapşırıqlar
ӘDӘBİYYAT
I HİSSӘ
TÜRKOLOJİ DİLÇİLİYİN TARİXİ
1. Türkoloji dilçiliyin keçdiyi tarixi inkişaf yolu
1. 1. I mәrhәlә
1.1.1. XI-XVIII yüzillәrdә türkoloji dilçilik: ilk lüğәtlәr vә qrammatika kitabları
1.1.2. XIX-XX yüzillәrdә tәsviri vә tarixi-müqayisәli araşdırmalar
1.2. II mәrhәlә
1.2.1. XX yüzil: tәsviri-normativ vә müqayisәli-tarixi araşdırmalar
1.2.2. XX yüzilin sonu vә XXI yüzil: yeni linqvistik yönümlәr vә yöntәmlәr
2. Türk dillәrinin müqayisәli, müqayisәli-tarixi vә tәsviri-linqvistik yöntәmlәrlә
öyrәnilmәsi
2.1. Qohum vә әn yaxın qohum türk dillәrinә dair müqayisәli fonetik, fonoloji,
qrammatik, leksikoloji, leksikoqrafik, frazeoloji vә mәtnlinqvistik araşdırmalar
2.1.1. Fonetika vә fonologiya
2.1.1.1. Dilçiliyin fonetika vә fonologiya şöbәsi
2.1.1.2. Müqayisәli türkoloji dilçilikdә fonetika vә fonologiyaya dair araşdırmalar
2.1.2. Morfologiya
2.1.2.1. “Morfem” vә “morfologiya” terminlәri haqqında
-
6
2.1.2.2. Tәsviri, tarixi-müqayisәli vә ya müqayisәli-tarixi vә tarixi-tipoloji dilçilik
yöntәmlәri haqqında
2.1.2.3. Müqayisәli vә müqayisәli-tarixi türkoloji dilçilik araşdırmaları
2.1.3. Sintaksis
2.1.3.1.Müqayisәli türkoloji dilçilikdә sintaksisә dair araşdırmalar
2.1.3.1.1.Mürәkkәb cümlәlәrin konseptual-struktur tәsniflәndirmәsi
2.1.3.1.2. Mürәkkәb cümlәlәrin normativ-sintaktik quruluşları, üslubi-sintaktik
normaları vә variantları
2.1.4. Leksika, leksikologiya vә leksikoqrafiya
2.1.4.1. Türkoloji dilçilikdә leksikoqrafik işәr
2.1.4.1.1. Türkcә uyğunlaşdırmalı-açıqlamalı lüğәtlәr
2.2. Türk dillәrinin әnәnәvi-tәsviri yöntәmlәrlә öyrәnilmәsi
2.2.1. Әrәb dilçilik mәktәbi әnәnәlәrinә görә yazılmış qrammatika kitabları
2.2.2. Hind-Avropa dilçilik mәktәbi әnәnәlәrinә görә aparılmış linqvistik işlәr
2.2.2.1. XIX yüzil vә XX yüzilin ilk qәrinәsindә yazılmış dil vә qrammatika kitabları
2.2.2.1.1. Mirzә Kazım Bәyin “Türk-tatar dilinin ümumi qrammatikası. Azәrbaycan
lәhcәsi ilә” (1846) adlı kitabı
2.2.2.1.2. Otto Böthlinqkin “Yakut dili haqqında: qrammatika, mәtn vә lüğәt” (1851)
adlı kitabı
2.2.2.1.3. “Altay dilinin qrammatikası” (1869) adlı kitabı haqqında
2.2.2.1.4. P. M. Melioranskinin “Qazax-qırğız dilinin qrammatikası” (1894-1897) adlı
kitabı haqqında
2.2.3. XX yüzildә türkoloji dilçilik әsәrlәri
2.2.3.1. Fonetika vә fonologiyaya dair görülәn işlәr
2.2.3.2. Qrammatika: morfologiya, sintaksis vә söz yaradıcılığı sәviyyәsinin öyrәnilmәsi
2.2.3.3. Leksikologiya, leksikoqrafiya vә frazeologiya sәviyyәsinin öyrәnilmәsi
2.2.3.3.1. Leksikologiya
2.2.3.3.2. Leksikoqrafiyaya
2.2.3.3.3. Frazeologiya
2.2.3.4. Dialektologiya
2.2.3.5. Türkoloji dilçilikdә dil tarixi vә әdәbi dil tarixi anlayışları
-
7
Birinci hissәyә dair yoxlama sualları vә tapşırıqlar
Әdәbiyyat
II HİSSӘ
TÜRKOLOJİ DİLÇİLİK BU GÜN: PROBLEMLӘR, PERSPEKTİVLӘR VӘ
YENİLİKLӘR
1. Türkoloji dilçilikdә әnәnәvi vә yeni yöntәmlәrin paralel olaraq işlәnilmәsi
1.1. Tarixi-müqayisәli vә ya müqayisәli-tarixi vә tәsviri dilçilik yöntәmlәri
1.2. Funksional, semantik, riyazi, korpus, sosiolinqvistik, statistik, mәtnlinqvistik,
koqnitiv-konseptual vә s. digәr yeni araşdırma-öyrәnilmә yöntәmlәri
1.3. Әnәnәvi vә yeni linqvistik yöntәmlәrin işlәnilmә perspektivlәri
2. Çağdaş dünya düzәnindә әcdad dil, ana dili, ortaq dil vә rәsmi dil qavramları
2.1. Avrasya dil portfolyosu vә dil pasportu
2.2. Әdәbi dil normaları, normalaşmaları vә alışqanlıqları
2.3. E-dil anlayışı: E-Türkcә vә E-Azәrbaycanca qavramları
2.4. Tәrcümә vә әdәbi mәtn uyğunlaşdırmaları proseslәri
2.4.1.Türk dillәri arası әdәbi mәtn uyğunlaşdırmaları
2.4.1.1. Azәrbaycan yazarlarının әsәrlәri Türkiyә türkcәsindә
2.4.2. Avrasiyada rusca-türkcә vә türkcә-rusca ikidilliliyi ortamları
2.4.2.1. Yan tәbәqә (adstrat), alt tәbәqә (substrat), üst tәbәqә (superstrat) vә iç tәbәqә
(interstrat) qavramları
3. Türkoloji dilçilikdә mәtn dilçiliyi vә sintaksisi araşdırmaları
3.1. Türk mәtninin konseptual-intellektual mahiyyәti
3.2. Türk mәtninin konseptual-linqvistik özәlliklәri
3.3. Mürәkkәb sintaktik bütövlәrin (MSB) aktual üzvlәnmәsi
3.3.1. Sadә quruluşlu MSB-lәrin aktual üzvlәnmәsi
3.3.2. Mürәkkәb quruluşlu MSB-lәrin aktual üzvlәnmәsi
3.3.3. Parselyatikli MSB-lәrin aktual üzvlәnmәsi
3.4. Türkoloji dilçilikdә MSB-lәrin yeni yönüm vә yöntәmlәrlә öyrәnilmәsi
3.4.1. Türk mәtnlәrinin әdәbi-linqvistik tәhlili
3.4.2. Türk mәtnlәrinin üslubi-linqvistik tәhlili
-
8
3.4.3. Türk mәtnlәrinin semiotik-linqvistik tәhlili
3.4.4. Türk mәtnlәrinin konseptual-linqvistik tәhlili
İkinci hissәyә dair yoxlama sualları vә tapşırıqlar
Әdәbiyyat
Mәnbәlәr
III HİSSӘ
TÜRKOLOJİ DİLÇİLİKDӘ ӘNӘNӘVİ VӘ YENİ TӘCRÜBӘLӘR VӘ YA
ӘLAVӘLӘR
I ӘNӘNӘVİ TӘCRÜBӘ-ӘLAVӘ
A. Samoyloviç. “Türk dillәrinin tәsnifinә dair bәzi әlavәlәr” (1922)
II YENİ TӘCRÜBӘ-ӘlAVӘ
Y. V. Şeka. “Rekonstruksiya prinsiplәri” (2005)
III YENİ TӘCRÜBӘLӘR-ӘLAVӘLӘR
Türkcә uyğunlaşdırmalı-açıqlamalı lüğәt örnәklәri
3.1. Azәrbaycan türkcәsi-Türkiyә türkcәsi atalar sözlәri lüğәti
3.2. Azәrbaycan türkcәsi-Türkiyә türkcәsi frazeologiya lüğәti
3.3. Türkiyә türkcәsi-Azәrbaycan türkcәsi şәkilcә eyni, mәnaca fәrqli sözlәr lüğәti
3.4. Azәrbaycan türkcәsi-Türkiyә türkcәsi qısa feil lüğәti
-
9
ÖN SÖZ
Türk dövlәtlәri vә topluluqları universitetlәrinin filologiya fakültәlәrindә vә dünyanın
önәmli türkoloji mәrkәzlәrindә keçәn әsrin әvvәllәrindәn başlayaraq türkologiyanın ümumi vә
xüsusi sahәlәri ilә çox yaxından bağlı olan fәnlәr tәdris olunur. Bunlara, hәr şeydәn öncә, “Qәdim
türk dili”, “Orta türk dili”, “Cağatay dili”, “Osmanlı türkcәsi”, “Çağdaş türk dillәri” vә
“Türkologiyanın әsasları”, “Türkologiyaya giriş”, “Dil tarixi”, “Әdәbi dil tarixi”,
“Dialektologiya” vә “Toponimika” kimi fәnlәr aid edilir. “Türkoloji dilçiliyin tarixi”,
“Türkologiyanın aktual problemlәri”, “Türk dillәrindә mürәkkәb sintaktik bütövlәr”, “Türk
dillәrindә mürәkkәb cümlә sintaksisi vә mәtn dilçiliyi” kimi kursların da tәdrisinә artıq bu gün
universitetlәrimizdә başlanılmışdır. M. M. Musayevin hazırladığı “Türkoloji dilçilik” adlı
kitabından hәm әnәnәvi, hәm dә yeni filoloji-türkoloji kursların tәdrisindә bir dәrslik kimi
istifadә oluna bilәr.
Tarixi vә çağdaş türk әdәbi dillәri, dialektlәri, şivәlәri vә onların geniş dil-danışıq
coğrafiyasının müqayisәli olaraq öyrәnilmәsi XI yüzildәn etibarәn başlanılmışdır. Türkologiyada
әnәnәvi-tәsviri, müqayisәli-tarixi, tarixi-müqayisәli vә yeni dilçilik metodları ilә hәmin dillәrin
öyrәnilmәsindә vә universitetlәrdә tәdris olunmasında isә indiyә qәdәr başlıca olaraq iki elmi-
praktik istiqamәt özünü göstәrmişdir. Birincisi–Türk әdәbi dillәri vә dialektlәri, klassik türkoloji
dilçilik mәktәblәri vә onların fundamental әsәrlәri müqayisәli olaraq Şәrq, Ural-Altay vә dünya
dillәri kontekstlәrindә monoqrafik-akademik üsulla öyrәnilmişdir. İkincisi– türkologiya elminin
tәdrisi işi institut vә universitetlәrdә tәşkil edilmiş, hәmin fәnnә dair müxtәlif dәrs kitabları,
proqramaları vә vәsaitlәri yazılmışdır. M. M. Musayevin hazırladığı “Türkoloji dilçilik” adlı
kitabı elmi-monoqrafik istiqamәtdә yeni dilçilik metodları ilә yazılmış bir dәrslik kimi diqqәti
cәlb edir.
M. M. Musayevin hazırladığı kitab “Giriş”, üç hissәdәn vә hәmin hissәlәri tәşkil edәn
ayrı-ayrı bölmәlәrdәn ibarәtdir. “Giriş”dә koqnitiv vә kompüter-mühәndis dilçiliyi istiqamәti vә
metodlarının türkologiyada tәtbiq olunmasından bәhs edilir. Buna bağlı olaraq türklük, türk dili,
türkologiya, türkoloji dilçilik vә ortaq türk dili qavramları açıqlanır, çağdaş türk әdәbi-danışıq
dillәri vә dialektlәrinin sosiolinqvistik tәsnifi vә xәritәsi verilir. Kitabın birinci hissәsi “Türkoloji
dilçiliyin tarixi”, ikinci hissәsi “”Türkoloji dilçilik bu gün: problemlәr, perspektivlәr vә
yeniliklәr”, üçüncü hissәsi isә “Türkoloji dilçilikdә әnәnәvi vә yeni tәcrübәlәr vә ya әlavәlәr”
adları ilә adlandırılır. Birinci hissәdә Mahmud Qaşqarlıdan bәri davam edib gәlәn türkoloji
dilçiliyin tarixi iki mәrhәlәdә vә hәmin mәrhәlәlәrә әsasәn müәyyәnlәşdirilәn bölmәlәrdә
işıqlandırılır. Belә ki, türk dillәrinә dair yazılmış fundamental әsәrlәr vә digәr bütün önәmli
türkoloji dilçilik işlәri ümumi elmi metodologiya vә tәtbiq edilәn konkret metodlar baxımından
iki hissәyә ayrılaraq öyrәnilir:
1. Müqayisәli vә müqayisәli-tarixi türkoloji dilçilik işlәri;
2. Tәsviri, tәsviri-normativ vә tarixi-müqayisәli türkoloji dilçilik işlәri.
Hәr iki bölmәdә bir neçә türk dilinin, qrup türk dillәrinin, ümumtürk dilinin vә ayrı-ayrı
konkret türk әdәbi dillәrinin fonetikası vә fonologiyasına, qrammatikası vә sintaksisinә,
lesikologiyası, leksikoqrafiyası vә frazeologiyasına hәsr olunmuş türkoloji dilçilik işlәri öyrәnilir.
Sözügedәn hissәdә türkoloji dilçilikdә mövcud olmuş әsas dilçilik mәktәblәri haqqında geniş
elmi mәlumat verilir, müqayisәli dilçiliyin tarixi-müqayisәli vә müqayisәli-tarixi istiqamәtlәrinin,
dil tarixi vә әdәbi dil tarixi anlayışlarının mahiyyәti açıqlanır. Türkoloji dilçiliyin tarixindә
önәmli yer tutan fundamental әsәrlәrdәn, o cümlәdәn hәm әrәb, hәm dә Hind-Avropa dilçilik
mәktәblәri әnәnәlәrinә әsasәn yazılmış qrammatika kitablarından ayrıca olaraq bәhs edilir. XI-
XVIII yüzillәrdә әrәb dilçilik mәktәbi әnәnәlәrinә әsasәn әrәb vә türk dillәrindә yazılmış
-
10
qrammatika kitabları geniş tәhlil olunur. Bununla bәrabәr, Hind-Avropa dilçilik mәktәbi
әnәnәlәrinә әsasәn yazılmış Mirzә Kazım bәyin “Türk-tatar dilinin ümumi qrammatikası” (1846),
O. Bötlinqin “Yakut dili haqqında” (1851) vә rus missionerlәrinin XIX yüzildә qәlәmә aldığı
“Altay dilinin qrammatikası” kitablarından da danışılır. XX yüzildә vә günümüzә qәdәr yazılmış
qrammatika kitabları vә digәr hәr cür türkoloji dilçilik işәlәri işıqlandırılır. Altı cildlik “Türk
dillәrinin müqayisәli-tarixi qrammatikası” (1984-2006) adlı rus dilindә yazılmış kollektiv-
monoqrafik kitab hәlәlik türkoloji dilçiliyin әn böyük tarixi nailiyyәti olaraq qiymәtlәndirilir.
Sözügedәn dәrslikdә türkoloji dilçiliyin inkişafının tarixi xronologiyasının
müәyyәnlәşdirilmәsi vә bu günkü gәlişmәlәrinin isә yeni linqvistik metodlarla öyrәnilmәsi
müasir Azәrbaycanşünaslıqda hәm türkologiya, hәm dә dilçilik tarixi baxımından çox böyük
әhәmiyyәt kәsb edir.
Kitabın ikinci hissәsinin “Türkoloji dilçilikdә әnәnәvi vә yeni linqvistik yöntәmlәr” adı
ilә adlandırılan birinci bölmәsindә öncә әnәnәvi vә yeni dilçilik istiqamәtlәri vә metodlarının
türkoloji dilçilikdә bu gün paralel şәkildә tәtbiq olunduğu göstәrilir. Buna bağlı olaraq 1970-ci
illәrdәn başlayaraq türkoloji dilçilikdә aparılan riyazi- vә sosiolinqvistik araşdırmalardan söz
edilir, konseptual-funksional qrammatika anlayışı açıqlanır, aktual üzvlәnmәyә aid sadә vә
mürәkkәb quruluşlu cümlәlәrdәn vә sintaktik bütövlәrdәn örnәklәr gәtirilir. Kitabın ikinci
hissәsinin “Ümumtürk dili kontekstindә ana vә ya ulu dil, ana dili, ortaq dil, rәsmi dil vә e-dil
qavramları” adı ilә adlandırılan ikinci bölmәsindә, hәr şeydәn öncә, sözügedәn qavramlar vә
“Avropa dil portfolyosu”(European Language Portfolio) mövzusu açıqlanır. Sonra isә bütün
bunlarla bağlı olaraq Azәrbaycan dilindә yeni әdәbi dil normaları, normalaşmaları vә
alışqanlıqları, e-dil, türk dillәri arası әdәbi vә avtomatik mәtn çevirilәri vә proqram tәminatı kimi
mәsәlәlәr türkoloji kontekstdә işıqlandırılır. Sözügedәn kitabın ikinci hissәsinin “Türkoloji
dilçilikdә bәdii mәtnin yeni yönüm vә yöntәmlәrlә öyrәnilmәsi” olaraq adlandırılan üçüncü
bölmәsindә isә sadәcә türkologiyada deyil, bütövlükdә ümumi filologiya elmindә çox yeni olan
filoloji-linqvistik mәsәlәlәr gündәmә gәtirilir. Burada ilk dәfә müqayisәli olaraq Azәrbaycan türk
әdәbi-bәdii mәtninin koqnitiv-konseptual özәlliklәrindәn, intellektual mahiyyәtindәn, qavramlar
dünyasından, semiotik sәciyyәli özәl mәtnqurucu işarәlәrindәn danışılır. Bәdii mәtnin çox geniş
әdәbi-, üslubi-, semiotik-, konseptual-linqvistik tәhlillәri konkret örnәklәrә әsasәn kitabın
sözügedәn bölmәsindә aparılır. Bununla da türkologiya elmindә bәdii mәtnin üslubi, semiotik vә
konseptual özәlliklәri ilә çox geniş әdәbi-linqvistik tәhlilinin öyrәnilmәsinin yolu açılır.
Kitabın “Türkoloji dilçilikdә әnәnәvi vә yeni tәcrübәlәr vә ya әlavәlәr” adı ilә
adlandırılan üçüncü hissәsindә öncә görkәmli türkoloqların rus dilindәn türk dilinә tәrcümә
olunmuş mәqalәlәri yer almışdır. Bu mәqalәlәr tәlәbәlәrin türkoloji dilçiliyin tarixinә vә bu
gününә aid kitabın әvvәlki bölmәlәrindә aldığı әsas biliklәri möhkәmlәndirәcәkdir. Dәrsliyin
müәllifi tәrәfindәn tәrcümә edilmiş hәmin mәqalәlәr “Dil Araşdırmaları” (2007 Bahar, Sayı:1, s.
175-184; 2009 Bahar, Sayı: 4, s. 125-134) dәrgisindә yayımlanmışdır. Kitabın sözügedәn
bölmәsindә yer alan vә onun әvvәlki bölmәlәrindә ümumtürk leksikoqrafiyasına aid verilmiş
elmi-linqvistik biliklәri tamamlayan Azәrbaycanca-Türkcә uyğunlaşdırmalı-açıqlamalı lüğәt
örnәklәri isә әsәrin elmi-praktik әhәmiyyәtini önәmli bir ölçüdә artırır. M. M. Musayevin
“Türkoloji dilçilik” adlı әsәrinin hәr bir hissәsinin sonunda ayrıca olaraq sual vә tapşırıqlar,
istifadә olunan elmi әsәrlәrin vә mәnbәlәrin çox geniş siyahısı verilir. Yuxarıda göstәrilәnlәrlә
bәrabәr, kitabın türkologiya elmi sahәsindә bir yeni dәrslik olaraq faydalı olacağını göstәrәn
amillәrdәn biri dә elә budur.
Azәrbaycan Milli Elmlәr Akademiyasının müxbir üzvü,
filologiya elmlәri doktoru, professor Kamal Abdullayev
-
11
GİRİŞ
Türklük qavramı1 vә ya qavrayışının (konseptinin) sadә sxematik çәrçivәsi ümumtürk
mәdәniyyәti komponentlәrinin mövcudluğu ilә müәyyәnlәşir. Hәmin komponentlәrdәn biri elә
ümumtürk dili (ing. Turkic, rus. Тюркcкий язык, Çağatayca vә Osmanlıca: Turkî) vә ya
bütövlükdә götürüldükdә çağdaş türk dillәridir. Sözügedәn qavram göstәrilәn әsas vә digәr
konseptual komponentlәri ilә qloballaşan dünya mәdәniyyәtlәri kontekstindә araşdırılmaya cәlb
olunur. Әsas komponent alt qavramları vә hәmin qavramlara bağlı olan kateqoriyaları ilә birlikdә
türkologiyanın ayrıca bir sahәsi olan türkoloji dilçilikdә öyrәnilir. Bütün bunlar isә sözügedәn
üst qavramın komponentlәrinә görә koqnitiv-konseptual olaraq qavramlaşdırılması vә
kateqoriyalaşdırılmasını şәrtlәndirir.
1. Türklük vә türk dili qavramları
Türklük, türk dünyası vә türk mәdәniyyәti qavramlaşdırılması müstәvisindә qarşıya
çıxan әsas birlәşdirici faktor türk dilidir. Daha doğrusu, türkcә vә ya başqa bir ifadә ilә ümumtürk
dili göstәrilәn müstәvidә etnik-mәdәni, sosial-coğrafi, siyasi-strateji vә linqvistik-xronoloji
özәlliklәri ilә yer tutur. O, sözügedәn qavramların üst vә alt başlıqlar sәviyysindә dәrk olunması
vә konseptual-kateqorial olaraq öyrәnilmәsini şәrtlәndirir.
Türklük fenomeni türk dünyası vә türk mәdәniyyәti komponentlәrinә görә bir üst qavram
vә ya bir ana başlıq (sәrlövhә) olaraq sәciyyәlәndirilә bilәr. Digәrlәri isә sözügedәn qavramın vә
ya başlığın ayrı-ayrı konkret sәviyyәlәri vә ya alt başlıqları olaraq qavramlaşdırılır. Türklük
qavramı türk dünyası vә türk mәdәniyyәti komponentlәri ilә türkologiya elmindә öyrәnilir.
Sözügedәn qavramlaşdırmanın tәşәkkülündә çox önәmli bir rol oynayan türk dili birlәşdirici
faktoru isә konseptual komponentlәri ilә türkologiya emlinin şöbәlәrindәn birindә araşdırılmaya
cәlb olunur ki, bu şöbә dә türkoloji dilçilikdir.
1Azәrbaycan dilindәki “qavrayış” sözü “qavramlaşma” şәklindә sözdüzәltmә vә “qavramlaşdırma,
qavramlaşdırılma” kimi felin formadüzәltmә modellәrindә çox da geniş işlәnilmir. Buna görә dә dәrslikdә hәmin
sözün sinonimi kimi “qavram” morfemi işlәdilir. Sözügedәn sözün leksik mәnası dünyanın dil xәritәsinin әsas
elementi ilә bağlıdır. Daha doğrusu, qavram dünya haqqınada insan biliyinin bir vahididir, dil işarәsinin semantikası
ilә müәyyәnlәşir. O, dil formasında ifadә olunan nәzәriyyәdir, ictimai şüurdur, hәyat obrazı faktıdır. Qavramla vә
kateqoriya ilә bağlı olaraq müәyyәnlәşәn qavramlaşma vә kateqoriyalaşma işlәmlәri isә insan hafizәsindә gerçәk
prototiplәri ilә dәrk olunaraq yığılan vә beyindә yenidәn işlәnilәn biliklәrә söykәnmәkdәdir. Hәmin biliklәrin vә hәr
cür digәr mәlumatların dil sәviyyәlәri ilә ifadәsinә bağlı olaraq özünü göstәrәn ümumi “funksional-semantik
tablo”nun “on-line” olaraq müәyyәnlәşdirilmәsi vә alt qavramları vә kateqoriyaları ilә adlandırılması isә koqnitiv
dilçiliyin işidir.
-
12
Sözügedәn qavramlaşdırma hadisәsi müasir koqnitiv elmә vә türkoloji dilçiliyin uyğun
şöbәlәrinә görә öyrәnilir. Buna bağlı olaraq dәrslikdә türkokoloji dilçiliyin dünәni vә bu günü
retprosperspektivel (keçmişә, indiyә vә gәlәcәyә görә) vә interospektivel (milli mentalitetә vә ya
“milli-mәnәvi öz”ә bağlı adәt-әnәnәlәrә vә s. görә) olaraq araşdırılır. Daha doğrusu,
retrospektiv, prospektiv vә perspektiv2 olaraq aparılan elmi-nәzәri açıqlanma sinkretik sәciyyәli
qavram, qavramlaşdırma, qavramlaşdırılma, kateqoriya vә kateqoriyalaşdırma işlәmlәrinin
aparılmasına yol açır. Belә bir araşdırma-öyrәnilmә üsulu özü ilә birlikdә yeni yönüm vә
yöntәmlәri3 gәtirir ki, bunlar da koqnitiv vә informasiya texnologiyaları dilçiliyinin
nailiyyәtlәrindәn istifadә etmәklә müәyyәnlәşdirilir. Aşağıda hәm koqnitiv dilçiliyin, hәm dә
2 Müxtәlif dil-nitq kateqoriyalarına dair dil vahidlәri koqnitiv-konseptual olaraq gәlәcәyә görә perspektiv, indiyә
görә prospektiv, tarixi keçmişә görә isә retrospektiv aspektlәrdә araşdırılmaqdadır. Sosial elmlәrdә konkret hadisә vә
predmetlәr, tarixi gedişatlar bütövlükdә retprosperspektivel vә ayrılıqda interospektivel bir müstәvidә
dyәrlәndirilәrәk kompleksiv bir şәkildә birlәşdirilmәkddir. Belә bir kontekstdә frazeologizmlәrin ayrıca bir növü vә
ya digәr dil-nitq vahidlәri dә daha çox “müqayisәsiz sәciyyәli” özbәöz olan milli mentalitetә, etnoqrafiyaya,
demoqrafiyaya, folklora, mifologiyaya vә s. görә, hәr şeydәn öncә, interospektiv aspektdә öyrәnilmәkdәdir.
Yuxarıda göstәrilәn aspektlәrin bütününә görә türkoloji dilçilikdә yeni bir araşdırma-öyrәnilmә konteksti
formaşdırılmışdır: prospektiv, retrospektiv, perspektiv vә interospektiv müstәvi. Sözügedәn yönüm koqnitiv dilçiliyin
әsas linqvistik prinsiplәrindәn biri olaraq da qiymәtlәndirilә bilәr (Musaoğlu 2002: 319-320; Musaoğlu, Hasanova
2006b).
Sosial elmlәrin intellektual kontekstin mahiyyәtini dillә әks etdirәn dәrk etmәyә (idraka), şüura vә tәfәkkürә
әsasәn tәdricәn dәyişdiyi, inkişaf etdiyi vә getdikcә dә hәmin prosesdә bir-biri ilә qovuşduğu müasir elmşünaslıqda
müşahidә olunmaqdadır. Müasir dilçiliyin әsas inkişaf meyli isә milli-mәnәvi dәyәrlәrә vә canlı vә cansız alәmә dair
faktorlara görә müxtәlif üst vә alt qavramların vә kateqoriyaların yeni bir konseptual-kateqorial kontekstdә bir-biri
ilә bağlı olaraq qavramlaşdırılması vә kateqoriyalaşdırılması ilә müәyyәnlәşir. Hәmin qavramlaşdırmalar vә
kateqoriyalaşdırmalar müasir elmşünaslıqda böyük tәkamül dәyişikliklәri keçirdәn vә artıq bütövlükdә koqnitiv
xarakterli sosial elmlәrin ayrı-ayrı sahәlәrinә dair inkişaf etdirilәn vә formalaşdırılan yeni elmi-tәtbiqi metodlarla
aparılır. Şübhәsiz ki, yeni bir konseptual-kateqorial kontekstdә gerçәklәşәn bütün qavramlaşmalar vә
kateqoriyalaşmalar, hәr şeydәn öncә, tәbii insan dilindә öz әks-sәdasını tapır, yәni sözün әsl mәnasında dildә
simvollaşır, sistemlәşir, mücәrrәdlәşir vә konkretlәşir. Buna görә dә dәyişәn, yenilәşәn sosial elmlәrin başında,
bizcә, dilçilik gәlir. Dilçilik elminin isә bu gün tәdqiq vә tәdbiq olunan sahәlәri getdikcә genişlәnir. Daha doğrusu,
hәmin elm sahәsinin yuxarıda göstәrilәn retrospektiv, prospektiv, perspektiv vә interospektiv araşdırma aspektlәri
orijinal konseptual-semantik yönümlәri vә informasiya texnologiyaları vә kompüter dilçiliyi proqram tәminatları
sistemlәri ilә ortaya çıxır. Ümumi müqayisәli dilçiliyin bu gün hәmin sistemlәrlә tәkmillәşdirilәn müqayisәli-
qarşılaşdırmalı vә -tutuşdurmalı yöntәmlәri isә yenidәn müәyyәnlәşdirilir.
Türkoloji dilçilikdә müxtәlif sistemli dillәrin vә türk dillәri materiallarının müqayisәli olaraq öyrәnilmәsi
nәticәsindә müqyisәli-qarşılaşdırmalı (kontrastiv) vә müqayisәli-tutuşdurmalı (konfrontativ) yöntәmlәr bu gün artıq
çox açıq bir şәkildә müәyyәnlәşdirilә bilmәkdәdir.
Müqayisәli dilçilikdә prospektiv+retrospektiv=perspektiv+inrerospektiv sәciyyәli binar aspektlәr vә ya artıq ierarxik
xarakterli tәk bir araşdırma-öyrәnilmә istiqamәti ortaya çıxmaqdadır. Hәmin istiqamәtdә sinxronik-diaxronik
sәciyyәli tәdqiqatların davam etdirilmәsi tarixi-müqayisәli vә ya müqayisәli-tarixi dilçiliyin pra- vә protodil dil
sәviyyәlәrinin canlandırılması işlәrinin nәticәlәndirilmәsinә dә yol açmaqdadır.
Belәliklә, türkologiyada tarixi-müqayisәli vә ya müqayisәli-tarixi dilçilik bu gün artıq ümumi bir
prospektiv+retrospektiv=perspektiv+interospektiv aspektdә müqayisәli-qarşılaşdırmalı vә -tutuşdurmalı linqvistik
yönümü ilә konseptual olaraq müәyyәnlәşdirilә bilmәkdәdir. Frazeologizmlәr konseptual-kateqorial xarakterli
qavramlaşdırmaların vә kateqoriyalaşdırmaların ümumi vә xüsusi prinsiplәrinә görә sinxronik-prospektiv, diaxronik-
retrospektiv vә diaxronik-interospektiv sәviyyәlәrdә tәsniflәndirilmәkdәdir (Musaoğlu, Hәsәnova 2006a). 3 “Yönüm vә yöntәm” sözlәrinin sinonimlәri olaraq Azәrbaycan dilindә “istiqmәt vә metod” sözlәri dә işlәnilir.
-
13
informasiya texnologiyaları vә ya kompüter linqvistikasının iş prinsiplәrinin türkoloji dilçiliyin
problemlәrinin hәll olunmasındakı potensialından yeri gәldikcә bәhs olunacaqdır.
2. Ümumtürk mәdәniyyәtinin koqnitiv-konseptual layihәsi
Türkdilli corafiyada yer tutan Anadolu-Rumeli, Azәrbaycan, türkmәn, qazax, qırğız,
özbәk, qaraqalpaq, uyğur, tatar, başkırd, çuvaş, saha (yakut), tuva, karaim, qaqauz, qaraçay-
balkar, qumuq, noqay, altay, salar, xakas tarixi etnik-milli kimliklәri ümumtürk mәdәniyyәti
kontekstinin әsas komponentlәri olaraq özünü göstәrir. Vә hәmin komponentlәr “Türk
dünyası”qavramının tәrkibini tәşkil edir.
Sözügedәn mәdәniyyәtin bütününü tәşkil edәn etnik-milli әsas vә buna bağlı olaraq da
türklük fenomeni; dünyadakı türk xalqlarının әnәnәvi vә yeni dinlәri vә inancları, adәt-
әnәnәlәri, hәyat tәrzlәri vә davranış şәkillәri, әdәbiyyat vә musiqi növlәri ilә bir yerdә
öyrәnilmәkdәdir. Bütün bunlar; hәm ayrılıqda, hәm dә bütövlükdә müxtәlif türk әdәbi dillәri vә
dialektlәri ilә ümumtürk dili olaraq dәrk olunmaqdadır.
Türklük fenomeninin türk dili, türk dünyası vә mәdәniyyәti ilә sözügedәn
qavramlaşdırılması sivilizasiyaların universal-interaktiv qovşağında, “bilgi çağı”nın
ehtiyacılarının yerinә yetirilmәsiylә vә onun hәrәkәtverici qüvvәlәrinin göz önündә tutularaq
qloballaşmanın sürәtinә uyğunlaşdırılmasıyla öyrәnilmәkdәdir. Belә bir konseptual-koqnitiv
araşdırmanın vә ya ayrı-ayrı türk xalqları mәdәniyyәtlәri sivilizasiyası açıqlanmasının aşağıda
verilәn layihәlәndirmәyә әsasәn aparıla bilәcәyini fikirlәşirik:
1. Sivilizasiya: Әsas komponentlәri
1.1. Dünya sivilizasiyaları
1.1.1. Şәrq sivilizasiyası
1.1.2. Qәrb sivilizasiyası
1.1.3. Türk sivilizasiyası vә ya mәdәniyyәti
2. Türk sivilizasiyasının komponentlәri
2.1. Türkcә vә ya ümumtürk dili
2.1.1 Tarixi: Әcdad Türkcә (prototürk, pratürk, qәdim türk dili) Orta Türkcә (cağatayca,
osmanlıca), Yeni Türkcә, Әn Yeni Türkcә vә ya çağdaş türk dillәri vә lәhcәlәri
2.1.2. Türk dillәri, dialektlәri vә çağdaş әdәbi dillәri
2.1.2.1. Türkiyә türkcәsi
-
14
2.1.2.2. Diğәr çağdaş türkcәlәr
2.1.2.3. Ortaq dünya dillәri kontekstindә vә Avrasiya türkcәlәri müstәvisindә, Türkiyә
türkcәsi vә digәr inkişaf etmiş türk әdәbi dillәri әsasında bir ortaq ünsiyyәt vә әdәbi
uyğunlaşdırma türkcәsi
2.1.2.3.1. Avrasiya ortaq dillәri müstәvisindә türk dillәri arası “Dil-uyğunlaşdırma vә
dil-işlәnilmә” proqramları vә ya E-türkcә
2.1.2.3.2. Ortaq dünya dillәri kontekstindә ümumtürk dilinin vә ya ayrı-ayrı türk әdәbi
dillәrinin ana dili olaraq tәlimi, xarici dil olaraq tәdrisi vә ortaq dil olaraq işlәnilmә modellәri
2.1.2.3.3. Türkoloji dilçiliyә dair koqnitiv-konseptual sәciyyәli vә kompüter linqvistikası
işlәmli üst vә alt qavramlaşdırmalar vә kateqoriyalaşdırmalar korpusu
2.2. Dinlәr vә inanclar
2.2.1. Müsәlman türklәr
2.2.2. Müsәlman olmayan türklәr
2.2.2.1. Xristian, musәvi, şamanist vә s. türklәr
2.2.2.2. Müqәddәs dinlәrә itaәt etmәyәn türklәr
2.2.2.3. Göy Tanrı, totemizm, şamanizm vә digәr qәdim inanclar
2.2.2.4. Ateizm vә ya dinsizlik
2.3 Adәt-әnәnәlәr
2.3.1. Dini vә milli bayramlar, bütün dünyada qeyd olunan günlәr, özәl günlәr
2.3.2. Türklük-Türk dünyası qavramını tәşkil edәn mәdәniyyәt sәciyyәli digәr әsas
faktorlar
2.3.2.1. Mәrasimlәr; davranış vә yaşam şәkillәri; tarixdәn günümüzә Novruz bayramı
2.3.2.2. Şifahi vә yazılı әdәbiyyat; incәsәnәt, xalq sәnәti örnәklәri vә musiqi
2.3.2.3. Geyim, qiyafәt vә mәtbәx
2.3.2.4. Heyvandarlıq, balıqçılıq, ovçuluq, bağçılıq, kәnd tәsәrrüfatı vә s.
3. Türk kimliyi
3.1. XIX yüzilin sonları, XX yüzillin әvvәllәrindә Türk dünyasında “Kimlik
arayışları”
3.1.1. Çar Rusiyasında türk xalqlarının milli kimlik mübarizәsi ( Әli bәy Hüseynzadә vә
“Fyuzat” jurnalı, İsmayıl Qaspıralı vә “Tәrcüman” qәzeti)
-
15
3.1.2. Azәrbaycan Demokratik Cümhuriyyәti vә Çağdaş Azerbaycan Respublikası
(“Azәrbaycan” qәzeti)
3.2. Tәnzimat dönәmindә milli kimlik problemlәri vә milliyyәtçilik hәrәkatları
(Yusuf Akçura, Ziya Gökalp, Әli bәy Hüseyinzadә vә s.)
3.2.1. Osmanlıçılıq
3.2.2. İslamçılıq
3.2.3. Türkçülük-milliyyәtçilik ust qavramlaşdırması müstәvisindә digәr millәtçilik-
vәtәnpәrvәrlik axınları vә ya Azәrbaycançılıq, tatarçılıq, özbәkçilik, türkmәnçilik, qazaxçılıq vә
ya türk mәdәniyyәtlәri vә nәhayәtdә türk dövlәtlәri vә s. qavramlaşdırmaları
3.2.3.1. Azәrbaycançılıq vә ya “Mәn Azәrbaycanlı olmağımla fәxr edirәm”
qvramlaşdırması (Ulu öndәr Heydәr Әliyev)
3.3. Dünyәvilik, çağdaşlıq; demokratiya vә milli mentalitet
3.3.1. Atatürk, Atatürkçülük vә çağdaş Türkiyә Cümhuriyyәti
3.3.2. Heydәr Әliyev vә çağdaş Azәrbaycan Respublikası
3.3.3. Qloballaşma kontekstindә çağdaş Avrasiya türk dövlәtlәri, muxtar respublikaları,
vilayәtlәri vә topluluqları
3.3.3.1. Avrasiya qavramlaşdırması kontekstindә türk-slavyan milli komponentlәrinin
qarşılıqlı әlaqәlәri
3. 4. Aqrar, sәnaye vә bilgi cәmiyyәtlәri
3.4.1. Bilgi-informatika vә intellektual sәciyyәli informasiya texnologiyaları
cәmiyyәtlәri
3.4.2. Retprosperspektivel vә interospektivel sәciyyәli konseptuallıq kontekstindә insan,
cәmiyyәt vә fәrd qavramlaşdırmaları
3.4.2.1. Qloballaşma, cәmiyyәtlәşmә (toplumlaşma) vә fәrdlәşmә
3.4.2.1.1. Ziyalılıq vә intellektuallıq
3.4.2.2. Türk ailә quruluşu
Sözügedәn koqnitiv-konseptual layihәlәndirmә kontekstindә ümumtürk mәdәniyyәtinә
görә sıra ilә ikinci vә üçüncü qavramlar olaraq müәyyәnlәşdirilәn türk dili vә türkoloji dilçilik
qavramlaşdırmaları vә kateqoriyalaşdırmalarının problemlәri çağdaş dilçilikdәki yeniliklәrin
işığında araşdırılmaqdadır. Problemlәr ümumtürk dilinin fonetik, fonoloji, morfoloji, sintaktik,
-
16
mәtnlinqvistik4, leksik, leksikoqrafik vә frazeoloji materiallarına görә öyrәnilmәkdә vә buna
bağlı olaraq türkoloji dilçiliyә dair yeni araşdırma-öyrәnilmә yönümlәri vә konkret yöntәmlәri
üzәrindә durulmaqdadır. Türkoloji dilçilik qavramlaşdırması, ümumtürk dilinin min illik
inkişafına, qәdim türk dilinin әdәbi dillәr vә dialektlәr sәviyyәlәrindәki dil-işlәnilmә, şifahi vә
yazılı mәtnlәrin әdәbi uyğunlaşdırma işlәkliyinә, ana dilinin tәlim vә tәdrisinә görә
aparılmaqdadır.
Belә bir araşdırma-öyrәnilmә yönümü bir tәrәfdәn ümumtürk dilinә dair indiyә qәdәr
aparılmış olan әnәnәvi tәdqiqatlardan, digәr tәrәfdәn isә çağdaş linqvistik axınların içәrisindә yer
tutan yeni araşdırmalardan (Dilbilim Araştırmaları 1900-2004) fәrqlәnir. Buna görә dә aşağıda
sözügedәn yönüm vә yöntәmlәrin әsaslanıldığı koqnitiv-kompüter dilciliyi vә onların iş
prinsiplәri haqqında konkret olaraq bilgi verilmәkdәdir.
3. Koqnitiv vә kompüter-mühәndis5 linqvistikası yönümlәri vә yöntәmlәri
XX yüzilin sonlarından başlayaraq dilә dair elmin әsas tәsisatları yenilәnmәkdәdir.
Hәmin tәsisatların dәyişim proseslәrindәn indi paradiqmatik vә sintaqmatik sıralanmaların
yenilәnmsi kimi dә bәhs olunur. Artıq dil digәr intellektual fәaliyyәt formaları ilә birlikdә
öyrәnilmәkdә vә dilçiliyin tәdqiqat obyekti dә mәhz buna uyğun olaraq dәyişmәkdәdir. Araşdı-
rıcıların diqqәti dil daşıyıcılarının şüurlu dil fәaliyәti üzәrindә mәrkәzlәşmәkdә, dilin özü isә әsas
dәrketmә mәnbәyi kimi göstәrilmәkdәdir. Koqnitiv vә kompüter-mühәndis vә ya informasiya
texnologiyaları linqvistikası yönümlәri vә yöntәmlәri dә hәmin kontekstdә müәyyәnlәşdiril-
mәkdәdir.
İnsan biliyi vә ya bilik sәviyyәsinin sistemi necә qurulmuşdur, hansı formalarda vә
mexanizmlәrlә işlәyir? Bütün bunları vә varlıq simvollarının dәyişimlәrinә dair fakt vә
hadisәlәrin vә duyğuların yaratdığı biliklәrin dәrketmә proseslәrinin tәfәkkürdә әks olunmasını
günümüzdә koqnitiv linqvistika öyrәnir. Dil vasitәsilә insan beynindә әks olunan bilik sisteminin
alt vә üst sәviyyәlәri ilә qavramlaşdırılması vә kateqoriyalaşdırılması koqnitiv linqvistikanın
araşdırma prinsiplәrinin cәmi kimi dәrk edilir. Elektronik vә kompüter texnologiyalarının
4 Azәrbaycan türkcәsindә tәrәfimizdәn “mәtnlinqvistik” şәklindә işlәdilәn söz mәtnә aid olan linqvistik özәlliklәri
bildirir. Hәmin söz bir linqvistik termin olaraq ingiliscә Text Linguistics almanca texstlengüistik, rusca лингвиcтикa
тeкcтa, Türkiyә türkcәsindә isә metindilbilimsel sözlәri ilә ifadә olunur. 5Kompüter-mühәndis linqvistikası anlayışı Azәrbaycan dilindә informasiya texnologiyaları linqvistikası kimi dә
ifadә oluna bilәr.
-
17
inkişafı әsasında insan biliyinin dil vasitәsilә modellәşdirilmәsini isә informasiya texnologiyaları
linqvistikası yerinә yetirir (Bilgisayar Destekli Dil Bilimi Çalıştayı Bildirileri 2006).
Dilçiliyin kateqoriyalara dayalı elmi әsası gözlә görünәn bir şәkildә genişlәnmişdir. Hәll
edilәcәk problemlәr araşdırıcılardan sadәcә dilçiliyi vә uyğun sahәlәrini deyil, fәlsәfә, dәrketmә
nәzәriyyәsi, mifologiya, folklor, tarix, psixologiya, antropologiya kimi digәr sosial elmlәri dә
daha dәrindәn bilmәyi tәlәb edir. Buna görә dә, müxtәlif dillәrә dair ontoloji sәciyyәli
araşdırmalarda tәtbiq olunan әn yeni linqvistik yöntәmlәr konseptual olaraq formalaşdırılır vә
koqnitiv linqvistikanın tәtbiqi sahәlәri dә buna bağlı olaraq genişlәndirilir (Маслова 2004;
Андреева 2004).
Günümüzdә çağdaş izahı ilә insan intellektinә vә bir bütün kimi dәrk edilәn tәcrübәsinә
dair mücәrrәd vә konkret qavramların birlәşdirilә bilәn alt kateqoriyalarla fәrqli açıqlanmalardakı
tәsviri işini koqnitiv linqvistika yerinә yetirir. Belә ki, insana mәxsus sitәm vә ya giley-güzar
etmәk, tәәssüf, niyyәt, istәk, sәbәb, mәqsәd, dәyәrlәndirmә, sevgi, sevinc kimi semantik sahәlәr
gerçәk prototiplәri ilә müәyyәnlәşdirilir. Hәmin kontekstdә mәhәbbәt-acıma vә ya sevgi-nifrәt
kimi linqvistik qavramlar konkret diskursiv variantları ilә dә göstәrilir.
Mәlum olduğu üzrә, dünyanın konkret vә mücәrrәd obrazları (mәsәlәn, su pәrisi,
tәpәgöz, kentavr kimi) insan şüurunda dünyanın dil xәritәsi kimi koqnitiv-konseptual xarakterli
görmә, hiss etmә, dadma, eşitmә vә oxuma dәrketmә vasitәlәri ilә әks olunur. Bütün bunlar insan
şüurunda vә tәfәkkürdә ilk mәrhәlәdә tәhtәlşüur olaraq müәyyәnlәşir. Hәmin obrazlarla dünyanın
ümumi dil xәritәsi vә konkret dil kateqoriyaları arasındakı ierarxik әlaqәlәr isә günümüzdә
koqnitiv linqvistikada araşdırılır. Daha doğrusu, sәs, morfem, söz, deyim vә mәtn komponentlәri
sıralanmaları dil-danışıq vahidlәri olaraq fonetik, morfoloji, sintaktik, leksik vә frazeoloji
sәviyyәlәri ilә yenidәn kateqoriyalaşdırılır. Bunun nәticәsindә toplum, fәrd-danışan, verilәn-
informasiya vә yozumlayıcı-dinlәyәn kimi diskurs faktorları ilә gerçәklәşәn konseptual sxemlәr
dә bu gün artıq konkret dil faktları ilә qurulur. Hәtta daha geniş bir “konseptual müstәvi”dә
subyektivlik//obyektivlik dәyәrlәri müqayisә edilir. Subyektivliklә әlaqәdar ayrıca bir dil
mәrkәzçiliyi vә ya “eqoizmi”, bir başqa sözlә hadisә vә faktların dәyәrlәndirilmәsindә mәzmun
vә ifadә baxımından digәr sosial әsaslarla müqayisәdә “dil daşıyıcısı”na dayalılıq nәzәriyyәsi
yaradılır (Мурясов, Самигуллина, Федорова 2004).
Koqnitiv linqvistikada insan faktoru çox vaxt çağdaş sosial elmlәrin ümumi bir elmi
araşdırma әsası sәviyyәsindә dә irәli çıxarılmaqdadır. Belә bir araşdırma әsası isә insan
-
18
intellektinә söykәnәn dil bağlılıqlarının bundan sonra dünyanın dәrk edilmәsindә bir başlanğıc
nöqtәsi yerindә araşdırılacağının siqnallarını vermәkdәdir.
Son 20-30 il içәrisindә müәyyәnlәşәn koqnitiv linqvistika yöntәmlәri ilә yeni dil
gerçәklәri öyrәnilir. Bunları isә dil formalaşmaları ilә konkret olaraq obyektlәşdirilәn vә insan
tәfәkküründә özәl quruluşları ilә mövcud olan çevrәlәri, çevrәlәnmәlәri, sәhnәlәri vә s. tәşkil
edir. Bu baxımdan dilin bilavasitә gerçәkliyi vә ya varlığı deyil, insan hafizәsindәki konseptual
tablonu әks etdirdiyi dә deyilә bilәr (Гуреев 2005). Bu fikir koqnitiv linqvistikanın tarixindә ilk
dәfә olaraq 1984-cü ildә ifadә edilmiş vә dilin insan hafizәsindә konseptual olaraq projeksiyalar
halına gәtirilmiş biliklәr sistemindәn ibarәt olduğu vә bu biliklәri әks etdirdiyi göstәrilmişdir
(Jackendolff 1984).
Sözügedәn mövzular mahiyyәtcә yeni olan koqnitiv elm, koqnitiv linqvistika vә
kompüter-mühәndis linqvistikası anlayışları müstәvisindә araşdırılır. Buna görә dә, yuxarıda
göstәrildiyi kimi, mәtndә yeri gәldikdә “istiqamәt” sözünün yerinә “yönüm”, “metod” sözünün
yerinә isә “yöntәm” kәlmәlәri işlәdilmişdir. “İstiqamәt” sözü әrәb, “metod” sözü isә fars
mәnşәlidir. Ancaq ikincilәr türk mәnşәli olsa da, bütün bu kәlmәlәr hamısı birlikdә dilimizdә
işlәnilәn sinonim sözlәr kimi dә qiymәtlәndirilә bilәr.
Bәs koqnitiv linqvistika vә kompüter-mühәndis linqvistikası elmi-linqvistik anlayışları
vә buna bağlı olaraq da yönüm vә yöntәmlәri nә demәkdir? Bunların mahiyyәti nәdәn ibarәtdir?
Sözügedәn qavramlar elmşünaslıqda nә zaman ortaya çıxmışdır? Bütün bunlar mәtndәki ümumi
elmi tәhkiyә әsnasında izah olunacaqdır. Bununla bәrabәr, biz elmi-terminoloji vә metalinqvistik
baxımdan mövzuya aşağıda qısaca olaraq özәl bir “açıqlanma” da gәtirmәk istәdik.
3.1. Koqnitiv elm, koqnitiv linqvistika vә metalinqvistika qavramları
Müasir dövrdә koqnitiv xarakterli elmi araşdırmalar vә onların nәticәlәrinin praktik
fәaliyyәtdә hәyata keçirilmәsi öyrәnmәyә vә dәrketmәyә açıq olan demokratik cәmiyyәtlәrdә
getdikcә sürәtlәnmәkdәdir. Artıq 2000-ci illәrdәn etibarәn sözügedәn araşdırmalar Türkiyә
universitetlәrindә dә daha geniş olaraq aparılmaqdadır. Hәmin araşdırmalara dair elmi
istiqamәtlәr bakalavr vә magistratura proqramlarında yer almaqda vә dissertasiya mövzuları kimi
işlәnilmәkdәdir. Koqnitiv elmşünaslığın әsas araşdırma obyektlәri, hәr şeydәn öncә,
aşağıdakılardan ibarәtdir:
-Elm, bilik-mәlumat vә biliş (cognition) fenomenlәri;
-
19
-Hafizә psixologiyası;
-Biliyin vә ya müxtәlif mәlumatların tәsvir olunması, mәnimsәnilmәsi, işlәnilmәsi vә
insan hafizәsindә yerlәşdirilmәsi;
- “İnsan vә kompüter münasibәti”ndә koqnitiv yönlәr, zehin ve beyin әlaqәlәri, ağlın
meyarları vә koqnitiv proseslәri vә s.
Bütün bunlar – bilik, ağıl, zәka, zehin, beyin, anlamaq, ağıl (baş) işlәtmәk, ağıllı
davranış vә ya davranmaq, bacarıq vә s. özәk (açar) sözlәrin diskurs vә mәtn linqvistikası
sәciyyәli çәrçivәsindә açıqlana bilmәkdәdir. Koqnitiv elmşünaslığın әsaslarını fәlsәfә,
antropologiya, psixologiya, kompüter mühәndisliyi vә dilçilik elmlәri tәşkil edir.
Türk dillәrinin müxtәlif linqvistik sәviyyәlәri müasir dövrün bir reallığı kimi
işıqlandırılmalıdır. Çünki onlar da artıq struktur-semantik vә funksional dilçilik araşdırmaları
müstәvisindә dilçiliyin vә digәr ictimai elmlәrin gәlib çatdığı informativ-diskursiv sәviyyәdә vә
ya yönümdә sәciyyәlәndirilmәlidir. Sözügedәn yönümün elmi meyarları 1980-ci illәrdәn bәri
dilçilikdә getdikcә daha çox aydınlaşmaqdadır. Bu yönüm dünyanın dil xәritәsini tәşkil edәn әn
ümumi qavramlara vә alt qavramlarına, onları tәşkil edәn kateqoriyalara görә
müәyyәnlәşdirilmәkdәdir. Burada mәhz koqnitiv xarakterli dәrketmә әsnasında gerçәklәşәn
linqvistik yöntәm diqqәti çәkmәkdәdir.
Çağdaş dilçilikdә koqnitiv-konseptual tәdqiqata, hәr şeydәn öncә, dünyanın dil xәritәsini
tәşkil edәn böyük vә kiçik dillәrin tipoloji özәlliklәri vә ya dil universaliyaları vә fәrqliliklәrinin
söykәndiyi müxtәlif dil sәviyyәlәri cәlb olunmaqdadır. Bu dil sәviyyәlәrini fonetik-fonoloji, mor-
foloji vә sintaktik qrammatika vә leksik-leksikoqrafik vә frazeoloji fenomenlәr vә onların ayrı-
ayrı detalları tәşkil etmәkdәdir. İnkişaf etmiş dillәrdә әsas dil çәrçivәlәrinin (frame) tәrkiblәri
sistematik-koqnitiv dәrketmә әsasında linqvistik bir yöntәmlә qavramlaşdırılmaqda vә alt
sәviyyәlәri ilә kateqoriyalaşdırılmaqdadır. Bütün bunlar isә yuxarıda göstәrilәn dil sәviyyәlәrinә
bağlı olaraq yerinә yetirilmәkdәdir (Новое в зарубежной лингвистике 1988; Демьянков 1994;
Kибрик 1994; Кубрякова 1994; 2004; Bozşahin Cem ve Zeyrek Deniz 2000; Кравченко 2001;
Курт 2002; Селиверстова 2002). Mücәrrәd tәfәkkürün qavramlaşdırma vә buna bağlı olaraq
kateqoriyalaşdırma proseslәri dilçilikdә koqnitiv xarakterli dәrketmә әsasına görә
müәyyәnlәşdirilmәkdәdir. Bu da ictimai elmlәrin yeni paradiqmatik vә sintaqmatik aurasında
ortaya çıxan “dil eqoizmi vә ya subyektivliyi” problemlәrinin hәll olunması yollarının axtarılması
ilә paralel olaraq yerinә yetirilmәkdәdir (Гуреев 2004; 2005).
-
20
Koqnitiv xarakterli dәrketmә әsasında dilçilik vә semiotika, koqnitivlik mexanizmi vә
qrammatik açıqlanma vә şәrhetmә әlaqәlәri antropoloji baxımdan insana mәxsus dәrketmә-şüur-
tәfәkkür müstәvisindә müәyyәnlәşdirilmәkdәdir. Dilçilikdә 2000-ci illәrdәn başlayaraq yaşanılan
dünyanın әn әsas konseptual obrazları vә linqvistik qavram anlayışı tәdqiqata cәlb olunmaqdadır.
Bunlara bağlı olaraq da öncәliklә iltifat, xoşbәxtlik, arzu-istәk, sevgi-mәrhәmәt, sevgi-acımaq
kimi duyğu-hissiyyat qavramları koqnitiv xarakterli dәrketmә yönlәri ilә dәrindәn öyrәnilmәk-
dәdir (Doğan 2000; Воркачёв 2001; Ханина 2004).
Çağdaş dilçilikdә dil hәr yönü ilә koqnitiv-konseptual bir müstәvidә öyrәnilәrәk
metalinqvistik bir terminologiya vә üslubla müәyyәnlәşdirilmәkdәdir. Bu, hәr şeyden öncә, belә
bir fәlsәfî әsasa söykәnmәkdәdir: “Konkret dil şәkli vә ya şәkillәri koqnitiv quruluşun vә ya qu-
ruluşlarının, başqa bir ifadә ilә insan şüurunun, tәfәkkürünün vә qavrayışının dildәki әks
olunmalarından ibarәtdir” (Kибрик 1994: 126). Türk әdәbi dillәri vә dialektlәrindә vә buna
uyğun olaraq da türkoloji dilçilikdә şüurun, tәfәkkürün vә qavrayışın türk dillәrindәki әks
olunmalarına әsasәn әmәlә gәlәn konkret qrammatik sәviyylәri koqnitiv yöntәmlә tәsvir
olunmalıdır. Bu baxımdan ilk növbәdә felin şәkil, növ vә tәrz kateqoriyalarının sözügedәn
yöntәmlә dәqiq olaraq müәyyәnlәşdirilә bilәcәyini fikirlәşirik (Musaoğlu, Kirişçioğlu 2008).
Meta yunanca bir söz olub leksikoqrafik olaraq “vasitәsilә” vә ya “sonra” mәnalarını
ifadә etmәkdәdir. Metalinqvistika qavramı isә dilçilikdә tәbii, canlı dilә dair yazılmış
tәdqiqatlara görә müәyyәnlşdirilәn ikinci bir dil-ifadә sistemi kimi xarakterizә olunmaqdadır.
Buraya, hәr şeydәn öncә, özәl linqvistik terminologiya sistemi ve mәtn linqavistikası sәciyyәli
quruluş vә quruluşlar vә buna uyğun olaraq elmi sәciyyәli leksika vә ayrı-ayrı leksik qrupları
daxildir (ЛЭC 1990: 297). Dil sәviyyәlәrinin özünәmәxsus bir şәkildә tipoloji qavramlaşdırılması
vә kateqoriyalaşdırılması müasir dilçiliyin universal miqyasdakı әsas meyarları vә ya metadili
olaraq bilinmәkdәdir. Türkoloji dilçiliyin orijinal bir metalinqvistiyinin vә ya metadilinin
olduğunu söylәmәk hәlәlik sözün tam mәnasında, çox tәәssüf ki, mümkün deyildir (Musaoğlu
2008: 229). Dәrsliyin ikinci hissәsindә mәhz buna cәhd göstәrilәcәkdir.
3.2. Linqvistik qavram
Sözügedәn anlayış insan tәrәfındәn psixoloji sәviyyәdә dәrk edilәn vә koqnitiv
xarakterli şüurlanma ilә kamillәşәn tәfәkkürün yaranması vә inkişafının dil çәrçivәli faktorları ilә
müәyyәnlәşdirilmәkdәdir. Bu anlayış Allahın yaratdığı tәfәkkürün inkişafı ilә bilavasitә bağlıdır
-
21
vә dünya sistemi mütәnasibliyinin mühafizә olunmasında qavramaların rolu vә linqvistik olaraq
adlandırılması ilә isә bilvasitә әlaqәlidir. Dünyanın dil xәritәsini tәşkil edәn universal qavramlar
vә milli sәciyyәli fonetika, fonologiya, morfologiya, sintaksis, leksika, leksikoqrafiya vә
frazeologiya üst kateqoriyaları konkret linqvistik göstәricilәrlә bilinir. Bunlar eyni zamanda
mücәrrәd konseptual quruluşlarla ifadә edilәn qavram vә komponetlәri ilә dә tәsbit olunur.
Belәliklә, hәm konkret dil göstәricilәri, hәm dә konseptual faktorlarla ifadә edilәn anlayışlar
linqvistik qavramlar olaraq tәrif edilir. Sözügedәn kateqoriyalardan hәr biri bir çox dildә
konkret qrammatik göstәricilәri ilә işarәtlәnir. Bәzәn isә müxtәlif dillәrdә qrammatik
kateqoriyaların konkret qrammatik göstәricilәri olmur. Mәsәlәn, bir çox dildә leksik, sintaktik vә
morfoloji göstәricilәrin birinci vә sonrakı funksiyaları ilә kompleksiv olaraq ifadә edilә bilәn
ümumi aspektuallıq linqvistik qavramı vә buna bağlı olaraq müәyyәnlәşdirilәn tәrz alt kate-
qoriyası vә ya alt qavramı vardır. Aspektuallıq faktoru bu vә ya digәr şәkildә türk dillәrindә dә
vardır. Ancaq bir çox dünya dilindә olduğu kimi ümumtürk dilindә aspektullağın konkret bir
kateqoriya olaraq morfoloji göstәricilәri yoxdur (Musaoğlu, Kirişçioğlu 2008; Musayev 2011:
22-26).
4. Türkologiya vә türkoloji dilçilik qavramları
Avrasiya mәkanında yaşayan türk xalqlarının hәr birinin özünәmәxsus bir şәkildә dәrk
edilәn dil, әdәbiyyat, folklor, mifologiya, tarix vә etnoqrafiya qavrayışları vardır. Bunlar hәmin
xalqlara aid olan milli-mәnәvi anlayışlar vә ya xüsusi sosial kateqoriyalar kimi dә dәrk olunur.
Hәmin qavrayışlardan vә ya әsas milli dәrketmә komponentlәrindәn ümumtürk dili vә
ya türkcә, ortaq türk tarixi vә mәdәniyyәti qavramları yaranır. Türkologiyada bütün bunlar
günümüzdә artıq әn ümumi şәkildә koqnitiv dәrketmә xarakterli yeni elmi yönümlәr vә
kompüter-mühәndis dilçiliyi yöntәmlәrinin tәtbiq olunması ilә bir-birinә bağlı vә ierarxik olaraq
açıqlana bilәr.
Bәs türkologiya elmi nә zaman ortaya çıxmışdır, bir müstәqil humanitar elm sahәsi
sәviyyәsindә linqvistik vә digәr elmi-praktik parametrlәri ilә nә zamandan etibarәn tam olaraq
müәyyәnlәşmişdir?
Türkologiya başlanğıcda XI yüzildәn etibarәn türk әdәbi dillәri vә dialektlәrinin әn çox
әrәb, fars, rus, alman, fransız vә s. xarici dillәrdә araşdırılması, tәdris vә tәsnifinә dair müxtәlif
elmi-praktik işlәrin görülmәsi nәticәsindә ortaya çıxmışdır. Tәbii ki, türk xalqlarının әdәbiyyatı,
-
22
folkloru, tarixi, etnoqrafiyası vә s. dair aparılan müxtәlif araşdırmalar, yazılan mәqalәlәr vә
kitablar da sözügedәn ümumi fәnnin formalaşmasında tәsirsiz qalmamışdır. Orxon-yenisey vә
digәr qәdim vә yeni türk yazılı abidәlәrinin öyrәnilmәsi isә türkologiyanın inkişafına çox güclü
tәkan vermiş vә XIX yüzildә sözügedәn humanitar elm sahәsi bütün klassik elmi-praktik
parametrlәri ilә tam olaraq müәyyәnlәşmişdir. Türkologiyanın bir elm sahәsi olaraq
formalaşmasında istәr tarixi türk lәhcәlәri vә әdәbi dillәrinә, istәrsә dә çağdaş türk әdәbi dillәri
vә dialektlәrinә dair aparılan araşdırmaların rolu müәyyәnlәşdirici olmuşdur. Buna görә dә çox
vaxt ayrılıqda da “Türkoloji dilçilik” deyilәndә ümumilikdә “Türkologiya” qavramı başa
düşülmüşdür. Halbuki, “Türkoloji dilçilik” ümumi “Türkologiya fәnni”nin qollarından birdir.
Türkdilli xalqların dilini, tarixini, әdәbiyyatını, folklorunu, mifologiyasını vә qәdim
müqәddәs (qutsal) inanclarını, bәlli bir ölçüdә incәsәnәtini, adәt-әnәlәrini, etnoqrafiyasını vә
davranış şәkillәrini vә s. öyrәnәn sosial elmlәrin bütünü türkologiya fәnninndә ehtiva olunur.
Türkologiyanın araşdırma-öyrәnilmә sahәlәrindәn ümumtürk dilinin dilçiliyin, tarixinin tarix
emlinin vә ümumilikdә mәdәniyyәtinin fәlsәfәnin, sosiologiyanın vә semiotikanın işığında
öyrәnilmәsinin zәruri olduğu danılmazdır. Çağdaş elmşünaslıqda semiotikanın semiosfera vә
semiozis anlayışalarıyla6 müstәqil bir elm sahәsi olaraq müәyyәnlәşmәsi dә ümumi
türkologiyanın vә onu tәşkil edәn elm sahәlәrinin hәm dә semiotik baxımdan öyrәnilmәsini
şәrtlәndirmәkdәdir. Günümüzdә isә hәlәlik daha çox ümumtürk dili vә onu tәşkil edәn türk әdәbi
dillәri, dialektlәri vә danışıq şәkillәrinin koqnitiv dilçilik vә kompüter linqvistikası yönüm vә
yöntәmlәri ilә öyrәnilmәsi gündәmә gәlmәkdәdir. Bu, yaşadığımız bilgi vә informasiya
texnologiyaları әsrinin tәlәbidir vә qaçınılmazdır.
Türkologiya elmi Qәrbdә vә Rusiyada missionerlik vә ya Avrasiyanın әlçatmaz
yerlәrinin öyrәnilmәsi vә mәnimsәnilmәsi әsnasında formalaşmışdır. Bir elm sahәsi olaraq әn çox
türk dialektlәrinә, qәdim vә yeni türk әdәbi dillәrinә dair aparılan sinxronik vә diaxronik
sәciyyәli dilçilik işlәrinә görә bilinir. Bu baxımdan XIX yüzildә qәlәmә alınan Mirzә Kazım
bәyin “Türk-tatar dilinin ümumi qrammatikası”(1846), İlminiski vә hәmkarlarının “Altay dilinin
qrammatikası (1869), Radlovun “Türk dialektlәrinin lüğәti tәcrübәsi” (1888-1911) vә s. klassik
6 Semiozis (yunan. sema ‘işarә’) işarә prosesi demәkdir vә işarәlәrin yaratma, qurma, hәrәkәt vә açıqlama
özәlliklәrini ehtiva edir. Semiosfera (yunan. sema ‘işarә’, sphaira ‘şar’) isә işarәlәrin qlobal sahәsi vә әhatә dairәsi,
mәkan vә zamanda mövcud olan işarәlәri vә dil әlaqәlәrinin bütününü ehtiva edәn semiotik mәkandır (Стариченок
2008: 539-540). Aşağıda sözügedәn anlayışlara dair daha geniş mәlumat verilәcәkdir.
-
23
әsәrlәr diqqәti cәlb edir. Aşmarinin “Çuvaş sintaksisinin tәdqiqi tәcrübәsi (1903), Tomsenin
“Türkcә” (1916), Banqın “Göytürkcәdәn osmanlıcaya” (1917), Qrönbexin “Türk dilinin
quruluşu” (1936) kitabları da sinxronik-diaxronik xarakterli araşdırma-öyrәnilmә yönümünün
klassik türkoloji dilçilikdәn XX yüzilin başlarında da yan keçmәdiyini göstәrmәkdәdir.
Dmitrievin “Türk dillәrinin quruluşu” (1962), Qabenin “Qәdim türk dilinin qrammatikası”
(1974), Kononovun “VII-IX yüzillәr türk runik abidәlәrinin dilinin qrammatikası” (1980) vә s.
kitabları da sözügedәn linqvistik әnәnәnin türkoloji dilçilikdә daha sonralar da davam etdiyini
sübut etmәkdәdir.
Sözügedәn kitablar tәsviri vә ümumi-müqayisәli dilçiliyin tarixi-müqayisәli vә
müqyisәli-tarixi araşdırma-öyrәnilmә yöntәmlәri ilә yazılmışdır. Ümumi-müqayisәli dilçiliyin
tarixi-müqayisәli vә müqayisәli-tarixi yöntәmlәrinin fәrqlәri dәrsliyin birinci hissәsindә örnәklәrә
әsasәn göstәrilәcәkdir.
Belәliklә, yüz-yüz әlli il әvvәl Avropa xaricindә bu gün dә işlәnilәn müasir dillәrin, o
cümlәdәn türk dillәrinin elmi-normativ tәsvirinin missionerlik qrammatikası anlayışıyla hәyata
keçirildiyi yaxşı bilinmәkdәdir. Vә ya sözügedәn hәr hansı bir dildә söz şәkillәrinin vә
qrammatik kateqoriyaların Hind-Avropa dillәrinin qayda-qanunlarına görә müәyyәnlәşdirildiyi
ciddi alimlәr tәrәfindәn dә indi artıq etiraf edilmәkdәdir (Алпaтoв 2003: 116).
Ümumürk dilinin tarixi, onun dialekt vә ağızları, qәdim vә yeni türk әdәbi dillәrinә dair
aparılan araşdırmalar, yazılan mәqalәlәr vә kitablar, bütövlükdә görülәn bütün digәr elmi-praktik
işlәr, yuxarıda da göstәrildiyi kimi, müxtәlif terminlәrlә adlandırılır. Bunların içәrisindә
“Türkologiya” vә ya әn düzgünlәri olaraq da “Türk dilçiliyi” vә ya “Türkoloji dilçilik” terminlәri
diqqәti daha çox çәkir. Biz “Türkoloji dilçilik” terminini işlәtmәyi uyğun hesab edirik. Bununla
bәrabәr, Türk Cümhuriyyәtlәrindә ayrı-ayrı türk әdәbi dillәrinә dair aparılan işlәrә görә
müәyyәnlәşәn fәrqli terminlәr dә işlәnilir:
-Azәrbaycan dilçiliyi;
- Özbәk dilçiliyi;
-Türkmәn dilçiliyi;
-Qırğız dilçiliyi;
-Qazax dilçiliyi;
-Tatar dilçiliyi;
-Başqırd dilçiliyi;
-
24
-Uyğur dilçiliyi vә s.
Әlbәttә, bütün bunlar türkoloji dilçiliyin müxtәlif qolları vә ya bir alt
qvramlaşdırmaları olaraq da dәyәrlәndirilә bilәr.
Belәliklә, istәr müxtәlif linqvistik yönüm vә yöntәmlәrlә türk dillәri materiallarına görә,
istәrsә dә Ural-Altay dillәri içәrisindә türk dillәri (türk dili, çuvaş dili, yakut//saha dili)
anlayışıyla aparılan dilçilik araşdırmalarının türkoloji sәciyyәli olduğu yaxşı bilinmәkdәdir. Buna
bağlı olaraq müasir filologiyada hәr hansı bir türk dilinin dilçilikdәn vә ya türk әdәbi dillәri vә
dialektlәrindәn xәbәrdarlıqla müqayisәli olaraq öyrәnilmәk istәnildiyi meyli dә getdikcә daha çox
müşahidә olunmaqdadır. Ümumiyyәtlә, ümumtürk dilinә vә müxtәlif türk әdәbi dillәrinә dair
müqayisәli-tarixi, tarixi-müqayisәli, tәsviri-struktur vә yeni struktur-semantik- vә funksional
linqvistik yöntәmlәrlә aparılan vә ya türk dillәri materiallarının yer tutduğu bütün elmi
araşdırmaların, dәrs kitabları vә vәsaitlәrinin tәşkil etdiyi bir fәnn türkoloji dilçilik anlayışından
uzaq qala bilmәz. Hәmin fәnn istәr ümumi dilçilik sәciyyәli (Axundov 1988; Aksan 1995),
istәrsә dilçiliyin müxtәlif sahәlәrinә (Novoe v zarubejnoy lingvistike..., 1987) aid olsun, onun
türkoloji vә ya müqayisәli-tipoloji dilçilik olaraq dәyәrlәndirilmәsi hәm türk dillәri, türkoloji vә
e-türkcә yönümü, hәm dә müasir dilçilik axınları vә bütövlükdә koqnitiv elmşünaslıq baxımından
daha düzgündür. Başqa bir sözlә, ümumtürk dilinә dair vә türk әdәbi dillәri vә dialektlәri
materialları ilә aparılan bütün araşdırmalar öncә Ural-Altay dilçiliyi nәzәriyyәsi ilә bağlantılı
olmalıdır. Hәmin araşdırmaların hәm dә müasir linqvistikanın germanistika, romanistika,
slavistika sәviyyәlәrindә olmasına da sәy göstәrilmәlidir. Vә onların müasir linqvistikanın bir
komponenti sәviyyәsindә “Türkoloji dilçilik” termini ilә qavramlaşdırılaraq adlandırılmasına
üstünlük verilmәlidir (Musaoğlu 2004a: 56-57). Bununla bәrabәr, türkologiya emlinin әsas
qollarından birini tәşkil edәn türkoloji dilçilik fәnnini vә qavramını ehtiva edәn bütün konseptual
parametrlәr, sxemlәşdirmәlәr vә linqvistik kateqoriyalaşdırmalar yenidәn müәyyәnlәşdirilmәlidir.
Yәni bir üst sәviyyәdә müәyyәnlәşdirilәn kateqoriyalaşdırmalar aspektuallıq, zaman, sәbәbiyyәt
vә s. semantik kateqoriyalara görә görә seçilmәlidir. Bir alt sәviyyәdәki kateqoriyalaşdırmalar
isә, hәr şeydәn öncә, kateqoriya qurucu әlamәtlәrә görә müәyyәn olunmalıdır. Bunlar qrammatik,
leksik vә leksikoqrafik xarakterli tәsniflәndirici, şәkillәndirici sözdüzәltmә morfoloji әlamәtlәri
vә felin növ şәkilçilәri vә ya hal, felin zaman, şәkil sözdәyişdirici şәkilçilәrinә vә s. görә bir-
birindәn ayrılmalıdır. Ümumtürk dilindә sait, samit, sait vә samitlәrin fonetik uyumu, kәlmә, sәs,
morfem birlәşmәli söz tәsriflәndirilmәsi, şәkillәnmәsi vә düzәldilmәsi; simmetrik-asimmetrik
-
25
sәciyyәli sintaktik quruluş vә leksik-leksikoqrafik qavramlaşdırılma açıq bir şәkildә
göstәrilmәlidir. Belәliklә türkoloji dilçilik fәnni bundan sonra koqnitiv elmşünaslıq vә
linqvistikadan xәbәrdarlıqla vә yöntәmlәrinin türk dillәrinә uyğun bir hala gәtirilmәsiylә inkişaf
etdirilmәlidir.
Türkoloji dilçilik anlayışı ümumi türkologiya qavramını tәşkil edәn konseptual
xarakterli әsas komponentlәrdәn vә ya konkret qavram sahәlәrindәn biri vә ya birincisi olaraq
seçilir. Türk dillәrinin tarixi, müasir durumu, fonetik, fonoloji, leksik, leksikoqrafik, qrammatik,
sintaktik, semantik, frazeoloji vә mәtn quruluşu türkoloji dilçilikdә indiyә qәdәr әsas etibarilә
müqayisәli-tarixi, tarixi-müqayisәli vә әnәnәvi xarakterli tәsviri dilçilik metodları ilә
öyrәnilmişdir. İndi isә günün әn vacib mәsәlәlәrindәn biri koqnitiv (cognitive linguistics) dilçilik
vә kompüter dilçiliyi (computational linguistics) yönüm vә yöntәmlәrinin linqvistik araşdırma
mәqsәdilә türkoloji dilçilikdә dә özәl olaraq tәtbiq olunmasından ibarәtdir. Bu isә türkoloji
dilçiliyә dair görülәcәk әsas işlәrin vә ya problemlәrin vә perspektivlәrin konkret olaraq
müәyyәnlәşdirilmәsi vә mövcud araşdırma-öyrәnilmә yöntәmlәrinin türk dillәrinә
uyğunlaşdırılması nәticәsindә hәyata keçirilә bilәr.
Günümüzdә Türkiyә ilә bәrabәr öz müstәqil dövlәtlәri olan digәr Türk
Respublikalarında da artıq ana dili hәm әdәbi dil, hәm dә dövlәt dili sәviyyәsindә işlәnilir.
Sözügedәn statusa Rusiya Fedarasiyasında vә Çindә Muxtar Respublikası olan türk xalqları da
qismәn nail olmuşdur. Hәr hansı bir müstәqil dövlәt statusu olmayan digәr kiçik türk xalqlarının
vә qruplarının dillәrinin bir qismi bәlli bir ölçüdә әdәbi dil sәviyyәsindә işlәnilmәkdәdir. Bir
qisminin isә tarixdә mövcud olmuş, bu gün isә işlәnilmәyәn yazısı vardır. Daha doğrusu, bәzi
türk dillәri yaxın vә uzaq keçmişlәrdә müәyyәn bir yazıya vә ya yazılı dil әnәnәsinә malik
olmuşdur. Günümüzdә isә bu dillәrin bir çoxu, tәәssüflәr olsun ki, artıq sadәcә danışıq vә ya
mәişәt dili sәviyyәsindә әhalisinin bәlli bir qismi tәrәfindәn danışılmaqdadır. Böyük türk
dillәrinin bir çoxunun ikidillilik vә çoxdillilik ortamlarında birinci vә ikinci dil, kiçik türk
dillәrinin isә çox vaxt sözügedәn linqvistik ortamlarda ikinci, üçüncü vә hәtta dördüncü dillәr
kimi işlәnilmәsinә dә tәsadüf olunmaqdadır.
Belә bir kontekstdә sinxronik xarakterli funksional dil özәlliklәrini vә sözügedәn müasir
dillәrin dünyadakı işlәnilmә coğrafiyasını müәyyәnlәşdirmәk istәdik. Bunun üçün aşağıda türk
dillәrinin öncәki coğrafi, tarixi, fonetik, morfoloji, tipoloji, ideoloji vә digәr mövcud qarışıq
tәsnifatlarından fәrqli olan sosiolinqvistik xarakterli yeni bir tәsniflәndirmәsini türkoloji dilçiliyә
-
26
dair yazılmış әn son tәdqiqatlar әsasında apardıq. Vә bundan öncә “Ortaq türk dili” qavramı vә
“Türk dillәrinin tәsnifflәndirmәsi” problemi üzәrindә qısaca olaraq durduq.
4.1. Ortaq türk dili qavramı
Sözün dar mәnasında türk әdәbi dillәri vә dialektlәrini ünsiyyәt saxlamaq vә fikirlәrini
ifadә etmәk mәqsәdilә bu vә ya digәr şәkildә işlәdәn bütün türk xalqlarının bir-birini başa düşә
bilәcәyi bir dili bildirir. Eynilә әrәblәrin işlәtdiyi “fәsih” әrәbcә (Qurani-Kәrimin dili vә ya әrәb
әdәbi dili), çinlilәrin danışdığı çin әdәbi dili, slavyan mәnşәli xalqların müәyyәn bir ölçüdә daha
yaxşı bir-birini başa düşә bildiyi rus dili kimi.
Sözün geniş mәnasında isә ortaq türk dili qavramı inkişaf etmiş türk әdәbi dillәrindәn
birinin millәtlәrarası ortaq ünsiyyәt vasitәsi (lingua franca) sәviyyәsindә olması vә ya irәli
çıxması demәkdir. BMT-dә işlәnilәn ingilis, rus, ispan, çin, fransız ortaq dillәrindәn biri kimi.
Vurğulanmalıdır ki, ümumtürk dili vә ya türk dillәri dünyada әn çox danışılan 7 dildәn biridir.
Bәs son iki min il içәrisindә türkcә vә ya ümumtürk dili sözün dar vә geniş mәnasında
sözügedәn özәlliklәrә malik odlumu?!
- Oldu!
- Necә? Nә vaxt?
- B. e. öncә V-VI yüzillәrә qәdәr vә VI-VII yüzillәrdәn XIII-XIV yüzillәrә qәdәr.
Qәdim vә әn qәdim türk dili kimi.
Türk dillәri bu gün ortaq bir Avrasiya dili vә ya dünya türkcәsi ola bilmәk imkanını
hәm bir-birinә әn yaxın qohum dillәr vә dialektlәr olma sәciyyәsi, hәm sosyolinqvistik olaraq
işlәnilmә yayqınlığı, hәm dә Avrasiya coğrafiyasında dillәr arasındakı qarşılıqlı dil-danışıq
әlaqәlәri ilә әldә etmәkdәdir.
4.1.1. Qohum dillәr, yaxın vә әn yaxın qohum dillәr qavramları
Qohum dillәr vә onların içәrisindә yer tutan әn yaxın qohum dillәr vә ya yazı dillәri
qavramlarının linqvistik meyarlarla açıqlanması XX yüzilnin son qәrinәsindәn etibarәn
müqayisәli-tipoloji dilçilkdә mübahisә obyekti olaraq gündәmә gәlmişdir. Hind-Avropa dillәri
içәrisindә tәsniflәndirilәn slavyan dillәrinin digәr Hind-Avropa dillәrindәn fәrqli bir işlәnilmә
sisteminә malik olduğu da elә buna bağlı olaraq fәrq edilmişdir. Hәtta әn yeni dilçilik
-
27
arşdırmalarında rus, belarus vә ukrayna dillәrinin eyni bir dilin dialektlәri vә ya lәhcәlәri7 olaraq
qiymәtlәndirilmәsi günümüzdә müşahidә olunmaqdadır (Кузнeцoвa 2006: 124).
Sözügedәn sistematik fәrqliliyin vә ya linqvistik bәnzәrliklәrin dilçilikdә “әn yaxın
qohum dillәr” müstәvisindә müәyyәnlәşdirilmәsi bu gün artıq heç bir mübahisә doğurmur. Bir-
birinә çox yaxın olan digәr qohum dillәrin klassik müqayisәli-tarixi vә ya tarixi-müqayisәli
yöntәmlәrlә qohum dillәr olaraq tәrifi vә ya tәsniflәndirilmәsinin dә hәr hansı bir ciddi tәnqidә
dözmәdiyi çox açıqdır. Belә bir vәziyyәt qohum dillәr vә yaxın vә әn yaxın qohum dillәr
nәzәriyyәlәri vә praktikalarının fәrqli müstәvilәrdәki linqvistik açıqlanmasına yol açmaqdadır.
Tipoloji bölünmәlәrin hәrәkәti vә әsas dil tiplәrinin dәyişmәzliyi müstәvisindә yaxın vә
әn yaxın qohum dillәrin uyğun anlam sahәlәrinin dәyişkәn vә uzun zaman içәrisindәki eyniliyi
müasir dilçilikdә linqvistik parametrlәri ilә müşahidә olunur. Bu isә “sözügedәn dillәrin müxtәlif
linqvistik vә ekstralinqvistik proseslәrdә özünü qohum dillәr olaraq sәciyyәlәndirilmәsindәn
başqa eyni bir dil sәviyyәsindә olduğunu” (Мacлoвa 2004: 7) da göstәrmәkdәdir. Әn yaxın
qohum dillәr qavramlaşdırmasının gәrәkliliyi universal sәviyyәdә sistematik olaraq sübut
olunmaqdadır. Buna görә dә türk dillәrinin çox böyük bir qisminin “yaxın vә әn yaxın qohum
türk dillәri” sәviyyәsindә dәyәrlәndirilmәsinin yanlış olmadığı ortadadır. Vә ya onların
bütününün qәdim zamanlardan bәri Asiyadakı vә Avropadakı geniş etnik-dil yayılımı
müstәvisindә türk dillәri, türk әdәbi dillәri, dialektlәri vә ya lәhcәlәri olaraq adlandırılmasının
düzgün olduğu qәbul oluna bilәr.
Slavyan dillәrindәn bir-birinә daha yaxın olan türk dillәrinin bütünü üçün dә sadәcә
qohum dillәr deyil, hәm dә bir-birinә yaxın vә әn yaxın qohum dillәr qavramlaşdırmaları
aparılmaqdadır. Buna bağlı olaraq türk dillәrindә әdәbi mәtn uyğunlaşdırması vә praktikası
işlәrinin әsas prinsiplәri dә müәyyәnlәşdirilmәkdәdir (Musaoğlu 2002: 196-203; 2003: 151-158;
2004b: 25-30). Vә konkret әdәbi mәtn uyğunlaşdırması örnәklәri Türk dünyasında 1990-cı
illәrdәn bәri çox geniş bir ölçüdә yayılmaqdadır. Bütün bunlar isә türk dillәrinә dair aparılan
7 “Dil, әdәbi dil, dialekt vә lәhcә sözlәr”i dilin leksik-funksional sistemindә bir-birilәri ilә sinonimlik tәşkil edir.
Ancaq әdәbi dildә hәmin sözlәrin dil-işlәnilmә funksiyalarında bir-birindәn fәrqlәnәn anlam çalarları da yox
deyildir. Başqa bir sözlә, “әdәbi dil, dialektlәr vә şivәlәr” sözügedәn hәr hansı böyük bir dilin alt qavrayışları vә ya
qavramları olaraq dәrk olunmaqdadır. “Lәhcә” sözündә isә sinonimi olan “dialekt” leksem-terminindәn fәrqli olaraq
dilin daha çox sәrbәst üslubla bağlı şivә-danışıq özәlliklәri dә ehtiva olunur. Biz dәrslikdә “Türk dillәri, әdәbi dillәri,
dialekt vә ya lәhcәlәri” temrin adlandırmalarını yerinә görә işlәdirik.
-
28
“qohum dillәr, yaxın vә әn yaxın qohum dillәr” qavramlaşdırmalarının düzgün olduğunu
göstәrmәkdәdir.
Türkcә vә ya ümumtürk dilinin adlandırılması XIX yüzildәn bәri Avrasiyadakı siyasi,
iqtisadi müәyyәnliklәrә vә müxtәlif mәdәniyyәtlәrә bağlı olaraq gerçәklәşәn inkişaf meyllәri vә
tәzyiqlәrindәn müәyyәn qәdәr asılı olmuşdur. Hәmin dil bu baxımdan daha çox etnik-milli
keçmişi vә çağdaş işlәnilmә-yayılım özәlliklәri dә göz önündә tutularaq fәrqli şәkillәrdә
adlandırılmışdır:
-Tatar dili, türk dili (Türkiyә türkcәsi olaraq);
- Türk dillәri, türk lәhcәlәri, türk әdәbi dillәri vә s. olaraq.
1940-cı ildәn başlayaraq Türkiyәdә “Türkiyә türkcәsi” termini işlәdilmәyә
başlanılnışdır. Hәmin termin Türkiyәdә danışılan türk dilini Osmanlı türkcәsindәn vә digәr türk
dillәri vә lәhcәlәrindәn ayırmaq üçün işlәdilmiş, әsas etibarilә Anadolu vә Rumeli danışıq-
şivәlәrini ehtiva etmişdir. Buna bağlı olaraq 1990-cı illәrdәn bәri Türk dünyasında vә әn çox da
Türkiyәdә türk dillәri vә lәhcәlәri qәlib-ifadәlәri ilә bәrabәr, aşağıda göstәrilәn termin-
adlandırmalar da işlәklik qazanmışdır:
-Azәrbaycan türkcәsi (azәricә),
-Qazax türkcәsi (qazaxca);
-Türkmәn türkcәsi(türkmәncә);
-Qırğız türkcәsi (qırğızca);
-Özbәk türkcәsi (özbәkcә);
-Tatar türkcәsi (tatarca);
-Başqırd türkcәsi (başqırdca);
-Uyğur türkcәsi (uyğurca);
-Tuva türkcәsi (tuvaca);
-Saha//yakut türkcәsi (sahaca//yakutca) vә s.
Bu gün Azәrbaycanda rәsmi olaraq Azәrbaycan dili termini qәbul olunmuşdur. Bununla
bәrabәr, “Azәrbaycan türk dili vә Azәrbaycan türkcәsi” termin-ifadәlәri dә Azәrbaycanda
işlәdilmәkdәdir. Әlbәttә, hәmin terminlәr Azәrbaycan cәmiyyәtindә bu gün, demәk olar ki,
sinonim ifadәlәr olaraq işlәdilir. Bu isә nә әşyanın tәbiәtinә vә dünyanın qavramlar xәritәsinin
dәrk olunması prosesinә, nә dә tarixi vә müasir gerçәkliklәrә heç bir vәchlә zidd deyildir
(Abdulla 2010: 65-67).
-
29
Türk әdәbi dillәri vә lәhcәlәri tarixi vә coğrafi; fonetik, qrammatik, leksik, leksikoqrafik
vә frazeoloji özәlliklәri ilә hәm tәsviri, hәm dә müqayisәli olaraq çox vaxt müxtәlif ideoloji vә
siyasi dünyagörüşlәri baxımından öyrәnilmişdir. Bütün bunlar vә ümumtürk dili vә onun әdәbi
dillәri vә dialektlәri üzәrindә oynanılan müxtәlif missionerlik oyunları türkcәnin vә ya türk
dilinin, tәәssüflәr olsun ki, müxtәlif şәkillәrdә adlandırılmasına yol açmışdır.
Müasir dünyada ümumtürk dilinin vә ya türk dillәrinin sadәcә ana dili deyil, bir xarici
dil olaraq da işlәnilmәsi vә öyrәnilmәsindәn dә hәrәkәt edilmәkdәdir. Belә ki, türk әdәbi dillәri,
dialektlәri vә ya lәhcәlәri yenidәn sosyolinqvistik olaraq tәsniflәndirilmәkdәdir. Onların qohum
türk dillәri (türk dili vә ya ümumtürk dili, çuvaş dili, saha//yakut dili) vә yaxın vә әn yaxın
qohum türk dillәri müstәvilәrindә qavramlaşdırmaları vә kateqoriyalaşdırmaları aparılmaqdadır.
Türk dünyasında belә bir qavramlaşdırmaya vә kateqoriyalaşdırmaya uyğun olaraq gәlәcәkdә
aşağıdakı tәdris-tәlim vә dil-işlәnimә modellәrinin işlәnilib hazırlanması tövsiyә olunmaqdadır:
- Türk dillәri vә lәhcәlәri müstәvisindә ana dili olaraq türkcә8 öyrәnmә modeli;
- Ortaq dünya dillәri vә Ural-Altay vә türk dillәri kontekstindә xarici dil olaraq türkcә
öyrәtmә modeli;
- Beynәlxalq ünsiyyәt müstәvisindә sösyolinqvistik yönlәriylә türkcәnin ortaq dil-
işlәnilmә vә avtomatik vә ya e-şifahi vә yazılı mәtn uyğunlaşdırması vә tәrcümә modellәri.
Sözügedәn әdәbi mәtn uyğunlaşdırması vә tәrcümә proqramlarının hazırlanmasıyla
türkoloji dilçilikdә “yaxın vә әn yaxın qohum dillәr fenomeni”nin öyrәnilmәsinә dair aparılan
işlәr daha da sürәtlәnә bilәr.
4.1.1.1. Türk dillәrinin tәsnifi
XIX yüzildә filologiyada müqayisәli-tarixi dilçilik metodu ortaya çıxdı. Orxon-yenisey
yazılı abidәlәri kәşf olundu vә deşifrә olunaraq oxundu. Bәzi tarixi-müqayisәli vә müqayisәli-
tarixi әsәrlәr, özәlliklә dә Vilhelm Radlovun yazıya aldığı sözlü-şifahi mәtnlәr, türkoloji
araşdırmaları vә tәrtib etdiyi lüğәtlәr meydana çıxdı. Hәmin dövrdә, digәr Ural-Altay dillәri ilә
bәrabәr, ümumtürk dilinin dә tarixi-coğrafi prinsiplәrә, fonetik, morfoloji, leksik vә leksikoqrafik
әlamәtlәrә görә tәsniflәndirilmәsi türkloji dilçiliyin başlıca problemlәrindәn birinә çevrildi.
8 Burada müxtәlif türk әdәbi dillәrinin türkdilli xalqlara vә xaricilәrә öyrәdilmәsi söhbәtin mövzusu ola bilәr.
-
30
Ancaq “türk dillәrinin tәsnifinin tarixi XIX yüzildәn çox-çox әvvәllәrә gedib çıxır. İlk
dövrlәrdә tәsniflәrin әsasında coğrafi әlamәtlәr, yәni bu dillәrin tәsnif edilәn vaxt coğrafi
yerlәşmәsi әsas götürülmüşdür. Belә ki, hәlә XI әsrdә Mahmud Qaşqarlı türk tayfalarının
yerlәşmәsini (o, j ~ ∂ ~ т ~ з әvәzlәnmәsini dә qeyd edib) әsas tutaraq, onları dörd qrupa bölüb:
1) beçeneq; 2) qıfçaq, oğuz, yemәk, başğırt, basmıl, qay, yabaqu, tatar vә qırğızlar; 3) çıqıl, tuxsi,
yağma, iqraq, çaruq, çumul, uyğur, tankut vә xatay; 4) tavğaç” (Zeynalov 1981: 58). Mahmud
Qaşqarlıdan uzun bir vaxt sonra müasir dilçiliyin ortaya çıxması ilә türk dillәrinin
tәsniflәndirilmәsinә geniş bir ölçüdә yenidәn başlanılmışdır. XVIII yüzilin әvvәllәrindә “İsveç
әsir zabiti Filip Tabbert-Stralenberq Volqaboyunda vә Sibirdә yaşayan türkdilli xalqları Böyük
Tatarıstan vә Kiçik Tatarıstan türklәri deyә iki qrupa ayırmışdı (1730). O, tatar dillәri
adlandırdığı türk dillәri qrupuna çuvaş, tatar, başqırd, yakut, türkmәn, qaraqalpaq, baraba vә kan
dillәrini daxil etmişdi” (Zeynalov 1981: 63). Bundan sonra alman alimlәri M. Miller vә V. Şotun
vә digәr xarici türkoloqların da türk dillәrinin coğrafi prinsiplә aparılmış tәsniflәri vardır.
XIX-XX yüzillәrdә ümumtürk dili әvvәlәr hәm “türk dillәri vә türk lәhcәlәri”, sonralar
isә yalnız “türk dillәri” adlandırmaları ilә tarixi-coğrafi, fonetik-fonoloji, morfoloji-tipoloji vә
leksik-lekskoqrafik prinsiplәrlә tәsniflәndirilmişdir. Radlovun (1882: 280-290), Korşun (1910),
Samayloviçin (1922) әsәrlәrindә sözügedәn tәsniflәndirmә aparılarkәn hәm “türk dillәri”, hәm dә
“türk lәhcәlәri” terminlәrindәn istifadә olunmuşdur. Boqoroditski (1934: 5-18; 1953), Malov
(1951: 5-7), Menqes (1959: 1-10), Baskakov (1969: 350-355), Zeynalov (1981: 58-69), Tekin
vә Ölmәzin (2003) әsәrlәrindә “türk dillәri” ifadәsi işlәdilmişdir. “Türk dillәrinin müqayisәli-
tarixi qrammatikası” (Сравнительно-историческая грамматика тюркских языков…2002: 4-5)
kitabında da “türk dillәri” termini yer tutmuşdur. Mahmud Qaşqarlının “Divanü-Lüğәt-it türk”
(Dîvânu Luğati-t Türk Tercümesi 1992: 28-34) әsәrindә “türk boyları vә türk lәhcәlәri”
ifadәlәrindәn istifadә edilmişdir. Aratın (1953:5-139), Banguoğlunun (1974: 9-22), Ercilasunun
(1990: 55-63) vә Korkmazın (1994: 683-708) uyğun әsәrlәrindә isә sadәcә “türk lәhcәlәri”
termini işlәdilmişdir.
Türkologiyanın Türkiyә mәktәbinin xaricindә aparılan türk dillәri tәsniflәrindә әsas
etibarilә tәk bir prinsip izlәnilmişdir. Belә ki, hәr hansı bir türk әdәbi dili vә ya dialekti XX
yüzilin 20-ci illәrindәn bәri tarixi lәhcәlәri vә şivәlәri ilә birlikdә müstәqil bir dil sayılmışdır.
Türk dillәrinin bütünü qohum dillәr olaraq tәsniflәndirilmişdir. Türkoloji dilçiliyin Türkiyә
mәktәbindә isә ümumtürk dili qәdim vә müasir әdәbi dillәri vә dialektlәri ilә birlikdә bir bütün
-
31
dil olaraq qiymәtlәndirilmişdir. Bu mәktәbdә “türk lәhcәlәri” tәsniflәndirmәsi aparılmış, çuvaşca
vә sahaca//yakutca uzaq lәhcәlәr olaraq dәyәrlәndirilmişdir. İstәr “türk dillәri”, istәrsә “türk
lәhcәlәri” tәsniflәndirmәlәrindәki coğrafi, tarixi prinsiplәr vә morfoloji, leksikoloji özәlliklәrlә
fonetik meyarlar hәmәn-hәmәn eynidir. Mәsәlәn, V. B. Boqoroditskinin (1934: 5-18), M.
Rәsәnenin (1955) vә F. E. Korşun (1910) әsәrlәrindәki tәsnif coğrafi xarakter daşıyır. M.
Qaşqarlının (1992: 280-290), T. Banguoğlunun (1974: 9-22) vә K. Menqesin (1959: 2-10; 1968)
әsәrlәrindәki tәsniflәndirmә isә coğrafi-tarixi prinsiplә aparılmışdır. S. E. Malovun “qәdim vә
yeni türk dillәri” (1951: 5-7) olaraq adlandırdığı tәsniflәndirmәsi isә sırf tarixi sәciyyәlidir.
Fonetik tәsniflәndirmәlәrin içәrisindә tarixi vә elmi baxımdan A. N. Samoyloviçin
(1922) araşdırması diqqәti daha çox çәkir. A. N. Samoyloviç V. Radlovun vә F. E. Korşun
araşdırmalarına dayanaraq öz dövrünә görә türk dillәrinin yeni bir tәsniflәndirmәsini aparmışdır.
Bu tәsniflәndirmәdә ilk dәfә әsas olaraq qәbul edilәn prinsiplәrdәn biri sözün ortasında vә
sonunda ortaya çıxan sәs dәyişmәlәridir: d (T), Z (s), y; adak, atak, azak, ayak; kod, kot, kos,
koy. Sözügedәn prinsip qәbul edildikdәn sonra A. N. Samoyloviç cәnubi-qәrb qrupunu “y”
dialektlәri olaraq sәciyyәlәndirmişdir. Şәrq qrupu olaraq isә “d, z, t” dialektlәri
müәyyәnlәşdirilmişdir. Burada cağatayca vә polevestcә (kuman vә ya qıpçaq) “y” dialekti olaraq
tәsbit olunur. A. N. Samoyloviçin әsәrindә “dil” vә “lәhcә” terminlәri bir çox halda sinonim
sözlәr olaraq işlәnilir. Mәsәlәn, “Nә Korşun, nә dә mәnim әlavә tәsniflәndirmәmә görә Cәnubi-
Qәrb dialektlәri (altay, teleut, qara türklәr vә digәrlәri) Şәrq qrupuna aid edilmәmәlidir” (2007:
180). XX yüzilin әvvәllәrinә qәdәr böyük türkoloq V. Radlov (1882: 280-290) da “türk lәhcәlәri”
terminini (mәsәlәn, “Türk lәhcәlәri lüğәti tәcrübәsi” әsәrinin adı) işlәtmişdir. Rus türkoloqları
içәrisindә türk dillәrinin әn geniş tәsniflәndirmәsini isә N. A. Baskakov (1969: 350-355)
aparmışdır. Onun tәsniflәndirmәsindә hәm tarixi vә leksik, hәm dә fonetik vә qrammatik
meyarlara әsaslanılmışdır.
XX yüzildә türk dillәrinә dair aparılan bütün tәsniflәrdә A. N. Samoyloviçin fonetik
tәsniflәndirmәsinin tәsiri bu vә ya digәr dәrәcәdә hiss edilmәkdәdir. A. N. Samoyloviçin tәsnifi
ona qәdәr vә ondan sonrakı tәsniflәndirmәlәr arasında sanki bir aralıq vә ya sәrhәd tәşkil edir.
Buna görә qeyd olunmalıdır ki, “linqvistik әdәbiyyatda türk dillәri vә dialektlәrinin A. N.
Samoyloviçdәn öncәki vә sonrakı tәsniflәndirilmәsi kimi bi tәbir” (Seçdirmә bizimdir- Mehman
-
32
Musayev) dә işlәnilә bilәr9. Bütün bunlara baxmayaraq, nә birinci “türk dillәri”, nә dә ikinci
“türk lәhcәlәri” adları altında aparılan tәsniflәndirmәlәrdә şifahi vә yazılı olaraq işlәdilәn türk
әdәbi dillәri mәtnlәrinin linqvistik özәlliklәrinә diqqәt yetirilmәmişdir. Türk dillәrinin sintaktik
quruluşundakı sosiolinqvistik sәciyyәli dil-nitq fәrqliliklәri, yazı-ifadә tәrzlәrindәki vә danışıq
şәkillәrindәki özünәmәxsus inkişaf meyllәri vә dәyişmәlәrdәn dә heç bәhs olunmamışdır
(Musaoğlu 2002: 8-20).
Dәrslikdә ümumtürk dili (türk dili) vә ya türk әdәbi dillәri vә dialektlәri Ural-Altay
dillәri içәrisindә çuvaş vә saha//yakut dillәri ilә birlikdә ümumi bir A. Qohum türk, çuvaş vә
saha//yakut dillәr qrupu olaraq tәsniflәndirilir. Belә bir tәsniflәndirmәnin aparılamasını qәdim
türk yazı dillәri vә tarixi lәhcәlәrinin böyük Avrasiya coğrafiyasının bütün bölgәlәrindә yazılan
vә danışılan dillәr olaraq yayılmaları vә müxtәlif siyasi dövlәt quruluşlarına vә tәmayüllәrinә
görә adlandırılmaları şәrtlәndirir. Mәsәlәn, Azәrbaycan türkcәsi, Türkiyә türkcәsi, İraq türkcәsi
vә ya türkmәncәsi kimi. Bununla bәrabәr, etnik sәciyyәli konseptual sxemlәşdirmәlәr vә ya
mәzmunlar da türk әdәbi dillәri vә dialektlәrinin adlandırılmasında tәsirli olmuşdur. Mәsәlәn,
qazax türkcәsi, qırğız türkcәsi, türkmәn türkcәsi, tatar türkcәsi, başqırd türkcәsi, uyğur türkcәsi
kimi.
Türk dillәri vә dialektlәri tarixi Avrasiya coğrafiyasının bütün bölgәlәrindә yer tu