Azərbaycan Universiteti (Azerbaijan University)

18

Transcript of Azərbaycan Universiteti (Azerbaijan University)

Page 1: Azərbaycan Universiteti (Azerbaijan University)
Page 2: Azərbaycan Universiteti (Azerbaijan University)

İçindəkilər

• Universitet haqqında • Rektorun müraciəti• Universitetə qəbul• Bakalavriat ixtisasları• Güzəştlər• Təqaüdlər• Beynəlxalq proqramlar• Yeniliklər• Karyera mərkəzi• Tələbə həyatı• Əlaqə üçün məlumat

Page 3: Azərbaycan Universiteti (Azerbaijan University)

Universitet haqqında• 1991-ci ildən fəaliyyət göstərən Azərbaycan Universitetində 1468

nəfər tələbə təhsil alır. Bunlardan 110 nəfəri magistrantdır. • Azərbaycan Universitetinin 1995-2014-cü illər ərzində 2950

bakalavr, 1999-2014-cü illər ərzində 338 magistratura məzunu olmuşdur. • Universitet doktorantura səviyyəsində kadr hazırlığı da həyata keçirir.• Azərbaycan Universitetində iki beynəlxalq proqram fəaliyyət

göstərir. ABŞ-ın Corciya Dövlət Universiteti (CDU) ilə birgə həyata keçirilən Biznes İnzibatçılığı üzrə Bakalavr (BBA) və Magistratura (MBA) proqramları , Sosial iş ixtisası üzrə İsveçin Lund Universiteti ilə əməkdaşlıq uğurla davam edir.

• Azərbaycan Universiteti 2013/2014-cü tədris ilindən Türkiyə Respublikası tərəfindən maliyyələşdirilən “Mövlanə Mübadilə Proqramı”na da qoşulmuşdur.

Page 4: Azərbaycan Universiteti (Azerbaijan University)

“Hörmətli Abituriyentlər,Müstəqilliyimizin bərpası ilə həmyaşıd olan və 23 il ərzində ciddi inkişaf yolu keçmiş Azərbaycan Universiteti mükəmməl ali təhsil alaraq peşəkar mütəxəssis olmaq arzusunda olan şəxslərə geniş imkanlar yaradır. Şəffaflığa daima üstünlük verən və təhsilin keyfiyyətini ali tutan Azərbaycan Universiteti abituriyentlərə xüsusi proqram təklif edir.“Daxili Təqaüd və Təhsil haqqından Güzəştlər Proqramı” çərçivəsində Universitet öz büdcəsi hesabına yüksək bal toplayan abituriyentlərə və gələcəkdə təhsilində fərqlənən tələbələrə təqaüdlər təqdim edir. Məqsədimiz, yüksək bal toplayan istedadlı gənclərimizə maddi dəstək olmaq və təhsil aldıqları dövrdə xüsusi fərqlənən digər tələbələri də yüksək bal toplayan tələbələrdən ayırmamaq məqsədi ilə, onlara eyni təqaüd proqramını şamil etməkdir.Keyfiyyətli təhsil Azərbaycan Universitetinin ən əsas prioritetlərindəndir. Qərb təhsilli tədqiqatçılardan, zəngin elmi-pedaqoji təcrübəyə malik peşəkarlardan, tanınmış alim və professorlardan ibarət yüksək ixtisaslı komanda ilə reallaşdırılan peşəkar təlim bizim Universitetin tələbələrini rəqabətə davamlı, yüksək hazırlıqlı mütəxəssisə çevirir.Amerika və Avropa universitetləri ilə birgə hazırlanmış unikal tədris proqramları, ingilis dilinin intensiv keçilməsi, zəngin kitabxana və elektron informasiya sistemlərindən məhdudiyyətsiz istifadə Azərbaycan Universitetində təhsil almağın üstünlüklərindən sadəcə bir neçəsidir.Beynəlxalq tərəfdaşlıq proqramları artıq öz bəhrəsini verir. ABŞ-ın Corciya Dövlət Universiteti ilə başladığımız Biznes İnzibatçılığı üzrə Bakalavr və Magistratura proqramları, Sosial iş ixtisası üzrə İsveçin Lund Universiteti ilə əməkdaşlıq uğurla davam edir. Cari tədris ilindən etibarən isə Türkiyə Respublikası tərəfindən maliyyələşdirilən "Mövlanə Mübadilə Proqram"ı çərçivəsində bu ölkənin 10-dan artıq universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb.Azərbaycan Universiteti gələcəyin universiteti olmaq məqsədi ilə, Cənab Prezident İlham Əliyevin təsdiqlədiyi ölkənin strateji inkişafı proqramı ilə ayaqlaşa biləcək Universitetin inkişaf strategiyası üzərində çox ciddi işləyir və əminik ki, bu strategiya Universitetimizin davamlı inkişafını təmin edəcək”.

Azərbycan Universitetinin rektoruEldar Qəhrəmanov

Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov

Page 5: Azərbaycan Universiteti (Azerbaijan University)

Universitetə qəbul

• Azərbaycan Universitetinə qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi test imtahanları vasitəsilə aparılır.

• Əcnəbi vətəndaşların qəbulu Nazirlər Kabinetinin 56 nömrəli, 06.03.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları haqqında Əsasnamə” ilə tənzimlənir və müsahibə yoluyla aparılır.

Page 6: Azərbaycan Universiteti (Azerbaijan University)

Tələbə Qəbulu Şöbəsi

• Tələbə Qəbulu Şöbəsi abituriyent və valideynlərin Azərbaycan Universiteti haqqında məlumatlandırılması məqsədiylə fəaliyyət göstərir.

• Şöbəyə müraciət etməklə Azərbaycan Universitetinin tarixi, fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələri və proqramları, ixtisaslar, “Daxili Təqaüd və Təhsil haqqından Güzəştlər Proqramı” haqqında ətraflı məlumat ala bilər, habelə daxili prosedur qaydalarına riayət etməklə iş saatları içərisində universiteti ziyarət edə bilərsiniz.

• Daha ətraflı məlumat üçün:Tel: (+99412) 434 76 89/94Mobil: (+99450) 285 14 98E-poçt: [email protected]: http://www.au.edu.az

Page 7: Azərbaycan Universiteti (Azerbaijan University)

Bakalavriat ixtisaslarıI qrup :RiyaziyyatKompüter mühəndisliyiKompüter elmləri

II qrup:İqtisadiyyatDövlət və bələdiyyə idarəetməsiDünya iqtisadiyyatı (Beynəlxalq biznes -BBA)Mühasibat uçotu və audit (BBA)Maliyyə (BBA)Menecment (BBA)Marketinq (BBA)

III qrup:Filologiya (Azərbaycan dili və ədəbiyyatı)Sosial işTarixTərcümə (ingilis dili)

Page 8: Azərbaycan Universiteti (Azerbaijan University)

Təhsil haqqından güzəştlər“Daxili Təqaüd və Təhsil haqqından Güzəştlər Proqramı”na əsasən universitetə yüksək balla qəbul olanlar aşağıdakı təhsil haqqı güzəştlərindən faydalanmaqla yanaşı təqaüdlə də mükafatlandırılacaqlar.420-489 bal: 25%490-559 bal: 50%560-629 bal: 75%630-700 bal: 100%

Page 9: Azərbaycan Universiteti (Azerbaijan University)

Təqaüdlər

Təqaüdlərin şərtləri aşağıdakı kimidir:350-419 bal: ayda 50 AZN420-489 bal: ayda 75 AZN490-559 bal: ayda 100 AZN560-629 bal: ayda 150 AZN+notebook630-700 bal: ayda 200 AZN+notebookTəqaüd və güzəştlər tədris prosesində universitetin təyin etdiyi minimum müvəffəqiyyət göstəricilərinə əsasən tənzimlənir. Universitetin öz büdcəsindən maliyyələşən proqramın məqsədi fərqlənməyi bacaran və uğur əldə edən tələbələrə dəstək olmaqdan ibarətdir.

Page 10: Azərbaycan Universiteti (Azerbaijan University)

Beynəlxalq proqramlar

Azərbaycan Universitetində iki beynəlxalq proqram fəaliyyət göstərir. 1. ABŞ-ınCorciya Dovlət Universiteti (CDU) ilə birgə BBA və MBA proqramları2. İsveç Krallığının Lund Universiteti ilə birgə “Linnaeus-Palme” layihəsi çərçivəsində Sosial iş proqramı

Page 11: Azərbaycan Universiteti (Azerbaijan University)

BBA və MBA proqramları

• CDU ilə birgə tətbiq edilən Biznes İnzibatçılığı üzrə bakalavr (Bachelor of Business Administration-BBA) və Biznes İnzibatçılığı üzrə magistratura (Master of Business Administration-MBA) proqramlarında təhsil bütövlükdə CDU-nun BBA və MBA proqramları və orada tətbiq olunan kurikulum əsasında aparılır.

• Fənlərin sillabusları hər semestrin əvvəlində Mak Robinson Biznes Kolleci tərəfindən təftiş edilərək CDU-nun tələblərinə uyğun olması yoxlanılır.

Page 12: Azərbaycan Universiteti (Azerbaijan University)

Sosial iş proqramı

• Azərbaycanda Sosial işin tədrisinə başlayan ilk özəl universitet kimi  Azərbaycan Universiteti bu ixtisas üzrə kadr hazırlığını beynəlxalq proqram əsasında aparmaq məqsədi ilə İsveç Krallığının Lund Universiteti ilə 2010-cu ildə ilə “Linnaeus-Palme” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalamışdır.

• 9 illik layihə çərçivəsində tələbələr tam pulsuz mübadilə şəklində İsveçdə təhsil ala bilirlər.

• Layihədə müəllim-tələbə və təcrübə mübadiləsi, kurrikulumun inkişafı, dərslik təminatına dəstək, beynəlxalq təhsil layihələrində müştərək iştirak, Lund Universitetində ixtisasartırma keçmək nəzərdə tutulur.

Page 13: Azərbaycan Universiteti (Azerbaijan University)

Yeniliklər

• ABŞ-ınCorciya Dovlət Universiteti (CDU) ilə birgə həyata keçirilən Biznes İnzibatçılığı üzrə bakalavr (Bachelor of Business Administration-BBA) və Biznes İnzibatçılığı üzrə magistratura (Master of Business Administration-MBA) proqramlarında yeni tədris ilindən bəzi yeniliklər tətbiq ediləcək.

• 1. BBA proqramlarında tədris CDU-nun Mak Robinson Biznes Kollecinin bazası əsasında təşkil olunmaqla indiyə qədər ingilis dilində aparılırdı. Növbəti tədris ilindən etibarən isə Azərbaycandilli BBA proqramlarının tədrisinə də başlanır. Azərbaycandilli qruplarda da ingilisdilli proqramların kurikulumu, sillabusları və orada yaranmış təcrübə və keyfiyyət tamamilə tətbiq edilir.

Page 14: Azərbaycan Universiteti (Azerbaijan University)

Yeniliklər

2. Tələbə tədrisin dilinə dair özü qərar verəcək. Tələbə tədris prosesində hər iki dildə təhsilin üstünlüklərini və öz dil imkanlarını yenidən dəyərləndirərək azərbaycandilli qrupdan ingilisdilli qrupa və ya əksinə keçə biləcək.3. Azərbaycan Universitetinin tələbəsi olmayan biznes nümayəndələri “sərbəst iştirakçı” qismində MBA ixtisaslarında tədris olunan fənləri öyrənə biləcək. Bu statusda olan şəxslər hər bir fənnə görə 200 AZN ödəməklə,dərslərdə tam semestr boyu iştirak edə biləcək. İmtahanlarda uğurlu nəticə əldə edən sərbəst iştirakçı AU sertifikatı ilə yanaşı, gələcəkdə AU və onun tərəfdaş universitetlərinə köçürülə biləcək magistr kreditləri də əldə edəcək.

Page 15: Azərbaycan Universiteti (Azerbaijan University)

Karyera mərkəzi

• Karyera mərkəzi yuxarı kurs tələbələrinin karyeralarının planlaşdırılmasına məsləhət xidməti və istiqamət verərək, onları iş dünyasına hazırlayır.

• Mərkəz tələbə və magistrantlara karyera planlaşdırılması prosesində köməkçi olmaq məqsədiylə müxtəlif kurs və təlimlər təşkil edir, iş imkanlarının araşdırılması ilə bağlı mütəxəssislərlə görüşlər keçirir.

Page 16: Azərbaycan Universiteti (Azerbaijan University)

Tələbə birlikləri

• Azərbaycan Universiteti Tələbə Gənclər təşkilatı• Gənc İstedadlar Birliyi• İntellektual Oyunlar Klubu• Media Klubu• Debat Klubu• “Enactus” Klubu

Page 17: Azərbaycan Universiteti (Azerbaijan University)

Əlaqə üçün

Ünvan: I korpus Bakı şəhəri, Yasamal rayonu, General Akim Abbasov pr. (keçmiş Kiyev)-84II korpusBakı şəhəri, Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-36

Veb: www.au.edu.azE-poct: [email protected]

Sosial şəbəkə hesabları:www.facebook.com/AzerbaycanUnvwww.youtube.com/AzerbaijanUnvtwitter.com/AzerbaijanUnv

Page 18: Azərbaycan Universiteti (Azerbaijan University)

Azərbaycan Universiteti 2014 ©