AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · lazımdır ki, elektrodinamik...
Transcript of AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN … · lazımdır ki, elektrodinamik...
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
“MATERİALŞÜNASLIQ, KONSTRUKSİYA
MATERİALLARI TEXNOLOGİYASI
VƏ ELEKTROTEXNİKİ MATERİALLAR”
FƏNNİNDƏN
LABORATORİYA İŞLƏRİ
GƏNCƏ– 2013
1
Dərs vəsaiti Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi
Şurasının qərarı (25.12.2012-ci il tarixli 05/3.5 saylı
protokolu) ilə nəşr olunması tövsiyə edilmiş, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 27.02.2013-cü il tarixli 324
saylı əmri ilə qrif verilmişdir.
Müəlliflər: ADAU-nun Elektrik mühəndisliyi kafedrasının
prof.O.H.Məmmədov, Energetika kafedrasının müdiri
İ.C.Kərimov, Gəncə elektrik Şəbəkəsinin aparıcı mühəndisi
Z.O.Məmmədov və mühəndis-elektrik M.V.Məmmədova.
Rəy verənlər: AzTU-n “Avtomatika və idarəetmə” kafed-
rasının müdiri R.M. Hacıyev və ADAU-n “Maşın mühəndisliyi
və standartlaşdırma” kafedrasının dosenti E.M.Məmmədov.
UOT 621.315.62.004 (075.8)
Materialşünaslıq, konstruyksiya materialları texnologi-
yası və elektrotexniki materiallar (Modul 2) fənnindən la-
boratoriya işləri. Dərs vəsaiti. 2013, 87 səh.
Dərs vəsaiti bakalavr təhsil səviyyəsində Aqrar
mühəndislik -050706 ixtisası üzrə təhsil alan tələbələr üçün
nəzərdə tutulub.
Dərs vəsaitində “Materialşünaslıq, konstruksiya material-
ları texnologiyası və elektrotexniki materiallar” fənninin
(modul-2) Elektrotexniki materiallar hissəsindən laboratoriya
işlərinin yerinə yetirilmə metodikası, sınaqların aparılmasına
ümumi tələblər və bu zaman tələb olunan təhlükəsizlik texnikası
qaydaları ətraflı verilib.
İxtisasın Dövlət Standartının tələblərinə uyğun olaraq dərs
vəsaitində tərtib olunmuş fənnin proqramında verilən hər bir
laboratoriya işində işin məqsədi, yerinə yetrilmə ardıcıllığı və
metodikası, sınaq nəticələrinin işlənilməsi və hesabatın tələb
olunan məzmunu verilir.
Dərs vəsaiti elektrik mühəndisliyi və elektroenergetika mü-
həndisliyi ixtisasları üzrə təhsil alan bakalavrlar, magistrlər və
həmçinin istehsalatda çalışan mühəndis-texniki işçilər üçün də
faydalı ola bilər.
2
GİRİŞ
Hazırda respublikanın kənd təsərrüfatı tələbedicilərinin
elektrik təchizatı tamamilə Dövlət enerji sistemindən təmin
olunur. Bununla yanaşı qeyd olunmalıdır ki, kənd təsərrüfatın-
da elektrik təchizatının etibarlılığı hələ əsasən tamamilə təmin
olunmayıb və bir problem kimi qarşıda durmaqdadır. Müəyyən
edilmişdir ki, kənd elektrik şəbəkələrində müxtəlif səbəblərdən
baş verən çoxsaylı zədələnmələrdən tələbedicilərin elektrik təc-
hizatında ciddi fasilələr baş verərək etibarlılığın aşağı düşməsi-
nə səbəb olur.
İstismar təcrübələri ilə müəyyən olunub ki, elektrik tələb-
edicilərində baş verən qəza və planlı açılmaların 80%-ə qədəri
hava xətləri ilə əlaqədar olur.
Uzun illərdir ki, kənd elektrik şəbəkələrində etibarlılığı
yüksəltmək üçün elmi işçilər və istismarçılar tərəfindən daimi
texniki-təşkilatı tədbirlər işlənib həyata keçirilir.
Bu tədbirlərin həyata keçirilməsində əsas məsələlərdən biri
elektrik təchizatı qurğularının və elektrik avadanlığının əsas
elementlərinin təşkil olunduqları elektrotexniki materialların
düzgün seçilib səmərəli istifadə olunmasıdır.
Elektrotexniki materiallar elektrik və maqnit sahələrinə
münasibətdə müəyyən xüsusiyyətlərlə xarakterizə olunan və bu
xüsusiyyətlər nəzərə alınmaqla elektrotexnikada tətbiq edilən
materiallardır. Bunlar xüsusi materiallar olmaqla bütün elektro-
texniki avadanlıq, qurğu və məmulatların hazırlanmasında, tə-
mir və istismarında istifadə olunur. Qeyd olunduğu kimi elek-
trik avadanlığı, qurğu və məmulatların istismar prosesində eti-
barlı işi onlarda tətbiq edilən elektrotexniki materialların key-
fiyyətindən asılıdır.
Elektrotexniki materiallar olaraq əsasən elektrik izolyasiya,
keçirici, yarımkeçirici və maqnit materiallarından istifadə olu-
nur.
Yeni texnika üçün müasir avadanlıqların işlənilməsi və bu-
3
raxılması əhəmiyyətli dərəcədə mütərəqqi elektrotexniki mate-
rialların tətbiqindən asılıdır. Müvafiq elektrotexniki materialla-
rın ancaq səmərəli seçilməsi halında artırılmış xüsusi xarakte-
ristikalı və yüksək istismar etibarlılıqlı yeni elektrik avadanlıq-
ları yaratmaq olar.
Müasir şəraitdə inkişaf etmiş energetikanın və elektrikləş-
mənin bütün qurğuları və onların elementləri müxtəlif xassəli
elektrotexniki materiallardan hazırlanmışdır. Bu qurğu və ele-
mentlərin istismar prosesindəki etibarlı və fasiləsiz işi elektro-
texniki materialların xassələrindən asılıdır. Belə ki, elektrik
avadanlıqlarının sıradan çıxmaları və hər hansı zədələnmənin
baş verməsi əsas etibarı ilə onlarda istifadə olunan materialların
keyfiyyətindən asılıdır.
Buna görə də istismar prosesində yaradılan və həyata keçi-
rilən bütün texniki və təşkilatı tədbirlər, başqa sözlə mühəndis
fəaliyyəti məhz elektrotexniki materialların saz vəziyyətdə
saxlanmasına və işləməsinə istiqamətlənir. Bütün yuxarıda gös-
tərilənlərin uğurla həyata keçirilməsi işində əsas etibarı ilə
elektrik qurğularında ən zərif və məsuliyyətli element olan
izolyasiya materiallarının xarakteristikalarına müntəzəm olaraq
nəzarət edilməsi ən vacib və əsas istismar əməliyyatlarından
hesab olunur.
Elektrotexniki materiallar fənninin öyrənilməsində mühazi-
rə dərslərindəki müəyyən nəzəri biliklərin zənginləşdirilməsi
üçün fənnin işçi və tədris proqramlarına uyğun olaraq laborato-
riya işlərindəki məsələlərin öyrənilməsinin mühüm əhəmiyyəti
vardır.
Tələbələrin “Elektrotexniki materiallar” laboratoriyasında
yerinə yetirdikləri işlər bu kursun öyrənilməsində ən vacib va-
sitələrdən biridir.
Tələbələr tərəfindən laboratoriya işlərinin yerinə yetirilmə-
sində məqsəd elektritexniki materialların tətbiqinin əsas prin-
siplərini və qanunauyğunluqlarını təcrübi olaraq mənimsəmək
və həm də daha yaxşı başa düşməkdir.
4
Laboratoriya işlərinin yerinə yetirilmə prosesində tələbələ-
rin sxemlərin yığılması, elektrotexniki materiallar nümunəsi ilə
tanış olmaq və sınaq əməliyyatlarının yerinə yetirilməsi, elek-
trik avadanlığının etibarlılığının təmin olunması sahəsində
praktiki vərdişlərin mənilsənilməsi də əsas əhəmiyyətə malik-
dir.
Bundan başqa tələbələrin laboratoriyada işi həm də elektro-
texniki materialların sınaq texnikası və metodikasını mənim-
səmək və təcrübə qiymətləri əsasında onlara qiymət verməyi
öyrənməkdən ibarətdir.
Tələbələr tərəfindən elektrotexniki materialların xarakteris-
tikalarının çıxarılması və əsas parametrlərinin təyininə əsasla-
nan aparılan sınaqlar nəticəsində onların xüsusiyyətləri müəy-
yən edilir.
Sınaq vaxtı iki metoddan istifadə olunur: birbaşa və vasitəli
metod.
Birbaşa metodda axtarılan kəmiyyət təcrübənin aparılma
prosesində ölçüçür.Bu zaman çox hallarda tənzimləmə qurğu-
sunun olması tələb olunur ki, sınaq aparmaq çox vaxt və elek-
trik enerjisi itgisi ilə əlaqədar olur. Buna görə də bir başa sınaq
metodu bir qayda olaraq yüklənmələri çətinlik yaratmayan ki-
çik güclü elektrik avadanlığında istifadə olunur.
Vasitəli metodla təcrübə prosesindəki sınaqlarda axtarılan
kəmiyyət deyil, analitik üsulla təyin olunan digər kəmiyyətlər
ölçülür. Vasitəli metod o zaman tətbiq olunur ki, təcrübənin
sxemi kifayət qədər sadə olsun və onun aparılması böyük enerji
və vaxt itgisi ilə əlaqədar olmasın, sınaq nəticilərinin işlənilmə-
si xüsusi çətinlik yaratmasın, son nəticələr isə kifayət qədər də-
qiq olsun.
Ən geniş yayılmış vasitəli metod sınaqlar zamanı tətbiq
olunan yüksüz işləmə və qısa qapanma metodudur.
Sınaqlar prosesində elektrotexniki materialların bir sıra pa-
rametrlərinin standartın tələblərinə uyğunluğunu müəyyən
etmək üçün onlar təyin olunmalıdır.
5
LABORATORİYA İŞLƏRİNİN YERİNƏ
YETİRİLMƏ METODİKASI
Hər bir laboratoriya işinin yerinə yetirilməsinə aşağıdakılar
daxildir:
-laboratoriya işinin proqram və məzmunu ilə ilkin tanış ol-
maq;
-laboratoriya işi ilə iş yerində tanış olmaq;
-cihazların seçilməsi və sxemin yığılması;
-təcrübənin aparılması;
-iş haqqında hesabatın tərtibi.
Hər bir laboratoriya işini bir qayda olaraq üç–dörd tələbə-
dən ibarət işçi briqada yerinə yetirir. Ona görə ki, elektrik ava-
danlığı ilə sınaq apararkən eyni zamanda bir neçə kəmiyyətlə-
rin (gərginlik, cərəyan, güc, tezlik, fırlanma sürəti və s.) ölçül-
məsi lazım gəlir.
Laboratoriya işini müvəffəqiyyətlə yerinə yetirmək üçün
hər bir tələbə əvvəlcədən işin proqramı ilə tanış olmalı və veri-
lən laboratoriya işini əhatə edən tövsiyyə olunan dərslik və dərs
vəsaitlərinin müvafiq nəzəri bölməsini mənimsəməlidir.
Tələbə özünün işçi dəftərinə bəndlər üzrə işin yerinə yetir-
mə planını yazır, təcrübələrin sxemini çəkir, təcrübələrin nəti-
cələri yazılan cədvəlləri və formulaları hazırlayır.
Bu hazırlıqları hər bir tələbə sərbəst olaraq laboratoriya
dərslərindən kənar vaxtlarda aparır.
Hazırlıq nəticəsində tələbə laboratoriya işinin planı həc-
mində nəzəri materialı mənimsəməli, sxemləri və təcrübələrin
aparılma ardıcıllığını, elektrik avadanlığında baş verən fiziki
prosesləri və gözlənilən nəticələrin xarakterini bilməlidir.
Tələbə dərsin əvvəlində işçi dəftərini məşğələnin rehbərinə
göstərir ki, bu da onun işin həllinə buraxılması üçün əsas şərt-
lərdən biridir. Bundan başqa müəllim şifahi sorğu ilə təəbənin
işin həllinə hazırlıq dərəcəsini də yoxlayır.
Laboratoriya işinin həllinə hazır olmayan tələbə işin yeri-
6
nə yetrilməsinə buraxılmır.
Məşğələnin rəhbəri tərəfindən işə buraxılan briqada iş ye-
rində laboratoriya işi ilə tanış olmağa başlayır. Hər şeydən əv-
vəl elektrik avadanlığının konstruktiv xüsusiyyətlərini müəy-
yən etmək və xarici baxışla aşkar oluna bilən nasazlıqlar ara-
dan qaldırıllır.
Elektrik ölçü cihazları, yükləmə, işəburaxma və tənzimlə-
yici reostatlar sınaqdan keçrilən elektrik avadanlığının nominal
göstəricilərinə əsasən seçilir.
Təcrübə aparmaq üçün seçilmiş cihaz və aparatlar iş yerin-
də elə yerləşdirilməlidir ki, ölçülən kəmiyyətlərin təyini zamanı
istifadəsi əlverişli olsun, quraşdırma sxemi isə elə olmalıdır ki,
birləşdirmə məftillərinin sayı minimum olsun.
Ölçü cihazlarının yerləşdirilməsi zamanı nəzərə almaq
lazımdır ki, elektrodinamik və elektromaqnit sistemli cihazlar
xarici maqnit sahəsinin təsirənə məruz qala bilər. Buna görə də
onlar bu sahənin təsir sferasından kənarda yerləşdirilməlidir,
əks halda ölçü zamanı əlavə xətalar ola bilər.
Sxemi yığmazdan qabaq elektrik avadanlığının hansı sıxac-
larının sxemin ayrı–ayrı nöqtələrinə uyğunluğu, reostat və tən-
zimləyicilərin işə buraxma və işçi rejimlərinə müvafiq olması
müəyyənləşdirilir.
Birləşdirici məftillərin en kəsiyi onlardan axan cərəyana
görə seçilməlidir.
Sxemin yığılma qaydası aşağıdakı kimi olmalıdır.
Sxemə uyğun olaraq elektrik enerji mənbəyinin bir sıxacın-
dan başlayıb baş ardıcıl dövrənin bütün elementləri birləşdirilir
və mənbəyin digər sıxacında başa çatdırılır. Bundan sonra bü-
tün köməkçi və paralel dövrələr yığılır.
Sxemi yığarkən kontaktlarda birləşmələrin bağlanma sıxa-
cına diqqət yetriməlidir, belə ki, möhkəm bağlanmayan kon-
taktlar ölçü zamanı artıq xətalar alınmasına, əlavə güc itgisinə,
birləşmə yerlərinin qızmasına səbəb olur.
Sxemin yığılmasında bütün briqada üzvüləri iştirak etməli-
7
dirlər. Sxemi bir və ya iki tələbə yığırsa, briqadanın qalan üz-
vüləri sxemin yığılmasını izləməklə, sonda onun yoxlanmasın-
da iştirak edirlər.
Sxemin yığılmasının sonuncu mərhələsi ölçü cihazlarının
göstərici əqrəblərinin vəziyyətinin yoxlanılmasıdır. Bütün ci-
hazların əqrəbləri sıfır vəziyyətində olmalıdır. Əks halda onla-
rın vəziyyəti korrektor vasitəsilə düzəldirilməlidir.
Yığılmış sxem məşğələ rəhbəri və ya onun iştirakı ilə
briqada üzvülərinin biri tərəfindən mütləq yoxlanılmalıdır. Ancaq belə yoxlamadan sonra sxemi gərginliyə qoşmaq olar.
Sxemi işə qoşma anında ölçü cihazlarının göstərişlərini müşa-
hidə etmək lazımdır. Əgər cihazın əqrəbi meyl etməzsə və ya
şkalanı bu və ya digər tərəfə həddən çox meyl edib, şkalanı ke-
çərsə, dərhal sxem dövrədən açılmalıdır. Cihazın qeyri – nor-
mal göstərişinin səbəbi müəyyən olunub aradan qaldırıldıqdan
sonra sxem yenidən gərginliyə qoşulmalıdır.
Bundan sonra cihazların göstəricilərini yazmadan bütün
dövrənin işi qəbul olunmuş proqram üzrə dəyişilməklə ölçülə-
cək kəmiyyətlər yoxlanılır.
Təcrübənin aparılma mümkünlüyü yoxlandıqdan sonra
onun aparılmasına başlanılır.
Bu zaman hər bir tələbə əvvəlcədən müəyyən olunmuş
vəzifəsini yerinə yetirir. Bu halda bir və ya iki tələbə lazımı
tənzimləmə aparır – yükü və ya verilən gərginliyi və s. dəyişdi-
rir, qalan tələbələr isə cihazların göstərişlərini işçi dəftərlərin-
dəki cədvəllərə yazırlar.
Ölçü cihazlarından qiymətlərin götrülmasi diqqətlə aparıl-
malıdır. Cərəyan və gərginlik ölçü transformatorları vasitəsilə
bağlanılmış çoxsərhədli cihazların göstərişləri yaxşı olar ki, əv-
vəlcə şkala bölgüləri üzrə, təcrübə qurtarandan sonra isə həqiqi
qiymətlərə çevirməklə müəyyən olunsun.
Təcrübə qurtarandan sonra sxem sökülmədən ölşü nəticələ-
rinin yoxlanması aparılır. Bu məqsədlə ölçülərin nəticələrinə
görə işçi dəftərdə və ya millimetrli kağızda nöqtələr müəyyən
8
miqyasla göstərməklə tələb olunan qrafiklər çəkilir.
Ölçülərin nəticələri və qrafiklərin qaralamaları məşğələ
rəhbəri tərəfindən yoxlanılır.
Ancaq məşğələ rəhbərinin icazəsi ilə sxemi sökmək və ya
sınağın növbəti bəndinə keçmək olar.
Təcrübə qiymətlərinin tamamilə işlənilməsi və yerinə yeti-
rilən laboratoriya işinin hesabatının tərtibi laboratoriya məşğə-
ləsindən kənarda yerinə yetirilir.
Hesabat ya laboratoriyada verilən xüsusi dəftərdə blankda
(vərəqə), ya da ayrıca dəftərdə tərtib olunur. Hesabatda labora-
toriya işinin adı, onun nömrəsi (sayı), yerinə yetrilmə vaxtı və
tələbənin familiyası göstərilməlidir.
Hesabatda laboratoriya işinin yerinə yetirilmə planı, işdə
istifadə olunan maşın və aparatın nominal göstəriciləri, təcrü-
bənin çəkilmiş sxemləri, ölçmə və hesabatların nəticələri olan
cədvələr, tələb olunan çəkilmiş qrafiklər, hesabatlarda istifadə
olunan formullar olmalıdır.
Hesabatın sonunda tələbə tənqidi təhlil verməli və yerinə
yetirilmiş laboratoriya işi üzrə qısa nəticələri göstərməlidir.
Hesabatın mətni, formulalar və rəqəmli kəmiyyətlər mü-
rəkkəblə, təcrübənin sxemləri və qrafiklər cizgi çəkmək üçün
olan ləvazimatlarla (xətkeşlər, pərgar, bucaq ölçən və s.) karan-
daşla işlənilməlidir.
Sxemlər qəbul olunmuş standart şərti işarələrə uyğun çəkil-
məlidir. Qrafiklər 10 12 sm ölçülü millimetrli kağızda çəkil-
məlidir.
Bütün qragiki asılılıqlar çəkmək və istifadə etmək üçün
əlverişli olan miqyasda çəkilməlidir.
Qrafikin koordinat oxlarında ölçülmüş kəmiyyətin qiymət-
ləri bərabər bölgülərlə çəkilmiş əlverişli miqyas saxlamaqla
göstərilir. Koordinat başlanğıcı bütün hallarda sıfır qiymətinə
uyğun olmalı və hər hansı iki kəmiyyətin asılılığını göstərən
təcrübə nəticələrinə uyğun nöqtələr göstərilməlidir. Nöqtələr
qrafikdə göstərilərkən qrafiki mürəkkəbləşdirməmək üçün
9
onların koordinatları göstərilmir. Alınmış nöqtələr səlist əyri
xətlə birləşdirilir. Bir neçə nöqtənin qrafikdən kənarda qalması
təcrübənin qeyri – dəqiqliyi, cihazların xətaları, xarici maniə-
lər və s. ilə əlaqədar ola bilər.
Hesabatın sonunda alınmış göstəricilərə əsasən qısa nəticə-
lər və yerinə yetrilən laboratoriya işinin izahatı verilməlidir.
Tələbə yerinə yetirdiyi laboratoriya işi üzrə tam hesabatı
yoxlamaq üçün sonrakı məşğələ başlanmazdan əvvəl onu məş-
ğələ rəhbərinə təqdim edir.
Tələbə məşğələ rəhbərindən ya bir, ya da məzmunca yaxın
olan 2 – 3 laboratoriya işinə görə məğbul ala bilər.
Məşğələ rəhbəri o zaman məğbul kitabçasında məğbul ya-
zır ki, tələbə cari semestr üçün tədris planında göstərilən bütün
laboratoriya işlərini yerinə yetirsin, hesabatları tərtib etsin və
təhvil versin, müvafiq suallara cavab verə bilsin.
10
LABORATORİYA İŞLƏRİNİN YERİNƏ
YETİRİLMƏSİNDƏ TƏHLÜKƏSİZLİK TEXNİKASI
“Elektrotexniki materiallar” fənninin laboratoriya məşğələ-
lərinə başlayarkən tələbələr təhlükəsizlik texnikası qaydaları ilə
tanış olmalı və onlara ciddi əməl etməlidirlər. Yadda saxlamaq
lazımdır ki, elektrik cərəyanının insan orqanizminə təsiri həmi-
şə təhlükəlidir.
Əlverişli olmayan şəraitdə insan bədəninin müqaviməti
800-1000 Om-dur. Bu zaman cəmi 50V gərginlik insan həyatı
üçün təhlükə təşkil edir.
Bundan başqa laboratoriyada istifadə olunan elektrik ma-
şınlarının fırlanan həissələri ilə əlaqədar işlərdə olduqca ehti-
yatlı olmaq lazımdır.
Laboratoriya məşğıləsində yerinə yetirilməli olan əsas təh-
lükəsizlik texnikası qaydalarına aşağıdakılar daxildir.
1. Məşğələ rəhbərinin icazəsi olmadan laboratoriyadakı
əsas bölüşdürücü qurğuda və digər açarlarda hər hansı
açıb – bağlama əməliyyatı aparmaq qəti qadağandır.
2. Sxemi yığmağa başlamazdan əvvəl elektrik enerji mən-
bəyindəki avtomat açarın (və ya kəsən açarın) açıq olması yox-
lanılmalıdır (yəgin edilməlidir).
3. Sxemin elementlərinin birləşməsi izolyzsiyası saz vəziy-
yətdə olan ucluqlu məftillərlə yerinə yetirilməlidir.
4. Lazım olan ölşü cihazları və aparatların işçi gərginlik və
cərəyana uyğun olmasına diqqət yetirilməlidir.
5. Kəsən açar (avtomat açar) elə yerləşdirilməlidir ki, onun
təsadüfi qapanmasına yol verilməsin.
6. Sxem yığıldıqdan sonra istifadə olunmayan məftillər və
kənar əşyalar iş yerindən götürülməlidir.
7. Məşğələ rəhbəri yoxlamadan işçi sxemi gərginliyə
qoşmaq olmaz.
8. Sxemə gərginlik qoşan zaman yoldaşlarına “Ehtiyatlı
olun bağlayıram” deməklə xəbərdarlıq etməlidir.
11
9. Gərginlik altında olan sxemin cərəyan keçirən element-
lərinə toxunmaq olmaz.
10. Sxemdə olan bütün yenidən birləşdirmə və düzəlişlər
sxem tamamilə cərəyansızlaşandan və elektrik enerjisi mənbə-
yindən açılandan sonra aparıla bilər.
11. Elektrik maşınları işə qoşularkən bütün aqreqat xarici
baxışdan keçrilməli və birləşdirici məftillər düzəldilməlidir.
12. Məşğələ rəhbəri yoxlamadan elektrik maşınını işə qoş-
maq olmaz.
13. Səliqəsiz geyimlə maşınların fırlanan hissələrinə yaxın-
laşdıqda ehtiyatlı olmaq lazımdır.
14. Laboratoriya işlərini yerinə yetirərkən maşının işi za-
manı onun yastıqlarında həddən çox qızma olduqda dərhal
məşğələnin rəhbərinə xəbər vermək lazımdır.
15. Fırlanan maşında iş zamanı hər hansı nizamlama əmə-
liyyatı aparmaq olmaz.
16. Maşını şəbəkədən açarkən onun tez dayanması üçün əl
və ya ayaqla rotor valını tormozlamaq olmaz.
17. Ölçü cihazı, reostat və elektrik maşınında aşkar olunan
hər hansı zədələnmə haqqında dərhal məşğələ rəhbərinə xəbər
verilməlidir.
18. Maşınların fırlanma sürətini ölçmək üçün taxometrdən
istifadə etdikdə onun təlimatı ilə tanış olub buna əməl etmək la-
zımdır.
19. Laboratoriyanın işçi yerində qəza baş verərsə əvvəlcə
buradakı bütün avtomat açar və kəsən açarları dərhal açmaq və
iş yerini tərk etmək lazımdır.
Təhlükəsizlik texnikasına hər hansı əməl etməmək insan
həyatı üçün təhlükəlidir və çox hallarda qiymətli elektrik ölçü
cihazlarının və aparatlarının sıradan çıxmasına səbəb ola bilər.
12
ELEKTROTEXNİKİ MATERİALLARIN
SINAQLARINA İRƏLİ SÜRÜLƏN TƏLƏBLƏR
Müasir şəraittə elektroenergetikanın, elektrik maşınqayır-
manın və aqrar istehsalatının, elektrikləşdirilməsi və avtomat-
laşdırılmasının inkişafı həm də bu sahələrdə geniş növlü elek-
trotexniki materialların tətbiqi ilə əlaqədardır. Son illərdə elek-
trotexniki materialların iş şəraiti olduqca mürəkkəbləşir, onlara
irəli sürülən tələblər isə xüsusilə, elektrik avadanlığının istis-
mar etibarlılığının təmin olunma məsələlərilə əlaqədar kəskin
yüksəlir.
Bütün bunlarla əlaqədar olaraq elektrotexniki materialların
müxtəlif sınaqları böyük əhəmiyyətə malik olur. Bu sınaqların
aparılmasında başlıca məqsəd elektrotexniki materialların xas-
sələrinin standartların və texniki şərtlərin tələblərinə uyğunlu-
ğunu təyin etməkdir.
Sınaqlar aşağıdakı məsələləri əhatə edir:
1. Sınaq nümunəsinin seçilməsi onların sınağa hazırlanma-
sı.
2. Elektrotexniki materialların əsas xassələrini xarakterizə
edən elektrik və qeyri-elektrik kəmiyyətlərin ölçülməsi.
3. Bir sıra elektrik, iqlim, mexaniki, fiziki-kimyəvi və bu
və ya digər şəraitdə xidmət müddəti təsirlərində eksperimental
üsulla elektrotexniki materialların xassələrinin dəyişməsini xa-
rakterizə edən qanunauyğunluqların təyini.
Zavod-hazırlayıcılar hazırladıqları məlumatları nümunəvi
və kontrol sınaqlardan keçirirlər. Elektrotexniki materiallar nü-
munəvi sınaq zamanı standartın və texniki şərtlərin istinasız
olaraq bütün tələblərinə uyğun sınaqdan keçirirlirlər.
Kontrol sınaqlar hazır məmulatı göndərən zavodların onu
sifarişçilərə təhvil verilməsindən qabaq aparılır.
Profilaktik sınaqlar istismar şəraitində aparılır. Bu sınaqlar
xüsusilə izolyasiya materiallarının sonrakı istismar üçün yararlı
olmasını yoxlamaq məqsədilə aparılır. Proflaktik sınaqlar yox-
13
lama reqlament (nizama salma) və qəza sınaqlarına ayrılır.
Yoxlama sınaqları işçi təlimatlara əsasən aparılır.
Reqlament sınağı elektrik izolyasiya materiallarında de-
fektləri aşkar etmək üçün yerinə yetirilir.
Qəza sınaqları normal istismar pozularkən izolyasiyanın
zədələnməsinin səbəblərini təyin etmək üçün aparılır və izolya-
siyanın gələcək istismara yararlı olması yoxlanılır.
Elektrik avadanlığında istifadə olunan izolyasiya material-
larının sınaqları iki yerə bölünür: elektrik və qeyri-elektrik.
Elektrik sınaqlarını aparmaqda məqsəd izolyasiya mate-
riallarının xüsusi həcmi, xüsusi səthi, dielektrik nüfuzluluğu,
dielektrik itgi bucağının və elektrik möhkəmliyini təyin etmək-
dir.
Qeyri-elektrik sınaqlarını aparmaqda məqsəd mexaniki, fi-
ziki və kimyəvi xassələr, termiki xarakteristikalar və nəmliklə
əlaqəli xarakteristikaları təyin etməkdir.
Sınaqlar zamanı kifayət qədər fərqli qiymətlər alındıqda
etibarlı və həqiqi nəticələr almaq üçün təkrar sınaqların sayını
artırmaq lazım gəlir.
Misal üçün N sayda deşilmə gərginliyi sınaqları apardıqda
orta deşilmə gərginliyi aşağıdakı kimi təyin olunur.
.
Deşilmə gərginliyinin orta qiymətə nisbətən səpələnməsi
orta kvadratik fərqlənmə σ ilə xarakterizə olunur və aşağıdakı
ifadə ilə hesablanır:
.
Dəyişməyən şəraitlərdə və müəyyən qrup nümunələrinin
çoxsaylı sınaqları zamanı eyni materialların deşilmə ehtimalı
gərginlik funksiyalarının differensial və inteqral əyrilərinin
qurulması ilə təyin edilir.
N
U
U
N
i
i
or
1
1
2
N
UU ori
14
Laboratoriya işi 1
DİELEKTRİKLƏRİN XÜSUSİ HƏCMİ VƏ XÜSUSİ
SƏTHİ MÜQAVİMƏTLƏRİNİN TƏYİNİ
İşin məqsədi: İzolyasiya materiallarının əsas dielektrik xa-
rakteristikalarından olan xüsusi həcmi və xüsusi səthi müqavi-
mətlərinin təyin olunma metodikasını mənimsəyib və onların
təcrübi olaraq ölçülmə üsullarını öyrənmək.
İşin yerinə yetirilmə qaydası: Verilən izolyasiya materialı
nümunəsinin tam, səthi və həcmi müqavimətlərinin təyini qay-
dasını öyrənib onların şəkil 1 və şəkil 2 sxemləri üzrə təcrübi
ölçülərdən istifadə edərək hesablamalı.
Verilən material üçün xüsusi həcmi və xüsusi səthi müqa-
vimətləri hesablayıb standart qiymətlərlə müqayisə etməli.
İşin məzmunu və onun yerinə yetirilmə metodikası:
Məlumdur ki, real ( ) dielektrik elektrik sahəsi təsi-
rinə məruz qalanda onda istiliyə çevrilə bilən sızma cərəyanı
əmələ gəlir:
.
Bu halda müvafiq olaraq tam Rv və Rs müqavimətləri və
onların xüsusi v və s müqavimətləri müşahidə edilir. Bütün
başqa elektrotexniki materiallar kimi dielektriklərdə də onların
keyfiyyətinə qiymət vermək üçün əsas parametrlərdən biri
xüsusi müqavimətdir ki, buraya da v və s daxildir. Bu
məqsədlə 3 elektrod üsulundan istifadə olunur.
Ümumi halda xüsusi müqavimət aşağıdakı kimi təyin
olunur:
.
svsıa İİİİ з
RS
15
Dielektriklərdə xüsusi v aşağıdakı sxem üzrə ölçülür
(şək.) 1.1.)
Şək. 1.1. Dielektriklərdə tam və xüsusi həcmi müqavimətin ölçülmə sxemi: 1-aşağı elektrod; 2-dielektrik nümunəsi; 3-yuxarı
elektrod; 4-qoruyucu elektrod
Göstərilən sxemə yüksək gərginlik qurğusundan (misal
üçün АИИ-70 aparatından) U=1000V gərginlik verilir.
Ölçülmə prosesində cihazların göstərişinə əsasən tam həc-
mi müqavimət (Rv) təyin edilir:
.
Xüsusi həcmi müqavimət:
,
burada ℓ- dielektrik nümunəsinin qalınlığı;
S- yuxarı elektrodun (3) sahəsi,
.
Dielektriklərdə xüsusi səthi müqavimət s aşağıdakı sxem
üzrə ölçülür (şək. 1.2).
v
vİ
UR
SRvv
4
2
1dS
16
Şək. 1.2. Dielektriklərdə tam və xüsusi səthi müqavimətin
ölçülmə sxemi
Cihazların göstərişinə əsasən dielektrikin tam səthi müqa-
viməti təyin edilir:
.
Xüsusi səthi müqavimət:
,
burada S'-şərti sahə olub d1 d2 –yə yaxınlaşması zamanı
d2-d1 qalınlığındakı hissənin (halqanın) sahəsi S' çevrəsinin
uzunluğuna yaxınlaşır.
Bu halda:
,
l=d2-d1 qiymətlərini yerinə yazdıqda
,
burada d1 və d2 elektrodların diametrləridir.
s
sİ
UR
SRss
2
21 ddS
212
21
dd
ddRss
17
Hesabatın məzmunu
Bütün sınaqların sxemini, təcrübə qiymətlərini və xüsusi
səthi və həcmi müqavimətlərin təyini üzrə alınmış hesabat
nəticələrini göstərməli. Alınmış nəticələri müvafiq ədəbiyyat-
larda göstərilən qiymətlərlə müqayisə etməli. Laboratoriya
işində alınan nəticələri əsaslandırmalı.
Ədəbiyyat
1.Məmmədov O.H. Elektrotexniki materiallar. Gəncə,
ADAU-nun nəşriyyatı, 2011, 140 s.
2. Пястолов А.А. и.др. Практикум по технологии
монтажа и ремонта электрооборудования. Учебное посо-
бие для вузов –М.: Агропромиздат, 1990-160 с.
3. Казарновский Д.М., Тареев Б.М. Испытания электро-
изоляционных материалов и изделий. Л.: Энергия, 1995,
296 с.
Laboratoriya işi üzrə ОП-1 qurğusu üçün sual-cavablar
Sual 1. Aşağıdakılardan hansı aktiv cərəyanın ifadəsidir?
Cavab: 1. U⋅ Iv
2. U⋅ Is
3. Iv+Is
Sual 2. Aşağıdakılardan hansı tam həcmi müqavimətin
ifadəsidir?
Cavab: 1. ;
2. ;
3. .
sİ
U
vİ
U
İ
U
18
Sual 3. Xüsusi həcmi və səthi müqavimətlərin təyinində
sxemə nə qədər sabit gərginlik verilir?
Cavab: 1. 1000V
2. 400 V
3. 220 V
Sual 4. Aşağıdakılardan hansı xüsusi səthi müqavimətin
təyini ifadəsidir?
Cavab: 1. ;
2. ;
3. .
Sual 5. Xüsusi səthi və həcmi müqavimətlərin təyinində
hansı üsuldan istifadə olunur?
Cavab: 1. Meqometr;
2. Üç elektrod;
3. Testerlə.
SRs
SRм
SRm
19
Laboratoriya işi 2
TRANSFORMATOR YAĞININ SINAĞI
Ümumi məlumatlar
Transformator yağı maye dielektrik kimi müxtəlif yüksək
gərginlik aparatlarında tətbiq olunur. Güc transformatorlarında
yağ izolyasiya və soyuducu mühit kimi istifadə olunur.
Yağ kifayət qədər yüksək dielektrik xüsusiyyətləri ilə
xarakterizə edilir.
İşin məqsədi: Transformator yağının sınaq metodu ilə ta-
nış olmaq. Sınaqdan keçirilən yağın təcrübə qiymətlərinin ma-
ye dielektriklərin DÜİST-də verilən xarakteristikaları ilə mü-
qayisə etməklə yüksək gərginlik aparatlarında istifadə etmək
üçün yararlı olmasını müəyyən etmək.
İşin proqramı: 1. Transformator yağının elektrik möh-
kəmliyini təyin etməli.
2. Yağda kömürləşmənin miqdarını təyin etməli.
3. Yağda suyun və mexaniki qarışıqların olmasının təyin
etməli.
İşin məzmunu və onun yerinə yetirilmə metodikası
1.Transformator yağının elektrik möhkəmliyinin sınağı
üçün АИИ-70, AMИ-60 və AИM-80 tipli aparatlardan istifadə
edilir. Laboratoriyada olan АИИ-70 aparatının prinsipial elek-
trik sxemi şəkildə verilir. Sınaq 6 dəfə təkrar olunaraq, orta de-
şilmə gərginliyi hesablanılır.
Ölçü və hesabatın nəticələri cədvəl 2.1-ə yazılır.
Cədvəl 2.1 s/s Maye
dielektrikinin adı
Deşilmə gərginliyi, kV
Ud.or.
Eor. Ud1 Ud2 Ud3 Ud4 Ud5 Ud6
Cədvəldə verilən qiymətlərə görə
20
;
təyin olunur.
Transformator yağının elektrik möhkəmliyinin qiyməti
DÜİST-lə müqayisə edilib yağın vəziyyətinə qiymət verilir.
DÜİST 982-80 standartına uyğun olaraq təzə və ya regene-
rasiya olunan quru və istismarda olan yağın əsas keyfiyyət
göstəricilərinin buraxıla bilən sərhəd qiymətləri cədvəl 2.2-də
verilir.
Cədvəl 2.2
Standarta uyğun yağın göstəricilərinin buraxıla bilən
qiymətləri
s/s
Yağın keyfiyyət göstəriciləri
Buraxıla bilən qiymət
Təzə quru
yağ üçün
Istismarda olan
yağ üçün
1
Aşağıdakı gərginlikli transforma-
tor və izolyatorlar üçün yağın stan-
dart qabda təyin olunmuş elektrik
möhkəmliyi, kV:
15 kV-a qədər
15-dən 35 kv-a qədər
60-dan 220 kv-a qədər
330-dan 500 kv-a qədər
30
35
45
55
25
30
40
50
2 Mexaniki qarışıqların olması olmamalıdır olmamalıdır
3 Kömürləşmənin olması olmamalıdır olmamalıdır
4 Turşuluq ədədi, mq KOH 1 q-da 0,02 0,02
2. Yağdakı kömürləşmənin miqdarını təyin etmək üçün
onu qalınlığı 10...12 sm olan şüşə bankaya tökürlər. Bankanın
xarici divarına üzərində 1mm, 0,5mm və 0,1mm qalınlığı olan
qara tuşla xətlər çəkilmiş kalka kağızı yapışdırılır. Həmin ban-
ka faner və ya metal qutuya yerləşdirilir, 25 V-lıq elektrik lam-
5
... 62.
ddord
UUU
5,2.
.ord
ord
UU
21
pası ilə işıqlandırılır. Bu halda 50 mm-lik məsafədən 4 mm öl-
çülü deşikdən yuxarıda qeyd olunan xətlərə baxılır, yağda kö-
mürləşmənin miqdarı aşağıdakı üç qrup üzrə qiymətləndirilir:
I qrup-hər üç xətt görünür-kömürləşmə yoxdur;
II qrup-ikinci xətt aydın görünmür-yağı süzgəcdən keçir-
mək lazımdır;
III qrup-ikinci xətt görünmür-yağ dəyişilməlidir.
3. Yağın tərkibindəki su və mexaniki qarışıqlar nazik sınaq
şüşəsinə tökülən yağın işıqda baxılması ilə təyin edilir.
Yağın şəffaflığı və onda mexaniki qarışıqların olması bax-
maqla müəyyən edilir.
Şək. 2.1. АИИ-70 tipli yağ- sınaq qurğusunun prinsipial
elektrik sxemi: EV – elektrodlu farfor yağ-sınaq qabı; TV1- yüksək gərginlik transfor-
matoru; TV2- tənzimləyici transformator; S1- açar; SF1 – avtomat açar;C1,
C2,C3,C4 və C5 kondensatorlar; SF2 – bloklaşdırıcı kontaktlar; PV – kilo-
voltmetr; R- rezistor; HLG və HLR- yaşıl və qırmızı siqnal lampaları
22
Hesabatın məzmunu
1.Yağ sınaq qurğusunun sxemini çəkib iş prinsipini izah
etməli.
2. Aparılmış sınaqların nəticələrinə görə yağın vəziyyətinə
qiymət verməli.
Ədəbiyyat
1. Пястoлов А.А. Практикум по монтажу, эксплуатации
и ремонту электрооборудования . М.: «Колос» 1986,-224 c.
2. Васильев И.П.Лабораторные работы по электромате-
риаловедению. М. Высшая школа, 1988,-112 c.
3. Məmmədov O.H. Elektrotexniki materiallar. Gəncə,
ADAU nəşriyyatı 2011, 140 s.
4. Səidov E.Ə., Məmmədov O.H. və b. Elektrik avadanlığı-
nın təmiri və etibarlılığı fənnindən Praktikum, Bakı, “Elm”
nəşriyyatı, 2011, 152 s.
Laboratoriya işi üzrə ОП-1 qurğusu üçün sual-cavablar
Sual 1.Transformatorda yağın əsas vəzifəsi nədən ibarət-
dir?
Cavab:1. Dolaq izolyasiyasının köhnəlməsini azaltmaq
üçün;
2. İtkiləri azaltmaq üçün;
3. Soyumanı və izolyasiyanı yaxşılaşdırmaq üçün.
Sual 2. Yağın deşilmə gərginliyi hansı qurğu ilə yoxlanılır?
Cavab: 1. Dəyişən cərəyan yüksək gərginlik körpüsü ilə.
2. Meqommetrlə;
3. АИИ-70, АМИ-60 və АИМ-80 yüksək gərgin-
lik qurğusu ilə:
Sual 3.Gərginliyi 15 kV-a qədər olan qurğulara tökülməli
təzə yağın elektrik möhkəmliyi nə qədər olmalıdır?
23
Cavab: 1. 30 kV
2. 15 kV
3. 25 kV.
Sual 4.Yağın turşuluq ədədinin hansı qiymətində onu
istismara buraxmaq olar?
Cavab: 1. 0,4 mq KOH/q
2. 0,02 mq KOH/q-dan az.
3. 0,25 mq KOH/q
Sual 5.Təcrübə xətlərinin hansı qrup görünüşündə yağda
kömürləşmə ən çox hesab olunur?
Cavab: 1. İkinci xətt aydın görünmür
2. İkinci xətt görünmür.
3. Hər üç xətt aydın görünür.
24
Laboratoriya işi 3
BƏRK VƏ QAZ DİELEKTRİKLƏRİN ELEKTRİK
MÖHKƏMLİYİNİN TƏYİNİ
İşin məqsədi: Bərk və qaz dielektriklərin əsas xarakteristi-
kalarından olan elektrik möhkəmliyi ilə tanış olmalı və onların
ölçülmə metodikasını mənimsəməli. Bir sıra bərk dielektriklə-
rin və qazşəkilli dielektriklərdən havanın elektrik möhkəmliyi-
ni təyin etməli.
İşin yerinə yetirilmə qaydası: 1.Laboratoriyada olan müx-
təlif bərk dielektriklərin elektrik möhkəmliyini təyin etməli.
2. Qaz dielektriklərdən olan adi havanın elektrik möhkəm-
liyini eynicinsli elektrik sahəsində təyin etməli.
İşin məzmunu və onun yerinə yetrilmə metodikası:
Dielektriklərin etibarlı işi üçün onların işçi gərginliyi deşil-
mə gərginliyindən aşağı olmalıdır. Deşilmə anında elektrodlara
verilən gərginlik deşilmə gərginliyi adlanır, elektrik sahəsinin
bu haldakı sahə gərginliyinin qiyməti elektrik möhkəmliyi ad-
lanır:
, kV/mm,
Ud- deşilmə gərginliyi, kV;
h-deşilmə yerində dielektrikin qalınlığı, mm.
Deşilmə gərginliyinin nominal gərginliyə nisbəti elektrik
möhkəmliyinin ehtiyat əmsalı adlanır. Bu əmsal dielektrikin
xassəsindən və onun iş şəraitindən asılı olaraq müəyyən edilir.
Elektrik möhkəmliyi prinsipial elektrik sxemi şəkil 3.1-də
verilən yüksək gərginlik aparatı ilə təyin edilir. Bu məqsədlə
АИИ-70 və АИM-70 markalı xüsusi qurğudan istifadə edilir.
(Bax: 2 saylı laboratoriya işi, Transformator yağının sınağı).
h
UE d
d
25
Şək. 3.1. Yüksək gərginlik deşici qurğunun prinsipial
elektrik sxemi
Aparatda gərginlik sıfırdan dielektrikin deşilmə qiymətinə
qədər 1..2 kV/san sürətilə səlist yüksəldilir. Gərginlik qida
mənbəyi tərəfdə bağlanan və yüksək tərəfdəki gərginliyə uyğun
dərəcələnən voltmetrlə (PV) ölçülür.
Hər hansı izolyasiya materiallarının elektrik möhkəmliyi
aşağıdakı ardıcıllıqla təyin olunur:
- qurğunun torpaqlanmasinin vəziyyəti yoxlanılır;
- izolyasiya materialının nümunəsi sınaq üçün hazırlanır,
onun qalınlığı (h) ölçülür;
- izolyasiya materialı nümunəsi qurğunun elektrodları
(EV) arasına yerləşdirilir və onun qapağı bağlanılır;
- QF1 və QF2 avtomatları bağlanılır;
- tənzimləyici qurğu ilə (PY) gərginlik sıfırdan materialın
deşilməsinə qədər qaldırılır. Deşilmə anında QF2 avtomatı açı-
lır. Deşilmə gərginliyinin qiyməti PV voltmetrindən qeyd olu-
nur.
Ölçü və hesabatların nəticələri aşağıdakı cədvəl 3.1-ə yazı-
lır.
Cədvəl 3.1
Bərk dielektriklərin elektrik möhkəmliklərinin ölçü və
hesablarının nəticələri
s/s Materialın və onun
markası
Ud, kV h,mm Ed, kV/mm
26
Şək. 3.2. Eynicinsli sahədə havanın elektrik möhkəmliyinin
elektrodlararası məsafədən standart aslılıq qrafiki
Havanın elektrik möhkəmliyinin elektrodlararası məsafə-
dən asılılığı da yuxarıda göstərilən yüksək gərginlik qurğusun-
da aparılır. Sınaq zamanı elektrodlar arası məsafə 0,1...0,2 –dən
1,2...1,5 mm sərhəddində olmaqla 5...6 ölçü nöqtəsi üzrə aparı-
lır.
Təcrübənin nəticələri 3.2 cədvəlinə yazılır.
Cədvəl 3.2
Havanın elektrik möhkəmliyinin təcrübə nəticələri
s/s Ud, kV h, mm Ed, kV/mm Elektrodun
forması
Hesabatın məzmunu
1. Sınaq sxemini çəkməli. Bərk və qaz şəkilli dielektriklə-
rin təcrübə və hesabat nəticələrini göstərməli. Alınmış ölçü və
hesabat nəticələrini müvafiq ədəbiyyat göstəriciləri ilə müqayi-
sə etməli.
2. Eynicinsli sahədə aparılan sınaq nəticəsində hava üçün
27
elektrik möhkəmliyinin elektrodlararası məsafədən asılılıq
qrafikini qurmalı və onu standart qrafiqlə (şək. 3.1) müqayisə
etməli.
3. İşdə alınan nəticələri əsaslandırmalı.
Ədəbiyyat
1. Məmmədov O.H. Elektrotexniki materiallar. Dərs vəsai-
ti, ADAU nəşriyyatı, Gəncə, 2011, 140 s.
2. Практикум по технологии монтажа и ремонта элек-
трооборудования. Под редакций доктора техн.наук А.А.
Пястолова М.: Агропромиздат, 1990, 160 с.
3. Səidov R.Ə., Məmmədov O.H., Kərimov İ.C. və b. Elek-
trik avadanlığının etibarlılığı və təmiri fənnindən Praktikum.
Bakı, “Elm” nəşriyyatı 2011, 152 s.
4. Филикова В.А. и. др. Электротехнические и конс-
трукционные материалы. М.: Издательский центр «Акаде-
мия», 2011, 280 с.
Laboratoriya işi üzrə ОП-1 qurğusu üçün sual və
cavablar
Sual 1. Yüksək gərginlikli deşici aparatın prinsipial elek-
trik sxemində PУ qurğusunun vəzifəsi nədən ibarətdir?
Cavab: 1. Gərginliyi tənzimləmək
2. Cərəyanı ölçmək
3. Müqaviməti ölçmək
Sual 2. Elektrik möhkəmliyi izolyasiya materialının hansı
xarakteristikalar qrupuna aiddir?
Cavab: 1. Fiziki-kimyəvi
2. İstilik
3. Dielektrik
Sual 3. Elektrik möhkəmliyi hansı ifadə ilə təyin olunur?
28
Cavab: 1. ;
2. ;
3. .
Sual 4. Elektrik möhkəmliyi hansı aparatla təyin edilir?
Cavab: 1. АИИ-70 aparatı ilə
2. Ampermetr və voltmetrlə
3. Sabit cərəyan körpüsü ilə
Sual 5.Yüksək gərginlik qurğusunun prinsipial elektrik
sxemində TV transformatorunun vəzifəsi nədən ibarətdir?
Cavab: 1. Gərginliyi yüksəltmək
2. Gərginliyi ölçmək
3. Gərginliyi azaltmaq
R
U
h
U
h
SRv
1
29
LABORATORİYA İŞİ 4
GÜC TRANSFORMATORLARININ
DOLAQLARININ KONSTRUKSİYASI VƏ ONLARIN
İZOLYASİYA ELEMENTLƏRİNİN ÖYRƏNİLMƏSİ
İşin məqsədi. Güc transformatorlarının təyinatı, təsnifatı,
onlarda tətbiq olunan dolaqların tipləri və izolyasiya elementlə-
rini öyrənmək.
İşin yerinə yetirilmə qaydası.
1. Güc trasnformatorlarının təyinatı və təsnifatları ilə tanış
olmaq.
2. Üçfazalı transformatorların quruluşu ilə tanış olmaq.
3. Güc transformatorlarının dolaqlarının tiplərini öyrən-
mək.
4. Güc transformatorunun dolaqlarının izolyasiya konstruk-
siyalarını və orada istifadə olunan materialların qısa xarakteris-
tikalarını göstərmək.
İşin məzmunu və yerinə yetirilmə metodikası.
1.Güc transformatorlarının təyinatı və təsnifatı.
Güc transformatorları dəyişən cərəyan şəbəkələrində gər-
ginliyi bir qiymətdən başqa qiymətə çevirmək üçün istifadə
olunurlar. Transformatorlar yüksəldici və alçaldıcı olurlar.
Transformatorlar əsas hissələrinə maqnit nüvəsi (maqnin
sistemi) və I və II tərəf dolaqları daxil olan statik elektromaqnit
qurğusudur. Maqnit nüvəsi ona geydirilmiş dolaqlarla birgə
transformatorun aktiv hissəsi adlanır.
Transformatorlar aşağıdakı kimi təsnif olunur:
-soyuma növünə görə - hava ilə (quru) və yağla (yağ) soyu-
30
dular;
-fazalarının sayına görə - bir və üç fazalı;
-dolaqların sayına görə - ikidolaqlı və çoxdolaqlı;
-dolaqların konstruksiyasına görə - birqat, ikiqat; çoxqatlı,
fasiləsiz, vintvari.
2. Üçfazalı transformatorun quruluşu.
Transformatorun sxemi şəkil 4.1-də göstərilir.
Transformatorun maqnit nüvəsinin görünüşləri şəkil 4.2 və
4.3-də verilir.
Şək. 4.1. TM 160/10 transformatorunun sxemi: 1-nəqletdirmə roliki; 2-torpaqlama boltu; 3-çən; 4-pasport
lövhəsi; 5-transformatoru qaldırmaq üçün qarmaq; 6-çökdürmə qabı;
7-yağ göstərici; 8 və 9- YG və AG çıxışları; 10-civəli termometr; 11-qayka;
12-qarmaq; 13-lövhə; 14-yağ nümunəsi götürmək üçün tıxac;15- gərginlik
çevricisi; 16-qoruyucu boru; 17-termosifon süzgəc.
31
Şəkil 4.2-dən göründüyü kimi üçfazalı güc transformatoru-
nun maqnit nüvəsi qalınlığı o,35 və ya 0,5 mm-lik elektrotexni-
ki polad vərəqələrdən yığılan üç ədəd saquli çubuqlardan (1) və
bunlarla əlaqəli olan iki ədəd yuxarı və aşağı boyunduruq (12)
olmaqla sərt konstruksiyadan ibarətdir. Şaquli çubuqlara trans-
formatorun dolaqları yerləşdirilir. Boyunduruq və çubuqlar bir-
birinə birləşdirilərək qapalı maqnit konturu yaradır. Burulğan
cərəyanları azaltmaq üçün maqnit nüvəsinin hər bir polad vərə-
qəsi 202 və ya КФ-965 markalı lakla örtülür.
Maqnit nüvəsinin vərəqələrdən ibarət olan boyunduruq və
çubuqları kağız-bakelit silindirin içərisinə salınan və hər iki tə-
rəfində yiv olan polad sancaq vasitəsilə qaykalarla möhkəm sı-
xılır.
Şək. 4.2. İki dolaqlı güc transformatorunun maqnit nüvəsi: 1- maqnit nüvəsinin çubuqları; 2,12- yuxarı və aşağı boyunduruqlar;
3,13-yuxarı və aşağı boyunduruğun tiri;
4,5,8 – horizontal və şaquli sıxıcı sancaqlar;
6- izolyasiyaedici araqatı; 7- nəqletdirmə deşikləri; 9- şaquli sancağın
izolyasiyası; 10-polad zolaq; 11-ağac
32
b)
Şək. 4.3. Boyunduruğun (a) və çubuğun (b) en kəsik sahələri: 1,9 – boyunduruğun və çubuğun aktiv poladı, 2-elektrokarton
izolyasiya; 3- boyunduruq tiri; 4, 11 – kağız bakellit izolyasiya borusu;
5, 10 – izolyasiya şaybalar; 6,12 – sıxıcı dəmir sancaqlar;
7, 13 – qaykalar; 8, 14- polad şaybalar.
3.Üçfazalı transformatorun dolaqlarının tipləri və
quruluşu.
Transformator dolaqları izolyasiyalı dolaq məftilindən ha-
zırlanılır.
Bundan başqa dolaqların izolyasiyasını elektrik deşilməsin-
dən və dağılmasından mühafizə etmək üçün nəzərdə tutulan
müxtəlif izolyasiya detalları da istifadə olunur.
Müasir transformatorqayırma zavodlarında ən çox birqat,
ikiqat, çoxqatlı və fasiləsiz silindrik dolaq tipləri tətbiq olunur.
Bu dolaqların ümumi görünüşü şəkil 4.4-də verilir.
33
4.Güc transformatorlarının dolaqlarının konstruksiyası
və orada istifadə olunan materialların qısa xarakteristikaları.
Qeyd olunduğu kimi güc transformatorlarında birqat, ikiat,
çoxqat və fasiləsiz tipli dolaqlar tətbiq olunur (Şək. 4.4).
Şək. 4.4. Güc transformatorlarının dolaqları:
a- birqat; b-ikiqat; c- çoxqat; d-fasiləsiz; e-vintvari;
1- düzbucaqlı məftildən sarğı; 2- dolağın kənar sarğılarının
izolyasiyasını gücləndirmək üçün elektrokarton qutu; 3- kəsilmiş
bərabərləşdirici halqa; 4- kağız-bakelit silindir; 5-dolağın birinci qatının
sonu; 6-şaquli reykalar; 7-dolağın daxili budaqlanması; 9-dolaq sarğılarının
transpozisiyası
34
Vint boyunca birqat sarınan və bir və ya bir neçə paralel
məftillərdən ibarət olan dolaq bir qat silindrik dolaq adlanır.
Belə dolaqda adətən ПБ və ya АПБ markalı (bir neçə qat tele-
fon kağızından ibarət izolyasiyalı mis və ya aliminium dolaq
məftili) dolaq istifadə olunur. Sarğılar maili vəziyyətdə sarınır.
Buna görə də dolağın uçlarına horizontal vəziyyət vermək
üçün dolağın hər iki ucunda pambıq parça lenti ilə əvvəlcədən
hazırlanmış kağız-bakelit halqalar (3) bərkidilir. Dolaqlara
yüksək mexaniki möhkəmlik vermək üçün sonuncu sarğılar və
kəsilmiş halqalar pambıq parça lenti ilə möhkəm sarınır. Şəkil
4.4-də (a) göstərildiyi kimi dolağın kənar sarğısının yuxarı və
aşağı çıxışının yanındakı boş qalan hissəyə 0,5…0,7 mm qalın-
lığında elektrokardon qoyulur (2).
İki qat dolaq da bir qat dolaq kimi sarınır. Dolaq qatları
arasına şaquli şəkildə fısdıq ağacından çubuqlar və elektrokar-
don yerləşdirilir. Bu halda dolaq qatları arasında yaranan ka-
nallar dolaqdan ayrılan istiliyin örtülməsini yaxşılaşdırır. Çox-
qatlı silindrik dolağın hazırlanmasında dairəvi məftil kağız-ba-
kelit silindrə sarınır. Bu silindrə sarınmış dolaq və sonrakı do-
laq qatlarının arasına qatlararası izolyasoiya olaraq bir neçə qat
kabel kağızından hazırlanan kağız silindr yerləşdirilir.
Çoxqatlı dolaqda gərginliyi tənzimləmək məqsədilə budaq-
lanmalar çıxarılır (şək. 4.4 b, 7).
Çoxqatlı dolaqların mexaniki möhkəmliyini artırmaq üçün
onlar pambıq parça lenti ilə möhkəm sarınır və 80-100 oC-də
qliftal lakı ilə hopdurulur.
Gücü 1000 kVA və ondan çox olan transformatorlarda
ardıcıl birləşmiş eyni katuşkalardan hazırlanılan fasiləsiz dolaq
tiplərindən istifadə olunur (şək. 4.4, d).
Fasiləsiz dolaq öz adına uyğun olaraq qırığı və lehimi ol-
mayan yastı (müstəvi) məftillərdən hazırlanılır.
Transformatorun izolyasiyası xarici və daxili olmaqla iki
yerə bölünür.
Xarici izolyasiyaya transformatorun çənində olmayan izol-
35
yasiyalar aiddir, misal üçün I və II tərəf dolaqlarının çıxış izol-
yatorları, fazalararası izolyasiya, çıxışlarla transformatorun tor-
paqlanan hissəsi arasındakı izolyasiya və s.
Daxili izolyasiyaya transformator çəninin daxilində yerlə-
şən, transformator yağında olan çox hissə aiddir. Daxili izolya-
siyaya baş və uzununa izolyasiyalar da daxildir.
Baş izolyasiyaya transformatorun hər bir dolağının torpaq-
lanmış hissəyə və digər dolaqlara görə izolyasiyası daxildir.
Uzununa izolyasiyaya isə hər hansı dolağın müxtəlif nöqtə-
ləri arasındakı, yəni sarğılararası, qatlarası və katuşkalararası
izolyasiyalar aiddir. Buraya həmçinin dolaq çıxışlarının və çev-
rici açarın çıxışlarının izolyasiyası da daxildir.
Transformatorun izolyasiyası istismar vaxtı baş verən
elektrik, istilik, mexaniki və fiziki-kimyəvi təsirlərə heç bir zə-
dələnmə olmadan davam gətirməlidir.
İzolyasiyanın elektrik hesabatı elə aparılmalıdr ki, onlar
normalarda nəzərdə tutulan yoxlama və nümunəvi sınaqlara da-
vam gətirə bilsinlər.
Hesabatın məzmunu
1.Güc transformatorlarının təyinatı, quruluşu və təsnifatı-
nın izahatını verməli, pasport göstəricilərini izah etməli.
2. Üçfazalı transformatorun sxemini göstərib, quruluşunun
izahını verməli, hissələrinin vəzifələrini göstərməli.
3. Güc transformatorlarının dolaqlarının tiplərini və onların
quruluşunu izah etməli.
4. Güc transformatorlarının dolaqlarında istifadə olunan
izolyasiya konstruksiyasını və materialların xarakteristikalarını
göstərməli.
Ədəbiyyat
1. Пястoлов А.А. и др. Практикум по монтажу, экс-
плуатации и ремонту электрооборудования. М.: «Колос»
36
1986, 224 c.
2. Пястолов А.А. и др. Монтаж, эксплуатация и ремонт
электрооборудования. М.: Колос, 1981. 335 с.
3. Məmmədov O.H. Elektrotexniki materiallar. Gəncə,
ADAU nəşriyyatı, 2011,140 s.
4. Kərimov İ.C. və b. Elektrik avadanlıqlarının təmir tex-
nologiyası. Gəncə, ADAU nəşriyyatı, 2010, 354 s.
5. Перельмутер Н.М. Электромонтер-обмотчик и изо-
лировщик по ремонту электрических машин и трансформа-
торов. Учебное пособие. М.: Высш.шк, 1984, 328 с.
Laboratoriya işi üzrə OП- 1 qurğusu üçün sual-cavablar
Sual 1. Transformatorun daxili hissəsinə onun hansı ele-
mentləri daxildir?
Cavab 1. Transformatorun dolaqları
2. Maqnit nüvəsi və dolaqlar
3. Maqnit nüvəsi.
Sual 2. Transformatorlar dolaqlarının sayına görə necə
təsnif olunur?
Cavab: 1. Hava və yağ ilə soydulan dolaqlar.
2. Birqatlı, ikiqatlı, çoxqatlı, fasiləsiz, vintvari
3.İkidolaqlı və çoxdolaqlı
Sual 3. Ücfazalı transformatorun maqnit nüvəsinin polad
vərəqələrinin qalınlığı nə qədər olur?
Cavab: 1. 1,0-1,5 mm
2. 0,10-0,2 mm
3. 0,35-0,5 mm
Sual 4. Güc transformatorunun (yağla soyudulan) dolaq-
larında hansı markalı dolaq məftillərindən istifadə olunur ?
Cavab: 1. ПБ və АПБ;
2. ПЭТВ
3. ПСД
Sual 5. Transformatorun daxili izolyasiyasına nələr daxil-
37
dir?
Cavab: 1. Dolaqların çıxış izolyatorları;
2. Baş və uzununa izolyatorlar;
3. Çıxışlarla transformatorun torpaqlanan hissəsi
arasındakı izolyasiya.
38
Laboratoriya işi 5
ASİNXRON MÜHƏRRİKLƏRİNİN
DOLAQLARININ KONSTRUKSİYASI VƏ ONLARIN
İZOLYASİYA ELEMENTLƏRİNİN ÖYRƏNİLMƏSİ
İşin məqsədi: Asinxron mühərriklərinin təyinatı, təsnifatı,
onlarda tətbiq olunan dolaqların tipləri və izolyasiya elementlə-
rini öyrənmək.
İşin yerinə yetirilmə qaydası:
1.Asinxron mühərriklərinin təyinatı, təsnifatı və quruluşu
ilə tanış olmalı.
2. Dolaqların əsas konstruktiv elementləri ilə tanış olub
onun parametrlərini təyin etməli.
3.Dolaqların tipləri ilə tanış olub onları öyrənmək.
4. Asinxron mühərriklərinin dolaqlarının izolyasiya kons-
truksiyaları ilə tanış olub onlarda istifadə olunan materialların
qısa xarakteristikalarını öyrənmək.
İşin məzmunu və yerinə yetirilmə metodikası:
1.Asinxron mühərriklərinin təyinatı, təsnifatı və
quruluşu.
Hazırda ən geniş istifadə olunan dəyişən cərəyan maşını
asinxron mühərrikləridir. Asinxron mühərrikinin vəzifəsi elek-
trik enerjisini mexaniki enerjiyə çevirməkdir. Quruluşunun sa-
dəliyinə, iş zamanı yüksək etibarlılığına, kifayətləndirici işçi
xarakteristikalarına və nisbətən dəyərinin ucuz olmasına görə
bu mühərriklər istehsalatın bütün sahələrində-sənaye, kənd tə-
sərrüfatı, tikinti və nəqliyyatda geniş istifadə olunur. Ölkələrin
maşınqayırma zavodları müxtəlif güclü və konstruktiv quruluş-
lu asinxron mühərrikləri istehsal edir.
39
Belə mühərriklərin çatışmazlıqlarına işəburaxma cərəyanın
nominaldan 5…7 dəfə çox, işəburaxma momentinin isə az ol-
ması və sürətinin səlist tənzimlənilə bilməməsi aiddir.
Asinxron mühərrikinin aşağıdakı parametrli tipləri tətbiq
olunur:
-gücü 0,08-55 kVt, fırlanma sürəti 750, 1000, 1500 və
3000 d/dəq olan A və AO seriyalı;
-gücü 0,4-100 kVt, sürəti 600, 750, 1000, 1500 və 3000
d/dəq olan A2 və AO2 seriyalı;
-gücü 1,5-30 kVt, sürəti 1000, 1500, 3000 d/dəq olan
AO2... CX və AO2... CXT3 seriyalı;
-gücü 0,09-250 kVt, sürəti 500, 600, 750, 1000, 1500 və
3000 d/dəq olan 4A seriyalı;
-gücü 0,25-4 kVt, sürəti 750, 1000, 1500 və 3000 d/dəq
olan Da seriyalı;
-gücü 11-45 kVt, sürəti isə 3000 d/dəq olan ПЭДВ tipli
subartezian quyularında işləyən dərinlik elektrik mühərrikləri.
Bütün adi seriyalı asinxron mühərrikləri ətraf mühitdən
mühafizə olunma dərəcəsinə görə açıq, mühafizə olunmuş, qa-
palı, partlayışdan və nəmlikdən mühafizə olunmuş qruplarına
bölünməklə istehsal olunurlar.
Ücfazalı asinxron mühərrikinin əsas hissələri göstərilməklə
ümumi görünüşü şəkil 5.1-də verilir. Asinxron mühərrikinin
tərpənməz hissəsinə stator (8) və hərəkət edən hissəsinə rotor
(9) daxildir.
Statorun gövdəsi (6) silindrik çuğun və ya aliminiumdan
tökülən, daxili hissəsində preslənmiş maqnit nüvəsi olan özül-
dən ibarətdir. Burulğan cərəyanlardan yaranan itgiləri azaltmaq
üçün maqnit nüvəsi qalınlığı 0,3...0,5 mm olan bir-birindən xü-
susi nazik lak təbəqəsi ilə izolyasiya edilmiş elektrotexniki po-
lad vərəqələrdən yığılır. Maqnit nüvəsinin daxili çevrəsi bo-
yunca bərabər məsafələrdə stator yuvaları ştamplanılır və bu
yuvalara stator dolaqları yerləşdirilir.
Stator dolaqlarının ucları sıxaclar qutusuna (5) çıxarılır.
40
Asinxron mühərrikinin rotoru(9) da həmçinin elektrotexniki
polad vərəqələrdən ibarət olur. Rotorun maqnit nüvəsinin daxi-
linə mühərrikin valı (1) preslənilir. Rotor nüvəsinin xarici səthi
boyu açılmış yuvalarda rotor dolaqları və ya çubuqları yerləşdi-
rilir.
Şək. 5.1. 4A100CУ1 tipli asinxron mühərriki: 1-rotorun valı; 2-diyircəkli yastıq; 2,3-yastıq şiti; 4-stator dolağı;5- do-
laq çıxışları qutusu; 6- statorun gövdəsi; 7- yük vinti; 8- stator nüvəsi; 9-ro-
tor; 10-ventilyator; 11-ventilyator örtüy.
Asinxron mühərrikinin üzərinə onun nominal göstəriciləri
olan lövhəcik bərkidilir. Burada mühərrikin gücü, gərginliyi,
fırlanma tezliyi, güc əmsalı (cosφ), faydalı iş əmsalı (η) və s.
göstərilir.
Şəkil 5.2 asinxron mühərrikinin dolaqlarının uclarının onun
41
üzərindəki sıxaclara (C1... C6) birləşdirilməsi və faz dolaqları-
nın ulduz və ücbucaq üzrə sıxaclar qutusunda bağlanması gös-
tərilib.
a) b) Şək. 5.2. Asinxron mühərrikinin dolaqlarının birləşmə sxemi (a)
və faz dolaqlarının ulduz və üçbucaq birləşdirilməsi (b).
Şəkil 5.3-də asinxron elektrik mühərrikinin statoru göstəri-
lib. Mühərrikin tərpənməz hissəsi-stator (a) nüvədən (1), dolaq-
dan (2) və gövdədən (özüldən)(3) ibarətdir.
Mühərrikin maqnit nüvəsinin bir hissəsi olan stator nüvəsi
(b) daxili səthində yuvalar açılmış düzgün silindrdən ibarətdir.
Stator nüvəsi ayrı-ayrı polad vərəqələrdən ibarətr sıxılmış pa-
ketdən (c) ibarətdir.
Maşında yaranan burulğan cərəyanını azaltmaq üçün polad
vərəqələrinin hər biri hər iki tərəfdən izolyasiya lakı ilə örtülür.
Bununla həm də maşında polad itgiləri də azalır. Stator nüvə-
sinin yuvalarında izolyasiyalı mis və ya alüminiumdan ibarət
42
üçfazalı dolaq yerləşdirilir.
Asinxron mühərrikinin fırlanan hissəsi rotor nüvədən, val-
dan və dolaqdan ibarət olur.
Şək. 5.3. Asinxron elektrik mühərrikinin statoru: a-yığılmış
halda stator; b- stator nüvəsi; c-nüvənin vərəqəsi; 1- nüvə; 2-dolaq;
3-gövdə (özül).
Stator və rotor nüvələri arasında 0,2…0,4 mm hava aralığı
olur. Asinxron mühərrikinin qısa qapanmış rotoru şəkil 5.4-də
verilir.
2. Dolaqların əsas konstruktiv elementləri ilə tanış olub
onların parametrlərinin təyin olunması.
Asinxron mühərrikinin ən vacib tərkib hissələrindən biri
onların dolaqlarıdır.Dolaqlarda elektrik enerjisinin mexaniki
43
enerjiyə çevrilməsilə əlaqədar əsas işçi proseslər baş verir.
Asinxron mühərriklərinin stator və kontakt halqalı faz
rotorlarında üçfazalı dəyişən cərəyan dolaqları istifadə olunur.
Qısa qapanmış rotorlarda isə qısa qapanan dolaqlar yerləşir
(şək. 5.3 və 5.4-ə baxmalı).
Şək. 5.4. Asinxron mühərrikinin qısa qapanmış rotoru: a-yuvalara çubuqlar yerləşdirilən; b- “dələ” təkəri; c-aliminium
ərintisindən tökülmüş dolaqları olan; 1-rotor nüvəsi; 2- dolaqların qısa
qapayıcı halqaları olan; 3-dolaq çubuqları; 4-val; 5-ventilyasiya kürəkləri.
Dolağın ən sadə elementi adətən müxtəlif adlı şimal və cə-
nub qonşu qütblər altında olan, iki yuvada yerləşən ardıcıl bir-
ləşmiş iki məftildən ibarət sarğıdır. Sarğının yuvada yerləşən
elementləri onun aktiv tərəfləri adlanır və maşının baş maqnit
sahəsinin elektrik hərəkət qüvvəsinin məhz burada çevrilməsi
baş verir. Sarğının yuvada yerləşməyən elementi alın hissəsi
adlanır. Bir neçə sarğı ardıcıl birləşməklə yuvalarda yerləşir və
katuşka (seksiya) adlanır. Bir yuvada bir sarğı yerləşərsə çu-
buq, bir neçə sarğı yerlərsə katuşka adlanır.
Katuşka və seksiyalar sarğılar sayı (s) və dolaq addımı (y)
ilə xarakterizə olunur. Dolaq addımı katuşka və seksiyanın əha-
tə etdiyi stator və ya rotorun maqnit nüvəsində olan dişlər sayı
44
ilə ifadə olunur.Misal üçün, əgər seksiyanın (katuşkanın) bir tə-
rəfi I yuvada, o biri tərəfi isə VI yuvada yerləşirsə və katuşka 5
yuva əhatə edirsə, dolaq adımı 5-ə bərabər qəbul olunur, başqa
sözlə y=6-1=5 olur. Dolaq addımı qütb bölgüsünə bərabər olar-
sa bu tam və ya diametral addım, əgər qütb bölgüsündən kiçik
olsa qısadılmış addım adlanır.
Tam dolaq addımı:
.
Qısaldılmış dolaq addımı:
,
burada Z-statorun yuvalar sayı;
P-qütblər sayı;
Kq – qısadılma əmsalı Kq=0,66...0,85.
Bir neçə seksiya və ya katuşka ardıcıl birləşdirilərək katuş-
ka qrupu əmələ gətirir və başqa sözlə bir qütbə və fazaya düşən
yuvalar sayı adlanır və aşağıdakı ifadə ilə təyin olunur.
, m-fazalar sayı olub m=3 qəbul olunur.
3. Dolaqların tipləri ilə tanış olub, onların öyrənilməsi.
Asinxron mühərriklərində əsasən bir qat və iki qat dolaq-
dan istifadə olunur. Bir qat dolaqda hər bir yuvada katuşka və
seksiyanın bir tərəfi, iki qat dolaqda isə müxtəlif katuşka və
seksiyaların iki tərəfi yerləşdirilir.
Asinxron mühərriklərinin dolaqlarının göstərilməsi şərtidir.
Dolaq sxeminin göstərilməsinin əsas iki üsulundan istifadə
olunur. Birinci üsulda silindrik formada olan statorun dolaq
hissəsi müstəvi şəklində açılır və bu sxem açılış sxemi adlanır.
İkinci üsulda dolaqların uç hissələri göstərilməklə stator
P
Zyt
2
P
Zky qq
2
mP
Zq
2
45
nüvəsinin silindrik şəkildə olması ilə üc (və ya alın) hissədən
dolaqlar göstərilməsilə sxem çəkilir. Bu sxemlər uc və ya
dairəvi sxemlər adlanır.
Şəkil 5.5-də asinxron mühərrikinin iki qat stator dolağının
açılış sxemi verilir.
Şək. 5.5. İkiqat stator dolağının açılış sxemi.
Şəkil 5.6-da isə bir qat konsentrik dolağın açılış və uc
sxemləri göstərilib.
Şəkil 5.6-da birqat və ikiqat dolaqların katuşka qruplarının
sxemləri verilir.
46
Şək. 5.6. Birqat dolağın açılış (a), uc (b) və alın hissəsinin
görünüş (c) sxemləri.
Şək. 5.7. Birqat və ikiqat dolaqların katuşka (seksiya) qrupları.
47
Şəkil 5.7-də bir qat və ikiqat qolaqların hər ikisində katuş-
ka qruplarının sayı q=2 olan dolaqların hissələri göstərilib.
Ücfazalı dolaqlarda faza dolaqlarının başlanğıcı və sonları
C1-C4, C2-C5 və C3-C6 dolaları arasında 120o elektrik dərəcə-
si olur.
4. Asinxron mühərriklərinin dolaqlarının izolyasiya
konstruksiyaları ilə tanış olub istifadə olunan materialların
xarakteristikalarının izah edilməsi.
Zavodda istehsal olunarkən və təmir vaxtı asinxron mühər-
riklərinin stator dolağında aşağıdakı konstruktiv izolyasiya ma-
terialları tətbiq oluna bilər:
sarğı izolyasiyası, yuva (və ya gövdəyə görə) izolyasiyası,
alın hissədəki dolaqların izolyasiyası, qatlararası izolyasiya və s.
Ümumiyyətlə, dolağın bütün məftilləri biri-birindən və
gövdədən etibarlı izolyasiya olunmalıdır. İzolyasiyalı dolaq
məftillərində sarğılararası izolyasiya rolunu məftilin öz izolya-
siyası oynayır.
Gövdə və ya yuva izolyasiyası mühərrikin gərginliyindən
və yuvanın formasından asılı olaraq müxtəlif ola bilər.
Yumşaq katuşkalı dolaqlarda istifadə olunan katuşkalar və
yuvanın forması şəkil 5.8-də verilir.
Şək. 5.8. Yumşaq dolaqlarda istifadə olunan katuşkalar və
yuva:a-bir qat yumşaq dolaq üçün katuşka; b-ikiqat yumşaq dolaq
üçün katuşka; c-yumşaq dolağın yuvaya yerləşdirilməsi
48
Yumşaq məftilli dolaqlarda gövdə izolyasiyası adətən bir
neçə qat olmaqla yuvaya yerləşdirilir və bu yuva qutusu adla-
nır. Bu halda izolyasiya materialları mühərrikin istismar şə-
raitindən və tələb olunun qızmaya davamlılıq sinfindən asılı se-
çilir. Yumşaq dolaqlar üçün tətbiq olunan izolyasiyalar şəkil
5.9-da verilir.
Şək. 5.9. Yumşaq stator dolaqlı mühərriklərin izolyasiya
konstruksiyası: a-birqat yumşaq dolaq üçün yuva; b-ikiqat yumşaq dolaq üçün yuva; c-
ikiqat yumşaq dolaq üçün katuşkanın alın hissəsi; 1- ЭВ markalı elektro-
karton; 2- laklı şüşə parça; 3-ЭВ markalı elektrokarton; 4,5-fıstıq və ya toz
ağacından yuva çivi; 6,7,8- plenkaelektrokarton; 9,10-laklı şüşə parça;
11-ipək parça (tafta); 12-laklı şüşə parça; 13-plenkaelektrokarton; 14-şüşə
boru.
Hesabatın məzmunu
1. Asinxron mühərriklərinin təyinatı, quruluşu və təsnifatı-
nın izahatını verməli, pasport göstəricilərini izah etməli.
2. Asinxron mühərriklərinin stator və rotor dolaqlarının
konstruktiv elementlərinin izahını verib, parametrlərini göstər-
məli.
49
3. Stator dolaqlarının tiplərini izah edib, sxemlərini çəkib
göstərməli.
4. Asinxron mühərriklərinin dolaqlarında istifadə olunan
izolyasiya konstruksiyasını və materialları göstərməli.
Ədəbiyyat
1. Пястoлов А.А. Практикум по монтажу, эксплуатации
и ремонту электрооборудования . М.: «Колос» 1986, 224 c.
2. Пястолов А.А. и др. Монтаж, эксплуатация и ремонт
электрооборудования. М.: Колос, 1981, 335 с.
3. Məmmədov O.H. Elektrotexniki materiallar. Gəncə,
ADAU nəşriyyatı, 2011, 140 səh.
4. Kərimov İ.C. və b. Elektrik avadanlıqlarının təmir tex-
nologiyası. Gəncə, ADAU nəşriyyatı, 2010, 354 s.
5. Бернштейн Л.М. Изоляция электрических машин об-
щего назначения. М.: Энергоиздат, 1999, 367 с.
Laboratoriya işi üzrə ОП-1 qurğusu üçün sual-
cavablar
Sual 1. Asinxron mühərrikinin vəzivəsi nədən ibarətdir.
Cavab: 1. Gərginliyi tənzimləmək;
2. Elektrik enerjisini mexaniki enerjiyə çevirmək;
3. Elektrik enerjisini istiliyə çevirmək.
Sual 2. Asinxron mühərrikinin fırlanan hissəsi neçə
adlanır?
Cavab: 1.Rotor hissəsi;
2. Statorun maqnit nüvəsi;
3. Stator dolağın hissəsi.
Sual 3. Bir qütbə və fazaya düşən yuvalar sayı hansı ifadə
ilə təyin olunur..
Cavab: 1. ; qkP
z
2
50
2. ;
3. .
Sual 4. Yuvada qatlararası izolyasiya kimi hansı
materialdan istifadə olunur?
Cavab: 1. ЭВ markalı elektrokardon;
2. Plenka elektrokarton;
3. İpək parçadan.
Sual 5. Dolağın ən sadə elementi necə adlanır
Cavab: 1. Seksiya;
2. Faz dolağı;
3. Katuşka.
P
z
2
mP
z
2
51
Laboratoriya işi 6
TRANSFORMATORLARIN AKTİV POLADININ
İZOLYASİYA MÜQAVİMƏTİNİN VƏ ELEKTRİK
MÖHKƏMLİYİNİN TƏYİNİ
İşin məqsədi. Transformatorlarin aktiv polad vərəqələrinin
elektrik möhkəmliyinin və izolyasiya müqavimətinin yoxlanıl-
ma metodikasını mənimsəmək.
İşin yerinə yetirilmə ardıcıllığı.
1.Aktiv polad vərəqələrin izolyasiyasının elektrik möh-
kəmliyini təyin etməli.
2.Aktiv polad vərəqələr paketinin izolyasiya müqavimətini
təyin etməli.
İşin məzmunu və yerinə yetirilmə metodikası.
I. Aktiv polad vərəqəsinin izolyasiyasının elektrik möh-
kəmliyini təyin etmək üçün tədqiqat obyekti olaraq transforma-
tor nüvəsinin lakla örtülmüş bir ədəd polad vərəqəsi qəbul olu-
nur. Təcrübə aşağıdakı qayda üzrə yerinə yetirilir.
1. Sınaqdan keçirilən polad vərəqəni və elektrik dövrəsinə
birləşdirmək üçün onun əlverişli yerinin izolyasiyası (lakı) tə-
mizlənilir.
2. Şəkil 6.1-ə uyğun olaraq cihazlar seçilməklə təcrübənin
aparılma sxemi yığılır.
3. Avtotransformatorun (TV) sıxacında dəstək vasitəsi ilə
minimal gərginlik müəyyən olunur.
4. Məftil (1) sıxacı ilə sınaqdan keçirilən polad vərəqəyə
(3) bağlanılır.
5. Gəzdirilə bilən (2) elektrodunu vərəqənin istənilən yeri-
nə yerləşdirməli.
52
6. Avtotransformatorun dəstəyi ilə gərginlik vərəqənin
izolyasiyasının elektrik möhkəmliyinə qədər səlist yüksəldilir.
İki və üç dəfəlik lakla örtülmüş vərəq üçün deşilmə gərginliyi
100...150V-dan az olmamalıdır.
Təcrübəni bir neçə dəfə təkrar etməklə polad vərəqənin
izolyasiyasının elektrik möhkəmliyinə qiymət verilir.
Elektrik möhkəmliyinin qiyməti voltmetr (PV) vasitəsi ilə
müəyyən olunur. Deşilmə anında lampa yanır.
Şək 6.1. Aktiv polad vərəqəsinin elektrik möhkəmliyinin təyini
sxemi: TV- avtotransformator; HL-siqnal lampası; 1- sıxac;
2- elektod; 3- sınaqdan keçirilən nümunə.
II. Aktiv polad vərəqələrinin izolyasiyası müqavimətini tə-
yin etmək üçün tədqiqat obyekti kimi izolyasiyalı polad vərə-
qələr paketi götürülür. Təcrübə aşağıdakı qayda ilə aparılır:
1. Sahəsi 100 sm2olan aşağı elektrodun üzərində 20 ədəd
izolyasiyalı vərəqədən ibatət müəyyən təzyiqlə sıxılmaqla bağ-
lanmış paket (1) yerləşdirilir;
2. Bütün vərəqələrin üzərinə isə sahəsi 100 sm2olan ikinci
elektrod (2) yerləşdirilir.
3. Paketlər 0,6 mPa təzyiqlə sıxılır;
53
4.Şəkil 6.2-də göstərilən sxem yığılır;
5.Elektrodlara hazırlanıb birləşdirilmiş sıxaclar vasitəsi ilə
məftil birləşdirməklə 3…5V gərginlik verilir.
Şək. 6.2. Aktiv polad vərəqənin izolyasiya müqavimətinin təyini
sxemi: 1-izolyasiyalı vərəqəli paket; 2- izolyasiya; 3- elektrod.
Sxemə bağlanmış ampermetr (PA) və voltmetrin (PV) gös-
tərişlərinə əsasən izolyasiyalı paketin müqaviməti müxtəlif cə-
rəyan və gərginliklərdə təyin olunur və orta qiymət hesablanılıb
buraxıla bilənlə müqayisə olunur. Hesabat qaydası:
; ; ; .
Polad vərəqələr paketinin izolyasiya müqaviməti
Rort≥50 Om olmalıdır.
Hesabatın məzmunu
1. Aktiv polad vərəqələrinin izolyasiyasinin elektrik möh-
kəmliyinin təyini üzrə sınağın aparılmasının məzmunu, istifadə
olunun sxem, cihaz və qurğuların göstəriciləri, sınağın nəticələ-
1
11
İ
UR
2
22
İ
UR
3
33
İ
UR
3321 RRR
Rorta
54
rinin hesablanılması, bunların buraxıla bilən qiymətlə müqayi-
səsini və ümumi nəticələri göstərmək.
2. Aktiv polad vərəqələr paketinin izolyasiya müqaviməti-
nin təyini üzrə sınağın aparılmasının qısa məzmunu, istifadə
olunan sxem, cihaz və qurğuların göstəriciləri, sınağın nəticələ-
rinin hesabatı, bunların buraxıla bilən qiymətlə müqayisəsi və
ümumi nəticələri göstərmək.
Ədəbiyyat
1. Пястoлов А.А. Практикум по технологии монтажа и
ремонта электрооборудования. М.: «Агропиздат.» 1990,
160 c.
2. Васильев И.П.Лабораторные работы по электромате-
риаловедению. М.: Высшая школа. 1988, 152 c.
3.Məmmədov O.H. Elektrotexniki materiallar. Gəncə,
ADAU nəşriyyatı, 2011, 140 s.
Laboratoriya işi üzrə OП-1 proqram qurğusu üçün sual-
cavablar
Sual 1. Aktiv polad vərəqənin izolyasiyasının elektrik
möhkəmliyini təyin etmək üçün tədqiqat obyekti kimi nə götü-
rülür?
Cavab 1. Lakla örtülmüş polad vərəqə
2. Transformatorun nüvəsi
3.Gəzdirilə bilən elektrod
Sual 2.Elektrik möhkəmliyinin təyinində avtotransfor-
matorun vəzifəsi nədən ibarətdir?
Cavab 1. Gərginliyi ölcmək
2. Gərginliyi dəyişmək
3. İzolyasiyanın deşilməsinə siqnal vermək
Sual 3. Aktiv polad vərəqənin deşilmə gərginliyi neçə volt-
dan az olmamalıdır?
55
Cavab 1. 220 V
2. 400 V
3. 150 V
Sual 4. Aktiv polad vərəqənin izolyasiya müqavimətinin
təyinində reostatın vəzifəsi nədən ibarətdir?
Cavab 1. Sabit cərəyan mənbəyi yaratmaq.
2. Gərginliyi ölçmək.
3. Cərəyan və gərginliyi dəyişmək.
Sual 5. İzolyasiyalı polad vərəqələr paketinin izolyasiya
müqaviməti neçə Om- dan az olmamalıdır?
Cavab 1. 50 Om
2. 0,5 MOm
3. 5 MOm
56
Laboratoriya işi 7
ELEKTRİK MAŞINININ AKTİV POLADININ
QIZMAYA SINAĞININ APARILMASI
İşin məqsədi. Elektrik maşınlarının aktiv poladının qızma-
ya görə sınaq metodikasını mənimsəmək.
İşin yerinə yetirilmə ardıcıllığı. Elektrik maşınının stator
nüvəsinin qızmaya görə sınağını aparıb, stator nüvəsinin aktiv
poladı üzrə temperaturun paylanmasını müəyyən etməli və
alınmış qiymətlərin buraxıla bilənlə müqayisəsini aparmalı.
Elektrik maşınının statorunun polad nüvəsindəki xüsusi it-
gini hesablayıb buraxıla bilənlə müqayisə etməli.
İşin məzmunu və onun yerinə yetirilmə metodikası.
Təmirdən əvvəl defektləşdirmədə və aktiv poladın tam və
qismən sökülüb yığılması zamanı maşının aktiv poladının sına-
ğı aparılır. Sınağın məqsədi-polad vərəqələrinin qapanması nə-
ticəsində yerli qızmaları və poladdakı xüsusi itgini təyin etmək-
dir.
Sınaq 50Hs tezlikdə, 1T induksiyada aparılır.
Təcrübədə sınaq obyekti dəyişən cərəyan mühərrikinin ak-
tiv poladının statoru götürülür. Təcrübəni aşağıdakı qaydada
aparmalı.
Maqnitlənmə dolağını hesablamalı və onu tədqiq olunan
statorun nüvəsinə sarımalı (şək. 1).
Maqnitlənmə dolağanın sarğılarının sayı aşağıdakı ifadə ilə
təyin edilir:
burada U və f – cərəyan mənbəyinin gərginliyi və tezliyi;
cfBhLK
U
44,4
57
B- stator boyunduruğunda maqnit induksiyası;
h- stator boyunduruğunun hündürlüyü;
Kc- laklanmış polad üçün 0,95 olan polad paketinin
doldurma əmsalı;
L – polad paketinin uzunluğu
Maqnitlənmə dolağının məftilinin en kəsiyini seçmək üçün
maqnitlənmə cərəyanının qiyməti təyin edilir:
,
burada H – maqnit sahə gərginliyinin qiyməti olub 215-
280 A/M qəbul olunur.
Do- stator boyunduruğunun orta hissəsinə uyğun
gələn diametrdir.
Maqnitlənmə dolağında tam gərginlik düşgüsünü nəzərə al-
madan poladdakı itginin ölçülməsi düzgün olmayan nəticə ve-
rir. Xətanı düzəltmək üçün vatmetrin gərginlik dolağı sarğılar
sayı maqnitlənmə dolağının sarğılar sayına bərabər olan kon-
trol dolağın sarğısına bağlanmalıdır ( şək. 7.1).
Şək. 7.1. Maşının polad nüvəsinin sınağının sxemi: 1- maqnitlənmə dolağı; 2-kontrol dolaq.
HDİ
0
58
2. Sxemi qoşmalı və 10…20 dəqiqədən sonra gərginliyi aç-
madan dişlərə və boyunduruğa toxunmaqla qızmanı yoxlamalı,
sonra termocüt və ya termoverici statorun ən soyuq və isti nöq-
tələrinə yerləşdirməli.
3. Sınağı 90 dəqiqə müddətində aparmalı. Hər 10 dəqiqə-
dən bir bütün cihazların göstərişini və temperaturun qiymətini
cədvələ yazmalı (cədvəl 7.1).
Poladdakı xüsusi itginin təyini:
,
burada G- nüvənin ölcülərinə və poladın sıxlığına görə tə-
yin olunur. Xüsusi itgi Э3 markalı polad üçün 2,5 Vt/kq, Э1
üçün isə 4 Vt/kq- dır;
P – vattmetrin göstəriçisi.
Cədvəl 7.1
Polad nüvənin sınağının nəticələri
s/s Ölçmə
vaxtı
U1,
V
P1,
Vt
Іμ,
A
Px,
Vt/kq
Nöqtələrdə
temperatura, oC
t 1 t 2 t 3
1
2
3
4
5
6
7
Hesabatın məzmunu
1. Elektrik maşınının polad nüvəsinin qızması üzrə sınağın
sxemini, istifadə olunmuş riyazi ifadələri, sınağın aparılması
üçün seçilən cihaz və qurğuların texniki göstəriciləri, sınaq və
hesabat nəticələrini təqdim etməklə, sınağın ümumi nəticəsini
şərh edib maşının nüvəsinin qızmasına və onun keyfiyyətinə
G
ppx
59
qiymət verməklə nəticə çıxarmalı.
2. Maşının qızma sınağının nəticəsinə və stator nüvəsinin
çəkisinə görə xüsusi itkinin qiymətini hesablayıb buraxıla bi-
lənlə müqayisə edib, maşının nüvəsinin keyfiyyətinə qiymət
verməklə nəticə çıxarmalı.
Ədəbiyyat
1. Пястoлов А.А. Практикум по монтажу, эксплуатации
и ремонту электрооборудования. М.: «Колос» 1986, 224 c.
2. Васильев И.П.Лабораторные работы по электромате-
риаловедению. М. Высшая школа. 1988, 152 c..
3. Məmmədov O.H.Elektrotexniki materiallar. Gəncə,
ADAU nəşriyyatı, 2011, 140 s.
4. Səidov R.Ə., Məmmədov O.H. və b. Elektrik avadanlığı-
nın təmiri və etibarlılığı fənnindən Praktikum, Bakı, “Elm nəş-
riyyatı”, 2011, 152 s.
Laboratoriya işi üzrə OП- 1 qurğusu üçün sual-cavablar
Sual 1. Polad nüvənin sınağında maqnit induksiyası nə
qədər qəbul edilir?
Cavab 1. 0,6 Tl
2. 1,0 Tl
3. 5,0 Tl
Sual 2. Maqnitlənmə cərəyanı hansı ifadə ilə təyin edilir?
Cavab: 1. ;
2. ;
3. .
cKhBf
U
44,4
HDo
G
P1
60
Sual 3. Təcrübənin sonunda poladın qızma artımı neçə də-
rəcə olmalıdır?
Cavab: 1. t=60 C
2. t = 45 C
3. t < 45 C
Sual 4. Poladın sahə gərginliyi nə qədər olmalıdır?
Cavab: 1. 450 A/m;
2. 500 A/m
3. 280 A/m3
Sual 5. Poladın sınağında məqsəd nədir?
Cavab: 1. Gərginliyi ölçmək;
2. Xüsusi itkini təyin etmək;
3. Ümumi itgini tapmaq.
61
Laboratoriya işi 8
BƏRKİYƏN DİELEKTRİKLƏRİN YUMŞALMA VƏ
DAMCILAMA TEMPERATURLARININ TƏYİN
EDİLMƏSİ
Qətranlar, bitumlar, kompaundlar və digər amorf maddələr
başqa kristallik maddələrdən fərqli olaraq müəyyən ərimə tem-
peraturasının olmaması ilə xarakterizə olunurlar. Müxtəlif di-
elektriklərin yumşalma temperaturunu və damcılama tempera-
turu “üzük və kürə” və Ubbelod metodları ilə təyin edirlər.
İşin məqsədi: “Üzük və kürə” və Ubbelod metodları ilə
yumşalma temperaturunu təyin etmək üçün cihazlarla tanış ol-
maq. Amorf dielektriklərin yumşalma temperaturunun və dam-
cılama temperaturunun təyin olunma üsullarını mənimsəmək.
Cihazlar və avadanlıqlar
“Üzük və kürə” metodu ilə yumşalma temperaturunu təyin
etmək üçün cihaz(şək. 8.1) dörd nümunəni eyni vaxtda sına-
maq üçün dörd bürünc üzük və polad kürələr komplektindən
ibarətdir. Üzüklərı 3 nəzarət lövhəsinə 4 malik olan dayaqda 5
bərkidirlər və onları su və ya qliserinlə dolu şüşə qabda yerləş-
dirirlər. Qliserini yumşalma temperaturu 100 0
C-dən yuxarı
olan materialların sıanğı zamanı tətbiq edirlər.
Ubbelod cihazı (şək. 8.2) aşağı hisəsinə metallik giliz taxıl-
mış xüsusi termometrdən 1 ibarətdir. Gilizin üstünə atmosferlə
əlaqə yaratmaq üçün deşikləri 3 olan borucuq 2 burulmuşdur.
Hündürlüyü 12 mm olan şüşə kasanın 5 diametri 7 mm, onun
aşağı hissəsindəki deşiyin diametri isə 3 mm-dir.
O, sınaqdan keçirilən materialı doldurmaq üçün nəzərdə tu-
tulmuşdur. Sınaqdan keçiriləcək dielektrik nümunəsi ilə doldu-
rulmuş kasanı boruya 2 quraşdırma ştiftlər 4 toxunana qədər
yerləşdirirlər. Bu ştiftlər termometrin kürəsinin sınaqdan keçi-
62
rilən materiala batma dərinliyini məhdudlaşdırır.
Şək. 8.1. Bərkiyən dielektriklərin “üzük və kürə” metodu üzrə
yumşalma temepraturunu təyin etmək üçün cihaz: a – ümumi görünüşü, b – sxemi; 1 – polad kürə, 2 – sınaqdan keçirilən
material, 3 – bürünc halqa, 4 – nəzarət lövhəsi (disk) 5 – dayaq, 6 – termo-
metr, 7-asqının qapağı, 8 – dairəvi cızıq, 9 - əsas borucuq, 10–şayba,
11 – birləşdirici borucuq (halqa), 12 – şüşə stəkan
63
İşin yerinə yetirilmə ardıcıllığı
A. “Üzük-kürə” metodundan (bax. Şək. 8.1) istifadə edərək
bitumun yumşalma temperaturunu təyin etməli.
1. Bitum parçalarını farfor kasaya yerləşdirməli və yavaş –
yavaş qızdıraraq, onu maye halına gətirməli.
2. Üç üzüyü 2 ərimiş sınaqdan keçiriləcək materialla dol-
durmalı.
3. Soyuduqdan sonra üzüyün yuxarı səthindəki material ar-
tığını qızdırılmış bıçaqla kəsməli.
4.Üzükləri cihazın bürünc deşiklərin yerləşdirməli və bi-
tum qatları üstünə polad kürələri bir-bir qoymalı.
5. Cihazı su və ya qliserin doldurulmuş qaba salmalı və 5 0
C/dəq sürəti ilə qızdırmalı. Temperatura termometrlə nəzarət
edilir. Material bərabər qızmağa başlayır. Qızaraq, sınağı aparı-
lan material polad kürənin 1 kütləsinin təsiri altında aşağı sıxı-
lır və cihazdakı aşağı nəzarət lövhəsinə 4 toxunur.
6. Toxunma anında qeyd edilmiş temperaturu material nü-
munəsinin yumşalma temperaturu kimi qəbul etməli və onu
cədvəl 8.1-ə yazmalı.
Cədvəl 8.1
S/s
Sınağı aparılan
materialların
adları
Ölçülürlər
Yumşalma
temperaturu, 0C
Damcılama
temperaturu, 0C
B. Damcılama temperaturunu təyin etməli.
1. Kasanı 5 (bax. Şək. 8.2) maye halına gətirilmiş, sınağı
aparılan materialla doldurmalı. Artıq materialı qızdırılmış bı-
çaqla kəsməli.
2 Kasanı və termometri 1 cihazına yerləşdirməli.
3. Cihazı diametri 40 mm olan sınaq şüşəsinə yerləşdirmə-
li; sınaq şüşəsini su və ya yağ hamamına salmalı və 1 0
C/dəq
sürəti ilə qızdırmalı
64
Şək. 8.2. Sınaq şüşəsi və hamamla Ubbelod cihazı: 1 – termometr; 2 – metallik borucuq; 3 – deşik;
4 – quraşdırıcı ştif;, 5 – şüşə kasa; 6 – sınaq şüşəsi;
7 – su və ya yağ hamamı; 8 – sınağı aparılan material.
. Kasanın 5 dibindəki deşikdən birinci damcının düşmə
anını qeyd etməli.
4. Birinci damcının düşmə anında qeyd edilən temperaturu
yazmalı və onu verilmiş amorf materialın damcılama tempera-
65
turu saymalı.
5. Ölçülərin nəticələrini cədvəl 8.1-ə yazmalı.
Aşağıdakı sualların cavablarını əlavə edərək, əvvəllər
müəyyən olunmuş nümunə üzrə hesabat tərtib etməli.
1. Yumşalma və damcılanma temperaturları altında nə başa
düşülür?
2. Yumşalma və damcılanma temperaturlarını hansı cihaz-
larla təyin edirlər?
3. Su və ya yağ hamamı hansı rolu oynayır?
4. Bərkiyən dielektriklərin yumşalma və damcılanma tem-
peraturları hansı praktiki mənanı daşıyırlar?
Ədəbiyyat
1. Колесов С.Н., Колесов И.С. Электротехнические и
конструкционные материалы.Киев: Транспорт, 2003. 384с.
2.Казарновский Д.М., Тареев Б.М. Испытание электро-
изоляционных материалов и изделий. Л.: Энергия, 1980.
226 с.
3. Məmmədov O.H. Elektrotexniki materiallar. Gəncə,
ADAU nəşriyyatı, 2011, 140 s.
Laboratoriya işi üzrə ОП-1 qurğusu üçün sual-cavablar
Sual 1. Yumşalma temperaturunun təyini hansı qrup
dielektriklər üçün aparılır?
Cavab: 1. Mayeşəkilli dielektriklər
2. Bərk dielektriklər
3. Bərkiyən dielektriklər
Sual 2. Materialın yumşalma temperaturu hansı üsulla
təyin olunur?
Cavab: 1. “Üzük və kürə” üsulu
2. Ubbelod metodu
3. Martens aparatı ilə
66
Sual 3. Yumşalma temperaturunun təyinində qızdırıcı vasi-
tə kimi nədən istifadə olunur?
Cavab: 1. İsti havadan
2. Su və ya qliserin
3. Elektrik lampasının şüasından
Sual 4. Yumşalma temperaturunun təyinində nə zaman qli-
serindən istifadə olunur?
Cavab: 1. Sınaqdan keçirilən maddə elektrik izolaysiya la-
kı olduqda
2. Yumşalma temperaturu 1000C-dən çox olan sı-
naqdan keçrilən material üçün
3. Sınaqdan keçirilən, materialın temperaturu 500C
–dən az olduqda.
Sual 5. Amorf dielektrikin damcılama temperaturu hansı
metodla təyin olunur?
Cavab: 1. Ubbelod cihazı ilə
2. “Üzük və kürə” üsulu ilə
3.Materialı müəyyən qabda qızdırmaqla
67
Laboratoriya işi 9
MAYE DİELEKTRİKLƏRİN ŞƏRTİ
ÖZLÜLÜYÜNÜN TƏYİNİ
Ümumi məlumat
Maye dielektriklər üçün (elektrik izolyasiya yağları, laklar,
doldurulan və hopdurulan kompaundlar və s.) ən vacib xarakte-
ristikalarından biri özlülükdür. Özlülük maye dielektrik qətran-
ları bir-birinə nisbətən yerdəyişməsi zamanı daxili sürtünmə
əmsalıdır. Əgər mayenin özlülüyü böyükdürsə, onda maye qa-
tıdır, onun hissəcikləri az hərəkətlidir; əgər mayenin özlüyü az-
dırsa onda onun hissəcikləri çox mütəhərrikdir. Maye dielek-
triklərin hopdurulma və soyutma qabiliyyəti onların özlülükləri
ilə təyin edilir. Maye dielektrikin özlülüyü nə qədədr kiçik
olarsa, onun hissəcikləri məsaməli dielektriklərə və dolaqların
sarğıları arasında daha dərinliyə nüfuz edərlər.
Özlülüyü xüsusi cihazların-viskozimetrlərin köməyi ilə öl-
çürlər. Viskozimetrin işi qabdan, onun dibindəki silindrik de-
şikdən (soplodan) müəyyən həcmdə mayenin axma müddətinin
ölçülməsinə əsaslanır. Mayenin axmasının böyük müddəti bö-
yük özülülüyə uyğun gəlir. Transformatora tökülən yağın öz-
lülüyü mümkün qədər optimal olmalıdır ki, yağ dolaqlardan is-
tiliyi daha yaxşı ötürsün. Yağ açarlarında aşağı özülüklü yağ
açarının mexanizmlərinin hərəkətinə kiçik müqavimət göstərir
və qövsün yaxşı soyumasına və onun sönməsinə şərait yaradır.
Özlülüyün xarakteristikalarından biri şərti özlülükdür. Şərti
özlülüyün Enqler dərəcələrindəki (оЭ) qiyməti 200 ml elektrik
izolyasiya mayesinin verilmiş temperaturda axma vaxtının, 200
ml distillə edilmiş suyun 200 C-də axma müddətinə nisbətində
özünü göstərir. 200 ml suyun 200 C-də axma müddəti cihazın
sabiti adlanır və o 50...52 san-yə bərabərdir.
Özlülüyün digər xarakteristikası–kinematik özlülük də tət-
biq edilir. kinematik özlülüyün ölçü vahidi stoksdur (1Ct=10-4
m2/san) Stoksun yüzdə biri –santistoks (cCt). 20
0C zamanı
68
kinematik özlülük təqribən 1 cCt-ə bərabərdir.
Şərti özülülüyün ŞÖ ölçü vahidi kinematik özlülüyün
emprik əlaqəsi: ŞÖ (dərəcə)=0,135 (cCt).
İşin məqsədi: şərti özlülüyü ölçmək üçün cihazların quru-
luşu ilə və onun təyin olunma metodları ilə tanış olmalı.
Cihazlar və avadanlıqlar
Şək. 9.1. Universal viskozimetr BУ:
1- ölçü kolbası; 2-elektrik cihazı; 3-axım deşiyi; 4- çubuq;
5- hamamda mayenin temperaturunu ölçmək üçün termometr;
6- sınaqdan keçirilən mayenin temperaturunu ölçmək üçün termometr;
7- çubuq üçün deşik; 8- qapaq; 9- qarışdırıcının dəstəyi; 10-bürünc qab
(sınaqdan keçiriləcək maye üçün çən); 11- göstərici (bürünc ştift);
12- hamam; 13 –qarışdırıcı (kürəklər); 14- quraşdırma vinti; 15.. 200 ml
həcmə uyğun gələn işarə
69
Maye dielektriklərin şərti özlülüyünü təyin etmək üçün
universal viskozimetrdən BУ (şək. 9.1) istifadə edirlər.
Şək. 9.2. B3-4 viskozimetri: 1-qab; 2- saxlayıcı; 3- ştativ; 4- üfuqi qurğu üçün ştift, 5- mayeni qəbul
etmək üçün qab; 6-axım deşiyi; 7- çubuq.
Onun əsas hissəsi- bürünc qabdır (10) ki, ora sınaqdan ke-
çiriləcək mayeni tökürlər. Qab 10 digər bürünc qabın 12 (ha-
mamın) içərisində yerləşdirilmişdir. Bu qab 12 su, yağ və ya
digər maye ilə doldurulur. Qabın 10 qapağında 8 iki deşik var-
dır termometr 6 üçün deşik və ağac və ya fibra çubuq 4 üçün
deşik 7. Çubuq 4 öz iti ucu ilə axım deşiyini 3-silindrik kanalı
bağlayır. Silindrik kanalın daxili diametri 2,8 mm və hündürlü-
yü isə 20 mm-dir. Hamam 12 elektrik qızdırıcı cihazın 2 kömə-
yi ilə qızdırılır. Qızdırıcı 13 hamamda mayeni qızdırmağa xid-
70
mət edir. Hamamda temperatura nəzarət, sıxacla bərkidilmiş
termometrlə 5 yerinə yetirilir. Qabın 10 içərisində göstəricilə-
rin 11 ucluğu vardır. Onların yuxarı ucları eyni zamanda qaba
tökülmüş maye dielektrikin səthinə toxunmalıdırlar bu cihazın
üfuqi qızdırıldığını yoxlamağa imkan verir. Qurğunun üfiqi ni-
zamlanması vintlərin 14 köməyi ilə həyata keçirilir. Cihazın al-
tında ölçü kolbasını yerləşdirilər.
Özlülüyü təyin etmək üçün daha sadə konstruksiyalı B3-4-
ü də istifadə etmək olar. Bu cihaz maye dielektrikin özlülüyü-
nü, onu qızdırmadan təyin etməyə imkan verir. B3-4 viskozi-
metrinin qabı 1 (şək. 9.2) metaldan və ya plastik kütlədən ha-
zırlanmışdır. Onun konusabənzər dibində diametri 4 mm olan,
tıxacla bağlanan axım deşiyi vardır. Viskozimetr 100 ml sınaq-
dan keçiriləcək maye tutur ki, onun da özlülüyü bu miqdarda
mayenin qabdan 1 axma müddəti (saniyə ilə) ilə təyin edilir.
İşin yerinə yetirilməsi ardıcıllığı
1. Qabdan 10 deşiyi 3(bax şək. 9.1) çubuqla 4 əvvəlcədən
bağlamalı və qapağı taxmalı.
2. BУ viskozimetrinin təmiz qabına 10 sınaqdan keçirilə-
cək mayeni göstəricilərin 11 uclarına qədər tökməli.
3. Hamama lazımı miqdarda su kəmərindəki sudan doldur-
malı və termometri quraşdırmalı.
4. Elektrik qızdırıcı cihazla 2 hamamı sınaqdan keçiriləcək
mayeni müəyyən olunmuş temperaturda (transformator yağı
üçün 20 və ya 500 C) qədər yavaş-yavaş qızdırmalı. Sınaqdan
keçiriləcək mayenin temperaturu verilmiş qiymətə çatdıqda,
hamadakı mayenin temperaturu sınaqdan keçiriləcək mayenin
temperaturunu 0,20 C-dən çox keçməməlidir.
5. Bundan sonra şərti özlülüyün ölçülməsinə başlamalı.
Bunun üçün mayeni əldə olunmuş temperaturda 5 dəq müddə-
tində saxlamalı. Sonra çubuğu 4 çıxarmalı və eyni anda saniyə
ölçəni işə salmalı, mayenin səviyyəsi ölçü kolbasından 200 ml-ə
71
çatdığı anda saniyə ölçəni dayandırmalı (köpüyü nəzərə alma-
malı).
6. Sınaqdan keçirilən mayenin şərti özlülüyünü 20 və 500
C-də Engler dərəcələrində təyin etməli ( cihazın sabitini 50...52
san bərabər götürməli).
B3-4 viskozimetrlərindən istifadə edən zaman ona 10 ml
sınaqdan keçiriləcək maye tökürlər, 5 dəq onun çökməsini göz-
ləyirlər, saniyə ölçənlə onun müddətini saniyə ilə qeyd edirlər
və buna görə verilmiş mayenin özülülüyünü şərti hesablayırlar.
7. Ölçmələrin və hesablamaların nəticələrini cədvəl 9.1-də
yazmalı.
Cədvəl 9.1
№ Dielektriklərin
adları
Cihazın
sabiti,
san.
Ölçülürlər hesablanır
dielektriklərin
temperaturu, 0C
dielektriklərin
axma
müddəti
Şərti
özülülük
(0Э)
Aşağıdakı sualların cavablarını əlavə etməklə, əvvəlcədən
müəyyən edilmiş nümunə üzrə hesabat tərtib etməli.
1.Transformator yağının özlülüyü transformatorun işinə
nə şəkildə təsir edir?
2. Maye dielektrikin özülülük dərəcəsi onun məsaməli di-
elektriklərdə hopma qabiliyyətinə necə təsir edir?
Hesabatın məzmunu
1. Bütün qurğuların quruluşu və iş prinsiplərini göstərməli.
2. Sınaqların nəticələrini verməli.
Ədəbiyyat
1. Богородицкий Н.П. и.др. Электротехнические мате-
риалы. Л.: Энергоатомиздат, 1985,304 с.
2. Никулин Н.В. Электроматериаловедение. М.: Выс-
шая школа, 1989, 92 с.
3. Məmmədov O.H. Elektrotexniki materiallar. Gəncə,
ADAU nəşriyyatı, 2011, 140 s.
72
Laboratoriya işi üzrə ОП-1 qurğusu üçün sual cavablar
Sual 1. Özlülük hansı dielektriklər üçün əsas xarakteristika
hesab olunur?
Cavab: 1. Bərk dielektriklər
2.Qaz dielektriklər
3.Maye dielektriklər
Sual 2. Maye dielektriklərdə özlülüyün normadan artıq ol-
ması onun konveksiya (soyutma) xüsusiyyətinə necə təsir edir?
Cavab: 1. Konveksiyanı artırır
2.Konveksiya sabit qalır
3. Konveksiyanı azaldır.
Sual 3. Şərti özlülüyün vahidi hansıdır?
Cavab: 1. Stoks
2. Enqler dərəcə 0Э
3. Puaz
Sual 4. Maye dielektrikin özlülüyü hansı cihazla ölçülür?
Cavab: 1. Martens aparatı ilə
2. Viskozimetrlə
3. Ubbelod cihazı ilə
Sual 5. Aşağıdakılardan universal viskozimetr hansıdır?
Cavab: 1. ВУ tipli viskozimetri
2. ВЗ-4 tipli viskozimetri
3. Qiqrometr
73
Laboratoriya işi 10
ELEKTRİK MAŞINLARI VƏ
TRANSFORMATORLARIN DOLAQ MƏFTİLİNİN
İZOLYASİYASININ BƏRPASI
İşin məqsədi. 1.Dolaq məftilinin köhnə izolyasiyadan tə-
mizləmə metodikasının mənimsəmək.
2. Məftillərin birləşdirmə metodları ilə tanış olmaq.
3. Dolaq məftilinin izolyasiyasının bərpası zamanı izolyasi-
ya sapının seçilmə metodikasını mənimsəmək.
İşin yerinə yetrilmə planı
1. Dolaq məftilindən köhnə izolyasiyanı təmizləməli.
2. Məftilin lehimləmə və qaynaq işlərinin aparılması və
onun dartılıb düzəldilməsi.
3. Məftilin üzərini izolyasiya örtən dəzgahın quruluşunu
öyrənib, kinematik sxemini çəkməli.
4. Məftilin üzərini yeni izolyasiya ilə örtməli.
İşin məzmunu və onun yerinə yetrilmə qaydası
Məftilin izolyasiyasının bərpa prosesinin texnoloji sxemi
aşağıdakı əməliyyatlardan ibarətdir:
1. Zədələnmiş izolyasiyalı dolaq yuvalardan çıxarılıb sort-
lara ayrılır. Uzunluğu 2m-dən az olmayan məftillər qaynaq
olunur və ya lehimlənir.
2. Məftilin köhnə izolyasiyası yandırılır, sulfat turşusunun
sulu məhlulunda izolyasiya qalıqlarından təmizlənilir və sabun-
lu suda yuyulur, qurudulur və barabana sarınır.
3. Saplar hazırlanılır və dəzgahda məftilin üzərinə sarınır.
Texnoloji prosesə görə məftil söküldükdən sonra 500...6000C
temperaturda elektrik sobasında onun izolyasiyası 30...50 dəq
74
müddətində yandırılıb təmizlənir.
Yanmış izolyasiyanın qalıqlarını məftilin üzərindən təmiz-
ləmək üçün 5...10 dəqiqə müddətində sulfat turşusunun sulu
məhlulunda saxlanılır.
Bundan sonra məftil 10...20 dəq müddətində 1%-li sabun-
lu suda yuyulur ki, məftilin səthində olan zəhərli sulfat turşusu
qalığından tamamilə təmizlənilsin.
Bundan sonra məftilin diametrindən asılı olaraq lazım gə-
lən hissələr qaynaq edilir və ya lehimlənilir.
Hazırlanmış məftil roliklər arasından keçrilməklə dartılıb
düzəldilir və ağacdan olan katuşkaya sarınmaqla yığılır. Məftil
xüsusi dəzgahdan keçrilməklə bəzi yerlərdə yandırma zamanı
ölçüsü dəyişən hissələr düzəldilir.
Məftilin izolyasiyasının bərpası üzrə işlərin sonrakı əmə-
liyyatları aşağıdakılardır:
- izolyasiya sapının nömrəsinin seçilməsi və paralel sapla-
rın sayının hesabatı;
- aparılmış hesabat əsasında paralel sapların kiçik taxta ka-
tuşkalara (tağalaqlara) sarınması;
- sap sarınmış katuşkaların izolyasiya ilə məftilin üstünü
örtən maşına yerləşdirməli və yeni izolyasiyanın çəkilməsi.
Sapın nömrəsi izolyasiyası bərpa olunan məftilin izolyasi-
yanın qalınlığından asılı olaraq (cədvəl 10.1) seçilən izolyasi-
yanın ikitərəfli qalınlığına görə (cədvəl 10.2) verilən qiymətlə-
rə əsasən seçilir.
Cədvəl 10.1
Dolaq məftilinin izolyasiyasının iki tərəfli qalınlığı
Məftilin
markası
Məftilin diametri
0.3
5..
.0,3
8
0,4
1..
.0,4
9
0,5
1..
.0,5
9
0,7
2..
.0,9
6
1,0
...2
,1
2,2
6..
.5,2
ПЭБО 0,16 0,165 0,17 0,18 0,21 -
75
Bundan sonra sap zolağının eni (B) aşağıdakı ifadə ilə he-
sablanılır:
,
burada d – çılpaq məftilin diametri, mm;
h – sapın sarınma addımı, mm.
Cədvəl 10.2
İzolyasiya sapının nömrəsinin məftilin birtərəfli
izolyasiyasının qalınlığından asılılığı
Məftilin bir-
tərəfli
izolyasiyasının
qalınlığı, mm
0,1
28
0,1
05
0,0
85
0,0
77
0,0
67
0,0
56
0,0
52
Sapın nömrəsi 40 54 85 100 134 170 200
Sapın sarınma addımı:
,
burada v – məftilin dəzgahdakı xətti sürəti, m/dəq;
n – sap katuşkasının bərkidildiyi diskin (rozetkanın)
sürəti.
v və n maşının konstruksiyasından asılı olaraq eksperi-
mental yolla təyin olunur.
Sap zolağındakı sapların sayı (K):
,
burada b – bir ədəd sapın enidir və sapın nömrəsindən asılı
olaraq cədvəl 10.3-dən tapılır.
Cədvəl 10.3
Bir ədəd sapın eninin sapın nömrəsindən asılılığı Sapın
nömrəsi 40 54 85 100 134 170 200
b 0,215 0,185 0,147 0,136 0,119 0,100 0,09
222 dh
dhB
nh
v1000
b
BK
76
Dolaq məftilinin izolyasiyasının bərpası üzrə əldə olunan
göstəricilər aşağıdakı cədvələ qeyd olunur.
Cədvəl 10.4
d,
mm
Δiz,
mm
Sap
ın
nöm
rəsi
B,
mm
h,
mm
v,
m/d
əq
n,
d/d
əq
b,
mm
K
Təcrübədən
alınan Δiz,
mm
Hesabatın məzmunu
1. Məftilin izolyasiyasının bərpa olunma texnologiyasını
qısaca izah etməli.
2. Sap zolağındakı izolyasiya saplarının sayının hesabatını
göstərməli.
3. Məftilin üzərini izolyasiya ilə örtən dəzgahın sxemini
göstərməli.
Yoxlama sualları
1. Elektrik maşınları və transformatorlarda ən çox hansı
marka dolaq məftili istifadə olunur ?
2. Məftil sulfat turşusunun sulu məhlulunda nəyə görə sax-
lanılır?
3. Sapın nömrəsi nəyə görə təyin edilir ?
4. Sapın sayı necə təyin olunur?
Ədəbiyyat
1. Səidov R.Ə., Məmmədov O.H. və b. Elektrik avadanlığı-
nın təmiri və etibarlılığı fənnindən Praktikum. Bakı, “Elm”
nəşriyyatı, 2011, 152 s.
2. Məmmədov O.H. Elektrotexniki materiallar. Gəncə,
ADAU nəşriyyatı, 2011, 140 s.
3. Пястолов А.А. и др. Практикум по технологии мон-
тажа и ремонта электрооборудования М.: Агропромиздат,
1990, 160 с.
77
Laboratoriya işi üzrə ОП-1 qurğusu üçün sual-cavablar
Sual 1. Məftilin köhnə izolyasiyasının sobada təmizlənil-
məsi (yandırılması) hansı temperaturda yerinə yetirilir?
Cavab: 1. 150..2000C-də
2. 900…10000C-də
3. 500…6000C-də
Sual 2. Məftilin köhnə izolyasiyasının sobada təmizlənil-
məsi nə qədər müddətdə aparılır?
Cavab: 1. 30...50 dəqiqə
2. 1...2 saat
3. 10...15 dəqiqə
Sual 3. Məftilin izolyasiyası yandırıldıqdan sonra sulfat
turşusunun sulu məhlulunda nə qədər müddətdə saxlanılır?
Cavab: 1. 5...10 dəqiqə
2. 2...3 dəqiqə
3. 20...30 dəqiqə
Sual 4. İzolyasiya sapı zolağının eni hansı ifadə ilə təyin
olunur?
Cavab: 1. .
2. .
3. .
Sual 5. Bir ədəd izolyasiya sapının eninin ölçüsü nədən
asılı təyin olunur?
Cavab: 1. İzolyasiya sapının nömrəsindən
2. Sapın sarınma addımından
3. Məftilin diametrindən
V1000
b
B1000
222 dh
dh
78
79
81
83
84
Əlavə 6
Bir sıra fiziki kəmiyyətlərin ölçü vahidləri arasında
əlaqələr
1. Sıxlıq:
2. Çəki, güc:
3. Təzyiq və həmin ölçüdə olan digər kəmiyyətlər:
4. Zərbə özlülüyü:
5. Səthi gərilmə:
6. Dinamiki özlülük:
7. Kinematik özlülük:
8. İstilikkeçirmə
9. Xüsusi istilik tutumu
10. Xüsusi müqavimət
11. Xüsusi keçiricilik
12. Elektrik möhkəmliyi, elektrik sahəsinin gərginliyi
13. Maqnit sahəsinin gərginliyi
14. Maqnit induksiyası
33 /001,0/1 smqmkq
kqskqsN 1,0102,01
...105,7
/10/102,10/11
3
25262
scmm
mmkqssmkqsmNPa
23232 /10/1002,1/1 smsmkqssmsmkqsmC
smdinmN /10/1 3
sPPmsNsPa 32 1010/11
Stsm 42 10/1
)/(104,2)/(1 3 KssmkalKmVt
)/(104,2)/(1 4 KqkalKkqC
mmkOmmmmOmsmOmmOm 626 10/101001
)/(1001,0/1 2611 mmOmmsmOmmSm
smkVmmkVmV /10/10/1 56
ЭsmAmA 3106,12/01,0/1
QsТ 4101
85
Əlavə 7
Fənndə qəbul olunmuş əsas kəmiyyətlərin işarələri
- xüsusi keçiricilik, - istilikkeçirmə,
- dielektrik itki bucağı, - dielektrik
nüfuzluluğu,
- dinamiki özlülük, - kinematik özlülük,
- mexaniki möhkəmlik, - vaxt,
- sıxlıq, xüsusi müqavimət, F- güc,
I- cərəyan şiddəti, - ani cərəyan,
J- cərəyan sıxlığı, k- Bolsman sabiti,
– uzunluq, t- temperatur 0C,
U- potensiallar fərqi, - sürət,
V – həcm, W- enerji,
f- tezlik, m- kütlə,
P- güc, q – yük,
S- səth, sahə, r – radius, müqavimət.
- materialın nisbi nəmliyi, bu caq,
- molekulun dipol momenti, maqnit nüfuzluluğu,
- xətti genişlənmənin temperatur əmsalı,
C- kondensatorun tutumu, istilik tutumu,
E- elektrik sahəsinin gərginliyi,
Eпр- elektrik möhkəmliyi,
e- elektronun yükü, natural loqarifmanın əsası,
H- maqnit sahəsinin gərginliyi,
p-təzyiq, xüsusi güc itkisi,
Q – kondensatorun yükü,
R – qaz sabiti, radius, müqavimət,
- qadağan zonasının eni,bucaq tezliyi,
z- dəyişən cərəyanin müqaviməti,
T- mütləq temperatur, bərklik,
B –maqnit induksiyası,
ТК və ya - dielektrik nüfuzluluğunun temperatur
T
i
1
86
əmsalı,
TK или - xüsusi müqavimətin temperatur əmsalı,
87
MÜNDƏRİCAT
Giriş............................................................................................ 3
Laboratoriya işlərinin yerinə yetirmə metodikası........................ 6
Laboratoriya işlərinin yerinə yetirilməsində
təhlükəsizlik texnikası.................................................................
11
Elektrotexniki materialların sınaqlarına irəli sürülən
tələblər.........................................................................................
13
Laboratoriya işi 1
Dielektriklərin xüsusi həcmi və xüsusi
səthi müqavimətlərinin təyini......................................................
15
Laboratoriya işi 2
Transformator yağının sınağı.......................................................
20
Laboratoriya işi 3
Bərk və qaz dielektriklərin elektrik möhkəmliyinin təyini.........
25
Laboratoriya işi 4
Güc transformatorlarının dolaqlarının konstruksiyası və onların
izolyasiya elementlərinin öyrənilməsi.........................................
30
Laboratoriya işi 5
Asinxron mühərriklərinin dolaqlarının konstruksiyası və onların
izolyasiya elementlərinin öyrənilməsi.........................................
39
Laboratoriya işi 6
Transformatorların aktiv poladının izolyasiyasiya
müqavimətinin və elektrik möhkəmliyinin təyini........................
52
Laboratoriya işi 7
Elektrik maşınının aktiv poladının qızmaya sınağının aparılması
57
Laboratoriya işi 8
Bərkiyən dielektriklərin yumşalma və damcılama
temperaturlarının təyini...............................................................
62
Laboratoriya işi 9
Maye dielektriklərin şərti özlülüyünün təyini.............................
68
Laboratoriya işi 10
Elektrik maşınları və transformatorların dolaq məftilinin
izolyasiyasının bərpası................................................................
74
Əlavələr........................................................................................ 79
88
Авторы учебного пособия «Электротехнические
материалы» - сотрудники Азербайджанского
Государственного Аграрного Университета: профессор
кафедры «Электроинженерия» Мамедов Октай Гусейн
оглы, заведующий кафедрой «Энергетика» Керимов
Ильгам Джамиль оглы, ведущий инженер-электрик
Мамедов Заур Октай оглы, инженер-электрик Мамедова
Матанат Вагиф кызы.
89