Azərbaycan Respublikası - sehiyye.gov.az · Proqramın mənimsənilməsi nəticəsində...

17
060917-Nefrologiyaiхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət tələbləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 03.06.2011-ci il tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmişdir ALİ TİBB TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI REZİDENTURA SƏVİYYƏSİ ÜZRƏ 060917- “NEFROLOGİYA” İXTİSASININ TƏHSİL PROQRAMI 1. ÜMUMİ MÜDDƏALAR 1.1. Rezidentura səviyyəsinin 060917 - «Nefrologiya» ixtisası üzrə Təhsil Proqramı (bundan sonra ixtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı» tələblərinə, «Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na və “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na uyğun hazırlanmışdır. 1.2. 060916 - «Nefrologiya» ixtisası üzrə Təhsil Proqramı tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə rezidentura proqramını həyata keçirən bütün təhsil, elm və tibb müəssisələri üçün məcburidir. 1.3. İstifadə olunan işarələr: İTP–ixtisas üzrə təhsil proqramı ÜK – ümummədəni kompetensiyalar PKpeşə kompetensiyaları (bilik və bacarıqlar) ÜFR – ümumi fənnlər, rotasiyalar PFR peşə fənnlər, rotasiyalar ÜHM ümumi hazırlığı mövzuları PHM peşə hazırlığı mövzuları MH Mühazirə (auditoriya saatı) SM Seminar (auditoriya saatı) TM Təcrübə məşğələ (auditoriya saatı) SB Sərbəst məşğələ (auditoriyadan xaric məcburi sərbəst məşğələlər) As - assistentlik (prosedurların ya əməliyatların yerinə yetirilməsi) P - sərbəst yerinə yetirilməsi (prosedurların ya əməliyatların yerinə yetirilməsi) İ - nəticələrin interpretasiyası (prosedurların ya əməliyatların yerinə yetirilməsi) S - simulyasiya (prosedurların ya əməliyatların yerinə yetirilməsi) 1.4. 060917 - «Nefrologiya» ixtisasının xarakteristikası İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi: İxtisasın şifri və adı Verilən həkim- mütəxəssis ixtisası Təhsil müddəti Kreditlərin sayı

Transcript of Azərbaycan Respublikası - sehiyye.gov.az · Proqramın mənimsənilməsi nəticəsində...

Page 1: Azərbaycan Respublikası - sehiyye.gov.az · Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan t ... nefrotik sindromun ba verməsinin immun mexanizmləri.

060917-“Nefrologiya” iхtisası üzrə rezidenturada həkim-mütəхəssis hazırlığının məzmununa və səviyyəsinə qоyulan minimum dövlət tələbləri

Azərbaycan Respublikası

Səhiyyə Nazirliyinin Kollegiyasının

03.06.2011-ci il tarixli,

22 nömrəli qərarı ilə təsdiq

edilmişdir

ALİ TİBB TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI

REZİDENTURA SƏVİYYƏSİ ÜZRƏ 060917- “NEFROLOGİYA” İXTİSASININ

TƏHSİL PROQRAMI

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Rezidentura səviyyəsinin 060917 - «Nefrologiya» ixtisası üzrə Təhsil Proqramı (bundan sonra

ixtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa,

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil

pilləsinin dövlət standartı və proqramı» tələblərinə, «Rezidentura təhsilinin məzmunu və təşkili

Qaydaları”na və “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na

uyğun hazırlanmışdır.

1.2. 060916 - «Nefrologiya» ixtisası üzrə Təhsil Proqramı tabeliyindən və mülkiyyət formasından

asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə rezidentura

proqramını həyata keçirən bütün təhsil, elm və tibb müəssisələri üçün məcburidir.

1.3. İstifadə olunan işarələr:

İTP–ixtisas üzrə təhsil proqramı

ÜK – ümummədəni kompetensiyalar

PK– peşə kompetensiyaları (bilik və bacarıqlar)

ÜFR – ümumi fənnlər, rotasiyalar

PFR – peşə fənnlər, rotasiyalar

ÜHM – ümumi hazırlığı mövzuları

PHM – peşə hazırlığı mövzuları

MH – Mühazirə (auditoriya saatı)

SM – Seminar (auditoriya saatı)

TM – Təcrübə məşğələ (auditoriya saatı)

SB – Sərbəst məşğələ (auditoriyadan xaric məcburi sərbəst məşğələlər)

As - assistentlik (prosedurların ya əməliyatların yerinə yetirilməsi)

P - sərbəst yerinə yetirilməsi (prosedurların ya əməliyatların yerinə yetirilməsi)

İ - nəticələrin interpretasiyası (prosedurların ya əməliyatların yerinə yetirilməsi)

S - simulyasiya (prosedurların ya əməliyatların yerinə yetirilməsi)

1.4. 060917 - «Nefrologiya» ixtisasının xarakteristikası

İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

İxtisasın şifri və adı Verilən həkim- mütəxəssis ixtisası Təhsil müddəti Kreditlərin sayı

Page 2: Azərbaycan Respublikası - sehiyye.gov.az · Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan t ... nefrotik sindromun ba verməsinin immun mexanizmləri.

2

060917 - “Nefrologiya” Həkim-nefroloq 4 il 240

2. HƏKİM-NEFROLOQUN İXTİSAS XARAKTERİSTİKASI VƏ SƏRİŞTƏLİLİYİ

(KOMPETENSİYASI)

2.1. Həkim-nefroloqun ixtisas xarakteristikası

Neforlogiya - insanın böyrəklərinin və ifrazat sistemi xəstəliklərinin və su-duz mübadiləsinin

pozğunluqlarının diaqnostikası, müalicə və profilaktikasına yönəlmiş tibbi elm sahəsidir. Həkim-nefroloq

dərin fundamental və kliniki peşə hazırlığı tələb edən fəaliyyətə, o cümlədən, elmi-tədqiqat işi aparmağa

və pedaqoji fəaliyyətə hazır olmalıdır.

2.2. Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan tələblər

2.2.1 Həkim-nefroloq aşağıdakı ümummədəni kompetensiyalara yiyələnməlidir:

ÜFR-01 BAZA TƏHSİLİ

Ümumi bilik və bacarıqlar

ÜFR01.01. Cəmiyyətdə qəbul edilmiş əxlaq və hüquq normaları çərçivəsində səlahiyyətlərini

icra etməyə hazır olmalı və praktiki tibbi fəaliyyət göstərməyi bacarmalı, həkimlik

etikası qaydalarına, məxfi informasiya ilə işləmək haqqında qanunlara və normativ

hüquqi aktlara riayət etməli, həkimlik sirrini qorumalıdır;

ÜFR01.02. Sosial əhəmiyyət kəsb edən məsələləri və prosesləri təhlil etməyi bacarmalı, öz

professional iş fəaliyyətinə humanitar, tibbi-bioloji və digər klinik elmlərin müxtəlif

metodlarını tətbiq etməyi bacarmalıdır;

ÜFR01.03. Səhiyyə haqqında qanunvericiliyin əsasları, tibbi yardım və nefroloji xidmət göstərən

müəssisələrin fəaliyyətini təyin edən əsas normativ sənədləri bilməlidir;

ÜFR01.04. Səhiyyə qanunvericiliyi ilə nəzərdə tutulmuş və müalicə müəssisəsi üzrə daxili

əmrlərlə təsdiq olunmuş tibbi sənədləşməni aparmalıdır;

ÜFR01.05. Məntiqi və əsaslandırılmış təhlil etməyə hazır olmalı, müzakirələr və mübahisələr

aparmağı, professional məzmunlu mətnləri redaktə etməyi bacarmalı, əməkdaşlıq

etməli, mübahisələrin həllində tolerantlıq göstərərək tərbiyəvi və pedaqoji fəaliyyət

göstərməlidir;

ÜFR01.06. İdarəçilik üsullarını və metodlarını bilməli, müxtəlif tərəddüdlü vəziyyətlərdə öz

professional peşə səriştəliliyi çərçivəsində lazımi məsul idarəçilik qərarını verməyi

bacarmalıdır;

ÜFR01.07. Tibbdə və nefrologiyada etika və deontologiya əsasları;

ÜFR01.08. Tibbi statistika və informatika.

2.2.2. Həkim-nefroloq aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:

Prosedurların yerinə yetirilməsi: prosedurların minimal sayı (A - assistentlik, P - sərbəst yerinə

yetirilməsi, İ - nəticələrin interpretasiyası, S - simulyasiya).

PFR-01. DAXİLİ XƏSTƏLİKLƏR

Peşə bilikləri

PFR-01.01. Ölkədə terapevtik yardımın təşkilinin ümumi məsələləri, xəstəxana-ambulator

müəssisələrin işinin, böyük və uşaq əhalisinə təcili və təxirəsalınmaz yardımın təşkili;

PFR-01.02. İntensiv terapiya və nefroloji şöbələrə təcili hospitalizasiyası tələb olunan nefroloji

təxirəsalınmaz halların siyahısı;

PFR-01.03. Terapiya və nefrologiyada xüsusi tədqiqat üsulları (rentgenoloji, ultrasəs, biokimyəvi,

angioqrafik və s.);

Page 3: Azərbaycan Respublikası - sehiyye.gov.az · Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan t ... nefrotik sindromun ba verməsinin immun mexanizmləri.

3

PFR-01.04. Nefrologiyada ümumi tədqiqat, laborator və funksional tədqiqat üsulları norma və

patologiya zamanı;

PFR-01.05. Böyrəklər, ürək-damar sistemi, tənəffüs sistemı, mədə-bağırsaq sistemi funksiyalarına,

su-duz mübadiləsinə instrumental və laborator nəzərət üsulları;

PFR-01.06. Nefroloji klinikada farmakoterapiyanın əsasları, o cümlədən, əsas dərman maddələri

qrupunun təsir mexanizmi, dərman tətbiqi zamanı baş vermiş fəsadlar;

Peşə bacarıqları

PFR-01.07. Pasiyentin xəstəliyi haqqında ətraflı informasiyanın toplanması; obyektiv müayinə

üsullarının tətbiqi; xəstəliyin ümumi və xüsusi əlamətlərini aşkar etmək, xüsusən,

təxirəsalınmaz yardım və intensiv terapiya tələb edən hallarda;

PFR-01.08. Xəstənin vəziyyətinin ağırlığını qiymətləndirmək; xəstəni bu vəziyyətdən çıxarmaq üçün

lazımi ölçülərin görülməsi;

PFR-01.09. Xüsusi tədqiqat üsullarının zəruriliyini təyin etmək (laborator, rentgenoloji, funksional və

sair);

PFR-01.10. Hospitallaşmaya göstərişləri təyin etmək və onu təşkil etmək;

PFR-01.11. Differensial diaqnostikanın aparılması, klinik diaqnozun, xəstənin aparılma sxemi, planı

və taktikasının əsaslandırılması;

PFR-01.12. Hemostazın pozulma dərəcəsini, sitostatik terapiyaya göstərişləri təyin etmək və

göstəricilərin normallaşmasına dair bütün tədbirləri yerinə yetirmək;

PFR-01.13. Zəruri dərman vasitələrini və digər müalicə tədbirlərini təyin etmək;

PFR-01.14. Nefrogen hipertoniyaların etiyologiya və patofiziologiyası. Qan təzyiqinə nəzarət

edilməsi üçün müvafiq amillər. Yüksək və orta səviyədə olan hipertoniyanin

mexanizmləri. Qan təzyiqi və böyrək funksiyası və bunların farmakodinamika və

farmakokinetikaya təsiri. Nefrogen hipertoniyaların diaqnostikası və müalicəsi;

PFR-01.15. Lazımi konsultativ tibbi yardımın həcmini təyin etmək və müalicənin korreksiyasını

aparmaq;

PFR-01.16. Hipertoniyaların nəzarət edilməsi və profilaktik sağlamlıq tədbirlərı, qan təzyiqinin

ambulator monitorinqi.

PFR-01.17. Plevranın və qarın boşluğunun diaqnostik və mualicəvi punksiyaları.

PFR-02. AMBULATOR TERAPİYA

Peşə bilikləri

PFR-02.01. Əhalinin kütləvi profilaktik müayinəsi zamanı nefroloji xəstəliklərin erkən aşkarlanma

üsulları;

PFR-02.02. Standart və qeyri-parametrik statistik təhlil üsullarının əsasları;

PFR-02.03. Xəstələrin dispanser müşahidəsi, profilaktik problemləri;

PFR-02.04. Тibbi hüququn əsasları və onların gündəlik həkim praktikasında tətbiq edilmə prinsipləri.

PFR-02.05. Mülkü müdafiədə tibb xidmətinin təşkili və fəaliyyəti məsələləri;

PFR-02.06. Profilaktikanın prinsipləri və variantları, onun təşkili və əsas nefroloji xəstəliklərin

profilaktik üsulları;

Peşə bacarıqları

PFR-02.07. Əmək qabiliyyətinin müvəqqəti və davamlı surətdə itirilməsi tibbi sosial ekspertizanın

aparılması;

PFR-02.08. Sanitar maarifləndirmənin forma və üsulları.

PFR-03. NEVROLOGİYA

Peşə bilikləri

PFR-03.01. Ölkədə nevroloji yardımın təşkilinin ümumi məsələləri, xəstəxana-ambulator

müəssisələrin işinin, əhaliyə təcili və təxirəsalınmaz yardımın təşkili;

Page 4: Azərbaycan Respublikası - sehiyye.gov.az · Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan t ... nefrotik sindromun ba verməsinin immun mexanizmləri.

4

PFR-03.02. İntensiv terapiya və nevroloji şöbələrə təcili hospitalizasiyası tələb olunan böyrək

xəstəlikəri üzrə təxirəsalınmaz halların siyahısı;

PFR-03.03. Nevrologiya və nefrologiyada xüsusi tədqiqat üsulları (rentgenoloji, ultrasəs, biokimyəvi,

angioqrafik və s.);

PFR-03.04. Nevroloji klinikada farmakoterapiyanın əsasları, o cümlədən, əsas dərman maddələri

qrupunun təsir mexanizmi, dərman tətbiqi zamanı baş vermiş fəsadlar;

PFR-03.05. Böyrəin magistral damarlarında əməliyyat aparmaq üçün göstəriş və əks-göstərişlər;

Peşə bacarıqları

PFR-03.06. Reanimasiya tədbirlərinin həcmi və ardıcıllığını təyin etmək;

PFR-03.07. Zəruri təcili yardımın göstərilməsi;

PFR-03.08. Xəstəlik haqqında obyektiv informasiyanı almaq;

PFR-03.09. Aparıcı sindromu aşkar etmək;

PFR-03.10. Xəstəliyin etiologiyasını aşkar etmək;

PFR-03.11. Lazım olan əsas və əlavə müayinə üsullarının həcmini təyin etmək;

PFR-03.12. Xəstə və onun ailəsi ilə düzgün münasibət qurmaq;

PFR-03.13. Xəstələrdən, ailəsindən, ətrafdan müvafiq məlumatları toplamaq və onlarla işləmək;

PFR-03.14. Müvafiq məlumatları xəstələrlə, onların ailə üzvləri və şöbənin işçiləri ilə müzakirə

etmək.

PFR-04. AUTOİMMUN XƏSTƏLİKLƏR

Peşə bilikləri

Autoimmun xəstəliklərin baş vermə səbəbi və patogenetik mexanizmləri. Öz

antigenlərinə tolerntlıq və autoimmunitet. Autoimmunlaşma və çarpaz immun

reaksiyalar, infeksion agentin rolu. Autoantigen və autoanticisimlərin, hüceyrələrin

autoreaktiv klonların təbiəti. İmmun komplekslər, xarakteristikası, tərkibi, patogenetik

əhəmiyyəti, aşkarlanma metodları. Autoallergik xəstəliklər zamanı toxuma və orqanların

əsas zədələnmə mexanizmləri. (effektor-hüceyrələrin rolu, kompliment sistemi, sitokinlər

və b.)

PFR-04.01. Birləşdirici toxumanın diffuz xəstəlikləri, patogenezinin ümumi xüsusiyyətləri. Qırmızı

qurd eşənəyi(QQE), immunopatogenezi, əsas antigenlər və anticisimlər. Klinik

sindromlar.

PFR-04.02. Revmatoid artriti, immumopatogenez, əsas antigenlər və anticisimlər. Revmatoid

faktorları. Xəstəliyin klinik formaları. Diaqnostik kriteriyalar.

PFR-04.03. Seroneqativ spondiloartropatiya (psoriatik artrit, reaktiv artritlər, ankilozlaşdıran

spondilit). İmmunopatogenezin xüsusiyyətləri.

PFR-04.04. Birləşdirici toxumanın digər diffuz xəstəliklərinin immunopatigenezi (sistem

sklerodermiya, dermatomiozit, Şeqren xəstəliyi və b.)

PFR-04.05. Revmatizmin immunopatogenezi. İnfeksion allergiyanın rolu.

PFR-04.06. Revmatologiya şöbələrinə təcili hospitalizasiya tələb edən böyrək xəstəlikləri üzrə

təxirəsalınmaz halların siyahısı, Revmatologiya və nefrologiyada xüsusi tədqiqat üsulları

(rentgenoloji, ultrasəs, biokimyəvi, angioqrafik və s.);

PFR-04.07. Addison xəstəliyinin immunopatologiyası.

PFR-04.08. Böyrək immunopatologiyası. Nefritlərin eksperimental modelləri. Böyrəklərin immun

faktorları ilə zədələnməsi, immun komplekslərin iştirakı və çökməsi.

İmmunoglobulinlərin ekskresiyası. Müxtəlif formali qlomerulonefritlərin, pielonefritlərin,

interctisial nefritin, İgA nefropatiyasının (Berje xəstəliyi).immunopatologiyası. Sidik

yollarının infeksiyalarının immunopatologiyası.

PFR-04.09. Aterosklerozun immunopatogenezi. Müasir konsepsiyalar, immun komplekslərin,

lipoproteinlərə qarşı autoanticisimlərin rolu.

Page 5: Azərbaycan Respublikası - sehiyye.gov.az · Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan t ... nefrotik sindromun ba verməsinin immun mexanizmləri.

5

PFR-04.10. Qudpasçer sindromu. İmmunopatogenezin xüsusiyyətləri, immunodiaqnostika,

immunoterpiya.

PFR-04.11. Cərrahiyyədə immunopatologiya. İmmun dıtlığı xəstəliyi. Cərrahi infeksiyanın,

osteomielitin, kraş-sindromun, yanıq xəstəliyinın immunopatogenezi. Narkoz və

immunitet.

PFR-04.12. Hamiləlik və immunitetin modulyasiyası. Hamilələrin immun vəziyyəti. Hamiləliyin

immunopatologiyası: gestoz, maddələr mübadiləsi pozğunluğu ilə gedən xəstəliklərdə,

nefropatiyalarda, hamiləlik anemiyasında immun pozğunluqlar, hamiləliyin vaxtından tez

və gec başa çatması. İmmun komplekslər və sitokinlərin rolu.

PFR-04.13. Hamiləlik zamanı gec gestozun, nefropatiyanın, preeklampsiyanın, eklampsiyanın,

nefrotik sindromun baş verməsinin immun mexanizmləri. Antifosfolipid sindrom və

hamiləliyin vaxtından tez başa çatması. Antifosfolipid sindrom və preeklampsiya. QQE

və hamiləlik.

PFR-04.14. Ana və döl orqanizmlərinin immunoloji qarşılıqlı münasibəti. Dölün fizioloji inkişafının

və hamiləliyin tez başa çatmasında HLA-sistemin əhəmiyyəti.

PFR-04.15. Qadinlarda və kişilərdə sonsuzluğun immunoloji mexanizmi. Sperma və spematozoid

antigenləri, kişilərdə və qadınlarda onlara qarşı anticisimlər, əmələ gəlmə səbəbləri,

aşkarlanma metodları, sonsuzluqda əhəmiyyəti.

Peşə bacarıqları

PFR-04.16. Birləşdirici toxumanın diffuz xəstəlikləri. Qırmızı qurd eşənəyi (QQE), Revmatoid artriti,

Seroneqativ spondiloartropatiyalar, sistem sklerodermiya, dermatomiozit, Şeqren

xəstəliyi, revmatizm. İmmunodiaqnostika. Müalicə prinsipləri.

PFR-04.17. Əməliyyatdan əvvəl və sonra immun vəziyyətin qiymətləndirilməsi. Cörrahi infeksiyanın

immunoprofilaktikası və immunoterpiyası.

PFR-04.18. Kontrasepsiyanın immunoloji aspektləri.

PFR-05. ENDOKRİNOLOGİYA

Peşə bilikləri

PFR-05.01. Ölkədə endokrinoloji yardımın təşkilinin ümumi məsələləri, xəstəxana-ambulator

müəssisələrin işinin, əhaliyə təcili və təxirəsalınmaz yardımın təşkili;

PFR-05.02. İntensiv terapiya və endokrinoloji şöbələrə təcili hospitalizasiyası tələb olunan bəyrək

xəstəlikləri üzrə təxirəsalınmaz hallarin siyahısı;

PFR-05.03. Endokrinologiya və nefrologiyada xüsusi tədqiqat üsulları (rentgenoloji, ultrasəs,

biokimyəvi, angioqrafik və s.);

PFR-05.04. Endokrinoloji klinikada farmakoterapiyanın əsasları, o cümlədən, əsas dərman maddələri

qrupunun təsir mexanizmi, dərman tətbiqi zamanı baş vermiş fəsadlar;

Peşə bacarıqları

PFR-05.05. Reanimasiya tədbirlərinin həcmi və ardıcıllığını təyin etmək;

PFR-05.06. Zəruri təcili yardımı göstərmək;

PFR-05.07. Xəstəlik haqqında obyektiv informasiyanı almaq;

PFR-05.08. Aparıcı sindromu aşkar etmək;

PFR-05.09. Xəstəliyin etiologiyasını aşkar etmək;

PFR-05.10. Lazım olan əsas və əlavə müayinə üsullarının həcmini təyin etmək;

PFR-05.11. Xəstə və onun ailəsi ilə düzgün münasibət qurmaq;

PFR-05.12. Xəstələrdən, ailəsindən, ətrafdan müvafiq məlumatları toplamaq və onlarla işləmək;

PFR-05.13. Müvafiq məlumatları xəstələrlə, onların ailə üzvləri və şöbənin işçiləri ilə müzakirə

etmək.

PFR-06. REANİMASİYA

Page 6: Azərbaycan Respublikası - sehiyye.gov.az · Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan t ... nefrotik sindromun ba verməsinin immun mexanizmləri.

6

Peşə bilikləri

PFR-06.01. Təxirəsalınmaz nefrologiya və ümumi reanimasiyanın əsas müddəaları;

PFR-06.02. İntensiv terapiya şöbələrində xəstələrə qulluğun xüsusiyyətləri;

PFR-06.03. Kliniki ölümü (baş verən zamandan asılı olaraq) ya da terminal vəziyyəti göstərən əsas

klinik əlamətlər;

PFR-06.04. Hospitalizasiyaya qədər mərhələdə reanimasiya xüsusiyyətləri;

PFR-06.05. Hospitalizasiya mərhələsində reanimasiya xüsusiyyətləri;

PFR-06.06. Uğurlu reanimasiyadan sonrakı intensiv terapiya;

PFR-06.07. Nefroloji klinikada intensiv terapiya və reanimasiya xidmətinin təşkili, intensiv terapiya

və reanimasiya palatalarının təchizatı;

Peşə bacarıqları

PFR-06.08. Diurezi stimullaşdırmaq;

PFR-06.09. Ürəyin elektrik defibrilyasiyası;

PFR-06.10. Ağciyərlərin süni ventilyasiyası;

PFR-06.11. Oksigenasiya;

PFR-06.12. Periferik damarların punksiyası;

PFR-06.13. Magistral damarların kateterizasiyası və punksiyası;

PFR-06.14. Dərman maddələrinin yeridilməsinin bütün üsulları;

PFR-06.15. Qanın, qan komponentlərinin və qan əvəzedici məhlulların köçürülməsi;

PFR-06.16. EKQ çəkilməsi;

PFR-06.17. Nəzəri biliklə yanaşı aşağıdakı praktik vərdişlərin yerinə yetirilməsi;

Həkim-nefroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

PFR-06.18. Ağciyərlərin süni ventilyasiyası 20 (P)

PFR-06.19. Endotraxeal intubasiyanın üsulları 25 (P)

PFR-06.20. Tənəffüs yollarının keçiriliciyini bərpa edilməsi 25 (P)

PFR-06.21. Periferik damarların punksiyası 100 (P)

PFR-06.22. Ürəyin qapalı masajı 40 (P)

PFR-06.23. Valdman apparatı ilə Mərkəzi Damar Təzyiqinin ölçməsi 20 (P)

PFR-06.24. Arteriyaseksiya və veneseksiya edilməsi 20 (P)

PFR-07. İNTENSİV TERAPİYA VƏ HOMEOSTAZ

Peşə biliklər

PFR-07.01. Normal su-elektrolit və turşu-qələvi tarazlığını bilməlidir.

PFR-07.02. Orqanizmin maye mühitlərini bilməlidir.

PFR-07.03. Maye mühitləri arasında su mübadiləsinin fiziologiyasını bilməlidir və bunun

əhəmiyyətini qavramaq.

PFR-07.04. Su-elektrolit homeostazında yaşla əlaqədar dəyişiklikləri bilməlidir.

Peşə bacarıqlar

PFR-07.05. Su və elektrolit pozulmalarının diaqnostikasını və korreksiyasını bacarmaq.

PFR-07.06. Turşu-qələvi pozulmalarının diaqnostikasını və düzəldilməsini bacarmaq.

Həkim- nefroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

PFR-07.07. Su-elektrolit korreksiyasının hesablanması 15 (P) 10 (As)

PFR-07.08. Turşu-qələvi korreksiyasının planlaşdırması 15 (P) 10 (As)

PFR-08. TƏXİRƏSALINMAZ NEFROLOGİYA

Peşə bilikləri:

Page 7: Azərbaycan Respublikası - sehiyye.gov.az · Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan t ... nefrotik sindromun ba verməsinin immun mexanizmləri.

7

PFR-08.01. Kəskin və xronik böyrək çatışmazlığının müalicəsi;

PFR-08.02. İntensiv terapiya blokunda və ya nefrologiya şöbəsinə kəskin və xronik böyrək

çatışmazlığı olan xəstələrin vəziyyətinin qiymətləndirilməsi;

Peşə bacarıqları:

PFR-08.03. Plevra və periton boşluğunun punksiyası və mayenın evakuasiyası;

PFR-08.04. Təcili hemodializin aparılması;

PFR-08.05. Təcili plazmaferezin aparılması;

PFR-08.06. Endotraxeal intubasiyanın üsulları;

PFR-08.07. Mərkəzi venoz kateterlərin qoyulması.

PFR-08.08. Sidik kisəsinə kateterin qoyulması

Həkim-nefroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

PFR-08.09. Mərkəzi venoz kateterlərin qoyulması 50 (P)

PFR-08.10. Damar yolunun (AV fistula) əldə edilməsi və saxlanması 20 (P)

PFR-08.11. Periton dializi üçün kateterin qoyulması 10 (P)

PFR-08.12. Plevra və periton boşluğunun punksiyası və mayenın evakuasiyası 20 (P)

PFR-08.13. Hemodializ 200 (P)

PFR-08.14. Periton dializi 20 (P)

PFR-08.15. Plazmaferez 50 (P)

PFR-09. ÜMUMİ NEFROLOGİYA

Peşə bilikləri:

PFR-09.01. Böyrəyin quruluşu və funksiyaları;

PFR-09.02. Böyrək arteriyaları: ölçüləri, qanla təchiz etdiyi zonalar;

PFR-09.03. Yumaqcıqların qan təchizatı, xüsusiyyətləri;

PFR-09.04. Böyrəklərin qanla təchizatının xüsusiyyəti;

PFR-09.05. Böyrək funksiyaları və prosesləri

PFR-09.06. Yumaqcıq filtrasiya sürəti ilə kanalcıq reabsorbsiyası arasında əlaqə;

PFR-09.07. Böyrəyin əndokrin funksiyaları;

PFR-09.08. Böyrək xəstəliklərinin klinik simptomatikası (sindromlar) və onların patogenezi;

PFR-09.09. Böyrəyin normal və patoloji fəaliyyətini diferensasiya etməkdə kifayət qədər təcrübə

toplamalı;

PFR-09.10. Böyrək patologiyası olan xəstələr üçün reabilitasiya və profilaktik tədbirlər həcmini təyin

etmək;

PFR-09.11. Normal və dəyişilmiş böyrək arteriyaları olan xəstələrdə böyrək qan cərəyanın

xüsusiyyətləri;

PFR-09.12. Diaqnozların diferensasiyasında klinik məlumatları sintez etməyi;

PFR-09.13. Xəstələrdən məlumatların toplanması vərdişlərinin təkmilləşdirilməsi;

PFR-09.14. Hospitalizə olunmuş xəstələrdə aparılan müayinələrin məntiqi əsaslandırılması;

PFR-09.15. Böyrək xəstəlikləri ilə əlaqədar psixoloji problemlərin təyini və müalicəsi;

Peşə bacarıqları:

PFR-09.16. Nefroloji klinikada sərhəd vəziyyətlərinin klinik simptomatikası;

PFR-09.17. Fizioterapiya, müalicəvi bədən tərbiyyəsi və həkim nəzarətinin tətbiqi, sanator-kurort

müalicəyə göstəriş və əks-göstərişlər;

PFR-09.18. Böyrəklərdə və sidik yollarında əməliyyat aparmaq üçün göstəriş və əks-göstərişlər;

PFR-09.19. Sağlam orqanizmin rasional qidalanma əsasları, nefroloji xəstələrdə pəhriz terapiyası

prinsipləri;

PFR-09.20. Müvafiq xəstəxanaya hospitalizasiya olunmasını tələb edən anuriya, böyrək sancısı, həyat

üçün təhlükəli su-elektrolit pozğunluqları və başqa nefroloji problemləri olan xəstələrin

vəziyyətinin qiymətləndirilməyi.

Page 8: Azərbaycan Respublikası - sehiyye.gov.az · Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan t ... nefrotik sindromun ba verməsinin immun mexanizmləri.

8

PFR-10. KLİNİK NEFROLOGİYA

Peşə bilikləri:

PFR-10.01. Xəstəlik tarixini düzgün yazmağı və xəstəni tam müayinə etməyi;

PFR-10.02. Böyrəklərin xəstəliyi olan xəstələrə psixiki amillərin təsirlərini, eləcə də bu pasiyentlərdə

profilaktika və reabilitasiya tədbirlərinin əhəmiyyətini;

PFR-10.03. Böyrəyin anatomiyası, fiziologiyası, urodinamikanı, patologiyasını;

PFR-10.04. Böyrək xəstəliklərinin (immun, autoimmun, iltihabi, anadangəlmə qüsurları,

nefropatiyalar, arterial hipertenziya, mübadilə pozğunluqları, böyrək travmaları, şişlər,

sistem xəstəlikləri, böyrək sancısı) epidemiologiyası, etiologiyası, patogenezi,

diaqnostikasını;

PFR-10.05. Xəstəni intensiv terapiya şöbəsində klinik müşahidə etməyi və həyati funksiyaların

saxlanılma üsullarını;

PFR-10.06. Yukstaqlomerulyar apparatın anatomiyası və fiziologiyasını başa düşməlidir;

PFR-10.07. Böyrək xəstəliklərinin immünologiyası

Peşə bacarıqları:

PFR-10.08. Kəskin və xronik böyrək çatışmazlığının diaqnostikası və müalicəsi;

PFR-10.09. Böyrəklərin funksiyasında baş verən keyfiyyət, kəmiyyət dəyişikliklərin

qiymətləndirməyi;

PFR-10.10. Böyrək donorluğu.

PFR-10.11. Əsas xəstəlik çərçivəsində böyrək probleminin qiymətləndirilməsi;

PFR-10.12. Digər patologiyaları (naməlum mənşəəli anuriya, anasarka, eklampsiya, nefrotik kriz,

hiperurekimik kriz, böyrək sancısı) olan xəstələrin müalicəsi:

PFR-11. AMBULATOR NEFROLOGİYA

Peşə bilikləri:

PFR-11.01. Böyrək transplantasiyasından sonra xəstələrin müalicə və reabilitasiya həcmini təyin

etmək;

PFR-11.02. Nefroloji ambulator xəstələrin (uşaqlar da daxil olmaqla) aparılmasını, eləcə də bütün yaş

qruplarında ekspertizanı;

Peşə bacarıqları:

PFR-11.03. Sağlam şəxslər və xəstələr arasında keyfiyyətli tibbi maarifləndirmə işini aparmağı.

PFR-12. PEDİATRİK NEFROLOGİYA

Peşə bilikləri:

PFR-12.01. Uşaqlarda böyrəklərin və ifrazat sistemi xəstəliklərinin xüsusiyyətləri;

PFR-12.02. Böyrəklər və ifrazat sisteminin anadangəlmə qüsurları;

PFR-13. UROLOGİYA

Peşə biliklərı:

PFR-13.01. Böyrəklər və ifrazat sistemi xəstəlikləri zamanı əməliyyata göstəriş;

PFR-13.02. Əməliyyatdan sonrakı dövrdə xəstələri müşahidə;

PFR-13.03. Böyrək transplantasiyasının uroloji problemləri;

PFR-13.04. Böyrəkdaşı xəstəliyi;

Peşə bacarıqları:

PFR-13.05. Böyrək transplantasiyasının fəsadlarının aşkar edilməsi;

PFR-13.06. Böyrəkdaşı xəstəliyinin müalicə taktikası;

PFR-13.07. Böyrəkdaşı xəstəliyinin konservativ müalicəsi;

Page 9: Azərbaycan Respublikası - sehiyye.gov.az · Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan t ... nefrotik sindromun ba verməsinin immun mexanizmləri.

9

Həkim-nefroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

PFR-13.08. Böyrəkdaşı xəstəliyinin Litotripsiya müalicəsi 10 (P/A)

PFR-13.09. Ureteraya stendin qoyulması 10 (P/A)

PFR-14. BÖYRƏK FUNKSİYALARININ MONİTORİNQİ

Peşə biliklərı:

PFR-14.01. Diurez, qəbul olunan mayelər, bədən çəkisi, arterial təzyiqin nəzarət olunması;

PFR-14.02. Yumaqcıq filtrasiya sürətinin hesablanması

PFR-14.03. Urodinamikanın ultrasəs müayinəsi ilə öyrənilməsi;

PFR-14.04. EKQ (normal EKQ, keçiriciliyin pozulmaları və aritmiyalar, hipertrofiyalar və s.) və

ExoEKQ-nin interpretasiyası;

Peşə bacarıqları:

PFR-14.05. Gün ərzində bədənə daxil olan mayenın miqdarını hesablamaq;

PFR-14.06. Xəstənin vəziyyəti və böyrək funksiyası ilə əlaqədar sidikqovucuların növünü və dozasını

seçmək;

PFR-14.07. Hiper- və hipokaliyemiyanın korreksiyası;

PFR-14.08. Plazma və sidikdə elektrolitlər.

PFR-14.09. Plazma və sidik osmolyarlığı.

PFR-14.10. Turşu – qəlıvi balansı.

PFR-15. EFFERENT TERAPİYA ÜSULLARI

Peşə bilikləri:

PFR-15.01. Hemodializə göstərişlər. Xəstənin dializatora qoşulması;

PFR-15.02. Qanın dövran sürəti, dializ məhlulunda natriumun, ultrafiltrasiyanın göstəricilərinin

seçilməsi;

PFR-15.03. Heparinizasiya, infuziya məhlulunun növü və miqdarının seçilməsi;

PFR-15.04. Dializ zamanı arterial təzyiq, nəbz, tənəffüsün sayı bədən hərarətinin monitorinqi;

PFR-15.05. Sidik cövhərinin çıxarılması faizini (URR) və təkpul Kt/V hesablamaq;

Peşə bacarıqları:

PFR-15.06. Hemodializ aparmağı bacarmalı, xəstənin vəziyyətini və nəticəni qiymətləndirməlidir;

PFR-15.07. Damar yolu problemini həll etməyi bacarmalıdır;

Həkim-nefroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

PFR-15.08. Hemodializ, ultrafiltrasiya 500 (P/A)

PFR-15.09. Plazmaferez (membran, sentrifuqa) 200 (P/A)

PFR-15.10. Hemosorbsiya 50 (P/A)

PFR-16. BÖYRƏK TRANSPLANTASİYASI

Peşə bilikləri

PFR-16.01. Böyrək transplantasiyasına göstəriş;

PFR-16.02. Xəstələrin böyrək transplantasiyasına hazırlanması;

PFR-16.03. Əməliyyatdan sonrakı dövrdə xəstənın aparılması;

PFR-16.04. Ayrılma sindromun diaqnostika və müalicəsi;

PFR-16.05. İmmunosupressiv terapiya;

Peşə bacarıqları

PFR-16.06. Əməliyyatönü dövrdə xəstələrin müayinəsi və hazırlanması;

PFR-16.07. Ayrılma sindromunun aşkar edilməsi;

PFR-16.08. Müvafiq immunosupressiv terapiya növünün seçılməsi;

Page 10: Azərbaycan Respublikası - sehiyye.gov.az · Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan t ... nefrotik sindromun ba verməsinin immun mexanizmləri.

10

Həkim-nefroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

PFR-16.09. Böyrək transplantasıyası olunmuş xəstələrin müayinəsi (erkən dövr) 10 (A/İ)

PFR-16.10. Böyrək transplantasiyası olunmuş xəstələrin müayinəsi (gec dövr) 10 (A/İ)

PFR-17. BÖYRƏK BİOPSİYASI

Peşə bilikləri:

PFR-17.01. Bıyrək biopsiyasına göstəriş;

PFR-17.02. Böyrək biopsiyasının texnikası;

PFR-17.03. Böyrək biopsiyasının ağırlaşmaları;

Peşə bacarıqları:

PFR-17.04. Xəstənin böyrək biopsiyasına hazırlamaq;

PFR-17.05. Böyrək biopsiyasının aparılması;

Həkim-nefroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

PFR-17.06. Böyrək biopsiyasının yerinə yetirilməsi 25 (P/A/İ)

PFR-17.07. Böyrək kistasının ultrasəs cihazı altında punksiyası 15 (P/A)

PFR-18. NEFROLOJİ RADİOLOGİYA

Peşə bilikləri:

PFR-18.01. Böyrək patologiyasının nüvə-maqnit müayinə üsullarının ümümi prinsiplərini;

PFR-18.02. Nüvə-maqnit rezonansı müayinə üsularının aparılması üçün dəqiq göstərişi və əks-

göstərişləri;

PFR-18.03. Hansı hallarda nüvə-maqnit rezonansı müayinə üsulundan istifadə və ya imtina etməyi;

PFR-18.04. Nefrologiyada nukleid müayinə üsullarının prinsiplərini (baza strukturu və qamma

kameraların strukturu daxil olmaqla);

PFR-18.05. Nefrologiyanın nüvə metodlarının klinik istifadəsi və məhdudiyyətlərini;

PFR-18.06. Radiasion fizika və radiasion təhlükəsizlik prinsiplərinə yiyələnmək;

Peşə bacarıqları:

PFR-18.07. Radiasion müayinələrin interpretasiyasını (normal şəkili və patologiya);

Həkim-nefroloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı:

PFR-18.08. Radioizotop tədqiqatlar 20 (A/İ)

PFR-18.09. Ekskretor uroqrafiya 50 (A/İ)

PFR-18.10. Böyrək və sidik yollarının tomoqrafiyası KT, NMR ya PET 100 (A/İ)

PFR-18.11. Böyrək və sidik yollarının USM 100 (P/İ)

3. TƏHSİLİN MƏZMUNUNA VƏ SƏVİYYƏSİNƏ QOYULAN MİNİMUM TƏLƏBLƏR

3.1. Peşə fəaliyyətinin xarakteristikası

Həkim - nefroloq dərin fundamental və kliniki peşə hazırlığı tələb edən müasir profilaktika,

diaqnostika, müalicə və reabilitasiya üsullarından istifadə etməklə əhaliyə ixtisaslaşmış nefroloji

yardımın göstərilməsinə hazır olmalıdır.

3.1.1. Həkim nefroloqun peşə fəaliyyətinin əsas istiqamətləri:

- praktiki tibbi;

- elmi-tədqiqat;

- təşkilati-inzibatçılıq;

- elmi-pedaqoji sahə üzrə.

3.1.2. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər:

3.1.2.1. praktik tibb sahəsi üzrə: (ÜFR-01. və PFR-01 — PFR-18. bəndlər aiddir)

Page 11: Azərbaycan Respublikası - sehiyye.gov.az · Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan t ... nefrotik sindromun ba verməsinin immun mexanizmləri.

11

3.1.2.2. elmi-tədqiqat sahəsi üzrə:

- nefroloji xəstəliklərin inkişafında tibbi-sosial amillərin rolunu qiymətləndirmə üsullarını

bilməlidir;

- elmi-tədqiqat işlərini planlaşdırmalıdır;

- tədqiqat mövzusunun seçilməsini bacarmalıdır;

- elmi-tədqiqat işini aparılmalıdır;

- elmi-tədqiqat işinin nəticələrinin təhlil etməlidir;

- alınmış nəticələrin praktik əhəmiyyətini və onun tətbiqi imkanlarını müəyyənləşdirməli,

nəşr materiallarının hazırlanmasında iştirak etməlidir.

3.1.2.3. təşkilati-inzibatçılıq sahəsi üzrə:

- səhiyyə sistemində qəbul edilmiş normativ sənədlərdən (Azərbaycan Respublikasının

qanunlarını, texniki reqlamentləri, beynəlxalq və milli standartları, əmrləri, tövsiyələri,

beynəlxalq vahidlər sistemini, fəaliyyətdə olan beynəlxalq təsnifatları) istifadə etməyi,

həmçinin tibbi müəssisələrin işinin keyfiyyətini və effektivliyini qiymətləndirmək üçün

aparılmış sənədləşmələrdən istifadə etməyi bacarmalıdır.

- nefrologiya sahəsinin təşkilati quruluşunu, tibbi yardım göstərən müxtəlif tibbi

müəssisələrin idarəçilik fəaliyyətini bilməli, müəssisələrin struktur bölmələrinin (ixtisas

profilinə görə) iş göstəricilərini təhlil etməli, xəstələrə (kardiologiya ixtisası profilinə

görə) tibbi xidmətin göstərilməsində müasir tibbi-təşkilati və sosial-iqtisadi

texnologiyaların səmərəsini qiymətləndirməyi bacarmalıdır.

- peşə səriştəsinin formalaşması üçün professional biliklər, bacarıqlar, vərdişlər sisteminə

yiyələnməlidir.

3.1.2.4. elmi-pedaqoji sahə üzrə:

- orta tibbi ixtisas təhsil müəssisələrində və baza ali tibbi təhsilin səviyyəsində ixtisasa

uyğun olaraq tədris edə bilər (mühazirə oxumağı, seminar aparmağı və s.)

3.2. 060917 - «Nefrologiya» ixtisası üzrə fənn bölümləri, fənlərin kreditləri, onların

mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə

tutulan kompetensiyaların kodları (Əlavə 2-də illər üzrə açıqlanır).

Fənn

bölümünün

kodu

Fənn bölümünün (tematik rotasiyasının)

adı (bilik, bacarılıq və vərdişlər

baxımından)

Kreditlərin

sayı

Qazanılması nəzərdə

tutulan kompetensiyaların

kodları

Ümumi hazırlığı fənnləri: 2

ÜFR-01 Baza təhsili 2 ÜFR-01.01—ÜFR-01.08

Peşə fənnləri və rotasiyaları: 221

PFR-01 Daxili xəstəliklər 18 PFR-01.01—PFR-01.17

PFR-02 Ambulator terapiya 5 PFR-02.01—PFR-02.08

PFR-03 Nevrologiya 4 PFR-03.01—PFR-03.14

PFR-04 Revmatologiya 5 PFR-04.01—PFR-04.18

PFR-05 Endokrinologiya 5 PFR-05.01—PFR-05.13

PFR-06 Reanimasiya 13 PFR-06.01—PFR-06.24

PFR-07 İntensiv terapiya və homeostaz 4 PFR-07.01—PFR-07.08

PFR-08 Təxirəsalınmaz nefrologiya 20 PFR-08.01—PFR-08.15

PFR-09 Ümumi nefrologiya 22 PFR-09.01—PFR-09.20

PFR-10 Klinik nefrologiya 24 PFR-10.01—PFR-10.12

PFR-11 Ambulator nefrologiya 15 PFR-11.01—PFR-11.03

PFR-12 Pediatrik nefrologiya 9 PFR-12.01—PFR-12.02

PFR-13 Urologiya 13 PFR-13.01—PFR-12.09

PFR-14 Böyrək funksiyalarının monitorinqi 13 PFR-14.01—PFR-14.10

PFR-15 Efferent terapiya üsulları 21 PFR-15.01—PFR-15.10

PFR-16 Böyrək transplantasiyası 13 PFR-16.01—PFR-16.10

Page 12: Azərbaycan Respublikası - sehiyye.gov.az · Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan t ... nefrotik sindromun ba verməsinin immun mexanizmləri.

12

PFR-17 Böyrək biopsiyası 8 PFR-17.01—PFR-17.07

PFR-18 Nefroloji radiologiya 9 PFR-18.01—PFR-18.11

Könüllü seçilmiş fənnin dərindən öyrənilmə dövrü 8

Elmi-tədqiqat işi (kliniki və/və ya baza elmi) 5

Dövrü və yekun attestasiya 4

Cəmi 240

3.3. 060917 - Nefrologiya iхtisası üzrə rezident hazırlığını təmin edən auditoriyada olan təhsil

prоqramının strukturu və əsas hazırlıq mövzuları, dörd il ərzində saatlarla (Əlavə 1-də illər üzrə)

açıqlanır).

Əsas tədris fənnləri/mövzuları Cəmi 4 illik

MH SM TM

ÜHM Ümumi hazırlığı mövzuları:

ÜHM – B 01 Səhiyyə sisteminin təşkilinin əsasları 6 4 2

ÜHM – B 02 Tibbi statistika və informatika 2 6 8

PHM Peşə hazırlığı mövzuları:

PHM – B 03 Sidik-ifrazat sisteminin anatomiya, fiziologiya və

patoloqiyası 8 8 8

PHM – B 04 Daxili xəstəliklər 14 22 12

PHM – B 05 Nevrologiya 0 8 6

PHM – B 06 Ambulator terapiya 4 4 2

PHM – B 07 Revmatologiya 0 6 6

PHM – B 08 Endokrinologiya 6 6 6

PHM – B 09 İntensiv terapiya və reanimasiya 14 12 12

PHM – B 10 Nefrologiyada kliniki farmakologiya 20 20 20

PHM - B 11 Böyrəklərin və ifrazat sisteminin funksional diaqnostikası 32 56 60

PHM - B 12 Böyrək arterial hipertonziyaları 24 24 24

PHM - B 13 Böyrəklərin və sidik yollarının iltihabi xəstəlikləri 8 8 6

PHM - B 14 Böyrəklərin immun və autoimmun xəstəlikləri 30 30 24

PHM - B 15 İnterstisial nefrit 8 8 6

PHM - B 16 Kəskin böyrək zədələnməsi 8 8 8

PHM - B 17 Böyrəklərin xronik xəstəliyi 18 28 18

PHM - B 18 Böyrəklərin kistaları və anadangəlmə qusurları 8 8 8

PHM - B 19 Böyrək əvəzedici terapiya 12 12 12

PHM - B 20 Digər böyrək və sidik yolları xəstəlikləri 12 12 12

Cəmi

234 290 260

060917 - «Nefrologiya» ixtisası üzrə həkim-rezidentin təhsil proqramının yerinə yetirilməsinin

müddəti:

Ümumi həftələrin sayı – 209 həftə

- əmək məzuniyyəti – 16 həftə

- təlim həftələrinin sayı – 193 həftə

o cümlədən:

- kliniki təlim (praktiki və kliniki iş) – 164 həftə

- nəzəri təlim –20 həftə

- təcrübələr (elmi-tədqiqat ) –4 həftə

- attestasiyalar – 5 həftə

- növbətçilik - ayda 4 dəfədən az olmayaraq

Page 13: Azərbaycan Respublikası - sehiyye.gov.az · Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan t ... nefrotik sindromun ba verməsinin immun mexanizmləri.

13

3.4.1. Hazırlığın son ilində həkim-rezident ixtisas üzrə 3 aylıq müddətinə Səhiyyə Nazirliyi tərəfindən

müəyyən edilmiş respublikanın tibb müəssisələrinin birində sərbəst stajorluq keçməlidir.

4. MADDİ-TEXNİKİ, TƏDRİS BAZASI VƏ KADR POTENSİALI

4.1. 060917 - «Nefrologiya» ixtisası üzrə təhsil proqramına müvafiq tərtib edilmiş tədris planında

nəzərdə tutulan həkim–nefroloqun hazırlanması üçün Səhiyyə Nazirliyi tərəfindən baza kimi

müəyyən edilmiş təhsil və elmi tibb müəssisələri, habelə aparıcı klinikalar nefroloji xəstələrin

diaqnostikasının, müalicə və profilaktikasının aparılmasını təmin edə biləcək yüksək səviyyəli

maddi-texniki bazaya malik olmalıdır.

4.2. 060917 - «Nefrologiya» ixtisası üzrə Təhsil Proqramı Səhiyyə Nazirliyi tərəfindən baza kimi

müəyyən edilmiş təhsil, elm müəssisələri və aparıcı klinikalarda aparıcı mütəxəssislər (rəhbər-

kuratorlar) tərəfindən əyani formada aparılır.

4.3. Həkim- nefroloqun hazırlığına rəhbərlik edən kuratorlara qoyulan tələbər:

4.3.1. Peşə vərdişlərinə yiyələnməsini təmin etmək üçün praktiki təcrübəsi 5 ildən çox olan

yüksəkixtisaslı mütəxəssislər tərəfindən aparılır.

4.3.2. Tədris olunan nəzəri mövzuları ali təhsil müəssisəsinin elmi dərəcəsi və (və ya) elmi adı olan

professor-müəllim heyəti tədris edir.

4.3.3. Rezidentin elmi-tədqiqat işinə qarşılıqlı razılığı əsasında ali təhsil və ya elmi-tədqiqat

müəssisəsinin heyəti rəhbərlik edə bilər.

4.4. Rezidentin rotasiyalar keçdiyi müəssisələrin maddi-texniki bazalarına qoyulan tələblər:

4.4.1. İntensiv terapiya və reanimasiya rotasiyası. Eksrpes-laborator avadanlığı, EKQ cihazı və

defibrillyator.

4.4.2. Revmatologiya rotasiyası. Müasir laborator avadanlıq və ultrasəs exokardioqrafiya aparatı.

4.4.3. Təxirəsalınmaz nefrologiya rotasiyası. Eksrpes-laborator avadanlıq. Hemodializ və

plazmaferez və hemosorbsiya aparılması üçün lazım olan cihazlarla təchizat.

4.4.4. İnstrumental rotasiyalar

4.4.4.1. Rentgenoqrafiya. Ekskretor, infuzuyon uroqrafita, böyrək angioqrafiyası aparılması

üçün müvafiq cihazlar.

4.4.4.2. Ultrasəs müayinəsi. Muasir dopler və 3D proqramla avadanlıq.

4.4.4.3. Nüvəli və radioizotop müayinəsi. Radioizotop böyrəklərin və ifrazat sistemini

müayinə etmək üçün zəruri avadanlıq.

4.4.4.4. KT, nüvə-maqnit rezonansı və PET üzrə rotasiya. 16 və artıq kəsikdə KT

müayinəsini aparmaq üçün zəruri avadanlıq. 1,5 və artıq Teslalı NMR avadanlıq.

PET müayinəsini aparmağa imkanı olarsa onun üçün zəruri avadanlıq olmalıdır.

4.4.5. İntervension və invaziv nefrologiya rotasiyası. Böyrək arteriyalarının müayinəsi və lazım

gəldikdə balon angioplastikası üçün zəruri avadanlıq.

4.4.6. Urologiya üzrə rotasiya. Böyrək və ifrazat sistemi xəstəlikləri üzrə cərrahi müdaxilələr üçün

əməliyyat otaqı, arterio-venoz fistulanın tikilməsi, böyrək biopsiyası otağı.

5. TƏDRİS PROSESİNİN FORMA VƏ METODLARI

Page 14: Azərbaycan Respublikası - sehiyye.gov.az · Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan t ... nefrotik sindromun ba verməsinin immun mexanizmləri.

14

5.1. 060917 - «Nefrologiya» ixtisası üzrə həkim- nefroloqun hazırlığı, nəzəri təlim, həkim hazırlığı,

ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, kuratorun rəhbərliyi və

nəzarəti altında müalicə-profilaktik işlərinin aparılması və sairə formada öyrənilməsi ilə təmin

olunur.

5.2. 060917 - «Nefrologiya» ixtisası üzrə həkim-nefroloqun hazırlığında elmi-tədqiqat və praktiki

tibbi təcrübələr nəzərdə tutulur.

5.3. Rezidentura ərzində 1 rezidentə görə böyrək xəstəlikləri olan pasiyentlərin ən azı 1400

hospitallaşdırma halları və 2000 ambulator müraciəti olmalıdır. Onlardan:

Ambulator Stasionar

Nevrologiya və terapiya üzrə rotasiyalari 300 75

Revmatologiya üzrə rotasiyasi 75 40

İntensiv terapiya və reanimasiya rotasiyasi 0 50

Endokrinologiya üzrə rotasiyasi 60 20

Təxirəsalinmaz nefrologiya rotasiyasi 0 120

Nefroloji müayinələr üzrə rotasiyalar Sidiyin ümumi analizi, Zinnitski sınağı, qanın ümumi və biokimyəvi

analizi, klirens testləri 600 200

EKQ və Exokardioqrafiya 30 20

Nüvəli və radioizotop müayinəsi üzrə rotasiya KT, NMR və ya PET üzrə rotasiya 100 50

Nefrologiyanin xüsusi bölməsi Nefrologiyanın əsasları 50 225

Nefrologiyada klinik farmakologiya üzrə rotasiya 50 25

Ekstrakorporeal depurasiya üzrə rotasiya 250 500

Transplantasiya üzrə rotasiya 50 25

Ambulator nefrologiya üzrə rotasiyasi 300 0

Pediatrik nefrologiya üzrə rotasiyasi 135 50

Xəstələrin cəmi sayi 2000 1400

6. YEKUN DÖVLƏT ATTESTASİYASINA QOYULAN TƏLƏBLƏR VƏ

QİYMƏTLƏNDİRMƏ

6.1.1. 060917 - «Nefrologiya» ixtisası üzrə fərdi iş planları rezidentura hazırlığını həyata keçirən

müəssisələrin müvafiq elmi və ya tibb şuralarının iclaslarında təsdiq edilir. Rezidentlər hər

tədris ilinin sonunda kuratorun iştirakı ilə təhsil aldığı müəssisənin elmi şurası (tibbi şurası)

qarşısında hesabat verərək attestasiya olunur.

6.1.2. Rezidenturada təhsil alan həkimlərin yekun attestasiyası Azərbaycan Respublikası Səhiyyə

Nazirliyinin təsdiq etdiyi attestasiya komissiyası tərəfindən ali təhsil müəssisəsində aparılır.

6.1.3. Yekun attestasiya nəticəsində rezidentə “həkim-nefroloq” ali peşə-ixtisas dərəcəsi və dövlət

nümunəli diplom verilir.

7. 060917 - «NEFROLOGİYA» İXTİSASI ÜZRƏ YEKUN ATTESTASİYA FORMATI

7.1. Yekun attestasiya imtahanı iki mərhələdə -yazılı və praktiki komponent üzrə həyata keçirilir. Yekun attestasiyanın hər hansı mərhələsindən keçə bilməyən rezidentlər attestasiya

komissiyasının müəyyən etdiyi vaxtda həmin mərhələ üzrə təkrar yekun attestasiyadan keçirlər.

7.2. Birinci mərhələ- Yazılı Komponent. Birinci mərhələdə rezident üç saat ərzində 100 test suala

cavab verir. Test informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan sual

vərəqəsi üzrə aparılır. Testin yekununa görə 60 və ya daha çox bal toplayan rezidentlər yekun

attestasiyanın ikinci mərhələsinə buraxılırlar.

Page 15: Azərbaycan Respublikası - sehiyye.gov.az · Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan t ... nefrotik sindromun ba verməsinin immun mexanizmləri.

15

7.3. İkinci mərhələ - Praktiki Komponent. İkinci mərhələdə rezident tərəfindən 8 müxtəlif klinik

hal araşdırılır. Klinik halların araşdırılmasına diaqnostik müayinələrin sərbəst aparılması və

təhlili, müalicə tədbirlərin planlaşdırması və digər aspektlər aiddir. Klinik halların araşdırılması

attestasiya komissiyası tərəfindən məqbul hesab edildikdə rezident yekun attestasiyanın ikinci

mərhələsindən müvəffəqiyyətlə keçmiş hesab olunur.

Page 16: Azərbaycan Respublikası - sehiyye.gov.az · Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan t ... nefrotik sindromun ba verməsinin immun mexanizmləri.

16

Əlavə 1. 060917 – “Nefrologiya” iхtisası üzrə təhsil prоqramının strukturu (illər və saatlar üzrə)

Əsas tədris fənnləri/mövzuları Cəmi 4 illik 1-ci il 2-ci il 3-cü il 4-cü il

MH SM TM MH SM TM MH SM TM MH SM TM MH SM TM

ÜHM Ümumi hazırlığı mövzuları:

ÜHM – B 01 Səhiyyə sisteminin təşkilinin əsasları 6 4 2 6 4 2

ÜHM – B 02 Tibbi statistika və informatika 2 6 8 2 6 8

PHM Peşə hazırlığı mövzuları:

PHM – B 03 Sidik-ifrazat sisteminin anatomiya, fiziologiya və

patoloqiyası 8 8 8 8 8 8

PHM – B 04 Daxili xəstəliklər 14 22 12 14 22 12

PHM – B 05 Nevrologiya 0 8 6 0 8 6

PHM – B 06 Ambulator terapiya 4 4 2 4 4 2

PHM – B 07 Revmatologiya 0 6 6 0 6 6

PHM – B 08 Endokrinologiya 6 6 6 6 6 6

PHM – B 09 İntensiv terapiya və reanimasiya 14 12 12 14 12 12

PHM – B 10 Nefrologiyada kliniki farmakologiya 20 20 20 20 20 20

PHM - B 11 Böyrəklərin və ifrazat sisteminin funksional diaqnostikası 32 56 60

12 24 22 12 20 20 8 12 18

PHM - B 12 Böyrək arterial hipertonziyaları 24 24 24

8 12 8 10 10 10 6 2 6

PHM - B 13 Böyrəklərin və sidik yollarının iltihabi xəstəlikləri 8 8 6

4 4 2 4 4 4

PHM - B 14 Böyrəklərin immun və autoimmun xəstəlikləri 30 30 24

16 14 12 8 14 10 6 2 2

PHM - B 15 İnterstisial nefrit 8 8 6

4 4 2 4 4 4

PHM - B 16 Kəskin böyrək zədələnməsi 8 8 8

8 8 8

PHM - B 17 Böyrəklərin xronik xəstəliyi 18 28 18

10 8 10 8 20 8

PHM - B 18 Böyrəklərin kistaları və anadangəlmə qusurları 8 8 8

4 4 4 4 4 4

PHM - B 19 Böyrək əvəzedici terapiya 12 12 12

8 10 10 4 2 2

PHM - B 20 Digər böyrək və sidik yolları xəstəlikləri 12 12 12

8 8 8 4 4 4

Cəmi

234 290 260 74 96 82 44 58 46 76 90 88 40 46 44

Page 17: Azərbaycan Respublikası - sehiyye.gov.az · Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan t ... nefrotik sindromun ba verməsinin immun mexanizmləri.

17

Əlavə 2. 060917- “ Nefrologiya” iхtisası üzrə tematik rotasiyaların strukturu (həftələr və kreditlər üzrə)

Fənn

bölümünün

kodu Fənn bölümünün (tematik rotasiyasının) adı Həftələr Kreditlər

Həftələrin sayı Kreditlərin sayı

1 il 2 il 3 il 4 il 1 il 2 il 3 il 4 il

Ümumi hazırlığı fənnləri: 2 2 2 0 0 0 2 0 0 0

ÜFR-01 Baza təhsili 2 2 2 0 0 0 2 0 0 0

Peşə fənnləri və rotasiyaları: 175 221 45 44 44 42 57 56 56 52

PFR-01 Daxili xəstəliklər 14 18 14 0 0 0 18 0 0 0

PFR-02 Ambulator terapiya 4 5 4 0 0 0 5 0 0 0

PFR-03 Nevrologiya 3 4 3 0 0 0 4 0 0 0

PFR-04 Revmatologiya 4 5 4 0 0 0 5 0 0 0

PFR-05 Endokrinologiya 4 5 4 0 0 0 5 0 0 0

PFR-06 Reanimasiya 11 13 9 1 1 0 11 1 1 0

PFR-07 İntensiv terapiya və homeostaz 3 4 2 1 0 0 3 1 0 0

PFR-08 Təxirəsalınmaz nefrologiya 16 20 5 3 3 5 6 4 4 6

PFR-09 Ümumi nefrologiya 18 22 0 6 6 6 0 8 7 7

PFR-10 Klinik nefrologiya 20 24 0 8 6 6 0 10 7 7

PFR-11 Ambulator nefrologiya 12 15 0 4 4 4 0 5 5 5

PFR-12 Pediatrik nefrologiya 7 9 0 2 3 2 0 3 4 2

PER-13 Urologiya 11 13 0 4 5 2 0 5 6 2

PFR-14 Boyrəkfunksiyalarının monitorinqi 9 13 0 2 4 3 0 3 5 5

PFR-15 Efferent terapiya üsulları 16 21 0 8 4 4 0 10 6 5

PFR-16 Böyrək transplantasiyası 10 13 0 1 3 6 0 1 4 8

PFR-17 Böyrək biopsiyası 6 8 0 0 2 4 0 0 3 5

PFR-18 Nefroloji radiologiya 7 9 0 4 3 0 0 5 4 0

Könüllü seçilmiş fənnin dərindən öyrənilmə dövrü 7 8 0 2 2 3 0 2 2 4

Dövrü və yekun attestasiya 5 5 1 1 1 2 1 1 1 2 2

Elmi-tədqiqat işi (kliniki və/və ya baza elmi) 4 4 0 1 1 2 0 1 1 2

Cəmi 193 240 48 48 48 49 60 60 60 60