AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası

57
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu : Tütün və tənbəki bitkilərinin morfoloji quruluşu, növləri, növmüxtəlifliyi, tipləri və sortları Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S.

description

AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası Mövzu : Tütün və tənbəki bitkilərinin morfoloji quruluşu, növləri, növmüxtəlifliyi, tipləri və sortları Müəllim : k/t. e. n. dosent əvəzi Hümbətov H. S. TÜTÜN - NICOTIANA TABACUM ТАБАК - PowerPoint PPT Presentation

Transcript of AZƏRBAYCAN DÖVLƏT AQR A R UNİVERSİTETİ Bitkiçilik və bitki mühafizəsi kafedrası

Page 1: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Bitkiçilik və bitki mühafizəsi kafedrası

Mövzu: Tütün və tənbəki bitkilərinin morfoloji quruluşu, növləri, növmüxtəlifliyi, tipləri və sortları

Müəllim: k/t. e. n. dosent əvəzi Hümbətov H. S.

Page 2: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası
Page 3: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası
Page 4: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

TÜTÜN - NICOTIANA TABACUM

ТАБАК

TOBACCO

TƏNBƏKI – NICOTIANA RUSTICA

МАХОРКА

TOBACCO

Page 5: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

TÜTÜN BİTKİSİNİN ÖYRƏNİLMƏSİ

Tütün badımcançiçəklilər (Solanaceae) fəsiləsinin 100 - dən çox növü əhatə edən nicotiana cinsinə

mənsubdur. Əsas təsərrüfat əhəmiyyətinə malik olanları və Azərbaycanda becərilənləri iki növdür.

Adi tütün – nicotiana tabacum 2. Tənbəki – nicotiana rustica. Hər ikisi birillik otvarı bitkidir.

A d i (sarı) t ü t ü n. Adi tütün bitkisi yarpaqlarının vəziyyətindən asılı olaraq silindir, oval, ellips və

konus formaları olur. Kök sistemi milşəkillidir. Torpağın 1-3 m-ə qədər dərinliyinə işləyir. Əkin

qatında qüvvəli şaxələnərək saçaqlı kök sistemi formasını alır. Gövdəsi 1,2 – 3,0 m hündürlüyündə

olmaqla en kəsiyi dairəvi, yaxud qabırğalıdır, içərisi özəklə dolu, üzəri tüklü və yapışqanlıdır. Gövdə

yalnız yuxarı hissədə budaqlanır. Tez oduncaqlaşandır, sərt olduğu üçün yerə yatmır. Gövdənin

aşağıdakı buğumaraları qısa, yuxarıdakılar uzun olur. Yarpaqları saplaqlı, yarımsaplaqlı və oturaqdır.

Ayasının uzunluğu 10-50 sm, eni 8-30 sm-ə qədər dəyişir. Tipik yarpaqlar gövdənin orta mərtəbəsində

yerləşənlərdir ki, oval, dairəvi, oval-ürək və ellips formalıdır. Sort xüsusiyyəti olaraq ayanın üzəri

hamar, yaxud azacıq qabarcıqlı, nəhayəti az-çox dərəcədə sivriləşmiş, əsası (gövdəyə birləşən hissəsi)

isə qanadlı və haşiyəlidir. Bir bitkidə 12-50 yarpaq əmələ gəlir, ancaq hamısı tam yetişmir.

Page 6: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Тütün: (Nicotiana tabacum L. ) 1, 2 – битки инкишаф етмиш ъцъярти вя чичяклямя фазасында; 3 – йарпаглар вя чичяк групу иля будаьын бир щиссяси; 4 – мейвя; 5 – тохум.

Page 7: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Тütün bitkisi: (Nicotiana tabacum L. )

Page 8: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Tütün: 1- bitkinin ümumi görünüşü, 2 – yarpağı, 3 – çiçəyi

Page 9: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Tütündə yarpaq ayasının formaları: 1 – dairəvi, 2 – oval, 3 – oval - ürəkvari, 4 - 5 - lansetvari

Page 10: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Tütündə yarpaq ayasının formaları: 1 – saplaqlı, 2 – yarımsaplaqlı, 3 – oturaq, 4 – dəstəkli

Page 11: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Çiçəkləri gövdənin nəhayətində sıx, yaxud seyrək süpürgədə toplanır. Çiçək kasası sadə

formalı uzunsovdur. Çiçəyinin tacı bir-birinə bitişmiş beş ləçəkdən təşkil olunmaqla uzun

borulu qıfa bənzəyir. Tütünün digər növlərindən fərqli olaraq tacının borusu ağ, büküyü

çəhrayı, yaxud qırmızı rənglidir. Erkəkciyi beşdir. Dişiciyinin yumurtalığı ikiyuvalı, ağızcığı

ikidilimlidir. Öz-özünü tozlayan bitkidir. Çiçəyində şirə vəziləri olduğu üçün həşəratlar

vasitəsilə çarpaz da tozlanır. Meyvəsi oval formalı, sivri, yaxud küt nəhayətli, ikiyuvalı

çoxtoxumlu qozadır. Toxumları xırda, tünd-qəhvəyi rəngli, oval formalı, səthi torlu,

mikropile hissəsi azacıq əyridir. 1000 ədəd toxumun kütləsi 35-100 milliqramdır.

Adi tütün növmüxtəlifliyinin təyini. Adi tütün bitkisinin morfoloji quruluşu sadə olduğu

kimi, təsnifatı da o qədər mürəkkəb deyildir. Yalnız bir neçə növmüxtəlifliyi vardır ki,

onlardan də mühümləri cədvəldə verilmişdir.

Page 12: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

ƏlamətləriNövmüxtəlifliklərinin adı

Wiginica Havanensis Macrophila Fruticosa

Yarpağının

formasıOval skripkavarı

Ellipsvarı,

skripkavarı

Ellips kənarı

əyilmiş

Saplağa

doğru

çəkilmiş

Qulaqcıqları Olmur İri olurOlduqca xırda

olur, yaxud olmurolmur

Yan damarların

yerləşməsi

Mərkəzi damara

iti bucaq altında

birləşir

Növbəli, mərkəzi

damara geniş

bucaq altında

birləşir

Qarşılıqlı,

mərkəzi damara

düz bucaq altında

birləşir

olmur

Saplağı olmur olmur olmur olmur

Tütünün mühüm növmüxtəliflikləri

Page 13: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Tütünün çiçəyi

Page 14: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

B

Tütün çiçəyi və meyvəsi: A-çiçəyi: 1 -saplaq, 2 -kasacıq, 3-çətirin borusu, 4 -ağızlıqdan boruya keçid, 5 - ağızlıq, 6 - bükük, 7- dişicik, 8 - erkəkcik, B - qutucuq (meyvə)

Page 15: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası
Page 16: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Tütünün çiçəkləri

Page 17: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Tütün bitkisinin formaları: 1 – silindr, 2 – ellips, 3 - oval, 4 - konus

Page 18: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Tütün tarlasının ümumi görünüşü

Page 19: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Tütün toxumları

Page 20: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Tütün toxumunun cücərməsi: a – toxumun xarici görünüşü, b – toxumun uzununa kəsiyi, c, ç – toxumun cücərməsi, d, e, ə - toxumun böyüməsi

Page 21: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Tütün şitilləri

Page 22: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Dibçəkdə əkilmiş tütün şitili

Page 23: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası
Page 24: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası
Page 25: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası
Page 26: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Adi tütünün əsas tipləri. Adi tütün yayıldığı ölkələrlə əlaqədar

olaraq üç tipə bölünür: 1.Şərq papiros tipləri; 2.Amerika papiros

tipləri; 3. Siqar tipləri. Əkin sahəsinə görə əsas yeri birinci tip tutur

ki, bu da yarpaqlarının saplaqlılığına görə iki qrupa bölünür:

1. Saplaqlı yarpaqlılar: 2.Saplaqsız yarpaqlılar. Saplaqlı yarpaqlar

gövdəyə saplaq vasitəsi ilə birləşir, saplağının kənarları müxtəlif

dərəcədə haşiyəli olur. Oturaq yarpaqlarda saplaq olmadığına görə

aya gövdəyə özünün enli əsası ilə birləşir.

Page 27: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Tütün yarpağının yığım yarusları

Page 28: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

TÜTÜNÜN DƏRİMLƏRİ AŞAĞIDAKI KİMİ ADLANDIRILIR:

1- ci dərim “dibsarı” (10%)

2 - ci dərim “xaçlama” (15%)

3 - cü dərim “anacaltı” (25%)

4 - cü dərim “anac” (25%)

5- ci dərim “toruqaltı” (15%)

6 - cı dərim “toruq” (10%)

Page 29: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Tütün xammalının tipləri aşağıdakı kimidir:

I tip Dübek və Sivriuc - 45;

II tip Amerikan;

III tip Samsun;

IV tip Trapezond, Sivriyarpaq, Virciniya və Berley;

V tip Sobalçeski.

Tütün yarpaqlarının ölçüsünə görə aşağıdakı kimi olur:

Xırda yarpaqlı - "Samsun", "Dübek";

Orta yarpaqlı - "Trapezond";

İri yarpaqlı - "İmmunnıy-580", "Ostrolist", "Zaqatala-67", "Zaqatala-

iriyarpaqlı", "Zaqatala-1", "Hibrid - 66", "Virciniya", "Berley" və digər

sortlar.

Page 30: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

AZƏRBAYCANDA (2010) RAYONLAŞDIRILMIŞ TÜTÜNÜN SORTLARI:

1. Samsun-155, (1968)

2. İmmunnaya -580, (1978)

3. Hibrid-66, (1982)

4. Zaqatala – 67, (1987)

5. Laqodexi trapezondu- 449, (1990)

6. Virciniya WS-79, (1991)

7. Trapezond -15, (1992)

8. Zaqatala iriyarpaqlısı, (1995)

9. Zaqatala - 1, (2002)

10.Trapezond -1. (2007)

Page 31: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Tütünün qurudulması

Page 32: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası
Page 33: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

S a m s u n – 155 sortu. 1961-1966-cı illərdə Ümumittifaq Elmi İstehsalat «Tütün» Birliyinin Abxaziya təcrübə stansiyasının əməkdaşları tərəfindən sortlar arası mürəkkəb hibridləşdirmə yolu ilə alınmışdır. Bu sortun alınmasında xarici sortlardan peronosporioz xəstəliyinə davamlı 14 №-li Avstraliya Hibridi, Sovet sortlarından mozaika xəstəliyinə davamlı yaxşılaşdırılmış Suxumi Samsunu-959 və Trapezond-1272 iştirak etmişdir. Sort üzərində şitillik və tarla şəraitində bitkilərin sürətli inkişafı, xammalın növü və perenosporioz xəstəliyinə davamlılığına görə üç il müddətində fərdi seçmə aparılmışdır. Sort böyük sahələrdə Abxaziyada və Krasnodar vilayətində becərilir. Bu sort Acariya və Azərbaycanın “Samsun” becərilən bölgələrində əkilə bilər.Morfoloji əlamətləri: Bitkisi hündür, silindirik formalı olub, buğumaraları qısadır. Çiçək qrupu qalxanvari olub, orta sıxlıqdadır. Yarpaqları yaşıldır, gövdə üzərində eyni məsafədə yerləşməklə, orta yarus yarpaqları əyiləndir, yuxarıdakılar gövdəyə sıxılmış, səthi dartılmış, oval formalı və hamardır, əsasən düzdür, ucları orta irilikdə, kənarları isə düzdür. Saplağın uzunluğu 3 sm-ə qədər olub nisbətən yoğundur. Bitki üzərində texniki yararlı yarpaqların sayı 40-a qədərdir, orta yarus yarpaqlarının uzunluğu 32 sm, eni 10-12 sm-dir. Süpürgəsi solğun qızıl gül rəngindədir.Səpin norması: Sortun şitil üçün səpin norması 1 m2 üçün 0,4-0,6 qramdır. Bir hektara 40-48 min şitil əkilir.Gübrə norması: yüksək və keyfiyyətli tütün məhsulu əldə etmək üçün hər hektara təsiredici maddə hesabı ilə 90 kq azot, 135 kq fosfor, 120 kq kalium gübrəsi və 10 ton peyin verilməsi məsləhətdir.

Page 34: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Tütünün Samsun -27 sortu, a - tütünün çiçəkləri

Page 35: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

İ m m u n n a ya -580 sortu. 1961-1985-cı illərdə Ümumittifaq Elmi İstehsalat «Tütün» Birliyinin Genetika şöbəsinin əməkdaşları tərəfindən sortlar arası mürəkkəb hibridləşdirmə yolu ilə alınmışdır.Sortun alınmasında ana forma kimi perenosporioz xəstəliyinə davamlı Amerika və Avstraliya hibridləri, Sovet sortlarından – Peremojest-83 və Amerikan-287 sortu iştirak etmişdir. Hibridlərdən fərdi seçmə bitkinin güclü inkişafına, məhsulun növünə, perenosporioz, mozaika və unlu şeh xəstəliyinə davamlılığına görə aparılmışdır.Sort perenosporioz xəstəliyi yayılmış bölgələr üçün nəzərdə tutulmuşdur. Morfoloji əlamətləri: Şitili açıq yaşıl rənglidir. Bitkisinin boyu 186 sm bəzən daha hündürdür, forması silindrik, çiçək qrupu az qalxanvari, çəhrayı rəngdə, yarpaqları qəhvəyi, gövdədə birləşməsi oturaq, rəngi açıq-yaşıl, yuxarı dartılmış, ucu orta irilikdə, kənarları düz, səthi isə hamar olur. Bitki üzərində texniki yararlı yarpaqlar 30-35 ədəd, yarpaqların uzunluğu 62 sm, eni isə 28-31,2 sm və bəzən daha böyük olur.Aqrobioloji xüsusiyyətləri: Vegetasiyanın əvvəlində zəif inkişaf edir, hektardan 35-42 sentner və daha çox məhsul verir. Ən yüksək məhsuldar sort hesab olunur. Yüksək çəkim keyfiyyətinə malik olaraq skeletli məhsul verir və nisbətən gec yetişir. Vegetasiya müddəti 120-130 günə qədər davam edir. Fermentasiya olmuş məhsulu açıq-bənövşəyi rəngdə olur. 1m2 şitillik sahəsi üçün toxumun səpin norması 0,5 qramdır.Şitili 70 x 30 sm, 70 x 40 sm sxemində əkilir. Torpağın tipi və münbitliyindən asılı olaraq, əkin sxemini dəyişmək olar, yarpaqları 5-6 dəfəyə yığılır. Sort perenosporioz, unlu şeh, mozaika və qara kök çürüməsi xəstəliklərinə davamlıdır.

Page 36: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

İmmunnıy - 580 sortu

Page 37: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Z a q a t a l a 67 sortu: Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun əməkdaşları tərəfindən sort və hibridlərin (Dübek-100, Samsun 2-28, Trapezond-219, İmmunnaya, Hibrid-66) mürəkkəb hibridləşməsi yolu ilə alınmışdır.Ümumi xarakteristikası: Sort xəstəlik və zərərvericilərə, quraqlığa, yağışa davamlı, vegetasiya dövrü nisbətən qısa və az pöhrə verəndir. Bitkiləri uca boylu, ellips formalıdır. Çiçək qrupu hamaşıq şəkilli qalxanvaridir. Sort orta gec yetişəndir. Gövdə üzərində yarpaqları azacıq yuxarı dartılmış formadadır. Yarpaq ayası düz, əsasən forması sütunvaridir. Orta yarpaqları damarlı bəzən düz azacıq iri formadadır. Yarpağın üzəri orta qabarıq formadadır.Yarpaqların kənarı düz olmaqla açıq-yaşıl, çiçək tacının rəngi açıq-çəhrayıdır, gövdəsi nisbətən yoğunlaşmış formadadır. Texniki yetişmiş yarpaqlarının sayı 32-35 ədədə qədərdir. Orta yarus yarpaqlarının uzunluğu 48-54 sm, eni 23-26 sm-dir. Şitillər suvarılmayan sahələrdə 70 x 40 sm sxemində əkilməlidir. Şitil əkiləndən çiçəkləməyə qədər 90 gün, orta yarus yarpaqlarının yetişməsinə qədər 101 gün, son qırıma qədər isə 141 gün keçir. Çiçək və yan pöhrələrin vurulması 25-30% çiçəkləmədən sonra aparılır.Məhsuldarlığı: Sort yüksək məhsuldardır. Hektardan 43,7 sentner məhsul verir rayonlaşdırılmış İmmunni-580 sortundan 5,7 sentner çox məhsul verir.Sort 1987-ci ildən Şəki-Zaqatala bölgəsi və Naxçıvan Muxtar Respublikası üçün rayonlaşdırılıb. Sort üçün ən yaxşı sələf payızlıq taxıllar və çoxillik otlar hesab olunur.Əkin müddəti: Tütün toxumları şitilliyə qışqabağı və yazın əvvəlində açıq ləklərdə səpilməlidir. Açıq sahəyə şitillər aprel ayının 20-dən may ayının 10-na qədər köçürülməlidir. Səpin norması: Şitilliyə toxumun səpin norması 1 m2 sahəyə 0,4-0,6 qr-dır. Hər hektar sahəyə 40-48 min şitil əkilməlidir.Gübrə norması: Yüksək və keyfiyyətli məhsul əldə etmək üçün hektara təsiredici maddə hesabı ilə 60-90 kq azot, 120 kq fosfor, 100 kq kalium gübrəsi və 10 ton peyin verilməsi məsləhətdir.

Page 38: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Zaqatala - 67 sortu

Page 39: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Z a q a t a l a i r i y a r p a q l ı s ı. Sort Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun əməkdaşları tərəfindən sortlararası (Ostrolist-450 x 1171) x (İmmunnaya-580 x 1171) x Hibrid-66) hibridləşmə yolu ilə alınmışdır.Ümumi xarakteristikası: Sort xəstəlik və zərərvericilərə, quraqlığa, yağışa davamlı, vegetasiya dövrü nisbətən orta və az pöhrə verəndir. Bitkiləri uca boyludur. Çiçək qrupu hamaşçiçək, qalxanvaridir. Sort orta yetişən və rəngi açıq-yaşıldır. Yarpaq və bitki sonradan yaşıl rəngə çevrilir. Yarpağın səthi orta qabarıq şəklindədir. Bir bitkidən 38 ədəd yarpaq dərilir. Yarpaqlar olduqca böyükdür, uzunluğu 55-60 sm, eni 28-30 sm-ə çatır. Şitillər suvarılmayan sahələrdə 70 x 30 sm, suvarılan sahələrdə isə 70 x 40 sm sxemində əkilməlidir.Şitil basdırıldıqdan çiçəkləməyə qədər 113 gün, orta yarus yarpaqların yetişməsinə qədər 125 gün son qırıma (yarpaq dəriminə) qədər130 gün keçir. Sahədə 20% çiçəkləmə varsa çiçək qruppu vurulur. Yarpaq məhsulu 5 dərimlə aparılır. Tərkibində nikotinin miqdarı 2,0-2,2% olur.Məhsuldarlığı: Sort hektardan orta hesabla 47,0 sentner məhsul verir. Birinci və ikinci növ çıxımı 91% təşkil edir. Zaqatala-67 sortundan 4,0 sentner çox məhsul verir, birinci və ikinci növ çıxımı isə 11% artıq olur.Sort 1994-cü ildən Şəki-Zaqatala bölgəsi və Naxçıvan Muxtar Respublikası üçün rayonlaşdırılıb. Sort üçün ən yaxşı sələf payızlıq taxıllar və çoxillik otlar hesab olunur.Əkin müddəti: Tütün toxumları örtülü şitilliyə qış qabağı və yazın əvvəlində açıq ləklərdə səpilməlidir. Açıq sahəyə şitillər aprel ayının 20-dən may ayının 10-na qədər köçürülməlidir.Səpin norması: Şitilliyə toxumun səpin norması qışqabağı 1 m2 sahəyə 0,6 qr, açıq ləklərə 0,3 qr götürülür. Hər hektar sahəyə 48 min şitil əkilməlidir.Gübrə norması: Yüksək və keyfiyyətli məhsul əldə etmək üçün hektara təsiredici maddə hesabı ilə 90 kq azot, 135 kq fosfor, 120 kq kalium gübrəsi və 10 ton peyin verilməsi məsləhətdir.Xarakterik əlamətləri: Samsun-959-dan fərqli olaraq yarpaq səthi qalxanvari dartılmışdır. Orta yarus yarpaqları əsəndir, yuxarıdakılar gövdəyə sıxılandır və onlarda ürəkvarilik yoxdur. Çiçək qrupu qalxanvaridir, orta hissəsi batıq deyil.Aqrobioloji xüsusiyyətləri: İnkişaf fazasının əvvəlində bitkinin boyu ortadır. Dəmyə şəraitdə məhsuldarlığı hektardan 25 sentner, ətirli, əmtəə növ çıxımı 70%-dir. Yüksək çəkim keyfiyyətinə malikdir. Şitil basdırıldıqdan orta yarus yarpaqlarının yetişməsinə qədər 68, axırıncı dərimə qədər isə 110 gün çəkir. Fermentasiya olmuş tütün sarı rəngli olur. Şitillikdə 1 m2 sahəyə səpin norması 0,4 qramdır. Əkin sxemi 70 x 15; 60 x 15 sm-dir. Sort perenosporioz, mozaika xəstəliklərinə və quraqlığa davamlıdır.

Page 40: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Zaqatala iriyarpaqlısı

Page 41: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

O s t r o l i s t - 1519 sortu: 1961-1966-cı illərdə Ümumittifaq Elmi İstehsalat «Tütün» Birliyi seleksiya

şöbəsinin əməkdaşları tərəfindən sortlar arası mürəkkəb hibridləşdirmə yolu ilə alınmışdır.

Sortun alınmasında xarici sortlardan 14 №-li (debneqi)» 3 №-li (nikosiana qudspid) Avstraliya hibridləri,

perenosporioz xəstəliyinə davamlı Ostrolist -2747 və mozaika xəstəliyinə davamlı Peremojts-33 sortları

iştirak etmişdir.

Bitkinin güclü inkişafı, məhsulun növü və perenosporioz xəstəliyinə davamlılığı nəzərə alaraq hibridlərdən

fərdi seçmə aparılmışdır. Bu sort iri yarpaqlı tütün becərən və perenosporioz xəstəliyi yayılmış Ukrayna,

Moldova, Azərbaycan, Şərqi Gürcüstan və Krasnodarın dağətəyi bölgələri üçün nəzərdə tutulmuşdur.

Morfoloji əlamətləri: Şitili açıq yaşıl rənglidir. Bitkisinin forması konusvari-dairə, çiçək qrupu qalxanvari,

ləçəkləri zəif çəhrayı, orta sıxlıqda, açıq-yaşıl yarpaqları yuxarı dartılmış, yapaq ayası girdə, dartılmış düz,

hər bitki üzərində texniki yetişmiş yarpaqların miqdarı 30-35 ədəd, orta yarus yarpaqlarının uzunluğu 61 sm,

eni 27 sm-ə qədərdir.

Aqrobioloji xüsusiyyətləri: Bitkinin hündürlüyü 150-180 sm olmaqla vegetasiya dövrü yuxarı yarpaqların

yetişməsinə qədər 101-105 gün çəkir. Hektardan 35-40 sentner məhsul verir ki, həmin məhsulun 85%-ə

qədəri açıq rəngli olur. Çəkim keyfiyyəti yüksəkdir, 70 x 30 sm, 70 x 40 sm sxemində əkilir. Şitillikdə 1 m2

sahəyə 0,5 qram toxum səpilir. 5-6 dəfə qırım (yarpaqların yığımı) aparılır, məhsulu skeletlidir.

Page 42: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Tütünün Ostrolist B - 27 - 47 sortu

Page 43: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Z a q a t a l a – 1: Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun əməkdaşları tərəfindən alınmışdır.

Sortun alınmasında (Berley-11 x Pərzuvan-81) Ğ-1 x İmmunnaya-580 x 117 LĞ-2 x Ostrolist-1519

sortlarından istifadə edilmişdir. Bitkinin güclü inkişafı, məhsulun əmtəə növü xəstəlik və zərərvericilərə

davamlılığı nəzərə almaqla hibridlərdən fərdi seçmə aparılmışdır. Bu sort iriyarpaqlı tütün becərən Şəki-

Zaqatala bölgəsi üçün nəzərdə tutulub. Yüksək məhsuldarlığı və keyfiyyətinə, yan pöhrələri az

verməsinə, quraqlığa, şaxtaya, xəstəlik və zərərvericilərə davamlılığına görə Zaqatala-67 sortundan

üstündür. Orta gecyetişəndir. Orta hesabla hər hektardan 45 sentner məhsul (91%-i 1-ci və 2-ci) verir.

Tərkibindəki keyfiyyət göstəricisi Şmuk ədədi nisbətən yüksəkdir. Yarpaqları olduqca yüksəkdir. Bir

bitkidən 40-45 ədəd texniki yetişkən yarpaq yığılır. Orta yarus yarpaqlarının uzunluğu 60-65, eni isə 30-

35 sm olur.

Bir kv.m şitilliyə 0,3-0,4 qram toxum səpilir. Əkin sxemi dəmyə şərait üçün 70 x 40 sm götürülür.

Xəstəlik və zərərvericilərə davamlıdır. Tez boy atandır, bitkisinin forması silindir şəkillidir. Yarpağının

forması oval, səthi hamardır. Yarpaqların kənarları dalğalıdır, açıq-sarı rəngə çalır. Bitkinin boyu 160-170

sm olmaqla son yarpaqların yetişməsinə qədər 115-120 gün çəkir. Çəkim keyfiyyəti yüksəkdir.

Page 44: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Zaqatala – 1 sortu

Page 45: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Trapezond-1: Sort Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Zaqatala təcrübə

stansiyasında sortlararası hibridləşdirmə nəticəsində təşkilatın əməkdaşları tərəfindən

yaradılmışdır. Bu sort yarımətirli siqaret istehsalı üçün əlverişlidir. Yüksək və keyfiyyətli

məhsudarlığına, yan zoğları az verməsinə, quraqlığa, şaxta və xəstəliklərə davamlı

olmasına görə fərqlənir. Sort hər hektardan 40-42 sentner (90%-ə qədər 1-ci və 2-ci növ)

məhsul verir. Yarpaq məhsulunun tərkibində nikotinin miqdarı azdır. Orta, nisbətən tez

yetişəndir. Vegetasiya müddəti 120-130 gün çəkir. Bir bitkidən 40-45 yarpaq dərilir. Su

saxlama və fermentasiya olunması yaxşıdır.

Morfoloji əlamətləri: Şitilləri açıq-sarı rəngli, yarpaqları saplaqlı, tez böyüyəndir. Yarpaq

ayası hamar, az dartılan, səthi dalğalı kimidir. Yarpağın uzunluğu 45 sm, eni 22-25 sm

təşkil edir. Çiçək qrupu nisbətən azdır. Yarpağın materiallığı yüksəkdir, yatmaya və

yanmaya davamlıdır.

Aqrobioloji xüsusiyyətləri: Sortun 1 m2-ə səpin norması 0,3-0,4 qramdır. Nəmliyə

tələbkardır. Qida sahəsi 70 x 15; 70 x 20 sm götürülür. Yarpaq məhsulu 5 dərimə yığılır.

Çiçək və yan pöhrələrin vurulması 20-25% olduqda aparılır.

Page 46: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Trapezond – 1 sortu

Page 47: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

D ü b e k – 2898: Sort Ümumittifaq Tütünçülük İnstitutunun Frunze təcrübə stansiyasında

əldə edilmişdir. Sortun alınmasında Ostrokonets 45/1906 və Dübek-262 sortları iştirak

etmişdir. Bu sort Şəki-Zaqatala bölgəsində hektardan 25-30 sentner məhsul verir.

Sort hündürboyludur, 180-190 sm, silindir formalı, yarpaqları sallanandır. Yarpaqların

uzunluğu 25-30 sm, eni 14-18 sm təşkil edir. Yarpaqlar ellips formalı və səthi kiçik

qabarıqlıdır. Bir bitkidə 30-35 ədəd yarpaq olur, texniki yetişkən yarpaqlar 26-28 ədədə

qədərdir. Orta yetişən sortdur. Əkildikdən yuxarı yarpaqların yetişməsinə qədər 115-117

gün çəkir. Məhsuldarlığına gəldikdə Ostrokonets-45 sortundan 25% artıq məhsul verir.

Yalançı unlu şeh xəstəliyi və tütün mozaikasına qarşı davamlıdır. Məhsulun tərkibində

nikotinin miqdarı 1,4-1,5%, şəkər 13-15%, ətirliliyi isə 24 bal təşkil edir.

Sortun (məhsulun) tərkibində şəkər çox və zülalın miqdarının az olmasına görə çəkim

keyfiyyəti yüksəkdir.

Page 48: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Dubeyk sortu

Page 49: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Dubek - 2898

Page 50: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

“Barley” botaniki sortu

Page 51: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

TƏNBƏKİ BİTKİSİNİN MORFOLOJİ QURULUŞU

Tənbəkinin kökü torpağın 1,5 m-ə qədər dərinliyinə işləyir. Əsas kök kütləsi 30-40 sm

dərinlikdə yerləşir. Gövdəsi 0,5-1,5 m hündürlüyündə, dik vəziyyətlidir, bəzi sortları əsas

hissəsində budaqlanır. Gövdənin en kəsiyi tütündə olduğu kimi qabırğalı, yaxud, dairəvidir,

içərisi dolu, səthi sərt tükcüklərlə örtülü və yapışqanlıdır.

Yarpaqları iri ayalı və saplaqlıdır. Yarpaq ayası 10-30 sm uzunluğunda, ürək yaxud yumurta

formalı, azacıq dairəvi kimidir. Adi tütündən fərqli olaraq ayanın səthi kəskin qırışıqlı,

nəhayəti kütdür. Bir bitkidə 12-20 yarpaq əmələ gəlir.

Tənbəkinin çiçəkləri nisbətən iri, sıx və yığcam süpürgədə toplanır. Çiçəyinin tacı badə

formalı, yaşılımtıl-sarı, yaxud sarı rənglidir. Özü-özünə tozlanan bitkidir. Həşəratlar vasitəsi

ilə çarpaz tozlanma da gedir. Meyvəsi 0,7-1,6 sm uzunluğunda ellipsvari və yumurtavarı,

yarımkürə formalı qozadır. Toxumları darçını-sarı rəngli xırdadır. 1000 ədəd toxumunun

kütləsi 250-500 mq-dır.

Page 52: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Тənbəki (Nicotiana rustica L.) : 1, 2 – битки ъцъярти вя чичяклямя фазасында; 3 – будаьын йухары щиссяси чичяк групу иля; 4 – мейвя; 5 – тохум.

Page 53: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Tənbəki bitkisinin ümumi görünüşü

Page 54: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Pexles 39/ 34 tənbəki sortu1 - bitkinin ümumi görünüşü, 2 - çiçəyi

Page 55: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Tənbəki yarpağının əsas formaları: 1 - ürəkşəkilli, 2 - üçbucaqşəkilli, 3 - kürəkşəkilli, 4 - ellipsvari, 5 - yumurtavari, 6 - böyrəkşəkilli

Page 56: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

Tənbəki sortlarının qruplaşdırılması

Tənbəkinin sortları yarpaqlarının, çiçək tacının və məhsulunun rənginə görə iki qrupa

bölünür: - yaşıl tənbəki, sarı tənbəki. Yaşıl tənbəkinin yarpaqları açıq yaşıl, yaxud tünd

yaşıl, çiçəyinin tacı sarımtıl yaşıl rənglidir. Bu qrupun texniki yetişmiş məhsulu darçını,

qızılı və başqa rəngə çalan yaşıl olur. Yaşıl tənbəki əsasən çəkmək, nikotin və turşu (limon

turşusu) istehsalı üçün istifadə edilir.

Sarı tənbəkinin yarpaqları sarımtıl, çiçəkləri nisbətən açıq sarımtıl rənglidir. Məhsulu açıq

darçını, qırmızımtıl, narıncı rənglidir. Sarı tənbəkinin sortları çəkmək üçün əla keyfiyyətli

tənbəki hazırlanmasında istifadə edilir.

Hər qrup öz sırasında bitkisinin quruluşu, bioloji xüsusiyyətinə və eləcə də alınan

məhsulun keyfiyyətinə görə sortlara ayrılır.

Page 57: AZƏRBAYCAN  DÖVLƏT  AQR A R  UNİVERSİTETİ Bitkiçilik  və bitki mühafizəsi kafedrası

DİQQƏTİNİZƏ GÖRƏ SAĞ OLUN!