“Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir” A · 2020-07-24 · rəqəmi...

8
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 190 (29455) 19 sentyabr 2020-ci il, şənbə Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib “Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin qorunub sax- lanılması, inkişaf etdirilməsi və dünya- da tanıdılması naminə əlindən gələni əsirgəməyən hər kəsə səmimi təbriklərimi yetirir, onlara bu işdə böyük uğurlar və nailiyyətlər arzulayıram. Bu gün 135 illiyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Arzu edirəm ki, milli musiqimiz öz ənənələrini qoruyub saxlayaraq yeni səslərlə, yeni ifalarla və yanaşmalarla daim zənginləşsin!”. AZƏRTAC Azərbaycanda kəndlər, qəsəbələr, şəhərlər getdikcə simasını dəyişir, gözəlləşir. Belə yeniləşmə paytaxtımızda, eləcə də Bakıətrafı ya- şayış sahələrində də özünü qabarıq büruzə verir, sosial obyektlər inşa olunur, yollar çəkilir, yeni iş yerləri yaradılır. Bütün bunlar isə, şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi sosial siyasətin, insanlara göstərdiyi diqqət və qayğının, gündəlik nəzarətin bariz ifadəsidir. Azərbaycan Prezidenti İlham Əliyev bir müddət bundan əvvəl açılışında iştirak etdiyi Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin istifadəyə verilməsi də vur- ğulanan fikrin bariz ifadəsidir. Yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Keçid dövlət başçısının imzala- dığı sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib. Yeri gəlmişkən, Bakı şəhərində indiyədək in- sanların rahatlığına hesablanan bu cür 113 piya- da keçidi tikilib istifadəyə verilib. Onlardan 41-i yerüstü, 72-si yeraltı piyada keçididir. Ölkəmizin respublika əhəmiyyətli magistral yollarında 64 yeraltı və yerüstü piyada keçidi istifadəyə veri- lib. Rayon və şəhərlərin daxilində isə 3 (Quba, Zaqatala, Qəbələ) piyada keçidi tikilib. Bu günədək ölkədə 180 piyada keçidi inşa olunub. Hazırda respublika üzrə avtomobil yollarında 9 ərazidə piyada keçidinin inşası davam etdirilir. İstər haqqında bəhs etdiyimiz yerüstü piyada keçidlərinin, istərsə də son vaxtlar digər sosial obyektlərin istifadəyə verilməsi bir neçə cəhətdən diqqət çəkir. Bu, ilk növbədə, Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə şəraitində əvvəlki vaxtlarda ol- duğu kimi, sosial layihələrin uğurla həyata keçirilməsindən, mövcud vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərinin daim nəzarətdə saxlanılmasından, mədəni sahənin inkişafına daim diqqət yetirilməsindən xəbər verir. Eyni zamanda, mədəniyyət evlərinin, tam orta məktəblərin, eləcə də yataqxana binalarının istifadəyə verilməsi bir tərəfdən ölkə rəhbərinin sosial sektorun ayrı-ayrı sahələrinə göstərdiyi həssas münasibətin, digər tərəfdən isə dövlətin iqtisadi gücünün mövcudluğunun parlaq ifadəsidir. (ardı 6-cı səhifədə) Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyası- nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulma- sı işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 10,05 milyon (on milyon əlli min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 18 sentyabr 2020-ci il Bu gün qlobal məkanda yaranan çağırışlara uyğun yeni iqtisadi inkişaf hədəflərinin müəyyənləşdirilməsi dünya ölkələri üçün son dərəcə aktual məsələyə çevrilib. Bununla belə, yeni iqtisadi şəraitdə də ölkəmiz inkişafa istiqamətlənib. Bu baxımdan Prezi- dent İlham Əliyevin yaranan yeni çağı- rışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzala- dığı müvafiq fərman və sərəncamlara əsasən milli iqtisadiyyatımızın ayrı- ayrı sahələri üzrə aparılan islahatlar mühüm önəm daşıyıb. Yeni dövrün çağırışına uyğun olaraq hazırda ölkəmizdə daxili tələbatın yerli məhsullar hesabına təmin edilməsi istiqamətində cid- di tədbirlərə başlanılıb. Bununla bərabər, ixracın təşviqi sistemi də artıq işə salınıb. Belə bir şəraitdə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olan sənayeləşməyə xüsusi önəm verilib. Əsas diqqət tələbatın ödənilməsində yerli məhsulların payının artırılmasına, ixrac potensialının yüksəldilməsinə, ümumilikdə neft-qaz amilindən asılılı- ğın daha da azaldılmasına yönəldilib. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında da bu prioritet istiqamət barədə deyib: “Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var”. Dövlətimizin başçısı daha sonra son illərdə bu sahədə genişmiqyaslı layihələr reallaşdırıldığını, hazırda isə idxaldan asılılığın nəzərə çarpdığı sahələrə daha çox diqqət göstərməyin zəruriliyini vurğulayıb: “Harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezi- dent statusu verilməlidir, eyni zaman- da, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ay- rılmalıdır ki, biz idxaldan asılılığımızı maksimum dərəcədə azaldaq. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə – Azərbaycan buna mütləq çalışmalıdır...”. Azərbaycanda yerli məhsulların istehsalının gücləndirilməsində iqti- sadiyyatın şaxələndirilməsi mühüm vəzifə kimi qarşıya qoyulub. Bu zaman qeyri-neft sənayesinin inkişafı prioritet istiqamət olaraq diqqətdə saxlanılıb. Dövlət başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Respubli- kasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi də məhz bu sahəyə xüsusi önəm verilməsinin bariz ifadəsidir. Xatırla- daq ki, adı çəkilən sənəd qeyri-neft sənayesi ilə bağlı yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazır- lanıb. Bu zaman mövcud sahənin rəqabətqabiliyyətliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri xüsusi vurğulanıb. Son illər müasir texnologiyala- rın və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgi- ya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublika- mızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Əlbəttə, bütün bunlar dövlətimizin başçısının uğurlu iqtisadi strategiyası nəticəsində gerçəkləşib. Təkcə son illərdə sözügedən istiqamətdə ölkə rəhbərinin iştirakı ilə həyata keçirilən tədbirlərə qısa nəzər salmaqla bunu aydın görmək olar. Belə ki, Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan “SOCAR karbamid”, yüksəksıxlıqlı polietilen, Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodları istifadəyə verilib. İqtisadi tərəqqidə “Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir” prinsipini strateji kurs kimi müəyyənləşdirən dövlətimizin başçısının rəhbərliyi ilə son illərdə sənayenin modernləşdirilməsi və strukturu- nun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsa- lının genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması və s. vəzifələr uğurla gerçəkləşdirilib. Azərbaycanda ÜDM-in struktu- runda sənayenin üstün artım tempi qlobal trend olaraq dördüncü sənaye inqilabı ilə səsləşir. Sənayenin ÜDM- də xüsusi çəkisinə görə, Avropada ön sırada gedən respublikamız hazır- da sənayenin strukturunda neftdən qeyri-neft bölməsinə uğurlu keçid edir. Təkcə son iki ildə qeyri-neft sənayesində əsas kapitala yönəldilən investisiya 70 faizə yaxın artıb. Təsadüfi deyil ki, Azərbaycanın qeyri- neft sektoru üzrə ixracında qeyri-neft sənaye məhsullarının (neft-kimya, polad, alüminium, ərzaq, müdafiə sənayesi, elektrik enerjisi və s.) həcmi getdikcə yüksəlir. Eyni zaman- da, Azərbaycanın liderliyi ilə Xəzər sahilindən başlamış (Sumqayıt Kimya Sənaye Parkı başda olmaqla) Gürcüs- tan üzərindən Türkiyədə Aralıq dənizi sahilinə (Petkim) uzanan nəhəng bir kimya kompleksi yaradılıb. Buna görə də Azərbaycan artıq beynəlxalq aləmdə bir sənaye dövləti olaraq regionun təkcə enerji mərkəzi deyil, həm də neft-kimya sənayesi mərkəzi kimi tanınıb. Sənayenin qeyri neft-qaz sekto- runda artım qeydə alınması təsadüfi deyil. Bu, neft sənayesində əldə edilən artımın mərhələli şəkildə qeyri-neft sektoruna transfer olması deməkdir. Belə bir vəziyyət, həm də ondan xəbər verir ki, qeyri-neft sekto- ru əldə edilən iqtisadi artıma dominant olaraq təsir göstərir. Yeri gəlmişkən, qeyd edək ki, hazırda qeyri-neft sektorundakı artım ümumi iqtisadi artımdan daha yüksəkdir. Bu, eyni za- manda, 2015-ci ildən sonra dərinləşən islahatlar nəticəsində iqtisadiyyatın mərhələli şəkildə şaxələnməsinin real nəticələrinin olmasından xəbər verir. Bu gün dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesinin inkişafı məqsədilə sənaye park- ları və məhəllələrinin yaradıl- ması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsi diqqət mərkəzində saxlanılır. Sənayenin inkişafında yeni və mütərəqqi mexanizmlərdən olan sənaye məhəllələrinin təşkili də uğurla davam etdirilir. Ölkənin regionların- da 4 sənaye məhəlləsi yaradılıb. Bu sənaye məhəllələrində 38 rezident qeydiyyatdan keçib və bunlardan 22-si artıq fəaliyyət göstərir. Sənaye məhəllələrinə indiyədək sahibkarlar tərəfindən 50 milyon manatdan çox investisiya yatırılıb, 650-dən çox iş yeri açılıb. Sənaye məhəllələrinə daha 90 milyon manatdan çox sərmayə ya- tırılacaq ki, bu da əlavə olaraq 1400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq. (ardı 2-ci səhifədə) A zərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: Nepal Federativ Demokratik Respublikasının Prezidenti Zati-aliləri xanım Bidhya Devi Bhandariyə Hörmətli xanım Prezident! Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcuddur. Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah və əmin-amanlıq arzulayıram. Hörmətlə, İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 17 sentyabr 2020-ci il Prezident İlham ƏLİYEV : Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik Prezident İlham ƏLİYEV : Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik P rezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində son 17 il ərzində ölkəmizin bütün dünya miqyasında nümunəvi sayı- lan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni səmərəli inkişaf modeli formalaşıb. Eyni zamanda, həyata keçirilən davamlı islahatlar nəticəsində Azərbaycan ötən müddətdə respublikanın iq- tisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Bu dövrdə neft gəlirləri hesabına maliyyə imkan- larının genişlənməsi fonunda əsas kapitala kifayət qədər irihəcmli investisiyalar yönəldilib. Ölkəmiz iqtisadi infrastruktur quruculu- ğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atıb. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir Bu gün dünyada hökm sürən COVID-19 pandemiyası dövlətlərin öz potensi- allarını inkişaf etdirməsini, vətəndaşların rifahını yaxşılaşdırmasını çətinləşdirir. Azərbaycanda isə vəziyyət göz önündədir: Ermənistanla müharibə şəraitində olan respublikamızda insan amilinə mühüm önəm verilir, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün müvafiq dövlət proqramları uğurla icra edilir.

Transcript of “Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir” A · 2020-07-24 · rəqəmi...

Page 1: “Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir” A · 2020-07-24 · rəqəmi ictimaiyyətin diqqətinə çat-dırmaq istərdim. Regionların sosial-iqtisadi

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 190 (29455) 19 sentyabr 2020-ci il, şənbə

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində

Milli Musiqi Günü ilə bağlı paylaşım edib

“Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin qorunub sax-lanılması, inkişaf etdirilməsi və dünya-da tanıdılması naminə əlindən gələni əsirgəməyən hər kəsə səmimi təbriklərimi yetirir, onlara bu işdə böyük uğurlar və nailiyyətlər arzulayıram. Bu gün 135 illiyini qeyd etdiyimiz görkəmli Azərbaycan

bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Arzu edirəm ki, milli musiqimiz öz ənənələrini qoruyub saxlayaraq yeni səslərlə, yeni ifalarla və yanaşmalarla daim zənginləşsin!”.

AZƏRTAC

Azərbaycanda kəndlər, qəsəbələr, şəhərlər getdikcə simasını dəyişir, gözəlləşir. Belə yeniləşmə paytaxtımızda, eləcə də Bakıətrafı ya-şayış sahələrində də özünü qabarıq büruzə verir, sosial obyektlər inşa olunur, yollar çəkilir, yeni iş yerləri yaradılır. Bütün bunlar isə, şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi sosial siyasətin, insanlara göstərdiyi diqqət və qayğının, gündəlik nəzarətin bariz ifadəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev bir müddət bundan əvvəl açılışında iştirak etdiyi Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin istifadəyə verilməsi də vur-ğulanan fikrin bariz ifadəsidir. Yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Keçid dövlət başçısının imzala-dığı sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib.

Yeri gəlmişkən, Bakı şəhərində indiyədək in-sanların rahatlığına hesablanan bu cür 113 piya-da keçidi tikilib istifadəyə verilib. Onlardan 41-i yerüstü, 72-si yeraltı piyada keçididir. Ölkəmizin respublika əhəmiyyətli magistral yollarında 64

yeraltı və yerüstü piyada keçidi istifadəyə veri-lib. Rayon və şəhərlərin daxilində isə 3 (Quba, Zaqatala, Qəbələ) piyada keçidi tikilib. Bu günədək ölkədə 180 piyada keçidi inşa olunub. Hazırda respublika üzrə avtomobil yollarında 9 ərazidə piyada keçidinin inşası davam etdirilir.

İstər haqqında bəhs etdiyimiz yerüstü piyada keçidlərinin, istərsə də son vaxtlar digər sosial obyektlərin istifadəyə verilməsi bir neçə cəhətdən diqqət çəkir. Bu, ilk növbədə, Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə şəraitində əvvəlki vaxtlarda ol-duğu kimi, sosial layihələrin uğurla həyata keçirilməsindən, mövcud vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərinin daim nəzarətdə saxlanılmasından, mədəni sahənin inkişafına daim diqqət yetirilməsindən xəbər verir. Eyni zamanda, mədəniyyət evlərinin, tam orta məktəblərin, eləcə də yataqxana binalarının istifadəyə verilməsi bir tərəfdən ölkə rəhbərinin sosial sektorun ayrı-ayrı sahələrinə göstərdiyi həssas münasibətin, digər tərəfdən isə dövlətin iqtisadi gücünün mövcudluğunun parlaq ifadəsidir.

(ardı 6-cı səhifədə)

Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyası-nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulma-sı işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 10,05 milyon (on milyon əlli min) manatı Azərbaycan Avtomobil Yolları

Dövlət Agentliyinə ayrılsın.2. Azərbaycan Respublikasının Maliyyə

Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 sentyabr 2020-ci il

Bu gün qlobal məkanda yaranan çağırışlara uyğun yeni iqtisadi inkişaf hədəflərinin müəyyənləşdirilməsi dünya ölkələri üçün son dərəcə aktual məsələyə çevrilib. Bununla belə, yeni iqtisadi şəraitdə də ölkəmiz inkişafa istiqamətlənib. Bu baxımdan Prezi-dent İlham Əliyevin yaranan yeni çağı-rışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzala-dığı müvafiq fərman və sərəncamlara əsasən milli iqtisadiyyatımızın ayrı-ayrı sahələri üzrə aparılan islahatlar mühüm önəm daşıyıb.

Yeni dövrün çağırışına uyğun olaraq hazırda ölkəmizdə daxili tələbatın yerli məhsullar hesabına təmin edilməsi istiqamətində cid-di tədbirlərə başlanılıb. Bununla bərabər, ixracın təşviqi sistemi də artıq işə salınıb. Belə bir şəraitdə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olan sənayeləşməyə xüsusi önəm verilib. Əsas diqqət tələbatın ödənilməsində yerli məhsulların payının artırılmasına, ixrac potensialının yüksəldilməsinə, ümumilikdə neft-qaz amilindən asılılı-ğın daha da azaldılmasına yönəldilib.

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında da bu prioritet istiqamət barədə deyib: “Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var”.

Dövlətimizin başçısı daha sonra son illərdə bu sahədə genişmiqyaslı layihələr reallaşdırıldığını, hazırda isə idxaldan asılılığın nəzərə çarpdığı

sahələrə daha çox diqqət göstərməyin zəruriliyini vurğulayıb: “Harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezi-dent statusu verilməlidir, eyni zaman-da, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ay-rılmalıdır ki, biz idxaldan asılılığımızı maksimum dərəcədə azaldaq. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə – Azərbaycan buna mütləq çalışmalıdır...”.

Azərbaycanda yerli məhsulların istehsalının gücləndirilməsində iqti-sadiyyatın şaxələndirilməsi mühüm vəzifə kimi qarşıya qoyulub. Bu zaman qeyri-neft sənayesinin inkişafı prioritet istiqamət olaraq diqqətdə saxlanılıb.

Dövlət başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Respubli-kasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi də məhz bu sahəyə xüsusi önəm verilməsinin bariz ifadəsidir. Xatırla-daq ki, adı çəkilən sənəd qeyri-neft sənayesi ilə bağlı yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazır-lanıb. Bu zaman mövcud sahənin rəqabətqabiliyyətliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri xüsusi vurğulanıb.

Son illər müasir texnologiyala-rın və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgi-

ya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublika-mızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. Əlbəttə, bütün bunlar dövlətimizin başçısının uğurlu iqtisadi strategiyası nəticəsində gerçəkləşib. Təkcə son illərdə sözügedən istiqamətdə ölkə rəhbərinin iştirakı ilə həyata keçirilən tədbirlərə qısa nəzər salmaqla bunu aydın görmək olar. Belə ki, Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan “SOCAR karbamid”, yüksəksıxlıqlı polietilen, Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodları istifadəyə verilib.

İqtisadi tərəqqidə “Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir” prinsipini strateji kurs kimi müəyyənləşdirən dövlətimizin başçısının rəhbərliyi ilə son illərdə sənayenin modernləşdirilməsi və strukturu-nun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsa-lının genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması və s. vəzifələr uğurla gerçəkləşdirilib.

Azərbaycanda ÜDM-in struktu-runda sənayenin üstün artım tempi qlobal trend olaraq dördüncü sənaye inqilabı ilə səsləşir. Sənayenin ÜDM-də xüsusi çəkisinə görə, Avropada ön sırada gedən respublikamız hazır-da sənayenin strukturunda neftdən qeyri-neft bölməsinə uğurlu keçid edir. Təkcə son iki ildə qeyri-neft sənayesində əsas kapitala yönəldilən investisiya 70 faizə yaxın artıb. Təsadüfi deyil ki, Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında qeyri-neft sənaye məhsullarının (neft-kimya, polad, alüminium, ərzaq, müdafiə sənayesi, elektrik enerjisi və s.) həcmi getdikcə yüksəlir. Eyni zaman-da, Azərbaycanın liderliyi ilə Xəzər

sahilindən başlamış (Sumqayıt Kimya Sənaye Parkı başda olmaqla) Gürcüs-tan üzərindən Türkiyədə Aralıq dənizi sahilinə (Petkim) uzanan nəhəng bir kimya kompleksi yaradılıb. Buna görə də Azərbaycan artıq beynəlxalq aləmdə bir sənaye dövləti olaraq regionun təkcə enerji mərkəzi deyil, həm də neft-kimya sənayesi mərkəzi kimi tanınıb.

Sənayenin qeyri neft-qaz sekto-runda artım qeydə alınması təsadüfi deyil. Bu, neft sənayesində əldə edilən artımın mərhələli şəkildə qeyri-neft sektoruna transfer olması deməkdir. Belə bir vəziyyət, həm də ondan xəbər verir ki, qeyri-neft sekto-ru əldə edilən iqtisadi artıma dominant olaraq təsir göstərir. Yeri gəlmişkən, qeyd edək ki, hazırda qeyri-neft sektorundakı artım ümumi iqtisadi artımdan daha yüksəkdir. Bu, eyni za-manda, 2015-ci ildən sonra dərinləşən islahatlar nəticəsində iqtisadiyyatın mərhələli şəkildə şaxələnməsinin real nəticələrinin olmasından xəbər verir.

Bu gün dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesinin inkişafı məqsədilə sənaye park-ları və məhəllələrinin yaradıl-ması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsi diqqət mərkəzində saxlanılır.

Sənayenin inkişafında yeni və mütərəqqi mexanizmlərdən olan sənaye məhəllələrinin təşkili də uğurla davam etdirilir. Ölkənin regionların-da 4 sənaye məhəlləsi yaradılıb. Bu sənaye məhəllələrində 38 rezident qeydiyyatdan keçib və bunlardan 22-si artıq fəaliyyət göstərir. Sənaye məhəllələrinə indiyədək sahibkarlar tərəfindən 50 milyon manatdan çox investisiya yatırılıb, 650-dən çox iş yeri açılıb. Sənaye məhəllələrinə daha 90 milyon manatdan çox sərmayə ya-tırılacaq ki, bu da əlavə olaraq 1400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.

(ardı 2-ci səhifədə)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir:

Nepal Federativ Demokratik Respublikasının Prezidenti Zati-aliləri

xanım Bidhya Devi Bhandariyə

Hörmətli xanım Prezident!

Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcuddur.

Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 sentyabr 2020-ci il

Prezident İlham ƏLİYEV: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik

Prezident İlham ƏLİYEV: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik

Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində son 17 il ərzində ölkəmizin bütün dünya miqyasında nümunəvi sayı-lan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni səmərəli

inkişaf modeli formalaşıb. Eyni zamanda, həyata keçirilən davamlı islahatlar nəticəsində Azərbaycan ötən müddətdə respublikanın iq-tisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Bu dövrdə neft gəlirləri hesabına maliyyə imkan-larının genişlənməsi fonunda əsas kapitala kifayət qədər irihəcmli investisiyalar yönəldilib. Ölkəmiz iqtisadi infrastruktur quruculu-ğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atıb.

Bu gün Bakı dünyanın ən gözəl

şəhəri kimi inkişaf edir

Bu gün Bakı dünyanın ən gözəl

şəhəri kimi inkişaf edir

Bu gün dünyada hökm sürən COVID-19 pandemiyası dövlətlərin öz potensi-allarını inkişaf etdirməsini, vətəndaşların rifahını yaxşılaşdırmasını çətinləşdirir. Azərbaycanda isə vəziyyət göz önündədir: Ermənistanla müharibə şəraitində olan respublikamızda insan amilinə mühüm önəm verilir, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün müvafiq dövlət proqramları uğurla icra edilir.

Page 2: “Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir” A · 2020-07-24 · rəqəmi ictimaiyyətin diqqətinə çat-dırmaq istərdim. Regionların sosial-iqtisadi

19 sentyabr 2020-ci il, şənbə2

ABŞ-ın məşhur radio şousunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən proqram yayımlanıb

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, müsahibə zamanı səfir Elin Süleymanov sentyabrın 15-də Ağ Evdə təşkil olunan “Abraham” razılığının imzalanma mərasimində iştirak etdiyini və Azərbaycanın dünyada mədəniyyətlər və dinlərarası sülh və dialoqun təşviqinin həmişə tərəfdarı olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə sentyabrın 16-da Azərbaycanın yəhudi icmasını təbrik etdiyini bildirən Elin Sü-leymanov, Azərbaycan yəhudi icmasının əsrlər boyu Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşadığını xatırladıb.

Elin Süleymanov Azərbaycanın müsəlman ölkəsi olaraq İslam dünyası üçün önəm daşıyan məsələləri təşviq etməklə yanaşı, İsrail ilə də normal diplo-

matik əlaqələr qurmağı bacardığını bildirib, bu mənada Azərbaycanın dünyanın bir çox ölkələri üçün nümunə ola biləcəyini qeyd edib və ölkəmizin İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarı olduğunu diqqətə çatdı-rıb.

Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmalara diqqət çəkən Elin Süleymanov, Ermənistanın sonuncu hərbi təxribatı nəticəsində bir azərbaycanlı əsgərin yaralandığını bildirib və Ermənistanın regionda sülhün və hətta öz xalqının rifahı əleyhinə olan addımlar atmaqda davam etdiyini vurğulayıb. Ru-siyanın Ermənistana silah göndərməsinin Azərbaycan üçün ciddi narahatlıq ya-ratdığını qeyd edən E.Süleymanov, hazırda bu məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan və Rusiya arasında

müzakirələrin aparıldığını diqqətə çat-dırıb. Səfir ABŞ, Fransa və Rusiyanın həmsədri olduğu ATƏT-in Minsk Qrupunun fəaliyyətinin nisbətən passiv olduğunu bildirib və həmsədr ölkələrin Ermənistan və Azərbaycan arasında sülhə nail ol-maq üçün kifayət qədər fəallıq nümayiş etdirmədiklərini təəssüf hissi ilə qeyd edib.

Elin Süleymanov Ermənistanın Suriya və Livandan olan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirdiyini və bununla da həmin ərazilərdə demoqrafik vəziyyəti dəyişməyə çalışdığını vurğula-yıb. Kristofer Nikson Koks son zamanlar Prezident Donald Trampın bir neçə sülh razılaşmasına nail olduğunu vurğulayaraq, ABŞ tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün nə edə biləcəyini sual edib. Buna cavab olaraq Elin Sü-leymanov ABŞ rəhbərliyinin öz Fransa və Rusiya həmkərları ilə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsipi əsasında Azərbaycan və erməni xalqlarının gələcəyi naminə sülh razılaşmasına nail olmaqla ABŞ-ın özünün də maraqlarını təmin edə biləcəyini qeyd edib.

Səfir Elin Süleymanovun “Con Batçelor Şou” radio proqramında yayımlanan hazırkı müsahibəsi ilə aşağıdakı elekt-ron keçid vasitəsilə tanış olmaq olar: https://audioboom.com/posts/7684762-the-abraham-accord-illustrates-that-azerbaijan-s-friendship-with-israel-has-established-a-trend-f

AZƏRTAC xəbər verir ki, sentyabrın 16-17-də icma Xor-vatiyanın səfiri Branko Zebiç, Çexiyanın səfiri Milan Ekert, Macarıstanın səfiri Viktor Sze-derkenyi və Latviyanın səfiri

Dainis Qarançs ilə görüşlər keçirib.

Görüşlər zamanı icmanın nümayəndələri Ermənistanın təcavüz siyasəti, işğal etdi-yi ərazilərimizdə qanunsuz

fəaliyyəti, təbii resurslarımızın istismarı, müharibə cinayəti hesab edilən məskunlaşdırma siyasəti, su resurslarından təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalimizə qarşı eko-loji terror vasitəsi kimi istifadə etməsi kimi məsələləri xüsusi olaraq vurğulayıblar. İcmanın

nümayəndələri təcavüzkar Ermənistanın torpaqlarımızın işğalına son qoyması, qaçqın və məcburi köçkün əhalimizin öz doğma yurd-yuvasına qayıtması üçün beynəlxalq təşkilatların Ermənistana təzyiq göstərməsinin vacibliyini bildiriblər.

ABŞ-ın məşhur radio aparıcısı Con Bat-çelor və ABŞ-ın sabiq Prezidenti

Riçard Niksonun nəvəsi, siyasi şərhçi Kristofer Nikson Koks sentyabrın 16-da Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süley-manovdan müsahibə götürüb və sözügedən müsahibə ABŞ-ın Nyu York şəhərindən yayımlanan, çoxmilyonluq dinləyici auditoriya-sına malik nüfuzlu “Con Batçelor Şou” radio proqramında yayımlanıb.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər

Ermənistanın Azərbaycana qarşı daha da intensivləşmiş aqressiv siyasəti ilə regionda gərginləşən vəziyyətlə əlaqədar Azərbaycan Respubli-kası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri müxtəlif ölkələrin Azərbaycandakı diploma-tik nümayəndəlikləri ilə məlumatlandırıcı görüşlərini davam etdirir.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI№ 344 Bakı şəhəri, 18 sentyabr 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 2011-ci il 18 iyul tarixli 120 nömrəli və “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 11 fevral tarixli 40 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 747; 2012, № 8, maddələr 827, 830; 2013, № 3, maddə 347, № 7, maddə 886, № 8, maddə 1017, № 10, maddə 1218; 2014, № 1, maddələr 51, 69, № 2, maddə 201, № 4, maddə 441, № 5, maddələr 572, 594, № 6, maddə 747, № 8, maddə 1015, № 12, maddələr 1658, 1666; 2015, № 2, maddə 227, № 11, maddə 1417; 2016, № 3, maddə 609, № 4, maddə 831, № 5, maddə 955, № 7, maddə 1353, № 8, maddə 1437, № 9, maddələr 1585, 1589, № 12, maddə 2241; 2017, № 5, maddə 966, № 10, maddələr 1890, 1919, № 11, maddə 2168, № 12 (II kitab), maddələr 2476, 2487, 2507; 2018, № 3, maddələr 588, 632, № 6, maddə 1374, № 7 (II kitab), maddə 1668, № 8, maddə 1807, № 9, maddə 1906, № 10, maddələr 2142, 2172, № 11, maddə 2426; 2019, № 3, maddələr 529, 563; 2020, № 2, maddə 204, № 4, maddə 500, № 5, maddə 652; Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2020-ci il 25 avqust tarixli 306 nömrəli Qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin 69-cu hissəsi yeni redaksiyada verilsin və aşağıdakı məzmunda 69-1-ci hissə əlavə edilsin:

69. Azərbaycan Respublikasınıninzibati məhkəmələri 8 8

69-1. Azərbaycan Respublikasının kommersiya məhkəmələri 8 8

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 191, № 4, maddə 479) ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 1.1.9-cu yarımbəndində “İnzibati-iqtisadi” sözləri “inzibati” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

Yüksək bal toplamış kursantlarla görüş keçirilib � 2020-ci ildə respublikamızın ümumtəhsil məktəblərini bitirmiş və

qəbul imtahanlarında yüksək nəticələr göstərərək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasına qəbul olunmuş bir qrup kursantla DTX Kollegiya üzvlərinin görüşü keçirilib. Bu barədə AZƏRTAC-a Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

DTX-nin rəisi general-leytenant Əli Nağıyev kursantları təbrik edib, onlara təhsildə müvəffəqiyyətlər arzulayaraq tap-şırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb.

Xidmət rəisi ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil müəssisəsinə daxil olmağın hər bir gənc Azərbaycan vətəndaşı üçün şərəfli olduğunu, eyni zamanda, böyük

məsuliyyət tələb etdiyini bildirib. Gene-ral-leytenant Əli Nağıyev gənclərin təhsil müddətində əldə edəcəkləri spesifik bilikləri Vətənin müstəqilliyinin, ərazi bütövlüyünün və dövlətin təhlükəsizliyinin etibarlı qorunması istiqamətində uğurla tətbiq edəcəklərinə, Azərbaycan Respub-likasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli maraqlarının təmin olunmasına vicdanla

xidmət edəcəklərinə əminliyini bildirib. Görüşdə çıxış edən kursantlar

ölkəmizdə təhsilin inkişafına, gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar dövlət təhlükəsizliyi orqanlarının sıralarında Vətənə və xalqa sədaqətlə xidmət etmək üçün bundan sonra da əzmlə çalışaraq təlim və təhsildə daim nailiyyətlər qazanacaqlarını ifadə ediblər.

Sonra general-leytenant Əli Nağıyev kursantlara hədiyyələr təqdim edib.

Qeyd olunmalıdır ki, DTX-nin xüsusi ali təhsil müəssisəsinə 2020-2021-ci tədris ili üçün qəbul imtahanlarında 600 bal və daha yuxarı nəticələr göstərmiş kursantla-rın sayı əvvəlki illərlə müqayisədə üstünlük təşkil edib, ən yüksək bal isə 685 olub.

Prezident İlham ƏLİYEV: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik

(əvvəli 1-ci səhifədə)Prezident İlham Əliyevin

rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, ixracyö-nümlü məhsullar istehsal edən müəssisələrin yaradılması və ümumilikdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox mühüm layihələr icra olunur. Bu baxımdan, həyata keçirilən işlər arasında aqrar sənaye komplekslərinin yaradılması müstəsna əhəmiyyət kəsb edir. Aqrar sektorun inkişafında, regi-onlarda iqtisadi potensialın artırıl-masında, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində yeni

metod və üsulların tətbiqi, qa-baqcıl texnologiyalara əsaslanan aqroparkların və iri fermer təsərrüfatlarının qurulması özündə mühüm amilləri və hədəfləri birləşdirir.

Bütün bunlar Azərbaycanda daxili tələbatın yerli məhsullar hesabına təmin edilməsi siyasətinin aqrar sektorda da diqqət mərkəzində saxlanıldığını göstərir. Koronavirus pandemi-yası ilə mübarizə şəraitində kənd təsərrüfatı məhsul istehsalçıla-rının zərər çəkməməsi üçün bir sıra kompleks tədbirlərin həyata keçirilməsi də məhz bununla bağlıdır.

Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında respublikada kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artıb. Bitkiçilik sektoru üzrə artım 0,7 faiz, heyvandarlıq üzrə isə 3,2 faiz olub.

Yeri gəlmişkən, bu müsbət göstəricilər bir tərəfdən korona-virus pandemiyası, digər tərəfdən quraqlıq və su qıtlığı şəraitində qeydə alınıb.

Onu da xatırladaq ki, cari ilin yanvar-iyul aylarında 444 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub. Kartof ixracı 26 faiz, tərəvəz ixra-

cı 13,5 faiz, albalı və gilas ixracı 15 faiz artıb.

Qeyd edək ki, kənd təsərrüfatının subsidiyalaşdı-rılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisiya-ların və ixracın təşviqi, lisenziya-laşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması, yerli istehsa-lın stimullaşdırılması məqsədilə dövlət satınalmalarında yerli məhsulların dəyərinə 20 faiz güzəştin tətbiqi, habelə digər dövlət dəstəyi mexanizmləri ölkədə daxili tələbatın yerli məhsullar hesabına təmin edilməsi siyasətinin mahiyyətini göstərir.

V.BAYRAMOV, “Xalq qəzeti”

“Əsrin müqaviləsi” və Azərbaycanın müasir reallıqları” mövzusunda videokonfrans keçirilib

Tədbirdə çıxış edən Azərbaycan Respub-likası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən bəhs edib. O bildirib ki, Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrinin sırasın-da 1994-cü ilin 20 sentyabrında imzalanmış “Əsrin müqaviləsi”nin xüsusi yeri var. Müasir tariximizin ən önəmli hadisələrini sadalama-lı olsaq, onların sırasında ümummilli lider Heydər Əliyevin 1993-cü ildə möhtəşəm qayıdışını və bu qayıdışın bilavasitə nəticəsi kimi qiymətləndirilməli olan bu neft sazişi-nin imzalanmasını qeyd etmək yerinə düşər. Çünki ulu öndər hakimiyyətə qayıtmamış-dan əvvəl də neft sazişi imzalamaq cəhdləri olmuşdu, amma bu cəhdlər nəticə verməmişdi. Çünki ölkəmizdə ictimai-siyasi sabitlik yox idi, Azərbaycan müharibə vəziyyətində idi, həmçinin ölkəmizin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi ilə bağlı kənardan təhdid və təzyiqlər də var idi.

YAP sədrinin müavini qeyd edib ki, Azərbaycanın çətin zamanlarında ümum-milli lider bu müqavilənin imzalanmasına nail oldu. O deyib ki, müharibə şəraitində olmasına baxmayaraq, Azərbaycan dünyanın enerji mərkəzinə çevrildi. Dünyanın nüfuzlu dövlətləri, nəhəng şirkətləri ölkəmizə cəlb olundu. Bu sazişin imzalanması Azərbaycan iqtisadiyyatının inkişafının əsasını qoydu. Azərbaycan nefti dünya bazarına çıxarıldı, ölkəyə valyuta kütləsi daxil oldu və bununla da inkişaf prosesləri başlandı. Beləliklə, 1994-cü il sentyabr ayının 20-də təkcə Azərbaycanın iqtisadiyyatı və enerji sahəsi üçün deyil, bütövlükdə qlobal enerji siyasətinin həyata keçirilməsi baxımından böyük əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalandı.

Baş Nazirin müavini qeyd edib ki, “Əsrin müqaviləsi”nin imzalanması birmənalı şəkildə Heydər Əliyevin böyük dühası-nın və iradəsinin sayəsində mümkün olub. Azərbaycan dövlət müstəqilliyini yenicə əldə etmişdi. Ölkəmizin daxilində və ətrafında gedən siyasi proseslər müəyyən səbəblərdən başa çatmamışdı. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi əzəmətli siyasətə Azərbaycanın neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi də daxil idi. O zaman Azərbaycanda vəziyyət tam sabitləşməmişdi, ölkə müharibə vəziyyətində idi və digər risk amilləri də mövcud idi. Bütün bunlara baxmayaraq, Heydər Əliyev Azərbaycan və bütövlükdə dünya enerji bazarı üçün əhəmiyyət kəsb edən bu layihəni işləyib hazırlayıb həyata keçirə bildi.

YAP sədrinin müavini söyləyib ki, Prezi-dent İlham Əliyevin rəhbərliyi ilə neft strate-giyası uğurla davam edir və artıq 26 ildir ki, “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadiyya-tına və xalqın rifahına xidmət etməkdədir. Bu layihənin ən böyük əhəmiyyəti Azərbaycana böyük maliyyə ehtiyatlarının gəlməsi, bu ehtiyatlar hesabına iqtisadiyyatın inkişaf etdirilməsi, insanların rifah halının yaxşılaş-ması, ölkədə infrastrukturun yeniləşməsidir. “Əsrin müqaviləsi”nin geosiyasi cəhətdən də böyük əhəmiyyəti var. Belə ki, Azərbaycanın həm regionda, həm də dünya birliyində siyasi mövqeyi, nüfuzunun möhkəmlənməsində bu layihənin uğurla həyata keçirilməsi mühüm

əhəmiyyət kəsb edir.Əli Əhmədov deyib ki, neftdən gələn

gəlirlər xalqımızın rifahının yüksəlməsinə xidmət edir. Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımların əhəmiyyətini vurğulayan Baş Nazirin müavini neft strategi-yasının bundan sonra da uzun illər Azərbaycan xalqına xidmət edəcəyini diqqətə çatdırıb.

Videokonfransda geniş məruzə ilə çıxış edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, 26 il əvvəl imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycanda və ümumən regionda yeni bir dövr başlandı. Bu, öz mahiyyətinə görə müstəqillik tariximizin ən mühüm hadisələrindən idi. Nazir vurğulayıb ki, bu gün Azərbaycanın dünyada tutduğu yer 26 il əvvəlkindən çox fərqlənir. Azərbaycan müstəqillik yollarında ilk kövrək addımlarını atan, zəif, qeyri-sabit, sosial-iqtisadi həyatı tənəzzülə məruz qalmış bir ölkədən bu gün regionun liderinə, qlobal enerji-kommuni-kasiya layihələrinin müəllifinə, beynəlxalq aləmdə yüksək nüfuza malik davamlı inkişaf edən bir dövlətə çevrilib. Ölkəmizi bu səviyyəyə yüksəltmiş nailiyyətlərin təməlində isə məhz “Əsrin müqaviləsi” durur. 1991-ci ildə müstəqilliyin əldə edilməsi Azərbaycanın artıq öz taleyinə sahib olmasının rəsmi təsdiqi idisə, “Əsrin müqaviləsi” də bunun əməli sübutu idi. Bununla xalqımız neçə onilliklərdən sonra artıq öz halal sərvətlərinin sahibinə çevrildiyini və bu sərvətdən xoşbəxt gələcəyi üçün ən səmərəli şəkildə faydalanmaq əzmini, bacarığını ortaya qoydu. Ümummil-li lider Heydər Əliyevin qətiyyəti, yüksək nüfuzu və uzaqgörənliyi sayəsində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana Xəzər dənizinin karbohidrogen ehtiyatlarının beynəlxalq əməkdaşlıq əsasında uzunmüddətli işlənilməsini, nəhəng neft-qaz şirkətlərinin qabaqcıl təcrübəsindən, yeni texnologiya və investisiyalarından istifadəni təmin etdi”.

P.Şahbazov qeyd edib ki, enerji layihələri Azərbaycanı etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevirdi. “Əsrin müqaviləsi”nin töhfəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi ilə regionda enerji marşrutlarının şaxələndirilməsi ideyasını da məhz Azərbaycan reallaşdırdı. Daha sonra “Şahdəniz” qaz yatağı ilə bağlı imzalanmış saziş, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərinin çəkilməsi, ardınca Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi də bu istiqamətin davamı oldu. Enerji marşrutları-nın şaxələndirilməsi, enerji təhlükəsizliyi kimi hədəflərin Azərbaycanda necə uzaqgörənliklə proqnozlaşdırıldığı müasir dünyamızın reallıq-larında öz təsdiqini tapdı.

Nazirin sözlərinə görə, “Əsrin müqaviləsi”nin davam edən bütün bu uğurları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü enerji siyasətinin, bu siyasətin icrasında Azərbaycan neftçilərinin fədakar əməyinin, eyni zamanda, beynəlxalq neft şirkətləri ilə səmərəli əməkdaşlığımızın, etibarlı tərəfdaşlığımızın töhfələridir. Beləliklə, ötən bu 26 il ərzində xarici tərəfdaşlarla birgə işimizin bəhrələri və Azərbaycan Respublika-sının Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində üç il əvvəl “Azəri-Çıraq-Günəşli”

yataqlarının işlənilməsi ilə bağlı Sazişin müddətinin 2050-ci ilədək uzadılması ilə bu müqavilə, əslində, “İki əsrin müqaviləsi” statu-su qazanmış oldu.

Hazırda dünya miqyasında ziddiyyətli, mürəkkəb və risklərlə dolu proseslərin cərəyan etdiyini deyən P.Şahbazov bildirib ki, bəşəriyyəti yeni çağırışlarla üzləşdirən koronavirus pandemiyası mövcud geosiyasi nizamda və dünyanın enerji mənzərəsində ciddi dəyişikliklərə əsas verir. Azərbaycanın öz inkişafında yeni səviyyəyə yüksəlməsi həm də enerji siyasətini müasir tələblərə uyğun-laşdırması, yeni geosiyasi reallıqlar, iqtisadi, enerji və ekoloji təhlükəsizlik çağırışları şəraitində enerji mərkəzi kimi əhəmiyyətini qoruyub saxlamasından asılı olacaq. Bu bağ-lılıqda “Əsrin müqaviləsi” və onun yol açdığı konkret layihələr vasitəsilə ölkəmizin milli təhlükəsizliyini qlobal təhlükəsizlik formulları ilə əlaqələndirən kursun mühüm rol oynaya-cağı gözləniləndir. İstismara veriləndən bu ilin sentyabrına kimi “Azəri-Çıraq-Günəşli” ya-taqlarından 516 milyon ton neft hasil olunub, Azərbaycan bu yataqlardan dünya bazarına 305 milyon ton neft ixrac edib, SOCAR-a 48 milyard kubmetrdən çox səmt qazı verilib və ümumilikdə layihə hesabına145,8 milyard dol-lar gəlir əldə edilib. Yataqların 2050-ci ilədək işlənilməsi, yeni layihələrə başlanması növbəti 30 ildə bizə bu uğurları davam etdirmək im-kanı verəcək. “Azəri-Çıraq-Günəşli” yataq-larının ölkənin əsas gəlir mənbəyi olduğunu və neft-qaz sektorunun gələcək illərdə də Azərbaycan iqtisadiyyatında mühüm yer tuta-cağını nəzərə aldıqda apstrim əməliyyatlarında davamlılıq strateji əhəmiyyət daşıyır. Neftə qlobal tələbatın azalması, aşağı qiymətlər şəraitində və enerji tranformasiyası dövründə bir çox beynəlxalq enerji şirkətlərinin neft-qaz layihələrindən geri çəkildiyi, bərpa olunan enerjiyə üstünlük verən strategiyalar qəbul et-diyi vaxtda belə bir müqavilənin mövcudluğu kifayət qədər etibarlı təminatdır.

Videokonfransda, həmçinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Əmək və so-sial siyasət komitəsinin sədri Musa Quliyev və İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış ediblər. Çıxışlarda bildirilib ki, bu gün müstəqil Azərbaycanın iqtisadi müstəqilliyini, yüksək maliyyə təminatına malik ölkəyə çevrilməsini şərtləndirən bir sıra amillər sadalamaq mümkündür ki, bunların sırasında da ölkəmizin uğurlu enerji siyasətinin önəmini xüsusi vurğulamaq lazımdır.

Qeyd olunub ki, 26 il öncə “Əsrin müqaviləsi”nın imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılma-sında müstəsna rol oynamış, regionun və Avro-panın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə vermişdir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən neft strategiyası ölkəmizi lider ölkələr səviyyəsinə yüksəldib. Azərbaycan qısa müstəqillik tarixində özünün iqtisadi imkan-larını və milli gəlirlərini əhəmiyyətli dərəcədə artıraraq dünya miqyasında güclü dövlətə çevrilib.

O da vurğulanıb ki, Azərbaycan “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində də inamlı addımlar atır. Res-publikamızda sosial-iqtisadi infrastruktur quruculuğu geniş vüsət alıb. Eyni zamanda, özünün güclü iqtisadi potensialına, geniş maliyyə imkanlarına əsaslanan Azərbaycan ölkə vətəndaşlarının yüksək həyat səviyyəsini təmin etməyi hədəfləyən siyasət həyata keçirir.

Sentyabrın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Əsrin müqaviləsi” və Azərbaycanın müasir reallıqları” mövzusunda videokonfrans keçirilib. Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanda koronavirus infeksiyasından daha 135 nəfər sağalıb, 117 yoluxma faktı qeydə alınıbAzərbaycan Respublikasında koro-

navirus infeksiyasından daha 135 nəfər sağalıb, 117 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, CO-

VID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 38 min 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 424 nəfər müalicə olunaraq sağalıb,

572 nəfər vəfat edib. Aktiv xəstə sayı 1898 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 41 min 184 test aparılıb. Bugünkü test sayı isə 5898-dir.

“Xalq qəzeti”

Azərbaycan ilə İran arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

� Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Nazirlər Kabineti-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki,

görüşdə Azərbaycanla İran arasında siyasi, iqtisadi, mədəni, energetika və digər

sahələrdə dostluq və qonşuluq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, ikitərəfli əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı koronavi-rus pandemiyası ilə mübarizə

sahəsində hər iki ölkədə həyata keçirilən tədbirlər müzakirə edilib. Eyni zaman-da, pandemiya dövründə Azərbaycanla İran arasında tranzit-nəqliyyat sahəsində əməkdaşlıqdan, o cümlədən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə daşıma-ların davam etdirilməsindən məmnunluq ifadə edilib, bu istiqamətdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Page 3: “Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir” A · 2020-07-24 · rəqəmi ictimaiyyətin diqqətinə çat-dırmaq istərdim. Regionların sosial-iqtisadi

19 sentyabr 2020-ci il, şənbə 3 “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələri ziyarət olunub

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, hərbi qulluqçu-ların xidməti və yaşayış şəraitlərinə baxış keçiri-lib, Ermənistan ilə dövlət sərhədindəki sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşüb olub.

“Qazax” əlahiddə sərhəd diviziyasında hərbi tikinti-quru-culuq işlərinin gedişi nəzərdən keçirilib, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun daha da gücləndirilməsi tədbirləri ilə tanış olunub, hərbi hissə və bölmələrin dö-yüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunul-mazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

Sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administ-rasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyası-nın hərbi hissə və bölmələrinə səfər ediblər.

Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb

İnflyasiyanın dinamikası və inflyasiya gözləntiləri

İdarə heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya hədəf dia-pazonunun mərkəzindən aşağıda qalıb. Zəif məcmu tələb şəraitində rəsmi statistikaya görə, avqust ayında qiymətlər 0,2 faiz azalıb, illik inflyasiya isə 2,8 faiz təşkil edib. Aylıq deflyasiya əsasən ərzağın ucuzlaşması hesabına baş verib. Mövsümi amillərin də təsiri ilə avqustda ərzaq qiymətləri 0,5 faiz aşağı düşüb. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətləri isə inersion olaraq dəyişməyib. Ümumilikdə, faktiki inflyasiyanın dinamikası proq-nozlara uyğun olub.

Real sektor müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin azalmaqda da-vam etdiyini təsdiqləyir. Avqustda ötən aya nəzərən inflyasiya gözləntiləri qeyri-neft sənayesi və xidmət sahələrində azalıb, tikinti və ticarət sektorlarında isə demək olar ki, dəyişməyib. Lakin aparılan sorğular inflyasiya gözləntilərinin xarici və daxili mühit amillərinə həssas olduğunu göstərir.

İnflyasiya proqnozu azaldılma istiqamətində təshih edilib. Bunu şərtləndirən əsas amil iyul və avqust aylarında deflyasiya olub. Sentyabrda yenilənmiş proqnozlara görə cari ilin sonuna inf-lyasiya 3-3,2 faiz diapazonunda gözlənilir ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.

Qlobal mühit və xarici sektor göstəriciləri

Xarici mühitdə vəziyyət qeyri-müəyyən olaraq qalır. Bir çox ölkələrdə karantin rejiminin qismən yumşaldılması ilə qlobal iqtisadi aktivlikdə müəyyən yaxşılaşma müşahidə edilsə də, epidemiyanın 2-ci dalğası gözləntiləri fonunda bərpa prosesi çox ləng gedir. Sentyabrın əvvəlində dünya maliyyə bazarlarında, o cümlədən ticarət partnyoru olan ölkələrin valyuta bazarlarında dalğalanmalar yenidən yüksəlib.

Dünya bazarında əmtəə qiymətləri üzrə də volatillik yüksəlib. Avqustda “Brent” markalı neftin orta qiyməti 45 ABŞ dolları olduğu halda, sentyabrın ötən dövründə 42,1 dollara enib. Dünyanın bir çox ölkələrində karantin rejiminin qalması neftə tələbatın davamlı bərpasına mane olur.

Aşağı neft qiymətlərinə baxmayaraq ilin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli qalır ki, bu da strateji valyuta ehtiyatlarının artması-na şərait yaradır. Hazırda strateji valyuta ehtiyatları 51,4 milyard ABŞ dolları təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 0,6 faiz çoxdur. Mərkəzi Ban-kın valyuta ehtiyatları ilin əvvəlindən 3,7 faiz artıb.

Monetar şəraitPandemiyanın davam etməsi şəraitində pul

siyasəti qərarları və makroprudensial tənzimləyici güzəştlər kredit şərtlərini yumşaldır və iqtisadiy-yatın likvidliyə olan ehtiyaclarının ödənilməsini təmin edir. Pul bazası ilin əvvəlindən 1 faiz azalsa

da, iyulun sonundan 3 faiz artıb. İlin son rübündə xəzinə hesabından dövlət xərcləri ilə bağlı pul bazasının artımının əhəmiyyətli sürətlənəcəyi gözlənilir. Lakin pandemiya şəraitində pul baza-sının artımı məcmu tələbin genişlənməsi və kredit ekspansiyası ilə müşayiət olunmur.

Bank sistemində izafi likvidlik şəraitində Mərkəzi Bankın depozit əməliyyatları və qısamüddətli notları üzrə faiz dərəcələrinin, eləcə də dövlət qiymətli kağızlarının gəlirliliyinin azalması müşahidə edilməkdədir. Depozit və kredit faizləri risk premiyası ilə yumşalan monetar şərait arasında tarazlaşmaqdadır.

Real faiz dərəcələrinin pozitiv qalması şəraitində fiziki şəxslərin müddətli əmanətləri avqust ayın-da artıb. Kredit qoyuluşlarında da son ayda artım davam edib.

Ötən iclasdan bəri valyuta bazarında sabitlik da-vam edib. Cari ilin dövlət büdcəsinin dürüstləşməsi ilə Neft Fondundan transfertlərin artırılması valyuta bazarında tarazlığa əlavə dəstək verəcək.

İqtisadi aktivlikMəhdudiyyətlərin nisbətən yumşalması ilə

əlaqədar qeyri-neft sektoru üzrə iqtisadi azalma tem-pi nisbətən səngiyib. Rəsmi statistikaya görə, cari ildə qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun real azalmasının dib nöqtəsi 2,5 faiz (6 ayın yekunu üzrə) olduğu halda 8 ayın yekunu üzrə 1,7 faiz olub.

Real sektor müəssisələrinin monitorinqi biznes inam indeksinin neqativ zonada qaldığını göstərsə də, əksər sahələr üzrə ötən aydakı tarixi minimumla müqayisədə artım müşahidə edilib.

İlin qalan dövründə iqtisadi aktivlik kontrtsiklik fiskal siyasət, monetar yumşalma və sinxronlaşdırıl-mış antiböhran tədbirləri ilə dəstəklənəcək.

İnflyasiya riskləriRisklər balansına təsir edən başlıca amil pan-

demiyanın gələcəyi ilə bağlı qeyri-müəyyənliklərin yüksək olaraq qalmasıdır. Xarici risklərə əsasən COVID-19-a ikinci yoluxma dalğası ehtimalı-nın təsiri ilə neft qiymətlərinin daha kəskin aşağı düşməsi, bəzi tərəfdaş ölkələrdə resessiya və məzənnə dəyişiklikləridir. Bu meyillərin güclənməsi ilə inflyasiya gözləntilərinin dəyişməsi, habelə son illər əsasən fiskal kəsirin monetizasiyası nəticəsində yaranmış likvidliyin potensial təsirləri isə başlıca daxili risklərdir. Lakin mövcud kontrtsiklik makroiq-tisadi çərçivə bu riskləri idarə etməyə əlavə imkanlar yaradır.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarların qəbulu zamanı risklər balansındakı dəyişikliklər və makroiqtisadi sabitlik hədəfləri əsas götürüləcək.

Bu qərar sentyabrın 18-dən qüvvəyə minir. Mərkəzi Bankın idarə heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı bu il oktyabr ayı-nın 30-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) idarə heyəti uçot dərəcəsinin 6,75 faizdən 6,5 faizə endirilməsi haqqında qərar qəbul edib.

AMB-dən AZƏRTAC-a bildirilib ki, faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 7 faiz səviyyəsində müəyyən olunub. Bu qərar inflyasiyanı hədəf çərçivəsində saxlamaqla (4±2 faiz) məcmu tələbin dəstəklənməsinə və bununla da bərpa prosesi-nin sürətləndirilməsinə yönəldilib. Uçot dərəcəsinin qəbul olunan səviyyəsi qısa və ortamüddətli dövrdə inflyasiya proseslərinin dinamikasını nəzarətdə saxlamağa imkan verir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar qısa və ortamüddətli perspektivdə inflyasiya üzrə risk balansından, faktiki inflyasiyanın hərəkət trayektori-yasından, beynəlxalq konyunkturdan və valyuta bazarındakı vəziyyətdən asılı olaraq qəbul ediləcək.

Elman RÜSTƏMOV: Bu günədək 49 min borcalanın 886 milyon manat krediti restrukturizasiya edilib

AMB-dən AZƏRTAC-a bildirilib ki, şuranın iclası pandemiya şəraitində sahibkarların üzləşdiyi çətinliklər və bu vəziyyətdən çıxışla bağlı bank sektoru ilə əməkdaşlıq istiqamətlərinin müzakirəsinə həsr olunub. Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib: “Şuranın ötən dövrdəki fəaliyyəti göstərir ki, bank sektoru ilə biznes arasında aktiv dialo-qun qurulması sahibkarların üzləşdiyi çətinliklərin müəyyən olunmasında və həlli yollarının tapılmasında, maliyyə xidmətlərinə çıxışın yaxşılaşdırılması üzrə görülən işlərin qiymətləndirilməsində və yeni ehtiyacların müəyyənləşdirilməsində çox səmərəli əməkdaşlıq platformasına çevrilib. Şuranın ötən iclaslarında qaldı-rılmış məsələlərin bir qismi icra edilib, işlərin digər qismi icra prosesindədir, bəzi məsələlərin həlli istiqamətlərində isə müzakirələr gedir”.

Sahibkarlara dəstək olaraq gö-rülmüş işlər sırasında xüsusi olaraq sahibkarların idxal əməliyyatları üzrə cari valyuta rejiminin effektivliyinin artırılması məqsədilə müvafiq qayda-lara edilmiş dəyişikliklərin əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin ticarət əməliyyatlarında çeklərlə hesablaşma-ların aparılması təcrübəsinin ölkəyə gətirilməsi istiqamətində də aktiv iş başlayıb. Bu mexanizmin tətbiqi biznes hesablaşmalarının şəffaflaşmasına, ticarət əməliyyatlarının aparılmasında tərəfdaşların günlük likvidlik zərurətinin azalmasına, çeki təminat qismində təqdim etməklə bankdan əlavə resurs cəlb edilməsi imkanının yaranmasına, həmçinin ölkədə nağd pul dövriyyəsinin azalmasına şərait yaradacaq. Bunlarla yanaşı, biznes sektorunda gedən proseslər Mərkəzi Bankda dərindən təhlil olunur, sektorun problematikasının davam-lı monitorinqi aparılır. Ümumilikdə, şurada qaldırılan digər məsələlərin həlli istiqamətlərində də fəal iş aparılır.

E.Rüstəmov gündəlik üzrə müzakirələrə keçmədən öncə iclas iştirakçılarına ölkə başçısının birbaşa rəhbərliyi ilə koronavirus pandemiyası və beynəlxalq enerji bazarlarında neft qiymətlərinin kəskin düşməsi şəraitində dünya iqtisadiyyatının üzləşdiyi ağır böhranın milli iqtisadiyyata təsirlərinin azaldılması və əhalinin sağlamlığının qorunması, onun iqtisadi fəallığının təmin olunması üzrə görülən ardıcıl işlərdən, həyata keçirilən təxirəsalınmaz tədbirlərdən, bu istiqamətdə maliyyə sektoru qarşısında qoyulan vəzifələrdən danışıb. Bildirib ki, ölkədə makroiqtisadi vəziyyət və sosial-iqtisadi inkişafla bağlı iqtisadi tənzimləmə institutları və maliyyə sektoru qarşısında qoyulan vəzifələr daim diqqət mərkəzində saxlanılır. Pandemiya-nın neqativ təsirlərinə baxmayaraq, ölkədə makroiqtisadi və maliyyə sabitliyi qoru-nur. İnflyasiya məqbul səviyyədədir, milli

valyutanın məzənnəsi sabitdir. Yaradılmış makroiqtisadi sabitlik platforması kontr-tsiklik monetar siyasət həyata keçirməyə imkan verib. Bu siyasəti yürüdərkən Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyini qorumaqla iqtisadi aktivlik və məşğulluğu dəstəkləməyə çalışır.

O, sahibkarlara pandemiya şəraitində dəstəyin artırılması istiqamətində Mərkəzi Bankın banklara, bankların isə, öz növbəsində, sahibkarlara göstərdiyi köməyi qeyd edərək vurğulayıb ki, ilin əvvəlindən bank sektoruna bir neçə istiqamətdə təxminən 1 milyard ma-nat həcmində likvidlik dəstəyi verilib. Ölkə başçısının tapşırıqlarının icrası istiqamətində görülən işlər nəticəsində bu dövrdə biznes kreditləri və ipoteka kreditləri artıb, istehlak kreditləri isə azalıb. İlin əvvəlindən ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlara verilən kreditlər üzrə requlyativ tələblər yum-şaldılıb, istehlak kreditləşdirilməsinin daraldılması məqsədilə requlyativ tələblər sərtləşdirilib. Problemli bankla-rın sektordan kənarlaşdırılması həyata keçirilib və həmin banklar üzrə əhalinin əmanətləri qaytarılıb. Pandemiyanın mənfi təsirlərinin minimallaşdırılması məqsədilə bir sıra prudensial normativlər yumşaldılıb, kapital buferlərinin artırıl-ması və pandemiyadan təsirlənən iqtisadi subyektlərin kreditlərinin restrukturi-zasiyası ilə bağlı tövsiyələr verilib. Bu günədək 49 min borcalanın 886 milyon manat krediti restrukturizasiya edilib. Kre-dit portfelinin restrukturizasiyası Mərkəzi Bankın requlyativ yumşaltma tədbirləri ilə yanaşı, bankların öz təşəbbüsü ilə də aktiv şəkildə aparılıb. Özünüməşğulluq proqramı çərçivəsində Mərkəzi Bankın təşviqi ilə banklar tərəfindən həssas əhali qrupuna müxtəlif aktivlər təqdim edilib. Kənd yerlərində maliyyə resurslarına çıxışın artırılması məqsədilə Mərkəzi Bank əlaqədar qurumlarla birgə layihəyə başlayıb.

E.Rüstəmov giriş nitqindən sonra iclas iştirakçılarını gündəlikdə duran məsələnin müzakirəsinə dəvət edib. Pan-demiya şəraitində sahibkarların üzləşdiyi çətinliklər və bu vəziyyətdən çıxışla bağlı bank sektoru ilə əməkdaşlıq istiqamətləri mövzusu üzrə müzakirələr başlayıb.

ASK-ın prezidenti Məmməd Mu-sayev şura çərçivəsində bank sektoru ilə sahibkarlar arasında qurulan di-aloqun verdiyi praktiki faydasından danışıb. Qeyd edib ki, ölkədə iqtisadi idarəetmənin səmərəliliyinin daha da artırılması məqsədilə yaradılmış İqtisadi Şura özəl sektorun inkişafında, sahib-karların üzləşdiyi çətinliklərin həllində də böyük rol oynayacaq. Ona görə də, biz apardığımız müzakirələr nəticəsində aktuallıq kəsb edən məsələlərin həmin şuranın müzakirəsinə çıxarılması üçün fəal iş aparmalıyıq. O, çıxışında bir

sıra məsələlərin həllinə, xüsusilə sa-hibkarların dövriyyə kapitalının çatış-mazlığının həlli, bu məsələdə çeklərlə hesablaşmalardan aktiv istifadə, bağ-lanmış banklarda sahibkarların qalan vəsaitlərinin qaytarılması, nağdsız hesab-laşmalarda qarşıya çıxan problemlərin tənzimlənməsi, məhkəmələrdə çox-saylı mübahisələrə baxılmasının sürətləndirilməsi, qanunvericiliklə bağlı bir sıra dəyişikliklərin aparılması kimi istiqamətlərə diqqət çəkib. M.Musayev or-taya çıxan problemləri prioritetləşdirməyi və növbəti iclasları konkret məsələlərin müzakirəsinə həsr etməyi təklif edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri T.Mirkişili çıxış edərək bank sektoru ilə özəl sektor arasında di-aloqun aparılmasında ortaya çıxan problemlərin qarşılıqlı əməkdaşlıqla tənzimlənməsində şuranın fəaliyyətini yüksək qiymətləndirib. O diqqətə çatdırıb ki, komitə qanunvericiliklə bağlı ortaya çıxan məsələlərin həllinə dəstək verməyə hazırdır. Hazırda ölkə başçısının tapşırığı-na əsasən, iqtisadi qanunvericiliyin geniş təhlili aparılır, müasir tələblərə cavab verməyən, biznesin inkişafına mane olan müddəaların dəyişdirilməsi, bütövlükdə yeni çağırışlara cavab verən iqtisadi-hü-quqi bazanın yaradılması üzrə fəal iş apa-rılır: “Bu işdə sizi də aktiv əməkdaşlığa dəvət edirəm və nəzərinizə çatdırıram ki, Prezident İlham Əliyev, hökumət və Milli Məclis daim vicdanlı, sağlam biznes nümayəndələrinin yanındadır”, – deyə o qeyd edib.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev biznes sekto-runun bir istiqaməti kimi bankların cari fəaliyyətində mövcud şəraitdən irəli gələn çətinlikləri qeyd edərək Mərkəzi Bank tərəfindən bank sektoru üzrə requlyativ-nəzarət çərçivəsində dəyişiklikləri, müvafiq dəstəkləyici tədbirlərin tətbiqini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, xüsusilə pandemiyadan daha çox ziyan görən sahələrə maliyyə dəstəyi və müvafiq güzəşt mexanizmlərinin tətbiqi daha vacib olsa da, eyni zamanda, banklar həmin biznes subyektlərinin əlavə risklərini üzərlərinə götürməyə çətinlik çəkirlər. O, həmçinin banklarda müvafiq requlyativ yumşaldılma tədbirlərinin müddətinin uzadılması imkanlarına baxılmasının da məqsədəuyğunluğunu deyib.

Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev çıxışında maliyyə-

bank sektoru ilə sahibkarlar arasında mühüm əməkdaşlıq platforması kimi şuranın xüsusilə pandemiya şəraitində biznesə zəruri dəstəyin göstərilməsi baxımından əhəmiyyətini qeyd edib. Sa-hibkarlar arasında keçirdikləri müntəzəm təhlili sorğular barədə məlumat verərək bildirib ki, mövcud iqtisadi şəraitdə ödəniş qabiliyyətli biznes subyektlərinin sayı azalmaqdadır. Bir çox hallarda onların biznes planları bankları qane edəcək keyfiyyətdə hazırlanmır. Dövlətin biznesə dəstək fondlarının ayrı-ayrılıqda mü-hüm əhəmiyyətini qeyd etməklə yanaşı, mövcud şəraitdə onların fəaliyyətinin konsolidasiyası imkanlarına baxılmasının vacibliyini diqqətə çatdırıb. Vurğulayıb ki, beynəlxalq praktikada, xüsusən Türkiyə və Malayziya təcrübələrində də rast gəlindiyi kimi, banklar tərəfindən biznesə dəstəkdə daha çox dövlətin zəmanət mexanizmlərindən istifadəyə üstünlük verilməsi məqsəduyğundur.

Tanınmış iş adamı Abdolbari Gözəl və digər iştirakçılar çıxış edərək daxili bazar üzrə yerli istehsal sahələrinin inkişafının təşviq edilməsi, xüsusən pandemiyadan daha çox ziyan görən sahələrdə bank sek-toru qarşısında kredit öhdəliklərilə bağlı güzəştlərin davam etdirilməsi, dövriyyə vəsaitlərinin çatışmazlığını həll etmək üçün yeni kreditlərin ayrılması, valyuta rejiminin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsi, çeklə hesablaşma-ların tətbiq imkanlarının tezliklə reallaş-dırılması, mikrokreditləşmə mexanizmləri üzrə tələblərin sadələşdirilməsi, biznesin kreditləşməsinin aktivləşməsi üçün zəmanət mexanizmlərindən daha geniş istifadə edilməsi və digər məsələləri diqqətə çatdırıblar.

Müzakirələrin nəticələrini ümumiləşdirərək E.Rüstəmov görüşün çox faydalı olduğunu deyib. Bildirib ki, iclasda müzakirə olunan məsələlər və irəli sürülən təkliflərin hərtərəfli öyrənilməsi, həmin istiqamətlər üzrə birgə işlərin aparılması davam etdiriləcək. Sonda onu da diqqətə çatdırıb ki, İqtisadi Şurada da biznes nümayəndələrinin iştirakı ilə nəzərdə tutulan görüşlərin keçirilməsi, orada sahibkarlar tərəfindən qaldırılan aktual məsələlərin müzakirəsi onların üzləşdiyi çətinliklərin həlli yollarının ta-pılmasına kömək edəcək, bütövlükdə həm real sektorda, həm də maliyyə sistemində biznes subyektlərinin fəaliyyətinə mühüm dəstək olacaq.

Azərbaycan Mərkəzi Bankı (AMB) idarə heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının onlayn formatda növbəti iclası keçirilib. İclasda şurada təmsil olunan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Banklar Assosiasiyası (ABA), sahibkarlar və bank sektorunun nümayəndələri, eləcə də şuraya üzv olmayan digər nümayəndələr, həmçinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev iştirak ediblər.

Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə olunub

� Sentyabrın 18-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Aİ Ko-missarı Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər Aİ ilə Azərbaycan arasında qarşı-lıqlı faydalı əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıb, o cümlədən ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş layihəsi üzrə danışıqların yekunlaşdırılması-nın əhəmiyyətini vurğulayıblar.

Telefon danışığı zamanı, həmçinin Azərbaycan ilə Avropa arasında enerji sahəsində mövcud olan strateji tərəfdaşlıq münasibətləri

və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Avropa bazarına qazın nəqli, layihənin gələcəkdə genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.

Tərəflər, habelə maraq doğuran digər məsələləri müzakirə ediblər.

Ceyhun Bayramovun Antonio Quterreşə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi dərc olunub

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun bu ilin 31 avqust tarixində Ermənistanın aqressiv ritorikası və Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qey-ri-qanuni fəaliyyətinə dair BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı məktub BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi dərc olunaraq yayılıb.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Məktubda Xarici İşlər naziri bu ilin 12-16 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində silahlı hücum cəhdi nəticəsində siyasi və hərbi məqsədlərinə nail olmayan Ermənistanın son dərəcə təxribatçı bəyanatları və fəaliyyəti ilə təcavüzkar siyasətini davam etdirdiyinə diqqəti yönəldir.

Burada Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərini, eləcə də Mingəçevir Su Elektrik Stansiyası və digər mühüm əhəmiyyətli mülki infrastrukturları vurmaqla hədələmək, beləliklə də azərbaycanlı mülki əhalini terrorizə etmək siyasəti, Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik vəziyyəti dəyişmək siyasəti və bu

xüsusda Livan ermənilərinin bu ərazilərdə qeyri-qanuni məskunlaşdırılması, eləcə də işğal olun-muş ərazilərdə işğalçı ölkə tərəfindən yaradılmış oyuncaq qurumun bəzi qondarma “strukturlarını” Xankəndidən Şuşaya köçürmək niyyəti, işğal olunmuş ərazilərdə infrastruktur dəyişiklikləri, o cümlədən Azərbaycanın işğal olunmuş əraziləri ilə Ermənistanı birləşdirən yeni yolun çəkilməsi, habelə işğalçı ölkənin ekoloji terror siyasəti və azərbaycanlı mülki əhalini sudan məhrum etməsi kimi konk-ret faktlar əsasında Ermənistanın ATƏT-in Minsk qrupunun rəhbərliyi ilə həyata keçirilən danışıqlar prosesindən sui-istifadə etdiyi və ilhaqçı siyasəti həyata keçirdiyi BMT Baş katibinin diqqətinə çatdırılır.

Xarici İşlər naziri Ceyhun Bayramov BMT-nin Baş katibini Ermənistanı aqressiv təxribatçı ritori-kadan çəkindirmək, işğal olunmuş ərazilərin fiziki, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsinə yönəlik fəaliyyətlərini dayandırmaq, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindən iş-ğalçı qüvvələrini çıxarmaqla beynəlxalq hüquq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün bütün lazımi addımları atmağa çağırır.

Sənədlə https://undocs.org/a/74/1003 ünvanında tanış olmaq olar.

Page 4: “Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir” A · 2020-07-24 · rəqəmi ictimaiyyətin diqqətinə çat-dırmaq istərdim. Regionların sosial-iqtisadi

19 sentyabr 2020-ci il, şənbə4

Adı çəkilən saziş respublikamızın iqtisadi suverenliyi baxımından mühüm önəm daşıyan ilk beynəlxalq neft anlaş-ması idi. Müqavilə bütövlükdə regionun enerji xəritəsini köklü şəkildə dəyişərək Xəzər dənizi hövzəsində əməkdaşlığa

əlverişli zəmin yaratdı. Bu enerji strate-giyası ölkəmizin qısa vaxtda dünya iqti-sadiyyatına inteqrasiyası və beynəlxalq mövqelərinin güclənməsində müstəsna rol oynadı.

“Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Bri-taniya, Rusiya, Türkiyə, Norveç, Yaponi-ya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil”, “Exxon”, “Türkiye Petrolleri”, “Pennzo-il”, “Itochu”, “Remco”, “Delta”) iştirak etdi. Bununla da müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyuldu. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.

Xatırladaq ki, ilk neft “Çıraq” ya-tağından 1997-ci il noyabrın 7-də əldə

edilib. “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub. 1994-cü ildə həmin müqavilə imzalanan vaxt Azərbaycanın tarixində ən aşağı səviyyədə – 9,5 milyon ton olan neft hasilatı 2010-cu ildə 5 dəfədən çox

artaraq 51 milyon tona çatıb. Keçən il isə ölkədə 38,8 milyon ton neft hasil olunub. Son 26 ildə isə Azərbaycanın neft istehsa-lı 4 dəfədən çox yüksəlib.

Yeni neft strategiyasının gerçəkləşməsi ilə respublikamızın neft ehtiyatlarının istismarına böyük həcmdə xarici investisiya cəlb edilib. O vaxtdan bəri “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsinə təqribən 35 milyard dollar sərmayə qoyulub. “Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlər ilə daha 34 saziş imzalanıb.

Ötən 26 il ərzində sazişin icrası uğur-la reallaşdırılıb. Bu vaxtadək AÇG-dən hasil edilən 3,8 milyard barreldən çox neft dünya bazarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb.

Yeri gəlmişkən, 1994-cü ildə müqavilə imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyənləşdirilmişdi. Hazırda isə AÇG-də hasil edilməyən təxminən 500 milyon

ton neft ehtiyatı var. Lakin bu, hələ son rəqəm deyil. Yataqların ehtiyatının artma-sı ehtimalı var və “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması ilə bağlı yeni sazişin icrası müddətində bu rəqəmin daha da artacağı proqnozlaşdırılır.

Qeyd edək ki, cari ilin birinci yarısın-da AÇG üzrə fəaliyyətlərə təqribən 268 milyon dollar əməliyyat və 947 milyon dollar isə əsaslı məsrəflər xərclənib. Ya-rım ildə AÇG-dən sabit hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib, ümumi hasilat gündəlik orta hesabla 498 min barrel və ya ümumilikdə təqribən 91 milyon barrel, yəni 12 milyon ton qeydə alınıb. İyun ayının sonuna AÇG-də ümumilikdə 129 neft hasilat, 42 su və 7 qaz injektor quyusu istismarda olub. İki rüb ərzində AÇG-də 8 neft hasilat quyusu qazılıb.

Hazırda AÇG-də 8 platforma – 6 ha-silat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz dün-yanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql edilir.

Bu ilin birinci yarısında “BP Azer-baijan” şirkəti AÇG yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 6,9 mil-yon kubmetrdən çox, ümumilikdə isə 1,3 milyard kubmetr səmt qazı təhvil verib. AÇG-dən, həmçinin ümumilikdə 40 mil-yard kubmetrədək səmt qazı Azərbaycan hökumətinə ayrılıb.

AÇG layihəsinin iştirakçıları tərəfindən hər il mənfəət neftindən gəlir əldə olunub. Azərbaycan indiyədək AÇG yataqlarından 300 milyon tondan çox mənfəət nefti əldə edib.

Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il avqust ayının 1-dək AÇG neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə təxminən 150 milyard dollar gəlir əldə edib. Bu ilin yanvar-avqust aylarında AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 2 mil-yard 657 milyon dollar vəsait daxil olub.

Neft Fonduna “Xəzər dənizinin

Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haq-qında” SOCAR ilə xarici hasilat şirkətləri arasında imzalanan yeni sazişə uyğun olaraq 900 milyon dollar həcmində 2 bonus ödənişi həyata keçirilib.

Respublikamız aparıcı xarici neft şirkətləri ilə ötən dövr ərzində uğur-lu əməkdaşlıq formatı reallaşdırıb. Tərəfdaşların təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin yenidən işlənməsi və sazişin müddətinin 2050-ci ilədək uzadıl-ması da bunun aydın təzahürüdür.

Sonda qeyd edək ki, 2006-cı ildən başlayaraq enerji ixracı nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müa-sir sosial-iqtisadi və mədəni infrastruktur-ların yaradılmasına, respublika həyatının bütün sahələrinin yenilənməsinə, iqtisa-diyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafına yönəldilib.

Neft strategiyasının uğurlu icrası nəticəsində əldə edilən vəsait hesabına regionlarda bütün köklü problemlər həll olunub, müasir infrastruktur formalaş-dırılıb, əhalinin məşğulluq səviyyəsi yüksəldilib.

Aqrar sahədə həyata keçirilən sistemli tədbirlər, o cümlədən son illər ərzində kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi ölkəmizin ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsini yüksəldib, ixrac potensialını genişləndirib.

Ötən illər ərzində Azərbaycanda müasir nəqliyyat infrastrukturu forma-laşdırılıb. Yeddi hava limanı inşa olunub, min kilometrlərlə müasir yollar çəkilib. Ölkəmizin xarici ticarət əlaqələrinin inkişafına və tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa edilərək istifadəyə verilib. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəal iştirakçısına çevrilib, həmçinin tranzit daşımaları sahəsində ölkəmizin potensia-lının yüksəlməsində önəmli rol oynayan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulub.

Azərbaycanın enerji resurslarından əldə etdiyi gəlirlər həm də əhalinin sosial müdafiəsinin gücləndirilməsi və xalqın rifahının yüksəldilməsi istiqamətində ardıcıl dövlət siyasətinin həyata keçirilməsini, inqilabi qərarların qəbulu və icrasını reallaşdırıb. Əhalinin bütün kateqoriyalarını əhatə edən və maaşların, pensiyaların, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan sosi-al paketlər gerçəkləşdirilib.

“Xalq qəzeti”

QHT-lərin səmərəli fəaliyyəti üçün yeni və daha çevik mexanizmlərin yaradılması zəruridir Bu il 214 QHT-nin layihəsi COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunub

Həmin qaragüruhçulara və bədxahlarımıza deyirik ki, bu ad-dımlar ölkədə aparılan hərtərəfli islahatların tərkib hissəsidir və təkcə QHT sədrləri ilə deyil, həm də siya-si partiya rəhbərləri ilə bu qəbildən olan görüş-müzakirələr aparılıb. Əsas məqsədlərdən biri odur ki, cəmiyyətin heç bir zümrəsi, siyasi qütbü və ya qeyri-hökumət təşkilatı üzləşdiyi problemlə təklikdə qalmasın. İkinci, dövlət başçımızın fikrincə, biz hədəf kimi seçdiyimiz ümumi inkişafa nail olmaq üçün bu yolda nəinki bütün siyasi partiya və QHT-lərin, hətta hər bir fərdin xidmətindən, təklifindən, təşəbbüsündən bəhrələnməliyik.

Fikrimizcə, bu, daha da inkişaf etmək istəyən gənc müstəqil dövlət üçün olduqca məqbul bir yoldur. Çünki ulu öndər Heydər Əliyev vaxtilə demişdir ki, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsi, demokratikləşmə prosesinin sürətlənməsi, hüquqi dövlətin qurulma-sı sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Vətəndaş cəmiyyəti isə hamının birgə fəaliyyəti və xidməti nəticəsində qurulur. Yəni Hikmət Hacıyevin davam etdirdiyi bu görüşlər problemlərin öyrənilməsi, eləcə də, əsaslandırılmış təklif və təşəbbüslərin verilməsi baxımından da əhəmiyyətlidir.

Hikmət Hacıyevin sentyabrın 17-də QHT-hökumət dialoqu çərçivəsində sosial, iqtisadi, humanitar və demok-ratiya sahəsində fəaliyyət göstərən 96 QHT-nin rəhbəri ilə görüşməsi və çoxsaylı məsələləri müzakirə etməsi barədə olan bu sətirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Azərbaycan Açıq Hökumət Platformasının koordi-natoru Əliməmməd Nuriyevin mətbuata verdiyi müsahibədən seçdiyimiz bir sitatla başlamaq istəyirik.

Həmin müsahibədə deyilir: “Pre-zidentin köməkçisi Hikmət Hacıyevin QHT-lərlə silsilə görüşlər keçirməsi əvvəlki müzakirələrdən çox ciddi şəkildə fərqlənir. Bu müzakirələrdə mən də iştirak etmişəm və sizi əmin edirəm ki, həm QHT nümayəndələri

çox açıq şəkildə problemləri və gözləntiləri dilə gətirdilər, eyni zamanda Hikmət müəllimin çıxışı, söylədiyi fikirlər göstərdi ki, Prezi-dent Administrasiyasının müvafiq strukturları və şəxsən o, vəziyyətin kifayət qədər dərin analizinə malikdirlər. Dövlət rəsmiləri mövcud problemlərin həll olunmasının vacib-liyi düşüncəsindədirlər. Tam əminliklə deyirəm ki, bu müzakirələr, indi dəbdə olan terminlə ifadə etsək, substantivdir və əvvəlkilərdən yanaşma, baxış fərqi ilə seçilir. Həmçinin Hikmət müəllimin bu sektora bələdçiliyi, işgüzar xa-rakteri də öz müsbət rolunu oynayır. Şübhəm yoxdur ki, bütün bu amillərin cəmi konkret müsbət nəticələr verəcək”.

Güman edirik ki, bu sitat yuxarıda yada saldığımız suallara verilə biləcək ən yaxşı cavablardandır.

Xatırladaq ki, sentyabrın 17-dəki görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası-nın sədri Azay Quliyev Şuranın daim sosial, iqtisadi, humanitar və demok-ratiya sahəsində fəaliyyət göstərən QHT-lərin müxtəlif istiqamətlərdə irəli sürdükləri təşəbbüsləri dəstəklədiyini, ictimai aktuallıq kəsb edən layihələrə maliyyə ayırdığını, bilik və bacarıqların

artırılmasına yardım etdiyini qeyd edib. Diqqətə çatdırıb ki, Şuranın dəstəyilə həyata keçirilən bu layihələrdən on minlərlə ölkə vətəndaşı faydalanıb. Azay Quliyev Şuranın 2020-ci il qrant müsabiqələri çərçivəsində 214 QHT-nin layihəsinin COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunduğunu, bunlardan 197-də sosial dəstəyə ehtiya-cı olan ailələrə müxtəlif növ birdəfəlik yardımlar göstərildiyini deyib.

Həmin gün sayca 6-cı və ən çox-saylı QHT qruplarından biri ilə görüş keçirildiyini xatırladan Hikmət Hacıyev bildirib ki, bu qrupdakı QHT-lərin fəaliyyət sahəsi çox geniş olmaqla yanaşı, həm də cəmiyyət həyatında əhəmiyyətli rola malikdir: “Ölkəmizdə sosial, iqtisadi, humanitar və demokrati-ya sahəsində görülən işlər sübut edir ki, Azərbaycanda həyata keçirilən siyasət bütün çalarları ilə məhz insan amilinin yüksəlişinə xidmət edir”.

Görüşdə Azərbaycan Prezidentinin çağırışına uyğun olaraq QHT-lərin mərkəzi və yerli icra hakimiyyəti or-qanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində daha yaxından və effektiv formada iştirak etməsinin vacibliyi vur-ğulanıb. Prezidentin köməkçisi bununla bağlı yeni və daha çevik mexanizmlərin yaradılmasının zəruri olduğunu söyləyib.

Görüşdə vurğulanıb ki, Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilib. Ölkəmiz ümumi daxili məhsulun artım tempinə görə dünyada liderliyini qoruyub saxlaya bilmiş, yox-sulluğun səviyyəsi kəskin aşağı enmiş, dövlət büdcəsinin gəlirləri artmışdır. Bundan başqa, bildirilib ki, hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə son illərdə dövlətin təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.

Təhsil və mədəniyyət sahəsində Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri olduğunu vurğula-yan dövlət rəsmisi xatırladıb ki, yeni müstəqillik tariximizdə Azərbaycanın demokratiya yolunda qət etdiyi məsafəni dünyanın inkişaf etmiş əksər ölkələri daha uzun müddətə keçib. Bu gün ölkəmizdə söz və fikir azadlığı-nın, siyasi plüralizmin, çoxpartiyalı sistemin mövcudluğu, vətəndaşların azad seçiminə yüksək şərait yaradılma-sı, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edilməsi Azərbaycanda demokratik mühitin vacib göstəriciləri sırasında yer alır.

Xatırladaq ki, Azərbaycanda qeyri-hökumət təşkilatlarının təşəkkülü bir neçə mərhələdən keçib. İlkin mərhələ qeyri-hökumət təşkilatlarının yaranmasında sistemliyin olmaması və pərakəndəliklə xarakterizə edilir-di. Həmin dövrdə dövlət tərəfindən qeyri-hökumət sektoruna münasibətdə ümumi yanaşma və prioritetlərin müəyyənləşdirilməsi prosesi gedirdi. Həyatın müxtəlif sahələrini əhatə edən yüzlərlə qeyri-hökumət təşkilatlarının yaranması və cəmiyyətimizdəki de-mokratik proseslərə qoşulması onların fəaliyyətinin müəyyən koordinasiyasını, dövlət orqanları və beynəlxalq qurum-larla daha səmərəli əlaqələrin qurulma-sını zəruri edirdi.

1999-cu ildə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təsis olunma-sı bu boşluğu xeyli dərəcədə aradan qaldırdı. QHT-lərlə İş üzrə Resurs və Təlim Mərkəzinin təşkilati və texniki dəstəyi ilə 11 iyul 1999-cu ildə Milli QHT Forumu 95 təşkilat tərəfindən təsis edildi. Bununla, ölkə QHT-lərini öz ətrafında toplayan Milli QHT Forumunun üzərinə böyük vəzifə düşdü. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələrin mövcudluğu şəraitində birbaşa dövlətçilik maraqları-nı müdafiə etməli olan Milli QHT Foru-mu həm müstəqil fəaliyyət göstərməli, həm cəmiyyətin bütün təbəqələrini əhatə etməli, həm də dövlət quruculu-ğunda fəal iştirak etməli idi.

Ötən müddət ərzində Milli QHT Forumunun həyata keçirdiyi layihələr, gördüyü işlər QHT sektoru-nun fəaliyyətinin cəmiyyətə təsirinin sübutudur. Bu mərhələ qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin ins-titusional mexanizmlərinin yaradıl-ması, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının təkmilləşdirilməsi, siyasi-hüquqi, vətəndaş mədəniyyətinin formalaş-dırılmasında QHT-lərin iştirakı və vətəndaş cəmiyyəti institutlarının yeni beynəlxalq əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi ilə səciyyəvidir.

Hazırladı: İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

Azərbaycanda yeni çağırışlara uyğun iqtisadi

baza formalaşdırılırAdıçəkilən Dövlət Proqra-

mının uğurlu icrası nəticəsində son illər ərzində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kim-ya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə

səviyyəsi yüksəlib. Əlbəttə, bütün bunlar dövlətimizin başçısının uğurlu iqtisadi strategiyası nəticəsində gerçəkləşib.

Azərbaycan Prezidenti İlham Əliyevin “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında dövlətimizin başçısı bu barədə ətraflı danışıb. Ölkə rəhbəri çıxışında qeyri-neft sektorunun inkişafını qarşıdakı illərdə ölkənin əsas prioriteti elan edib, bunu respub-likanın müvafiq iqtisadi qurumları qarşısında bir vəzifə olaraq qoyub. Eyni zamanda, iqtisadiyyatda dayanıqlı inkişafa nail olmaq üçün çox ciddi islahatlar aparılacağını, iqtisadi inkişafın bundan sonra da qeyri-neft sektoru hesabına davam etdiriləcəyini xüsusi vurğulayıb.

Yeri gəlmişkən, hazırda respublikada fəaliyyət göstərən bütün sənaye parkları yüksək göstəricilər əldə edirlər. Bunu Sumqayıt Kimya Sənaye Parkının nümunəsində də aydın görmək olar. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manat-lıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə 2 dəfə çox – 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə (121 milyon manat) müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edib.

Burada bir məqamı da xüsusi vurğulamaq istərdim. Bütün sənaye park və məhəllələrində, eləcə də Sumqayıt Kimya Sənaye Parkında yüksək istehsal göstəricilərinin qeydə alınmasının bir səbəbi də neft sənayesində əldə edilən artımın mərhələli şəkildə qeyri-neft sektoruna transfer olmasının nəticəsidir. Belə bir vəziyyət ondan xəbər verir ki, neft sektoru qeyri-neft sənayesində iqtisadi artıma dominant olaraq təsir göstərir.

Yeri gəlmişkən, hazırda qeyri-neft sektorunda nəzərə çarpan dinamik artım 2015-ci ildən sonra dərinləşən islahatlar sayəsində iqtisadiyyatın mərhələli şəkildə şaxələnməsinin real nəticələrinin olmasından xəbər verir. Aqrar sektorda da artım tempinin mövcud-luğu sənaye parkları və məhəllələrinin yaradılması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsinin diqqət mərkəzində saxlanılması ilə bağlıdır.

Azər VERDIYEV, Qlobal Araşdırmalar Liqası Ictimai Birliyinin sədri

“Beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar siyasətinə qarşı hərəkətə keçməlidir”

C.Ələkbərov qeyd edib ki, Ermənistan status-kvonu saxlamaqla Cənubi Qafqazda sülhə böyük əngəl törədir. Son aylarda Ermənistan silahlı qüvvələrinin hücum xarakter-li təxribatları da buna əyani sübutdur. İllərdir azərbaycanlı məcburi köçkünlərin hü-quqları pozulur. Buna görə dünyanın qabaqcıl insan hüquqları təşkilatları qəti mövqe ortaya qoymalıdır-lar. Beynəlxalq təşkilatlar qaçqın və məcburi köçkün əhalimizin öz yurd-yuvalarına geri qayıtması üçün konkret iş görməli və Ermənistana təzyiq göstərməlidirlər. Biz görüşlər keçiririk,

beynəlxalq ictimaiyyəti məlumatlandırmağa çalışırıq. Sentyabrın 16-17-də icma üzvləri ölkəmizdəki müxtəlif diplomatik nümayəndəliklərlə görüşlər keçirib. Görüş əsnasında, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün qanun-suz fəaliyyəti diqqətə çat-dırılıb, təmas xəttinə yaxın ərazilərimizdə yaşayan soy-daşlarımıza qarşı ekoloji terror həyata keçirməsi, qeyri-leqal məskunlaşdırma aparılması vurğulanıb. Bütün bu faktlar beynəlxalq təşkilatların təzyiq məsələsini qətiləşdirməlidir.

İcma nümayəndəsi bildirib ki, əvvəl-axır bizim ordu-muz öz torpaqlarımızı azad

etmək üçün hərəkətə keçəcək: “Regionda alovlu müharibənin başlamaması üçün erməni qoşunları azərbaycanlıların tarixi torpaqlarından çəkilməli, beynəlxalq təşkilatlar qəti tədbirlər görməli, Ermənistanın təcavüzkar siyasətinə göz yummamalıdır. Əks-halda bizim pozulmuş hüquqlarımızı bərpa etmək üçün Azərbaycan dövləti güc tətbiq etməli olacaq. BMT Təhlükəsizlik Şurasının müva-fiq qətnamələri də haqqın-hü-ququn məhz bizim tərəfimizdə olduğunu təsdiqləyir.” – deyə C. Ələkbərov əlavə edib.

Anar TURAN, “Xalq qəzeti”

DTX: Suriyada qanunsuz silahlı dəstələrin tərkibində iştirak etməkdə təqsirləndirilən şəxs

barəsində həbs qətimkan tədbiri seçilibAzərbaycan Respublikası

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DTX-nin ictimai əlaqələr şöbəsindən bildiriblər ki, araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əhmədov Amil Mehman oğlunun 2016-2019-cu illər ərzində ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Suriya Ərəb Respublikasının Hələb şəhərinin Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydala-rına yiyələnərək “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Hama və İd-lib şəhərlərində silahlı münaqişələrdə iştirakına

əsaslı şübhələr müəyyən olunub.Amil Əhmədov sonradan gizli

yollarla üçüncü dövlətin ərazisinə keçib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il sentyabrın 7-də Amil Əhmədov şübhəli şəxs

qismində saxlanılıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratmaq, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə işti-rak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb oluna-raq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

AZƏRTAC

“Əsrin müqaviləsi” Azərbaycanın yeni

neft strategiyasının şanlı səhifəsidir

“Əsrin müqaviləsi” Azərbaycanın yeni

neft strategiyasının şanlı səhifəsidir

Dövlət müstəqilliyimizin ilk illərindəki gərgin geosiyasi şəraitdə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində imzalanan və yüksək dəyərləndirilərək

“Əsrin müqaviləsi” adını qazanan “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatı-nın pay bölgüsü” haqqında 1994-cü il 20 sentyabr tarixli saziş müstəqil Azərbaycanın gələcək inkişafının başlıca mənbəyinə çev-rildi, onun dinamik templə sonrakı davamlı yüksəlişini təmin etdi.

Ölkədəki istənilən uğurlu addımın üstünə kölgə salmağa çalışan bədxahlarımız indi də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin QHT-hökumət dialoqu çərçivəsində keçirdiyi görüş-müzakirələrdən narahat olurlar. 10-15 il əvvəl “Dövlət rəsmiləri nə üçün xalqın arasına getmir, siyasi partiyaların, QHT-lərin problemləri ilə tanış olmurlar?” – sualını bayraq edənlər indi də “Bu görüşlər nəyə lazımdır, bu müzakirələrin əhəmiyyəti nədir?” – deyə əvvəlki fikirlərini təkzib edirlər.

Azərbaycanda prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inki-

şafıdır. Dövlət başçısı Ilham Əliyev tərəfindən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi də məhz bu sahəyə xüsusi önəm verilməsinin bariz ifadəsidir. Xatırladım ki, belə bir önəmli sənəd qeyri-neft sənayesi ilə bağlı yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Bu zaman mövcud sahənin rəqabətqabiliyyətliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri diqqət mərkəzində saxlanılıb.

“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq dünyanın öndəgedən təşkilatlarından Ermənistanın təcavüzkar siyasətinə qarşı qəti mövqe ortaya qoy-malarını tələb edirik. İcma Ermənistanın ifşa olunma-sı istiqamətində bütün fəaliyyətini davam etdirir.” Bu fikirləri Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması-nın idarə heyətinin üzvü, “Soyqırımı Həqiqətlərinin Tanı-dılması” ictimai birliyinin sədri Ceyhun Ələkbərov deyib.

Page 5: “Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir” A · 2020-07-24 · rəqəmi ictimaiyyətin diqqətinə çat-dırmaq istərdim. Regionların sosial-iqtisadi

Korrupsiya hallarına qarşı mübarizə prioritet istiqamətdir

Azərbaycanda koronavirus pandemiya-sına qarşı mübarizə aparıldığı, dövlət struk-turları tərəfindən əhalinin sağlamlığı ilə bağlı mühüm tədbirlərin gerçəkləşdirildiyi indiki vaxtda isə vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə ciddi zərər vuran, hüquqazidd əməllərə yol verən vəzifəli şəxslər daha sərt şəkildə cəzalandırılır, aşkarlanan korrupsiya və rüşvətxorluq kimi mənfi meyillər aradan qaldırılır.

Belə bir narahatlıq doğuran bəla ilə mübarizənin miqyasının getdikcə genişləndirilməsi, əslində, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli islahatların ən əsas elementlərindən biridir. Bununla bağlı ölkə səviyyəsində həm inzibati, həm də institusional üsullardan geniş istifadə olunması da məhz qeyd edilən fikrin bariz ifadəsidir.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin dövlət idarəçiliyində həyata keçir-diyi genişmiqyaslı islahatlara, qanunverici-lik, icra və məhkəmə hakimiyyəti orqanla-rında aparılan dəyişikliklərə uyğun olaraq, 2020-ci ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi yenilənib.

Bu il sentyabrın 15-də adı çəkilən Komissiyanın yeni tərkibdə videoformat-da keçirilən ilk iclasında Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsinin sistemli, hərtərəfli və innovativ xarakter daşıdığı bildirilib. Həmçinin əsası ümum-milli lider Heydər Əliyev tərəfindən qo-yulan Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsinin korrupsiyaya qarşı qətiyyətli mübarizə təşkil etdiyi diqqətə çatdırılıb.

İclasda dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələrin müəyyənləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin keyfiyyətcə yeni müstəviyə keçirilməsi, uğurlu iqtisadi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda şəffaf ic-timai münasibətlər sisteminin formalaşması da xüsusi vurğulanıb.

Bildirilib ki, dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılma-sı üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilməli, ictimai şura-ların fəaliyyətinin səmərəliliyi təmin edilməlidir.

İclasda, həmçinin vurğulanıb ki, kor-rupsiyaya qarşı mübarizə sahəsində müasir çağırışlara uyğun səmərəli mexanizmlərin tətbiqi üçün yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Bu sahədə reallaşdırılan tədbirlər korrupsiyaya şərait yaradan hal-ların səbəblərinin müəyyən edilməsinə və

bu kimi mənfi halların qarşısının alınması üçün səmərəli mexanizmlərin yaradılmasına yönəldilməlidir.

Yeri gəlmişkən, ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri aparıcı beynəlxalq təşkilatlar – BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının antikorrupsiya monitorinq orqanı – Kor-rupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), MONEYVAL Komitəsi və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilir. Bu il iyunun 3-də Stras-burqda Avropa Şurasının antikorrupsiya monitorinq orqanı – Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) 2019-cu ildə fəaliyyətini əks etdirən hesabatında Azərbaycana verilən yüksək qiymət də bunun parlaq ifadəsidir.

Xatırladaq ki, adıçəkilən hesabat parlament üzvləri, hakimlər və prokuror-ların fəaliyyətində korrupsiyanın qarşı-sının alınması məsələlərindən bəhs edir. Sənəddə, həmçinin Azərbaycan tərəfindən tövsiyələrin 61,9 faiz icra olunduğu, respublikamızın bu göstərici üzrə Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci, MDB ölkələri arasında isə 1-ci yerdə qərarlaşdığı vurğulanır.

Belə bir müsbət nəticə yuxarıda xatır-latdığımız kimi, Azərbaycanda korrup-siyaya qarşı mübarizə sahəsində səmərəli tədbirlərin gerçəkləşdirilməsi, bu yöndə güclü siyasi iradənin nümayiş etdirilməsi ilə əlaqədardır.

Yeri gəlmişkən, Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı sərt mübarizə aparılması, eyni zamanda, dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafına xüsusi diqqət yetirilməsi dövlət siyasətinin priori-tet istiqamətlərindəndir.

Onu da qeyd edək ki, respublika-da korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində əldə edilən müsbət dinamika beynəlxalq antikorrupsiya reytinqlərində də öz əksini tapıb. Belə ki, ölkəmiz Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) və OECD-nin Antikorrupsiya Şəbəkəsinin 3 qiymətləndirmə raundunu uğurla keçib. Bu isə Azərbaycanda həyata keçirilən tədbirlərin Avropa standartlarına uyğunlu-ğunun indikatoru deməkdir.

Burada bir məqamı da etiraf etmək istərdik. Belə ki, son vaxtlaradək ölkədə nəzərə çarpan korrupsiya və rüşvətxorluq halları əhalinin sosial şəraitinin yaxşı-laşması istiqamətində görülən işlərin səmərəliliyinə mənfi təsir göstərir, bununla ölkədə sabitlik və əmin-amanlığa real təhlükə yaranır, eyni zamanda, beynəlxalq aləmdə mövqelərimiz barədə mənfi imic formalaşırdı. Artıq əminliklə deyə bilərik ki, bu bəlaya qarşı ciddi mübarizə aparılması postpandemiya dövründə sosial-iqtisadi inkişafı daha da sürətləndirəcək, yerli və beynəlxalq səviyyəli layihələrin müsbət nəticələrlə yekunlaşmasına əlverişli şərait yaradacaq. Regional inkişaf məsələlərində narahatlıq doğuran əngəllərin aradan qal-

dırılmasına müsbət təsir göstərəcək. Başqa sözlə, bölgələrin davamlı tərəqqisinə maneə yaradan bəzi məmurların ifşası yerlərdə yeni innovativ və daha səmərəli inkişaf modellərinin tətbiqinə yol açacaq. Bütün bunlar isə daha təminatlı, davamlı və uğurlu gələcəyin qurulmasına xidmət edəcək. Eyni zamanda, respublikada xalq-iqtidar birliyini daha da möhkəmləndirəcək, cəmiyyətin öz Prezidentinə inam və etimadını gücləndirəcək.

Prezident İlham Əliyev mayın 1-də Baş prokuror Kamran Əliyevi videofor-matda qəbulu zamanı da korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə istiqamətində prokurorluq orqanları tərəfindən daha fəal iş aparılmasının zəruriliyini diqqətə çatdırıb. Həmçinin bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərini bildirərək, dövlət məmurlarını xəbərdar etdiyini vurğulayıb: ”Əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər...”

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdı-rılan hüquqi, institusional və kadr isla-hatlarının əsas xətlərindən birini təşkil edən korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması dövlət qulluqçuları-nın şəffaf fəaliyyətinin gerçəkləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədi daşıyır.

Buna görə də korrupsiya və rüşvətxorluq kimi mənfi əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilən açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunan həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi artıq zərurətə çevrilib.

V.BAYRAMOV, “Xalq qəzeti”

Qanunun aliliyinin təmin olunması mənfi halların aradan qaldırılmasına təkan verəcək

Azərbaycanda korrupsiyaya qar-şı mübarizə sahəsində proqramların, qanunvericilik aktlarının qəbul edilməsi bu istiqamətdə mübarizəni daha da gücləndirib. Eyni zamnda, dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyənləşdirilib, korrupsi-yaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılma-sı üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir, ictimai şuraların fəaliyyətinin səmərəliliyinin təmin olunması istiqamətində tədbirlər görülür. Ciddi qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb olun-ması, ictimai nəzarət mexanizmlərinin formalaşdırılması və bu sahədə vətəndaş cəmiyyəti institutlarının fəallığının təşviq edilməsi həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir. Ölkəmizdə korrupsiyaya ilə mübarizə istiqamətində həyata keçirilən əməliyyatlar və on-ların təfərrüatları barədə ictimaiyyətə məlumatların verilməsi dövlətin bu sahəyə olan münasibətinin göstəricisidir.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru Kam-ran Əliyevi videoformatda qəbul edərkən deyib ki, vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir: “Hesab edirəm ki, proku-rorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə

öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala ra-yonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir”.

Bu günlərdə Korrupsiyaya Qar-şı Mübarizə üzrə Komissiyanın tərkibi yenilənib. Məqsəd bu sahədə həyata keçirilən mübarizəni daha da

peşəkarlaşdırmaq, səmərəliliyi artırmaq-dır. Sentyabrın 15-də Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın yeni tərkibdə videoformatda keçirilən ilk iclasında müzakirə olunan məsələlər, irəli sürülən təkliflər mühüm əhəmiyyət kəsb edir. Xüsusi önəm daşıyan məsələlərdən biri də budur ki, iclasda növbəti illərdə bu sahədə reallaşdırılması zəruri olan tədbirlərin va-hid strateji çərçivəsini müəyyənləşdirmək, prioritetləri önə çəkmək və bu tədbirlərin ölkədə həyata keçirilən islahatlar kur-suna cavab verməsini təmin etmək məqsədilə yeni Milli Fəaliyyət Planının əsas istiqamətləri müzakirə olundu, Milli Fəaliyyət Planının layihəsinin hazırlanma-sı barədə tapşırıqlar verildi. Milli Fəaliyyət Planı müxtəlif dövlət qurumlarında korrupsiya hallarının aradan qaldırılması istiqamətində qoyulan hədəflərə çatmaq üçün xüsusi rola malikdir.

Bundan başqa, Komissiya ya-nında işçi qrupların yaradılma-sı, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, müasir informasi-ya-kommunikasiya texnologiyala-rından istifadə, innovativ həllərin tətbiqinin genişləndirilməsi, ictimai nəzarətin təmin edilməsi məqsədilə mövcud mexanizmlərin tətbiqinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın artırıl-ması, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarına dəstək verilməsi və icti-

mai əhəmiyyətli qərarların qəbulunda on-ların rolunun artırılması, maarifləndirmə tədbirlərinin davam etdirilməsi və s. olduqca vacib məsələlərdir.

Beləliklə, bu gün dövlət orqanla-rının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, bürokra-tik əngəllərin, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə əhali tərəfindən təqdir olunur, yeni idarəetmə fəlsəfəsi ictimai rəydə daha çox rəğbət qazanır. Bütün bunlar göstərir ki, qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək.

Çingiz QƏNİZADƏ, Demokratiya və İnsan Hüquqları

Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

Nikol Paşinyanın “miqrasiya kartı” Ermənistanı tələyə salacaq

Fakt ondan ibarətdir ki, işğalçı ölkə öz qurduğu tələyə düşəcək. Rəsmi İrəvanın Dağlıq Qarabağ-dakı xunta rejimi ilə əlbir olub erməni muzdlu döyüşçülərini işğal olunmuş ərazilərimizdə cəmləşdirməyə çalışması Türkiyə və Azərbaycana bölgədə birgə antiterror əməliyyatlarına başla-maq üçün tam hüquqi-siyasi əsas verir.

Azərbaycan təbii ki, ilk gündən də bu hüquqa malik idi. Lakin Su-riya və Livan ermənilərinin Dağlıq Qarabağda yerləşdirilməsinin ardınca, indi də PKK militanları-nın işğal olunmuş ərazilərimizə gətirilməsi Türkiyənin də məsələyə fəal şəkildə müdaxilə etməsinə zəmin yaradır. Paşin-yan iqtidarının “məskunlaşdırma” adı altında həyata keçirdiyi bu

mənhus planın Ermənistan üçün bədəli çox ağır olacaq.

Əlisahib HÜSEYNOV, Milli Həmrəylik Partiyasının

(MHP) sədri

Prezident İlham ƏLİYEV:İctimai nəzarətin güclənməsi

şəffaflığın artmasının mühüm şərtidir

Təsadüfi deyil ki, indiyədək korrupsiya ilə mübarizə sahəsində müvafiq proqramlar, qanunvericilik aktları qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin si-yasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir, ictimai şuraların fəaliyyətinin səmərəliliyinin təmin olunması istiqamətində tədbirlər görülür. Bütün bunlar korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə Azərbaycan liderinin iradəsinin dönməz olduğunu göstərir.

Xatırlatmaq yerinə düşərdi ki, lap bu yaxınlarda Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissi-yasının yeni tərkibi formalaşdırılıb və komis-siyanın ilk iclası keçirilib. Artıq bu istiqamətdə mübarizənin ölkədə gerçəkləşdirilən islahatlar kursuna tam cavab verməsi üçün yeni Milli Fəaliyyət Planı işlənib hazırlanır. Komissiya-nın yanında işçi qruplar yaradılıb. Müvafiq qurumlar qarşısında korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək vəzifəsi qoyulub.

Bu istiqamətdə mübarizənin Azərbaycanda dönməz olduğu Prezident İlham Əliyevin mayın 1-də Azərbaycanın Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən də aydın göründü. Dövlət baş-çısı ölkədə islahatların uğurla davam etdirildi-yi, siyasi, iqtisadi və sosial sahələrdə həyata keçirilmiş islahatların müsbət nəticələr verdi-yini, bu addımların vətəndaşlar tərəfindən də yüksək qiymətləndirildiyini, hüquq-mühafizə orqanlarında da islahatlar aparıldığını bildirdi: “Təbii ki, hüquq-mühafizə orqanlarında da daha genişmiqyaslı islahatların aparılması başlıca şərtdir. İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam

nail olmamışıq, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə, ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq-mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq-mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin”.

Prezident qeyd etdi ki, prokurorluq or-qanları korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə həmişə öndə olmalı, daha fəal iş aparmalıdırlar. Dövlət başçısı təəssüflə xatırlatdı ki, bəzi məmurlar onun sözlərinə əməl etmədikləri üçün Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xüsusi əməliyyatlara hədəf olublar. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs olunublar və cinayət məsuliyyətinə cəlb ediliblər. Prezident İlham Əliyev daha sonra deyib: “Biz hər bir vətəndaşa kömək etmək istəyirik, hər bir vətəndaşa! İcra başçıları-nın, digər mərkəzi və yerli icra orqanlarının rəhbərlərinin vəzifəsi budur. Hər bir icra başçısı vəzifəyə təyin olunanda ona mənim əsas sözlərim odur ki, get, vətəndaşlara xidmət et, get, vətəndaşlarla bir yerdə ol, təmiz işlə, rüşvət alma, vətəndaşları incitmə, kömək göstər, eyni zamanda, sahibkarlara kömək göstər, onların malını əlindən alma, onların fəaliyyətindən özünə pay istəmə. Hər birinə bu sözləri deyirəm. Bu məsələ ilə bağlı bizim mövqeyimiz birmənalıdır. Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq”.

Arzuman MURADLI, iqtisadiyyat üzrə fəlsəfə doktoru

Yeri gəlmişkən, Azərbaycanın səhiyyə və təhsil sahəsində irəliləyişə nail olduğu, bununla yanaşı, insan kapita-lını gücləndirməyə daha çox sərmayə qoyduğu barədə də Dünya Bankının bu günlərdə dərc olunan “İnsan kapitalı

indeksi”ndə məlumat verilib. “İnsan kapitalı indeksi”ndə bildi-rilib ki, Azərbaycanda gənclər sağlamlıq və təhsilə davamlı yatırımlar sayəsində məhsuldar yetkin insana çevrilmək imka-nına malikdirlər. Bu indeksdə 103 ölkənin 2010-2020-ci illər arasındakı dövrdə insan kapitalı sahəsində inkişafı təhlil olunub. Azərbaycan səhiyyə və təhsil sahəsində ən çox irəliləyişə nail olan 10 ölkədən biri kimi dəyərləndirilib.

Dünya Bankı və Azərbaycan Hökuməti tərəfindən bu ya-xınlarda tamamlanan “Sağ qal, öyrən, inkişaf et: Azərbaycanın iqtisadi artımını sürətləndirmək üçün strateji insan kapitalına investisiyaların yatırılması” adlı araşdırmada isə ölkəmizdə insan kapitalının formalaşdırılması, habelə aktivləşdirilməsindəki irəliləyişlər və çağırışlar müəyyənləşdirilib: Son 10 il ərzində respublikamızda uşaq ölümü və uşaqların inkişaf-dan geri qalması əmsalları əhəmiyyətli dərəcədə azalıb.

Xatırladaq ki, indiyədək ölkəmizin Dünya Bankı ilə müxtəlif sahələri əhatə edən birgə layihələrinə 3,5 milyard dollardan çox vəsait ayrılıb. Lakin Prezident İlham Əliyevin Dünya Bankının (DB) Avropa

və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-preziden-ti xanım Anna Breyde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri ilə iyul ayında keçirdiyi videokonfrans-da qeyd etdiyi kimi, gələcək üçün icra olunası layihələr, həyata keçiriləsi planlar hələ çoxdur: “Əlbəttə, bizim planları-mız, ölkənin müasirləşdirilməsi, iqtisadiyyatımızın qeyri-enerji sektorunun inkişaf etdirilməsi və sözsüz ki, infrastruktura investisiya yatırılmasının davam etdirilməsi ilə bağlı planlarımız var. Beləliklə, mən əminəm ki, gələcəkdə çox müsbət əməkdaşlığımız olacaq”.

Onu da qeyd edək ki, həmin videokonfransda Dünya Bankı-nın Azərbaycana, ilk növbədə, özünüməşğulluq proqramının həyata keçirilməsində dəstək verəcəyi bildirilib. Dəstək çərçivəsində bu maliyyə quru-munun ölkəmizə təxminən 100 milyon dollar vəsait ayıracağı və bunun hesabına 15 minə yaxın adamın sözügedən proqrama cəlb olunacağı nəzərdə tutulub.

Azərbaycan 28 illik əməkdaşlıq dövründə Dünya Bankından texniki, mad-di, ümumiyyətlə, hərtərəfli dəstək alıb. Bu beynəlxalq

maliyyə qurumu ilə ölkəmizin uzunmüddətli və davamlı əməkdaşlığının əsasını ümum-milli lider Heydər Əliyev qoyub. Dahi şəxsiyyətin rəhbərliyi ilə liberal bazar iqtisadiyya-tının seçilməsi Dünya Bankı tərəfindən dəstəklənib. Struktur islahatlarının dərinləşdirilməsi, sosial-iqtisadi infrastrukturun bərpası və inkişafı, yoxsullu-ğun azaldılması, habelə digər sahələr Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının başlıca istiqamətləri olub.

Yuxarıdakı fikri bir qədər də konkretləşdirib deyə bilərik ki, Dünya Bankı Azərbaycanda təhsil və səhiyyə sisteminin yaxşılaşdırılması, nəqliyyat və su-kanalizasiya sistemi-nin təkmilləşdirilməsi, kənd təsərrüfatının, enerji sekto-runun inkişafı, ətraf mühitin və mədəni irsin qorunması kimi bir sıra sahələrdə həyata keçirilən layihələrə dəstək verib, neft sektoru üzrə iri layihələr hökumətlə birgə həyata keçi-rilib. Bu maliyyə qurumunun Azərbaycan üçün strateji layihələrə, o cümlədən, “Cənub Qaz Dəhlizi” layihəsinə verdiyi dəstək ölkəmiz üçün mühüm önəm daşıyıb.

“Xalq qəzeti”

19 sentyabr 2020-ci il, şənbə 5

Dövlətimizin başçısı İlham Əliyev prezidentlik fəaliyyəti dövründə korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni daim diqqət mərkəzində saxlayıb. Bu istiqamətdə ardıcıl

qərarlar verib, müvafiq proqramlar imzalayıb. Atılan addımlar isə sosial-iqtisadi islahatların gerçəkləşdirilməsinə mənfi təsir göstərən, ayrı-ayrı sahələrin davamlı inkişafına əngəl törədən, ən başlıcası isə ədalətli cəmiyyət quruculuğunu ləngidən halla-rın qarşısına sədd çəkməklə ölkənin gələcək dayanıqlı inkişafı-nın şərtləndirilməsi məqsədi daşıyıb.

Korrupsiya, rüşvətxor luq Azərbaycanın gündə li yindən silinməlidir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Dünya Bankı Azərbaycanda aparılan islahatları dəstəkləyir

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Mikayıl Cabbarovun Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə videokonfrans formatda keçirilən görüşündə ölkəmizin bu beynəlxalq maliyyə qurumu ilə əlaqələrə böyük önəm verdiyi vurğulanıb. Görüşdə hazırda Azərbaycanda Dünya Bankının 4 kredit və 18 texniki yardım layihəsinin icra olunduğu bildirilib. Eyni zamanda, koronavirus pandemiyasından irəli gələn çətinliklər və pandemiyanın sosial-iqtisadi təsirlərini minimallaşdırmaq üçün Dünya Bankı tərəfindən göstərilən dəstək tədbirləri yüksək qiymətləndirilib.

Son illərdə Azərbaycanda korrupsiyaya qar-şı mübarizə dönməz xarakter alıb. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü tədbirlər görülür. Ölkədə 2018-ci ilin aprelindən başlanmış və həyatımızın demək olar ki, bütün sahələrini – sosial, iqtisadi, siyasi, ictimai, mədəni və digər sahələri əhatə etmiş geniş-miqyaslı islahatlar kursunun vacib istiqamətlərindən biri də korrupsiyaya, rüşvətxorluğa, bürokratiyaya, süründürməçiliyə və digər bu kimi neqativ hallara qarşı mübarizənin təşkili ilə bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dərin isla-hatlar kursu ölkəmizin sosial, iqtisadi, siyasi,

ictimai, mədəni həyatını əhatə edir, şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirilməsini, vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifələrdən biri kimi qarşıya qoyur. Azərbaycanda korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik və digər bu kimi mənfi halların ara-dan qaldırılması əsas hədəflərdən biridir. Respublika-mızın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır.

Bir yandan Livan və Suriya ermənilərinin, digər yandan PKK terrorçularının işğal olunmuş ərazilərimizdə yerləşdirilməsi

zaman-zaman gündəmə gəlib və bu məsələ yenə də öz aktuallığını saxlamaqdadır. Ermənistan hakimiyyəti bu “kart”ı işə salmaqla məkrli oyunlara rəvac verir. Amma düşmən ölkənin hərbi-siyasi rəhbərliyi başa düşməlidir ki, onla-rın məkrli oyunları, avantürist planları “bume-ranq effekti” ilə nəticələnə bilər.

Page 6: “Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir” A · 2020-07-24 · rəqəmi ictimaiyyətin diqqətinə çat-dırmaq istərdim. Regionların sosial-iqtisadi

19 sentyabr 2020-ci il, şənbə6

“ADY Express” yeni növ yüklərin daşınmasına başlayacaq

“ADY Express” MMC-nin mətbuat xidmətinin rəhbəri İlham Abdulov bildirib ki, yeni növ yüklər oduncaq, taxıl və kömür olacaq: “Hazırda “ADY Express” tərəfindən Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə əsasən metal (polad) daşınır. Bu yüklər əsasən Maqnitoqorsk metallur-giya kombinatının məhsuludur”.

İ.Abdulov qeyd edib ki, bu müəssisənin məhsulunun “ADY Express” tərəfindən son məntəqəyə nəqli müddəti 15-17 gün təşkil edir:

“Yüklər Rusiyadan Azərbaycan və Gürcüstandan tranzitlə Qarsa daşınır. Dəmir yolu ilə məsafənin uzunluğu 5 min kilometrə bərabərdir. Bizim bu müəssisələrlə əməkdaşlığımız 2018-ci ildə başla-yıb və bu gün də uğurla davam edir”.

“Xalq qəzeti”

Yanvar-avqust aylarında 24,7 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur

Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, sənaye məhsulunun 60,7 faizi mədənçıxarma sektorunda, 33,1 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıla-rın təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 12,2 faiz artmışdır.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9,5 dəfə, metal-lurgiya sənayesi məhsullarının istehsalı 2,3 dəfə, avtomobil, qoşqu və yarımqoş-quların istehsalı 96,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 63 faiz, maşın və avadanlıqların istehsalı 50,4 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 39,5 faiz, tütün məmulatlarının istehsalı 38,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 36,8 faiz, geyim istehsalı 32 faiz, kimya sənayesi

məhsullarının istehsalı 13,4 faiz, poliqrafi-ya məhsullarının istehsalı 11,9 faiz, toxu-culuq sənayesi məhsullarının istehsalı 4,7 faiz, elektrik avadanlıqlarının istehsalı 3,4 faiz, neft məhsullarının istehsalı 2,2 faiz artmış, qida məhsullarının istehsalı 0,8 faiz, tikinti materiallarının istehsalı 1,8 faiz, ha-zır metal məmulatlarının istehsalı 3,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 6,3 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 9,7 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,7 faiz azalmışdır.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

Üzeyir Hacıbəylinin yaradıcılığı o qədər geniş və çoxsahəlidir ki, bu barədə uzun illərdən bəri tədqiqatlar aparılsa da, düşünürəm ki, bundan sonra da ciddi, müasir araşdımalara böyük ehtiyac var. Bu dahi sənətkar musiqi sənətində, istər ədəbi yaradıcılıqda, Azərbaycan incəsənətində və mədəniyyətində özünəməxsus bir irs yaratmışdır.

Üzeyir bəy 1908-ci ildə “Leyli və Məcnun” operasını yazmaqla müsəlman Şərqində , Zaqafqaziyada, Azərbaycanda bu janrın əsasını qoydu. “Leyli və Məcnun” muğam operası olaraq dünyada analoqu olmayan bir əsərdir. O, “Leyli və Məcnun” operası ilə Azərbaycanda klassik musiqinin əsasını qoydu, opera bəstəkarlığı və ifaçılıq ənənəsi yaratdı. Təsəvvür edin ki, tək “Leyli və Məcnun” operasında 1908 - ci ildən bu günə qədər onlarla sənətkar Leyli obrazını, Məcnun obrazını və eləcə də başqa obrazları ifa etməklə böyük və ciddi səhnədə çıxış etmək hüququ qazandı, eyni zamanda, öz ya-radıcılıq potensiallarını nümayiş etdirə bildi.

“Leyli və Məcnun” operası tez bir zamanda populyarlıq qazandı. Tamaşa-çılar tərəfindən sevildi. Üzeyir bəy beş opera və üç operetta yazıb. Bu əsərlər həm Azərbaycan, həm də dünya tamaşaçılarının rəğbətini qazanmışdır.

Mənim rejissor kimi yaradıcılığımda Üzeyir bəyin əsərləri həmişə ön planda olub.

Üzeyir bəyin, demək olar ki, bütün əsərlərinə Azərbaycanda, eyni zamanda, dünyanın ona qədər ölkəsində quruluş vermişəm. Tamaşaçıların Üzeyir bəyin musiqisini necə sevdiklərinin, ona necə doğma münasibət bəslədiklərinin canlı şahidi olmuşam. Tale elə gətirdi ki, teatrda ilk böyük işlərimdən biri “Leyli və Məcnun” operası oldu. Mən bu teatra gələndə bu opera görkəmli rejissor

Mehdi Məmmədovun quruluşunda nümayiş etdirilirdi. Teatrın rəhbərliyi belə bir qərar verdi ki, tamaşaya gənclərdən ibarət yeni heyət hazırlansın və bu iş mənə tapşırıldı. Məcnun obrazına teatra dəvət olunmuş gənc müğənni Mənsum İbrahimov, Leyli obrazına Asəf Zeynallı adına Musiqi Kollecini yeni bitirmiş Gülyaz Məmmədova (indi hər ikisi respublikanın Xalq artistidir) digər parti-yalara da yeni ifaçılar təsdiq olundu. Biz səkkiz – doqquz ay mütəmadi məşqlər etdik və ugurlu bir tamaşa alındı. Həmin vaxtdan bu günə kimi mənim yaradıcılığımda “Leyli və Məcnun” operası bir leytmotivə çevrildi. Bu günə kimi on altı ifaçını Leyli obrazına, on dörd ifaçını Məcnun obrazına, İbn Səlam, Zeyd, Nofəl və başqa obrazlara yeni gənc ifaçılar hazırlamışam. Üzeyir Hacıbəylinin 120 illiyində isə operaya yeni quruluş vermişəm. Cox qiymətli əsərdir, sadə görün-düyü qədər də mürəkkəbdir.

Dünyada analoqu olmayan əsərlərdən biridir ki, yazıldığı gündən bu vaxta kimi repertuardan çıxmayıb. Hər zaman ən çox tamaşaçı cəlb edən opera olub. “Leyli və Məcnun” operası ilə bir neçə dəfə Türkiyədə qastrol səfərində olmuşuq. İlk dəfə ola-raq Ərəbistanda, Qətərin paytaxtı Doha şəhərində “Leyli və Məcnun”u göstərdik. Tamaşaçılar böyük maraqla qarşıladılar bu əsəri.

Təsadüfi deyil ki, Ü.Hacıbəyli məhz Fü-zulinin “Leyli və Məcnun”una müraciət edib. Əvvəla, Füzulinin qəzəlləri həmişə populyar olub, xanəndələr tərəfindən məclislərdə ifa olunub, ikincisi Füzulinin “Leyli və Məcnun”unda ilahi eşqin tərənnümü var. Üzeyir bəy “Leyli və Məcnun” operasını yazarkən məhz xalqın ruhundan süzülüb gələn musiqidən cox ustalıqla istifadə edib. Əsərdə yeddi əsas muğamdan, el havaların-dan, folklor musiqisindən istifadə olunub. Fü-zuli ədəbi materialında ilahi eşqin tərənnümü, Üzeyir bəyin musiqisində ulu kökə bağlı bir millətin ruhu və bu iki dahinin ortaq nöqtəsi “Leyli və Məcnun” operasını həmişə aktual edir.Yetər ki, əsərin qayəsini, ruhunu qoruyub saxlaya bilək, doğru ifadə vasitələri tapa bilək. Mən Üzeyir bəyin əsərlərini Çində, Belarusda,Türkiyədə,Tacikistanda, Bolqarıs-tanda və başqa ölkələrin sənətçiləri ilə birgə hazırlayanda həm sənətçilərin, həm də ta-maşaçıların ecazkar sevgi dolu münasibətini görürdüm, sanki onlar bu əsərlərdə bizim xalqın ruhunu hiss edirdilər.

Əlbəttə, Üzeyir Hacıbəylinin yaradıcılı-ğı bizim üçün, eləcə də gələcək nəsillər üçün bir örnəkdir və biz bunu qorumalı, düzgün təbliğ eləməli, ondan həmişə öyrənməliyik.

Hafiz QULİYEV, Azərbaycan Dövlət Akademik Opera və

Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi

Payız mövsümündə koronavirusa yoluxmamaq üçün daha məsuliyyətli olmalıyıq

Artıq bir çox Avropa ölkələrində yenidən sərt karantin rejiminə keçilib. Pandemiyanın başlamasından ötən 8 aydan artıq bir müddətdə virusun zəifləməməsi, yoluxanların sayının bəzi ölkələrdə indi də getdikcə artması üzü qışa doğru yaxşı nəticələrin əldə edilməyəcəyindən xəbər verir. Ölkəmizdə bir çox məhdudiyyətlərin götürülməsi, çox sayda iş yerlərinin fəaliyyətini davam etdirməyə başlaması da insanların ünsiyyətini artırdığına görə, yoluxmalar çoxalır.

Tədris müəssisələrinin, hətta, pande-miya qaydalarına uyğunlaşdırılaraq açıl-ması belə yoluxmaların artma ehtimalını yaradır. Çünki mütəxəssislər uşaqların virusa yoluxmadıqlarını iddia etsələr də, onların daşıyıcı olmalarını hələ pande-miya başlayanda deyirdilər. Kiçikyaşlı uşaqlarda timus vəzinin orqanizmə düşən virusu məhvetmə xüsusiyyəti olduğundan onların COVID–19-a yoluxmama şansları böyükdür. Amma məktəbdə 7-17 yaş ara-lığında şagirdlər, həmçinin pedaqoji kol-lektiv olduğundan tədris müəssisələrində fəailyyət operativ qərargahın tələblərinə uyğun qurulmalı və qaydalara ciddi əməl edilməlidir.

Təhsil müəssisələrində göstərilən tibbi xidmətin əsas öhdəlikləri arasında şagird və tələbələrin sağlamlığının qo-runması, xəstəliklərin qarşısının alınması, sağlamlığın davamlı monitorinqinin apa-rılması və ilk tibbi yardımın göstərilməsi indi daha önəmlidir. Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da, məktəbə ilk dəfə gedən uşağa fiziolo-ji, psixoloji və sosial adaptasiyalardan keçməyə, təhsil müəssisələrində fəaliyyət göstərən peşəkar psixoloq, sosial peda-qoq, loqoped və tibb bacılarından ibarət olan peşəkar heyət kömək edir. “Reginal Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu BAĞIROVA yeni dərs ilinin başlan ması ilə bağlı, pedaqoji kollektivlərin artan məsuliyyətindən danışarkən dedi:

– Ölkəmizin təhsil ocaqlarında qaydalara görə, şagird sayından asılı olaraq, tibbi kabinetlər fəaliyyət göstərir. Pandemiya dövründə isə buna ikiqat diqqət ayrılmalıdır. Orada çalışan tibb bacıları uşaqların sağlamlığını nəzarətdə saxlamalı, ehtiyac olduğu anlarda dərhal ilkin yardım göstərməlidirlər.

Payız-qış fəsillərində havaların dəyişməsi, təlim-tərbiyə ocaqlarında uşaq və yeniyetmələrin bir-biri ilə yaxın təmasda olması və bəzən şagirdlərin

immunitetlərinin zəifliyi, otaqlarda masaların sıxlığı, əks- epidemik rejimin tam gözlənilməməsi ilə əlaqədar tənəffüs yollarının kəskin infeksion xəstəliklərinə səbəb olur. Uşaq və yeniyetmələrin in-feksiyalara qarşı müqavimətini artırmaq üçün onların rasional qidalanması, gigi-yenik gün və dərs rejimi, təlim-tərbiyə ocaqlarında və evdə daim optimal şərait ilə təmin olunmaları vacibdir.

COVID–19 pandemiyası dövründə təhsil müəssisələrində nəzərdə tutulmuş tədbirlərdən danışarkən bildirməliyik ki, məktəblərin açılması ilə yeni dərs ilində onlayn təhsilə alışmış pedaqoji kollektiv məktəblərə, əvvəlki iş rejiminə qismən də olsa qayıdacaq. Amma bu məsələdə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Nəzərə alsaq ki, koronavirusun gizli daşıyıcıları uşaqlar hesab olunur, o zaman müəllimlərin evdə olduqları zamandakı kimi özlərini ciddi qorumaları çətin olacaq. Uşaqlar koronavirusu evdən, küçədən məktəbə daşıya bilər və əlbəttə ki, təhlükəsizlik tədbirlərinə əməl etmədikdə, sinif yol-daşları və müəllimlərinə ötürə bilərlər. Mütəxəssislərin bildirdiklərinə görə, uşaqlar koronavirusu yüngül, simp-tomsuz keçirdiklərindən, məktəblərdə müəllimlər, xüsusən, orta yaşlı pedaqoq-lar özlərinin müdafiəsi barədə daha çox düşünməlidirlər.

Eyni zamanda, artıq payız gəlib. Havalar dəyişkəndir, 35 dərəcə rütubətli isti, bir saat içində buludlu sərin havaya dönür. Dünənki günəşli hava bu gün küləklə, yağışla əvəzlənir. Payız ayların-da belə kəskin hava dəyişmələri həmişə

həm uşaqlarda, həm böyüklərdə, yuxarı tənəffüs yolları xəstəliklərinin artması ilə nəticələnir.

İndi ötən illərdəki vaxt deyil. Pan-demiya dövründə hər öskürəkdə, hər qızdırma halında panikaya düşmək lazım deyil. Gigiyenik qaydalara əməl etməklə, bunların öhdəsindən çox rahat gələ və uşaqları qoruya bilərik. Bilirik ki, ənənəvi dərs ilindən fərqli olan builki tədris ili yeni qaydalara, yeni tələblərə uyğun başladı. Belə ki, dərs günü başlamazdan bir neçə gün əvvəl təhsil müəssisələrinin həyəti, sinif otaqları, ümumi istifadə yerləri de-zinfeksiya edilib, məktəblilərin istifadəsi üçün dezinfeksiyaedici məhlullarla təmin olunub. Bilik günü məktəbə daxil olan şagirdlərin hər birinin əlləri gigiyenik tələblərə uyğun olaraq spirtlə dezinfeksiya edildi. Valideyn olaraq uşaqların sağlam-lığının qorunmasına diqqət üçün təşkil edilən bu hazırlıqdan məmnun qaldım.

Eyni zamanda, özlərini məktəbdə, sinif otaqlarında koronavirusa

yoluxmaqdan qorumaq üçün operativ qərargahın verdiyi tövsiyələrə uyğun olaraq, sinifdə dərs zamanı, müəllimlərin üzünün şəffaf ekranla bağlanmasına əməl edildi. Uşaqlarla təmasda ara məsafəsi gözlənildi. Orada valideynlərə bildirdilər ki, müəllimlərə jurnal, uşaqların kitab - dəftərlərinə, çantalarına yalnız əlcəklə toxunmaq tapşırılıb. Həmçinin tövsiyə edilib ki, uşaqların başı üzərində çox dayanmaq, əllə onların üzünə, burnuna, başına toxunmaq olmaz. Müəllimin masası hər 45 dəqiqədən bir dezinfeksiya edilməli, hər dərsdən sonra əllər isti su və sabunla yuyulmalı, 2 saatdan bir təmiz havaya çıxıb maskasız tənəffüs alınmalıdır. Sinif otaqlarının hər dərsdən sonra pəncərələri açılacaq, otaqların havası dəyişdiriləcək.

Bunlar sadə, əməl edilməsi asan məsələlərdir. Həm gigiyenaya əməl etmək, həm maska taxmaq heç kəsdən ağır əziyyət, əlavə güc tələb etmir. Sadəcə qay-dalara əməl etməklə, virusdan uzaqlaşıb sağlamlığımızı qorumuş oluruq. Amerika Birləşmiş Ştatlarının Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Robert Redfild iddia edib ki, qoruyucu maska koronavirusa qarşı peyvənddən daha effektlidir. O, maskanın koronavirusa yoluxmaya qarşı işə yaradığının dəqiq sübutları olduğunu bildirib. Peyvəndin hər kəsdə eyni səviyyədə müdafiə mexa-nizmi yaratmadığını qeyd edən direktor maskanın peyvənddən daha zəmanətli olduğunu vurğulayıb. Buna görə də qapalı məkanlarda, ictimai nəqliyyatda, insanların çox toplaşdığı dayanacaqlarda, marketlərdə kassaların önündə maska-dan istifadə etməklə yoluxmadan qoruna bilərik.

Z.BƏŞIRQIZI, “Xalq qəzeti”

Təhsil Nazirliyi müraciət yayıbSentyabrın 15-dən ölkəmizdə 2020-

2021-ci tədris ilinə start verilib. Pandemiya ilə əlaqədar olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilir. Müəyyən edilmiş qaydalara əsasən, I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb.

2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə pro-sesinin karantin rejimində təşkili Nazirlər Kabinetinin müvafiq Qərarı əsasında həyata keçirilir. Belə ki, Bakı, Sumqayıt

şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil edilir.

Lakin sosial şəbəkələrdə bəzi özəl ümu-mi təhsil müəssisələrində şagirdlərin həftədə 5 dəfə əyani şəkildə tədrisə cəlbi ilə bağlı fikirlər səsləndirilir.

Bildiririk ki, bu, Nazirlər Kabinetinin tədrisin təşkili ilə bağlı müvafiq qərarlarına riayət edilməməsidir. Təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı bütün məsələlər Təhsil Nazirliyinin nəzarətindədir və belə hallar təsdiqini taparsa, müvafiq şəkildə tədbirlər görüləcək.

18 sentyabr Üzeyir bəyin doğum günüdür. Həmişə bu günü xalqımız böyük təntənə ilə qeyd edir. Bu il isə pandemiya ilə bağlı böyük tədbirlər keçirmək mümkün olmasa da Üzeyir bəy yenə ehtiramla anılacaq, əziz xatirəsi böyük hörmət və məhəbbətlə yad ediləcək.

Üzeyir bəyin zəngin irsi tükənməz xəzinədir

Ekspertlər son bir ayda dünyada daha 8 milyon nəfərin koronavirusa yoluxduğu-nun müşahidə olunduğunu deyirlər. Ən çox yoluxma hallarının ABŞ (6 828 301), Hindis-tan (5 118 253) və Braziliyada (4 421 686) qeydə alındığı bildirilir. Operativ qərargahın məlumatına görə, sentyabrın 19-dək Azərbaycanda 38 min 894 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 36 min 424 nəfər sağalıb. COVID–19-dan ölənlərin sayı isə 572 nəfərdir. Türkiyədə 296 min 391 nəfər virusa yoluxanın 7 min 249-u, Rusiyada 1 milyon 079 min 519 yoluxandan 18 min 917–si, Iranda 410 min 334 nəfər koronavirus diaqnozu qoyulanın 23 min 632 nəfəri, Gürcüstanda virusa yoluxan 2 min 758 nəfərdən 19-u, Ermənistanda 46 min 376 nəfər xəstədən 923 nəfəri vəfat edib. Ümumiyyətlə, dünyada koro-navirusa yoluxanların sayı 30 milyonu keçib.

2020-ci ilin sonunadək və 2021-ci ildə “ADY Express” tərəfindən Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə marş-rutu ilə yeni növ yüklərin daşınması planlaşdırılır.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-av-

qust aylarında 24,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz az sənaye məhsulu istehsal edilmişdir. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 4,9 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 13,6 faiz artmışdır.

Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir(əvvəli 1-ci səhifədə)

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafı-nın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bu barədə ətraflı bəhs edilib. Dövlətimizin başçısı deyib: “Sosial layihələrin icrası bundan sonra da davam etdiriləcək. Bizim siyasətimizin əsas məsələsi elə budur. Pandemiya dövrü bir daha göstərdi ki, biz bu çətin dövrdə də bu siyasətdən kənara çıxmırıq və gəlirlərimizin azalmasına bax-mayaraq, bütün sosial layihələr artıqlaması ilə icra ediləcək və bütünlükdə deyə bilərəm ki, bu il bu baxımdan rekord göstəricidir”.

Burada bir məqamı da qeyd etmək istərdik. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Bakının Suraxanı rayonunda görkəmli rəssam Səttar Bəhlulzadənin adını daşıyan Mədəniyyət Evinin, sent-

yabrın 3-də isə Yasamaldakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışında iştirak ediblər. Təbii ki, əvvəllər, eləcə də cari ilin ötən aylarında Bakıda, həmçinin respublikamızın ayrı-ay-rı rayonlarında bu cür mədəniyyət və tarixi abidələrin bərpasından sonra istifadəyə verilməsi tədbirləri gerçəkləşdirilib. Bu isə onu göstərir ki, Azərbaycanda tarixi-mədəniyyət abidələrinin bərpası dövlət siyasətində mühüm yerlərdən birini tutur. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində belə obyektlərin təmiri, bərpası, yenidən qurulması istiqamətində çox böyük işlər görülür.

Azərbaycanda sözügedən istiqamətdə dövlət səviyyəsində həyata keçirilən layihələrə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da sanballı töhfələr verir. Həmin layihələrin icrası bir neçə mühüm amili birləşdirir. İlk növbədə bu işlər

tarixi, dini, mədəni abidələrə dövlətimiz tərəfindən nə qədər həssaslıqla yanaşıldığını göstərir, eyni zamanda, Azərbaycanın qədim, tarixi diyar olduğunu bir daha dünyaya sübut edir.

Bakıda abadlıq-quruculuq tədbirlərinin keçirilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın fəaliyyəti də xüsusi diqqət çəkir. Heydər Əliyev Fondunun vitse-prezidenti-nin təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırıl-masına yönələn “Bizim həyət” layihəsi çərçivəsində, həmçinin ictimai çimərliklərin yaradılması istiqamətində son vaxtlar görülən işlər də bunun bariz ifadəsidir.

Son 17 il ərzində həyata keçirilən islahatlar Azərbaycanın sosial dövlət olduğunu təsdiqləyir. Bu da təsadüfi deyil. Çün-ki insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir

vətəndaşın iştirakını təmin etməyə müsbət təsir göstərir.

Bakı şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri, şəhər infrastrukturunun yenilənməsi, yol, nəqliyyat və digər infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində aparılan sistemli və ardıcıl işlər uğurla davam etdirilir. Paytaxtın abadlaşdırılmasına ərazilərin təmizlənməsi, binaların fasad-larının yuyulması və s. təmizlik xidmətlərinin göstərilməsi də daxildir. Peşəkar və məsuliyyətli menecerlər və bağbanlar koman-dası səmərəli xidmət göstərmək üçün öz bilik və təcrübələrindən, həmçinin qabaqcıl texnologiyalar-dan istifadə edirlər.

Sonda qeyd edə bilərik ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Ba-kıda reallaşdırılan abadlıq-quru-culuq tədbirlərinin həcmi getdikcə artır. Bu işlər paytaxt sakinlərinin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq zolaqlarının salınması, şəhərin qədim tarixi memarlıq nümunələrinin bərpası və yeni, müasir sosial binaların tikilib istifadəyə verilməsi ilə müşayiət olunur.

V.BAYRAMOV, “Xalq qəzeti”

Antimilli qüvvələrin sevinməsinə imkan verilmədi

A.Abdulkərimov qeyd edib ki, hələ Tofiq Yaqublu həbs olunanda o, bildir-mişdi ki, onun Qarabağ qazisi olması məhkəmə sisteminin ona qarşı humanist yanaşması üçün əsaslardan biri ola bilər. İlkin məhkəmə instansiyası Tofiq Yaqub-luya 4 il 3 ay həbs vermişdi. Əlbəttə, onun səhhətinin ağırlaşmasına münasibətdə heç bir soyuqluq göstərilmədi. Bu günlərdə Tofiq Yaqublunun azadlığa buraxılması və aclıq etməsinin qarşısının alınması ilə bağlı onun həkimi Adil Qeybulla dövlət başçı-sına müraciət etdi. Məsələn, o, Penitensiar Xidmətin hər hansı bir xəstəxanasında da yerləşdirilə bilərdi. Lakin şəhərin ən yaxşı xəstəxanalarından birinə yerləşdirilməsi də onun səhhətinə olan həssas münasibət və

humanizm siyasətinin bir hissəsi idi. Bil-diyimiz kimi, TƏBİB-in rəsmi şəxsləri və həkimləri, Penitensiar Xidmətin əməkdaşları xəstəxanada T.Yaqublunun yanında olublar və onun səhhətini nəzarətdə saxlayıblar. Qeyd edim ki, T.Yaqublunun həkimi Adil Qeybulla da həmin qərarı humanist addım kimi qiymətləndirdi və yaranmış vəziyyəti kampaniyaya çevirərək T.Yaqublunun həyatı bahasına öz çirkin niyyətlərini həyata keçirmək istəyənlərin bu qeyri-insani davra-nışını qınadı.

A. Abdulkərimov bildirib ki, bir sıra mədəniyyət və ictimai-siyasi xadimlər də dövlət başçısına müraciət edərək Tofiq Yaqubluya qarşı humanizm göstərilməsini xahiş etdilər. Bütün bunlar həbs qəti imkan

tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə qərar verilməsində böyük əhəmiyyət daşıdı. Onun fikrincə, bütövlükdə ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslər öz davranış-larında, hərəkətlərində son dərəcə diqqətli olmaldırlar. Tofiq Yaqublu təcridxanada olduğu dövrdə qanunvericiliyə uyğun olaraq, lazımi məişət şəraiti ilə təmin olunub, hüquqları məhdudlaşdırılmayıb, ailə üzvləri və vəkilləri ilə mütəmadi gö-rüşüb və telefon vasitəsilə əlaqə saxlayıb. Məhkəmənin T.Yaqublunun sağlıq duru-munda ciddi problem yaranmamasına yol verməmək üçün onun barəsində çıxarılmış qərarı dəyişdirməsini alqışlayırıq. Bu, Azərbaycan dövlətinin növbəti humanist addımı, insan həyatını ən ali dəyər kimi qiymətləndirməsinin bariz nümunələrindən biridir.

“Ana Vətən” Partiyasının rəsmisi sonda bildirib ki, T.Yaqublunun vəziyyətinin ağır-laşmasını və hətta ölümünü istəyərək bun-dan yararlanmağa çalışan radikal müxalifət, daxildəki və xaricdəki 5-ci kolonun nümayəndələri ciddi şəkildə qınanılmalıdır.

Anar TURAN, “Xalq qəzeti”

“Düşünürəm ki, Tofiq Yaqublu haqqında qərarın dəyişdirilməsi Azərbaycan dövlətinin humanizm prinsiplərinə söykənməklə yanaşı, həm iqtidar, həm də müxalifət daxilindəki antimilli ünsürlərin sevinməsinə imkan vermədi”. Bu fikri “Ana Vətən” Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Arzuman Abdulkərimov bildirib.

Page 7: “Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir” A · 2020-07-24 · rəqəmi ictimaiyyətin diqqətinə çat-dırmaq istərdim. Regionların sosial-iqtisadi

19 sentyabr 2020-ci il, şənbə 7

Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalı

2020-ci il üçünyumşaq inventar və xüsusi tibbi geyimlərin

satın alınması məqsədiləAÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid inter-net portalı (portal) vasitəsilə elektron for-mada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, podratçı şirkətin son beş ildə ortaqlıq etdiyi büdcə təşkilatlarından tövsiyyə məktubu, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti iş və xidmətlər üzrə təcrübəsi, iddiaçıların maddi-texniki im-kanları (maliyyə vəziyyəti, anbar və s.)

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 500 (beş yüz) manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.Müqavilənin yerinə yetirilmə müddəti və

malların təhvil verilməsi 2020-ci il dekabrın 30-na qədər başa çatdırılmalıdır.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs- Qəhrəmanov Xəyyam Vaqif oğlu.

Ünvan- Bakı şəhəri, Ziya Bünyadov pros-pekti 36.

Telefon- (012) 590 66 26.• Bank- Dövlət Xəzinədarlığı Agentliyi• Kod- 210005• VÖEN- 1401555071

• M/h- AZ-41NABZ01360100000000003944

• S.W.İ.F.T: CTREAZ22• H/h- AZ95C-

TRE00000000000002077703• VÖEN- 1500395041İddiaçılar tenderdə iştirak üçün aşağıdakı

sənədləri təqdim etməlidirlər:1. İddiaçının tam adı, hüquqi statusu,

nizamnaməsi və rekvizitləri.2. Qeydiyyatdan keçdiyi ölkə - dövlət

reyestrindən çıxarış və şəhadətnamə.3. Tender təklifi (tender təklifləri zərflərin

açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

4. Tender təklifi dəyərinin 1 faizi həcmində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 bank günü çox olmalıdır).

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətinin dayandırıldığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış.

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

7. İddiaçının son bir ildəki (əgər daha az

müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı.

8. Satınalma prosedurlarının başlanma-sından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qay-dasında qadağan edilməməsi barədə arayış.

9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim edilmiş arayış.

Sənədlər Azərbaycan dilində tərtib olunma-lıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respubli-kasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 8 oktyabr 2020-ci il saat 12.00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Tender təklifi ilə bank təminatı sənədləri 16 oktyabr 2020-ci il saat 12.00-a qədər elektron portal vasitəsilə təqdim olunmalıdır. Göstərilən tarixdən gec təqdim edilən təkliflər qəbul olunmayacaqdır.

İddiaçıların tender təklifi zərfləri 19 oktyabr 2020-ci il saat 12.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedur-lar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 24 iyul 2020-ci

il tarixli nömrəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən daxili tu-rizm üzrə sorğuların aparılması xidmətlərinin satın alınması ilə əlaqədar dərc edilmiş kotirov-ka sorğusunda “SİAR RETAIL” Məhdud Məsuliyyətli Cəmiyyət qalib elan olunmuş və həmin şirkətlə 2020-ci il sentyabrın 17-də müvafiq satınalma müqaviləsi bağlanılmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 14

sentyabr 2020-ci il tarixli nömrəsində “Su İdmanı sarayı “MMC-nin Forklift, Golf car və Bagi maşınları üçün ehtiyat hissələrinin və onlara 1 (bir) illik servis xidmətinin satın alınması ilə əlaqədar dərc olunmuş kotirovka sorgusu bu mal-lar və xidmətlər 2020-ci ilin satınalma planına daxil edilmədiyinə görə ləğv olunur.

B İ L D İ R İ Ş“Azərbaycan Qida

Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin tender komis-siyası bildirir ki, cari təmir xidmətlərinin (generatorların, UPS-lərin servis və təmiri) satın alınması üçün 2020-ci il iyulun 29-da elektron portal vasitəsilə keçirilmiş açıq tende-rin nəticələrinə əsasən “Estet” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınal-ma müqaviləsi bağlanılmışdır.

Tender komissiyası

Azərbaycan Respublikası Mərkəzi

Bankının məlumatı

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qa-nununun 107.1.1-ci maddəsinə və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 15 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq, Əliyev Əliməmməd Nadir oğluna kö-nüllü müraciət əsasında sığorta agenti fəaliyyəti üçün verilmiş 13 fevral 2013-cü il tarixli 000868 nömrəli lisenziya ləğv edilmişdir.

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 26 avqust 2020-ci il tarixli nömrəsində “Su

İdmanı sarayı “MMC-nin Qolf avtomobilləri üçün akkumulyator və təkər şinlərinin satın alınması ilə əlaqədar dərc olunmuş kotirovka sorgusu bu mallar 2020-ci ilin satınalma planına daxil edilmədiyinə görə ləğv olunur.

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 30 iyul 2020-ci il tarixli nömrəsində Azərbaycan

Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu tərəfindən toxum materiallarının satın alınması məqsədilə dərc edilmiş elektron açıq tenderin nəticələri iddiaçıların sayı üçdən az olduğundan ləğv edilmiş və tenderin davamından imtna olunmuşdur.

Ağdam Mexaniki Suvarma İdarəsi subartezian quyularının, nasos stansiyalarının və nasoslarının cari təmiri üçün

mal-material və ehtiyat hissələrinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİRTender 2 (iki) lot üzrə keçiriləcəkdir.Lot- 1. Subartezian quyularının,

nasosların cari təmiri üçün mal-material və ehtiyat hissələrinin satın alınması.

Lot- 2. Nasos stansiyalarının, nasosla-rın cari təmiri üçün mal-material və ehtiyat hissələrinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənib imzalan-mış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetrilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün ten-der iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci ilin sonunadəkdir.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs Elşən Hüseynov. .Ünvan- Ağdam rayonu, Xındırıstan kəndi.

E-mail: [email protected] 0263240034,

mobil-050-435-00-24.Maraqlananlar əsas şərtlər toplusu-

nu aşağıdakı məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.

İştirak haqqı hər bir lot üçün 100 manatdır.

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:

Ağdam Mexaniki Suvarma İdarəsi• H/h- AZ26C-

TRE00000000000002355201• VÖEN- 3200675831• Bank- Dövlət Xəzinədarlığı Agentliyi• VÖEN- 1401555071• Kod- 210005• M/h- AZ-

41NABZ01360100000000003944• S.W.İ.F.T: BİK CTREAZ 22 Malgöndərənlər (podratçılar) iddiaçı

statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanla-rından arayışlar;

- vergilər nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, ava-danlıqları və lazımi texniki imkanla¬rının olmasına aid rəsmi arayış;

- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 9 oktyabr 2020-ci il saat 15.00-a kimi tender ko-missiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 19 oktyabr 2020-ci il saat 15.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid inter-net portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 20 oktyabr 2020-ci il saat 15.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

Ağstafadan xəbərlər

“Abad həyət” layihəsi uğurla davam etdirilirSon vaxtlar Ağstafada

abadlıq-quruculuq işləri geniş vüsət alıb. Bu baxımdan “Abad

həyət” layihəsi maraq doğurur. Hazırda həmin istiqamətdə işlər sürətlə davam etdirilir, yeni, abad məhəllələr salınır.

Ölkə rəhbərliyinin müva-

fiq tapşırığına uyğun olaraq Ağstafa rayonunda həyata keçirilən abadlıq və quruculuq işləri tezliklə rayonun simasını tamamilə dəyişəcəkdir. Maraqlı-dır ki, xeyirxah təşəbbüsə rayon ictimaiyyətinin nümayəndələri, ictimai təşkilatlar da həvəslə qoşulublar.

Bu həftə çoxmərtəbəli yaşayış binalarından birinin həyətində keçirilən ağacəkmə aksiyasında YAP Ağstafa Ra-yon Təşkilatı Gənclər Birliyinin könüllüləri də iştirak etmişlər. Rayon icra hakimiyyətinin başçısı Seymur Orucov da könüllülərlə birlikdə ağac əkmiş, digər abadlıq-yaşıllıq işləri ilə məşğul olmuşdur.

Rayon rəhbəri 600-dən çox bal toplayanlarla

görüşdüAğstafa Rayon İcra

Hakimiyyətinin başçısı Sey-mur Orucov bu il ali təhsil müəssisələrinə qəbul zamanı 600-dən çox bal toplayan məzunlarla görüş keçirmiş-dir. Koronavirus təhlükəsi ilə əlaqədar operativ qərargahın tələblərinə uyğun olaraq açıq şəraitdə keçirilən görüşdə icra hakimiyyətinin başçısı yüksək nəticə əldə edərək tələbə adını

qazanmış 16 nəfər məktəb məzununu təbrik etmiş, onlara təhsildə, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməyi arzulamışdır.

Tələbələrə rayon icra hakimiyyətinin diplom və hədiyyələri təqdim olunmuşdur.

Tədbirdə çıxış edən tələbələr təhsilə göstərdiyi yüksək diqqət və qayğı-ya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Sərhəddəki birincilərə məktəbli ləvazimatları

hədiyyə olunduRayonun sərhəd

kəndlərində birinci si-nif şagirdlərinə məktəbli ləvazimatları hədiyyə olunub.

15 sentyabr Bilik Günündə

Ağstafa rayonunun düşmənlə həmsərhəd kəndləri olan Köhnəqışlaq və Yaradulluda ilk dəfə məktəbə qədəm qoyan birincilərlə görüş keçirilib. Birincilərə gələcək təhsillərində böyük müvəffəqiyyətlər arzu olunub və onlara məktəbli ləvazimatları paylanılıb.

Köhnəqışlaq kənd tam orta məktəbinin direktoru Mahirə Əsgərova və Yaradullu kənd ümumi orta məktəbin direktoru İlahə Novruzova müəllim və valideynlər adından onlara hər zaman göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin

bölgə müxbiri

Son aylar Ağstafanın ictimai-siyasi həyatında müsbət dinamika, abadlıq-quruculuq işlərinin geniş vüsət alması, sakinlərin, o cümlədən ic-timai təşkilatların fəallığı, təşəbbüskarlığı açıq-aşkar hiss olunur. Adamlar rayonda baş verən dəyişikliyi ölkə Prezidenti İlham Əliyevin Ağstafa-ya və ağstafalılara göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirirlər.

Gədəbəy: İlk dərs günündə ən ucqar kəndlərdə də yeni şərtlərə əməl olunub...

Rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev 2 saylı şəhər tam orta məktəbində olmuş, məktəbin kollektivini və valideynləri yeni dərs ili münasibətilə təbrik etmişdir. Rayon rəhbəri qeyd etmişdir ki,

Azərbaycan Prezidenti cənab İlham Əliyev, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva son illər təhsilə göstərdikləri yüksək diqqət və qayğını elə ucqar dağ rayonu olan Gədəbəyin də

timsalında aydın görmək müm-kündür. İndi bizim rayonda hansı kəndə gedirsən hər cür şəraiti olan təhsil ocağı ilə qarşılaşırsan. Halbuki, on-on beş il qabaq belə deyildi. Gədəbəydə məktəblərin tikintisi, əsaslı şəkildə yenidən

qurulması işi bu gün də davam etdirilir. Yaxın gələcəkdə yararsız, şəraiti tələblərə uyğun gəlməyən heç bir təhsil müəssisəsi qalma-yacaq.

İcra hakimiyyətinin başçısı ölkəmizdə koronavirusla bağlı həyata keçirilən məqsədyönlü və səmərəli işlərdən də söhbət salmış və demişdir ki, hər bir məktəb

kollektivi çalışmalıdır ki, dövlət səviyyəsində aparılan bu işlərə öz töhfəsini versin, məsuliyyətli olsun. Yalnız belə olarsa biz tezliklə pandemiyanın kökünü kəsə bilərik.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin

bölgə müxbiri

Hər yerdə olduğu kimi, Gədəbəy rayonunda da ilk dərs günü pandemiya ilə əlaqədar olaraq fərqli formatda keçirilmişdir. Ən ucqar kəndlərdə belə nəzərdə tutulan şərtlərə və yeni qayda-lara düzgün əməl olunmuşdur. Məktəblərin hazırlıq vəziyyəti, dezinfeksiya işlərinin aparılması, şagirdlərin sağlamlığının qorunması məqsədi ilə karantin rejiminin tələb və qaydalarına əməl olunmasının vəziyyəti rayon icra hakimiyyəti tərəfindən ciddi nəzarətə götürülmüşdür. Aparat işçiləri, digər məsul şəxslər, idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri həmin gün məktəblərdə olmuş, vəziyyəti bir daha dərindən öyrənmiş, valideynlərlə və müəllimlərlə görüşmüş, izahat-təbliğat, maarifləndirici söhbətlər aparmışlar.

Baş Prokurorluq intihar edən müəllimlə bağlı media nümayəndələrinə və sosial şəbəkə

istifadəçilərinə müraciət ünvanlayıb � Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində

121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın qeyri-etik videosunun yayılması ilə bağlı hədələnməsi səbəbindən Nərimanov rayonu ərazisində yerləşən hündürmərtəbəli binadan özünü ataraq intihar etməsinə dair məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Naidə İsayevanın intihar etməsi faktına görə sentyabrın 17-də Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaq-la hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Bununla bağlı kütləvi informasi-ya vasitələrindən və sosial şəbəkə istifadəçilərindən cinayət işi üzrə istinta-qın tam, hərtərəfli və obyektiv aparılması məqsədilə istintaqın hazırkı mərhələsində dəqiqləşdirilməmiş məlumatların yayılmasın-dan çəkinmələri xahiş olunur.

Musiqi günü təntənəli konsert proqramı ilə qeyd olundu

Layihə çərçivəsində konsertlər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və BMM-nin sosial şəbəkələri vasitəsilə yayımlanmışdır.

Proqramda BMM-in solistləri, Əməkdar artistlər Səbuhi İbayev, İlkin Əhmədov, Təyyar Bayramov, xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Elgiz Əliyev, Səbinə Ərəbli, Rəvanə Qurbanova, Almaxanım Əhmədli, Ayşən Mehdiyeva çıxış etmişlər. Solistləri Beynəlxalq Muğam Mərkəzinin musiqi kollektivi müşayiət etmişdir.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

Dünən Üzeyir Musiqi Günü ilə əlaqədar BMM-in (Beynəlxalq Muğam Mərkəzinin) “Muğam axşamları” layihəsi çərçivəsində keçirilən konsertlər gün ərzində 12:00, 15:00 və 17:00-da İçərişəhərdə Şirvanşah-

lar Sarayı Kompleksində, XVII əsrin memarlıq abidəsi olan Yeraltı hamamda və Bakı Xan Sarayının ərazisindən onlayn olaraq yayımlandı. Konsert proqramında 20-ə yaxın musiqi nömrəsi təqdim olundu.

Ermənistan iriçaplı pulemyotlardan da istifadə edərək atəşkəs rejimini 38 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respub-likasının Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun

Əlibəyli, Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağ-dam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

Page 8: “Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir” A · 2020-07-24 · rəqəmi ictimaiyyətin diqqətinə çat-dırmaq istərdim. Regionların sosial-iqtisadi

19 sentyabr 2020-ci il, şənbə

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

028262432079

40 qəpik

ABŞ

Uinston Qrum vəfat edibDünya şöhrətli

amerikalı yazıçı Uins-ton Qrum 77 yaşında vəfat edib. Bu barədə Alabama ştatının Fer-hop şəhərinin meri Kerin Uilson məlumat yayıb. Bildirilir ki, U.Qrum məşhur “For-rest Qamp” kitabının müəllifidir. Yazıçının bu əsəri ekranlaşdırılandan sonta altı dəfə Oskar mükafatına layiq görülüb. Kitabda hadisələr əqli cəhətdən geri qalmış gəncin dilindən söylənilir. U.Qrum 1995-ci ildə kitabın davamı olaraq “Qamp və kompaniya” əsərini yazıb. O, əsərin ekranlaşdırılmasına çalışsa da, bu, baş tutmayıb. U.Qrum, həmçinin sənədli nəsr janrında bir neçə kitab yazıb.

Məlumatı CNN yayıb.

Çin

Yeni PUA hazırlanıb Çinin “Autoflight”

şirkəti yeni pilotsuz uçan aparat (PUA) is-tehsal edib. Şençjen şəhərində keçirilən ümumdünya PUA konfransında təqdim olunan qurğuya “V400 Albatross” adı verilib. Yeni PUA yük

və sərnişin daşıma kimi xüsusiyyətlərə malikdir. Aparat iki versiyada – elektrik və hibrid modeldə buraxılıb.

PUA-lar arasında əsas fərq aparatların uçuş məsafəsindədir. Belə ki, elektrik modelin uçuş məsafəsi 300 kilometr, hibridin isə 1000 kilometr təşkil edir.

Məlumatı “3DNews” yayıb.

Hindistan

İrihəcmli kredit Rəsmi Dehli

koronavirus pande-miyası ilə mübarizə məqsədilə Dünya Ban-kından ümumilikdə, 2,5 milyard dollar kre-dit alıb. Bunu ölkənin Federal Maliyyə naziri Anuraq Sinq Thakur parlamentdə çıxışı za-manı deyib. O bildirib ki, həmin vəsaitin bir milyard dolları səhiyyə məsələlərinə, 750 milyon dolları sosial müdafiə, qalanı isə iqtisadiyyatın stimullaşdırılmasına yönəldilib.

Xəbəri “Blommberg” verib.

Cənubi Koreya

İki zavodun fəaliyyəti dayandırılıb“Kia Motors”

şirkəti işçilərinin koronavirus infek-siyasına yoluxması səbəbilə 2 zavo-dunun fəaliyyətini dayandırıb. Bildi-rilir ki, sözügedən müəssisələr paytaxt Seulun

cənubundakı Kvanqmyon şəhərində yerləşir. Hər iki za-vodda ümumilikdə 9 nəfərin və 3 nəfər ailə üzvünün virusa yoluxduğu təsdiqlənib. Müəssisələrin təxminən 6 min işçisinə evdə qalmaq tövsiyə olunub.

Məlumatı “Autoua.net” yayıb.

Almaniya

Mövsümün ən yaxşı futbolçusu Bundesliqada

2019-2020-ci illər mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. Bildirilir ki, bu ada “Bavariya” futbol klubunun polşalı hücumçusu Ro-bert Levandovski layiq görülüb. Hücumçu ötən mövsüm, 47 oyunda 55 qol vurub, 10 məhsuldar ötürmə verib.

Qeyd edək ki, R.Levandovski 2014-cü ildən “Bavariya”da çıxış edir.

Xəbəri “Eurosport” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Sentyabrın 19-da  Bakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacağı, əsasən yağmur-suz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 19-21, gündüz 24-27, Bakıda gecə 19-21, gündüz 24-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xo-

calı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində şimşək çaxaca-ğı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ay-rı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 7-12 , gündüz 14-18 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonların-da əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ara-bir güclənəcək. Gecə 17-21, gündüz 28-32 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu

düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 12-17, gündüz 25-29, dağlarda gecə 5-9, gündüz 14-18 dərəcə isti olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yev-lax, Göyçay, Ağdaş, Kürdəmir, İmiş-li, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 17-21, gündüz 28-33 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı,yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 17-19, gündüz 23-27 , dağlarda gecə 14-16, gündüz 18-21 dərəcə isti olacaq.

8

Asif Əsgərov “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynova anası

ZENFİRA XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN

BMT: Afrikada milyonlarla insan aclıq fəlakəti ilə üzləşib

� BBC-nin məlumatına görə, BMT Ərzaq Proqramının rəhbəri Deyvid Besli bildirib ki, koronavirus pandemiyası, silahlı münaqişələr və iqlim dəyişikliyi səbəbindən Afrikada milyonlarla insan aclıq fəlakəti ilə üzləşib. O, donor ölkələri və milyarderləri bu fəlakətin qarşısını almağa çağırıb.

Besli hələ 5 ay əvvəl BMT Təhlükəsizlik Şurasının iclasında Afri-kada potensial “aclıq pandemiyası” ilə əlaqədar xəbərdarlıq etmişdi. O əlavə etmişdi ki, tarixdə ilk dəfə olaraq bütün dünyada 138 milyon insan aclıqdan əziyyət çəkəcək, həmçinin onlardan 30 milyonu həyatını itirə bilər.

D.Besli diqqətə çatdırıb ki, silahlı münaqişə və qeyri-sabitlikdən əziyyət çəkən Konqoda artıq 15 milyondan çox insan aclıqla üz-üzədir. Həmçinin

döyüşlərin davam etdiyi və ən ağır humanitar böhran yaşayan Yəməndə də ərzaq yardımlarının çatdırılmasında ciddi problemlər mövcuddur. Pandemiya səbəbindən Nigeriya və Cənubi Sudan əhalisi də kəskin ərzaq qıtlığı ilə qarşı-qarşıya qalıb. Yaxın vaxtlarda tələb olunan 4,9 milyard dollar vəsait ayrılma-sa, o zaman Afrikada 30 milyon insan aclıqdan həyatını itirə bilər.

Qeyd olunub ki, dünyada 8 trilyon dollar sərvətə malik olan 2 mindən çox

milyarder var. Pandemiya dövründə onların bir çoxunun sərvəti milyard dol-lar həcmində atıb. “Mən insanların pul qazanmasının əleyhinə deyiləm. Lakin bəşəriyyət ən böyük böhranla üzləşib və dünya tarixində ən ekstremal vəziyyətdə varlı insanlar kömək əlini uzatmalıdır”, - deyə Besli vurğulayıb. O əlavə edib ki, Afrikada dərin sosial-iqtisadi böhran insanlar üçün COVID-19-dan daha təhlükəlidir.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Ağ evdə keçirilən görüşdə “American Airlines” aviaşirkətinin baş direktoru Duq Parker, “United Airlines” aviaşirkətinin baş direktoru Skott Kirbi, “Southwest Airlines” aviaşirkətinin baş direktoru Geri Kelli, “Delta Airlines” aviaşirkətinin baş direktoru Ed Bastian, “Hawaiian Airli-nes” aviaşirkətinin baş direktoru Piter İnqram, “Alaska Airlines” aviaşirkətinin baş direktoru Bredd Tilden və “Airlines

For America” aviaşirkətinin prezidenti Nikolas Kario iştirak ediblər.

Koronavirus pandemiyası başlanan-

dan bəri dünyada bütün aviaşirkətlər ciddi ziyana düşüblər, onların demək olar ki, hamısı bilet satışının və avi-adaşımaların həcminin azalması ilə əlaqədar itirilmiş gəlirlərini kompen-sasiya etmək üçün öz xərclərini bu və ya digər dərəcədə azaltmağa məcbur olublar.

Mark Medouz aviaşirkətlərin rəhbərlərinə deyib ki, Prezident Do-nald Tramp minlərlə iş yerinin qorunub saxlanması üçün aviasiya sahəsinə 25 milyard dollar həcmində əlavə maliyyə yardımı ayrılması təklifini dəstəkləyəcək.

R. ATAKİŞİYEV, “Xalq qəzeti”

ABŞ-ın Kiyevdəki səfirliyinin “Amerikanın səsi” radiosunun müxbirinə bildirdiyinə görə, Ukraynanın qərbindəki Yavoriv şəhəri yaxınlığında keçirilən, ABŞ ordusunun rəhbərlik etdiyi “Rapid trident” təlimlərinə NATO-nun 10 ölkəsindən təxminən 4000 hərbçi qatılıb. Xəbərdə alyansın məhz hansı ölkələrinin iştirak etməsi barədə açıqlama verilməyib.

Ukrayna Prezidenti V.Zelenski təlimlərin açılışın-da çıxış edərək qeyd edib ki, Ukrayna-ABŞ strateji tərəfdaşlığı regionda sülh və sabitlik üçün vacibdir. Dövlət başçısının sözlərinə görə, rəsmi Kiyev müasir, möhkəm təchiz edilmiş və gütrətli Ukrayna ordusunun yaradılması üçün əlindən

gələni edir və bundan sonra da bu istiqamətlərdə səylərini davam etdirəcək. Çünki, yalnız güclü ordu Ukraynanın sərbəst inkişafının qarantı ola bilər.

Qeyd edək ki, Rusiya və Belarus hərbi təlimlərə Bela-rusun Polşa ilə sərhədi ya-xınlığındakı Brest bölgəsində çərşənbə axşamı başlayıb. “İnterfaks” xəbər agentliyi Rusiyanın Müdafiə Nazirliyinə istinadən təlimlərin sentyabrın 25-nə qədər davam edəcəyini və bu təlimlərin məqsədinin digər ölkələrə qarşı deyil, ter-rorla mübarizəyə yönəldiyini bildirib.

Xatırladaq ki, Kiyevlə Moskva arasında münasibətlər 2014-cü ildə Rusiyanın Krım yarımada-sını ilhaqından və Ukrayna-

nın Donbas regionundakı rusiyapərəst separatçılara dəstək verməsindən sonra pisləşib.

Yeri gəlmişkən, NATO-nun digər iki dövləti –Türkiyə ilə Polşa arasında da hərbi əməkdaşlıq güclənir. Bu günlərdə məlum olub ki, Polşanın hərbi kontingenti müttəfiqlərin Türkiyədəki qey-ri-döyüş missiyasında iştirak edəcək.

Polşa Türkiyəyə “Bryza” patrul və kəşfiyyat təyyarəsi ilə yanaşı 80-ə qədər hərbi heyət göndərəcək. Polşalı hərbçilər Aralıq dənizinin şərqində və Qara dəniz ərazisində fəaliyyət göstərəcəklər.

M.HACIXANLI, “Xalq qəzeti”

Rəcəb Tayyib Ərdoğan və Şarl Mişel arasında telefon danışığı olub

Tərəflər Şərqi Aralıq dənizindəki vəziyyəti müzakirə ediblər

Məlumata görə, tərəflər Avropa İttifaqı–Türkiyə münasibətlərini və Şərqi Aralıq dənizi regionundakı vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan Aİ üzvü olan ölkələrə təxribatlara uymamaqla bağlı çağırış etdiyini təsdiqləyərək deyib ki, bütün regional, xüsusən Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı məsələlərdə obyek-tiv olmaq lazımdır. Türkiyə liderinin sözlərinə görə, ölkəsi Şərqi Aralıq dənizi ilə bağlı

məsələlərdə fikir ayrılıqlarını səmimi dialoq və bütün maraq-lı tərəfllərin hüquqularını qoru-maq əsasında danışıqlar yolu ilə aradan qaldırmağa hazırdır. Bu barədə rəsmi Ankara ən müxtəlif səviyyələrdə dəfələrlə bəyanatlar verib.

Ərdoğan qeyd edib ki, Türkiyə bundan sonra da birtərəfli addımlara, ölkəsinin maraq və hüquqlarını in-kar etmək cəhdlərinə qarşı qətiyyətlə mübarizə aparacaq.

Şərqi Aralıq dənizi ilə bağlı vəziyyət Türkiyənin Xarici

İşlər naziri Mövlud Çavuşoğ-lunun NATO-nun Baş katibi Yens Stoltenberq və kana-dalı həmkarı Fransua-Filipp Şampanla telefon danışığı zamanı da müzakirə olunub. Bu barədə məlumatı isə Türkiyənin Xarici İşlər Nazirliyi-nin mətbuat xidməti yayıb.

Söhbət zamanı Çavu-şoğlu ölkəsinin Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı mövqeyini bir daha şərh edib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə telefonla danışıb. Bu barədə Türkiyə Preziden-tinin İctimaiyyətlə Əlaqələr üzrə İdarəsinə istinadən “Anadolu” məlumat yayıb.

“Bloomberg” agentli-yinin yaydığı məlumata görə, ABŞ-ın bütün iri aviaşirkətlərinin rəhbərləri Ağ evin aparat rəhbəri Mark Medouz ilə görüşüblər. Onlar hökumətdən aviasi-ya sahəsində davam edən çətinliklər fonunda əlavə federal yardım göstərilməsini xahiş ediblər.

Dünən Ukrayna və ABŞ hərbçiləri birgə hərbi təlimlərə başlayıblar. Bu, Rusiyanın Ukraynanın şimal qonşusu Belarusda birgə təlimlərə başlamasından iki gün sonraya təsadüf edib.

Moskvada qasırğa � Rusiya paytaxtında qasırğa olub. Güclü

külək 100-dən çox ağacı aşırıb. 40-dan çox avtomobilə ciddi ziyan dəyib.

Əlverişsiz hava şəraiti nəticəsində xəsarət alanlar var. Sutka ərzində dörd aylıq norma miqdarında yağıntı düşüb. Küləyin sürəti saniyədə 21-22 metrə çatıb.

Moskva vilayətinin 65 yaşayış məntəqəsində elektrik enerjisinin verilişi kəsilib.

Hadisə yerlərində xilasedicilər çalışırlar. Yerli hakimiyyət orqanları dəyən ziyanın məbləğini hesablayırlar.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

ABŞ-Ukrayna hərbi təlimlərinə start verilib

Dünyada koronavirusa yoluxanların sayı

30 milyon nəfəri ötüb � Dünyada yeni növ koronavirusa --

COVİD-19-a yoluxanların sayı 30 milyon nəfəri ötüb.

"TASS"-ın verdiyi məlumata görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 30 003 378 nəfərə çatıb. Onlardan 943 203 nəfəri ölüb, 20 398 381 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (6 664 021), Hindistanda (5 118 253) və Braziliyada (4 419 083) qeydə alınıb.

“Xalq qəzeti”

Aviaşirkətlər hökumətdən yardım istəyirlər

Operativ Qərargah: “Şəki Bazar” ASC 3 gün müddətinə karantinə bağlanıb

Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin CO-VID-9 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq

etdiyi “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin ko-ronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilib.

Nazirlər Kabineti yanın-da Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, “Şəki Bazar” ASC-də baş

verən bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın ərazisində müvafiq sanitar-epi-demioloji tədbirlərin görülməsi məqsədilə bazar 2020-ci il sentyabrın 18-dən etibarən Ope-rativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətinə karantinə bağlanıb. Yəni, bu müddət ərzində bazarın

fəaliyyəti bütünlüklə dayandırılıb. Qeyd olunan müddət ərzində

müvafiq tədbirlər görüldükdən sonra “Şəki Bazar” ASC fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, “Şəki Bazar” ASC-də virusa yoluxması aşkar olunmuş şəxslərin müalicələri təşkil olunub, onlarla yaxın təmasda olanlar isə mövcud qaydalara uyğun olaraq müəyyən edilmiş müddət ərzində evdə təcrid ediliblər.

AZƏRTAC