Antiqlobalizmin mahiyyəti və onun səbəbləri

2
Antiqlobalizmin mahiyyəti və onun səbəbləri. Bildiyimiz kimi qloballaşma qlobalizm anlayışları 1980-ci illərdə ortaya atılmışdır. Əsası Teodor Levitin tərəfindən qoyulan bu anlayışın mahiyyətini dünya səviyyəsində iqtisadi birlikləri möhkəmlətmək, təkcə iqtisadi sahədə deyil, bütün sahələrdə (səyahət, ünsiyyət, iqtisadiyyat, ticarət, idman müsabiqələri, peşələr və hətta sənət işləri ) qloballaşmanı gücləndirmək təşkil edir. Qlobalizm anlayışı bütün dünyaya birlik ideyasını gətirməsini baxmayaraq, getdikcə bu ideya özünü doğrultmadı. Qloballaşmaya müxtəlif yanaşmalar mövcuddur. Qloballaşmaya neqativ yanaşan bəzi alimlər belə hesab edirlər ki, o milli mədəniyyəti məhv edir, dövlətin müstəqilliyini inkar edir, cəmiyyətə yad olan istehsal standartlarını zorla yeridir və s. Başqa bir qisim isə qloballaşmanı sivilizasiyaların toqquşması sivilizasiyaların müharibəsi kimi qəbul edir. Qloballaşma əleyhdarları əmindirlər ki, qloballaşma dünya üzərində hökmranlığı ələ almaq üçün düşünülən və işə salınan bir mexanizmdir. Onların belə deməyə əsasları da var — çünki hələlik qlobal iqtisadiyyatdan daha çox varlı və inkişaf etmiş bir neçə dövlət

Transcript of Antiqlobalizmin mahiyyəti və onun səbəbləri

Page 1: Antiqlobalizmin mahiyyəti və onun səbəbləri

Antiqlobalizmin mahiyyəti və onun səbəbləri.

Bildiyimiz kimi qloballaşma və qlobalizm anlayışları 1980-ci illərdə

ortaya atılmışdır. Əsası Teodor Levitin tərəfindən qoyulan bu anlayışın

mahiyyətini dünya səviyyəsində iqtisadi birlikləri möhkəmlətmək, təkcə iqtisadi

sahədə deyil, bütün sahələrdə (səyahət, ünsiyyət, iqtisadiyyat, ticarət, idman

müsabiqələri, peşələr və hətta sənət  işləri ) qloballaşmanı gücləndirmək təşkil

edir. Qlobalizm anlayışı bütün dünyaya birlik ideyasını gətirməsini baxmayaraq,

getdikcə bu ideya özünü doğrultmadı. Qloballaşmaya müxtəlif yanaşmalar

mövcuddur. Qloballaşmaya neqativ yanaşan bəzi alimlər belə hesab edirlər ki, o

milli mədəniyyəti məhv edir, dövlətin müstəqilliyini inkar edir, cəmiyyətə yad

olan istehsal standartlarını zorla yeridir və s. Başqa bir qisim isə qloballaşmanı

sivilizasiyaların toqquşması və sivilizasiyaların müharibəsi kimi qəbul edir.

Qloballaşma əleyhdarları əmindirlər ki, qloballaşma dünya üzərində hökmranlığı

ələ almaq üçün düşünülən və işə salınan bir mexanizmdir. Onların belə deməyə

əsasları da var — çünki hələlik qlobal iqtisadiyyatdan daha çox varlı və inkişaf

etmiş bir neçə dövlət bəhrələnir. Bir növ bütün dünyanın istisamrına yönələn bu

anlayış kasıblarla varlılar arasında dərin uçurumun yaranmasına gətirib çıxardı.

Transmilli korporasiyaların da qloballaşmadan istifadə edərək bütün dünyaya

sürətlə yayılamsı istismarı kütləviləşdirdi. Artıq istənilən korporasiya okeanın o

tayında oturub, Asiyada, Afrikada bazarlara daxil ola bilir. Bu qloballaşmanın

Qərb tərəfindən düşünülmüş bir addım olmasını göstərir. Bir növ bundan

istifadə etməklə, Qərb öz mallarını bütün dünayay satır. Buna baxmayaraq,

qloballaşma dünyadakı siyasi proseslərə, beynəlxalq münasibətlərə və hətta

etika və mənəviyyata da təsir edir. Lakin qloballaşmanın xalqlara tam olaraq nə

verə biləcəyi böyük bir sirr olaraq qalır. Qlobalizmə qarşı transmilli sosial etiraz

1990-cı illərin sonlarında Fransada yaradılmış ATTAK təşkilatı tərəfindən

həyata keçirilib. Antiqlobalizm ideyasının banisi Nobel mükafatı laureatı D.

Tobin sayılır.