ANNUAL REPORT NAYORA 2012-2013

19
Təqdim edir İllik Hesabat Konfransı (iyul, 2012-ci il iyun, 2013-ci il)

description

 

Transcript of ANNUAL REPORT NAYORA 2012-2013

Page 1: ANNUAL REPORT NAYORA 2012-2013

Təqdim edir

İllik Hesabat Konfransı

(iyul, 2012-ci il – iyun, 2013-ci il)

Page 2: ANNUAL REPORT NAYORA 2012-2013

|ARGTMŞ haqqında

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildə ilk təsis

olunub və bugün Dövlət qeydiyyatına alınmış 104 gənclər təşkilatını birləşdirən

ilk konfederativ qurum kimi, Azərbaycanın ən böyük gənclər platformasıdır.

Avropa Şurasının ən böyük Gənclər platformasını təşkil edən Avropa Gənclər

Forumunun Azərbaycandan yeganə və tam hüquqlu üzvüdür. Eyni zamanda

BMT-nin ECOSOC qurumunda xüsusi məşvərətçi statusa malikdir.

17 il ərzində Azərbaycan və beynəlxalq miqyasda gənclər və gənclər siyasətinin

inkişafına böyük töhfə verməklə “liderlik” məktəbinə çevrilmişdir.

Page 3: ANNUAL REPORT NAYORA 2012-2013

|İllik hesabatın əsas istiqamətləri

I. ARGTMŞ-nın təşkilati inkişafı

1. ARGTMŞ-ın Milli Gənclər Platforması kimi inkişafı

2. «Gənclər evi», ARGTMŞ-nın yeni ofisin açılması

3. Üzvlərin işinin təkmilləşdirilməsi

4. İctimaiyyətlə əlaqələr və korporativ üsubun («Rebrandig») təkmilləşdirilməsi

5. Strateji məqsəd, vəzifələr və inkişaf konsepsiyasının tətbiqi

II. ARGTMŞ-nın strateji inkişafı – 3 «G» («Gənclər») konsepsiyası

1. Gənclər təşkilatları institutunun gücləndirilməsi

2. Gənclərin əməkdaşlıq imkanlarının artırılması

3. Gənclərin gənclər siyasətinin və proqramlarının icrasında fəal iştirak

etmələrinin təmin edilməsi

Page 4: ANNUAL REPORT NAYORA 2012-2013

Azərbaycan Respublikası Gənclər

Təşkilatları Milli Şurasının

TƏŞKİLATİ İNKİŞAFI

Page 5: ANNUAL REPORT NAYORA 2012-2013

|Milli Gənclər Platforması kimi inkişaf

İdarə strukturunun formalaşması

30 iyun 2012-ci il tarixində keçirilən növbəti Seçki Qurultayında Azərbaycan

Respublikası Gənclər Təşkilatları Milli Şurasının yeni Sədri, Sədr müavinləri, İdarə

heyəti və Nəzarət-təftiş komissiyanın üzvləri seçilmişdir.

17 noyabr 2012-ci il tarixində üzvlərin növbəti Məclisində Azərbaycan Respublikası

Gənclər Təşkilatları Milli Şurasının yeni Baş Katibi təsdiq olunmuş və ARGTMŞ-nın

katibliyi formalaşdırılmışdır. Hal-hazırda katibliyə Baş Katib rəhbərlik edərək,

Üzvlərlə iş, Beynəlxalq münasibətlər, Sosial şəbəkələr, Mətbuatla iş,

Karğüzarlıq və İnformasiya texnologiya üzrə məsul işçilər müəyyən

olunmuşdur

Milli Gənclər Platfomarnın gücləndirilməsi

30 iyun 2012-ci il – 72 üzv təşkilat 15 iyun 2013-ci il – 104 üzv təşkilat

30 iyun 2012-ci il – 5 region 15 iyun 2013-ci il – 7 region

Page 6: ANNUAL REPORT NAYORA 2012-2013

|«Gənclər evi», ARGTMŞ-nın yeni ofisinin açılması

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Bakı şəhəri, Süleyman Rüstəm 7

ünvanında yerləşən yeni ofisə köçmüş və 17 aprel 2013-cü il tarixində bu ofisin dövlət, KİV

və tərəfdaşların nümayəndələrinin iştirakı ilə «Gənclər evi» statusu ilə rəsmi açılışını

keçirmişdir. Rəsmi açılışdan sonra üzv təşkilatlar üçün «İnfo tur»-lar təşkil edərək,

«Gənclər evi»-də gənclər təşkilatları üçün yaradılmış imkanlar barəsində məlumat

verilmişdir:

Texniki dəstək: çap və skan etmək imkanı, ofisin kompyuter və faksdan istifadə

imkanı

İnternet dəstəyi: şəxsi kompyuterdən istifadə etməklə internətə çıxış (Wi-Fi)

Təlim/konfrans otağı: üzv təşkilatlar üçün 40 nəfərlik görüş otağından əvvəlcədən

qeydiyyatdan keçməklə istifadə imkanı. Son 2 ay ərzində üzv təşkilatlar tərəfindən 32

tədbir üçün «Gənclər evi»-nin təlim otağından istifadə olunmuşdur

Kitabxana/görüş otağı: kitabxana fondu

Könüllü otağı: iş yeri, şəhər telefonuna, internetə və wi-fi printerə çıxışla təchiz

olunmuşdur.

Page 7: ANNUAL REPORT NAYORA 2012-2013

|ARGTMŞ-nın üzvləri ilə işin təkmilləşdirilməsi

Üzvlərlərlə əlaqələrin gücləndirilməsi:

1. «NAYORA_Təşkilat sədrləri» qapalı facebook qrupun yaradılması (hesabat dövrü

ərzində ARGTMŞ katibliyi tərəfindən 1400-ə yaxın məlumat yerləşdirilmişdir)

2. Avtomatlaşdırılmış «ARGTMŞ Korporativ SMS» sisteminin tətbiqi (hesabat dövrü

ərzində 196 abonenti əhatə etməklə 2178 korporativ sms göndərilmişdir)

3. [email protected] üzvlərlə iş üzrə vahid email ünvanın tətbiqi (hesabat dövrü

ərzində 192 email ünvanını əhatə etməklə 4800 korporativ email göndərilmişdir)

4. Katiblikdə xüsusi olaraq «Üzvlərlə iş üzrə məsul şəxs»-in təyin olunması

İnformasiya bazaların formalaşdırılması:

1. Üzv təşkilatların vahid elektron bazasının formalaşdırılması

2. Üzv təşkilatların vahid hüquqi və rəhbərlərinə dair şəxsi məlumat arxivinin

formalaşdırılması

Page 8: ANNUAL REPORT NAYORA 2012-2013

|İctimaiyyətlə əlaqələr (PR) və korporativ üslubun

(«Rebrandig») təkmilləşdirilməsi

1. ARGTMŞ-nın yeni logosunun təsdiqi və tətbiqi

2. Yeni korporativ üslubun standartlarının («Brandbook») tərtibatı və tətbiqi

3. Hesabat dövrü ərzində 49 KİV ilə əməkdaşlıq edilmiş və təşkilata dair 123

məlumat 705 dəfə çap, elektron KİV-lər və televiziyalar vasitəsi ilə işıqlandırılıb

4. Hesabat dövrü ərzində tərəfdaşlar, səfirliklər, Milli Şuralar və dövlət qurumlarına

1500-dən artıq təbrik açıqcaları və məktublar göndərilmişdir

Page 9: ANNUAL REPORT NAYORA 2012-2013

|ARGTMŞ-nın məqsədi və vəzifələri

ARGTMŞ-nın əsas məqsədi vətəndaş cəmiyyətin formalaşmasında

gənclər və gənclər təşkilatların rolunun artırılması və 3“G” (“Gənclər”)

konsepsiyası əsasında öz vəzifələrinin yerinə yetirilməsidir.

Gənclər təşkilatları institutunun gücləndirilməsi –

Youth Organizations development

Gənclərin əməkdaşlıq imkanlarının artırılması –

Youth Cooperation development

Gənclərin gənclər siyasətinin və proqramlarının icrasında fəal iştirak

etmələrinin təmin edilməsi –

Youth Policy development

Page 10: ANNUAL REPORT NAYORA 2012-2013

Azərbaycan Respublikası Gənclər

Təşkilatları Milli Şurasının

STRATEJİ INKIŞAFI –

3«G» («GƏNCLƏR») KONSEPSİYASI

Page 11: ANNUAL REPORT NAYORA 2012-2013

|Gənclər təşkilatları institutunun gücləndirilməsi

1. Üzv təşkilatlara PR dəstəyi

a) Üzv təşkilatların fəaliyyətinə dair mətbuatda press relizlərin

işıqlandırılması. Hesabat dövrü ərzində üzv təşkilatarın 45 press reliz 227

mətbuat orqanında işıqlandırılmışdır.

b) Üzv təşkilatlarının korporativ üslubunun vizual təbliğatı. Hesabat dövrü

ərzində təşkilat üzv təşkilatların korporativ üslubu və loqosunun vizual

təbliğatını «Gənclər təşkilatlarının sərgisi», Park Bulvarda təşkil olunan

«Gənclər həftəsi» ərzində, eləcə də «Bizimlə...» çap konspesiyası əsasında

təmin etmişdir

2. Üzv təşkilatların potensialının artırılması

a) Üzv təşkilatların təşkilati və layihə idarəetmə üzrə biliklərinin, şəxsi və

peşəkar bacarıqların artırılması məqsədi ilə «QHT İDarəetmə

Akademiyası» («QİDA») yaradılmışdır

3. Üzv təşkilatların beynəlxalq tədbirlərdə iştirak etməsinin

stimullaşdırılması

a) Hesabat dövrü ərzində 15 üzv təşkilatın təmsilçiləri 10 beynəlxalq

tədbirlərdə iştirak etmişdilər

Page 12: ANNUAL REPORT NAYORA 2012-2013

|Gənclərin əməkdaşlıq imkanlarının artırılması

Gənclər və gənclər təşkilatları arasında milli, regional və beynəlxalq

səviyyədə əməkdaşlığın təmin olunması

1.Milli səviyyədə

a) Azerbaijan Volunteer Service – Azərbaycan Könüllük Xidmətinin inkişafı.

Regionlardan olan üzv təşkilatlar arasında könüllü mübadiləsinin təmin ediməsi

b) Üzv təşkilatlarla birgə layihələrin icrası. Hesabat dövr ərzində 4 üzv təşkilatlarla

birlikdə 6 layihə/tədbir icra olunmuşdur

2. Regional

a) GUAM ölkələrin gənc liderlər Forumunun Bakı şəhərində təşkili

b) MDB ölkələrinin Gənclər məsələri üzrə Komitəsi

c) Şərq Tərəfdaşlıq Platforması

Page 13: ANNUAL REPORT NAYORA 2012-2013

|Gənclərin əməkdaşlıq imkanlarının artırılması

3. Beynəlxalq a) Avropa Şurası: Budapeşt şəhərində Avropa Gənclər Mərkəzində Avropa Şurasının dəstəyi

ilə 25 ölkənin iştirakı ilə Beynəlxalaq Seminarda iştirak, AŞ Gənclər üzrə Məşvərət Şurasının

üzvlüyünə seçilməsi, 47 ölkədə icra olunan «No Hate Speech» layihəsinin Azərbaycan üzrə

əlaqələndiricisi olaraq seçilməsi, 2016-ci ilin Avropa Gənclər Paytaxtına Gəncə şəhərinin

namizədliyinin təşkilati komitənin üzvü qismində dəstəyin göstərtməsi

b) Avropa Birliyi: Avropa Könüllük Sertifikatının alınması, Şərq Tərəfdaşlıq Proqramının

«Gənclər fəalliyyətdə» istiqaməti üzrə əlaqələndirici qismində çıxış etməsi, 16 Youth in

Action layihəsində tərəfdaş kimi çıxış etməsi, Azərbaycanda «Youth in Action» layihəsinin

koordinatoru kimi çıxış etməsi

c) Avropa Gənclər Forumu: AGF və tərəfdaşlarla birgə Azərbaycan Gənclər Fondu və Google

şirkətinin dəstəyi ilə Azərbaycanda BMT və AR Höküməti tərəfindən təşkil olunan İnternet

Governance Forum - 2012 çərçivəsində gənclər sessiyanın birgə təşkili, AGF-da AGF-nun

üzvləri olan Beynəlxalq Gənclər Təşkilatlarının Azərbaycana «Study tour»-ların təşkili

d) Pan Afrika Gənclər Birliyi: 2012-ci ilin Sentyabr ayında Pan Afrika Gənclər Birliyinin

Rəhbərliyi və İdarə heyətinin üzvlərinin Bakı şəhərinə səfər zamanı anlaşma

memorandumun bağlanılmılşdır, 2013-ci ilin May ayında ARGTMŞ rəhbər heyəti Efiopiya

paytaxtı Əddis-Əbəbə şəhərində Afrika Birliyinin 50 illiyinə həsr olunmuş qurultayında və

Afrika Gənclər Forumunun Baş Assambleyasında iştirak etmişdir

Page 14: ANNUAL REPORT NAYORA 2012-2013

|Gənclərin gənclər siyasətinin və proqramlarının

icrasında təmin etməsi

«Azərbaycan Gəncliyi: 2011-2015» Dövlət Proqramının icrasına dəstək verməklə bir sıra layihələr

icra olunmuşdur

Maddə 6.8.7. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər

siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi

GUAM ölkələr Gənc Liderlərin Forumu

Maddə 6.3.11. İnternet jurnalistikası üzrə təlimlərin təşkili

«XƏTDƏ ol» Sosial Şəbəkə Akademiyası

Kreativ Gənclər Şəbəkəsi – Dövlət Proqramı ilə bağlı təkliflərin verilməsi

Maddə 6.5.9. Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi

Maddə 6.8.1 Beynəlxalq və regional təşkilatların gənclər proqramları ilə əməkdaşlığın gemişləndirilməsi

Azərbaycan Könüllük Xidməti

Maddə 6.8.1. Beynəlxalq və regional təşkilatların gənclər proqramları ilə əməkdaşlığın genişləndirilməsi

Beynəlxalq Gənclər Təşkilatlarının Azərbaycana səfərinin təşkili

Page 15: ANNUAL REPORT NAYORA 2012-2013

|ARGTMŞ-nın məqsədi və vəzifələri

ARGTMŞ-nın əsas məqsədi vətəndaş cəmiyyətin formalaşmasında

gənclər və gənclər təşkilatların rolunun artırılması və 3“G” (“Gənclər”)

konsepsiyası əsasında öz vəzifələrinin yerinə yetirilməsidir.

Gənclər təşkilatları institutunun gücləndirilməsi –

Youth Organizations development

Gənclərin əməkdaşlıq imkanlarının artırılması –

Youth Cooperation development

Gənclərin gənclər siyasətinin və proqramlarının icrasında fəal iştirak

etmələrinin təmin edilməsi –

Youth Policy development

Page 16: ANNUAL REPORT NAYORA 2012-2013
Page 17: ANNUAL REPORT NAYORA 2012-2013
Page 18: ANNUAL REPORT NAYORA 2012-2013

Tərəşdaşlarımız...

Milli tərəfdaş

Regional tərəfdaş

Avropa tərəfdaşı

Beynalxalq tərəfdaş

Page 19: ANNUAL REPORT NAYORA 2012-2013

Təqdim edir

Diqqətinizə görə

təşəkkür edirik