3. İlk proqram və izahı
-
Upload
software-development-fundamentals -
Category
Education
-
view
66 -
download
1
Transcript of 3. İlk proqram və izahı
Software Development Fundamentals(Exam 98-361)
Abbasov Ceyhun [email protected]
Mündəricat1. İlk proqram2. İlk proqramın izahı.– Case-sensetive nədir?– Rəy (// və /* */) nədir?– namespace nədir?
3. İnput / Output.– Console.Write(); – Console.WriteLine();– Console.ReadLine();
4. Dəyişənlər. Dəyişənlərin təyin olunması və tiplərə görə fərqləri
5. If-else operatoru haqqında6. Convert.ToInt32() metodu
haqqında
7. Dərsdə ediləcək tapşırıqlar.8. Evdə ediləcək tapşırıqlar.
İlk proqram
İlk proqramın izahı1. Case-sensetive – “böyük-kiçik hərfə həssas” deməkdir. Yəni,
c#-da “class” sözü ilə “Class” sözü bir-birindən fərqlənir.2. Rəyləri (// və /* */) proqramda qeyd yerləşdirmək istifadə edirik.
Bu bizə yazdığımız kodu xatırlamağa kömək edir. Tək sətirli qeydlər üçün // və bir neçə sətirli qeydlər üçün isə /* */ işarələrindən istifadə olunur.
3. namespace - class’ları məntiqi olaraq qruplaşdırmaq üçün istifadə olunur. Məsələn, biz fayllarımızı məntiqi qruplaşdırmaq üçün qovluqları istifadə edirik. Proqramlaşdırma da qovluqları namespace-lər, faylları isə class-lar kimi təsəvvür etmək olar.
İnput/Output1. Console.Write() – yumru mötərizə içərisinə yazılan
məlumatı konsola çap edir.2. Console.WriteLine() – yumru mötərizə içərisinə yazılan
məlumatı konsola çap edir və bir sətir aşağı düşür.3. Console.ReadLine() – konsola çap edilən məlumatı
oxuyur və sətir tipində (string) qaytarır.
Burada ilk iki metod - Console.Write() və Console.WriteLine() output işini görür, Console.ReadLine() isə input işini görür.
DəyişənlərDəyişənlər - proqram işlədiyi müddətdə özlərində
müvəqqəti məlumat saxlayırlar.
Təyinatı:
Dəyişən tipləri və fərqləri
Dəyişən təyin olunarkən RAM-ın vəziyyəti
İf/else operatoruİf/else operatoru - müəyyən bir şərtə uyğun olaraq proqramın axışını dəyişmək üçün istifadə olunur. Aşağıdakı sintaksisə malikdir:
if( şərt ){}else{}
şərt – bool tipində olur və yalnız 2 qiymət ala bilir. true və ya false.
Convert.ToInt32() metoduConvert.ToInt32() metodu – yumru mötərizə içərisini yazılan istənilən tipli məlumatı əgər mümkündürsə, int tipinə çevirmək üçün istifadə olunur.
Dərsdə ediləcək tapşırıqlar1. İstifadəçini salamlayan proqram:
– Proqram istifadəçidən adını soruşacaq. İstifadəçi adını daxil edib, ENTER vurduqdan sonra konsola “Salam + istifadəçinin adı” yazılacaq.
2. İstifadəçinin doğulduğu ilə uyğun yaşını hesablayan proqram:– Proqram istifadəçinin təvəllüdünü soruşacaq. İstifadəçi təvəllüdünü daxil edib,
ENTER vurduqdan sonra konsola istifadəçinin yaşı yazılacaq.3. İki ədəd arasından ən böyük olanını tapan proqram.
– Proqram istifadəçidən iki ədəd daxil etməyini istəyəcək. İstifadəçi sıra ilə iki ədədi daxil edib, ENTER vurduqdan sonra konsola ən böyük ədəd yazılacaq.
4. Üç ədəd arasından ən böyük olanını tapan proqram.– Proqram istifadəçidən üç ədəd daxil etməyini istəyəcək. İstifadəçi sıra ilə üç
ədədi daxil edib, ENTER vurduqdan sonra konsola ən böyük ədəd yazılacaq.
Evdə ediləcək tapşırıqlar
1. Proqramlaşdırma mühitinin quraşdırılması və VS Code mətn redaktorunun komputerə yazılması:
– PM quraşdırmaq üçün video dərs: https://goo.gl/erfO1E – VS Code yükləmə linki: https://code.visualstudio.com/
2. Mənbə faylının içərsindəki bütün kodları silib başdan yazmaq.3. İki ədəd arasındakı fərqi tapan proqram yazmaq.4. Üç ədəd arasından ən böyük ədəd ilə ən kiçik arasındakı fərqi
tapan proqram yazmaq.5. Kalkulyator proqramı.
– Proqram istifadəçidən iki ədəd və bir riyazi simvol (+, -, /, *) istəyəcək. Riyazi simvola uyğun daxil edilən iki ədəd üzərində əməliyyat yerinə yetirəcək və nəticəni konsola yazacaq.