2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15...

106
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ──────────────────────────────────────────────────────────────────────────────── 1 Heydər Əliyev Fondu 2010-cu il MÜNDƏRİCAT Əliyev Fondu fiziki qüsuru olan insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması məqsədilə bir sıra layihələr həyata keçirir .............................. 3 Heydər Əliyev Fondu bir sıra layihələr həyata keçirir .................................................................. 4 Heydər Əliyev Fondu Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbirlər planlaşdırır ........... 5 Heydər Əliyev Fondu uşaq hüquqlarının qorunması üçün geniş işlər görür ............................... 7 İordaniya Universitetində Azərbaycana həsr olunmuş sərgi keçirilib .......................................... 9 Heydər Əliyev Fondu Xocalı soyqırımının ildönümü ərəfəsində “Qarabağ həqiqətləri” toplusunu yapon dilində nəşr etmişdir ..........................................................................................10 Heydər Əliyev Fondu tərəfindən xalq artisti Canəli Əkbərovun musiqi albomu nəşr olunmuşdur ....................................................................................................................................11 Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiya Müftilər Şurası xeyriyyə aksiyası keçirmişlər .....................................................................................................................................12 Heydər Əliyev Fondunun dəstəyi ilə Qubadakı kütləvi məzarlıqda “Soyqırımı memorial kompleksi” ucaldılacaqdır .............................................................................................................13 Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış “Azərbaycan” nəşrinin təqdimat mərasimi olmuşdur Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir ...............14 Leyla Əliyeva: "Muğam həmişə Azərbaycanın incisi olub" .........................................................16 Heydər Əliyev Fondu "Qabusnamə" kitabını rus dilində nəşr etmişdir .....................................17 Heydər Əliyev Fondunun gördüyü işlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına səbəb olur .................................................................................................................................................18 Heydər Əliyev Fondu "Frederik Şopen ili" layihəsi çərçivəsində silsilə tədbirləri davam etdirir .............................................................................................................................................20 Heydər Əliyev Fondu - ulu öndərin adına layiq ...........................................................................21 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir .....................................................................23 Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təmsilçiləri Böyük Vətən müharibəsinin azərbaycanlı veteranlarını təbrik etmişlər ....................................................................................28 Heydər Əliyev Fondunun YUNİSEF-lə əməkdaşlığı uğurlu nəticələr verir ................................29 Bakıda "Qız qalası" beynəlxalq incəsənət festivalı başa çatıb .....................................................32 Heydər Əliyev Fondunun dəstəyi ilə Qala festivalı keçirilmişdir .................................................33 Leyla Əliyeva: "Azərbaycan sivilizasiyalar arasında körpü ola bilər" ........................................36 Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin qorunması üçün misilsiz işlər görür ............39 Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə Bakıda "Qloballaşma şəraiti mədəniyyətlərinin dialoqu" mövzusunda forum keçiriləcəkdir ...................................................41 Bakıda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda forum keçirilir ...........................................................................................................................................42 Azərbaycan mədəniyyətinin hamisi...............................................................................................44 Humanist və nəcib əməllər sahibi ..................................................................................................46 “Yeniləşən Azərbaycana yeni məktəb" .........................................................................................48 Dövrümüzün xoşməramlı səfiri .....................................................................................................50

Transcript of 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15...

Page 1: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

1

Heydər Əliyev Fondu

2010-cu il

UMÜNDƏRİCAT

Əliyev Fondu fiziki qüsuru olan insanların informasiya-kommunikasiya texnologiyalarından

istifadə imkanlarının artırılması məqsədilə bir sıra layihələr həyata keçirir .............................. 3

Heydər Əliyev Fondu bir sıra layihələr həyata keçirir .................................................................. 4

Heydər Əliyev Fondu Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbirlər planlaşdırır ........... 5

Heydər Əliyev Fondu uşaq hüquqlarının qorunması üçün geniş işlər görür ............................... 7

İordaniya Universitetində Azərbaycana həsr olunmuş sərgi keçirilib .......................................... 9

Heydər Əliyev Fondu Xocalı soyqırımının ildönümü ərəfəsində “Qarabağ həqiqətləri”

toplusunu yapon dilində nəşr etmişdir ..........................................................................................10

Heydər Əliyev Fondu tərəfindən xalq artisti Canəli Əkbərovun musiqi albomu nəşr

olunmuşdur ....................................................................................................................................11

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiya Müftilər Şurası xeyriyyə aksiyası

keçirmişlər .....................................................................................................................................12

Heydər Əliyev Fondunun dəstəyi ilə Qubadakı kütləvi məzarlıqda “Soyqırımı memorial

kompleksi” ucaldılacaqdır .............................................................................................................13

Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış “Azərbaycan” nəşrinin təqdimat

mərasimi olmuşdur Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir...............14

Leyla Əliyeva: "Muğam həmişə Azərbaycanın incisi olub" .........................................................16

Heydər Əliyev Fondu "Qabusnamə" kitabını rus dilində nəşr etmişdir .....................................17

Heydər Əliyev Fondunun gördüyü işlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına səbəb

olur .................................................................................................................................................18

Heydər Əliyev Fondu "Frederik Şopen ili" layihəsi çərçivəsində silsilə tədbirləri davam

etdirir .............................................................................................................................................20

Heydər Əliyev Fondu - ulu öndərin adına layiq ...........................................................................21

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev

Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir .....................................................................23

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təmsilçiləri Böyük Vətən müharibəsinin

azərbaycanlı veteranlarını təbrik etmişlər ....................................................................................28

Heydər Əliyev Fondunun YUNİSEF-lə əməkdaşlığı uğurlu nəticələr verir ................................29

Bakıda "Qız qalası" beynəlxalq incəsənət festivalı başa çatıb .....................................................32

Heydər Əliyev Fondunun dəstəyi ilə Qala festivalı keçirilmişdir .................................................33

Leyla Əliyeva: "Azərbaycan sivilizasiyalar arasında körpü ola bilər" ........................................36

Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin qorunması üçün misilsiz işlər görür ............39

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə Bakıda "Qloballaşma şəraiti

mədəniyyətlərinin dialoqu" mövzusunda forum keçiriləcəkdir ...................................................41

Bakıda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın

təşəbbüsü ilə "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda forum

keçirilir ...........................................................................................................................................42

Azərbaycan mədəniyyətinin hamisi...............................................................................................44

Humanist və nəcib əməllər sahibi ..................................................................................................46

“Yeniləşən Azərbaycana yeni məktəb" .........................................................................................48

Dövrümüzün xoşməramlı səfiri .....................................................................................................50

Page 2: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

2

Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsi

qaliblərinin Avropa ölkələrinə səfərləri təşkil olunub ..................................................................52

Azərbaycan həqiqətlərinin carçısı .................................................................................................53

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətində elm və təhsilə qayğı xüsusi yer tutur.............56

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan rayonunda tənha, aztəminatlı və əlil ailələr üçün

150 evdən ibarət yeni şəhərcik salınır ...........................................................................................61

Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə əsaslı bərpa olunmuş müasir məktəb binası hədiyyə

etmişdir ..........................................................................................................................................62

Heydər Əliyev Fondunda görüş ....................................................................................................64

Tikmişəm izim qalsın... ..................................................................................................................65

Heydər Əliyev Fondunun "Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində

30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir ..................................66

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rektoru

Əli Doğramacı ilə görüşmüşdür ....................................................................................................68

Heydər Əliyev Fondu ilə ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlığa dair

memorandumun imzalanması ilə bağlı razılıq əldə olunmuşdur .................................................69

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda daha bir istirahət parkı istifadəyə

verilmişdir ......................................................................................................................................70

Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli məktəb Heydər Əliyev Fondunun

dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir ..................................71

Xalqa və dövlətə xidmət məramı ...................................................................................................73

Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, bir sıra başqa ölkələrdə də təhsilin inkişafına

böyük dəstək verir .........................................................................................................................79

Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş üç Azərbaycan məktəbinin

açılış mərasimi olmuşdur ...............................................................................................................81

Moskvada Azərbaycan mətbəxinə həsr olunmuş kitabın təqdimatı keçirilmişdir ......................82

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi bu ölkədə təhsil alan azərbaycanlı tələbələrə

böyük qayğı göstərir ......................................................................................................................83

Leyla Əliyeva əlaçı tələbələrə RAGT-ın mükafatlarını təqdim etmişdir .....................................84

Nüfuzlu "Pakistan Observer" qəzetində Heydər Əliyev Fondu ilə bağlı geniş məqalə dərc

edilmişdir .......................................................................................................................................86

Londonda "Azərbaycan: uçan xalçalarla nağıllar aləminə" sərgisi açılmışdır ...........................87

Azərbaycan böyük mədəni irsə və tarixə sahib olan ölkədir ........................................................90

1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür ...................................................................93

Leyla ƏLİYEVA: Birgə səylərimiz sayəsində RAGT böyük uğurlar qazanmışdır .....................95

Heydər Əliyev Fondu Orta Ural ilə əməkdaşlığa başlayır............................................................97

Heydər Əliyev Fondu Yekaterinburqla sıx əməkdaşlıq edəcəkdir ...............................................99

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Leninqradın

müdafiəsi zamanı həlak olmuş azərbaycanlı döyüşçülərin xatirə lövhəsinin açılış mərasimində

iştirak etmişdir ............................................................................................................................. 100

"Oblastnaya qazeta": Leyla Əliyeva xoşməramlı səfirdir.......................................................... 102

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Abşeron rayonunun Saray

qəsəbəsində əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq

internat evi ilə tanış olmuşdur ..................................................................................................... 103

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və ölkənin 13 regionunda xeyriyyə

aksiyaları keçirmişdir .................................................................................................................. 104

Heydər Əliyev Fondu "Buta" sarayında uşaqlar üçün bayram şənliyi təşkil etmişdir ............. 105

Page 3: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

3

Əliyev Fondu fiziki qüsuru olan insanların informasiya-kommunikasiya

texnologiyalarından istifadə imkanlarının artırılması məqsədilə

bir sıra layihələr həyata keçirir

Cəmiyyətimizin bir hissəsini təşkil edən fiziki qüsurlu insanlara göstərilən diqqət və qayğı son illər

xeyli artmışdır. Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi rol oynayır.

Hazırda Heydər Əliyev Fondu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə bu insanların

İKT-dən istifadə imkanlarının artırılması məqsədilə bir sıra layihələr həyata keçirir. BMT-nin xətti ilə bütün dünyada 2008-ci il "Məhdud imkanlı şəxslərə İKT imkanları yaradaq" devizi ilə

qeyd edilsə də, hələ bundan əvvəl Azərbaycanda ilk belə təşəbbüs Heydər Əliyev Fondunun prezidenti,

YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən

irəli sürülmüşdür. Fiziki qüsuru olan insanların cəmiyyət həyatında fəal iştirakına, informasiya-kommunikasiya

texnologiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə,

məşğulluğunun artırılmasına yönələn ilk layihə 2005-2006-cı illərdə Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən birgə həyata keçirilmişdir. Layihə kor və zəif görən uşaqlar üçün respublika internat orta

məktəbində müvafiq mərkəzin yaradılmasına imkan vermişdir.

Bu işin davamı olaraq, Heydər Əliyev Fondunun, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdikləri layihə əsasında Gəncədə Regional

İnformasiya Mərkəzi yaradılmışdır. Mərkəzin xidmətindən qərb rayonlarında yaşayan 60 mindən çox fiziki

qüsurlu insan istifadə edə biləcəkdir. Hazırda müvafiq mərkəz Naxçıvanda da yaradılır.

RİTN-nin şöbə müdiri Rüfət Gülməmmədov bildirmişdir ki, Gəncədəki Regional İnformasiya Mərkəzində olan bütün imkanlar Naxçıvan şəhərində tikilən müvafiq mərkəzdə də yaradılacaqdır.

Mərkəzin xidmətindən şəhərdə, eləcə də muxtar respublikanın 7 rayonunda yaşayan fiziki qüsuru olan

insanlar yararlana biləcəklər. Müasir texnologiyalarla təchiz olunacaq mərkəzdə oxu zalı, təlim-tədris bölməsi, audiokitabxana,

ədəbiyyat fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, kompüter salonu fəaliyyət göstərəcəkdir.

Səsyazma studiyasının köməyi ilə 50 adda audiokitab fonduna malik kitabxananın zənginləşdirilməsi nəzərdə tutulmuşdur.

Sürətli internetlə təmin olunacaq mərkəzdə 20 kompüterdən ibarət lokal şəbəkə yaradılacaq, görmə

qabiliyyətini itirmiş insanlar üçün Brayl printeri və displeyləri, müxtəlif dillərdə nəşrləri səsləndirəcək oxu

maşını quraşdırılacaqdır. Mərkəzdə görmə qabiliyyəti zəif olan insanlar üçün kompüterlərə böyüdücü cihazların quraşdırılması, iri şriftli kitabların nəşri, lal və karlar üçün subtitrli filmlərin nümayişi, əqli cəhətdən zəiflər

üçün zehni inkişaf etdirən kompüter oyunlarının təşkili nəzərdə tutulmuşdur.

Regional İnformasiya Mərkəzinin internet saytı isə istifadəçilərə lazımi informasiyanı əldə etməklə yanaşı, "tanışlıq" bölməsinin köməyi ilə ünsiyyət qurmağa imkan yaradacaqdır.

AzərTAc.

“Azərbaycan”.-2010.- 7 yanvar.-N 3.-S.3.

Page 4: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

4

Heydər Əliyev Fondu bir sıra layihələr həyata keçirir

FİZİKİ QÜSURU OLAN İNSANLARIN İNFORMASİYA-KOMMUNİKASİYA

TEXNOLOGİYALARINDAN İSTİFADƏ İMKANLARININ ARTIRILMASI MƏQSƏDİLƏ

Cəmiyyətimizin bir hissəsini təşkil edən fiziki qüsurlu insanlara göstərilən diqqət və qayğı son illər xeyli

artmışdır. Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi rol oynayır.

Hazırda Heydər Əliyev Fondu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə bu insanların

İKT-dən istifadə imkanlarının artırılması məqsədilə bir sıra layihələr həyata keçirir. BMT-nin xətti ilə bütün dünyada 2008-ci il “Məhdud imkanlı şəxslərə İKT imkanları yaradaq” devizi ilə

qeyd edilsə də, hələ bundan əvvəl Azərbaycanda ilk belə təşəbbüs Heydər Əliyev Fondunun prezidenti,

YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən

irəli sürülmüşdür. Fiziki qüsuru olan insanların cəmiyyət həyatında fəal iştirakına, informasiya-kommunikasiya

texnologiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə,

məşğulluğunun artırılmasına yönələn ilk layihə 2005-2006-cı illərdə Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən birgə həyata keçirilmişdir. Layihə kor və zəif görən uşaqlar üçün respublika internat orta

məktəbində müvafiq mərkəzin yaradılmasına imkan vermişdir.

Bu işin davamı olaraq, Heydər Əliyev Fondunun, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdikləri layihə əsasında Gəncədə Regional

İnformasiya Mərkəzi yaradılmışdır. Mərkəzin xidmətindən qərb rayonlarında yaşayan 60 mindən çox fiziki

qüsurlu insan istifadə edə biləcəkdir. Hazırda müvafiq mərkəz Naxçıvanda da yaradılır.

RİTN-nin şöbə müdiri Rüfət Gülməmmədov bildirmişdir ki, Gəncədəki Regional İnformasiya Mərkəzində olan bütün imkanlar Naxçıvan şəhərində tikilən müvafiq mərkəzdə də yaradılacaqdır.

Mərkəzin xidmətindən şəhərdə, eləcə də muxtar respublikanın 7 rayonunda yaşayan fiziki qüsuru olan

insanlar yararlana biləcəklər. Müasir texnologiyalarla təchiz olunacaq mərkəzdə oxu zalı, təlim-tədris bölməsi, audiokitabxana,

ədəbiyyat fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, kompyuter salonu fəaliyyət

göstərəcəkdir. Səsyazma studiyasının köməyi ilə 50 adda audiokitab fonduna malik kitabxananın

zənginləşdirilməsi nəzərdə tutulmuşdur. Sürətli internetlə təmin olunacaq mərkəzdə 20 kompyuterdən ibarət lokal şəbəkə yaradılacaq, görmə

qabiliyyətini itirmiş insanlar üçün Brayl printeri və displeyləri, müxtəlif dillərdə nəşrləri səsləndirəcək oxu

maşını quraşdırılacaqdır. Mərkəzdə görmə qabiliyyəti zəif olan insanlar üçün kompyuterlərə böyüdücü cihazların quraşdırılması, iri şriftli kitabların nəşri, lal və karlar üçün subtitrli filmlərin nümayişi, əqli cəhətdən

zəiflər üçün zehni inkişaf etdirən kompyuter oyunlarının təşkili nəzərdə tutulmuşdur.

Regional İnformasiya Mərkəzinin internet saytı isə istifadəçilərə lazımi informasiyanı əldə etməklə yanaşı, “tanışlıq” bölməsinin köməyi ilə ünsiyyət qurmağa imkan yaradacaqdır.

Bakı, (AzərTAc).

“İki sahil”.-2010.-7 yanvar.-N.2.-S.3.

Page 5: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

5

Heydər Əliyev Fondu Xocalı soyqırımının ildönümü ilə əlaqədar

tədbirlər planlaşdırır

Layihələr il ərzində davam edəcək

Heydər Əliyev Fondu Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar tədbirlər planlaşdırır. Bu barədə

qəzetimizə açıqlamasında millət vəkili Qənirə Paşayeva məlumat verib. O bildirib ki, fondun prezidenti, millət

vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının tanıdılması, dünyaya çatdırılması istiqamətində

çox böyük layihələr var. Bu layihələr bu il ərzində də davam edəcək. Q. Paşayeva bildirib ki, fondun Rusiyadakı

nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın uzun müddətdən bəri başlatdığı "Xocalıya ədalət!" kampaniyası da davam edir. Dünyada bu kampaniyaya qoşulan insanların sayı günü-gündən çoxalır. Bu istiqamətdə görülən

işlər bundan sonra da davam edəcək.

Q. Paşayeva bildirib ki, Heydər Əliyev Fondu ötən illər ərzində Xocalı soyqırımının dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdırılması istiqamətində həddindən artıq böyük işlər görüb. Millət vəkilinin sözlərinə görə,

ümumiyyətlə, Xocalı soyqırımının, Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində sözügedən fondun

rəhbəri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə çox böyük işlər həyata keçirilib: "İndiyə qədər

Avropanın onlarla ölkəsində Xocalı soyqırımının ildönümlərində tədbirlərin, sərgilərin keçirilməsi, filmlərin nümayiş olunması və sair bu qəbildəndir. Fond tərəfindən Xocalı soyqırımına dair müxtəlif dillərdə filmlər

hazırlanıb. Həmçinin Xocalı soyqırımı ilə bağlı foto-sərgilərin təqdimatı dünyanın onlarla ölkəsində düzənlənib.

Bununla yanaşı, "Xocalı uşaqların gözü ilə" rəsm sərgisi və sair böyük tədbirlər təşkil olunub. Bunlar hamısı Fondun və ələlxüsus Mehriban xanımın Xocalı soyqırımının tanıdılması istiqamətində çox böyük xidmətləridir:

"Bizim hər birimiz harada yaşamağından asılı olmayaraq, bu kampaniyalara dəstək verməliyik. Hərənin gücü

nəyə çatırsa, Azərbaycan həqiqətlərinin, Azərbaycan xalqının başına gətirilən bütün müsibətlərin təbliğ edilməsi, erməni yalanlarının qarşısının alınması istiqamətində öz fəaliyyətini ortaya qoymalıdır. Burada hər

kəsin üzərinə düşən bir məsuliyyət payı var. Hamı o məsuliyyəti başa düşməlidir. Heç kəs gözləməməlidir ki,

bunu kimsə başqaları etməlidir".

Onu da qeyd edək ki, Xocalı soyqırımının növbəti ildönümü yaxınlaşan ərəfədə hər zaman bu məsələ - sözügedən faciənin soyqırımı aktı kimi Türkiyə Böyük Millət Məclisində (TBMM) tanınması məsələsi gündəmə

gəlir. Görəsən, nəhayət, TBMM Xocalı qətliamını soyqırımı kimi tanıya bilərmi?

Q. Paşayevanın qeyd etdiyinə görə, Xocalı soyqırımının ildönümlərində bir neçə dəfə Türkiyədə, TBMM-də olub. Burada bir neçə millət vəkili Xocalı soyqırımı ilə bağlı çıxışlar edir, bu qətliamın baiskarlarının,

günahkarlarının pislənməsi, məsuliyyətə cəlb olunması tələbləri irəli sürülür. Bununla belə, hər bir Azərbaycan

vətəndaşının, hamımızın arzusu odur ki, TBMM-də Xocalı soyqırımı ilə bağlı geniş dinləmələr təşkil olunsun və

bu dinləmələrin yekun olaraq Xocalı qətliamının soyqırımı aktı kimi tanınması ilə bağlı sənəd qəbul edilsin: "Bilirsiniz, bir atalar məsəlində deyildiyi kimi, uman yerdən küsərlər. Türkiyə bizim ən yaxın dostumuz, qardaş

dövlətimizdir. Biz iki dövlət, bir millətik. Eyni zamanda, onu da qeyd edim ki, Türkiyə xalqı və dövləti daim

Qarabağ məsələsində Azərbaycanın yanındadır. Bununla belə, hamının könlündə olan istək budur ki, Türkiyə parlamenti də Xocalı faciəsini soyqırımı aktı kimi tanısın".

Millət vəkili əlavə edib ki, Xocalı faciəsinin soyqırımı aktı kimi TBMM tərəfindən indiyənədək

tanınmamasının müəyyən səbəbləri var: "Türkiyəli dostlarımızla, siyasətçilərlə bu yöndə söhbətlər apararkən onlar bildirirlər ki, bu məsələ onların da ürəyindən keçir. Onlar vurğulayırlar ki, biz də istəyirik elə günü sabah

Xocalı faciəsini müzakirə edək və onu soyqırımı kimi tanıyaq. Ancaq onlar Türkiyənin dünyanın müəyyən

reallıqları ilə üz-üzə qaldığını qeyd edərək, TBMM-in Xocalı faciəsini rəsmən soyqırımı aktı kimi tanımasına

çətinlik çəkdiyini dilə gətirirlər. Hesab edirəm ki, burada Türkiyə dövlətini də, parlamentini də, türkiyəli dostlarımızı da başa düşmək olar. Ancaq biz istərdik ki, Türkiyə Xocalı faciəsini soyqırımı kimi tanıyan ilk

dövlət olsun".

Millət vəkili onu da bildirib ki, bu məsələdə təkcə Türkiyə ilə kifayətlənmək olmaz. Azərbaycan Xocalı soyqırımının tanınmasını təkcə Türkiyədən ummamalıdır. Bunun üçün dünyanın ən müxtəlif ölkələrində iş

aparmalıdır. Bu işdə diplomatik korpuslarımızla, səfirliklərimizlə yanaşı, həmin ölkələrdəki diaspor

təşkilatlarımızın, əlaqələndirici rolunu oynayan dövlət qurumlarının üzərinə çox böyük işlər düşür. Millət vəkili bildirib ki, hazırda xaricdəki Azərbaycan diaspor təşkilatlarının vəziyyəti heç də arzuolunan səviyyədə deyil:

"Onların özlərində də bir sıra problemlər var. Yəni diaspor təşkilatlarımızın özündə də milli məsələlərə

sahiblənmək prosesi hələ yeni-yeni başlamaqdadır. Əgər xaricdəki diaspor təşkilatlarımız milli məsələlərə

tezliklə sahiblənsə, eyni zamanda, fəaliyyətimizi genişləndirməyə, işlərimizi sürətləndirməyə nail ola bilsək,

Page 6: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

6

onda təbii ki, Xocalı qətliamının soyqırımı aktı kimi tanınmasına nail ola bilərik. Onu da qeyd edim ki, bu işləri

həyata keçirmək üçün xeyli vaxt tələb olunur. Bunlara bir-iki ilin içində nail olmaq qeyri-mümkündür.

Ermənilər də öz uydurma soyqırımlarını tanıtmaq üçün uzun illərdən bəri fəaliyyət göstəriblər və bu fitnəkar

əməllərini bu gün də davam etdirməkdədirlər. Yəni Xocalı qətliamının soyqırımı kimi tanınması bir-iki günün məsələsi deyil. Bunun üçün hələ çox çalışmalıyıq, əlimizdən gələnləri və gəlməyənləri əsirgəməməliyik".

İlham QULİYEV

“Kaspi”.-2010.-19 yanvar.-N.10.-S.4.

Page 7: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

7

Heydər Əliyev Fondu uşaq hüquqlarının qorunması üçün geniş işlər görür

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva

bu sahəyə böyük diqqət göstərir

Uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə

həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təsadüfi deyildir ki, dünyada hökm sürən qlobal iqtisadi böhran fonunda Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ili “Uşaq ili” elan etmişdir. Bu,

dövlət başçısının Azərbaycanın gələcəyi olan uşaqlara diqqət və qayğısının nəticəsidir. Uşaqlar cəmiyyətimizin

ən zərif hissəsidir. Onlara uşaqlıqda göstərilən qayğı və məhəbbət gələcək fiziki sağlamlığın, mənəvi saflıq və

zənginliyin rəhni kimi qəbul edilir. Azərbaycan cəmiyyəti tarixən uşaqlara ən xoş münasibət və qayğının örnəyi olmuşdur. Bu gün uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə olunması, müvafiq standartlara cavab verən

təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılmışdır.

Uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin şəxsiyyət,

layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin ulu öndərimiz Heydər Əliyevin

ənənələrindən irəli gələn başlıca prinsiplərindəndir. Müasir dövrümüzdə Prezident İlham Əliyev və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun

prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın

uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artması ilə nəticələnmişdir. Heydər Əliyev Fondu

uşaqların hərtərəfli inkişafı, onların müasir tələblərə uyğun təhsil və tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirir.

BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə əlaqədar Azərbaycanda “Uşaq hüquqları haqqında” qanunun

qəbul edilməsi ilə bağlı ötən illər ərzində milli qanunvericilik və normativ hüquqi aktlar mütəmadi olaraq təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsinə yönəlmiş bir çox dövlət proqramları qəbul edilmişdir. Hazırda

ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş onlarla Dövlət Proqramı həyata keçirilməkdədir.

Uşaq problemləri sahəsində digər məsələlərin həllinə ictimaiyyətin, o cümlədən, qeyri-hökumət təşkilatlarının, özəl sektorun, beynəlxalq təşkilatların cəlb edilməsi də qarşıda duran vəzifələrdəndir.

Regionlarda sağlam həyat tərzi ilə bağlı kütləvi maarifləndirmə işlərinin aparılması da çox vacib məsələlərdən

birinə çevrilib. Uşaq hüquqlarının tam şəkildə reallaşması, hər bir uşağın öz potensialını göstərə bilməsi üçün

mükəmməl hüquqi baza yaradılmışdır. Azərbaycanda təhsilin inkişafı, gənclərimizin sağlam və savadlı böyüməsi Heydər Əliyev Fondunun

siyasətinin prioritet istiqaməti olduğundan bu sahədə fondun təşəbbüsü ilə həyata keçirilən “Uşaq evləri və

internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramları və “Təhsilə dəstək” layihəsi ölkəmizdə təhsilin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə gətirib çıxarmışdır.

Bakıda Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Nur” Uşaq və

Gənclərin İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan uşaqlarının forumunun keçirilməsi “Uşaq ili”nin

yekunlarına və BMT-nin Uşaq Hüquqları Konvensiyasının 20 illiyinə həsr olunmuşdur. Forumda respublikanın müxtəlif bölgələrindən 250-dən çox uşaq iştirak etmişdir. Uşaqların özlərinin aparıcılıq etdikləri forumda onları

maraqlandıran bütün məsələlər geniş müzakirə olunmuşdur.

BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaq hüquqlarının hərtərəfli müdafiəsini əhatə edən beynəlxalq sənəddir. Artıq Azərbaycan dövləti BMT-nin müvafiq komitəsinə 4 dövri hesabatı təqdim etmişdir. Bu, Uşaq

Hüquqları Konvensiyasının 20-ci ildönümündə respublikamızda həmin sahəyə diqqətin daha da artmasının

göstəricisidir. Azərbaycan hökumətinin BMT ilə birgə “Azərbaycanda uşaqların müdafiəsi islahatı” mövzusunda keçirdiyi konfrans bu istiqamətdə görülən işlərə güclü təkan vermişdir. Uşaqları düşündürən ən

mühüm mövzular ətrafında ekspertlərin iştirakı ilə müzakirələr aparılmış, təqdimatlar keçirilmişdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəran şəhərindəki internat məktəblərində “Uşaq ili”

çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” devizi altında keçirilən tədbirdə də ölkəmizdə uşaqların sağlam, hərtərəfli, vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılmasından söz açılmışdır. Heydər

Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Lənkəran şəhərinin uşaq evlərində tərbiyə və təhsil alan,

valideyn himayəsindən məhrum olan uşaqlara daim qayğı göstərir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonda olan iki internat məktəbi əsaslı təmir edilmiş, lazımi avadanlıq, mebel və məktəb ləvazimatları ilə

təmin edilmişdir.

Page 8: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

8

Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Əzizbəyov rayonunda, o cümlədən, Qala

qəsəbəsində geniş abadlıq və quruculuq işlərinin aparılmasını da qeyd etməliyik. Məlum olduğu kimi qəsəbədə

fəaliyyət göstərən yeganə uşaq bağçası çox köhnə və tam yararsız vəziyyətdə olan binada yerləşirdi. Heydər

Əliyev Fondunun təşəbbüsü ilə uşaq bağçası üçün yeni 100 yerlik bina tikilmişdir. İndi müasir tələblərə tam cavab verən yeni binada uşaqlar üçün hər cür şərait yaradılmışdır. Buraya gələn balacalar bağçanın astanasında

ikən nağıllar dünyasına düşürlər. Həyətdə dekorativ gül və ağac kolları əkilmiş, uşaq meydançasında gözəl

oturacaqlar və yelləncəklər qurulmuşdur. Bağçada mərkəzləşdirilmiş nəzarət sistemi qurulmuş, müşahidə kameraları vasitəsilə bağçanın hər bir nöqtəsi izlənilir, balacaların təhlükəsizliyi təmin edilir. Bu bağçanı

digərlərindən yeni layihə əsasında inşa olunması fərqləndirir.

Heydər Əliyev Fondunun dəstəyi, Bakı şəhəri üzrə Baş Təhsil İdarəsi və Əzizbəyov rayon İnkişaf Fondu tərəfindən “Təhsilə dəstək” layihəsi çərçivəsində təşkil edilmiş olimpiada şagirdlərin Azərbaycan dili və

ədəbiyyatı, ingilis dili, Azərbaycan tarixi və riyaziyyat fənləri üzrə biliklərinin aşkar etdirilməsinə təsirini

göstərmişdir. Ötən ilin son ayında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı şəhərində inşasına başlanılan

Nəsimi adına Uşaq İncəsənət Məktəbi binasının təməlqoyma mərasimi rayon sakinləri üçün əsl bayrama çevrilmişdir. Ümumilikdə, burada müasir avadanlıqla təchiz ediləcək 54 otaq fəaliyyət göstərəcəkdir. Məktəbin

həyətində yaşıllaşdırma və abadlıq işləri aparılacaqdır. Üçmərtəbəli müasir incəsənət məktəbi binasının

tikintisinin 2010-cu ildə başa çatdırılması nəzərdə tutulmuşdur. Diabetli uşaqlara qayğı da Heydər Əliyev Fondunun fəaliyyətində mühüm yer tutur. Fondun dəstəyi ilə

“Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində ölkədə diabet xəstəliyindən əziyyət çəkən 14

yaşınadək uşaqlar müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilmişlər. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində Lənkəran şəhərindəki

“Qafqaz” sahil otelində şəkərli diabetli uşaqların psixo-sosial reabilitasiyası məqsədilə istirahət düşərgəsi də

təşkil olunmuşdur. Düşərgədə əlil, Qarabağ müharibəsi əlili, məcburi köçkün və qaçqın ailələrindən, valideyn

himayəsindən məhrum, şəkərli diabet xəstəliyindən əziyyət çəkən iki və daha çox uşaqlı ailələrdən olan 30 uşağa 4 həkim-diabetoloq, 5 müəllim və 2 psixoloq xidmət göstərmişdir. Düşərgədə uşaqlar müxtəlif idman

yarışları və əyləncəli oyunlar keçirmiş və sosial-psixoloji yardım almışlar. Sonda düşərgənin bağlanış mərasimi

keçirilmişdir. Fond hər zaman əməkdaşlığa hazır olan bir təşkilatdır. Heydər Əliyev Fondu ölkə xaricində - Rusiya və

Gürcüstanda yaşayan azərbaycanlı şagirdlər üçün də lazımi tədbirlər həyata keçirir. Bu baxımdan da Heydər

Əliyev Fondunun gördüyü işlər sırf Azərbaycanı əhatə etmir. Onun layihələrinin coğrafi məkanı genişdir. Belə

ki, gürcüstanlı soydaşlara, bütün sahələrdə olduğu kimi, təhsil səviyyəsinin müasir tələblərlə ayaqlaşması baxımından da yardımını əsirgəmir. Fondun təşəbbüsü və dəstəyi ilə Kvemo Kartli-Borçalı bölgəsinin Dmanisi

şəhərində Heydər Əliyev adına fondun bilgisayar mərkəzində rayon şagirdləri arasında bilik yarışı keçirilmişdir.

Yarışda Dmanisidəki azərbaycandilli məktəblərlə yanaşı, rayonun gürcü məktəblərinin şagirdləri də iştirak etmişlər.

Respublikamızın Niderland Krallığındakı səfirliyində bu ölkədə fəaliyyət göstərən Azərbaycan

məktəblərinə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış hədiyyələrin təqdimat mərasimi də bu qəbildən olan layihələr çərçivəsində həyata keçirilmişdir. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən hər bir layihənin

əsasında Azərbaycanın gələcəyi olan uşaqların gələcəyini təmin etmək və sağlam ruhlu, düşüncəli uşaqları

yetişdirməkdir.

Nəzakət ƏLƏDDİNQIZI

“Səs”.-2010.-27 yanvar.-N.15.-S.4.

Page 9: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

9

İordaniya Universitetində Azərbaycana həsr olunmuş sərgi keçirilib

Sərgi Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutub

Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə

nüfuzlu İordaniya Universitetində Azərbaycana həsr olunmuş sərgi keçirilib. Səfirlikdən bildiriblər ki, sərgidə

ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif anlarını, habelə, ölkəmizin füsunkar təbiətini, tarixi-mədəni abidələrini, memarlıq incilərini əks etdirən, fotoşəkillər nümayiş olunub. Tədbirdə Azərbaycandan bəhs

edən film göstərilmiş, milli və klassik musiqi əsərlərimiz səsləndirilmişdir. Tədbir iştirakçıları Azərbaycanın

xalçaçılıq sənəti nümunələri ilə tanış olmuş, milli mətbəximizin nemətlərindən və ölkəmizdə istehsal edilmiş

meyvə şirələrindən dadmışlar. İştirakçılara ulu öndər Heydər Əliyevin həyatından, Azərbaycanın tarixindən, turizm imkanlarından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən ərəb və ingilis

dillərində kitab və broşuralar, muğam diskləri hədiyyə edilib. Universitetin xarici dillər mərkəzinin rəhbəri

A.Fauri İordaniya ilə Azərbaycan arasındakı dostluq əlaqələrindən danışmış və belə bir sərginin təşkil edilməsini ikitərəfli əməkdaşlıq baxımından mühüm hadisə adlandırıb. Səfirliyin birinci katibi K.Murtuzov qeyd

etmişdir ki, tədbir İordaniya Universitetində təhsil alan yerli və xarici tələbələrə, professor-müəllim heyətinə

Azərbaycan ilə yaxından tanış olmaq imkanı verir. Azərbaycanın və İordaniyanın dövlət başçılarının istəyinə uyğun olaraq xalqlarımız və dövlətlərimiz arasında əlaqələri inkişaf etdirmək də tədbirin əsas

məqsədlərindəndir. Qeyd edək ki, Prezident İlham Əliyev 2007-ci ildə bu ölkəyə səfəri zamanı İordaniya

Universitetində olmuş və bu təhsil ocağının Fəxri doktoru adı ilə təltif edilmişdi. Gələcəkdə İordaniya

Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması istiqamətində iş aparılır.

ZÜMRÜD

“Səs”.-2010.-18 fevral.-N.30.-S.3.

Page 10: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

10

Heydər Əliyev Fondu Xocalı soyqırımının ildönümü ərəfəsində

“Qarabağ həqiqətləri” toplusunu yapon dilində nəşr etmişdir

Heydər Əliyev Fondu Azərbaycan tarixinin qanlı səhifəsi - Xocalı soyqırımının ildönümü ərəfəsində

“Qarabağ həqiqətləri” toplusunu yapon dilində nəşr etmişdir.

Silsilə toplu “Qarabağın tarixi haqqında qısa məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı

soyqırımı”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti”, “Azərbaycana qarşı erməni

təcavüzünün nəticələri” adlı 5 bukleti əhatə edir. Burada Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq

Qarabağ münaqişəsinin başlanması, onun nəticələri, xalqımızın yaddaşından heç vaxt silinməyəcək Xocalı faciəsi, ermənilərin dünyanın müxtəlif ölkələrində törətdiyi terror aktlarından bəhs olunur.

Yeni nəşr 130 milyon əhalisi olan Yaponiya kimi inkişaf etmiş bir ölkədə Azərbaycan üçün vacib olan

yeni informasiya mənbəyinin əldə olunmasında və xalqımızın haqq səsinin eşidilməsində əvəzsiz rol oynaya bilər. Toplunun Yaponiyanın dövlət orqanları, nüfuzlu təşkilatları, müvafiq təhsil qurumları və kitabxanaları,

habelə aparıcı TV kanalları və KİV-ləri arasında yayılması nəzərdə tutulur.

Toplu “OİSCA–İnternational”ın dəstəyi ilə nəşr olunmuşdur.

Qeyd edək ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi önəm verən Fond 2005-ci ildən başlayaraq müxtəlif dillərdə “Qarabağ həqiqətləri” toplusunu nəşr edir. Beynəlxalq ictimaiyyətə

ünvanlanmış toplu ilkin olaraq Azərbaycan, rus və ingilis dillərində nəşr edilmişdir. Daha sonra “Qarabağ

həqiqətləri” oxuculara alman və macar dillərində təqdim olunmuşdur. Təbliğat materialları indiyədək bir çox xarici ölkələrdə yayılmış, müxtəlif tədbir və aksiyalar zamanı Azərbaycan həqiqətlərinin dünyaya

çatdırılmasında səmərəli ideoloji vasitəyə çevrilmişdir.

Nəfis şəkildə tərtib edilmiş və yüksək poliqrafik səviyyədə çap olunmuş bukletlər fotoşəkillərlə zəngindir. Bütün bukletlərdə Azərbaycanın xəritəsi verilmiş və burada Ermənistan tərəfindən işğal olunmuş ərazilərimiz

göstərilmişdir. Eyni zamanda, burada münaqişə nəticəsində dəymiş ziyan, işğal aktının qurbanları və digər

məlumatlar yer almışdır.

Hər il olduğu kimi bu il də Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdiyi “Qarabağ həqiqətləri” toplusu Xocalı soyqırımının ildönümü ərəfəsində dünyanın bir çox ölkələrində keçirilən aksiya və anma

mərasimlərində təqdim olunacaqdır.

“Xalq qəzeti”.-2010.-20 fevral.-N 40.-S.3.

Page 11: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

11

Heydər Əliyev Fondu tərəfindən xalq artisti Canəli Əkbərovun

musiqi albomu nəşr olunmuşdur

Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər

Əliyev Fondu xalq artisti, professor Canəli Əkbərovun 70 illik yubileyi münasibətilə xanəndənin musiqi

albomunu nəşr etdirmişdir.

Azərbaycan musiqi ifaçılığı məktəbinin görkəmli nümayəndəsi Canəli Əkbərovun həyat və yaradıcılığına həsr olunmuş albom yüksək poliqrafik səviyyədə və nəfis şəkildə hazırlanmışdır. Musiqi albomu kitab və dörd

kompakt diskdən ibarətdir. Albomda ustad xanəndənin uşaqlıq və gənclik illərindən, zəngin və unudulmaz

hadisələrlə yadda qalan yaradıcılıq yolundan söhbət açılır. Yetmiş il əvvəl Azərbaycanın gözəl guşələrindən olan Lənkəranda musiqiçi ailəsində anadan olan,

xanəndə babası və atasının yolunu davam etdirən Canəli Əkbərov sonra Bakıda Filarmoniyanın nəzdində

fəaliyyət göstərən Xan Şuşinskinin muğam studiyasında ustad dərsi almışdı. Bu məktəbin təsiri onun bütün

yaradıcılıq yolunu müşayiət etmişdir. Nəşrdəki kompakt disklərdə cəmlənmiş musiqi nümunələri sənət hesabatı kimi xanəndənin yaradıcılıq

yolunu əks etdirir. Burada xanəndənin ifasında “Zabul-segah”, “Mahur-hindi” muğam dəsgahları, “Dügah”,

“Şahnaz” muğamları, “Simayi-şəms”, “Mənsuriyyə” zərb muğamları, “Qarabağ” şikəstəsi və xalq mahnıları toplanmışdır.

Heydər Əliyev Fondunun yeni layihəsi indiyədək nəşr olunmuş “Qarabağ xanəndələri”, “Muğam aləmi”

musiqi albomları, tədris vəsaiti kimi hazırlanmış “Azərbaycan muğamı” multimedia toplusu, muğam ustadlarımız, xalq artistləri Əlibaba Məmmədovun, Arif Babayevin, tanınmış kaman ustası, xalq artisti Habil

Əliyevin, xalq artisti Ağaxan Abdullayevin həyat və yaradıcılığından bəhs edən musiqi albomları silsiləsini

zənginləşdirmişdir.

“Xalq qəzeti”.-2010.-10 mart.-N 54.-S.2.

Page 12: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

12

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiya Müftilər Şurası

xeyriyyə aksiyası keçirmişlər

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Rusiya Müftilər Şurası sosial-xeyriyyə və dini-

maarifləndirmə departamenti ilə birlikdə Moskvanın iki uşaq evində səyyar xeyriyyə aksiyası keçirmişdir.

İlk xeyriyyə tədbiri Rusiya paytaxtının şimal-şərq dairəsində yerləşən və 50 uşağın tərbiyə aldığı uşaq

evində keçirilmişdir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Müftilər Şurası departamentinin əməkdaşları uşaqlarla görüşüb söhbət etmişlər. Burada tərbiyə alan uşaqların əksəriyyətinin valideyni və

qohumları olsa da, onlar isti ailə ocağından məhrumdur. Uşaqlara Heydər Əliyev Fondunun Rusiya

nümayəndəliyi tərəfindən gödəkcələr və digər hədiyyələr təqdim olunmuşdur. Onlara Fond, ölkəmiz, kimsəsiz

və məzlum insanlara rəhimdilliyi ilə tanınan xalqımız barədə məlumat verilmişdir. Müftilər Şurası departamentinin əməkdaşları da uşaqlara hədiyyələr təqdim etmişlər: kimisinə

konstruktor, kimisinə saat, hamam ləvazimatı, bəzilərinə isə oyuncaqlar hədiyyə olunmuşdur. Uşaqların

əksəriyyəti Məhəmməd peyğəmbər, İslam şəriəti, əxlaqi dəyərlər və xeyirxah işlər görməyin vacibliyi barədə söhbətləri ilk dəfə dinləyirdilər. Görüş zamanı təşkil olunan şən müsabiqələr və səhnəciklər uşaqların ürəyincə

olmuşdur.

Belə səyyar xeyriyyə aksiyası Moskvanın digər uşaq evində davam etdirilmişdir.

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

“Azərbaycan”.-2010.-13 mart.-N 57.-S.7.

Page 13: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

13

Heydər Əliyev Fondunun dəstəyi ilə Qubadakı kütləvi məzarlıqda

“Soyqırımı memorial kompleksi” ucaldılacaqdır

Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərindəki kütləvi məzarlıqda “Soyqırımı memorial

kompleksi” ucaldılacaqdır. Kompleks erməni-daşnak quldur dəstələrinin Azərbaycan torpaqlarında

həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüz nəticəsində bir çox bölgələrdə qətlə yetirilmiş on

minlərlə insanın xatirəsinə həsr olunur.

XX əsrin ən faciəli soyqırımları ötən yüzilliyin əvvəlində Azərbaycanın bir çox bölgələrində

törədilmişdir. Bu zaman on minlərlə insan erməni vəhşiliyinin qurbanı olmuş, doğma yurd-yuvasından didərgin düşmüş, bir çox yaşayış məskənləri yerlə-yeksan edilmişdir.

Soyqırımının həyata keçirildiyi bölgələrdən biri də Quba şəhəri və ətraf kəndlər olmuşdur. 1918-ci ilin

aprel-may aylarında Quba qəzasında törədilmiş qırğınlarda 122 kənd tamamilə dağıdılmışdır. Qanlı qətliamda xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı, ləzgilərin, yəhudilərin, tatların və digər milli azlıqlara

mənsub olan minlərlə insanın zorakılığa məruz qaldığı aşkar edilmişdir.

Bu gün Quba şəhərindəki kütləvi məzarlıqda qanlı soyqırımı qurbanlarının narahat ruhları uyuyur. Burada

ucaldılacaq “Soyqırımı memorial kompleksi” erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, eləcə də gənc nəsillərin milli yaddaşının

qorunması məqsədilə yaradılır.

Heydər Əliyev Fondunun dəstəyi ilə mütəxəssislərdən ibarət işçi qrupu yaradılmışdır. Bu istiqamətdə dünya təcrübəsindən bəhrələnən mütəxəssislər “Soyqırımı memorial kompleksi”nin bir neçə eskiz layihələri

üzərində son tamamlama işləri aparırlar.

“Xalq qəzeti”.-2010.-16 mart.-N 59.-S.4.

Page 14: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

14

Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış

“Azərbaycan” nəşrinin təqdimat mərasimi olmuşdur

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

Bakı, 18 mart (AzərTAc). Martın 18-də Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun layihəsi

çərçivəsində hazırlanmış “Azərbaycan” nəşrinin təqdimat mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Azərbaycan haqqında müfəssəl məlumat vermək məqsədi ilə hazırlanmış nəşrdə toplanmış 1000-dən çox

fotoşəkil xalqımızın qədim tarixi, mədəniyyəti, ənənələri, etnoqrafik xüsusiyyətləri ilə yanaşı, ölkəmizin müasir

simasını təcəssüm etdirir. Kitabın ayrı-ayrı fəsilləri oxucuya Azərbaycanı qarış-qarış gəzmək imkanı yaradır. Bu rəmzi səyahət paytaxt Bakıdan başlayır. Kitabda əfsanəvi Xəzərin sahillərində yerləşən Bakının müxtəlif

görməli yerlərini, o cümlədən İçərişəhəri, Şirvanşahlar sarayını, Qız qalasını əks etdirən şəkillər vardır. Paytaxtdan başlanan səyahət qədim Abşeronda davam edir. Sonra kitabın səhifələrində Qobustan qayaüstü

rəsmləri, Yanardağ, Şahdağın qarlı zirvələri, Quba-Xaçmazın göz oxşayan bağları, Şəki-Zaqatala və Gəncə-

Qazax zonasının zümrüd meşələri və qədim qalaları, Lənkəran və Naxçıvanın nadir təbiəti, tarixi abidələrini əks

etdirən fotoşəkillər bir-birini əvəz edir. Kitabda hələ də Ermənistanın işğalı altında qalan torpaqlarımıza həsr

olunmuş bölmələr də vardır. Nəşrə kompakt disk və buklet əlavə olunmuşdur. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitaba ön sözü Heydər Əliyev Fondunun prezidenti,

YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva

yazmışdır. Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ictimaiyyətin nümayəndələrinin iştirak

etdikləri mərasimi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva açaraq çıxış etdi.

MEHRİBAN XANIM ƏLİYEVANIN

ÇIXIŞI

-Xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Sizi ürəkdən salamlayıram, Müasir İncəsənət Muzeyinə xoş gəlmisiniz. Bu gün Heydər Əliyev Fondunun növbəti layihəsi – “Azərbaycan” adlı kitab sizin diqqətinizə təqdim

olunur. Üç il bundan öncə ölkəmizin zəngin və bənzərsiz təbiətini əks etdirən fotoalbomun yaranmasını zəruri

hesab edərək Heydər Əliyev Fondu bu layihəyə start vermişdi. Həmin zaman işçi qrup yaranmışdı. Onun

tərkibində həm yerli, həm xarici mütəxəssislər, fotoqraflar fəaliyyətə başladı. Üç il ərzində ölkəmizin müxtəlif bölgələrində, şəhər və kəndlərində, dağ və düzənliklərində, meşə və çəmənliklərində, göl və çaylarında

fotoçəkiliş aparıldı. Kitabın belə uzun müddət hazırlanması, ilk növbədə, fotoçəkiliş üçün ən əlverişli vaxtın və

hava şəraitinin seçilməsi ilə bağlı idi. Eyni zamanda, biz gözəl ölkəmizin təbiətini ilin hər bir fəslində əks etdirməyə çalışmışıq. Bir sözlə, çox böyük, nadir bir fotomaterial toplandı, beş minə yaxın yeni fotoşəkil yığıldı.

Kitabın nadirliyi ondan ibarətdir ki, bu gün sizə təqdim olunan nəşrdəki şəkillərin 80 faizi ilk dəfədir ki, işıq üzü

görüb. Eyni zamanda, şəkillərin arasında o qədər çox əsl sənət əsəri var idi ki, biz kitabın təqdimatı ilə yanaşı, bu gün Azərbaycanın təbiətinə, Azərbaycana həsr olunmuş fotosərginin açılışını da keçirəcəyik.

Üç il ərzində çox ciddi, çoxşaxəli iş aparıldı. Bir çox foto və digər materiallar toplandı. Növbəti mərhələdə əldə

edilmiş materialları təhlil edərkən, kitabın tamamilə yeni bir konsepsiyası gündəmə gəldi. Biz düşündük ki,

Azərbaycanın təbiətini onun tarixi, mədəniyyəti, keçmişi və bu günündən ayrı təqdim etmək o qədər də düzgün olmaz. Azərbaycanın ərazisində əsrlər boyu çox qüdrətli dövlət və sivilizasiyalar mövcud olub. Böyük İpək

Yolu bizim ölkəmizdən keçib və əlbəttə, bütün bu mədəniyyətlər, bütün bu sivilizasiyalar ölkəmizdə izini

qoyub. Bu izlərlə, bu naxışlarla, istər memarlıq abidələrində, istər tarixi və dini abidələrdə tanış olmaq mümkündür. Eyni zamanda, son illər Azərbaycanın dünyada misli olmayan inkişafını, onun yeni mənzərələrini,

modern binaları, idman və konsert saraylarını, iş və turizm mərkəzlərini, bir sözlə, ölkəmizin müasir simasını da

bu kitabda tapmaq mümkündür.

Bir sözlə, əziz dostlar, bu gün sizin diqqətinizə təqdim olunan tamamilə yeni bir formatlı “Azərbaycan” kitabı ölkəmizin təbiəti, tarixi, mədəniyyəti, dünəni və bu günü ilə tanışlıqdır. Kitab 11 bölmədən ibarətdir. İlk

bölmə hamımız üçün əziz olan, dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıya həsr olunub. Digər bölmələrdə

Azərbaycanın 10 iqtisadi-coğrafi regionuna aid ətraflı məlumatlar və regionların təbiətini, flora və faunasını əks etdirən şəkillər yerləşdirilib. Kitabın ilk variantı Azərbaycan dilində 2000 tirajla nəşr olunub. Yaxın gələcəkdə

Page 15: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

15

“Azərbaycan” kitabı bir sıra xarici dillərə, o cümlədən ingilis, fransız, alman, ərəb və çin dilinə tərcümə olunub

böyük tirajla nəşr ediləcəkdir.

Bu kitabı hazırlayarkən Heydər Əliyev Fondu bir sıra dövlət və hökumət qurumları ilə işbirliyi yaratmışdı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya və Tarix institutları, AzərTAc informasiya agentliyi, Azərbaycan Milli Ensiklopediyası – bütün bu təşkilatlara bizə

yardım etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Kitabın hazırlanmasında əməyi olan hər bir şəxsə

təşəkkürümü bildirirəm. Cənab Prezident, Siz həmişə olduğu kimi, öz tövsiyələrinizlə, öz məsləhətlərinizlə bizə çox kömək

edirdiniz və gərgin iş proqramınızda vaxt ayırıb bu gün bizimlə olduğunuza görə Sizə xüsusi minnətdarlığımı

bildirirəm. Əziz qonaqlar, inanıram ki, siz də bu kitabla tanış olub, onu layiqincə qiymətləndirəcəksiniz. Fürsətdən

istifadə edərək mən sizin hamınızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm

cansağlığı, uzun ömür, səadət və məhəbbət arzulayıram.

Sonda mən dahi Heydər Əliyevin bir kəlamını xatırlamaq istərdim: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”. Çox sadə, adi bir kəlmədir. Lakin doğma torpağına sonsuz qədər bağlı olan, Vətən yolunda

ömrünü və canını qurban verən, bu yolda bir an da olsun belə əyilməyən insanın, böyük şəxsiyyətin dilindən

çıxmış bu kəlam artıq tarixə yazılıb. Mənim arzum odur ki, bu kitabı vərəqləyən hər bir azərbaycanlı ürəyində məhz bu kəlamı söyləsin: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”. Çox sağ olun.

“Xalq qəzeti”.- 2010.- 19 mart.-N 62.-S.1.

Page 16: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

16

Leyla Əliyeva: "Muğam həmişə Azərbaycanın incisi olub"

Moskvada, Qlinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyində Azərbaycan səfirliyinin və

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan muğamı gecəsi keçirilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun RF nümayəndəliyinin başçısı Leyla Əliyeva, habelə çoxsaylı qonaqlar rəngarəng xalılardan, milli geyimlərdən, musiqi alətlərindən, Azərbaycan

muğamının tarixini və müasir vəziyyətini əks etdirən kitab və vəsaitlərdən ibarət sərgiyə maraqla tamaşa

ediblər. Rusiya mədəniyyət nazirinin müavini Andrey Busıgin təşkilatçıları və qonaqları salamlayaraq bildirib ki, Azərbaycanın musiqi mədəniyyəti incilərini Moskvada təqdim edən bu tədbir olduqca maraqlı hadisədir. O

deyib: "Hər bir xalqın özünəməxsus nadir mədəniyyəti var. Məhz bu mədəniyyət insanın bu və ya digər

cəmiyyətə məxsus olduğunu, onun identikliyini müəyyənləşdirməyə imkan verir. Xalqlar bir-birinə ümumi cəhətlərinə görə deyil, fərqli cəhətlərinə görə maraq göstərir. Rusiya üçün də Azərbaycan mədəniyyəti olduqca

maraqlıdır".

Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin başçısı Leyla Əliyeva tədbirin təşkilatçılarına,

qonaqlara, habelə Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirərək deyib ki, muğam Azərbaycan xalqının sərvətidir, onun kökləri çoxəsrlik bir tarixə gedib çıxır: "Muğam həmişə

Azərbaycanın incisi olub. Azərbaycan xalqı muğamı həmişə sevib və qiymətləndirib. Bizim üçün muğam bir

növ genetik koddur. O, dilimiz, incəsənətimiz və ədəbiyyatımızla yanaşı durur. Muğam özündə bir çox yeni musiqi janrlarını - muğam operasını, caz muğamını və s. təcəssüm etdirir. Azərbaycan mədəniyyətinin Üzeyir

Hacıbəyli, Niyazi, Vaqif Mustafazadə kimi böyük xadimlərinin adları muğamla bağlıdır. Sevindirici haldır ki,

son illər getdikcə daha çox gənc muğamı öyrənməyə meyil edir, yeni-yeni istedadlı muğam ifaçıları ortaya çıxır".

Bu yaxınlarda Bakıda Beynəlxalq Muğam Mərkəzinin açıldığını, elmi simpoziumun və Beynəlxalq

muğam festivalının keçirildiyini xatırladan L. Əliyeva deyib: "Çox xoşdur ki, bu tədbir Qlinka adına Dövlət

Muzeyində keçirilir, çünki musiqi xalqları və millətləri birləşdirməyə qadirdir və onun üçün heç bir sərhəd yoxdur". L. Əliyeva tədbirin ev sahiblərinə minnətdarlığını bildirərək, Azərbaycanın milli musiqi alətləri olan

ud və sazı Qlinka adına muzeyə hədiyyə edib. Muğam gecəsinin təşkilatçılarına və şəxsən Leyla Əliyevaya

minnətdarlığını bildirən Qlinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyinin direktoru Mixail Brızqalov bu hadisəni Rusiya paytaxtının musiqi və mədəni həyatında əlamətdar hadisə adlandıraraq vurğulayıb

ki, Heydər Əliyev Fondunun hədiyyəsi olan Azərbaycanın milli musiqi alətləri muzeyin zəngin kolleksiyasında

layiqli yer tutacaq.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Mədəniyyət Nazirliyinə, Qlinka adına Dövlət Mərkəzi Musiqi Mədəniyyəti Muzeyinin və Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığını bildirərək

diqqətə çatdırıb ki, Leyla Əliyeva əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ənənələri davam etdirir.

Səfir bildirib ki, məhz Heydər Əliyevin hakimiyyəti dövründə muğam YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına salınmışdır. Prezident İlham Əliyev də bu gözəl ənənəni davam etdirir: "Azərbaycanın birinci xanımı,

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muğamın təbliğində böyük rol oynayır. Məhz onun

təşəbbüsü ilə Bakıda YUNESKO-nun baş direktorunun iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulub. İki il ərzində inşa edilən mərkəzdə yüksək səviyyədə Beynəlxalq muğam müsabiqəsi və elmi

simpozium keçirilmişdir. Bu, muğamın təbliğinin və onun yeni beynəlxalq üfüqlərə çıxmasının əsasını qoyub.

Bu, heç şübhəsiz Mehriban xanım Əliyevanın xidmətidir". Sonra Azərbaycan muğamının tarixi və müasir

vəziyyəti haqqında sənədli film nümayiş etdirilib, Bakıda keçirilmiş Beynəlxalq muğam müsabiqəsinin qaliblərinin və laureatlarının iştirakı ilə konsert olub.

“Ədalət”.-2010.-9 aprel.-N.60.-S.4.

Page 17: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

17

Heydər Əliyev Fondu "Qabusnamə" kitabını rus dilində nəşr etmişdir

Heydər Əliyev Fondu Şərq ölkələrinin bir çoxunda tanınan və məşhur olan

"Qabusnamə" kitabını rus dilində nəşr etmişdir.

Tərbiyə və etikanın vacib məsələlərini əhatə edən kitab yüzilliklər boyu müdrik məsləhətləri ilə aktuallığını qoruyub saxlamışdır. 1082-1083-cü illərdə Cənubi Azərbaycan ərazisində yerləşən Gilan dövlətinin

padşahı Keykavus tərəfindən yazılmış "Qabusnamə" orta əsrlərdə hökmdarların, din xadimlərinin, elm

adamlarının, müəllimlərin masaüstü kitabı olmuşdur. Həmin dövrdə hər bir savadlı və mədəni insanın ailəsində qorunub saxlanılan kitab gənc nəslin tərbiyəsində mühüm rol oynamış, nəsildən-nəsilə ötürülən mənəviyyat

qaynağı və əxlaq dərsliyi kimi qiymətləndirilmişdir.

Rus oxucusuna təqdim olunan "Qabusnamə" Şərq və onunla qırılmaz tellərlə bağlı olan Azərbaycan

mədəniyyəti, tarixi, fəlsəfəsi haqqında təsəvvür yaratmağa imkan yaradır. Rəngli illüstrasiya və nəfis tərtibatlı kitab 1000 nüsxə tirajla nəşr olunmuşdur.

"Qabusnamə" Heydər Əliyev Fondunun müxtəlif səpkili nəşrlər guşəsini zənginləşdirmişdir. Fondun

dəstəyi ilə müxtəlif dillərdə Azərbaycan həqiqətlərindən, Qarabağ müharibəsinin əsl mahiyyətindən bəhs edən kitablarla yanaşı, milli-mənəvi qaynaqlarımız, tarixi keçmişimiz, tanınmış şəxsiyyətlər haqqında nəşr olunan

kitabları gənc oxucu auditoriyası üçün zəngin mənbə hesab etmək olar. Fond Azərbaycanın klassik yazıçılarının,

tədqiqatçı alimlərin əsərlərini müxtəlif dillərdə nəşr etdirir, xarici ədəbiyyat nümunələrinin dilimizə çevrilərək nəşrinə dəstək verir.

“Xalq qəzeti”.-2010.-16 aprel.-N 80.-S.3.

Page 18: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

18

Heydər Əliyev Fondunun gördüyü işlər Azərbaycanın

beynəlxalq nüfuzunun artmasına səbəb olur

Azərbaycan zəngin mədəniyyətə və incəsənətə malik bir dövlət kimi, müxtəlif sivilizasiyaların

kəsişməsində yerləşir

Ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının

yaxşılaşması naminə dövlət tərəfindən görülən işlər Azərbaycanın tərəqqisi və xalqımızın rifahını yüksəldir.

Ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən, genişmiqyaslı proqram və

layihələrin reallaşmasına nail olan Heydər Əliyev Fondunun gördüyü işlər müsbət nəticəsini verməkdədir. Fond tərəfindən Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər

Azərbaycanın beynəlxalq nüfuzunun artmasına gətirib çıxarmışdır. Dini tolerantlığın bərqərar olmasına,

vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verən fond bu ənənə çərçivəsində fəaliyyətini davam etdirir.

Bildiyimiz kimi, qədim tarixi olan Azərbaycan zəngin mədəniyyətə və incəsənətə malik bir dövlət olaraq,

müxtəlif sivilizasiyaların kəsişməsində yerləşir və öz mədəniyyətində müxtəlif sivilizasiyalara məxsus

aspektləri əks etdirir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun

xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətin və incəsənətin inkişafı ilə

bağlı gördüyü işlərin hər biri Azərbaycanın sivil bir dövlət olaraq inkişafına əhəmiyyətli dərəcədə kömək göstərir. Ölkənin zəngin tarixi boyunca onun nadir coğrafi mövqeyi burada nümunəvi mədəniyyətin

yaranmasına, müxtəlif etnik, dini və mədəni köklərə malik xalqların hüquq və azadlıqlardan bərabər istifadə

etməsinə imkan verən çoxəsrlik tolerantlıq mühitinin formalaşmasına öz təsirini göstərir. Azərbaycanın mədəniyyəti dünyada ən qədim mədəniyyətlərdən biri hesab edilir və ölkədə əsrlər boyu

yaşayan xalqların müxtəlif adət-ənənələrini özündə birləşdirir. Bu ilkin şərtlər əsrlər boyu ölkədə fəlsəfi-ədəbi

fikrin, poeziyanın və memarlığın, habelə, ölkənin maddi və mənəvi irsinin rəmzi olan təsviri sənətin

çiçəklənməsinə gətirib çıxarmışdır. Qeyd olunan mədəniyyət formaları Azərbaycanın özünəməxsusluğunun əsasını təşkil edir və Azərbaycan xalqının həyatında mühüm əhəmiyyət daşıyır. Belə bir mədəniyyəti özündə

ehtiva edən Azərbaycanın tarixin dönəmlərində yaşamış simaların əsrlərində xalqımızın adət və ənənələri, onun

bəşəri mahiyyət daşıyan dəyərləri öz əksini tapmışdır. Belə ədəbi nümunələr Azərbaycan klassik sənətində kifayət qədərdir ki, bunlar yenidən nəşr edilərək xalqa, eləcə də, dünya ədəbiyyatına təqdim edilir. Bu

istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlərin əhəmiyyəti müstəsnadır. Heydər Əliyev Fondu dünya

şöhrətli mütəfəkkir, ensiklopedik biliyə malik görkəmli Azərbaycan alimi Məhəmməd Nəsirəddin Tusinin

"Əxlaqi-Nasiri" kitabını latın qrafikası ilə yenidən nəşr etdirməsi Azərbaycan mədəniyyətinə öz töhfəsini vermiş oldu. Böyük elmi miras qoyub getmiş alimin irsinin dərindən öyrənilməsi, əsərlərinin nəşri ulu öndər Heydər

Əliyevin daim diqqət mərkəzində olmuşdur. Mütəfəkkir alimin anadan olmasının 800 illik yubileyi ərəfəsində

ümummilli lider 13 iyun 2000-ci il tarixli fərmanı ilə yubileyin dövlət səviyyəsində qeyd olunması ilə yanaşı, onun çoxşaxəli yaradıcılığının hərtərəfli tədqiqini vacib məsələlərdən biri kimi qeyd etmişdi. Əsrlər boyu Orta

və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan "Əxlaqi-Nasiri" kitabında Məhəmməd Nəsirəddin

Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer almışdır. Əsərin tərcüməsində müəllifin yazı ruhu mümkün qədər qorunub saxlanmışdır. Nəfis tərtibatla,

rəngarəng miniatürlərlə nəşr olunmuş bu kitab oxuculara Nəsirəddin Tusi dühasını tanıtmaqla yanaşı, həm də

müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət

daşıyır. Kitabın fars dilindən tərcümə edilərək təqdim edilməsi Heydər Əliyev Fondunu milli-mənəvi dəyərlərimizə olan münasibətin təzahürüdür.

Mədəniyyətimizə olan diqqətin təzahürünün davamı olaraq bu günlərdə Heydər Əliyev Fondu Şərq

ölkələrində sevilən və məşhur olan "Qabusnamə" kitabını rus dilində nəşr etmişdir. Tərbiyə və etikanın vacib məsələlərini əhatə edən kitab yüzilliklər boyu müdrik məsləhətləri ilə aktuallığını qoruyub saxlamışdır. 1082-

1083-cü illərdə Cənubi Azərbaycan ərazisində yerləşən Gilan dövlətinin padşahı Keykavus tərəfindən yazılmış

"Qabusnamə" orta əsrlərdə hökmdarların, din xadimlərinin, elm adamlarının, müəllimlərin masaüstü kitabı olmuşdur. Həmin dövrdə hər bir savadlı və mədəni insanın ailəsində qorunub saxlanılan kitab gənc nəslin

tərbiyəsində mühüm rol oynamış, nəsildən-nəsilə ötürülən mənəviyyat qaynağı və əxlaq dərsliyi kimi

qiymətləndirilmişdir.

Page 19: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

19

Belə bir dəyərlərin məcmusunun qeyri-xalqların ədəbiyyatına daxil edilməsi Azərbaycanın qədim

mədəniyyəti, tarixi ilə onları tanış etmək və xalqımıza məxsus xüsusiyyətlərin təbliğinə təsirini göstərməkdədir.

Rus oxucusuna təqdim olunan "Qabusnamə" Şərq və onunla qırılmaz tellərlə bağlı olan Azərbaycan

mədəniyyəti, tarixi, fəlsəfəsi haqqında təsəvvür yaratmağa imkan yaradır. Rəngli illüstrasiya və nəfis tərtibatlı kitab 1000 nüsxə tirajla nəşr olunmuşdur.

"Qabusnamə" Heydər Əliyev Fondunun müxtəlif səpkili nəşrlər guşəsini bir daha zənginləşdirmişdir.

Fondun dəstəyi ilə müxtəlif dillərdə Azərbaycan həqiqətlərindən, Qarabağ müharibəsinin əsil mahiyyətindən bəhs edən kitablarla yanaşı, milli-mənəvi qaynaqlarımız, tarixi keçmişimiz, tanınmış şəxsiyyətlər haqqında nəşr

olunan kitablar buranın qonağı olan xarici dövlət nümayəndələrinə də Azərbaycan haqqında təsəvvür yaratmaq

məqsədi daşıyır. Fond Azərbaycanın klassik yazıçılarının, tədqiqatçı alimlərin əsərlərini müxtəlif dillərdə nəşr etdirir, xarici ədəbiyyat nümunələrinin dilimizə çevrilərək nəşrinə dəstək verir.

Belə əsrlərdən soraq gətirən nümunələr Azərbaycan tarixin saxtalaşdırmaq, ona müxtəlif donlar

geyindirməyə çalışanların qarşısında bir çəpərdir. Tarixi sənədlər nə qədər geniş şəkildə təbliğ olunarsa,

Azərbaycan tarixi də dünyaya bir o qədər faktlar, sənədlər əsasında təqdim olunar. Fondun təkrar nəşr və tərcümə etdirdiyi hər iki əsər bədii gücü ilə yanaşı, Azərbaycan fikrini, elmini,

mədəniyyətini, tarixini, adət və ənənələrini geniş ictimaiyyətə təqdim edən vəsait kimi əhəmiyyətlidir.

NƏZAKƏT

“Səs”.-2010.-23 aprel.-N.70.-S.3.

Page 20: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

20

Heydər Əliyev Fondu "Frederik Şopen ili" layihəsi çərçivəsində

silsilə tədbirləri davam etdirir

Heydər Əliyev Fondu "Frederik Şopen ili" layihəsi çərçivəsində dahi bəstəkarın həyat və yaradıcılığına

həsr olunan silsilə tədbirləri davam etdirir. Növbəti layihə məşhur polşalı pianoçu Stanislav Deanın Azərbaycanın bölgələrinə səfərini nəzərdə tutur.

Avropanın tanınmış pianoçusu mayın 5-də Lənkəranda, mayın 7-də Qəbələdə geniş tamaşaçı auditoriyası

qarşısında çıxış edəcəkdir. Həmin günlərdə Stanislav Dea yerli musiqi məktəblərində ustad dərsləri keçəcəkdir. O, gənc musiqisevərlərə Şopenin əsərlərini ifa etməklə yanaşı, korifey sənətkarın yaradıcılığından geniş bəhs

edəcəkdir.

Klassik musiqinin təbliğinə önəm verən Fondun dəstəyi ilə indiyədək Azərbaycan paytaxtında F. Şopenlə yanaşı, D. Şostakoviçin və M. Rostropoviçin yubiley gecələri təşkil olunmuşdur. Ənənəvi Beynəlxalq

Rostropoviç festivalları, Qəbələ Beynəlxalq musiqi festivalı və piano müsabiqəsi gənc nəslin musiqi zövqünün

formalaşmasına və hərtərəfli inkişafına xidmət edir.

“Azərbaycan”.-2010.-4 may.-N 95.-S.6.

Page 21: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

21

Heydər Əliyev Fondu - ulu öndərin adına layiq

Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzu və istəyi,

Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurəti, qloballaşan dünyada Heydər

Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq niyyəti, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim açıqlamaq məqsədi Heydər Əliyev Fondunun

yaradılmasının əsas səbəbləri olmuş və 2004-cü il may ayının 10-da ulu öndərin ad günündə fondun rəsmi

açılışı olmuşdur. Heydər Əliyev Fondunun əsas məqsədləri sırasında görkəmli siyasi xadimin ölkəmizin sosial-iqtisadi,

mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən

etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək, Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin

reallaşmasına kömək etmək, elm, təhsil, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb

həyata keçirmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan

insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə

xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım

göstərmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan Respublikasında və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək, dini tolerantlığın bərqərar olmasına, vətəndaş

cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub

saxlanmasına dəstək vermək və bir sıra digər məsələlər xüsusi yer tutur. Fondun prezidenti, Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-

nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun məqsədlərinin həyata keçməsi

istiqamətində genişmiqyaslı fəaliyyət göstərir.

Fond təhsil, səhiyyə, elm və texnologiya, mədəniyyət, ekologiya və digər sahələrdə mühüm layihə və proqramlar həyata keçirir.

Təhsil sahəsində Heydər Əliyev Fondu tərəfindən “Uşaq evləri və internat məktəblərinin inkişafı”,

“Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” proqramları həyata keçirilir. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində respublika üzrə 30-dan artıq uşaq müəssisəsi əsaslı şəkildə təmir

edilmiş, yeni avadanlıqla təchiz olunmuşdur. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində

2005-2009-cu illər ərzində Azərbaycanın ən müxtəlif bölgələrində 70 mindən artıq şagird yerlik 283 məktəb

binası inşa olunmuş və yenidən qurulmuşdur. “Təhsilə dəstək” layihəsinə uyğun olaraq respublika üzrə 11 uşaq bağçası yenidən qurulmuş və ölkənin təhsil müəssisələri zəruri tədris vəsaitləri ilə təmin edilmişdir. Fondun

vəsaiti hesabına Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində 650 şagird yerlik məktəb binası

inşa edilmişdir. Səhiyyə sahəsində Fond tərəfindən “Talassemiyasız həyat naminə” “Diabetli uşaqlara ən yüksək qayğı”

layihələri həyata keçirilir. Fond səhiyyə müəssisələrinin yenidən qurulması, fiziki cəhətdən qüsurlu uşaqlar üçün

reabilitasiya mərkəzlərinin inşa edilməsinə və müasir avadanlıqla təchiz olunmasına xüsusi önəm verir. Fond dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə əməkdaşlıq edir. “Fresenius Medical Care”, “Karl-Storz”,

“Servier” kimi nüfuzlu şirkətlər tərəfindən Fonda bağışlanmış müasir tibbi avadanlıq və dərman preparatları

ölkənin müvafiq tibb müəssisələrinə təqdim olunmuşdur.

Heydər Əliyev Fondu tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya - kommunikasiya texnologiyalarına çıxışın təmin

edilməsi”nə dair birgə layihə həyata keçirilmişdir. Hazırda Fond tərəfindən Rabitə və İnformasiya

Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramı ilə birgə fiziki imkanları məhdud olan insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə etməsinin artırılması məqsədi ilə Gəncə və Naxçıvan

şəhərlərində Regional İnformasiya Mərkəzləri yaradılır. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan

həqiqətlərinin internet şəbəkəsi vasitəsilə dünyaya yayılması məqsədi ilə 2005-ci ildə materialların həcminə, zənginliyinə, habelə istifadə olunmuş internet texnologiyalarına görə ölkədə analoqu olmayan “Azərbaycan”

(azerbaijan.az) internet portalı yaradılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və akademik

Zərifə Əliyevaya həsr olunmuş multimedia diskləri hazırlanmışdır.

Fond Azərbaycan muğam sənətinin inkişafı və qorunmasına xidmət edən mühüm layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzi və Müasir İncəsənət Muzeyi yaradılmışdır.

Page 22: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

22

2005-2009-ci illər ərzində Fond tərəfindən bir sıra beynəlxalq musiqi festivalları keçirilmişdir. Heydər Əliyev

Fondu tarixi-mədəniyyət, dini abidələrin bərpası və mədəniyyət obyektlərinin inşasına xüsusi önəm verir.

Altı illik fəaliyyəti dövründə Fondun həyata keçirdiyi proqram və layihələr, təşkil etdiyi beynəlxalq

konfranslar, görüşlər, nəşr etdirdiyi kitablar, beynəlxalq aləmdə qazandığı nüfuz çox böyük nəticələrdən xəbər verir.

Fondun fəaliyyət coğrafiyası ölkəmizin sərhədlərini aşmış, onun dəstəyi ilə dünyanın bir çox ölkələrində

layihələr reallaşdırılmışdır. Fondun ABŞ, Rusiya Federasiyası, Rumıniya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Fond BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, YUNESKO, İSESKO, “Save the

Children” və digər təşkilatlarla yaxından əməkdaşlıq edir və birgə layihələr həyata keçirir. Fondun təşkilatçılığı

ilə bir sıra mühüm beynəlxalq konfranslar təşkil edilmişdir. Heydər Əliyev Fondu tərəfindən bir çox kitablar və görkəmli musiqiçilərin albomları nəşr olunmuşdur.

Fondun beynəlxalq əməkdaşlığı genişlənməkdə, dünyanın nüfuzlu qurumları ilə əlaqələr

möhkəmlənməkdədir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilmiş «YUNESKO-Azərbaycan: gələcəyə körpü», «Avrasiyada mədəniyyət müxtəlifliyi: Azərbaycan-sivilizasiyalararası dialoqun keçmişi və bu günü», «Orta əsr

əlyazmalarında tibb və əczaçılıq» və digər beynəlxalq konfranslar, bir sıra xarici ölkələrdə həyata keçirdiyi

tədbirlər Fondun beynəlxalq aləmdə nüfuzlu bir qurum kimi mövqeyinin möhkəmlənməsindən xəbər verir. Bütün bunların nəticəsidir ki, Fondun prezidenti Mehriban xanım Əliyeva YUNESKO-nun və İSESKO-

nun xoşməramlı səfiri adlarına layiq görülmüşdür.

Heydər Əliyev Fondu Azərbaycan xalqının hələlik sağalmayan yarası olan Qarabağ itkisinin əsas səbəblərini, erməni işğalçılığını dünya ictimaiyyətinə çatdırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirir.

Xocalı soyqırımı ilə bağlı Fondun dəstəyi ilə mütəmadi olaraq xüsusi layihələr həyata keçirilmiş,

dünyanın onlarla ölkəsində faciəni anım mərasimləri təşkil olunmuş, erməni faşizminin iç üzünü açıb göstərən

«Qarabağ həqiqətləri», «Xocalı soyqırımı» kimi filmlər nümayiş etdirilmiş, real faktlara, foto-sənədlərə əsaslanan geniş təbliğat işləri aparılmışdır.

Heydər Əliyev Fondu ümummilli liderin göstərdiyi yolda inamla irəliləyir, möhtərəm prezidentimiz İlham

Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən siyasi kursun daha böyük uğurlar qazanması üçün daim dəstək olur. Bu gün böyük iftixar hissi ilə demək olar ki, Fond Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ulu

öndərimiz Heydər Əliyevin ölməz ideyalarının reallaşması istiqamətində uğurla irəliləyir.

“Rabitə dünyası”.-2010.-7 may.-N.16.-S.9.

Page 23: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

23

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun

fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

Bakı, 12 may (AzərTAc). Xəbər verdiyimiz kimi, mayın 10-da “Buta” sarayında Azərbaycan xalqının

ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunan qonaqların iştirak etdikləri tədbirdə

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış etdi.

Heydər Əliyev Fondunun prezidenti

Mehriban xanım Əliyevanın

çıxışı

- Hörmətli cənab Prezident! Xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Sizləri bu möhtəşəm sarayda səmimi qəlbdən salamlayıram. Ənənəvi olaraq hər il may ayının 10-da biz dahi şəxsiyyət Heydər Əliyevin doğum gününü qeyd edirik. Heydər Əliyevin həyatı bütövlükdə Azərbaycana,

Azərbaycanın inkişafına yönəlmişdir. Səksən il sürən bu şərəfli həyat hər birimizin taleyində silinməz iz qoyub.

Prezident Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu gün müstəqil, gündən-günə güclənən, inkişaf edən, dünya birliyində layiqli yer tutan Azərbaycanda yaşayırıq. Heydər Əliyev nailiyyətləri, Heydər Əliyev

qələbələri və zirvələri Azərbaycanın tarixində və Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək

nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaqdır.

Hər bir xalq hər bir tarixi dövrdə öz qəhrəmanlarının sarsılmaz ruhunu, dəmir iradəsini, cəsarət və qətiyyətini yüksək qiymətləndirmişdir. Biz - azərbaycanlılar fəxr edirik ki, xalqımızın Heydər Əliyev kimi

qəhrəmanı vardır və onun unudulmaz xatirəsi önündə bu gün bir daha baş əyirik.

Əziz qonaqlar, bu gün Heydər Əliyev Fondunun yaradılmasından 6 il ötür. Fondu yaradarkən biz nə qədər məsuliyyətli işə qədəm qoyduğumuzu çox yaxşı dərk edirdik. İlk gündən əməllərimizlə bu yüksək ada

layiq olmağa çalışmışıq. Altı il ərzində Heydər Əliyev Fondu ölkəmizin ictimai-siyasi həyatının bütün

sahələrində iştirak edərək, bir çox nailiyyətlər əldə edib. Bu axşam Fondun fəaliyyətindən ətraflı məlumat

veriləcək. Mən yalnız onu demək istərdim ki, görülən işlərin nəticəsi bu gün göz qabağındadır. Bu, yüzlərlə yeni inşa olunmuş məktəblər və təmir olunmuş, müasirləşmiş uşaq evləri, internat məktəbləri, uşaq bağçaları və yay

düşərgələridir. Bu, yeni tikilmiş tibb müəssisələri, diaqnostika və müalicə mərkəzləridir, müxtəlif xəstəliklərdən

əzab çəkən uşaqlar üçün xüsusi tibb müəssisələri və reabilitasiya mərkəzləridir. Bu, Fondun dəstəyi ilə bərpa olunan tarixi və dini abidələr, eyni zamanda, yeni qurulan mədəniyyət ocaqları, muzeylər, mərkəzlər, konsert

hollarıdır. Bu, Fondun uğurlu sosial proqramının icra olunması nəticəsində yeni salınan parklar, yollar, çəkilən

su, işıq və qaz xətləridir. Bu, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq istiqamətində aparılan işlər nəticəsində nəşr olunmuş yüzlərlə kitablar, bröşürlər, foto və

videoalbomlardır. Bu, Fondun dəstəyi ilə keçirilən və zəngin mədəni və tarixi irsimizin təbliğinə yönələn

beynəlxalq simpoziumlar, festivallar, elmi konfranslardır. Ən əsası, ən vacibi bu, Heydər Əliyev Fondunun

səmərəli xeyriyyəçilik fəaliyyətinin nəticəsində yüzlərlə normal sağlam həyata qayıtmış insanlardır. Bir sözlə, 6 il ərzində Heydər Əliyev Fondu böyük yol keçib və əminəm ki, gələcəkdə bizi daha da böyük

işlər gözləyir. Bu gün Heydər Əliyev Fondu həm Azərbaycanda, həm Azərbaycanın hüdudlarından kənarda

hörmət, inam və etimad qazanıb. Bu yolda bizi dəstəkləyən, bizə inanan, bizə kömək edən hər bir insana, hər bir təşkilata mən bu gün öz dərin minnətdarlığımı bildirirəm və əminəm ki, Heydər Əliyev Fondu Azərbaycan

naminə gələcəkdə yeni nailiyyətlər, yeni qələbələr əldə edəcəkdir.

Əziz qonaqlar, sonda bir daha sizi 9 və 10 may bayramları münasibətilə ürəkdən təbrik edirəm. Ümidvaram ki, bugünkü axşam sizə xoş anlar və duyğular bəxş edəcəkdir. Diqqətinizə görə çox sağ olun.

X X X Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunan film nümayiş etdirildi.

Page 24: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

24

X X X Prezident İlham Əliyev mərasimdə nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin

nitqi

- Hörmətli xanımlar və cənablar! Əziz dostlar!

Bu gün biz Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci

ildönümünü qeyd edirik. Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət etmişdir. Bütün dövrlərdə onun bir amalı var idi – Azərbaycanı inkişaf etdirmək, Azərbaycan vətəndaşlarının

rifah halını qaldırmaq, ölkəmizi irəliyə aparmaq. Bu yolda Heydər Əliyevin Azərbaycan xalqı qarşısında

xidmətləri əvəzolunmazdır. 1969-cu ildə Azərbaycan sovet respublikaları arasında ən geridə qalmış yerdə idi.

Ölkənin bütün sosial-iqtisadi göstəriciləri ən aşağı səviyyədə idi və ümumiyyətlə Azərbaycanın bir müttəfiq respublika kimi inkişafı çox böyük çətinliklərlə üzləşirdi.

Məhz Heydər Əliyevin müdrikliyi və fəaliyyəti nəticəsində Azərbaycan 1982-ci ildə sovet respublikaları

arasında ən qabaqcıl yerlərə çıxmışdır. Əgər o vaxt müttəfiq respublikalar arasında cəmi iki respublika özü-özünü təmin edə bilirdisə, onlardan biri Azərbaycan idi. Bu gün də ölkəmizin inkişafına xidmət edən çox güclü

infrastruktur, yeni sənaye sahələri məhz o illərdə - 1970-ci illərdə yaradılmışdır. O illərdə kənd təsərrüfatı

inkişaf etmişdir və Azərbaycan vətəndaşları daha da yaxşı yaşamağa başlamışlar. O illərdə bütün səylər qoyulmuşdur ki, Azərbaycanda yeni müəssisələr, fabriklər, zavodlar yaradılsın, yeni yollar, dəmir yolları

salınsın. Məhz bütün bunlara görə Azərbaycan xalqı Heydər Əliyevə daim çox böyük məhəbbətlə və inamla

yanaşırdı. Bu məhəbbət və inam daim Azərbaycan xalqının qəlbində yaşayır.

1982-ci ilin sonlarında Heydər Əliyev Moskvaya dəvət olundu. Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olundu, Siyasi Büroya üzv seçildi və onun həyatında yeni dövr başladı. Ancaq

mən o günləri çox yaxşı xatırlayıram və bilirəm ki, o, Azərbaycandan getmək istəmirdi. Baxmayaraq ki, ona

böyük etimad göstərilmişdi, tarixdə ilk dəfə olaraq azərbaycanlı Sovet İttifaqının ən məsul, ən vacib vəzifələrindən birinə təyin edilirdi. Ancaq buna baxmayaraq, onun ürəyi Azərbaycanda qalmışdır. Ulu öndər o

vaxt deyirdi ki, mən Azərbaycanda hələ çox iş görməliyəm. Ancaq, eyni zamanda, onu da yaxşı dərk edirdi ki,

Moskvada yüksək vəzifədə Azərbaycana daha da çox kömək göstərə bilər. Beş il ərzində - 1982-1987-ci illərdə

Azərbaycanın inkişafı üçün ölkə miqyaslı çoxsaylı qərarlar, qətnamələr qəbul edilmişdir. O vaxt respublikamızın müxtəlif sahələrini inkişaf etdirmək üçün praktiki addımlar atılmışdır. O, bütün o illər ərzində

çalışırdı ki, Azərbaycana kömək etsin ki, Azərbaycanda işlər daha da yaxşı getsin.

Ancaq buna baxmayaraq, Heydər Əliyevin o vaxt Azərbaycanda olmaması tədricən respublikanı tənəzzülə uğratdı. 1982-1987-ci illərdə hələ ki, inersiya davam edirdi və respublikada proseslər ümumiyyətlə,

müsbət istiqamətdə gedirdi. Ancaq buna baxmayaraq, artıq o qətiyyət, o iradə yox idi. Həlledici anlarda Heydər

Əliyevin yoxluğu əlbəttə ki, respublikanı çox böyük problemlərlə üzləşdirdi. 1987-ci ildə bütün vəzifələrdən istefa verəndən sonra Azərbaycana təzyiqlər daha da çoxaldı. Onun

vəzifədən getməsindən iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycan Respublikasından

ayırmaq və Ermənistana birləşdirmək planlarını açıq şəkildə büruzə verdilər. O vaxta qədər onların fəaliyyəti

məxfi xarakter daşıyırdı. Müxtəlif lobbiçilik fəaliyyəti nəticəsində həm xaricdə, həm Sovet İttifaqında müxtəlif yollarla ictimai rəy yaratmağa çalışırdılar ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir, Azərbaycan

Respublikasında Dağlıq Qarabağın problemlərinə fikir verilmir və buna görə Dağlıq Qarabağ Azərbaycandan

ayrılmalıdır. Heydər Əliyev vəzifədən uzaqlaşdırılandan sonra bu meyillər daha da gücləndi və Azərbaycana qarşı açıq

ərazi iddiası prosesi başlandı. Əfsuslar olsun ki, bu prosesə başçılıq edən o vaxtkı sovet rəhbərliyi idi. Əgər

sovet rəhbərliyinin bu işlərdə əli olmasaydı, Cənubi Qafqazda heç vaxt münaqişə yaranmazdı. Beləliklə, Azərbaycana qarşı müxtəlif yerlərdən təzyiqlər başladı və tədricən Azərbaycanda vəziyyət çox

gərginləşdi. Azərbaycanı daha da çətin vəziyyətə salmaq üçün respublikanın rəhbərliyinə Azərbaycan xalqına

yad olan antimilli qüvvələr gətirilmişdi. Onların əli ilə xalqımıza qarşı cinayətlər törədildi. Azərbaycan xalqına

qarşı cinayətlər, eyni zamanda, daxili milli xainlər tərəfindən törədilmişdir. Əlbəttə ki, Ermənistan tərəfi bu vəziyyətdən istifadə etdi və Azərbaycana qarşı açıq müharibəyə başladı. O illər, demək olar ki, bizim üçün

həlledici illər idi. Əgər Heydər Əliyev o vaxt Azərbaycanda qalsaydı və Azərbaycanın rəhbəri kimi fəaliyyət

göstərsəydi, Dağlıq Qarabağda heç vaxt separatçılar baş qaldıra bilməzdilər. Heç vaxt bizim torpaqlarımız işğal altına düşə bilməzdi.

Page 25: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

25

O illərdə - 1987-1993-cü illər ərzində Azərbaycanın demək olar ki, bütün yerlərində qeyri-sabit vəziyyət,

özbaşınalıq, anarxiya, kütləvi itaətsizlik hökm sürürdü. O vaxt Azərbaycanda sabitliklə fərqlənən yeganə yer

Naxçıvan Muxtar Respublikası idi. O da ona görə idi ki, xalqın tələbi ilə Heydər Əliyev Naxçıvan Muxtar

Respublikasının rəhbəri seçildi. Bir tərəfdən, erməni qəsbkarlarına qarşı onun rəhbərliyi altında müqavimət göstərilirdi və Naxçıvana edilən ərazi iddialarına qarşı naxçıvanlılar Heydər Əliyevin rəhbərliyi altında çox

qətiyyətli cavab verdilər və işğalçıları yerinə oturtdular. Digər tərəfdən, o vaxt Azərbaycandakı rəhbərlik bütün

yollarla çalışırdı ki, Naxçıvanda Heydər Əliyevin mövqelərini sarsıtsın və onu orada rəhbərlikdən uzaqlaşdırsın. Ancaq xalq həm Naxçıvanda, həm bütövlükdə Azərbaycanda həlledici sözünü dedi. Azərbaycanda

vətəndaş müharibəsi başlanandan sonra artıq Naxçıvana, Heydər Əliyevə kütləvi qaydada müraciətlər gəlməyə

başlamışdır ki, təkcə ona ümid bəslənilir və təkcə o, Azərbaycanı bu ağır vəziyyətdən xilas edə bilər. O vaxt xalqımızın, müstəqilliyimizin taleyi həll olunurdu. Azərbaycan XX əsrdə bir dəfə müstəqilliyini qazandı. Ancaq

o müstəqillik çox çəkmədi. İki ildən sonra müstəqillik xarici qüvvələrin, o cümlədən daxili antimilli qüvvələrin

səyləri və antimilli hərəkətləri nəticəsində əlimizdən alındı.

1993-cü ildə də oxşar vəziyyət yaranmışdı. Müstəqilliyimizin cəmi iki yaşı var idi. Ancaq artıq Azərbaycanın müstəqilliyi şübhə altına qoyulurdu. Ölkəmizə qarşı ərazi iddiaları artıq torpaqlarımızın işğalına

gətirib çıxardı. Şuşanın, Laçının, Kəlbəcərin işğalı nəticəsində demək olar ki, Ermənistanla Dağlıq Qarabağ

arasında coğrafi əlaqə yarandı. Belə ağır vəziyyətdə Azərbaycanın ümumiyyətlə gələcək inkişafı şübhə altında idi. Biz müstəqil ölkə kimi yaşaya biləcəyik, yoxsa yox?! Azərbaycan xalqı müstəqil xalq kimi öz

müqəddəratını özü müəyyən edə biləcək, yoxsa yox?! Bu suallar o vaxt havada idi, o suallar verilirdi.

Azərbaycan xalqı o vaxt ölkəmizin taleyi üçün həlledici anda düzgün seçim etmişdir. Öz liderinə üz tutub Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etmişdir və 1993-cü ildən Azərbaycanda inkişaf, sabitlik və tərəqqi

dövrü başladı. İlk növbədə, vətəndaş müharibəsi dayandırıldı, bütün qanunsuz birləşmələr tərki-silah edildi,

ölkədə sabitlik yaradıldı və Azərbaycan bu sabitlik əsasında inkişaf etməyə başlamışdır.

O vaxt Azərbaycan xarici investorlar üçün çox riskli bir yer kimi tanınırdı. O vaxt - 1994-cü ildə dünyanın aparıcı enerji şirkətlərini Azərbaycana cəlb etmək və onları inandırmaq ki, sərmayələri burada

qorunacaq və bu sərmayələr onlara xeyir gətirəcək,- çox böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi. O,

buna nail oldu və Azərbaycan tarixində ən önəmli hadisələrdən biri – “Əsrin müqaviləsi”nin imzalanması 1994-cü ildə baş verdi. Ondan sonra Azərbaycana dünya birliyi tərəfindən inam artdı. Azərbaycana böyük sərmayələr

qoyulmağa, ölkədə məhz Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə siyasi və iqtisadi islahatlar icra edilməyə

başlanmışdır. Bütün sahələrdə inkişaf meyilləri güclənmişdir, tənəzzülün qarşısı alınmışdır və Azərbaycan

uğurla inkişaf etməyə başlamışdır. Biz o günləri, o illəri yaxşı xatırlayırıq. O yolda hələ 1996-cı ilə qədər Azərbaycanı sevməyən,

Azərbaycan dövlətçiliyinə düşmənçilik mövqeyində dayanan dairələri yaxşı xatırlayırıq. Azərbaycanda

vəziyyəti qarışdırmaq, sabitliyi pozmaq, hətta dövlət çevrilişlərinə cəhd etmək prosesləri də bizim yadımızdadır. Ancaq Azərbaycan xalqı öz lideri ətrafında birləşərək, bütün bu xoşagəlməz hadisələrin qarşısını aldı və

bu gün Azərbaycan ən sürətli inkişaf edən ölkədir.

1993-2003-cü illər ölkəmizin gələcəyi üçün həlledici illər olmuşdur. On il ərzində görülmüş işlər bir əsr ərzində görülmüş işlərə bərabərdir. Çünki Azərbaycanın gələcəyi həll olunurdu. Xalqımız, nəhayət uzun

onilliklər, əsrlərdən sonra müstəqillik şansını əldə etmişdir. Əsrlər boyu Azərbaycan xalqı başqa ölkələrin,

imperiyaların tərkibində yaşamışdır, bəzi dövrlərdə müstəmləkə kimi yaşamışdır. Ancaq öz milli mənliyini,

milli ruhunu, ana dilini qoruya və saxlaya bilmişdir. Dövlətimiz bu möhkəm əsas üzərində quruldu. Bütün başqa sahələrdə gördüyü işlərlə bərabər, dövlət quruculuğu Heydər Əliyev tərəfindən görülən işlərin

arasında ən yaddaqalandır. Məhz onun fəaliyyəti nəticəsində Azərbaycan dövləti quruldu. Müstəqil Azərbaycan

dövləti quruldu və bu gün də uğurla yaşayır, inkişaf edir, müstəqil siyasət aparır, Azərbaycan xalqı üçün yeni imkanlar açır.

Məhz həmin 10 il ərzində Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi, Azərbaycan dünya birliyinə

çox uğurla inteqrasiya edə bildi və dünyada etibarlı tərəfdaş, dost ölkə kimi tanındı. O illərdə bütün sahələrdə inkişaf, canlanma və tərəqqi müşahidə olunurdu.

Bir də demək istəyirəm ki, o illər ərzində Azərbaycanın bugünkü inkişaf strategiyası müəyyən edilmişdir. Ən

önəmlisi ondan ibarətdir ki, Heydər Əliyev siyasəti bu gün də yaşayır və bundan sonra da yaşayacaqdır. Mən yaxşı

xatırlayıram ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına söz vermişdim ki, əgər Prezident vəzifəsinə seçilsəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Mən böyük qürur hissi ilə deyə bilərəm ki, bu gün

Azərbaycan Heydər Əliyev yolu ilə gedir. Bu gün Azərbaycanda görülən işlər ölkəmizi gücləndirir. Azərbaycan

bölgədə öz mövqelərini tam şəkildə möhkəmləndirə bilibdir, dünyadakı mövqelərimiz daha da güclüdür. Ölkəmizdə aparılan islahatlar və siyasət Azərbaycanın milli maraqlarını tam şəkildə müdafiə edir.

Page 26: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

26

Heydər Əliyevin ideoloji əsasları Azərbaycanda tam şəkildə bərqərar olunubdur. Güclü dövlət, güclü

iqtisadiyyat, xalqımızın milli ideya ətrafında birləşməsi, Azərbaycançılıq fəlsəfəsi, Azərbaycançılıq

ideologiyası, güclü milli mənəvi dəyərlər əsasında müasir dövlətin qurulması - bütün bu proseslər Azərbaycanda

çox uğurla davam edir. Artıq Azərbaycan keçid dövrünü başa vurubdur. Biz irəliyə gedirik. Biz inkişaf etmiş ölkələrin sırasında olmalıyıq. Bizim siyasətimiz buna yönəldilibdir.

Son 6-7 il ərzində bütün göstəricilər onu çox gözəl şəkildə, əyani şəkildə göstərir. Bizim büdcə gəlirlərimiz 10

dəfədən çox artıbdır. İqtisadiyyat 2004-2009-cu illərdə - 6 il ərzində, təxminən 3 dəfə artıbdır ki, bu, heç bir ölkədə heç vaxt olmayıbdır. Yoxsulluq şəraitində yaşayanların sayı 49 faizdən 11 faizə düşübdür və əminəm ki, bu sosial

bəla yaxın zamanlarda, ümumiyyətlə Azərbaycanda aradan qaldırılacaqdır. Son 6-7 il ərzində 900 minə qədər yeni

iş yeri açılmışdır. Bütün ölkədə abadlıq-quruculuq işləri aparılır, infrastruktur layihələri icra edilir. Heydər Əliyevin neft strategiyası uğurla davam etdirilir. Onun təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan

neft kəməri 2006-cı ildən istismardadır. Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2007-ci ildən istismardadır.

Azərbaycan yeni bazarlara çıxır. Bizim enerji siyasətimiz həm ölkədaxili tələbatı tam şəkildə ödəyir, eyni

zamanda, Azərbaycan başqa ölkələrin enerji təhlükəsizliyinə öz töhfəsini verir və gələcəkdə bu töhfə daha da böyüyəcəkdir. Çünki biz bütün lazımi tədbirləri gördük və Heydər Əliyevin neft strategiyasını neft-qaz

sənayesində uğurla icra etməklə öz maraqlarımızı maksimum şəkildə müdafiə edə bilmişik.

Ölkədə bütün sahələrdə inkişaf, tərəqqi vardır və bu gün biz öz siyasətimizi uğurla davam etdiririk. Qarşıda duran bütün vəzifələr, bütün proqramlar vaxtında icra edilir. Mən heç şübhə etmirəm ki, növbəti illərdə

Azərbaycan öz uğurlu inkişaf dinamikasını saxlayacaqdır.

Ölkəmizdə aparılan islahatlar təkcə Azərbaycan xalqı tərəfindən deyil, dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan bu gün rəqabət qabiliyyətliliyinə görə və informasiya-kommunikasiya

texnologiyalarının inkişafı sahəsində MDB məkanında birinci yerdədir, paytaxtımız Bakı dünyanın ən gözəl

şəhərlərinin sırasındadır. Bizim başqa şəhərlər də abadlaşır. Hara getsən, hansı tərəfə getsən inkişaf, tərəqqi,

abadlıq, gözəllik görürsən. Budur, bugünkü Azərbaycan reallıqları. Bütün bu işlərin təməlində Heydər Əliyev amili, Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik. Öz milli liderimizin vəsiyyətinə sadiqik.

Azərbaycanı etibarlı şəkildə idarə edirik. Azərbaycanı uğurla inkişaf etdiririk və heç şübhə etmirəm ki,

Azərbaycanın uğurlu və hərtərəfli inkişafı bundan sonra əbədi olacaqdır. Biz müstəqilliyimizi möhkəmləndirəcəyik, müstəqil siyasətimizi gücləndirəcəyik. Azərbaycan xalqı öz

taleyinin sahibidir. Azərbaycan dövləti Azərbaycan xalqının iradəsi ilə idarə olunur. Bütün gələcək

planlarımızın həyata keçirilməsi üçün Heydər Əliyev siyasəti davam etməlidir. Bu gün Heydər Əliyev siyasəti

yaşayır və əbədi yaşayacaqdır.

X X X Mərasimdə Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmin nümayişi olmuşdur.

Daha sonra Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatının müxtəlif nominasiyalar

üzrə 2010-cu ilin qalibləri elan edilmişdir. “Qızıl çinar” beynəlxalq mükafatını nominantlara Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım

Əliyeva təqdim etdi.

Milli musiqimizin şah əsəri olan muğamın inkişafına verdiyi töhfəyə və Heydər Əliyev Fondunun

mədəniyyət sahəsində həyata keçirdiyi layihələrdə fəal iştirakına görə Xalq Artisti Arif Babayevə “Qızıl çinar” beynəlxalq mükafatı təqdim olundu.

Arif Babayev təşəkkür edərək dedi:

- Çox hörmətli, möhtərəm cənab Prezident! Çox hörmətli Mehriban xanım!

Bu gün Azərbaycanın böyük oğlu Heydər Əliyevin doğum günüdür. Ulu öndərimiz bizim sənət

adamlarına həmişə öz qiymətini, vermiş, öz hörmətini bildirmiş, mədəniyyətimizə olan xüsusi töhfələri aşılamışdır. İndi isə bu işi bizim çox hörmətli, Azərbaycanın sevimlisi, Heydər Əliyev siyasətinin layiqli

davamçısı cənab İlham Əliyev davam etdirir. Mən çox danışmayacağam, vaxtımız azdır. Amma bircə onu qeyd

edim ki, biz həmişə xəyalda deyirdik: “Kaş bir muğam mərkəzimiz olaydı”. Sağ olsun cənab Prezidentimiz.

Şəhərimizin, Bakımızın görkəmli bir yerində, dənizkənarı Milli Parkda Muğam Mərkəzinin tikilib sənət adamlarına təhvil verilməsi böyük bir hadisədir. Çox sağ olun.

Mehriban xanım, siz bizim milli musiqimizin tacı olan muğamımızı dünya səviyyəsinə qaldırmısınız. Çox

sağ olun. Başqa tərəfini saysam burada vaxt qalmaz. Bu gün bu mükafat ulu öndərimizin ad günündə mənə təqdim olunur. Bu, mənim həyatımda unudulmaz bir gün oldu. Çox sağ olun, var olun.

Page 27: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

27

X X X

Digər nominasiyada mükafat uşaq hüquqlarının qorunması və onların humanist ruhda böyüməsi işinə

verdiyi dəstəyə görə YUNİSEF-in Azərbaycandakı keçmiş nümayəndəsi xanım Hana Singerə təqdim edildi. Hana Singer təşəkkürünü bildirərək dedi:

- Cənab Prezident!

Hörmətli Mehriban xanım! Hörmətli xanımlar və cənablar!

YUNİSEF-in adından bu cür gözəl mükafatı almaqdan şərəf hissi duyuram. YUNİSEF üçün işləmək

təşkilat üçün işləmək demək deyildir, bu, məramdır. Bu məram uşaqların hüquqlarının qorunmasından, onların hər zaman müdafiə edilməsindən, problemlərinin həllindən ibarətdir. Bu təşkilat üçün işləmək mənim üçün

böyük şərəfdir. Bu təşkilat üçün işləyərək bu ölkəyə gəlib uşaqların problemləri ilə məşğul olmaq, onları

tanımaq mənim üçün çox böyük sevinc və iftixar hissidir. Hətta hər bir halda biz istənilən sözləri söyləmirik və

bəzi hallarda biz problemlər haqqında da danışırıq. Mən məmnuniyyət və şərəf hissi ilə onu qeyd etmək istəyirəm ki, Azərbaycanda işləyərkən, bu problemləri qaldırarkən burada hər hansı bir qərəzli maraqların şahidi

olmadım. Bu işdə Azərbaycan hökumətinin bizimlə sıx əməkdaşlığının şahidi oluruq. Xüsusən də biz vətəndaş

cəmiyyətinə Fondun vacib töhfəsini görürük. Mən qeyd etmək istəyirəm ki, Mehriban xanım Əliyeva bu sahədə mühüm rol oynayır. Biz xeyriyyə üçün

işləmirik, bizim üçün ən vacib, ən ülvi məqsəd uşaqların hüquqlarının müdafiəsi və qorunmasıdır. O ki qaldı,

mənim Azərbaycanla olan əlaqələrimə, yalnız bunu deyə bilərəm ki, bu, xüsusi bir əlaqələrdir. Mən demək istəyirəm ki:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən!

Anam, doğma Vətənimsən! Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

X X X

Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq Rəssamı Tahir Salahova da müasir

boyakarlıq sənətinin inkişafında göstərdiyi xidmətlərə görə “Qızıl çinar” beynəlxalq mükafatı təqdim edildi.

Tahir Salahov dedi: -Çox hörmətli və əziz İlham Heydər oğlu!

Çox hörmətli Mehriban xanım!

Bu gün mənim üçün çox həyəcanlı gündür. Çünki gözlənilmədən belə yüksək mükafat alıram. Mən bu mükafatda Heydər Əliyevin ruhunu, onun incəsənətə, mədəniyyətə məhəbbətini görürəm, özü də təkcə

Azərbaycan miqyasında yox. O, bütün Sovet İttifaqının mədəniyyətinə rəhbərlik edirdi. O, 19 sahəyə, o

cümlədən mədəniyyətə cavabdeh idi. Bu baxımdan demək istəyirəm ki, bu gün o, yenə bizimlədir, bizi təltif edir, onun hərarətini, diqqətini və səmimiyyətini həmişə hiss etməyimizə imkan verir.

Ruhu şad olsun Heydər Əliyevin, yaşasın onun adını daşıyan Fond, sağ olsun birinci xanım!

Mənim fikrimcə o, alternativi olmayan birinci xanımdır, planetar miqyaslı birinci xanımdır.

Sağ olun.

X X X

Mükafatlandırma mərasimindən sonra Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olmuşdur. Bakının qonağı olan dünya şöhrətli opera

müğənnisi Plasido Dominqo, habelə xanım Aylin Peres və beynəlxalq müsabiqələrin laureatları Dinara Əliyeva

konsertdə Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa etmişlər. Heydər Əliyev Fondunun 6 illiyi münasibətilə təşkil olunan xüsusi mərasimdə iştirak etməkdən böyük

şərəf hissi duyduğunu bildirən Plasido Dominqo Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını ifa etmişdir. O,

bu ifasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə ithaf etdiyini demişdir.

Konsertdən sonra Plasido Dominqo Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşmüşdür.

“Xalq qəzeti”.- 2010.- 13 may.- N 102.- S.1-2.

Page 28: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

28

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təmsilçiləri

Böyük Vətən müharibəsinin azərbaycanlı veteranlarını təbrik etmişlər

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Böyük Vətən Müharibəsində Qələbənin

65-ci ildönümü münasibətilə Moskvada yaşayan azərbaycanlı veteranları evlərində təbrik etmişlər. Heydər

Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın adından veteranlara hədiyyələr, habelə Fondun dəstəyi ilə nəşr olunmuş kitablar təqdim olunmuşdur. Veteranlara Heydər Əliyev Fondunun məqsəd və

vəzifələri, habelə humanitar sahədə həyata keçirilən layihələr barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki,

Azərbaycanda ahıllara daim böyük hörmət və ehtiram göstərilir. Veteranlara qayğı və diqqətlə yanaşmaq isə hər

birimizin borcudur. Veteranlar Qədriyə Səlimova, Abdul Hüseynov, Hüseyn Axundov, Müseyib və Zoya Əliyevlər, Qasım

Kərimov onlara göstərilən qayğıya və Vətən qarşısında xidmətlərinə verilən qiymətə görə Heydər Əliyev

Fondunun Rusiya nümayəndəliyinə, onun rəhbəri Leyla Əliyevaya minnətdarlıqlarını bildirmişlər. Veteranlar evlərinə gəlib onları təbrik edən Fondun əməkdaşlarına da təşəkkür etmişlər.

Asya HACIZADƏ

AzərTAc-ın xüsusi müxbiri

Moskva

“Xalq qəzeti”.-2010.-18 may.-N 106.-S.6.

Page 29: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

29

Heydər Əliyev Fondunun YUNİSEF-lə əməkdaşlığı uğurlu nəticələr verir

Azərbaycan xalqının tarixən formalaşmış zəngin dəyərlər sisteminin qorunub saxlanılması və

inkişaf etdirilməsi, milli genefondunun saflığının təmini qloballaşmanın diktə etdiyi qarşısıalınmaz

proseslər fonunda xüsusi aktuallıq kəsb edir. Bu aktuallıq geostrateji mövqeyinə görə çeşidli

dünyagörüşü və həyat tərzinin, mədəni dəyərlərin, dini konfessiyaların qovuşduğu Azərbaycanın milli-

etnik tərkib etibarilə dünyanın tolerant dövlətlərindən biri olması ilə şərtlənir. Əsrlərin sınağından

çıxmış mədəniyyətini, adət-ənənələrini hifz etməyi bacaran xalqımız ümumbəşəri mütərəqqi dəyərlərə

tolerant münasibət bəsləməklə, müasirliyə və yeniliyə can atır. Ölkə vətəndaşları bu mürəkkəb

proseslərin mənəvi təzahürünü, Qərb və Şərq mədəniyyətinin dialoqunu gündəlik həyatlarında hiss

edirlər.

Şübhəsiz, sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlərin ortaq təmas nöqtələrinin tapılması, dünya

iqtisadiyyatının transmilliləşməsi, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı bəzən mütərəqqi mahiyyətindən uzaqlaşır, milli mədəniyyətə, mənəvi dəyərlər sisteminə təhlükəyə çevrilir. Belə bir

şəraitdə xalqın milli dəyərlərinin qorunması məsələsi də vacib və aktual problem kimi önə çıxır. Bu baxımdan

Azərbaycan mədəniyyəti Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsində özünə etibarlı hami və xilaskar tapmışdır.

Son 6 ildə milli mədəniyyətin sadiq keşikçisinə çevrilmiş Heydər Əliyev Fondu, ilk növbədə, ulu öndərin

müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən mühüm ideoloji-

humanitar mərkəz kimi fəaliyyət göstərir. Qurumun başlıca məqsədi ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının

yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və

idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq, respublikamızın nüfuzunu artırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən ibarətdir.

Qarşıya qoyduğu xeyirxah məqsədlərlə mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf idealların

ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev Fondu məhz bunun sayəsində nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuz və etimad qazana bilmişdir. Xüsusi vurğulamaq

lazımdır ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin

deputatı Mehriban xanım Əliyevanın bu sahədəki əzmkar və vətənpərvər fəaliyyəti ictimaiyyətdə rəğbət və

fəxarət hissi doğurur. Azərbaycanın birinci xanımı humanist və insanpərvər xarakterilə cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də saf və ali dəyərlərə təsir edən mənfi meyillərə qarşı barışmaz mövqe tutur. İnsan

amilinin yüksəlişinə xidmət edən nəcib təşəbbüsləri ilə həm də sivilizasiyalararası dialoq prosesinə töhfəsini

verir. Son illərdə məhz Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO və İSESKO-nun, o cümlədən YUNİSEF-in də iştirakı ilə Bakıda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlərdə dünyada sülh və

sabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, savadsızlığın, dini, irqi ayrı-

seçkiliyin aradan qaldırılması, qadın və uşaq hüquqlarının qorunması kimi nəcib ideyalar üstünlük təşkil

etmişdir. 2010-cu il mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər

Əliyev Fondunun 6 illiyi ilə əlaqədar keçirilən təntənəli mərasimdə çıxış edən Mehriban xanım Əliyeva

demişdir: "6 il ərzində Heydər Əliyev Fondu böyük yol keçib və əminəm ki, gələcəkdə bizi daha da böyük işlər gözləyir. Bu gün Heydər Əliyev Fondu həm Azərbaycanda, həm Azərbaycanın hüdudlarından kənarda hörmət,

inam və etimad qazanıb. Bu yolda bizi dəstəkləyən, bizə inanan, bizə kömək edən hər bir insana, hər bir

təşkilata mən bu gün öz dərin minnətdarlığımı bildirirəm və əminəm ki, Heydər Əliyev Fondu Azərbaycan naminə gələcəkdə yeni nailiyyətlər, yeni qələbələr əldə edəcəkdir".

Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsindəki fəaliyyəti ilə yanaşı,

respublikanın ictimai-siyasi, mədəni həyatında böyük rol oynayan nüfuzlu ziyalıların, elm, mədəniyyət,

incəsənət xadimlərinin fəaliyyətinin qiymətləndirilməsi sahəsində də mühüm addımlar atır. Fondun fəaliyyətə başlamasının 6-cı ildönümünə həsr olunmuş təntənəli mərasimdə respublikanın bir qrup nüfuzlu mədəniyyət və

incəsənət xadimlərinin, o cümlədən muğam ifaçılarının beynəlxalq "Qızıl çinar" mükafatına layiq görülməsi də

deyilənləri təsdiqləyir. Heydər Əliyev Fondunun təsis etdiyi "Qızıl çinar" Beynəlxalq mükafatını nominantlara Fondun prezidenti Mehriban xanım Əliyeva şəxsən təqdim etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar

arzulamışdır.

Page 30: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

30

Bu ali mükafatın nominantları arasında BMT-nin Uşaq Fondunun - YUNİSEF-in Bakı ofisinin keçmiş

nümayəndəsi xanım Hana Singerin olması da təsadüfi deyildir. O, YUNİSEF-in uşaq hüquqlarının qorunması

sahəsində Azərbaycanla, eləcə də Heydər Əliyev Fondu ilə əməkdaşlığının genişlənməsinə böyük töhfələr

vermişdir. Mərasimdəki çıxışında Fondun təsis etdiyi mükafatın qalibi olmaqdan qürur duyduğunu vurğulayan xanım Hana Singer demişdir: "YUNİSEF üçün işləmək təşkilat üçün işləmək demək deyildir, bu, məramdır. Bu

məram uşaqların hüquqlarının qorunmasından, onların hər zaman müdafiə edilməsindən, problemlərinin

həllindən ibarətdir. Bu təşkilat üçün işləmək mənim üçün böyük şərəfdir. Bu təşkilat üçün işləyərək bu ölkəyə gəlib uşaqların problemləri ilə məşğul olmaq, onları tanımaq mənim üçün çox böyük sevinc və iftixar hissidir.

Hətta hər bir halda biz istənilən sözləri söyləmirik və bəzi hallarda biz problemlər haqqında da danışırıq. Mən

məmnuniyyət və şərəf hissi ilə onu qeyd etmək istəyirəm ki, Azərbaycanda işləyərkən, bu problemləri qaldırarkən burada hər hansı bir qərəzli maraqların şahidi olmadım. Bu işdə Azərbaycan hökumətinin bizimlə

sıx əməkdaşlığının şahidi oluruq. Xüsusən də biz vətəndaş cəmiyyətinə Fondun vacib töhfəsini görürük".

Məlumat üçün bildirək ki, YUNİSEF-lə Azərbaycan arasında əlaqələrin əsası 1993-cü ildə - ulu öndər

Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra qoyulmuşdur. Həmin dövrdən Azərbaycan və BMT-nin Uşaq Fondu arasında əməkdaşlıq əsasən məcburi köçkün, qaçqın uşaq və yeniyetmələrin

problemlərinin həllinə, təhsilinin yaxşılaşdırılması məqsədinə xidmət etmişdir. Azərbaycan 1995-1997, 1998-

2000-ci illərdə təşkilatın İcra Heyətinin üzvü olmuşdur. 2002-ci il mayın 25-də Azərbaycan hökuməti ilə YUNİSEF arasında "Əməkdaşlıq üzrə Baş Saziş" (ƏBS)

imzalanmışdır. 2005-ci il yanvarın 1-dən 2009-cu il dekabrın 31-dək davam edən bu saziş çərçivəsində həyata

keçirilən Fəaliyyət Planı Azərbaycanla YUNİSEF-in birgə razılığı əsasında tərtib edilmişdir. Proqramın icrası məqsədilə təşkilat respublikamıza 5 milyon 25 min manat məbləğində vəsait ayırmağı öhdəlik kimi

götürmüşdür.

Fəaliyyət Planı çərçivəsində beynəlxalq qurum respublikamızda uşaqların təhsili və səhiyyəsi ilə bağlı bir

sıra mühüm layihələrin həyata keçirilməsində yaxından iştirak etmişdir. Bu sırada müxtəlif immunlaşdırma və mikroelementlərin çatışmazlığı (yod, duz və s.) probleminin aradan qaldırılması üzrə proqramlarının əhəmiyyəti

xüsusi vurğulanmalıdır. Eyni zamanda YUNİSEF "Gənclərin dostu" səhiyyə xidmətləri üzrə milli fəaliyyət

planının icrasına da fəal dəstək verir. 2006-cı il 19-20 sentyabr tarixdə YUNİSEF-in dəvəti ilə Bakıda olmuş İtaliyanın "EducAid" təşkilatının

ekspertləri "Uşaqların dövlət himayəsindən ailə şəraitində böyüməsinə (de-institusionalizasiyaya) doğru" şüarı

altında seminar-treninq keçirmişlər. Təşkilatın dəstəyi ilə İtaliyanın de-institusionalizasiya təcrübəsinin

öyrənilməsi məqsədilə Azərbaycanın dövlət qurumları Bolonya prosesinə qoşulan ölkələrin bir neçə şəhərlərində keçirilən seminar-treninqdə iştirak etmişlər. Həmçinin İtaliyada de-institusionalizasiya prosesinin

həyata keçirilməsi mexanizmi ilə yaxından tanış olmuş, yerlərdə fəaliyyət göstərən icma, ailə əsaslı qurumları

və reabilitasiya mərkəzlərini ziyarət etmişlər. 2006-cı ilin noyabrında YUNİSEF-in Bakı ofisinin təşkilatçılığı ilə "Azərbaycanda uşaq rifahı sistemi

sahəsində protokolların və standartların hazırlanması" mövzusunda seminar keçirilmişdir.

2007-ci ilin may ayında Uşaq Hüquqları Konvensiyasının icrası istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi, Uşaqların Xilası Təşkilatı və

Uşaq Hüquqları üzrə QHT Alyansı ilə əməkdaşlıq çərçivəsində II Milli Konfrans keçirilmişdir.

2008-ci ildə ölkə Prezidenti İlham Əliyev xanım Hana Singeri qəbul edərkən YUNİSEF-lə Azərbaycan

arasında əməkdaşlığın inkişaf etdiyini vurğulamış, birgə proqramların uğurla həyata keçirildiyini, ölkədə uşaqların hüquqlarının müdafiəsinin qanunvericilikdə geniş şəkildə əksini tapdığını qeyd etmişdir. Təbii ki, bu

sahədə çoxşaxəli siyasətin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondunun layihələrini qeyd etmək

vacibdir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında 2003-2009-cu illərdə respublikanın müxtəlif bölgələrində 237 müasir tipli orta məktəb inşa olunaraq istifadəyə verilmişdir. Uşaq evləri və internat

yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, "Kor və zəif

görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi", "Təhsilə dəstək" və "İnkluziv təhsil" proqramlarının həyata keçirilməsi də bu sırada xüsusi vurğulanmalıdır.

Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin

həlli də Heydər Əliyev Fondunun qarşıya qoyduğu əsas vəzifələrdən biridir. "Uşaq evləri və internat

məktəblərinin inkişafı proqramı" bilavasitə Fondun prezidentinin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış, Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq evi və internat məktəblərdə mövcud problemlər öyrənilmiş, onların aradan

qaldırılması üçün konkret işlər görülmüşdür. Qısa müddətdə 40-dan artıq internat məktəbi əsaslı təmir

edilmişdir. Fond uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan verən resurs mərkəzinin yaradılmasını təmin etmiş, sözügedən proqram üzrə uşaq evləri və internat məktəblərində mövcud

Page 31: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

31

problemlərin həll olunması üçün 4 əsas istiqamət müəyyən etmişdir: texniki dəstək, təhsil, səhiyyə və ictimai

fəallıq.

Uşaqların təhsili ilə yanaşı, sağlamlığı da Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. Bu layihələr

2004-2010-cu illərdə səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə uşağı yenidən sağlam həyata qaytarmışdır. Bu baxımdan "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri

cəmiyyətdə daha böyük diqqət və rəğbətlə qarşılanmışdır. "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi

Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilmişdir. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar

müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin edilmişlər.

"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində isə bu xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsi, əhalinin

maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması, talassemiya ilə mübarizə

aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi və ölkədə yüksək ixtisaslı kadrların hazırlanması

tədbirləri həyata keçirilmişdir. Talassemiya Diaqnostika Mərkəzinin 2009-cu il mayın 10-da istifadəyə verilməsi də ulu öndərin xatirəsinə böyük töhfə olmuşdur.

YUNİSEF-lə Heydər Əliyev Fondu arasında həyata keçirilən layihələr sırasında de-institutlaşma

proqramının əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Fondun təşəbbüsünü yüksək dəyərləndirən hökumət uşaqların ailələrə verilməsi ilə bağlı dövlət proqramı hazırlamışdır. Cənab İlham Əliyevin 2006-cı il martın 29-

da təsdiqlədiyi "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-

institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı"nın məqsədi uşaq müəssisələrindəki uşaqların ailələrə verilməsini təmin etmək və onların həmin müəssisələrə verilməsinə şərait yaradan amilləri aradan qaldırmaqdan

ibarətdir. Proqram eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlam cəmiyyətə qovuşmasını, isti ailə

mühiti ilə əhatə olunmasını nəzərdə tutur. Hazırda 2006-2015-ci illəri əhatə edən bu proqram çərçivəsində

böyük işlər həyata keçirilir. Yaxın 3-5 ildə ölkədə 45 uşaq müəssisəsinin transformasiyası planlaşdırılır. 2009-cu il oktyabrın 22-də Bakıda "Gülüstan" sarayında Azərbaycanda "Uşaq ili"nə və BMT-nin Uşaq

Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş "Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə

milli konfrans"ın keçirilməsi də bu sahədəki səmərəli əməkdaşlığın bariz təcəssümüdür. Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun (YUNİSEF) təşkilatçılığı ilə keçirilən konfransda dərin məzmunlu nitq söyləyən

Azərbaycanın birinci xanımı humanizm və insanpərvərlik prinsipləri baxımından yardıma ehtiyacı olan uşaqlara

qayğının vacibliyini diqqətə çəkmişdir: "Fikrimcə, uşaqlıq dövrü insan həyatının ən rəngarəng, ən yaddaqalan

və ən xoşbəxt dövrüdür. Məhz bu illərdə, bu dövrdə insanın gələcək taleyinin, onun fiziki və mənəvi sağlamlığının, vətəndaş mövqeyinin, insani cəhətlərinin əsası qoyulur. Əlbəttə, hər şəxsin formalaşmasında

ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə

hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını

həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə, hər bir valideyn arzulayır ki, onun uşağı sağlam,

bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir". İnformasiyalı cəmiyyətdə uşaq hüquqlarının qorunması hər bir dövlətdən bu sahədə ardıcıl və sistemli

tədbirlərin həyata keçirilməsini, qanunvericiliyin davamlı olaraq təkmilləşdirilməsini tələb edir. Azərbaycan

dövləti də bu zərurəti nəzərə alaraq davamlı və sistemli tədbirlər həyata keçirir, YUNİSEF və digər beynəlxalq

təşkilatlarla əməkdaşlığını ildən-ilə genişləndirir. Bu ilin mart ayında Mehriban xanım Əliyeva YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşmüşdür. Söhbət əsnasında Heydər Əliyev

Fondunun irsi qan xəstəlikləri ilə mübarizədə yeni layihələr hazırladığını diqqətə çatdıran Azərbaycanın birinci

xanımı bu sahədə YUNİSEF ilə əməkdaşlığın mümkünlüyünü bildirmişdir. Təqdirəlayiq haldır ki, uşaq hüquqlarının qorunmasını əsas fəaliyyət istiqamətlərindən birinə çevirmiş Heydər Əliyev Fondu bu prosesə

davamlı olaraq töhfələr verir. İctimai əsaslarla fəaliyyət göstərən Fondun ümummilli mənafelərə hesablanmış bu

tədbirlərin həyata keçirilməsində cəmiyyətdən ciddi mənəvi-maddi dəstək alması görülən işlərin miqyasını, dinamikliyini və səmərəliliyini daha da artırır.

İ. ƏLİYEVA

“Azərbaycan”.-2010.-20 may.-N 108.-S.5.

Page 32: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

32

Bakıda "Qız qalası" beynəlxalq incəsənət festivalı başa çatıb

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əsəri də festivalda nümayiş etdirilib

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-

Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və "Qız qalası" incəsənət qalereyasının təşkilatçılığı ilə İçərişəhərdə keçirilən "Qız qalası" Beynəlxalq incəsənət festivalına mayın 29-da yekun vurulub. AzərTAc xəbər

verir ki, üç gün ərzində 17 ölkədən 20-dən çox tanınmış rəssam qalanın kiçik maketlərini öz milli üslublarında

naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən

əsərlərini nümayiş etdiriblər. Festivalın bağlanış mərasimində çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov

iştirakçıları Azərbaycanın birinci xanımı, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı

səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın adından salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Festivalın Heydər Əliyev Fondunun növbəti layihələrindən biri olduğunu söyləyən A. Ələkbərov, Fondun

mədəniyyət və tarixi abidələrin qorunması sahəsində çox böyük işlər gördüyünü bildirib. O deyib ki, bu

yaxınlarda isə yeni bir layihəmizi "Qala" festivalında təqdim edəcəyik.

Bu festivalda yaradılan sənət əsərləri isə gələcəkdə ölkəmizdə və xaricdə təşkil olunacaq sərgilərin eksponatlarına çevriləcək. Qız qalasının bu maketləri Azərbaycan vətəndaşlarına müxtəlif xalqların milli

ornamentləri ilə yaxından tanış olmaq imkanı verməklə yanaşı, digər ölkələrin sakinlərinə Azərbaycan, Bakı,

İçərişəhər və Qız qalası haqqında daha geniş məlumat çatdıracaq. Fondun icraçı direktoru A. Ələkbərov çıxışını Mehriban xanım Əliyevanın "Gəlin birləşək və dünyada

mövcud abidələri birgə qoruyaq" sözləri ilə yekunlaşdırıb. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu

İdarəsinin rəisi Mikayıl Cabbarov festivalın məqsədindən danışıb. O bildirib ki, festival Azərbaycanın ən qədim abidələrindən biri olan Qız qalasının daha geniş tanınması və populyarlaşdırılması məqsədini daşımaqla yanaşı,

mədəniyyətlərarası dialoqa da öz layiqli töhfəsini verib. O, tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Festivalın diqqəti çəkən daha bir cəhəti isə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da Qız qalası mövzusunda yaratdığı əsərin burada nümayiş etdirilməsi olub. Mehriban xanımın əsərində bir sıra

ölkələrin müxtəlif tarixi və mədəniyyət abidələri əks etdirilib. Maketin üzərində isə mədəni irsin qorunmasına

rəmzi çağırış mənasını daşıyan çətir qurulub. YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu əsəri ilə bütün dünyanı mədəni irsin qorunmasına çağırıb. Daha sonra festivalda iştirak edən rəssamların üç gün

ərzində fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Mayın 26-dan 29-dək İçərişəhərə, Qız qalasının

qarşısındakı meydana gələn hər kəs bu yaradıcılıq prosesini izləmək və rəssamlarla canlı təmasda olmaq şansı

əldə edib. Beləliklə, Heydər Əliyev Fondunun milli mədəni və tarixi abidələrimizin təbliği, qorunması və dünyada tanıdılması istiqamətində həyata keçirdiyi daha bir layihə uğurla başa çatıb.

“Səs”.-2010.-1 iyun.-N.95.-S.4.

Page 33: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

33

Heydər Əliyev Fondunun dəstəyi ilə Qala festivalı keçirilmişdir

İyunun 3-də Bakının Xəzər rayonunun Qala qəsəbəsində "Qala" Dövlət Tarix Etnoqrafiya

Qoruğunun ərazisində Qala festivalı keçirilmişdir

Festivalda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli

Məclisin deputatı Mehriban xanım Əliyeva və fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iştirak

etmişlər.

Tədbirə Bakının müxtəlif orta və internat məktəblərindən, uşaq evlərindən 2 min 500 uşaq qatılmışdır.

Uşaqlar Mehriban xanım Əliyevanı hərarətlə qarşıladılar. Azərbaycanın birinci xanımına gül dəstələri təqdim olundu.

Azərbaycanın tarixi irsinə həssaslıqla yanaşan Heydər Əliyev Fondu tərəfindən maddi mədəniyyət

abidələrimizin qorunması istiqamətində ciddi addımlar atılır. Respublikamızda ən qədim insan məskənlərindən sayılan Qala qəsəbəsində də fondun prezidenti

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə silsilə tədbirlər həyata keçirilir.

Qala festivalı da Heydər Əliyev Fondunun dəstəyi ilə xalqımızın zəngin tarixi keçmişini, qədim və

mükəmməl məişət ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədini daşıyır. Beş min il tarixi olan qəsəbədə III minillikdən başlayaraq XX əsrə qədər tarixi olan kurqanlar, sərdabalar,

yaşayış binaları, məqbərələr, məscidlər, hamamlar, qədim qəsrin qalıqları mövcuddur.

2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə açıq səma altında yaradılan ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksində yerli tarixi və mədəni abidələrlə yanaşı, Abşeron yarımadasında aşkar edilmiş digər

arxeoloji tapıntılar yer almışdır.

Muzey kompleksində eramızdan əvvəl III-II minilliklərə aid yaşayış və digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi qurulmuşdur. Buranı ziyarət edənlər iki hektar ərazisi olan muzey kompleksində

qayaüstü rəsmlər, qavaldaşı, bu dövrü əhatə edən keramika, məişət və bəzək əşyaları, silah və sikkələrlə tanış

olur, ibtidai yaşayış sahələrini, müxtəlif emalatxanaları gəzmək imkanı əldə edirlər.

Festivalda toxuculuq, dulusçuluq, dəmirçilik ənənələrini sərgiləyən sənətkarların əl işlərinə tamaşa etmək, iş prosesini izləmək və onun iştirakçısı olmaq mümkündür.

Festivalda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Dövlət uşaq-gənclər xalq

çalğı alətləri orkestrinin ifa etdiyi musiqi nömrələri bu möhtəşəm tədbirin ab-havasına daha xoş ovqat qatmışdır. Festival çərçivəsində qədim Qalanı ziyarət edən qonaqları bir-birindən maraqlı tədbirlər gözləyirdi.

Festivala qatılanlar Abşeronda ən qədim insan məskənlərindən biri hesab olunan Qalada tarixi keçmişə

səyahət etmək və tarixi sirlərin daşıyıcısı olan - Qalanın nadirliyi haqqında məlumat əldə etmək imkanı

qazanmışlar. Azərbaycanın birinci xanımı burada yerləşən Qala qəsrinin bərpa layihəsi ilə tanış oldu.

XII-XIV əsrlərə aid Qala qəsri bir müddət məscid kimi də fəaliyyət göstərmişdir. Heydər Əliyev

Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası burada qazıntı işləri aparacaqdır. Qəsrin altında aşkar edilən əşyalar, evlər, qəbirlər və digər tikililər olduğu kimi bərpa edilərək, Qala kompleksinin tərkib

hissəsinə çevriləcəkdir.

Mehriban xanım Əliyeva və Leyla Əliyeva xalq gəzintisinə çevrilən festivalda iştirak edən uşaqlarla görüşüb, onlarla söhbət etdilər, bu tədbirin Azərbaycanın qədim adət-ənənələrinin, milli mədəni dəyərlərinin

öyrənilməsi baxımından əhəmiyyətini vurğuladılar.

Festivala qatılan uşaqlar öz bacarıqlarını nümayiş etdirmək imkanı əldə etmişlər. Burada onların müxtəlif

materiallardan hazırladıqları orijinal əl işləri nümayiş olunmuşdur. Mehriban xanım Əliyeva və Leyla Əliyeva onları gülərüz və səmimiyyətlə qarşılayan uşaqların əl işlərinin

maraqlı olduğunu bildirdilər və bu gənc peşəkarlarla xatirə şəkli çəkdirdilər.

"Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyi də Qala festivalına öz töhfəsini vermişdir. Bu birlikdə xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası orijinal üsulla - oriqami fiqurları ilə həyata keçirilir.

Heydər Əliyev Fondunun prezidentinin qayğı və diqqətini hər zaman hiss edən bu uşaqların bir ay ərzində

oriqami üsulu ilə kağızdan hazırladıqları maraqlı kompozisiya Mehriban xanım Əliyevaya təqdim edildi. Heydər Əliyev Fondunun prezidentinə Azərbaycanda oriqami məşğuliyyəti barədə məlumat verildi.

Mehriban xanım Əliyeva festivalda iştirak edən xüsusi qayğıya ehtiyacı olan uşaqlarla da görüşdü, onlarla

söhbət etdi, problemləri ilə maraqlandı.

Page 34: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

34

Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondu və Rusiyanın Uralsib Maliyyə Korporasiyası arasında

imzalanan sənəd çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin inşasının

tezliklə yekunlaşacağını bildirdi.

Festival çərçivəsində Heydər Əliyev Fondu və "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğunda tullantıların idarə olunması layihəsinə start

verilmişdir.

Təqdimat mərasimində bildirilmişdir ki, layihə Qoruq ərazisində tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulmasını nəzərdə tutur.

Qala festivalı daha bir əlamətdar hadisə ilə yadda qalmışdır.

Yeni nəslin fiziki, intellektual, mənəvi sağlamlığına daim diqqət yetirən Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan və şəxsiyyətin inkişafına, Vətənə, xalqımızın milli irsinə yönələn iki masaüstü - "Gənc intellektual"

və "Şirvanşahların yüksəlişi" oyunlarının festival çərçivəsində təqdimatı olmuşdur.

Müasir oyun texnologiyalarından səmərəli istifadə olunan bu layihə ilk milli iqtisadi oyun kimi

yeniyetmələrin intellektual bacarığı ilə yanaşı, xalqımızın tarixi və mədəniyyətinə marağın artmasına, emosional yaddaşın, bədii düşüncənin, yaradıcılıq qabiliyyətinin inkişafına şərait yaradır.

"Şirvanşahların yüksəlişi" tarixi-iqtisadi oyunu IX-XIII əsr Azərbaycan şəhərlərinə əyləncəli səyahət

təklif edir. Saray çəkişmələri, yadelli işğalçılara qarşı mübarizələr, təbii fəlakətlər oyunçuların darıxmasına imkan verməyəcək və tarixi bələdçiyə çevrilən oyunu daha maraqlı edəcəkdir.

Festivalın özəlliyi Qalada mis qablar və əntiq əşyalar muzeyinin təməlqoyma mərasimi olmuşdur.

Heydər Əliyev Fondunun prezidenti mərasimdə iştirak etmişdir. Mehriban xanım Əliyeva gilizi təmələ buraxdı, beton qarışığı tökdü.

Məlumat verildi ki, muzey Şaiq Həbibullayevin kolleksiyası əsasında yaradılacaqdır.

Mehriban xanım Əliyeva və Leyla Əliyeva Bakı şəhəri 1 saylı uşaq evinin folklorumuz, mədəniyyətimizlə

bağlı əl işlərinin nümayiş etdirildiyi guşəyə də baxdılar. Uşaqların əl işlərində milli atributlarımız və naxışlarımız üstünlük təşkil edir. Burada rəsm əsərləri, toxumalar, ağac üzərində oyma işləri sərgilənmişdir.

Azərbaycanın birinci xanımı və Leyla Əliyeva bu bacarıqlı uşaqlarla xatirə şəkli çəkdirdilər.

Uşaqlar üzərində milli ornamentlər olan yeni toxunmuş xalçanı dəzgahdan kəsərək Mehriban xanıma hədiyyə etdilər.

Festivalın maraqlı məqamlarından biri - burada uşaqlar üçün ustad dərslərinin təşkil edilməsi olmuşdur.

Qonaqlar qədim Qala kəndində sənətkar olmağa, dulusçuluq emalatxanasında yerli gildən kiçik fiqurlar,

xalçaçılıq emalatxanasında keçə və yun saplardan dəvə və atlar üçün bəzək əşyaları hazırlamağa dəvət olundular.

Ustad dərslərini izləyən Mehriban xanım Əliyevaya qədim adətlərimizdən biri sayılan xına ilə əl üzərinə

milli ornamentin çəkilməsi nümayiş etdirildi. Heydər Əliyev Fondunun prezidenti də festivalda öz bacarığını nümayiş etdirdi. Mehriban xanım Əliyeva

festival iştirakçılarının birinin əlinə xına ilə naxış vurdu.

Festivalda Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin kolleksiyası nümayiş etdirilmişdir. Burada xurcun, heybə, məfrəşin istifadəsi barədə məlumat verilmişdir.

Festivalda qonaqlara kündə yaymaq, yun daramaq, buğdanı üyütmək üsulları göstərilmişdir. Tacir evində

isə uşaqlara toxuma bacarığı öyrədildi.

Festivalda uşaqlar üçün əyləncəli yarışlar təklif olunmuşdur. Mehriban xanım Əliyeva və Leyla Əliyeva balacaların köşəyə ad qoyma mərasimində iştirak etdilər.

Mərasimdə köşəyə Nərbala adı qoyan uşaq qalib gəlmişdir.

Qonaqlar xüsusi meydançada Dövlət Pantomim Teatrının bir qrup aktyorunun hazırladığı maraqlı səhnəciyə də baxdılar.

Tamaşaçılar tarixi abidələr, adətlərlə tanış olmaqla yanaşı, Azərbaycanın şirniyyatları və təbii nemətlərini

də dada bildilər. Festival günü tərəvəz, gül, ədviyyat, quş satışı bazarını gəzmək, təzə bişən un məmulatları, bal

nümunələrinin dadına baxmaq mümkün olmuşdur.

Heydər Əliyev Fondunun prezidenti dəmirçi emalatxanasında "Uğur nalı" müsabiqəsini izləmişdir.

Qədim etnoqrafik ənənələrlə tanış olmaq istəyən qonaqlar buğda biçini mərasimi ənənələrinin teatrlaşdırılmış səhnələrinə tamaşa etdilər.

Mehriban Əliyeva və Leyla Əliyeva festivalın informasiya mərkəzində oldular. Burada festival və Qala

haqqında bukletlər təqdim edilir. Festivalda uşaqların köməyi ilə böyüyən ev heyvanları nümayiş etdirilmişdir.

Page 35: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

35

Müxtəlif cinsli atların nümayişi də tədbirin bəzəyi olmuşdur.

Qurulan çadırlarda qonaqlara qədim ənənələr əsasında hazırlanan yemək və çay süfrələri təklif

olunmuşdur.

Xalq gəzintisinə çevrilən Qala festivalının ənənəvi olacağı bildirilmişdir. Yeri gəlmişkən, qeyd edək ki, bu layihə 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondunun Azərbaycan uşaqlarına

töhfəsi olmuşdur.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aparılan yenidənqurma və abadlıq işləri nəticəsində ən qədim yaşayış məskənlərindən olan Qala qəsəbəsinin siması tamamilə dəyişmişdir.

İndi burada qədimlik və müasirlik gözəl sintez təşkil edir. Qala turizm məkanı kimi də diqqəti cəlb edən

ərazidir. Burada yeni muzey mərkəzlərinin açılışı, turizm şəbəkəsinin genişlənməsi nəzərdə tutulmuşdur. Vaxtı ilə Qalada salınan məhəllələrdən bir neçəsi bu günədək qorunub saxlanılmışdır.

Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın qayğısını görən Qala sakinlərinin qədim

ənənələrimizə uyğun qurulan evlərinin qapıları həmişə açıqdır. Qəsəbəyə gələn hər kəs artıq qoruğun bir hissəsi

olan bu evlərdə yaradılan şəraitlə tanış olmaq imkanı əldə edir. Qalada məscidlər də bərpa olunur.

Bütün işlər son vaxtlar sürətlə abadlaşan Xəzər rayonunun görkəmini daha da gözəlləşdirir. Bir sözlə, indi

bu ərazi həqiqətən də xüsusi ab-hava ilə fərqlənir.

“Xalq qəzeti”.-2010.-4 iyun.-N 119.-S.3.

Page 36: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

36

Leyla Əliyeva: "Azərbaycan sivilizasiyalar arasında körpü ola bilər"

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri və "Baku" jurnalının baş

redaktoru, Heydər Əliyevin nəvəsi Leyla Əliyeva "RİA-Novosti" agentliyinə müsahibəsində Rusiyanın

Azərbaycanlı Gənclər Təşkilatının məqsədləri və iş metodları, Heydər Əliyev Fondunun fəaliyyəti, habelə

hazırda Azərbaycanın Avropada və ABŞ-da yaranmaqda olan yeni obrazı barədə söhbət açmışdır.

AzərTAc həmin müsahibəni təqdim edir.

- Çox sağ olun ki, bizim studiyaya gəlmisiniz. Biz bilirik ki, son günlər Sizin vaxtınız çox az idi, əgər sirr

deyilsə, nə ilə məşğul olurdunuz?

Keçən həftə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) ikinci konfransı keçirilmişdir. Bu təşkilatın bir yaşı tamam olmuşdur. Konfransda 500 nümayəndə iştirak edirdi. Onlar təkcə Moskvadan deyil,

regionlardan da gəlmişdilər. Bu gün bizim təşkilatın 60-dan çox bölməsi vardır. Regionlarda və Moskvada

gənclər çox fəal işləyirlər. Təşkilatımızın məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, insanları tariximizlə tanış etmək, Moskvada, Rusiyada yaşayan vətəndaşlarımıza yardım göstərmək, gənclərin təhsil almasına kömək

etmək, onların inteqrasiyasına şərait yaratmaqdır. Biz humanitar və sosial sahədə çoxlu layihələr həyata

keçiririk. Bizim gənclər uşaq evlərində, xəstəxanalarda uşaqlara kömək edirlər. "Qanın milləti yoxdur" adlı xüsusi layihəni də qeyd etmək istəyirəm. Bu layihə çərçivəsində azərbaycanlı gənclər xəstə uşaqlar üçün qan

vermişlər. Bu layihə əyani şəkildə göstərdi ki, Azərbaycan və Rusiya gənclərinin həyati dəyərləri eynidir.

RAGT-nin konkret işləri barədə danışmaq lazım gəlsə, mən "Xocalıya ədalət" beynəlxalq kampaniyasının

keçirilməsini çox əhəmiyyətli hesab edirəm. Fevralın axırlarında Moskvadakı "Prezident-otel"də "Xocalıya ədalət" beynəlxalq kampaniyasına yekun vurulmuşdur. Keçən il bu kampaniya çərçivəsində 1992-ci ilin fevral

hadisələri haqqında informasiyanı bütün qitələrin sakinlərinə çatdırmaq məqsədilə 70-dən çox tədbir

keçirilmişdir. Rusiyanın bir sıra şəhərlərində bu tədbirlərin keçirilməsində RAGT üzvləri fəal iştirak etmişlər. Məqsədimiz 1992-ci ildə məhv edilmiş bu Azərbaycan şəhərinin faciəsi haqqında həqiqəti bütün dünyaya

çatdırmaqdır. Xocalı Azərbaycanın ağrılı yeridir və biz həqiqəti deməliyik. Biz istəyirik ki, bizi eşitsinlər.

Biz idmana da böyük diqqət yetiririk. 2009-cu ilin may ayında Azərbaycanın klub komandalarının iştirakı ilə mini-futbol üzrə çempionat keçirmişik. O vaxt çempionatda 16 komanda iştirak etmişdi. Builki çempionata

isə artıq 24 komanda qatılmışdı. Gənclərimiz çox fəaldır, onlar bizim bütün təşəbbüslərimizi dəstəkləyirlər.

Buna görə də onlarla işləmək şəxsən mənə çox rahatdır. Bu, bizim RAGT barədə.

İndi isə Heydər Əliyev Fondu haqqında. Artıq üç ildir ki, Rusiyada bu Fondun nümayəndəliyi fəaliyyət göstərir. Fondun nümayəndəliyi bütün ölkələr arasında birinci olaraq məhz Rusiyada açılmışdır. Mən bunu qeyd

etmək istərdim. Biz daim çoxlu mədəni və xeyriyyəçilik tədbirləri keçirir, fotosərgilər, konsertlər, kitabların

təqdimat mərasimlərini təşkil edirik. Fondun əsas məqsədi Azərbaycanın zəngin mədəni və tarixi irsini təbliğ etməkdir.

Biz təhsil sahəsinə də böyük diqqət yetiririk. Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublikamızda

300-dən artıq məktəb tikilmişdir. Bunlar təhsil sahəsində ən son tələblərə cavab verən məktəblərdir: müasir

texnika, idman qurğuları ilə təchiz edilmişdir, uşaqların istirahəti üçün hər cür şərait vardır. Fondun dəstəyi ilə Azərbaycanın hüdudlarından kənarda - Pakistanda qızlar üçün məktəb və Gürcüstanda ümumtəhsil məktəbi inşa

olunmuşdur. Biz Moskvada məktəb açmağı planlaşdırırıq. Bu məktəb etnomədəni komponentli məktəb

olacaqdır. Moskvada yaşayan azərbaycanlı uşaqlar öz ana dilini öyrənmək, Azərbaycan xalqının mədəniyyəti və tarixi, adət və ənənələri ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər. Rusiya paytaxtında artıq belə bir

məktəb fəaliyyətdədir - Şimal dairəsindəki 157 nömrəli məktəb. Lakin bildiyiniz kimi, Moskva çox böyük

şəhərdir və bu şəhərdə bizim uşaqlar çoxdur. Buna görə də istərdik ki, həmvətənlərimizin mümkün qədər çox hissəsi ana dilini öyrənmək imkanına malik olsun.

Mən həm də "Baku" jurnalının baş redaktoruyam. Artıq üç ilə yaxındır ki, bu jurnal çıxır. Onun da

məqsədi Azərbaycanı Rusiya auditoriyasına, rusiyalı oxucuya göstərməkdir. Mən bu layihəni necə nəzərdə

tutmuşdumsa, elə də alındı. Mən istəyirdim ki, jurnal orijinal olsun, heç bir başqa nəşrə oxşamasın. Lakin bununla bərabər, cəlbedici olsun və Azərbaycandan bəhs etsin. Rusiya bazarında belə nəşr yoxdur. Prinsip

etibarilə bizdə hər şey yaxşı alındı - jurnal öz oxucularını, öz auditoriyasını tapdı. İndi biz jurnalı 45 min nüsxə

tirajla çap edirik. Bu jurnala təkcə Rusiyada deyil, dünyanın başqa ölkələrində də abunə yazılırlar. Ola bilsin ki, gələcəkdə ingilis dilində də jurnal nəşr etdik.

- Siz mənim növbəti sualımı qabaqladınız. Əlbəttə, sizin Rusiyada görüləsi işləriniz çoxdur. Mənim

fikrimcə, Azərbaycan barədə, xüsusən Azərbaycanın çoxəsrlik mədəniyyəti barədə jurnalın bir buraxılışında hər

Page 37: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

37

şeyi söyləmək mümkün deyildir. Maraqlıdır, bəs xaricdə Azərbaycanı necə qəbul edirlər? Siz xaricdə

oxumusunuz, tez-tez xaricdə olursunuz. Elə həmin amerikalılar və ingilislər Azərbaycanın nə demək olduğunu

necə təsəvvür edirlər? Sizə "Azərbaycan nə deməkdir" sualını versəydilər, həmin suala bir sözlə necə cavab

verərdiniz? - Bu gün Azərbaycanı həm Amerikada, həm də Avropada əvvəlkindən qat-qat yaxşı tanıyırlar. Əlbəttə,

bu, sevindirici haldır, çünki adamların Azərbaycana böyük marağı yaranmışdır. Onlar özləri Azərbaycan

haqqında informasiya axtarırlar. Bu suala bir sözlə cavab vermək isə, əlbəttə, çətindir. Mənim fikrimcə, avropalı üçün Azərbaycan sivilizasiyalar arasında bir körpü və tolerantlıq nümunəsi ola bilər. Öz fikrimə gəldikdə isə,

mən belə hesab edirəm ki, Azərbaycan nadir ölkədir. Onun insanları da, təbiət mənzərələri də, iqlimi də

nadirdir. Yeri gəlmişkən, dünyadakı 11 iqlim qurşağından 9-u Azərbaycanda vardır. Azərbaycan mədəniyyəti haqqında, bizim rəssamlar, şairlər, yazıçılar, muğamımız barədə danışmaqla qurtarmaz.

Əlbəttə, Azərbaycandan danışarkən milli mətbəximizi qeyd etməmək olmaz. Zənnimcə, hər hansı rusdan

Azərbaycan barədə soruşsalar, o, ilk növbədə ölkəmizin mətbəxini qeyd edər. Yəqin ki, çoxları mənimlə

razılaşar ki, Azərbaycan mətbəxi dünyada ən ləziz mətbəxlərdən biridir. - İndi Azərbaycan restoranları Moskvada çox populyardır...

- Düşünürəm ki, tezliklə bu restoranların sayı hətta italyan restoranlarından da çox olacaqdır. Mənə

gəldikdə isə, istərdim ki, Avropada Azərbaycanın mədəniyyəti haqqında daha çox bilsinlər. Ona görə ki, bu mədəniyyətlə maraqlananlar çoxdur, lakin tədbirlər az keçirilir. Fevral ayında biz "Bakı haqqında məhəbbətlə"

adlı sərgi keçirdik. Bu sərgidə fransız foto ustası Georgi Pinxasovun foto əsərləri nümayiş etdirilirdi - o, həmin

fotoşəkilləri bizim jurnal üçün çəkmişdi. O, Bakının fotoşəkillərini çəkmişdi, lakin bu işlər onun öz baxışını əks etdirirdi. O, çox istedadlı fotoqrafdır. Biz bu sərgini əvvəlcə Moskvaya, Manejə gətirdik, sonra Londonda

göstərdik. Sərgi böyük marağa səbəb olmuşdur. Oraya gələnlər hədsiz çox idi. Buna görə də mən bu cür

tədbirləri daha çox keçirməyi planlaşdırıram.

- Özü də hökmən nağaraçılar ansamblını gətirmək lazımdır. Mən həmin sərgidə olmuşam. Yadımdadır, axıra yaxın adamlar artıq dağılışmağa başlayanda birdən bu ansambl ifa etməyə başladı və heç kəs çıxıb

getmədi.

- Elədir! Londonda adamlar gecə saat 12-dək həmin sərgidən dağılışmamışdı. Buna görə də əsas məsələ budur. Sən nə edirsən et, bu işin insanların xoşuna gəlib-gəlmədiyini, yoxsa onların, sadəcə, yolüstü oraya

gəldiklərini başa düşə bilərsən. Əgər insanlar dağılışıb getmirsə, deməli, bu sərgi onların xoşuna gəlmişdir.

- Leyla xanım, bu qədər fəal ictimai həyatı ailə həyatı ilə necə uzlaşdıra bilirsiniz? Axı siz iki uşaq

anasısınız və yəqin ki, həm də yaxşı bir xanımsınız. - Əslində, məhz işlərimi çatdırmaq çətindir. Mən tez-tez təyyarə ilə uçuram, amma özümə söz vermişəm

ki, hara getsəm, uşaqlarımı da özümlə götürəcəyəm. Buna görə də indi onlar həmişə mənim yanımda olur. Hətta

5 günlüyə və ya bir həftəliyə uçub gedəndə də mən istəyirəm ki, uşaqlar özlərinə diqqət hiss etsinlər, bu, onlar üçün çox vacibdir. Yəqin ki, həmişə ən başlıca məsələ hər şeyin uğurlu olacağına, hər şeyin yaxşı olacağına

inanmaqdır. Nədənsə, mən hər bir işi görəndə həmişə inanıram ki, hər şey yaxşı olacaq, əla olacaqdır. Bu, hər

bir insan üçün vacibdir. Onda, həqiqətən, hər işə vaxt çatacaq və hər şey yaxşı olacaqdır. - Siz dediniz ki, uşaqları özünüzlə götürəcəksiniz. Lakin yəqin ki, haçansa siz bir müddətə onlardan

ayrılmalı olacaqsınız. Çünki siz özünüz xaricdə oxumusunuz və yəqin ki, uşaqlarınız da xaricdə oxuyacaqlar.

Siz ərinizlə bu barədə artıq fikirləşmisinizmi?

- Onlar hələ balacadırlar, cəmi yaşyarımlıqdırlar. - Vaxt sürətlə ötüb keçir...

- Elədir, vaxt sürətlə keçir. Amma digər tərəfdən heç vaxt bilmirsən ki, haraya gedib çıxacaqsan. Məsələn

mən Londonda oxuyarkən heç vaxt ağlıma gəlməzdi ki, Moskvada yaşayacağam. Amma ərə getdim və indi burada yaşayıram. Hərçənd mən Moskvada doğulmuşam və 7 il burada yaşamışam. Uşaqlar barədə hələ

bilmirəm. Emin (əri - red.) Amerikada oxumuşdur, buna görə də ola bilsin ki, o, onların Amerikada oxumasını

istəyərdi. Mən isə Londonda oxumuşam və buna görə də ola bilsin ki, onların Londonda oxumalarını istərdim. Lakin bununla belə, Bakı da var, Moskva da var, bir sözlə, hələ bilmirəm.

- Siz dediniz ki, əsas məsələ hər şeyin uğurlu olacağına inanmaqdır. Deyəsən, Sizin bu deviziniz,

həqiqətən, ən azı Sizin üçün doğru çıxır. Siz həm işdə, həm təhsildə, həm də şəxsi həyatınızda çox şeyə nail

olmusunuz. Bunlar karyeradan heç də az əhəmiyyətli deyildir. Daha nə isə varmı? Ona görə ki, mənim təsəvvürümə görə Sizə həmişə yeni çağırışlar, dəf ediləsi müəyyən çətinliklər lazımdır. Sizin daha nəyiniz

çatışmır. Bəlkə snoubord idmanını, paraşütlə tullanmağı, fortepiano çalmağı öyrənmək istəyirsiniz?

- Əlbəttə, nələrsə çatışmır. Məncə, elə bir adam yoxdur ki, hər şeyə nail olduğunu və daha öyrənəsi heç nə olmadığını deyə bilsin. Hər bir yaşda, hər bir vəziyyətdə, hər bir insanın bilmədiyi, öyrənə biləcəyi nələrsə

Page 38: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

38

vardır. Məsələn, mən fransız və italyan dillərini öyrənmək istərdim. Londonda oxuyarkən ispan dilini

öyrənirdim və bir il İspaniyada yaşadım. Hesab edirəm ki, dil bilmək insana çox üstünlüklər verir. Mən istərdim

ki, uşaqlarım da çox dil bilsinlər. Əlbəttə, paraşütlə tullanmaq istəyirəm, amma uşaqlar doğulandan sonra bu işlə

məşğul olub-olmayacağımı bilmirəm. - İndi bu, istisna olunmalıdır.

- Amma mümkündür.

İşimdə də irəli getmək istəyirəm. Layihələr, ideyalar çoxdur. Həqiqətən, hər şeyə vaxt çatmır. Amma yenə də hər şeyin uğurlu olacağına inansaq, zənnimcə, gələcəkdə xeyli maraqlı işlər görmək olar.

- Elə isə gözləyək görək bu müddətdə Siz nə edə biləcəksiniz. Sizi yenidən studiyamızda gözləyirik.

- Bəli. Sağ olun. - Çox sağ olun.

Samir ŞAHBAZ.

“Azərbaycan”.-2010.-6 iyun.-N 121.-S.3.

Page 39: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

39

Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin qorunması üçün misilsiz işlər görür

Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın

fəaliyyəti dünya miqyasında yüksək qiymətləndirilir

Ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının

yaxşılaşması naminə dövlət tərəfindən görülən işlər Azərbaycanın tərəqqisi və xalqımızın rifahını yüksəldir. Ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən, genişmiqyaslı proqram və

layihələrin reallaşmasına nail olan Heydər Əliyev Fondunun gördüyü işlər müsbət nəticəsini verməkdədir. Fond

tərəfindən Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər

Azərbaycanın beynəlxalq nüfuzunun artmasına gətirib çıxarmışdır. Dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub

saxlanılmasına dəstək verən fond bu ənənə çərçivəsində fəaliyyətini davam etdirir.

Bildiyimiz kimi, qədim tarixi olan Azərbaycan zəngin mədəniyyətə və incəsənətə malik bir dövlət olaraq, müxtəlif sivilizasiyaların kəsişməsində yerləşir və öz mədəniyyətində müxtəlif sivilizasiyalara məxsus

aspektləri əks etdirir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətin və incəsənətin inkişafı ilə

bağlı gördüyü işlərin hər biri Azərbaycanın sivil bir dövlət olaraq inkişafına əhəmiyyətli dərəcədə kömək

göstərir. Ölkənin zəngin tarixi boyunca onun nadir coğrafi mövqeyi burada nümunəvi mədəniyyətin

yaranmasına, müxtəlif etnik, dini və mədəni köklərə malik xalqların hüquq və azadlıqlardan bərabər istifadə etməsinə imkan verən çoxəsrlik tolerantlıq mühitinin formalaşmasına öz təsirini göstərir.

Azərbaycanın mədəniyyəti dünyada ən qədim mədəniyyətlərdən biri hesab edilir və ölkədə əsrlər boyu

yaşayan xalqların müxtəlif adət-ənənələrini özündə birləşdirir. Bu ilkin şərtlər əsrlər boyu ölkədə fəlsəfi-ədəbi fikrin, poeziyanın və memarlığın, habelə, ölkənin maddi və mənəvi irsinin rəmzi olan təsviri sənətin

çiçəklənməsinə gətirib çıxarmışdır. Qeyd olunan mədəniyyət formaları Azərbaycanın özünəməxsusluğunun

əsasını təşkil edir və Azərbaycan xalqının həyatında mühüm əhəmiyyət daşıyır. Belə bir mədəniyyəti özündə ehtiva edən Azərbaycanın tarixin dönəmlərində yaşamış simaların əsrlərində xalqımızın adət və ənənələri, onun

bəşəri mahiyyət daşıyan dəyərləri öz əksini tapmışdır. Belə ədəbi nümunələr Azərbaycan klassik sənətində

kifayət qədərdir ki, bunlar yenidən nəşr edilərək xalqa, eləcə də, dünya ədəbiyyatına təqdim edilir. Bu

istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlərin əhəmiyyəti müstəsnadır. Heydər Əliyev Fondu dünya şöhrətli mütəfəkkir, ensiklopedik biliyə malik görkəmli Azərbaycan alimi Məhəmməd Nəsirəddin Tusinin

"Əxlaqi-Nasiri" kitabını latın qrafikası ilə yenidən nəşr etdirməsi Azərbaycan mədəniyyətinə öz töhfəsini vermiş

oldu. Böyük elmi miras qoyub getmiş alimin irsinin dərindən öyrənilməsi, əsərlərinin nəşri ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Mütəfəkkir alimin anadan olmasının 800 illik yubileyi ərəfəsində

ümummilli lider 13 iyun 2000-ci il tarixli fərmanı ilə yubileyin dövlət səviyyəsində qeyd olunması ilə yanaşı,

onun çoxşaxəli yaradıcılığının hərtərəfli tədqiqini vacib məsələlərdən biri kimi qeyd etmişdi. Əsrlər boyu Orta

və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan "Əxlaqi-Nasiri" kitabında Məhəmməd Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri

yer almışdır. Əsərin tərcüməsində müəllifin yazı ruhu mümkün qədər qorunub saxlanmışdır. Nəfis tərtibatla,

rəngarəng miniatürlərlə nəşr olunmuş bu kitab oxuculara Nəsirəddin Tusi dühasını tanıtmaqla yanaşı, həm də müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət

daşıyır. Kitabın fars dilindən tərcümə edilərək təqdim edilməsi Heydər Əliyev Fondunu milli-mənəvi

dəyərlərimizə olan münasibətin təzahürüdür. Mədəniyyətimizə olan diqqətin təzahürünün davamı olaraq bu günlərdə Heydər Əliyev Fondu Şərq

ölkələrində sevilən və məşhur olan "Qabusnamə" kitabını rus dilində nəşr etmişdir. Tərbiyə və etikanın vacib

məsələlərini əhatə edən kitab yüzilliklər boyu müdrik məsləhətləri ilə aktuallığını qoruyub saxlamışdır. 1082-

1083-cü illərdə Cənubi Azərbaycan ərazisində yerləşən Gilan dövlətinin padşahı Keykavus tərəfindən yazılmış "Qabusnamə" orta əsrlərdə hökmdarların, din xadimlərinin, elm adamlarının, müəllimlərin masaüstü kitabı

olmuşdur. Həmin dövrdə hər bir savadlı və mədəni insanın ailəsində qorunub saxlanılan kitab gənc nəslin

tərbiyəsində mühüm rol oynamış, nəsildən-nəsilə ötürülən mənəviyyat qaynağı və əxlaq dərsliyi kimi qiymətləndirilmişdir.

Belə bir dəyərlərin məcmusunun qeyri-xalqların ədəbiyyatına daxil edilməsi Azərbaycanın qədim

mədəniyyəti, tarixi ilə onları tanış etmək və xalqımıza məxsus xüsusiyyətlərin təbliğinə təsirini göstərməkdədir.

Page 40: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

40

Rus oxucusuna təqdim olunan "Qabusnamə" Şərq və onunla qırılmaz tellərlə bağlı olan Azərbaycan

mədəniyyəti, tarixi, fəlsəfəsi haqqında təsəvvür yaratmağa imkan yaradır. Rəngli illüstrasiya və nəfis tərtibatlı

kitab 1000 nüsxə tirajla nəşr olunmuşdur.

"Qabusnamə" Heydər Əliyev Fondunun müxtəlif səpkili nəşrlər guşəsini bir daha zənginləşdirmişdir. Fondun dəstəyi ilə müxtəlif dillərdə Azərbaycan həqiqətlərindən, Qarabağ müharibəsinin əsil mahiyyətindən

bəhs edən kitablarla yanaşı, milli-mənəvi qaynaqlarımız, tarixi keçmişimiz, tanınmış şəxsiyyətlər haqqında nəşr

olunan kitablar buranın qonağı olan xarici dövlət nümayəndələrinə də Azərbaycan haqqında təsəvvür yaratmaq məqsədi daşıyır. Fond Azərbaycanın klassik yazıçılarının, tədqiqatçı alimlərin əsərlərini müxtəlif dillərdə nəşr

etdirir, xarici ədəbiyyat nümunələrinin dilimizə çevrilərək nəşrinə dəstək verir.

Belə əsrlərdən soraq gətirən nümunələr Azərbaycan tarixin saxtalaşdırmaq, ona müxtəlif donlar geyindirməyə çalışanların qarşısında bir çəpərdir. Tarixi sənədlər nə qədər geniş şəkildə təbliğ olunarsa,

Azərbaycan tarixi də dünyaya bir o qədər faktlar, sənədlər əsasında təqdim olunar.

Fondun təkrar nəşr və tərcümə etdirdiyi hər iki əsər bədii gücü ilə yanaşı, Azərbaycan fikrini, elmini,

mədəniyyətini, tarixini, adət və ənənələrini geniş ictimaiyyətə təqdim edən vəsait kimi əhəmiyyətlidir.

NƏZAKƏT

“Səs”.-2010.-22 iyun.-N.109.-S.3.

Page 41: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

41

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə Bakıda

"Qloballaşma şəraiti mədəniyyətlərinin dialoqu" mövzusunda forum keçiriləcəkdir

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə iyunun 29-30-da Bakıda "Qloballaşma

şəraiti mədəniyyətlərinin dialoqu" mövzusunda forum keçiriləcəkdir.

Heydər Əliyev Fondundan verilən məlumata görə, 2009-cu ilin iyununda Moskvada keçirilmiş elmi konfransın məntiqi davamı kimi nəzərdə tutulan bu beynəlxalq forum görkəmli siyasi xadim, ümummilli lider

Heydər Əliyevin xatirəsinə həsr olunacaqdır.

Elmi müstəvidə fəlsəfi araşdırmaların yer alacağı forumda AMEA və Rusiya Elmlər Akademiyası Fəlsəfə

İnstitutunun tanınmış alimləri "Beynəlxalq elmi əməkdaşlığın və Azərbaycanda ictimai elmlərin inkişaf yollarının bəzi problemləri", "Qloballaşma, terrorizm və dialoq", "Mədəniyyət, sivilizasiya, qloballaşma.

Heydər Əliyev - İnsan və siyasətçi", "Müasir cəmiyyətdə demokratik dəyərlərin şəxsi ölçüləri", "Demokratiya,

kütlə cəmiyyəti və bir daha tarixdə şəxsiyyətin rolu haqqında", "Qloballaşma şəraitində təfəkkür mədəniyyətinin qarşılıqlı əlaqəsi", "Sivilizasiyaların əvəzlənməsi dövründə yeni nəslin təhsil və estetik tərbiyə problemləri",

"Müasir Azərbaycanda vətəndaş mədəniyyəti və vətəndaş dəyərləri" və s. mövzularda çıxış edəcəklər.

İkigünlük forumun qonaqları Beynəlxalq Muğam Mərkəzində konsertə baxacaq və Azərbaycan

mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.

“Xalq qəzeti”.-2010.-25 iyun.-N 135.-S.4.

Page 42: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

42

Bakıda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri

Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu"

mövzusunda forum keçirilir

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə

iyunun 29-da Bakıda "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda forum işə

başlamışdır.

Forumun iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri düzmüşlər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər qoyulmuşdur.

Sonra qonaqlar Heydər Əliyev Fondu ilə tanış olmuşlar. Onların diqqətinə çatdırılmışdır ki, zəngin

ekspozisiyada toplanan maraqlı fotolar və eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Məlumat verilmişdir ki, ulu öndər Heydər Əliyev iqtisadi tərəqqinin, sosial-mədəni

yüksəlişin, müasir cəmiyyət quruculuğunun bütün səviyyələrdə uğurlu inkişafı üçün zəruri zəmin yaratmışdır.

Bakı Biznes Mərkəzində keçirilən forum görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuşdur.

Toplantı ötən ilin iyununda Moskvada keçirilmiş elmi konfransın məntiqi davamı kimi nəzərdə tutulan

beynəlxalq forumdur. Həmin konfransda çıxış edən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva qloballaşma mövzusunun aktuallığını vurğulamış və bildirmişdi ki, qloballaşma şəraitində

Azərbaycan xalqı adət və ənənələrimizi dərindən qiymətləndirir, eyni zamanda, dünya ölkələrinin biri-birindən

fərqli mədəniyyətlərinə böyük hörmət bəsləyir.

Çoxsaylı alim və ziyalıların iştirak etdikləri Bakı forumunu açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov Rusiyadan gəlmiş qonaqları salamlayaraq tədbirin

ənənəvi xarakter aldığını söyləmişdir. O, forumun əhəmiyyətini qeyd edərək xatırlatmışdır ki, ulu öndər Heydər

Əliyev müstəqilliyimizin ilk illərindən qloballaşmaya doğru istiqamət götürərək elmin inkişafına xüsusi diqqətlə yanaşmışdır. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev "Azərbaycan

Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və Azərbaycan Respublikasında

2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncam imzalamışdır.

Mahmud Kərimov Azərbaycan və Rusiya alimləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin

vacibliyindən danışmışdır. O demişdir ki, beynəlxalq elmi əlaqələr nəinki elmin inkişafına, habelə müasir

dünyada mədəni dialoqun yaranmasına gətirib çıxarır. Bu gün alimlərimizin beynəlxalq əlaqələrinin genişlənməsində müsbət meyillər formalaşmışdır. Biz ümid edirik ki, bu meyillər dayanıqlı olacaqdır.

Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru, akademik Əbdüsəlim Hüseynov forumun

təşkilinə görə ölkəsinin alimləri adından minnətdarlığını bildirərək "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusu ilə bağlı fikirlərini söyləmişdir. O demişdir ki, biz mədəniyyətlərimizin rəngarəngliyini

dəyərləndiririk və qloballaşma şəraitində onu qoruyub saxlamağa çalışmalıyıq. Forum bu məsələləri müzakirə

edib, həll yollarını tapmaq üçün yaxşı fürsətdir.

O, postsovet məkanında Azərbaycan və Rusiya alimləri arasında əlaqələrin daha açıq şəkildə inkişafından məmnunluğunu bildirmişdir.

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva

XXI əsrdə mədəniyyətlərarası dialoq mövzusunun aktuallığını vurğulamışdır. O demişdir ki, XXI əsrdə humanitar, sosial, əxlaqi-mədəni və iqtisadi problemlərin həllində ümumi yanaşmalar tələb olunduğundan belə

konfransların keçirilməsi çox aktualdır. Bu cür tədbirlərdə alimlər bir araya gələrək, cəmiyyətin inkişafına aid

məsələlərlə bağlı konkret qərarlar axtarıb tapa bilərlər. Professor Nərgiz Paşayeva vurğulamışdır ki, belə konfranslar əməkdaşlıq əlaqələrinin daha da

möhkəmləndirilməsi üçün çox vacibdir. Çünki dialoq yalnız insanların və xalqların biri-birinə etimadı olduğu

halda mümkündür. İnsanın cəmiyyətdə yeri, dəyəri və fəlsəfənin bu kimi klassik suallarını cavablandırmaq hələ

də aktualdır. Biz bəşəriyyəti təhsil, zəngin mənəvi potensial vasitəsilə anlayırıq. Hər bir savadlı insan fəlsəfəyə meyillidir, özünü və ətrafdakıları dərk etməyə çalışır. Ona görə də biz dünyanın daha yaxşı olması üçün

əlimizdən gələni etməliyik.

Forumda çıxış edən tanınmış rusiyalı alim, professor Yuri Pompeyev tədbirə dəvət olunduğuna görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirmişdir. Ölkəmizə bundan əvvəlki səfərlərini xatırladan qonaq

Page 43: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

43

Naxçıvanda, Gəncədə olduğunu söyləyərək Azərbaycan alimləri və ziyalıları ilə əlaqələrindən danışmışdır.

Alim ölkəmizdə milli mədəniyyətimizə və ailəyə olan münasibəti xüsusi qeyd etmişdir. Bildirmişdir ki, elm

insanların birləşməsinə töhfə verməlidir.

Rusiyalı alim demişdir ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev 17 il əvvəl Prezident seçilərkən ziyarət etdiyi ilk təşkilat Elmlər Akademiyası olmuşdur. Bu böyük şəxsiyyət alimləri bir araya gətirdi. Çünki

yalnız görkəmli siyasi xadimlər elmin cəmiyyətdəki mühüm əhəmiyyətini anlayırlar.

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə qloballaşma şəraitində müasirləşmədən danışmışdır. Alimin fikrincə,

insanların şüurunu müasirləşdirmək üçün klassik elmlə yanaşı, kreativ elm də olmalıdır.

Rusiya hökuməti yanında Maliyyə Akademiyası fəlsəfə kafedrasının müdiri, professor Aleksandr Çumakov Rusiya-Azərbaycan münasibətlərini başqa ölkələrə nümunə kimi dəyərləndirmişdir. Bildirmişdir ki,

forum ünsiyyət üçün çox gözəl imkanlar yaradır. O, qloballaşmanın mədəniyyətə təsirindən danışmışdır.

YUNESKO-nun eksperti, fəlsəfə elmləri doktoru, professor Nizami Məmmədov isə mədəniyyətlərin

müxtəlifliyindən danışarkən demişdir ki, məhz mədəniyyət keçmişi, bu günü və gələcəyi biri-biri ilə birləşdirir. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva yalnız mədəniyyətlərarası dialoq

vasitəsilə xalqların biri-birini daha yaxşı anlaya biləcəyini söyləmişdir.

Forum işini bölmə iclasları ilə davam etdirmişdir. İkigünlük forumun iştirakçıları Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı da əldə

edəcəklər.

“Azərbaycan”.-2010.-30 iyul.-N 137.-S.2.

Page 44: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

44

Azərbaycan mədəniyyətinin hamisi Ümumbəşəri sivilizasiyanın minilliklərlə ölçülən mövcudluq salnaməsi sübuta yetirib ki, hər hansı milləti

kölə vəziyyətinə salmaq, keçmişindən, soy-kökündən ayırmaq üçün ona öz tarixini, milli ənənə və dəyərlərini

unutdurmaq yetərlidir. Yalnız böyük şəxsiyyətlər yetirən xalqlar qərinələr boyu formalaşmış yüksək əxlaqi-mənəvi keyfiyyətlərini, mental xüsusiyyətlərini hər bir ictimai-iqtisadi formasiyada hifz edərək mütərəqqi yolla

irəliləyir, milli özünəməxsusluğunu qoruyub saxlayırlar. Bugünün özündə də dünyanın bir çox nüfuzlu

dövlətləri məhz fenomen liderlərinin müəyyənləşdirdiyi yolla irəliləyir, davamlı və sabit inkişafı bu uğur

yolundan kənarda təsəvvür etmirlər. Azərbaycanda bu ağır və məsuliyyətli missiyanı ümummilli lider Heydər Əliyev çiyinlərinə götürərək

hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin böyük himayədarı kimi

çıxış edib. Böyük öndərin Azərbaycana 40 ilə yaxın rəhbərlik dövrü çağdaş tariximizə iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olub, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə təkan verib.

Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş

təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusi aktuallıq kəsb edir. Ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ali ideallarının ictimai

şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata

keçirən Heydər Əliyev Fondu hazırda cəmiyyətdə bir çox insanların ümid yerinə çevrilib.

Heydər Əliyev Fondu xalqın milli varlığını özündə yaşadan hər bir maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində yaxından iştirak

edir. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi

ilk çıxışında Azərbaycanın dünya mədəniyyətinə Üzeyir Hacıbəyov, Qara Qarayev, Səttar Bəhlulzadə, Mstislav Rostropoviç kimi böyük sənətkarlar verdiyini qeyd edərək bu cür şəxsiyyətlər yetirən xalqımızın, həqiqətən də,

böyük xalq olduğunu vurğulamışdı: «Öz milli mənliyimizi, mədəniyyətimizi qoruyub saxlamaqla yanaşı, biz

dünya mədəniyyəti xəzinəsinə 1300 illiyi UNESCO çərçivəsində qeyd olunmuş «Kitabi-Dədə Qorqud» eposu, şifahi və qeyri-maddi irs inciləri siyahısına daxil edilmiş Azərbaycan muğamı kimi töhfələr verə bilmişik. Bu

gün, yüksək texnologiyalar, qloballaşma və informasiya inteqrasiyası dövründə qeyri-maddi irsin qorunub

saxlanılması xüsusi əhəmiyyət kəsb edir. Bütün bəşəriyyət qeyri-maddi irsin qorunmasında çox maraqlıdır. Bu

məsələdə UNESCO-nun rolu, şübhəsiz ki, çox böyükdür. Muğam da, aşıq yaradıcılığı da, milli musiqi alətlərimizin bənzərsiz melodiyaları da Azərbaycan xalqının bu günə qədər qoruyub saxladığı və gələcək gün

naminə qorumağa borclu olduğumuz irsin yalnız bir hissəsidir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun

fəaliyyəti məhz bu məqsədə xidmət edir. Xoşməramlı səfir kimi mənim bütün gələcək fəaliyyətim də bu məqsədə xidmət edəcəkdir».

Heydər Əliyev Fondu ulularımızdan bizlərə yadigar qalmış mədəniyyət incilərimizin qorunması, bu

sərvətin heç bir itkiyə məruz qalmadan gələcək nəsillərə əmanət edilməsi üçün məqsədyönlü və konkret

fəaliyyət planına malikdir. Fondun prezidenti Mehriban xanım Əliyevanın Bakıda “Qafqaz xalq ənənələri evi"nin yaradılması ilə bağlı UNESCO qarşısında irəli sürdüyü təşəbbüsü bu planın tərkib hissəsi kimi nəzərdən

keçirilə bilər. Belə bir qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin qorunması, təbliği baxımından

böyük faydalar vəd edir. Bu təşəbbüs, eyni zamanda, həm də böyük siyasi əhəmiyyətə malikdir. “Qafqaz xalq ənənələri evi”nin yaradılması Avropa Birliyinin təşəbbüsü ilə Qafqaz regionunda həyata keçirilən “Yeni

Qonşuluq Siyasəti"nin icrasına müəyyən töhfə verməklə bərabər, həm də zaman-zaman Azərbaycanın

mədəniyyət incilərini oğurlayıb öz adlarına çıxaran ermənilərin bu hərəkətlərinin qarşısını almış olardı. “Qarabağ xanəndələri” albomu fondun son illər həyata keçirdiyi uğurlu layihələrdən biridir. Əslində,

bütün Azərbaycana məxsus muğamlarımızın toplandığı alboma niyə məhz «Qarabağ xanəndələri» adının

seçilməsinin arxasında dayanan incə siyasi məqamı sezməmək mümkün deyil. UNESCO xətti ilə hazırlanmış

alboma «Qarabağ xanəndələri» adının seçilməsi ilə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi olduğu bir daha nümayiş etdirilir.

Azərbaycanın birinci xanımının rəhbərliyi altında «Qarabağ həqiqətləri» kitabının çapa hazırlanması

Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsi və təbliği baxımından son dərəcə böyük əhəmiyyət daşıyır. Azərbaycanda bir neçə muğam məktəbinin olduğunu, Qarabağ muğam məktəbinin aparıcı muğam

məktəblərindən sayıldığını diqqətə çatdıran Mehriban xanım Əliyeva bu məktəbin hazırda böyük təhlükə

qarşısında qaldığını, bu janrın gənc ifaçılarının sayının xeyli azaldığını bildirib. Bu mənada «Qarabağ xanəndələri» layihəsi əslində həm də siyasi əhəmiyyəti olan layihədir.

Page 45: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

45

Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə hazırlanan “Muğam ensiklopediyası” qədim musiqi

irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir. Fondun dəstəyi ilə Beynəlxalq

Muğam Mərkəzinin inşası, 2005-2007-ci illərdə respublika muğam müsabiqələrinin, 2009-cu ildə dünyanın 11

ölkəsinin iştirak etdiyi Beynəlxalq Muğam Festivalının keçirilməsi qədim ifaçılıq ənənələrini inkişaf etdirərək gənc istedadlı xanəndələri üzə çıxarmaq və muğam sənətini dünyada təbliğ etmək məqsədi daşıyır.

Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, “Kitabi-Dədə

Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun “Dünya maddi irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil

edilməsi, tarixi mədəniyyət abidələrinin bərpası “Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondunun

fəaliyyətinin təqdirəlayiq məqamları kimi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti onun mənəvi dəyərlərə bağlılığının əyani təsdiqidir.

Heydər Əliyev Fondunun həyata keçirdiyi kompleks tədbirlər həm də xalqın milli kimliyini,

mədəniyyətini, keçmişini, milli varlığını özündə yaşadan Azərbaycan folklorunun inkişafına, onun

nümunələrinin toplanılması və nəşri işinə ciddi təkan verir. Folklor hər bir xalqın unudulmaz keçmişidir. Müasir qloballaşma dövründə keçmişi, zəngin milli irsi olmayan xalq isə beynəlxalq münasibətlər sisteminə qoşula və

mədəniyyətlərarası dialoq prosesində öz sözünü deyə bilməz. Folklorda təkcə tarix yaşamır, bu mənəvi aləmdə

xalqın bədii düşüncəsi də, müdrikliyi də, tarixin ən sərt dönəmlərində formalaşmış həyat tərzi də, adət-ənənələri, dövlətçilik təfəkkürü də qorunub mühafizə olunur. Azərbaycan xalqının tarixi keçmişi ilə bağlı ən böyük

həqiqətlər bizim nağıllarımızda, dastanlarımızda, laylalarımızda, sayaçı sözlərimizdə, holavarlarımızda və digər

folklor nümunələrimizdə yaşayır. Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu dünyanın ən mötəbər mədəniyyət qurumları

ilə əməkdaşlıq çərçivəsində ölkəmizdəki tarixi abidələrin qorunması üçün həyata keçirilən tədbirlərdə də fəal

iştirak edir. Gəncə şəhərində Cavadxan türbəsinin, Comərd Qəssab məqbərəsinin, Bakının Şüvəlan qəsəbəsində

yerləşən Pirhəsən ziyarətgahının bərpası, Abdulla Şaiqin ev-muzeyinin təmiri buna parlaq nümunədir. UNESCO-nun xoşməramlı səfiri Azərbaycanın tanınmış oğul və qızlarının adı ilə bağlı tarixi abidələrin

bərpasını yalnız keçmişə hörmət və tarixi həqiqətin bərpası kimi deyil, eyni zamanda, gənc nəsli milli-

vətənpərvərlik ruhunda tərbiyə etməyin əsas elementi, azərbaycançılıq ideologiyasının inkişafı kimi qiymətləndirir. Mehriban xanımın mədəniyyət sahəsindəki bu müstəsna xidmətləri tariximizin şanlı səhifələri

kimi vərəqlənəcək və gələcək nəsillər bu vətənpərvər, Azərbaycanını sevən xanımın adını qürurla çəkəcəklər.

Müjkan Məmmədzadə,

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Turizm

təhsili bölməsinin müdiri “Mədəniyyət” qəzetinin keçirdiyi “Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi” müsabiqəsi üçün

“Mədəniyyət”.-2010.-30 iyul.-N.43.-S.5.

Page 46: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

46

Humanist və nəcib əməllər sahibi

Mehriban xanım Əliyevanın xeyirxah əməlləri xarici ölkələrdə də hörmətlə qeyd olunur

Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilən, milli mənafelər

baxımından mühüm strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun

çoxşaxəli fəaliyyəti xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. 2004-cü il mayın 10-da yaranan

fondun ən müxtəlif sahələrdəki fəaliyyəti milli intibah prosesinə öz dəyərli töhfələrini verməkdədir.

Heydər Əliyev Fondunun əsas məqsədi ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı

təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən

layihələrə yardımçı olmaqdır. Fond ümummilli liderin milli ideyalarından çıxış edərək ictimai həyatın müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə,

problemlərinin həllinə maddi-mənəvi dəstək verir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin

deputatı Mehriban xanım Əliyevanın xeyirxahlıq fəaliyyəti məhz yıxılanı ayağa qaldırmaq, köməksizə əl tutmaq, çarəsizdə ümid yaratmaq, bir sözlə, insanlara səmimi diqqət və qayğı istəyindən qaynaqlanır.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, nəcib və tərəqqipərvər təşəbbüslərinə görə 2004-cü ildə YUNESKO-

nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən, Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı ilə təltif olunan Heydər Əliyev Fondunun prezidenti üzərinə

götürdüyü şərəfli missiyanı uğurla davam etdirməkdədir.

ABŞ - Azərbaycan Ticarət Palatasının 10 illiyi münasibətilə Vaşinqtonda keçirilən toplantıda isə Azərbaycan - ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Birləşmiş Ştatlar ilə Azərbaycan

arasında əlaqələrin tərəqqisinə, ölkəmizdə elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafına şəxsi dəstəyinə görə

Mehriban xanım Əliyevaya "2006-cı ilin xoşməramlı səfiri" adı verilmişdir. Fondun nümayəndəliklərindən biri

Rusiyada fəaliyyət göstərir. Ölkəmizin tanıdılması ilə bağlı layihələrə həmişə böyük diqqətlə yanaşan Mehriban xanım Əliyeva Azərbaycan və onun paytaxtını, ölkəmizin zəngin və qədim mədəniyyətini, ənənələrini və müasir

nailiyyətlərini tərənnüm edən "Baku" jurnalının Moskvada keçirilən təqdimat mərasimində şəxsən iştirak

etmişdir. Azərbaycanın birinci xanımının fəaliyyəti son dövrlər çoxlu nüfuzlu beynəlxalq mükafatlarla və fəxri adlarla qeyd edilmişdir. Mehriban xanım Əliyeva İSESKO-nun xoşməramlı səfiri adını və ölkəmizdə, eləcə də,

onun hüdudlarından kənarda apardığı xeyriyyəçilik işlərinə görə "Əsrlərin xeyriyyəçiləri" beynəlxalq fondunun

Yaqut Xaç Ordenini almış ilk qadındır. 2007-ci ilin mayında Mehriban xanım Əliyevanın bəşəriyyətin ali

ideyalarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə Moskvada "Qızıl ürək" mükafatı ilə təltif olunması onun təmənnasız əməyinə verilən layiqli qiymətlərdən biridir. Daha bir mükafatla Mehriban xanım Əliyeva

Heydər Əliyev Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunan mərasimdə təltif olunmuşdur. Prezident İlham

Əliyev Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya "Heydər Əliyev Mükafatı"nı təqdim etmişdir.

Bir-birindən vacib və əhəmiyyətli layihələri həyata keçirərək siyasətçi, diplomat, ictimai xadim yolunu

seçən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsi altında reallaşan humanitar aksiyaların sayı-hesabı yoxdur. Qaçqın ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliyindən əziyyət çəkən

balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına

dair möhtəşəm proqram, Azərbaycanın əsasən kənd yerlərində yeni məktəb binalarının, səhiyyə müəssisələrinin

tikilməsi, Mehriban xanım Əliyeva özünün şəxsən iştirak etdiyi müxtəlif xeyriyyəçilik aksiyalarının keçirilməsini ənənə halına çevrilib. Ölkəmizdə və onun hüdudlarından kənarda insanlar onu məhz xeyirxah,

humanist və nəcib işlərinə görə sevirlər.

Mehriban xanım Əliyeva ölkəmizin ictimai-siyasi həyatında daim dövlətimizin başçısını müşayiət edərək Ona dəstək olmuşdur. Azərbaycanın birinci xanımı Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı

quruculuq işlərinə ictimai dəstəyin artırılmasında ciddi töhfələr verir. Mehriban xanım Əliyeva yaxın və uzaq

xaricdə birinci ledilərlə şəxsi münasibətlər və dostluq əlaqələri yaratmaqla nümunə göstərir. Azərbaycanın birinci ledisi öz yüksək statusundan və təşkilatçılıq imkanlarından istifadə edərək ehtiyacı olanların

problemlərinin həllinə çalışır.

Qeyd edək ki, 1995-ci ildə Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu

yaratmışdır. Bu illər ərzində fondun himayəsi altında müxtəlif müsabiqələrdən, bədii sərgilərdən tutmuş

Page 47: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

47

xeyriyyə konsertlərinə və musiqi festivallarına qədər çoxsaylı layihələr həyata keçirilmişdir. Müxtəlif dövrlərdə

icra olunmuş bütün bu layihələri birləşdirən əsas məram isə Azərbaycan xalqının mənəvi irsinin yüksək

səviyyəsini qoruyub saxlamaqdır. Fondun gördüyü işlər dünya ictimaiyyəti tərəfindən də layiqincə

dəyərləndirilir. Çünki Heydər Əliyev Fondu digər ölkələrin problemlərinə də biganə qalmır. Pakistanın Müzəffərabad şəhərində zəlzələ zamanı dağılan məktəb Heydər Əliyev Fondu tərəfindən yenidən tikilib. Bu

məktəb zəlzələdən sonra ölkədə inşa olunan 5 min məktəb arasında ən yaxşısı və ən nümunəvisidir.

Azərbaycan ictimaiyyətinin dərin rəğbətini qazanan, köməyə, yardıma ehtiyacı olanların hər zaman yanında olan Heydər Əliyev Fondu ulu öndərin amallarını rəhbər tutaraq ölkəmizin həyatı ilə bağlı mühüm

layihələrə imza atmışdır. Ulu öndərin adını daşıyan Fond ümummilli liderin arzu və istəklərinin, Onun

ideyalarının həmişəyaşarlığını əks etdirən əsas mərkəzdir. Bununla belə, Heydər Əliyev Fondunu xalqımıza daha çox sevdirən onun fəlsəfəsidir. Bu fəlsəfənin əsasında çox sadə bir ideya və amal durur: insanlara yaxşılıq

etmək.

Uşaq evlərində tərbiyə alan gənclərin mənzillə təmin olunması kimi daim cəmiyyətimizi narahat edən

mühüm problemin həllinə də məhz Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyası sayəsində nail olunmuşdur. Paytaxtdan başlayan və ilk növbədə, qayğıya daha çox ehtiyacı olan, valideyn himayəsindən

məhrum qız uşaqlarının mənzillə təmin olunmasını nəzərdə tutan layihənin icrası ölkəmizdə Mehriban xanım

Əliyevanın bu nəcib missiyanın nə qədər ali və müqəddəs olduğunu təsdiq etmişdir. Uşaqlara qayğı və diqqət, gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi Heydər Əliyev Fondunun fəaliyyətində prioritet

istiqamətlərdən biridir. Uşaqlarımızın xoşbəxt gələcəyi üçün əlindən gələni əsirgəməyən Heydər Əliyev

Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində müxtəlif orta məktəblərin təhsildə fərqlənən şagirdləri, uşaq evləri və internat

məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailəsindən olan, valideyn himayəsindən məhrum uşaqlar

üçün şənlik təşkil edilir. Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu

sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulmasıdır. Təhsil sahəsində fondun ən böyük və irimiqyaslı işi - "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı təhsilin səviyyəsinə birbaşa təsir edən

problemlərin həllinə istiqamətlənmişdir. Son 3 il ərzində 300-dək məktəb əsaslı təmir olunmuş, onlarca məktəb

inşa etdirilmişdir. Bu proqram paytaxtla yanaşı, regionlarda da icra olunur. Fond hər yeni tədris ilində silsilə aksiyalar

keçirməklə bu sahədə bir sıra problemlərin aradan qaldırılmasına əhəmiyyətli töhfə verir.

Azərbaycan xalqının mədəni irsinin keşiyində duran Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində

incəsənətimizin bir çox sahələri, xüsusilə də, muğamlarımız Azərbaycan sərhədlərini aşaraq dünya miqyasında sevilir. Mehriban Əliyevanın səyi ilə muğam YUNESKO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil

edilibdir. Mehriban Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustalarının "dəyirmi masa"ları keçirilib. Bakıda

Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alındı. Heydər Əliyev Fondunun muğam sənətinin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən biri "Azərbaycan muğamları" layihəsi

çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunun tərtib edilməsi oldu. Heydər Əliyev Fondunun dəstəyi,

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının keçirdiyi "Muğam televiziya müsabiqəsi - 2007" də bu sahədə atılan addımlardan biri oldu. İndi əminliklə demək olar ki,

mədəniyyətimizin hamisi olan Mehriban xanım Əliyeva bu sənətin yaşamasını təmin edən ənənənin təməlini

qoymuşdur.

Azərbaycanın ən gözəl guşələrindən birində - Qəbələdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Beynəlxalq Musiqi festivalı keçirildi. Festivala dünyanın ən tanınmış

musiqiçiləri gəlmişdilər. Əsl musiqi bayramına çevrilən bu tədbir çərçivəsində pianoçuların müsabiqəsi,

musiqinin müxtəlif janrlarına aid konsertlər, ustad dərsləri keçirildi. Azərbaycan mədəniyyətinin təbliğinə yönələn bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılmasına xidmət etmişdir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin

deputatı Mehriban xanım Əliyeva Azərbaycan üçün çox işlər görmüşdür. Amma onun siyasətçi və ictimai xadim kimi potensialı bununla tükənmir. Əsas dəstək isə onu sevən adi vətəndaşlardan və təbii ki, ailəsindən

gəlir. Çoxşaxəli, həmçinin, gərgin ictimai fəaliyyətinə baxmayaraq, Mehriban xanım Əliyeva dövlətimizin

başçısının ən yaxın silahdaşı kimi xalqımızın rifahı naminə çətin və gərəkli yoldadır. Bu yol Azərbaycanımıza

yeni uğurlar gətirəcək zəfər yoludur.

RƏFİQƏ KAMALQIZI.

“Səs”.-2010.-12 avqust.-N 145.-S.4.

Page 48: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

48

“Yeniləşən Azərbaycana yeni məktəb"

Heydər Əliyev Fondu bu sahədə uğurlu layihələrini davam etdirir

Modernləşmə, müasirləşmə, dünyaya inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə

edilməsi və digər bu kimi məqsədyönlü işlər Heydər Əliyev Fondunun üzərinə düşən vəzifələrdəndir. Bu

qurum təhsilin, səhiyyənin, mədəniyyətin, incəsənətin, idmanın inkişafına xidmət edən konkret layihələrlə

yanaşı, regional inkişaf tədbirlərinə də yaxından dəstək verir. Heydər Əliyev Fondunun prezidenti,

YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın

təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə

böyük əks-səda doğurmuşdur. Təhsilin ölkənin gələcəyi üçün olduqca əhəmiyyətli bir sahə olduğunu

nəzərə alan Fondun rəhbəri bu istiqamətdə möhtəşəm tədbirlərə imza atmış, gənc nəslin formalaşmasına

böyük töhfələr vermişdir. Fondun yaradılmasının beş illik yubileyində Prezident İlham Əliyevin qeyd

etdiyi kimi, respublikada ilk məktəb tikintisi məhz bu Fondun xətti ilə geniş vüsət almışdır. Sonra həmin

təşəbbüs dövlət tərəfindən əsas götürülərək bütün ölkə miqyasında həyata keçirilmişdir.

Bu gün müstəqil Azərbaycanda təhsil sistemində irimiqyaslı islahatlar prosesi artıq dönməz xarakter almış, Prezident İlham Əliyevin təhsil sisteminə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın

sabahını təmin edəcək İnkişaf Proqramları təsdiq olunaraq reallaşdırılmağa başlanmış, Azərbaycan təhsilinin

davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülmüşdür. Bu tədbirlər içərisində təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi də prioritetlər sırasındadır. Ümummilli liderin dövlətçilik irsini

öyrənən və təbliğ edən, irimiqyaslı proqramların həyata keçirilməsinə dəstək verən Heydər Əliyev Fondu

genişmiqyaslı fəaliyyətə başladığı gündən xalqın mənəvi sərvətinin və milli mədəniyyətinin sadiq keşikçisinə çevrilərək, təhsilə də yardımı prioritet istiqamət elan edib. Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya

qoyduğu əsas məqsəd Azərbaycanda bu sahəni müasir dünyanın tələbləri səviyyəsində qurmaq, milli təhsil

modelinin gerçəkləşdirilməsinə zəmin formalaşdırmaqdır.

Qeyd etmək lazımdır ki, 2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu ulu öndərin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparmaqla yanaşı,

cəmiyyətin hərtərəfli inkişafı üçün son dərəcə əhəmiyyətli olan bir sıra xeyirxah və nəcib layihələrin

gerçəkləşməsində də yaxından iştirak edir, milyonlarla insanın inam və etimadını qazanır. 2005-ci ildən Fond tərəfindən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı

cəmiyyətdə böyük rezonans yaratdı. Çünki bu layihənin həyata keçirilməsi cəmiyyətin ən böyük uğuru və

qiymətli qazancı idi. Heydər Əliyev Fondunun bu proqramı təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin

həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətləndirildi. Bu sahədə real vəziyyəti qiymətləndirmək üçün Fondun prezidenti Mehriban xanım

Əliyevanın təşəbbüsü ilə ölkədəki məktəb binalarının vəziyyəti öyrənilib. Monitorinqlər göstərib ki, bir çox

məktəblərdəki şəraitin yarıtmaz vəziyyətdə olması təhsilin keyfiyyətinə təsir edən mühüm amildir. İctimai dəstəyi vacib hesab edən Heydər Əliyev Fondu cəmiyyətin ən müxtəlif təbəqələrinin diqqətini bu məsələyə

yönəltmək məqsədi ilə 2005-ci ilin iyununda müvafiq qurumların, habelə, beynəlxalq təşkilatların iştirakı ilə

"dəyirmi masa" keçirib. Proqramın həyata keçirilməsi məqsədi ilə 100, 200 və 240 şagird yerlik məktəb layihələri hazırlanıb. Layihənin həyata keçirilməsi ilə bağlı fondun prezidentinin cəmiyyətə ünvanladığı

əməkdaşlıq çağırışı geniş əks-səda doğurub. Bu gün Azərbaycanın müxtəlif bölgələrində hətta ucqar dağ

kəndlərində belə, məktəb tikintisi geniş vüsət alıb. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin icrasının

ən vacib məqamlardan biri onun paytaxtla yanaşı, regionlarda da icra olunması idi. Layihənin icrası nəticəsində ancaq ilk 4 ayda ölkədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 132 yeni məktəb tikilərək istismara verildi.

"Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana

uyğunlaşdırılan bu məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunub.

Xüsusi qeyd etmək lazımdır ki, 2005-ci ildə ölkədə inşa edilmiş 49732 şagird yerlik 328 yeni məktəbdən

22060 şagird yerlik 132 məktəb, yəni məktəblərin 40 faizi bilavasitə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmişdir. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı öz coğrafiyasına görə

bütün ölkəni əhatə etmişdir. Ən əhəmiyyətlisi odur ki, on illərlə təmir edilməmiş, tam yararsız və qəza

vəziyyətində olan, təlim-tərbiyə üçün heç bir şəraiti olmayan məktəblərin yerində müasir standartlara uyğun

yeni binalar inşa edilmiş, keyfiyyətli avadanlıqlarla təmin olunmuş və şagirdlərin istifadəsinə verilmişdir.

Page 49: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

49

Ümumiyyətlə, Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində bu illər ərzində 43770

şagird yerlik 226 yeni məktəb binası tikilmişdir. Bütövlükdə isə 2004-2008-ci illərdə 300-ə yaxın yeni məktəb,

internat məktəbi, uşaq bağçası və körpələr evi inşa edilmiş, təmir olunmuş və texniki avadanlıqlarla təchiz

edilərək uşaqların ixtiyarına verilmişdir. 2009-cu ildə isə 1600 yerlik 6 məktəb binası tikilmişdir. 40-dan çox təhsil ocağı, o cümlədən, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 31 internat məktəbi əsaslı təmir olunub

müasir avadanlıqlarla təchiz edilmişdir.

Fondun təhsillə bağlı həyata keçirdiyi proqramlar sırasında "Təhsilə dəstək" layihəsi - birbaşa tədrisin keyfiyyətinə təsir göstərən problemlərin həllinə - məktəblərin əyani vəsaitlə, şagirdlərin dərs ləvazimatı ilə

təmin olunmasına yönəlib. Fond hər yeni tədris ilində silsilə aksiyalar keçirməklə bu sahədə bir sıra

problemlərin aradan qaldırılmasına əhəmiyyətli töhfə verir. 2004-cü ildən başlayaraq Fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan 1-ci sinif şagirdlərinə məktəbli çantaları və dərs ləvazimatı paylayır. Artıq son

bir neçə ildir bu proses ölkədəki bütün orta məktəbləri əhatə edir. 2008-2009-cu tədris ilində Fond tərəfindən

ölkədə 130 min birinci sinif şagirdinə 16 adda ləvazimatla təmin edilən çanta paylanıb. Bununla yanaşı, Fondun

hazırladığı 140 adda əyani vəsait də məktəblərə göndərilib. Heydər Əliyev Fondu respublikadakı milli azlıqların təhsilinin inkişafına da diqqət göstərir. Fond "Təhsilə

dəstək" proqramı çərçivəsində Qax rayonunun Qax-İngiloy kənd orta məktəbinin 1-2-ci sinif şagirdlərinə gürcü

dilində nəşr edilən yeni dərsliklər və məktəb ləvazimatı təqdim edib. "Təhsilə dəstək" layihəsi məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulmasını da əhatə edir. Layihə çərçivəsində bölgələrdə və Bakı

kəndlərində uşaq bağçaları əsaslı təmir olunaraq, müasir avadanlıqla təchiz edilib. Nərimanov rayonunda

akademik Zərifə Əliyeva adına uşaq bağçası və Binə qəsəbəsindəki uşaq bağçaları yenidən qurulub və ən müasir standartlara uyğunlaşdırılıb. Heydər Əliyev Fondunun təhsilə qayğısının coğrafiyası getdikcə genişlənir. Artıq

dünyada nüfuzlu qurum kimi tanınan Fond xeyriyyəçilik missiyasını bir necə ölkədə uğurla davam etdirir.

Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin aradan qaldırılması üçün hər il dövlət xətti

ilə yanaşı, Fond tərəfindən də böyük yardım edilməsini bu ölkədə yaşayan soydaşlarımız dərin minnətdarlıq hissi ilə qarşılayır. Moskvada fəaliyyət göstərən Azərbaycan məktəblərinə göstərilən müntəzəm qayğı xüsusilə

qeyd olunmalıdır. Burada Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın fəaliyyəti

diqqəti cəlb edir. 2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi də Fondun diqqətindən kənarda qalmayıb, məktəbə kompyuter dəsti və dərs vəsaiti göndərilib.

Heydər Əliyev Fondunun 2005-ci ildən BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi görmə

qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına

çıxışın təmin edilməsi layihəsi də Azərbaycan ictimaiyyətində böyük maraqla qarşılandı. Layihə bu kateqoriyadan olan insanların həyata qoşulmasına, onların informasiya kommunikasiya vasitələri ilə bilik və

məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, onların məşğulluğunun artırılmasına, ümumən bu

insanların yaşayış tərzini yaxşılaşdırmağa xidmət etdi. Layihənin həyata keçirilməsi nəticəsində səsyazma studiyası yaradıldı. Studiya daxilində kitabxana quruldu. Bu da görmə qabiliyyətini itirən uşaqlara kitabları

audiovariantda mənimsəmələri üçün unikal imkanlar açdı, onların brayl texnologiyasından istifadə imkanları

asanlaşdırıldı. Ulu öndərin adını daşıyan Fondun təhsillə bağlı ölkədə həyata keçirdiyi bu müdrik missiya əslində

Prezident İlham Əliyevin hakimiyyəti dövründə təhsillə bağlı görülən işlərin məntiqi nəticəsdir. Çünki dövlət

başçısı özü də Azərbaycanın xoşbəxt gələcəyinin təmin olunmasında təhsilin oynadığı rola inanır və bu

istiqamətdə mühüm addımlar atır. Bu gün bütün gücü ilə bu prosesə qoşulan Azərbaycanda həyata keçirilən təhsil islahatları ölkəmizin

demokratik dayanışmaya, elmin və təhsilin dəyərlərinə sadiqliyini göstərir. Beləliklə, 170 min müəllimi,

ümumilikdə, 300 min təhsil işçisi olan Azərbaycan indi qloballaşan dünyanın dəyərlərinə məhz təhsil və elm sayəsində qovuşur.

RƏFİQƏ KAMALQIZI.

“Səs”.-2010.-13 avqust.-N 146.-S.6.

Page 50: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

50

Dövrümüzün xoşməramlı səfiri

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda qan bankı ilə bağlı simpozium keçiriləcək

Əhalinin sağlamlığı, onun sosial rifahının təmin edilməsi, bütün sahələr kimi, dövlətin diqqətində

olan məsələlərdən biridir. Müxtəlif sahələrdə aparılan quruculuq işləri, islahatlar dövlətin inkişafına

təsirini göstərməkdədir. Bütün görülən işlərin məntiqi nəticəsi olaraq, artıq Azərbaycan dünyanın inkişaf

etmiş ölkələri sırasında öz nüfuzu ilə seçilir. Dövlətin maraqları nəzərə alınaraq görülən bu işlərdə əsas

məqsəd insanların gələcəyini təmin etməkdir. Bütün bunlarla yanaşı, əhalinin sağlamlığının təmini də bu

istiqamətdə görülən işlərin davamı olaraq həyata keçirilir.

Müstəqil Azərbaycanda ümummilli lider Heydər Əliyev ideyalarının geniş planda həyata keçirilməsi,

məhz dövlətimizin imicinin yüksəlməsinə gətirib çıxarıb. Ölkəmizdə Heydər Əliyev ideyalarını davam etdirən və mövcud prinsiplər və ənənə ilə fəaliyyət göstərən, eləcə də, Heydər Əliyev ideyalarını yaşadan və Onun adını

daşıyan Heydər Əliyev Fondunun şaxəli fəaliyyəti Azərbaycanın sosial, iqtisadi, mədəni həyatında əks-səda

doğuraraq birmənalı qəbul edilir. Əhalinin sosial həyatının dəyişdirilməsi, onun rifahının yüksəldilməsi Heydər

Əliyevin bu və digər sahələrdə apardığı siyasətin məntiqi davamı olaraq ortaya çıxır. Mövcud potensial, baza əsasında iş prinsiplərinə uyğun bir şəkildə fəaliyyət dairəsini genişləndirən Fond beynəlxalq miqyaslı layihələrlə

xidmət göstərir. Hər bir addımı böyük təntənəyə səbəb olan Fond xüsusilə humanitar missiyada fəaliyyət

proqramının həyata keçirməklə bütün yaş həddində olan vətəndaşların qayğı və problemlərin təminatçısına çevrilib. Belə ki, ölkə ərazisində uşaq bağçalarının, orta məktəblərin, səhiyyə müəssisələrinin təmir və inşası,

eləcə də, əqli, fiziki cəhətdən zəif, qüsurlu olan uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi dayaq

olması, şəkərli diabet, böyrək çatışmazlığından əziyyət çəkənlərə pulsuz və yüksək səviyyədə yardım və kömək göstərilməsi Heydər Əliyev Fondunun qısa bir zaman məsafəsində gördüyü işlərin təntənəsi kimi qəbul olunur.

Məhz bu görülən işlərin nəticəsidir ki, Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,

Milli Məclisin deputatı Mehriban xanım Əliyeva fəaliyyətdə olduğu zaman məsafəsində müxtəlif ölkələrin

rəsmi nümayəndələri tərəfindən yüksək titullara - orden və medallara layiq görülür. Artıq demək olar ki, dünyada tanınan və imic qazanan Fond öz humanizmini beynəlxalq aləmə prinsipial olaraq təqdim edir.

Mehriban Əliyeva Azərbaycanda əhalilinin sağlamlığının bir növ qoruyucusuna çevrilib, bu sayda missiyaları

həyata keçirən Fondun prezidenti Mehriban Əliyeva dünya standartlarına uyğun layihələri ilə zamanın xoşməramlı səfiridir. Fondun əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması,

mövcud problemlərin aradan qaldırılması, vətəndaşlarımızın ölkədə və xaricdə müalicəsinə kömək məqsədi ilə

həyata keçirdiyi irimiqyaslı proqram layihələri nəticəsini göstərməkdədir. Belə ki, Mehriban xanım Əliyeva

Fondun humanitar yardım çərçivəsində əldə etdiyi böyrək hemodializ aparatları ilə bir sıra tibb müəssisələrini təmin etmişdir. Tibbi avadanlıqlar Almaniyanın "Fresenius Medical Care" şirkəti tərəfindən Heydər Əliyev

Fonduna bağışlanan humanitar yardımdır. "Fresenius Medical Care" şirkəti ilə 2006-cı ildən başlanan

əməkdaşlığın uğuru bahalı hemodializ aparatının hədiyyə olunmasına gətirib çıxarmışdır. Mehriban xanım Əliyevanın dünyanın bir sıra nüfuzlu tibb şirkətləri ilə beynəlxalq əməkdaşlığı

çərçivəsində Fonda xeyli tibbi avadanlıq daxil olunmuşdur. Bunun sayəsində daha çox xəstə dövlət tərəfindən

hemodializlə təmin olunur. Artıq regionlardakı müalicə ocaqlarında da belə aparatlar quraşdırılmışdır. Hazırda respublika üzrə 1200 xəstə dövlət tərəfindən hemodializlə təmin olunur.

Heydər Əliyev Fondu səhiyyə sahəsində növbəti humanitar aksiya həyata keçirərək, Fransanın ən güclü

əczaçılıq qrupu olan "Servyer" şirkəti ilə birgə diabetli insanın müalicəsini dərmanla təmin etmişdir. Onlardan

biri "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsidir. Fondda layihənin təqdimatından sonra ictimaiyyətin, yerli və xarici təşkilatların diqqəti ölkəmizdə diabetli uşaqların probleminə cəlb edilmiş, bu xəstəliyə tutulmuş 14

yaşadək 310 uşağın dərmanlarla təmin olunmasındakı çətinliklər aradan qaldırılmışdır. Bu iş davam etdirilir,

diabetdən əziyyət çəkən uşaqlar və böyüklər insulin, digər dərmanlar və qlükometr sarıdan korluq çəkmirlər. Fondun dəstəyi ilə uşaqlar üçün qastroenteroloji sanatoriya, psixo-nevroloji mərkəz istifadəyə

verilmişdir. Beynəlxalq əməkdaşlıq çərçivəsində dünyanın tanınmış şirkətləri tərəfindən Fonda təqdim olunmuş

hemodializ və endoskopik aparatlar hazırda müvafiq tibb müəssisələrində uğurla tətbiq olunur. Bu görülən işlərin davamı olaraq Almaniyanın "Karl-Storz" şirkəti Heydər Əliyev Fonduna 160 min avro

dəyərində endoskopik avadanlıq bağışlamışdır. Urologiya sahəsində tətbiq olunacaq bu müasir avadanlıq

xəstələrə açıq əməliyyat aparılmadan müalicə olunmağa imkan yaradır.

Page 51: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

51

Xatırladaq ki, səhiyyə yönümlü layihələr Heydər Əliyev Fondunun fəaliyyətində xüsusi yer tutur. Ölkədə

uşaqlar arasında mövcud olan talassemiya xəstəliyinin qarşısının alınması üçün preventiv tədbirlər,

maarifləndirmə işlərinin aparılması, qan testlərinin keçirilməsi, xəstəliyin müalicəsi, sümük iliyinin köçürülməsi

ilə bağlı məsələlər müzakirə edilib, artıq nəticəsi də bəllidir. Belə ki, paytaxtımızda inşa olan Talassemiya Mərkəzi Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirildi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən və

bu gün istifadəyə verilən Talassemiya Mərkəzi həmin xəstəliyə düçar olanlar və onların yaxınların ümid yerinə

çevrildi. Uşaqların sağlamlığının qorunması fəaliyyətinin prioritet istiqamətlərindən biri olan Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunmuş mərkəzi ən müasir avadanlıqla

təmin edilmiş və talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü

donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə,

ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasına nail yönəlmişdir. Qeyd edək ki, yaxın gələcəkdə burada

talassemiyanın radikal müalicəsi üsulunun tətbiqi də nəzərdə tutulur. Bu isə xəstənin tam sağalması deməkdir.

Burada quraşdırılan avadanlıq müalicənin ən yüksək səviyyədə aparılmasına şərait yaradır. Paytaxtımızda yeni müalicə mərkəzinin istifadəyə verilməsi Heydər Əliyev Fondunun əhalinin

sağlamlığının qorunması işinə ən dəyərli töhfələri kimi qiymətləndirilir. Talassemiyadan əziyyət çəkən uşaqlara

göstərilən bu qayğı humanizmin ən nümunəvi göstəricisidir. Bu günlərdə Heydər Əliyev Fondunun talassemiya xəstəliyi ilə bağlı eksperti, Türkiyə Talassemiya

Federasiyasının və Ağ dəniz Qan Xəstəlikləri Fondunun rəhbəri Duran Canatan Anadolu agentliyinə

müsahibəsində bildirmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səhiyyə sahəsində həyata keçirdiyi proqramlar çox uğurludur. O talassemiya xəstəliyinə qarşı

mübarizədə Heydər Əliyev Fondu ilə əməkdaşlıq edəcəyini bildirmişdir. Bu məqsədlə "Azərbaycanda

talassemiyasız həyat" kampaniyası çərçivəsində lazımi hüquqi tədbirlər görüləcək və sentyabr ayından təlim

proqramlarına başlanacaqdır. Həyata keçiriləcək tədbirlər nəticəsində 3 il müddətində Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısı tamamilə alınacaq və beləliklə, ölkə büdcəsinə 13 milyon

manat qənaət olunacaqdır. Qeyd edim ki, həmin layihə əsasında Mehriban xanım Əliyevanın tapşırığına əsasən,

Azərbaycanda mütəxəssislərin yetişdirilməsi üçün könüllü həkimlər Bakıya səfər edəcəklər. Noyabr ayında isə Azərbaycanda qan bankı ilə bağlı simpozium keçiriləcəkdir.

Fond tərəfindən ardıcıl olaraq Azərbaycan ərazisində talassemiya və hemofiliyalı xəstələrə yardım

məqsədi ilə "Donor günü" də keçirilir. Keçirilən qanvermə aksiyasında əhali könüllü olaraq iştirak edir.

Fond səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi işində də yardımçı olur, təbabətin ən müasir metod və nailiyyətlərindən istifadə üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir. Bu əməkdaşlıq

əsasında artıq bir neçə lokal layihə həyata keçirilmişdir.

Nəzakət ƏLƏDDİNQIZI.

“Səs”.-2010.-14 avqust.-N 147.-S.3.

Page 52: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

52

Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsi

qaliblərinin Avropa ölkələrinə səfərləri təşkil olunub

Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblilər arasında keçirilmiş inşa müsabiqəsində qalib gəlmiş

20 şagirdin Fransa, Almaniya, Niderland və Belçika krallıqlarına səfərləri təşkil edilmişdir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təşkil edilən səfər Fransanın paytaxtı Parisdən başlamışdır.

Heydər Əliyev Fondundan AzərTAc-a bildirmişlər ki, məktəblilər həmçinin Almaniyanın Köln şəhəri ilə

tanış olmuş, Belçikanın Brüssel, Brüqqe, Namur və Dinant şəhərlərinə səfər etmiş, Niderland Krallığının

paytaxtı Amsterdamın tarixi yerlərini, muzeylərini gəzmişlər. Zəngin təəssüratla yadda qalan səfərin son günündə nümayəndə heyəti Brüssel yaxınlığındakı Vaterloo şəhərini gəzmiş, tarixi keçmişi yaşadan muzeyləri

ziyarət edərək maraqlı məlumatlar əldə etmişlər.

Xatırladaq ki, ənənəvi olaraq keçirilən "Heydər Əliyev uşaqların gözü ilə" inşa müsabiqəsində 600 mindən artıq şagird iştirak etmişdir. Yarışmanın son mərhələsində 96 şagird seçilmiş və münsiflər heyətinin

qərarına əsasən 21 şagird müsabiqənin qalibi olmuşdur. Onlardan beşi 1-ci yerə, daha beş nəfəri 2-ci yerə, on

biri isə 3-cü yerə layiq görülmüşdür.

Fərqlənən 56 şagird Fəxri fərmanla mükafatlandırılmış, 87 məktəblinin inşa yazısı kitab halında nəşr olunmuşdur. Onlardan 10-u Naxçıvan Muxtar Respublikasındandır.

“Azərbaycan müəllimi”.-2010.-20 avqust.-N 32.-S.1.

Page 53: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

53

Azərbaycan həqiqətlərinin carçısı

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkliklərin beynəlxalq ictimaiyyətə

çatdırılması Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdəndir

Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda milli maraq və mənafeyini layiqincə müdafiə

edən Azərbaycanın yeni dünya nizamının reallıqlarına cavab verən tarazlı xarici siyasətinin uğurlarını

təmin edən mühüm amillərdən biri də məhz "hücumçu diplomatiya"dır. Bir vaxtlar dünya informasiya

məkanına çıxış imkanları son dərəcə məhdudlaşdırılan, haqq səsi eşidilməyən respublikamız üzləşdiyi

ədalətsiz blokadanı yarmaqla, milli həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq yönümündə yaxşı

imkanlar qazanmışdır.

Ölkəyə rəhbərlik etdiyi son 7 ildə milli maraqlara söykənən fəal xarici siyasət yeridərək: "Biz müdafiədə deyil, hücumda olmalıyıq!" - deyən Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı

həqiqətlərin beynəlxalq aləmə çatdırılmasını, işğalçının ən müxtəlif səviyyələrdə ifşasını, bədnam erməni

lobbisinə qarşı effektiv əks-hücumun təşkilini vətəninə bağlı hər bir azərbaycanlının ümdə vəzifəsi sayır. Son

illər Azərbaycanın xaricdəki diasporu, səfirlikləri ilə yanaşı, ayrı-ayrı ictimai qurumların - dərnəklərin, qeyri-hökumət təşkilatlarının, cəmiyyətlərin də bu prosesdə iştirakının intensiv xarakter alması isə son dərəcə

sevindiricidir. Milli mənafelərə xidmət edən strateji əhəmiyyətli layihələri uğurla reallaşdıran, cəmiyyətin böyük

rəğbətini və dəstəyini qazanan Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin milli-mənəvi irsinin dünya miqyasında tanıdılması istiqamətindəki ardıcıl və sistemli

fəaliyyəti bu baxımdan xüsusi vurğulanmalıdır.

Fondun Azərbaycanın zəngin mədəni-mənəvi irsinin dünyaya təbliğinə, muğamların, aşıq musiqisinin bəşəriyyətə tanıdılmasına, sivilizasiyalararası dialoq məkanının genişləndirilməsinə, eyni zamanda, maarifçiliyə

xidmət edən çoxsaylı layihələrinin qayəsində yalnız bir məqsəd dayanır: Azərbaycan xalqının milli mənafeyinin

qorunması ilə bağlı həyata keçirilən dövlət siyasətinə dəstək vermək! Fond bu məqsədi müxtəlif beynəlxalq

qurumlarla münasibətləri genişləndirməklə, YUNESKO və İSESKO kimi mötəbər təşkilatlarla qarşılıqlı faydalı əlaqələr qurmaqla həyata keçirir. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün

bütün mövcud imkanlardan istifadə edir, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışır. Fond Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı

nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər keçirir, Dağlıq Qarabağ

münaqişəsində xalqımızın üzləşdiyi faciələri əyani şəkildə göstərən filmlərin, fotosənədlərin, kitabların, digər

kütləvi nəşrlərin çapını və yayılmasını təmin edir. Bu məqsədlə müxtəlif internet saytları yaradılır, xarici kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunur.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin

deputatı Mehriban xanım Əliyeva Cenevrədə Dünya Səhiyyə Təşkilatının 60-cı sessiyasında demişdir: "Mən beynəlxalq ictimaiyyətin diqqətini bir daha ən böyük problemimizə cəlb etmək istəyirəm. Bu da Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ərazimizin Ermənistan tərəfindən işğal edilməsinin bizim

təhsilimiz, mədəniyyətimiz üçün çox ağrılı nəticələri olmuşdur. İşğal olunmuş ərazilərdə məktəblər, tarixi abidələr, muzeylər yerlə-yeksan edilmişdir. Etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox qaçqın və

məcburi köçkün yaranmışdır...Biz bu münaqişənin beynəlxalq hüquq əsasında və Azərbaycanın ərazi bütövlüyü

çərçivəsində tezliklə həllinə ümid edirik".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın ifşası baxımından Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdirdiyi kitablar

mühüm əhəmiyyətə malikdir. İngilis, fransız, ərəb, alman, rus dillərində "Qarabağ həqiqətləri" bukletlər

toplusunun hazırlanması, Azərbaycanın xaricdəki səfirlikləri, diaspor təşkilatları, habelə yerli qeyri-hökumət təşkilatları vasitəsilə yayılması bu istiqamətdə son dərəcə uğurlu layihələrdən biri olmuşdur. Bukletlər toplusu

"Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana

qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitablarından ibarətdir. Layihənin davamı olaraq Heydər Əliyev Fondu Xarici İşlər Nazirliyi ilə birgə "Azərbaycana qarşı

müharibə: Mədəni irsin hədəfə alınması" kitabını ingilis dilində çapdan buraxmışdır. Kitaba işğal olunmuş

Azərbaycan rayonlarının hər birində olan mədəni sərvətlərin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində,

Page 54: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

54

işğal altındakı torpaqlarda tarixi-mədəniyyət abidələrinin əvvəlki və hazırkı vəziyyətini əks etdirən

videomateriallar əlavə edilmişdir.

Azərbaycan həqiqətlərini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini

beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verən Heydər Əliyev Fondu 2007-ci ildən başlayaraq hər il dünyanın bir sıra böyük şəhərlərində - Moskvada, Berlində, Strasburqda, Buxarestdə, Cenevrədə, Ankarada,

İstanbulda, Parisdə, Vaşinqtonda, Nyu-Yorkda, Varşavada, Londonda, Dubayda, Haaqada, Kiyev və Tbilisidə

Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar keçirir. Xarici ölkələrdə təşkil olunan bu tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də kütləvi informasiya

vasitələrinin nümayəndələri dəvət olunur. Anma mərasimlərində fondun hazırladığı "Xocalı soyqırımı" filmi ilə

yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyalar nümayiş olunur. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsinin, əl işlərinin,

fotoşəkillərinin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgisi beynəlxalq ictimaiyyətdə XX əsrin ən böyük

faciəsi barədə dolğun təsəvvür formalaşdırır. Bu mərasimlərdə fondun nəşr etdirdiyi "Qarabağ həqiqətləri"

toplusu və "Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması" kitabları paylanır. Yeri gəlmişkən bildirək ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) də 2010-cu ilin

fevral ayında Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı Strasburq şəhərində keçirdiyi etiraz aksiyasında məhz

Heydər Əliyev Fondunun hazırladığı bu əyani təbliğat vəsaitlərini yaymışdır. Eyni zamanda, mayın 29-da ATXƏM-in "Dağlıq Qarabağ probleminin həllində türkdilli dövlətlərin ictimai və diaspor təşkilatlarının

dəstəyinin artırılması" layihəsi çərçivəsində Ankara şəhərində təşkil etdiyi beynəlxalq konfransda da Heydər

Əliyev Fondunun əyani vəsaitlərindən geniş istifadə olunmuşdur. Xocalı faciəsinə beynəlxalq miqyasda qiymət verilməsi istiqamətində atılan addımlar çərçivəsində 2008-

ci il fevralın 14-də Berlində "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər" adlı elmi konfrans da

mühüm əhəmiyyət kəsb etmişdir. Heydər Əliyev Fondunun, Azərbaycanın Almaniyadakı səfirliyinin, Qarsdakı

Baş Konsulluğunun və İqdır bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən konfrans iştirakçıları bəşəriyyət tarixində ən amansız və qanlı qırğınlardan biri olan Xocalı faciəsinə beynəlxalq hüququn bütün tələbləri ilə qiymət

verilməsini tələb etmişlər.

Fondun Qarabağ həqiqətlərinin yayılması sahəsində növbəti mühüm addımı isə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun mütəxəssisləri ilə birgə "Pirlər və müharibə" kitabının

hazırlanmasıdır. Kitabda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində - Şuşa,

Laçın, Kəlbəcər, Ağdam, Füzuli və digər rayonlarda düşmən tapdağı altında qalan ziyarətgahlar, dağıdılmış

tarixi memarlıq abidələri, pirlər haqqında ətraflı məlumatlar verilmişdir. Fond hərbi vətənpərvərlik ideyalarının təbliği məqsədilə 2006-2008-ci illərdə Azərbaycan tarixi ilə bağlı məlumatların, o cümlədən hərbçilər üçün

yararlı olacaq bilgilərin yer aldığı "Hərbçinin qeyd-yaddaş kitabçası"nın, "Hərbi and" qəzetinin nəşrini də

həyata keçirmişdir. Ölkə reallıqlarının internet şəbəkəsi vasitəsilə dünyaya yayılması və xalqın min illər boyu yaratdığı

maddi-mənəvi dəyərlərin dünyaya tanıdılması məqsədilə 2005-ci ildə fond tərəfindən materialların həcminə,

zənginliyinə və əhatəliliyinə, habelə istifadə olunmuş texnologiyalara görə ölkədə analoqu olmayan "Azərbaycan" (www.azerbaijan.az) internet portalı yaradılmışdır. İstifadəçilərinin sayı milyonlarla olan portalda

Azərbaycanın bu günü, tarixi keçmişi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti ilə

bağlı məlumatlar yerləşdirilmişdir. "Azərbaycan" internet portalı zəngin informasiya mənbəyi kimi ölkə

həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz rol oynayır. Fondun ən mühüm mədəniyyət layihələrindən biri olan "Qarabağ xanəndələri" adlı albom da özlüyündə

mühüm təğliğati - siyasi məzmuna malikdir. Azərbaycana məxsus muğamların toplandığı alboma ad kimi

"Qarabağ xanəndələri" adının seçilməsinin arxasında dayanan incə siyasi məqamı sezməmək də mümkün deyildir. Bu layihə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı, muğamın isə bu torpağın

dünyaya bəxş etdiyi nadir sənət nümunəsi olduğunu nümayiş etdirmək məqsədindən irəli gəlmişdir. Albom ilk

dəfə YUNESKO-nun qərargahında - xoşməramlı səfirlərin illik toplantısında təqdim olunmuş, böyük diqqət və maraq cəlb etmişdir. Təqdimat mərasimində çıxış edən Mehriban xanım Əliyeva demişdir: "Balaca muğam

ifaçılarını, adətən, "Qarabağ bülbülləri" adlandırırlar. Bu gün Qarabağın sakinləri olan məcburi köçkünlərin

düşərgələrində böyüyən uşaqlar daha muğam oxumurlar, onların arasında belə Qarabağ bülbülləri son dərəcə

azdır. Oxumaq üçün onlara Qarabağ dağları, Qarabağ təbiəti, Qarabağ torpağı lazımdır. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyov və Bülbül kimi belə böyük korifeylərinin Şuşada doğulduqlarını demək

kifayətdir".

Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə filiallarının açılması da Azərbaycan həqiqətlərini ayrı-ayrı ölkələrdə yaymaq, milli mədəniyyəti təbliğ etmək, habelə diaspor hərəkatının genişlənməsinə yardımçı olmaq

Page 55: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

55

niyyətinin təzahürüdür. Fondun Rusiyada, ABŞ-da, Rumıniyada, Türkiyədə, Böyük Britaniyada filiallarının

açılması da qarşıya qoyulmuş bu məqsədlərin gerçəkləşdirilməsi üçün ardıcıl və sistemli şəkildə iş aparırlar. Bu

baxımdan fondun Moskva filialının həyata keçirdiyi tədbirlər xüsusi vurğulanmalıdır. Nümayəndəliyin rəhbəri

Leyla xanım Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində "Xocalıya ədalət !" kampaniyasına start verməsi də bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı

həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.

İslam Konfransı Təşkilatına üzv ölkələr fondun Rusiya nümayəndəliyinin təşəbbüsünü dəstəkləyərək 26 fevral - Xocalı soyqırımı gününün "Humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü" kimi qeyd

olunması barədə qərar qəbul etmişlər. 2009-cu ildən 26 fevral tarixi islam ölkələrində humanitar fəlakətlər

qurbanlarının xatirəsini anma günü kimi geniş miqyasda qeyd olunur. Bütün bunlar göstərir ki, fəaliyyəti insanpərvərlik, xeyirxahlıq, mərhəmət, humanizm kimi mənəvi

ideallara söykənən Heydər Əliyev Fondu həm də ölkə həqiqətlərinin dünya miqyasında yayılması,

Azərbaycanın üzləşdiyi təcavüzkarlıq siyasətinin ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun

bu istiqamətdəki fəaliyyəti, əslində, ölkədəki digər qeyri-hökumət təşkilatları üçün də örnək, nümunədir. İnanırıq ki, həqiqi vətənpərvərliyə və humanizmə əsaslanan bu missiya qarşıdakı illərdə də layiqincə davam

etdiriləcək, Azərbaycanın üzləşdiyi ədalətsizliklərin aradan qaldırılması prosesinə sanballı töhfə olacaqdır.

İlham İSMAYILOV,

Azərbaycanlıların və digər Türkdilli Xalqların

Əməkdaşlıq Mərkəzinin sədri

“Azərbaycan”.-2010.-25 avqust.-N186.-S.4.

Page 56: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

56

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətində

elm və təhsilə qayğı xüsusi yer tutur

Yeni dünya nizamı dünya siyasətinin transmilliləşməsi, qloballaşmanın qarşısıalınmaz prosesə

çevrilməsi ilə səciyyələnsə də, hər bir xalqın milli özünəməxsusluğunun qorunub saxlanması zərurətindən

irəli gələn, "lokalizasiya" adlanan əks cərəyan da özünü qabarıq göstərir. Getdikcə dövlət daha çox

minilliklərin sınağından çıxmış milli ənənə və dəyərlərini təhdid edən total mədəniyyət ünsürlərinə qarşı

çıxır. Müxtəlif beynəlxalq təşkilatlar milli-mədəni suverenliyin yad təsirlərdən hifz olunması ilə bağlı

həyəcan təbili çalırlar. Aşkar görünür ki, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin

tapılması bu gün qloballaşan dünyada sülh və sabitliyin, əmin-amanlığın, dinc-yanaşı yaşamağın vacib

meyarına çevrilmişdir.

Azərbaycan xalqına xas zəngin ənənələrin qorunub saxlanılması və inkişaf etdirilməsi milli-mənəvi

dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi müasir dövrdə xüsusilə aktualdır. Bu aktuallıq geostrateji mövqeyinə görə çeşidli dünyagörüşü və həyat tərzinin, mədəni dəyərlərin, dini konfessiyaların qovuşduğu Azərbaycanın milli-

etnik tərkibi ilə dünyanın ən tolerant dövlətlərindən birinə çevrilməsi ilə şərtlənir. Əsrlərin sınağından çıxmış

mədəniyyətini, mənəvi dəyərlərini, adət-ənənələrini hifz etməyi bacaran Azərbaycan xalqı ümumbəşəri mütərəqqi dəyərlərə tolerant münasibət bəsləməklə, müasirliyə və yeniliyə can atır. Xalqımız bu mürəkkəb

sosial mədəni prosesin təkcə coğrafi deyil, həm də mənəvi təzahürünü, Qərb və Şərq mədəniyyətinin dialoqunu

da gündəlik həyatında hiss edir. Təsadüfi deyildir ki, xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf

etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Azərbaycanda mədəni müxtəlifliyin təmin olunmasına, bəşəriyyətin nicatına, insanlığın yüksəlişinə

xidmət edən nəcib və humanist dəyərlərin inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri də xüsusi

vurğulanmalıdır. Azərbaycanın birinci xanımı xalqın milli varlığının və özünəməxsusluğunun təcəssümü kimi

əsrlər boyu formalaşmış zəngin mənəvi irsi, milli düşüncə və dəyərlər sistemini yad təsirlərdən qorumaq, zəngin mədəniyyətini bəşər miqyasında təbliğ etmək kimi çətin və şərəfli vəzifənin öhdəsindən layiqincə gəlir.

Son 6 ildə ulu öndər Heydər Əliyevin ali ideyalarına tapınan, dövlət başçısı İlham Əliyevin həyata

keçirdiyi çoxşaxəli siyasətə sanballı töhfəsini verən Heydər Əliyev Fondu Azərbaycan xalqının milli

mədəniyyətinin, milli-mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətdə saflıq, nəciblik, xeyirxahlıq kimi dəyərlərin təbliğində müstəsna xidmətlərə malikdir. Fond ümummilli liderin xeyirxah və nəcib əməllərini

yaşatmaq üçün ictimai həyatın müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın

zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir. Xalqa xidməti həyat kredosuna çevirmiş böyük şəxsiyyətlər bunun müqabilində hər zaman təmənnasız

olmuş, dar məqsəd güdməmişlər. Fəqət, belə nəcib və xeyirxah insanların mənəvi yüksəliş və ucalığa xidmət

edən çoxşaxəli fəaliyyətinin obyektiv dəyərləndirilməsi bəzən obyektiv tələbat kimi ortaya çıxır. Nəcib və

tərəqqipərvər təşəbbüslərinə görə, hələ 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən, 2007-ci ildə "Qızıl ürək" beynəlxalq mükafatı, Dünya Səhiyyə Təşkilatının İhsan

Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı, "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun Yaqut Xaç

ordeni ilə təltif olunmuş Azərbaycanın birinci xanımının dövlət başçısı İlham Əliyevin 2009-cu il 5 may tarixli sərəncamı ilə "Heydər Əliyev mükafatı"na layiq görülməsi də onun əzmkar fəaliyyətinə verilən adekvat

qiymətdir. 2010-cu ildə isə Mehriban xanım Əliyeva Fransanın "Şərəf Legionu" ordeni və YUNESKO-nun

"Qızıl Motsart" medalı ilə təltif olunmuşdur. Qurumun 5 illik yubiley mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev qısa müddətdə böyük

layihələri uğurla gerçəkləşdirməyə müvəffəq olmuş Heydər Əliyev Fondunun cəmiyyətdə böyük inam və

etimad qazandığını razılıqla qeyd etmişdir: "Son beş il ərzində Heydər Əliyev Fondu, sözün əsl mənasında,

ümumxalq fondu olmuşdur. Bu fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır. İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsin qorunması işində,

Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində, Ermənistan-

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolunu çox yüksək qiymətləndirirəm. Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər

iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu fondun çoxşaxəli

Page 57: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

57

fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən: "Xoş niyyət" - deyərdim. Çünki bütün

sahələrdə biz bunu görürük".

Fond qısa müddət ərzində həyata keçirdiyi böyük layihələrlə dövlətin təhsil strategiyası çərçivəsində

qarşıya qoyduğu bir sıra vacib planların gerçəkləşdirilməsinə də töhfəsini vermişdir. Mehriban xanım Əliyevanın ictimai fəaliyyətinin əsas prioritetləri sırasında elm və təhsilin mühüm yer tutması da qətiyyən

təsadüfi deyildir. Azərbaycanın gələcəyinin təhsilli insanların çiyinləri üzərində qurulacağını böyük

uzaqgörənliklə vurğulamış ulu öndər Heydər Əliyevin ideyalarını əldə rəhbər tutaraq onların gerçəkləşdirilməsinə çalışan fond 6 illik fəaliyyəti ilə cəmiyyətdə maarifçilik xəttinin güclənməsinə təkan

vermişdir.

Bu sahəyə yönələn diqqət və qayğının hansı məqsəddən qaynaqlandığını, xalqın, dövlətin gələcəyi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini isə xüsusi vurğulamağa ehtiyac yoxdur. Elmin, təhsilin

dinamik inkişafı, milli-mədəni irsin mənfi təsirlərdən qorunması, gənc nəslin təlim-tərbiyəsinin yüksək

səviyyədə qurulması, bugünün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda məqsədyönlü

işlərin görülməsi, ilk növbədə, həqiqi vətənpərvərlikdən irəli gəlir. Yalnız səmimi vətənpərvərlik hissi, Vətən sevgisindən qaynaqlanan təmənnasız, pak hisslər insanı olduqca çətin, lakin xalqın və dövlətin gələcəyi

baxımından müstəsna əhəmiyyətli işləri həyata keçirməyə sövq edə bilər. Bu baxımdan YUNESKO və

İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın elm və təhsilin tərəqqisinə əlahiddə münasibəti onun fəal vətəndaş mövqeyində dayanmasının, nümunəvi vətənpərvərliyinin əyani

ifadəsidir.

Fondun maarifçilik sahəsindəki fəaliyyəti hansısa konkret çərçivə ilə məhdudlaşmır - məktəb tikintisindən tutmuş, YUNESKO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək - geniş spektri əhatə edir. Qısa

müddət ərzində uğurla gerçəkləşdirilən bu layihələr cəmiyyətdə böyük rezonansa səbəb olmuş, rəğbət və

etimadla qarşılanmışdır. Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəb

tikintisi, mövcud orta ümumtəhsil müəssisələrinin əsaslı təmir və bərpası istiqamətində həyata keçirdiyi tədbirlər də son dərəcə təqdirəlayiqdir. İctimai əsaslarla fəaliyyət göstərən fondun ümummilli mənafelərə

hesablanmış tədbirlərin həyata keçirilməsində cəmiyyətdən ciddi mənəvi-maddi dəstək alması görülən işlərin

miqyasını, dinamikliyini və səmərəliliyini daha da artırır. Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd Azərbaycanda bu sahənin

qloballaşan dünyanın tələbləri səviyyəsində qurulması, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-

texniki və intellektual zəmin formalaşdırılmasıdır. Şübhəsiz, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir

tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq qeyri-mümkündür. Təsadüfi deyildir ki,

Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı I

Dövlət Proqramında da yeni məktəblərin inşası məsələsinə xüsusi diqqət ayrılırdı. Heydər Əliyev Fondu həmin proqram çərçivəsində müvafiq hakimiyyət strukturlarının həyata keçirdiyi işləri də qabaqlayaraq, bölgələrdə

mədəni-intellektual səviyyənin yüksəlməsində yaxından iştirak etmişdir.

Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən, müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu

baxımdan cəmiyyətdə daha böyük əks-səda doğurmuşdur. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud

problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri

yaratmaq, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirmək olmuşdur. Layihə çərçivəsində yalnız 2005-2009-cu illərdə 75 mindən artıq şagird yerlik

283 məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur. Müasir tələblərə cavab verən məktəb binaları müasir

avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olunmuşlar. Heydər Əliyev Fondu belə yüksək göstəricilərə nail olmaqla sübut etdi ki, yüksək əzm və iradə, ən əsası, vətənpərvərlik milli

inkişafda son dərəcə vacib amildir. 5 il ərzində fondun xəttilə 283 yeni məktəbin inşası ağır müharibə şəraitində

yaşayan, iqtisadiyyatı yeni inkişaf etməyə başlayan Azərbaycan üçün olduqca böyük nailiyyətdir. "Ölkəmizdə çox böyük əks-səda doğuran "Yeniləşən Azərbaycana yeni məktəb" proqramıdır. Biz ilk dəfə bu proqramı

təqdim edəndə "dəyirmi masa" keçirmişdik. Çox adam inanmırdı, şübhə ilə yanaşırdı ki, bu necə ola bilər, üç-

dörd ay ərzində 132 məktəb tikiləcək, özü də əksəriyyəti ucqar rayonlarda, ölkəmizin dağlıq rayonlarında inşa

olunacaqdır. Amma biz sübut etdik ki, əgər inam varsa, iradə varsa, əgər işləri düzgün qurmaq bacarığı varsa, hər bir problem çox qısa bir zamanda öz həllini tapa bilər" - deyən fondun prezidenti Mehriban xanım Əliyeva

görülən işlərin bundan sonra da davam etdiriləcəyini, qarşıdakı illərdə də yeni məktəb binalarının tikilib

istifadəyə veriləcəyini bəyan edir. Təqdirəlayiq haldır ki, Azərbaycan Prezidentinin regionlara səfərləri zamanı

Page 58: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

58

Azərbaycanın birinci xanımı fondun xəttilə aparılan inşaat işləri ilə yaxından tanış olur, lazımi tövsiyələrini

verir.

Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin

həlli də bu gün Heydər Əliyev Fondunun qarşıya qoyduğu əsas vəzifələrdən biridir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" bilavasitə fondun prezidentinin təşəbbüsü ilə hazırlanmış, Bakıda və ətraf

qəsəbələrdə yerləşən uşaq evlərində, internat məktəblərdə mövcud problemlər öyrənilmiş, onların aradan

qaldırılması üçün konkret işlər görülmışdür. Proqram çərçivəsində 31 uşaq müəssisəsi əsaslı təmir edilmiş, yeni avadanlıqlarla təchiz olunmuşlar. Müəssisələrdə kitabxanalar yaradılmış, onlar müvafiq tədris vəsaiti və bədii

ədəbiyyatla təmin olunmuş, əksər uşaq evləri və internat məktəblərində kompüter avadanlığı quraşdırılmış, sinif

otaqları interaktiv təhsil üçün uyğunlaşdırılmışdır. Təqdirəlayiq haldır ki, Heydər Əliyev Fondu yaşı 18-dən yuxarı olan, uşaq evlərini tərk edən yeniyetmələrin mənzillə təmin olunmasını da diqqət mərkəzində saxlayır.

Fond uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs

mərkəzinin yaradılmasını təmin etmiş, sözügedən proqram üzrə uşaq evləri və internat məktəblərində mövcud

problemlərin həll olunması üçün 4 əsas istiqamət müəyyən edilmişdir: texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq. Proqram çərçivəsində yaradılmış işçi qrupu respublikada fəaliyyət göstərən uşaq evləri və internat

məktəblərindəki mövcud vəziyyətin monitorinqini apararaq uşaqların sayı, aylıq, illik dövlət təminatına daxil

olan qida, geyim, texniki vəsait normativləri, ümumi şərait (təhsil, səhiyyə, yaşayış, istirahət) kimi göstəriciləri müəyyən etmişdir. Belə uşaq müəssisələrinin böyük əksəriyyətinin ilkin mərhələdə əsaslı təmirə və texniki

təchizata daha çox ehtiyacı olduğu müəyyən edilmişdir. Heydər Əliyev Fondunun rəhbəri Bakı və ölkənin əksər

rayonlarındakı uşaq evləri və internat məktəblərində şəxsən olaraq, proqramın texniki dəstək istiqaməti üzrə işlərin başlanması üçün tapşırıqlarını vermişdir.

Heydər Əliyev Fondu uşaqların təhsili ilə yanaşı, onların hüquqlarının qorunması istiqamətində də ciddi

layihələr həyata keçirir. 2009-cu ilin oktyabrında keçirilmiş, BMT Uşaq Hüquqları haqqında Konvensiyasının

20 illiyinə və "Uşaq ili"nə həsr olunmuş "Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans" bu baxımdan xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun (YUNİSEF) təşkilatçılığı

ilə keçirilən konfransda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak etmiş, dərin məzmunlu nitq

söyləmişdir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri humanizm və insanpərvərlik prinsipləri baxımından yardıma ehtiyacı olan vətəndaşlara qayğının vacibliyini diqqətə çəkmişdir: "Fikrimcə, uşaqlıq dövrü insan

həyatının ən rəngarəng, ən yaddaqalan və ən xoşbəxt dövrüdür. Məhz bu illərdə, bu dövrdə insanın gələcək

taleyinin, onun fiziki və mənəvi sağlamlığının, vətəndaş mövqeyinin, insani cəhətlərinin əsası qoyulur. Əlbəttə,

hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir...

Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası

olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə, hər bir valideyn arzulayır ki, onun uşağı sağlam, bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir".

Fondun "Təhsilə dəstək" layihəsi də özünün humanist məqsədləri ilə diqqəti çəkir. Heydər Əliyev Fondu

hər il layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir.

Gürcüstanda yaşayan azərbaycanlı birinci sinif şagirdlərinə, Qax, Zaqatala, Balakən rayonlarında tədrisin gürcü

dilində aparıldığı məktəblərə hər il yeni dərslik və tədris ləvazimatları göndərilir. "Təhsilə dəstək" layihəsi tək

Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də uğurla həyata keçirilir. Layihə çərçivəsində Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası mühüm yer tutur. Xatırlatmaq lazımdır ki, 2005-ci ildə Pakistanda böyük

dağıntılara səbəb olmuş zəlzələdən sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar məktəbi tam yararsız

vəziyyətə düşmüşdü. Fondun xəttilə qısa müddətdə inşa edilən 650 şagird yerlik təhsil ocağında müasir tələblərə cavab verən 10 xüsusi sinif otağı, laboratoriyalar, fənn kabinetləri, kompüter otağı, idman meydançası vardır.

"Təhsilə dəstək" layihəsi çərçivəsində Gürcüstanın Dmanisi rayonunda da yeni elmi-tədris mərkəzinin

binası inşa edilərək istifadəyə verilmişdir. Bundan əlavə, bir sıra xarici təşkilat və şirkətlərin fonda hədiyyə etdikləri müxtəlif adda 10 mindən çox kitab ölkənin ali və ümumtəhsil məktəblərinə, uşaq evlərinə, internat

məktəblərinə paylanılmışdır.

Fondun humanitar sahədə həyata keçirdiyi layihələrdən biri də kitabxanaların yenidən qurulması ilə

bağlıdır. Fondun bu sahədəki ardıcıl fəaliyyəti onlarla qəsəbə və kənd kitabxanasının yenidən qurulmasına, müasir avadanlıqlarla təmin olunmasına, zənginləşməsinə imkan yaratmışdır. Fondun xətti ilə əsaslı təmir

olunmuş Mərdəkan kitabxanası 2006-cı ilin may ayında oxucuların ixtiyarına verilmişdir.

Heydər Əliyev Fondu eyni zamanda, Azərbaycan oxucusu üçün əhəmiyyətli sayıla biləcək bir sıra xarici nəşrlərin dilimizə tərcüməsi sahəsində uğurlu layihələr həyata keçirmişdir. Türkçülük, azərbaycançılıq

Page 59: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

59

məfkurəsinin təbliği sahəsində dəyərli nəşrlərdən biri olan Murad Adcinın "Türklər və dünya: munis tariximiz"

adlı kitabı artıq Azərbaycan dilində nəşr edilmişdir. ABŞ Mərkəzi Asiya-Qafqaz İnstitutu İpək Yolu

Araşdırmalar Proqramı çərçivəsində S. Frederik Star və Svant E. Kornellin "Bakı-Tbilisi-Ceyhan boru kəməri:

Qərbə açılan neft pəncərəsi" kitabının Azərbaycan dilinə tərcüməsi işi də uğurla başa çatmışdır. Kitabda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəmərinin Azərbaycan Respublikası üçün iqtisadi, geostrateji

əhəmiyyətindən, habelə kəmərin ətraf mühit və sosial məsələlərlə bağlı aspektlərindən bəhs olunur.

Fondun təhsil sahəsində beynəlxalq əməkdaşlığı da bu sahədə uğurlu nəticələrin əldə olunmasını təmin etmişdir. Bütün dünyada elm və təhsilin, mədəniyyətin hamisi kimi çıxış edən, sivilizasiyalararası dialoq

təşəbbüsünü ələ alan mötəbər beynəlxalq təşkilatla - YUNESKO ilə əməkdaşlıq münasibətləri bu baxımdan

xüsusi vurğulanmalıdır. Azərbaycanın birinci xanımının 2004-cü ilin sentyabrında təşkilatın xoşməramlı səfiri təyin olunması bu əlaqələrə ciddi impulslar vermiş, strateji əhəmiyyət daşıyan müxtəlif layihələrin müştərək

icrasına geniş imkanlar açmışdır. 2004-cü il iyulun 6-da fondun təşəbbüsü ilə Parisdə YUNESKO-nun

iqamətgahında "Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları" mövzusunda beynəlxalq konfrans

keçirilmiş, 2005-ci ilin avqust ayında isə Bakıda "YUNESKO-Azərbaycan: Azərbaycanın təhsil problemləri və perspektivləri" mövzusunda konfrans təşkil olunmuşdur. Konfransda çıxış edən Azərbaycanın birinci xanımı

milli təhsilin problemlərindən söz açmış, həyata keçirilən islahatlar barədə konfrans iştirakçılarına ətraflı

məlumat vermişdir. Konfrans milli təhsilimizin ümumi vəziyyəti ilə bağlı YUNESKO nümayəndələrində tam təsəvvür yaratmaq, onları hərtərəfli məlumatlandırmaq, habelə perspektivdə müştərək layihələrlə çıxış etmək

baxımından uğurlu nəticələrlə yadda qalmışdır.

Mehriban xanım Əliyeva konfransda Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ problemini iştirakçıların diqqətinə çatdırmışdır: "Azərbaycan 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan ölkədir.

Ərazimizin 20 faizi işğal altındadır. Məcburi köçkünlərin təhsilinin təşkili ilə bağlı ölkəmizdə nadir təcrübə

qazanılmışdır. Biz işğala məruz qalan ərazilərdə əvvəllər mövcud olan təhsil infrastrukturunu qoruyub saxlaya

bilmişik. Bu məktəblər qaçqın-köçkünlər yaşayan düşərgələrdə yerləşir. Biz həm də müəllim kollektivlərini saxlaya bilmişik və onlar düşərgələrdə uşaqların təlim-tərbiyəsi ilə məşğul olurlar. Bu, doğrudan da, nadir bir

təcrübədir. Mən inanıram ki, bu təcrübədən bütün münaqişə zonalarında istifadə oluna bilər. Hamımızın ən

böyük arzusu odur ki, torpaqlarımız azad olunandan sonra bu məktəblər öz doğma yerlərinə qayıtsın və fəaliyyətini artıq normal şəraitdə davam etdirə bilsin. Ümidvaram ki, YUNESKO ilə birlikdə hazırlanan yeni

proqramlar məcburi köçkün və qaçqın uşaqlarının təhsilinə öz müsbət təsirini göstərəcəkdir ".

Buradan da göründüyü kimi, YUNESKO ilə əməkdaşlığın mühüm hədəflərindən biri də Ermənistanın

Azərbaycana qarşı hərbi təcavüzünün, torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğalının ölkə təhsilində yaratdığı ağır problemlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır. Bütün dünyada təhsil,

maarifçilik hərəkatının geniş vüsət aldığı bir zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin

mahiyyəti, miqyası barədə beynəlxalq aləmdə obyektiv təsəvvür yaratmaqdan ötrü bu məqam da təbliğatı baxımdan böyük əhəmiyyətə malikdir.

YUNESKO-nun diqqətinin ölkənin təhsil problemlərinə cəlb olunması nəticəsində təşkilatlarla

münasibətlər daha da dərinləşmiş, bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əlaqələr əsasən "Təhsil hamı üçün" proqramını, texniki-peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə

YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə etmişdir. Təhsilin məzmunca yeniləşdirilməsi,

məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil

olan əsas məsələlərdəndir. İndiyə qədər YUNESKO-nun baş direktorunun rəhbərliyi ilə bu qurumun çoxsaylı məsul işçiləri və ekspertləri Azərbaycanda məcburi köçkün və qaçqın ailələrində yaşayan uşaqların təhsil

problemləri ilə bağlı müxtəlif layihələr işləyib hazırlamışlar. YUNESKO kimi geniş imkanlara malik nüfuzlu

beynəlxalq təşkilatın bəzi pilot layihələrinin sınaqdan keçirilmə məkanı olaraq məhz Azərbaycanı seçməsi də ölkəmizdə həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələr verəcəyinə yüksək inamın təzahürüdür.

2008-ci ilin mayında Bakıda YUNESKO-nun "Dünyada savadlılığın dəstəklənməsi" üzrə regional

konfransının keçirilməsi də ümumilikdə Azərbaycanın təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini əminliklə söyləməyə ciddi əsaslar verir. Qlobal savadlılığın dəstəklənməsi məqsədilə

Bakıda Avropa regionu üzrə təşkil olunmuş sayca beşinci konfrans isə mötəbərliyi, aparılan müzakirələrin

yüksək səmərəliliyi, praktik əhəmiyyəti, regional özünəməxsusluğu ilə fərqlənmiş, bir sıra uğurlu nəticələrlə

yaddaqalan olmuşdur. Azərbaycanın birinci xanımı tədbirdə çıxış edərkən demişdir ki, Bakı konfransı qlobal savadlılığın

dəstəklənməsinə yönəlmiş regional və subregional YUNESKO konfransların davamı, milli, regional və

beynəlxalq səviyyələrdə savadlılığın təşviqinə yönəlmiş birgə səylərin bir hissəsidir. Hazırda YUNESKO hər bir ölkə üçün təhsilə açıq və bərabər çıxışın təmin edilməsindən ötrü resursları səfərbər edir. Yüksək keyfiyyətli

Page 60: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

60

təhsilə çıxışın təmin edilməsi və savadsızlığın aradan qaldırılması məsələlərinə xüsusi diqqət yetirilir. Heydər

Əliyev Fondunun prezidenti xüsusi vurğulamışdır ki, hazırda Azərbaycanda savadlılığın dəstəklənməsinə mane

olan yeganə qlobal səbəb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın etnik

təmizləmə siyasəti nəticəsində bir milyon qaçqın və məcburi köçkün yaranmış, son 20 il ərzində belə vəziyyətdə yaşayan yeni nəsil formalaşmışdır. Buna baxmayaraq, Azərbaycan hökuməti qaçqın və məcburi köçkün uşaqlar

üçün təhsilin müvafiq səviyyəsini təmin edə bilmiş, təhsil problemlərini həll etmək məqsədi ilə regionlarda

infrastrukturu dəstəkləyən təhsil modeli yaradılmışdır. Hazırda bütün uşaqlar öz müəllimləri tərəfindən verilən təhsili alır, işğal olunmuş rayonların məktəbləri digər orta məktəblərlə eyni səviyyədə fəaliyyət göstərir.

Azərbaycan qadınlarının 2009-cu il sentyabrın 26-da keçirilmiş III qurultayında iştirak edən YUNESKO

və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qadınların təhsil hüququnun təmin olunması zərurətini xüsusi önə çəkmişdir. Azərbaycanın birinci xanımı gender siyasəti

sahəsində əldə olunan uğurlara rəğmən, bəzi problemləri, arxaik təsəvvürlərdən irəli gələn qüsurlu cəhətləri də

kəskin tənqid etmişdir. Xüsusən də, qadınların təhsillə bağlı problemlərini diqqətə çəkən Mehriban xanım

Əliyeva demişdir: "Mən bu gün sizin diqqətinizi məni narahat edən iki məsələyə cəlb etmək istərdim. Bunun birincisi təhsilə aiddir... Bir sıra bölgələrdə bəzi ailələr qızlarına hətta orta məktəbi bitirməyə belə, icazə

vermirlər. Hesab edirlər ki, qız uşağı üçün təhsil o qədər də vacib deyil. Fikrimcə bu, dözülməz bir faktdır. Biz

qadınlar bu məsələlərdə həmrəy olaraq öz qəti sözümüzü deməliyik. İkinci məsələ uşaq evləri və internat məktəblərində tərbiyə alan uşaqlara aiddir. Heydər Əliyev Fondu bu sahədə bir çox işlər görür. Bizim xüsusi

proqramımız var və bu proqram çərçivəsində ölkəmizdə 30-dan çox uşaq evi və internat məktəbi yenidən

qurulub, ən müasir avadanlıqla təmin olunubdur. Mən bu kürsüdən istifadə edərək, sizə müraciət edirəm və düşünürəm ki, biz bu məsələləri birgə təhlil edib, bu xoşagəlməz meyillərin qarşısını almağa çalışmalıyıq ".

Xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun Moskva filialının rəhbəri Leyla xanım Əliyeva

da təhsil sahəsində həyata keçirilən layihələrə fəal dəstək verir. Məhz Leyla xanım Əliyevanın təşəbbüsü və fəal

rəhbərliyi ilə son illərdə Rusiyanın müxtəlif şəhərlərində Azərbaycan dilində bazar günü məktəbləri açılmışdır. Fondun Moskva filialı bu cür məktəblərin açılmasını təşviq edir və onların tədris ədəbiyyatı, kompüterlərlə

təchiz olunmasına kömək göstərir. Fond indiyə qədər İvanovo, Tula, Tver və Surqut şəhərlərindəki bazar günü

məktəblərinə kömək etmişdir. Heydər Əliyev Fondu ilə Rusiya Milli Kitabxanası arasında əməkdaşlıq haqqında sazişin imzalanması da

humanitar sahədə əməkdaşlıq baxımından mühüm əhəmiyyətə malikdir. Leyla Əliyeva fondun adından

kitabxanaya Heydər Əliyev Fondunun dəstəyi ilə çap olunmuş Azərbaycan kitablarını hədiyyə edərək

bildirmişdir ki, fond kitab nəşrinə çox böyük əhəmiyyət verir. Xüsusən, internetin və elektron KİV-nin inkişaf etdiyi, adamların çoxunun bədii ədəbiyyat oxumağı tərgitdiyi indiki vaxtda bunu vacib hesab edir. Bu cür gözəl

kitabxanalar sayəsində gənclər kitab oxumağı davam etdirir və həyatda ən böyük bilikləri kitablardan alırlar.

Dünyada məşhur insanların adını daşıyan xeyriyyə fondları çoxdur. Yeni yaradılarkən çoxunun həmin fondlar kimi xeyriyyə məqsədləri daşıyacağını zənn etdiyi Heydər Əliyev Fondu gözlədiyimizdən xeyli böyük

amalları reallaşdırmağa başlamışdır. Fondun prezidenti Mehriban xanım Əliyeva ulularımızdan bizə miras qalan

ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla həyatını xalqa həsr edən maarifpərvər ziyalılarımızın, nurlu insanlarımızın yolunu uğurla davam etdirir. Bu məsuliyyətli seçim ulu öndər Heydər Əliyevin

müəyyənləşdirdiyi, onun layiqli siyasi davamçısı - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

böyük müvəffəqiyyətlə davam etdirdiyi strateji siyasət kursunun həyata keçirilməsinə, bu siyasətin hər bir

vətəndaşın həyatında hiss olunmasına dəstək verməyə yönəlmişdir.

İradə HÜSEYNOVA,

təhsil nazirinin müavini, tarix elmləri doktoru, professor

“Azərbaycan”.-2010.-26 avqust.-N 186.-S.2.

Page 61: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

61

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan rayonunda tənha, aztəminatlı və

əlil ailələr üçün 150 evdən ibarət yeni şəhərcik salınır

Salyanda 150 aztəminatlı ailə 2011-ci ili yeni mənzillərdə qarşılayacaqdır. Heydər Əliyev Fondu bu

ailələrin həyatında yeni bir səhifə açır.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun daha bir layihəsi Salyan rayonunda həyata keçirilir. Fondun təşəbbüsü ilə bu rayonda tənha, aztəminatlı və əlil ailələr üçün 150 evdən ibarət yeni şəhərcik salınır.

Şəhərciyin salınmasına 4 ay əvvəl başlansa da, tikinti işlərinin təxminən 70-80 faizi artıq görülmüşdür.

Heydər Əliyev Fondunun bu humanitar aksiyası nəticəsində Salyanda tənha, imkansız və əlil ailələri evlə təmin

olunacaqlar. Şəhərcikdə 150 evin tikintisi nəzərdə tutulmuşdur. Bunlardan 30-u üçotaqlı, 120-si isə ikiotaqlıdır. Hər bir ev üçün 0,3 və 0,6 hektar həyətyanı sahə də ayrılacaqdır. Evlər artıq ailələr arasında bölüşdürülmüşdür.

Ev sahibləri tikinti prosesini izləyə bilir və görülən hər bir işin sevincini yaşayırlar. Öz ev-eşiklərinin olması

onlara bir möcüzə kimi görünür. Evsiz-eşiksiz, kirayənişin yaşayan bu insanlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və

İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya minnətdarlıq edirlər.

Şəhərcikdə uşaq bağçası, tibb məntəqəsi, ticarət mərkəzi və digər sosial obyektlər də inşa olunacaqdır.

Qaz, su, elektrik və digər kommunikasiya xətlərinin çəkilişi də layihələndirilmişdir. Artıq işlərin icrasına başlanmışdır. Beton dirəklər basdırılır, elektrik xətləri çəkilir. Tikinti işləri bu ilin sonunadək başa çatdırılacaq

və ailələr 2011-ci ili yeni mənzillərdə qarşılayacaqlar.

“Azərbaycan”.-2010.-27 avqust.-N 187.-S.3.

Page 62: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

62

Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə əsaslı bərpa olunmuş müasir məktəb binası

hədiyyə etmişdir

Sentyabrın 1-də - yeni dərs ilinin ilk günündə Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə müasir

məktəb binası hədiyyə etmişdir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun

xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə və şəxsən onun nəzarəti altında

"Təhsilə dəstək" layihəsi çərçivəsində Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binası

əsaslı təmir edilmişdir. Bu aksiya fəaliyyət istiqamətlərindən biri Azərbaycanın digər dövlətlərlə humanitar əlaqələrinin möhkəmlənməsinə, respublikamızın və xarici ölkələrin təhsil müəssisələri ilə sıx əməkdaşlığın

genişlənməsinə, ölkəmizdə və onun hüdudlarından kənarda məktəblərin tikintisinə və yenidən qurulmasına

kömək etmək məsələlərindən ibarət olan Fondun fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşır. Məktəbin rəsmi açılış mərasimində Ulyanovsk vilayətinin rəhbərləri, Azərbaycanın RF-dəki səfiri Polad

Bülbüloğlu, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, eləcə də Ümumrusiya Azərbaycanlıları

Konqresinin Ulyanovsk regional bölməsinin nümayəndələri iştirak etmişlər.

Mərasim iştirakçıları əvvəlcə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və görkəmli siyasi xadim Nəriman Nərimanovun Ulyanovskda ucaldılmış abidələri önünə tər çiçəklər qoymuşlar.

Təntənəli mərasimi məktəbin direktoru Gennadi Tsaryov açmışdır. O, Ulyanovsk sakinlərinə bu dəyərli

hədiyyəyə görə Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirmişdir. Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov da mərasimdəki çıxışında bu məktəbin əsaslı təmirini

hərtərəfli dəstəkləmiş, Fondun prezidenti Mehriban Əliyevaya şəxsən dərin təşəkkürünü bildirmişdir.

Qubernator demişdir: "Fondun həyata keçirdiyi "Təhsilə dəstək" layihəsində iştirak etməsi təkcə iqtisadi sahədə deyil, həm də sosial sahədə Rusiya-Azərbaycan münasibətlərinin inkişafına və möhkəmlənməsinə əyani

misaldır. Bu, millətlərarası əməkdaşlıqda mühüm addımdır. Məktəbdə tarix və mədəniyyət muzeyi yaradılması

sayəsində şagirdlər dost ölkə ilə, onun çoxşaxəli mədəniyyəti və zəngin tarixi ilə tanış ola biləcəklər. Bizim

uşaqların təhsilinə və tərbiyəsinə Heydər Əliyev Fondunun töhfəsi sonrakı nəsillər tərəfindən layiqincə qiymətləndiriləcəkdir. Əminəm ki, gələcəkdə bizim tərəfdaşlığımız yalnız möhkəmlənəcək və inkişaf edəcək,

Azərbaycan Respublikasının və Ulyanovsk vilayətinin mədəniyyətlərinin qarşılıqlı zənginləşməsi ənənələri isə

yeni layihələr hesabına genişlənəcəkdir". O xüsusi vurğulamışdır ki, Ulyanovsk MDB məkanında Azərbaycanın ümummilli lideri, Ulyanovskun böyük dostu Heydər Əliyevə abidə ucaldılmış ilk şəhər olmuşdur və bu abidə

bizim diyara daim qayğı göstərmiş insanın əziz xatirəsinə ehtiram əlamətidir.

Sonra S. Morozov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın layiq görüldüyü Fəxri

Fərmanı Fondun icraçı direktoru Anar Ələkbərova təqdim etmişdir. Fondun prezidenti Mehriban Əliyeva həmin Fərmana Ulyanovsk vilayətinin ərazisində Azərbaycan mədəniyyətinin, Azərbaycan dilinin və milli ənənələrin

qorunub saxlanmasına və inkişafına, xalqlar arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə böyük

töhfələrinə görə layiq görülmüşdür. Mərasimdə Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu çıxış etmişdir. O, Heydər Əliyev Fondunun

prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş, Fondun çoxşaxəli fəaliyyəti və onun humanitar

sahədə həyata keçirdiyi genişmiqyaslı layihələr barədə ətraflı söhbət açmışdır. Diplomat Ulyanovskdakı məktəbin yenidən qurulması layihəsinin həyata keçirilməsinə Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla

Əliyevanın töhfəsini də xüsusi vurğulamışdır. O, tədbir iştirakçılarına Azərbaycan ilə Ulyanovsk vilayəti

arasında hələ keçmiş Sovet İttifaqı dövründə yaranmış ənənəvi əlaqələri xatırlatmışdır. Səfir demişdir:

"Bugünkü tədbir dostluq və əməkdaşlığın, qarşılıqlı böyük hörmətin parlaq nümunəsidir". Rusiya Federasiyası Dövlət Dumasının Təhsil Komitəsinin sədri Gennadi Balıkin Heydər Əliyev

Fondunun həyata keçirdiyi layihəni yüksək qiymətləndirmiş və bildirmişdir ki, bu layihə Ulyanovsk vilayətinin

təhsil sistemi, Azərbaycan və Rusiya xalqları arasında əlaqələrin inkişaf etməsi və möhkəmlənməsi üçün çox böyük əhəmiyyət kəsb edir. Rusiyalı deputat Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya

səmimi minnətdarlığını bildirmiş və layihənin həyata keçirilməsində iştirak edənlərin hamısına təşəkkür

etmişdir. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti, YUNESKO-nun və

İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın tədbir iştirakçılarına xoş

arzularını çatdırmışdır. A. Ələkbərov bildirmişdir ki, məktəbin təmiri prosesində Fondun nümayəndələri

dəfələrlə Ulyanovska gəlmiş, bu şəhər onlar üçün doğma və yaxın olmuşdur. Fondun icraçı direktoru demişdir:

Page 63: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

63

"Burada Azərbaycanın iki görkəmli xadiminə - ümummilli lider Heydər Əliyevə və Nəriman Nərimanova abidə

ucaldılmışdır. Heydər Əliyevin abidəsinin açılışında Rusiya və Azərbaycan prezidentləri iştirak etmişlər".

Heydər Əliyev Fondunun məqsədləri və vəzifələri, onun istər ölkə daxilində, istərsə də xaricdə həyata

keçirdiyi layihələr barədə ətraflı məlumat verən A. Ələkbərov demişdir: "Təsadüfi deyildir ki, Fondun nümayəndəliklərindən biri Rusiya Federasiyasında yaradılmışdır və həmin nümayəndəliyə Azərbaycan xalqının

ümummilli liderinin nəvəsi Leyla Əliyeva rəhbərlik edir. O da genişmiqyaslı aksiyalar və humanitar yönümlü

layihələr həyata keçirir". Onun sözlərinə görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə qısa müddətdə 100 mindən artıq şagird yeri olan 330-dan çox məktəb binası tikilmiş və təmir edilmişdir.

O demişdir: "Bu gün biz yerli hakimiyyət orqanlarının dəstəyi və köməyi ilə həyata keçirilmiş layihəmizi

böyük məmnuniyyətlə Ulyanovska hədiyyə edirik. Xüsusilə xoşdur ki, məktəbdə Azərbaycan tarixi və mədəniyyəti muzeyi yaradılmışdır. Burada ölkəmizin zəngin mədəni irsi və tarixi ilə tanış olmaq mümkündür.

Fondun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə birinci sinif şagirdlərinə çantalar və bütün zəruri

məktəb ləvazimatları, eləcə də Azərbaycanda istehsal olunmuş, internetə naqilsiz qoşulan və zərbəyə davamlı 20

ədəd noutbuk hədiyyə edilmişdir. Bizim bundan sonra görəcəyimiz bütün işlər dostluğumuzun möhkəmləndirilməsinə xidmət edəcəkdir. Fond hamının, xüsusən 78 nömrəli məktəbin bizim üçün əziz

müəllimlərinin və şagirdlərinin üzünə açıqdır".

Mərasimin rəsmi hissəsindən sonra tədbir iştirakçıları Azərbaycan tarixi və mədəniyyəti muzeyi ilə tanış olmuşlar. Burada Azərbaycan milli çalğı alətləri, xalçalar, Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş yüksək

keyfiyyətli çap məhsulları nümayiş olunur. Muzeydəki fotosərgidə Rusiya-Azərbaycan münasibətlərinin

tarixinə aid ən mühüm hadisələr, Ulyanovsk vilayətinin inkişafına Azərbaycanın ümummilli lideri Heydər Əliyevin böyük töhfələri əks etdirilir.

Qeyd etmək lazımdır ki, məktəblilər və onların valideynləri ən müasir standartlara cavab verən bu

məktəbin simasının tamamilə dəyişməsinə görə, yaxşı mənada, heyrətlənmişdilər. Valideynlər və şagirdlər

görülmüş işə heyran olduqlarını gizlətməyib təşəkkürlərini bildirmişlər. Məktəbin yenidən qurulması gedişində onun dam örtüyü tamamilə təzələnmiş, binanın fasadı təmir edilmiş, plastik materialdan hazırlanmış pəncərələr

və yeni işıqlandırma sistemi quraşdırılmış, yaxınlıqdakı ərazidə abadlıq işləri aparılmışdır. Layihənin ümumi

dəyəri 25 milyon rubla bərabərdir. Məktəbdə yaradılmış siniflərdə Ulyanovsk uşaqları Azərbaycan milli tətbiqi sənətinin bəzi növlərini öyrənə biləcəklər. Məktəbin kitabxanası yeni tədris vəsaitləri və digər nəşrlər hesabına

zənginləşmişdir.

Lakin Heydər Əliyev Fondunun bu məktəbə ən böyük hədiyyəsi onun 3 sinfinin Azərbaycanda həyata

keçirilən "1:1 gələcək üçün təhsil" layihəsi çərçivəsində istehsal edilmiş 20 ədəd "NEXUS" noutbuku ilə təchiz edilməsidir.

Sonra şagirdlər təntənəli sıra xəttinə düzülmüş, iki xalqın dostluğu haqqında şeirlər oxumuşlar. Mərasimin

sonunda xeyirxahlıq əlaməti kimi ağ göyərçinlər havaya buraxılmışdır. Tədbir başa çatandan sonra brifinq keçirilmiş, Ulyanovsk vilayətinin qubernatoru S. Morozov, səfir P.

Bülbüloğlu və Fondun icraçı direktoru A. Ələkbərov çıxış etmişlər. Anar Ələkbərov jurnalistlərin suallarına

cavab verərək Ulyanovsk vilayəti ilə Heydər Əliyev Fondu arasında əməkdaşlıqdan məmnun olduğunu bildirmişdir. O qeyd etmişdir ki, təhsil və digər humanitar sahələrdə birgə həyata keçirilməsi mümkün olan

müxtəlif layihələr hələ çoxdur. İcraçı direktor ulyanovsklu mütəxəssisləri Fondun təhsil layihələrində iştirak

etməyə çağırmışdır.

Asya HACIZADƏ.

“Azərbaycan”.-2010.-2 sentyabr.-N 192.-S.2.

Page 64: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

64

Heydər Əliyev Fondunda görüş

Bakı, 3 sentyabr (AzərTAc). Sentyabrın 3-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunda Rusiya Prezidentinin xanımı Svetlana Medvedeva ilə görüşmüşdür.

Birinсi xanımlar əvvəlcə Fondun fəaliyyəti, təhsil, elm, səhiyyə və digər sahələrdə həyata keçirdiyi

layihələrdən bəhs edən filmə baxdılar. Sonra Mehriban Əliyeva ilə Svetlana Medvedevanın görüşü oldu.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bildirdi ki, Fond Azərbaycanın tərəqqisinə

yönələn, mədəniyyətimizin və ölkəmizin tarixinin geniş təbliği ilə bağlı görülən işləri dəstəkləyir. Azərbaycanın

birinci xanımı dedi ki, rəhbərlik etdiyi qurum müxtəlif sahələri əhatə edən və cəmiyyəti düşündürən, ölkəmizin həqiqətlərinin dünyada təbliğ olunmasına yönələn genişmiqyaslı layihələr həyata keçirir. Fond bir sıra

beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq edir.

Heydər Əliyev Fondunun Rusiya Prezidentinin xanımının rəhbərlik etdiyi Sosial-Mədəni Təşəbbüslər Fondu kimi geniş xeyriyyəçilik və irimiqyaslı sosial və humanitar layihələr həyata keçirdiyini söyləyən

Mehriban xanım dedi ki, biz bir yerdə əməkdaşlıq çərçivəsində çox şeyə nail ola bilərik.

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirən Rusiyanın birinci xanımı Svetlana Medvedeva görülən işlərin təqdirəlayiq olduğunu söylədi. O, Fondun reallaşdırdığı layihələrin əhəmiyyətini

xüsusi qeyd edərək, Heydər Əliyev Fonduna gələcək fəaliyyətində uğurlar arzuladı.

Rusiyanın birinci xanımı özünün rəhbərlik etdiyi Sosial-Mədəni Təşəbbüslər Fondunun fəaliyyəti

haqqında məlumat verərək, qurumun bir sıra iri layihələr həyata keçirdiyini söylədi. Görüşdə mədəni irsin qorunması sahəsində müzakirələr aparıldı. Birinci xanımlar Fondlar arasında

əlaqələrin inkişafı ilə bağlı razılığa gəldilər. Xeyriyyəçilik missiyası ilə bərabər, ölkələrimizin mədəniyyətlərinin

təbliğatına da böyük diqqət ayrılmasının vacibliyi vurğulandı. Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Svetlana Medvedevaya xatirə hədiyyələri

təqdim etdi.

Rusiyanın birinci xanımı Heydər Əliyev Fondundan zəngin təəssüratlarla ayrıldı.

AzərTAc

3 sentyabr 2010-cu il

Page 65: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

65

Tikmişəm izim qalsın...

AzərTAc-ın xəbər verdiyi kimi, Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində

Rusiyanın Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binası əsaslı təmirdən sonra

sentyabrın 1-də şagirdlərin istifadəsinə verilmişdir. Rusiya Federasiyasının nüfuzlu "Nezavisimaya

qazeta" nəşrinin 2 sentyabr tarixli nömrəsində bu əlamətdar hadisə ilə əlaqədar məqalə dərc edilmişdir.

AzərTAc həmin məqaləni təqdim edir.

Heydər Əliyev Fondu Ulyanovska, həqiqətən, misilsiz hədiyyə bəxş etmişdir. Ulyanovsk vilayətinin

qubernatoru Sergey Morozov "məktəb layihəsi"ni Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlığın bir

hissəsi və məntiqi davamı adlandırmışdır. Məktəb Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri ərəfəsində açılmışdır.

Yeniləşmiş 78 nömrəli məktəb sentyabrın 1-də qapılarını şagirdlərin üzünə açmışdır. Binanın dam örtüyü

və fasadı tamamilə dəyişdirilmiş, köhnə, çatlamış pəncərə çərçivələri plastik çərçivələrlə əvəz edilmiş,

işıqlandırma sistemi dəyişilmiş, məktəbin həyəti abadlaşdırılmışdır. Bizim rasional dövrdə belə möcüzələr, tez-tez olmasa da, baş verir. Ancaq bu möcüzələr yalnız xoş

mərama və böyüməkdə olan nəslin sanballı və dərin biliklər əldə etməsi, bəşəriyyətin mədəni irsinin bir

hissəsinə çevrilməsi arzusuna əsaslanır. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Ulyanovskdakı 78 nömrəli məktəbin təmir olunması ilə bağlı təklifi də bu istək və

qayğıdan qaynaqlanmışdır.

Mehriban xanım Əliyevanın nüfuzlu beynəlxalq forumlarda məzmunlu çıxışlarını bircə dəfə dinləyən hər kəs onun mədəniyyətinin, intellektinin, geniş dünyagörüşünün sehrinə düşür. Bu cazibənin əsasını, şübhəsiz,

onun istedadı və əla təhsili təşkil edir. Onun Azərbaycanda və Rusiyada, Pakistanda və Rumıniyada, Hollandiya

və Gürcüstanda, Misirdə və dünyanın buna ehtiyacı olan bütün guşələrində təhsilin keyfiyyətini yüksəltmək

səyləri məhz böyüməkdə olan nəslin bilik və mədəniyyət səviyyəsini artırmaq estafetinin davamıdır. Heydər Əliyev Fondunda hesab edirlər ki, həyatda xeyirxah iz qoymaq, dünyanın gələcəyinə qayğı göstərmək də elə

budur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ötən əsrin 70-ci illərində Xəzərin sahilindəki bu

respublikadan gəncləri Rusiya ali məktəblərinə təhsil almağa göndərəndə də məhz gələcəyi düşünürdü. Heydər Əliyevin adını daşıyan fond da ilk günlərdən qarşısına məhz belə xeyirxah məqsəd qoymuşdur.

Yeri gəlmişkən, Ulyanovsk təsadüfən seçilməmişdir. Azərbaycanın Rusiyanın bu regionu ilə qədim

dostluq əlaqələri vardır. 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev "Aleksandr

Suvorov" teploxodunun qəzaya uğraması ilə əlaqədar yaradılmış dövlət komissiyasına başçılıq etmişdir. Sonralar artıq müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyev Rusiyanın bu regionu ilə əməkdaşlığı inkişaf

etdirirdi. Regionun əhalisi hələ də dahi lideri hərarətlə xatırlayır. Ulyanovskda onun şərəfinə abidə

ucaldılmışdır, şəhərin meydanlarından biri Heydər Əliyevin adını daşıyır. Məktəbin əsaslı təmiri layihəsinin dəyəri 25 milyon rubldur. Məktəbin təkcə xarici görünüşü deyil,

məzmunu da dəyişmişdir. İndi uşaqlar yenilənmiş məktəb muzeyində odlar yurdu Azərbaycanın tarixi və

mədəniyyəti barədə materiallarla tanış ola biləcəklər. Məktəbin kitabxana fondu da xeyli zənginləşdirilmiş və ən başlıcası isə, təhsil ocağına "1:1 - gələcək üçün təhsil" layihəsi çərçivəsində Azərbaycanda istehsal olunmuş

noutbuk dəstləri hədiyyə olunmuşdur.

“Xalq qəzeti”.-2010.-3 sentyabr.-N 193.-S.4.

Page 66: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

66

Heydər Əliyev Fondunun "Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində

30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli

Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Şəkərli diabetli uşaqlara ən

yüksək qayğı" layihəsi çərçivəsində şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün Gəncədə təşkil

edilmiş yay istirahət düşərgəsi başa çatmışdır.

Bakı, Gəncə, Sumqayıt şəhərlərinin, Ağdam, Şəki, Bərdə, Tovuz, Şəmkir, Biləsuvar, Şuşa, Kəlbəcər,

Laçın, Qubadlı və Daşkəsən rayonlarının sakinləri olan 30 nəfər diabetli uşaq 15 gün ərzində 5 ulduzlu "Ramada-plaza" hotelində qalaraq sağlam həyat tərzi keçirmiş və müalicə olunmuşlar.

Sentyabrın 6-da düşərgənin bağlanışı ilə əlaqədar kütləvi informasiya vasitələri nümayəndələri üçün

mətbuat konfransı keçirilmişdir. Konfransda düşərgənin rəhbəri Elmira Mirzəyeva çıxış edərək 15 gün ərzində həyata keçirilən

tədbirlərdən danışmışdır. Bildirmişdir ki, 2009-cu ildən həyata keçirilən layihəyə əsasən, şəkərli diabet

xəstəliyindən əziyyət çəkən uşaqların psixo-sosial reabilitasiyası təmin edilmiş, onlarda özünəinam,

özünümüdafiə, özünütəsdiq xüsusiyyətləri inkişaf etdirilmişdir. Düşərgədə olduqları müddətdə uşaqların istirahətləri yüksək səviyyədə təşkil edilmiş, Gəncə şəhərinin, Şəmkir, Göygöl, Daşkəsən rayonlarının görməli

yerlərinə, eləcə də tarixi yerlərə ekskursiyalar həyata keçirilmişdir. Ekskursiyalar zamanı uşaqlarda

vətənpərvərlik hissinin aşılanması istiqamətində maraqlı söhbətlər aparılmışdır. Mətbuat konfransında bildirilmişdir ki, yay istirahət düşərgəsinin müsbət xüsusiyyətlərindən biri də

uşaqlarda müvafiq psixoloji əlaqə, tolerant, münaqişəsiz davranış vərdişləri, özünün və ətrafında olan digər

insanların vəziyyətini təhlil edərək anlamaq qabiliyyəti və ən nəhayət şəkərli diabet xəstəliyi ilə əlaqədar yaşanan vəziyyətin tənzimlənməsində və idarə edilməsində müəyyən vərdişlər aşılanmışdır.

Qeyd edilmişdir ki, düşərgənin fəaliyyət göstərdiyi müddətdə burada həyata keçirilən tədbirlər rəngarəng

olmuşdur. Müvafiq iş planına əsasən, fərdi məsləhətlər və psixoterapiya, tibbi müayinə və müalicə, qrup

disskusiyaları, oyun terapiyası, rəsm, idman və intellekt yarışları təşkil edilmişdir. "Diabetlə yaşayıb, diabetə qalib gəlmək" devizi ilə həyata keçirilən layihənin müsbət cəhətlərini diqqətə

çatdıran düşərgə rəhbəri onu da qeyd etmişdir ki, layihənin iştirakçıları olan uşaqlar artıq cəmiyyətin bir üzvü

kimi onun idarə edilməsində fəal iştirak etmək hüquqlarına malik olduqlarını dərk etmişlər. Bunun üçün onlar həyata baxışlarını dəyişməli və cəmiyyətə inteqrasiya olunmalıdırlar.

Məsələn, Şəki rayonundan gəlmiş balaca Gülər çıxış edərək demişdir ki, mən kəndimizdə yeganə şəkərli

diabet xəstəliyi olan insanam və indiyədək hamı mənə təəccüb və maraqla baxırdı. Mən o baxışları öz üzərimdə

gəzdirə bilmirdim. Bu düşərgə mənə həmin baxışlara normal münasibət bəsləməyi öyrətdi. Düşərgə rəhbəri 15 gün ərzində onlara göstərilən diqqət və qayğıdan bəhs edərkən demişdir ki, bu düşərgə

dünyada analoqu olmayan bir layihə əsasında həyata keçirilir. Heydər Əliyev Fondunun növbəti humanist

addımı sayəsində yüzlərlə şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaq cəmiyyətə inteqrasiya olunmuşdur. Onlar düşərgədə olduqları müddətdə lazım olan bütün dərman və preparatlarla təmin edilmiş və gələcək

müalicələri üçün geniş imkanlar yaradılmışdır. Bu müddətdə uşaqlara 3 həkim-endokrinoloq, 2 psixoloq və 4

tərbiyəçi xidmət göstərmişdir. Onlar gecə və gündüz növbələrində uşaqların qayğısına qalmış, hər bir arzu və istəklərini yerinə yetirmişlər.

Sonra düşərgədə dincəlib müalicə olunan 19 yaşlı Anar Muradov, şuşalı məcburi köçkün, 13 yaşlı

Mirvaqif Ağayev, Sumqayıtdan gəlmiş 14 yaşlı Əmrah Ağamalıyev və başqaları çıxış etmişlər. Heydər Əliyev

Fondunun həyata keçirdiyi layihədə artıq ikinci il iştirak etdiklərini bildirən yeniyetmələr demişlər ki, düşərgə sanki onların üzünə həyat üçün yeni qapılar açmışdır. Təhsil aldıqları məktəbdə sinif yoldaşlarının tənəli sözləri

və baxışları uşaqlarda bəzən sarsıntılar yaratsa da, bu düşərgədə qazandıqları psixoloji hazırlıqlardan sonra onlar

özlərini həyat üçün lazımlı insan kimi dəyərləndirirlər. Biləsuvar rayonundan 13 yaşlı Mehriban Muradova isə 6 ildir ki, şəkərli diabetdən əziyyət çəkdiyini

demişdir. Bunu həyat tərzi kimi qəbul edən Mehriban düçar olduğu xəstəliyə görə heç də utanmadığını

bildirmişdir. Demişdir ki, bu fikri mənə Heydər Əliyev Fondunun təşkil etdiyi yay istirahət düşərgəsi aşılamışdır. O, artıq ikinci ildir ki, qardaşı Anarla birlikdə bu düşərgədə dincəlir. Bütün bunlara görə fondun

rəhbəri Mehriban xanım Əliyevaya minnətdarlıq edən balaca M. Muradova artıq özünü ailəsi və cəmiyyət üçün

gələcəyi olan yararlı bir insan hesab edir.

Page 67: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

67

Konfransdan sonra düşərgənin balaca sakinlərinə cansağlığı arzulanaraq, böyük diqqət və qayğı ilə öz

evlərinə, ailələrinin yanına yola salınmışlar.

“Xalq qəzeti”.-2010.-7 sentyabr.-N 196.-S.3.

Page 68: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

68

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin rektoru

Əli Doğramacı ilə görüşmüşdür

Sentyabrın 7-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və

İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Türkiyənin Bilkənd Universitetinin

rektoru, professor Əli Doğramacı ilə görüşmüşdür. Qonağı salamlayan Mehriban xanım Əliyeva Əli Doğramacını Fondda görməkdən şad olduğunu bildirdi.

Mehriban xanım Əliyeva Əli Doğramacının bu səfərinin görkəmli musiqiçi Sərvər Qəniyevin vəfatı ilə əlaqədar

baş tutmasından təəssüfləndiyini bildirərək, ustad sənətkarın dünyasını dəyişməsini həm Azərbaycan, həm də

Türkiyə üçün böyük itki olduğunu dedi. Mehriban xanım bildirdi ki, Sərvər Qəniyevin həyatının böyük bir hissəsi Türkiyənin Bilkənd Universiteti ilə bağlı olmuşdur. Onun davamçısı, nəvəsi, gənc skripkaçı Elvin

Qəniyevin Parisdə YUNESKO-nun qərargahında Heydər Əliyev Fondunun təşkil etdiyi "Azərbaycanın

xoşməramlı mələkləri" adlı konsertindəki çıxışını xatırlayan Mehriban Əliyeva Fondun bu istedadlı gəncə dəstək verdiyini qeyd etdi.

Azərbaycana gəldiyi üçün Əli Doğramacıya təşəkkürünü bildirən Mehriban xanım Əliyeva qonağın Fonda

göstərdiyi dəstəyi yüksək qiymətləndirdi. Qeyd etdi ki, atası İhsan Doğramacının xatirəsi Azərbaycan xalqı

üçün əzizdir. Əli Doğramacı Azərbaycana hər gəlişində ölkəmizin daha da gözəlləşdiyini və inkişaf etdiyini diqqətə

çatdırdı. Azərbaycan və Türkiyənin həm xoş, həm də çətin günlərdə bir yerdə olduğunu deyən qonaq bildirdi ki,

Sərvər Qəniyev Azərbaycanı dünyaya tanıdan görkəmli şəxsiyyətlərdən biridir. Hörmətli qonaq qeyd etdi ki, S. Qəniyev Türkiyədə zəngin Azərbaycan mədəniyyətinin fəal təbliğatçısı

kimi tanınmışdır. O eyni zamanda, yeni musiqiçilər nəslinin yetişməsinə böyük töhfələr vermişdir.

“Azərbaycan”.-2010.-8 sentyabr.-N 197.-S.3.

Page 69: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

69

Heydər Əliyev Fondu ilə ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlığa dair

memorandumun imzalanması ilə bağlı razılıq əldə olunmuşdur

Heydər Əliyev Fondu və ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlıq haqqında memorandum

imzalanacaqdır.

Sentyabrın 7-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə

ABŞ Konqresi kitabxanasının direktoru Ceyms Billinqtonun başçılıq etdiyi nümayəndə heyətinin görüşü zamanı

bununla bağlı razılıq əldə olunmuşdur.

Heydər Əliyev Fondu ilə ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlıq çərçivəsində Azərbaycanda əlyazmaların rəqəmsal formata çevrilməsi üçün birgə işlər aparılacaqdır. Bu əlyazmalar dünya rəqəmsal

kitabxanasının saytında yerləşdiriləcəkdir. Bundan sonra dünya ictimaiyyəti bu əlyazmalardan istifadə edə

biləcəkdir.

“Azərbaycan”.-2010.-8 sentyabr.-N 197.-S.3.

Page 70: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

70

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda daha bir istirahət parkı

istifadəyə verilmişdir

Paytaxtımıza gözəllik gətirən və sakinlərin asudə vaxtlarını mənalı keçirmələri üçün Bakının Nərimanov

rayonundakı istirahət parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və tikinti-quraşdırma işlərindən

sonra istifadəyə verilmişdir. Aparılan abadlıq və quruculuq işləri paytaxtımızı gündən-günə gözəlləşdirir. Yeni təhsil müəssisələri,

səhiyyə obyektləri, mədəniyyət ocaqlarının inşası ilə yanaşı, yaraşıqlı, zövq oxşayan istirahət parklarının

salınması Bakımızın simasını dəyişir. Nərimanov rayonunun Molla Cümə küçəsindəki istirahət parkı təmir və

yenidənqurma işlərindən sonra orijinallığı ilə seçilən istirahət mərkəzlərindən birinə çevrilmişdir. Sentyabrın 7-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,

Milli Məclisin deputatı Mehriban xanım Əliyeva əsaslı təmirdən sonra istifadəyə verilən parkla tanış olmuşdur.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məlumat vermişdir ki, burada paytaxt sakinlərinin, qonaqların istirahəti üçün hər cür şərait

yaradılmışdır. Ərazisi 14 min kvadratmetr olan parkda üç ay müddətində təmir-tikinti işləri aparılmış, on

minədək müxtəlif dekorativ ağac və kol, çiçək əkilmiş, səkkiz min kvadratmetr əraziyə yaşıl zolaq salınmışdır.

Bitki örtüyünün zənginləşdirilməsi, gözəl landşaft kompozisiyalarının yaradılması parka xüsusi yaraşıq verir. Parkda hər cür hava şəraitinə davamlı materialdan hazırlanan rahat oturacaqlar quraşdırılmışdır. Parkın ərazisinə

kərpic formalı beton üzlük daşları döşənmişdir. İstirahət məkanında İtaliyadan gətirilmiş müasir işıqlandırma

sistemi quraşdırılmışdır. Buradakı yeni fəvvarə kompleksi əraziyə xüsusi bir yaraşıq verir. Təmir və tikinti-quraşdırma işləri zamanı balacalar da yaddan çıxarılmamışdır. Bu məqsədlə xüsusi attraksionlar quraşdırılmış,

idman və əyləncə meydançaları salınmışdır. Parkın ətrafındakı binalarda da aparılan bərpa işləri ümumi

ansambla uyğunlaşdırılmışdır. İstirahət məkanının ətraf ərazisi abadlaşdırılmış, avtomobil yollarına yeni asfalt döşənmişdir. Səkilərdə müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Parkda aparılan işlərdən razı qalan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu

istirahət məkanının rayon sakinlərinin asudə vaxtının səmərəli təşkili və mənalı dincəlmələrinə xidmət

edəcəyinə ümidvar olduğunu bildirmişdir. Burada görülən işlər bir daha təsdiqləyir ki, paytaxtda yeni park və xiyabanların salınması, mövcud istirahət ocaqlarında abadlaşdırma işlərinin aparılması dövlətimizin başçısı

İlham Əliyevin və Heydər Əliyev Fondunun daim diqqət mərkəzindədir. Bu, ilk növbədə şəhərimizin

gözəlləşməsinə, digər tərəfdən paytaxtımızın sakinlərinin və qonaqlarının mənalı istirahətinə geniş imkanlar açır.

“Azərbaycan”.-2010.8 sentyabr.-N 197.-S.4.

Page 71: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

71

Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli məktəb

Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra

istifadəyə verilmişdir

Sentyabrın 7-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli orta məktəbin binası

Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun

xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.

1966-cı ildə inşa olunmuş və 1940 şagirdin təhsil aldığı 236 nömrəli orta məktəbin binasının əsaslı təmir və yenidənqurma işlərinə cari ilin mayından başlanılmışdır. Ümumi sahəsi 4960 kvadratmetr olan bu köhnə

məktəb binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə qısa müddətdə müasir tələblər səviyyəsində əsaslı təmir

olunmuşdur. Mövcud üç mərtəbədən əlavə, 4050 kvadratmetr sahədə mansard tipli dam örtüyü quraşdırılmışdır.

Məktəbin ətrafı abadlaşdırılaraq, gözəl görkəm almışdır. Təhsil ocağının 31 sinif otağında, 7 fənn kabinetində və müxtəlif təyinatlı 11 otağında müasir təhsil üçün

hər cür şərait yaradılmış, siniflər yeni avadanlıq və dərs ləvazimatı ilə təmin olunmuşdur.

İlk dəfədir ki, təhsil ocağında belə yüksək səviyyədə təmir işləri aparılmışdır. İndi burada həm müəllimlərin yüksək səviyyədə fəaliyyəti, həm də şagirdlərin biliklərin əsaslarına yiyələnmələri üçün hər cür

şərait yaradılmışdır.

Geniş və işıqlı foyedə ulu öndər Heydər Əliyevin, dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə təhsilə diqqət və qayğısının artırılması istiqamətində gördükləri

işləri və məktəbin təmirində böyük dəstəyi olan Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən fotostendlər

zövqlə tərtib edilmiş, dövlət atributları əks olunmuşdur.

Həm şagirdlərin, həm də müəllimlərin açılışını səbirsizliklə gözlədikləri bu bilik ocağında keyfiyyət, müasirlik və yüksək zövq vəhdət təşkil edir. İndi bu məktəb maddi-texniki bazasının zənginliyinə görə

ölkəmizdə müasir təhsil komplekslərindən birinə çevrilmişdir.

Məktəbin şagirdləri Heydər Əliyev Fondunun prezidentinə gül dəstəsi təqdim etdilər. Mehriban xanım Əliyeva məktəbin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı. Fondun

prezidenti məktəblə tanış oldu.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məlumat verdi ki, məktəbdə təhsilin beynəlxalq standartlara uyğun qurulması üçün müasir

fənn kabinetləri yaradılmışdır. Kimya, biologiya və fizika kabinetləri müxtəlif təcrübələrin aparılması üçün

lazımi avadanlıq və əyani vəsaitlərlə təchiz olunmuşdur.

Bildirildi ki, məktəbdə yaradılmış iki kompüter kabinetində müasir kompüterlər quraşdırılmışdır. Kompüterlərin internet şəbəkəsinə qoşulması və şagirdlərin informatika biliklərinin artırılması üçün

kompüterlər lazımi proqramlarla təchiz edilmişdir. Təhsil ocağının gənclərin çağırışa qədər hazırlığı kabineti isə

orduda xidmətə hazırlaşan gənclərin hərbi hazırlığının yüksək səviyyədə təşkili məqsədi ilə lazımi ləvazimat, stendlərlə təmin olunmuş, mini kazarma yaradılmışdır. Məktəbdə 200 nəfərlik akt zalında kütləvi tədbirlərin

keçirilməsi üçün hər cür şərait vardır. Yeni musiqi otağı isə musiqi alətləri və Almaniyanın istehsalı olan royal

ilə təchiz olunmuşdur. Gənc nəslin sağlam böyüməsi üçün məktəbdə yaradılmış geniş zalda şagirdlər idmanın

bütün növləri ilə məşğul ola biləcəklər. Burada fəaliyyət göstərən müasir kitabxana isə bütün dərsliklər, bədii ədəbiyyat, müxtəlif lüğətlər və s. ilə təchiz edilmişdir.

Təhsil ocağında yaradılan şərait müəllim kollektivinin böyük sevincinə səbəb olmuşdur. Məktəbin

direktor müavini Yaqut İslamova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban

xanım Əliyevaya pedaqoji kollektiv adından təşəkkür edərək dedi:

- Sevincimiz böyükdür. Aldığımız bu böyük hədiyyə bizi səylə işləməyə, dövlətimizə layiqli gənclər yetişdirməyə ruhlandırır. Biz möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətini bəyənirik və onun ardınca

gedirik. Prezidentimizi həddindən artıq çox sevirik. Onun yaxın silahdaşı kimi Sizə də dərin təşəkkürümüzü

bildiririk ki, incəsənətimizə, mədəniyyətimizə, təhsilimizə, səhiyyəmizə bu cür gözəl qayğı göstərirsiniz.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizin təhsil sisteminin müasir və beynəlxalq standartlara cavab verməsi üçün lazımi tədbirlərin görüldüyünü və bunun gələcəkdə də davam

etdiriləcəyini vurğulayaraq dedi:

Page 72: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

72

- Azərbaycanın bütün məktəbləri yüksək səviyyədə olmalıdır. Demək olar ki, bu gün artıq biz bu yol ilə

gedirik. Siz bilirsiniz ki, son dörd il ərzində 1800 yeni məktəb inşa və təmir olunub, ən yüksək standartlara

cavab verir. Yüksək səviyyədə təhsil üçün bütün nə lazımdırsa bu məktəbdə vardır.

Sonda xatirə şəkli çəkdirildi.

“Azərbaycan”.-2010.-8 sentyabr.-N 197.-S.4.

Page 73: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

73

Xalqa və dövlətə xidmət məramı

Heydər Əliyev Fondunun 6 ildə uğurla həyata keçirdiyi layihələr ölkədə mütərəqqi təhsil

ənənələrinin güclənməsinə xidmət edir

Müasir qloballaşma dövründə hər bir xalq inkişaf yolunu məhz malik olduğu elmi-intellektual

potensialla müəyyənləşdirərək dünya miqyasında layiqli yer tutmaq imkanı qazanır. Bəşər tarixində

silinməz iz qoymuş böyük şəxsiyyətlərin elmə və təhsilə münasibəti, bu sahələrin inkişafına verdikləri

töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən biridir. Müstəqil Azərbaycan dövlətinin

qurucusu, ümummilli lider Heydər Əliyev də idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin

inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk növbədə, xalqın intellektual gələcəyini düşünmüşdür. Elmi-

intellektual sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti, etibarlı təminatı

hesab edən ulu öndər milli təhsil sisteminin mütərəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri

tədbirləri həyata keçirmişdir.

Sivil dünya gerçəklikləri ilə çulğaşan fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin

tətbiq olunması yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, dövlət idarəçiliyi üçün yüksək mənəvi-əxlaqi

keyfiyyətləri, intellekti, savadı ilə fərqlənən ixtisaslı kadrların yetişdirilməsi məsələləri ulu öndər Heydər

Əliyevin fəaliyyətinin bütün mərhələlərində prioritet məsələlərdən olmuşdur. Ümummilli lider Heydər Əliyevin hələ Azərbaycana birinci rəhbərliyi dövründə böyük uzaqgörənliklə həyata keçirdiyi elm, təhsil və mədəniyyət

siyasəti müstəqillik illərində milli ziyalı elitasının intellektual potensialının yüksəlişində özünü göstərməklə

aparılan islahatların praktik nəticələr verməsini təmin etmişdir. Hələ ötən əsrin 70-80-ci illərində ulu öndərin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların möhkəm maddi-texniki

bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssislərin, o cümlədən

hərbi kadrların yetişdirilməsi, Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqilliyimiz üçün zəruri intellektual zəmin yaratmışdır. Heydər

Əliyev peşəkar strateq olaraq göstərirdi ki, intellektual baza istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil

edən mühüm amillərdən biridir. Ulu öndərin yeritdiyi siyasətin dərinliyi və uzaq hədəflərə hesablanması da

məhz onun hərtərəfli elmi prinsiplər üzərində qurulması, zəngin intellektual potensiala söykənməsi ilə şərtlənir.

Mütərəqqi

təhsil ənənələrinin

davamçısı

Ötən 7 illik fəaliyyəti ilə Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaratmış dövlət başçısı cənab İlham

Əliyev də elm və təhsilin problemlərini diqqət mərkəzində saxlamış, ulu öndərin bu sahədə müəyyənləşdirdiyi

prioritetlərin varisliyini təmin etmişdir. Ölkə başçısının bu sahəyə xüsusi diqqətlə yanaşması, ilk növbədə,

müstəqil respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, ildən-ilə daha geniş maliyyə imkanları qazanması zəruriliyi ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün

idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Bu zərurətdən çıxış edən

cənab İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk günlərindən elm-təhsil sahəsində böyük yüksəlişin təmin olunmasını başlıca prioritetlərdən biri kimi götürmüşdür. Elmin, təhsilin inkişafına dövlət büdcəsində nəzərdə

tutulan vəsaitlərin ildən-ilə artırılması, müəllimlərin əməkhaqlarında, tələbə, magistr və aspirantların

təqaüdlərində özünü göstərən əsaslı artımlar, habelə məktəblərin dərsliklərlə pulsuz təminatı dövlət rəhbərinin

bu əhəmiyyətli sahəyə xüsusi diqqət və qayğısının bariz ifadəsidir. Prezident İlham Əliyevin 2010-2011-ci dərs ili qarşısında imzaladığı sərəncamlar da dövlətin

sosialyönümlü siyasətinin daha bir nümunəsi olmaqla təhsil işçilərinin rifah halının yüksəldilməsi baxımından

mühüm əhəmiyyətə malikdir. Belə ki, dövlət başçısının 6 sentyabr 2010-cu il tarixli sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin

vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2010-cu il sentyabrın 1-dən orta hesabla 10

faiz artırılmışdır. Eyni tarixdə imzalanmış daha bir sərəncamla doktorantların, ali, orta ixtisas, peşə məktəblərinin, peşə liseylərinin tələbələrinin və şagirdlərinin təqaüdləri də əhəmiyyətli dərəcədə artırılmışdır.

Page 74: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

74

Şübhəsiz, elm və təhsil kimi strateji sahələrdə özünü göstərən problemlərin həllini yalnız dövlətdən

gözləmək obyektiv yanaşma olmazdı. Bu prosesdə dövlət strukturları ilə yanaşı, biznes qurumları, ictimai

birliklər, qeyri-hökumət təşkilatları da yaxından iştirak etməlidirlər. İctimai statusda fəaliyyət göstərməsinə

rəğmən, cəmiyyət həyatının müxtəlif sahələrində həllini gözləyən problemlərin icrasında yaxından iştirak edən Heydər Əliyev Fondunun fəaliyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. Fəal maarifçilik xətti yeritməklə

klassiklərin mütərəqqi ənənələrini davam etdirən Heydər Əliyev Fondunun 6 illik fəaliyyəti elmə və təhsilə

qayğı nümunələri ilə zəngindir. Hər bir xalqın gələcəyi sayılan gənclərin intellektual inkişafını təmin etmədən onların milli-mənəvi

dəyərlərə bağlı layiqli şəxsiyyət kimi yetişməsinə nail olmaq qeyri-mümkündür. Bəşəriyyətin xilasına yönəlmiş

ideallar da məhz elm və təhsilin yüksək inkişaf etdiyi ölkələrdə özünə möhkəm dayaqlar tapa bilər. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından yüksək inkişaf mərhələsinə çatmış

dövlətlərin bu nailiyyətləri məhz elmə, təhsilə böyük diqqət və qayğı nəticəsində əldə etdiyi danılmaz

gerçəklikdir. Heydər Əliyev Fondunun ötən 6 ildə həyata keçirdiyi layihələrin sırasında elm və təhsilin, müasir

informasiya texnologiyalarının mühüm yer tutması da məhz bu reallığa söykənir. Fondun təhsil sahəsində gördüyü işlər sırasında respublikamızın müxtəlif bölgələrində reallaşdırılan

"Yeniləşən Azərbaycana yeni məktəb" proqramı müstəsna əhəmiyyət daşımışdır. Proqram təhsilin səviyyəsinə

birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. Bu sahədə real vəziyyəti qiymətləndirmək üçün fondun

prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın

təşəbbüsü ilə, ilk növbədə, ölkədəki məktəb binalarının vəziyyəti öyrənilmişdir. Aparılan monitorinqlər göstərmişdir ki, bir çox məktəblərdəki şəraitin yarıtmaz vəziyyətdə olması təhsilin keyfiyyətinə mənfi təsir edən

mühüm amildir. İctimai dəstəyi vacib hesab edən Heydər Əliyev Fondu cəmiyyətin müxtəlif təbəqələrinin

diqqətini bu məsələyə yönəltmək məqsədilə 2005-ci ilin iyununda müvafiq qurumların, habelə beynəlxalq

təşkilatların iştirakı ilə "dəyirmi masa" təşkil etmiş, proqramın həyata keçirilməsi məqsədi üçün 100, 200 və 240 şagird yerlik məktəb layihələri hazırlanmışdır. Layihənin həyata keçirilməsi ilə bağlı fondun prezidentinin

cəmiyyətə ünvanladığı əməkdaşlıq çağırışı geniş əks-səda doğurmuş, az sonra Azərbaycanın müxtəlif

bölgələrində - hətta ucqar dağ kəndlərində belə, məktəb tikintisi geniş vüsət almışdır. Əslində, "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin ən üstün cəhətlərindən biri onun paytaxtla yanaşı, regionlarda da icra

edilməsi olmuşdur. İnanılmaz görünsə də, layihənin icrası nəticəsində yalnız ilk 4 ayda ölkədə 132 yeni məktəb

tikilərək istismara verilmişdir. Proqram çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana

uyğunlaşdırılan bu məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunmuşdur.

2006-cı ildə Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsinə

başlamış, Bakıətrafı qəsəbələrdə yeni məktəblər inşa olunmuşdur. Bununla da fond ictimaiyyətin diqqətini növbəti dəfə müasir dünyada hər bir ölkənin inkişafının, onun dünya birliyinə inteqrasiyasının əsasında yalnız

mükəmməl təhsilin dayandığına yönəltmişdir. 2008-2009-cu tədris ilində fondun təşəbbüsü ilə ölkədə inşa

olunan yeni məktəb binalarının sayı ümumilikdə 283-ə çatdırılmışdır. Bu, yeni şəraitdə, müasir tələblər səviyyəsində təhsil almaq imkanı qazanan 75 mindən çox şagirdin həyatında ciddi dəyişiklik, yenilik deməkdir.

Fondun "Təhsilə dəstək" layihəsi də özünün humanist mahiyyəti ilə diqqəti çəkir. Heydər Əliyev Fondu

hər il layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş

qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanda yaşayan azərbaycanlı birinci sinif şagirdlərinə, Qax, Zaqatala, Balakən rayonlarında tədrisin gürcü

dilində aparıldığı məktəblərə hər il yeni dərslik və tədris ləvazimatları göndərilir.

"Təhsilə dəstək" layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də uğurla həyata keçirilir. Layihə çərçivəsində Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası bu baxımdan xüsusi

vurğulanmalıdır. Xatırlatmaq lazımdır ki, 2005-ci ildə Pakistanda böyük dağıntılara səbəb olmuş zəlzələdən

sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar məktəbi tam yararsız vəziyyətə düşmüşdü. Fondun xətti ilə qısa müddətdə inşa edilən 650 şagird yerlik təhsil ocağında müasir tələblərə cavab verən 10 xüsusi sinif

otağı, laboratoriyalar, fənn kabinetləri, kompüter otağı, idman meydançası vardır.

"Təhsilə dəstək" layihəsi çərçivəsində Gürcüstanın Dmanisi rayonunda da yeni elmi-tədris mərkəzinin

binası inşa edilərək istifadəyə verilmişdir. Bundan əlavə, bir sıra xarici təşkilat və şirkətlərin fonda hədiyyə etdikləri müxtəlif adda 10 mindən çox kitab ölkənin ali və ümumtəhsil məktəblərinə, uşaq evlərinə, internat

məktəblərinə paylanılmışdır.

Layihə çərçivəsində Rusiyanın Ulyanovsk şəhərində bərbad vəziyyətdə olan məktəb binasının ən müasir tələblər səviyyəsində təmir olunması da fondun təhsil layihələrinin Azərbaycan hüdudları ilə

Page 75: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

75

məhdudlaşmadığını, beynəlxalq miqyaslı olduğunu göstərir. Həmin məktəbin 2010-cu il sentyabrın 1-də

istifadəyə verilməsi Rusiya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Ulyanovsk vilayətinin

qubernatoru Sergey Moroz bununla əlaqədar demişdir: "Bizim birgə səylərimiz sayəsində şəhərin xəritəsində

çox maraqlı mikrorayon qeydə alınmışdır. Heydər Əliyev adına meydanda gənclər gəzintiyə çıxır, uşaqlar oynayır, ahıllar dincəlirlər. İndi Heydər Əliyev Fondundan olan tərəfdaşlarımız bizə müasir məktəb binasını

hədiyyə etmişlər. Sağlam millətlərarası münasibətlərin mozaikası da məhz belə yaranır".

Heydər Əliyev Fondunun bu sahədə başlıca fəaliyyət istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllində nüfuzlu beynəlxalq təşkilatlardan sayılan YUNESKO-nun geniş imkanlarından səmərəli

şəkildə faydalanmaqdır. Bu nüfuzlu beynəlxalq təşkilatın diqqətinin ölkənin təhsil problemlərinin həllinə cəlb

olunması, təşkilatla əməkdaşlıq şəraitində keçirilən birgə tədbirlər yaxın gələcəkdə mövcud əlaqələrin daha da intensivləşməsinə yaxşı imkanlar açmışdır. Azərbaycanla YUNESKO arasında bir neçə istiqamətdə əməkdaşlıq

münasibətləri qurulmuşdur - bu əlaqələr əsasən, "Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər",

texniki-peşə sahəsində əməkdaşlıq, inkluziv təhsil layihəsi, ali məktəblərdə

YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil

olan əsas məsələlərdəndir. İndiyə qədər YUNESKO ekspertləri dəfələrlə Azərbaycanda olaraq məcburi köçkün

və qaçqın ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı müxtəlif layihələr işləyib hazırlamışlar. Heydər Əliyev Fondu YUNESKO ilə təkcə təhsil sahəsində deyil, həm də mədəniyyət sahəsində səmərəli

əməkdaşlığa nail olmuş, Azərbaycanın milli-mənəvi irsinin dünya miqyasında tanınmasında təşkilatın geniş

imkanlarından bəhrələnmişdir. Ötən illərdə Azərbaycanda YUNESKO-nun xətti və dəstəyi ilə Mədəni İrsin Qorunmasına dair seminar-konfrans, "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunmasına dair" Haaqa

Konvensiyasının (1954) qəbulunun 50 illiyinə həsr edilmiş "dəyirmi masa" və digər tədbirlər keçirilmişdir.

Azərbaycan muğamının, aşıq musiqisinin, eləcə də Novruz bayramının YUNESKO-nun Qeyri-maddi irs

siyahısına salınması da bu əməkdaşlığın müsbət nəticələridir.

Beynəlxalq miqyaslı tədbirlərin təşkilatçısı

Heydər Əliyev Fondu fəaliyyətində milli və bəşəri dəyərləri uca tutmaqla həm də beynəlxalq miqyaslı

qeyri-hökumət təşkilatına çevrilmiş, fəaliyyəti ilə müxtəlif ölkələrin ictimai, elmi, mədəni həyatına fəal təsir

imkanları əldə etmişdir. Ötən 6 ildə fondun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Millətlər

Təşkilatının, İslam Konfransı Təşkilatının və digər nüfuzlu qurumların dünyada savadsızlığın aradan qaldırılmasına, gender bərabərliyinə, milli-mədəni müxtəlifliyin, habelə uşaq hüquqlarının qorunmasına,

sivilizasiyalararası dialoqun genişləndirilməsinə, etnik, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılmasına həsr

olunmuş tədbirlərinin məhz Bakı şəhərində keçirilməsi buna əyani sübutdur. Hələ 2004-cü il iyulun 6-da fondun təşəbbüsü ilə Parisdə YUNESKO-nun iqamətgahında "Davamlı

inkişaf üçün Azərbaycanda təhsil islahatları" mövzusunda beynəlxalq konfrans keçirilmiş, 2005-ci ilin avqust

ayında isə Bakıda "YUNESKO-Azərbaycan: Azərbaycanın təhsil problemləri və perspektivləri" mövzusunda konfrans təşkil olunmuşdur. Konfransda çıxış edən Azərbaycanın birinci xanımı Azərbaycan milli təhsilinin

problemlərindən söz açmış, həyata keçirilən islahatlar barədə iştirakçılara ətraflı məlumat vermişdir. Konfrans

milli təhsilimizin ümumi vəziyyəti ilə bağlı YUNESKO nümayəndələrində tam təsəvvür yaratmaq, onları

hərtərəfli məlumatlandırmaq, habelə perspektivdə müştərək layihələrlə çıxış etmək baxımından uğurlu nəticələrlə yadda qalmışdır.

YUNESKO-nun "Dünyada savadlılığın dəstəklənməsi" üzrə regional konfransının 2008-ci ildə Bakıda

təşkil olunması da Azərbaycanın təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini göstərmişdir. Belə bir mühüm konfransın keçirilməsi böyük siyasi əhəmiyyət kəsb etməklə respublikanın elm və

təhsil ictimaiyyətinə Avropa ölkələrinin bu sahədəki müsbət təcrübəsindən bəhrələnmək imkanları yaratmışdır.

Azərbaycanın milli problemlərinə əsl vətəndaş mövqeyi nümayiş etdirən, respublikanın üzləşdiyi təcavüz və soyqırımı siyasətini vətənpərvərliklə bütün dünyaya çatdıran Mehriban xanım Əliyeva konfransdakı çıxışında

ənənəvi olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkmişdir. Milli Məclisin deputatı

eyni zamanda Azərbaycan hökumətinin qaçqın və məcburi köçkün övladlarının təhsili üçün gördüyü böyük

işlərdən söz açmışdır: "Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyon qaçqın və məcburi köçkün yaranmışdır. Son 20 il ərzində belə vəziyyətdə yaşayan yeni nəsil formalaşıbdır. Qaçqın-köçkün uşaqları

münaqişənin nəticələrindən əziyyət çəkirlər. Buna baxmayaraq, mürəkkəb vəziyyət olsa da, hökumətimiz həmin

uşaqlar üçün təhsilin müvafiq səviyyəsini təmin edə bilmişdir. Biz onların təhsil problemlərini həll etmək məqsədilə regionlardakı infrastrukturu dəstəkləyən təhsil modelini yaratmışıq. Hazırda bütün uşaqlar öz

Page 76: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

76

müəllimləri tərəfindən verilən təhsili alır, işğal olunmuş rayonların məktəbləri digər orta məktəblər kimi eyni

səviyyədə fəaliyyət göstərir".

Avropa Şurasına üzv dövlətlərin gender bərabərliyinə həsr olunmuş VII konfransının 2010-cu ilin

mayında Bakı şəhərində keçirilməsi də müstəqil Azərbaycanın gender siyasəti sahəsində mühüm nəticələrə imza atmış sivil dövlətlər sırasında olduğunu göstərir. "Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin

təmin olunması" mövzusunda konfrans isə respublikamızın qadın hüquqlarının qorunması sahəsində heç də

inkişaf etmiş dövlətlərdən geri qalmadığını göstərmişdir. Prezident İlham Əliyev bütün xarici səfərlərdən uğurla qayıdır. Dövlət başçısının milli mənafelərə

əsaslanmaqla həyata keçirdiyi fəal, balanslı və praqmatik siyasətinin səmərəli nəticələr verməsində fondun

prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycanın birinci xanımı bu səfərlərdə, habelə müxtəlif beynəlxalq

tədbirlərdə ölkə həqiqətlərinin fəal carçısı kimi çıxış etməklə yanaşı, həm də parlaq şəxsiyyətində Azərbaycan

qadınına xas nəcibliyi, mənəvi zənginliyi, mədəniyyəti, ziyalılığı, humanizmi, sülhpərvərliyi təcəssüm etdirir.

Mübaliğəsiz deyə bilərik ki, Heydər Əliyev Fondunun prezidentinin keçirdiyi yüksək səviyyəli görüşlər dövlət başçısı İlham Əliyevin xarici səfər proqramlarını daha rəngarəng və məzmunlu edir, səmərəliliyini yüksəldir.

Beynəlxalq ictimaiyyətdə Azərbaycan qadınının yüksək intellektual-mədəni səviyyəsi, milli və bəşəri dəyərlərə

sadiqliyi ilə bağlı dolğun, obyektiv qənaət formalaşır. Misal üçün bir faktı diqqətə çatdıraq ki, Mir Cəlal Paşayevin Fransada keçirilmiş 100 illik yubileyi mərasimində Heydər Əliyev Fondunun prezidentinin ingilis

dilində səlis nitq söyləməsi, təkcə görkəmli yazıçının fəaliyyətini deyil, bütövlükdə Azərbaycan ədəbi

düşüncəsini dərin təhlil etməsi tədbirin əcnəbi iştirakçılarında böyük maraq, xoş təəssürat doğurmuşdur. Tədbirdən sonra onlar söhbət əsnasında Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadınının yüksək

intellektual-mədəni səviyyəyə, kübar keyfiyyətlərə malik olduğunu razılıq hissi ilə bildirirdilər.

Ölkə həqiqətləri

dünyaya çatdırılır

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün fond bütün imkanlardan səmərəli istifadə edir, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata

keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışır. Bu baxımdan Heydər Əliyev Fondunun müxtəlif

dillərdə nəşr etdirdiyi kitablar mühüm əhəmiyyətə malikdir. İngilis, fransız, ərəb, alman, rus dillərində "Qarabağ

həqiqətləri" bukletlər toplusunun hazırlanması, Azərbaycanın xaricdəki səfirlikləri, diaspor təşkilatları, habelə yerli qeyri-hökumət təşkilatları vasitəsilə yayılması bu istiqamətdə son dərəcə uğurlu addımlardan biridir.

Bukletlər toplusu "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı

soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarından ibarətdir. Layihənin davamı olaraq fond Xarici İşlər Nazirliyi ilə birgə "Azərbaycana

qarşı müharibə: Mədəni irsin hədəfə alınması" kitabını ingilis dilində çapdan buraxmışdır. Kitaba işğal olunmuş

Azərbaycan rayonlarının hər birində olan mədəni sərvətlərin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində, həmçinin işğal altındakı torpaqlarda tarixi-mədəniyyət abidələrinin əvvəlki və hazırkı vəziyyətini əks etdirən

videomateriallar əlavə edilmişdir. Eyni zamanda, fond 2007-ci ildən başlayaraq hər il dünyanın bir sıra böyük

şəhərlərində Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar həyata keçirir. Anma mərasimlərində

fondun hazırladığı "Xocalı soyqırımı" filmi ilə yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyalar nümayiş olunur.

Son illər Heydər Əliyev Fondunun beynəlxalq miqyaslı quruma çevrilməsi istiqamətində işlər daha da

genişlənmişdir. Fondun müxtəlif ölkələrdə filiallarının açılması bir tərəfdən təşkilatın qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, digər tərəfdən Azərbaycanı daha yaxından təbliğ etmək, ölkə həqiqətlərini dünya

arenasına çıxarmaq, habelə diaspor hərəkatının genişlənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür. Son

illərdə Rusiyada, Rumıniyada, Türkiyədə, ABŞ-da və Böyük Britaniyada filiallarını açan fond fəaliyyətini beynəlxalq müstəvidə genişləndirmək imkanı qazanmışdır. Fondun Moskva filialının fəaliyyəti bu baxımdan

daha qabarıq hiss olunur. Azərbaycan gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi bu missiyanı üzərinə

götürmüş Leyla Əliyeva fondun Moskva filialına yüksək səviyyədə rəhbərlik edir. O, Azərbaycanın milli-

mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində bütün zəruri tədbirləri həyata keçirir.

İslam Konfransı Təşkilatının gənclər forumu ilə "Xocalıya ədalət" Beynəlxalq kampaniyasına start

verilməsi də fondun Moskva filialının fəaliyyəti ilə bağlıdır. Bu kampaniya İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs

Page 77: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

77

əsasında həyata keçirilir. Tunisdə İSESKO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol

"Xocalıya ədalət" Beynəlxalq Məlumat Təşviqat kampaniyasına dəstək verilməsi və dünya miqyasında təhsil,

elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Leyla Əliyeva demişdir ki,

bu aksiyanın əsas məqsədi - beynəlxalq birliyi Xocalı faciəsi haqqında obyektiv məlumatlandırmaqdır. Rusiya ilə Azərbaycan arasında mədəni dialoqun genişləndirilməsi istiqamətində atılan addımlar da bu

baxımdan təqdirəlayiqdir. Qısa müddətdə Leyla xanım Rusiyanın mədəni ictimaiyyəti ilə müxtəlif səviyyəli

görüşlər keçirmiş, Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində mühüm addımlar atmışdır. 2007-ci ilin dekabrında Leyla Əliyevanın baş redaktorluğu ilə nəşrə başlayan "Baku" jurnalı da Azərbaycanın və onun

paytaxtının təbliği baxımından xüsusi əhəmiyyətə malikdir. Rusiya oxucuları bu nəşr vasitəsilə respublikamız

barədə daha dolğun məlumatları əldə edə bilirlər.

Fondun fəaliyyəti

layiqli örnəkdir

Heydər Əliyev Fondunun və onun Moskva nümayəndəliyinin Bakı Dövlət Universiteti ilə sıx əlaqələri

vardır. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva

indiyədək bir neçə dəfə universitetdə olmuş, müxtəlif səviyyəli tədbirlərdə iştirak etmişdir. Azərbaycanın birinci xanımının BDU-nun 90 illik yubileyində iştirakı da universitetin professor-müəllim heyətində, tələbələrində ruh

yüksəkliyi doğurmuşdur. Hesab edirik ki, Azərbaycanın birinci xanımının çoxşaxəli vətənpərvər fəaliyyəti

BDU-nun tələbə gəncləri üçün layiqli örnək və nümunədir. Fondun Moskva filialının xətti ilə universitetə 48 adda 600-dən çox dəyərli dərsliyin hədiyyə olunmasını

da mühüm faktlardan biri kimi diqqətə çatdırmaq istərdik. Bundan əlavə, fondun Moskva nümayəndəliyinin

təşəbbüsü ilə 2010-cu ilin iyul ayında Rusiya Federasiyası Tələbə-Gəncləri BDU-da olmuş, səmərəli

müzakirələr aparmışlar. Nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası Gənclər İctimai Palatasının sədri Vadim Yurko iki ölkənin gənclər təşkilatlarının səmərəli əməkdaşlığının genişlənməsində Heydər Əliyev

Fondunun Moskva filialının fəaliyyətini yüksək dəyərləndirmişdir.

Ümumiyyətlə, bir ziyalı kimi bu qənaətdəyəm ki, Heydər Əliyev Fondu dünyada məşhur tarixi şəxsiyyətlərin adını daşıyan, uzun illər fəaliyyət göstərməsinə baxmayaraq, gördüyü işləri sırf xeyriyyəçiliklə

məhdudlaşan analoji qurumlardan tamamilə fərqlənir. Yaradılarkən çoxlarının yalnız xeyriyyəçilik yönümündə

fəaliyyət göstərəcəyini zənn etdiyi Heydər Əliyev Fondu zaman baxımından qısa müddətdə reallaşdırdığı

çoxşaxəli layihələrin miqyası ilə gözlənildiyindən xeyli böyük amalları uğurla gerçəkləşdirmişdir. Ən ümumi şəkildə demək olar ki, fond qısamüddətli fəaliyyəti dövründə ümummilli liderin zəngin dövlətçilik irsinin

öyrənilməsi, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafına xidmət edən layihələrin

reallaşdırılması, milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılması, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla

əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xüsusən də

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində son dərəcə uğurlu nəticələrə imza atmış, dərin ictimai rəğbət qazanmışdır. Əslində,

fond 6 illik fəaliyyəti ilə 50 ildə görülə biləcək tədbirləri uğurla gerçəkləşdirmiş, Azərbaycan dövlətçiliyinin

inkişaf strategiyasının, habelə milli dövlətçilik ideologiyasının formalaşmasına, ictimai şüurda

möhkəmlənməsinə sanballı töhfələrini vermişdir. Xalqa xidməti həyat kredosuna çevirmiş böyük şəxsiyyətlər bunun müqabilində hər zaman təmənnasız

olmuş, dar məqsəd güdməmişlər. Fəqət, belə nəcib və xeyirxah insanların mənəvi yüksəliş və ucalığa xidmət

edən çoxşaxəli fəaliyyətinin obyektiv dəyərləndirilməsi bəzən obyektiv tələbat kimi ortaya çıxır. 2009-cu il 5 may tarixli sərəncamı ilə fondun prezidentini "Heydər Əliyev mükafatı"na layiq görən dövlət başçısı İlham

Əliyev qurumun cəmiyyət və xalq naminə xidmətlərini də yüksək dəyərləndirir: "Heydər Əliyev Fondu milli

fonddur. Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır. Eyni zamanda, Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli

maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyada təqdim edilməsi - bütün bu şərəfli

funksiyalar bu fondun üzərinə düşübdür. Düşübdür deyəndə, fond və fondun rəhbərliyi bütün bu işləri öz

təşəbbüsü ilə görür, mən bunu da deməliyəm. Ona görə mən fondun fəaliyyətini çox təqdir edirəm, çox bəyənirəm və şübhə yoxdur ki, bundan sonra da Azərbaycanın gələcək inkişafında fondun rolu böyük

olacaqdır".

Əsl insan üçün ən dəyərli xəzinə məhz çalışmaq və başqalarına yaxşılıq etmək bacarığıdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da dəyərli

Page 78: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

78

vaxtını, enerjisini məhz insanların nicatına, rifahına, firavanlığına xidmət edən layihələrə yönəldir. Bu tədbirlər,

həyata keçirilən xoşməramlı missiya BDU-nun çoxsaylı professor-müəllim heyəti, tələbələri tərəfindən də

dəstəklənir, alqışlanır. Çünki insan amilinin yüksəlişinə xidmət edən bu layihələr ilk növbədə Heydər Əliyev

ideyalarına sədaqətin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstək vermək istəyinin təzahürüdür. Universitet kollektivi əmindir ki, fond millətin gələcəyinə və xoş

sabahına hesablanmış bu xoşməramlı missiyanı bundan sonra da inamla davam etdirəcəkdir.

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin

rektoru, akademik, Milli Məclisin deputatı

“Azərbaycan”.-2010.-15 sentyabr.-N 200.-S.5.

Page 79: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

79

Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, bir sıra başqa ölkələrdə də

təhsilin inkişafına böyük dəstək verir

Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Pakistanda, Gürcüstanda, Rusiyada və

digər ölkələrdə yeni məktəb binaları tikilib istifadəyə verilib, bəziləri isə əsaslı təmir olunub

2010-cu ildə ölkə üzrə 17434 şagird yerlik 49 yeni məktəb binasının, 10 mövcud məktəbə 1418 şagird

yerlik əlavə tədris korpuslarının inşası başa çatdırılıb. Bu barədə Təhsil Nazirliyindən verilən məlumata görə, 7 ümumtəhsil məktəbi, 2 peşə liseyi, 3 körpələr evi-uşaq bağçası əsaslı, 356 ümumtəhsil məktəbi, 9 peşə liseyi, 52

körpələr evi-uşaq bağçası və 5 məktəbdənkənar təhsil müəssisəsi cari təmir olunub. Onu da qeyd edək ki, bu il

6980 şagird yerlik 25 yeni məktəb binasının tikintisinə başlanılıb.

Ümumiyyətlə, artıq bir neçə ildir ki, ölkəmizdə təhsil müəssisələrinin tikintisinə xüsusi diqqət yetirilir. Eyni zamanda, təhsilə yönəldilmiş investisiya qoyuluşları ildən-ilə artır. Təkcə dövlət büdcəsindən təhsilə 2004-

cü ildə 308250, 2005-ci ildə 378643, 2006-cı ildə 498520,3, 2007-ci ildə 757739,8, 2008-ci ildə 979719,5,

2009-cu ildə isə 1097180,1 min manat ayrılıb. Təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard manata çatıb, 2009-cu ildə isə 1,3 milyard manat təşkil edib.

Ümummilli liderimizin qoyduğu ənənə

Məktəblərin inkişafı, əhalinin savadlanması, kadrların yetişməsi üçün münbit şəraitin yaradılması

istiqamətində işlər Ulu öndərimizin hakimiyyətdə olduğu hər iki dövrdə - istər Sovet, istərsə də müstəqillik

illərində həyata keçirilib. Bu proses Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra da davam etdirilib. Son bir neçə ildə isə məktəb tikintisi sahəsində xüsusi canlanma yaranıb. 2003-2008-ci illərdə ölkəmizdə 1281

yeni məktəb inşa olunub. Təkcə 2008-ci ildə 161 yeni məktəb istifadəyə verilib, 129 məktəb əsaslı təmir edilib.

Ümumilikdə, son illərdə görülən işlər nəticəsində 700 mindən çox şagird, yəni, bütün şagirdlərin təxminən 50 faizi müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə edib.

Lakin təhsilə qayğı, sadəcə, dövlətin ayırdığı vəsaitlə məhdudlaşmır. “Təhsil millətin gələcəyidir”

deyən Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu ənənəni Heydər Əliyev Fondu da davam etdirir.

Yeniləşən Azərbaycana yeni məktəb

Fondun 2005-ci ildən start verdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə yeni məktəb tikilib. Layihənin icrasına başlandığı ilk mərhələdə vəziyyəti çox ağır hesab olunan 132 məktəb

müəyyən edilərək həmin məktəb binalarının yenidən tikilməsinə qərar verilib. Sonradan bu layihə

genişləndirilib və Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-2009-cu illərdə ölkəmizdə 300-ə yaxın məktəb tikilərək istifadəyə verilib. Ümumiyyətlə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə qısa müddətdə 100 mindən

artıq şagird yeri olan 330-dan çox məktəb binası tikilib və ya təmir edilib.

Təhsilə dəstək fondun əsas missiyalarındandır

Fondun təhsilə qayğısı ölkəmizdə görülən işlərlə məhdudlaşmayıb. Fondun prezidenti YUNESKO və

İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyeva “xoşməramlı səfir” missiyasını sözün əsl mənasında doğruldub. Azərbaycanın digər dövlətlərlə humanitar əlaqələrinin möhkəmlənməsinə,

respublikamızın və xarici ölkələrin təhsil müəssisələri ilə sıx əməkdaşlığın genişlənməsinə, ölkəmizdə və onun

hüdudlarından kənarda məktəblərin tikintisinə və yenidən qurulmasına kömək etmək Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən olduğunu da nəzərə alsaq, Fondun fəaliyyətinin dünyanı əhatə etməsi təəccüb

doğurmur. Harada qaynar nöqtə, köməyə ehtiyacı olan varsa, Heydər Əliyev Fondu oradadır.

Maraqlısı isə odur ki, Fond, sadəcə, azərbaycanlılara, azərbaycanlıların məskunlaşdığı yerlərə,

millətimizin çoxluq təşkil etdiyi ölkələrə deyil, bütövlükdə insanlığa xidmət edir. Artıq Fondun fəaliyyəti qonşu və uzaq olan bir sıra ölkələri əhatə edib. Məsələn, 2008-ci ildə Pakistanın Müzəffərabad şəhərinin Rara

ərazisində qızlar üçün orta məktəb binası Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun

xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə inşa olunub. 2005-ci ilin oktyabrında baş verən güclü zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəbin şagirdləri dərslərini

çadırlarda və açıq səma altında keçmək məcburiyyətində qaldıqları bir vaxtda Heydər Əliyev Fondu təşəbbüslə

Page 80: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

80

çıxış edib. Dəyəri 750 min ABŞ dolları olan layihə çərçivəsində qısa müddətdə müasir tələblərə cavab verən

yeni təhsil ocağı fəaliyyətini bərpa edib.

Heydər Əliyev Fondu Gürcüstandakı azərbaycanlıların hər sahədə olduğu kimi, təhsil sahəsində də

müsbət irəliləyişə nail olmalarına dəstək və yardımını əsirgəməyib. İndiyədək azərbaycanlıların yığcam məskunlaşdığı Kvemo Kartli-Borçalı bölgəsində uzun illər təmir olunmamış bir neçə məktəb binası Fondun

dəstəyi ilə əsaslı surətdə yenidən qurulub.

Və nəhayət, sentyabrın 1-də - Rusiyada yeni dərs ilinin ilk günündə Heydər Əliyev Fondu Ulyanovsk şəhərinə müasir məktəb binası hədiyyə edib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə və şəxsən onun nəzarəti

altında “Təhsilə dəstək” layihəsi çərçivəsində Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin

binası əsaslı təmir edilib. Ümumi dəyəri 25 milyon rubla bərabər olan layihənin reallaşdırılması nəticəsində şagirdlərə tamamilə müasir məktəb binası təqdim olunub. Məktəbin açılışında iştirak edən valideynlər və

şagirdlər görülmüş işə heyran olduqlarını gizlətməyiblər.

Qeyd edək ki, məktəbin dam örtüyü tamamilə təzələnib, binanın fasadı təmir edilib, plastik materialdan

hazırlanmış pəncərələr və yeni işıqlandırma sistemi quraşdırılıb, yaxınlıqdakı ərazidə abadlıq işləri aparılıb. Məktəbdə yaradılmış siniflərdə Ulyanovsk uşaqları Azərbaycan milli tətbiqi sənətinin bəzi növlərini öyrənə

biləcəklər. Məktəbin kitabxanası yeni tədris vəsaitləri və digər nəşrlər hesabına zənginləşib.

Ümumiyyətlə, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə xüsusi dəst-xətt müşahidə olunur. Azərbaycanda həyata keçirilən layihələr ölkəmizin abadlaşmasına, təhsilimizin inkişafına, insanlarımızın

şəraitinin müasirləşməsinə xidmət edib. Ölkəmizdən kənarda gerçəkləşdirilən layihələr isə Azərbaycanın

təbliğatına, onun probleminin dünya ictimaiyyətinin nəzərinə çatdırılmasına hesablanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə dirçələn bütün təhsil ocaqlarında Azərbaycanı tanıdan, onun üzləşdiyi işğal, qaçqın və

soyqırım faktlarını diqqətə çatdıran muzey mərkəzləri də qurulub. Bu missiya hələ davam edəcək. Heydər

Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ortaya çıxan irimiqyaslı

layihələrdən bütün dünya danışacaq.

RUHİYYƏ

“Yeni Azərbaycan”.-2010.-18 sentyabr.-N.170.-S.4.

Page 81: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

81

Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş

üç Azərbaycan məktəbinin açılış mərasimi olmuşdur

Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş üç Azərbaycan məktəbinin açılış

mərasimi olmuşdur.

Fondun "Təhsilə dəstək" layihəsi çərçivəsində Tbilisidəki M. F. Axundzadə adına 73 nömrəli orta məktəb,

Qardabanidəkı 3 nömrəli Azərbaycan məktəbi və Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi

əsaslı təmirdən sonra məktəblilərin ixtiyarına verilmişdir.

Fonddan bildirmişlər ki, Gürcüstanın paytaxtında 150 şagirdin təhsil aldığı M. F. Axundzadə adına 73 nömrəli orta məktəbdə aparılan yenidənqurma işləri nəticəsində qəzalı vəziyyətdə olan təhsil ocağında müasir

standartlara uyğun tədris üçün hər cür şərait yaradılmışdır. Məktəb binasının bünövrəsində bərkidilmə işləri

aparılmış, dam örtüyü dəyişdirilmiş, tədris otaqları, kitabxana, yeməkxana və digər otaqlar yüksək səviyyədə təmir olunaraq müasir avadanlıqla təmin edilmişdir. Məktəbdə yeni kompyuter otağı yaradılmışdır.

Qardabanidəkı 3 nömrəli Azərbaycan məktəbi 1600 şagird üçün nəzərdə tutulmuşdur. Əsaslı təmir işləri

zamanı məktəbdaxili təmirlə yanaşı, təhsil ocağının fasadı yeni kirəmidlə örtülmüş, idman meydançası

yaradılmış, həyətyanı sahə abadlaşdırılmış, avadanlığın əsas hissəsi yenilənmişdir. Layihə çərçivəsində Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbində yenidənqurma işləri

zamanı binada bərkidilmə işləri aparılmış, sinif otaqları, dəhlizlər, kitabxana, yeməkxana, idman zalı tam təmir

olunmuş, yeni akt zalı, fənn kabinələri və kompyuter otağı yaradılmışdır. Təhsil ocağı yeni avadanlıqla təmin olunmuşdur. Məktəbin qaz və elektrik avadanlığı yenilənmiş, transformator qoyulmuş, süni örtüklü stadion inşa

edilmişdir.

Təhsil ocaqlarının açılış mərasimində iştirak edən Azərbaycanın təhsil naziri Misir Mərdanov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Gürcüstanın elm və təhsil naziri Dmitri Şaşkin və Kvemo-

Kartli bölgəsinin qubernatoru David Kirkitadze orta məktəblərdə keyfiyyətli tədris üçün yaradılmış şəraiti

yüksək qiymətləndirmişlər.

“Xalq qəzeti”.-2010.-25 sentyabr.-N 209.-S.5.

Page 82: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

82

Moskvada Azərbaycan mətbəxinə həsr olunmuş kitabın təqdimatı keçirilmişdir

Mərasimdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iştirak etmişdir

Moskvada "Bakı" jurnalının dəstəyi ilə Stalik Xankişiyevin Azərbaycan mətbəxinə həsr edilmiş "Kazan,

baran i dastarxan" kitabının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, "Bakı" jurnalının baş redaktoru

Leyla Əliyeva, Arzu Əliyeva, Fyodor Bondarçuk, Yuli və Mixail Qusman qardaşları, Leonid Portnoy, Rusiyada

fəaliyyət göstərən xarici ölkələrin səfirləri iştirak etmişlər.

Mahir manqal və şiş ustası S. Xankişiyevin qələmindən çıxan və Azərbaycan mətbəxinin zənginliyindən bəhs edən kitabda daha çox manqal üzərində hazırlanan təamlardan söz açılmışdır. Kitabın giriş hissəsində

müəllif azərbaycanlı və əcnəbi aşpaz dostlarının Azərbaycan mətbəxi barədə fikirlərinə yer vermişdir. Kitabda

vurğulanan əsas fikirlərdən biri də odur ki, süfrənin gözəlliyi və yaddaqalan olması üçün hazırlanan hər bir təama xüsusi zövq və fantaziya ilə yanaşılmalıdır. Müəllif bir daha əminliklə hər bir insanın gözəl əl

qabiliyyətinə malik olduğunu söyləsə də, bu məharətdən hər kəsin yararlanmadığına təəssüf edir.

Müəllifin fikrincə, Azərbaycan mətbəxi zəngin olduğundan, hazırlanan hər bir təamın özünəməxsus və

əvəzolunmaz dadı vardır. Həmçinin, köz və manqalda hazırlanan kabablar da bənzərsiz dada malikdir. S. Xankişiyev qeyd etmişdir ki, bu, hələ kitabın birinci cildidir. Yaxın vaxtlarda ikinci kitab da hazır olacaqdır. Bu

kitab da əsasən Azərbaycan mətbəxinə həsr olunacaqdır.

Təqdimat mərasiminin iştirakçıları bu gözəl tədbirin təşkilinə görə "Bakı" jurnalının baş redaktoru Leyla Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Tibb elmləri doktoru Yakov Brand bildirmişdir ki, mən uzun müddətdir həm "Bakı" jurnalı, həm də

Heydər Əliyev Fondu ilə dostluq edirəm. Fond Azərbaycanda böyük işlər görür. Mən Fondun səhiyyə və təhsillə bağlı layihələri ilə tanışam. Əminəm ki, dünyada məsələlərə belə ciddi yanaşan və ölkəsi üçün bu qədər

böyük işlər görən ikinci fond yoxdur.

Mossovet Teatrının aktyoru Aleksandr Lenkov tədbirlə bağlı təəssüratlarını bölüşərək demişdir ki, belə

buludlu bir gündə "Bakı" jurnalı gözəl, günəşli axşam təşkil edərək, bizə növbəti bayram hədiyyə etmişdir. Gözəl Azərbaycan xalqı ilə bağlı bütün işlər bu qədər gözəl keçir.

Tanınmış müğənni Diana Qurskaya qeyd etmişdir ki, Leyla xanım çox gözəl insandır, o, böyük işlər

görür, təşəbbüslərə dəstək olur. İndiki zamanda məhz belə insanlar çatışmır. Beləliklə, "Bakı" jurnalının dəstəyi ilə keçirilən "Kazan, baran i dastarxan" kitabının təqdimat mərasimi

Azərbaycan mətbəxinin dünyada daha da yaxşı tanıdılması istiqamətində vacib bir addım olmuşdur.

“Xalq qəzeti”.-2010.-15 oktyabr.-N 226.-S.4.

Page 83: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

83

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi bu ölkədə təhsil alan

azərbaycanlı tələbələrə böyük qayğı göstərir

Leyla Əliyeva əlaçı tələbələrə RAGT-ın mükafatlarını təqdim edib

Dünən Moskvadakı "Bakı" kinoteatrında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri,

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın və Ümumrusiya Azərbaycanlıları

Konqresinin (ÜAK) rəhbərlərinin Rusiya ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşü

keçirilmişdir. Görüşdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı, habelə ÜAK xətti ilə Moskvanın və Rusiya regionlarının ali məktəblərinə daxil olmuş azərbaycanlı tələbələr iştirak etmişlər.

Bu, RAGT-ın rəhbəri Leyla Əliyevanın azərbaycanlı tələbələrlə ikinci görüşüdür. Görüşü ÜAK-ın

prezidenti, Rusiya Tibb Elmlər Akademiyasının akademiki Məmməd Əliyev açaraq Azərbaycan rəhbərliyinin

gənclərin xaricdə, o cümlədən Rusiyada təhsilinə, habelə ÜAK xətti ilə Rusiya ali məktəblərinə daxil olmuş tələbələrə diqqət və qayğısından danışmışdır.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, RAGT-ın sədri Leyla Əliyeva toplaşanları

salamlamışdır. O, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının çoxşaxəli fəaliyyəti və müxtəlif sahələrdə planları barədə ətraflı məlumat vermişdir. L. Əliyeva vurğulamışdır ki, RAGT-ın coğrafiyası genişlənir və

azərbaycanlı gənclər klublarının bir çox regional ali məktəblərdə də fəaliyyət göstərməsi çox sevindirici haldır.

Leyla Əliyeva gəncləri RAGT ilə daha fəal əməkdaşlığa çağıraraq bildirmişdir ki, təşkilatın qapıları əməkdaşlıq və istənilən layihələr üçün açıqdır.

Sonra Leyla Əliyeva RAGT-ın adından əlaçı tələbələrə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının

"Əlaçı mükafatı"nı təqdim etmişdir. Bildirilmişdir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi

Moskvada və Rusiyanın regionlarında təhsil alan aztəminatlı ailələrdən olan 10 tələbəyə sosial təqaüd ayırmışdır.

ÜAK-ın təhsil komitəsinin sədri, professor Tofiq Məlikov geniş məruzə ilə çıxış etmişdir.

Sonra tələbələr Jalə Cavadova və Mirtapdıq Talıbov, habelə tələbələrin valideynləri Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, RAGT-ın sədri Leyla Əliyevaya təşəkkürlərini bildirmişlər. Çıxış

edənlər Rusiyada təhsil almaq imkanına, gənclərin problemlərinə və təhsilinə göstərilən qayğıya görə

Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə, Ümumrusiya Azərbaycanlıları Konqresinə minnətdarlıqlarını bildirmişlər. Bir neçə tələbəyə, həmçinin ÜAK-ın, "Lukoyl"

Xeyriyyə Fondunun və Aydın Qurbanov Fondunun adlı təqaüdləri təqdim olunmuşdur. Görüş maraqlı konsert

proqramı ilə başa çatmışdır.

MƏTLƏB

“Səs”.-2010.-17 oktyabr.-N.191.-S.2.

Page 84: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

84

Leyla Əliyeva əlaçı tələbələrə RAGT-ın mükafatlarını təqdim etmişdir

Xəbər verdiyimiz kimi, oktyabrın 16-da Moskvadakı "Bakı" kinoteatrında Heydər Əliyev

Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri

Leyla Əliyevanın və Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) rəhbərlərinin Rusiya ali

məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşü keçirilmişdir. Görüşdə Azərbaycan gənclərinin

xaricdə təhsili üzrə Dövlət Proqramı, habelə ÜAK xətti ilə Moskvanın və Rusiya regionlarının ali

məktəblərinə daxil olmuş azərbaycanlı tələbələr iştirak etmişlər.

Bu, RAGT-ın rəhbəri Leyla Əliyevanın azərbaycanlı tələbələrlə ikinci görüşüdür.

Görüşü ÜAK-ın prezidenti, Rusiya Tibb Elmlər Akademiyasının akademiki Məmməd Əliyev açaraq Azərbaycan rəhbərliyinin gənclərin xaricdə, o cümlədən Rusiyada təhsilinə, habelə ÜAK xətti ilə Rusiya ali

məktəblərinə daxil olmuş tələbələrə diqqət və qayğısından danışmışdır.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, RAGT-ın sədri Leyla Əliyeva tədbirin iştirakçılarını salamlayaraq demişdir: "Mən əminəm ki, bu il bizim üçün uğurlu, parlaq və maraqlı olacaqdır və

biz həm təhsildə, həm də RAGT-ın bütün layihələrinin həyata keçirilməsində müvəffəqiyyət qazanacağıq".

Leyla Əliyeva Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının çoxşaxəli fəaliyyəti və müxtəlif sahələrdə planları barədə ətraflı məlumat vermişdir. O, vurğulamışdır ki, bu il mayın 22-də Moskvada RAGT-ın

yaradılmasının 1-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. Tədbirə təkcə Moskva və Sankt-

Peterburqdan deyil, İvanovodan, Tverdən, Vladivostoktdan, Yekaterinburqdan və Rusiyanın digər

regionlarından yüzlərlə qonaq gəlmişdi. Leyla Əliyeva demişdir: "Gördüyünüz kimi, RAGT-ın coğrafiyası daim genişlənir və bu, çox sevindirici haldır. Bu gün Azərbaycanın gənclər klubları Rusiyanın bir çox təhsil

müəssisəsində fəaliyyət göstərir və gənclərimizin Vətənimizi müxtəlif ali məktəblərdə layiqincə təmsil etmək

imkanı vardır". RAGT-ın fəaliyyətindən danışan L. Əliyeva bildirmişdir ki, təşkilat müxtəlif sahələrdə mütəmadi olaraq

çoxlu tədbirlər - konsertlər, seminarlar, konfranslar, fotosərgilər, Azərbaycan mədəniyyəti günləri və həftələri

keçirir. Leyla Əliyeva demişdir: "Təşkilatımızın fəaliyyətinin başlıca istiqamətlərindən biri Heydər Əliyev Fondu ilə birlikdə keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasıdır. Tədbirdən məqsəd Azərbaycanın bu

şəhərində 1992-ci ildə baş vermiş faciəli hadisələr barədə bütün qitələrin sakinlərinə həqiqəti çatdırmaqdır.

RAGT gənclərimizin iştirakı ilə keçirilən bütün idman tədbirlərini dəstəkləyir və sağlam həyat tərzini

təbliğ edir. Bu həftə Seçenov adına Moskva Dövlət Tibb Universitetində İÇV/QİÇS probleminə həsr olunmuş konfrans keçirilmişdir. İndi fəallarımız müxtəlif regionlarda olacaq, ayrı-ayrı ali tədris müəssisələrində və

məktəblərdə gənclərə bu virus barədə məlumat verəcəklər.

Bildiyiniz kimi, artıq bir neçə ildir ki, RAGT-ın saytı fəaliyyət göstərir və onun istifadəçilərinin sayı daim artır. Yaxın gələcəkdə saytda RAGT-televiziya açılacaqdır. Burada fəallarımızın özlərinin çəkdiyi videosüjetlər

yayımlanacaqdır. Bu il RAGT-ın jurnalının birinci nömrəsi çapdan çıxmışdır. Nəşrdə gənclərin həyatının

müxtəlif sahələrini işıqlandırmağa çalışmışıq". Leyla Əliyeva qeyd etmişdir ki, jurnalın yeni nömrəsi hazırlanır.

O, maraqlı ideya və təklifləri jurnala göndərməyi təklif etmiş və onların arasından ən maraqlılarının dərc olunacağını vəd etmişdir.

Leyla Əliyeva bildirmişdir ki, yaxın gələcəkdə Moskvadakı Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan

zalı açılacaqdır. Burada Azərbaycan ədəbiyyatı geniş təmsil olunacaqdır. O, demişdir: "RAGT orada konfranslar, seminarlar, Azərbaycan dili, tarixi dərsləri təşkil edəcəkdir. Əlbəttə, biz təkcə həmyerlilərimizi

deyil, bütün dostlarımızı orada görməyə şad olarıq".

RAGT-ın rəhbəri qeyd etmişdir ki, 2009-cu ildə RAGT əlaçı tələbələr üçün mükafat təsis etmişdir. Bundan əlavə, Heydər Əliyev Fondu aztəminatlı ailələrdən olan tələbələr üçün illik təqaüd ayırmışdır. O

demişdir: "Ümidvaram ki, bu, tələbələrimiz üçün əlavə stimul olacaq və təhsildə və bütün digər işlərində daha

yüksək nəticələr əldə etməkdə onlara kömək edəcəkdir".

Leyla Əliyeva bütün gəncləri RAGT ilə daha sıx əməkdaşlığa çağıraraq vurğulamışdır ki, qarşıda çoxlu planlar, ideyalar və layihələr vardır. O demişdir: "Mən ölkəmizin, Vətənimizin rifahı naminə fəal işinizə və

səylərinizə görə hamınıza təşəkkürümü bildirmək istəyirəm. RAGT-ın qapıları hamının üzünə açıqdır və biz

bütün işlərinizdə sizə yardım etməyə və sizi dəstəkləməyə hazırıq". Sonra mükafatlar təqdim olunmuşdur. Leyla Əliyeva RAGT-ın "Əlaçı mükafatı"nı, habelə Heydər Əliyev

Fondunun mükafatlarını təqdim etmişdir.

Page 85: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

85

Təqdimat mərasimindən sonra Rusiya Humanitar Universitetinin 2-ci kurs tələbəsi Jalə Cavadova, Birinci

Moskva Tibb Universitetinin 5-ci kurs tələbəsi, Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı

xətti ilə təhsil alan Mirtapdıq Talıbov, habelə valideyn Mahirə Cəlilova çıxış etmişlər. Onlar ölkə

vətəndaşlarının Rusiyada təhsili üçün yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə, RAGT-a və ÜAK-a təşəkkürünü bildirmişlər.

ÜAK-ın təhsil komitəsinin sədri Tofiq Məlikov Konqres adından əlaçı tələbələri təbrik etmişdir. O, xüsusi

vurğulamışdır ki, ÜAK-ın səyləri müsbət nəticələr verir və bu gün Rusiyanın ali məktəblərində 196 azərbaycanlı təhsil alır.

Görüşün sonunda ÜAK-ın prezidenti Məmməd Əliyev bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin

Azərbaycan vətəndaşlarının dünyanın ən yaxşı ali məktəblərində təhsil alması arzusu uğurla həyata keçirilir. Qeyd olunmuşdur ki, "Lukoyl" Xeyriyyə Fondu da aztəminatlı ailələrdən olan tələbələr üçün xüsusi

təqaüdlər təsis etmişdir. Bundan əlavə, ÜAK-ın prezidenti Məmməd Əliyev ali tibb məktəbində təhsil alan və

maddi dəstəyə ehtiyacı olan iki tələbə üçün təqaüd ayırmışdır.

Görüş tələbələrin iştirakı ilə maraqlı konsert proqramı ilə başa çatmışdır.

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

“Xalq qəzeti”.-2010.-19 oktyabr.-N 229.-S.5.

Page 86: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

86

Nüfuzlu "Pakistan Observer" qəzetində Heydər Əliyev Fondu ilə bağlı

geniş məqalə dərc edilmişdir

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, bu ölkənin nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzetinin 4 noyabr tarixli nömrəsində Heydər Əliyev Fondu ilə bağlı geniş məqalə dərc

edilmişdir.

Məqalədə Heydər Əliyev Fondunun məqsədi, fəaliyyəti, fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva haqqında ətraflı məlumat

verilmişdir. Vurğulanmışdır ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond gündən-günə inkişaf edir.

Fəaliyyəti Azərbaycanın tərəqqisinə yönəlmiş qurum ölkənin mədəniyyətinin və tarixinin geniş təbliği üçün

layihələr həyata keçirir. Qəzetdə, həmçinin fondun bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində müxtəlif sahələri

əhatə edən və cəmiyyəti düşündürən, Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunmasına yönələn

genişmiqyaslı layihələr həyata keçirdiyi də xüsusi vurğulanır. Materialda fondun təhsil, səhiyyə, mədəniyyət, sosial, idman, elm və texnologiya, ekologiya və s.

sahələrdəki fəaliyyətinə də geniş yer verilmişdir. Qurumun bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək

fəaliyyətini təkcə Azərbaycan ilə məhdudlaşdırmadığı, Pakistanda, bir sıra digər ölkələrdə layihələr həyata keçirdiyi vurğulanmışdır.

2005-ci il oktyabrın 8-də Pakistanda çoxlu insan tələfatına və böyük dağıntılara səbəb olmuş zəlzələdən

sonra Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə Müzəffərabad şəhərinin Rara ərazisində inşa olunmuş

məktəb binası haqqında məlumat verilən yazıda ölkəmiz tərəfindən edilən yardımlar da yüksək qiymətləndirilir. Məqalə ilə www.pakobserver.net saytında tanış olmaq olar.

“Azərbaycan”.-2010.-5 noyabr.- N 244.-S.3.

Page 87: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

87

Londonda "Azərbaycan: uçan xalçalarla nağıllar aləminə" sərgisi açılmışdır

Noyabrın 15-də Heydər Əliyev Fondunun, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və

"Baku" jurnalının birgə təşkilatçılığı ilə Londonda Azərbaycan xalçalarının "Azərbaycan: uçan

xalçalarla nağıllar aləminə" adlı sərgisi açılmışdır.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva sərginin açılışında iştirak etmişdir.

Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixi vardır. Qədim və orta əsrlərə aid mənbələr Azərbaycan

xalqının milli sərvəti olan xalçalar və xalçaçılıq sənəti haqqında ən qiymətli məlumatları özündə əks etdirir.

Azərbaycan xalçalarının dünya mədəniyyətinin inkişafına təsiri də danılmazdır. Orta əsrlərdə Avropaya ayaq açan Azərbaycan xalçaları az sonra dünyada məşhur rəssamların tablolarında, səyyahların əsərlərində təsvir

olunmuş, gözəlliyi və orijinallığı ilə hamını heyran qoymuşdur. İncə ornamentləri, zərif və nəfis naxışları ilə

diqqəti cəlb edən Azərbaycan xalçaları XIX əsrdə artıq beynəlxalq sərgilərdə nümayiş etdirilmişdir. O dövrdə Moskva, Vyana, Turin, London, Berlin və digər şəhərlərdə təşkil edilən beynəlxalq sərgilərdə nümayiş etdirilən

eksponatların əsas hissəsi Azərbaycandan aparılan xalı və xalçalar olmuşdur. XX əsrdə də böyük inkişaf yolu

keçən Azərbaycan xalçası elə bu dövrdə elmi cəhətdən öyrənilmiş və tədqiq olunmuşdur. İndi Azərbaycan xalılarının sorağı dünyanın ən məşhur saraylarından və muzeylərindən gəlir. 1539-cu ildə toxunan, Londonun

Viktoriya və Albert muzeyində qorunan "Şeyx Səfi" xalısı ornamental xalıların ən gözəl nümunəsi kimi bu gün

də Azərbaycan xalçaçılıq məktəbini dünya miqyasında şərəflə təbliğ edir. Elə Londonda Heydər Əliyev Fondu,

Azərbaycanın Britaniyadakı səfirliyi və "Baku" jurnalının birgə təşkil etdiyi "Azərbaycan: uçan xalçalarla nağıllar aləminə" adlı sərginin məqsədi də xalqımızın milli sərvəti olan xalçalarımızın dünya mədəni irsinə

verdiyi töhfələri bir daha diqqətə çatdırmaq, ölkəmizi bu sahədə yetərincə təbliğ etməkdir.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov sərginin açılış mərasimindəki çıxışında Azərbaycan xalçalarının Londonda nümayiş etdirilməsi ilə bağlı ideyanın artıq reallığa çevrildiyini demişdir. Bu

ideyanın həyata keçirilməsi üçün göstərdiyi səylərə və verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı,

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya və Fondun Rusiya nümayəndəliyinin rəhbəri, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevaya minnətdarlığını

bildirmişdir.

Səfir qeyd etmişdir ki, xalçaçılıq sənəti Azərbaycan mədəniyyətinin bir parçasıdır və bu xalçaların ən

nadir nümunələri bir həftə ərzində Londonda nümayiş olunacaqdır. İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord Freyzer bildirmişdir ki, bu cür tədbirlər Azərbaycan-

Böyük Britaniya maraqlarını yüksək səviyyədə təcəssüm etdirir. Sərginin keçirilməsini yüksək dəyərləndirən

Lord Freyzer son illərdə ölkəmizdə güclü inkişafın müşahidə olunduğunu demişdir. O, bu sərgidə nümayiş olunan əsrarəngiz xalçalar haqqında təəssüratlarını bölüşmüşdür. Lord Freyzer çıxışına "Bizim məqsədimiz

Azərbaycan-İngiltərə əlaqələrini, xüsusən də mədəni əlaqələri inkişaf etdirməkdir" sözləri ilə yekun vurmuşdur.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla ƏLİYEVA sərginin açılışında çıxış

edərək demişdir: - Xanımlar və cənablar, əziz dostlar! Sizi burada salamlamağa şadam və ümid edirəm ki, bu tədbirdən

zövq alacaqsınız. Sərginin adı "Azərbaycan: uçan xalçalarla nağıllar aləminə"dir. Biz sizləri xalçaçılıq sənəti

vasitəsilə minbir gözəllik diyarı olan Azərbaycanın qədim və heyrətamiz nağıllar aləminə aparmaq istərdik. Bu, təkcə bənzərsiz təbiəti olan, mehriban insanların yaşadığı bir Qafqaz ölkəsi deyil, həmçinin Şərq və Qərb

dəyərlərinin, fikirlərin qovuşduğu, zəngin mədəni irsin mövcud olduğu bir məkandır. Yüz il əvvəl Nobel

mükafatı laureatı Redyard Kiplinq demişdir: "Şərq Şərqdir, Qərb də Qərb və onlar heç vaxt qarşılaşmayacaqlar". Əminəm ki, əgər Kiplinq Azərbaycana gəlsə idi, o, ölkədən tamamilə fərqli təəssüratlarla ayrılardı.

Azərbaycanda Şərq və Qərb bir araya gəlir.

Azərbaycan mətbəxi, ənənəvi yaşayış tərzinə sadiqliyi, ailə dəyərləri, koloriti və əsl Şərq bazarı mühiti ilə

fərqlənir. Azərbaycan, eyni zamanda, həmişə Qərbyönümlü olmuşdur. 1918-ci ildə Azərbaycanda ilk demokratik respublika qurulmuşdur. Eyni zamanda, Azərbaycan qadınlara seçki hüququ verən ilk ölkə

olmuşdur. Şərqdə ilk opera və teatr binası Azərbaycanda inşa edilmişdir. Beləliklə, Azərbaycan Şərqdə Qərb

dəyərlərinin müdafiəçisinə çevrilmişdir. Amma eyni zamanda, o, Şərqi Qərbə tanıtmış, həm də ki, nağıllar ölkəsinə qapıları açmışdır.

Xalçaçılıq sənətinə gəlincə isə, Azərbaycan xalçaları bütün Avropada məşhur olmuşdur. Bu heç də

təəccüblü deyildir. Çünki Azərbaycan əfsanəvi İpək Yolu üzərində yerləşir. Bu yol isə təkcə ticarət yolu deyil,

Page 88: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

88

eyni zamanda, dəyərlərin və mədəniyyətlərin mübadiləsi üçün geniş bir dəhliz idi. Min il əvvəl olduğu kimi,

Azərbaycan bu gün də hər bir qonağa açıq ölkədir. Heydər Əliyev Fondunun burada təqdim etdiyi kitabın

səhifələrində siz Azərbaycanın gözəl mənzərələrini - əzəmətli dağlarını, füsunkar göllərini, geniş düzənliklərini,

tarixən "Odlar yurdu" adlandırılan bu ölkənin qədim və müasir şəhərlərini görəcəksiniz. Bu kitab bizdə Qobustandakı qayaüstü rəsmləri çəkmiş qədim insanlar, Abşeronun böyük vulkanları, Bakının köhnə küçələri,

Xəzərin sahilə çırpılan dalğaları haqqında təsəvvür yaradır. Bütün bunlar gözəl fotoşəkillər toplusunda bir araya

gətirilmişdir. Heydər Əliyev Fondu Azərbaycanın mədəniyyətini və tarixini təbliğ etmək üçün yorulmadan çalışır. Fond

konsertlər, təqdimatlar, sərgilər təşkil edir, dünyanın hər yerində məktəblər inşa etdirir, Azərbaycanın

incəsənətini və musiqisini təbliğ edir. Heydər Əliyev Fondu, "Baku" jurnalı və Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı səfirliyi həmin layihə çərçivəsində bir həftə ərzində London sakinlərini Azərbaycan

xalçaçılıq sənəti ilə tanış edəcək bu sərgini təşkil etmişlər. Eyni zamanda, ümidvarıq ki, Azərbaycanı, onun

mədəniyyətini, tarixini və əlbəttə ki, xalqımızı təbliğ edəcəyik. Xalça qəlbin aynasıdır. Bu, qadın və kişi

sənətkarların uzunmüddətli zəhmətinin, xalçaçıların iti gözləri və fərdi yanaşmalarının, qədim irsə və mədəni ənənələrə sadiq qalmalarının nəticəsidir. Xalçaların üzərində fərdi izlər qala bilər. Bu, ya təsadüf, ya da səhvən

baş verə bilər. Xalçaçılar ənənələrə tabedirlər. Azərbaycanın müxtəlif bölgələrindən olan ustalar tərəfindən

toxunan xalçalara nəzər yetirdikdə, siz bu sənət əsərlərini yaradan insanlarla sanki görüşə biləcəksiniz. Siz Azərbaycanın müxtəlif bölgələrini təmsil edən Quba, Şirvan, Bakı, Şəki, Qarabağ xalçaçılıq məktəbləri

arasındakı fərqi görəcəksiniz.

Mən bu tədbirin Londonda keçirilməsinə və bu kitabın təqdimatının burada təşkil olunmasına görə çox məmnunam. London gözəl şəhərdir, dünyanın əzəmətli paytaxtlarından biridir. Mən uzun illər Londonda

yaşamışam. Əslində, mən buradakı Xarli küçəsində yerləşən məktəbdə oxumuşam. Mənim üçün London çox

sayda gözəl, görməli yerləri və mənzərələri ilə zəngin olan şəhərdir. Mən özümü burada evdəki kimi hiss

edirəm. Bu tədbirin burada keçirilməsindən çox şadam. Çünki London sakinləri fərqli mədəniyyətlərə və ideyalara böyük maraq və anlayış nümayiş etdirirlər. Siz yaxınlıqda yerləşən Viktoriya və Albert muzeyində

XVI əsrə aid və üzərində ağac, bitkilər və yarpaqlar təsvir olunan möhtəşəm "Şeyx Səfi" xalçasını görə

bilərsiniz. Ümid edirəm ki, bu sərgi Azərbaycan xalçaçılıq sənəti haqqında olan biliklərinizi daha da artıracaqdır.

Əziz dostlar! Mən Azərbaycan mədəniyyəti haqqında saatlarla danışa bilərəm. Düşünürəm, yaxşı olar ki,

bunu özünüz görəsiniz. Qoy, bizim sehirli xalçamız sizi bir neçə dəqiqəliyə olsa da, Şərq nağılları aləminə

aparsın. Ümid edirəm ki, bu "səfər"in xoş təəssüratları uzun müddət sizinlə qalacaqdır. Mən sizi Azərbaycan xalçalarına həsr olunmuş sərgiyə baxmağa dəvət edirəm. Beləliklə, icazə verin, sizi Azərbaycana - yeni

texnologiyaları, qədim və müasir memarlıq abidələri, gözəl mətbəxi və istiqanlı insanları olan ölkə ilə tanışlığa

dəvət edim. Gəlin səyahətimizə sərgi ilə tanışlıqla başlayaq. Burada toplaşdığınız üçün bir daha sizlərə təşəkkür edirəm və sözü mədəniyyət naziri Ed Veyziyə verirəm.

Böyük Britaniyanın mədəniyyət naziri Ed Veyzi bu tədbirə dəvət edilməsindən çox şad olduğunu bildirdi.

O dedi ki, Azərbaycan ilə İngiltərə arasında mədəni əlaqələr çox güclüdür. Azərbaycanlı tələbələrin bu gün İngiltərənin müxtəlif ali məktəblərində təhsil aldığını vurğulayan nazir Azərbaycanın iqtisadi inkişafından

məmnun olduğunu bildirdi.

"Bu tədbir Azərbaycan-İngiltərə əlaqələrinin daha da güclənməsinə xidmət edir", - deyən Ed Veyzi

tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna minnətdarlıq etdi. Britaniyalı nazir sonda təmsil etdiyi hökumətin Azərbaycanın Avropa İttifaqına yaxınlaşmasını dəstəkləyəcəyini və bu dəstəyin davamlı olacağını

vurğuladı. Sərgi çərçivəsində "Azərbaycan" nəşrinin ingilis dilində versiyasının təqdimatı oldu. Heydər Əliyev

Fondunun ən mühüm layihələrindən biri olan "Azərbaycan" nəşrinin ana dilimizdə versiyası bu ilin əvvəlində Bakıda Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə təqdim

olunmuşdur. Nəşrə daxil edilmiş fotoşəkillər ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, insan qaynaqları, bölgələri

haqqında oxucuda kifayət qədər dolğun təəssürat yaradır. "Azərbaycan: uçan xalçalarla nağıllar aləminə" sərgisi təkcə Azərbaycan xalçalarını deyil, həm də ölkəmizi, onun qədim və əsrarəngiz paytaxtını sərgiyə gələnlərə

tanıtmışdır. Burada nümayiş etdirilən fotoşəkillər sərgiyə gələnlərdə ölkəmizin təbiəti, mədəniyyəti, insanları

haqqında geniş təsəvvür yaratmışdır. Azərbaycanı, onun mavi Xəzərin sahilində qərar tutmuş, Şərq və Qərb

koloritinin cəmləşdiyi paytaxtını tərənnüm edən videoçarxlarda da ölkəmiz haqqında yetərincə məlumat almaq mümkün idi.

Tədbir iştirakçıları sərgi haqqında fikirlərini bölüşmüşlər.

Koreya Respublikasının Böyük Britaniyadakı səfiri Ço Kyu-Ho demişdir: Çox gözəl tədbirdir. Burada mən Azərbaycan və onun mədəni irsi haqqında daha çox məlumat əldə etdim. Bu sərgi həm də ölkənizi tanımaq

Page 89: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

89

baxımından çox vacibdir. Qlobal Yol Təhlükəsizliyi Fondunun baş direktoru Deyvid Vord söyləmişdir:

Möhtəşəm bir tədbirdir. Bu sərgi mənim Azərbaycana - Bakıya səfərimi xatırladır. Yadıma gözəl paytaxtınız

düşür. Bu məqamı mənə yaşatdığınız üçün təşəkkür edirəm.

Təhlükəsiz və davamlı nəqliyyat üzrə Şərq Alyansının direktoru Emma Maklennan vurğulamışdır: Azərbaycanı çox sevirəm, gözəl ölkədir. Bu xalça sərgisi Azərbaycan mədəniyyətini nümayiş etdirir. Burada

iştirak etməyimdən çox məmnunam. Bakıya yenidən qayıtmağımı səbirsizliklə gözləyirəm. Belə möhtəşəm

tədbirin təşkilinə görə sizlərə minnətdaram. London sakini Kerolayn Obrayn: Möhtəşəm sərgidir. Azərbaycan xalçalarını seyr etmək mənə xüsusi

zövq verir. Xalçaların yundan toxunduğunu bilirdim. Amma, ipəkdən toxunan xalçaları gördükdə

təəccübləndim. Burada qədim Azərbaycanın və Bakının ab-havasını hiss etdim. Tezliklə Bakıya səfər edəcəyim günü gözləyirəm.

Beynəlxalq hüquqşünas Nikolas Makkilreyt demişdir: Bu ecazkar gecənin iştirakçısı olmaqdan çox

məmnunam. Səslənən musiqi gözəldir, bizə təqdim olunan təamlar çox dadlıdır. Burada baş verənləri görməyə

dəyərdi. Tezliklə Azərbaycana, Bakıya gəlməyə ümid edirəm. London sakini Qey Ənn Leri bildirmişdir: Sərginin necə gözəl təşkil olduğunu və keçdiyini ifadə etmək

üçün söz tapa bilmirəm. Hər şey təkrarolunmazdır. Azərbaycanlı qonaqlarla söhbət etməyə, təəssüratlarımızı

bölüşməyə də imkan tapdıq. Məşhur futbolçu Roman Pavliçenko qeyd etmişdir: Burada olmaq, sənət əsərlərinə, xalçalara baxmaq

mənin üçün çox xoşdur. Mən Azərbaycan mətbəxinin nemətlərindən daddım və heyran oldum. Hər şey çox

gözəldir. Sonra qonaqlar Azərbaycan xalçalarından ibarət sərgiyə baxdılar. Sərgidə coğrafiyasına, naxış və

kompozisiyasına, rəng həlli və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün

istiqamətləri təmsil olunmuşdur. Burada nümayiş etdirilən Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ və

digər xalçaçılıq məktəblərinin nümunələri sərgiyə gələnlərdə böyük maraq doğurmuşdur. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbinin nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha hamının

diqqətinə çatdırdı.

Bu gün Azərbaycanda xalçaçılıq məktəbi özünün inkişaf dövrünü yaşayır. Xalqımızın milli sərvəti olan xalçaçılığın inkişafı ilə bağlı ölkədə həyata keçirilən tədbirlər, ilk növbədə bu qədim el sənətinin yaşadılmasına

göstərilən diqqətdən irəli gəlir. "Azərilmə" MMC-nin yaradılması ilə yeni inkişaf mərhələsinə daxil olan

xalçaçılıq sənəti bu gün Azərbaycan mədəniyyətinin ən böyük hamisi olan Heydər Əliyev Fondunun həyata

keçirdiyi layihələrlə daha da zənginləşir, bu sahədə görülən işlər xalçalarımızın milli və dünyəvi dəyərini daha da artırır. Bakıda orijinal memarlığı ilə diqqəti çəkən Xalça Muzeyi binasının tikilməsi bu nadir, xalqımızın

tarixini və mədəniyyətini özündə əks etdirən sənət növünə Azərbaycan dövlətinin diqqət və qayğısından irəli

gəlir. Azərbaycan xalçalarının sehrinə düşən sərgi iştirakçıları da bu nadir gözəlliyin Londonda nümayiş etdirilməsini yüksək qiymətləndirmişlər.

Sərgidə səslənən Azərbaycan musiqisi də maraqla qarşılanmışdır. Heydər Əliyev Fondunun və

Azərbaycan Televiziyasının birgə layihəsi olan muğam televiziya müsabiqəsinin qalibi Güllü Muradovanın və musiqiçi dostlarının ifaları hamını muğamın sehrinə salmışdır.

Beləliklə, Azərbaycan xalçalarının Londonda nümayişi unudulmaz bayrama çevrilmişdir. Xalqımızın

milli kimliyinin, soydaşlarımızın arzu və istəklərinin əks olunduğu bu xalçalar hər bir azərbaycanlının qəlb

döyüntüsünü Qərb tamaşaçısına uğurla çatdırmışdır. Bu xalçalar sərgi ilə tanış olan hər bir kəsi xəyalən nağıllar aləminə - Azərbaycana gətirmişdir.

Sərgi noyabrın 21-dək davam edəcəkdir.

“Xalq qəzeti”.-2010.-19 noyabr.-N 253.-S.8.

Page 90: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

90

Azərbaycan böyük mədəni irsə və tarixə sahib olan ölkədir

Leyla Əliyeva: "Bu, təkcə bənzərsiz təbiəti olan, mehriban insanların yaşadığı bir Qafqaz ölkəsi

deyil, həmçinin Şərq və Qərb dəyərlərinin, fikirlərin qovuşduğu, zəngin mədəni irsin mövcud olduğu bir

məkandır".

Noyabrın 15-də Heydər Əliyev Fondunun, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və "Baku" jurnalının birgə təşkilatçılığı ilə Londonda Azərbaycan xalçalarının "Azərbaycan: uçan xalçalarla nağıllar

aləminə" adlı sərgisi açılmışdır.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva sərginin açılışında iştirak

etmişdir. Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixi vardır. Qədim və orta əsrlərə aid mənbələr Azərbaycan xalqının milli sərvəti olan xalçalar və xalçaçılıq sənəti haqqında ən qiymətli məlumatları özündə əks etdirir.

Azərbaycan xalçalarının dünya mədəniyyətinin inkişafına təsiri də danılmazdır. Orta əsrlərdə Avropaya ayaq

açan Azərbaycan xalçaları az sonra dünyada məşhur rəssamların tablolarında, səyyahların əsərlərində təsvir olunmuş, gözəlliyi və orijinallığı ilə hamını heyran qoymuşdur. İncə ornamentləri, zərif və nəfis naxışları ilə

diqqəti cəlb edən Azərbaycan xalçaları XIX əsrdə artıq beynəlxalq sərgilərdə nümayiş etdirilmişdir. O dövrdə

Moskva, Vyana, Turin, London, Berlin və digər şəhərlərdə təşkil edilən beynəlxalq sərgilərdə nümayiş etdirilən eksponatların əsas hissəsi Azərbaycandan aparılan xalı və xalçalar olmuşdur. XX əsrdə də böyük inkişaf yolu

keçən Azərbaycan xalçası elə bu dövrdə elmi cəhətdən öyrənilmiş və tədqiq olunmuşdur. İndi Azərbaycan

xalılarının sorağı dünyanın ən məşhur saraylarından və muzeylərindən gəlir. 1539-cu ildə toxunan, Londonun

Viktoriya və Albert muzeyində qorunan "Şeyx Səfi" xalısı ornamental xalıların ən gözəl nümunəsi kimi bu gün də Azərbaycan xalçaçılıq məktəbini dünya miqyasında şərəflə təbliğ edir. Elə Londonda Heydər Əliyev Fondu,

Azərbaycanın Britaniyadakı səfirliyi və "Baku" jurnalının birgə təşkil etdiyi "Azərbaycan: uçan xalçalarla

nağıllar aləminə" adlı sərginin məqsədi də xalqımızın milli sərvəti olan xalçalarımızın dünya mədəni irsinə verdiyi töhfələri bir daha diqqətə çatdırmaq, ölkəmizi bu sahədə yetərincə təbliğ etməkdir.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov sərginin açılış mərasimindəki çıxışında

Azərbaycan xalçalarının Londonda nümayiş etdirilməsi ilə bağlı ideyanın artıq reallığa çevrildiyini demişdir. Bu ideyanın həyata keçirilməsi üçün göstərdiyi səylərə və verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı,

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya

və Fondun Rusiya nümayəndəliyinin rəhbəri, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevaya minnətdarlığını

bildirmişdir. Səfir qeyd etmişdir ki, xalçaçılıq sənəti Azərbaycan mədəniyyətinin bir parçasıdır və bu xalçaların ən

nadir nümunələri bir həftə ərzində Londonda nümayiş olunacaqdır.

İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord Freyzer bildirmişdir ki, bu cür tədbirlər Azərbaycan-Böyük Britaniya maraqlarını yüksək səviyyədə təcəssüm etdirir. Sərginin keçirilməsini yüksək dəyərləndirən

Lord Freyzer son illərdə ölkəmizdə güclü inkişafın müşahidə olunduğunu demişdir. O, bu sərgidə nümayiş

olunan əsrarəngiz xalçalar haqqında təəssüratlarını bölüşmüşdür. Lord Freyzer çıxışına "Bizim məqsədimiz

Azərbaycan-İngiltərə əlaqələrini, xüsusən də mədəni əlaqələri inkişaf etdirməkdir" sözləri ilə yekun vurmuşdur. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla ƏLİYEVA sərginin açılışında çıxış

edərək demişdir:

- Xanımlar və cənablar, əziz dostlar! Sizi burada salamlamağa şadam və ümid edirəm ki, bu tədbirdən zövq alacaqsınız. Sərginin adı "Azərbaycan: uçan xalçalarla nağıllar aləminə"dir. Biz sizləri xalçaçılıq sənəti

vasitəsilə min bir gözəllik diyarı olan Azərbaycanın qədim və heyrətamiz nağıllar aləminə aparmaq istərdik. Bu,

təkcə bənzərsiz təbiəti olan, mehriban insanların yaşadığı bir Qafqaz ölkəsi deyil, həmçinin Şərq və Qərb dəyərlərinin, fikirlərin qovuşduğu, zəngin mədəni irsin mövcud olduğu bir məkandır. Yüz il əvvəl Nobel

mükafatı laureatı Redyard Kiplinq demişdir: "Şərq Şərqdir, Qərb də Qərb və onlar heç vaxt qarşılaşmayacaqlar".

Əminəm ki, əgər Kiplinq Azərbaycana gəlsə idi, o, ölkədən tamamilə fərqli təəssüratlarla ayrılardı.

Azərbaycanda Şərq və Qərb bir araya gəlir. Azərbaycan mətbəxi, ənənəvi yaşayış tərzinə sadiqliyi, ailə dəyərləri, koloriti və əsl Şərq bazarı mühiti

ilə fərqlənir. Azərbaycan, eyni zamanda, həmişə Qərbyönümlü olmuşdur. 1918-ci ildə Azərbaycanda ilk

demokratik respublika qurulmuşdur. Eyni zamanda, Azərbaycan qadınlara seçki hüququ verən ilk ölkə olmuşdur. Şərqdə ilk opera və teatr binası Azərbaycanda inşa edilmişdir. Beləliklə, Azərbaycan Şərqdə Qərb

dəyərlərinin müdafiəçisinə çevrilmişdir. Amma eyni zamanda, o, Şərqi Qərbə tanıtmış, həm də ki, nağıllar

ölkəsinə qapıları açmışdır.

Page 91: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

91

Xalçaçılıq sənətinə gəlincə isə, Azərbaycan xalçaları bütün Avropada məşhur olmuşdur. Bu heç də

təəccüblü deyildir. Çünki Azərbaycan əfsanəvi İpək Yolu üzərində yerləşir. Bu yol isə təkcə ticarət yolu deyil,

eyni zamanda, dəyərlərin və mədəniyyətlərin mübadiləsi üçün geniş bir dəhliz idi. Min il əvvəl olduğu kimi,

Azərbaycan bu gün də hər bir qonağa açıq ölkədir. Heydər Əliyev Fondunun burada təqdim etdiyi kitabın səhifələrində siz Azərbaycanın gözəl mənzərələrini - əzəmətli dağlarını, füsunkar göllərini, geniş düzənliklərini,

tarixən "Odlar yurdu" adlandırılan bu ölkənin qədim və müasir şəhərlərini görəcəksiniz. Bu kitab bizdə

Qobustandakı qayaüstü rəsmləri çəkmiş qədim insanlar, Abşeronun böyük vulkanları, Bakının köhnə küçələri, Xəzərin sahilə çırpılan dalğaları haqqında təsəvvür yaradır. Bütün bunlar gözəl fotoşəkillər toplusunda bir araya

gətirilmişdir.

Heydər Əliyev Fondu Azərbaycanın mədəniyyətini və tarixini təbliğ etmək üçün yorulmadan çalışır. Fond konsertlər, təqdimatlar, sərgilər təşkil edir, dünyanın hər yerində məktəblər inşa etdirir, Azərbaycanın

incəsənətini və musiqisini təbliğ edir. Heydər Əliyev Fondu, "Baku" jurnalı və Azərbaycan Respublikasının

Birləşmiş Krallıqdakı səfirliyi həmin layihə çərçivəsində bir həftə ərzində London sakinlərini Azərbaycan

xalçaçılıq sənəti ilə tanış edəcək bu sərgini təşkil etmişlər. Eyni zamanda, ümidvarıq ki, Azərbaycanı, onun mədəniyyətini, tarixini və əlbəttə ki, xalqımızı təbliğ edəcəyik. Xalça qəlbin aynasıdır. Bu, qadın və kişi

sənətkarların uzunmüddətli zəhmətinin, xalçaçıların iti gözləri və fərdi yanaşmalarının, qədim irsə və mədəni

ənənələrə sadiq qalmalarının nəticəsidir. Xalçaların üzərində fərdi izlər qala bilər. Bu, ya təsadüf, ya da səhvən baş verə bilər. Xalçaçılar ənənələrə tabedirlər. Azərbaycanın müxtəlif bölgələrindən olan ustalar tərəfindən

toxunan xalçalara nəzər yetirdikdə, siz bu sənət əsərlərini yaradan insanlarla sanki görüşə biləcəksiniz. Siz

Azərbaycanın müxtəlif bölgələrini təmsil edən Quba, Şirvan, Bakı, Şəki, Qarabağ xalçaçılıq məktəbləri arasındakı fərqi görəcəksiniz.

Mən bu tədbirin Londonda keçirilməsinə və bu kitabın təqdimatının burada təşkil olunmasına görə çox

məmnunam. London gözəl şəhərdir, dünyanın əzəmətli paytaxtlarından biridir. Mən uzun illər Londonda

yaşamışam. Əslində, mən buradakı Xarli küçəsində yerləşən məktəbdə oxumuşam. Mənim üçün London çox sayda gözəl, görməli yerləri və mənzərələri ilə zəngin olan şəhərdir. Mən özümü burada evdəki kimi hiss

edirəm. Bu tədbirin burada keçirilməsindən çox şadam. Çünki London sakinləri fərqli mədəniyyətlərə və

ideyalara böyük maraq və anlayış nümayiş etdirirlər. Siz yaxınlıqda yerləşən Viktoriya və Albert muzeyində XVI əsrə aid və üzərində ağac, bitkilər və yarpaqlar təsvir olunan möhtəşəm "Şeyx Səfi" xalçasını görə

bilərsiniz. Ümid edirəm ki, bu sərgi Azərbaycan xalçaçılıq sənəti haqqında olan biliklərinizi daha da

artıracaqdır.

Əziz dostlar! Mən Azərbaycan mədəniyyəti haqqında saatlarla danışa bilərəm. Düşünürəm, yaxşı olar ki, bunu özünüz görəsiniz. Qoy, bizim sehrli xalçamız sizi bir neçə dəqiqəliyə olsa da, Şərq nağılları aləminə

aparsın. Ümid edirəm ki, bu "səfər"in xoş təəssüratları uzun müddət sizinlə qalacaqdır. Mən sizi Azərbaycan

xalçalarına həsr olunmuş sərgiyə baxmağa dəvət edirəm. Beləliklə, icazə verin, sizi Azərbaycana - yeni texnologiyaları, qədim və müasir memarlıq abidələri, gözəl mətbəxi və istiqanlı insanları olan ölkə ilə tanışlığa

dəvət edim. Gəlin səyahətimizə sərgi ilə tanışlıqla başlayaq. Burada toplaşdığınız üçün bir daha sizlərə təşəkkür

edirəm və sözü mədəniyyət naziri Ed Veyziyə verirəm.

X X X

Böyük Britaniyanın mədəniyyət naziri Ed Veyzi bu tədbirə dəvət edilməsindən çox şad olduğunu

bildirdi. O dedi ki, Azərbaycan ilə İngiltərə arasında mədəni əlaqələr çox güclüdür. Azərbaycanlı tələbələrin bu

gün İngiltərənin müxtəlif ali məktəblərində təhsil aldığını vurğulayan nazir Azərbaycanın iqtisadi inkişafından

məmnun olduğunu bildirdi. "Bu tədbir Azərbaycan-İngiltərə əlaqələrinin daha da güclənməsinə xidmət edir", - deyən Ed Veyzi

tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna minnətdarlıq etdi. Britaniyalı nazir sonda təmsil etdiyi

hökumətin Azərbaycanın Avropa İttifaqına yaxınlaşmasını dəstəkləyəcəyini və bu dəstəyin davamlı olacağını vurğuladı.

Sərgi çərçivəsində "Azərbaycan" nəşrinin ingilis dilində versiyasının təqdimatı oldu. Heydər Əliyev

Fondunun ən mühüm layihələrindən biri olan "Azərbaycan" nəşrinin ana dilimizdə versiyası bu ilin əvvəlində Bakıda Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə təqdim

olunmuşdur. Nəşrə daxil edilmiş fotoşəkillər ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, insan qaynaqları, bölgələri

haqqında oxucuda kifayət qədər dolğun təəssürat yaradır.

"Azərbaycan: uçan xalçalarla nağıllar aləminə" sərgisi təkcə Azərbaycan xalçalarını deyil, həm də ölkəmizi, onun qədim və əsrarəngiz paytaxtını sərgiyə gələnlərə tanıtmışdır. Burada nümayiş etdirilən

fotoşəkillər sərgiyə gələnlərdə ölkəmizin təbiəti, mədəniyyəti, insanları haqqında geniş təsəvvür yaratmışdır.

Page 92: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

92

Azərbaycanı, onun mavi Xəzərin sahilində qərar tutmuş, Şərq və Qərb koloritinin cəmləşdiyi paytaxtını

tərənnüm edən videoçarxlarda da ölkəmiz haqqında yetərincə məlumat almaq mümkün idi.

Tədbir iştirakçıları sərgi haqqında fikirlərini bölüşmüşlər.

Koreya Respublikasının Böyük Britaniyadakı səfiri Ço Kyu-Ho demişdir: Çox gözəl tədbirdir. Burada mən Azərbaycan və onun mədəni irsi haqqında daha çox məlumat əldə etdim. Bu sərgi həm də ölkənizi tanımaq

baxımından çox vacibdir.

Qlobal Yol Təhlükəsizliyi Fondunun baş direktoru Deyvid Vord söyləmişdir: Möhtəşəm bir tədbirdir. Bu sərgi mənim Azərbaycana -Bakıya səfərimi xatırladır. Yadıma gözəl paytaxtınız düşür. Bu məqamı mənə

yaşatdığınız üçün təşəkkür edirəm.

Təhlükəsiz və davamlı nəqliyyat üzrə Şərq Alyansının direktoru Emma Maklennan vurğulamışdır: Azərbaycanı çox sevirəm, gözəl ölkədir. Bu xalça sərgisi Azərbaycan mədəniyyətini nümayiş etdirir. Burada

iştirak etməyimdən çox məmnunam. Bakıya yenidən qayıtmağımı səbirsizliklə gözləyirəm. Belə möhtəşəm

tədbirin təşkilinə görə sizlərə minnətdaram.

London sakini Kerolayn Obrayn: Möhtəşəm sərgidir. Azərbaycan xalçalarını seyr etmək mənə xüsusi zövq verir. Xalçaların yundan toxunduğunu bilirdim. Amma ipəkdən toxunan xalçaları gördükdə

təəccübləndim. Burada qədim Azərbaycanın və Bakının ab-havasını hiss etdim. Tezliklə Bakıya səfər edəcəyim

günü gözləyirəm. Beynəlxalq hüquqşünas Nikolas Makkilreyt demişdir: Bu ecazkar gecənin iştirakçısı olmaqdan çox

məmnunam. Səslənən musiqi gözəldir, bizə təqdim olunan təamlar çox dadlıdır. Burada baş verənləri görməyə

dəyərdi. Tezliklə Azərbaycana, Bakıya gəlməyə ümid edirəm. London sakini Qey Ənn Leri bildirmişdir: Sərginin necə gözəl təşkil olduğunu və keçdiyini ifadə etmək

üçün söz tapa bilmirəm. Hər şey təkrarolunmazdır. Azərbaycanlı qonaqlarla söhbət etməyə, təəssüratlarımızı

bölüşməyə də imkan tapdıq.

Məşhur futbolçu Roman Pavliçenko qeyd etmişdir: Burada olmaq, sənət əsərlərinə, xalçalara baxmaq mənin üçün çox xoşdur. Mən Azərbaycan mətbəxinin nemətlərindən daddım və heyran oldum. Hər şey çox

gözəldir. X X X

Sonra qonaqlar Azərbaycan xalçalarından ibarət sərgiyə baxdılar. Sərgidə coğrafiyasına, naxış və kompozisiyasına, rəng həlli və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün

istiqamətləri təmsil olunmuşdur. Burada nümayiş etdirilən Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ və

digər xalçaçılıq məktəblərinin nümunələri sərgiyə gələnlərdə böyük maraq doğurmuşdur. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbinin nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha hamının

diqqətinə çatdırdı.

Bu gün Azərbaycanda xalçaçılıq məktəbi özünün inkişaf dövrünü yaşayır. Xalqımızın milli sərvəti olan xalçaçılığın inkişafı ilə bağlı ölkədə həyata keçirilən tədbirlər, ilk növbədə bu qədim el sənətinin yaşadılmasına

göstərilən diqqətdən irəli gəlir. "Azərilmə" MMC-nin yaradılması ilə yeni inkişaf mərhələsinə daxil olan

xalçaçılıq sənəti bu gün Azərbaycan mədəniyyətinin ən böyük hamisi olan Heydər Əliyev Fondunun həyata

keçirdiyi layihələrlə daha da zənginləşir, bu sahədə görülən işlər xalçalarımızın milli və dünyəvi dəyərini daha da artırır. Bakıda orijinal memarlığı ilə diqqəti çəkən Xalça Muzeyi binasının tikilməsi bu nadir, xalqımızın

tarixini və mədəniyyətini özündə əks etdirən sənət növünə Azərbaycan dövlətinin diqqət və qayğısından irəli

gəlir. Azərbaycan xalçalarının sehrinə düşən sərgi iştirakçıları da bu nadir gözəlliyin Londonda nümayiş etdirilməsini yüksək qiymətləndirmişlər.

Sərgidə səslənən Azərbaycan musiqisi də maraqla qarşılanmışdır. Heydər Əliyev Fondunun və

Azərbaycan Televiziyasının birgə layihəsi olan muğam televiziya müsabiqəsinin qalibi Güllü Muradovanın və musiqiçi dostlarının ifaları hamını muğamın sehrinə salmışdır.

Beləliklə, Azərbaycan xalçalarının Londonda nümayişi unudulmaz bayrama çevrilmişdir. Xalqımızın

milli kimliyinin, soydaşlarımızın arzu və istəklərinin əks olunduğu bu xalçalar hər bir azərbaycanlının qəlb

döyüntüsünü Qərb tamaşaçısına uğurla çatdırmışdır. Bu xalçalar sərgi ilə tanış olan hər bir kəsi xəyalən nağıllar aləminə - Azərbaycana gətirmişdir. Sərgi noyabrın 21-dək davam edəcəkdir.

“Səs”.-2010.-19 noyabr.-N.215.-S.8-9.

Page 93: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

93

1 Dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

Leyla Əliyevanın təşəbbüsü ilə Smolensk vilayətində keçirilən "İÇV/QİÇS-ə qarşı birlikdə" adlı

aksiya ümumbəşəri problemə həsr olunub

Hər il dekabr ayının 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. İlk dəfə 1988-ci ildə

təsis edilmiş AİDS günü bu il Azərbaycanda artıq 22-ci ildir ki, keçirilir. Bildiyimiz kimi, HİV infeksiyası pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən

ciddi problemidir. BMT-nin HİV/AİDS üzrə Birləşmiş proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə

Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün 6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən artıq

insan isə AİDS səbəbindən vəfat edir. 2007-ci ilin sonuna yer kürəsində HİV-lə yaşayan insanların sayı 33,2 milyon təşkil etmişdir ki, onlardan da 15,4 milyonu qadın, 2,5 milyonu uşaqdır.

Azərbaycanda da HİV/AİDS problemi ən aktual problem olaraq daim Səhiyyə Nazirliyinin

nəzarətindədir. Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, Azərbaycan

vətəndaşları arasında təkcə 2009-cu ilin 11 ayı ərzində aşkar olunan HİV-ə yoluxma hallarının 63,3%-i,

ümumilikdə isə, 1992-01.12.2009-cu il tarixinə olan dövrdə yoluxma hallarının 64,4%-i inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir.

Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2009-cu ilin 1 dekabr tarixinədək

Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV infeksiyası təsdiq olunmuş 2224 nəfər rəsmi qeydiyyata

götürülmüşdür. QİÇS-lə Mübarizə Mərkəzinin statistik məlumatına istinadən, onlardan 2138 nəfəri (96,1%) Azərbaycan vətəndaşı, 86 nəfəri (3,9%) isə əcnəbidir, HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1799-u

(84,1%) kişi, 339-u (15,9%) qadındır. QİÇS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 448 nəfər,

QİÇS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 274 nəfər olmuşdur. Azərbaycan vətəndaşında ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən bu günədək 2138

HİV-ə yoluxmuş insandan 634-ü (29,7%) Bakı şəhəri və Abşeron rayonunda, 1465-i (68,5%) respublikanın

digər 54 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 39 nəfərin (1,8%) yaşayış yeri naməlumdur. 2138 nəfər Azərbaycan vətəndaşından 1376-da (64,4%) HİV-ə yoluxma inyeksion narkotik istifadəsi

nəticəsində, 495-də (23,2%) heteroseksual, 16-da (0,7%) isə homoseksual kontakt nəticəsində, 20-də (0,9%)

anadan uşağa keçməklə, 1-də (0,05%) donor qanının köçürülməsi nəticəsində baş vermişdir, 230 nəfərdə

(10,8%) yoluxma yolu naməlumdur.Son statistik məlumata əsasən, Azərbaycanda araşdırmalar nəticəsində 780 ailədə HİV-ə yoluxma faktı qeydə alınmışdır. Onlardan 18 ailədə ata-ana-uşaq, 1 ailədə ana-uşaq, 166 ailədə ər-

arvad, 547 ailədə yalnız kişi, 48 ailədə isə yalnız qadın yoluxmuşdur.

Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, QİÇS vərəm və malyariya

ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə 08.11.2006-cı il tarixdən etibarən HİV-lə yaşayan insanlara pulsuz

qaydada həyata keçirilən antiretrovirus terapiyasına hazırda 310 nəfər cəlb olunmuşdur.

Əvvəlki illərdə olduğu kimi, mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri keçirilmiş, respublikada HİV infeksiyası QİÇS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq

təşkilatlarla əməkdaşlıq davam etdirilmişdir.

QİÇS-in yeni xəstəlik olmasına baxmayaraq, sürətlə yayılmaqdadır. İlk dəfə 1981-ci ildə ABŞ-da aşkarlanan bu xəstəliyin hal-hazırda bütün ölkələrdə daşıyıcıları vardır. Bu xəstəlik HİV (Human

İmmunodeficiency Virus) virusuna yoluxma nəticəsində yaranır və insan orqanizmində immun sistemini

zəiflədərək tədricən sıradan çıxarır. Bunun nəticəsində isə orqanizmin digər xəstəliklərə qarşı müqaviməti olmur və insan asanlıqla yoluxucu xəstəliklərin təsirinə məruz qalır. Hələlik, QİÇS xəstəliyinin müalicəsi

olmadığına görə, insan həyatı üçün təhlükəli hesab edilir. Bu xəstəlik artıq bütün cəmiyyəti narahat edən sosial

problemdir. Xəstəliyin coğrafiyası bütün ölkə ərazisini əhatə edir. Ən ciddi problem isə bu xəstəliyin azyaşlılar

və qadınlar arasında yayılmasıdır. HİV infeksiyası, eyni zamanda, anadan öz övladına keçə bilər ki, bu, ana bətnində olarkən, doğuş zamanı, ya da əmizdirmə zamanı baş verir. Həmçinin, virus donor qanı vasitəsilə bir

insandan digərinə keçə bilər. Düzgün müalicə aparılarsa, xəstənin ömrünü uzatmaq mümkündür. Bütün

cəmiyyət HİV virusunun yayılma səbəblərinə qarşı birgə mübarizə aparmalıdır. Narkomaniyaya qarşı mübarizə, insanların qeyri-qanuni cinsi əlaqələrdən çəkindirilməsi və bu sahədə maarifləndirici təbliğatın aparılması QİÇS

xəstəliyinin qarşısını almaqda böyük əhəmiyyət daşımaqdadır. Əgər qeyd edilən məsələlər öz həllin taparsa,

QİÇS xəstəliyinə 80-90% daha az yoluxma qeydə alına bilər. HİV virusuna yoluxan insanlarda xəstəliyin

Page 94: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

94

əlamətləri müəyyən dövrdən sonra ortaya çıxdığı üçün bəzən xəstələr bilmədən öz ətrafındakı insanları, o

cümlədən də, öz həyat yoldaşlarını HİV virusuna yoluxdururlar.

Bu, ümumbəşəri problem olduğundan, QİÇS-ə qarşı mübarizə də məhz belə mahiyyət daşımalıdır. Elə

bu günlərdə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə RAGT Birləşmiş Millətlər Təşkilatının İÇV/QİÇS

üzrə Birgə Proqramı (UNAİDS) ilə birlikdə Smolensk vilayətində "İÇV/QİÇS-ə qarşı birlikdə" adlı aksiyasının

keçirilməsi də məhz bu prinsipdən qaynaqlanmışdır. Layihəyə Moskvada RAGT tərəfindən UNAİDS ilə birlikdə təşkil olunmuş İÇV/QİÇS-ə qarşı mübarizə məsələlərinə həsr edilmiş konfransda start verilmişdir.

Gənclər təşkilatının fəalları Smolensk şəhərindəki 27 nömrəli məktəbdə yuxarı sinif şagirdləri ilə görüş

keçirmişdir. 100-dən çox məktəblinin iştirak etdiyi tədbirdə şagirdlərə mühazirələr oxunmuş, mövzuya aid elmi-kütləvi film nümayiş etdirilmişdir. Sağlam həyat tərzinin müxtəlif aspektləri barədə ətraflı söhbət açılmış,

şagirdlərə Rusiyada millətin sağlamlığının qorunması sahəsində həyata keçirilən hökumət proqramları barədə

məlumat verilmişdir. İÇV/QİÇS problemi, onun yayılma yolları və profilaktika metodları barədə məlumat da

diqqətə çatdırılmışdır. Eyni zamanda, bu mövzuya həsr edilmiş videoçarx nümayiş etdirilmişdir. Gənclər təşkilatının nümayəndələrinin səfəri çərçivəsində Smolensk köçürmə mərkəzində "Qanın

milləti yoxdur" devizi ilə donor aksiyası da keçirilmişdir.

Belə mahiyyət daşıyan və ümumbəşəri problemlərin həllinə istiqamətlənən tədbirlərin keçirilməsində insan amili, onun cəmiyyət üçün yararlı, sağlam olması faktı dayanır. Bu tədbirlər yeniyetmələr üçün vacibdir.

Onu da qeyd edək ki, görüşün təşkili üçün təşkilatçılara, RAGT sədri Leyla Əliyevaya təşəkkür məktubu

ünvanlanmışdır. HİV virusunun orqanizmə təsirini azaltmaq üçün müxtəlif dərmanlardan istifadə edilir. Eyni zamanda, xəstə düzgün qidalanmalı, vitaminlər və minerallar qəbul etməli, idman hərəkətləri və s. ilə

orqanizmin müqavimətini artırmalıdır. Son illərdə xəstəlikdən ölənlərin sayında azalma müşahidə olunur ki, bu

da aparılan müalicə tədbirlərinin nəticəsində baş verib. QİÇS yoluxucu və vahimə yaradan xəstəlik olduğundan,

hər kəs sağlam həyatının təminatçısı olmalıdır.

NƏZAKƏT

“Səs”.-2010.-1 dekabr.-N.223.-S.4.

Page 95: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

95

Leyla ƏLİYEVA: Birgə səylərimiz sayəsində RAGT böyük uğurlar qazanmışdır

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin rəhbəri, Rusiyanın

Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva Sverdlovsk Vilayətinin Yekaterinburq

şəhərində olmuşdur.

Səfər çərçivəsində L. Əliyeva Rusiyanın Ural Federal Dairəsində - Sverdlovsk, Çelyabinsk və Tümen vilayətlərində RAGT-nin regional bölmələrinin nümayəndələri ilə görüşmüşdür.

Tədbiri Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu Sultan Qasımov açmışdır. O, Heydər

Əliyev Fondunun və onun Rusiyadakı nümayəndəliyinin ikitərəfli humanitar əməkdaşlığın genişlənməsinə

yönəlmiş çoxşaxəli fəaliyyəti barədə məlumat vermişdir. Sultan Qasımov Leyla Əliyevanın Yekaterinburqa səfərini bu şəhərin ictimai-siyasi həyatında mühüm hadisə adlandırmışdır. Diplomat təkcə Moskvada deyil,

bütün Rusiyada azərbaycanlı gəncləri sıx birləşdirmiş RAGT-nin genişmiqyaslı fəaliyyətini də qeyd etmişdir.

Leyla Əliyeva görüşdə çıxış edərək RAGT-nin fəaliyyəti, məqsədləri və yaxın perspektiv üçün vəzifələri barədə gənclərə məlumat vermiş, gənclər təşkilatı tərəfindən həyata keçirilmiş iri aksiyalar və tədbirlər barədə,

birlikdə həyata keçirilməli olan yeni layihələr haqqında söhbət açmışdır.

Leyla Əliyeva demişdir ki, Yekaterinburq gözəl şəhərdir, burada azərbaycanlı tələbələrin də təhsil aldığı prestijli tədris müəssisələri çoxdur. O demişdir: "Burada gənclərlə əlaqədar çox maraqlı hadisələr baş verir,

festivallar, konfranslar, konsertlər və digər tədbirlər keçirilir. Əminəm ki, bizim gənclər RAGT-nin dəstəyi ilə

müxtəlif mədəni tədbirləri daha fəal həyata keçirəcək və Vətənimizi ləyaqətlə təmsil edə biləcəklər".

RAGT sədri onu da xatırlatmışdır ki, mayın 22-də RAGT-nin yaradılmasının növbəti ildönümünə həsr edilmiş konfrans keçirilmiş, həmin tədbirə Moskva və Sankt-Peterburqla bərabər, Arxangelsk, Tver,

Vladivostok, Yekaterinburq və digər regionlardan da çoxlu tələbələr gəlmişdir. O demişdir: "RAGT-nin

coğrafiyası daim genişlənir və bu, bizi sevindirir. Rusiyanın bir sıra tədris müəssisələrində azərbaycanlı gənclər klubları fəaliyyət göstərir və RAGT ilə birlikdə çoxlu mədəni tədbirlər - konsertlər, fotosərgilər, konfranslar,

seminarlar, Azərbaycan mədəniyyəti günləri və həftələri keçirilir".

L. Əliyeva "Xocalıya ədalət" adlı beynəlxalq kampaniyanı RAGT tərəfindən Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirilən ən mühüm aksiyalardan biri adlandırmışdır. Kampaniyanın məqsədi Azərbaycanın bu

şəhərinin sakinlərinə qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı haqqındakı həqiqəti dünya ictimaiyyətinə

çatdırmaqdır. Onun sözlərinə görə, RAGT gənclərin həyatının bütün sahələrini əhatə etməyə çalışır - idman

tədbirləri, xeyriyyə aksiyaları keçirir, tələbələrimizin təhsil almasına kömək edir. RAGT başçısı demişdir: "Bu yaxınlarda 18 tələbəyə "RAGT əlaçısı" mükafatı təqdim edilmişdir. Ümid edirəm ki, gələn il bu cür tələbələrin

sayı daha çox olacaqdır".

Azərbaycanlı gənclər təşkilatının sədri razılıq hissi ilə qeyd etmişdir ki, RAGT-nin saytı fəal işləyir, bu yaxınlarda sayt yeniləşdirilmişdir. L. Əliyeva bildirmişdir ki, tezliklə RAGT televiziyası yaradılacaqdır. O,

gəncləri özlərinin çəkdiyi, Rusiyanın müxtəlif regionlarındakı oğlan və qızların bir-birini daha yaxşı tanımasına

kömək edə biləcək videosüjetləri həmin telekanala göndərməyə çağırmışdır. O demişdir: "Bununla bərabər,

tezliklə RAGT jurnalının ikinci nömrəsi çapdan çıxacaqdır. Biz bu nömrədə gənclər üçün ən maraqlı mövzuları işıqlandırmağa çalışmışıq. Əgər kiminsə maraqlı məqalələri varsa, onları bizə göndərin, biz ən yaxşılarını

hökmən jurnalda dərc edəcəyik".

RAGT sədri çıxışının sonunda demişdir: "Mən böyük inamla deyə bilərəm ki, bu illər ərzində bizim birgə səylərimiz, təşəbbüskarlıq və Vətənə sevgimiz sayəsində RAGT çox işlər görməyə, böyük uğurlar qazanmağa

nail olmuşdur. Lakin qarşıda görüləsi işlər, layihələr çoxdur və mən əminəm ki, biz birlikdə çox yaxşı işlər görə,

Vətənimizi layiqincə təmsil edə bilərik". L. Əliyeva görüşün bütün iştirakçılarına və təşkilatın təəssübkeşlərinə göstərdikləri fəallığa və dəstəyə görə təşəkkürünü bildirmişdir.

Sonra RAGT-nin Sverdlovsk Vilayəti üzrə regional bölməsinin sədri, RAGT İdarə Heyəti Şurasının üzvü

Vüsal Vəliyev regional gənclər təşkilatının fəaliyyəti barədə məlumat verərək qeyd etmişdir ki, RAGT-nin

yaradılması təkcə Sverdlovsk Vilayətində deyil, bütün Rusiyada azərbaycanlı gənclər hərəkatının təşkilatlanmasına böyük təkan vermişdir. Onun sözlərinə görə, bu gün Rusiyada azərbaycanlıların yeni, Rusiya

cəmiyyətinə fəal inteqrasiya etməyə çalışan nəsli formalaşır.

RAGT-nin Çelyabinsk və Tümen vilayətləri üzrə regional bölmələrinin rəhbərləri, müxtəlif ali məktəblərin tələbələri öz çıxışlarında gənclər təşkilatlarının aktual problemlərinə toxunmuş, perspektiv planlar

barədə danışmışlar. Onlar Leyla Əliyevaya Azərbaycan gənclərinə göstərdiyi qayğı və diqqətə görə, eləcə də bu

təşkilatın Sverdlovsk regional bölməsinə hədiyyə edilmiş milli geyimlərə görə ona təşəkkür etmişlər. Görüş

Page 96: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

96

iştirakçıları RAGT sədrini əmin etmişlər ki, azərbaycanlı gənclər bundan sonra da RAGT-nin və Heydər Əliyev

Fondunun RF-dəki Nümayəndəliyinin bütün tədbirlərində fəal iştirak edəcəklər. RAGT-nin Sverdlovsk

bölməsinin üzvü olan gənclər adından Leyla Əliyevaya xatirə hədiyyəsi təqdim edilmişdir.

Ural Federal Dairəsinin Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş etdirilmişdir.

Sonra Leyla Əliyeva görülmüş işlər və yaxın gələcək üçün perspektiv planlar barədə gənclərin çoxsaylı

suallarına cavab vermişdir. Görüşdə Rusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Şahin Şıxlınski iştirak etmişdir.

Elə həmin gün Leyla Əliyeva Sverdlovsk Vilayəti Qanunvericilik Məclisinin nümayəndələr palatasının

sədri Lyudmila Babuşkina ilə görüşmüşdür. Görüşdə humanitar əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur.

Asya HACIZADƏ

AzərTAc-ın xüsusi müxbiri

“Xalq qəzeti”.-2010.-4 dekabr.-N 266.-S.2.

Page 97: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

97

Heydər Əliyev Fondu Orta Ural ilə əməkdaşlığa başlayır

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva və

Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov ilə qubernator Aleksandr Mişarinin görüşündə

humanitar əlaqələr mövzusu üstünlük təşkil etmişdir. Aleksandr Mişarin Leyla Əliyeva ilə görüşdə uşaq onkohematoloji mərkəzinə müasir avadanlıqla təchiz

edilmiş ixtisaslaşdırılmış tibbi kompleks hədiyyə edilməsinə görə təşəkkürünü bildirmişdir. Leyla xanım

qubernatora bildirmişdir ki, Azərbaycanın hər bir məktəbində rus dili əvvəlki kimi tədris edilir. O, Yekaterinburqda Azərbaycan məktəbi açılması arzusunu bildirmişdir. Aleksandr Mişarin bu məsələnin lap

yaxın vaxtlarda həll edilməsi üçün tapşırıq vermişdir. Görüşdə həm də Sverdlovsk vilayəti universitetləri ilə

Azərbaycan universitetləri arasında tələbə mübadiləsi, yüksək ixtisaslı həkimlərin yanında təcrübə keçirilməsinin təşkil edilməsi barədə söhbət olmuşdur. Qubernator qeyd etmişdir ki, yaşlı nəsil ölkələrimiz

arasında əməkdaşlığın üstünlüklərini çox yaxşı başa düşür və qiymətləndirir. Dostluğu möhkəmlətmək üçün

gəncləri ikitərəfli əlaqələrin dərinləşdirilməsi prosesinə fəal cəlb etmək son dərəcə vacibdir. Bununla əlaqədar,

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı azərbaycanlı gəncləri birləşdirmək istiqamətində fəaliyyəti, eləcə də Fondun xeyriyyəçilik tədbirləri ən yüksək qiymətə və təşəkkürə layiqdir.

Aleksandr Mişarin Leyla Əliyevaya Sverdlovsk vilayəti barədə məlumat verərək diqqəti ona cəlb etmişdir

ki, Orta Uralda çoxsaylı Azərbaycan diasporu yaşayır. Qubernator bu il Yekaterinburqda Azərbaycanın baş konsulluğunun açılmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə onun səmimi

təşəkkürünü çatdırmağı xahiş etmişdir.

Qeyd edilmişdir ki, başqa sahələrdə də qarşılıqlı fəaliyyət davam edir. Mart ayında Uralın paytaxtında Azərbaycan Beynəlxalq Bankının "Taqanskiy" adlı yeni əlavə filialı açılmışdır. Rusiyanın ən qocaman

teatrlarından biri olan Yekaterinburq Opera və Balet Teatrında Polad Bülbüloğlunun "Eşq və ölüm" baletinin

tamaşaları uğurla keçir. Bu baletin premyerası 2009-cu ilin yayında olmuşdur.

Aleksandr Mişarin Leyla Əliyevaya Yekaterinburqda ən iri sərgi kompleksi tikilməsi barədə məlumat vermişdir. Gələn ilin iyul ayında həmin kompleksdə ikinci "İnnoprom-2011" forumu keçiriləcəkdir. Qubernator

Azərbaycan tərəfini həmin beynəlxalq sərgidə iştirak etməyə dəvət etmiş, bu yaxınlarda London sərgisində

nümayiş etdirilən milli xalça kolleksiyasını da həmin sərgiyə gətirməyi təklif etmişdir. O, azərbaycanlı bəstəkar və müğənni Emin Ağalarovun Yekaterinburqda böyük uğurla keçmiş konsertindən məmnun olduğunu

bildirmişdir.

Görüşdən sonra Leyla Əliyeva və Aleksandr Mişarin jurnalistlərin suallarına cavab vermişlər. Heydər

Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva uşaq onkohematoloji mərkəzindən aldığı təəssüratları bölüşərək demişdir: "Bu görüşlər, xüsusən həkimlərin uşaqlara münasibəti,

onların səmimiyyəti mənə çox güclü təsir bağışladı. Zənnimcə, gələcəkdə həkimlərin mübadiləsini təşkil etmək,

buradakı həkimlərin öz təcrübələrini bölüşməsi üçün onları Bakıya dəvət etmək pis olmazdı. Bakıdan həkimləri buraya dəvət etmək olar ki, onlar rusiyalı mütəxəssislərin işi ilə tanış ola bilsinlər. Biz həm də Rusiya

kitabxanalarına Azərbaycan kitabları bağışlamaq istərdik ki, gələcəkdə burada Azərbaycan məktəbi,

Azərbaycan təmayüllü məktəb açılsın". Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov azərbaycanlı bəstəkar və müğənni Emin

Ağalarovun xeyriyyə konserti barədə məlumat verərək vurğulamışdır ki, həmvətənimizin konserti böyük uğurla

keçmiş, konsertdən əldə edilən vəsait Yekaterinburqdakı 6 nömrəli uşaq evinin hesabına köçürüləcəkdir.

A. Mişarin aparılmış danışıqların yekunlarını yüksək qiymətləndirərək qeyd etmişdir ki, bir sıra maraqlı müştərək layihələr, o cümlədən Yekaterinburqda Azərbaycan məktəbi açılması, tələbə və müəllim mübadiləsi,

universitetlər və həkimlər arasında dostluq və əməkdaşlıq münasibətləri yaradılması və inkişaf etdirilməsi,

sərgilər keçirilməsi nəzərdə tutulur. O, sözünün sonunda demişdir: "Mən Heydər Əliyev Fondunun Leyla Əliyevanın rəhbərlik etdiyi nümayəndəliyini burada sərgilər təşkil etməyə dəvət etmişəm. Əgər Londonda

Azərbaycan xalçaları sərgisini təşkil etmək olarsa, belə bir sərgini Yekaterinburqda da təşkil etmək nə üçün

olmasın?! Fikrimcə, bu, çox maraqlı olardı". Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva həyat

yoldaşı Emin Ağalarovla birlikdə Sverdlovsk vilayət diyarşünaslıq muzeyində də olmuşdur. Burada onları

diyarın qədim və zəngin tarixi ilə tanış etmişlər.

Elə həmin gün Leyla Əliyeva və Emin Ağalarov Azərbaycan Respublikasının Yekaterinburqda bu ilin may ayında açılmış baş konsulluğunda olmuşlar. Baş konsul Sultan Qasımov qonaqları konsulluğun yeni binası

ilə tanış etmiş və Azərbaycan nümayəndəliyinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. O, xüsusi qeyd

Page 98: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

98

etmişdir ki, vilayətin əsas televiziya kanalında hər həftə ölkəmizdə baş vermiş mühüm hadisələr haqqında

söhbət açılan "Azərbaycana gedən yol" adlı veriliş təşkil edilmişdir.

Diplomat yerli ziyalıların görkəmli nümayəndələrini - professor, regionşünas alim Aleksandr Nesterovu,

həmyerlilərimiz, RF-nin əməkdar artisti, Yekaterinburq Musiqili Komediya Teatrının solisti Anatoli Brodskini, Yekaterinburq Opera və Balet Teatrının dirijoru, "Qızıl maska" mükafatı laureatı Etibar Əhmədovu, "Finansist"

media-qrupun prezidenti Eleonora Rəsulovanı Leyla xanım Əliyevaya təqdim etmişdir.

Söhbət zamanı müxtəlif mədəni layihələr müzakirə edilmiş, Leyla Əliyeva həmin layihələri dəstəkləmişdir. Məsələn, Musiqili Komediya Teatrında "Arşın mal alan" operettasının tamaşaya qoyulması,

Aleksandr Nesterovun Bakıda və Moskvada mühazirələrinin təşkil edilməsi, bir sıra digər mühüm mədəni

layihələr barədə danışılmışdır.

Asya HACIZADƏ

AzərTAc-ın xüsusi müxbiri

“Xalq qəzeti”.-2010.-5 dekabr.-N 267.-S.3.

Page 99: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

99

Heydər Əliyev Fondu Yekaterinburqla sıx əməkdaşlıq edəcəkdir

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva

Yekaterinburqdakı 1 nömrəli vilayət kliniki xəstəxanasının (VKUX) uşaq onkohematoloji mərkəzində

olmuş və müasir xüsusi tibbi avadanlıqla təchiz edilmiş "Sobol" markalı təcili yardım maşınını Heydər

Əliyev Fondu adından həmin mərkəzə hədiyyə etmişdir.

Leyla Əliyevanı Sverdlovsk vilayətinin səhiyyə naziri Arkadi Belyavski, vilayət qubernatorunun müavini Vadim Dubiçev və xəstəxananın baş həkimi Sergey Boyarski qarşılamışlar. Onlar Leyla Əliyevanın şəxsində

Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinə uşaqların sağlamlığı problemlərinə göstərilən qayğı və

diqqətə görə dərin təşəkkürlərini bildirmişlər. Sverdlovsk vilayətinin səhiyyə naziri Arkadi Belyavski, 1 nömrəli vilayət kliniki xəstəxanasının baş

həkimi Sergey Boyarski və mərkəzin rəhbəri Larisa Feçina uşaq onkohematoloqlarının işi barədə məlumat

vermişlər. Balaca xəstələrin müalicəsi üçün yaradılmış ən müasir və rahat şərait, yüksək texnologiyalara

əsaslanan əməliyyat və laboratoriya bloku - bütün bunlar Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın marağına səbəb olmuşdur. Məsələn o, laboratoriyaların fəaliyyəti

ilə tanış olarkən çoxlu sual vermişdir: "Həkimlər gövdə rüşeymlərini tiplərə ayırmağa necə nail olurlar",

"Konkret donorun münasib olub-olmaması necə aydınlaşdırılır ?", "Terapiyanın uğurlu olub-olmaması necə izlənilir?" və s. Leyla Əliyeva klinikanın səviyyəsini, burada tətbiq edilən və işlənib hazırlanan yeni

metodikaları qiymətləndirərək ümid etdiyini bildirmişdir ki, Azərbaycan onkoloqları urallı həmkarları ilə

əməkdaşlıq edəcəklər. Leyla Əliyeva demişdir: "Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq dörd ildir ki, fəaliyyət

göstərir. Fond səhiyyə məsələlərinə böyük diqqət yetirir. Azərbaycanda xeyriyyəçilik ianələri hesabına fond

xəstəxanalar tikdirir, diabetli uşaqlara kömək edir, təhlükəli xəstəliklərə qarşı vaksinləri xeyriyyəçilik yolu ilə

paylayır, bir sıra başqa tədbirlər həyata keçirir. Buna görə də Yekaterinburqdakı xəstəxanaya baş çəkmək bizim üçün vacib idi. Uşaq onkoloji mərkəzi mənə çox yaxşı təsir bağışladı. Burada hər şey funksional olmaqla

bərabər, həm də qəşəng, təmiz, çox müasirdir. Lakin əsas məsələ bu deyil, mənim üçün ən əhəmiyyətlisi

buradakı auradır. Auranı isə burada böyük bir ailə kimi işləyən insanlar yaradırlar. Həkimlərin hər bir uşağa öz övladı kimi münasibət bəsləməsi, məncə ən başlıca məsələdir".

Mərkəzdə xəstələrin çoxu üçün ən ciddi steril rejim müəyyən edilmişdir (məsələn, havanın onqat

təmizlənməsi sistemi). Buna baxmayaraq, həkimlər Severouralsk şəhərindən olan 11 yaşlı Marinanın Leyla

Əliyeva ilə tanış olmasına icazə verdilər. Xüsusən ona görə ki, qızcığaz bu tanışlığı çoxdan arzu edirdi - o, Şərq rəqsləri ilə ciddi məşğul olur. Marina festivallarda uğurla çıxış edir, ümumrusiya müsabiqəsində ikinci yeri

tutmuşdur. Marina indiyə qədər çıxış etdiyi şəhərlər barədə Leyla Əliyevaya danışmışdır. Xeyriyyə Fondunun

rəhbəri Severouralskdan olan bu balaca artisti Moskvadakı səfirlikdə və Bakıda çıxış etməyə dəvət etdi. Leyla Əliyevanın klinikaya gəlişindən uşaq onkohematoloji mərkəzinin fəxri qonaqlar kitabında belə bir

yığcam qeyd qaldı: "Qoy hamı həmişə sağlam olsun, sizə ən xoş arzularımı bildirirəm".

Neçə-neçə uşağın həyatını xilas edəcək qiymətli hədiyyəyə görə, bütün kollektiv adından L. Əliyevaya səmimi təşəkkür bildirildi.

Qeyd etmək lazımdır ki, Yekaterinburqdakı uşaq onkohematoloji mərkəzi Uralda onkoloji və hematoloji

xəstəliklərdən əziyyət çəkən uşaqlara yüksək texnoloji səviyyədə tibbi yardım göstərən ilk klinikadır.

Beynəlxalq müalicə protokollarının tətbiq edilməsi sayəsində uşaqların 70 faizini sağaltmaq mümkün olmuşdur. Bu xəstəxananın həkimləri onkoloji xəstəliklərin müalicəsində qazandıqları uğurlarla şöhrətlənmişlər. Onların

çoxu dünyanın ən yaxşı klinikalarında - ABŞ-da, Almaniyada, Avstriyada, İsraildə öz ixtisaslarını artırmışlar.

“Xalq qəzeti”.-2010.-5 dekabr.-N 267.-S.3.

Page 100: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

100

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva

Leninqradın müdafiəsi zamanı həlak olmuş azərbaycanlı döyüşçülərin

xatirə lövhəsinin açılış mərasimində iştirak etmişdir

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin başçısı Leyla Əliyeva Leninqradın müdafiəsi zamanı

həlak olmuş azərbaycanlı döyüşçülərin xatirə lövhəsinin təntənəli açılış mərasimində iştirak etmişdir. Xatirə lövhəsinin açılışı "Nevski Pyataçok" Əsgəri Memorialın Beynəlmiləl şöhrət və xatirə xiyabanında

olmuşdur. Abidənin yaradılması layihəsi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin hamiliyi altında

Leninqrad vilayəti hökumətinin dəstəyi ilə həyata keçirilmişdir.

Leninqrad vilayətinin vitse-qubernatoru Aleksandr Kuznetsov mərasimdə çıxış edərək demişdir: "Əsgər və zabitlər burada öz borclarını şərəflə yerinə yetirmişlər. Abidənin açılışı göstərir ki, bizim dövlətlərin xalqları və

rəhbərləri həlak olmuş ata-babalarımızın xatirəsinə sadiqdir".

Leyla Əliyeva Leninqradın müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olmuş azərbaycanlı əsgərlərin xatirəsini anmaq üçün "Nevski Pyataçok"a toplaşmış tədbir iştirakçılarına səmimi qəlbdən minnətdarlığını

bildirərək demişdir ki, keçmiş Sovet İttifaqı xalqlarının Böyük Vətən müharibəsi illərində göstərdiyi rəşadətin

bəşəriyyət tarixində tayı-bərabəri olmamışdır. Hitler faşizmi üzərində Qələbəyə Azərbaycan xalqı böyük töhfə

vermişdir. Döyüş meydanlarında 300 mindən çox azərbaycanlı həlak olmuşdur. O demişdir: "Təyyarəçi Hüseynbala Əliyevin göstərdiyi hünər məlumdur. O, Leninqrad ətrafında döyüşlərdə bir uçuşda 2 düşmən

təyyarəsini, o cümlədən ikincisini ölümcül yaralanmış vəziyyətdə məhv etmişdir. Bu qəhrəmanlığına görə ali

hökumət mükafatına - "Lenin ordeni"nə layiq görülmüşdür. Leninqradın mühasirəsi 900 gün davam etmişdir. Aclıq, soyuq və bombardmanlar üzündən yüz minlərlə insan həlak olmuşdur. Amma nə artilleriya atəşləri, nə də

daimi ölüm qorxusu leninqradlıların dəmir iradəsini və vətənpərvərlik ruhunu qıra bilmədi. Şəhər davam gətirdi

və bu gün inkişafda olan Sankt-Peterburq dünyanın mədəni paytaxtı statusunu təsdiq edir". L.Əliyeva bildirmişdir ki, Azərbaycan Respublikasının Xatirə Kitabında Leninqradın faşistlərin

mühasirəsindən azad edilməsi uğrunda Nevski pyataçokda və Sinyavinsk yüksəkliklərində gedən döyüşlərdə

həlak olmuş 850 azərbaycanlının adı yer almışdır. O demişdir: "Nevski pyataçok" döyüş meydanı hərb tarixinin

ən rəşadətli və faciəli səhifələrindən biridir. Döyüş meydanının müdafiəçilərinin tərkibi, demək olar, hər gün büsbütün yenilənirdi - həlak olanları yeni döyüşçülər əvəz edirdi. Artıq peterburqlu heykəltəraş tərəfindən abidə

hazırlanmışdır və gələn il fondun nümayəndəliyinin hamiliyi altında, Leninqrad vilayəti hökumətinin dəstəyi ilə

Sinyavinsk yüksəkliklərində ucaldılacaqdır. Döyüşçülərin rəşadəti gələcək nəsillərin xatirəsində əbədi yaşayacaqdır. Sevindirici haldır ki, bu gün mərasimdə çoxlu gənc iştirak edir. Onların vətən uğrunda

canlarından keçmiş ata və babalarının xatirəsini uca tutmaları çox vacibdir. Xalqlarımızın birliyi və dostluğu

sayəsində biz Böyük Qələbə qazana bildik. Bu Qələbə belə bir danılmaz həqiqəti təsdiq etdi ki, biz sülhə, əmin-

amanlığa və vətəndaşlarımızın xoşbəxt gələcəyinə ancaq bir yerdə nail ola bilərik". Sonda L. Əliyeva bu layihəni dəstəklədiklərinə görə Leninqrad vilayətinin qubernatoru Valeri Serdyukova,

vilayət hökumətinə, həmçinin layihəni icra edən istedadlı heykəltəraşlar Gennadi Belousova və Andrey Rıtova

minnətdarlığını bildirmişdir. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov çıxışında 1941-1944-cü illərdə Leninqrad

uğrunda gedən döyüşlərdə həlak olmuş döyüşçülərin xatirə lövhəsinin açılmasının tarixi əhəmiyyətini

vurğulayaraq bildirmişdir ki, Böyük Qələbəni məhz xalqlarımızın dostluğu və birliyi sayəsində əldə etmək mümkün olmuşdur.

Müfti Cəfər Ponçayev həlak olmuş döyüşçülərin ruhuna dua oxumuşdur.

Çıxışlardan sonra Leyla Əliyeva və Aleksandr Kuznetsov xatirə lövhəsini açmışlar. Tədbir iştirakçıları

lövhənin qarşısına güllər düzmüşlər. Mərasim iştirakçıları qarşısından keçən fəxri qarovul dəstəsi qəhrəmanların xatirəsinə ehtiramını bildirmişdir.

Leyla Əliyeva, həmçinin "Leninqrad blokadasının yarılması" qoruq-muzeyində olmuşdur. Qoruğun işçiləri

muzeyin mərkəzi ekspozisiyasından - Leninqradın müdafiəsi tarixində dönüş yaratmış 1943-cü il hadisələrini canlandıran dioramdan danışmışlar.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin başçısı həlak olmuş qəhrəmanların nurlu xatirəsinə

qayğıkeş münasibət göstərdiklərinə görə muzeyin əməkdaşlarına minnətdarlığını bildirmiş, Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilmiş, Leninqrad uğrunda döyüşlərdə canlarından keçmiş azərbaycanlıların (850

nəfər) adbaad siyahısı olan "Leninqradın faşist blokadasından azad edilməsi uğrunda qəhrəmancasına həlak

olmuş azərbaycanlılar" kitabını muzeyə hədiyyə etmişdir.

Page 101: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

101

Təntənəli mərasimdə RF XİN-in Yekaterinburqdakı nümayəndəsi Vladimir Zapevalov, Leninqrad vilayəti

Kirov rayonunun başçısı Nikolay Yemelyanov, Yaponiyanın və Litvanın baş konsulluqlarının, Qırğızıstanın

fəxri konsulluğunun, habelə Azərbaycan diasporunun nümayəndələri, Rusiyanın şimal paytaxtının ali

məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

Asya HACIZADƏ

AzərTAc-ın xüsusi müxbiri Sankt-Peterburq

“Xalq qəzeti”.-2010.-7 dekabr.-N 268.-S.2.

Page 102: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

102

"Oblastnaya qazeta": Leyla Əliyeva xoşməramlı səfirdir

"Xoşməramlı səfir". Sverdlovsk vilayətinin mərkəzi mətbu orqanı olan "Oblastnaya qazeta"da dərc edilmiş

məqalə belə adlanır. Məqalədə Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın

bu il dekabrın 2-3-də Yekaterinburqa səfərindən bəhs edilir. Məqalənin əvvəlində qeyd edilir ki, dostluq telləri mədəniyyət vasitəsilə möhkəmlənir. Daha sonra bildirilir ki, dekabrın əvvəlində Sverdlovsk vilayətində

Azərbaycan Respublikası ilə dostluq günləri keçirilmişdir.

Qəzet yazır: "Xoşməramlı səfir Leyla Əliyeva Rusiya ərazisində tez-tez və çoxlu səfərlər edir, doğma ölkəsindən olan gəncləri birləşdirməyə çalışır, veteranlara, valideyn qayğısından məhrum olmuş uşaqlara,

istedadlı insanlara kömək edir. Gənclərin taleyi ilə xüsusi maraqlanan L.Əliyeva onların müasir Rusiya

cəmiyyətinə uğurla inteqrasiya etməsi üçün lazım olan hər şeyi edir. Sverdlovsk vilayətində Azərbaycan missiyası əsasən humanitar və xeyriyyə xarakteri daşıyır, çünki Azərbaycan Prezidentinin xanımı Mehriban

Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu müxtəlif ölkələrin mədəniyyət və səhiyyə müəssisələrinə

sponsorluq edir, incəsənət xadimləri arasında əlaqələri tənzimləyir, o cümlədən Rusiyada yaşayan azərbaycanlı

gəncləri birləşdirir". Məqalə müəllifləri vurğulayırlar ki, Sverdlovsk vilayəti ilə Azəbaycan arasında möhkəm mədəni əlaqələr

yaranmışdır. Burada istedadlı Azərbaycan bəstəkarı və müğənnisi Emin Ağalarovun xeyriyyə konserti verməsi,

konsertdən əldə edilmiş vəsaitin Yekaterinburqdakı 6 nömrəli ixtisaslaşdırılmış uşaq evinin hesabına köçürülməsi də qeyd edilir.

Jurnalistlər N.Podkorıtova, L.Sabanina və İ.Oşurkova məqalədə Heydər Əliyev Fondu adından uşaq

onkohematoloji mərkəzinə təcili yardım maşını hədiyyə etmiş Leyla Əliyevanın xoşməramlı jestini xüsusi vurğulayırlar. L.Əliyeva həmin mərkəzdə olarkən demişdir: "Ən vacibi uşaqlardır". Məqalədə Heydər Əliyev

Fondunun RF-dəki nümayəndəliyinin rəhbərinin aşağıdakı sözləri sitat gətirilir: "Heydər Əliyev Fondunun

Rusiya nümayəndəliyi artıq dörd ildir ki, fəaliyyət göstərir. Fond səhiyyə məsələlərinə böyük diqqət yetirir.

Azərbaycanda xeyriyyəçilik ianələri hesabına fond xəstəxanalar tikdirir, diabetli uşaqlara kömək edir, təhlükəli xəstəliklərə qarşı vaksinləri xeyriyyəçilik yolu ilə paylayır, bir sıra başqa tədbirlər həyata keçirir. Buna görə də

Yekaterinburqdakı xəstəxanaya baş çəkmək bizim üçün vacib idi. Uşaq onkoloji mərkəzi mənə çox yaxşı təsir

bağışladı". Leyla Əliyeva Sverdlovsk vilayətinin qubernatoru Aleksandr Mişarin ilə görüşündə humanitar əlaqələrin

möhkəmləndirilməsi perspektivləri, ayrı-ayrı layihələr müzakirə edilmişdir. Məqalədə vurğulanır ki, bu səmərəli

görüş konkret əməkdaşlığın təməlini qoymuşdur.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın bu səfəri Uralın bütün vilayət KİV-lərində böyük əks-səda doğurmuş, yerli telekanallarda və radioda, qəzetlərdə,

İTAR-TASS, RİA "Novosti" agentliklərinin informasiya lentlərində, eləcə də 10-dan artıq internet resursunda

geniş işıqlandırılmışdır. Azərbaycanın Sverdlovsk vilayətindəki baş konsulu Sultan Qasımov demişdir ki, Heydər Əliyev Fondunun

RF-dəki nümayəndəliyinin rəhbəri, RAGT-nin sədri və "Baku" jurnalının baş redaktoru Leyla Əliyevanın

Yekaterinburqa səfəri Azərbaycan ilə Sverdlovsk vilayəti arasında mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyətə malikdir. Yekaterinburq Rusiyanın üçüncü böyük şəhəridir və

humanitar sahədə əlaqələrin tənzimlənməsi ölkələrimiz və xalqlarımız arasında dostluq və mehriban qonşuluq

münasibətlərinin möhkəmlənməsi üçün vacibdir. Sultan Qasımov demişdir: "Leyla xanım Əliyevanın

qubernator Aleksandr Mişarin ilə görüşü və müxtəlif müştərək layihələrin həyata keçirilməsi barədə əldə edilmiş konkret razılaşmalar dinamik inkişaf edən Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin ruhuna

tamamilə uyğundur". Onun sözlərinə görə, Sverdlovsk sakinləri Leyla xanım Əliyevanın xoşməramlı jestini -

uşaq onkohematoloji mərkəzinə müasir avadanlıqla təchiz edilmiş təcili yardım maşını, Yekaterinburq Diyarşünaslıq Muzeyinə videoproyektor hədiyyə etməsini, eləcə də həmvətənimiz, istedadlı bəstəkar və

müğənni Emin Ağalarovun xeyriyyə konsertini, bu konsertdən əldə edilmiş vəsaitin Yekaterinburqdakı uşaq

evinin hesabına köçürülməsini yüksək qiymətləndirmişlər. Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov sonda demişdir: "Bu, mədəniyyət və səhiyyə sahəsində əlaqələrimizin inkişafına çox qiymətli

töhfədir".

Asya HACIZADƏ

AzərTAc-ın xüsusi müxbiri Moskva

“Xalq qəzeti”.-2010.-8 dekabr.-N269.-S.2.

Page 103: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

103

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Abşeron rayonunun

Saray qəsəbəsində əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən

7 nömrəli uşaq internat evi ilə tanış olmuşdur

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun

xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva dekabrın 24-də Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış

olmuşdur.

İnternat evinə gələn Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya uşaqlar gül dəstəsi

təqdim etdilər. Mehriban xanıma məlumat verildi ki, Heydər Əliyev Fondu və Xəzər Beynəlxalq İnvestisiya şirkətinin birgə

layihəsi əsasında burada əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. İnternat evi kompleksinə 2 mərtəbəli

inzibati bina, 4 mərtəbəli yataq korpusu, idman korpusu, yeməkxana, mətbəx, çamaşırxana və digər tikililər daxildir. Təmirdən sonra internat evi müasir inventar və avadanlıqla təmin olunmuş, uşaqların normal yaşaması

üçün hər cür şərait yaradılmışdır.

Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində yenidən

qurulan internat evində xüsusi qayğıya ehtiyacı olan uşaqlar yaşayır. İnternat evinin ümumi ərazisi 2 hektardır. Burada 4 yaşdan 18 yaşadək xüsusi qayğıya ehtiyacı olan uşaqlar yaşayırlar. Hazırda burada yaşayan 140 uşaq

yaşına, cinsinə və xəstəlik dərəcələrinə görə ayrı-ayrı qruplarda yerləşdirilmişdir. Hər bir qrupun ayrıca yataq və

oyun otaqları vardır. Uşaq internat evi ilə tanış olan Fondun prezidenti əvvəlcə kompleksin təmirdən əvvəlki və sonrakı

vəziyyətini əks etdirən fotostendə baxdı.

Əsas korpusun birinci mərtəbəsinin foyesində ulu öndər Heydər Əliyevin uşaqlarla görüşlərini əks etdirən fotostend quraşdırılmışdır. Burada inzibati otaqlarla yanaşı, valideynlərlə uşaqların görüş otaqları vardır.

Bildirildi ki, internat evində 95 nəfər işçi çalışır.

Korpusun 2-ci mərtəbəsində Mehriban xanım Əliyeva 30 nəfərlik müşavirə zalına baxdı. İkinci mərtəbədə

Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotostendlər vardır. Fondun prezidenti günərzi qayğı mərkəzində oldu. Burada xüsusi qayğıya ehtiyacı

olan uşaqlarla məşğələlər aparılır. Mehriban Əliyeva uşaqlarla səmimi söhbət etdi. Bacarıqlı əllər otağında

internat evinin sakinləri rəsm və toxuma işləri ilə məşğul olurlar. Heydər Əliyev Fondunun prezidenti uşaqların əl işlərinə baxdı. Uşaqların hazırladığı Heydər Əliyev Fondunun loqosunu əks etdirən hədiyyə Azərbaycanın

birinci xanımına təqdim olundu.

Reabilitasiya otağı ilə tanış olan Mehriban xanım Əliyevaya məlumat verildi ki, dayaq-hərəkət sistemi

pozulan uşaqların müəyyən oyunlar vasitəsilə bərpası burada aparılır. Mətbəxdə isə gənclər yemək hazırlamağı öyrənirlər. Mətbəxdə şirniyyat hazırlayan qızlarla görüşən Mehriban xanım Əliyeva onların Vətən və Prezident

haqqında söylədikləri şeirləri dinlədi, onlarla xatirə şəkli çəkdirdi.

İnternat evində gənclərin fiziki sağlamlığını möhkəmləndirmək üçün müxtəlif idman avadanlığı ilə təchiz edilmiş trenajor və idman zalları vardır. Hovuzda isə hərəkət qabiliyyəti məhdud uşaqların su prosedurları ilə

müalicəsi aparılacaqdır.

Müəssisədə uşaqların əl işlərindən ibarət sərgi zalı da yaradılmışdır. Tədris otağında xüsusi qayğıya ehtiyacı olan uşaqlara yüngülləşdirilmiş proqramla ibtidai təhsil veriləcəkdir. Musiqi zalında gənclər musiqi alətlərində

bacarıqlarını sınayacaqlar. İnternat evində fizioterapiya otağı da fəaliyyət göstərir. Bu otaq yüksəktezlikli aparat,

inqalyasiya, solyuks, qalvanizator kimi yeni tibb avadanlığı ilə təchiz edilmişdir. Həmin aparatlardan sümük

ağrılarında, xroniki xəstəliklərin müalicəsində istifadə olunur. Mehriban xanım internat evində 80 nəfərlik yeməkxana, müasir avadanlıqla təchiz edilmiş mətbəxdə

yaradılmış şəraitə də baxdı.

İnternat evinin həyətində abadlaşdırma və yaşıllaşdırma işləri aparılmış, müxtəlif gül kolları əkilmişdir. Parkda rahat oturacaqlar, fəvvarə və atraksionlar quraşdırılmışdır.

Görülmüş işlərdən razılığını bildirən Mehriban xanım Əliyeva internat evinin kollektivinə uğurlar arzuladı.

AzərTAc.

“Xalq qəzeti”.-2010.-25 dekabr.-N 284.-S.4.

Page 104: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

104

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və

ölkənin 13 regionunda xeyriyyə aksiyaları keçirmişdir

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya

Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və Ümumrusiya Azərbaycan Konqresi ilə birlikdə Moskvada və Rusiyanın bir sıra regionlarında Yeni il bayramı ərəfəsində irimiqyaslı xeyriyyə aksiyaları keçirilmişdir.

Yeni il ərəfəsində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları və RAGT-ın üzvləri

Moskvanın bir neçə uşaq evində, bərpa mərkəzində olmuşlar. Uşaqlar üçün Şaxta baba, Qar qız və digər nağıl qəhrəmanlarının iştirakı ilə bayram tədbirləri təşkil olunmuşdur.

Xeyriyyə aksiyaları Moskvanın 43 və 11 nömrəli bərpa mərkəzlərində, 12 nömrəli uşaq evində, Rusiya Tibb

Elmləri Akademiyasının B. V. Petrovski adına Elmi Cərrahiyyə Mərkəzində, habelə "Yujnoye Butovo" əlil uşaqların Sosial Reabilitasiyası Mərkəzində keçirilmişdir. Yaxın günlərdə 48 nömrəli uşaq evində və 7 nömrəli

uşaq evi-internatda da bu cür aksiyalar təşkil ediləcəkdir.

Qayğıya və diqqətə ehtiyacı olan uşaqlara Leyla xanım Əliyevanın Yeni il bayramı münasibətilə təbrikləri

çatdırılmış, Şaxta babanın və digər nağıl qəhrəmanlarının iştirakı ilə maraqlı bayram proqramından sonra hədiyyələr təqdim olunmuşdur.

Hədiyyə zənbilinə şərq şirniyyatı, meyvələr, geyim, kitablar qoyulmuşdu. Uşaq evlərindən birinə televizor,

digərlərinin hər birinə kompyuter, musiqi mərkəzi, MP-3 pleyerlər hədiyyə edilmişdir. Heydər Əliyev Fondu tərəfindən Bakıdan göndərilmiş şirniyyatlar da uşaqların sevincinə səbəb olmuşdur.

Rusiyanın digər regionlarında - Sankt-Peterburqda, Yekaterinburqda, Vladimir, Tula, Kaluqa, Tver, Kirov,

Voronej, Çelyabinsk, Lipetsk, Tümen, Yaroslavl vilayətlərində, habelə Udmurtiyada da bu cür xeyriyyə aksiyaları keçirilmişdir.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi belə xeyriyyə aksiyalarını tez-tez keçirir. Bu aksiyalar

Fondun fəaliyyətinin və iş istiqamətlərindən birinin məntiqi davamıdır. Heydər Əliyev Fondunun

nümayəndəliyi artıq 4 ildir Rusiyada xeyriyyə aksiyaları keçirir, valideyn himayəsindən məhrum uşaqlar, xəstə körpələr üçün nağılları reallığa çevirir.

Aksiyalarda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları ilə yanaşı Leyla Əliyevanın bir

il əvvəl yaratdığı Rusiya Azərbaycanlı Gənclər Təşkilatının üzvləri də fəal iştirak edirlər. Fondun aksiyalarının keçirildiyi uşaq evlərinin rəhbərləri ilk növbədə mənəvi dəstəyə ehtiyacı olan uşaqlara

göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya

minnətdarlıqlarını bildirmişlər. Onlar vurğulamışlar ki, bu cür xeyriyyə aksiyaları xalqlarımız arasında dostluq

və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə kömək edir. Uşaqların sevinci isə bu tədbirlərin təşkilatçıları üçün ən böyük mükafatdır.

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

“Xalq qəzeti”.-2010.-28 dekabr.-N 286.-S.2.

Page 105: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

105

Heydər Əliyev Fondu "Buta" sarayında uşaqlar üçün bayram şənliyi

təşkil etmişdir

Heydər Əliyev Fondu "Buta" sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan,

şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə

xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirir.

Dekabrın 29-da fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti bayram şənliyində iştirak etmiş, qızları

Leyla və Arzu ilə birlikdə uşaqların sevinc və fərəhini bölüşmüşdür. Mehriban xanım və qızları uşaqlarla

səmimi söhbət etdilər, onlarla şəkil çəkdirdilər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından, Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın

uşaqlara qayğısından bəhs edən film göstərildi.

Şaxtababanın al-əlvan bəzədilmiş möhtəşəm saraya gəlişi alqışlarla qarşılandı. Şaxtababa "sehrli çubuğu" ilə yolkanı işıqlandırdı.

Tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün istedad və bacarıqlarını sərf edirdilər. Salona toplaşmış

uşaqların çöhrələrində bu gözəl bayram şənliyini onlara bəxş edən Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanıma minnətdarlıq hissləri aydın sezilirdi. Həmin gün şənlik iştirakçıları arasında qaçqın və

məcburi köçkün ailələrindən olan uşaqlar, qayğıya gündəlik ehtiyac duyan, uşaq evlərində və xüsusi

məktəblərdə təlim-tərbiyə alan balaca soydaşlarımız əksəriyyət təşkil edirdi.

Respublikamızın tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, rəqs qrupları, gənc istedadlar oynaq, şux mahnıları, rəqsləri ilə bayram şənliyini daha da rövnəqləndirirdilər. Rəqqaslara qoşulan,

məharətlərini göstərən, özlərini möcüzələr aləmində hiss edən uşaqların sevinci hədsiz idi. Çünki tanınmış

sənətçilərin, klounların, sehrbazların, cizgi filmləri personajlarının, nağıl qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı.

Fondun əməkdaşlarının tədbir iştirakçılarına münasibəti, hər kəsə qayğı ilə yanaşması da uşaqların və

valideynlərin diqqətindən yayınmadı. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım ƏLİYEVA bayram şənliyində çıxış edərək dedi:

- Əziz uşaqlar, hörmətli valideynlər, hörmətli müəllimlər.

Mən sizi Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Çox şadam ki, bu il də Yeni ili, Yeni il

sevincini sizinlə birlikdə paylaşırıq. Mən uşaqlarımızın üzündə təbəssüm və sevinc görürəm. Arzum odur ki, hər zaman siz belə gülərüz, belə xoşbəxt olasınız.

Yeni il bütün başqa bayramlardan fərqli bir bayramdır. Uşaqların ən sevimli bayramıdır. Mənim də ən

sevimli bayramlarımdan biridir. Adətən Yeni ili insanlar ən yaxın doğmaları, ailə üzvləri ilə qeyd edirlər. Bu gün mən çox xoşbəxtəm ki, bu şənliyi sizinlə paylaşırıq, mənə doğma olan uşaqlarla birlikdə qeyd edirik.

Bu gün bu saraya gələrkən dövlətimizin başçısının, Prezident İlham Əliyevin də mənə tapşırığı oldu. O, sizə

təbriklərini, salamlarını və məhəbbətini çatdırır.

Bu gün Azərbaycanda sizin üçün bütün şərait yaradılıb. Ümidvaram ki, siz dərslərinizi yaxşı oxuyacaqsınız, gözəl tərbiyə alacaqsınız, sağlam böyüyəcəksiniz və valideynlərinizi, bizi, böyüklərinizi hər zaman uğurlarınızla

sevindirəcəksiniz.

Bu günlər bütün dünyada uşaqlar Yeni il bayramını qeyd edirlər. Biz də Heydər Əliyev Fondu olaraq çalışdıq ki, sizin üçün bu bayram əsl şənliyə çevrilsin. Ona görə bu möhtəşəm sarayı belə gözəl bəzədik, sizi

bura dəvət etdik. Ümidvaram ki, siz bu şənlikdən razı qaldınız, sevinc hiss etdiniz. Ona görə də mən yenə sizi

təbrik etmək istəyirəm. Yeni il bayramının bir özəlliyi də vardır. Adətən insanlar - həm böyüklər, həm uşaqlar Yeni il gecəsi ürəyində bir arzu tuturlar. Mənim arzum odur ki, ürəyinizdə olan bütün istəklər gerçəkləşsin, Yeni

ildə həyata keçsin. Bir daha hamınızı səmimi-qəlbdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar və xoşbəxtlik

arzulayıram. Sağ olun.

* * * Uşaqlar onlara göstərdiyi diqqət və qayğıya, bu istiqamətdə nəcib və xeyirxah fəaliyyətinə görə Heydər

Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan uşaqları adından təşəkkür etdilər.

Balacalar Mehriban xanımla xatirə şəkli çəkdirdilər. Şənliyin sonunda hər bir uşağa Heydər Əliyev Fondunun Yeni il hədiyyələri təqdim olundu.

Yeni il şənliyi bu dəfə də uşaqların qəlbində silinməz xatirəyə çevrildi. Fondun Yeni il şənliklərində

ümumilikdə 2 minədək uşaq və yeniyetmənin iştirakı nəzərdə tutulur.

Page 106: 2010-cu il - preslib.azfiles.preslib.az/site/xsefir/2010.pdf · 2012-06-25 · 30 nəfər uşaq 15 gün Gəncədə sağlam və maraqlı həyat tərzi keçirmişdir.....66 Azərbaycanın

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

PREZİDENT KİTABXANASI ────────────────────────────────────────────────────────────────────────────────

106

Qeyd edək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tövsiyəsi ilə müvafiq tədbirlər görülmüş,

şənlikdə iştirak edən uşaqların "Buta" sarayına təhlükəsiz gəlib-getməsi üçün 12 rahat avtobus ayrılmışdır.

AzərTAc

“Xalq qəzeti”.-2010.-30 dekabr.-N 288.-S.5.