1-27...1 Fənnə verilən hüquqlar. 1-27 – seçimli cavabı olan tapşırıq Tapşırıq üçün...

45

Transcript of 1-27...1 Fənnə verilən hüquqlar. 1-27 – seçimli cavabı olan tapşırıq Tapşırıq üçün...

1

Fənnə verilən hüquqlar.

1-27 – seçimli cavabı olan tapşırıq

Tapşırıq üçün təlimat- 4 ehtimal olunan cavabdan yalnız 1-i düzdür. Cavablar vərəqəsində düz cavabın müvafiq xanasına X

işarəsini yazın.

2

1. Fiziki işlə intensiv olaraq məşğul olduqda əzələlərdə karbohidrtatların parçalanmasının aralıq məhsulu süd

turşusu toplanır. Sadalananlardan hansı süd turşusunun təsirinə uyğundur?

ა) Əzələnin davamlılığını artırır;

ბ) Enerjinin ifrazını artırır;

გ) Əzələnin yorulmasına səbəb olur;

დ) Əzələnin zəiflənməsinə səbəb olur.

3

2. Əğər, məşq zamanı təsadüfən şağirdin budunun arxa əzələləri dartıldısa, ilk yardım etmək üçün sadalanan

üsullardan hansını istifadə edərsiniz?

ა) Şagirdi uzandırın, zədələnmiş hissəyə isti əski qoyun, əzələsini dartın;

ბ) Şagirdi uzandırın, zədələnmiş hissəyə isti əski qoyun, ayağını yuxarı qaldırın;

გ) Şagirdi uzandırın , zədələnmiş hissəyə soyuq əski qoyun, dizini bükün;

დ) Şagirdi uzandırın , zədələnmiş hissəyə soyuq əski qoyun, dizini açın.

4

3. Sadalanan qida maddələrinin hansı qrupu orqanizmi enerji ilə təmin edir?

ა) Yağlar, zülallar, minerallar;

ბ) Minerallar, zülallar, vitaminlər;

გ) Vitaminlər, karbohidratlar, zülallar;

დ) Karbohidratlar, yağlar, zülallar.

5

4. İdman paltarı hər məşqdən sonra yuyulmalıdır. Çirkli paltarın nəyə səbəb olduğunu təyin edin:

ა) Istilikizolasiyasının zəifləməsinə;

ბ) Mikrobların yayılmasına şərait yaradır;

გ) Lazımi miqdarda tər uda bilmir;

დ) Dehidratlaşmanın güclənməsinə səbəb olur.

6

5. 8-ci sinif şagirdi həftənin 3 gününü 30-45 dəq. qaçır, həftənin 3 gününü artıq çəkilərdə məşq edir. Verilmiş məşq

kompleksi nəyə səbəb olur?

ა) Qan dövranının artmasına və gücün inkişafına;

ბ) Qan dövranının artmasına və koordinasiyanın inkişafına;

გ) Qan dövranının artmasına və elastikliyin inkişafına;

დ) Qan dövranının artmasına və tarazlığın inkişafına.

7

6. Sadalananlardan hansı xassələr hərəkət fəaliyyətini təyin edir?

ა) Dinamik, fəza, ritmik;

ბ) Kinematik, dinamik, ritmik;

გ) Kinematik, ritmik, güc;

დ) Ritmik, güc, zaman.

8

7. Nüvə atdıqda şagird tarazlığı saxlaya bilmir. Sadalananlardan elə vəziyyəti seçin ki, şagird həmin məşqi yerinə

yetirərkən tarazlığı saxlaya bilsin:

ა) Bədən hərəkətsiz vəziyyətdə olmalıdır, əl lingvari hərəkət etməlidir;

ბ) Ayaqlar hərəkətsiz vəziyyətdə olmalıdır, əl və bədən hərəkət etməlidir;

გ) Atma prosesində bədən atma istiqamətində hərəkət etməlidir;

დ) Dayaq səthinə ayaqları ilə maksimal təsir etməlidir.

9

8. Gücün inkişafı üçün hansı məşqdən istifadə etmək məqsədəuyğundur?

ა) İsveç divarından sallanma;

ბ) Yerində hoppanmaq və bir yerdən digər yerə tullanmaq;

გ) Barmaqların ucunda yerimə;

დ) Ayaq ilə top gəzdirmə.

10

9. Sadalananlardan sürətin inkişafı üçün lazımi məşqi seçin:

ა) Qaçaraq uzunluğa tullanma;

ბ) Ayaqaltının fırlama hərəkəti;

გ) Ritmi dəyişdirməklə yürümək;

დ) Bir əllə top gəzdirmə.

11

10. İzləmə, qaçma və yayınma vərdişləri özünümüdafiə və hücumetmə strategiyalarını təşkil edir. Verilmiş

strategiyaların əvəzedici oyunlarının istifadə edilməsi sadalananlardan hansı bacarıqların inkişaf etməsinə imkan

yaradır?

ა) Diqqətin cəmləşdirilməsinə , dayaq səthində bədənin tarazlaşdırılması qabiliyyətinin inkişafına;

ბ) Diqqətin cəmləşdirilməsinə, yükün əldən ayağa ötürülməsinə və manipulyasiya qabiliyyətinin yaranmasına;

გ) Diqqətin cəmləşdirilməsinə, manipulyasiya qabiliyyətinin və bədənin elastiklik qabiliyyətinin inkişafına;

დ) Diqqətin cəmləşdirilməsinə, hərəkətin istiqamətinin dəyişməsinə və müxtəlif sürət inkişafetdirmə qabiliyyətinin

yaranmasına.

12

11. Sadalananlardan hansı aerob məşqlərə aiddir?

ა) Uzun məsafəyə qaçış;

ბ) Ağırlaşdırılmış topla məşq;

გ) Çiyin oynağının dartılması;

დ) Qarın presinin məşqi.

13

12. Sadalanan üsullardan hansı hündürlüyə hoppanma texnikasının qiymətləndirilməsi üçün istifadə olunur?

ა) Addımın uzunluğunun qiymətləndirilməsi;

ბ) Başqa yerə tullanma uzunluğunun qiymətləndirilməsi;

გ) Şagirdin göstərdiyi səyin qiymətləndirilməsi;

დ) Başqa yerə tullanma hündürlüyünün qiymətləndirilməsi.

14

13. Müəllim 6-7 yaşlı uşaqlarla hərəkətli oyunlar keçirtməyi planlaşdırır. Sadalananlardan, oyunun düzgün

planlaşdırılması üçün nəzərə alınması vacib olan yaş dövrü üçün səciyyəvi qabiliyyətləri seçin.

ა) Qaydalara riayət edə bilir, kiçik qrupda oynayır;

ბ) Qaydalara riayət etməyə çətinlik çəkir, açıq məkanda oynayır;

გ) Qaydalara riayət etməyə çətinlik çəkir, məhdud məkanda oynayır;

დ) Qaydalara riayət edə bilir, cütlükdə yaxşı oynayır.

15

14. Sadalananlardan hansı olimpik şüarına uyğundur?

ა) Daha sürətlə, daha yüksək, daha yaxşı;

ბ) Daha yüksək, daha gümrah, daha güclü;

გ) Daha sürətlə, daha yüksək, daha güclü;

დ) Daha güclü, daha gümrah, daha sürətlə.

16

15. Verilmiş nəticənin bədən tərbiyəsi və idman fənninin proqramının hansı istiqamətinə aid olduğunu müəyyən

edin: Şagird sağlamlığını qorumaq və gücləndirmək üçün lazımi fiziki fəallıqlarda daimi iştirak edə bilər.

ა) Sağlamlıq və təhlükəsizlik;

ბ) Hərəkət və hərəki bacarıqlar;

გ) Hərəkət və fəal iştirak;

დ) Fəal iştirak.

17

16. Hərəkət trayektoriyasının izahına sadalananlardan hansı uygundur?

ა) Cismin və onun müxtəlif hissələrinin fəzada getdiyi yol;

ბ) Cismin müxtəlif hissələrinin zaman vahidində getdiyi yol;

გ) Cismin fəzada maksimal sürətlə getdiyi yol;

დ) Cismin optimal ritmi saxlamaqla getdiyi yol.

18

17. Sinifdə əsadan istifadə edən şagird var.

Şagirdi fiziki fəallıqlara cəlb etmək üçün sadalanan imkanlardan hansını istifadfə edərsiniz?

ა) Xüsusi təhlükəsiz yer ayırın və oradan sinif yoldaşlarının fiziki fəallıqlarını izləməsini məsləhət görün;

ბ) Oyunun qaydalarını öyrədin, təhlükəsiz yer ayırın və hakimlik imkanı verin;

გ) Dərsdən azad edin və valideyninə fərdi fiziki fəallıqlara aparmasını məsləhət görün;

დ) Pərəstişkarlar sırasında yer ayırın və sinif yoldaşlarının fiziki fəallıqlarını oradan izləməsini məsləhət görün.

19

18. Sadalananlardan bədən tərbiyə və idman dərsinin əsas məsələlərini seçin:

ა) Tərbiyəvi, maarifləndirici, sağlamlaşdırıcı;

ბ) Tərbiyəvi, yaradıcı, dərkedici;

გ) Yarış, tərbiyəvi, məşqedici;

დ) Yaradıcı, yarış, sağlamlaşdırıcı.

20

19. Bədən tərbiyəsi dərsində müsbət emosiyalar yaratmaq üçün sadalanan üsullardan hansını istifadə edirlər?

ა) Verbal və əyani üsuldan;

ბ) Yüklənmənin və istirahətin bir-biriylə əvəz edilməsi;

გ) Oyun və yarış üsulu;

დ) Sistematiklik və interaktivlik üsulu.

21

20. Dərsin yekun hissəsinin məqsədi nədir?

ა) Orqanizmin bacarıqlarının yüksəlməsi;

ბ) Orqanizmin funksional fəallığının azalması;

გ) Məşqlərin ardıcıllıq variasiyası;

დ) Yüklənmə həcminin artırılması.

22

21. Bədən tərbiyə və idman dərsinin hansı hissəsində nisbətən mürəkkəb məsələlər həll olunur?

ა) Hazırlıq hissəsində;

ბ) İsinmə hissəsində;

გ) Əsas hissədə;

დ) Yekunlaşdırıcı hissədə.

23

22. Kiçik motorika insanın qabiliyyətidir ki, nəzarət etsin:

ა) Dayaq üzərində tarazlığı;

ბ) Kiçik əzələləri;

გ) İri əzələləri;

დ) Fəzada orientləşməni.

24

23. Sadalanan hərəkətlərdən hansı dayaq-hərəkət qabiliyyətini inkişaf etdirir?

ა) Cığırda ziqzaqvari gəzmək;

ბ) Bədəni 3 nöqtədə tarazlaşdırmaq;

გ) Bükülmüş vəziyyətdə əşyanı tutmaq;

დ) Tək ayaq üstündə şaquli tarazlıq.

25

24. İdman ayaqqabısı hansı xassələrə malik olmalıdır?

ა) Yüngül, yumşaq, sərt davanlı, sürüşməyən;

ბ) Yüngül, yumşaq, elastik davanlı, sürüşməyən;

გ) Yüngül, möhkəm, elastik davanlı, sürüşməyən;

დ) Yüngül, yumşaq, elastikliyi az olan davanlı, sürüşməyən.

26

25. Uşaq zülal tərkibli qidanı hansı intensivliklə qəbul etməlidir?

ა) Hər gün;

ბ) Günaşırı;

გ) Həftədə iki dəfə;

დ) Həftədə bir dəfə.

27

26. Sadalananlardan sağlamlıq üçün vacib olan fiziki aktivlikləri seçin?

ა) Periodik olaraq intensiv və orta yüklənməli fiziki fəallıqlar;

ბ) Nəqliyyatdan sistematik istifadə etmə, gəzinti-gündə 15 dəq.;

გ) Periodik olaraq yürüyüş və yüngül yüklənməli fiziki fəallıqlar;

დ) Periodik olaraq yürüyüş və hər gün orta yüklənməli fiziki fəallıqlar.

28

27. Burundan qanaxmanı dayandırmaq üçün sadalanan hansı üsuldan istifadə edərsiniz?

ა) Xəsarət alan şəxsi üfüqi vəziyyətdə uzandırmaq, başını arxaya çəkmək, burnunun üstünə soyuq əski qoymaq, burunla

tənəffüsetmə ;

ბ) Xəsarət alan şəxsi oturaq vəziyyətdə yerləşdirmək, başını arxaya çəkmək, burnuna soyuq əski qoymaq, burun pərəsini

sıxmaq ;

გ) Xəsarət alan şəxsi oturaq vəziyyətdə yerləşdirmək, boynunu bükmək, başını aşağı çəkmək, burnuna soyuq əski qoymaq,

burunla tənəffüs etmə ;

დ) Xəsarət alan şəxsi oturaq vəziyyətdə yerləşdirmək, boynunu bükmək, başını aşağı çəkmək, burnuna soyuq əski qoymaq,

burun pərəsini sıxmaq.

29

28 - 32 -açıq tapşırıq

Tapşırığın təlimatı – Tapşırıq sizdən verilmiş məsələlər haqqında əsaslandırılmış müzakirəni tələb edir. Tapşırığın şərtini və

sualı diqqətlə oxuyun. Nəzərə alın ki, cavab konkret və suala adekvat olmalıdır. Cavabları cavablar vərəqəsində müvafiq

tapşırıq üçün ayrılmış sahəyə yazın.

30

28. 10-cu sinif şagirdi əşyalarla məşq zamanı aşağı ətrafların açıq yara travmasını aldı və bu da qanaxmaya səbəb

oldu. Qan açıq qırmızı rəngdədir və yaradan təkanvari şəkildə axdı.

Təyin edin:

1. Hansı qan damarı zədələndi?

2. İlk yardım üçün 2 vacib əməli cədvələ yazın.

31

29. Onurğanın elastiklik və möhkəmlik verən 4 fizioloji əyrilikləri var.

Cədvəldə onurğanın fizioloji əyriliklərin inkişaf etdiyi 4 anatomik hissərinin adını yazın.

32

30. Qeyd edilmiş xüsusiyyətlərin inkişaf etdirilməsi üçün istifadə edə biləcəyiniz elastiklik xüsusiyyətlərinin

inkişafının ən uyğun məktəb yaş dövrünü və 2 məşqi yazın.

33

31. İdmançının hazırlıq cəhətlərini sadalayın:

34

32. Bədən tərbiyənin və idmanın ilkin anlayışlarını sadalayın:

35

33 - 36 Tapşırıq – “ Düzdür-ჭეშმარიტია - səhvdir-მცდარია”

Tapşırığın təlimatı – Verilmiş tapşırığı diqqətlə oxuyun. Əgər müddəanı düzgün hesab edirsinizsə, bu təqdirdə müvafiq

xananı qeyd edin. Belə halda şərh etmə tələb olunmur. Əgər müddəanı səhv hesab edirsinizsə, bu təqdirdə müvafiq xananı

qeyd edin və cavablar vərəqinin müvafiq tapşırıq üçün ayrılmış sahəsində düzgün ifadəsini yazın.

Nümunə: Müəllim şagirdlərə irəli yuvarlanmaq texnikasını və sonrakı təlimatı verir: yarımçıqoturmaq, əlayaqlarını

qruplaşdıraraq yuvarlanmaq, əllərədirənərək irəli fırlanmaq, yarımçıqoturmaq.

ჭეშმარიტია მცდარია

Aşağıdakı təlimat düzdür: yarımçıqoturmaq, əllərədirənərək irəli fırlanmaq, əlayaqlarını qruplaşdıraraq yuvarlanmaq,

yarımçıqoturmaq.

36

33. Müəllim şagirdlərə at üzərindən “dizlərin bükülməsi” ilə hoppanma təlimatını verir. Məşq aşağıdakı ardıcıllıqla

yerinə yetirilir: məşqçi qaçır, əllərini yuxarı ata-ata dizi üzərinə hoppanır və bədəni duzgün saxlayaraq aşağı atılır.

Müəllimin yardımı və siqorta olmadan.

37

34. Müəllim şagirdlərə ayaq ilə top gəzdirmə pryomunun təlimatını verir: hərəkət edən partnyorlar arasında ayağın

pəncəsinin hündürlüyünün daxili hissəsi, istiqamətin və sürətin dəyişməməsi ilə topu gəzdirmə.

38

35. Şagirdin şəkərli diabeti var, idman dərsində hipoqlikemiya inkişaf etdi (qanda şəkərin miqdarının kəskin

azalması). Yardım etmək üçün müəllim aşağıdakı əməlləri həyata keçirir: ona çörək yeməyi təklif edir və məşqi

davametdirmə imkanını verir.

39

36. Müəllim şagirdlərə körpü pryomunun yerinə yetirilməsi təlimatını verir: körpü ilkin vəziyyətdən ayaqları geniş

açaraq, ələrini yuxarı və arxaya qaldıraraq, çanağı önə çəkərək əllərini döşəməyə toxunduraraq yerinə yetirilir; bədənin ağırlığı

yuxarı ətraflara keçir.

40

37- 40 Tapşırıq – uyğunluğun müəyyən edilməsi.

Tapşırıq üçün təlimat – A sütununda verilmiş şərtə B sütununda verilmiş ehtimal olunan cavabı uyğunlaşdırın. Bir şərtə

yalnız bir cavab uyğun olduğunu nəzərə alın. Düzgün cavabları cavablar vərəqəsinin müvafiq xanasında qeyd edin.

41

37. A sütundakı izah və B sütundaklı fiziki məşqin növü arasındakı uyğunluğu müəyyən edin:

İzahı (A) Fiziki məşqin növü (B)

37.1 Bədənin əksər əzələlərini ritmik hərəkət etdirən məşq, ürək

döyüntüsünü, tərləməni, tənəffüsün sürətlənməsini, orqanların

oksigenlə təminini artırır.

ა) hərəkət koordinasiyası

məşqləri

ბ) aerob məşqlər

გ) anaerob məşqlər

დ) elastiklik məşqləri

ე) isinmə məşqi

ვ) tarazlaşdırma məşqi

37.2 Həm fizioloji, həm də psixoloji cəhətdən bədəni yüklənmə üçün

hazırlayan məşq, əzələlərə və oynaqlara qan axınını yaxşılaşdırır, ürək

döyüntüsünün tezliyini tədricən artırır.

37.3 Qısa müddətdə gedən yüksək intensivliklə fiziki məşq, bu zaman

maddələr mübadiləsi oksigensiz mühitdə baş verir.

37.4 Müxtəlif qrupun əzələlərini razılaşdırılmış və məqsədəuyğun

istiqamətdə hərəkət etdirən məşq.

42

38. Cədvəlin A sütununda verilmiş məşqlər ilə B sütununda verilmiş terminlər arasındakı uyğunluğu müəyyən edin:

N Məşq növü (A) Məşqin adı (B)

38.1 ა) əllərlə jimetmə

ბ) onurğanın dartılması

გ) çiyin oynaqlarının

dartılması

დ) bel presi

ე) qarın presi

ვ) kürəyin bir-birinə

yaxınlaşdırılması

38.2

38.3

38.4

43

39. A sütunda verilmiş məşqin yerinəyetirilmə texnikası ilə B sütunda verilmiş məşqlər arasındakı uyğunluğu tapın:

Məşqin yerinəyetirilmə texnikası (A) Məşqlər (B)

39.1 Beli üzərində uzanmış vəziyyətdən bükük dizlərimizi şaquli

vəziyyətədək yuxarıya qaldırırıq, dirsəyimizlə döşəməyə söykənərək,

diz və bədənimizi maksimum düzəldirik.

ა) dirsəkdə durmaq

ბ) kürəkdə durmaq

გ) başı üzərində durmaq

დ) dizləri bükülmüş

ე) rondat

ვ) tarazlıq

ზ) yarımçıq oturmaq

39.2 Sol dizi üstə dayanaraq, sağ ayağı arxaya uzadaraq baş barmaq üstündə,

dirsəkləri döşəməyə söykəyərək (çiyinlərin enində), bir ayağı

itələyərək, digərini yuxarı qaldırmaqla.

39.3 “At” və “keçi” üzərində yerinə yetirilir, atılmaq və əllərini dirəyib,

bükülmüş ayaqlarla hoppanmaq.

39.4 Kötük üzərində yerinə yetirilir, barmağın ucunda gəzərək, barmağın

ucunda irəli və geriyə qaçmaq, bir ayaq üzərində hoppanmaq.

39.5 Baş və əllərlə döşəmədə bərabərtərəfli üçbucaq yaradırıq, bədənimizi üç

nöqtədə (baş, əl, əl) şaquli vəziyyətdə qaldırırıq, bədən dartılmış

formadadır.

44

40. A sütunda verilmiş şərt ilə B sütunda verilmiş təhlükəsizlik qaydaları arasındakı uyğunluğu müəyyən edin.

Şərt (A) Təhlükəsizlik qaydaları (B)

40.1. Məşq zamanı şagird bütün bəzək əşyalarını çıxarmalıdır: biləzik, saat,

boyunbağı, tənələr və s.

ა) binada təhlükəsiz mühitin

təmin edilməsi

ბ) fərdi təhlükəsizlik qaydalarına

riayət etmək

გ) müəyyən dozalarla fiziki

yüklənmənin seçilməsi

დ) açıq səmada təhlükəsiz

mühitin təmin edilməsi

ე) dehidratlaşma prevensiyası

ვ) istilik vurma prevensiyası

40.2 Oyun meydanında su və qaz boruları , elektrik kabeli keçməməlidir.

40.3 Elektrik mənbəyi qorunmalıdır, idaman inventarı pəncərələrdən və

şüşə qapıdan aralı yerləşməlidir.

40.4 Sərf olunmuş maye tərkibində karbohidrat olan maye, mineral və ya

içməli su ilə əvəz olunmalıdır.