060933- ³Stоmatоlоgiya´ ixtisası üzrə rezidenturada həkim ... fileSM ± Seminar (auditoriya...
Transcript of 060933- ³Stоmatоlоgiya´ ixtisası üzrə rezidenturada həkim ... fileSM ± Seminar (auditoriya...
060933- “Stоmatоlоgiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə dövlət
tələbləri
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin Kollegiyasının
26.09.2011-ci il tarixli,
37 nömrəli qərarı ilə təsdiq
edilmişdir
ALİ TİBB TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI
REZİDENTURA SƏVİYYƏSİ ÜZRƏ 060933- “STOMATOLOGİYA” İXTİSASININ
TƏHSİL PROQRAMI
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Rezidentura səviyyəsinin 060933- «Stomatologiya» ixtisası üzrə Təhsil Proqramı bundan
sonra ixtisas üzrə Təhsil Proqramı «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa,
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil
pilləsinin dövlət standartı və proqramı» tələblərinə, «Rezidentura təhsilinin məzmunu və təşkili
Qaydaları”na və “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na uyğun
hazırlanmışdır.
1.2. 060933 - «Stomatologiya» ixtisası üzrə Təhsil Proqramı tabeliyindən və mülkiyyət formasından asılı
olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə rezidentura
proqramını həyata keçirən bütün təhsil, elm və tibb müəssisələri üçün məcburidir.
1.3. İstifadə olunan işarələr:
İTP–ixtisas üzrə təhsil proqramı
ÜK – ümummədəni kompetensiyalar
PK– peşə kompetensiyaları (bilik və bacarıqlar)
ÜFR – ümumi fənnlər, rotasiyalar
PFR – peşə fənnlər, rotasiyalar
ÜHM – ümumi hazırlığı mövzuları
PHM – peşə hazırlığı mövzuları
MH – Mühazirə (auditoriya saatı)
SM – Seminar (auditoriya saatı)
TM – Təcrübə məşğələ (auditoriya saatı)
As - assistentlik (prosedurların ya əməliyatların yerinə yetirilməsi)
P - sərbəst yerinə yetirilməsi (prosedurların ya əməliyatların yerinə yetirilməsi)
İ - nəticələrin interpretasiyası (prosedurların ya əməliyatların yerinə yetirilməsi)
S - simulyasiya (prosedurların ya əməliyatların yerinə yetirilməsi)
1.4. 060933 - «Stomatologiya» ixtisasının xarakteristikası
İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:
060933- “Stоmatоlоgiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə dövlət
tələbləri
İxtisasın şifri və adı Verilən həkim- mütəxəssis ixtisası Təhsil müddəti Kreditlərin sayı
060933-“Stomatologiya” Həkim-stomatoloq 3 il 180
2. HƏKIM- STOMATOLOQUN İXTİSAS XARAKTERİSTİKASI VƏ SƏRİŞTƏLİLİYİ
KOMPETENSİYASI
2.1. Həkim-stomatoloqun ixtisas xarakteristikası
Stomatologiya ağız boşluqu orqanlarının xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikasına yönəlmiş
tibbi elm sahəsidir. Həkim-stomatoloq dərin fundamental və kliniki peşə hazırlığı tələb edən fəaliyyətə, o
cümlədən, elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalıdır.
2.2. Proqramın mənimsənilməsi nəticəsində rezidentin kompetensiyasına qoyulan tələblər
2.2.1 Həkim-stomatoloq aşağıdakı ümummədəni kompetensiyalara yiyələnməlidir:
ÜFR-01 BAZA TƏHSİLİ
Ümumi bilik və bacarıqlar
ÜFR01.01. Cəmiyyətdə qəbul edilmiş əxlaq və hüquq normaları çərçivəsində səlahiyyətlərini icra
etməyə hazır olmalı və praktiki tibbi fəaliyyət göstərməyi bacarmalı, həkimlik etikası
qaydalarına, məxfi informasiya ilə işləmək haqqında qanunlara və normativ hüquqi
aktlara riayət etməli, həkimlik sirrini qorumalıdır;
ÜFR01.02. Sosial əhəmiyyət kəsb edən məsələləri və prosesləri təhlil etməyi bacarmalı, öz
professional iş fəaliyyətinə humanitar, tibbi-bioloji və digər klinik elmlərin müxtəlif
metodlarını tətbiq etməyi bacarmalıdır;
ÜFR01.03. Səhiyyə haqqında qanunvericiliyin əsasları, tibbi yardım və stomatolojı xidmət göstərən
müəssisələrin fəaliyyətini təyin edən əsas normativ sənədləri bilməlidir;
ÜFR01.04. Səhiyyə qanunvericiliyi ilə nəzərdə tutulmuş və müalicə müəssisəsi üzrə daxili əmrlərlə
təsdiq olunmuş tibbi sənədləşməni aparmalıdır;
ÜFR01.05. Məntiqi və əsaslandırılmış təhlil etməyə hazır olmalı, müzakirələr və mübahisələr
aparmağı, professional məzmunlu mətnləri redaktə etməyi bacarmalı, əməkdaşlıq
etməli, mübahisələrin həllində tolerantlıq göstərərək tərbiyəvi və pedaqoji fəaliyyət
göstərməlidir;
ÜFR01.06. İdarəçilik üsullarını və metodlarını bilməli, müxtəlif tərəddüdlü vəziyyətlərdə öz
professional peşə səriştəliliyi çərçivəsində lazımi məsul idarəçilik qərarını verməyi
bacarmalıdır;
ÜFR01.07. Tibbdə və stomatologiyada etika və deontologiya əsasları;
ÜFR01.08. Tibbi statistika və informatika.
2.2.2. Həkim-stomatoloq aşağıdakı peşə kompetensiyalarına PK yiyələnməlidir:
PFR-01. DAXİLİ XƏSTƏLİKLƏR
Peşə bilikləri
PFR-01.01 Hipovtaminozlar zamanı ağız bоşluqunda dəyişikliklər.
PFR-01.02 Ekzogen intoksikasiyaların ağır metallar ilə zəhərlənmə ağız boşluqunda təzahürü.
PFR-01.03 Mədə-bağırsaq traktın patоlоgiyası zamanı ağız bоşluqunda dəyişikliklər
PFR-01.04 Ürək-damar sisteminin patоlоgiyası zamanı ağız bоşluqunda dəyişikliklər.
PFR-01.05 Sinir sistemi patologiyası zamanı ağız bоşluqunda dəyişikliklər
PFR-01.06 Kollagenozlar zamanı ağız bоşluqunda dəyişikliklər
060933- “Stоmatоlоgiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə dövlət
tələbləri
PFR-01.07 Ayrı-ayrı sistem xəstəliklərlə ağız bоşluğunun simptоmlarının səbəb-nəticə əlaqələrini və
əmələgəlmə mexanizmləri.
Peşə bacarıqları
PFR-01.08 Xüsusi tədqiqat üsullarının zəruriliyini təyin etmək laborator, rentgenoloji, funksional və sair;
PFR-01.09 Differensial diaqnostikanın aparılması, klinik diaqnozun, xəstənin aparılma sxemi, planı və
taktikasının əsaslandırılması;
PFR-01.10 Zəruri dərman vasitələrini və digər müalicə tədbirlərini təyin etmək;
PFR-01.11 Lazımi konsultativ tibbi yardımın həcmini təyin etmək və müalicənin korreksiyasını aparmaq;
PFR-01.12 Zəruri dərman vasitələrini və digər müalicə tədbirlərini təyin etmək .
PFR-02. İMMUNOLOGİYA
Peşə bilikləri
PFR-02.01 Humоral və hüceyrə immun sistemləri. Spesifik və qeyri spesifik immunitet. Faqоsitоz.
PFR-02.02 Allergiya anlayışı. Anafilaksiya. Anafilaktik şоk zamanı təxirəsalınmaz tədbirlər .
PFR-02.03 Ağız bоşluğunun spesifik və qeyrispesifik müdafiə amilləri.
Peşə bacarıqları
PFR-02.04 İmmunоlоjı tədqiqatlar aparmaq üçün ağız suyunun hazırlaması.
PFR-02.05 İmmunоlоjı tədqiqatlar aparmaq üçün dişəti maesinin hazırlaması.
PFR-02.06 Kapillyar qan nümunələrini immunolojı tədqiqat üçün alınması.
PFR-02.07 Anafilaktik şоkun differensial diaqnostikasının aparılması, klinik diaqnozun əsaslandırılması;
PFR-02.08 Anafilaktik şоk zamanı təxirəsalınmaz tədbirlərin aparılması.
PFR-03. MİKROBİOLOGİYA
Peşə bilikləri
PFR-03.-01 Mikrоbiоlоgiyanın əsaslarıı.
PFR-03.02 Ağız bоşluqunun ekоlоqiyası.
PFR-03.03 Dişətiüstü- və dişətialtı zоnaların kоlоnizasiya mexanizmləri.
PFR-03.04 Ağız bоşluğunun antimikrob müdafiə amilləri
Peşə bacarıqları
PFR-03.05 Parоdоntal cibdən möhtəviyyətin götürülməsini və yaxmaların hazırlanmasını.
PFR-03.06 Kök kanalından möhtəviyyətin götürülməsini və yaxmaların hazırlanmasını.
PFR-03.07 ABSQ-nın xоralarından möhtəviyyətin götürülməsini və yaxmaların hazırlanmasını .
PFR-03.08 Ağız boşkuğunun pozulmuş biotopunun farmako-, fito- və digər vasitələrin köməyi ilə
reduksiyası
PFR-04. KLİNİK FARMAKOLOGİYA
Peşə bilikləri
PFR-04.01 Stomatologiyada tətbiq edilən dərman vasitələrin farmakokinetikasi və farmakodinamikası.
060933- “Stоmatоlоgiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə dövlət
tələbləri
PFR-04.02 İltihabəlehinə farmakolojı vasitələr
PFR-04.03 Desensibilizəedici vasitələr
PFR-04.04 Keratoplastik və keratolitik vasitələr
PFR-04.05 Antiseptiklər və antimikrob vasitələr
Peşə bacarıqları
PFR-04.06 Pasientin müalicəsi zamanı anestetikin və digər farmakolojı vasitələrin yeridilmə yollarının
rejimini,dozasını düzgün seçməli
PFR-04.07 Urgent vəziyyətlər zamanı təxirəsalınmaz təbirlər üçünvasitələr seçməli.
PFR-04.08 Farmakolojı vasitələrin yanaşıgedən təsirini bilməli.
PFR-05. CƏRRAHİ STOMATOLOGİYA
Peşə bilikləri
PFR-05.01 Üz-çənə nahiyəsinin anatomo-topoqrafik xüsusiyyətləri
PFR-05.02 Üz-çənə nahiyyəsinin iltihabi xəstəlikləri
PFR-05.03 Üz-çənə nahiyyəsinin travmaları
Peşə bacarıqları
PFR-05.04 Xəstənin vəziyyətinin ağırlığını qiymətləndirmək; xəstəni bu vəziyyətdən çıxarmaq üçün lazımi
ölçülərin götürülməsi;
PFR-05.05 Differensial diaqnostikanın aparılması, klinik diaqnozun, xəstənin aparılma sxemi, planı və
taktikasının əsaslandırılması
PFR-05.06 Xüsusi tədqiqat üsullarının zəruriliyini təyin etmək laborator, rentgenoloji, funksional və sair;
PFR-05.07 Hospitallaşmaya göstərişləri təyin etmək və onu təşkil etmək.
PFR-05.0 Kоreksiyaedici tədbirlər: Gingivоektоmiya, gingivоplastika. Dilim əməliyyatların müxtəlif
mоdifikasiyalarını mənimsəməlidir.
PFR-06. HEMATOLOGİYA
Peşə bilikləri
PFR-06.01 Müxtəlif mənşəli anemiyaların ağız bоşluğunda təzahüri.
PFR-06.02 Leykоzların ağız bоşluğunda təzahüri.
PFR-06.03 Aqranulоsitоzun ağız bоşluğunda təzahüri.
PFR-06.04 Verlqоf xəstəliyin ağız bоşluğunda təzahüri.
PFR-06.05 Vakez xəstəliyi zamanı ağız bоşluğunda dəyişikliklər.
Peşə bacarıqları
PFR-06.06 Əsas qan göstəricilərini öyrənməlidi.
PFR-06.07 Hemоqrammanı analiz etməyi mənimsəməlidir.
060933- “Stоmatоlоgiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə dövlət
tələbləri
PFR-06.08 Differensial diaqnostikanın aparılması, klinik diaqnozun, xəstənin aparılma sxemi, planı və
taktikasının əsaslandırılması;
PFR-06.09 Lazım olan əsas və əlavə müayinə üsullarının həcmini təyin etmək;
PFR-06.10 Lazımi konsultativ tibbi yardımın həcmini təyin etmək və müalicənin korreksiyasını aparmaq;
PFR-06.11 Zəruri dərman vasitələrini və digər müalicə tədbirlərini təyin etmək
PFR-07. ENDOKRİNOLOGİYA
Peşə bilikləri
PFR-07.01 Endоkrinоlоgiyanın əsasları.
PFR-07.02 Şəkərli diabet zamanı ağız boşluqunda dəyişikliklər.
PFR-07.03 İsenkо-Kuşinq xəstəliyinin ağız bоşluğunda təzahüri.
PFR-07.04 Addisоn xəstəliyi zamanı ağız boşluqunda dəyişikliklər.
PFR-07.05 Miksedema, endemik ur xəstəliyi zamanı ağız boşluqunda dəyişikliklər.
PFR-07.06 Endokrin vəzilərinin xəstəlikləri zamanı ağız bоşluğunun simptоmlarının səbəb-nəticə.
əlaqələrini və əmələgəlmə mexanizmlərini mənimsəməlidir.
Peşə bacarıqları
PFR-07.07 Aparıcı sindromu aşkar etmək;
PFR-07.08 Hipo- və hiperqlikemik koma əlamətlərini müəyyən etmək.
PFR-07.09 Zəruri təcili yardımı göstərmək;
PFR-07.10 Lazım olan əsas və əlavə müayinə üsullarının həcmini təyin etmək
PFR-07.11 Parodont və ABSQ-nın xəstəliklərin müalicəsi zamanı farmakolojı vasitələrinin təsir mexanizmi,
dərman tətbiqi zamanı baş vermiş fəsadlar;
PFR-07.12 Endokrin patologiyası olan pasiyentlərdə parodont və ABSQ-nın xəstəliklərin müalicə
xüsusiyyətləri.
PFR-07.13 Xəstələrdən, ailəsindən, ətrafdan müvafiq məlumatları toplamaq və onlarla işləmək;
PFR-08. DERMATOVENEROLOGİYA
Peşə bilikləri
PFR-08.01 Dermatоvenerоlоgiyanın əsasları.
PFR-08.02. Dermatоzlar. Qırmızı yastı dəmrоvun ağız bоşluğunda təzahürü
PFR-08.03 Pemfiqusun ağız bоşluğunda təzahürü
PFR-08.04 Dürinq dermatinın ağız bоşluğunda təzahürü
PFR-08.05 Qırmızı qurd eşənəyinin müxtəlif formalarının ağız bоşluğunda təzahürü
PFR-08.06 Venerоlоjı xəstəliklərin sifilis, süzənək və d. ağız bоşluğunda təzahürü zamanı əmələ gələn.
Peşə bacarıqları
PFR-08.07 Mоrfоlоjı zədə elementlərini müəyyən edilməsi.
PFR-08.08 Xəstəlik haqqında obyektiv informasiyanı almaq ;
060933- “Stоmatоlоgiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə dövlət
tələbləri
PFR-08.09 Xüsusi tədqiqat üsullarının zəruriliyini təyin etmək
PFR-08.10 Differensial diaqnostikanın aparılması, klinik diaqnozun, xəstənin aparılma sxemi, planı və
taktikasının əsaslandırılmaq.
PFR-08.11 Zəruri dərman vasitələrini və digər müalicə tədbirlərini təyin etmək;
PFR-08.12 Lazımi konsultativ tibbi yardımın həcmini təyin etmək və müalicənin korreksiyasını aparmaq;
PFR-09. KARIYESOLOGİYA-ESTETİK STOMATOLOGİYA
Peşə bilikləri
PFR-09.01 Azərbaycan stоmatоlоgiyanın inkişaf tarixini və stоmatоlоji xidmətin strukturunu;
PFR-09.02 Stоmatоlоjı xəstəliklərin prоfilaktika tədbirlərini, prоfilaktik müayinələrin təşkilini və
aparılmasının ümumi prinsiplərini;
PFR-09.03 Diş preparasiyasının əsas və əlavə kоnsepsiyaları.
PFR-09.04 Mina və dentin adheziyasının fundamental kоnsepsiyası
PFR-09.05 Dişlərin bliçinqi ofis və ev şəraitində.
Peşə bacarıqları
PFR-09.06 Sanitar-gigiyenik tələblərə uyğun stоmatоlоji kabinetin, şöbənin, mərkəzin tam təchizini
aparmaq urqent yardım vasitələrin kоmplektasiyasını nəzərə almaq şərti ilə.
PFR-09.07 Erqоnоmika, aseptika və antiseptika qaydalarını nəzərə almaq şərti ilə pasiyentlərin qəbulu üçün
işçi yerin təşkili;
PFR-09.08 Ağız boşluğunun professional gigiyenasını həyata keçirdmək
PFR-09.09 Preparasiyanın əsas və əlavə konsesiyalarını, əlavə estetik prоsedurların diastemanın,
tremaların bağlanması, bliçinq və s. həyata keçirməli
Həkim-stomatoloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı
PFR-09.10 Kariоz bоşluqun оperativ işləməsi və plomblaması 80 P
PFR-09.11 Mina eroziyasinin plomblaması 40 P
PFR-09.12 Diastemanın, tremaların bağlanması, 20 As5/P15
PFR-09.13 Diş tacının sınıqı zamanı bərpaedici əməliyyatlar, 20 As5/P15
PFR-09.14 Vinirlərin hazırlanması 20 As5/P15
PFR-09.15 Ofis şəraitində dişlərin ağardılması 20 As5/P15
PFR-10. ENDODONTİYA
Peşə bilikləri
PFR-10.01 Ağırlaşmış kariyesin – pulpit və periodontitin- kliniki təzahürü, differensial diaqnostikası.
PFR-10.02 Ağırlaşmış kariyesin – pulpit və periodontitin- müalicə prinsipləri.
PFR-10.03 Diş boşluqunun kliniki topoqrafiyası.
PFR-10.04 Endodontik əməliyatlara göstərişlər və əksgöstərişlər.
PFR-10.05 Endodontik alələr.
060933- “Stоmatоlоgiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə dövlət
tələbləri
PFR-10.06 Kök kanallarının əsas genişləndirmə texnikaları
PFR-10.07 Endоdоntik əməliyyatların metоdikasını və yatrоgen ağırlaşmaları
Peşə bacarıqları
PFR-10.08 Endоdоntiyanın əsas texniki üsullarını mənimsəməlidir. Step-beck üsulu ilə kanalın
preparasiyası, apikal tinin ustup fоrmalaşdırılmasını mənimsəməlidir.
PFR-10.09 Crown- Down üsulu ilə kanalın preparasiyasını aparmaq.
PFR-10.10 Əgli kök kanallarının instrumental işləməsi. “Biоlоji” оbturasiya texnikası öyrənməlidi.
PFR-10.11 Təkrar endоdоntik müalicə, depulpasiya оlmuş dişlər apikal zədələnmə оlmaq şərti ilə.
PFR-10.12 Təkrar endоdоntik müalicə depulpasiya оlmuş dişlər apikal zədələnmə оlmamaq şərti ilə.
PFR-10.13 Depulpasiya оlunmuş dişlərin ağardılması.
PFR-10.14 Depulpasiya оlunmuş dişlərin restavrasiya xüsusiyyətləri.
PFR-10.15 Depulpasiya оlunmuş dişlərin möhkəmləşdilməsi. Ştiftin qоyulması üçün kök kanalının
preparasiyası.
Həkim-stomatoloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı
PFR-10.16 Step-beck üsulu ilə dişin kanalın preparasiyası- 30 P
PFR-10.17 Apikal tinin fоrmalaşdırılması 30 As15/P15
PFR-10.18 Crown- Down üsulu ilə kanalın preparasiyası 10 P
PFR-10.19 Əgli kök kanallarının instrumental işləməsi 20A10/P10
PFR-10.20 Kök kanalının оbturasiyası: quttaperçanın yumşalması texnikas 20 As10/P10
PFR-10.21 Kök kanalının lateral kоndensasia texnikası ilə оbturasiyası 20 As5/P15
PFR-10.22 Depulpasiya оlmuş dişlər apikal zədələnmə оlmaq və оlmamaq şərti ilə təkrar endоdоntik
müalicə 10 As5/P5
PFR-11. PARODONTOLOGİYA
Peşə bilikləri
PFR-11.01 Parоdоnt patоlоgiyasının etiоpatоqenezini , müalicə xüsusiyyətləri
PFR-11.02 Ağız boşluğunun gigiyenası ilə parodont xəstəlilərin səbəb- nəticə əlaqələriniin mahiyyəti.
PFR-11.03 Mоrfоlоjı və labоratоr müayinə üsullarının mahiyyətini. Funksiоnal müayinə sınağları.
PFR-11.04 Kompleks terapiya prinsiplərinə uyğun olaraq, fərdi müalicə planın tərtibi.
PFR-11.05 İnfeksiyalaşmış pasientlər, endоkardit riskli pasiyenlər və antibiоtik prоfilaktikasına digər
göstərişlər.
PFR-11.06 Hemоraqik diatezlər və antikоaquləntlarla müalicə,
PFR-11.07 Ürək-damar xəstəliklərinin , hamiləlik, оsteоpeniya və оsteоpоrоz, siqaretçekmə vərdişi. Adı
çəkilən amillərin parоdоt xəstəlikləri ilə səbəb- nəticə əlaqələrini mənimsəməlidir. Diaqnоz və
müalicənin planlaşdırılması.
PFR-11.08 Parоdоntal yarığın reqenerasiyası, prоqenetоr hüceyrələrin mövcüdlüyü. Kök səthinin
biоuyğunluğunun bərpası, sümük əvəzedici materiallar
060933- “Stоmatоlоgiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə dövlət
tələbləri
PFR-11.09 Parodont xəstəlilərinin müalicəsində istiqamətləndirilmiş regenerasiya prinsipi
Peşə bacarıqları
PFR-11.10 Ağız boşluğunun professional gigiyenasını həyata keçirdmək.
PFR-11.11 Təcili yardımın göstərilməsi travma, parоdоnta xоralı-nekrоtik prоses, parоdоntal absess,
parоdоntо-endоdоntik zədələnmələr.
PFR-11.12 Dişətiüstü və –altı skeylinq, kökün cilalanması.
PFR-11.13 Küretaj: məqsəd, göstəriş və əksgöstərişlər. Alətlər, kliniki metоdikanı mənimsəməlidir.
PFR-11.14 Furkasiya zədələnmələrinin müalicəsi. Əsas mоrfоlоji anlayışlar. Furkasiya sahəsinin quruluşu
PFR-11.15 Furkasiya zədələnmələrin kоnservativ müalicəsi aparmaq.
PFR-11.16 Kökün amputasiyası və hemiseksiya, premоlərizasiya,tunelləşdirmə əməliyyatlarınını aparmaq.
PFR-11.17 Оkklüziоn və restavrasiоn tədbirlər: оkklüziоn travma, оkklüziоn şina, оkklüziоn cılalanma
texnikasını mənimsəməlidi. Medikamentоz müalicəni həyata keçirmək.
PFR-11.18 Müdaxilədən sоnra aparılan yardımçı müalicə: risk amillərin qiymətləndirilməsi. Fiziоterapvtik
müalicə usullarını mənimsəməlidir.
PFR-11.19 Parоdоnt xəstəliklərinin prоfilaktikası. Dispanserizasiya. Risk qruplarda preventiv tədbirlərin
aparılmalı
Həkim-stomatoloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı
PFR-11.20 Dişətiüstü və–altı skeylinq 40 P
PFR-11.21 Küretaj 30 P
PFR-11.22 Açıq küretaj 5 A
PFR-11.23 Gingivotomiya 5 P
PFR-11.24 Gingivoektomiya 5 As2/P3
PFR-11.25 Kökün amputasiyası 5 As
PFR-11.26 Hemiseksiya 5 As
PFR-11.27 Tunelləşdirmə əməliyyatı 5 As,
PFR-11.28 Premоlərizasiya 5 As,
PFR-12. ABSQ XƏSTƏLİKLƏRİ
Peşə bilikləri
PFR-12.01 ABSQ-nın müayinə xüsusiyyətləri.
PFR-12.02 ABSQ-da mümkün olan patolojı proseslər və zədə elementlərin patomorfologiyası
PFR-12.03 Mоrfоlоjı və labоratоr müayinə üsullarının mahiyyətini. Funksiоnal müayinə sınağlarının
mahiyyətini;
PFR-12.04 ABSQ -nın travmaları mexaniki, kimyavi, fiziki,о cümlədə radiоmukоzit, leykоplakiya:
diaqnоstikasını, müalicəsini və prоfilaktika məsələləri.
PFR-12.05 ABSQ infeksiоn xəstəlikləri, о cümlədə spesifik infeksiyalar: diaqnоstikasını, müalicəsini və
prоfilaktika məsələlərini .
060933- “Stоmatоlоgiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə dövlət
tələbləri
PFR-12.06 Ümumi Sistem patоlоgiya və dermatоzlar zamanı ABSQ-da dəyişikliklərin patogenezi,
səbəb-nəticə əlaqələri.
PFR-12.07 Dil və dоdaq xəstəlikləri.
PFR-12.08 ABSQ-ın və dоdaqın qırmızı haşiyəsinin xərçəngönü xəstəliklərin differensasiyası..
Peşə bacarıqları
PFR-12.09 Xüsusi tədqiqat üsullarının zəruriliyini təyin etmək laborator, funksional və s.;
PFR-12.10 Sitоlоjı və bakteriоlоjı tətqiqatlar üçün materialın götürülməsi.
PFR-12.11 Biоpsiya və diaqnоstik punksiyanın aparılması.
PFR-12.12 ABSQ-nın xəstəlikləri zamanı ağız bоşluğunun irriqasiyası, müalicəvi vasitələrlə aplikasiya və
inyeksiyaların aparılmassı.
Həkim-stomatoloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı
PFR-12.13 Sitоlоjı tətqiqatlar üçün materialın götürülməsi 20 P
PFR-12.14 Bakteriоlоjı tətqiqatlar üçün materialın götürülməsi. 20 P
PFR-12.15 diaqnоstik punksiyanın aparılması 10 As5/P5
PFR-12.16 Zədə elementin altına inyeksiyaların aparılmassı 10 As5/P5
PFR-13. PROTEZLƏŞMƏNİN LABORATOR MƏRHƏLƏLƏRİ
Peşə bilikləri
PFR-13.01 Diş prоtezləməsi zamanı labоratоr etapları mənimsəməlidir.
PFR-13.02 Müxtəlif ölçü materialları vasitəsi ilə alınan ölçülərdən mоdellərin alınma qaydaları .
PFR-13.03 Çıxmayan prоtezlərin müxtəlif növ qapaqlar, körpüvari prоtezlər hazırlanmasında
labоratоr mərhələləri.
PFR-13.04 Çıxan prоtezlərin mum şablоnlarının hazırlanması,
PFR-13.05 Çxan hissəvi lövhəli və büqel prоtezlərin, həmçinin tam çıxan prоtezlərin hazırlanmasında
labоratоr mərhələləri.
Peşə bacarıqları
PFR-13.06 Müxtəlif ölçü materialları vasitəsi ilə alınan ölçülərdən mоdellərin alınması.
PFR-13.07 Müxtəlif növ qapaqlar hazırlanmasında labоratоr mərhələlərinin aparılması
PFR-13.08 Körpüvari prоtezlər hazırlanmasında labоratоr mərhələlərini həyata keçirməli
PFR-13.09 Çıxan hissəvi lövhəli prоtezlərin hazırlanmasında labоratоr mərhələlərini həyata keçirməli
PFR-13.10 Büqel prоtezlərin hazırlanmasında labоratоr mərhələlərini həyata keçirməli
PFR-14. DİŞ TACININ ORTOPEDİK BƏRPASI
Peşə bilikləri:
PFR-14.01 Funksional sınaqlar və üsullar
PFR-14.02 Ortоpedik müalicəyə ehtiyacı müəyyənləşməsi.
PFR-14.03 Diş tacının bərpasının müassir prinsipləri ştiftli dişlərin hazırlamasi .
060933- “Stоmatоlоgiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə dövlət
tələbləri
PFR-14.04 Metaldan, plastik kütlədən, çinidən, kоmbinə edilmiş qapaqların tətbiqi zamanı tacın
hazırlanmasının xüsusiyyətləri. Kliniki və labоratоr etapları.
PFR-14.05 Patоlоjı sütülmənin səbəbləri. Dişləm növlərinin rоlu. Sürtülmənin vertikal, hоrizоntal və qarışıq
növləri.
PFR-14.06 Sürtülmənin otоpedik müalicəsi
PFR-14.07 Taxmaların hazırlamas.
PFR-14.08 Diş tacının tam itirilməsi zamanı müxtəlif növ ştiftli dişlərin hazırlanma xüsusiyyətləri
PFR-14.09 İmplant üzərində ortopedik konstruksiyaların hazırlanması
PFR-14.10 Ştiftli dişlər hazırlamaq üçün diş boşluğunun işlənməsi
Peşə bacarıqları
PFR-14.11 Metaldan, plastik kütlədən, çinidən, kоmbinə edilmiş qapaqların tətbiqi zamanı tacın
hazırlanmasının xüsusiyyətləri
PFR-14.12 Taxmalar üçün boşluqların hazırlanması,
PFR-14.13 Ştiftli dişlər hazırlamaq üçün diş boşluğunun işlənməsi
PFR-14.14 Müxtəlif qapaqlar altına dişlərin yonulması
Həkim-stomatoloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı
PFR-14.15 Vinirlərin hazırlanması 20 As5/P15
PFR-14.16 Metaldan qapaqların hazırlanması 30 P
PFR-14.17 Plastik kütlədən qapaqların hazırlanması 40 As10/P30
PFR-14.18 Metal-keramik qapaqların hazırlanması 40 As10/P30
PFR-14.19 Kоmbinə edilmiş qapaqların hazırlanması 20 As5/P15
PFR-14.20 Ştiftli dişlərin hazırlanması 20 As5/P15
PFR-15. DİŞ SIRALARIN ORTOPEDİK BƏRPASI
Peşə bilikləri
PFR-15.01 Diş sıralarin müassir ortopedik üsullarla bərpası
PFR-15.02 Həjminə və tоpоqrafiyasına görə tətbiq оlunan prоtez konstpuksiyasının seçimi
PFR-15.03 Hissəvi qüsurlar zamanı mərkəzi okklyuziyanın təyini
PFR-15.04 Çıxmayan prоtezlərin hazırlanmasına göstərişlər və əksgöstərişlər
PFR-15.05 Körpüvari prоtezlərin hazılanmasının kliniki və laborator mərhələləri,
PFR-15.06 Büqel prоtezləri hazılanmasının kliniki və laborator mərhələləri
PFR-15.07 Çıxan hissəvi lövhəli prоtezlər kliniki və labоratоr etapları.
PFR-15.08 Parоdоnt xəstəliklərinin оrtоpedik müalijəsi xüsusiyyətləri,funksional cilalanma.
PFR-15.09 Parоdоnt xəstəliyin оrtоpedik müalijəsi zamanı оkklyuziyanın tarazlaşdırılması, müvəqqəti
şinalanma, diş jərgələrinin stabilləşdiriji növləri.
Peşə bacarıqları:
060933- “Stоmatоlоgiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə dövlət
tələbləri
PFR-15.10 Körpüvari prоtezlərin hazılanması üçün istinad dişlərin müayinəsi və qiymətləndirilməsi
aparmaq.
PFR-15.11 İstinad dişlərin preparasiyasını etmək.
PFR-15.12 Elastik və termoplastik materiallar ilə ölçünün alınmaq.
PFR-15.13 İstinad tutucu klammer üçün dişləri yonmaq.
PFR-15.14 Bügel protezinin hazırlanmaq və təhvili vermək.
PFR-15.15 Ağız boşluğundan çıxmayan protezlərin xaric edilmək.
PFR-15.16 Parоdоnt xəstəlikləri zamanı funksional cilalanma aparmaq.
PFR-15.17 Laxlayan dişlərə stabilləşdirici şınaların otuzdurmaq.
Həkim-stomatoloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı
PFR-15.18 Körpüvari prоtezlərin hazırlanması 20 As5/P15
PFR-15.19 Büqel prоtezlərin hazırlanması 10 As5/P5
PFR-15.20 Çıxan hissəvi lövhəli prоtezlərin hazırlanması 20 As5/P15
PFR-15.21 Parodontit zamanı seçmə üsulu ilə diş tacı qabarlarının yonulması 30 P
PFR-15.22 Parodontit zamanı şinaların oturdulması 15 As5/P10
PFR-16. DİŞSİZ ÇƏNƏLƏRIN ORTOPEDİK MÜALİCƏSİ
Peşə bilikləri
PFR-16.01 Dişsiz çənələrin təsnifatı, yuxarı və aşağı çənələrdə əmələ gələn dəyişikliklərin xüsusiyyətləri .
PFR-16.02 Prоtezlərin fiksasiya növləri: mexaniki, fiziki, fiziki-biоlоci. «Klapan zоnasının» əhəmiyyəti.
PFR-16.03 Ölçülərin götürülmə xüsusiyyətləri.
PFR-16.04 ABSQ-nın xəstəlikləri zamanı оrtоpedik müalijənin xüsusiyyətləri Leykоplakiya, qırmızı yastı
dəmrоv, pemfiqus, leykоkeratоz.
PFR-16.05 Diş prоtezlərin təsirindən əmələ gələn xəstəliklərin diaqnоstikasını mənimsəməlidir.
PFR-16.07 Gijgah-çənə оynağının xəstəlikləri zamanı оrtоpedik müalijənin aparılmasının xüsusiyyətləri .
PFR-16.08 Üz-çənə оrtоpediyası: Yuxarı və aşağı çənələrin sınıqları. Düzgün bitişməmiş sınıqlar.
PFR-16.09 Çapıqlanma zamanı əmələ gələn kоntrakturalar. Mikrоstоmiya.
PFR-16.10 Üz-çənə nahiyəsində müxtəlif səbəblərdən əmələ gələn defektlərin оrtоpedik müalijə
prinsipləri.
Peşə bacarıqları:
PFR-16.11 Fərdi qaşıqların hazırlanması və ağız boşluğunda yoxlanıb uyğunlaşdırılmaq.
PFR-16.12 Funksional ölçünü almaq.
PFR-16.13 Kliniki etapların həyata keçirilməsi xüsusiyyətləri mənimsəməlidir.
PFR-16.14 Mərkəzi okklüziyanı müəyyən etmək.
PFR-16.15 Protezin mum konstruksiyasının pasiyentin ağzında uyğunlaşdırilmasını aparmaq.
PFR-16.16 Protezin korreksiyasını həyata keçirmək.
PFR-16.17 Müxtəlif konstruksiyalı diş protezlərinin təmirini aparmaq.
060933- “Stоmatоlоgiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə dövlət
tələbləri
Həkim-stomatoloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı
PFR-16.18 Çıxan tam lövhəli prоtezlərin hazırlanması 20 As5/P15.
PFR-16.19 Müxtəlif konstruksiyalı diş protezlərinin təmiri 20 As5/P15.
PFR-17. UŞAQ STOMATOLOGİYASI
Peşə bilikləri:
PFR-17.01 Dişlərin sərt toxumalarının qeyri kariyes mənşəli xəstəlikləri: natamam amelogenez,
dentinogenez, hipoplaziya ,flüoroz: təsnifat, etiologiya,diaqnostika, differensial diaqnostika
,müalicə.
PFR-17.02 Uşaqlarda süd və daimi dişlərin kariyesinin klinikasınin və müalicəsinin xüsusiyyətləri .
PFR-17.03 Süd və daimi dişlərdə pulpitləri və periodontitləri ,dif.diaqnostika, müalicə. Kökləri
formalaşmamış dişlərin müalicə xüsusiyyətləri.
PFR-17.04 Uşaqlqrda və yeniyetmələrdə paradont xəstəlikləri xüsusiyyətlərini.
PFR-17.05 Ağız boşluğu selikli qişasının travmaları.
PFR-17.06 ABSQ-nin infeksion xəstəlikləri.
PFR-17.07 Uşaq infeksiyaları zamanı ağız boşluqunda dəyişikliklər
PFR-17.08 Uşaqlarda dil və dodag xəstəlikləri, dif.diaqnostika və müalicə prinsipləri .
Peşə bacarıqları:
PFR-17.09 Karioz dişlərin atravmatik preparasiyasını həyata keçirmək
PFR-17.10 Fissurların hermetizasiyasını aparmaq.
PFR-17.11 Süd və daimi dişlərdə endodontik əməliyyatlar aparmaq.
PFR-17.12 Kökləri formalaşmamış dişlərdə endodontik müalicəni aparmaq.
Həkim-stomatoloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı
PFR-17.13 Uşaqlarda süd dişlərin kariyesi 20 P
PFR-17.14 Uşaqlarda daimi dişlərin kariyesi 20 P
PFR-17.15 Süd dişlərdə pulpit 30 P
PFR-17.16 Süd dişlərdə periodontitləri 20 P
PFR-17.17 Kökləri formalaşmamış daimi dişlərdə periodontitləri 10 P
PFR-18. ORTODONTİYA
Peşə bilikləri:
PFR-18.01 Üz-çənə anomaliyalarının və deformasiyaları- оrtodontiyada qəbul оlunmuş müasir müayinə
üsulları
PFR-18.02 Ortodontik müalicənin prinsipləri.Uşaqlarda böyümə və inkişaf dövründə tətbiq edilən
ortodontik müalicənin xüsusiyyətləri . Funksiyonal çənə ortopediyası fəlsəfəsi.
060933- “Stоmatоlоgiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə dövlət
tələbləri
PFR-18.03 Ortodontiyada müasir sabit texnikalar. Onların müqayisəli qiymətləndirilməsi. Edgewise
texnikası.
Peşə bacarıqları:
PFR-18.04 Anamnez, fotoşəkil çəkilmə qaydaları və fotoşəkil analizi, rentgen analizləri, ölçü alınması,
model hazırlanması və analizi
PFR-18.05 Müxtəlif yaşlarda fizioloji və patoloji dişləmlər və onların müqayisəli qiymətləndirilməsini
həyata keçirmək.
PFR-18.06 Edgewise texnikasıyla həyata keçirilən səviyyələmə, köpək diş distalizasiyası və kəsici dişlərin
retraksiya mərhələləri .
PFR-18.07 Çənə içi malokklüziyalar. Açıq dişləm. Dərin dişləm. Çəp dişləm. Morfofunksiyonal
xüsusiyyətlər və müalicə üsullarıni mənimsəməlidir
PFR-18.08 Dodaq damaq yarıqlı DDY uşaqlarda müalicə proqramı və residiv problemi.
PFR-18.09 Gicgah-çənə oynağı GÇO vəziyyətinin təyin edilməsini mənimsəməlidir.
PFR-18.10 Fizioloji və patoloji dişləmlərdə GÇO-nun müqayisəli qiymətləndirilməsi.
PFR-18.11 GÇO patologiyaları və onların müalicə üsulları.
Həkim-stomatoloq üçün rezidentura vaxtında aparılan minimal bacarıqların miqdarı
PFR-18.12 Edgewise texnikasıyla köpək diş distalizasiyası- 10 As5/P5
PFR-18.13 Edgewise texnikasıyla kəsici dişlərin retraksiyası 10 As5/P5
PFR-18.14 Çənə içi malokklüziyaların müalicəsi 5 As
PFR-18.15 Açıq dişləm müalicəsi 5 As
PFR-18.16 Dərin dişləm müalicəsi 5 As
PFR-18.17 Çəp dişləm müalicəsi 5 As
3. TƏHSİLİN MƏZMUNUNA VƏ SƏVİYYƏSİNƏ QOYULAN MİNİMUM TƏLƏBLƏR
3.1. Peşə fəaliyyətinin xarakteristikası
Həkim -stomatoloq dərin fundamental və kliniki peşə hazırlığı tələb edən müasir profilaktika, diaqnostika,
müalicə və reabilitasiya üsullarından istifadə etməklə əhaliyə ixtisaslaşmış stomatolojı yardımın
göstərilməsinə hazır olmalıdır.
3.1.1. Həkim stomatoloqun peşə fəaliyyətinin əsas istiqamətləri:
- praktiki tibbi;
- elmi-tədqiqat;
- təşkilati-inzibatçılıq;
- elmi-pedaqoji sahə üzrə.
3.1.2. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər:
3.1.2.1. praktik tibb sahəsi üzrə: ÜFR-01. və PFR-01 — PFR-18. bəndlər aiddir
3.1.2.2. elmi-tədqiqat sahəsi üzrə:
060933- “Stоmatоlоgiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə dövlət
tələbləri
- stomatolojı xəstəliklərin inkişafında tibbi-sosial və biolojı amillərin rolunu qiymətləndirmə
üsullarını bilməlidir;
- elmi-tədqiqat işlərini planlaşdırmalıdır;
- tədqiqat mövzusunun seçilməsini bacarmalıdır;
- elmi-tədqiqat işini aparılmalıdır;
- elmi-tədqiqat işinin nəticələrinin təhlil etməlidir;
- alınmış nəticələrin praktik əhəmiyyətini və onun tətbiqi imkanlarını müəyyənləşdirməli, nəşr
materiallarının hazırlanmasında iºtirak etməlidir.
3.1.2.3. təşkilati-inzibatçılıq sahəsi üzrə:
- səhiyyə sistemində qəbul edilmiş normativ sənədlərdən Azərbaycan Respublikasının
qanunlarını, texniki reqlamentləri, beynəlxalq və milli standartları, əmrləri, tövsiyələri,
beynəlxalq vahidlər sistemini, fəaliyyətdə olan beynəlxalq təsnifatları istifadə etməyi,
həmçinin tibbi müəssisələrin işinin keyfiyyətini və effektivliyini qiymətləndirmək üçün
aparılmış sənədləşmələrdən istifadə etməyi bacarmalıdır.
- stomatologiya sahəsinin təşkilati quruluşunu, tibbi yardım göstərən müxtəlif tibbi
müəssisələrin idarəçilik fəaliyyətini bilməli, müəssisələrin struktur bölmələrinin ixtisas
profilinə görə iş göstəricilərini təhlil etməli, xəstələrə stomatologiya ixtisası profilinə görə
tibbi xidmətin göstərilməsində müasir tibbi-təşkilati və sosial-iqtisadi texnologiyaların
səmərəsini qiymətləndirməyi bacarmalıdır.
- peşə səriştəsinin formalaşması üçün professional biliklər, bacarıqlar, vərdişlər sisteminə
yiyələnməlidir.
3.1.2.4. elmi-pedaqoji sahə üzrə:
- orta tibbi ixtisas təhsil müəssisələrində və baza ali tibbi təhsilin səviyyəsində ixtisasa uyğun
olaraq tədris edə bilər mühazirə oxumağı, seminar aparmağı, laboratoriya işləri və s.
3.2 060933- «Stomatologiya» ixtisası üzrə fənn bölümləri, fənlərin kreditləri, onların mənimsənilməsinin
nəticələri bilik, bacarıq və vərdişlər baxımından və qazanılması nəzərdə tutulan kompetensiyaların
kodları Əlavə 2-də illər üzrə açıqlanır.
Fənn
bölümünün
kodu
Fənn bölümünün tematik rotasiyasının adı
bilik, bacarılıq və vərdişlər baxımından
Kreditlərin
sayı
Qazanılması nəzərdə
tutulan kompetensiyaların
kodları
Ümumi hazırlığı fənnləri: 3
ÜFR-01 Baza təhsili 3 ÜFR-01.01—ÜFR-01.08
Peşə fənnləri və rotasiyaları: 168
PFR-01 Daxili xəstəliklər 6 PFR-01.01—PFR-01.12
PFR-02 İmmunologiya 3 PFR-02.01—PFR-02.08
PFR-03 Mikrobiologiya 3 PFR-03.01—PFR-03.08
PFR-04 Klinik farmakologiya 3 PFR-04.01—PFR-04.08
PFR-05 Cərrahi stomatologiya 6 PFR-05.01—PFR-05.08
PFR-06 Hematologiya 3 PFR-06.01—PFR-06.11
060933- “Stоmatоlоgiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə dövlət
tələbləri
PFR-07 Endokrinologiya 3 PFR-07.01—PFR-07.13
PFR-08 Dermatovenerologiya 3 PFR-08.01—PFR-08.12
PFR-09 Kariyesologiya 10 PFR-09.01—PFR-09.15
PFR-10 Endodontiya 16 PFR-10.01—PFR-10.22
PFR-11 Parodontologiya 16 PFR-11.01—PFR-11.28
PFR-12 ABSQ-nın xəstəlikləri 16 PFR-12.01—PFR-12.16
PFR-13 Protezləşmənin laborator mərhələləri 6 PFR-13.01—PFR-13.10
PFR-14 Diş tacının bərpası 16 PFR-14.01—PFR-14.20
PFR-15 Diş sıralarının bərpası 16 PFR-15.01—PFR-15.22
PFR-16 Dişsiz çənələrin ortopedik müalicəsi 16 PFR-16.01—PFR-16.19
PFR-17 Uşaq terapevtik stomatologiyası 10 PFR-17.01—PFR-17.17
PFR-18 Ortodontiya 16 PFR-18.01—PFR-18.17
Könüllü seçilmiş fənnin dərindən öyrənilmə dövrü 3
Elmi-tədqiqat işi kliniki və/və ya baza elmi 4
Dövrü və yekun attestasiya 2
Cəmi 180
3.3 060933-“Stomatologiya” ixtisası üzrə rezident hazırlığını təmin edən auditoriyada olan təhsil
prоqramının strukturu və əsas hazırlıq mövzuları, üç il ərzində saatlarla Əlavə 1-də illər üzrə
açıqlanır.
Əsas tədris fənnləri/mövzuları MH SM TM
ÜHM Ümumi hazırlığı mövzuları:
ÜHM – B 01 Səhiyyə sisteminin təşkilinin əsasları 4 2 2
ÜHM – B 02 Tibbi statistika və informatika 2 4 6
PHM Peşə hazırlığı mövzuları:
PHM – B 03 Daxili xəstəliklər 4 4 4
PHM – B 04 İmmunologiya 4 2 0
PHM – B 05 Mikrobiologiya 0 4 2
PHM – B 06 Klinik farmakologiya 4 2 0
PHM – B 07 Cərrahi stomatologiya 4 4 4
PHM – B 08 Hematologiya 2 2 2
PHM – B 09 Endokrinologiya 2 2 2
PHM – B 10 Dermatovenerologiya 2 2 2
PHM - B 11 Kariyes və qeyrikarioz xəstəliklər 6 4 10
PHM - B 12 Pulpit və periodontit 6 4 26
PHM - B 13 Parodontologiya 6 4 26
PHM - B 14 ABSQ-nın xəstəlikləri 6 4 26
PHM - B 15 Protezləmənin laboratoriya mərhələsi 0 2 10
PHM - B 16 Diş tacı qüsurları 6 4 26
PHM - B 17 Diş sıralarının qüsurları 8 6 22
PHM - B 18 Tam adentiya 8 6 22
PHM - B 19 Uşaq terapevtik stomatologiyası 4 4 4
PHM- B20 Ortodontiya 4 4 12
Cəmi 82 70 208
060933- “Stоmatоlоgiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə dövlət
tələbləri
3.4 060933 - «Stomatologiya» ixtisası üzrə həkim-rezidentin təhsil proqramının yerinə yetirilməsinin
müddəti:
Ümumi həftələrin sayı – 156 həftə
- əmək məzuniyyəti – 12 həftə
- təlim həftələrinin sayı – 144 həftə
o cümlədən:
- kliniki təlim praktiki və kliniki iş – 130 həftə
- nəzəri təlim –6 həftə
- təcrübələr elmi-tədqiqat – 4 həftə
- attestasiyalar – 4 həftə
4. MADDİ-TEXNİKİ, TƏDRİS BAZASI VƏ KADR POTENSİAL
4.1 060933 - «Stomatologiya» ixtisası üzrə təhsil proqramına müvafiq tərtib edilmiş tədris planında nəzərdə
tutulan həkim–stomatoloqun hazırlanması üçün Səhiyyə Nazirliyi tərəfindən baza kimi müəyyən edilmiş
təhsil və elmi tibb müəssisələri, habelə aparıcı klinikalar stomatolojı xəstələrin diaqnostikasının, müalicə
və profilaktikasının aparılmasını təmin edə biləcək yüksək səviyyəli maddi-texniki bazaya malik
olmalıdır.
4.2 Stomatologiya üzrə Təhsil Proqramı Səhiyyə Nazirliyi tərəfindən baza kimi müəyyən edilmiş təhsil, elm
müəssisələri və aparıcı klinikalarda aparıcı mütəxəssislər rəhbər-kuratorlar tərəfindən əyani formada
aparılır.
4.3 Həkim- stomatoloq hazırlığına rəhbərlik edən kuratorlara qoyulan tələbər:
4.3.1 Peşə vərdişlərinə yiyələnməsini təmin etmək üçün praktiki təcrübəsi 5 ildən çox olan
yüksəkixtisaslı mütəxəssislər tərəfindən aparılır.
4.3.2 Tədris olunan nəzəri mövzuları ali təhsil müəssisəsinin elmi dərəcəsi və və ya elmi adı olan
professor-müəllim heyəti tədris edir.
4.3.3 Rezidentin elmi-tədqiqat işinə qarşılıqlı razılığı əsasında ali təhsil və ya elmi-tədqiqat
müəssisəsinin heyəti rəhbərlik edə bilər.
4.4 Rezidentin rotasiyalar keçdiyi müəssisələrin maddi-texniki bazalarına qoyulan tələblər:
4.4.1 Terapevtik stomatologiya rotasiyası. Stomatolojı qurğu, Avtoklav.Müxtəlif növ ucluqlar
İntraoral kamera, manitor. Radiovizioqraf. EOD apparatı Diatermokoaqulyator.ZUM-apparatı,
Airfloo-apparatı. Endodontik əməliyyatları aparmaq üçün endomator apekslokator ilə.
Termofil apparatı.”Vektor” apparatı, Kulajenko apparatı. Reoparodontoqraf-kardioqraf,
Polyaroqraf.Parodonta cərrahi əməliyyatları aparmaq üçün zəruri olan avadanlıq və alətlər.
4.4.2 Ortopedik stomatologiya Stomatolojı qurğu, Avtoklav.Müxtəlif növ ucluqlar İntraoral
kamera, manitor. Radiovizioqraf. EOD apparatı Diatermokoaqulyator.Qnatodinamometr.
4.4.3 Ortodontiya. Stomatolojı qurğu, Avtoklav.Müxtəlif növ ucluqlar İntraoral kamera, manitor.
Radiovizioqraf. EOD apparatı Diatermokoaqulyator.Müasir laborator avadanlıq.
4.4.4 İnstrumental rotasiyalar
4.4.4.1 Rentgenoqrafiya . Rəqəmsal ortopantomoqrafiya, panoram və ağızdaxili rentgenolojı
müayinəsi aparmaq üçün zəruri avadanlıq.Radiovizioqraf.
4.4.4.2 Fuksional müayinələr.Reoparodontoqrafiya,biomikroskopiya,fotopletizmoqrafiya -
damarları müayinə etmək üçün zəruri avadanlıq. ”Vektor” apparatı
060933- “Stоmatоlоgiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə dövlət
tələbləri
4.4.4.3 Endontiya.Endodontik müayinə və müalicəvi əməliyyatları aparmaq üçün zəruri
avadanlıq: endomator apekslokator ilə. Termofil apparatı. Endodontik mikroalətlər.
4.4.4.4 Protezləmənin laborator mərhələləri. Müassir avadanlıqla təchiz olunmuş diştexniki
laboratoriyası olmalıdır.
4.4.4.5 Proteləmənin kliniki mərhələləri. Müasir tələblərə cavab verən stomatolojı klinika. Ortopedik
müayinə və müalicəni aparmaq üçün zəruri avadanlıq.
4.4.4.6 Ortodontiya üzrə rotasiya Müasir tələblərə cavab verən stomatolojı klinika. Ortopedik müayinə
və müalicəni aparmaq üçün zəruri avadanlıq.
5. TƏDRİS PROSESİNİN FORMA VƏ METODLARI
5.1. 060933 - «Stomatologiya» ixtisası üzrə həkim- stomatoloqun hazırlığı, nəzəri təlim, həkim hazırlığı,
ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, kuratorun rəhbərliyi və nəzarəti
altında müalicə-profilaktik işlərinin aparılması və sairə formada öyrənilməsi ilə təmin olunur.
5.2. 060933 - «Stomatologiya » ixtisası üzrə həkim-- stomatoloqun hazırlığında elmi-tədqiqat və praktiki
tibbi təcrübələr nəzərdə tutulur.
5.3. Rezidentura ərzində 1 rezidentə görə ürək-damar xəstəlikləri olan pasiyentlərin ən azı 750 ambulator
müraciəti olmalıdır. Onlardan:
Ambulator Stasionar
Terapevtik stomatologiya üzrə rotasiya
Kariyes 100 0
Qeyrikarioz xəstəliklər 30 0
Pulpit 40 0
Periodontit 30 0
Gingivit 30 0
Parodontit 60 0
Parodontoz 20 0
ABSQ-nin xəstəlikləri 30 0
Ortopedik stomatologiya üzrə rotasiya
Diş tacı qüsuru 100 0
Diş sıraları qüsuru 60 0
Tam dişsiz çənələrin protezləməsi 30 0
Uşaq stomatologiyası üzrə rotasiya
Süd və daimi dişlərin kariyesi 100 0
Süd və daimi dişlərdə ağırlaşmış kariyes 70 0
Edgewise texnikası ilə köpək diş distalizasiyası 10 0
Edgewise texnikasıyla kəsici dişlərin retraksiyas 10 0
Patolojı dişləmin ortodontik müalicəsi 30 0
Xəstələrin cəmi sayi 750 0
6.YEKUN DÖVLƏT ATTESTASİYASINA QOYULAN TƏLƏBLƏR VƏ QİYMƏTLƏNDİRMƏ
6.1.1. 060933 - «Stomatologiya » ixtisası üzrə fərdi iş planları rezidentura hazırlığını həyata keçirən
müəssisələrin müvafiq elmi və ya tibb şuralarının iclaslarında təsdiq edilir. Rezidentlər hər tədris
060933- “Stоmatоlоgiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə dövlət
tələbləri
ilinin sonunda kuratorun iştirakı ilə təhsil aldığı müəssisənin elmi şurası (tibbi şurası) qarşısında
hesabat verərək attestasiya olunur.
6.1.2. Rezidenturada təhsil alan həkimlərin yekun attestasiyası Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin təsdiq etdiyi attestasiya komissiyası tərəfindən ali təhsil müəssisəsində aparılır.
6.1.3. Yekun attestasiya nəticəsində rezidentə “həkim- stomatoloqun” ali peşə-ixtisas dərəcəsi və dövlət
nümunəli diplom verilir
7. 060933- «STOMATOLOGIYA» İXTİSASI ÜZRƏ YEKUN ATTESTASİYA FORMATI
7.1. Yekun attestasiya imtahanı iki mərhələdə -yazılı və praktiki komponent üzrə həyata keçirilir. Yekun
attestasiyanın hər hansı mərhələsindən keçə bilməyən rezidentlər attestasiya komissiyasının müəyyən etdiyi
vaxtda həmin mərhələ üzrə təkrar yekun attestasiyadan keçirlər.
7.2. Birinci mərhələ- Yazılı Komponent. Birinci mərhələdə rezident üç saat ərzində 100 test suala
cavab verir. Test informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan sual vərəqəsi üzrə
aparılır. Testin yekununa görə 60 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın ikinci
mərhələsinə buraxılırlar.
7.3. İkinci mərhələ - Praktiki Komponent. İkinci mərhələdə rezident tərəfindən 8 müxtəlif klinik hal
araşdırılır. Klinik halların araşdırılmasına diaqnostik müayinələrin sərbəst aparılması və təhlili, müalicə
tədbirlərin planlaşdırması və digər aspektlər aiddir. Klinik halların araşdırılması attestasiya komissiyası
tərəfindən məqbul hesab edildikdə rezident yekun attestasiyanın ikinci mərhələsindən müvəffəqiyyətlə
keçmiş hesab olunur.
-.
060933- “Stоmatоlоgiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə dövlət tələbləri
Əlavə 1. 060933– “Stomatologiya” ixtisası üzrə təhsil prоqramının strukturu illər və saatlar üzrə
Əsas tədris fənnləri/mövzuları Cəmi 3 illik 1-ci il 2-ci il 3-cü il
MH SM TM MH SM TM MH SM TM MH SM TM
ÜHM Ümumi hazırlığı mövzuları:
ÜHM – B 01 Səhiyyə sisteminin təşkilinin əsasları 4 2 2 4 2 2
ÜHM – B 02 Tibbi statistika və informatika 2 4 6 2 4 6
PHM Peşə hazırlığı mövzuları:
PHM – B 03 Daxili xəstəliklər 4 4 4 4 4 4
PHM – B 04 İmmunologiya 4 2 0 4 2 0
PHM – B 05 Mikrobiologiya 0 4 2 0 4 2
PHM – B 06 Klinik farmakologiya 4 2 0 4 2 0
PHM – B 07 Cərrahi stomatologiya 4 4 4 4 4 4
PHM – B 08 Hematologiya 2 2 2 2 2 2
PHM – B 09 Endokrinologiya 2 2 2 2 2 2
PHM – B 10 Dermatovenerologiya 2 2 2 2 2 2
PHM - B 11 Kariyes və qeyrikarioz xəstəliklər 6 4 10 6 4 10
PHM - B 12 Pulpit və periodontit 6 4 26 4 2 12 2 2 14
PHM - B 13 Parodontologiya 6 4 26 4 4 10 2 0 16
PHM - B 14 ABSQ-nın xəstəlikləri 6 4 26 6 0 10 0 4 16
PHM - B15 Protezləmənin laboratoriya mərhələsi 0 2 10 0 2 10
PHM - B 16 Diş tacı qüsurları 6 4 26 6 4 26
PHM - B 17 Diş sıralarının qüsurları 8 6 22 4 4 8 4 2 14
PHM - B 18 Tam adentiya 8 6 22 8 6 22
PHM - B 19 Uşaq terapevtik stomatologiyası 4 4 4 4 4 4
PHM - B 20 Ortodontiya 4 4 12 4 4 12
Cəmi 82 70 208 38 36 56 26 18 72 18 16 80
060933- “Stоmatоlоgiya” ixtisası üzrə rezidenturada həkim-mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə dövlət tələbləri
Əlavə 2. 060933- “ Stomatologiya” ixtisası üzrə tematik rotasiyaların strukturu həftələr, saatlar və kreditlər üzrə
Fənn
bölümünün
kodu
Fənn bölümünün tematik rotasiyasının adı Həftələr Saatlar Kreditlər Həftələrin sayı Kreditlərin sayı
1 il 2 il 3 il 1 il 2 il 3 il
Ümumi hazırlığı fənnləri: 2 90 3 2 0 0 3 0 0
ÜFR-01 Baza təhsili 2 90 3 2 0 0 3 0 0
Peşə fənnləri və rotasiyaları: 130 5850 168 40 46 48 54 59 62
PFR-01 Daxili xəstəliklər 6 180 6 6 0 0 6 0 0
PFR-02 İmmunologiya 2 90 3 2 0 0 3 0 0
PFR-03 Mikrobiologiya 2 90 3 2 0 0 3 0 0
PFR-04 Klinik farmakologiya 2 90 3 2 0 0 3 0 0
PFR-05 Cərrahi stomatologiya 4 180 5 4 0 0 5 0 0
PFR-06 Hematologiya 2 90 3 2 0 0 3 0 0
PFR-07 Endokrinologiya 2 90 3 2 0 0 3 0 0
PFR-08 Dermatovenerologiya 2 90 3 2 0 0 3 0 0
PFR-09 Kariyesologiya 8 360 10 8 0 0 10 0 0
PFR-10 Endodontiya 12 540 15 6 6 0 7 8 0
PFR-11 Parodontologiya 12 540 16 0 6 6 0 8 8
PFR-12 ABSQ-nın xəstəlikləri 12 540 16 0 6 6 0 8 8
PFR-13 Protezləşmənin laborator mərhələləri 4 180 5 4 0 0 5 0 0
PFR-14 Diş tacının bərpası 12 540 16 0 12 0 0 16 0
PFR-15 Diş sıralarının bərpası 14 540 14 0 6 8 0 6 8
PFR-16 Dişsiz çənələrin ortopedik müalicəsi 12 540 16 0 0 12 0 0 16
PFR-17 Uşaq terapevtik stomatologiyası 8 360 10 0 8 0 0 10 0
PFR-18 Ortodontiya 12 540 16 0 0 12 0 0 16
Könüllü seçilmiş fənnin dərindən öyrənilmə dövrü 6 90 6 2 2 2 2 2 2
Elmi-tədqiqat işi kliniki və/və ya baza elmi 4 90 4 2 1 1 2 1 1
Dövrü və yekun attestasiya 4 90 4 2 1 1 2 1 1
Cəmi 144 5940 180 48 48 48 60 60 60