Post on 29-Jan-2017
2
Respublikanın ümumtəhsil məktəblərinin
6-cı sinifləri üçün “Azərbaycan dili”
dərslik komplekti
Müəlliflər: Rafiq İsmayılov
Dilrüba Cəfərova
Sahibə Məmmədova
Aynur Rüstəmova (MMV)
Bakı: Altun Kitab, 2013.
Dərslik komplekti ilə bağlı TQDK-ya daxil olmuş və açıq
müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər
əsasında hazırlanmış
YEKUN RƏY
3
Rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:
1. Məzmunun işlənməsi baxımından;
2. Dil və yazı üslubu baxımından;
3. Dizayn və bədii tərtibat baxımından;
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından;
5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun işlənməsi
baxımından.
1. Məzmunun işlənməsi baxımından
Dərslik komplekti dərslik və müəllim üçün metodik vəsaitdən ibarətdir. Dərslik
6 bölmə (“Fərd və cəmiyyət”, “İxtiralar və kəşflər”, “Dəyərlərimiz”, “İncəsənət”,
“Hikmət xəzinəsi” və “Qədim dünya”) üzrə 52 mövzu və 6 ümumiləşdirici təkrar
materiallarını əhatə etmiş, əvvəlində “Mündəricat”, sonunda “Sözlük” verilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına görə,
fənnin tədrisinə həftədə 4 saat olmaqla, ümumilikdə 128 saat vaxt ayrılmışdır.
Dərslik komplektində 4 məzmun xətti üzrə əsas və alt standartların
reallaşdırılması nəzərdə tutulmuşdur.
Mətnlərə aid “Söz ehtiyatı”, “Düşün və cavab ver”, “Yazı”, “Dil qaydaları”,
“Araşdırma”, “Şifahi nitq” başlıqlı tapşırıqlar məzmun xətləri üzrə müvafiq
bacarıqların formalaşdırılmasına yönəlmişdir.
Mətnlərdə dil qaydalarına aid sözlərin və tapşırıqların şərtinin rəngli,
qrammatikaya aid qaydaların ayrıca çərçivədə “Yadda saxla!” başlığı ilə verilməsi
məzmunun anlaşılması işini asanlaşdırır.
Dərslikdə şagird şəxsiyyətinin formalaşdırılması, məzmun standartlarının
reallaşdırılması üçün biliklərin tətbiqini tələb edən, məntiqi düşüncəyə əsaslanan
müxtəlif formalı tapşırıqlar da verilmişdir.
Bununla yanaşı, müəyyən qüsurlara rast gəlinir.
Bunlar aşağıdakılardır:
Səhifə 14. 14-cü tapşırıqda soruşulan “sözün kökü və hansı nitq hissəsindən
yaranmasının fərqli anlayış olması” haqqında dil qaydası məzmun xəttində nəzərdə
tutulmadığından, bu tipli tapşırıqların dərslikdən çıxarılması təklif edilir.
Yenə həmin səhifədəki tapşırıq 15-lə bağlı MMV-də deyilir: “15-ci tapşırıq
şagirdlərin V sinifdə əldə etdikləri bilik və bacarıqlar əsasında yerinə yetirilir”.
Tapşırıqda nənəsinə məktub yazan Ramilin məktubda buraxdığı orfoqrafik səhvləri
4
düzəltmək tələb olunur. Lakin 5-ci sinifdə öyrədilən qaydalar bu məktubda buraxılan
səhvləri düzəltmək bacarığı yaratmır.
Səhifə 17. Düzəltmə isimlər haqqında qaydanın ilk cümləsində “əsas nitq
hissələri” yazılması məqsədəuyğundur. Bu qeyd əvvəlki dərsdə keçilmiş dil
qaydalarının daha mükəmməl mənimsənilməsinə kömək edər.
İsmin quruluşca növləri barədə heç bir məlumat verilmədən dil qaydası kimi
yalnız aşağıdakı cümlə verilmişdir: “Düzəltmə isimlər müxtəlif nitq hissələrinə
leksik şəkilçilər artırmaqla düzəlir: kitabça, görüş, əlaçı, dostluq, qızardı, görüntü”
(səh.17). Mövzuya uyğun olaraq əlavə izahata ehtiyac var. İndiki halda şagirdə tədris
olunacaq elmi məlumatın həcmi və məzmunu müəllim üçün müəyyənləşməmiş qalır.
Səhifə 18. Dərslikdəki nəzəri məlumat ikinci dərsin 6, 7, 8 və 9-cu tapşırıqlarını
yerinə yetirməyə çətinlik yaradır. Tapşırıqlarda dil qaydasında izah edilməyən, 6-cı
sinif şagirdinin yaş və bilik səviyyəsi baxımından çətinlik yaradan aşağıdakı
biliklərin yoxlanması tələb olunur:
1) İsim düzəldən aşağıdakı şəkilçilər: -ıntı4, - ıcı
4, -iyyət, -dar, -ın
4, -ıq
4, -acaq
2,
-lı4, -aq
2, -qı
4, -kı
4;
2) İsim düzəldən -kı4 və -qı
4 şəkilçilərinin fərqli tələffüz olunma məqamları;
3) Adlardan və fellərdən isim düzəldən şəkilçilərin fərqləndirilməsi.
Səhifə 18. Tapşırıq 7-də on bir düzəltmə ismi (döşəkçə, çəkməçi, saflıq, igidlik,
təmizlik, tikinti, dinləyici, üzümlük, fəaliyyət, hesabdar, bağlayıcı) aşağıdakı
qayda üzrə dəftərə köçürmək tələb olunur:
A) İsimdən düzələn isimlər:
B) Feldən düzələn isimlər:
C) Sifətdən düzələn isimlər:
Tapşırıqdakı bəzi sözlərdə (döşəkçə, bağlayıcı) iki leksik şəkilçi var. Bu da
həmin sözlərin kökü və hansı nitq hissəsindən yaranması məsələsini fərqləndirir.
Yuxarıda qeyd olunduğu kimi, bu biliyin öyrədilməsi dil qaydaları məzmun xəttində
nəzərdə tutulmur. Həmçinin dərslikdə bu tipli nümunələrin öyrədilməsi və təhlili ilə
bağlı məlumat verilməmişdir.
Dil qaydalarına aid tapşırıqlar 4.1.2. (Sözün qrammatik mənasını kontekstə
uyğun izah edir.) və 4.1.4. (Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl
edir.) alt standartlarına aid təlim nəticələrini reallaşdırmalıdır. Yalnız 8 və 9-cu
tapşırıqlar həmin alt standartlara aid edilmiş təlim nəticələrinə (4.1.2.-yə: “Kontekstə
görə isim düzəldən leksik şəkilçiləri (dayanacaq, səpin, gəlir) qrammatik
5
şəkilçilərdən fərqləndirir”, 4.1.4.-ə: “Düzəltmə isimlərin yazılışı ilə bağlı qaydalara
əməl edir”.) aiddir.
Səhifə 21. Mənsubiyyət şəkilçilərini müəyyənləşdirməyə xidmət edən 7-ci
tapşırıq dil qaydasına aid məlumatların mənimsənilməsini aydınlaşdırmaq
baxımından ciddi əhəmiyyət daşımır. Belə ki, təqdim olunan nümunələrdə üç
birləşmənin asılı tərəfindən başqa bütün sözlərdə yalnız üçüncü şəxsə aid
mənsubiyyət şəkilçisini müəyyənləşdirmək lazımdır ki, bu da mövzunu tam əhatə
etmir. Bu söz birləşmələrinin asılı tərəflərinin mənsubiyyətə görə dəyişməsinin
mənimsədilməsi şagirdlərin yaş və bilik səviyyəsinə uyğun deyil.
Səhifə 39. “İsim cümlədə xəbər vəzifəsində çıxış edir” fikri natamamdır.
Səhifə 42-43. “Fərd və cəmiyyət” bölməsində ərizə (səh.42) və tərcümeyi-hal
(səh.43) modelləri verilmişdir. 3.1.4. alt standartını reallaşdırmaq üçün nəzərdə
tutulan ərizə və tərcümeyi-hal əməli yazı nümunələrini öyrənmək 9-cu dərsə aiddir.
6-cı sinif şagirdinin bu əməli yazı nümunələri ilə ilk dəfə tanışlığını nəzərə alıb,
həmin nümunələri eyni bir dərsdə deyil, eyni bölmənin iki müxtəlif dərsində
öyrətmək təklif edilir.
“Elektron ünvanım olsaydı...” mətni ilə tədris olunan 9-cu dərsdə ərizə və
tərcümeyi-hal əməli yazıları öyrədilməlidir. Tərcümeyi-hal qənaətbəxş hesab olunsa
da, 42-ci səhifədə “ərizə”nin təqdimi qüsurludur. Təqdim olunmuş ərizə formasında
iki qüsur var: 1) başlıq hissədə “tərəfindən” sözü artıqdır; 2) “ərizə” sözü kiçik
hərflə yazılmalıdır (Bax: Ş. Balakişiyev, İ. Namazov, Əməli yazı nümunələri,
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, Bakı - 2006, səh.8-9).
Bu dərsdə “Düzəltmə sifətlər” başlığı altında dil qaydaları (səh.43)
verilmişdir. Məlumat MMV-də 4.1.2 alt standartına (Sözün qrammatik mənasını
kontekstə uyğun izah edir.) aid edilsə də, qaydanın məzmununda onun əslində 4.1.3.
alt standartına (Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.) aid
olduğu ortaya çıxır. Dil qaydalarına aid 8-ci tapşırıq da 4.1.3 alt standartının
reallaşdırılması üçün nəzərdə tutulmuşdur. 9-cu tapşırıq isə standartlarda nəzərdə
tutulmayan məsələdir. Dərsdə 4.1.2. alt standartına aid tapşırıq verilməmişdir.
Bu dərsdə “Düzəltmə sifətlər” başlığı altında verilən məlumatlar düzəltmə
sifətlərin öyrənilməsi baxımından qənaətbəxş deyil (səh.43).
MMV-də də dərslə bağlı verilmiş tapşırıq tövsiyə xarakterlidir.
Səhifə 44. “Ümumiləşdirici təkrar” keçilən mətn və dil qaydalarının təkrarı,
eləcə də kiçik summativ qiymətləndirməyə hazırlıq baxımından materialı tam əhatə
6
etmir. Şagird tərəfindən çətin mənimsənilən və çətinliklə fərqləndirilən
qeyri-müəyyən yiyəlik və qeyri-müəyyən təsirlik hala dair tapşırıq verilməmişdir.
MMV-də təqdim olunan (səh.47-48) “Birinci bölmə üzrə KSQ” nümunəsi keçilən
material və ona dair tapşırıqlar, ümumilikdə, qarşıya qoyulan məqsəd və tələblər
müqabilində çox bəsit xarakter daşıyır. KSQ-də 3-cü məzmun xəttinə (Yazı) dair heç
bir tapşırıq təqdim olunmur və şagirdin yazı vərdişlərinə yiyələnməsi səviyyəsi
müəyyənləşdirilməyərək (st. 3.1.1.; 3.1.2.; 3.1.3.; 3.1.4.), qiymətləndirilməmiş qalır.
Ümumiləşdirici təkrara aid tapşırıqları həll etmək üçün aşağıdakı məlumatların
bölmənin müvafiq dərslərində əlavə izahına ehtiyac yaranır:
1) -keş, -q, -ma2, -ış
4, -kar isim düzəldən şəkilçilər (2 və 3-cü tapşırıqlar);
2) -keş, -ı4, -aq
2, -kar, -qan, -kən sifət düzəldən şəkilçilər (2 və 3-cü
tapşırıqlar);
3) -ıcı4, -ma
2, -lı
4, -kar, -keş şəkilçilərinin omonim səciyyə daşıması.
Səhifə 45-78. “İxtiralar və kəşflər” bölməsi 6 həftə, 24 saata tədrisi nəzərdə
tutulmuş 11 dərsdən ibarətdir. Buradakı materiallar 10 elmi-kütləvi mətnlə təqdim
olunur. Bu mətnlərdən 2-si dərslik müəlliflərinə, 8-i isə digər şəxslərə aiddir.
Dərslərdə “Söz ehtiyatı” ilə bağlı tapşırıqlarda dərslər üzrə çətinliyin
paylanmasında eynilik gözlənilməmişdir. 12-ci dərsdə 8, 13-cü dərsdə 5, 16-cı dərsdə
2, 17-ci dərsdə 1, 18-ci dərsdə 4, 19-cu dərsdə 6, 20-ci dərsdə 4 sözün mənasını
araşdırmaq tələb olunur. Həmin dərslərdə digər tapşırıqların çəkisi təxminən eyni
olduğuna görə indiki halda “Söz ehtiyatı” başlıqlı tapşırıqların çətinlik səviyyəsi
fərqlidir.
İkinci bölmə üzrə təqdim olunmuş mətnlərin məlumat yükü, onlarda əks olunan
tarixlər, coğrafi və şəxs adları “dinləyib-anlama”, “danışma”, “oxu” və “yazı”
məzmun xətlərinin reallaşmasına mane olur. “Riyaziyyatçıların şahı” mətnində
1777-ci il, Karl Fridrix Qauss, 5050, “Rozetta daşının sirri” mətnində 1799-cu il,
Misir, İsgəndəriyyə, Rəşid şəhəri, Napoleon Bonapart, heroqlif, 114 sm, 72 sm, 27
sm, 760 kq, Rozetta daşı, 1801-ci il, 1802-ci il, müyəssər, 1822-ci il, Paris, papirus,
perqament, 32 yaşlı, tarixçi-şərqşünas, linqvist, Jan Fransua Şampolyon, 16 yaş, 19
yaş, professor, funksiya, Misir fironu Ptolomey, Kleopatra, misirşünaslıq, “Əfsanəvi
dəniz səyyahı” mətnində Avropa, Genuya şəhəri, Xristofor Kolumb, Amerika,
ədviyyat, Hindistan, 1485-ci il, 34 yaşlı, geniş coğrafi bilik, Atlantik okeanı,
ekspedisiya, Genuya tacirləri, Portuqaliya kralı, İspaniya kraliçası İzabella, riskli,
1492-ci il avqust ayının 3-də, Passat küləyi, kayut, matroslar, üç gün, iki gün, 70 gün,
7
San Salvador, Quanaxani adası, Kuba, Haiti adası, hindu, müstəmləkə, “Manuel
Vasko da Qama” mətnində Portuqaliya, Afrika, Hindistan, 1497-ci il, Lissabon,
ekspedisiya, 4 gəmi 170 nəfərlik heyət, 28 yaşlı, zadəgan, dörd ay, Ümid burnu, Hind
okeanı, 3 ay, 1498-ci il, mayın 20-də, ərəb tacirləri, müsəlman tacirləri, darçın,
mixək, 1499-cu il, sentyabr, ədviyyat, 1502-ci ildə, 20 gəmi, Ərəbistan yarımadası,
Hindistan yarımadası, 1524-cü il, vitse-kral, “Yusif Məmmədəliyev” mətnində
1942-ci il, dekabr ayının 31-i, 37 yaş, Yakovlev, Mikulin, Ali Baş Komandan Stalin,
SSRİ, Lenin ordeni, 12 il sonra, 1954-cü ilin noyabr ayının 19-da, 1957-ci il oktyabr
ayının 27-də, sovet süni peyki, çəkisizlik şəraiti, Nobel mükafatı, 1957-ci il dekabrın
29-da, Nobel Komitəsi, Sovet Ordusunun marşalı Baqramyan, Tank qoşunları
komandanı general Babacanyan, ticarət naziri Mikoyan, üç yüksək vəzifəli erməni,
1945-ci il, SSRİ Elmlər Akademiyasının prezidenti B.L. Komarov, 1961-ci il,
1998-ci il, Elmlər Akademiyasının Rəyasət Heyəti, “Qədim saatlar” mətnində
perpendikulyar, Qədim Çin, Babilistan, Yunanıstan, 2500 il, Budapeşt, 8 metr,
dekabrın 31-də, siferblat, saniyənin milyonda biri, “İlk dünya səyahəti” mətnində
1519-cu il, Kolumbun coğrafi kəşfləri, Atlantik okean, Ameriqo Vespuççi, Hindistan,
Afrika, 39 yaş, Fernando Magellan, İspaniya kralı, 1519-cu ilin sentyabrı, 5 gəmi,
265 nəfərlik heyət, 1520-ci ilin martı, “Santyaqo” gəmisi, oktyabrın ikinci yarısı, iki
gəmi, dörd gün, flaqman, coğrafi boğaz, 600 km, üç ay iyirmi gün, Sakit okean, “San
Antonio” gəmisi, Filippin adaları, iki gəmi, 1522-ci ilin sentyabrı, “Viktoriya”
gəmisi, 265 ekspedisiya üzvü, 18 nəfər, XVI əsr, “Qaliley” mətnində Klavdi
Ptolomey, Polyak alimi Kopernik, Günəş sistemi, 70 yaş, italyan alimi Cordano
Bruno, 1600-cü il, təlqin, teleskop, Süd Yolu, krater, Yupiter planeti, “Ulduz
müjdəçisi” kitabı, inkvizisiya, 69 yaş, 33 il əvvəl, astronom, 9 il, 350 il,
“Orxon-Yenisey abidələri” mətnində Avropa düzənlikləri, Sibir çölləri, 1893-cü il,
XIII əsr, Alaəddin Cüveyni, Monqolustan, 1692-ci il, Niderland, Nikolay Vidzen,
Filip Stralenberq, İsveç zabiti, 13 il, 1730-cu il, Orxon-Yenisey çayları, rus türkoloq
alimləri, kitabə, kurqan, Kültigin, 235 santimetr, Çin heroqlifləri, Danimarka alimi
Vilhelm Tomsen, 1893-cü ilin noyabrı, Danimarka Kral Akademiyası, 1894-cü il, rus
alimi Vasili Radlov, spesifik, qədim Göytürk dövləti, Bilgə xaqan, Tonyukuk,
VI-VIII əsrlərdə, 731-ci il, türk törəsi, İltəris, Kapağan, məzar poeziyası, “İşarələrin
tarixi” mətnində pauza, xəttat, analoji yol, emosional kimi söz və ifadələr, rəqəm və
ədədlər diqqətin yayınmasına gətirib çıxarır, məzmun xətləri üzrə standartların
reallaşmasına ciddi şəkildə mane olur.
8
Səhifə 63. Tapşırıq 12-də “Respublika Günü” rəsmi gün olduğu üçün ikinci
sözün ilk hərfi böyük yazılmalıdır.
Bu bölmədə “Söz ehtiyatı” başlığı altında verilmiş araşdırılmalı olan sözlərin
sayı dərslər üzrə fərqlənir. 22-ci dərsdə 5, 23-də 2, 24-də 1, 26-da 2, 27-də 13, 28-də
4, 29-da 3 sözün mənasının araşdırılması tələb olunur. Dərs yükü baxımından 13
sözün mənasının aydınlaşdırılması tələb olunan 27-ci dərslə (3 saata nəzərdə tutulub,
13 əlavə tapşırıq var), 1 sözün araşdırılması tələb olunan 25-ci dərs (2 saata nəzərdə
tutulub, 4 əlavə tapşırıq var) arasında ciddi fərq yaranır.
Səhifə 80. “Dəyərlərimiz” bölməsində təqdim olunmuş C. Cabbarlının
“Ölkəm” şeirində “oxu” məzmun xətti lazımi qədər işləmir. Belə ki, mətn üzərində
müxtəlif tapşırıqlar işləmək nəzərdə tutulub. MMV-də isə deyilir: “Unutmaq olmaz
ki, şeir əzbər öyrədilmək üçün verilməmişdir. Məqsəd nəzmlə verilmiş mətnin
məzmununun şagirdlər tərəfindən qavranılmasıdır” (səh.81). Ola bilər ki, şagird
mətn üzərində hər dəfə işləyərkən o mətni səssiz-ürəyində oxuyub o tapşırıqları
edəcək. Bu zaman onda şifahi düzgün oxu vərdişləri də formalaşmır. Mətnin bir
hissəsinin əzbər verilməsi isə onda həm yaddaşı möhkəmləndirər, həm də şifahi
düzgün oxu vərdişlərini möhkəmləndirər. Digər tərəfdən, şagird şeirin daxilində lüğət
vasitəsilə mənası açılan sözlərin də işlədilməsi sayəsində onları unutmaz. Şeirdən bir,
yaxud bir neçə bəndin öyrədilməsi heç bir yerdə qadağan edilmir.
Səhifə 82-84. Dərsə 2 saat vaxt verilib. MMV-də dərslə bağlı aşağıdakılar
nəzərdə tutulub:
1. Müəllimin motivasiya yaratması
2. Mətnin proqnozlaşdırma üsulu ilə oxunması və bu zaman seçilməli olan
məqamlar. Burada mətnin şagirdlər tərəfindən tamamilə oxunması nəzərdə tutulur
3. Mətnin ideyasını üzə çıxarmaq məqsədilə verilən sual və tapşırıqlar
4. Fəndaxili inteqrasiya və müzakirə. Bu zaman münasibət bildirilən məsələlər
5. Yazı - esse yazmaq
6. Söz ehtiyatı
7. Dil qaydaları – burada 6, 7, 8, 9-cu tapşırıqları yazmaq
8. MMV-də verilən Əlavə tapşırıq – “Əqrəb və Tısbağa” mətnində əvəzliklərlə
bağlı iş
9. Dil qaydası ilə bağlı dərsin izahı
10. Qiymətləndirmə.
Verilənləri 2 saat ərzində yerinə yetirmək mümkün deyil.
9
Bu tipli məqamlar dərsliyin əksər dərslərinə aiddir. Nəticədə nəzərdə tutulan
məzmun xətlərinə aid standartları reallaşdırmaq qeyri-mümkün olur.
Səhifə 86-87. “Əlif Hacıyev” mətni ilə keçilən dərsə 2 saat vaxt verilib.
MMV-də dərsə verilən tələblər çoxluq təşkil edir. Təkcə “yazı” məzmun xətti ilə
bağlı üç müxtəlif tipli yazı hazırlamaq tələb olunur. Şagirdlər qrup halında mətni
oxumalıdır və onu mənimsəməlidir. Çünki mətni yaxşı mənimsəmədən ondan effektli
suallar çıxarmaq mümkün deyil. Yeni dərsin izahı məhz bu iki saatın daxilində
nəzərdə tutulur. MMV-də vurğulanır ki, (6-cı tapşırıq) şagirdlər “o” əvəzliyinin şəxs,
yoxsa sual əvəzliyi rolunda işləndiyini müəyyən etməlidir. Bu haqda nə dərslikdə, nə
də MMV-də hansısa bir qeyd verilməmişdir. Digər tərəfdən, şəxs əvəzliklərinin
hansı nitq hissəsini əvəz etdiyi və sualları göstərilib (qayda daxilində). Amma işarə
əvəzliklərinin hansı nitq hissəsini əvəz etdiyi və hansı suallara cavab verdiyi qaydada
vurğulanmır. Bunlar dolaşıqlıq və çaşqınlıq yarada bilər.
Səhifə 90. Vurğulanır ki, “o, bu” işarə əvəzlikləri cümlədə mübtəda vəzifəsində
olarkən onlardan sonra isim, sifət, say, zərf gələrsə, vergül qoyulmalıdır. Amma
əvəzlik, fel və köməkçi nitq hissələri gələrsə, vergül qoyulmur. Məlum olmur ki, Bu
Həsənin kitabıdır cümləsi ilə Bu mənim kitabımdır cümləsi arasında hansı
intonasiya-məna fərqi vardır. Yaxud O mənim qardaşımdır və O hansı dənizdir?
cümlələri arasında intonasiya-deyiliş baxımdan fərq yoxdurmu?
Səhifə 100-102. “Ağdam çörək muzeyi” mətni çox böyükdür. Dərsə 2 saat
vaxt verilib. MMV-də tələb olunanlar isə çoxdur. İki saata bunları yerinə yetirmək
praktiki olaraq mümkün deyil. Digər tərəfdən vergüllə bağlı verilən əvəzliklərin
hamısı “bu” əvəzliyidir. “O” əvəzliyindən də istifadə olunsa idi, yaxşı olardı.
Səhifə 106-107. “İncəsənət” bölməsində verilən “Unudulmaz obraz” mətni
xatirə xarakterlidir. Ü.Hacıbəyov haqqında xatirələrlə yanaşı, mətndə bəstəkarın
yaradıcılığına, əsərlərinə yer vermək təklif olunur.
Mətndə “O” əvəzliyindən sonra modal söz gəlsə də, vergül qoyulub. Bununla
bağlı MMV-də qeyd verilməsi məsləhətdir.
Səhifə 108. Dil qaydasında düzəltmə fellərin yaranma yollarından bəhs edilsə
də, -ış4 və -ır
4 şəkilçilərinə aid heç bir nümunə verilməmişdir. 8-ci tapşırıqda isə
fellərin hansı nitq hissələrindən yarandığını müəyyənləşdirən şagird bu şəkilçilərlə
qarşılaşır.
Səhifə 111. Mürəkkəb fellərin iki və daha artıq sözün birləşməsindən yarandığı
söylənilir. Verilən bütün nümunələr isə iki sözün birləşməsindən yaranıb.
10
Ümumiyyətlə, bu, bir qədər mübahisəlidir. Tərifə yenidən baxılması, yaxud üç sözün
birləşməsi ilə yaranan mürəkkəb fellərə aid nümunə verilməsi yaxşı olar.
Səhifə 112-113. “Heykəltəraş Mirəli Mirqasımov” mətnində 2.1.1. alt
standartına aid tapşırıq verilsə də, MMV-də bu alt standartın reallaşdırılması nəzərdə
tutulmamışdır.
Səhifə 114. Xəbər şəklindən danışarkən onun felin zamanlarının cəmindən
ibarət olduğu vurğulansa idi, yaxşı olardı. Bu haqda məlumat MMV-də verilsə də,
dərslikdə verilməyib.
Səhifə 115-116. Felin zamanları haqqında 4 ayrı-ayrı “Yadda saxla” bölməsi
təqdim olunur. Bir dərsə bu qədər dil qaydasının verilməsi 6-cı sinif şagirdinin yaş
səviyyəsinə uyğun deyil. 3 saat ayrılmasına baxmayaraq, dil qaydasının müxtəlif
məqamlara aid olması şagirdlərdə dolaşıqlıq yarada bilər, mənimsəməni çətinləşdirər.
Səhifə 116. 3-cü qaydada verilən “II şəxsin cəmində fellərin yazılışı ilə
tələffüzü fərqlənir” fikri felin bütün şəkilləri üçün keçərli deyil. Fikir
dəqiqləşdirilməlidir. Eləcə də həmin səhifədəki I qayda da dəqiq ifadə olunmalıdır.
Belə ki, “gəlir, gələcək” kimi sözlərdə dəyişikliyin olmadığı aydındır.
Səhifə 119. Əmr şəklindən danışılarkən deyilir: “Əmr şəklinin II şəxsinin təki
heç bir şəkilçi qəbul etmir, yəni felin kökündən və ya başlanğıc formasından
ibarət olur”. Lakin məlumdur ki, əmr şəkli inkar (-ma, -mə) şəkilçisini qəbul edir
və başlanğıc formadan çıxır. Verilmiş qaydada düzəliş edilməsi məqsədəuyğundur.
Səhifə 122. “Neman və Simnar” mətninin 3-cü abzasında belə bir cümlə var:
“Gün ərzində gəlinlər kimi üç rəngə düşürdü: göy, ağ və sarı”. İfadə şagirdin yaş
səviyyəsinə uyğun deyil.
Səhifə 136. “Hikmət xəzinəsi” bölməsindəki “Dərviş” mətninin müəllifi
göstərilməmişdir.
Səhifə 138. Dil qaydasında zərfin tərz və zaman bildirməsinə dair nümunə
verilmişdir. Lakin yer və miqdar zərflərinin adları çəkilsə də, onlara dair nümunə
verilməmişdir.
Səhifə 140. Sadə və düzəltmə zərflərdən danışılarkən -ca2 zərf düzəldən şəkilçi
kimi göstərilib. Hal-hazırda 7-ci sinifdə tədris olunan Azərbaycan dili dərsliyində
haqlı olaraq -ca2 ədat kimi göstərilib, hətta bunun zərf düzəldən şəkilçi olmadığı
xüsusi bir şəkildə vurğulanıb. Məsələn, astaca toxunuş sözündəki -ca ədat kimi
götürülürsə, astaca toxundum sözündəki -ca da ədatdır. Həm də leksik şəkilçi sözə
qoşularkən yeni mənalı söz yaratmalıdır. Sakit danışır - sakitcə danışır
11
cümlələrində birinci “sakit” sözü ilə ikincisi arasında leksik baxımdan fərq yoxdur,
sadəcə məna baxımından qüvvətləndirib. Bu mövzu dilçilikdə daim mübahisəli
məqamlardan biri olub. Əvvəlki dərsliklərdə də müxtəlif mövqelərdə verilib.
MMV-də isə “türkcə”, “rusca” sözlərindəki -“ca2”nın mübahisəli olduğu
vurğulanır. Halbuki bunun mübahisə doğurmadığı aydındır, çünki bu nümunələrdə
leksik baxımdan yeni söz yaradılıb.
Səhifə 181. “Qədim dünya” bölməsinin “Dinozavrlar” dərsində verilmiş
“Xəbərin mübtəda ilə uzlaşması” əsassız olaraq buraya daxil edilmişdir. Belə ki,
sintaktik əlaqələri keçməyən, haqqında müəyyən təsəvvürü olmayan şagirdlərə
“uzlaşma” barəsində izahlar verməklə bunu mənimsətmək çətindir. Bu qaydanın
4.1.1. alt standartına (Cümlənin qrammatik əsasını müəyyənləşdirir.) aidiyyəti
yoxdur.
Dinləyib-anlama və danışma məzmun xətti üzrə alt standartların istifadə məqamı
çox aşağıdır. Standartlar tapşırıqlar vasitəsilə fəal olaraq reallaşdırılmır. Sual və
tapşırıqların rəngarəngliyi yoxdur. Mətndə verilmiş informasiyanın necə
mənimsənilməsi, çətin anlaşılan sözlərin nitqdə istifadə edilməsi yoxlanılmır. Yazı
işlərinin yoxlanması, müzakirəsi məsələsi əks olunmayıb.
Bundan əlavə, dərsliyin titul səhifəsində belə bir qeyd verilmişdir: “Yazıçı və
şairlərin dərslikdə istifadə olunan bəzi əsərləri dərslik müəllifləri tərəfindən
müvafiq yaş qrupu üçün uyğunlaşdırılmışdır”. Bu, o deməkdir ki, material
(hekayə, povest, oçerk və s.) ixtisar edilmiş, hər hansı epizod, obraz, hətta hadisə
çıxarılmış, şagirdin yaş səviyyəsinə və psixologiyasına uyğun formaya salınmışdır.
Amma əksər mətnlərdə 6-cı sinif şagirdi üçün tədris prosesində işlədilməsi
məqsədəuyğun olmayan, çətin anlaşılan, informasiya yüklülüyü yaradan söz və
ifadələr vardır ki, bu da yuxarıdakı hökmün gerçəkləşməməsi deməkdir. Digər
tərəfdən, məqsədli şəkildə edilmiş hər hansı bu tipli dəyişiklik qaydalara görə
müəllifin adının anonim saxlanılmasına əsas vermir. Əksinə, həmin vəziyyətdə mətn
müəllifinin adı verilir, işləyən isə dərslik müəlliflərindən biri olduğu üçün onun
adının yazılmasına ehtiyac qalmır. Amma I bölmədə elə ilk mövzudan başlayaraq
səhifə 10-da “Əlvida, bilmirəm”, 15-də “İnşa”, 22-də “İdman ayaqqabısı”, 26-da
“Məktub”, 33-də “Dülgər oğlu”, 37-də “O mənim bacımdır” mətnlərinin sonunda
müəllifin deyil, mətn üzərində dəyişiklik etmiş şəxsin – dərslik müəlliflərindən hər
hansı birinin adı verilmişdir. Bu bölmə üzrə təqdim olunmuş 9 mətndən yalnız
12
üçünün müəllifi məlumdur. Bu həm müəlliflik hüququ, həm də şagirdə bəyəndiyi
hekayəni tam şəkildə oxumaq imkanının məhdudlaşdırılması ilə bağlı məsələdir.
Qrammatik qaydalar verilərkən, onların nitq bacarıqlarının mənimsənilməsində
rolu nəzərə alınmır. Elə bunun nəticəsidir ki, bütün incəliklər öz əksini tapmamışdır.
Belə ki, “İsim” bəhsində kəmiyyət kateqoriyası verilməmişdir. Halbuki bu mövzu
düzgün tələffüz baxımından əhəmiyyətlidir:
dəftərlər [dəftərrər]
çəmənlər [çəmənnər]
2. Dil və yazı üslubu baxımından
Materialların dil və üslubu, mətnlərdəki fikirlər və onların ifadə tərzi şagirdlərin
yaş səviyyəsinə əsasən uyğun olsa da, dərsliyə daxil edilən materialların əksəriyyəti
bir üslubdadır. Hətta çalışmalar sistemində bu üslubun mövcudluğu bədii materialla,
tapşırıqlar sisteminin dilini elə eyniləşdirmişdir ki, o, şagirdlərə cansıxıcı və yorucu
təsir bağışlayır. “Silinməz dostluq” mətni isə tamamilə məntiqsizdir. Dilimizin
bədiilik, obrazlılıq, bədii sənətkarlıq imkanlarından məhrum olan bu cür mətnlər 6-cı
sinif şagirdlərinə dilimizin gözəlliyini mənimsədə bilmir.
Materialların dil və üslubunda ifadə və dəqiqliklə bağlı qüsurlara da rast gəlinir.
Bunlar aşağıdakılardır:
Səhifə 10. “Sadəcə olaraq, dərsə gələndə o, qayğılarını qapının ağzında
qoyub sinfə daxil olur”. Bu cümlədə “olaraq” sözü artıqdır. Cümlənin “Sadəcə, o,
dərsə gələndə qayğılarını qapının ağzında qoyub sinfə daxil olur” kimi verilməsi
daha düzgün olar.
Səhifə 10. “Oğlanlara dedi ki, onlar bu yay ərzində əməlli-başlı
böyüyüblər” cümləsində “ərzində” sözü artıqdır.
Səhifə 10. “Mənə dedi ki, əsl Hollivud aktrisaları kimi qaralmısan” cümləsi
ilə 6-cı sinif şagirdinə Hollivud aktrisalarını nümunə gətirmək məntiqə uyğun deyil.
Səhifə 11. “Mənim nə çox zəif cəhətim varmış!” ifadəsinin “Mənim zəif
cəhətim nə çoxmuş!” kimi verilməsi daha yaxşı olar.
Dərsliyin birinci bölməsinin materiallarında işlənmiş “daxıl” (səh.19),
“kərən” (səh.28), “kontekst” (səh.28) sözlərinin lüğətdə izahının verilməsi
məsləhətdir.
13
Səhifə 12. “Sinfə qayıdandan sonra müəllim təklif etdi ki, bugünkü dərsin
adını müəyyən edək” fikrinin “Sinfə qayıdandan sonra müəllim bugünkü dərsin
adını müəyyən etməyi təklif etdi” kimi verilməsi məqsədəuyğundur.
Səhifə 13. “Düşün və cavab ver” başlığı ilə verilən bütün tapşırıqlarda ikinci
şəxsin cəminə müraciət olunur. Məsələn, “Mətnə istinad edərək Günay müəllim
haqqında aşağıdakı fikirləri əsaslandırın və ya inkar edin”. Burada başlığın
“Düşünün və cavab verin” kimi verilməsi daha məqsədəuyğun olar.
Səhifə 16. “Müəllim dedi ki, bir həftədən sonra nəticələri elan edəcək”
cümləsinin “Müəllim nəticələrin bir həftə sonra elan ediləcəyini bildirdi” kimi
verilməsi təklif edilir.
Səhifə 16. “О, ürəyinin səsinə cavab eşitmək üçün tələsirdi” cümləsi
anlaşılmazdır.
Səhifə 19. “Hətta mənzillərini də daha kiçik mənzillə dəyişmişdilər”
cümləsinin ardınca məlum olur ki, ailə mənzildə kirayədə qalır. Ona görə də kirayə
tutduqları mənzil yazılsa, daha münasib olar.
Səhifə 23. Burada “Onun dabanı yırtılmaq üzrədir” cümləsi verilmişdir.
Şagirdlərə belə cümlələr verilməsi düzgün deyil. İkincisi, daban qopur, yırtılmır,
ayaqqabı özü yırtıla bilər. “Onun dabanı qopub” yazılsa, daha münasib olar.
Səhifə 26-27. “Məktub” yazısının “Fərd və cəmiyyət” bölməsinə aidiyyəti
yoxdur.
Səhifə 29. “Bəli, mən böyük kişiyəm artıq” ifadəsinin “Bəli, mən artıq böyük
kişiyəm” kimi verilməsi daha doğru olar.
Səhifə 38. “Doktor qeyri-müəyyən tərzdə başını tərpətdi” cümləsinin
“Həkim narahat baxışlarla başını tərpətdi” kimi verilməsi daha doğru olar.
Səhifə 46. “Müxtəlif hesablamaları fikrində yerinə yetirirdi” cümləsinin
“Müxtəlif hesablamaları beynində aparırdı” kimi verilməsi təklif edilir.
Səhifə 57. “Ümid burnu” ifadəsindəki “burun” sözü omonimdir, yoxsa
çoxmənalı sözdür?” cümləsində üslubi qüsur var. Cümlə “Ümid burnu” ifadəsindəki
“burun” sözü omonimdir, yoxsa çoxmənalı söz?” kimi işlənməli idi.
Səhifə 58. “Onlar şəhərlərin əhalisini qırır, vəhşicəsinə çapıb talayırdılar”
cümləsindəki “çapıb-talayırdılar” sözü defislə yazılmalıdır.
Səhifə 59. “1942-ci il dekabr ayının 31-i idi. Həmin gün hamı 37 yaşı tamam
olmuş gənc alim Yusif Məmmədəliyevi təbrik edirdi. Təkcə doğum günü
münasibəti ilə deyil, eyni zamanda yeni kəşfinə görə” cümləsinin “Həmin gün
14
hamı 37 yaşı tamam olmuş gənc alim Yusif Məmmədəliyevi təkcə doğum günü
münasibəti ilə deyil, eyni zamanda yeni kəşfinə görə təbrik edirdi” kimi verilməsi
daha doğru olar.
Səhifə 110. Söz ehtiyatında verilmiş sözlər sırasında “mütrüb” sözü qeyd
edilməmişdir. Lakin MMV-də (səh.113) bu söz üzərində xüsusi dayanmaq qeyd
olunur. Şagirdlər digər sözlərdə olduğu kimi öz fikirlərini söyləməli, daha sonra
müəllimin izahı olmalıdır.
Səhifə 122. 3-cü abzasda “Gün ərzində gəlin kimi 3 rəngə düşürdü: göy, ağ
və sarı” cümləsinin dəyişdirilməsi məqsədəuyğundur.
Səhifə 184. “Bətn” sözünün “qarın” kimi izah edilməsi düzgün deyil.
Səhifə 185. “Fəsilə” sözünün izahatında da yanlışlıq var. Bu söz dərsliyin
179-cu səhifəsində olan “Dinozavrlar” mətni ilə bağlıdır. Mətndə də həmin söz
yerində işlənməmişdir.
3. Dizayn və bədii tərtibat baxımından
Dərsliyin cildinin tərtibatı ideya baxımından xoşagələn olsa da, fon üçün
seçilmiş rəng və xüsusilə də, fonun bir hissəsində verilmiş butalar, mətnlər üçün
seçilmiş şrift ölçüsü və mətnlərin yerləşdirilmə tərzi, rəngi o qədər də uğurlu deyil.
Nəşrin tituluna verilən tərtibat cildinə nisbətən çox sadədir, adı üçün seçilmiş
şriftin daha uğurlu şriftlə dəyişdirilməsi və titulun daha baxımlı olması, nəşrin ümumi
kompozisiyasına uyğunlaşdırılması məsləhətdir.
Dərsliyin içərisindəki rəsmlərdə uşaqların (səh.26,150), eləcə də böyüklərin üz
quruluşunun (səh.26), geyiminin (səh.10, 12), saç düzümünün (səh.146) onların
yaşına, təsvirlərin reallığa uyğun olmadığı hallar var. Təsvirlərin həqiqətə uyğunluğu,
personajların saç düzümü və geyimlərinin məktəbliyə, eləcə də, obrazların
üzlərindəki ifadələrin yaşlarına uyğun olması rəsmlərin inandırıcılığını, şagird
auditoriyası tərəfindən asanlıqla qavranılmasını təmin edərdi. Ümumiyyətlə,
dərslikdə hər bir element həm rəng, həm də mahiyyət etibarilə digərini tamamlamalı,
şagirdin hər gün ətrafında gördükləri ilə ziddiyyət yaradıb onu çaşdırmamalıdır.
Rəsmlərdə obrazlar ümumilikdə ifadəli, baxımlı alınsalar da, bu kimi, düzəldilməsi
mümkün olan bir sıra çatışmazlıqlara da diqqət edilməsi nəşrin dəyərini daha da
artırardı.
Rəsmlərlə mətn eyni səhifələrdə yerləşdirilərkən səhifələnmənin modul
sisteminə əməl olunsaydı, səhifələrdə başlıqlar, onlara aid olan mətndən hər dəfə
15
müxtəlif məsafələrdə (səh.144, 158, 184 və s.) yerləşməz, ayrı-ayrılıqda uğurlu sayıla
biləcək illüstrasiyalar səhifələrdə bu qədər baxımsız (səh.144, 164 və s.) görünməzdi.
Eyni qüsurları digər səhifələrin tərtibatında da izləmək mümkündür. Səhifələrdə
seçim məqsədilə istifadə edilmiş rənglərə, şrift ölçülərinə, yığım tərzinə, sətirlərarası
məsafələrə və səhifələrin ümumi kompozisiyasına diqqət etmək lazımdır.
İllüstrasiyaların tək və cüt saylı səhifələrdə eyni qaydada, yəni sağda yerləşdirilməsi
də açıq kitabda ağırlıq mərkəzinin sağa çəkilməsinə səbəb olur. Əslində, onları həm
tək, həm də cüt saylı səhifələrdə kitabın kötüyünə yaxın deyil, qoşa səhifələrin açılan
tərəflərinə yaxın yerləşdirmək lazımdır ki, ağırlıq bərabər paylansın.
Dərslikdə hər bölmə fərqli rəngdə verilmiş şmustitulla başlayır. Hər bölmənin
başlanğıcında yerləşdirilmiş şmustitulların tərtibatı bütövlükdə nəşrə aid olan titulun
tərtibatından daha sadə olub, az yüklənməsi ilə seçilsə, daha yaxşı olar.
Titul kimi şmustitulların tərtibatı və onlarda fon kimi istifadə olunmuş rəng
çalarları, şrift dəstləri və literlərin ölçüsü də nə şmustitulların təyinatlarına, nə də
nəşrin ümumi tərtibatına uyğun gəlir.
Ümumiyyətlə, dərslikdə ümumi kompozisiya pozulub, cildin tərtibatı nəşrin
içinə verilmiş tərtibata uyğun gəlmir, seçim üsulları mətnin əhəmiyyət dərəcəsini,
başlıqlar üçün seçilmiş şrift, onların pillələrini göstərmir. Rəssam işi qənaətbəxş olsa
da, bədii-texniki tərtibat qənaətbəxş aparılmayıb, rənglər bir-birinə və ümumi
tərtibata uyğun gəlmir.
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
Dərslikdə məzmun xətlərinə dair əsas və alt standartların reallaşdırılmasını
nəzərdə tutan çoxlu sayda müxtəlif tapşırıqlar (çalışma) verilmişdir. Tapşırıqlar əsas
etibarı ilə şagirdlərin yaş xüsusiyyətlərinə uyğundur. Burada, biliklərin tətbiqinə
yönəlmiş, bir qədər düşüncə və təhlil tələb edən tapşırıqlara üstünlük verilməsi
müsbət haldır.
Standartların reallaşdırılması üçün təklif olunan tapşırıqların biri (4. Arzu
etdiyiniz uşaq otağını yazıda təsvir edin. Səh.17) 3.1.1 standartının reallaşdırılması
üçün məqbul hesab edilsə də, 5, 6, 8-ci tapşırıqları (MMV, səh.26) 4.1.4 standartının
(əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir) reallaşdırılması üçün
məqbul hesab etmək olmaz. Tapşırıqların birinin şərti belədir: 5. “Mətndə göy
rəngdə verilmiş sözlərin hamısına xas olan qrammatik xüsusiyyətləri sadalayın”
(səh.17). Həmin sözlər bunlardır: bacarığını, riyaziyyatçı, meydançasına. İkinci
16
tapşırıqda müvafiq şəkilçi artırmaqla (-üş, -in, -lik, -ik, -çü, -ça) sandıq, döy, döyüş,
səp, bil, gözəl sözlərindən düzəltmə isimlər yaratmaq tələb olunur (səh.18).
Sözlərdən biri (“döyüş”) düzəltmə isimdir və bu sözdən yeni düzəltmə isim yaratmaq
mümkün olsa da (döyüşçü), onu ya sadə sözlə əvəz etmək, ya da “düzəltmə sözlərə
leksik şəkilçi artırmaqla onlardan yeni söz yaratmaq olar” qaydasını göstərmək daha
doğru olardı.
Mətnlərlə bağlı verilmiş tapşırıqların sayında balans pozulur. Belə ki,
bəzilərində 15, bəzilərində isə tapşırığın sayı 4-dür.
Səhifə 14. “Dil qaydaları” məzmun xəttinə aid verilmiş tapşırıqlardan 3-ü
reallaşdırılmalı olan 4.1.2 alt standartına aiddir. Lakin tapşırıq 11-də sözlərin leksik
və qrammatik mənalarını araşdırmaq tələbi qoyulsa da, bu, 4.1.2 alt standartının
tələblərinə uyğun deyil. Çünki alt standartda sözlərin leksik mənalarının deyil,
qrammatik mənalarının kontekstə uyğun izahı tələb olunur. MMV üzrə bu alt
standarta aid verilmiş təlim nəticəsi də (Əsas nitq hissələrinin leksik və qrammatik
mənalarını araşdırır.) məsələni tam əhatə etmir.
Səhifə 85. “Şəxs əvəzlikləri”ndə verilən nümunələrin hamısı, eləcə 7-ci
çalışmadakıların çoxu III şəxsin təkindədir, digər şəxslərdə də nümunələrin verilməsi
yaxşı olar.
Səhifə 119. Tapşırıq 4-də “Musiqi əsərinin sizdə yaratdığı təəssürat və
oyatdığı xatirələr haqqında danışın” deyilir. Lakin bu, MMV-də qruplarla iş
şəklində təqdim olunur. Dərslikdə isə bu haqda heç bir məlumat verilmir.
Səhifə 120. Şagirdlərə felləri məsləhət, xahiş, təklif, nəsihət bildirməsinə görə
fərqləndirmək tapşırılır. 6-cı sinif şagirdi üçün əmr şəklində olan fellərin məna
çalarları daha geniş şərh edilməlidir.
Səhifə 132. “Qədim musiqi alətləri” mətni ilə bağlı belə bir tapşırıq var:
(tapşırıq 6) “Oxuduğunuz mətnin tipini və tərkib hissələrini müəyyən edin...”.
İstər dərslikdə, istərsə də MMV-də “mətnin tipini müəyyən edin” tapşırığı çox az
yerdə istifadə olunur və təcrübə də göstərir ki, şagirdlər müstəqil şəkildə mətnin hansı
tipdə olduğunu müəyyən edə bilmirlər. Bundan başqa, yenə bu dərslə bağlı iki mətn
verilib: biri böyük (dərslikdə), biri kiçik (MMV-də). Lakin iki mətndə felin şərt şəkli
ilə bağlı cəmi üç söz işarələnib: istəsə, görməsəm, desəm. Halbuki mətnləri yaxşı
mənimsətmək üçün onu dil qaydaları ilə daha sıx şəkildə əlaqələndirmək lazım idi.
Təkcə keçilən mövzu ilə bağlı deyil, felin digər şəkilləri ilə bağlı təkrar xarakterli
nümunələrin də verilməsi, yaxşı olar.
17
Səhifə 138. Tapşırıq 7-də 3-cü cümlədə (Dostumun çəpəki baxışı xoşuma
gəlmədi) “çəpəki” sözünü zərf kimi göstərmək qüsurludur. Ən azından bu cür
yanaşmanın mübahisəli olduğunu nəzərə alaraq, verməmək lazım idi. MMV-də zərfi
feli bağlamadan fərqləndirmək üçün müəllimə tövsiyə verilir. Orada “feli bağlamalar
felə şəkilçisi qoşmaqla düzəlir, lakin zərflər, adətən, feldən düzəlmir” fikri
vurğulansaydı, seçmək üçün daha asan olardı.
Səhifə 141. Sadə və düzəltmə zərflər haqqında dil qaydasında şəkilçilər
sırasında -anə, -yana şəkilçiləri qeyd edilməmişdir. Lakin 7-ci tapşırığın şərtində
şəkilçilər verilib.
Səhifə 143. 6-cı tapşırığın şərtində defislə yazılan mürəkkəb sözlərin yaranma
yollarına görə təhlili tapşırılır, lakin dil qaydasında bu haqda heç bir şərh
verilməmişdir.
“Heykəltəraş Mirəli Mirqasımov” (səh.112-114, 7 tapşırıq), “Şeyx Səfi
Məqbərəsi” (səh.127-129, 6 tapşırıq), “Dərviş” və “İki qar dənəciyi” (səh.136-138,
7 tapşırıq), “Azıx mağarası” (səh.158-160, 7 tapşırıq), “Mete xaqan” (səh.161-163,
7 tapşırıq) mətnlərinin hər birinə 3 saat vaxt ayrılmışdır. Lakin tapşırıqların həcmi 3
saat həcminə uyğun deyil.
MMV-nin 6-cı səhifəsində yazılır: “...mətnlərdə dil qaydalarına xidmət edən
sözlər göy rənglə verilir...”. Dərsliyin 10-cu səhifəsində “Mənə dedi ki, əsl
Hollivud aktrisaları kimi qaralmısan” cümləsi göy rənglə verilir. Bu cümlədə heç
bir dil qaydası yoxdur və 6-cı sinif şagirdinə “Əsl Hollivud aktrisaları kimi
qaralmısan” şəklində müraciət didaktik cəhətdən düzgün deyil.
Bir sıra tapşırıqlarda standartlarda nəzərdə tutulmayan məsələlər öz əksini
tapmışdır. Məsələn, səhifə 14-də tapşırıq 14, 15; səhifə 18-də tapşırıq 7; səhifə 36-da
tapşırıq 8-9; səhifə 43-də tapşırıq 9 və s.
Tapşırıqların şagirdin məntiqi, tənqidi və yaradıcı təfəkkürünün formalaşması və
inkişafında mühüm rol oynamasını nəzərə alaraq, verilmiş qaydalarla bağlı
nümunələri mətndən seçmək, sözləri cümlələrdə işlətmək və s. yaradıcı işləri özündə
əks etdirən sual və tapşırıqlardan geniş istifadə etmək təklif olunur.
18
5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin)
məzmununun işlənməsi baxımından
MMV-də metodik vəsaitin quruluşu, dərslik komplektinin hazırlanması
prinsipləri, məzmun standartları və təlim nəticələri, məzmun standartlarının
reallaşdırılmasına dair şərhlər, təlim texnologiyaları və təlim nəticələri arasında əlaqə,
dərslərin strukturu, qiymətləndirmə, müxtəlif yazı tipləri haqqında məlumat verilmiş,
hər mövzuya aid dərslərin planı qurulmuş, dərsin icmalı müəllimə təqdim
olunmuşdur. Verilmiş sxemlər, dərsin aparılması barədə təklif olunan üsullar həm
metodiki, həm də elmi cəhətdən işlənmişdir. Dərslikdə olmayan, lakin dərslikdəki
materiallarla yaxından səsləşən bir sıra yardımçı mətnlərin metodik vəsaitə daxil
edilməsi (“Axsaq küçük”, səh.31-32; “Yaxşılıq”, səh.38-39; “Beş manatlıq
həqiqət”, səh.47; “Qələmin ucu ilə ulduz kəşf edən alim”, səh.51; “Durğu
işarələri”, səh.76; “Zarafatın sonu”, səh.78; “Məstan”, səh. 83-84; “Əqrəb və
Tısbağa”, səh. 88; “Əjdaha Komodo”, səh. 98; “Uzunömürlülər muzeyi”, səh.
107), kiçik və böyük summativ qiymətləndirmə üçün təqdim edilən test tapşırıqları
(səh.47-48; 78-79; 107-108), inşa yazılarına aid müxtəlif nümunələrin, dərslərin hansı
üsullarla keçilməsinə dair tövsiyələrin verilməsi müsbət haldır.
Bununla yanaşı, MMV-də hər dərs üçün təklif olunan üsulların heç də hamısını
45 dəqiqə ərzində reallaşdırmaq mümkün deyil. Nümunə kimi 5-ci dərsdə “Son sözü
mənə saxla” və qruplarla iş (D, səh.26; MMV, səh.34-35), 8-ci dərsdə “konfrans”
(D, səh.37, MMV, səh.43) və s. göstərmək olar.
Mətn üzrə məzmun xətlərinin paralel işlənməsində müəyyən qüsurlar vardır.
Belə ki, bir mətn dörd məzmun xəttinin reallaşdırılması üçün mənbə-material
olmalıdır. MMV-nin 5-ci səhifəsindəki “Dil qaydalarına keçid də mətndəki
müəyyən nitq situasiyası ilə bağlıdır” qeydi uğurlu deyil. Şagird dil qaydalarını nitq
bacarığına çevirmək üçün sistemli şəkildə təqdim olunmuş qaydaları həm
tapşırıqlarla, həm də mətnin daxilində verilmiş nümunələrlə paralel işlətməlidir.
Şagird qaydaların əhəmiyyətini, işlənmə hallarını təcrübi olaraq müşahidə etməli,
danışma, oxu və yazı bacarıqlarını reallaşdırarkən müvafiq dil qaydalarından səmərəli
və düzgün şəkildə istifadə etməyi bacarmalıdır. Lakin dərsliyin tərtibatı buna tam
olaraq şərait yaratmır. Belə ki, dil qaydaları bəzən əlahiddə xarakter daşıyaraq, kiçik
qeydlər şəklində mətnlə əlaqələndirilir.
19
MMV-də illik dərs planının verilməməsi ciddi yanlışlıqdır. Məlumdur ki, həmin
illik planlaşdırmada mövzulara ayrılan saatlar dərslər üzrə 1 saat olmaq şərti ilə
paylanılır. Təlim kursunun yenicə bitirmiş müəllimlərə metodik kömək baxımından
bu addımın atılması olduqca vacibdir. Azərbaycan dilinin fənn kurikulumda illik
planlaşdırma nümunəsi qeyd olunmuş, dərslik komplektinin qiymətləndirilməsi
meyarlarında da bu planlaşdırılma işi vacib bir tələb kimi irəli sürülmüşdür. Təəssüf
ki, MMV-də illik planlaşdırmanın nə kimi əhəmiyyətə malik olduğu hiss olunmur.
Fənn müəllimlərinə kömək etmək əvəzinə onlar çaşqınlıq qarşısında qalırlar. Belə bir
düzgün olmayan fikir irəli sürülmüşdür ki, fənn müəllimlərinin fəaliyyəti çərçivəyə
salınmaq istənilmir. Mövzuya aid olan 3 saatı müəllim özü necə bilirsə, elə də
saatbasaat bölə bilər (Bax: MMV, səh.5,6).
Saatbasaat bölgüdən sonra nümunə üçün 45 dəqiqəlik dərslərin mənzərəsi
müəllimlərə təqdim olunmalı idi. Bu dərslər fəal (interaktiv) təlim dərs modelinə
uyğun qurulmalı idi. Amma burada kurs həmin dərs modelinə istinad edə bilmədiyinə
görə həm illik dərs planı bölməsi, həm də saatbasaat bölgü təqdim edilməmişdir.
Halbuki MMV məhz bunun üçün dərslik komplektinin ikinci vacib komponenti kimi
nəşr olunur.
MMV-də dərs icmalı nümunəsi verilməmişdir. Əslində, bu, dərsliyin
qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan vacib meyarlardan biridir. MMV-nin
vəzifələrindən biri də budur ki, nümunə kimi müxtəlif dərs tiplərinə əsasən fənn
müəllimlərinə bir örnək təqdim olunsun və sonunda da qeyd olunsun ki, “hörmətli
müəllimlər, bu nümunələrə baxmaqla, onlara yaradıcı yanaşmaqla öz dərslərinizi
qura bilərsiniz”.
Vəsaitdə fəal (interaktiv) təlimin tətbiqi ilə bağlı nə fəal (interaktiv) dərslərin
mərhələlərini əks etdirən iş nümunəsi, nə də bu dərs mərhələlərinin metodik
açıqlanması verilmişdir.
“Məzmun standartları və təlim nəticələri” başlığında da yanlışlığa yol
verilmişdir. Təlim nəticələri anlayışı səhv izah edilmişdir. Məlumdur ki, təlim
nəticələri dərs ilinin sonunda şagirdlərin əldə edəcəkləri bilik və bacarıqların
məzmununu əhatə edir. MMV əslində dərs ilinin sonunda şagirdlərin nəyə nail
olacaqlarını – fənn kurikulumunun tələblərini burada əks etdirməli idi. MMV-də bu
yoxdur. Belə olan surətdə təlim nəticəsini görməyən müəllim üçün məzmun
standartlarının buraya nə üçün daxil edildiyini müəyyənləşdirmək, məzmun xətləri
üzrə standartların nəyə xidmət edəcəyini təyin etmək sual doğurur.
20
Səhifə 6. Qeyd olunmuş “Əsas məqsəd tədris ilinin sonunda məzmun
standartlarının tələblərinə cavab verməkdən ibarətdir” fikri yanlış yanaşmanı əks
etdirir. Tədris ilinin sonunda təlim nəticələrinin həyata keçirilməsi əsasdır.
Səhifə 7-12. Alt standartlardan sonra təlim nəticələri kimi təqdim edilən
“izahlar” yanlış yanaşmadır. Daha çox standartların istifadə imkanlarını daraltmağa,
onlardan yayınmağa gətirib çıxarır. Bunu yoxlamaq üçün alt standartlarla göy rəngdə
verilmiş “təlim nəticələrini” müqayisə edərək qarşılaşdırmaq lazımdır.
Standartlara əlavə kimi təqdim olunan “təlim nəticələri” anlayışının metodiki
əsası yoxdur. Onların bir çoxu alt standartdakı məlumatları ya təhrif edir, ya da
genişləndirir. Burada yalnız alt standartın tələbləri şərh edilə bilər. Belə bir tövsiyə
xarakterli şərh Azərbaycan dili fənn kurikulumunda təqdim olunmuşdur. Ona tərəf
istiqamət verilə bilər, ya da çətin anlaşıla bilən alt standartın mənası bir qədər sadə
variantda müəllimlərə ayrıca şərh oluna bilərdi.
Səhifə 13. Sonuncu abzasda göstərilir ki, məzmun xətləri üzrə üsullar seçilir.
Halbuki üsullar yalnız alt standartlar əsasında müəyyən olunur və bu zaman
standartın fəaliyyət hissəsinə diqqət yetirilməlidir.
Səhifə 14, 21. Təqdim olunan “Qərarlar ağacı” öz metodik məzmunundan
uzaqlaşdırılmış, yanlış iş üsuluna çevrilmişdir. Fənn kurikulumunda (o cümlədən, Z.
Veysovanın “Fəal/interaktiv təlim” (müəllim üçün vəsait), Bakı: 2007, səh.98-99 və
yenə də həmin müəllif “Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının
tətbiqi”, Ana dili fənni üzrə müdavimlər üçün təlim kursu vəsaiti, Bakı: 2013, səh.85)
bu metodun alqoritmi, pasportu dəqiq şəkildə təqdim olunsa da, MMV-də yanlışlığa
yol verilmişdir.
Səhifə 15. “Dərslərin strukturu” başlığında adları çəkilən fəal/interaktiv dərs
mərhələləri açıqlanmamış, ondan istifadə olunması şübhə altına alınmış (bax: səh.15,
axırdan ikinci abzas), dərslərə dair qeyd olunan metodik tövsiyələrdə bu dərs
mərhələlərinə istinad olunmamışdır. Bu isə kurikulumun tələblərinə ziddir.
Səhifə 126. “Şeyx Səfi məqbərəsi” mətnində 2.2.2. alt standartı dərslikdə
reallaşmadığı halda, MMV-də qeyd edilmişdir.
21
Nəticə
1. Dərslik komplekti məzmun xətləri üzrə əsas və alt standartların
reallaşdırılmasına əsasən imkan vermişdir.
2. Bir çox mətnlərin informasiya yükü ağırdır və bu, məzmun xətlərinə aid alt
standartların reallaşdırılmasına mane olur. Oxu məzmun xəttinə aid müxtəlif tipli,
rəngarəng tapşırıqların sayının artırılması təklif edilir.
2. Dil qaydası məzmun xətti ilə bağlı qaydaların verilməsində
sadədən-mürəkkəbə prinsipinin gözlənilməsi, şagirdin nəticəni müstəqil şəkildə əldə
etməsinə imkan verən tapşırıqların sayının artırılması təklif edilir.
3. Yazı məzmun xətti üzrə təqdim olunmuş yazı növləri ilə bağlı nümunələrin
bir çox dərslərdə müxtəlif formalarda verilməsi, dərs ili ərzində müxtəlif vaxtlarda
təkrar olunması təklif edilir.