Post on 04-Mar-2020
2 № 4 (16) QıĢ 2015
Təsisçi və baĢ redaktor:
Azad Qaradərəli
e-mail ünvanımız:
azadqaradereli@yahoo.com
Dərginin elektron ünvanı:
www.yazidergisi.com
Facebook ünvanımız:
http://www.facebook.com/yazıdergisi.
edebiyyatjurnalı
Dərgi ilə telefon əlaqəsi:
050-3737121 və 055 -7173403
BANK HESABIMIZ:
HESAB SAHĠBĠ:
VƏLĠYEV AZAD VƏLĠ OĞLU
Hesab nömrəsi: 382100000001713
VÖEN 1801515182
ĠBAN
AZ75JBBK00000382100000001713
BANKIN ADI:
Bank of Baku ASC Neftçilər filialı
VÖEN 1700038881
Kod: 507376
Müxbir hesab
AZ27NABZ01350100000000007944
S.W.I.F.T. JBBKAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Mətbu nəĢrlərin qeydiyyat reyestri №3467
Dərginin qapaq hissədində və
içərisində verilmiş rənggarlıq
nümunələri görkəmli Meksika
rəssamı Dieqo Riveraya
məxsusdur
4 № 4 (16) QıĢ 2015
BaĢ redaktordan .......................5
Ədəbiyyat xəbərləri ..................6
Yazıçının arxivindən
Sabir Əhmədli “Yazılmayan yazı”
roman, davamı ............................8
Bir kitab Ģeir
Nərmin Kamalın Ģeirləri ............13
Nəsr. Romanlar
YaĢar Bünyad “Ġblis busəsi”(əvvəli)
.....................................................34
RəĢid BərgüĢadlı “Kor düyün”
.....................................................53
Hekayə guĢəmiz
Əkrəm Əylisli, Svetlana Turan,
MüĢfiq Xan,
Cəlil CavanĢir, Fərid Ġbrahimli,
Zamiq Mehdisoyun hekayələri
....................................................97
Poeziya, poeziya
ġaiq Vəli, Sevinc Elsevər, ġəhriyar
Ġbrahimov, Emin Akif, Zaur Sahil,
Nofəl Ümid və Azər Xanlarovun
Ģeirləri......................................116
Güneyin səsi
ElĢən Böyükvəndin essesi və
Zaman PaĢazadənin Ģeirləri
.................................................124
Ədəbi birliklər. “Yumruq” ədəbi
birliyinin üzvləri qonağımızdır.
Ġlkin Tomar, Nicat HəĢimzadə,
Ġsmayıl
Rizvanoğlu və Murad Ramazanovun
hekayələri...................................131
Çevirmə
Ġ.V.Göte, Orxan Vəlinin Ģeirləri,
Q.Q.Markesin və S. Alekseyeviçin
hekayələri və 1-ci Pyotrun ailəsi
haqqında yazı.............................137
Nəsr
Azad Qaradərəli “ġüĢə ev”, roman
(davamı).....................................158
Esseistika
Niyazi Mehdi “Dilüstü və diliçi
gəziĢmələrdən” (davamı)--
Azər Cəfərov “Tahirə Qürrətüleyn
azadlıq aĢiqi...............................191
Palitra
Rəssam Diyeqo Riveranın
əsərləri.......................................198
Yeni nəĢrlər
...................................................200
BU SAYIMIZDA
Üç aylıq ədəbiyyat dərgisi 5
Ġstəkli oxucular! “Yazı” ilk sayından
etibarən həmiĢə çətinliklərlə üz-üzə olub.
Hətta bir neçə dəfə çapını dayandırmaq
qorxusu da yaĢayıb. Amma sizlərin hərtərəfli
dəstəyi ilə bütün bu sınaqlardan çıxa bilib. Bir
halda ki, mövzuya burdan baĢ vurduq, aĢağıda
deyəcəklərimizi bilməniz sizin haqqınızdır.
“Yazı” iki Ģeydən fəaliyyətini dayandıra
bilər: bir, hamıya bəlli olan maliyyə
yoxluğundan. ġükür ki, hələ bunu real
görmürəm. Nədən ki, çox güvəndiyim bir
neçə dost var ki, onların sayəsində hələ bu
təhlükə real deyil. Ġki, həmin dostlardan
hansısa dərgidə çox zəif bir yazının – dəxli
yoxdur, özünün, ya özgənin – getməsini təkid
edər. Həm də bu dost tək olmaz, o biri dost da
eyni Ģeyi istəyər. (Ġkisinin də eyni Ģeyi
istəməsi real görünmür. Amma Azərbaycanda
hər Ģey ola bilər.) Bax, onda heç nəyə
baxmadan, heç kimə gənəĢmədən, hətta bir
vida yazısı belə yazmadan, bu dərgini çəkər,
bağlayaram, heç uff da demərəm!
Sözümün canı var. Xətrini çox
istədiyim bir qələm dostum bu yaxınlarda bir
mətn göndərdi və dönə-dönə ərklə təkrar etdi
ki, mənim yazımı oxu, fikrini de. Hətta belə
də bir fikir yazdı ki, çap edəndən sonra
dərgidən 100 manatlıq alacam həm də.
Mən də onun qələminə bələd biri
kimi, (dərgidə dönə-dönə çap etmiĢəm onun
yazılarını və ümidvaram ki, hələ yenə də çap
edəcəyəm) yarızarafat, yarıciddi cavab
yazdım ki, oxumadan çapa verəcəyəm!?
O isə israrla tələb edirdi ki, oxuyum.
Nəysə, oxudum və anladım dostumun
narahatlığını. Qətiyyən bu adamın qələmindən
çıxmıĢ yazıya bənzəmirdi. Elə bil kimsə gəlib
onun əlindən kompüterini almıĢ, özü oturub
yazmıĢ və ona özünün yazdığını təlqin edib
getmiĢdi... Sadəcə Ģeytan əməli...
Bəs nə etməli? Götürüb mətni alt-üst
elədim. Pafosları atdım, redəktə deyil, anti-
redəktə etdim. Və çapa uyğun bir hala
gətirdim. Nə edim axı? Dostdur bu və
tərslikdən demiĢəm ki, oxumadan çapa
verəcəyəm-filan... (Amma and olsun haqq-
salama ki, o yüz manatlıq dərgi almaq
söhbətinin bura qəti dəxli yoxdur! Bir Allah
Ģahiddir buna. Yəni, o dostdan heç vaxt o
təmənnada olmamıĢam da.)
Və ona yazdım ki, oxudum, amma
belə, belə, filan. Bir qədər pafosu
yığıĢdırmıĢam, orasına-burasına əl
gəzdirmiĢəm və çapa gedəcək bu nömrədə...
Boy! Dostum bir partladı ki! Bir sözümə də
toxunmayın, ya olduğu kimi verin, ya da heç
verməyin!
Dedim yaxĢı, necə istəyirsən. Və
məcbur olub izah etdim ki, əfəndim, mən bu
yazını bu, bu, bu səbəblərə görə çap edə
bilmərəm. Onu da əlavə etdim ki, ümidvaram
ki, bizim aramızdakı ədəbi polemika
dostluğumuza ziyan gətirməyəcək. Vah-vah!
O baĢladı, nə baĢladı. Sizin də (yəni mənim)
yazılarınızda mənim bəyənmədiyim yerlər
olub, amma mən üstünü vurmamıĢam, filan,
filan, filan...
Yadıma illər əvvəl “Yazı”ya bir
baĢladığımız bir dostumun sözləri düĢdü:”Biz
bir-birimizin yazıları haqda bir-birimizə fərdi
qaydada çatıĢmayanları deyəcəyik, bunu
mətbuata çıxartmayacağıq.” Əlbəttə, mən
bununla razılaĢmadım. Sonuc: biz bir-
birimizdən yüz min kilometrlərlə aralıdayıq.
Elə o dost “Yazı”dan da o qədər məsafədədir.
Xanımlar və cənablar! Bilin və agah
olun: bizim ədəbiyyatın yüz illərdir böyük
hədəfə çatmamasının səbəblərindən ən
böyüyü məhz budur: bir-birimizi yalandan
tərifləmək, bir-birimizin gözünə kül üfürmək.
Etməyin, lütfən bu saxtakarlığa rəvac
verməyin. Və “Yazı”nı da düz yoldan
sapmağa vadar etməyin...
S.A.(Söz ardı)
Bu yerimizdə tamam baĢqa bir ədəbi
polemika olasıydı. Fəqət, olmadı... Məzur
tutun...
BAŞ REDAKTORDAN
6 № 4 (16) QıĢ 2015
Ə Ə
Ə Ə Ə
Ə
Bu il ədəbiyyat üzrə Nobel mükafatına
belorus yazıçı Svetlana Aleksieviç layiq
görüldü. 1948-ci ildə anadan olan yazıçı
Svetlana Aleksandrovna Aleksieviç ömrü
boyu tarixi, siyasi hadisələrin mərkəzində
olub. Jurnalist kimi fəaliyyəti dövründə o,
Sovet-Əfqan savaĢı, Çernobıl faciəsi, SSRĠ-
nin dağılması kimi böyük proseslərlə bağlı
reportajlar hazırlayıb. Yazdığı yazılarla
ölkəsindəki rejimini sərt Ģəkildə tənqid
etdiyinə görə 2000-ci ildə onun haqqında
cinayət iĢi açılıb. Bu təqiblərdən sonra
Svetlana ölkəsini tərk edib. Sonrakı illərdə
Paris, Göteborq, Berlin kimi Ģəhərlərdə
sürgün həyatı yaĢayan yazıçı, nəhayət,
2011-ci ildə yenidən ölkəsinə dönüb.
Yazıçının əksər əsərləri SSRĠ-də yaĢamıĢ
insanların həyatından bəhs edir. Sovet-
Əfqan savaĢı haqda yazdığı “Sink uĢaqları”
və “Çernobıl uĢaqları” kimi əsərləri yüksək
tirajla satılıb. Onun “Müharibənin qadın
üzü olmur” əsəri 1985-ci ildə yayımlanıb və
qısa müddət ərzində 2 milyon nüsxə satılıb.
Romanda Ġkinci Dünya müharibəsinin gizli
məqamları qadınların monoloqları vasitəsilə
oxucuya çatdırılır. Müəllif 1993-cü ildə
yazdığı “Ölümlə ovsunlananlar” əsərində
SSRĠ-nin dağılmasından sonra ümidsizliyə
qapılıb intihar edən insanların həyat
hekayəsini göstərir.Svetlana Aleksandrovna
Aleksieviçin əsərləri 19 dilə tərcümə
olunub. Svetlana Aleksieviç “Polifonik
yaradıcılığı ilə dünyamızda əzab və cəsarətə
abidə qoyduğu üçün” bu il ədəbiyyat üzrə
Nobel mükafatına layiq görülüb.
Böyük Britaniyanın məĢhur ədəbiyyat
mükafatı “Man Booker” bu il yamaykalı
yazıçı Marlon Ceymsin “A Brief History of
Steven Killing” romanına verilib.
Kitab 1970-ci illərdə Bob Marleyə qaĢrı
hazırlanan suiqəsd cəhdindən bəhs edir.
Qeyd edək ki, “Man Booker”in
qaydalarına əsasən Marlon Ceyms 50 min
funt-sterlinq pul mükafatı verilib.
Üç aylıq ədəbiyyat dərgisi 7
ə
Fransanın Qrenobl Ģəhərində hekayə
terminalları qoyulub. Bu terminallar
bankomat, telefon köĢkü kimidir, amma
xidməti hekayə çap etməkdir.
Yoldan keçənlər bu böyük və narıncı
terminalların düyməsini basmaqla pulsuz
hekayə çıxara biləcəklər. Seçimdən asılı
olaraq, 1, 3 və 5 dəqiqəlik hekayələr.
Düyməni basan kimi hekayə emal
olunmuĢ ekoloji kağızda çıxacaq. Kağızın
uzunluğu supermarketlərin verdiyi hesab
çeki boydadır və pulqabına yerləĢir.
ə ə ə ə
ə ə ə
Suriya Türkmən Məclisinin baĢqanı
Abdurrahman Mustafa Suriyada
türkmənlərin baĢına gətirilən müsibətlərdən
söz açıb. O bilıdirib ki, Suriyanın Bayır-
Bucaq, Lazkiyə, Hələb, Rakka, DəməĢq
bölgələrində 3,5 milyon türk yaĢayır.
Hələbdəki türklərin vəziyyəti daha ağırdır.
Çünki onlar ĠġĠD-in zülmü altındadırlar.
DəməĢqdə olanların vəziyyəti daha ağırdır,
çünki onlar da Assad rejiminin əzab-
əziyyətlərinə düçar olublar.
Hələbdə daha bir vandalism baĢ verib.
Böyük Azərbaycan Ģairi Ġmadəddin
Nəsiminin məzarüstü məqbərəsi dağıdılıb.
Ə
ə ə
ə
“O bildirib ki, dəfələrlə xəbərdarlıq
edilməyinə baxmayaraq öz yazılarında və
müsahibələrində klassiklərə tənqid
münasibəti göstərdiyinə görə, çağdaĢ
yazarlarımıza olmazın atmacalar atdığına
görə, öz yaĢıdı olan yazarları aĢağıladığına
görə nizamnaməyə uyuğun olaraq birlik
sıralarından çıxarıldı” – bu barədə AYB
yetkilisi RəĢad Məcid məlumat verib.
TanınmıĢ Ģair Salam Sarvanın istefa ilə
bağlı AYB rəhbərliyinə ərizə yazıb. Verilən
xəbərə görə, ərizəyə baxılıb və S.Sarvan
rəsmən birlik sıralarından xaric edilib.
8 № 4 (16) QıĢ 2015
YAZIÇININ
ARXİVİNDƏN
SABİR ƏHMƏDLİ
Yazılmayan yazı memuar roman
(əvvəli ötən saylarımızda)
Çoxunu əsl doğumundan iki-üç yaĢ böyük
göstərib, göndərirdilər əsgərliyə, davaya.
Əgər Vaqifin doğulduğu ili iyirmi beĢ
götürsək, belə çıxacaqdı ki, ortancıl qardaĢ
böyükdən də böyükdür.
DemiĢdim, atamın söylədiyinə görə Cəmil
o, Xanlıqda «verbovĢik» iĢləyəndə doğulub.
Ġyirmi altıncı ilin mart ayı, axırı . Vaqifinsə
dövlət verən yaĢı 1925-dir. Daha bu nə
oldu, Cəmildən də böyük oldu, bu- böyük
qardaĢdan əslində balaca oğlan. Vaqifin
sənəddə təvəllüdü iyirmi beĢdir, onunla bir
ayda, bir ildə – analar xatırlayır, doğulan
uĢaqlar iyirmi səkkiz, yuxarısı iyirmi yeddi
gedirlər. Vaqifi iyirmi beĢ təvəllüdlə hətta
qırx üçüncü ildə əsgər də aparmıĢdılar.
Bir Ģəkil qalır, onu mən Cəmilin muzeyinə
vermiĢdim. Dəyərli sənəddi. Heyf, heyf bu
Ģəklin çəkildiyi il arxasında yazılmayıb.
Yoxsa, bu Ģəkillə bizim yaĢımızı düpdüz
qoymaq olardı. Orada Ģəkildə atamdı, frenc
dəst geyimdə, baĢı açıq, nazik saçı yana
daranmıĢ. Onun yanında kətildə əyləĢib
anam – Tavad, kərpici-Ģotlanka dizlik,
kofta, baĢında qara örpək. Cavanca,
yeniyetmə gəlin. Anamın qucağında bir
yaĢı olar-olmaz uĢaq. Bir uĢaq da atanın –
Məmmənin dizləri arasında. Ayaq üstə,
atanın dizlərinə söykənib dayanıb. BaĢı
açıq, qırxıq, gözünün birini qıyıb. Arxada
gəlinlə ərin baĢı üzərində ucaboy, kostumlu
, qalstuklu bir ziyalı dayanıb. Gəlin - anam,
Tavad, qucağındakı ağ köynək, körpə mən,
atanın dizləri arasında gödək Ģalvarlı uĢaq
Vaqifdi. Arxada dayanıb, bunların üstünə
əyilmiĢ, onları elə bil qucmaq istəyən
oğlansa Ġbrahim – ĠbiĢ dayımdır. Anamın
böyük qardaĢı. O zaman o, rayon maarif
Ģöbəsində inspektordu, müdir olmuĢdu. Bir
də həmin çağlarda ĠbiĢ dayım Cəbrayılın
DaĢkəsən kəndində məktəb müdiri
iĢləmiĢdi. ĠbiĢ dayım hərdən istirahət
günləri evə – bizə gələndə alma-qoz
gətirərmiĢ mənə. Mənim hələ dilim
açılmamıĢdı. Dayını görən kimi çətinliklə
deyərmiĢəm: «Amma, kos». Bu Ģəklə baxıb,
oradan uĢaqların, Vaqifin də mənim də
yaĢımı bilmək olar. Heyf, Ģəklin hansı ildə
çəkildiyi bilinmir.
Qaydadır, uĢaqları körpə yaĢından
böyüklərə oxĢadırlar. “Ġgid oğul dayısına
çəkər!” deyiblər. Cəmili ĠbiĢ dayıma
bənzədirdilər. Onun kimi, bir qədər sərt
sifətliydi. Alnı açıqdı, gözlərinin ağı daha
böyükdü, bu ağlıqdan da onun bütün sifət
vücuduna bir bəyazlıq gəlirdi. Cəmilin saçı
elə qalın deyildi. Bunun bir baisi də anam
olmuĢdu. QonĢudan darax almıĢ, uĢağın
baĢını yuyub bu daraxla daramıĢdı. Demə,
qonĢunun qız uĢağında keçəllik varmıĢ,
daraxdan da yara düĢmüĢdü Cəmilin baĢına.
Atam xəbər tutdu, onu Bakıya apardı,
sağaltdılar, amma bir az yeri qalmıĢdı. Onu
Bakıya apardıqları mənim güclə yadıma
Üç aylıq ədəbiyyat dərgisi 9
gəlir. Böyük dayımız ĠbiĢin də saçı qalın
deyildi, qabaqdan, alnından bir qədər
açılmıĢdı. Bu da onu, Cəmili də ağıllı, alim
adama bənzədirdi. Belə bir düĢüncə vardı,
ağıllı-bilikli adamın saçı tökülmüĢ, alnı açıq
olur. Ən çox Lenini misal gətirirdilər, saçı
meĢə təki olan Marksı, Engelsi deyil,
Lenini.
UĢaqkən Cəmili ĠbiĢ dayıma, məni Səfərə
oxĢadırdılar. Vaqifi görünür, qohum-
əqrəbadan oxĢatmalı bir kəs tapmayıb, özgə
ad-ayama qoĢmuĢdular. Qoca xalamız
Səkinə, qonĢular ona MəĢədi Müslüm
deyirdilər. Dinməz, sakit, fağır idi, kimləsə
iĢi olmaz, heç kimlə vuruĢmaz, Ģuluq
salmazdı. Büsbütün mənim və illah da,
böyük qardaĢ Cəmilin əksinə, dinc-dinməz
uĢaqdı. Ona görə də böyüklərin,
valideynlərin ondan xoĢu gəlirdi. Onları
incitməyən uĢaqdan həmiĢə valideynlərin
xoĢu gəlir. Ona bir də “Məzlum” deyirdilər.
Oynamaqla, dava-dava, topaldıqaç, gizlin-
paçla arası yoxdu. Bu elə bil uĢaq deyildi.
Cəmil hər Ģeyin üstə ona acıqlanırdı. Bir
kərə də bir bərk sillə çəkmiĢ, bundan uĢağın
gözünə ağ gəlmiĢdi. Atam onu Bakıya
apardı. Xeyli qaldı xəstəxanada, gözünü
operasiya etdilər, bəbəyi örtən ağı
götürdülər. Mən o, Bakıda olarkən onun
yamanca xiffətini çəkdim. Hər gün yala
çıxırdım. Dəyirman dərəsinin o üzündən
Ģose yolu, maĢınlar, Cəbrayılın avtobusu
gəlirdi. Dərədə uĢaqlar, cavanlar futbol
oynayırdılatr. Dəyirman dərəsinin bəri
üzündə təpədə dayanıb, o taya sose yoluna
baxırdım. ġəhərciyimizin bir avtobusu
vardı. Bu vaxtlar, axĢamüstü on altı
kilometr aĢağıda, Araz qırağında olan
Mahmudlu dəmir yol stansiyasından
avtobusun gəlməyini gözləyirdim. Hər gün,
hər axĢam gözümü aĢağılardan, Arazbardan
diklənib gələn uzun – yollara dikirdim. Bu
taydan o tay seçilirdi, gələn maĢınları
görürdük. MaĢın da çox deyildi. Bu gün
gəlmədi, mənim qaqaĢım. Sabah yenə yola
dikirdim gözümü. Bu yaldan eniĢlər, Tulus,
Cada, Ġmambağı yamacları, lap axırda
Arazbasar torpaqları görünür, Araz
seçilirdi. Qatar oradan, Arazbardan keçirdi,
bizimkilər orada düĢürdülər. QaqaĢ
gəlmirdi.
Axırı gəldi.
Qızların ondan xoĢu gəlirdi, yazıqları
gəlirdi, uzunsifət, uzunburun, iri , fağır
baxan gözü elə bil deyirdi: “Mənim sizinlə
iĢim yoxdur, Siz də mənə toxunmayın!”.
Adam uĢaqlıqda hansı xasiyyətdə olursa,
böyüyəndə də elə qalır, Bir anadan doğulan,
bir atadan gələn övladlar niyə bunca fərqli
olurlar? Ġnsanda bütünlükdə bu xasiyyətlər
haradan, nədən törəyir? Biri olur od parçası,
o biri su, dinc, laldinməz.
Cəmilin Vaqifi nə üstə vurduğu belə
olmuĢdu. ĠbiĢ dayım kefcil adamdı, yesin,
içsin, zarafatlaĢsın. Onun evdə çaxırı
olurdu. Bir kərə necə olmuĢdusa o, uĢağa
bir stəkanmı, yarım stəkanmı çaxır
içirmiĢdi. Bu uĢağın keflənib nə
törədəcəyini görsün. UĢaq – Vaqif həmiĢə
çəkindiyi böyük qardaĢının üstünə
cummuĢdu, əmməlicə götürübmüĢ çaxır
onu. Bunun niyə belə cürətləndiyi Cəmili
acıqlandırmıĢ və o, qardaĢına tərs bir
Ģapalaq iliĢdirmiĢdi. Sonralar, atam anam
da bunun üstə ĠbiĢ dayımdan bərk
incimiĢdilər : “UĢağı içirdərlər? Çaxır
verərlər körpəyə!?” Keçib getmiĢdi, yarım
stəkan çaxır uĢağa baha oturmuĢdu…
Üç oğlan, axırda bir qız. YaxĢı tərkibdi,
daha olmayacaqdı, bəsdi. Biz də axĢamlar
böyüklərin məclisinə qoĢulurduq. Onların
keçmiĢlərdən üzü bəri söylədikləri
əhvalatlara, nağıllara qulaq asırdıq.
Babaların hal, cin tutmağına inanırdıq,
ürəkdən danıĢırdılar. Balaca ikən, səhərə
pay saxlamaq bizdə bir adətdi. AxĢama
10 № 4 (16) QıĢ 2015
yaxĢı Ģam xörəyi biĢirdi. Hamı süfrə baĢına
yığıĢıb yeyirdik, plov, dolma, küftə, daha
nə. Hər kəs də, uĢaqlar yeməyimizin bir
qismini saxlayırdıq. Qalsın sabaha, sabah
da plov yeyək. Bu biri saxlamasa daha
yaxĢı, mən yeyərəm, onun ağzının suyu
axar, ĢiĢirdərəm onu.
AĞACDA YATAN UŞAQ
Bizim adlarımız barədə
düĢünmüĢəm. Evin ilk böyük övladının
adını Cəmil qoymuĢdular. Bu ad haradan
götürülmüĢ olardı? Çox halda, keçmiĢlərdə,
ata-babanın adını yeni doğulmuĢ övlada
qoyurdular, ya da “Quran”dan, dindən
götürürdülər. Azərbaycanda nə qədər
«Məhəmməd» adı olardı? Saymaqla
qurtarmazdı. Buna görə də Məhəmmədləri
seçmək , niĢan vermək üçün adla yanaĢı
saysız-hesabsız ayama, ləğəblər iĢlənirdi.
Məncə bizim nəslimizdə, Cəmil adı
olmuĢdu. Bu bəlkə də babamız Molla
Bəkirin Ləmbərənli ulularından biri imiĢ.
Sonralar ağlıma gəldi axı, ƏliĢ Ləmbəranski
də Ləmbərənlidir, mənim baba
yurdumdandır, onun atasının adı Cəmil
olmuĢdu : «ƏliĢ Cəmiloviç» də deyirdilər
ona . Bəlkə, nə biləsən, onun da atasının adı
bizim böyük qardaĢımızın adı götürülən
eyni mənbə imiĢ. Bu, mənim ağlıma sonra
gəldi, baĢqası bundan bəhrələnə də bilərdi,
o vaxt ki, ƏliĢ Ləmbəranski Baksovetin
sədri idi, bu «qohumluqdan» yarınardı.
Evin ikinci övladı - “Vaqif” adı
bilinmir, Qarabağda Vaqif tanınan addır.
Vəzir olmuĢdur, onun adını da Qarabağda
çox yerdə övladlara qoyurdular. Qarabağda
Ģair və oğlu səbəbi hələ də örtülü qalan
faciəli bir ölümə sürülsə də.
Qaldım mən : “Sabir” adı bəs
haradan götürülmüĢdür? Bir çoxları güman
edirlər, bu ad böyük Ģairimiz Mirzə Ələkbər
Sabirin adından götürülmüĢdür. Sabir –
Ģair, özü də bu onun adı yox, ləqəbidir,
haradan götürmüĢdür? ġair özü söyləmiĢdir.
Ərəbcə «səbr» sözünü Ģair özünə ləqəb
götürmĢdür. Səbr , hövsələ, gözləmək
mənasında Ģairin buna aid Ģeri də var. ġair
onun adının baĢqa mənasını bilirmiĢ?
Güman ki, yox. Adı Sabir olanların əksəri,
hamısı bu sözün baĢqa mənasını yəqin
bilmirlər. Bu adı mənə qoyanlar da onu
ancaq səbr anlamında, böyük Ģairimizə
verilmiĢ ləqəbin mənasında bilmiĢdilər.
Otuzuncu ildən geri, ondan qabaqlar bu ada
Azərbaycanın heç yerində, heç bir adamda
rast gəlməzsən. Bu ad bizdə ancaq
otuzuncu illərdən sonra qoyulmuĢdur. Bu
da görünür, həmin illərdə, Ģairin yubileyi və
onun adının dirçəldilməsi ilə bağlı olub.
1868-də anadan olmuĢdu. Ələkbər Sabir
1928- 60 illik yubileydə, sonrakı illərdə
onun adı tez-tez xatırlanmaqda idi. Ad da
dəbdə olur .
Mən “Sabir” sözünün daha yeni və maraqlı
mənasını çox sonra öyrəndim. Onun sonra
bildiyim, öyrəndiyim mənasını
Azərbaycanda kimsə, adı Sabir olanlar, bu
adı övladına qoyanların heç biri
bilməmiĢlər.
ġəkiyə ezamiyyətə getmiĢdim.
Buranı ilk dəfə görürdüm. ġəhər çox
xoĢuma gəldi, gözəl mənzərəsi, meĢələrin
bürüdüyü dağlar, karvansaralar… Gəzib
dolanıb, gəlib çıxdım xan sarayına. Ora
muzeydi, müdiri bir ağsaçlı, qocaman
kiĢiydi. O, məni muzeylə tanıĢ etdi. Xanın
əyləĢdiyi otağı, hərəmxana, cəza yeri
hamısını niĢan verdi. Xan sarayı səliqəli,
ĢüĢəbəndli alt-üst mülkdü. Ġndi xan nədir,
adi biznesmenlər Bakıda, AbĢeronda elə
evlər tikirlər Xan sarayı onun yanında xırda
bir mülkdü. Amma görünür on səkkiz, on
doqquzuncu əsrdə belə bir yaĢayıĢ yeri çox
yüksək sanılırmıĢ. Sarayın qarĢısında iki
Üç aylıq ədəbiyyat dərgisi 11
böyük ağac vardı. Bunlar ġəki xanının
dövründən qalma idi. Muzeyə baxan saç-
saqqalı çallamıĢ, mehriban əmi ilə əyləĢdik
sarayın həyətində. Muzeydə yaxĢı əĢyalar
vardı. Dörd ədəd qızılla iĢlənmiĢ xan-
padĢah tacını mən orada gördüm. Sonralar
eĢitdim, həmin dəyərli taclar saraydan
harayasa aparılmıĢ, yoxa çıxmıĢdır. Kimsə
mənimsəyib daĢ-qaĢla bəzənmiĢ qızıl
tacları.
KiĢi mənim adımı soruĢdu. EĢitdi
və dedi:
“Qoy kitabı gətirim. Sənin adının
mənasına baxaq, görək nədir?” Bu söz
məni düĢündürdü. Mənə adımın mənası
çoxdan bəlliydi. Yəni, bunun böyük
Ģairimizin söylədiyi “səbr, səbr edəndən”
özgə də bir mənası vardı? Qoy, gətirsin
görək kitabı!
Xan sarayının həyətində bir daxma
da vardı. KiĢi, görünür, oranı kitabxana,
saxlanc eləmiĢdi. Oradan çıxıb gəldi.
Əlində qalın, ağır, qara bir kitab gətirdi.
Qabaq-qarĢı alçaq kətillərin üstə oturduq.
KiĢi iri ağır kitabı dizinin üstünə qoyub,
baĢladı varaqlamağa. Deyəsən 1914- cü ildə
Türkiyədə nəĢr olunmuĢdu. Köhnə nüsxə
idi, Allah bilir, haralardan gəlib buraya
çıxmıĢ, son yurdu Xan sarayı olmuĢdu.
Axtardığını tapdı və oxumağa
baĢladı: “Sabir – qədim türk tayfalarından
birinin adı. Lüğəti mənası – “qızıl”
deməkdir”. UĢağa ad qoyanda onun adını
ucadan çağırır qulağına, qıĢqırırlar yadında
qalsın. Mənim yaĢım otuza çatmaqda idi.
Elə bil adımı həmin gün, həmin an, özü də
bu kiĢi verdi.
“Dədə Qorqud”dan bilirik ki,
bizim ulularımız insan bir yüksək iĢ
görməyincə ona ad vermirmiĢlər, eləcə
adsız yaĢayırmıĢ. O vaxtacan ki, el üçün
gərəkli, unudulmaz bir iĢ yapsın. Onda
Qazan xan, Dədəm Qorqud gəlir və ona
tutduğu iĢə, göstərdiyi igidliyə görə ad
verirmiĢ. “Adını mən verdim, allah
yaĢatsın” deyirmiĢlər. Mən indiyədək, bu
çağadək bir yaddaqalan, böyük iĢ
görmüĢdümmü? Güman ki, yox. Amma
adımı bu ağsaqqal, mehriban müdrik ata
verdi. Ġndiyə qədər adımı örtən pərdəni də
götürdü. Bir gilə Ģübhəm yoxdu, indi
“Sabir” adının əsl mənasını məndən, bir də
bu kiĢidən savayı kimsə bilməz. Get,
Azərbaycanda yüz Sabirin hər birindən
soruĢ deyə bilməzlər, onların adı
“səbr”sözündən savayı, daha hansı mənanı
daĢıyır. Halbuki bu söz daha qədim,
mənalıydı. Bizim kökümüzlə, çox
qədimlərlə bağlıydı. Özü də, sonralar, bu
adı yozduqca bir çox tarixi əlamətlər ortaya
çıxırdı. Məsələn, türklərin yurdu Sibir sözü
də, güman ki, buradandı. Bir halda ki, Sibir
də qızıl yataqlarıydı, qızıl qədim türklərdə
Sabir adlanırmıĢ. Sibir, Sabir, necə yaxındı.
O gündən baĢlayaraq “Sabir” sözü mənim
qulağımda elə hey səslənir. Bu sözün sorağı
gedib, ululardan ulu, olduqca qədim
minillərə çatır.
Bir kərə Moskvada, Kremldə nə
isə böyük bir yığıncaqdı. Bir tatar ziyalısı
danıĢırdı. O, çıxıĢında bir söz iĢlətdi :
“Sabantuy”. Yerdən salondan gülüĢdülər.
Gülənlər baĢlıcası ruslardı, onlar çoxdan
bəriydi, “Sabantuy” sözünü tatarlara
sataĢmaqdan ötrü iĢlədirdilər. Oradaca tatar
ziyalısı gülüĢənlərə tənə ilə anlatdı :
“Bu,qədim tatar sözüdür. Saban - tuy – qızıl
toy deməkdi tatarca”. Yadıma düĢdü ki,
uĢaq vaxtı bizim hərəmizi bir ayama ilə
çağırırdılar. QonĢular böyüklər, xalalar,
bibilər hər uĢağa bir yığcam, məzəli ad
verirdilər, bütün qonĢular məni “Saban”
çağırırdılar. QonĢumuz, Füruzə xalagil
məni sevərək bu adla çağırırdılar.
Səltənətin, Ġmranın, Sürəyya xalanın,
anamın məni “Saban, qurban olum!”,
12 № 4 (16) QıĢ 2015
“Saban, baĢına dönüm!”, «Saban, hey!»
deyib səslədikləri yadımdadır.
Füruzəxalagil otuzuncu illərdə Orta
Asiyaya, Mərvə sürgün edilmiĢdilər. Ġndi
ağlıma gəlir, görünür, Orta Asiya,
Tatarstanda iĢlənən bu sözü də, onlar
Türkmənistanda eĢitmiĢdilər. Mənim adımı
belə səsləndirirdilər.
Xan sarayında elə bil qiymətli bir Ģey
tapdım və anladım ki, mənim bütün
sabirlərdən üstünlüyüm odur ki, mən səbr
yox, qızıl mənasında, qədim türk
tayfalarının birinin adını daĢıyıram.
Budur mənim adımın mənası –
Sabir qədim türk tayfalarından birinin adı,
“qızıl” mənasını daĢıyır. Doğulanda ad
qoyanlar özcə ata-anam da, bu sözün
qədim, tarixi kökünü bilməyə bilərdi…
Məncə, Ələkbər Sabir də nə qədər türkçü,
türkcanlı olsa da, öz adının mənasını 1915-
ci ildə basılmıĢ türk qamusunda yazıldığı
tərzdə bilməmiĢdir. Belə çıxır ki, bu ad
hamıdan, bütün sabirlərdən artıq, haqlı
olaraq mənə aiddir, çünki Azərbaycanda bu
sözün əsl kökünü siftə mən tapmıĢam, izinə
düĢmüĢəm. Bir qədim saray baxıcısının
yardımı ilə aĢkar edilmiĢdir qədim ad.
Adının əsl mənasını otuz yaĢında
bilən, ona görə də ad qoyulması üçün
“Dədəm Qorqud”da olduğu təki millət, el
üçün bir iĢ görməli olan adamın uĢaqlığı
həyət-bacada, qonĢularda, daha sonra
bağlarda ağaclara dırmanmaqla, son
meyvələri daĢlamaqla keçmiĢdi.
Mən anadangəlmə kor doğulmuĢam. Anam
Tavad yenicə doğulmuĢ körpənin gözlərinin
açılmadığını görəndə ağlamıĢ, demiĢdi:
“Mən koru neynirəm?”
QonĢumuz Səttar, Qaffar , Əminə
müəllimənin anası Səkinə xala özünü
çatdırmıĢ, anaya toxdaqlıq vermiĢdi. O, el
arası həkimdi. DemiĢdi : “Dərd eləmə.
UĢağın gözləri açılacaq”.
Rəmzi mənada deyə bilmirəm, amma cüssə,
bədən əzası sarıdan, mən – körpənin
gözləri doğrudan da iki-üç saatdan sonra
açılmıĢdı. Amma mən-uĢağın gözləri
həqiqətən nə vaxt açılmıĢ, bəsirət gözü
görməyə baĢlamıĢdı, bunu söyləmək
çətindir. Səkinə xala ağbirçəkdi, anamın
anası qonĢu rayona köçüb getdikdən sonra,
ağbirçəklik Səkinə xalanın öhdəsinə
düĢmüĢdü. QonĢu, gəlini yalqız qoymur,
hayanlıq göstərirdi.
Üç-dörd yaĢında körpəykən, mən yamanca
acgözdüm. DəqiqabaĢı anamdan yemək
istəyirdim. O da qalırdı mənimlə neyləsin.
Evdə yemək sarıdan elə bir korluğumuz
yoxdu, amma mən çörək, yemək
istəməkdən təngə gətirmiĢdim. Axırı o, bir
tədbir gördü. Gecə yatanda mənim gözümə
çörək bağladı. Bu ondan ötrüydü ki, gözüm
doyar. Bir parça çörəyi büküb, gözlərimin
üstünə qoymuĢ, sarımıĢdı. Mənsə gecənin
yarısı, gözümə bağlanmıĢ həmin çörək
parçasını dartıb, qoparıb yemiĢdim.
Müharibə illəri odun tapılmırdı, qalırdıq
soyuqda, odun olduqca baha idi. Gecələr
qaranlıqda çıxırdım. YaxınlaĢırdım qonĢu
çəpərlərinə. Bu çəpərlərin payaları olurdu.
YaxĢıca odundu. Həmin payaları tərpədib,
laxladır, yerindən çıxarıb, gətirirdim evə,
yarıb, doğruyub, doldururdum sobaya. Soba
qıjıltı ilə yanır, ağzından od-alov püskürür,
otağımız qızırdı. Səhəri, birigünü yenə
payalara əl qatırdım. Bu dəfə baĢqa
qonĢunun çəpərini bələdləyirdim
gündüzdən. Bir də görürdüm qonĢumuz,
ağbirçəyimiz Ayba xala çəpərə, çəpərdən
çıxarılmıĢ payanın oyuq qalmıĢ yerinə
baxır, baĢını bulayır. Bunun mənim iĢim
olduğunu bilir, hərdən bizim həyətə qalxıb,
göz gəzdirirdi, bəlkə onların çəpərindən
çıxarılmıĢ payanın qalığını, bir parçasını
görüb tanıdı. BaĢqa yolla da odun əldə
etmək olardı. (davamı olacaq)
Üç aylıq ədəbiyyat dərgisi 13
BİR KİTAB ŞEİR
Nərmİn Kamal
Paltaryuyan maĢın haqda Ģeir
Küsülüyük səninlə,
qucaqlaĢmır, öpüĢmür, yatmırıq neçə
gündür
bir döĢəyin üstündə
Sənə toxunmaq belə,
dəhlizlərdə bir görüĢ
sən mətbəxdən qayıdıb
mən mətbəxə gedəndə
Küsülüyük səninlə
qucaqlaĢmır, öpüĢmür, yatmırıq neçə
gündür
üst və alt paltarlarımızsa
sıxılıb qucaqlaĢır paltaryuyan maĢında
Əvvəl köynəklərimiz
sonra Ģalvarlarımız
sonra daha naziklər
mənimkilər ağ
səninkilər qara
mənimkilər güpür
səninkilər pambıq
qarıĢıb seviĢirlər suların ortasında
bax, küsülü deyillər ĢüĢənin arxasında
Sən indi yan otaqda futbola
baxmaqdaykən
mən indi bu otaqda təmizlik etməkdəykən
barıĢdırır
sarmaĢdırır
seviĢdirir bizi
Samsung paltaryuyan makina
ağ köpüklər içində
1 saat 30 dəqiqəlik rejimdə
2009
Qaz sobası
bizdə dördgöz qaz sobası var
varmı bundan sizdə?..
mətbəxi təmizləyəndə
üstünü qaldırıb
baxdım içinə sobanın,
gördüm qaranlıq
paslı dəmirlər,
hörümçək torları
və qara naqillər…
necə olub bu vaxtacan
olmayıb xəbərim
üstündə sarı yumurtalar,
narıncı köklər, qırmızı ətlər,
ağ göbələklər qızartdığım yerin,
əlimin düz altında belə qorxunc,
belə torlu, naqilli
qaranlıq aləm olmasından!?
indi bu qapağı necə bağlayım,
necə bərkidim yerinə
birdən yenə görər gözüm oranı,
birdən o qaranlıq dünyadan,
naqillərin yoğun boyunlarından
14 № 4 (16) QıĢ 2015
demirəm bədheybət,
demirəm yekə çoxayaqlı hörümçək,
axır, nəsə bir Ģey çıxar yuxarı
qapını möhkəm bağlayıb qaçmaqdan
küçəyə yüyürməkdən
baĢqa yolu
varmı,
varmı bunun?!
yox, yoxdusa bizdəki dördgöz qaz
sobasından sizdə,
bilmədinizsə nəyi deyirdim, hansı qapağı,
dostunuzun baĢını və ürəyini nəzərdə
tutun eləysə
qaz sobası sözlərinin yerində.
2011
Ömür marketi
Bir gecə ömür satıldığını eĢitdik
pulqabını götürüb ömür almağa getdik
necə də sevindik
arzusu çox olanlar
həyatdan doymayanlar
uĢaqlar gənclər qocalar...-
uzun bir növbə vardı
hamı ömür alırdı
alanlar yenə növbəyə dayanırdı
növbə bizə çatanda
bitdi ömür.
ən bahalı qiymətlərə də vermədi kimsə
öz beĢinci altıncı ömür kartını bizə
insanlar yaĢamaq
yenə yaĢamaq
bir də yaĢamaq
yaĢamaq
yaĢamaq istəyirdi...
2006
Neft və hicab
Hərdən mənə elə gəlir ki
sən neft quyususan
mən səni qazıyıram
münasibətimiz lülədir
yəni quyunun qazılmıĢ hissəsi
hərdən mənə elə gəlir ki
sən neft quyusu deyilsən
mən səni qazımıram
münasibətimiz lülə deyil
yəni quyunun qazılmıĢ hissəsi
hərdən mənə elə gəlir ki
mən özüm neft quyusuyam
sən məni qazıyırsan
münasibətimiz lülədir
yəni quyunun qazılmıĢ hissəsi
hərdən mənə elə gəlir ki
mən neft quyusu deyiləm
sən məni qazımırsan
münasibətimiz lülə deyil
yəni quyunun qazılmıĢ hissəsi
hərdən mənə elə gəlir ki
biz ikimiz də neft quyusuyuq
bir-birimizi qazıyırıq
münasibətimiz lülədir
yəni quyunun qazılmıĢ hissəsi
hərdən mənə gəlir ki
biz heç birimiz neft quyusu deyilik
bir-birimizi qazmırıq
münasibətimiz lülə deyil
yəni quyunun qazılmıĢ hissəsi
biz bir-birimizi
nəzarət edilməyən sürətlə qazıyanda
Üç aylıq ədəbiyyat dərgisi 15
aramızda torlar yapıĢqan gilli süxurla
tıxaclanır
onda sevməyi dayandırır
alçaq sürətli maye dövranıyla torları
təmizləyirik
lülənin təmizlənməsi üçün
maye dövranı yaradır
100 barel yüksək özüllü təmizləyici
məhlul vurur
lülə geniĢ həcmdə dağılmasın deyə
nasosla vurma zamanı
borunu lülədibindən yuxarı ən azı yarım
Ģam
hərlədirik
sonra yenə sevməyə davam edirik
onda iki yanaĢı quyuda
iki yanaĢı lülənin qovuĢması baĢ verir
ətrafa sement, vint, əhəng
hicab, Ģalvar, portmanat səpələnir
bir də səs və bilil
drill drill drillll
2007
Kartof qızartması haqqında Ģeir
bir gecə qəfildən
hər hansı səbəbdən
evindən küçəyə qovulmuĢ
ya da həmiĢə küçələrin səfil sakini olmuĢ
insanı
veyil-veyil gəzdiyi qəsəbə həyətlərində
ən çox
nə dərd, nə kədər, nə qəm,
nə uğursuz keçmiĢ, nə ümidsiz gələcək,
nə həyatın ədalətsiz mənzərəsi,
nə zeytun ağaclarının soyuq-soyuq
yellənməsi,
nə yorğunluq, nə Ģaxta, nə buzlayan
ayaq barmaqları,
nə də bu kimi Ģeylər deyil,
qapılardan küçəyə yayılan
kartof qızartmasının qoxusu incidər ən
çox…
o xoĢbəxt evlərdə xoĢbəxt analar xoĢbəxt
qızlarına
kartof qızartmağı öyrədərlər
necə doğramalı
necə çevirməli
yarısı çiy qalıb, yarısı yanmamalı...
xəbərsiz olarlar qapılarından keçən
səfillərin
kartof qızartmasının qoxusuna
titrəyən burun pərlərindən
bəlkə də olar xəbərləri
indi
qalınlığı bir, bir tam onda beĢ santim,
uzunluğu ovuc içi boyda kartof dilimləri
mənim kartof dilimlərim
tavada qızarmaqda ikən
düĢünürəm
gecəyarı oyanıb kartof qızartmaqda
bir Ģairanəlik var
bəlkə pəncərənin altında biri var
bəlkə yoxdu
bəlkə sürtkəcdən keçirib qızardım kartofu
bəlkə sürtkəc yoxdu
bəlkə bir Ģəhər kartof soyub qızardaq
bəlkə bir Ģəhər kartof soyub qızardaq
intəhası
bəlkə Ģəhər yoxdu
bəlkə soymaq yoxdu
bəlkə qızartmaq yoxdu
nə uzadım,
kartof qızartması
16 № 4 (16) QıĢ 2015
tək kartof qızartması deyil ki
daha gözəl yaĢamağın qoxusudu
o baĢqa söhbətin mövzusu ki
bəlkə yaĢamaq yoxdu
qoxu yoxdu
kartof da yoxdu
2006
Konserv qutusu
Bu vitrində
səni hər görəndə
canıma üĢütmə düĢür
üzərində ət Ģəkli, balıq Ģəkli,
sən ey girdə konserv qutusu,
göründüyün qədər məsum deyilsən
deyilsən göründüyün qədər məsum
diĢsiz əyyaĢlarla görmüĢəm səni
vağzallarda
əvvəl doyurub
sonra zəhərə çevrilmisən
qanlarında
mərhəmət tapmıĢ ac piĢiklərlə
görmüĢəm səni,
əvvəl doyurub
sonra kəsmisən ağızlarını
dibini yalayanda
gecələr dığırlanırsan məĢum küləklə
Ģəhərin boĢ qalmıĢ küçələrində
çox duymuĢam səsini
xəstəxana ĢüĢələrindən
yuxusu qaçmıĢ küçə itləri hürər,
körpələr çığırar,
sən dığırlanardın məĢum küləklə
görmüĢəm səni Marinagildə
milisin ölüm səbəbləri çantasının içində,
- əĢyayi-dəlil kimi,
kilkə balıqdan yeyib qoymuĢdu
pəncərəyə
saxlamıĢdı səhərə zavallı
zəhərləndi səhər yeyəndə
xalam oğlu Əfqanın arvadı
üç qız anası, xalis moskvalı
yetimlər evində böyüdü, -
sənə o vaxtdan inandı.
Ġndi hanı?!
Bu vitrində səni hər görəndə
canıma üĢütmə düĢür
üzərində ət Ģəkli, balıq Ģəkli,
sən ey girdə konserv qutusu,
göründüyün qədər məsum deyilsən
elə hey
Ģokoladlı xama gəzən xoĢbəxt gözlərimə
iliĢirsən
yoxsulları, acları, bəxtsiz vağzal
əyyaĢlarını,
qoca itləri, sısqa piĢikləri,
göstərirsən
metal qapağında.
görürsən xoĢuma gəlmirsən,
gələn səfər lap çox görünürsən,
mənə belə
nə demək istəyirsən?!
2011
Rəqiblər
Onlar mənim on iki yaĢımda doğuldular,
böyüdülər,
sinəmin yarısın tutdular
Üç aylıq ədəbiyyat dərgisi 17
Heç özümdən ayırmadım
daĢıdım
özümlə birgə
Onları tam da özüm saymıram
amma
kədərləri kədərim, sevincləri sevincimdir
Onları verməli olduğum hədiyyə sanıram
bəzən
özgənindir,
amma mən saxlayıram onunçün
Ġnəklərlə üz-üzə gəldimmi, pərt oluram
izah edə bilmirəm
amma xoĢ deyil inəklərdə də olması
Geyinməyə baĢlarkən
ən birinci onları geydirirəm,
çimməyə baĢlarkən də eləcə
yol keçən uĢaqlı qadındırlar və
güzəĢt edirəm sanki
Hər zaman hesablaĢıram onlarla
paltar alanda çox açıq olmasın
köynəkdə sintetika, tərə qarĢı vasitədə
aliminium olmasın
Tez-tez yoxlatmalıyam, bilirəm,
xərçəng yetiĢdirirlərmi gizlicə
Ancaq yoxlatmıram, inanıram dostluqda
sədaqətlərinə
Mən də əsl dost kimi dururam arxalarında
bir dəfə Ģillə də vurmuĢam səfehin birinə
minnət qoymuram,
dostumun yolunda dalaĢmıĢam sadəcə
Ancaq onlar sevilərkən də xoĢbəxt
olmuram
Onlar sevilərkən də xoĢbəxt olmur
qadınlar
çünki biz özümüz istərdik o cür
sevilməyi.
Eyni zərblə
Çox çalıĢdım olmasın
amma oldu.
Oldu, – dünən baĢın dəydi masaya
mən də eyni zərblə
eyni məsafədən
baĢımı vurdum masaya
görüm necə ağrıdın,
görüm necə incitdi səni o ağrı
necə oldu ki, belə ağladın.
Çox çalıĢdım olmasın,
amma bu gün yenə baĢın dəydi
bu səfər çarpayının ayağına
eyni zərblə
eyni məsafədən
götürüb mən də
baĢımı vurdum çarpayının ayağına
gördüm necə incitdi səni bu ağrı
gördüm necə ağrıdın
gördüm niyə belə ağladın
bildim çox incidibmiĢ
çox ağrıdıbmıĢ səni, indi bildim
bundan sonra da biləcəyəm
əlin yansa əlimi yandıracam
dizin siyrilsə
üzüm üstə asfalta yıxılacam mən də
qolun sınsa qolumu sındıracam
mən həmiĢə
bütün ağrılarında
səninlə olacam
eyni zərblə
eyni məsafədən
18 № 4 (16) QıĢ 2015
Geriyə dönmək
Arxadan onları izləyirəm...
Musiqi texnikumundan çıxıb bulvara
tərəf gedirlər.
Bakıdır.
70-ci illərin sonudur.
Apreldir.
Dallarınca addımlayıram bulvara doğru...
Gedənlərdən biri atamdır
saçları qara, gözləri qatran sobası
boyu buludlarda
yaĢı on doqquz
özündənrazı
O biri anamdır
əynində sarafan
əlində musiqi aləti və kitabları
üzündə təbəssüm
aprel küləyi oxĢayır Ģabalıdı saçlarını
və ağca bədənini,
dəli kimi sevirlər bir-birini
hələ heç nə anlamırlar,
bir günaha batmayıblar
sanarsan:
heç qadına əl qaldırmaz bu cavan oğlan,
heç səsini qaldırmaz bu cavan qız,
qıymazlar bir uĢağın göz yaĢına...
Yüngülcə öskürərək yanaĢmaq istəyirəm
onlara
istəyirəm qıĢqırım: Dayanın!
Qurtarın bu axmqlığı. Siz böyük səhv
edirsiniz.
Çıxarın üzüklərinizi.
- Bu qadın sənə görə deyil, ata!
- Bu kiĢi sənə görə deyil, ana!
Sən tezliklə əsəbi bir kiĢiyə dönəcəksən,
saçların vaxtsız ağaracaq,
evdən çıxıb buralara gələcəksən fikrini
dağıtmağa
təkbaĢına, dərdbaĢına...
Sən tezliklə hirsli bir qadına dönəcəksən,
səsindən baĢqa heç bir Ģey qalmayacaq
sabaha
qapını çırpıb evlərin arasında gəzəcəksən
təkbaĢına, dərdbaĢına...
bir uĢaq ağladacaqsınız
elə əzab çəkəcəksiniz, - kimsə çəkməyib
elə əzab
özünüzü atmaq istəyəcəksiz
sevgilə baxdığınız bu dənizə....
Birdən anamın gözəl üzü dönüb mənə
baxır gülərək,
atam buludlardan əyilib alnımdan öpür,
mən, hiyləgər uĢaq, susuram,
demirəm onlara deyəcəyimi,
qıĢqırmıram ki: “Dayanın!”
Çünki doğulmaq istəyirəm bu dünyaya
qucaqlayıb sıxıram onları bir-birinin
bağrına
sürtürəm dodaqlarını çaxmaq daĢı kimi
və deyirəm: Buyurun, evlənin,
buyurun, edin edəcəyinizi.
2013
Çilov adasında
Arvadlar deyinərdi,
“Ay baĢ beynimiz getdi
televizoru söndür
onsuz da eĢitmirik”
Üç aylıq ədəbiyyat dərgisi 19
KiĢilərsə deyərdi:
“Kimsə türmədən qaçıb
bu da onu axtarır
yuxarıdan gəlibdi”
Düz uçub gedənlərlə
heç iĢləri olmazdı
elə ki dövrə vurdu
ağızlar açılardı
Rəna deyərdi: “Pır pırrr
get o biri həyətə
orda karlar yaĢayır
ər də kar, arvad da kar”
Rafiq deyərdi: “Rəna,
get çiyninə bir Ģey sal
memarlardı bəlkə də
Ģəklimizi çəkirlər”
Nənə altdan yuxarı
Dərdin söylərdi ona
“Çadrovıda evim vardı
Səməd əmi satdırdı”
Müəllimlər deyərdi,
vertolyot səs-küyünə
göyə baxan uĢaqlar
gələcəkdə kasıb olacaqlar
UĢaqlar yağlı yağlı
SöyüĢə qərq edirdi
ən utancaq olanı
dalını göstərərdi
çox yaxından uçur bu
pəncərələr sınacaq
“Yenə getdi qayıtdı
ala e kül baĢına”
Ölülər deyinərdi,
nə əbədi sükutmuĢ
DaĢlərimiz çatlayır
diĢlərimiz çatlayır
Vertolyot uğultusu
bizə qulaq asardı
o gözdən itən kimi
cırcırama baĢlardı.
2013
Ġlbiz
Ġlbiz, gəl dırmaĢ ayaqlarıma,
amma astaca astaca...
sürün, sürün, azca sağa,
gəl dabanımın yanına...
o çatlamıĢ səhralara
toxun suluca qarnınla
bəsdi, bəsdi, yol uzundu
nə qədər canın suludu
Ġlbiz!
dırmaĢ ayaqlarıma,
ĢüĢələr cızan yollarla,
dünən sındırmıĢdı ağam...
dırmaĢ yaslana yaslana,
dırmaĢ sallana sallana...
orda bir yara var, orda,
düz topuğumun yanında,
o yaraya bir dövrə vur,
gillən astaca-astaca...
yoxuĢ uca, sən balaca,
orda yoluna əngəl var,
mən tük deyim, sənsə ağac,
indi tapĢırram yatarlar,
yolun açıq gecə uzun,
dırmaĢ astaca astaca...
20 № 4 (16) QıĢ 2015
evin ovcumuun içində,
otaqları burma burma,
sən məni gəz, mənsə onu,
dırman astaca-astaca...
kömür qurtarar sobada, -
sən dizimə yan alınca.
ġirə burax gəldiyin yola
qayıdanda azmayasan
ocaqda kösöv sönəcək,
deyirəm ki, qorxmayasan.
2015
Hirslənəndə
hər kiĢi bir baĢqa cür
hirslənir hirslənəndə
atam qəfil qıĢqırır
qolu ĢüĢəni sındırır
gözü gözümə Ģığıyır...
ərim qıĢqırmır çox vaxtı
çox acı sözlər söyləyir
namaz qılır göz yaĢıyla
məndən nə deyir Allaha...
Faiq süfrəni siyirir
salır qab-qacağı yerə
dolma, kabab dığırlanır...
Rza içəri düz girir,
əvvəl deməzsən hirslənib
gedib çaydanı götürür
açıb tullayır bayıra...
Natiqin üzü qızarır
yumruğu da düyün düĢür
ilan kimi fısıldayır
söyüĢ söyəcək indicə...
Bəs sən necə,
necə hirslənirsən, əzizim,
birdən hirsləndirsəm səni
nəylə vurarsan məni...
2015
ġüĢələr
hər gülüĢmədən sonra
bir ĢüĢəni vurub sındırardı
nəslimin qadınları
gülüĢlər çox olanda
üçünü
inanardılar hər gülüĢmənin ardınca
ağlayacaqlarına
banka-balonla çıxardılar
qarĢısına göz yaĢı tanrısının
bəzən Ģampan ĢüĢəsi olardı bu,
bəzən limonad,
ancaq çox vaxt qatıq bankaları olardı
silahları
mən də bir əlimdə süpürgə,
birində xəkəndazla
süpürərdim sınıqları
hərəsində
bir baĢqa cür görünərdi üzüm,
bəzilərindəsə heeç, heç...
2015
Dovğa
Bu gecə nə pis gecədir
dovğam çürüdü, a dostlar
Qatdım nə nazu-nemətim ki vardı,
amma çürüdü, a dostlar
Onu dünyatək fırlatdım
Üç aylıq ədəbiyyat dərgisi 21
qolum ağrıdı durmadım
qapı döyüldü getmədim
bircə mesaja dözmədim
baxdım görüm kimdi yazan
Xasiyyəti necə tündmüĢ
mənə heç güzəĢt etmədi
ürəyin geniĢ etmədi
bir an nədir gözləmədi
dovğam çürüdü, a dostlar
Bir dəstə keĢniĢ doğradım,
bir dəstə Ģüyüd doğradım
nanə, kəvər də doğradım,
bir yumurta, bir az düyü
vaxtım getdi, gücüm getdi,
bir mesaj nə olan Ģeydi
boylanmağımla çürüdü?!
Süfrəmdə yeri boĢ qaldı
özü getdi sözü qaldı
heç bu qədər yandırmazdı
mesaj yazan yar olsaydı
bu gecə nə pis gecədir
dovğam çürüdü, a dostlar.
2014
Əvvəlki kimi
Deyirlər, narkotik belə itirib
əvvəlki keyfiyyəti
Bir doz heroindən bir üfürümə aldığın
həzzi
indi üç dozdan
ala bilmirsən
Qatqılı heroin bir yana qalsın,
öz əlinlə evin dalında əkdiyin
çətənənin həĢiĢi belə,
xaĢxaĢın hələ buxara qoyulmamıĢ
mayesilə
qarıĢdırmasan
qaldırmır adamı
göyün yeddinci qatına
əvvəlki kimi
“Polislər narahat olmasın”
- deyir həzz əhli,
“daha hazırlamasınlar min əməliyyat
təhlükəsi yoxdur gənclərin”
2003
Təhsil Nazirliyi
Ġlk siqaretini bölüĢən məktəb qaçaqları
ilk öpüĢmənin ləzzətini duyan litse qızı
partalardakı söyüĢlər
divarlardakı üstəgəlli sevgilər
pəncərə qıraqlarındakı yarımçıq perajkilər
Təhsil Nazirliyinə tabe deyillər
2003
Ərizə
XahiĢ edirəm, inciməyin
cənab Ağayev,
əlinizin altında iĢləyən qadınlar
daha istəmirlər gizlətmək bəzi günlər
sizə yazdıqları icazə ərizələrində
əsl səbəbi bəhanələrlə
Əmək Məcəlləsindəki
üstüörtülü xəstəlik bəndləri kimi də deyil,
onlar
ap
açıq yazmaq istəyirlər gözəlliklərini
2003
Mahnı
AxĢam külək qalxdı
adlarımızı
mənasız əhvalatlarımızı
allahdan arzularımızı
yazdığımız çərpələngi apardı
22 № 4 (16) QıĢ 2015
Pərdələri və ətəklərimizi qaldırdı
Hamı dedi:
bir bax, bax:
yay da qurtardı
2003
ÇıxıĢ yolu
Sevgiliniz atanda sizi
ürəyiniz bulananda kədərdən
təhqir olunanda gözünüzün içinə kimi
canınıza üĢütmə salanda
qarĢıda böyük illəri tək yaĢamaq
Buna dayanmaq istəyirsizsə bir az asan
çarəni uzaqda axtarmadan
yubanmadan
dəyiĢin ayaqqabınızı
Sağ ayaqqabını sol ayağa geyinin
Sol ayaqqabını sağ ayağa
Yol gedin durmadan
Elə narahatlıq verəcək ki ayağınıza
Kirəclənmə gələcək ki
tərlikdən damarlarınıza
Hər dərdə dözmək
nə qədər asandı bunun yanında
2003
Ġzlər
Valadar fabrikindən
bir toxucu qıza danıĢdım olanları,
Ġnanmadı
O vaxt Ġstanbulla Bakı
eĢq yaĢayırdı
BDU-nun həyəti
yaxĢıydı onda
Sonra Abel Məhərrəmov
hardan tapıldı yayda
Ġzlərin üstünə
qırmızı piltələr düzdü
köhnələrin yerinə
yeni skamyalar qoydu
Gül əkdi
Gül
Biçdi bir gün
bekarlıqdan
yarpaqlarını saydığım ağacın
410 yarpağını
Əvvəl BDU-nun arxasından
alimxanaya keçmək
yanından
NəĢriyyata qalxmaq olurdu
Buludların dalınca düĢüb
sərhədsiz qaçmaq olurdu
Ġndi
Bağlıdı
Abel müəllimin pencəyi tək
98-in payızı dönməyəcək
BDU-da təmir getdi
sevgilərin izləri itdi
Ġzlər -
daha yoxdu
Ġndi görəndə qopub piltələr
bir-bir
döĢəmələr
deyirəm
Əccəb oldu!
2002
Tort
bizim Ģəhərdə
narkotik satılan yerlər çoxdur
tort satılan yerlər də çox…
ancaq yalnız birində
bəlkə də dünyanın yalnız bir yerində
kakainli tort sifariĢ etmək olar
nizami küçəsi
dalan altı, ev yeddi
köhnə hamamın yanı
Üç aylıq ədəbiyyat dərgisi 23
dadlı Ģirin xəmir
üzəri kivi ilə bəzədilmiĢ
ancaq zəhlətökən kremlər, ədviyyatlar
yerinə
ad gününün tarixi və adın
bir aĢbaz azərbaycan qadınının
barmaqları arasından
kakain tozuyla səpilmiĢ…
qadın sifariĢi tamamlarkən
əllərini önlüyünə silmiĢ.
2003
Yeni azadlıq hərəkatı
Doktor Mahmudəli,
sən yadımıza düĢürsən tez-tez oturanda
dostlarla
deyinirik arxanca:
necə bir azadlıq lideridir, niyə dönmür
Avropadan
casus deyildisə əgər,
niyə tənha buraxdı Cənubu - deyirik
2003 marta möhlət qoymuĢdu, hanı hanı
hanı
niyə azdırdı coĢan ehtirasları…
…90-cı illərin sonunda
burda
Piruz Dilənçi adlı bir nümayəndən
yaĢayırdı,
xatirində varsa
fotosu əksik olmurdu qəzetlərdən
arvadı "Yeni Müsavat"a
onun alçaq adam oldugundan bəhs edir
hansısa kasetlər verirdi
o isə 19 yaslı bir qıza aĢiq oldu
Ģeir və mahnı yazmağa baĢladı o sıralar,
tutuldu getdi
Savalanlı casus arkadaĢınız
Aslan Xalidi də düĢür yadımıza
ondan-bundan borc yığıb çıxdı aradan…
niyə belə olduğunu anlatma bizə
həvəsin varsa belə
bundan sonra
bizim kafelərdə masaya diĢqurtdalayan
çöplər qoymaq
adəti qədər ikrah doğuracaq hər cıxıĢınız
və CAMAH deyəndə
son iki hərfi xüsusi vurğuyla
söyləyəcəyik…
və DAK-ın da yeganə gördüyü iĢ
üç yerə parçalanmaq oldu…
Bizim türmələrdə telefon jetonunun
qiyməti
1 sirvandır
bilmirəm sizdə neçəyə…
O içəri düĢəndən sonra,
açıq danıĢmaq olmur
bilirsən kimi deyirəm, -
bizim qezətlər elə hey elan cap edir:
"Bir it itib, tapanı mükafat gozləyir:
bir ayağı yoxdur,
gozləri kordur
bir qulağı və quyruğu kəsikdir
bədəni elədir ki su içəndə və yeyəndə
yıxılır,
adı XoĢbəxtdir"
bakılılar Allahı "allahcığım, allahcığazım
bojenka, milinkiy" çağırmağa baĢlayıblar
Ġqtisad Məhkəməsinin önündə aldanmıĢ
iranlı tacirlər
növbəyə dururlar
Ġsrail səfirliyinin zirzəmisilə birinci
mərtəbəsi arasında
aĢağı-yuxarı ekĢn edən eskalatoru
sökürlər,
özü də insanlar yarıyolda olarkən sökürlər
keçən gün Xomeyni canına qıydı
24 № 4 (16) QıĢ 2015
tinlərdə rus lotosu oynanılan
və sədası mikrofonla ətrafa yayılan
axĢamçağılar harda qaldı
gözləmə salonlarında vağzalların
baĢ dizə qoyan qocalar ölümü unutmadı,
gor-kəfən pulu qismində boĢ araq ĢüĢələri
ehtiyatı yığdı
bilirsənmi harda gizlətdi?
Fialetov stansiyasının zirzəmisində,
oğurlamayın ancaq.
Təbrizdə konsulluqsa açıldı, saçıldı və
soldu
mənsə hələ də gəncəm
necə uzun çəkdi bu gənclik…
yekə bir hamburger istəyirəm
içində Ģirin fayner yarpaqları
və istiotlu alman sosisi olsun
cıxıb Avropa mehmanxanasının damında
oturmaq
ayaqlarımı aĢağı salladib yellədə-yellədə
onu diĢləmək istəyirəm
yanımda yetər ki bir radioqəbuledici
olsun
və yalnız 102 FM-ə tuĢlansın dalğası
onsuz da Xəbərlərdə danıĢılmayacaq
Çehrəqani…
Səninlə son musahibəmizi unutma
yeni tikilmiĢ hələ istifadəyə verilməmiĢ
altmıĢ mərtəbəli bir binanın
ən gözəl yeri harasıdır, soruĢmuĢdun…
yalnız indi tapmiĢam cavabını
santexnika borularıdir ən gözəl yeri,
doktor
evində baĢına yığıĢmıĢdıq
o baĢın ki içinə su dolduğunu deyirdin bir
neçə il öncə
və bizim gözlərimiz yaĢarırdı o vaxt
bunun üçün
məsxərəyə qoyurmuĢ səni cənublular
uĢaq da inanmaz, getməzmiĢ ardınca
sənsə sayğılı lideri olduğunu deyirdin
cənublularin
eybi yox, eybi yox ki, aldatmisan bizi
mən yenə sevirəm səni
özünə yaxĢı bax, doktor,
trenajorda məĢq elə
B1 vitaminləri vurdurmamıĢ olma
saatı elə hey 20 dəqiqə qabağa çək
sanki vaxt sənə qarsı amansız deyil
yalnız sənin
qıpqırmızı qaraltdığın ölkədə qalıbmıĢ
azərbaycanlılıq
qurban bayramlarında kimsəsiz bizim və
kimsəsiz rus qarılarına
yardim edir Xomeyni Ġmdad Komitəsi
bil ki, bilirik, nəymiĢ sizin istiqlal
hərəkatı
restoranlarda indi Ġran təranələrini sifariĢ
edirlər
və öz aramızdı, bizim təranələrdən daha
gözəldir,
sən də bilirsən
deyəsən güneyçün muxtariyyəti
amerikanın
alacağı günü gözləyirsən
O isə deyir ki, guya sənin casus olman
haqda
bir qovluq sənəd tapıb
təxəllüsün "Naturalist" imiĢ gizli
kanallarda…
və guya sən özün də casus imiĢsən Aslan
kimi
Lənət Ģeytana! mən inanmıram, doktor,
mən inanmıram
Cenevrədəki bütün dostlarına salam
yollayıram.
2004
Üç aylıq ədəbiyyat dərgisi 25
Nevrotik*
Beyin siflisi
Bakı Ģəhərini 1970-ci ildə
yanvarın 1-dən 2-nə keçən gecə
mən saldırmıĢam
yüz min qulum vardı
əmr etdim
onlar da tikdilər
Ġndi
adam edib ortalığa çıxardığım həkimlər
bunun belə olmadığını
sübut etməyə çalıĢırlar
gizli qulaq asanda
haqqımda
beyin siflisi dediklərini eĢidirəm
mənə konfabulyasiyalı xəstə
diaqnozu qoyan bu adamlar
gəmidə oturub gəmiçilə dava edir
haqqımı tapdayır
nisgil verirlər
Odur ki, xəbərdarlıq edirəm
bir də mənə
layiq olduğum hörməti göstərməsələr
qullarıma əmr edəcəm ki
Ģəhərimi tikdikləri kimi də söksünlər
ya da ucundan tutub Bakını
sürüyə-sürüyə aparacağam
Simptomlar
Məgər düz demirəm ki
70 yaĢlı anam ölsə yaxĢıdı
rahat olardıq
mənzilimiz geniĢlənərdi
axı niyə buna görə məni
emosional kütlükdə ittiham edirlər?
* Nevroloji dispanserdən alınmıĢ
xəstəlik tarixçələri əsasında
Yataqda uzanarkən
baĢımı yastıqdan bir az yuxarı tutmağım
hava balıncı təsəvvür etməyim
ya da yorğanı baĢıma çəkərək
gizlənməyim
həkimlərə dil göstərməyim
simptom kimi görünür insanlara
iti sürətlə hərəkət edən maĢına tullanıb
minmək
divarlara göy qurĢağı çəkmək
hər gün hər saat düz yerimək
artıq bezdirəndə
kəlləmayallaq yerimək
küçədə tanımadığım adamları
qalstukundan tutub arxamca sürümək
papaqları baĢlardan götürüb atıb-tutmaq
məktəbli uĢaqların həsrətində olduğu
bileti alıb
onları Milana yola salmaq
təyyarə qaçırmaq
barmağımı sormaq
həvəsim oyanır
ərimə xəyanət etmək
nəslimizin adını batırmaq ehtiyacı yaranır
və getdikcə Ģiddətlənir
buna görəsə məni pozğun elan edəcəklər
halbuki
və sadəcə mələklərin bacarmadığı iĢi
bacarıram
yumurta əvəzinə yumurta tozu
süd əvəzinə süd tozu Ģorba əvəzinə Ģorba
tozu
yeyilən bu günlərdə
kim ki Ġsrailin bayrağını nəcisə soxur
gözümün dostudur
amma bizim kəĢfiyyat kimi
26 № 4 (16) QıĢ 2015
çəpiĢ məxluq yoxdur
dostunu düĢmənini ayırmır
Ġsraillə tərəfdaĢlıq qurur
arxamca deyirlər adətən dəlilər
yəhudilərə
rəqib kimi baxır
amma, insafla, bütün aləmdə təngə
gətirən
fastfudxanaları indi ölkəmizə çəkən
cuhudlara necə dözəsən
dəli olmayasan neyləyəsən
siqaretimin aksiz markasını qızardıb
yeyərəm
mən o fastfudxanalara getmərəm
uzun müddət növbəyə dayanandan sonra
tunelə hər giriĢimdə əl çalıram
yaxĢı exosu var
sizə də məsləhət görürəm
saymayın nırç-nırç nırçıldayanları
bilirəm ki xərçəngəm
xəstəliyimi təsdiq etdirməkçün
SSRĠ-nin bir neçə Ģəhərinə getmiĢəm
hər dəfə sağlamlığıma zəmanət veriblər
amma tutarlı əsasım olmasa da
əminəm ki boğazımdakı ĢiĢkinlik əbəs
deyil
yağın nə üçün sarı
gözlərin kəllənin yuxarı hissəsində olması
diĢlərin ondan aĢağıda yerləĢməsi
məni bərk narahat edir
deyirlər bu sayrıĢan hallardan əziyyət
çəkmədir
müalicəsi 10-75 milliqram sonapaks
5-25 milliqram tizersindir
vaqondakı adamlardan Ģübhələnməyə
baĢlayıram
mənə elə gəlir ki
xüsusi agentlər bir-birinə iĢarə verir
məni yaxalamaq üçün fürsət axtarırlar
növbəti stansiyaya çatan kimi özümü
qatardan yerə atıram
xeyli zədə alıram
bir Ģey deyil sonra xumarlanıram
ağzıma su alıb dostların üzünə
üfürməyimi
niyə Ģıltaqlıq deyil
impulsiv hərəkət adlandırırlar
HəmiĢə zəifsən ay bala, bir az yemək ye
söyləyənlərim indi
əlimə hər nə gəldi yediyimə görə
utancaqlıq hissini itirdiyimdən danıĢırlar
yana-yana
Hələ
qollarımı qandallayarsız
bilsəniz ki
mətbəx bıçağı necə cəlb eləyir məni
mənsə onları möhkəm yellədərək
gəzmək istəyirəm
Qarabaqara təqib
Dərdim böyükdür böyük
hərdən məndə belə hiss yaranır ki
iki baĢım
iki ağzım
dörd əlim və
dörd ayağım var
hərdən daxili orqanlarım yox olur
ıı... ... ...
baxın nəsə deyəcəkdim
yadımdan çıxdı
Üç aylıq ədəbiyyat dərgisi 27
belə hafizə kəsilmələri
tez-tez olur
Ona görə ki bir qrup adam
məni təqib edir
radio dalğaları
rentgen Ģüaları
maqnit sahəsi vasitəsilə təsir edir
hisslərimi əlimdən alır
telefon söhbətlərimə qulaq asırlar
dilimi məcburi hərəkət etdirirlər
danıĢmağa oturmağa
durmağa qaçmağa məcbur edirlər
qolumun baĢqa nahiyələrində hissiyyat
saxlandığı halda
əlcək formasında hissə keyləĢir
corabın örtdüyü sahə də keyləĢir
cikimi-bikimi bilmək üçün
dozanqurduya cihaz yerləĢdirir
fikirlərimi öyrənir
sonra beynimi kütləĢdirirlər
məqsədləri ixtiralarımı mənimsəyib
dəli etməkdir
mən biçarəni həbs etmək üçün
faktlar toplayırlar
yeməyimə tədricən öldürən
zəhər qatırlar
pəncərədən boruyla otağıma yatağıma
birə doldururlar
bunun nəticəsində bədənimin ayrı-ayrı
əzalarında
qarıĢqa gəziĢir
ətrafdakı adamları qohum əqrəbamı
bir-birindən ayıra bilmirəm
hamısını bir boyda
bir sifətdə qavrayıram
içirəm bütün günü
qorxuram pataloji alkoqolizmə yoluxam
özümə adi gigiyenik xidmət etmək
əl-üzümü yumaq
saçımı daramaq həvəsim olmur
palata yoldaĢımsa
mənə kömək etmək əvəzinə
bütün günü əli qoynunda gəzərək
tezliklə dünyanın
suda qərq olacağını deyir
Adamı yandırır ki
Pəncərə-qapını kilidləmək
sonra qazı açmaq açıq buraxmaq
ikimərtəbə çarpayının yuxarısına qalxıb
soyunmaq
tavandakı nəfəslikdən gecə mavisinin bir
ucu
görünür
sükut up-uzun boru olub girir qulaqlarına
küçədə maĢınların ĢüĢəsilənləri qalxıb
enir bu dəqiqə
yağıĢı və palçığı soldan sağa sağdan sola
itələməkdə
həyat kəkələməkdə
hafizəndəki süitalar silinib gedir
hələ də vanna spreyinin
qoxu atomları uçuĢur havada
bir azdan ərin gələcək
iĢığı yandıracaq
və sən, akvariumdakı dörd balıq,
piĢik, damdabaca
sovrulacaqsız havaya
sonra uĢaqlar məktəbdən qayıdacaq
onları göndərəcəklər yetimxanaya
amma adamı yandıran bu deyil
o yandırır ki törətdiyin intihar
partlayıĢında
sizinlə birlikdə otaqda
milyonlarla günahsız bakteriya da öləcək
28 № 4 (16) QıĢ 2015
Sən baĢqasan
(Ģer içində Ģer)
allah @ mail.net
kecmishe @ indikiaglimla.az
bizevizayollayin @ yeddincigite. com
yer üzündə olmayan adreslərə meyl
atıram
geri qayıdır
bəlkə səhv yazıram hansısa hərfi
beynəlxalq hörümçək toru bizi
sevindirərmi
Səhər mənə elə gəldi ki
kiĢiyəm üzümü qırxdım
arvadım yaxalıqlı köynəyimi ütülədi
Maqma Ģərabı qalın çapma stəkanda
üzümə güldü
arvadımı öpüb evdən çıxdım
günorta Əbülfəz Qarayevlə nahar etdik
dedi ki bu oyunda Real udsa
bığlarını qırxacaq mənsə ona dedim ki
sənin bığların onsuz da yoxdu
elə bu vaxt ƏbiĢ özü də yox oldu
mən niyə
axı mən niyə onun yalanını çıxardım
guya bundan nə qazandım
utandığından qeyb oldu
aramızdakı incə cığır qopdu
bir də belə fürsət ələ düĢərmi
soruĢa bilərəmmi gənclər nazirindən
gəncliyin velosipedlərin və itlərin yerini
nə yöndəmsiz axmağam
danıĢığını bilməyən maymağam
gərək belə axmaqlıqların qarĢısını almaq
xətrinə
yəhudilərdən baĢqa mən də
bütün yer üzündə qalanlar da məhv olaydı
belə boĢ qafayla yaĢamaqdansa
məcburi ləyaqətli ölümün qurbanı olaydı
artıq gecdir çox gec
indi simiçka çırtlayıram özümçün
yoqayla məĢğul oluram
təmrin dəftəri qarĢımda
yarasaları tutub yağından barıt
və sürmə düzəltmək qədər iradəli olmağa
doğru
yenə qayıdıram meyllərə
olmayan adreslərə daha bir cəhd
mən sadəcə Ovçular Evinə gedib
silah almaq istəyirəm
hətta sənəd toplayıram
heç vaxt həbsdə olmadığım haqda arayıĢ
Ģəxsiyyəti təsdiq edən kartdan çıxarıĢ
sonra həvəsdən düĢürəm
hardasa uzaqlarda canavarlarla itlər
boğuĢur
yanlarında olmaq istərdim
ömürdə bir dəfə kımıs içmək
komaya düĢmək və Ģəhərin boĢ
qalmıĢ atraksiyonlarında sürüĢmək
əyri güzgülərlə dolu Ģənlik salonuna
getmək lazımdır
gördüklərini möhkəm yadda saxlamaq
könlündən payladığın
vizit kartlarını geri yığmaq keçəndə
qab-qacağı sındırmaq
və sair bəd fikirlər
xatırlayıb hırıldamaq
yaxĢı tanıyıram piĢiklərin və
doğulmayanlar fəsiləsinin iyini
bilirəm üstündə ölü piĢik uzanmıĢ qəzet
dünənkindən daha köhnədir
üstündə bugünkü tarix yazılmasına
baxmayaraq
150 məktuba istiqamət verirəm:
zibil yeĢiyinə sonra
peĢmanlayıb xilas edirəm onları
sonra yenə atıram
deyək ki həzz verir
həyatlarının iradəmdən asılı olması
Üç aylıq ədəbiyyat dərgisi 29
mən də telefonumu avtocavabdehə
keçirməyə
və hülul etməyə haqq tanıyıram
çayın üstündən su içib
saksafonsuz caz çalan azərbaycanlılara
gülüb
qlobusa üzümü turĢudub
aralayıram jalüzü iki barmağımla
qəsəbə eĢqlərini seyr edirəm
popkorn yeyirlər 25 nömrəli məktəbin
ətrafında
dövrə vuraraq
havanın axĢam 6 ərəfəsindəki rəngi
təkcə bu rəng
necə də xatırlatmağa qadirdir keçmiĢi
bütün zavalları və zəfərlərilə birlikdə
sanki keçmiĢ yalnız saat 6 radələrində baĢ
vermiĢ
yenə qayıdıram meyllərə
çünki gördüyünüz kimi
edəcək baĢqa Ģeyim
görəcək heç bir iĢim yoxdur
Sən baĢqasan
Sən bambaĢqasan
yalnız bunu düĢünürəm
əllərimi yuyuram
kranı açıq qoyub Ģırıldadıram
və poçtumu kontrol edirəm.
2003
ÇalıĢmalar
Fərz elə ki,
düz qarĢında havada
iĢıqdan ibarət bərabərtərəfli uçbucag var:
bu surəti mümkün olduqca qorumağa
calıĢ
gozlərinlə bir tərəfindən tutub
çevirməyə calıĢ onu
tetraedr təsəvvür elə:
Ģəffaf kvars havadan sallanan
dovrə vurub ətrafinda
ona muxtəlif tərəflərdən baxmaga calıĢ
bir küncdən, o biri küncdən
bacarsan özünü təsəvvür elə
bu tetraedrin icində
sanki kürəyini küncünə söykəyib
oturmusan
üzün tilinə tərəf
özünü yarımĢəffaf kristal hiss edirsən
isığa izn verirsən keçsin icindən
bu vaxt Ģəxssiz olmagi dadırsan
tetraedr kimi düsünür
tetraedr kimi düsünürsən…
daha hamamda sabunlanarkən
aglamayacagsan
Bir çiçəyə bax: opium cicəyinə
ve baĢa heç nəyə
mərkəzləĢməyə basla formasında
rəngində
sonra gözlərini gapadıb təsəvvür et onu
gozlərini açıb yaratdıgın surətlə
gerçek çiçəyi tutuĢdur
sonra yenə yum gözlərini
bayagkı təsvirə zəruri əlavələr
ən incə fərg bele galmayana gədər
bunu baĢga predmetlərlə də sına
daĢlarla, pullarla, fotolarla...
daha eskalatordan enərkən
ayagını göturməyi unutmayacagsan
Ulduzları təsəvvür elə və özünü
bir planetdən digərinə gonan
yuxarıdan Yerə bax və
ġimal Gütbündən baĢga hansısa planetə
onun saat əgrəbi əksinə
dönməsinə diggət et
diggət et ki,
30 № 4 (16) QıĢ 2015
Ģəfəglər sərgindən gərbinə dogru nece
kecir
Fərz elə ki,
yerin üzü dümdüz səhradır
onda nə dərələr, nə digər bərabərsizliklər
var
sən onunla düz günəĢə tərəf gedirsən
unudursan
GunəĢin Yerden kənarda olması hagda
yalanı
sonra necəsə
bütün dunya
bütün varlıg
səndən geridə galır
özgürcə yellənən gollarla
düz isığa yonəlirsən
Fərz elə ki,
süurun genislənir
çaliĢ hiss edəsən
hər nəfəs cəkdiyində onun
mərkəzdən yanlara dogru genəlməsini
ruhun getdikcə böyüyür ve böyüyür
bütün istigamətlərdə
elə bil sən hava Ģarısan
divarları olmayan
hər nəfəsdə bir az daha ĢiĢən...
normal halına dönə bilərsən
nəfəsinin yönünü dəyiĢərək
hər nəfəsdə süurunu bədən ölcülərinə
gədər kicildərək
həyat galdığı yerdən davam edəcək
Gündə bir dəfə gulagının
iki dəfə burnunun seliyini temizlə
toxunma corab gey, ayran iç
əsnə və yat
dünya səndən elə bunu istəyir
yeri gəlmiskən
günəĢ var ki, özünüzü günə verəsiz
həyatı təngid edəndə
musadirə etdikləri narkotiki
altdan-altdan satıĢa gaytaran
gömrükçülərə necə də bənzəyirsiz
çünki yaĢamağa davam edirsiz
Fərz elə ki,
agaclar yerlərində tullanıb-düsür
dağlar ipatdı
binalar gacdı-tutdu oynayır
o gün bizim insanlar
fovgəladə hallar komitəsinə zəng edərlər
zavallılar Abid ġərifovdan imdad
diləyərlər
güvəndiyiniz güclü adamlar -
bir də baxarsız,
agızlarının yanları aĢaği əyilmiĢ
vəziyyətdə
artıg bilirəm, sən də.
halbuki necə gözəl olardı, deyilmi
sənin gözlərindən də gözəl olardı
təbiətlə cəmiyyətin belə togguĢmasına
baxmag
axmagin biri, axmaq
Bir donuza dik gözlərini
calıĢ onun süuruna girəsən
ki biləsən donuz olmag nə deməkdir
çalıĢ, çalıĢ
an gələcək qəflətən anlayacagsan
özün donuz tərəfindən necə görünürsən
Özünə ən yaxın adamı seç:
görəsən o olmag necə Ģeydir
süuruna izn ver
bədənin dəli yerini tərk edib daxil olsun
ona
onun gözləriylə bax
gulaglarıyla eĢit
Üç aylıq ədəbiyyat dərgisi 31
sonra ən uzag adamın
gavrayıĢına gir fərz elə ki,
öz garĢında oturmusan
özünə elə bax sanki baĢgasısan
öz ətrafında dovrə vur
özünə bütün rakurs və istigamətlərdən
bax
necə ki, kristal tetraedrlə edirdin…
2003
Həyat
Sitəm əriyir dondurmalarda
Hüznlə köklənir pianolar
re re re
Evlər damır yağıĢ yağmayanda da
QıĢ sərt keçmir qarğalar qarıldayanda da
XoĢbəxt deyilik hər Ģey olanda da
Həyatın qanunları itirib qüvvəsini
Burulğana düĢmüĢük
elə bir burulğana
su da içə bilmirik
fincan düĢür əlimizdən
DanıĢa bilmirik
kiminsə xətrinə dəyir sözümüz
qatara minə bilmirik
kiminsə ayağına dəyir ayağımız
dava düĢür
Bu mininci milyonuncu yeməyimiz
yeyə bilmirik onu qaydasınca
çəngəl bıçaq qalmır əlimizdə
nə qadın gəlir nə kiĢi qonağı
HəmiĢə Ģit zarafatlarımıza
qarĢılıq verən dostlar
indi qaĢqabaq sallayır adi sözümüzə
NəĢələnmək üçün yediyimiz dondurma
belə
zəhərlənmə verir
ambulansa möhtac edir
Bəs biz necə yaĢamıĢıq indiyə kimi?
Parka qalxırıq fikrimizi dağıtmağa
oturduğumuz skamya təzə rənglənmiĢ
çıxır
sevimli əlbisəmiz bulaĢır
Bəlkə hardasa nə isə iliĢib
ĠĢlər qarıĢıb bir-birinə
Həyat qarıĢıb.
Qadın ilk dəfə
Qadın ilk dəfə siqaret çəkəndə
kiĢilər kimi
Alır bir dostunun
masada qalmıĢ qutusunu
siyirir bir dənəsini
qaçır bayıra
çəkilir kor bucağa
nə olacağını düĢünmədən
hansı ucdan yandıracağını belə bilmədən
alıĢqanı filtirə vurur
Qadın ilk dəfə siqaret çəkəndə
belə olur
Sonra tütünlü ucu sınayır
çəyirtkə səsinin müĢayiətilə
elə olmurmu, əzizim?
Siqareti iki barmaq arasında tutmaq
kiĢilər kimi,
xoĢ gəlmir ona
on barmağıyla qoyur
boyasız solğun dodağına
Burnuna, ağzına, beyninə
sümürəcəyini bilmədən
elmi sübutlara önəm vermədən
O an
acıyır boğazı
Acı - tanıdığı
istiot və soğandan
32 № 4 (16) QıĢ 2015
quru acı
tüstü kəsir nəfəsini
qəhvəyi göynərti,
məxməri və iti
Gözündən yaĢ axır
Siqareti yerə atır
Baxıb közərməsinə
yanğın çıxacağından
ölürcəsinə qorxular keçirir qadın
közü muncuqlu səndəliylə
tapdalayır
kiĢilərdən daha ekoloji
əziĢdirir
toz edir
Kimsə bir siqaretə bunca ayaq
sərf etməzdi amma
Boğazını arıtlayır
arıtlayır
arıtlayır
yaylığını tapmaq üçün
çantasını axtarır
göynərti qaraya dönür
və qəhərə dönür
boğazdan içəri nəsə sürüĢür
hələ də dərdin
belə ovunacağını düĢünür,
kiĢilər kimi
Üstünə boğaz dərdi də gəlir
öləsən, yanasan səni,
ona dərd çəkdirən qüvvə
siqaretin etdiyini düĢmən etməz
Qorxur danıĢmağa qadın
səsinin dəyiĢəcəyini gözləyir
Əlbəttə, bu olmayacaq
islahatlar
nümayiĢlər
partlayıĢlar istəyir,
Bunlar da olmayacaq
Saçı və nəfəsi üç gün tütün qoxuyur
qadın ilk dəfə siqaret çəkəndə
belə olur
Sonra biləcək
siqareti yan tutmaq
lazım olduğunu
və qoxunu
saqqızla gizlətmək yolunu
"Davidoff" adlı ağrıtmayan
qız siqareti olduğunu
2002
14-17 yaĢımın Ģeirləri
Hava bir az soyumuĢdu elə bil
key bir bataqlıq çökmüĢdü Ģəhərə
arada üfüq kimi yorucu
üzücü peĢmanlıq duyurdum havada,
sənsə dartıb saqqızı ağzından
dolamaqdaydın boynuma.
***
Bu gün yağıĢ yağdı
- buludların kölgəsi kimi
boz
tezbazar. . .
sapsakit – mənim kimi
yamyaĢıl – yosun kimi
qapqara – Ġran bayrağı kimi
***
BaĢım gicəllənir,
fırlanmağım gəlir dəli-dəli
məni karuselə mindirirlər
gedirəm üzüaĢağı
səsim götürür aləmi
50, 100 . . . 150
çatıram bayaqkı yerimə
yamyaĢıl ağlamaq tutur məni
Üç aylıq ədəbiyyat dərgisi 33
***
Ġki gündü küçələr düĢüb yadıma
yenə əsmər, yenə birtəhər
mənə denən,
gecə çıxmayım küçəyə
dözüm səhərə qədər
***
Bayaq -
hava gümüĢ olandan göyərənə,
göyərəndən qaralıb qapqara olanacan
səninlə
qonĢunun təzə yuyub sərdiyi
yekə
bəyaz
hava bəyaz olandan
gözlərimi zillədiyim mələfəsində
o eyvandan sallanaraq
sərxoĢ olmağı
istəyə-istəyə qaldım.
Bayaq –
Hava gümüĢ olandan göyərənə
göyərəndən qaralıb qapqara olanacan
çoxaldım.
***
Gözümün qabağından səs keçir. . .
Ağappaq yepyekə səs
o mənə baxır, mən ona
mənim sənə baxdığım kimi
sənin mənə baxdığın kimi
qorxub çıxdım aradan
o da keçdi…
Ġndi yoxdu burda
ağappaq yepyekə səs
hara getdi tələs-tələs?..
***
iĢin ortasında
dincəlməyim gəlir ikigündənbir
yorulub düĢürəm əldən
qoyub iĢləri üst-üstə
istəyirəm
çıxıb ən köhnə küləfrəngidə yatam
qapı cırıldasın hərdən. . .
***
hardan düĢdü yadıma, bilmirəm
“əl vurma uçar” küləfrəngimiz
pəncərəsində dənələri çoxdan qurtarmıĢ
üzərrik kötükləri asılı.
Bir günlük sildik tozunu,
bir günlük yatdıq içində,
nə üzümünü bəyəndik, nə əncirini.
bəyəndiyimiz torpağa düĢdü əlimizdən, -
bəyənmədik. Qaldı.
Bir az su dərdi çəkdik
o da tapıldı axır macalda
artıq suları dal ağaclara tökdük
o birilərə baxa-baxa qaldıq.
Hərdən düĢür yadıma
«əl vurma uçar» küləfrəngimiz
istəsən qapıdan gir,
istəsən pəncərədən,
bağların içində itib-batıb. . .
Getsəm. . .
soruĢa-soruĢa taparam bir də
təzə üzərrik asaram
quruyan kötüklərin yerində
34 № 4 (16) QıĢ 2015
NƏSR
ROMANLAR YaĢar Bünyad
ĠBLĠS BUSƏSĠ (roman əvvəli)
İnsan öz silahlarından özünə allah
yaratmışdır; silahı qalib gəldikdə,özü
məğlub olur.
Rabindranat Taqor
Hərə bir nemətə uyub, yoxsa
hamı peyğəmbər olardı ki
...Göy üzü qıpqırmızı közə düĢmüĢ təndir
kimi alıĢıb yanır. AĢağıda - göz iĢlədikcə
hüdudsuz, mavi bir sonsuzluq. Dağılıb
parçalanmıĢ buludlar kimi yumĢaq ağ
duman seyrəldikcə, qarĢıdakı məchulluğun
aydın siması gecə vaxtı qalın meĢədə azmıĢ
nabələd adamın üzünə açılırırmıĢ kimi, hər
Ģey yenidən doğulur elə bil - saf, billur
cazibəsini saxlamaq üçün... Onun əfsanəvi
pıçıltısını eĢidir, göydən Ģığıyan, heç də bu
yerlərə xas olmayan cəhənnəm istisini
özünə yaxın buraxmayıb sifətimə toxunan
yumĢaq havanın Ģirin tamını duyur,
qəlbimi riqqətə gətirən bu qəribə nemətə
sarı can atır, var-gücümlə onun sehirli
ətrini, sərinliyini ciyərimə doldururam. Heç
vaxt, heç vaxt ona bu qədər yaxın
olacağıma, əlim toxunacaq qədər, lap
ovucumun içi kimi yaxından duyacağıma
inanmazdım. HəmiĢə ondan uzaq qaçarkən,
ancaq yuxularımda cismimə mərhəm olan
varlığın bu qədər möhtəĢəm olduğuna da
bəlkə heyrət etməzdim.
Gözlərimə bağlanmıĢ yaylıq açılandan
sonra, heç fikirləĢmədən anladığım bircə
Ģey oldu: lap az çəkəcək, ani, bir göz
qırpımında qanadları qırılmıĢ göyərçin
kimi müvazinətimi itirib fırlana-fırlana
ona doğru uçacam. O, lap uĢaq
çağlarımdan cılız varlığımda qəddarcasına,
çalın-çarpaz qoyduğu izi yaddaĢımdan
əbədi silmək üçün məni öz müdhiĢ
qoynuna alacaq. Onunla təkbətək, üz-üzə
durmuĢam. Hələ çoxmu duracam?..
Ta yeddi yaĢıma kimi- dünyada atamdan
savayı güclü bir varlığın mövcudluğuna
Ģübhə edərkən - onun belə güclü, amansız
olduğuna inanmazdım. (Hələ dünya öz
gizli, təhlükəli, iyrənc sifətlərini mənim
üzümə açmayıbmıĢ.) Və məni vahiməyə
salan da onun müĢtəbeh amansızlığıydı –
ölüm deyildi!
Amma o gün - ən çox sevindiyim gün ki
atam qonĢumuz Həsənalı əmiylə mənim
ad günümdə balıq basdırması biĢirmək üçün
geçə ovuna çıxmıĢdılar - onun
amansızlığına əmin oldum. Mənim üçün
fərqi olmasa da, öz sevimli, “yeddi
qurbanlıq “ oğlunu ona bəxĢ edən anamın
ürəyindən keçdiyi üçün, “bu əziz gündə
süfrəmizdə mütləq balıq bastırması
olmalıdır!“ – deyib getmiĢdi. KaĢ ki, anam
demiĢkən: ”Heç bir istəyimə məhəl
qoymyaydı , getməyəydi.” O ki dedi,
Üç aylıq ədəbiyyat dərgisi 35
qurtardı. Sözünün sahibiydi. Bir az da tərs
idi dədəm, həm də mərd kiĢiydi.
EĢitdiyimdən, atam onun ürəyindən
keçən, dilinin ucundan çıxan hər nə olsaydı,
heç düĢünmədən yerinə yetirərdi. Təkcə
anamın yox aa, elə nənəmin, mənim də. Bir
dəfə, qıĢın oğlan çağında nənəm deyib ki,
ürəyim yaman qarpız istəyir, olsaydı,
vallahi-billahi, lap onunu yeyərdim.
Zahılar kimi qarpızın iyi burnuma dəyir...
Arvad kəlməsini bitirməmiĢ - sözü havada
qalır yazıq dədəm bunu eĢidəndə - üz tutur
Sabirabada, əskərlik dostu Qafarın
doqqazına ki, Qafar, məni öldür, day əliboĢ
geri göndərmə, bilmirəm nə olan Ģeydi,
anam qarpıza yerikləyir... Qafar da, elə bil
belə hallarla tez-tez rastlaĢdığındanmı,
dostunun qəfil, hövlnak gəliĢinə
təəccüblənmir, “ayə , bu yaĢda nə
yerikləmək, zahı-zad döyülki arvad?”,
deyib mırtdaĢmır da, Novruza saxladığı üç
qarpızdan birini verir dədəmə... Vallah,
qulaq günahkarıyam, anamdan eĢitmiĢəm
ki, arvad təkbaĢına o qarpızı elə acgözlüklə
yeyibmiĢ, heç bir balaca dilimin də
saxlamayıb, fikirləĢməyib ki, evdə uĢaq da
var, özü də öğlan uĢağı, birdən nəfsi düĢər,
tamahı çəkər, daa nə bilim harası ĢiĢər...
Düzdü, yeyib qurtarandan sonra onun
ağzına dirənmiĢ gözlərimizi görəndə çox
pis olubmuĢ, hətta “qarnıma ĢiĢ girəydi “
deyib kövrəlibmiĢ də.
Hələ bu nədi ki... yağıĢlı-palçıqlı havada -
aranda olanlar bilər, ilin-ayın o vədəsində
ki, Ģoran torpaq lilliyib saqqıza dönür,
qaloĢ, rezin çəkmə zığlaĢıb palçıqdan
qopmur, zulum-bəla addım atırsan ,
“asvalt” sözünü eĢidib üzünə həsrət qalan
kəndçilərimiz eĢiyə çıxmağa həvəssiz,
hövsələsiz olanda dədəm bir kisə buğdanı
üyütmək üçün, payi-piyada Kamandar
dayının dəyirmanına aparıb. Ġndi
deyəcəksən, burda nə var ki, balam, bir kisə
buğdadı da, at belinə, apar da?!. Düzdü,
dədəmi görənlər bilir, o bir kisə nədi, lap
iki kisə buğdanı da kürəyində aparardı, heç
“uf” da deməzdi! Bu yerlərin lıqqa-
palçığını görməyən adama asan gələr.
Dəyirman da kənddən iki kilometr aralıda,
yağıĢ da,elə bil dünyanın axırıdı, hikkəylə
tökülür göydən...Əvvəlcə atam qonĢunun
eĢĢəyini götürür ki, heç olmazsa, buğda
kisəsini onun belinə bağlasin. Bağlayır da,
ancaq nə illah eləyir eĢĢək palçıqda yerimir
ki, yerimir. QonĢu ha söyür, ha çırpır,
eĢĢək dirəndiyi yerdən tərpənmir. (Bədbaxt
heyvan gördüyünü görüb aranın zığında ,
onu da arada anlamaq gərək. EĢĢək olanda
nə olar,bəs adamın insafı-murivvəti?)
Hə, dədəm yağıĢın altında, palçığın,
löhmənin içiylə getdiyi kimi də,
dəyirmanda üyütdüyü bir kisə unla qayıdır
kəndə. Nənəmin dediyindən , o, bir həftə
yorğan-döĢəkdən qalxmayıb, nə var, nə var,
Güldəstə arvadın doqqazından keçəndə
dədə-babadan ağız tamı olan qara buğda
unundan biĢən təndir çörəyinin iyi dəyib
anamın burnuna. Bax , ona görə də atam
toxumluq üçün saxladığı bir kisə qara
buğdanı dəyirmanda üyüdüb ki, arvad
ĢıĢməsin!... Pis-yaxĢı, mənim atam belə
olub...
YaxĢı yadımdadır : gecənin bir yarısına
qədər nənəm, anam və mən təlaĢ içində,
bir kəlmə də danıĢmadan, əllərimiz
dizimizin üstündə oturub qapının nə vaxt
açılacağını, atamın bir səbət balıqla necə
sevincək içəri girəcəyini gözləmiĢdik.
HəmiĢə balıq ovuna gedərdi, amma bu
qədər yubandığını heç vaxt görməmiĢdik
deyə ürəyimizdən qara qanlar axırdı....
Buna gözləmək deməzdim vallah, bu cür
müsibətli, dəhĢətli , ürəkçəkici saatları heç
kəsin ömrünə yazmasın yaradan! Nənəm
ah-uf elədikcə anam yerindəcə qovrulur,
əllərini dizlərinə sürtə-sürtə bütün bədənini
36 № 4 (16) QıĢ 2015
oturduğu yerdə də o yan-bu yana yırğalayır,
tanrıya yalvarırdı.Özü də o qədər astadan
sızıldayıb yalvarırdı ,onun səsini məndən və
nənəmdən baĢqa kimsə eĢitmirdi, bəs tanrı
necə eĢidəcəkdi? Birdən fikirləĢdim ki,
anam da, nənəm də əlbətdə məndən çox
bilir,hələ ki, atamın öldüsü-qaldısı bilinmir ,
yəqin ona görə yavaĢcadan yanıb-yaxılır,
elə tanrıya da astadan xitab edirdilər ki,
lənət Ģeytana,- Ģeytanın qulağı həmiĢə
səsdədi- eĢidər, bəndələrinin naĢükür
olduğunu, onun yazdığına üsyan etdiyini
çatdırar tanrıya, o da əsəbiləĢər, doğrudan
öldürər atamı. Mənə belə gəlirdi...
Sonra Həsənalı əminin də arvad-uĢağı
təĢviĢ və hətacan içində bizə gəldilər.
Beləcə səhəri birgə diri açdıq, a töbə, bir
adamın da cınqırı çıxmadı sübhə qədər,
çünki hamımız içimizdə göynəyirdik.Elə bil
ürəyimizə nəsə dammıĢdısa da ürək eləyib
içimizdəki fəryadı bayıra çıxarmağa cürət
etmirdik.YaĢlılar belə məqamlarda səbrini
basar, “dünyanın iĢlərin bilmək olmaz”
deyib allahdan möcüzə gözləyərdilər.
Səhər tezdən bütün kənd onları axtarmaq
üçün dəli Kürün lilli sularıyla əlbəyaxa
oldu.Kür aldığı canları geri vermək
istəmirdi. Üzə bilənlər suda axtarıĢ edir,
sahil boyu düzülən arvad-uĢaq möcüzə
gözləyirmiĢ kimi gözlərini dəli Kürün
sularına dikmiĢdi. Heç bir möcüzə baĢ
vermədi, çünki bu yerlərdə dədə-babadan
möcüzə olmayıb.
Sədrimiz Moskvaya sərgiyə getdiyindən
yeri görünürdü kiĢinin, bütün kənd yığıĢıb
hərənin qulpundan nə çıxdı pul topladı,
Bakıdan gələn dalğıclara verdi.O gündən
düz üç gün ötüĢdü, amma dalğıcların
əziyyəti fayda vermirdi. Ağsaqqallardan
biri gileylənirdi ki, QəĢəmin ölən günüdü e,
burda olsaydı bircə günə tapdırardı
meyidləri. Düz də deyirdi, vallah,bütün
göstəricilər üzrə rüspublikada birinci olan
kolxozumuzun sədrini hamı tanıdığından
indiyəcən onun bir sözünü iki eləyən
olmuyub. Bircə zənglə ən çətin məsələləri
də həll eləmək iqtidarındaydı QəĢəm kiĢi,
özü də pulsuz-parasız.Camaat da bilir də nə
danıĢır, çünki, QəĢəmin gücünə bələddilər...
Nə isə, sədrin Moskvada olmağı çox iĢləri
ləngidirdi. Bir yandan da bu pul yığmaq
məsələsi camaatı hövsələdən çıxarmıĢdı.
Yalan-doğru, kolxozun aqronomu Kifayət
də “ dalğıclar pula görə vaxtı uzadırlar;
əvvəlcə meyidin yerini bəlləyirlər, sonra
günəmuzd haqq aldıqlarına görə uzadırlar
axtarıĢı”- demiĢdi. Bilmirəm, Kifayət, yəqin
nəsə bilirdi , ona görə belə danıĢırdı, amma
sonda dalğıclar camaatın yığdığına qane
olub axtarıĢı davam etdilər. Bir yandan bu
camaatı da qınamaq olmaz e, qara camaat
neyləsin, ya aqronom, ya da iĢıq pulu yığan
olsun, fərq etməz-qoltuğunda papkası olan
hər adama inanır...
Həsənalının meyidini dörd gündən sonra
kolxozun nasos stansiyasının bir
kilometrliyindən tapa bildilər ; yazığın sir-
sifəti ,qarnı ĢiĢmiĢ,gömgöy göyərmiĢ,
tanınmaz olmuĢdu. Bizi oradan
uzaqlaĢdırdılar ki, bu müsibəti görüb
qorxmayaq. Nənəm Allaha yalvarırdı ki,
oğlunun da ölüsü tapılacaqsa, elə
Həsənalınınkı kimi tapılsın, təki, ələ nəsə
gəlsin balamnan...Amma, ha nalə qopardı,
ha Allaha yalvardı, səsi çatmadı qurban
olduğuma ! Atamın meyidi indi də , ya
Kürün qara bulanıq sularında uyuyur, ya
da ac balıqlara yem olub. (Ta Bakıya
gələnəcən balıq ətini yeməzdim.Hər balıq
dədəmin potensiyal qatili kimi görünürdü
gözümə, balıq yox, özümü sanki onun ətini
yeyirəmmiĢ kimi hiss edirdim.)
Bax, o vaxtdan, çayın sahilində oturar,
dizlərimi bərk-bərk qucaqlayaraq həsədlə,
heç nə olmayıbmıĢ kimi Kürdə atılıb-düĢən
həmyaĢıdlarıma baxar, hərdən paxıllıq da
Üç aylıq ədəbiyyat dərgisi 37
edərdim. Ehh, sonralarsa, “onların da
atalarını su udsaydı, yəqin mənim kimi
qorxardılar ” deyə özümə təskinlik
verərdim. Axı mən də onlar kimi çayın
Ģıltaq dalğalararını yarmaq, lilli suyun düz
dibinə kimi baĢ vurmaq, bəlkə də o müdhiĢ
axının qucağına girib izi-tozu bilinməyən
atamı axtarmaq üçün uzaqlara, lap Xəzərin
dərinliyinə üzmək istərdim. Amma ürək
eləyib bir dəfə də suya girməzdim.
QorxutmuĢdu su məni – insafsızcasına can
almağıyla qorxutmuĢdu.
Bu ilk, acı sarsıntı anbaan məni
izləyərkən, üzülməmək üçünmü, yoxsa ,
atamın ölümündə özünü günahkar hiss
etdiyini anama unutdurmaq üçünmü
doğum günümü də atamla birgə Kürdə dəfn
etdim və həmən dəhĢətli gün yaddaĢımda
ancaq atamın ölüm günü kimi həkk oldu...
... Od saçan narıncı atəĢi güzgü kimi əks
etdirən , həm həyat verən, həm də ölüm
gətirən dupduru su ! Su imiĢ bu hüdudsuz
ənginlik. Həyatımda qorxduğum,
yuxularımda da mənə aman verməyən,
bəlkə də yeganə bir Ģey vardısa, o da su
idi.Lap uĢaqlığımdan varlığımı məngənə
kimi sıxan, ən əziz adamımı əlimdən aldığı
kimi gözümün də odunu alan su!
MüdhiĢ, soyuq ləpələr alıĢıb yanan
qıpqırmızı təndirin odunu bağrına basıb
söndürmək istəyir.Sanki dünyada göydən
asılan körpünün məhəccərindən, məndən,
ətrafımı ağuĢuna almıĢ sudan özgə heç nə
yoxmuĢ.
Güclu axın qıvrıla-qıvrıla körpünün
nəhəng dayaqlarına çırpınaraq irəliləyir.
AĢağı baxdıqca məni özünə çəkən dəlisov
çayda rəqs edən günəĢin Ģüaları gözlərimi
qamaĢdırır.Diksinirəm. Geri çəkilmək
istəyi daha güclüdür.Geriyə isə daha yol
yoxdur. Geridə, bircə göstəriĢlə öz
niĢangahını darmadağın etməyi adət etmiĢ
KalaĢnikov avtomatının kürəyimə dirənmiĢ
lüləsi var və onun hər an açıla biləcəyi
mənə yaxĢı məlum idi.Təsəvvürümdə
canlandıra biləcəyim ən dəhĢətli an özü
gəlib məni tapmıĢdı.Ġndi, həyatımda birinci
dəfəydi üzməyi bacarmadığıma görə
özümə nifrət edirdim !
Bu da son! Heçdən baĢlayan, heçə dönən
əzablı bir yolun sonu... Mənə elə gəldi
ki,keçənlər hamısı mənasız bir yuxuymuĢ -
nəfəsimi kəsən dalğa bir kabus kimi məni
qırmızı, qara, boz daĢlara çırpdığı andan əl
çəkməyib məndən. Gerçəklərimlə
qarmaqarıĢıq salıb məni yuxularım. Bir
anlığa hansının yuxu, hansının gerçək
olduğunu fikirləĢdim - Aliyənin saf sevgisi,
ecazkar Marqo, axmaqlığımdan yarımçıq
qalmıĢ təhsilim, anamın nakam ölümü,
Əfqanıstan, lənətə gəlmiĢ müharibə,
Rasimin xəyanəti, törətdiyim cinayət,
Moskva..,çalıĢdıqca qaçdığım, qaçdıqcasa
da addımbaĢı məni izləyən, gözümə mələk
kimi görünüb iblisə çevrilən , məni
özümdən alan, dəli ehtirasına qul eyləyən
qadınlar... axı yuxu ola bilməzdi, ola
bilməzdi!...
Doğulan bir gün ölür. Necə yaĢadığından
asılı olmayaraq heç kəs özünə ölüm
arzulamır. Arzulamaz! Ölümün öz vaxtı, öz
məqamı var.Ġstər qoca ol, istər cavan, əgər
ölməlisənsə bundan qaça bilməzsən.Kim
bilir ki, o nə vaxt tutacaq xirtdəyindən?
Ölüm özü gəlir, səssiz-səmirsiz. Mən
bədbaxt isə neçə illərdi öz axmaq ölümümü
axtarırammıĢ ; tələsə-tələsə,öz ayağımla
ona doğru qaçır, vüsalına çatmıĢ pərvanə
kimi onun alovunda çırpınırammıĢ?!
Əvvəllər yuxu-zad görməzdim.Axı uĢaq
idim, görürdümsə də, yadımda qalmirdı,
yuxu olduğunu anlamırdım. Bəlkə də
gündüzlər yaĢandıqlarımın eyni, təkrarı
olduğundan buna əhəmiyyət vermirdim .
Amma, atamı itirəndən sonra , tez-tez eyni
yuxunu görərdim. Görərdim ki, kəndimizin
38 № 4 (16) QıĢ 2015
qırağındakı “ġeytan dərəsi” deyilən
böyük yarğan günü gündən uçub
böyüdüyündən camaat əlinə keçən daĢ-
kəsəyi gətirib ora atır ki, yarğan dolsun.
Nədənsə qorxurdu camaat, qorxurdu ki, bu
yarğana boĢ yerə “Ģeytan quyusu” demirlər,
əgər bu yarğan böyüsə, çatları dərinləĢsə
gedib yerin o biri üzünə çıxacaq və dünya
dağılacaq... Ġllər ötdükcə ,yüzlərlə, minlərlə
insan bura daĢ tökür –yarğan dolmur ki,
dolmur. Yarğan nə boyda olarmıĢ?! Mən
yol qırağından tapdığım yastı, qırmızı
daĢları gücüm çatdıqca uzağa atıram. Bir...
iki... beĢ... on... Birdən ayağım sürüĢüb
dığırlanıram yarğanın düz otrasına.
HuĢumu itirirəm. Handan-hana özümə gəlib
gözümü açanda, səs eĢidirəm. DaĢların
altından piqqıltı gəlir: pıqq...pıqq.. Bir
azdan möcüzə baĢ verir. Hərçəndi, bizi
tərəflərdə heç vaxt möcüzə olmur, amma bu
yuxudu- yuxuda olar. Qırmızı, qara, boz daĢ
parçalarının arasıyla göz yaĢı kimi su
fəvvarə vurur. Kəndə xəbər vermək üçün
qalxıb qaçmaq istəyəndə fəvvarə burulğan
sayağı, yox, Güllü xalagilin çəpərindəki
sarmaĢıq var ha, bax onun təki qıvrılıb
məni qoynuna alır, bir də görürəm ee...
GünəĢlə üz-üzəyəm. Və birdən, uğultu
qopur, sanki yer-göy silkələnir, adamı
vahiməyə salan burulğan yenidən məni
ağuĢuna alıb geriyə dönür, var gücüylə
yarğanın dibindəki daĢlara çırpır...
Hər dəfə də bu yuxunu qorxa-qorxa
danıĢanda, anam deyərdi: “ Yuxuda su
görmək aydınlıqdı, bala, qorxma ! Ömrün
su kimi axarlı olacaq .”
Ġnanmaq istəmirdim, doğrusu, heç
inanmırdım da.Çünki anam:- “Atanı lənətə
gəlmiĢ su apardı !”- deyərdi həmiĢə, bəs
mənə niyə “aydınlıqdı” deyir, su sudu da?..
Sonralar baĢa düĢdüm ki, o zamanlar anam
könlümü sındırmaq istəmirmiĢ .
Nənəm isə baĢını yelləyər, qəmli
baxıĢlarını üzümə dikib narahat ürəyimi
daha da titrədərdi :“Nahaq atmısan daĢı,
qurbanın olum” deyərdi.
“Niyə?”-soruĢanda , o, köksünü ötürər,
dərin bir “ah” çəkərdi.
Deyərdi:
“ġeytan məskənidir oralar.
Hirsləndirmisən onu... ġeytan insanın
qəlbini oğurlamaq istəyəndə gözünə ən
Ģirin nemət kimi görünər.Su da ən Ģirin
nemətdir. Səni suyla aldadıb.”
“Bəs özgələr, böyüklər ? Onlar... hər gün
dərəni daĢlayırlar.”
“Ehh, can bala! ġeytan çoxdan girib
onların qəlbinə, çoxdan ! Sənə elə bilirsən
ki, insanlar o murdar dərəni hamarlamaq
üçün daĢla doldururlar? Yoox,yox ay
bala!.. Qəlblərinə hakim olan Ģeytanı –
içlərindəki iblisi qovmaq yerinə dərədəkini
daĢlayırlar.Ġçlərindəkinə daha gücləri
çatmır, çatmır gücləri. Çünki, onu ki,
yaxına buraxdın bütün varlığına sahib
çıxacaq.
“Nənə, deməli mənim də qəlbimə iblis
sahib çıxıb?”
“Yox ay bala, sənin nə yaĢın var ki ?!
UĢaqları aldada bilmir Ģeytan.Necə ki,
Ġsmayıl peyğəmbəri aldada bilmib” -deyib,
sakitləĢdirərdi məni.
“Axı hamı uĢaq olub , bəs niyə boyüyüb
Ģeytanı daĢlayırlar?”
“Aldanırlar... Hərə bir nemətə
uyub...Yoxsa,ay qadoy alım, hamı
peyğəmbər olardı ki?!..” Ġnsan Allah
qarĢısında yalandan özünü gözütox
göstərməyə çalıĢsa da axırda öz murdar
təkəbbürdən, gizli nəfsindən alçalır, məhv
olar .
“Nənə, ay nənə...”
“Can nənə!...”
“Sən də aldanmısan?...”
Üç aylıq ədəbiyyat dərgisi 39
Nahaq vermiĢdim bu sualı ona, nahaq!
Bilmirəm bir dəqiqəmi , yoxsa bir saatmı
baxdım o çuxura düĢmüĢ solğun, yorğun
gözlərin dərinliyinə və nə qədər baxdımsa
orada bir damcı da su görmədim, amma o,
səssizcə ağlayırdı, içində ,yana-yana
ağlayırdı nənəm. Bu sualıma da heç vaxt
cavab vermədi- o gündən ta ölənə kimi ...
Ġndi Volqanın ən geniĢ yerində, çayın
sinəsini iki bölən hündür beton körpünun
üstündə dayanıb , bəlkə də son dəfə , mis
kimi qızarmıĢ günəĢin ləpədən-ləpəyə
atılıb düĢməsinə baxdıqca keçmiĢimdə
itmiĢ yuxularımı xatırlamaq qəribə
deyildimi?Bəlkə həyatım büsbütün
yuxuymuĢ, elə indicə ayılacam və yuxum
da bitəcək ?!
Bu yuxuya bənzəmirdi.Yuxu sonra olacaq
- sonda. KĠmsə mənə demiĢdi ki, ən Ģirin
yuxu, elə ölümdü, ölüm! Hər gün yatıb
gördüyün,sonradan min yerə yozaraq
özünə sərfəli çözümə saldığın cəfəngiyatla
dolu yuxular insanı günbəgün yaxınlaĢan
ölümünə hazırlayır. Və insan öləndə də elə
bilir yuxudadı, yuxusunu görüb qurtaran
kimi - nə qədər qorxulu, dəhĢətli olsa belə,-
ayılacaq, yenə necə əvvəlki qaydayla
yaĢamıĢdı eləcə də yaĢayacaq. Lakin, o nə
qədər acı olsa da,insan çabalayır,
müsibətlərə qatlaĢır, sürünə-sürünə yaĢasa
da, heç yuxu görməsə də hər səhər
ayılmaq ümidiylə yatır, ölmək istəmir. Lap
can verəndə də onu əbədi xoĢbaxt edəcək
Ģirin yuxudan qorxur, bir an belə çox
yaĢamaq üçün hər Ģeyini qurban verməyə
hazır olur. Bəzən bir gilə acı dərmandan,
bir iynədən də , ümid verən, bir anlıq belə
toxdada biləcək sözdən də ömür umur aciz
insan. Ölüm adlı Ģirin yuxu isə gələndə
var-dövlətə gözucu da baxmaz.Gələr ,
götürər, aparar...Və bu elə bir yuxudur ki,
onu heç bir münəccim yoza bilməz!
Kəndimizdəki qəbirstanlıqda qalan boĢ
yeri təsəvvür elədim;anamla nənəmin
baĢdaĢılarını aydınca gördüm.Ġlahi, mən
indiyəcən buna heç fikir verməmiĢdim ;
anam da nənəm də baĢdaĢındakı
Ģəkillərindən ikisinin arasındakı o boĢ yerə
baxırdılar –biri sağdan, biri soldan.
Həsrətlə, səbirlə, lap yol gözləyənlər
kimi.” Gəl, oğlum,gəl” deyirmiĢ kimi...Nə
qədər baxdımsa da , aralıqdakı boĢluqda öz
daĢımı görə bilmədim.DaĢım yox idi,
qeybə çəkilmiĢdi daĢım.Atama qismət
olmayan iki arĢın torpaq həmiĢə boĢ
qalacaqdı demək.
AĢağı baxarkən, yox ,elə körpü boyu
gözləri, qolları bağlı addımlayarkən bu
yolun nə qədər uzun və məĢəqqətli ,ağrılı
olduğunu dərk etmiĢdim.Arxada qoyub
gəldiyim yolun...
Dönəkmi?...
-Hə , deməli qəhvə , türksayağı...
Svetlana Vladimirovnayla vətəndaĢ
kəbiniylə yaĢayan Mədət , Məryəmin
rəfiqəsi Gülnarın dünənki zəngiylə məni
qarĢılamaq üçün Domadedovo
aeroportuna gəlmiĢdi. Baqaj Ģöbəsində
yüküm olmadığına sevindi. “ Baqaj
gözləməkdən zəhləm gedir”-deyib əl
çantamı əlimdən aldı.Bir xeyli piyada gedib
pullu dayanacaqda saxladığı maĢınına
mindik. Yol boyu köhnə tanıĢlar kimi
söhbətləĢirdik.” Qəhrəman Moskva
Ģəhərinə xoĢ gəlmisiz!” plakatını görəndə ,
hələ Bakıda içimə dolan gərginlikdən azad
olmaq istədim. Bacarmadım.Mədət deyəsən
Brejnev barədə lətifə danıĢırdı.Zarafatın
məğzini tam anlamadan üzümə süni
təbəssüm qonsa da səssiz can verən
Rasimin donuq gözləri yaddaĢımdan
silinmir, özümü dünyanın ən aciz və qorxaq
adamı olduğumu düĢündükcə varlığıma
40 № 4 (16) QıĢ 2015
nifrət edirdim. Bu mən idim, özüm
idim,amma elə bil içimdə baĢqa birisi də
vardı, elə hey, “keçdi və getdi... arxada
qaldı...unut” deyirdi. Olarmı?...
MaĢının əyləcinə basanda fikirdən
ayıldığımı, ilk tanıĢlıqdan sayqısızlıq edib
onu dinləmədiyimi biruzə verməmək üçün
dil ucu “bağıĢla” desəm də, Mədət mənim
qəmgin və duyğulu olduğumu hiss etmiĢdi.
Lütfkarlıqla gülümsünüb “ qalxaq evə”
deyib maĢından düĢdü. Mən də arxasınca.
Özümü heç vaxt belə narahat hiss
etməmiĢdim.
O, Sapyornaya küçəsindəki beĢmərtəbəli
“stalinka”da , iki otaqlı yaraĢıqlı və zəngin
mənzildə yaĢayırdı.Otaqların klassik
üslubda mebellə bəzədilməsi, divarlardan
asılmıĢ orjinal rəsm əsərləri onun yaxĢı
zövq sahibi olduğunu biruzə
verirdi.Ġmkanları da öz yerində.Svetlanadan
uĢağı olmasa da , dediyinə görə Göyçayda
arvadı və iki oğlu var.
Gəldiyim gün mən duĢdan çıxana kimi
onun harasa zəng etdiyini, suyun
Ģırıltısından aydın baĢa düĢməsəm də
mənim barədə ciddi söhbət etdiyini
eĢitmiĢdim. Gülnar , Moskvada iĢ
məsələsində , köhnə dostumu tapmaqda
mənə kömək edəcək bir adam varsa , o da
Mədətdi demiĢdi axı.Artıq iki gün idi onun
qonağıydım və hansısa iĢin qulpundan
yapıĢıb baĢımı qarıĢdırmalıydım. Necə
olmasa o iĢ adamıydı , ailəliydi. Ġstəmirdim
əziyyət çəksin.Ona görə də soruĢdum:
-Moskvada bir əsgərlik dostum
var.Mümkünsə... onu tapmaqda mənə
kömək edərsən?- Naümid soruĢdum.
Mədət zolaq-zolaq ev xalatında, qonaq
otağının küncünə qoyulmuĢ bənövĢəyi
rəngli dəri divanda ayağını ayağının üstünə
aĢırıb “Arqumentı i faktı” qəzetini
oxuyurdu.Bir neçə saniyə məni eĢitmirmiĢ
kimi dinməyib oxumağa davam etdi.Sonra ,
yüngülcə gülümsəyib çərçivəsi qızıl suyu
ilə iĢlənmiĢ eynəyini çıxarıb qəzetlə birgə
jurnal masasının üstünə qoydu.
-Harasındadır Moskvanın? - soruĢub
gözlərini ovuĢdurdu.
-Mərkəzdə... Ünvanı var... məndədir... Bu
dəqiqə,-deyib, karidordakı paltar Ģkafında
asdığım pencəyimin döĢ cibindən
sənədlərimi çıxardım. Pasportumun
arasından qat kəsmiĢ kağızı ona uzatdım.-
Bilirsən, Əfqanıstandan sonra Saratovda
yaĢamıĢam.Tez-tez zəngləĢərdik.Sonra,
birdən əlaqəmiz kəsildi...
Mütaliədən ayırdığıma görə
əsəbiləĢəcəyini zənn edirdim.Əksinə, ona
uzatdığım kağızdan gözünü çəkmədən “Bu
ki , bizim yanımızdadır? Ġki-üç dayanacaq
mərkəzə sarı, Qorki küçəsinin
tini...Gələndə düz qabağından keçdik
...Səhər gedərik , taparıq dostunu...”deyib ,
qımıĢdı.
-Sağ ol,qardaĢ,-deyə təĢəkkür etdim.
-Dəyməz, canım,-deyib mətbəxə keçdi.-
Gəlsənə bir qəhvə dəmləyim içək, həə?-
soruĢub , dilucu əlavə etdi-Bəlkə sən ...çay
istəyirsən ? Problem deyil...çay...
Bizim kimi çaya meyilli deyil, qəhvə
həvəskarı olduğunu baĢa düĢdüm.
-Yoox..-tələsik cavab verdim.- Sən nə
içsən...
Yəqin bu cavabı da gözləyirdi :
-Həə, deməli qəh-və. Təmiz türksayağı...
Bunu elə təmtəraqla vurğuladı ki !
Dediyinə görə , yaxın dostu Dmitri
MərakeĢdən xüsusilə onunçun gətirdiyi
üyüdülmüĢ “arabika”dan iki çay qaĢığı
“turka”ya tökdükdən sonra üstünə soyuq su
alıb dəmə qoydu.Ġstanbulda bir qəhvəçi əsl
türk qəhvəsini necə dəmləməyin sirrini ona
öyrədəndən sonra bu ləzzəti duya-duya ,
“turka”nın armuduya bənzər belinin
divarları boyunca qara köpuyün qalxacağı
anı intizarla gözləməkdən baĢqa
Üç aylıq ədəbiyyat dərgisi 41
mətbəxdən heç bir ləzzət almırdı. Mədət
bir də məzəylə deyirdi ki, yataq otağından
sonra qadınların tükənməyən
fantaziyalarıyla baĢ-baĢa qalmaqları üçün
düĢünülmüĢ ən mükəmməl guĢə -
mətbəxdir.Bu guĢədə kiĢilərə yer yoxdur !
Arıq, bir az da bəstə boylu bu insanda
həyata olan sevgi nə qədərmiĢ!.
Moskvadakı məĢquliyyətini bilməsəm də
yanından uzaqlaĢmağa imkan
vermədiyindən, görüĢdüyü , zəngləĢdiyi iĢ
adamlarının çox sanballı və sayılıb-seçilən
insanlar olduğunu hiss etmiĢdim.Gündəlik
iĢgüzar görüĢlərinin bol olduğuna
baxmayaraq mənə vaxt ayırması, diqqət
yetirməsi , evdə tam sərbəstliyim üçün (
bəlkə də qafqazlı qısqanclığından)
Svetlananı anasıgilə göndərməsi, top vursan
dağılmaz mənzilinin ehtiyat açarını mənə
verməsi Məryəmin rəfiqəsinə olan
etibardan irəli gəlirdi.TanıĢ oilduğumuz iki
gündə təkcə qəzet oxuyanda laqeyid insan
təsüratı yaradan Mədətin qırx-qırx bir
yaĢlarında olmasına baxmayaraq saçlarına
düĢmüĢ dən bakenbardlarında və nazik
bığlarında daha qabarıq
görünürdü.Gülümsəyəndə parlaq , qonur
gözləri alacalanırdı.
Ġki fincan qəhvəylə qonaq otağına daxil
olub birini mənim qarĢıma qoydu.Özü də
fincandan bir qurtum alaraq “bəh-bəh”lə
ust-üstə yığılmıĢ iri döĢəklərin üstündə
oturub dostum barədə danıĢmağımı xahiĢ
elədi.
...bu kabusun əlində hər an
“ehtiyatsızlıq”dan açıla bilən
“KalaĢnikov”u varsa...
...Moskvada keçirilən yay Olimpiya
oyunlarının baĢlanma ərəfəsində “N” saylı
hərbi- təlim hissəsindən çavuĢ rütbəsiylə
Macarıstana göndərilmək əmri aldıq. Yeni
qurğuların sirrlərinə bələd olmağımıza altı
ay vaxt bəs etmiĢdi.YoldaĢlarımızdan
çoxunu Almaniyaya, PolĢaya təyin
etmiĢdilər. Macarıstana dörd nəfər : baĢ
çavuĢ Valeryanov, çavuĢlardan mən,
Andrey Sokolov və Stepan Drazdov
uçmalıydıq. Amma nədənsə hərbi
aerodromda hamımızı bir təyyarəyə
mindirdilər.Hamımız çaĢ-baĢ qalmıĢdıq.
Bizə heç nə demədiklərindən fikirləĢdik ki,
qənaət məqsədiylə yəqin birinci PolĢaya
gedənləri , sonra bizi və “alman”ları
düĢürdəcəklər.Allah bilir nə qədər
uçduq.Ağır yuk təyyarəsinin gurultusu
səhər iĢıqlananda kəsdi. Təyyarənin qapısı
açılar-aĢılmaz onsuz da boğanağ bürümüĢ
salona ərimiĢ qətran qoxulu isti hava
hücum edəndə baĢa düĢdük ki, alp
çəmənlikləri əvəzinə qızmar günəĢin
təĢnəsində qovrulan səhralıq və getdikcə
göy qübbəsinə ucalan bomboz dağlar
silsiləsinin qoynundayıq.Yerimizdəcə
donub qalmıĢdıq.Qulaqlarımız
tutulmuĢdu.Bir yandan da yuxusuzluq və
aclıq bizi haldan salmıĢdı. Ġlk öncə səyyar
mətbəxə gətirdilər...(Sonralar... ya dizimiz,
ya da daĢ-kəsək üstündə yeməyə öyrəĢəndə
bu biyöndəm mətbəxi Ģah sarayı kimi yada
salacaqdıq.)
Bir neçə ay harada olduğumuzu hərbi sirr
kimi gizlətsələrdə Əfqanıstanda baĢlayan
müharibədən xəbərdar idik,”deməli bizi
ölülərin yerini doldurmaq üçün gətiriblər!”
Burada tank əleyhinə kadrlara ehtiyac yox
idi, çünki əfqanlar dağlarda , qayalıqlarda
daha peĢəkar döyüĢürdülər.Biz səhərdən
axĢama kimi hərbi təlim keçir, bir neçə saat
çadırda, bəzən özümüz qazdığımız
birnəfərlik səngərdə, bəzən də eləcə daĢ,
qaya kölgəsində yuxumuzu alırdıq.Çox
vaxt nəinki yuyunmağa , hətta içməyə belə
su tapılmırdı.Kir basmıĢ bədənimiz
qaĢınmaqdan qartmaq bağlamıĢdı;
42 № 4 (16) QıĢ 2015
formamızla dərimizin rəngi bu ilan
mələyən səhraların rəngiylə eyniləĢdi .
Sovet hərbi hissələrində ipə-sapa
yatmayan əsgərlər kimi, praporĢiklər,
rütbələri aĢağı salınmıĢ , xidmətdən
bezmiĢ nə qədər mayor, polkovnik var ,
hamısını seçib göndərmiĢdilər bu ölüm
düĢərgəsinə.Onsuz da “bəxti gətirməyənlər”
siyahısında olan bu zabitlərin itirəcəyi heç
nə yox idi, ona görə də acıqlarını bizdən
alırdı, it uĢağı...
...ÇalıĢırdım söhbətim onu
yormasın.Amma maraqla qulaq asdığını
görsəm də nəzakət xətrinə aradabir “onu
yormuram ki? “ deyə soruĢurdum.Mədət
“məmuniyyətlə dinləyirəm “ deyib
döĢəkçələrin üstündə yerini rahatlayırdı...
...Mənim Andreylə dostluğum hələ
“uçebka”nın ilk günlərində
baĢlamıĢdı.Karantin dövründə onu yerliləri
- moskviçlər xırd-xəĢil eləmiĢdilər. Andrey
onsuz da çəlimsiz uĢaq idi, elə bil xəstəydi.
Onu döyməyə nə vardı ki ! Hə, sən demə
Andreyin atası Moskvada çox yüksək
vəzifədəymiĢ .Mən bunu sonralar bildim.
Təsadüfə bir bax, Andreyin atası
Almaniyaya təyinat almıĢ Qlebin atasını
böyük fırıldaqçılığa görə həbs etdiribmiĢ.
Əsgərliyə bir çağırılmaları da , bir yerə
düĢmələri də çox müəmmalıydı. Sanki
qurama iĢ idi – intiqam almaq, sakitləĢmək
üçün yaradılmıĢ məqammıĢ...Biz
Macarıstana “düĢəndə” , onun adının baĢqa
siyahıda olduğunu eĢidən dostumun necə
sevindiyinin Ģahidiydim...Bu sevinc yük
təyyarəsinin yerə endiyi vaxta qədər uzandı.
Xeyli vaxt bu qədər təsadüfün bir araya
gəlməsində hansısa mif , sirr axtarırdım.
Sonra baĢa düĢdüm ki, yox, bu təsadüf də
deyilmiĢ, bu Tanrının qismət imiĢ!
Yumru sifətinə yaraĢan nazik burnuna ,
çəlimsiz, sümüklü qollarına, incə
barmaqlarına baxanda orta boylu Andreyi,
Ģıltaq məmur uĢağından çox imkansız fəhlə
ailəsindən çıxmıĢ, təzəcə yataq
xəstəliyindən qalxmıĢ insana
bənzədərdin.Ġlk günlər diqqətimdən kənarda
olan bu oğlanı o gecə , kazarmanın
tualetində al-qan içində görəndə onun
məndən imdad diləyən acizanə gözlərində
yığılmıĢ kədəri hələ də unuda bilmirəm...
Növbətçinin xəbəri olmalıydı. Gecə
Andreylə kimin və ya kimlərin ayaqyoluna
girdiyini öyrənib Qlebi, Timofeyi
oyatdım.Hamı mənim idmaçı olduğumdan
xəbərdar idi, lakin, gücümü heç kəsə
“göstərməmiĢdim”-bunu yekəxanalıq
sanırdım.Sən demə, hər yerdə olduğu kimi
burda da gərək güc göstərib tanınasan,
yoxsa batdın...
Birinci , çarpayıda xoruldayan serjantı
duyuq salmamaq üçün yuxulu-yuxulu
gözlərini ovuĢduran Timaya “suĢilka”da
gözləyəcəm deyə pıçıldayanda, əvvəlcə heç
nə baĢa düĢmədi, sonra özünü sındırmadan
durub geyinməyə baĢladı. Qlebin rəngi isə
ölü rəngindəydi.Yarı qaranlıq kazarmada
iki dümsükdən sonra gözlərini açıb
damarları gərilmiĢ sifətimi görəndə dik
durdu, üst paltarını belə geyinmədi;
qorxmuĢdu yaman!
BeĢ dəqiqədən sonra rütubət və nəm
paltarların qoxusu bürümüĢ otaqda
görüĢdük.Onlardan niyə Andreyi o hala
saldıqlarını soruĢdum.Dinmədilər. Daha
doğrusu bir-birinə baxıb “sənin nəyinə
gərəkdir ?” ya – “kakovo xrena tı dopros
ustroyiĢ? “Ya da : “da kto tı vooĢĢe..? ”kimi
sualları ürəklərində götür-qoy edirdilər ki,
Qlebdən daha bədənli, möhkəm əzələli olan
Timofeyin göbəyinə bir neçə yumruq
vurdum. O qəfil zərbədən qarnını ikiəlli
qucaqlayıb zarıdı, “tvoyu ma-aat !”
deyərək səngidi.Arxasını deməyə imkan
vermədim; sinəsinə vurduğum ikinci
zərbədən arxası üstə divarboyu qurudulmaq
Üç aylıq ədəbiyyat dərgisi 43
üçün taxta asılqandan sallanan nəm
formalara iliĢib yerə sərildi. Qleb sarılığın
udmuĢdu. Üstünə yeriyəndə ki, növbə
sənindir baĢının, ağız-burununun qanını
yuyub təmizləmiĢ Andrey otağa girdi.
DanıĢmağa halı olmasa da xahiĢ etdi ki,
növbətçi serjantı oyatmamıĢ dağılıĢaq,
yoxsa axırı pis olar. “Qalsın sonraya..”
deyib dağılıĢdıq. Amma barıĢıq olmadı.
Əlbəttə, zabit , serjant nə baĢ verdiyini
təxmin etsələr də, kiĢilik məktəbi deyilən
əsgərliyin öz yazılmamıĢ qanunları var axı;
aciz də olsan satqınlıq etməməlisən! Heç
kəs, hətta ən çox ehtiyat etdiyimiz ağciyər
Qleb də heç kəsi ələ verməmiĢdi.Və sandım
ki, hər Ģey bununla da ötüĢdü...
Əfqanıstana gələndən sonra bu
cəhənnəmin içində, amansız düĢmənlə
üzbəüz, hərə öz canının hayına qalanda da
mən ömürlük dost olacağımıza söz
verdiyim Andreyi gözümdən kənar
buraxmırdım ; hiss edəndə ki, səni
qarabaqara izləyən kabus həmiĢə sənin
arxandadır və bu kabusun əlində hər an
“ehtiyatsızlıqdan” açıla biləcək
KalaĢnikovu var - Allahın da üz
döndərdiyi Əfqanıstan çöllərində bu ən
ucuz və mənasız ölüm ola bilərdi. Mən onu
bu kabusdan qoruyurdum.
Bizi hələ döyüĢə aparmırdılar.Əfqan
mücahidlərinin döyüĢ taktikasına nabələd
sovetlər mənasız itkilər verdiyindən , yerli
relyefi uçurum qayalıqlardan, bomboz
uzanıb gedən dağlardan ibarət olan döyüĢ
meydanını daha yaxĢı mənimsəmək üçün
gecə-gündüz kəĢfiyyat qruplarının gətirdiyi
məlumatlardan bəhrələnir, gah qayalardan,
gah da sanki yerin altından gözlənilmədən
peyda olacaq düĢmənə sərrast və daha az
itkiylə cavab vermək taktikası
hazırlayırdılar. Zabitlərimiz də bu
cəhənnəm iztirabına uyğunlaĢdıqca, hələ
ki, ayaqda olan əsgərin qiymətini bilməyə
baĢlamıĢdılar deyəsən: hardansa , içməyə
yaramasa da su tədarük edilmiĢ, quru çörək,
konserva payımızı artırmıĢdılar.Sonra baĢa
düĢdük ki, yox...bu qayğı deyilmiĢ -
təhlükəni anbaan gözləyən Böyüklərin
ölüm qabağı Kiçiklərə olan
minnətiymiĢ.Gözü və qarnı ac döyüĢçü
gülləsiz də ölüdür ! Onsuz da
müharibələrdə döyüĢən əsgər, hər an bir
süngünün, bir güllənin, partlayacaq bir
minanın hədəfindədir. Hər əsgərin məhvi
isə zabitlərin özünü ölümə daha da
yaxınlaĢdırır...Hər kəsin sifətində “bu
müharibənin bizə, mənə dəxli yoxdu “
sözləri aydınca yazılsa da bunu dilinə
gətirəcək, üsyan edəcək qədər gücsüz
idik.Əlac vardımı? Bu dövlətdə xalq bir
ovuc qum qədər qiymətsiz, bir insan tirdəki
niĢangah kimi qəpiklə ölçülən bir Ģey
olduğunu kim bilmirdi ki? Hamı bununla
barıĢmıĢdı. Heç kəs ölmək istəmirdi. Heç
kəs belə tez ölmək istəmirdi.
Gecə, həyacan siqnalı əfqanların qəfil
basqınından bir neçə saniyə gec verilmiĢdi.
Qanlı döyüĢ baĢladı. Avtomatlar
Ģaqqıldadıqca vıyıldayan güllələr göy
üzündə bir atəĢfəĢanlıq yaratmıĢdı ki
!..QonĢu düĢərgədə toplardan atəĢ
açılmasaydı bir göz qırpımında hamımızı it
kimi gəbərdəcəkdilər. Amansız döyuĢ
yarım saatdan az çəksə də mənə elə gəldi
bu dəhĢətin sonucu olmayacaq...
Polkovnik Romanov özündən çıxmıĢdı;
kəĢfiyyatın məlumatına görə çalmalılar
çox uzaqda olmalıydı. Sanki göydən
düĢdülər, bəlkə də yerdən çıxdılar - bilmək
olmurdu. Gəldikləri kimi də cəmi üç nəfər
itki verərək yoxa çıxdılar. Bizim itkimiz isə
iyirmi beĢi keçmiĢdi. Öldürülənlərin çoxu
keĢikdə duranlar idi - yazıq uĢaqların
baĢlarını qurbanlıq qoyun kimi
xirtdəyindən üzmüĢdülər.Özümü
tanıyandan bu qədər qan görməmiĢdim.
44 № 4 (16) QıĢ 2015
Səhər meyidləri “Ural”a yükləyəndə
bildim ki, Timofeyi də evlərinə
“göndərirlər”...
Onu döydüyümə görə çox heyfisləndim.
O gündən daha ayıq-sayıq olmağı tapĢıran
polkovnik Romanov bütün zabitlərə əmr
verdi ki, gecə -gündüz gözətçiləri postlara
cüt-cüt qoysunlar.(Əlbəttə! Canlı hədəf
deyildikmi?!)
...Yaxınlıqdakı dərənin o üzündə balaca
kənd vardı. KəĢfiyatın məlumatına inamını
itirən polkovnik əmr verdi ki, çalmalıların
- əfqan mücahidlərinin gizlənib-
gizlənmədiyin dəqiqləĢdirmək üçün ora
baĢqa dəstə göndərmək lazımdır.
Dəstənin baĢçısı leytenant Kostalevski
məni, Qlebi, bir də tacik Parvozu seçib
hazırlıq görməmizi əmr edəndə Andreyin
də dəstəmizə qoĢulmasını xahiĢ etdim-
bilirdilər - özümdən aralı qalmasını
istəmirdim.Qəribədir, leytenant Andreyin
zəif görünüĢünə baxmayaraq ürəyində “bu
ələngəni niyə əsgər çağırıblar” deyə ağzını
büzdüsə də, razılaĢdı.
Mən bu cəhənnəmə düĢəndən sonra
“uçebka”da baĢ vermiĢ əhvalatı
unutmuĢdum. Hər saniyə ölüm qoxusu
gələn tozanaqlı əfqan torpağında elə
“xırda” dava-dalaĢı yada salmaq, nədənsə,
gülünc gəlirdi mənə. Amma indi, Andreyin
də bizimlə “fərsiz” kəĢfiyatçıların
məlumatlarını dəqiqləĢdirmək üçün (guya
biz kəĢfiyyat məktəbin bitirmiĢdik?!)
dəstəyə salınmasını xahiĢ edəndə Qlebin
ətli cəmdəyinə vicvicə düĢdüyünü hiss
etdim. Timofeyin həlakından sonra artıq
güvənəcəyi kimsə də yox idi. Hətta , “o
gedirsə... mən qalıram” demək könlündən
keçdi də. Amma müharibədə könüldən çox
Ģey keçər. Bizi isə ölməyə gətiriblər bu boz
səhralara, ölməyə !...
Yük torbamıza iki günlük “suxoy payok”,
hərəyə dörd maqazin patron, qumbara,
siqnal raketləri, yağıĢdan, həm də gecənin
soyuğundan qorunmaqçin plaĢ-palatkamızı
götürüb axĢamüstü dağlara tərəf yola
düĢdük. Avtomatın süngüsünü palçıqla
sürtürdük ki, qaranlıqda parıldamasın.
Bizim mövqeyimizdən baxanda o nəhəng
dərənin üstündəki gil və qamıĢdan, qaya
daĢlarından yapılmıĢ kənd ovuc içi kimi
görünürdü, amma, ora getmək üçün
qarĢıdakı sıldırım qayalıqların arasıyla
üzüyuxarı getmək, sonra da yol-iriz tapıb
aĢağıya enmək lazım idi. Tacik balası
Parvozdan özgə belə sıldırım dağları
görməmiĢ dəstə üzvlərini çətin və təhlükəli
aĢırım sehirli qüvvə kimi özünə çəkirdi.
Bir kilometrə yaxın, bəlkə də bir az çox
getmiĢdik ki, narın-narın yağıĢ yağmağa
baĢladı - yayda, ilanmələyən bu yerlərdə nə
bivaxt yağıĢ idi , anlamadıq.Cavan
leytenantımız avtomatları qundağı yuxarı
asmağı əmr etdi ki, süngülərə vurduğumuz
palçıqğı yağıĢ yumasın.Elə də etdik. PlaĢlar
uzun və gen idi, yoxsa biz bəstəboy
olduğumuzdanmı balağı ayaqlarımıza
dolaĢdıqca sürüĢkən qaya parçalarının
üstüylə yerimək çətinləĢirdi? Yuxarı
çıxdıqca yol bir üzü uçurum, bir üzü də
qayalıq boyu dar cığıra çevrilir,
ayaqlarımız çəkmələrin içində “oynayırdı”.
Arxada qoyduğumuz müdhiĢ mənzərə
gecənin zülmətində itib-batdıqca haradasa
bir ayaq enində ağac parçasının üstündə
yeriyən kəndirbaz kimi tarazlığı itirmədən
kor-koranə, cınqırımızı belə çıxarmadan
qarĢımızdakı əcaib qaranlığa sarı gedirdik...
Leytenant bir kaha gördü.”Burda
gecələyək!” deyib kahaya girdik.Çörək,
tuĢonka çıxarıb iĢtahla yeyəndən sonra
plaĢımıza bürünüb yatıĢdıq. Andrey növbə
çəkirdi...
...Nə qədər uzaq da olsa o qədər yaxın
xatirələrim Mədəti də yaddaĢımın izinə
salmıĢdı.Yenə də “yormuram ki?”
Üç aylıq ədəbiyyat dərgisi 45
soruĢdum.Marağını gizlətmədi:”Sonra nə
oldu?”dedi.
...Səhər açılar - açılmaz gözünün acısını
almıĢ leytenant qalxmağımızı əmr etdi.
Özümüzü sahmana salıb yola
düzəldik.YağıĢ kəsmiĢdisə də yöndəmsiz
qayaların üstüylə axıb gələn lilli suyun
son damcıları , ahəstə-ahəstə dar cığır boyu
sərələnmiĢ qənbər daĢların arasıyla süzülüb
uçurum dərəyə tökülürdü.Yüksəklikdəki
axırıncı qayalıqdan dönüb aĢırıma düĢürdük
ki, ucu-bucağı görünməyən boz dağların
arxasında günəĢin ilk iĢıltısı gözlərimizi
qamaĢdırdı.
Bu necə kənddi? Nə bir xoruz banladı, nə
azan səsi eĢitdik. Səhər isə açılırdı...
Üzü aĢağı düĢmək bizə asan gəldi.YağıĢ
kəsdiyinə görə yığıb torbamıza
qoyduğumuz uzun plaĢ daha hərəkətimizi
ağırlaĢdırmır, nə də daĢ-kəsək altında
gillənmiĢ torpaq daha ayağımız altında
laxlamırdı. Bəzən çəpəki, gah biri-
birimizdən, gah da yarpaqları mücəlib
qurumuĢ çır alça kollarından yapıĢaraq
axırıncı aĢırımı keçib kəndə çatdıq.
Bir tərəfdən dağın sinəsinə, bizim
düĢərgəyə sarı isə dibi görünməyən dərənin
beĢ-on metrliyində yerləĢən bu məkan
kənddən çox, üstünü çətir kimi bağlayan
nəhəng qayalığın altında qurulmuĢ
müvəqqəti sığınacağa oxĢayırdı; nə bir
ağac, nə bulaq vardı, nə də ins-cins həniri
gəlirdi. Sanki, yüz illərdi bura canlı ayağı
dəyməyib. Balaca, əyri-üyrü dalana qucaq
açmıĢ palçıq daxmalar bir haya bənd idilər
ki,ovulub tökülsün, yerlə yeksan olsun.
Leytenant ətrafı nəzərdən keçirdi.”Bəs
hanı bu lənətə gəlmiĢ düĢman? Deməli
kəĢfiyatçılar düz məlumat veriblər?!”
Sakitlik idi. Biz də ogünkü müsibəti yada
saldıqca “düĢmən”lə əlbəyaxa
gəlmədiyimizə görə gizlincə sevinirdik.
Amma bu sevinc üzdə idi, içimizdə
anlaĢılmaz bir qorxu, ürəyin damarlarını
titrədən vahimə vardı. Bunu danmaq
mümkün deyil. Beləydi.
Leytenant Kostalevski boynundakı
durbinlə sonsuz-bucaqsız dərə boyu uzanan
yola nəzarət edir, Parvozla Andrey isə
adamı vahiməyə salan ölü kəndin
əhatəsində bu yerlərə nabələd insanı ilk
baxıĢdan aldadan oxĢar, ekiz təsəvvürü
yaradan, əslində isə hər qarıĢında bambaĢqa
mənzərə, baĢqa rəng, min illərin tarix
yaddaĢı uyuyan boz dağların tilsiminə
düĢmüĢdülər. Qleb avtomatını dizləri
arasına sıxıb dərənin uç metrliyində
oturmuĢdu.
Təzəcə doğmuĢ günəĢin qızılı Ģüaları
qırmızı dağlarda, qayaların arasında
gizlənpaç oynadıqca gecənin iliyimizə
iĢləyən soyuğunu diksindirirdi. Hələ
sümüklərimizə yeriməyən istinin gücünü
bir azdan daha yaxından hiss edəcəkdik.
Qəribədir, Qobustan qıĢlaqlrına daha çox
bənzətdiyim əfqan torpağında elə bil günəĢ
kimi dağlar da, çöllər də, hətta otlar da
qırmızıya çalır. Qobustandan fərqli olaraq
addımladıqca havadan yovĢan ətri gəlmir
bu yerdə.Yoxsa mənə elə gəlir?
PeĢab eləmək üçün yük torbamı
çiynimdən çıxarıb yerə atdım, onun yanına
avtomatımı qoyub uçurum dərənin kənarına
yaxınlaĢdım. AĢağı baxa bilmədim; dərə
boyu qayalardan qopub üzü aĢağı
yumarlanaraq üst-üstə qalanmıĢ iri, qonur
daĢların arasıyla ilan kimi qıvrılaraq
dünyadan xəbərsiz kimi axan sısqa çayın
səsi eĢidilməsə də, zəhmi adamı özünə
çəkirdi. Bu cazibədən özümü qorumaq üçün
gözlərimi göyə zilləyib Ģalvarımın
düyməsini açanda bir çıqqıltı eĢitdim.
Əvvəlcə elə baĢa düĢdüm ki, sakitlikdən
istifadə edən uĢaqlar kol-kos yığıb tonqal
qalamaq istəyirlər. Sonra “nə tonqal...
baĢımızı cəncələ salmağa heç leytenant
46 № 4 (16) QıĢ 2015
icazə verər?” deyə fikirləĢirdim ki, iknci, bu
dəfə küt, daha sərt səs gəldi: “Ģarakk...”
Heç Ģübhə etmədim - kimsə avtomatı
döyüĢ vəziyyətinə gətirdi.”Bizimkilər
yəqin basmaçları görüblər...” Barmaqlarım
əsə-əsə Ģalvarımın düyməsini bağladım
yoxsa yox, amma gözümü mavi səmadan
ayırıb çevrildim; əlimlə gözlərimi
qamaĢdıran günəĢi “boğdum”, baxdım ki,
yük torbama söykədiyim avtomat yoxdu.
Qleb öz silahını süngüsündən yerə
sancmıĢ, mənimkini isə döyüĢ vəziyyətinə
gətirərək Andreyə və Parvoza sarı
tuĢlamıĢdı. Hamımız çaĢıb qaldıq.
Barmaqları əsirdisə də gah mənə, gah
leytenant istiqamətinə baxıb fikrində tam
ciddi və qəti olduğu bildirdi:
-Kim yaxınlaĢsa... atacam. Yerinizdən
tərpənməyin , eĢitdiniz?! Atacam...
“Tülkü oğlu, tülküymüĢ ! Mənim
silahımdan atmağı da qabaqcadan
fikirləĢib... oğraĢ ! Məqam axtarırmıĢ...
Ġkimizdən də intiqam alacaq... Andreyi
vuracaq, deməli özünü də vuracaq mənim
silahımla? Hər Ģeyi fikirləĢib, it oğlu, yoxsa
heç kəs inanmaz... Məni “dizbat”a
salacaqlar... Bəs leytenant, Parvoz? Bəlkə
hamımızı vuracaq ?...”
-Qraçov !... Axmaqlıq eləmə ! - Özünü
itirmiĢ leytenantın həyacanlı bağırtısı məni
fikirdən ayırdı. Sonra bir az udqunub nəsə
fikirləĢdi, lap həlim səslə , - Oğlum, - dedi,
- sonra peĢman olacaqsan, qoy, qoy yerə
silahı .
Andreyə iĢarə elədim ki, nəbadə hərəkət
eləsin. Qorxaqların əlindən çıxan xəta
həmiĢə gözlənilməz və ağlasığmaz olur.
Gənc leytenant düĢdüyümüz vəziyyəti
götür-qoy edir, avtomatı , titrəyən əlində o
yan bu yana oynadan Qlebin gözlərinin
içinə baxa-baxa ona yaxınlaĢırdi. Qleb
hiddətli bir səslə bağırdı :
-Y-yaxınlaĢma!.. Komandir, mən za-
zarafat eləmirəm. Gəbərdəcəm hamınızı... it
uĢağı!
Leytenant dayandı:
-YaxĢı... Gördün, yaxınlaĢmıram... indi gəl
kiĢi kimi danıĢaq. Səni kimsə incidib? Sənə
nə olub axı? Bura heç birimiz öz istəyimizlə
gəlməmiĢik, oğlum...BaĢa düĢ... mənimçin
də ağırdır... Müharibədir...
“Unutmub... əclaf... Neçə vaxtdır fürsət
gəzirmiĢ, deməli. Mən axmağ da, gör
silahımı kimin yanına qoymuĢam.
Axmağam, axmaq.!.”
Heç nədən xəbərsiz yazıq leytenant da elə
bilir ki, Qleb burda, bu cəhənnəmdə
olduğuyçun beziĢib. Ġndi leytenantın
səsindəki yalvarıĢ daha çox hiss olundu.
-ÇavuĢ Qraçov, qoy yerə... silahı...Yaddan
çıxaraq... -Bizə tərəf baxıb müraciətlə,- Hə,
uĢaqlar,-dedi,- unudaq getsin... Bu bir
zarafat idi...
-Nə zarafat, sənin ananı!.. Zarafat qurtardı,
qurtardı ! Bu müharibə də m-mənim yox, s-
ssənin müharibəndi. Sizin!... -Əsəbi halda
qıĢqırtısından ətli boynundakı damarları
tarıma çəkilmiĢdi.
Qleb avtomatın qundağını bərk-bərk
sinəsinə sıxırdısa da Ģəhadət barmağının
tətikdən aralı ,havada titrədiyini hiss
edirdim. Hərçənd ki, bu aldadıcı qorxaqlıq
bircə anda, məsələn, Andreyin avtomatı
çiynindən çıxarmağa cəhd etməsi,
leytenantın tapancasına əl atması təqdirində
cəsarət həddinə gələ bilərdi. Neçə vaxtdı
yığılan qəzəb, nifrət və intiqam hissini
gözlərində aydınca oxumaq olurdu.
Diqqətlə baxsaydın o qəzəbli baxıĢlarda bir
az cəsarətin kəmliyi, bir az da məzlumluq
görərdin. Səsindəki titrəyiĢ də ağır bir
hökm çıxarmaqda tam qətiyyətli
olmadığına, hələ tərəddüd etdiyinə iĢarə
etsə də belə bir situasiyada beyni çönmüĢ
adamdan nə desəydin gözləmək olardı. O
Üç aylıq ədəbiyyat dərgisi 47
sağ ayağını yerə çırparaq bağırmaqda
davam edirdi:
-Andreyy, it oğlu, silahını qoy yerə... it
oğlu ! Sənin ananı ağladacam... Qurd-quĢa
yem olacaqsız hamınız...
ĠĢarə etdim ki, silahını yerə qoysun. Rəngi
ağappaq ağarmıĢ Andrey bir mənə, bir də
leytenanta baxdı. Zabitin baxıĢlarıyla
“tərkisilah olmağın məsləhətdir” iĢarə
etməsindən sonra kalaĢnikovu qurumuĢ
kolun üstünə atdı.
“Nəsə etmək lazımdır? Nə , necə?...” Bir
an, sadəcə bir göz qırpımı, məqam lazım idi
ki, titrəyən barmağına təpər gəlsin... və bir
maqazin güllə hansımızısa, bəlkə də
hamımızı xəlbirə döndərsin. Bayaqdan
beynimdə nə edəcəyimi götür-qoy edib,
atacağım addımın əsarətində qalsam da ,
düĢüncəmdə o anı geri çəkirdim, gücüm
çatmayacağı təqdirdə Tanrıya dua edirdim
ki, zamanı bir anlıq dayandırsın. Bu ki
onunçun su içmək kimi bir Ģeydir?!
Qleb arxasını mənə çevirəndə leytenant
riskli qərar qəbul edəcəyimi duydu. Axı
silahsız da olsa, ona ən yaxın mən idim.
Artıq düĢünmək zamanı deyildi. Qəfildən
üç-dörd addımlıq məsafəni birnəfəsə,
arxadan piĢik kimi Ģığıyaraq çiyninin
üstündən qollarımı açıb sinəsinə dayadığı
avtomatın korpusuna sarılıb geriyə
qıvrıldım ki , qamarlayıb əlindən alım. Qleb
mənim qəfil basqımdan necə karıxmıĢdısa
Ģəhadət barmağını titəyə sıxmağıyla lüləsi
göyə tuĢlanan avtomatın havada
Ģaqqıldaması bir oldu. Ġkimiz də qanrılıb
yerə çırpılanda avtomatın kəməri çiynindən
siviĢib çıxsa da, arası kəsilmədən açılan son
güllələr torpağın bağrını dəlib-deĢsə də ,
qorxudan qıc olmuĢ barmaqları silahdan
qopmurdu.Maqazindəki sonuncu güllə
hansısa daĢa dəyib vıyıldayanda uçurumun
lap qırağında uzandığımızı gördüm.Ani bir
hərəkətdən ikmiz də dərənin dibinə
yumarlana bilərdik. Avtomatın kəməri sağ
qoluma dolaĢmıĢdı. Sol qolumla onu özümə
tərəf sıxdım. Dərənin ətürpədici cazibəsini
duydum. Qəzəb dolu gözlərim Qlebin ölü
rəngli sifətinə zillənmiĢdi. Piyli cəmdəyi
əsim-əsim əsirdi. Bilirdim, o indi daha çox
mənə nifrət edirdi. DiĢləriylə alt dodağını
necə sıxmıĢdısa üç yerdən al qırmızı qan
puçurlanırdı. ”Qurtardı... hər Ģey bitdi..”
deyə gözlərimi qapayıb açdım, baĢımı
qaldırıb dərəyə tərəf iĢarə etdim ki, yerində
qımıldanmasın, yoxsa...
Bu bir anda oldu. Dirsəyimi torpağa
möhkəm dirəyib, güclə dizləri üstə
oturdum. Gözlərində iĢıq sönmüĢ,
qətiyyətsizlik, kədər, məyusluq, bir az da
qorxu öz rəngləriylə onun solğun sifətində
dolaĢırdı.Yəqin ki, ədavətə görə intiqam
hissiylə çırpınan, gizlincə buna məqam
gəzən ,döyüĢ tapĢırığı yerinə yetirərkən
yoldaĢına xəyanət edən bir sovet əsgərinin
gələcək aqibətini acı-acı düĢünür, bəlkə də
bu qədər aciz və fərsiz oğul olduğunu özünə
bağıĢlaya bilmirdi. Sanki bütün dünyadan
iyrənirdi, həyatdan, ətrafındakılrdan, hər
Ģeydən bezmıĢdı. SulanmıĢ göz
qapaqlarının kənarında yığılıb qalmıĢ iki
damla duzlu göz yaĢı bir göz qırpımına
bənd idi ki, sıx, iri kipriklərinin arasından
süzülüb tozlu yanağına düĢsün. Birdən,
aramızda “uzanmıĢ” kalaĢnikovdan
barmaqlarını üzdü, var gücüylə sinəmdən
itələyəyib boğuq və çox kədərli səslə “poĢli
vı vse...” deyib özünü uçurumun qucağına
atdı... Hündür tranplindən arxası üstə
hovuza tullanan üzgüçü kimi bunu o qədər
cəld və gözlənilməz etdi ki, ona tərəf
uzanan əllərim havadan asılı qaldı. Az qala
onun arxasınca uçacaqdım.
Bir neçə saniyədən sonra Qlebin dibi
görünməyən dərə boyu əks-səda verən
vahiməli bağırtısı eĢidildi: “Maa-
48 № 4 (16) QıĢ 2015
maaa..aa...” Sanki dağlar da onun səsinə
hay verdilər: ”Aaa...aaa...”
...Dərənin kənarında xeyli hərəkətsiz,
quruyub qalmıĢ leytenant Ģtabda canlı itki
barədə necə məruzə edəcəyini götür-qoy
edərkən, mən də gilli əfqan torpağını
ovucumda sıxıb, indicə sal daĢlara, ĢiĢ
qayalara çırpınaraq parça-parça olmuĢ
Qlebin qurd-quĢa yem olacaq meyidini
təsəvvürümdə canlandırır, özümü onun
dəhĢətli, dəhĢətli olduğu qədər də mənasız
ölümündə dostum Andreyə ömürlük Ģərik
olduğumu düĢünürdüm...
Görəsən həmin anda Andrey nə fikirləĢidi
- təəssüfmü edirdi, yoxsa sevinirdimi ?
Onun baxıĢlarında, simasında bunu sezdirə
bilən heç bir iĢartı görə bilməmiĢdim. Mən
isə o vaxt da, elə indi də düĢünürəm ki,
görəsən imkanlı bir məmur cılız, yarıcan
oğlunu nəyə görə əsgərlikdən
saxlatdırmayıb? Yıxılmasan bərkiməzsən
deyimini sınaqdanmı keçirmək istəyib,
bəlkə, “kimin uĢağından artıqdır ki “ -
fikirləĢib? O doğurdan da, heç kimdən artıq
deyildi ! Heç olmasa sonradan bura
düĢdüyünü biləndə baĢqa hissəyə
keçirtdirə də bilərdi. Deməli, qismət
beləymiĢ. Ataların münaqiĢəsi,
düĢmənçiliyi kimisə qurbanlıq seçmiĢdi və
bu qurbanlıq Qleb idi.Təkcə Qlebmi?..
Bir olan Allah da Ģahiddir ki, mən onu
xilas edə bilməzdim.
Biz leytenantın əmrinə görə Qlebin yük
torbasını, avtomatını götürüb xaraba
kənddən uzaqlaĢdıq ; üzü yuxarı qalxdıqca
baĢımız üstündə alıĢıb yanan günəĢin
çevrəsində halay quran quzğunlar, arxada
uzanıb gedən ölüm dərəsində atıb
getdiyimiz Ģıkara “qonaq” getməyə məqam
gözləyirdilər...
***
...Mədət bir müddət susdu.Sonra heyrətini
gizlətmədən dedi:
- Çox dəhĢətli hadisədir. - Bir azdan əlavə
etdi. - Sənin dostun isə bivec adama
oxĢuyur , vallah!
- Sən elə düĢünürsən? - SoruĢdum.
-Ayə, sən ona qardaĢlıq etmisən, can
yandırmısan, özünü oda atıb ölümün
pəncəsindən almısan... o isə, nə səni
axtarıb, nə də ki, evini tanıtdırıb. Özü də
deyirsən vəzifəli, imkanlı kiĢinin
oğluymuĢ... Belə də dostluq olar?
Mən sadəlövhlüklə cavab verdim:
-Yəqin iĢ-güc imkan vermib.Vaxtı olmub.
Bəlkə də baĢında bir qəzyə var?
-Biz Qafqazlılar baĢqayıq , vallah !
Sadəlövüy. Hamını özümüz kimi görürük...
Neçə il Saratovda yaĢamısan, heç bir dəfə
gəlib yanına? Ya da ki, çağırıb Moskvaya ?
Ġstədim yalan deyəm ki, hə, gəlib,
çağırıb... Sonra bir-iki gündür məni tanıyan
Mədətin Andreyə qarĢı sərt mövqe tutması
özümü də çaĢdırdı. Ġndi həmən sualları
özüm özümə verdim ki, doğurdan da
Andrey mənə qarĢı niyə soyuq olub
görəsən?
-Yox, - dedim, - gəlməyib. Moskvaya
dəvət edirdi, amma mən getmirdim.
-Nə isə...- BoĢ fincanları götürüb mətbəxə
keçəndə, -Yerin hazırdı, -dedi,- get
dincəl... Sabah gedib baxarıq, Ģto za
druq?!...
Səhər açılmaq bilmirdi, yoxsa mən dan
yerinin vaxtından qabaq sökülməsini
istəyirdim? HəmiĢə beləydi, bir yerə
getməyə hazırlaĢanda gözümü yumub
rahatca yata bilmirdim, səhəri diri açırdım.
Ġndi lap narahatam, özüm də bilmirdim
niyə. Mədətin dediyindən yaxında olur, lap
yaxında... Moskva böyük Ģəhər də olsa,
taparıq yəqin ki...
Heç özümdə bilmirəm onunla görüĢə niyə
can atırdım. Elə bil hansısa qüvvə məni
onun dalınca salıb, axtar deyir, axtar...
Görəsən o heç məni düĢündümü?
Üç aylıq ədəbiyyat dərgisi 49
Axtardımı..? Bəlkə də heç yadına
düĢməmiĢəm...
Mədət “Opel”ini iĢə salandan iyirmi beĢ
dəqiqə sonra beĢmərtəbəli “Monolit”
binanın qarĢısında maĢını saxlayıb
pəncərəni açıb baĢını çölə çıxardı, binanın
tinindəki yazıya baxıb dedi:
-Hə, bura olmalıdır... - Hər ehtimala qarĢı,
bir cibindən çıxartdığı ünvan yazılmıĢ
kağıza, bir də divardakı lövhəyə baxıb
sözünü baĢıyla təsdiqlədi. Sonra binaya
zəndlə baxıb nəsə hesablayıb əlavə etdi: -
Ġkinci giriĢ... Getdik.
Sovet memarlığının gözəl nümunəsi olan
bu bina elə giriĢ qapısından adamı heyran
qoyurdu; hündür kalonlar, geniĢ vestebül,
ağ mərmər pılləkənlər, enli metal çərçivəli
lift, divar boyu pannolar, addımlarımızın
bina boyu əks-səda verən tıqqıltısı...
Moskvanın çox binalarından seçilən bu
möhtəĢəm evdə mötəbər, adlı-sanlı kübar
ailələrin yaĢadığına Ģübhə etmədim.
Andreygilin mənzili ikinci mərtəbədə
yerləĢdiyini qapının ağzındakı sakinlər
barədə məlumat yazılan lövhədən
öyrəndiyimizdən liftə minmədik. Amma
mənzilin qapısına çatanda baĢa düĢdük ki,
təngənəfəs olduğumuz geniĢ və hündür
pilləkən əvəzinə yuxarı liftlə daha tez
qalxardıq.
Mədət daima maĢınla hərəkət etdiyindən
pıllələr onu yordu, az qala ləhləyirdi.
Yorulduğunu biruzə verməməkçin
pilləkənin sürahəsinə söykənib dayandı.
Sonra üzbəüz dayandığımız iri qırmızı
qapını göztərib dedi:
-Düyməni bas.
Zəngin düyməsini basıb gözlədim. Açan
olmadı.Bir də basdım,bir də...
-Heç kim yoxdu...
Mədət özünə gəlib qapıya yaxınlaĢdı,
sanki mən düyməni düz basmırammıĢ kimi
Ģəstlə məni süzüb zəngi ovcunun içiylə
dalbadal bir neçə dəfə döyəclədi. Qapını
açan olmadı.
-Elə bil ev boĢdur, - müəyyənliklə deyib
gözlərimdəki “niyə”ni oxuduğundan
təsdiqlədi.-Zəngin səsi gup-gup guppuldayır
, eĢitmirsən ?
Zəngin səsinə bir az qulaq verib baĢımı
tərpətdim ki, hə, guppuldayır..
Elə bu dəmdə vestibülün sol tərəfindəki
mənzilin ağır dəmir qapısının kilidi iki dəfə
Ģıqqıldadı, sonra bir də ... daha sonra qapıya
təhlükəsizlik üçün vurulmuĢ qalın zəncir
tarıma çəkilənə qədər aralandı.Boğuq,
xırıltılı, lakin mülayim bir səs gəldi:
-Cavan oğlanlar, sizə kim lazımdır?
Mədət bir qarıĢ aralı qapının
alaqaranlığında solğun, çuxura düĢmüĢ,
sulanmıĢ gözləri, qaraqançır olmuĢ
damarlarını üzündəki dərin qırıĢlar belə
gizlədə bilməyən ahıl, əldən düĢmüĢ, lakin
qanında olan aristokratlığını təsəvvür
ediləcək qədər saxlayan qadını gördü.
Rusca salam verib tələsik soruĢdu ki, bilmir
qonĢuları hardadı?
Moskvalılara xas olan marağını
gizlətmədən soruĢdu:
-Siz onu hardan tanıyırsız?
- Mənim əsgərlik dostumdur... Andrey,-
dedim, - Əfqanıstanda bir yerdə
döyüĢmüĢük.
Andreyin adını eĢidəndə qadın bir az
ürəkləndi, zənciri bir az da tarıma çəksə də
qapını açmadı. Sonra dərindən ah çəkib
nazık rəngsiz dodaqlarını qırıĢmıĢ
barmaqlarıyla ovuĢdura-ovuĢdura təəccüblə
soruĢdu:
-Deməli bilmirsiz ? Onlar... çoxdan burda
yaĢamırlar... Lap çoxdan... AndryuĢa
əməliyyat olandan sonra... unutmuĢam... hə,
deyəsən Ġsrailə köçdülər... Bilmirəm...
Arvadı yəhuduydi deyəsən.Yadımdan
çıxıb...
50 № 4 (16) QıĢ 2015
Ġxtiyarsız bir-birimizə baxdıq. Deyəsən
ikimizin də yadına axĢam etdiyimiz söhbət
düĢdü.
-Nə əməliyyat? – TəlaĢla soruĢdum.
Qadın sanki danıĢmırdı, səsini içindən
dartıb çıxarır, sonra da bu səs aydın
eĢidilməyən xırıltıya bənzər sözlərə dönüb
azca aralı olan qapının arasında boğulub
qalırdı.
-Çooxx ağır əməliyyat...yazıq
AndryuĢa...Be-ləə...
Hələ ki üzümüzə bağlanmamıĢ dəmir
qapıya yaxınlaĢıb baĢqa nəsə öyrənmək
istədim. Az qala aralı qapıdan içəri
soxulacaqdım. Qocanın soyuq nəfəsi, lal ,
solğun baxıĢlarıyla üz-üzə, göz-gözə
dayanmıĢdım.
-Bizdən qorxmayın, xahiĢ edirəm, - deyə
yalvardım, - bildiyiniz nə varsa mənə
deyin... XahiĢ edirəm...
Elə bil mənim qəflətən qapıya
yaxınlaĢmağım, səsimdəki həyacan qadını
qorxutmuĢdu. Bir yandan da qaralığım...
Titrəyən barmaqlarıyla cəftədən yapıĢıb
qapının üzümə bağladı.
-Daha heç nə bilmirəm... Dərman atmaq
vaxtımdır. Gedin...
Zəhmlə kilidlənən qapının o üzündə
deyinən qadının özü kimi xırıltılı səsi də
yox oldu...
Yeganə ümidimin puç olmasından məyus
olub Mədətə baxdım. BaĢını aĢağı dikib
durmuĢdu.
***
...Yol boyu ikimiz də susduq. Əslində
danıĢılası söz də yox idi. Mədət mənim çox
məyus olduğumu gördüyündən maĢını
yavaĢ sürür, bəzən iĢıqforda yaĢıl iĢıq yansa
da dayanıb nəsə fikirləĢir, arxadakı
maĢınların təkidli siqnal verdiyini görəndən
sonra elə bil özünə gəlirdi. Hiss edirdim ki,
dost axtarıĢının uğursuz alınmağı ona da
yer eləyib.
Vağzal dairəsində maĢını yolun kənarına
çəkib saxladı. Cibindən bir kopa pul çıxarıb
mənə uzatdı.
-Kefini pozma... Al, götür bunu, - deyib
əlini irəli uzatdı. - Görürsən dayanacağı?
Taksi saxla , get Petrovskiyə... Yaxındadı...
Mənim vacib iĢim var, qurtaran kimi
gələcəm...Vitalik səni bazarın giriĢindəki
gül dükanında gözləyəcək... - Sonra da
narahat görkəm alıb soruĢdu. - Azıb
eləməzsən ki? - Mənim inciyən kimi
olduğumu görüb gülümsündü. Dodaqlarım
qaçdı. - Zarafat eləyirəm. UĢaq deyilsən
ki...
Pulları cibimə qoyub maĢından düĢdüm...
...Əvvəllər Moskva məni özünə çox
çəkirdi - Kreml, Ostankino, PuĢkin muzeyi,
Tretyakovka, Taqanka... Ġndi Moskva da
Bakı kimi bazarlarıyla tanınırdı.
Belorus vokzalının qarĢısında taksiyə
oturub, Petrovsk-Razumovsk bazarına
sürməsini xahiĢ etdim.Yaz yağıĢı təzəcə
kəsdiyinə baxmayaraq taksinin hələ də
iĢləyən fırçası sanki yol boyu sıralanan
hündür binalara, ağaclara sığal çəkirdi.
Fərasətini mənə nümayiĢ etdirən orta yaĢlı ,
yaĢıl gözlü, Ģələ bığ sürücü bir neçə dəfə
ötmə qaydalarını pozaraq, nəhayət bazarın
yaxınlığında park etdi. Pulunu ödəyib
düĢdüm. Bazarla üzbəüz metro
stansiyasının olduğunu görəndə taksiyə
verdiyim pula hayıfım gəldi.
Gül dükanında gözləyən Mədətin dostu
Vitaliki tapmalıydım...
Petrovsk bazarında əsasən
Azərbaycandan gələn padarlar al-ver
etdiklərindən öz aralarında “padarovski
rınok” da deyirlər. Hətta cavanlar böyük
plakat yazıb vurublarmıĢ bazarın giriĢ
qapısına: ”Padarovskiy rınok”. Neçə ay yazı
qalıb qapıda, heç bazarın yiyəsi,
nəzarətçilər də hiss etməyiblərmiĢ. Bir gün
gecə növbəsində olan milis patrulu diqqətlə
Üç aylıq ədəbiyyat dərgisi 51
oxuyandan sonra darvazadakı yazını
dəyiĢdirdilər. Ġndiyə qədər bunu kimin
etdiyi sirr olaraq qalır.
Bazarın giriĢinə yaxınlaĢanda balaca gül
mağazasının qarĢısında iki həmyerlim
söhbət edirdi. Buna söhbətdən çox
mubahisə də deyərdim - bu qələbəlikdə,
sanki onlardan özgə kimsə yox idi .
Bilmirəm, təbiətən sakit olduğuma görəmi
boĢ yerə mübahisə etməz, bərkdən
danıĢmağı da sevməzdim. Lakin nə etmək
olar ki, biz bərkdən, bəzən də qıĢqıra-
qıĢqıra danıĢmağı xoĢlayan xalqıq.
Gül mağazasına daxil oldum. Çox da geniĢ
olmayan, alıcını uzaqdan cəlb edən ĢüĢə
vitrinləri boyunca, plastik örtüklü arxa
divarın küncündə qoyulmuĢ satıcı qızın
balaca stolundan baĢqa mağazanın hər yeri
cənnət bağçasını xatırladırdı; rəngbərəng
güllər, çiçəklər, saxsı qablar, vazalar... XoĢ,
bihuĢedici ətir içəri girəni məftun edirdi.
Necə gülsüz çıxasan burdan...
Satıcı qız məni görcək yaxınlaĢdı. NiĢan,
toy, ya da görüĢ üçün buket istədiyimi
soruĢub ağ zanbaqları, qırmızı qızılgülləri,
pion və xrezantemaları göstərdi. Qızın necə
diqqətcil və qayğıkeĢ olduğunu söyləyib
Vitaliki soruĢdum. SarıĢın satıcının
yanaqları qızardı.
-Üzr istəyirəm, - deyib tələsik küçəyə
çıxdı. Bayaq hündürdən danıĢan
həmyerlilərimdən hündürboy, qara saçları
səliqəylə yana daranmıĢ, qonur gözlü
oğlana nəsə dedi, o da həmsöhbətiylə
tələm-tələsik xüdahafisləĢib qızla geri
qayıtdı.Yəqin , dedim , Vityanın yerini o
bilir.
-XoĢ gəlmisiz,- deyib gülümsədi. Təmiz
Gəncə Ģivəsiylə danıĢan bu oğlan özünü
təqdim etdi. -Vitya... ee.. sən Allah
bağıĢlayın, Vəfadar.
Gülümsəyəndə iki qızıl diĢi dodaqları
arasından irəli çıxıb parıldayan cavan oğlan
Vitalik, daha doğrusu Vəfadar imiĢ. - Burda
hamı məni Vitalik kimi tanıyır...
ÇaĢqınlığımı biruzə versəm də: - XoĢdu, -
deyib əlini sıxdım. - Rüfət...
-Bəs Mədət qağa hanı? Səhərdən sizi
gözləyirəm..
-Mədətin bir az iĢi var, gələr, - dedim.
Köhnə dost kimi qoluma girdi, satıcı qıza
təĢəkkür edib mağazadan çıxdıq. Aramızda
on-on iki yaĢ fərq olmasına baxmayaraq
Vəfadar mənimlə “siz”lə danıĢırdı. Hiss
edirdim ki, nəzakət xatirinə belə edir. Mənə
“sən” deyə müraciət etməsini xahiĢ etdim.
Elə bil bunu gözləyirdi Vəfadar:
-Sən canın, inciməzsən? – deyib baĢladı
danıĢmağa.- Qağamın dostuna canım da
qurban! Gedək iĢ yerini göstərim. And
olsun bizi yaradana, bu bazarda ən xadavoy
toçkadı...
“ĠĢ yerini” elə təmtaraqla vurğuladı ki,
sanki deputat kreslosu təklif edirdi mənə.
GiriĢ qapısının o biri hissəsində, lap iri
darvazaya bitiĢik balaca konteyneri göstərib
tanıĢlığa davam etdi:-Yerlimiz
iĢdədirdi...Yeganə meyvə toçkasıdı, mən
ölüm! Alver Ģıdrığı, pul yağıĢ kimi... Kef
elə dəə, mən ölüm !
Yaman xoĢuma gəlmiĢdi Vəfadar. Bu neçə
ildə birinci dəfəydi ürəkdən sevinib
güldüm. Bilmirəm nədən demək olar ki,
Moskvada yaĢayan həmvətənlərimin
hamısında olan optimizmə, həyat sevgisinə,
isti münasibətinə heyran qalmıĢdım. Elə bil
Vətəndən kənarda baĢqalaĢırlar, dəyiĢirlər.
Hardan, nədən qaynaqlanırdı bu xoĢ
hisslər?
Cibindən iri seyf qapısının açarına bənzər
bir Ģey çıxarıb qapını laybalay açdı.
Çoxdan qapısı bağlı olduğundan içəri
boğanaq idi. Dəmir konteynerin divarları da
döĢəməsi kimi taxta parçalarıyla yığılmıĢ,
səliqəsiz də olsa divar boyu üstünü toz
basmıĢ meyvə-tərəvəz rəfləri düzülmüĢ,
52 № 4 (16) QıĢ 2015
küncdə köhnə, qırmıĢı rənglə boyanmıĢ
tərəzi qoyulmuĢdu. Üzümə diqqətlə baxıb
məmnun olduğumu görəndən sonra dedi:
- Qaldı buranı doldurub iĢə baĢlamaq.
Xeyirli olsun!
-Sağ ol, qardaĢ! - dedim.
Bir az keçmıĢdi Mədət də gəlib çıxdı.
Xeyir-dua verib “heç nədən narahat olma”
dedi.
-Bu bazarın “ iti-qurdu “
özümüzünküdür...Yer pulunu verərsən
Vəfadara. “Tixon”un adamları sənə
dəyməz... svoyski uĢaqlardı. Bazarın
krıĢasıdır Tixomir...
Sonra Vəfadardan üzr istəyib ciddi
görkəm aldı, təklikdə, məxfi söhbətə
baĢlayırmıĢ kimi əlini qeyri ixtiyari çiynimə
qoymaq istədi, (yəqin köhnə adətiymiĢ )
yadına düĢəndə ki, mən ondan hündürəm və
əli çiynimə çatmayacaq, biləyimdən
yapıĢaraq kənara çəkib dedi:
-ÇalıĢ tanımadığın adamlarla ünsiyyət
qurma, hələlik qaldığın yeri də heç kimə
tanıtma... Bir də... uĢaq-zad deyilsən ki...
qızlarla bir az ehtiyatlı ol. Bura Moskvadır,
hər Ģey ola bilər. MaĢallah, pəhlivansan
görürəm... Dedilər Qarabağda da
döyüĢmüsən. Amma qoluna da hər zaman
güvənmə haa.Ġ ndi qol yerinə pistoletlər
danıĢır - yadından çıxarma.
-Narahat olma, - dedim.
-Amma, qol da vacibdi... Bir də, məni
tapmasan, nə problemin oldu, Vəfadara de,
utanma. Malı hardan, neçəyə alacaqsan, o
baĢa salacaq. - Sonra nə fikirləĢdisə
dayandı. Çevrilib konteyner tərəfə baxıb
davam etdi. - Həə... Əsas məsələ qaldı.
Yerin düz bazarın qabağındadır, deməli
xatalı yerdi. Bazarın içinə “Tixon”un
dəstəsi nəzarət edir. Moskvada hər yer
bölünüb, hər yerin sahibinin də sahibi var...
Buralar isə Ģəhərin ərazisidir. Deməli,
“Berkut”undur...
-Berkut kimdi?
-Özünü heç görməmiĢəm, amma
baĢkəsənləri... professionallardır, əsl
professional. Diqqətli olmağın kifayətdi.
Maraqla soruĢdum:
-Berkut bizim dildə nədir?
-Nə bilim, yırtıcı quĢdur... qartaldan
balaca, qızıl quĢ kimi bir Ģey... Nədi ki?
-Heç... - dedim.
Mədət danıĢdıqca yaddaĢımla
vurnuxurdum. Nə idi bu narahatçılıq? Əlbət
ki, bandit, baĢkəsən söhbətləri ürəkaçan
olmadığı qədər də qorxu yaratmırdı.
ĠslanmıĢın yağıĢdan qorunmasına lüzum
varmı? Yox, yox, mənim diqqətimi çəkən o
balaca yırtıcı quĢ idi. Axı harda, harda
görmüĢdüm o quĢu? Yox, quĢları... Ġti
caynaqlarında, əyri dimdiklərində qanlı ət
parçaları, gözlərində biganəlik,
saymamazlıq, yeriĢlərində ikrah doğuran
xudpəsəndlik. Həə, Qarabağda. DöyüĢ
gedən hər yerdə insanları saymazyana,
ədasını pozmadan addımbaaddım izləyən,
bircə “qrad” mərmisinin uğultuyla fit verib
torpağa düĢəcəyi anda arxayıncasına,
inamla hər an leĢ üstünə çıxacaqlarına əmin
olan yırtıcı sürüsü... Ancaq ilk dəfə,
bədənimə vicvicə salan həmən yırtıcı
sürüsünü ucu-bucağı görünməyən dərənin
üstündə Ģıkarına hücum çəkməyə
hazırlaĢarkən görmüĢdüm. Elə Andrey də.
Bircə anın içində bütün Əfqanıstan
qayalarında gizlənib məqamını gözləyən
“duĢman”lar kimi nə qədər qırğı-quzğun
vardısa, hamısı GünəĢin üzünə qara pərdə
çəkəndə Andrey heyrətlə soruĢmuĢdu:
-Ġlahi , bunlar nədi belə?
- Qlebin iyinə gəliblər, qırğıdı...- deyəndə
Andrey sanki pıçıltıyla təsdiqləmiĢdi:
- Yastreb ? Net-net , berkut... XiĢnyaya
ptiça
(davamı olacaq)
Üç aylıq ədəbiyyat dərgisi 53
RəĢid BərgüĢadlı
Kor düyün roman
Biri vardı, biri...
Yox! Hamı vardı! Özü də indi necə varsa,
onda da bu cür vardı! Allah da vardı, desən,
hələ, yerdə çoxlu Ģəriki də. Bəndə də vardı,
amma zayı çıxmıĢdı bəndənin. Gözə
dəyməyən, bircə haqq-ədalət idi. Allah I
Adəmi yaratdığına çox peĢiman olmuĢdu...
Yüz iyirmi bir mininci nəsildən olan
peyğəmbərlər Allahı yalnıĢ təbliğ etmiĢ və
ümməti çaĢ-baĢ salmıĢdılar. Yerdə bütün
aləm bir-birinə dəymiĢdi, insanlar günahı su
kimi içirdilər. Hər mənasız Ģeydən ötrü qan
tökür, qurban kəsir, qız uĢaqlarını, qulları
diri-diri basdırırdılar, qadınları, qocaları kəl
əvəzinə cütə qoĢub ayer Ģumladırdılar. Hərə
torpaq və təzəkdən bir tanrı düzəldib ona
sitayiĢ edir, dərdini ona deyir, ondan imdad
diləyirdi. Torpağın verdiyi iddia edilən
müqəddəs kitabları vardı, – “Torpaq
küləkdən hamilə qalıb isinəndə Göyün
buludları çəkildi, buzlar əridi. Torpaq cana
gəldi, bitkilər bitirdi, heyvanları diriltdi,
Yer suya qərq olub Ģərdən qüslləndi. Və
GünəĢ üzünü Yerə sarı döndərdi.
Əcdadlarımızın ruhu canlarına qovuĢub Yer
üzünə çıxdılar... Torpaqdan baĢqa ilah
yoxdur, yalnız torpağa borcluyuq. Hər Ģey
torpaqdan cücərir və sonda ölüb torpağa
qovuĢur...”.
Yerdə Ģər qudurub həddini aĢanda, yağıĢ
yağdırması üçün təzəkdən olan tanrılara ən
sevdikləri qız övladlarını qurban kəsəndə
Allah da məcbur oldu ki, özünü göstərsin.
Tufan, zəlzələ, daĢqın, azar dalbadal gəlirdi.
Di gəl ki, insan yolunu azmağından
qalmırdı – torpaqdan dördəlli yapıĢıb
“ancaq Ģərin gəldiyi Göy”ü lənətləyirdilər.
Elə bax bu zamanlarda Ġblislə söz-söhbəti
çəp gəldi Xudavəndin, – “Nədi e, düĢmüsən
bu insanın dalınca, burax ipini, qoy bircə
həmlədəcə məhv olsun hamısı, bunlardan
adam olmaz, nə də sənə sədaqətli ümmət!
Gül kimi mələklərinə Ģərik yaratmağa nə
lüzum vardı axı! Özünə Ģərik istəmirsən,
amma insanı bizə Ģərik qoĢursan...” – Allahı
insan yaratdığına peĢiman etmək istəyirdi
məlun. Xudavəndi-aləmin səbri tükənirdi,
hirsi tutdu Ġblisə tərs-tərs baxdı, – “Deyəsən
cəhənnəm atəĢi istəyir könlün..!”
Tanrı II Adəmin palçığını təzəcə yoğurub
qurumağa qoymuĢdu. Ġndi də onun üçün
baĢqa dünya yaradırdı deyə baĢı çox qarıĢıq
idi. Ġblis isə girəvə tapıb onun baĢını
qarıĢdırmaq üçün min cür hiylə düĢünüb
tapırdı. Allahın rəhmi o qədər böyük idi ki,
nə Ġblisi öldürməyə, nə də Yeri külli-yeksan
etməyə əli gəlirdi. Təklik Onu bezdirmiĢdi.
Ġstəyirdi ki, insan özünü tanıyan, Ona layiq,
Ona Ģükr edən, Onu sevindirənlərdən olsun.
Dünyanın əĢrəfi insan özü olsun, Ġblisin
fitnəsinə dözümlü Ġnsan yaratmaq idi
məqsədi Xaliqin. Haqq, Xeyiri Yerdə
bərqərar etmək üçün əlləĢirdi. Bir tərəfdən
yaratdıqlarının bir-birinə qarıĢmıĢ qədər
düyününü vur-hay açmaqla, bir tərfədən də
təzə dünya üçün Adəmin əyər-əskiyini
düzəltməklə məĢğul idi.
54 № 4 (16) QıĢ 2015
Adəmin bədəni yetiĢəndə Allah onun
sinəsinə üfürəndən sonra üzünə tüpürdü, –
“Ol!”. Adəm gözünü açıb Rəbbini tanıdı,
Ona baĢ əydi. Rəhim Allah Adəmin bir
qabırğasını ehmalca söküb sümüyü palçılqa
örtdü, I Həvvanın qəlibində yoğurdu və
təzədən Yerin qeydinə qalmağa getdi.
Həvva tez yetiĢdi və gözünü açanda
qarĢısında ilk gördüyü Ġblis oldu. Ġblis, hələ
təzə-tər, dilsiz-ağızsız Həvvanı üç dəfə
yoldan çıxartdı və onun qızıl saçından üç
tük çəkdi. Ağrıtsa da, qopan tükün
zoqqultusu Həvvaya ləzzət verdi. Əvəzində
isə Ġblis öz qasığından üç tük qoparıb
Həvvadan çəkdiyi tüklərin yerinə sancdı.
Sonra tələm-tələsik Yerə düĢüb Qaf
dağında Promoteyin odu gizlətdiyi
mağarada tükləri gizlədi. Dünyaya göz
gəzdirdi – Yerdə hər Ģey onun ürəyi istəyən
kimi gedirdi, Qafqaz dağlarından hələ də
zəncirlərinin izi qalmıĢ Promoteyin qanı
axırdı...
Bir gün Ġblis cənnət almasından gəmirib
ağzını marçıldada-marçıldada Həvvayla
Ģirin-Ģirin söhbət edən yerdə Aləmlərin
Rəbbi xəfdən böyürdən çıxdı və Ġblisi
xirtdəklədi, – “Səni məlun! Nə hoqqalar
çıxarırsan sən! Qiyamətədək cəhənnəm
əzabı çəkəcəksən, cəzanı unutdunmu?! Rəd
ol gözümdən, itil cənnətdən, lənətə gəlmiĢ!”
– alma iliĢib Ġblisin xirtdəyində qaldı.
Ġblisin hiyləsinin üstü açılmıĢdı –
qabırğasının yeri hələ də zoqquldayan
Adəm Rəbbinə söyləmiĢdi ki, Ġblis Həvvanı
yenə yoldan çıxarmaq istəyir. Ġblis ilan olub
yarpızlıqda gözdən itdi.
Bundan sonra Ġblis cihada fitva verdi. Ġki
gün gecə-gündüz Ayın üzü bağlı qaldı. Əl-
Habir də bir gecəyə bəĢərdən yüz min elçi
seçdi, hərəsinə vəhylər verdi, bütün
mələklərini göndərdi yerə – Ģərin kökünü
kəsməyə. Amma gec idi – Yer ġərlə bir
olmuĢdu. YetmiĢ iki min Ģeytan Yerin
hakimiydi. Bircə yol qalırdı – Göylə Yerin
Yollarını dağıtmaq, Yerin altını üstünə
çevirib hər Ģeyi yenidən yaratmaq... Əl-
Halim Ġsrafili çağırıb acıqla, – “Növbə
sənindir, göstər gücünü!” – dedi. “Ey
aləmlərin Rəbbi, bu qədər əziyyətlə
qurduğunu bir nəfəsimlə dağıtmaq istəyində
qərarlımısan?” – Ġsrafil Əl-Əkrəmin
ayaqlarına sərildi, – “Ġnsanlara qulluq
etmək biz mələklər üçün çox əyləncəli, həm
də Ģərəfli bir iĢ idi. Bəs bundan sonra bizim
aqibətimiz necə olacaq?”. “Dağıt!!!” – Əs-
Samədin yumruğu bərk düyünlənmiĢdi.
Kələfi açmağın ən asan yolunu seçmiĢdi.
Ġsrafil suru yaxasından çıxarıb əlləri əsə-əsə
bircə kərə astadan, yarımçıq üflədi. Surun
səsi Yerə çatan kimi əbabil quĢları, Əzrayıl
öz qoĢunuyla Yerə hücum çəkdi...
Yaratdıqlarının acı halına heyrətlə baxan
Rəhman üzünü yana çevirdi, Ġsrafil
gözlərini yumub hönkürdü. Yerdəkilərin
naləsi cəhənnəm əhlinin köksünü dəldi,
bəbəklərini qanatdı, ərĢin bütün zərrələri
insan naləsinə heyrət edib yerində dondu...
* * *
Ġraq çöllərində bir qul karvanı yol gedirdi.
Karvan iki gündür Ay yolunu itirib səhrada
azmıĢdı. Ay görünmürdü – əllərinə girəvə
düĢən asi cinlər Ayı boğmuĢdular. Qullar nə
qədər tonqal qaladılar, dəf çalıb səs-küy
saldılarsa, xeyri olmadı – cinlər Ayın,
ulduzların üzünü açmadılar.
Qəfildən qaranlığın bətnindən elə bir tufan
qopdu ki, yer Yerdən görünməz oldu, göy
Göydən sallanıb qaldı, bütün məxluqatın
iniltisi Yeri-Göyü bürüdü. Böyük Tufan
qopmuĢdu... Rəngi bomboz bozarmıĢ atlar
ilxı-ilxı qul karvanının üstündən keçdi.
Atların üstü cinlərlə doluydu. Cinlər atın
yalını, quyruğunu hörüb düyün vurmuĢ,
qulaqlarından beyninə girmiĢdilər.
Qorxudan zavallı atların bərəlmiĢ gözləri
Üç aylıq ədəbiyyat dərgisi 55
hədəqəsindən çıxmıĢdı. Cinlər qamçı ilə o
qədər mıhmızlamıĢdılar ki, atların tərki al
qan içindəydi. Nallarından toz qalxan atlar
təzəcə ötüb keçmiĢdi ki, qara buludun
içindən dağlar boyda qaraltılar göründü.
Qaraltı dağ deyildi, quĢ dəstəsiydi –
caynaqlarında xırda daĢlar gətirən əbabil
quĢları. Bu daĢlar alov kürəsiydi və
düĢdüyü yeri yandırıb-yaxırdı. Göydən
cəhənnəm yağıĢı yağdırırdı əbabil quĢları.
Bir-birinin ardınca dəstə-dəstə hücum
edirdilər – bir dəstə daĢlarını atır, ardınca
digər dəstə gəlirdi. Dağlar-daĢlar, sular
yerində od tutub qaynayırdı, insanlar çör-
çöp kimi olduğu yerindəcə külə dönürdü.
Əbabil quĢları ötüb keçən kimi qara
buludlar hərəkətə gəldi. Buludlar yağmağa
macal tapmamıĢ qalın buz olub ağırlığından
adamboyu Yerə endi. Yerlə Göyün arası
bağlandı. Adamlar, cinlər, Ģeytan övladları
Yerdən Buluda sovruldu. Dörnala çapan
atların iniltisi, əbabillərin qanadlarının səsi
qulaqlardan kəsilən kimi GünəĢin qovurucu
Ģüaları Qara Buludun üstünə düĢdü.
Dizəcən buz buluduna pərçimlənmiĢ
cinlərin cıvıltısı adamın qulağını dəlirdi.
Səhranın susamıĢ dodaq kimi cadar-cadar
olmuĢ Ģıramları cinlərin, insanların, Ģeytan
balalarının göz yaĢıyla islandı. Xurma
ağacları bir göz qırpımında boy verib
çətirini təzəcə buz buluduna çatdırmıĢdı ki,
saysız-hesabsız mələklər buludları
çiyinlərində Göyə qaldırdılar. Buludlar
gözdən itər-itməz Yer üzünü Yuxu basdı.
Göyün yarısını Gün, yarısını da Ay öz
nuruna bələdi...
* * *
Aradan nə qədər müddət keçdi, bunu, bir
olan Allah bilir. DevikmiĢ karvanbaĢı
gözünü Yuxudan açanda gördü ki, az qalır
ürəyi yerindən qopsun, gün çıxıb və
toğluaparan qəcirlər1 karvanın üstündə
dövrə vurur. Karvanin yarıdan çoxu qeyb
olmuĢdu. Dəlik-deĢik, kül olmuĢ meyidlər
tökülüb yerdə qalmıĢdı. Hövlnak
qənĢərdəki təpəyə çıxıb baxdı ki, qəcirlər
vur-çatlasın insan leĢi sökür, bir tərəfdə isə
qara qarğalar sümük sındırıb ilik
sümürürlər. “Bu nə sirrdir, burda nə vaxt
cəng oldu? AxĢamkı tufanmı qırdı bu qədər
insanı..?” – geriyə boylandı, həmin arıq qul
yenə də aralığa salıb su tuluğunu baĢına
çəkirdi, – “Ay səni, çər dəymiĢ, qurtarma
suyu!” – yüyürüb tuluğu əlindən aldı, qulu
saldı Ģallağın altına. Adamları saydı – 153
nəfərdən 47-si sağ qalmıĢdı.
Tacirin qul karvanı Ġraqa üz tutmuĢdu.
Gündüzlər isti olduğundan karvan dincəlir,
yalnız gecələr irəliləyirdi. Ayın üzü
tutulandan sonra yolu-rizi itirmiĢdi, azuqə
və su da tükənmək üzrəydi. Qulların yemək
normasını lap azaltmıĢdı. Arıq, amma
kürəklərinin eni az qala boyu qədər olan
bədheybət qul karvanın yeyib-içəcəyinin
yarısını çırpıĢdırmıĢdı. KarvanbaĢı onu nə
qədər qamçılayırdısa, elə bil Ģallaq palana
dəyir – heç tükü də qımıldamırdı. O
zamanlar qul tacirləri arasında belə bir adət
vardı – qırx qulu koma satanda onlardan
birini müftə verərdilər. Karvanın sahibi
qıpçaq tacir də Eldəniz adlı çirkin, yekəpər
və kor-kobud bir qula bu yolla müftə-
müsəlləm sahib olmuĢdu. Yaxası-baĢı cırıq
bu heyvərə qul yolboyu tacirin zəhləsini
çox tökmüĢdü. Qulun gözü yuxudan
açılmırdı. Zalımın balası, yatanda div
yuxusuna gedirdu. Üç dəfə yatdığı yerdə
yırğalanıb arabadan düĢmüĢdü. Tacir hər
dəfə onu axtarıb tapmıĢ və yenidən karvana
qoĢmuĢdu. Elə çoxusu da, karvan,
Eldənizin ucbatından ləngimiĢdi.
KarvanbaĢı məəttəl qalmıĢdı – azı min dəfə
getdiyi yollar indi tanınmaz hala düĢmüĢdü.
1 Kələz, qartal.
56 № 4 (16) QıĢ 2015
Susuz səhralar xurma meĢələrinə
dönmüĢdü. Karvan atın, dəvənin fəhmiylə
yola çıxdı. Ġndi nə insan leĢi gözə dəyirdi,
nə də leĢsökən qəjirlər. Karvan geniĢ
düzəngaha çıxanda tacir rahat nəfəs aldı –
indi hər Ģey ona tanıĢ gəlirdi. Doğma günəĢ
yenə adamın təpəsini deĢirdi. Hamı heydən-
halətdən düĢmüĢdü. Su və yeyəcək tamam
tükənmiĢdi. Ümidlərin üzüldüyü bir vaxtda
karvanbaĢı əlini qaĢının üstündə tarazlayıb
qabaqdakı qaraltıya baxdı, – “Su!”. Atlar,
dəvələr səsə qulaqlarını Ģəklədilər, qulların
gözlərinə su, dizlərinə təpər gəldi.
Addımlarını yeyinlədib böyük bir gölə
çatdılar. KarvanbaĢının elə bil boynunun
kökündən salbayla vurmuĢdular, – “Hardan
çıxdı bu göl..?” – islaq əlləriylə boynunu
ovxaladı. Suda çimdilər, yorğunluqlarını
çıxardılar, ot-ələf kökündən sümürüb guc
topladılar və təzədən yola düzəldilər. Tacir
bir də karvanı gözdən keçirdi, qulları saydı
– biri əskik idi – “Yenə bu bədheybət
Eldəniz!”. Gördü ki, aralıda bir qaraltı var.
Atını geriyə – qaraltıya sarı çapdı, atdan
düĢüb gördü ki, Eldəniz elə yıxıldığı
yerdəcə büzüĢüb xorna çəkir, – “Qoy
cəhənnəm olsun, kimdir buna pul verən,
xuduru yerə suyumu-çörəyimi yeyir” –
qarnına bir təpik iliĢdirib atını geriyə
səyirtdi. Eldəniz təpikdən bir az da yumağa
döndü, büzüĢdü, daha dərindən xorna çəkdi.
...Samirə məscidinin hündür minarəsini
uzaqdan görəndə tacir özünə gəldi, – “Hər
Ģey yuxuymuĢ, ac-susuzluqdanıymıĢ...” –
indi toxtadı. Birinin hay-küyünə qanrılıb
baxanda gördü ki, boy, budu, Eldəniz
Ģüvərək özünü çatdırdı karvana. Çatan kimi
də bir cürdək suyu baĢına çəkib səssiz-
səmirsiz keçib oturdu arabadakı yerində.
Sir-sifəti toz-torpağın içindəydi. Dodaqları
cadar-cadar idi, boynu, sinəsi günəĢdə
yanıb suluq olmuĢdu. ArıqlamıĢ, qaĢının
sümükləri bir az da qabağa çıxıb onu lap
qorxunc hala salmıĢdı.
Karvansaraya çatanda tacir köhnə dostlarını
ha axtardı, ha soraqladısa, onları “gördüm,
tanıyıram” deyən olmadı. Yolda gördüyü
gölü bir nəfərdən soruĢdu. Ona, – “BaĢına
hava gəlib, Tərtər gölü yüz ildir öz yerində
necə var, elə də durub...” – deyəndə gözləri
devikdi yazıq tacirin. “Heç karvansaray da
əvvəlki kimi deyil. Bəlkə, heç yuxu
deyilmiĢ...” – qulları baĢından rədd eliyib
evdəkiləri görməyə həvəsidi. Uzun sözün
gödəyi, tacir, qullarını səlcuq sultanı
Mahmudun vəzirinə satdı. Vəzir qulların
hamısını aldı, bircə, Eldənizdən iyrəndiyi
üçün onu sinəsindən dala itələdi. Eldəniz
vəzirin ayağına döĢəndi, ağlaya-ağlaya
yalvardı ki, onu da götürsün. Xeyli vallah-
billahdan sonra vəzir razılıq verdi və at
tövləsini təmizləmək üçün onu da götürdü.
Vəzir qulları saraya gətirib nökərlərə
tapĢırdı ki, onları qırxsınlar, çimizdirib
təmizləsinlər.
Qulların çimməyini seyr etmək saray
kənizlərinin, qaravaĢların ən böyük azarları
idi. Qullar çiməndə onları hamamın
dəliyindən xəlvəti pusardılar. Bu dəfə
kənizlərin nəzərləri çılpaq Eldənizə çatanda
gözləri bərələ qaldı. Xatunun kənizi də
burada idi. Kəniz də dəlikdən baxanda
gördü ki, Eldənizin paçasının arasından
sallanan, baldırından azca gödək olar. Və
dərhal da götürüldü xanımının yanına.
Ləhləyə-ləhləyə Möminə xatunun qulağına
pıçıldayanda ki, – “Təzə qullardan birinin
“üç baldırı” var!” – xanımın əli heyrətdən
ağzında qaldı. Üç gündən sonra Möminə
xatun vəzirə sifariĢ yolladı ki, təzə
qullardan birini onun Ģəxsi qulluğuna
versin, özü də – “Bir Ģahıya dəyməyən o
bədheybət Eldənizi”. Xatunun bu istəyi
Sultan Mahmudun qulağına çatanda
Eldənizi görmək istədi. Sulatan qısır idi və
Üç aylıq ədəbiyyat dərgisi 57
zövcəsini çox qısqanırdı. Bilirdi ki, arvadı
gözüdoymazın biridir. Daz qırxılmıĢ
Eldənizin iyrənc sir-sifətinə, kor-kobud
buxununa baxıb, – “Buna it də yaxın
durmaz” – qulun xatuna verilməsinə etiraz
etmədi.
KaĢ, Ġsrafil surunu ürəkdən çalaydı, ya da,
cəhənnəm yağıĢı bir-iki gün də davam
edəydi...
* * *
Mələklər Ġblisi zincirə vurmuĢdular. Qadir
Allah dərgahında bütün iĢləri səhmana salıb
səki dincini alırdı. Cənnətdən qəfil gələn
qoxuya yerindən dik atıldı, – “Ola bilməz!”.
Həvvanın yanına çatanda gördü ki, alma
ağacının dibi yeyilmiĢ meyvə cecəyi ilə
doludur. Qarınağrısına düĢmüĢ Həvva,
nəcisi cənnətə dəyməsin deyə özünün və
qarĢısında mat quruyub qalmıĢ Adəmin
qoltuğunun altına, qasığına sürtüb gizləyir.
Adəmin sinəsi, göbəyi, üzü nəcis içindəydi.
Allahın qəzəbindən yaĢlı alma ağacı havaya
qalxıb təpəsiaĢağı yerə girdi, əbabil quĢları
qorxudan elə havalandılar ki, almaz
dimdiklərilə qarĢıdakı qayaları bu üzdən
dəlib, o biri üzdən çıxdılar. Əzrayıl və
Mikayıl Ġblisi bircə anda əl-qolu bağlı, rəzil
halda Rəbbin qaĢısına itələdilər. O, diz
çökdü, – “BağıĢla...” – demiĢdi ki, –
“BirbaĢ cəhənnəmə! Üçünü də!!!” – Allah,
sən bizi öz qəzəbindən qoru...
Adəm üzüstə Allahın ayaqlarına sərildi, –
“Mən günahsızam, ya Rəhman, qıyma
mənə..!”. Həvva, – “Tövbə, ya Rəhim,
tövbə! Ġblisə min lənət!” – göz yaĢı yağıĢ
novdan tökülən kimi töküldü. Ġndi onların
hər ikisinin qoltuğundan, qasığından
murdar tüklər çıxırdı. Adəmin sinəsi,
göbəyi, üzünü Ģəvə tük basırdı...
Qurbanın olub, Xudavəndi-aləm, sən necə
də rəhmliymiĢsən, hər Ģeyi bağıĢlayansan...
Rəhmi, rəngi-ruhu özünə gəldi Xaliqin, –
“Bunu cəhənnəmə!” – Ġblisi göstərdi, –
“Bunların hərəsini də Yerin bir ucuna atın!
Nə bunlar insanları, nə də insanlar bunları
görməsin! Övladları da olmasın! Ya da,
olsa-olsa, ancaq Ģeytan əməliylə olsun –
cəhənnəmdən çıxa bilsə...” – sadiq
mələklərinə tapĢırığını verib getmək
istəyəndə suitinə oxĢayan sifəti qapqara
qaraldı Ġblisin, çənəsindəki uzun, kosa
saqqalı dimdik dikəldi, – “Sən bunu
eləməzsən...” – Ġblis tövbə etməmiĢ, məsum
cildinə girməmiĢ Allah gözdən itdi.
Qapısını açıb Ġblisi ora itələyənəcən
cəhənnəmin odu cənnətin bütün ağaclarını
qarsdı. Qapını örtən kimi Ġblisin bağırtısı
cənnətin yeddi qatını silkələdi.
Peyğəmbərlər mərtəbəsində namazlar
pozuldu, ġəhidlər və Alimlər mərtəbəsində
sukut çökdü, əbabillərin bağrı çatlayıb
yerdə üç qarıĢ qalınlığında leĢ oldu, zəlzələ
dağları dümdüz elədi, cənnət Ģəlaləri bircə
an mat-məəttəl havadan asılıb qaldı.
Mələklər Yerdən gətirdikləri buz buludunu
kəssək-kəssək doğrayıb cəhənnəmin
sobasını gurladılar. Cəhənnəmin tavanı
buxar qazanının qapağı kimi durmadan
titrəyirdi...
* * *
Möminə Xatun qaravaĢlara göstəriĢ verdi
ki, Eldənizi gündə 3-4 dəfə hamama salıb
çimizdirsinlər, cana gələnədək çoxlu
yedirsinlər, gənc qulun tərbiyəsi ilə məĢğul
olsunlar. Eldəniz hamamda hər dəfə
çiməndə, xatun, bir dəlikdən xəlvətcə çılpaq
Eldənizi qovrula-qovrula izləyirdi. Heç
qulun üzünə də baxmırdı. Eldənizi sultanın
mehtərliyindən çıxarıb elm, at sürmək, ox
atmağı öyrətdilər. Çox keçmədi ki, o,
yeyib-içib ətə-qana gəldi, döyüĢməkdə usta
oldu, zərif xəttatlıq öyrəndi. Sultan bir-iki
dəfə ova çıxanda Eldənizi də götürdü və
onun məharətinə özü yaxından bələd oldu.
58 № 4 (16) QıĢ 2015
Eldənizin ov ətindən biĢirdiyi kabablar,
basdırmalar sultanın çox xoĢuna gəlmiĢdi.
Onu sultan mətbəxinin baĢçısı – “əl-xivan
salar” qoydular. Eldənizin bədəni özünü
tam tutandan sonra bir gecə xatun onu
otağına çağırdı.
Özü yataqda uzanmıĢdı. Üstündən nazik
ipək tülü atıb üryan bədənini qula göstərdi,
– “Yanıma gəl...” – ilan kimi yataqda
qıvrıldı. Eldəniz, – “Allah qorusun,
xanımım, əriniz mənim əfəndimdir; o mənə
çox yaxĢı baxır" – söz onun ağzında
qurtarmamıĢ xatun hirslə yastığa
dirsəkləndi, – Axmaq heyvərə! Yoxsa,
həzrəti Yusufin Züleyxaya verdiyi əzabı
vermək istəyirsən mənə, ya, Yusif kimi
zindanlarda çürümək keçir könlündən,
sərsəm qul!? Durma, gir qoynumu, isit
məni...” – gözlərini yenidən süzdürüb
qucağını açdı.
Biçarə Eldəniz utana-utana soyundu. Xəbəri
yox idi ki, xatun onun çılpaq bədənini qarıĢ-
qarıĢ tanıyır. Bir zülmlə ismətini gizlətməyə
çalıĢaraq xatunun yatağına girdi. “Həzrəti
Yusif Züleyxanın istəyinə namuslu
davranmıĢdı, sən isə daha ağıllı tərpəndin,
zindana düĢməkdən canını qurtardın. Ey
qul, məni qınama! Gördüyün kimi mən
dövlət və dünya nemətləri içində yaĢayan
bir qadındım. Amma ərimin qadınlarla
təması yoxdu. Allah səni çirkin yaratsa da,
gördüyün kimi nəfsim mənə qalib gəldi...
Yazıq Züleyxa, o vaxt nələr çəkdiyini yaxĢı
anlayıram..." – Möminə xatun Eldənizin
“baldırını” dizinin qatdanacağı ilə sıxıb
onun belinə sarıldı...
O gecədən sonra Eldəniz Möminə Xatunun
ən sevimli oyuncağı, əyləncəsi oldu. Hər
gecə bu dilsiz-ağızsız qulu öz gərdəyinə
çağırıb içinin qorunu, sancılarını töküb
boĢalırdı.
“Yerin də qulağı var” deyənlər bunu hədər
yerə deməyiblər. Sultanın xəfiyyələrinin
yarısı, həm də Möminə xatuna xəbərçilik
edirdi. Ona çatdırdılar ki, – “Sultanın
qulağına Ģaiələr çatıb ki, guya, siz o
eybəcər qulla xəlvətdə görüĢürsünüz”...
Bundan sonra sultanın gözünə az
görünməyə çalıĢırdı. Bir gecə də ələk-vələk
düĢüb Eldənizin qucağında Ģirin
yuxudaykən Ģeytan xatunun ağlına bir fikir
saldı. Hər dəfə sultanı görəndə ha baĢını
qaĢıyıb Ģeytanı ağlından qovmaq istəsə də,
bu fikri içində boğmaq mümkün olmadı.
Naəlac qalıb içindəki sirri Eldənizə açdı.
Onu da yoldan çıxartdı və sultanı birlikdə
zəhərləyib öldürdülər...
Sultanın qardaĢı Toğrul oldu yeni sultan.
Toğrul qardaĢı arvadının bir sözünü iki
eləməzdi. Möminə xatunun istəyinə uyğun
olaraq sultan Toğrul Eldənizə tezliklə əmir
rütbəsi verdi, sonra da Ģəxsi mühafizə
dəstəsinə məmlük keçirdi. Di gəl ki, bir
müddətdən sonra Toğrul da eyni qayda ilə
Möminə xatunun güdazına getdi – o da
axirətə göndərildi. Onun taxtına sahib olan
sultan Məsud tez-tələsik əmir Eldənizi
Möminə xatunla evləndirib öz canını
ölümdən qurtardı...
* * *
Sırsıralı bir qıĢ gecəsi göy qurladı, yer
silkələndi və Qafqaz dağlarını ildrım vurdu,
dağın zirvəsinə qaya boyda meteorit düĢdü.
On gün aramsız yağan quĢbaĢı qar
insanların kələyini kəsdi, – hələ o qıĢ kimi
amansız qıĢ olmamıĢdı Azərbaycanda.
Qafqazın ətəkləri yeddi ay keçilməz qaldı.
Yerin ağ pərdəsi çəkiləndən sonra nə
meteorit yada düĢdü, nə də daĢın düĢdüyü
yeri axtarmağa marağı olan oldu...
Ġblis cəhənnəmdən qəbzssiz qaçmıĢdı. Son
aqibətini bilən məlun, tədbirini qabaqcadan
görüb cəhənnəmdən lağım atıbmıĢ... Yanar
daĢ ikiyə bölünəndə yumaq kimi büzüĢmüĢ
Ġblis qəddini dikəldib Qafqazın təpəsindən
Üç aylıq ədəbiyyat dərgisi 59
ətrafa göz gəzdirdi. Yer üzü aydın
görünürdü. Ġllərdir canını yaxan cəhənnəm
atəĢi bir nəfəslə ağzından çıxdı. ÜĢüdü.
Ağzından buğ qalxa-qalxa yerini tək onun
bildiyi mağaraya tərəf qaçdı.
Mağaranın ağzından içəri girəndə üçbaĢlı it
Kerberos onu görüb zingildədi. Ġt qorxudan
sahibi Hadesin ayaqlarına qısılıb yumağa
döndü. Kerberos yeraltı dünyanın giriĢinə
keĢik çəkirdi. Tanrıların qara kölgəsi də
onun yanından ötüb keçə bilməzdi.
Qaranlıq dünyanın tanrısı Hades diziylə
çırpı sındırıb Ģələ düzəldirdi. Zevs yer
üzündəki krallıqları paylayarkən yeraltı
krallığı qardaĢı Hadesə vermiĢdi. Ġndi
iqtidarları əllərindən alınmıĢ tanrıların
hamısı Hadesin krallığına sığınmıĢdılar.
Çünki, Allahın qəzəbindən ən etibarlı
daldalanacaq idi. Bura bir ins-cins ayağı
dəyməzdi – dağ keçilərindən, it arılarından
və ilbizlərdən baĢqa. Hökmdarını görcək
Hades diz çökdü. YaxĢı ki, yeraltı dünyanın
xəfiyyəsi, Ģeytanın 53-cü oğlu Samvel
vaxtında özünü yetirdi. Samvel Ġblisə təzim
edib, – “Uca rəbbimizə salam olsun! Yerin
və yeraltı dünyaların tanrısı Ġblisin cah-
cəlalı qoy bir gün Göyləri də ağuĢuna
alsın!” – sözü bitməmiĢ Ġblis Samvelin
çiynindən tutub qaldırdı və bağrına basdı.
“Özlərini necə aparırlar bu cüvəllağı
tanrıçalar?” – kinayə ilə Hadesi göstərdi –
üç əsr idi ki bu mağaraya gəlmirdi, elə
Samvellə xəbərləĢirdi tanrıların halını. “Pilə
kimidirlər, rəbbim, əvvəlki günlərindən ötrü
yaman darıxırlar” – o da istehza ilə Hadesin
üzünə güldü.
Ġblis və Samvel mağaranın dəhlizi boyunca
sıralanmıĢ qapıları bircə-bircə ötüb qırxıncı
qapının qarĢısında dayandılar. Ġçəridən
Ģənlik səsi gəlirdi. Samvel boynundan topa
açarı çıxarıb qapını açdı. Qapı açılan kimi
içəridəkilərin bayaqkı qəhqəhələri
dodaqlarında, yanaqlarında qurudu. Bunlar
hamısı artıq iqtidarları əlindən alınmıĢ qısır
tanrılar idi. Qırxa yaxın olardılar və Tantalı
lağa qoyub gülürdülər. Vaxtilə Tantal Zevsə
xoĢ gəlsin deyə, onun Ģərəfinə böyük
ziyafət təĢkil etmiĢ, məcslisin sonuna yaxın
yemək-içməyin qurtarmaq üzrə olduğunu
görüncə, doğmaca oğlunu kəsib ətindən
yemək biĢirtdirib süfrəyə vermiĢdi. Bilirdi
ki, ölmüĢ oğlunu diriltmək Zevsin əlində su
içmək kimi asan iĢdir. Tantalın bu hərəkəti
Zevsin səbrini daĢıran son damla olur və
əmr edir ki, Hadesin yeraltı krallığının bir
küncündə cənnət guĢə düzəldib Tantalı
orada həbs etsinlər. “Geridə qalan cəzanı
isə qoy Hades özü düĢünsün” – Hades cəza
verməyin ustasıydı. Hadesin cəzası isə çox
ağır olur. Tantalın cənnətində bulaqlar və
növbənöv meyvələr olsa da, zavallı əlini
meyvəyə uzadarkən meyvə yox olur,
ovcunu suya tutur ki, bir qurtum su içsin, su
yox olur. Əlini geri çəkəndə isə hər Ģey
əvvəlki kimi bol-bol öz yerinə qayıdır.
Tantal naz-nemətlər içində sonsuz bir aclıq
və susuzluğa məhkum edilir...
Elə Hadesin bu məharətinə görə Ġblisin ona
böyük ehtiramı vardı, – “Bu heç mənim də
ağlıma gəlməzdi” – onu yeraltı krallığın
padĢahı kimi saxlamıĢdı və bütün digər
tanrıları isə, içi Zevs qarıĢıq onun itaətinə
vermiĢdi. Ġntəhası, Hades Samvelin ən
sadiq və sözəbaxan qullarından idi.
... Ġblisin gözlərindəki qığılcım parlayıb
sönən kimi keçmiĢ tanrılar ikiqat əyiləndə
əllərindəki Ģərablar üstlərinə dağıldı. Ġblis
Dionisin baĢındakı tənək çələngi xıĢmalayıb
ayağının altına atdı, – “Alçaq ədəbsizlər!
Allahlıq xülyası nə vaxt beyninizdən
çıxacaq sizin! Cana yığmısınız məni, qısır
əyyaĢlar!” – sonra yanakı dayanan “fəsillər
allahı” Demetranı itələyib yerə sərdi. “Neçə
illərdir yeyib-içib əylənirsiniz, əlinizdən bir
iĢ də gəlmir! Yerin qılafını deĢməyi
tapĢırmıĢdım, nəticəsi yoxdur hələ ki!” –
60 № 4 (16) QıĢ 2015
tanrıların içində Zevsi görmədi, – “Hanı
sizin Ģorgöz, əbləh baĢ allahınız?!”. Zevsin
bakirə bacısı ilahə Hestiya, – “Qılafı
deĢmək növbəsi bu gün onundur...” –
astadan mızıldadı. Ġblis bir neçə dəfə bakirə
Hestiya ilə yatmıĢdı və ondan heç keçə
bilmirdi. Ġri qabdan dağ keçisinin bir
budunu götürüb diĢinə çəkdi, sonra da qaba
tüpürdü, – “Lənətə gəlmiĢlər!” – Samveli
də götürüb qazma iĢlərinə baxmağa getdi.
Mağaranın dəhlizi getdikcə daralırdı. Əyilə-
əyilə döngələrin birinə buruldular. Zevs və
Aigina dalanda seviĢirdilər. Ġblisi görcək
ikisi də yerlərindən dik atıldı, – “Əlahəzrət
rəbbimiz, yalvarırıq, bizi əfv edin!” – lüm-
lüt Zevs təzim etdi. Aigina isə yerdən
nimdaĢ paltarları qapıb sinəsini, qarnını
örtdü.
– Ay səni, axmaq tanrıbaĢı! – Ġblis Zevsin
qasığına təpiklə elə vurdu ki, zavallı
üzüquylu sərilib baĢı kəsilmiĢ ilan kimi
yerdə qıvrıldı. Aiginanın saçından tutub
yerdə sürüdü, Yerin göl üzü kimi titrəyən
Ģəffaf qılafına tulladı. “Aigina!” – yerdə
qıvrılan Zevsin səsi mağaranın içində əks-
səda verdi. Bu həmin Aigina idi ki, Zevs
onun ucbatından arvadı Heranın bitmək
bilməyən dır-dırından bezib səltənətini
atmalı olmuĢdu. Günahsız Aiginanın bədəni
qılafın titrək ozon səthinə toxunan kimi kül
olub yerə səpələndi. Bu, ölümsüzlüyün vəd
olunmuĢ sonu idi.
Ġblisin, Hadesdən baĢqa bütün keçmiĢ
tanrılardan zəndeyi-zəhləsi gedirdi. Hələ
Zevsi görməyə heç gözü yox idi. “Aigina,
bu da sənin sonun...” – Ġblis Hadesi ona
bağlayan daha bir müdhiĢ cəzanı xatırlayıb
gülümsündü, kosa saqqalını adəti üzrə yenə
burmaladı.
...Korinf kralı Sizif kiçik bir liman
qəsəbəsini zəngin bir Ģəhərə çevirsə də
Ģəhər içməli sudan çox korluq çəkirdi. O
vaxtlar Zevs, Aiginanın hələ qönçə vaxtında
baĢını aldadıb qaçırmıĢdı. Qızın atası Asop
qızını heç yerdə tapa bilməyib dəli olmaq
həddinə çatmıĢdı. Korunf kralı bundan
faydalanmaq istəyir və çaylar allahı Asopa
qızını Zevsin qaçırdığını xəbər verir. Zevs
Sizifun öldürülməsi üçün ölüm allahı
Tanatosu yeraltı dünyaya göndərir. Sizif
Tanatosu sərxoĢ edib onu zəncirə vurdurur.
Krallığında uzun müddət kimsənin
ölmədiyindən Ģübhələnən Hades Zevsin
yanına gəlir, – “Nədən ölümlülərin heç biri
daha ölmür?” – soruĢur. O zaman ölüm
allahı sərxoĢ tanrıların yadına düĢür və
əsirlikdən xilas edilir. Sizif sonunun
gəldiyini anlayır. Bu zaman Ġblis onun
dadına yetir, – “Arvadına tapĢır ki, ölümünü
toy-bayram etsinlər”. Hadesin hüzuruna
gətiriləndə, Sizif, – “Mən xalqıma və
ailəmə əlimdən gələn bütün yaxĢılıqları
etmiĢəm. Adıma layiq yas tutmaq, üzülmək
əvəzinə, xalqım, ailəm mənim ölümümü
bayram edir. Mənə möhlət ver, geriyə
qayıdıb bu haqsızlığı düzəltməliyəm” –
deyir. Hadesin daĢ qəlbi yumĢalmasa da
Zevsin ölülər məmləkətinin sahibi ilahə
Persefon da iĢə qarıĢır və Sizifə bir həftə
möhlət verilir. Ancaq Sizif Hadesin
krallığına geriyə dönmür. Hadesin isə yer
üzünə çıxmağa ixtiyarı olmadığından, –
“Bir gün əcəl səni öz ayağınla yanıma
gətirəcək. O zaman, ağır bir qayanı yüksək
zirvəyə qaldırmaqla cəzalandırılacaqsan.
Zirvənin ucu iynə kimi iti olacaq, orda
daĢıdığın qayanı diyirlənməkdən saxlaya
bilməyəcəksən. Dikboyu isə ayaq saxlayıb
dincəlməyə bircə nöqtə də tapmayacaqsan!
Ömrünün sonunadək qaya diyirləməklə
əzab çəkəcəksən...” – Sizifin qarasınca
deyinir. Amma indi, köhnə ədavətlər
unudulmuĢ və tanrıların hamısı eyni aqibəti
yaĢayırdılar.
Ġblis ölümsüz tanrıların hulqumunu bir-bir
ələ keçirdi, baĢlarını eyĢ-iĢrətlə o qədər
Üç aylıq ədəbiyyat dərgisi 61
qatdı ki, Zevs allahlıqdan məhrum edildi,
krallıqları bir-bir Allahın qəzəbinə tuĢ gəldi.
Axırda da, dölləri kəsilsin deyə özləri, cin,
Ġblis və onun törəmələri, eləcə də, insanlarla
cütləĢib nəsl artırmaq imkanları əllərindən
alındı. Ən sonda, Yeri qoruyan ozon
qılafından yür üzünə keçməyi tanrılara
qadağan etdi. Ġqtidarsız tanrıların əllərindən
indi iki Ģey gəlirdi – ozon qatının
arxasından Yerdəkiləri həsrətlə izləmək və
əyyaĢlıq...
* * *
Sabiq tanrıların və ilahələrin hamısı
toplanmıĢdı. Ġblis yaman hikkəliydi:
– Əgər mən bura gəlmiĢəmsə, demək iĢlər
qaydasında deyil. Sizə sirr açmağa
məcburamsa, deməli, həm də sizi
öldürməliyəm. ĠĢlər düz getmir, heç getmir,
– Ġblis kosa saqqalını barmaqlarının
arasında yenə burdu, – Allah, mən bildiyim
qədər də sadalövh deyilmiĢ. Cəhənnəm
əzabından canımı güclə qurtardım... Artıq
intiqam almağın vaxtıdır. Bilin ki, bu iĢi
bacarmasaq, cəhənnəm tonqalının dilləri
hamımızı yalayacaq. Küt ağlınıza gətirə
bilməzsiniz Allahın bizə hazırladığı cəzanın
Ģiddətini... Yerə düĢməyimiz üçün bircə
Ģansımız var – Adəmə qovuĢmazdan qabaq
Həvvanı yoldan çıxarıb bu tərəfə keçirmək!
Əgər istəyirsinizsə ki, əvvəlki kimi
səltənətlərinizə qovuĢasınız, mənə kömək
etməlisiniz...
– Sən əmr elə, biz buyruq quluyuq, –
müharibə və qırğınlar allahı Ares həvəslə
dilləndi.
– Əgər dediklərimi sözssüz yerinə
yetirsəniz, siz dölsüzləri əvvəlki halınıza
gətirə bilərəm. Yer üzündən insan deyilən
məxluqu silib-süpürüb, yerində sizin
həĢamətli övladlarınızı yenidən kral təyin
edərəm. Bu iĢdə kim mənə sidq ürəkdən
biət edirsə, əlini qaldırsın, – Ġblis sözünü
bitirib tanrıları bir-bir nəzərdən keçirdi.
– Bizi Allahın qəzəbindən qoruyacaq planın
varmı? – bunu soruĢan ov allahı, Ay ilahəsi
Artemida idi.
– Əminsənmi ki, planın uğurla baĢ tutacaq?
– döyüĢ planları üzrə mahir bilici Afina
əlindəki zeytun budağıyla üzünü yelpiklədi.
– Plansız Ġblis harda görmüsünüz! Yoxsa,
baĢqa çıxıĢ yolunuz, planınızmı var!? –
tanrılarla danıĢmağa səbri yox idi.
KeçmiĢ tanrıların hamısı bir nəfər kimi
Ġblisə biətlərini təzələdilər, ona sədaqətlə
qulluq edəcəklərinə and içdilər. Ġblis planını
açıqladı və hər kəsin boynuna düĢən iĢi
tapĢırdı.
* * *
Ġblis Həvvanın baĢına sancdığı doğma
tüklərin qoxusunu almıĢdı – bilirdi ki,
Həvva onlara tərəf yaxınlaĢır. Adəm isə, –
Dionis xəbər gətirdi ki, – “Ərəbistan
çöllərində sərgərdan gəzir”. Adəm və
Həvva yeraltı mağaranın yolunu
tapsaydılar, ozon qatını yarıb onların yanına
keçə bilərdilər. Ġblisin əlində güclü silahı
vardı – Həvvadan çəkdiyi üç qızıl tük. Bu
tükləri Həvvanın bətnində Yerə keçirmək
çox asan iĢ idi. BaĢındakı Ģeytan tükü
mütləq Ġblisə doğru çəkəcəkdi Həvvanı.
Bunun tilsimini Ġblis bilirdi. Di gəl ki,
Həvva cənnətdən qovulduqdan sonra
tövbəliydi, Ġblisə lənət oxuyurdu və onu
görməkdən min ağac uzaq qaçardı.
– Bir qadına, ancaq baĢqa bir qadın
dərindən bələd ola bilər, – Ġblis Heranı gecə
xəlvətdə yanına çağırmıĢdı, – Həvvanın
zəif yeri qısqanclığıdır. Sən isə qadın
ifritəliyinin ustasısan. Sənin iĢin Həvvanı
Yer üzündən biz tərəfə keçirmək olacaq.
Adəm isə Həvvanın qoxusunu ayda bir dəfə
alır, harda olsa, Həvvanı özü tapacaqdır...
62 № 4 (16) QıĢ 2015
– BaĢ üstə, rəbbim! – Hera çoxdan idi əsl
qadınlıq etmirdi, indi bir iĢə yaradığına
sevindi, – Həm də xəbərin olsun ki, Yer
üzündə qanı qanımızdan olan sadiq
sevgilim var, lazımın olsa, ondan da istifadə
edə bilərik...
– Ay səni, fitnəkar qadın! – Ġblis mat
qalmıĢdı, – bəs, necə keçirmisən Yer
üzünə?
– Birinci Böyük Lənətdən qabaq. Zevs elə
bilirdi ki, xəyanət etməyi tək o bacarır...
Amma səndən bir ricam olacaq.., məni
mümkün qədər tez Yer Üzünə keçir. Burda
bağrım partlayır...
– Baxarıq. Sən durma, Həvvanı axtar...
– BaĢ üstə, səxavətli rəbbim!
* * *
...Yalan-gerçək deyirlər ki, Eldənizlə
nikahdan Möminə Xatun iki oğlan uĢağı
doğur – Məhəmməd Cahan Pəhləvan və
Qızıl Arslan. Qaranlıq iĢlərin mahir bilicisi
olan sultan Məsud Eldənizi Arranın hakimi
təyin etdi və onu Möminə xatunla,
oğlanlarıyla birlikdə Bərdəyə göndərdi. O
zaman Azərbaycanda sultan Məsudun
qohumu atabəy Qara Sunqur hakimlik
edirdi. Məsud Sunquru özünün varisi elan
etmiĢ və qızını ona vermiĢdi. Qara
Sunqurun keçmiĢdə Möminə xatunla
aralarının yaxĢı olduğundan sultan Məsud
xəbərdar idi. DüĢünürdü ki, – “Ġlanı seyid
Əhməd əliylə tutmaq daha ağıllı və
asandır”. Fəqət, heç bir il keçmədi ki, Qara
Sunqur “qəflətən” vəfat etdi və
Azərbaycanın idarəçiliyi Eldənizin əlinə
keçdi. Sunqurun tərəfdarları Eldənizə qarĢı
qiyam qaldırdı. Eldəniz, bütün qiyamçı
rəqiblərini darmadağın edib bütün
Azərbaycanı, o cümlədən, oğuz türklərinin
ən çox cəmləĢdiyi Arran, Gəncə və Ərdəbilı
öz tabeçiliyinə keçirdi. Sultan Məsudun
vəziyyətlə barıĢmaqdan baĢqa çarəsi
qalmadı, – “Qadınların ən qorxuncudur
Möminə. ġeytana papıĢ tikər. Ondan nə
qədər uzaq dursaq, o qədər baĢımız salim
olar. ġeytan tükü var o qadında – həm
iblisdir, həm mələk. KaĢ, onun kimi ağıllı,
hiyləgər, siyasətcil vəzirim olaydı...”
* * *
Oğuz türklərinin tanrıya tay tutduqları yaĢlı,
amma, hələ canısulu bir ağsaqqalları vardı –
Dədə Qorqud. Kimsə bilməzdi bu nurani
qocanın yaĢını. Adamın babasının babasının
babasından soraq verərdi. Oğuzun canlı
yaddaĢıydı Qorqud dədə. Biri yaĢını “beĢ
yüzdür” deyirdi, digəri min yaĢ verirdi...
Oğuzun bütün tayfaları uludan ulu Dədənin
hörmətini hər Ģeydən üstün tutar, onsuz bir
müĢkülün həllinə giriĢməzdilər. Bircə dəfə
əsasını yerə vurub, – “Olmaz!” hökmünü
verdisə, ulusda kimin nə haqqı vardı onun
Sözünü çöndərə, qan qardaĢıyla təzədən
ədavət apara. Ya da, – “Olsun!” deyib
igidlərə ad qoyar, oğlanlara qız seçər, sonra
da qopuz çalıb xeyir-duasını verərdi.
ġahlar, xanlar, bəylər Qorqud Dədənin
Oğuz elində elçiləriydilər. Onun sözü Oğuz
ulusunda qanundu. O, qeybdən xəbər alar,
Oğuzu gözləyən qəzavü-qədərdən hamıdan
tez duyuq düĢər, vaxtında məĢvərət çağırıb
tədbir tökərdi. “Qorqud Dədə durduqca,
Oğuz elinə zaval yoxdur” – deyirdilər...
Eldəniz də Qorqud Dədənin əlini öpüb,
xeyir duasını alıb taxta oturmuĢdu. Bir gün
Qorqud Dədə Eldənizi ovda tutub onu bəzi
iĢlərdən xəbərdar elədi, – “UlaĢıban sular
daĢsa, dəniz olmaz. Təkəbbürlük eyləyəni
Tanrı sevməz. Könlün uca tutan ərdə dövlət
olmaz. QaravaĢa don geydirsən, qadın
olmaz. Yapa-yapa qarlar yağsa, yaza
qalmaz. Ər malına qıymayınca adı çıxmaz.
Oğul atadan görməyincə süfrə çəkməz. Yad
oğulu saxlamaqla oğul olmaz – böyüyəndə
atıb gedər, gördüm deməz”. Qorqud Dədə
Üç aylıq ədəbiyyat dərgisi 63
ona dedi ki, – “Nə Məhəmməd Cahan
Pəhləvan, nə də Qızıl Arslan səndən deyil.
Möminə xatun bu uĢaqların ikisini də
atabəy Qara Sunqurun toxumuyla
mayalayıb”. Eldəniz baĢını yerə dikib
susdu. “Əgər istəyirsənsə ki, üçüncü uĢaq
səndən olsun, dediklərimə əməl elə. ġuĢa
dərəsində bir alma bitir, adına cənnət alması
deyirlər. Gündoğana baxan yanağı qırmızı
almadır. Ancaq sübh tezdən Ģeh düĢəndə
yetiĢir. Onun təzə dəymiĢ meyvəsini səhər-
səhər Ģeh çəkilməmiĢ dərib yeyərsən. Sonra
da Möminə xatunun yatağına girib onu
boylu edəndən sonra xatunu bir il saraydan
bayıra çıxmağı yasaq edərsən ki, sənin
toxumunu baĢqasınınkıyla qarıĢdırmasın.
Qızın olacaq. Bu qız sənin dövlətini Ġraq
əmirlərinin gələcək fitnələrindən qoruyacaq
tək ümiddir. Doğulan kimi qızını Ġraq
Ģahzadəsi Arslan ġaha zövcə əhd edərsən”.
Eldəniz baĢını qaldırdı, – “Sözün baĢımın
tacıdır, ululardan ulu dədəm. Allah sənə
qıymasın, baĢımızdan əskik olmayasan” –
ehtiramla təzim etdi. “Xeyir-duanı da özüm
verirəm: Uca taxtın yıxılmasın! Böyük
kölgəlik alma ağacın kəsilməsin! Div
sümüklü atanın əcri yüngül olsun! Ağ
birçəkli göyçək ananın yeri cənnət olsun!
Oğuz ellərin əlbir olsun! Axır vaxtında
təmiz imanın nəfsə güdaz getməsin!
“Amin! Amin!” deyən üzlər görsün!
YığıĢdırıb saxlasın günahınızı, adı gözəl
Məhəmməd Mustafanın üzü suyuna
bağıĢlasın!” – əsasına söykənib oturduğu
kötükdən qalxdı, – “Sənin adın heç xoĢuma
gəlmir, bu gündən sənin də adını dəyiĢib
ġəmsəddin qoydum, adınla Ģərəflən” – asta
addımlarla ağaclıqda gözdən itdi.
Ovdan qayıdan atabəy Eldəniz qalxıb mıĢıl-
mıĢıl yatan oğlanlarının ikisinə də diqqətlə
baxdı və gördü ki, həqiqətən, bircə qırıq da
olsun onun özünə çəkəcəkləri yoxdur – ikisi
də ay parçası kimi gözəl-göyçək
oğlanlardır. Hirs təpəsinə vurdu, içini qurd
gəmirdi. O gündən sonra Möminə xatundan
qanı soyudu...
* * *
Hera hələ gənc qız ikən qardaĢı Zevs ona
dəli kimi vurulmuĢdu. Qız əvvəlcə
anasından çəkinmiĢdi, amma, əl-ayağına
dolaĢan qardaĢına da rəhmi gəlirdi. Onun
evlənmək təklifilə sonda razılaĢmıĢdı.
Zevslə Heranın nıkahı uzun illər gizlin
qalmıĢdı. Hera hər il Kanaf bulağında
çimərək təzədən bakirə olurdı. O, Olimpin
ən qadir ilahəsi sayılsa da, əri Zevsə tabe
idi. Onun tez-tez ərini qısqanması Zevsi çox
qəzəbləndirirdi. Hera mərhəmətli olduğu
qədər, həm də, qəddar qadın idi. Ərinin
sevgililərinə və qanunsuz uĢaqlarına qarĢı
çox amansız idi. Hətta, Zevsdən hamilə
qalan ilahələrə doğmağı qadağan edirdi.
Aiginanı qaçırandan sonra Zevsin
sevgisinin haqq-hesabını xeyli çəkməli
olmuĢdu. Aiginanın gözəlliyinə söz ola
bilməzdi. Odur ki, bu dəfə ərinin
Ģorgözlüyündən lap təngə gələrək ondan
ayrılmaq qərarına gəlmiĢdi və evdən baĢ
götürüb getmiĢdi. Zevs nə qədər ayağına
gəldi, yalvardı-yaxardısa, yenə də geriyə
dönmədi. Bu zaman müdrik Kiferon Zevsə
yalandan toy etməyi, “təzədən evlənməyi”
məsləhət görmüĢdü. Bundan xəbər tutan
Hera dərhal toy məclisinə gəlib, gəlinin
paltarını cırıq-cırıq etmiĢdi. Hiyləni baĢa
düĢən Hera buna sevinərək Zevslə təzədən
barıĢmıĢdı.
Ġndi əsas rəqibi Aiginanın ölümsüzlüyünə
son qoyan Ġblisin tapĢırığını can-baĢla
yerinə yetirməkdən qürur duyurdu. Ġblis
onu hop-hop quĢuna çüvirmiĢ, Həvvanın
qızıl tüklərini ona vermiĢdi. Hera ozon
hasarı boyunca iki gün qanad çalmıĢ, sonda
Qaf dağına çatmıĢdı.
…Həvva Yer üzündəki bütün qoxulardan
məhrum idi. Bir tək cənnət niĢanələrinin
64 № 4 (16) QıĢ 2015
qoxusunu ala bilirdi. Adəmin səmtini
fəhmlə tutub gedirdi. Təzəcə aybaĢı olub
qurtarmıĢdı. Dəclənin sularında qüsl alırdı.
Birdən burnuna cənnətin qoxusu gəldi, –
“Odur! Adəmdir, o da məni axtarır!” – suyu
süzülə-süzülə qoxu gələn tərəfə götürüldü,
– “Adəm, burdayam!!!”...
* * *
Atabəyin oğlanları yekəlib igid cəngavərlər
olmuĢ, döyüĢlərdə ad çıxarmıĢdılar. Eldəniz
aramsız döyüĢlərdən yorulmuĢdu.
Azərbaycanın ağzını bir yerə yığmıĢkən,
yayın bin-bərəkət vaxtı kür-külfətini də
götürüb ġuĢa qalasına yerləĢdi. Adamlarını
göndərdi, alma ağacını tapdı və ətrafını
çəpərlədib tapĢırdı ki, bu gündən bura
ġəmsəddin Eldənizin Ģah bağıdır və bura
heç kimin girməyə ixtiyarı yoxdur.
Almanın yetiĢən vaxtı gələndə atabəy sübh
ertədən bağa getdi ki, almadan yesin, gördü
ki, ağacda bir dənə də olsun yetiĢmiĢ alma
qalmayıb – almalar dərilib. Kor-peĢiman
geri qayıtdı. Bir gün belə, beĢ gün belə,
axırda atabəy təngə gəlib böyük oğlunu
yanına çağırdı. Oğul atasının qulluğuna
gələn kimi baĢ əydi, – Ata, sənə fəda olum,
mənə görə nə qulluq?
Atabəy dedi:
– Belə də iĢ olar?! Atabəy mən ola-ola
bağımdakı almaya həsrət qalmıĢam, öz
almamdan yeyə bilmirəm. Gərək nə təhər
olsa, almanı oğurlayanı tutasan ki,
lazımınca tənbeh edək.
Cahan Pəhləvan atasının əlindən öpüb
çıxdı. Gecə düĢəndə dava libasını geyinib,
ox-kamanını götürüb bağa getdi. Oğlan bir
saat gözlədi, iki saat gözlədi, beĢ saat
gözlədi, sübh – alma yetiĢən vaxt yuxu onu
tutdu. Addım səslərinə yuxudan ayıldı ki,
gələn atasıdır. Baxdılar ki, ağacda yetiĢmiĢ
alma yoxdu – yenə kimsə dərib. Cahan
Pəhləvan utandığından az qaldı yerə girsin.
Ata-bala kor-peĢiman, əliboĢ evə döndülər.
AxĢamüstü atabəy ikinci oğlunu çağırdı.
Qızıl Arslan atasının qarĢısında baĢ əyib
müntəzir dayandı, – “Buyurun, mehriban
atam, məni əmr etmisiniz. Gərəkdirsə,
baĢımı verim”...
Atabəy hirsləndi:
– Neynirəm sizin kimi kütbeyin qardaĢların
baĢını?! Bu nə yeyəsizlik, özbaĢınalıqdır!
Kimdir bu cürətin yeyəsi ki, bağımdakı
almaya həsrət qoyub məni! Öz almamdan
yeyə bilmirəm! YetiĢən kimi, biri,
meyvələri dərib aparır. Fərsiz qardaĢın div
yuxusuna getdi – oğrunu tuta bilmədi.
Göstər Ģücaətini görək, səndəmi
yatağansan? Tap bu alma oğrusunu, as dar
ağacından!.
Qızıl Arslan:
– Ölərəm də, oğrunu yaxalamasam çimir
yatmaram, – dərhal mürəxxəs oldu.
Qızıl Arslan gecə düĢəndə dava libasını
geyinib, ox-kamanını götürüb bağa getdi.
Bir saat gözlədi, beĢ saat gözlədi, sübh –
alma yetiĢən vaxt yuxu onu da tutdu.
Addım səslərinə yuxudan ayıldı ki, gələn
atasıdır. Baxdılar ki, ağacda yenə yetiĢmiĢ
alma yoxdu – yenə kimsə dərib. Qızıl
Arslan çox pərt oldu. ġəmsəddin Eldəniz
oğlunun üzünə tüpürdü, – “Sizin kimi
vələdi olmaz olaydi, murdar toxumdan
törəmiĢlər!”.
...Ağacın üstündə üç alma qalmıĢdı. ĠĢ-
iĢdən keçməmiĢ qərar verdi ki, növbəti gecə
almaya üçü birlikdə keĢik çəksinlər.
Oğlanlarının ikisini də götürdü, yaraqlanıb-
yasaqlandılar, alma ağacının gövdəsinə
söykənib gözlədilər. ġeh düĢməyə təzə
baĢlamıĢdı, atabəyi yuxu apardı, Cahan
Pəhləvan çiĢə ayrıldı, Qızıl Arslan da baĢ
barmağını çərtib yarasına duz basırdı ki,
yuxusu qaçsın, bir də gördü, bir quĢ ağacın
üstündən “Ģap-Ģap” havalandı, hər
caynağında da bir alma. Ağacda qalmıĢ
Üç aylıq ədəbiyyat dərgisi 65
axırıncı alma isə Qızıl Arslanın təpəsinə
düĢdü. Oğlan quĢun zəhmindən “ah” çəkdi,
dili qatlandı və bayılıb yerə sərildi, – “bu
gün ölmüsən, ya, sırağagündən?”. Cahan
Pəhləvan səsə tez atasını hayladı, yerdə
partlamaya düĢən qardaĢının çiyinlərindən
tutub silkələdi, haray-həĢir saldı. Qızıl
Arslanın köpüklənən ağzını selikdən
təmizlədilər, dilini çəkib çıxartdılar. Arslan
özünə gələndə, baxdılar ki, gədənin halı
özündə deyil – elə bil, yazığı cin vurub. Bir
də yuxarı baxdılar ki, ağacın baĢında bircə
alma da qalmayıb. Yerə düĢən alma da
kaldır. Cahan Pəhləvan nə qədər and-aman
elədisə, atabəy ona inanmadı, elə bildi ki,
övladları yenə yuxuya gedib, oğrunu tuta
bilməyiblər və yalandan “quĢ” nağılı
danıĢırlar. Hirslə kal almanı gəmirdi.
Saraya girən kimi də mühafizlərə əmr elədi
ki, oğlanlarını on gün zindana salsınlar. Özü
isə yuxulu Möminə Xatunun yatağına
təpildi. Yazıq qadın sıvırıq oldu, al qanına
bələndi. ġəmsəddin min əzabdan sonra
muradına çatıb rahatlandı və arxasını
çöndərib yatdı.
* * *
Qaf dağının baĢında bir Ģanapipik üzü Yerə
tərəf durmadan ötürdü, – “quk-qu, quk-
qu...”. Həvva hop-hopun səsini istinad
götürüb madyan kimi dincini almadan ona
sarı qaçırdı. QuĢ uzaqdan Həvvanı izləyirdi.
Qızın yaxınlaĢdığını görüb ətəklərdəki
çərən kollarına tərəf uçdu, budağa qonub
əvvəlki yaraĢıqlı Heraya döndü. Həvva
gəlib iri keçilməz dağa dirəndi. Bu dağ Qaf
idi. Qaf dağının dibi və sinəsi Yer üzünə
düĢürdü, qalanı isə ozon qatının arxasına –
Günortaca. Bu dağ yer üzündəki digər
dağların anası sayılırdı – dünyanın bütün
dağları ona yeraltı damarlarla bağlı idi.
Qafqaz dağları da Qafın ətəkləri sayılırdı.
Qaf, Günortacla Yer üzü arasında yerləĢirdi
deyə, iki dünyanın keçidi də buradaydı.
Günortac tərəfdən keçidi iki öküz baĢlı
mələk qoruyurdu. Yer üzü tərəfdən isə
çıxıĢı ozon Ģəlaləsi pərdə kimi örtürdü. Qaf
dağının ən hündür zirvəsi Ģəffaf idi və ucu
Göyə dirənirdi. Günortacı öz zirvəsində
saxlayan Qaf, həm də, Simurq quĢlarının
məskəni idi.
...Cənnət qoxusundan Həvvanın gözü
dönmüĢdü. Bir az nəfəsini dərəndən sonra
dağın kələ-kötür çıxıntılarından tutub Qafa
dırmanmağa baĢladı. Yüz metr qalxmıĢdı
ki, gördü, dolayısı axan Ģəlalə var və
yarıyolda əyilib birbaĢ dərin quyuya axır –
elə bil ki, quyu Ģəlalənin suyunu özünə
sümürür. ġəlalənin suyu quyunun alt
çıxıĢından toza-çis olub Qafqazı aĢaraq
duman kimi Yer üzünə yayılırdı. Ozonun
xoĢ ətri Həvvanı bihuĢ edirdi. Amma
cənnətin tanıĢ qoxusu onu qızmıĢ kəl kimi
özünə dartırdı. Daha irəli dırmanmağa
tutacaqlar görünmürdü. ġəlalənin altındakı
qaraltı diqqətini çəkdi – həmin keçid idi,
amma xeyli aralıydı. Həvva nə qədər qıvraq
və güclü olsa da, bu məsafəyə tullanmağı
heç ağlı kəsmirdi, – “Ey Xudavəndi-aləm,
yalvarıram sənə, məni Adəmə qovuĢdur.
Tək bircə kərə onu görüm, muradıma çatım,
ondan sonra canımı alsan da səsimi
çıxarmaram. Bilirəm, günahım böyükdür,
məndən acığın gəlir. Amma, yalvarıram,
mənə güc ver, Ģəlalənin altındakı o dəliyə
çata bilim...” – Üç addım geri çəkilib yay
kimi dartıldı, ox kimi havada süzdü. Əli
Ģəlaləyə çatan kimi üzüaĢağı Ģəlaləylə
birlikdə quyu onu özünə sümürdü. “Allahü
Əkbər! Allahu Əkbər! Allahu Əkbər!” –
bağıraraq havayla, suyla əlləĢdiyi yerdə,
birdən əli ipdən toxunma tora iliĢdi –
Ģəlalədən asıla qaldı. Baxdı ki, Ģəlalə durub
və kəndir tora dönüb. Suyun arxasına keçib
yuxarı dırmandı. ġəlalədə yellənib dağın
döĢündəki oyuğa tullandı. Əlini tordan üzən
66 № 4 (16) QıĢ 2015
kimi, Ģəlalə yenə suya dönüb əvvəlki kimi
axmağa baĢladı.
Bu, girintili-çıxıntılı qaranlıq mağara idi.
Həvva iki gün mağaranı gəzdi, amma bir
çıxıĢ yolu tapa bilmədi. Taqətdən
düĢmüĢdü. TanıĢ qoxu isə hələ də
burnundaydı. Dincəlməyi qərara aldı.
Yıxılıb mağarada yatdı. Gözlərini açanda
qulağına səs gəldi – kimsə lap yaxında
mahnı oxuyurdu. Qalxdı, qulağını səsə tərəf
Ģəklədi. Səs mağaranın içindən gəlirdi, –
“Mağaranın ruhu olmasın..?” – dərhal da, –
“Bu nə sərsəm fikirdir, yox bir, mağaranın
sevgi nəğməsi...”. Amma bu Adəmin səsi
deyildi. “Kim var orda?” – durub ehmal-
ehmal səs gələn tərəf addımladı. Getdikcə
səs yaxınlaĢırdı. DinĢədi:
Bu sevgi tükənən bir yol deyilmiĢ,
Sən də öz sonuna gəlib gedəsən.
Bax mən bir gündə qocalmadım ki,
Əsən əllərimə gülüb gedəsən2 .
Birdən mağaranın dəhlizi geniĢ və hündür
bir kahaya açıldı. Ucu-bucağı görünməyən
hündürlükdən Ģəlalə axırdı. Həvvanın üzünə
sərin meh vurdu. Əsl yorğunluğu indi
çıxmağa baĢlayırdı. ġəlalənin altında
qənirsiz bir gözəl çimirdi. Qızın bədənini
elə bil mərmərdən yonmuĢdular, – ağappaq
dərisi, uzun hörükləri, zərif əndamı,
dümdüz, bal daman döĢləri vardı. Hayıl-
mayıl qalmıĢdı qızın gözəlliyinə, gördüyü
Ģahanə mənzərəyə. Öz bədəninə baxdı.
Doğmaqdan əldən düĢmüĢ arvadlar kimi
kobud, gündə qaralmıĢ kirli dərisi, cod,
pırtlaĢıq saçları, kobud əllərini özü də
bəyənmədi. “Yox, bu o deyil. Ġlan cildinə
girsə belə, qoxusunu on ağac uzaqdan
duyardım. Bu, o məlun deyil. Bəs kimdir?”
– qızı doyunca izləmək istəyirdi. Qızın çox
məlahətli səsi vardı:
Dərdik dərdiyimiz bir gül olmadı.
Gördük gördüyümüz bir gün olmadı.
Sən dəniz, mən qumlu sahil olmadım,
Mənə yazılanı silib gedəsən....
Qız geri çevriləndə Həvvanı görüb
qorxudan qıĢqırdı, – “Ġblis! Ya Rəbbim,
iblisin Ģərindən sənə sığınıram! YaxınlaĢma
mənə!” – yerdən daĢ götürüb Həvvaya sarı
tulladı. DaĢ Həvvanın qulağının dibindən
yan keçdi. Quruduğu yerdə cana gəldi, –
“Qorxma, mən Ġblis deyiləm, məndən sənə
zərər gəlməz. Kimsən sən?”. “Möminəyəm,
Yer üzünün tək bakirə qadını. Bəs sən
kimsən?” – qız əlində iki daĢ ehmalca
Həvvaya tərəf gəldi. Bədənindən su
damcıları süzüldükcə, Həvva onun qadın
Ģəhvətindən cuĢa gəlirdi, – “Yalan
deyirsən! Yer üzündə məndən baĢqa qadın
yoxdur! Sən Ġblissən, yenə cildini
dəyiĢmisən!” – o da əlinə daĢ aldı. Hera
Həvvaya 10-15 metr qalmıĢ dayandı, –
“Belə çıxır ki, Rəbbim iki qadın yaradıb..?
Bu ola bilməz!”. “Mən də onu deyirəm, ola
bilməz!” – Həvva daĢı qaldırıb Heraya
tuĢladı. “Dur! Bu kələfi açmalıyıq. Əgər
gördüyün kimi iki qadınıqsa, demək,
Xudavənd iki qadın yaradıb. Amma niyə?
Bəlkə iki Adəm var – hərəmizə biri..?”.
Həvvanın əli yavaĢ-yavaĢ aĢağı düĢdü.
Cürətlənən Hera çılpaq Həvvaya yaxınlaĢdı,
onu diqqətlə izləyə-izləyə ətrafında dönüb
durdu, – “Mükəmməlsən, sağlamsan,
yaraĢıqlısan. Doğmaq üçün əsl mükəmməl
bədən... Düz deyirsən, Adəmin
qabırğasından yaranmısan, torpağınız da
eyni yerdən götürülüb – mən Adəmin
qoxusunu alıram səndən...”.
2 Heranın oxudu mahnının sözləri Aqşin
Yeniseyə məxsusdur.
Üç aylıq ədəbiyyat dərgisi 67
– Amma səndən Adəmin qoxusu gəlmir... –
Həvva bir neçə dəfə köntöy-köntöy
burnunu dartdı, Heranın qoxusunu duymağa
çalıĢdı.
– Bu, Kanaf bulağının Ģəlaləsidir – Ģəlaləni
göstərdi, – Ġnsanı təmizləyir, bütün yad
qoxuları götürür, həm də qadın bakirəliyini
özünə qaytarır, ona görə duya bilmirsən...
– Hardadır Adəm?! Mənə onun yerini de! –
Həvva qızın biləyindən yapıĢdı.
– YavaĢ ol, qızmıĢ qadın, qolumu qırarsan!
Adəm Ərəfatdadır indi. Nəsə axtarır. Mənə
heç nə demir. Bəlkə də axtardığı elə
sənmiĢsən...
Həvva ürəyinə damanları qova-qova
Heranın həndəvərində dönüb durdu, –
“Yəqin məndən sonra Tanrım səni də
yaradıb”
– Amma məni Adəmin qabırğasından yox,
Yerin torpağından yox, cənnətin
torpağından yoğurub yaradıb. Mən Yer
üzünə gəlməmiĢdən qabaq eĢitmiĢdim ki,
Adəm züryətsizmiĢ. Sən onun
qabırğasından yarandığın üçün, Adəmin
bacısı, ya da övladı sayılırsan. Allahın
Qanunlarına görə isə bacı-qardaĢ, ata-qız
arasında münasibət haramdır. Odur ki,
məni, bizim çoxlu övladlarımız olsun deyə
yaradıb tanrım.
– Nə vaxt qayıdacaq Adəm? – Heranı
dinləməyə səbri qalmamıĢdı, hirsdən
pörtürdü.
– Son vaxtlar Adəm özün çox narahat hiss
edir. Axtardığı Ģeyi tapmayınca,
övladımızın olmasını istəmir” – Hera
yaman Heraydı. “Yarım məni axtarır,
zavallı sevdiyim, vəfasız sevgilim...” –
Həvva köks ötürdü. Elə bil içinə od
düĢmüĢdü, sinəsi alıĢıb yanırdı, – Adəmdən
bir niĢanə göstər, bilim ki, dediklərin
doğrudur.
– Gedək... – Hera çarəsiz dilləndi.
Onlar mağaranın çıxıĢına doğru yanaĢı
yeridilər. ÇıxıĢda iri bir qaya vardı və ordan
içəriyə xoĢ ozon yayılırdı. Bura Günortaca
çıxıĢ qapısıydı. Həvvanın ciyərləri ozonu
götürmürdü – getdikcə Həvvanın havası
çatıĢmırdı, ayaqları yerimirdi, ürəyi bulanır,
köksü daralırdı. Hera dayandı, ətrafa göz
gəzdirdi, – “Axırıncı dəfə Adəmlə burda
seviĢmiĢik...” – əyilib əlini torpağa sürtdü, –
“Hə! Bax, Adəmin tükü düĢüb bura!” – bir-
birinə dolanmıĢ üç tük tapıb qapıdan gələn
iĢığa tutdu, – “SeviĢdikdən sonra
tüklərimizi bir-birinə doladıq, and verdik ki,
heç vaxt ayrılmayaq, ömrümüzün
sonunadək bir-birimizə sadiq olaq” – tükləri
Həvvaya uzatdı. Tüklərin ikisi ortadan “X”
Ģəklində çarpaz, biri isə “Y” formasında
ucdan düyünlənmiĢdi. Tükləri bir-bir
qoxladı, – “Cənnətin qoxusu var. Bəlkə
də...” – tükü-tükdən seçəcək qədər ağıllı
deyildi Həvva. Hera çixiĢ daĢına pəl vurub
açan kimi ozon küləyi Həvvanın ciyərlərini
doldurdu və huĢunu itirib yerə sərildi...
* * *
O gecə Möminə xatunun çanaq sümüyü
yerindən çıxdı, amma boylu qaldı. Xatun
onca ayın içində iki özü boyda ĢiĢdi.
Boynundakı uĢağın vaxtı ötürdü deyə,
mamaçalar toplaĢıb zorla körpəni iĢıqlı
dünyaya gətirdilər. Körpə, oğlan uĢağıydı.
Sünnətli doğulmuĢdu. Göbək ciyəsini
əlində tutub “gülürdü”...
O gecə Qorqud dədə yuxusunu yenə
qarıĢdırdı. Sabah açılan kimi baĢıalovlu
qaçdı ġəmsəddinin yanına, – “Ağ sarayı
xarab olası! ġahlığın qara göründü! Qatı
qəzəb edərəm indi sana, söylə, bədbəxt
ağam, vaqeədə gördüyüm düzmüdür!?
Məmləkətin qurd-quĢ, cin-Ģəyatin, div-
əcinnə əlində əsir-yesir qalıb. Yoxsa, iĢlər
nəsə tərs gedib? Söylə, uĢaq qızmıdır!?”
ġəmsəddin:
68 № 4 (16) QıĢ 2015
– Hə.., söylədiyin kimi, qızdır – heç
tövrünü də pozmadı.
Dədə Qorqud:
– ġükür yaradana, içim yerinə gəldi!
Deyəsən yaĢlanıram... Uruz elinə tələsirəm.
UĢağın adını Məlikə qoyuram”... – gəldiyi
kimi də çıxıb getdi.
Atabəy dərhal məmləkətə car çəkdirdi ki,
qızı dünyaya gəlib və azca mayıflığı olduğu
üçün evdən çölə çıxmayacaq. Amma özü,
oğlunun qırımından, sir-sifətindən hiss
edirdi ki, xalis öz toxumundandır.
Mamaçaları öldürtdü. Xüsusi dayələr tutdu
ki, oğlunu böyütsünlər. Ailəyə ən yaxın
adamları, dayələri toplayıb ciddi tapĢırdı ki,
Məlikənin oğlan olduğunu ağzından
qaçıranın ağzı qulağının dibinədək
cırılacaq, sonra da baĢı bədənindən
üzüləcək. Özü də, uĢağın adını dəyiĢib
Məlikməmməd qoydu.
Qoyaq təzə doğulan uĢaq böyüməyində
olsun, xəbər verək məmləkətinin qəfil çıxan
düĢmənlərindən, divlərindən, cin-
Ģəyətinlərindən...
* * *
Sultan Məsud təzəcə rəhmətə getmiĢdi.
ġəmsəddin Eldəniz böyük oğlu Məhəmməd
Cahan Pəhləvanı hacib, kiçik oğlu Qızıl
Arslanı isə sipəhsalar – ordu komandanı
təyin etdi. Məsudun keçmiĢ müttəfiqləri
Eldənizin üstünə hücum çəkmiĢdilər.
ġəmsəddin böyük oğlu ilə qoĢunun bir
bölüyünü götürüb Araz vadisinə düĢmən
qabağına getdi. Amma, bir neçə gün davam
edən döyüĢdən sonra Eldəniz müharibəni
uduzdu, Azərbaycan hakimliyindən əl
çəkib, yalnız Arranla kifayətlənməli oldu.
Məğlub ġəmsəddin evinə qanıqara dönəndə
gördü ki, ortancıl oğlu Qızıl Arslan əlində
kərənti, sarayın həyətindəki bər-bəzəkli
güllərin hamısını biçir. Qanı indi it qanına
döndü. Sərdarı göndərdi ki, – “Get ö
vələdüzinanı gətir bura!”. Gətirdilər. Qızıl
Arslan atasının hüzuruna çatanda baĢladı
pıkkıldayıb öz-özünə gülməyə. Atabəy
soruĢdu, – “A bala, niyə qəhr eliyirsən bu
gülləri!?”. O isə gülə-gülə, – “YaxĢı
eliyirəm, əlimin də içindən gəlir! Bu güllər
göründüyü kimi gözəl deyillər, Ģeytan kimi
bizi çaĢdırırlar. Sən bilirsənmi ki, güllərlə
bizim gözümüzün arasında nə qədər
zərrələr var? Gülün qoxusunu burnumuza,
gözəlliyini gözümüzə gətirən zərrələrin
fitnəsidir, vəsvəsəsidir bu xoĢ iy, gözəl
görüntü. Əslində isə bu güllərin nə rəngi
özününküdür, nə də qoxusu öz əsldir”.
ġəmsəddin qamçısını havaya qaldırıb
oğlunun təpəsinə endirmək istəyəndə
Möminə xatun əli yançağında, yanını çəkə-
çəkə uzaqdan atabəyi hayladı ki, – “A
gədə, hey! UĢağın üstünə qıĢqırma ha!
Əlindən xata-zad çıxar, üzünə qayıdar!”.
Atabəy bilirdi ki, alma bağındakı quĢu
görəndən, ya da, baĢına alma düĢəndən
sonra Qızıl Arslanın tutması var və tez-tez
sərsəmləyir... Qamçısını kəmərinə taxdı,
Ģöhtüyən Möminə xatunun yanından ötüb
atını sarayın giriĢinə çapdı. Atı mehtərə
verib dincini almağa çəkildi.
* * *
– Ədə, Ġsrafil! – Mikayıl təlaĢla sadiq
dostunu səslədi.
– Ə, nə var ey! Ġsrafil, Ġsrafil, qoymazsan
bircə hovur dincimizi alaq!?
– Ədə, tez ol, Allah-təala təcili səni çağırır!
– Yoxsa, yenəmi!? – oturduğu kətil aĢdı,
suru sazlamaq üçün götürdüyü bir qab tüstü
üst-baĢına dağıldı.
* * *
... Yuxudan ayıldığı həmin gün Həvvanın
130 yaĢı tamam olurdu. Yorğun-yorğun
ətrafa göz gəzdirəndə gördü ki, yan-yörəsi,
üst-baĢı ilbizlə doludur. Qalxmaq istədi,
yerdə sürüĢdü – ilbizlər onu öz seliklərilə
əməlli-baĢlı suvamıĢdılar. Acından ölürdü.
Üç aylıq ədəbiyyat dərgisi 69
Baxdı ki, yanındakı tabaqda bal Ģanı
doğranıb. Birini götürüb yedi. Bal arı
balıydı, amma Ģan, it arısını Ģanıydı. Tabağı
sivirib ayağa qalxdı. Üst-baĢını selikdən
sivirib yaxındakı arxda yuyundu. Qəfil
qarnı sancdı, – “Lənətə gəlmiĢ Möminə!
Ġblislə əlbir imiĢ...”. Özünü qamıĢlığa
verdi...
* * *
Dvin, ġərqi Ġrəvan hakimləri Eldənizin
məğlub düĢməyindən istifadə edib ard-arda
qiyam qaldırdılar. Ordu çox yorğun idi.
Böyük oğlu Cahan Pəhləvan illərdi
ordusunu götürüb dayanmadan düĢmənlə
vuruĢurdu. ġəmsəddin Eldəniz dərd içində
üzgün oturmuĢdu ki, məmləkətə bəd xəbər
yayıldı, – “Dvində Dəli Domrul adlı biri
Xudafərin körpüsünün qabağını kəsib,
körpünü uçurur və camaatı özünün
düzəltdiyi ensiz taxta körpüylə keçməyə
məcbur edir. Hələ bu azmıĢ kimi, qolzoruna
camaatdan xərac alır və ölkənin ən gözəl-
göyçək qızlarını özüylə götürüb mağarasına
aparır”. Dədə Qorqud deyəndə ki, – “Bu, o
Dəli Domruldur ki, ata-anasından can
istəmiĢ, onlar da verməmiĢlər. Arvadı öz
canını qurban vermiĢ, bu da Allahın xoĢuna
gəldiyi üçün ona yüz qırx il ömür verib”, –
Dəli Domrulun əlindən zara gəlib sarayın
qabağını kəsdirən xalqın etirazı Eldənizi cin
atına mindirdi.
Böyük oğlu Cahan Pəhləvan Ġrəvan
hakiminin üstünə getmiĢdi. BaĢı xarab
olmuĢ Qızıl Arslan silah tutmağı
yadırğamıĢdı – Gəncə, ġamaxı, Beyləqan
tərəflərdə Ģeir məclislərinə qatılır, fəlsəfə ilə
əlləĢirdi. Onun üçün ayrılan pul-paranı
elmə, Ģeirə, fəlsəfəyə xərcləyirdi. BaĢqa
əlacı qalmamıĢdı. Özü Dvin tərəfə getməyə
hazırlaĢırdı ki, həyətdə dostlarıyla ox atıb-
qılınc oynadan Məlikməmmədi gördü.
Məlikməmməd sümüklü-biləkli 18 yaĢlı
cəngavər olmuĢdu. Oğlunu və müəllimini
yanına çağırdı. Müəllimindən soruĢdu ki,
sonbeĢiyi necədir, düyüĢ qaydalarını
bilirmi? O da cavabında, – “Atabəyim,
canım sana fəda olsun, oğlunuzun, yetmiĢ
igidi ram edəcək gücü var” – deyəndə
üzünü Məlikməmmədə tutdu, – “Dəli
Domrul haqqında eĢitmisənmi?”
Məlikməmməd:
– EĢitmiĢəm və onu diz çökdürmək üçün
yanıb-yaxılıram. Deyirlər ki, böyük
qardaĢlarım duran yerdə mənə düĢməz ki,
Domrulun üstünə gedim. Ancaq bilin ki, bu
cəng üçün biləyim göynəyir, qanım coĢub
qaynayır.
ġəmsəddin oğlunu bir də altdan yuxarı,
üstdən aĢağı süzüb dedi: – “Get o dəli
küçüyün dərsini özün ver və baĢını mənə
gətir!”.
Yeri-göyü yaradan Əl-Qabizin baĢı yenə
kələfin ucunu açmağa qarıĢmıĢkən, biz də
Məlikməmmədlə Dvin tərəfə üz tutaq,
görək yolda onların baĢına nələr gələcək,
haranın dəlisidir bu Dəli Domrul...
* * *
Saraydan kənarda hamı bilirdi ki,
ġəmsəddin Eldənizin sonuncu uĢağı qızdır.
Bircə Məlikməmmədin ən yaxın, canbir üç
dostu həqiqəti bilirdi. Bu igidlərin hər biri
dağı yerindən oynadan cəngavərlər idi,
cəngin bütün sirlərini Məlikməmmədlə
birlikdə öyrənmiĢdilər.
Gecəni gündüzə qatıb üç ay yol getdilər,
gəlib çatdılar Dvin Ģəhərinin qənĢərindəki
dağların ətəklərinə. Bu Ģəhər haqqında
qəribə Ģeylər danıĢırdılar. Deyilənlərə görə
əsl adı Dəbil olan bu Ģəhərin mağaralarında
div sümükləri tapılmıĢdı deyə, adını dəyiĢib
Dvin qoymuĢdular. Bu “div” söz-söhbətləri
son vaxtlar daha da güclənmiĢdi. Hətta,
Dəli Domrulun əlindən qaçan havalı uĢağın
dediyinə görə, yeraltı mağaralarda divləri
öz gözüylə görübmüĢ. Hamının dəli dediyi
bu qızcığaz elə Ģeylərdən danıĢırmıĢ ki,
70 № 4 (16) QıĢ 2015
adam bunların yarısına inansa, baĢı xeyir-
Ģər qazanına dönərdi. Məlikməmməd bilirdi
ki, div, cin-əcinnə boĢ söhbətlərdir, ona
lazım olan Dəli Domrulun baĢı idi. DüĢərgə
salandan sonra dostlarından ikisini göndərdi
ki, Dəli Domrul barəsində ona səhih xəbər
gətirsinlər. Üç gün, üç gecə keçdi, dördüncü
gün dostları xəbər gətirdi ki, Dəli Domrul
həqiqətən el körpüsünü uçurub, Ģax-
Ģəvəldən ensiz bir körpü tikib. Gəlib gedəni
də məcbur edir ki, onun körpüsündən
keçsinlər. Körpüdən keçəndən otuz üç axça,
keçmək istəməyəndən isə qırx axça alır.
Hələ bu o yana dursun, bütün kiĢilərin
Ģalvarını aĢağı çəkdirib ayıb yerlərinə baxır,
gözəgəlimli qızları da seçib bir kənardakı iri
qəfəsə salır. Günün axırında isə bu qəfəsi iri
bir quyuya sallayandan sonra özü də
kənardakı mağarasına çəkilib dincəlir.
Səhər açılan kimi də yenidən yolkəsənliyinə
baĢlayır. Camaat, Domrul mağarasına
çəkiləndən sonra körpünü keçirlər. Qızlarını
xilas etmək istəyən qohum-əqrabasını isə
acımadan həmin quyuya tullayır. “Amma,
bizim hamımız onun üstünə tökülüĢsək,
onun bir biləyini qatlaya bilmərik. Bu cəng
silahla, güclə olmayacaq, bir fənd
iĢlətməyimiz lazımdır” – dedilər.
Məlikməmməd anadan fəndgir
doğulmuĢdu, odur ki, dostlarından ayrılıb
təkliyə çəkildi. Üç həftə dostlar
Məlikməmmədin üzünü görmədi. Dördüncü
həftə sübh açılar-açılmaz bir də gördülər ki,
Məlikməmmədin qara qaĢqa ağ atında çaya
baxanda
öz əksinə Ģığıyan çal qaraquĢ ərdəmli,
qənirsiz bir qız gəlib çadırlarının qənĢərində
dayandı. Dostları təlaĢ bürüdü, soruĢdular, –
“Ey, dilbər, bəs bizim ağamız hanı ki, onun
atını sən minmisən?”. Qız qəhqəhə çəkib
güldü və dedi, – “Əgər mən öldürdüyüm
adam həqiqətən sizin ağanızdırsa, baĢını
kəsib Dəli Domrula vermiĢəm ki, məni
körpüdən buraxsın. Onun kimi fərsizin sizin
kimi də mühafizləri olar” – qız yenidən
qəĢĢ edəndə Bayındır xan nəslindən Qam
Ğan əlini qılıncına atıb qızın üstünə Ģığadı.
Qız bir həmlədəcə Qam Ğanın qılıncını
ikiyə böldü. DaĢ Oğuz Ģəcərəsinin igid bəyi
Bayındır əmudu qaldırıb atın üstünə bir
addım atmıĢdı ki, əmudun sapı əlində qaldı.
Yalancıq nəslindən igidlikdə ad çıxarmıĢ
Qeyrət bəy gördü ki, bu qız onların yemi
deyil və həqiqətən də Məlikməmmədi
öldürübsə, üstünə birlikdə tökülməsələr
xeyri olmayacaq, qıyya çəkdi, – “Gör nə
günə qaldıq, oğuz ərənləri! Bir qızcığacın
əlində yesirik! Haydı, ərənliyi düĢünməyin,
birlikdə əzək bu qancığın baĢını! Ram edək
və alaq əlindən qızlığını! Həmlə..!” – qıza
hücum çəkdi, dostları da bir yandan. Qıza
bir yumruq vurdu, qız atdan yıxıldı. Durub
üst-baĢını çırpıb, – “Çoxdandır pəhləvan
ürəyi yemirəm, bu gün üçünüzün də ürəyini
ĢiĢə taxacağam” – deyib üçünün üstünə
birdən cumdu. Üç gün-üç gecə qurĢaq tutub
güləĢdilər – qız tək, onlar üç nəfər. Dostlar
gördü ki, belə getsə məğlub olacaqlar və qız
onların ətini ĢiĢə çəkəcək, dinclərini alanda
Yalıncığın soyundan Qeyrət bəy ah çəkdi,
dostlarına, – “Oğuldan dayağımız öldü,
atasına baĢımızı da versək bizi
bağıĢlamayacaq! Allah-taala bizi
qarğayıbdır, qardaĢlar! Taxt-tacımız
güvənsiz, ümidlərimiz sahibsiz qaldı! Elə
indi düĢüb ölək, yer-yurdda kimsə halımıza
qalmayacaq. Canını sevən burdan qaçsın,
bəylər. Mənimçin də bir dua eləyin, mən
baĢ götürüb ġama tərəf gedirəm”. Dostlar
da gördülər ki, tam yorulublar, bir də cəngə
girsələr, canları əldən gedəcək, ürəklərində
Qeyrət bəyə “Atan rəhmət!” dedilər. Qız
onların qırımından anladı və, – “Bəs,
ağanızın qanlı köynəyini Ģahınıza
götürməyəcəksinizmi?” – deyib atın
yəhərindən Məlikməmmədin qanlı
Üç aylıq ədəbiyyat dərgisi 71
köynəyini onların üstünə tulladı. Qam Ğan
dizüstə çöküb köynəyi qapdı, üz-gözünə
sürtüb hönkürdü, – “Mənim baĢım sənə
qurban olsun! Ər at üstündə öyünər, atsız
igidin ümidi olmaz. Atını bir dilbər minib,
ağam hey! Sənsiz yurdda quzğun, tazı
dolaĢar. Atabəyim yaxasını yırtıb “oğul,
oğul!” deyib zarımazmı? ġəvə birçəkli
ananın saçları ağarmazmı? Gildir-gildir göz
yaĢını töküb, ağ üzünə acı dırnaq
çalmazmı? Qızıl tağlı hündür qalana Ģivən
düĢməzmi? Qız-gəlinlərin qəhqəhəli
gülüĢünü niyə kəsdin? Ta, ağ əllərə qızıl
xına yaxmasınlar? Elin anaları ağ çıxarıb,
qara donlarınımı geysinlər? Vay, bəy
qardaĢım, vay! Muradına-arzusuna
çatmayan yazıq qardaĢım!” – zar-zar ağladı.
Bayındır Qam Ğanın çiyninə əlini qoydu, –
“Əziz dostum, Ģər qarıĢır. Çox ağlama, qız
yanında bərk sızlama. DüĢün görək nə
etməli, bəd xəbəri atabəyə necə çatdırmalı?
Qeyrət bəlkə düzün deyir – elə, təğyirlibas
olub çöllərəmi düĢsək, yoxsa baĢımızı
cəllad kötüyünəmi qoyaq?”. Qam Ğan
gözünün yaĢını biləyilə sildi, qanlı köynəyi
daĢa çırpıb dikəldi, – “Cəhənnəm olsun hər
Ģey! Üstümüzdəki pul-qızıl ömrümüzün
axırınadək rahat yaĢamağa yetər. Gəlin
gedək...”. Dostlar atlandılar. Qeyrət bəy
çönüb qıza dedi, – “Dilbər, bizlərdən birini
özünə ər seçə biləcəksənsə, qoĢul bizə.
Yox, əgər bizimlə getmək istəmirsənsə, nə
dəvə görmüsən, nə də qığını. Qız
cavabında, – “Sizin kimi ərciklərin yüzünü
yaylağımda bir qara köpək otarır, nə sizə
arvad olaram, nə də sıranızda at çaparam.
Gedin, yolunuz uzun, əcəliniz yaxın olsun,
qorxaqlar!” – deyib atını döndərdi, səyirdib
bir anda gözdən itdi...
Gözəl dilbərin arxasınca çox igidlər
sürünüb, canından-baĢından olub. Biz də
baĢımızı gizlədib bu qənirsiz gözəli izləyək,
görək hardan gəlib, kimin kimsəsidir, nə
yuvanın quĢudur, hara gedir, niyə gedir?
* * *
Qız, qara qaĢqa ağ atını yel kmi səyirdib
gəlib çıxdı Xudafərin körpüsünün yanına.
Gördü ki, Dəli Domrul iĢ baĢındadır yenə –
kiĢilərin Ģalvarını aĢağı çəkdirib qabağına
baxır, ən yaraĢıqlı cavan qızları isə iri
qəfəsə yığır. Qız atdan düĢüb Xudafərinin
üstünə çıxdı. Arazın o tayına yerimək
istəyəndə Dəli Domrul onu gördü. Domrul
yanındakı cavan oğlanın biləyindən tutub
quyuya vıyıldatdı və qızın üstünə bağırdı, –
“Ey, südəmər, hara dürtürsən özünü,
görmürsən ki, o körpü bağlanıb, camaat
hardan keçir!? Gəl bura görüm!”. Qız heç
tövrünü də pozmadı, üzünü döndərmədən,
heç nə eĢitmirmiĢ kimi yoluna davam elədi.
Dəli Domrul qızın bu saymazyanalığından
cuĢa gəldi. Sıraya düzdüyü yarıçılpaq
kiĢilərin yarıdan çoxunu quyuya itələyib
qızın dalınca düĢdü. Qalan kiĢilər girəvədən
istifadə edib Ģalvarlarını yuxarı çəkdi,
əzizlərini də götürüb aradan çıxdı.
Dəli Domrul Xudafərinin iki tağının arasını
uçurmuĢdu deyə o biri baĢa tullanmaq lazım
idi. Amma bunu hər adam bacarmazdı. Qız
gördü ki, Dəli Domrul ona çatmaq üzrədir,
sürətini azca artırdı, ceyran kimi səkib
körpünün o biri ucuna tullandı. Dəli
Domrul ha hıqqındısa, bu uçurumu
tullanmağı gözü yemədi. Qıza, – “Sicim nə
qədər uzun olsa, yenə də gəlib doğanaqdan
keçər “– onsuz da hara getsən, yenə gəlib
bu körpüdən keçəcəksən. Görürəm ki,
cəldsən, gözəlsən, gəl dost olub birlikdə yol
kəsək, ləl-cəvahirat yığaq”.
Qız:
– Qaçaq-quldurluqda da bir mərdlik, kiĢilik
olmalıdır. Sən yolkəsənlərin ən alçağı, ən
Ģərəfsizisən. Sənin kimi yekəpər zalımla
dost olanın gərək Allah birinci ağlını alsın.
72 № 4 (16) QıĢ 2015
– Ey dilbər, bilmirəm kimsən, kimin
nəyisən. Mənə bu cür söz deyənin baĢını
yalın əllə qopararam. Cürətin də xoĢuma
gəldi. Sən mənim dərdimi bilsən, niyə bu
qədər zalım olduğuma halın yanardı. Sənə
xətər yetirmərəm, qorxma, gəl dost olaq...
– Halına qoy cəhənnəm odu yansın! Qoca-
cavan demədən kiĢiləri soyundurub
qabağına baxmağa nə deyirsən? Bir-
birindən gözəl, köməksiz qızları qəfəsə
salıb dərin quyuya sallamağa nə deyirsən?
Diri-diri quyuya tulladığın canlara nə
deyirsən? Yoxsa bu qədər vəhĢilik etməyə
bəhanən, haqqınmı var!? Sən, bəĢərin
görüb-eĢitdiyi ən böyük zalımsan! Sənin
günahların cəhənnəm atəĢini yandırmağa
düz min il bəs edər! Hələ sən bir bu
maymağın mənimlə dostluq etmək istəyinə
bax!
Domrul dizüstə çöküb hönkür-hönkür
ağlayanda, qıraqda – quyunun ağzındakı
qızları xilas etmək istəyən adamlar mat-
məttəl qaldılar. Onlar bayaqdan Domrulla
qızın söhbətini eĢidirdilər. Dəli Domrul
körpünü yumruqlayıb zar-zar zarıyırdı, –
“Adın nədir, dilbər? Sən məni daĢ bağlamıĢ
qəlbimdən vurdun. Ġçimdəki yavru
göyərçini qəfəsindən açıb pırıltıyla havaya
uçurdun. Mən də insanam, mənim də
ürəyim ətdən-qandandır. Bunca illər insana
nifrət etdim. Bilirsən niyə? Çünki, halıma
yanan, qeydimə qalan, dərdimi anlamağa
çalıĢan bircə nəfər də olsun insan olmadı.
Hamı mənə dəli dedi, qorxdular məndən.
Sən, sən isə qəlb evimi tar-mar elədin,
ruhumu dağıtdın, uçurdun. Dilbər, sevginin
nə olduğunu bilirsənmi? Sevdiyindən ayrı
düĢməyin nə dərd olduğunu qanırsanmı?”
– Sevgi, axmaq adamların yaxasını kənara
çəkmək üçün uydurduqları bəhanədir.
Ancaq yüngülağıl adamlar sevgidən boĢ-
boĢ danıĢarlar. Sevgidən dəm vuran bu
qədər qatil olmaz. Sən hiyləgərsənsə, mən
səndən on gün qabaq gəlmiĢəm bu hiyləgər
dünyaya...
– Keç bəri, keç, qurbanın olum. Keç, bir
dinlə məni. Dərdimi dinlə. Bəlkə bir ağıl
verdin bu ağılsız Dəli Domrula. Sənə əl
vursam, oğuzlu qoca Duxa nəslimə lənət
olsun. Keç, tullan bəri üzə. Ġstərsən bacım
ol, istərsən dostum, amma keç, azca
dərdləĢək. Sirrimi açmağa mən də dost
gəzirəm. Sən heç oğuz igidinin uĢaq kimi
ağladığını görmüsənmi? Gör halımı, bil
sirrimi, mən də içimi töküm, dincəlim.
Mənə bir ağıl verəcək sənin kimi dosta
ehtiyacım var – o, danıĢdıqca, daha da
bərkdən hönkürür, ağzının-burnunun
mütüyünü yığıb-yığıĢdıra bilmirdi. Adamlar
ürəklənib düz onların yanına gəlmiĢdilər.
Ġçlərindən yaĢlı bir kiĢi daha cürətli
çıxmıĢdı, əlini Domrulun çiyninə qoyub, –
“Özünü üzmə, oğul. Səni belə yuxaürək
bilməzdik. Ġndiyədək nə eləmisənsə, Oğuz
eli səni bağıĢlayar. Dur ayağa, Oğuz ərinə
diz çökmək yaraĢmaz. As-kəs, amma dizini
yerə qoyma”. Sonra da üzünü qıza tutub, –
“A qızım, bəlkə igidi dinləyəsən? Ġgid igidə
söykənər, bəlkə birlikdə Oğuzun üstünə
gələn Dvin ordusuna qarĢı birləĢəsiniz..?”.
Qız hirslənib qocaya bağırdı:
– Kəs səsini, əbləh qoca! Babam yaĢda
dünya görmüĢ kiĢisən. Bayaq bu dəliyə
Ģalvar çəkən, qızı qəfəsdə qalan, oğlu
quyuya atılan bir kiĢi necə ola bilər ki,
dilinə belə sözlər gətirir? Siz Dəli Domrula
qarĢı birləĢdinizmi, heç bunu ağlınızdan
keçirdinizmi? Qatil Domrulun kürəyinə
qılınc saplamaqdansa, onun göz yaĢlarına
inanıb dərhal da rəhmə gəlirsiniz. Siz nə
vaxt düzələcəksiniz? Dvinlər də, gürcülər
də düz edib kökünüzü kəsir, avamlar.
Ağsaqqalı sənin kimi olan elin, körpüsü
qamıĢdan olar! Dəli Domrul düz edib sizə
sitəm edir, sizə hələ bu da azdır! Amma..,
bir Ģərtlə sənin dərdini dinləyərəm, –
Üç aylıq ədəbiyyat dərgisi 73
Domrula sarı dilləndi – “Bu camaatın
gözünün qabağında səninlə qurĢaq tutub
göləĢəcəyik, qılınc çəkib döyüĢəcəyik, yay
çəkib ox atacağıq, at səyirdib yarıĢacağıq.
Əgər məni yensən, səninlə dost olacağam,
yox əgər mən səni yensəm, qulum
olacaqsan, qanın da halalım olacaq”.
Dəli Domrul ayağa qalxıb, – “Razıyam!
Səni yenəcəyəm, amma, yenə də qulun
olacağam!” – dedi. Qız “hop” deyib bu
tərəfə tullandı. Adamlar yarıĢ meydanı
qurdular. Cəng baĢladı. AxĢamadək
güləĢdilər. Biri, o birini yıxa bilmədi.
Domrul icazə istədi ki, – “Qoy qəfəsdəki
qızları quyuya sallayım, sonra davam
edək”. Qız əldə qılınc qəfəsin yanını
kəsdirdi ki, – “Qızları quyuya sallasan, səni
də quyuya atacağam”. Domrul:
– Səbəbini soruĢma, amma qızları quyuya
sallamalıyam. Yoxsa... – qız Dəli Domrulun
sözünü ağzında qoydu, qılıncı çəkib onun
üstünə cumdu. Gecə yarısı ikisi də əldən
düĢmüĢdü, ikisinin də yüngül yaraları vardı.
Dəli Domrul imkan tapıb ox atdı, çarxın
pərçimini vurdu və qızlar bağırıĢa-bağırıĢa
qəfəsqarıĢıq quyuya düĢdülər. Qız gördü ki,
iĢ-iĢdən keçdi – qızları xilas edə bilmədi,
razılaĢdı ki, bu gecəlik dincəlib sabah
vuruĢu davam etdirsinlər. Domrul öz
mağarasına, qız da Xudafərinə çəkilib
dincəlməklərində olsun, sizə deyim bir sürü
eĢĢəkdən...
Havanın bağrını dələn sayrıĢan ulduzlar
təzəcə sönürdülər ki, qız, nal səsinə
yuxudan ayıldı. Xudafərinin o üzünə baxdı.
Gördü ki, bir sürü eĢĢək uçrumun o biri
baĢınadək gəliblər, bəri baĢa tullanmağa
qorxurlar. Qulaqlarına inanmadı – sürünün
önündəki ələngə at və bir qatır insan kimi
dil açıb danıĢırdı. At deyirdi:
– Sən cavansan, tullana bilərsən, amma mən
bacarmaram. Bu boyda eĢĢəyin sürübaĢısan,
çaydan keçməyə bir yol tapmaq sənin
iĢindir. Mən bu körpünü keçən vaxtlar
uçmamıĢdı. Görünür baĢqa körpü tikiblər,
onu tapmalıyıq. UĢaqları salaq çayboyu
yoxlasınlar...
Qız elə bildi yuxu görür, ya da qan itirib
deyə huĢu əldən gedir, eĢĢək sürüsünün
qarasına səsləndi ki, – “Bax orda taxta
körpü var, ordan keçin”. Qatır gözlərini
zilləyib qızı gördü və təĢəkkür etdi. Hə..,
vallah, təĢəkkür etdi, – “Allah sənə yar
olsun, bacı. Yoxsa bu eĢĢək sürüsüylə
sabahadək baĢ sındırmalı olacaqdım...” –
deyib sürünü Dəli Domrulun taxta
körpüsünə sürdü. Sürü Taxtakörpünü keçib
bəri sahildə cəmləĢdi. Qatır və ələngə at
sürüdən ayrılıb qızın yanına gəldilər. At bir
ayağını çəkirdi.
Qatır:
– Gecən xeyir, bacı. Sağ ol ki, keçidi
göstərdin. Xeyirdimi, gecənin bu vaxtı tək-
təhna burda gecələmisən? Yoxsa, özün də
körpünün yerini itirmisən – deyib anqırtıya
oxĢar səs çıxardı – deyəsən gülürdü.
Qız gözlərini bir də ovdu – bu yuxu deyildi,
qatır dil açıb danıĢırdı, – “Ġnana bilmirəm,
siz danıĢırsınız...” – deyəndə qatıb bir də
xısıltıyla anqırdı:
– Qorxma. Möcüzə olsa da, Allahın hər
möcüzəsinə inanmaq lazımdır. Allahın
insan yaratmasının yanında, qatırın dil açıb
danıĢması niyə möcüzə olmalıdır ki? Məni
də Allah yaradıb və insan kimi danıĢmağa
dil verib. Adım eĢĢəklər sultanı Rdritdir. Bu
isə anamdır – yanındakı axsaq, qoca atı
təqdim elədi.
Qız dili topuq vura-vura özünü təqdim
eləmək istədi, – “Mə.., mə...” – deyəndə at
diĢsiz çənəsini yuxarı qaldırıb qəĢĢ edərək
kiĢnədi, sonra da fınxıraraq susub soruĢdu,
– “Bizdən qorxma, sənə xətər yetirmərik.
Bu məmləkətin adı nədir, hansı padĢahın
torpağıdır?”
Qız:
74 № 4 (16) QıĢ 2015
– Azərbaycandasınız. Atabəy ġəmsəddinin
torpaqlarıdır... – dedi.
At:
– Söylə, bu ölkədə zəfəran bitirmi?
Qız:
– Zəfəranın vətənidir bura.
Qatır:
– Demək düz gəlmiĢik. ġükür. Axır ki,
yaxınlaĢdıq...
Qız:
– Hara, kimə, nəyə yaxınlaĢdınız?
Qatır:
– Atama... Ġnanmazsan, atam insandır. Bu
da növbəti möcüzə, – arsız-arsız yenidən
ürəkdolusu anqırdı.
Birdən eĢĢək sürüsü zınqırov səsinə perikdi
və ətrafa səpələndi. Qatır, qorxusundan
anasının döĢünə sığındı. Qız dinĢədi. Gördü
ki, səs quyudan gəlir. Quyuya yaxınlaĢanda
baxdı ki, qızların olduğu qəfəs qaldırılıb və
içində kimsə yoxdur. Qəfəs sonadək
qaldırılanda, sən demə, kəndir zınqırova
toxunub zəng çalırmıĢ. Dəli Domrulun
mağarasının daĢ qapısı aralandı. Gözlərini
ova-ova quyuya tərəf qaçıb qəfəsi kənara
çəkdi. Üzündən yuxusuzluq və yorğunluq
yağırdı. Ətrafa baxanda eĢĢəkləri, yanındakı
qızı gördü.
Dəli Domrul:
– Sən burda neyləyirsən, bu eĢĢəkləri
hardan baĢına toplamısan, yatmamısan
hələ?
Qız:
– YatmıĢdım, quyunun zənginə oyandım.
Qəfəsdəki qızlar hanı? Quyunun dibində
kim var?
Domrul:
– Bu sirrdir. Əgər məni yensən, biləcəksən.
Yenməsən, sən də o qəfəsdə quyuya
düĢəcəksən və onda hər Ģeyi özün görərsən
– deyib öz mağarasına çəkildi.
EĢĢəklər yenidən baĢ-baĢa verib
komalaĢdılar və Ģirin yuxuya getdilər. Rdrit
də anasıyla qızın yanında sərilib yatdılar.
Qızın isə gözlərinə yuxu getmirdi. Səhəri
dördgözlə açdı.
GünəĢ kipriyini qaldırıb yerə boylandı ki,
görsün, Allah hər Ģeyi qaydasına qoyub, ya
yox, gördü ki, Xudafərin tərəfdə eĢĢək,
qatır, qənirsiz bir qız baĢ-baĢa verib söhbət
edir, hirsindən rəngi-ruhu saraldı, istisi
qalxdı. Dəli Domrul əlində əmud, qılınc
kəsdirdi Taxtakörpünün baĢını – yenə yol
kəsib bac-xərac almağa. Qıza səsləndi ki, –
“Demək, hələ qorxub qaçmamısan?
Yuxusuzssan, günortayadək yat, dincəl.
Mən də iĢimi bitirim, yenə də qurĢaq tutub
güləĢərik”. Qız cavab verdi, –
“Gözləyərəm, sən zalımlığını et və
cəhənnəm əzabını bir az da artır!”
Qatır qızdan soruĢdu ki, – “Bu kimdir belə,
nə cəng, nə qurĢaq tutmaq?”
Qız dedi:
– Biz güləĢirik, uduzan, qalibin qulu olacaq.
At sözə qarıĢdı:
– Bizi baĢa sal görüm bu nə davasıdır? Bu
axmaq kiĢi kimdir?
Qız:
– Bu quyuda bir sirr var. O sirri öyrənmək
istəyirəm. Bu dəli el körpüsünü uçurub, özü
Taxtakörpünü salıb. Gəlib gedəndən xərac
alır, kiĢiləri soyundurub gizlin yerlərinə
baxır, gözəl-göyçək qızları isə qəfəsə yığıb
yerin altına göndərir. Bu zülmə son
qoymalıyam. Odur ki, onunla döyüĢürəm.
At baxdı ki, qızın üzündə, boynunda,
biləyində, dizində qılınc yaraları var. Tez
yaraları diliylə yaladı. Sonra da eĢĢək
sürüsünə yaxınlaĢıb uzun uzadı onlarla
burunlaĢıb iynəĢdi.
Dəli Domrul körpüdən keçən ilk kiĢiləri
soyundurub quyuya qolaylayanda və iki
qızı qəfəsə salanda eĢĢək sürüsü onun
üstünə qəfil hücum çəkdi. Domrul, birdən-
birə 50-60 eĢĢəyin tapdağı altında qaldı.
Sürü çəkiləndə qız gördü ki, Dəli Domrulun
Üç aylıq ədəbiyyat dərgisi 75
üz-gözü qançır-qançır olub. Dəli gicəllənə-
gicəllənə özünü mağarasına salıb daĢ qapını
örtdü. Qatır sevindi, – “Rdrit tvaya nalevo3 ,
dəli köpəyoğlu, bu da özünü yolkəsən
sayır...” – ürəkdolusu anqırdı. EĢĢəklər də
onun səsinə səs verdilər. Amma Dəli
Domrul mağaradan çıxıb bir əlində uzun
qılınc, o biri əlində nizə eĢĢək sürüsünün
üstünə Ģığadı. Bircə həmlədə on iki eĢĢəyi
nizəyə taxıb quyuya sivirdi. Rdritin dizləri
qorxudan əsirdi. At isə bir yanını çəkə-çəkə
yan-yörədə aramsız vurnuxurdu. Domrulun
eĢĢəklərlə süpürləĢməyi günortayadək
davam elədi. Qız gördü ki, Domrul
eĢĢəklərin kökünü kəsəcək, qılıncını çəkib
cumdu onun üstünə. Bu dava nə az-nə çox,
düz altı gün davam elədi. Taxtakörpüdən
keçənlər bu cəngi axĢam düĢənədək
maraqla izləyir, bezəndə, çıxıb iĢ-güclərinin
dalınca gedir, sonra da onların yerini baĢqa
tamaĢaçılar tuturdu. EĢĢəklər arada-bərədə
qıza yardım üçün hücuma keçir,
soncuqlayıb Domrula bir-iki təpik iliĢdirib
sonra da geri çəkilirdilər. Amma bu
hücumlarda eĢĢəklərin hamısı canlarından
oldu. Domrul quyu tərəfə yaxınlaĢanda
öldürdüyü eĢĢəklərin ayağından yapıĢıb
quyuya tullayırdı. Qoca at yaxınlaĢıb
gözünü quyunun qaranlıq dibinə zilləyib,
qulaqlarını Ģəkləsə də, aĢağıdan bir səs-
səmir duya bilmirdi...
Dəli Domrulla cəngavər qızı qoyaq
eĢĢəklərin yanında, bir-birilərini al qana
qərq etməklərində olsun, biz də qayıdaq
ġəmsəddin Eldənizin sarayına, görək,
məmləkətin baĢbilənləri bizsiz nələr etmiĢ,
nələr etmək istəyirlər...
* * *
Dədə Qorqud – Allah onu Oğuz
elinin üstündən əskik etməsin, nəhayətsiz
ömür, sonsuz behiĢt nəsib eləsin – yenə
yuxusunu qarıĢdırmıĢdı. Hövlnak qaçdı
atabəyin hüzuruna ki, – “Bəs bilməzmisən,
oğuz elinin boynu yerə girdi, yenə bir
Ģərəfsizliyə boyun əydi, dostları Məlikəyə
xəyanət etmiĢ, onu düĢmənlə tək-tənha
qoymuĢlar. Xudafərin tərəfdə qan su yerinə
axır. Qızın igid ər kimi yorulmadan qılınc
çalır. Yemə, içmə, dəstəmazı poz, min illik
qəzaların vəbalına yüklən, amma igid
Məlikəyə tez yardım et!” Atabəy gördü ki,
qoca əvvəl-axır övladının oğlan olduğunu
öyrənəcək, dedi ki, – “Mənim övladım
Məlikə deyil, Məlikməmməd oldu,
Möminə xatun qız deyil, oğlan doğdu”.
Dədə Qorqud qıyya çəkdi, – “Aman, ya
Rəbbəna, aman! Bu nə dolaĢıq iĢ oldu. Bəs
“qız olacaq” demiĢdin? Ağ saqqılım kilim
oldu! Lalə düzlər çayır oldu! Qız demiĢdin,
oğlan oldu! Oğuz elim viran oldu!” – baĢını
iki əliylə tutub saraydan çıxdı. ġəmsəddin
Eldəniz dörd bir yana çapar saldı, –
“Məlikməmmədin dostlarını tapıb diri
verənə yüz qızıl, baĢını gətirənə isə əlli qızıl
ənam verirəm”.
Həmin gün Qızıl Arslan əlində bağlama,
qardaĢı Cahan Pəhləvanı axtara-axtara
ġəmsəddinin otağına gəldi. ġəmsəddin
qanıqara oturmuĢdu. Sevincək oğlunu
görcək soruĢdu, – “Bu vaxta qədər
haralarda küllənirsən! Gör neçə aydır evdən
çıxmısan, nə öldüyündən bir xəbər var, nə
də qaldığından! Yenə nədir o əlindəki,
yoxsa yenə qəzəldir?!”.
Qızıl Arslan:
– Mehriban atam, inanmazsan, dünyada
necə nurlu insanlar var. Gəncədən gəlirəm,
Ģeyx Nizaminin ziyarətindən. Ġnsan yüz
bizim kimi sultandan, Ģahdan üstün taxt-
taca sahibdir. Söz səltənətinə sığınıb,
ölkəsində ancaq sevgi və ədalət hökm sürür.
"Xosrov və ġirin"i isə – əlindəki bağlamanı
açıb kitabı atasının qarĢısına qoydu – “ġeyx
3 Eşşəklərin dilində - “Di get, sıpa”
76 № 4 (16) QıĢ 2015
Nizami, qağam Cahan Pəhləvana
göndərib”. ġəmsəddin Eldəniz kitabı
vərəqləyib farsca bir Ģey anlamadı və kitabı
döĢəməyə tullayıb, – “QardaĢlarından biri
gürcü qiyamçılarıyla, o biri də Dəli
Domrulla vuruĢur, sən isə qəzəl dalınca ta
Gəncəyə vurub getmisən, fərsiz vələd!” –
dedi və qalxıb oğluna yağlı bir sillə çəkdi.
Qızıl Arslan yanağını tutub dedi:
– Siz qan töküb torpaq davası çəkərkən, yer
üzündə sizin torpaqlardan da dəyərli
insanlar dinc yaĢayır, bu torpağın hər
gülünü, çiçəyini, gözəlini vəsf edir. Onlar
qurub yaradır, siz isə acımadan od vurub
dağıdırsınız. Onun mənə verdiyi nəsihətlər,
sənin mənə öyrətdiklərindən minqat
əfsəldir, ata. Bu kitab sənin məmləkətindən
dəyərlidir. Amma, Ģeyxə bircə Həmdünyan
kəndini bağıĢlamağa gücüm çatdı. Onu da
qorxa-qorxa verdim. Bilirdim ki, sən bu cür
Ģeylərdən anlamazsan. Ġxtiyarım olsaydı
bütün Azərbaycanı ona qurban verərdim.
– Alçaq köpək! – hirsindən ġəmsəddinin
gözləri hədəqəsindən çıxmıĢdı. Oğlunun
harasına gəldi vurur, ağzı köpüklənə-
köpüklənə qarğıĢlar yağdırırdı. Qızıl Arslan
isə baĢını-gözünü yumruqlardan qoruyur,
Nizaminin yeni məsnəvisini söyləyirdi:
"Ey mərdlik qalxanını atıb diz çökən insan!
Qəflət divi azğınlıq yoluna çəkən insan!
Güvənirsən Ģahlığa, Ģahlıq, gəldi-gedərdi.
Güvənirsən həyata həyatın da hədərdi”...
ġəmsəddin Eldəgiz elə bil oğlu Arslanın
qanına susamıĢdı. Oğlu aman istəmirdi, o
da rəhmə gəlmirdi. Qul-qaravaĢ Möminə
xatuna xəbər verdilər ki, – “Nə oturmusan,
Atabəy oğlun Qızıl Arslanı öldürür, tələs!”.
Xatun qaftanlı donunu əlinə alıb yüyrək
gəldi atabəyin otağına. Gördü ki, əri
oğlunun ağız-burnunun qanını qatıb bir-
birinə. Oğlunu ġəmsəddinin əlindən alıb
qapıdan eĢiyə ötürdü. Özü isə qayıdıb ərinə,
– “Sən haranın tulasısan ki, mənim oğluma
əl qaldırırsan, hı! Yoxsa kim olduğunu
unutmusan, qul oğlu qul! Səni mən adam
eləyib taxta çıxartmıĢam, yoxsa
unutmusan!” – deyib onun yanağına yağlı
bir sillə çəkdi. Xatun düĢdü ərinin üstünə –
ġəmsəddin Məlikməmmədi tutdu, xatun
Qızıl Arslanı. O Məlikməmmədi tutdu,
xatun Cahan Pəhləvanı. Axırda xatun, –
“Bu gecədən səni sarayımda görməyim!
Rədd ol gəldiyin qul bazarına! –
ġəmsəddinin biləyindən tutub qapıdan çölə
itələdi. Sarayın həyətində havalı Qızıl
Arslanın səsi hələ də gəlirdi:
“Sən dadıma çatmasan, Ģah demərəm adına,
Qiyamətin günündə çatmasınlar dadına.
"Dad, aman", deyə-deyə qalan görüm səni
mən,
Zülmünün cəzasını alan görüm səni mən”...
... Xatun ərinin getməyini gözləmədən, özü
gecəykən gəlini Zahidə xatunun yanına –
Əlincə qalasına küsülü getdi. Atabəylərin
xəzinəsi də həmiĢə Naxçıvanın Əlincə
qalasında yerləĢirdi. Qızıl Arslan da
qardaĢıoğlu Əbu Bəkri gecəykən götürüb
Qarabağa yollanmıĢdı. Sabah açılan kimi
ġəmsəddin Eldəniz özünün mühafizlər
dəstəsini də götürüb oğlu Məlikməmmədin
arxasınca yollandı. Beləliklə, saray sahibsiz
qaldı...
* * *
Hamının iĢi daĢa dirənən bir vaxtda,
məmləkətin qeydinə qalan tək insan
Məhəmməm Cahan Pəhləvan oldu.
Ġndiyədək Novruz bayramı Ģənliklərində
atasının keçirdiyi güləĢ yarıĢlarında Cahan
Pəhləvan həmiĢə qalib çıxmıĢdı.
Məhəmməd üst-üstə qoyulmuĢ dörd mis
təbəqəni dürmək kimi bükür, bir neçə nalı
Üç aylıq ədəbiyyat dərgisi 77
eyni zamanda əli ilə əyməyi, bir yumruğu
ilə atı aĢırmağı, öküzü götürüb hasardan
atmağı belə bacarırdı. Elə bu qeyri-adi
qüvvəsinə görə onu el arasında "Cahan
Pəhləvan", – dünyanın pəhləvanı
adlandırmıĢdılar. Ona xəbər çatanda ki, ata-
anası sarayı tərk edib, atasından bir xəbər-
ətər yoxdur, onda, ürəyi məmləkəti üçün
yandı. Sabah Təbrizdə ənənəvi Novruz
güləĢi keçiriləcəkdi. Hamı da Cahan
Pəhləvana baxmağa gələcəkdi. Onun isə
qurĢaq tutub güləĢməyə halı yox idi, amma,
Təbriz əhlinin də Novruz Ģənliyini pozmaq
istəmirdi. Cahan Pəhləvana çatdırdılar ki,
anasının da halı birdən-birə xarablaĢıb.
Könülsüz də olsa bayramda güləĢdi və Qara
Məlik adlı bir kasıb adam onu yıxdı. Bu
hadisə tamaĢaçıları o qədər heyrətləndirdi
ki, Təbrizdəki məhəllələrin birinə Qara
Məliyin adı verildi, bu kasıb pəhləvan
haqqında nağıllar qoĢuldu. ġənliklər bitən
kimi Cahan Pəhlivan Naxçavana tərəf üz
tutdu. Atasını axtarmağa çaparlar göndərdi.
Anasıyla söhbətdən anladı ki, atası
ġəmsəddin Eldəniz hakimiyyətdən əl
çəkdib, onda, o, dövlətin xəzinəsini və
hakimiyyəti ələ aldı və car çəkdirdi ki,
Atabəy Əzəm ġəmsəddin Eldəniz dünyadan
köçüb, bu gündən Eldəgizlərin padĢahı
odur.
ġəmsəddinin yoxa çıxması bütün qonĢu
məmləkətlərə yel kimi yayıldı. Ġraq
əmirlərinin təhriki ilə girəvədən istifadə
edən səlcuq sultanı Arslan ġah deyiklisi
Məlikəni almaq adıyla birləĢmiĢ qoĢunların
baĢında Azərbaycana, Cahan Pəhləvanın
üzərinə yürüĢ etdi. Ancaq yolda
xəstələndiyindən geri qayıtmalı oldu.
Həmədana qayıtdıqdan sonra sultan Ģəhər
rəisinin qızı ilə evləndi və Cahan Pəhləvanı
özünün atabəyi təyin edərək, onu barıĢıq
üçün yanına çağırdı. Hakimiyyəti atəbəyə
verəndən az sonra sultan dünyasını dəyiĢdi.
Deyirlər ki, Pəhləvan onu zəhərləyib.
Çünki, Möminə xatun, onun, bundan sonra
sağ qalmasını dövlət üçün faydalı bilməyib.
Sultanın ölümündən sonra Atabəy Cahan
Pəhləvan öz qardaĢı Qızıl Arslanı
Azərbaycan və Arran hakimi, həmçinin ali
komandan təyin etdi. Cahan Pəhləvan öz
oğlu Əbu Bəkrin tərbiyəsini də qardaĢına və
ġirvandan onun himayəsinə sığınmıĢ
Xaqani ġirvaniyə tapĢırdı. Cahan Pəhləvan,
dövləti oğlanları arasında bölüĢdürdü. Qızıl
Arslanın yetirməsi olan Əbu Bəkri özünün
varisi elan etdi, Azərbaycan və Aranın
idarəçiliyini ona tapĢırdı. Bu arada anası
Möminə Xatun haqqın dərgahına qovuĢdu.
Qırx gün yas saxladıqdan sonra tapĢırdı ki,
“dünyanın və dinin cəlalı, islamın və
müsəlmanların namusu Möminə xatunun
xatirəsinə” bir məqbərə tiksinlər.
Məqbərənin tikintisini naxçıvanlı memar
Əcəmiyə həvalə edib tapĢırdı ki, türbənin
bütün üzləri kənarlardan Yasin surəsinin
mətni ilə haĢiyələnsin.
Amma tezliklə ölkəni Səlahəddinin
hücumundan qorumaq üçün düĢmən üzərinə
gedən atabəy Məhəmməd Cahan Pəhləvan
yolda xəstələndi və ən yaxĢı həkimlərin
səylərinə baxmayaraq Həmədanda rəhmətə
qovuĢdu. Onun cəsədini arvadı Zahidə
xatunun iqamətgahına – Əlincə qalasına
gətirdilər və orada torpağa tapĢırdılar.
Allah Cahan Pəhləvanın yerini behiĢt
eləsin, ruhu Ģad olsun, biz də qayıdaq Dəli
Domrulun yanına, görək dava-dalaĢın sonu
necə olur...
* * *
Qız da, Dəli Domrul da heydən-taqətdən
düĢüb yan-yana üzüstə yerə sərilmiĢdilər.
Ġkisi də ölməyə razı idi, ancaq, qılıc qaldırıb
rəqib baĢı kəsəcək halətləri qalmamıĢdı. ġər
qarıĢanadək bir-birinin gözünün içinə baxa-
baxa hərəkətsiz qaldılar. Rdrit ikisinin də
78 № 4 (16) QıĢ 2015
qılıncını ağzına alıb quyuya atdı, –
“Axmaqlar, sizdə ki bu qədər güc var, niyə
bir-birinizin canına yerikləmisiniz!? Qalxın
və bir-birinizin dostu olun! Görüm bundan
sonra bu məmləkətin üstünə kim cürət edib
qoĢun çəkər!?”. Yorğun gözlərə elə bil nur,
qızmıĢ baĢa qan gəldi, ikisi də qaĢ-göz,
kiprikləri ilə iĢarə verib dostluğa
razılaĢdılar. Rdrit və anası köməkləĢib
onları Domrulun mağarasına daĢıdılar. Ġki
gün-iki gecə Domrulla qız bir yataqda yatıb
yorğunluqlarını aldılar. O gecə Domrul
bütün baĢına gələnləri, indiki
yolkəsənliyinin səbəbini açıb olduğu kimi
qıza danıĢdı:
* * *
– Allah-taala ata-anamın canını alıb mənə
və arvadıma yüz qırx il ömür verəndən
sonra obamızı dəyiĢmək qərarına gəldik.
Çünki, var-dövlətim, mal-qoyunum var idi,
ancaq övladımız yox idi ki, biz öləndən
sonra ona sahib dursun. HəmiĢə övlad
həsrətilə yaĢayırdıq. Günlərin bir günü
çobanım sürünü bir ĢiĢ dağın ətəyində
otaranda birdən duman, çiskin hər tərəfi
basır, hər yer gecə kimi qaranlıq olur.
Çoban qoyunlarının içində gizlənib
gözləyir. Bir az sonra duman çəkilir, hava
iĢıqlanır, ancaq elə bir tufan olur ki, gəl
görəsən. Tufan kəsəndən sonra çoban görür
ki, qoyunun içində yeni doğulmuĢ bir körpə
hey ağlayır. Çoban qoyunların birini tutub
uĢağa əmizdirir. AxĢam düĢəndə çoban
uĢağı keçəyə büküb bizə gətirdi. Ər-arvad
çox sevindik, Allah bizə övlad qismət
eləmiĢdi. Adını Basat qoyduq. Arvadım
uĢağa öz doğma balası kimi baxırdı. Bir gün
DaĢ Oğuzdan Qiyan Selcik uĢağın
görümünə iki qoyun gətirmiĢdi. Qurbanlığı
kəsməyi sabaha saxladıq və Qiyan Selciklə
ova çıxdıq.
Arvad Basatı yedirdib yüyürüyə qoyur.
Qollarını çırmayıb bir teĢt xəmir yoğurur.
Xəmiri içəridə qoyub ocaq qalamağa gedir.
Arvad həyətə çıxan kimi Basat yüyürükdən
düĢüb bütün xəmiri yeyir, yenə yüyürüyə
çıxır. Arvad ocağı qalayır, evə girir ki,
xəmiri aparıb biĢirsin, qabı boĢ görür. Evdə
uĢaqdan baĢqa heç kim yox imiĢ. “BeĢ
günlük uĢaq da xəmir yeyərmi?” – arvad
güman edir ki, xəmiri cinlər və hallar
aparıb. Yenidən bir qab xəmir yoğurur.
Yenə həyətə çıxıb qayıdınca, görür ki,
xəmir yoxdur. Bunları mənə danıĢanda
dedim ki, – “Sevindiyindən baĢına hava
gəlib” – hələ güldüm də. O gün qurbanlıq
qoyunları kəsdik, yediyimizi yedik,
yemədiyimizi də otaqdakı saxlanca qoyduq.
AxĢam uĢağın otağından gələn səsə
yuxudan oyandıq. Nə görsək yaxĢıdır..?
Gördük ki, qoyunların ikisi də yeyilib,
Basatın da ağzı qanlıdır. Ər-arvad əlimiz
ağzımızda qalmıĢdı.
Basatın qorxusundan bir müddət qonĢuda
qaldıq. O isə yolağadan içəri girən hər Ģeyi
yeyirdi. Tövlədə mal-heyvan qalmamıĢdı.
Bu məsələdən sonra ev-eĢiyi satıb bir
baĢqa yerdə ev tikdirdik, mal-heyvan alıb
ora köçdük. Yenə mal-heyvan bir həftənin
içində yoxa çıxdı. Bu qədər yeyən adam
böyüyüb div boyda olmalıydı. Ancaq fikir
verirdik ki, Basat hələ də diĢ çıxarmamıĢdı.
Qorqud Dədəyə sifariĢ göndərdim ki, –
"Dədəm hey! Allah mənə bir övlad verib,
sir-sifəti, ağlaması, gülməsi, yürüyüĢü adam
kimi. Di gəl ki, at basıb yeyər, qan
sümürər". Dədə Qorqud gəldi. UĢağa baxıb
– "Oğlanım, bu insandı, heyvanla Ģəriki
yox! Gəl, buna yaxĢı at al. Qoy qılınc
çalsın, kafir əzssin. YaxĢı igidlərlə dostluq
etsin! Adını sən Basat qoymusan – pis ad
deyil, yaĢını da Allah versin!" – deyib getdi.
Bundan sonra ürəyimiz azca təskinlik tapdı.
Amma yenə də qorxumuzdan hər gün iki
Üç aylıq ədəbiyyat dərgisi 79
qoyunu Basatın otağına itələyib qapını
kilidləyib qaçardıq. Zavallı heyvanların səsi
adamın iliyinə iĢləyirdi. Bu münvanla
Basat on yeddi yaĢına çatdı. Bir gün içəriyə
saldığımız inəyi yeyib bitirdi, gəyirəndən
sonra içəridən səsləndi ki, – “Canım anam,
gözüm atam, daha mənim bir inəklə qarnım
doymaz, susuzluğum sönməz. Sizi yeyib-
bitirdim, yenə də doymadım. Daha məni
yedirəcək mal-heyvanınız da qalmadı.
Haqqınızı halal edin, gedib özümə bir
mağara düzəldəcəyəm və ayrı
yaĢayacağam.” Basat o vaxtdan evimizi tərk
edib getdi.
Aradan illər ötmüĢdü. Bir gün eĢitdik ki,
Basat bir divlə dostlaĢıb, camaata göz
verib-iĢıq vermirlər. Qoyun, mal-qara
sürülərini basıb yeyirmiĢlər. Bu divin
alnının ortasında bircə gözü varmıĢ. Ona
görə də adına Təpəgöz deyirmiĢlər.
Təpəgöz o qədər qüvvətliymiĢ ki, dağa əl
atsa yerindən qopararmıĢ. Gecələr kəndləri
basıb adamları diri-diri parçalayıb
yeyirmiĢlər. Yemədiklərini də tutub
mağaralarına aparırmıĢlar. Bu lənətə gəlmiĢ
Təpəgözə, sən demə qılınc, nizə, ox
batmırmıĢ. Zəif yerinin sirrini bilən təkcə
Basat imiĢ. Bir gün qoyun sürüsü üstündə
oğlumla Təpəgöz dalaĢırlar. Basat da
yatarkən xəncəri dostunun gözünə saplayıb
onu öldürür. Bundan sonra camaat dincliyə
qovuĢur. El arasında yalandan səs-soraq
yayıldı ki, guya Təpəgözü keçəl Ġmranın
oğlu Ġskəndər öldürüb. Amma, yalan
sözdür. Ġskəndər deyilən o kələkbaz,
Təpəgözü görsə qorxudan altını batırardı.
Günlərin birində oğlumun dalınca
yollandım. Güc-bəla onu bu mağarada
tapdım. Oğlum Ģümal kimi yaraĢıqlı oğlan
olmuĢdu. Mağarasında da bir-birindən
Ģahanə, gülə qan ağladan, mələklərə köz
ayaqladan, aĢiqlərə sinə dağladan otuz bir
qız var idi. ÖpüĢüb-görüĢdük. Bütün baĢına
gələnləri mənə danıĢdı. Sən demə, Basat
doğulan gün göy elə guruldayırmıĢ ki, DaĢ
Oğuzdan Aruzun arvadı bala salır və
qorxudan qaçıb gizlənir. Arvad qayıdanda
görür ki, uĢağı təkgözdür. “Allah verən
paydır” – deyib aparır evinə. Sən demə
arvadın götürdüyü uĢaq TəpəgözmüĢ –
ildrım göydən salıb yerə. Əslində isə
Aruzun əsl oğlu Basatdır. Çoban da Basatı
gətirib bizə. BaĢa düĢə bilirsənmi,
qarıĢdırmadım ki..?
– Yox, anlayıram, – qız eĢitdiklərinin nağıl,
yoxsa həqiqət olduğunu tam anıĢdıra
bilmirdi.
– Aruzun arvadı görür ki, uĢağı evdə-eĢikdə
bir Ģey qoymur – hamısını basıb yeyir, verir
böyük oğlu Qıyan Selcikə ki, gətirib
körpəni bizim evə qoysun. Qiyan yolda
eĢidir ki, artıq bizim uĢağımız var, amma,
yenə də Təpəgözü gətirib gizlədir Basatın
otağındakı yüyrüyün altında. Guya ki,
uĢağımız olmadığı üçün ana-balanın bizə
ürəyi yanırmıĢ... Ta, xəbərləri yoxmuĢ ki,
Allah özü onun övladını birinci bizə
göndərmiĢdi. Bu vurğun təpəsindən vurmuĢ
Təpəgöz də Basatın otağında gizlənib, ona
verdiyimiz hər Ģeyi gözünə təpirmiĢ. Biz də
boĢuna yerə uĢağın günahına girmiĢik.
Basat isə balacalıqdan Təpəgözlə
oynadığından ona alıĢıb, onsuz qala
bilmirmiĢ. Div də oğlumun hesabına
rahatca qarnını doyurub bizi lüt qoymuĢdu.
Basatın evdən getməyi də Təpəgözün
fırıldağı olub. Basat deyirdi ki, həmin gün
getməsəymiĢlər, Təpəgöz oğlumu
hədələyirmiĢ ki, bizi ər-arvad yeyəcəkmiĢ.
Oğlum da naəlac qalıb ona qoĢulub. Sən
demə el-obanın kəndlərini, mal-qarasını
basarkən Basatın qəniməti bircə quzu, ən
uzağı da gözəl-göyçək olsa, bir qız olarmıĢ.
Oğlum adamyeyən, çiy-çiy qoyun-inək
yeyən deyilmiĢ. Ağlı kəsəndən sonra,
sadəcə Təpəgözün tilsimindən canını
80 № 4 (16) QıĢ 2015
qurtara bilmirmiĢ. Basatın söhbətindən
məlum olur ki, Təpəgözün yurdu Günortac
imiĢ. Təpəgöz deyirmiĢ ki, – “Biz zinadan
doğulmuĢ iki qardaĢ, bir bacıyıq. Anamız
bizi Ģeytanın Ģərindən qorumaq üçün Yerdə
gizlədib. Bacı-qardaĢım məni axtarıb
tapanadək, mənimlə qalmağa məcbursan.
Onlar gələndən sonra sən azadsan və
məmləkətinin də canı bizdən qurtulacaq.
Biz isə yenidən öz vətənimizə – Gönortaca
qayıdacağıq”.
Basat Təpəgözü öldürəndən sonra onun
bütün var-dövləti, qırxotaqlı mağarası, cah-
cəlalı oğluma qalmıĢdı. Amma, camaata
etdiyi sitəmdən qorxduğu üçün mağaradan
eĢiyə çıxa bilmirmiĢ. Otuz bir arvadının hər
gün bir neçəsi təğyirlibas olub azuqə toplar
və Ģad-xürrəm yaĢayırmıĢlar. Mən evimə
qayıtdım ki, arvadımı və varımı-mülkümü
də götürüb qayıdım oğlumun yanına.
Amma Basatın yanına qayıdanda gördüm
ki, iki div – həmin bacı-qardaĢ qara geyib
oturublar taxtda. Basatımın və arvadlarının
da baĢlarından baĢqa bir Ģeyləri qalmayıb –
zavallıları diri-diri yeyiblər. Qır-
qızıllarımızı, mal-heyvanlarımızı əlimizdən
aldılar. Arvadımı qəfəsə salıb məni özlərinə
qul elədilər. Yeməyə bir Ģeyləri
qalmayanda, məni məcbur elədilər ki,
Xudafərindən keçən bütün canlıları onlara
daĢıyım. Əlacım kəsildi. Axı canımdan çox
sevdiyim arvadımı əsir almıĢdılar...
Əvvəlcə adamları aldadıb mağaraya
çağırırdım, sonra məcbur edirdim, lap sonra
isə öldürüb divlərə gətirirdim. Artıq qəssab
kimi qana susamıĢdım, mərhəmətdən
məhrum olmuĢdum. Amma bacı-qardaĢın
qarnını doyurmaq mümkün deyildi.
Bir gün xəlvəti pıçıldaĢanda qulağım aldı
ki, Günortaca gedən yol yerin altındaymıĢ
və ikilikdə uzun yolçuluğa çıxmaları
mümkün deyilmiĢ – necəsə, qız div
doğmalıymıĢ. Körpüdən keçənlərin ora-
bura qaçmaması, azuqələrinin gecikməməsi
üçün mənə Xudafərini uçurmağı tapĢırdılar
və taxta-qamıĢdan ensiz bir körpü
tikdirdilər. Mənə, onları və ərzağı quyuya
sallamağa bir qəfəs düzəltdirdilər, odundan
yoğun bir mil yondular. TapĢırdılar ki, –
“Körpüdən keçən bütün kiĢilərin qabağını
yoxlayacaqsan. Əgər bu ölçüdə həcəti olanı
varsa, onu tapıb bizə göndərəcəksən.
QarĢına çıxan bütün gözəl-göyçək qızları da
sappasağlam qəfəsdə bizə sallayacaqsan.
Dediyimiz kiĢini tapana qədər yeməyə hər
nə əti olsa, quyuya atacaqsan, bizə hər gün
azı beĢ gözəl qız göndərəcəksən. Arvadın
bizimlə əsir gedəcək. Arxayın ol, ona xətər
yetirmərik. Amma, dediklərimizi etməsən,
arvadını ölmüĢ bil”. Sonra da bacı-qardaĢ
divləri arvadımla birlikdə gördüyün quyuya
salladım. Düz ilyarımdır ki, onlara qulluq
edirəm. Heç bilmirəm ki, arvadım sağdırmı,
yoxsa ölübmü...
Hə.., gözəl dilbər, bax belə... Bilmirəm ki,
bu əzablarıma nə vaxt son qoyulacaq. Allah
mənə yüz qırx il ömür verdi, sonra yaddan
oğul verdi. Dünya necə qarıĢdısa, yer üzünə
üç div gəldi və verdiyini divlərə yedirdi.
Ömrüm zəhər tuluğuna döndü. KaĢ ki, o
vaxt öz əcəlimlə ölməyə razılıq verəydim,
ata-anamı da mənasız imtahana
çəkməyəydim. Divlər canını mənə fəda
edən arvadımı əsir, məni isə özlərinə
itaətkar qul elədi. Yenə də Allaha qurban
olum, yəqin ki, düĢündüyü bir iĢ var. Allah
aqibətimizi xeyir eləsin... Ġndi sən de,
kimsən, hardandır səndə bu qədər güc-
qüvvət, hardan gəlib, hara gedirsən? Qızın
Dəli Domrula rəhmi gəldi. Səsini dəyiĢdi,
sirrini açdı ki, – “Mən qız deyiləm. Atabəy
ġəmsəddin Eldənizin sonbeĢik oğlu
Məlikməmmədəm. Səni öldürməyə
gəlmiĢdim. Amma görürəm ki, səndən də
rəhmsiz qatil yerin altındadır. Gərək, məni
quyuya sallayasan ki, o divlərin nəfəsini
Üç aylıq ədəbiyyat dərgisi 81
birdəfəlik kəsim və məmləkəti bu
acgözlərin əlindən qurtarım”.
Dəli Domrulun heyrətdən əli ağzında qaldı:
– Allah, Allah, sənin qüdrətinə Ģükürlər,
böyüklüyünə həmd-sənalar olsun! Nə qədər
sirrin varmıĢ sənin... Bizim qız bildiyimiz
Məlikə xanım, sən demə oğlanmıĢ, həm də
biləyini on pəhləvanın əyə bilməyəcəyi bir
igid imiĢ...
Məlikməmməd yerindən qalxdı:
– Dur məni quyuya salla. Dediklərimi də
diqqətlə qulağında sırğa elə: bir həftə
qaydası üzrə divlərə inək-qoyun
göndərərsən. Gündə beĢ gözəli də unutma.
Yeddinci gün ərzağı da, qızları da kəsərsən.
Onuncu gün qəfəsi boĢ sallarsan. Quyudan
salamat adam çıxsa, onun dediklərini
edərsən. On birinci gün quyudan adam
çıxmasa, bil ki, burda gözləməyin mənası
yoxdur – yerin altından bir ümid gözləmə
və buralardan çıx get.
– Etmə, igid. Canına yazığın gəlsin. Mən ki
o divləri görmüĢəm, onlara zor gəlmək
mümkün deyil. Onlar səni görən kimi tikə-
tikə parçalayacaqlar...
– Sən mən dediyimi elə. Al bu bilərziyimi –
qolundan bilərziyini açıb Domrula verdi, –
əgər arxamca məni axtaran biri gəlsə,
yerimi deyərsən. On bir gündən sonra
gəlmiĢ olsa, deyərsən ki, div məni
parçalayıb yeyib.
Dəli Domrul gördü ki, Məlikməmməd
tərsin biridir, fikri qətidir, naəlac qaldı,
onun dediyi kimi əvvəlcə quyuya beĢ qoyun
tulladı, sonra da üç gözəl qızla birlikdə
Məlikməmmədi quyuya salladı. Rdritlə
anası eĢikdə idilər. Görəndə ki,
Məlikməmməd yeraltı dünyaya sallanır, nə
illah elədilərsə, Məlikməmməd onları
götürmədi. Rdrit onu bağrına basıb zarıdı, –
“Əziz bacım, sənin uğrunda bütün sürünü
qurban verdim. Dünyanın dörd yanını qoca
anamla gəzib-dolaĢdıq – atamı tapa
bilmədim. Bircə yerin altı qalıb, gəl inad
etmə, qoy mən də səninlə gedim”.
Məlikməmməd “yox” deyib durdu – “Mən
qayıdanadək burda gözləyin. Soraqlayaram,
əgər sənə oxĢar adam görsəm, sənə sifariĢ
göndərərəm” – dedi.
Dəli Domrul əlləri əsə-əsə Məlikməmmədi
və qızları quyuya salladı... Qəfəs quyunun
dibinə çatanadək elə bil uzun illər keçdi.
Qızlar qorxudan Məlikməmmədə
qısılmıĢdılar. Qəfəs quyunun dibinə çatanda
zınqırov zəng çaldı. Bir xeyli keçmiĢdi ki,
qaranlıq mağaranın dəhlizində bir gurultu,
bir nərilti qopdu, ta nə təhər. Sonra iri bir
kölgə peyda oldu. Kölgə yeridikcə
mağaranın tavanından toz-torpaq tökülürdü.
Qəfəsə yaxınlaĢanda gördülər ki, boyu iki
insan boyda, yeyib-yatmaqdan qarnı iki
dəvə yükü boydadır, adam baxanda bağrı
yarılır, elə bilirsən bir dağ qopub gəlir. Divi
görən kimi qızlardan ikisinin ürəyi getdi, o
birisi isə donunu batırıb Məlikməmmədə
daha bərk qısıldı. Div böyrünü basa-basa
qəfəsin qapısını açıb onları buraxdı, sonra
da kəndiri çəkib qəfəsi Dəli Domrula
göndərdi. BayılmıĢ iki qızın hərəsini bir
çiyninə alıb, Məlikməmmədə dedi, – “Siz
burda gözləyin, bunları qoyub qayıdıram”.
Dəhliz möhkəm isti idi. Div qızları
aparandan sonra Məlikməmməd yan-
yörəsinə göz gəzdirdi. Birdən bir küncdə
parıldayan Ģey gözünə sataĢdı. YaxınlaĢıb
gördü ki, Rdritin quyuya tulladığı Dəli
Domrulla özünün qılınclarıdır. Tez
qılıncların ikisini də götürdü, birini qızın
kürəyində, birini də paltarının altından öz
kürəyində gizlədi. Div qayıdıb onları da
qabağına qatıb apardı. Yeridikcə
Məlikməmməd baxdı ki, getdikcə isti azalır.
Xeyli gedəndən sonra gəlib bir otağa
çıxdılar. Qapını açıb bir boĢ otağa girdilər.
Gördü ki, bu otağın içində də bir qapı var,
bu qapını açdılar, bir ayrı otağın içində də
82 № 4 (16) QıĢ 2015
bir qapı var, bu qapını da açdılar, bir ayrı
otağa girdilər. Onun da qapısını açdılar...
Belə-belə Məlikməmmədgil yeddinci qapını
açanda gördülər ki, burda taxtın üstündə elə
bir nazənin əyləĢib ki, yemə, içmə, xətti-
xalına, gül camalına tamaĢa elə. Qızın dizi
üstə isə bir div baĢını qoyub yatmıĢdı.
Onları gətirən div qapını arxadan kilidləyib
getdi. Qız onları görcək dedi:
– Ey zavallı gözəllər, heyf sizdən, divin
qadın xəstəliyi baĢlayır, elə acıqlıdır ki,
ayılan kimi, sizi bir dəqiqə də sağ qoymaz.
Məlikməmməd eĢitmiĢdi ki, divlər dərin
yuxu yatırlar, amma yoxlamaq istədi ki,
görsün div yuxusu necə olurmuĢ. Qıza dedi:
– Bunlar elə iki nəfərdirmi?
Qız baĢıyla təsdiq elədi.
Məlikməmməd:
– Bunları necə öldürmək olar?
Qız çiynini çəkib dedi, – “Bunların ətinə
heç nə batmır deyirlər”.
Məlikməmməd qızın dediklərinin
doğruluğunu yoxlamaq üçün xəncərini
çəkib, divin ayağını dəlməyə baĢladı. Div
gözlərini açıb, qıza dedi: – “Qoyma,
ayağımı milçək yedi!”.
Məlikməmməd bir az gözləyib yenə baĢladı
divin ayağını dəlməyə. Div gözlərini açıb
qıza çığırdı: – “Qoyma, ayağımı milçək
yedi!”
Üçüncü dəfə Məlikməmməd divin ayağını
dələndə div yerindən qalxıb qıza bir Ģapalaq
vurub dedi: – “Sənə demirəm ayağımı
milçək yedi!”... Birdən Məlikməmmədi və
yanındakı qızı gördü. Div yuxulu-yuxulu: –
Yeməli qızlarsınız, bir az möhlət verin
yatım, sonra durub sizi yeyərəm... – div
baĢını yenə qızın dizi üstünə qoyub yatdı.
Divdən Ģapalaq yeyən qızın üzü gömgöy
göyərmiĢdi, ağlayırdı.
Məlikməmməd soruĢdu, – “Bəs deyirdin
bunlara heç nə batmır... Deyirlər divlərin
ürəyi ĢüĢə qabın içində olur, belə bir ĢüĢə
görməmisən?”. Qız, – “Gözəlim, sən
dediyin nağıllarda olur, bura cəhənnəmin
özüdür. Bunlar da insanlar kimidir. Ancaq
di gəl ki, insanlardan zəhlələri gedir və
bizim ətimizi sevirlər. Amma dəhlizin o
baĢında qulluqçu qızların nazərətçisi var. O,
buraya gələn ilk qadındır və onu yemirlər.
Bəlkə o qadın nəsə bir sirr bilə...” – dedi.
Məlikməmməd qapını ha itələdi ki, açıb
çölə çıxsın, qapı yerindən tərpənmədi. Div
yerində qurcuxub çönəndə
Məlikməmmədin gözü onun tüklü paçasına
sataĢdı. Ġndi anladı ki, Dəli Domrul əlində o
yoğunluqda odun, kiĢiləri niyə
soyundururmuĢ. “Bu gündən sonra yüz il də
qalsa, bu divə bab kiĢi tapa bilməz”. Saatlar
keçdi və div gərnəĢib yuxudan oyandı, –
“Özünüz deyin, birinci hansınızı yeyim?”.
Məlikməmməd:
– Biz toyuq-zadıq ki, bizi yeyəsən?
Div güldü:
– Mənim əlimdə toyuqdan da kiçiksən! –
deyib əlini Məlikməmmədin yanındakı qıza
atdı. Qızı elə pallı-paltarlı iki diĢləmə uddu.
Çeynəməsi qurtaranda əlini qarnına sürtdü,
– “Deyəsən, çox sümüklü qız idi –
sümükləri mədəmə batdı” – dedi.
Məlikməmməd anladı ki, divin mədəsinə
batan qızın kürəyində gizlədiyi qılıncdır.
Div əlini ona atanda bir küncə çəkildi. Div
ayağa qalxmaq istəyəndə qarnını qucaqladı,
– “Vay qarnım, baĢladı! Canınızı qurtarın!”
– deyib otağın divarını itələdi. Sən demə
otağın gizli qapısı da varmıĢ. Bir anda div
Məlikməmmədi və əsir qızı qoyub otaqdan
yox oldu. Məlikməmməd qorxuya düĢdü.
Qızdan soruĢdu: – Bu dəli hara qaçdı belə?
Qız zarıdı: – Dilbər, axırımız çatdı. Bu saat
iki qoç bizi buynuzlarına taxıb dəlik-deĢik
edəcək... Müsəlmansansa, kəlmeyi
Ģəhadətini oxu, yoxsa, sonra vaxtın
olmayacaq.
Üç aylıq ədəbiyyat dərgisi 83
Məlikməmməd qılıncını çıxarıb xeyli
gözlədi, gördü ki, qoç-moç deyilən Ģey
gəlmədi, baĢladı gəldiyi, sonra da gizli
qapını itələməyə. Amma nə illah elədisə,
qapıların heç biri açılmadı. Burda gecə-
gündüzü ayırd etmək olmurdu. Amma azı
3-4 saat keçmiĢdi ki, gördülər qapı açıldı və
erkək div içəri girdi. Bacısını görməyəndə
qızdan soruĢdu, – “Bacım hanı?”. Qız da
dedi ki, – “Sancısı tutdu, öz otağına
çəkildi”. Qızın sözü ağzından çıxmıĢdı ki,
div yerində tozanaq qoparıb götürüldü. Elə
qaçdı ki, qapını kilidləməyi də unutdu.
Məlikməmməd dedi:
– Bu lap gicbəsərin biriymiĢ ki...
Qız dedi:
– Ağzın isti yerdədir, qoçları görsən, toz
olub qeybə çəkilərdin...
Məlikməmməd bir xeyli fikrə gedib dedi:
– Onun gicbəsər olduğundan əmin olmaq
istəyirsənsə, mənə kömək elə – dedi və
baĢladı qapının cəftəsini açmağa. Qız mat
qalmıĢdı, – “Sən nə etmək istəyirsən?
Bilirsən ki, burdan xilas yoxdu?”.
Məlikməmməd isə iĢinə davam etdi, – “Hər
çətin iĢdən ən azı iki çıxıĢ yolu var – biri
xilasdır, o biri ölüm. Oturub bu adamyeyən
gicbəsəri gözləməkdənsə, bir Ģeylər etmək
daha yaxĢıdır”. O, cəftələri sağdan açıb
qapının soluna bağladı – qapı əvvəl sağa
içəri açılırdısa, indi sola çöyə açılırdı. ĠĢini
bitirib diĢi divin yatağına uzandı. Aradan
xeyli müddət keçdi, Məlikməmməd ayaq
səslərinə yuxudan oyandı. Səs dəhlizdən
gəlirdi – erkək div idi. Dəli Domrulun
salladığı qəfəsdən qızları qapının yanına
toplayırdı. Çöldən qızların ağlaĢması
eĢidilirdi. Div otağın qapısını itələdi – qapı
açılmadı. Sonra iyirmi dəfə itələdi, əlli dəfə
itələdi – qapı açılmadı. Çiyniylə, yumruqla,
təpiklə vurdu – qapı yenə açılmadı. Axırda
çöldən bacısına səsləndi, – “Bacı, mənəm,
sağsansa, aç qapını, yeməyini gətirmiĢəm”.
Məlikməmmədgil səsini qısıb içəridə
oturmuĢdular. Divin səsinə səs verən
olmadı və div qızları da götürüb harasa
getdi. Həmin gün Məlikməmmədlə qız
rahatca dincəldi.
DiĢi divin gizləndiyi otağın qapısı açılanda
yuxudan dik atıldılar. Bacı-qardaĢ – divlərin
ikisi də onların yanındaydı. DiĢi div hələ də
qarnını qucaqlamıĢdı. Erkək div otağın
qapısını dartıb yenə də açmaq istədi, qapı
açılmadı. Onda Məlikməmməd barmağının
ucuyla qapını itələdi – qapı açıldı. Divin
gözü heyrətdən kəlləsinə çıxdı. DiĢi div
qardaĢına yağlı bir sillə çəkdi, – “Axmaq,
bəs deyirdin qapı arxadan kilidlənib...”.
QardaĢı üzünü sürtə-sürtə bu iĢə hələ də
mat qalmıĢdı. Məlikməmməd gördü ki,
bacı-qardaĢ ikisi də bir-birindən keydilər,
onda, fənd iĢlətmək qərarına gəldi:
– Dəli Domrul məni sizin yanınıza göndərdi
ki, sizə xəbər verim, axtardığınız həmin kiĢi
tapılıb. KiĢini öz mağarasında saxlayıb.
Əmin olmaq istəyir ki, onun arvadı sağ-
salamatdır. Yoxsa kiĢini sizə verməyəcək
və quyunun ağzını iri qaya parçası ilə
bağlayıb sizi azuqəsiz qoyacaq. Məni onun
arvadının yanına aparmalısınız. Domrulun
arvadına sifariĢləri var.
DiĢi divin gözlərindən qığılcım çıxdı.
QardaĢına bağırdı, – “Tez ol! Apar bunu o
qadının yanına! Axır ki, üzümüzə gün
doğdu! Xilas olduq!”. QardaĢı isə soruĢdu,
– “Bəlkə aldadır? Nə sifariĢ göndərə bilər
ki?”. Qız top kimi yerində atılıb-düĢdü, –
“Kütbeyin, bunca illər məni kimsə belə
Ģirin yalanla aldadıbmı!? Belə aldanıĢın özü
də gözəldir! Mən onu hiss edirəm. O
yuxarıdadır! Tələs, apar qadının yanına!” –
dedi və dərhal sancı doğrayan qarnını tutub
arxa otağına qaçdı. Erkək div dilinin altında
mırıldandı, – “Bu heç belə qarınağrısına
düĢməzdi. Nə qədər demək olar ki, adamı
pallı-paltarlı yeməzlər...” –
84 № 4 (16) QıĢ 2015
Məlikməmmədin biləyindən çəkib dəhlizə
itələdi. Sonra da qapını bir neçə dəfə açıb-
örtdü. Məəttəl-məəttəl çiyinlərini çəkib
Məlikməmmədi açıq düzəngahlığa gətirib
çıxardı.
Düzəngah ucu-bucağı görünməyən
zəfəranlıq idi. Zəfəranın qoxusundan adam
az qalırdı ki, bihuĢ olsun. Düzəngahda iki
dağ boyda qoç otlayırdı – biri qara idi, o
biri ağ. BaĢları çox yekə, buynuzları da
köntöy və burma-burma idi. Onlar qoçların
yanından ötəndə baĢlarının iyindən
burunlarını tutdular. DaĢ kimi bərkimiĢ
xayaları sallanıb yer süpürürdü,
quyqurlarını bir qatıra yükləsəydin güclə
götürərdi.
“Qatır” demiĢkən, Məlikməmmədi divlə
burda qoyub, qalxaq yerin üstünə, görək
iĢlərin dolaĢığı az da olsa açılıbmı?
* * *
Xəbər verək ġəmsəddin Eldənizdən... “Hər
cəhənnəmin kiçik də olsa cənnət bucağı
olur” deyirlər. ġəmsəddin tapmadı sarayda
o küncü. Möminə Xatun onu qaralamıĢdı,
yerini dar eləmiĢdi, külli-cəhənnəmə
döndərmiĢdi sarayı. O da, naəlac qalıb tərk
etdi sarayı. Atabəy Möminə xatundan
əməlli-baĢlı küsmüĢdü. “Bu qədər sədaqətlə
qulluq elə, neçə-neçə insan canına qıy,
axırda da səni “qul oğlu qul” deyib evdən
qovsun! Haramzada, qatil qadın! Sunqurun
küçüklərini də alıb çaxsın baĢına! Mən öz
balamla hakimiyyəti yenidən ələ
keçirməyin qaydasını yaxĢı bilirəm” – atın
üstündə deyinə-deyinə, dilinin altında
mızıldana-mızıldana oğlunu axtarmağa
çıxdı. Soraqlaya-soraqlaya oğlunun keçdiyi
yolları almıĢdı əlinə. Üç ay gecə-gündüz
yol gedib gəlib çıxdı Xudafərinin yanına.
Gördü ki, bir nəfər söykənib quyunun
ağzına, qulaqlarını da quyunun dibinə
Ģəkləyib fikrə gedib. Adamların soruĢdu ki,
– “Bu yekəpər adam kimdir?” Dedilər ki, –
“Dəli Domruldur, adamların canını
boğazına yığmıĢ Dəli Domrul”. ġəmsəddin
atdan düĢüb ehmalca arxadan Dəli Domrula
yaxınlaĢdı, xəncərini ehmalca çəkib
qəfildən Dəli Domrulun kürəyinə sapladı.
Dəli Domrul qoca gər kimi yerlə bir oldu.
Qıraqda otlayan qoca at və qatır
ġəmsəddinin əlində qanlı xəncəri görüb
cumdular onun üstünə. “Nə yemisən?”,
“TurĢulu Ģilə...” – ġəmsəddini ayaqları
altına alıb o ki var əziĢdirdilər. ġəmsəddin
imkan tapıb xəncəri atın qarnına soxdu.
Yazıq at yanıüstə yerə səriləndə Rdrit cin
atına mindi. ġahə qalxdı, soncuq atıb
ġəmsəddinin alnının ortasından bir təpik
vurdu. ġəmsəddin, “bu gün ölmüsən, ya
dünən?” – tir-tap yerə uzandı. Körpünü
keçənlərdən biri tələsik qaçıb Dəli
Domrulun yarasına əski basdı, qanını
kəsmək istədi. ġəmsəddin gözünü açanda
tanıĢ bir üz gördü. Elə bildi ki, röyadır.
Neçə illər idi ki, bu üzü unutmuĢdu. Atın
heydən düĢən gözləri ona dikilmiĢ
nəzərlərlə toqquĢanda bir neçə dəfə kiprik
çaldı və, – “El.., Eldə...niz!” – deyib
çabaladı. Atabəy ġəmsəddin: –
“Mərcan..!?”. At, – “Hə, mənəm, Mərcan,
sənin köhlən Mərcanın. Xatırladınmı məni?
Hər axĢam sultan Mahmudun tövləsində
qamətimə nəfs saldığın Mərcan... Hər gecə
qabağıma yaĢıl xorum qoyub könlümü
almırdınmı? Budundan iki diĢləm
qopardığımı, çanağını çıxarıb Ģikəst
qoyduğun Mərcanı bunca illər unutmuĢdun?
Səndən yelin qapıb qatır doğmarammı?
Bax, oğlun eynən sənə bənzəmirmi?”.
ġəmsəddin yazıq-yazıq Rdritə baxdı, –
“Oğlum...” – deyib gözündən yaĢlar tökdü.
At son nəfəsini xərcləyirdi, – “Ayağı nal
görməyən nakam balam, sənin atandır bu
adam. Muradımıza çatdıq. Ġndi gözlərimi
iĢıqlı dünyaya rahatca yuma bilərəm” – at
Üç aylıq ədəbiyyat dərgisi 85
canını tapĢırdı. Adamlar Dəli Domrulun
baĢına toplaĢmıĢdılar. ġəmsəddin sürünə-
sürünə Domrulun yanına gəldi. SoruĢdu, –
“Xain zülmkar, de, oğlum hardadır?
Məlikməmmədimə neyləmisən!?”. Domrul
zarıya-zarıya, – “Ġgid oğlun sağ-salamatdır.
Məmləkətini divlərin əzabından, məni
ayrılıqdan qurtarmaq üçün qaranlıq
dünyaya düĢdü”. ġəmsəddin eĢitdiyindən
“ah” çəkdi, xəncəri qaldırıb yenidən
Domrulun ürəyinə saplamaq istəyəndə
adamlar onun biləyindən tutdu. Domrul, –
“Ey qüdrətli Atabəy Əzəm, bil ki, oğlun,
gördüyüm pəhləvanların ən güclüsü, ən
qorxmazıdır. Bu quyuya düĢərsən, uzun
yollar keçərsən, oğluna qovuĢarsan. Əgər
məni öldürməsəydin, mən də səninlə
gedərdim. Məlikməmməd mənim can
dostumdur – bunu biləsən –
Məlikməmmədin bilərziyini yaxasından
çıxarıb atabəyə uzatdı. Əgər arvadım Nisə
bəyimi görsən, ona son nəfəsimədək sadiq
qaldığımı deyərsən” – Dəli Domrul da
nisgilli gözlərini əbədi yumdu. ġəmsəddin
dəli bir nərə çəkib baĢını qucaqladı, – “Əlin
nə qədər doğma insan qanına bulaĢdı, qul
Eldəniz!? Bu nə müsibətdir, adil Allah! Sən
hara baxırsan, sən deyilmisən bu dünyanın
sahibi..!”. ġəmsəddin Eldənizin səsindən
göy gurladı, günəĢli bir gündə göydən
leysanla bilikdə səda gəldi, –
“Qudurmayın, gəlsəm, kökünüzü
kəsəcəyəm!”. Bu səsdən Dəli Domrulun
Taxtakörpüsü quĢ lələyi kimi uçub dağıldı.
Ətrafa göndərdiyi mühafizlər
Məlikməmmədin xəyanətkar dostlarının
kəllələrini gətirib onun qabağına atdı.
ġəmsəddin əmr elədi ki, Mərcanı və
Domrulu dəfn eləsinlər. Özü də Rdritlə
Xudafərinin üstünə çıxıb sakit-sakit axan
Araza baxdı. Xudafərinin uçan yerinə gözü
sataĢanda əmr elədi ki, ətrafdakı bütün
ustaları çağırsınlar və körpünü bərpa
eləsinlər. Sonra Domrulun mağarasında
dincini aldı. Otaqlarda toplanmıĢ qır-qızıl,
ləl-cəvahirata baxdı. ġəmsəddin öz adına
kəsilmiĢ sikkələrə heç gözünün ucuyla da
baxmırdı. TapĢırdı ki, – “Ustalara
verərsiniz, qoy ikinci Xudafərini də
tiksinlər. Heç olmazsa, Arzın o tayı ilə bu
tayı arasında rahat gediĢ-gəliĢ səngiməsin.
Körpü, bu dünyada gördüyüm son savab iĢ,
məndən niĢanə olsun” – dedi. Rdrit isə ləl-
cəvahiratın içində par-par parıldayan iki cüt
nalı götürüb ġəmsəddinin yanına gətirdi:
– Bü günədək məni nallamağa kimsəni
yaxın buraxmamıĢam. Qoy, ilk nalımı atam
vursun. Gözəl atam, nalla məni.
ġəmsəddin çəkic tapdı, mıx tapdı, ülgüclə
qatırın dırnağını təmizlədi və Rdriti qızılla
nalladı. Rdrit nallarına baxıb sevinirdi.
“Səni ki tapdım, dünya durduqca
xoĢbəxtəm, ata. Anamın torpağı sanı ömür
arzulayıram sənə. Sabah ertədən qardaĢım
Məlikməmmədin dalınca mən də səninlə
gedəcəyəm. Yer üzündə bir-birimizə həsrət
qaldıq, heç olmazsa qaranlıq dünyada bir-
birimizə həyan olaq” – deyəndə ġəmsəddin
onun boynunu qucaqlayıb üzünü üzünə
sürtdü, – “Oğlum mənim, bağıĢla məni,
ananı çox üzmüĢəm...”.
Məmilkməmmədin quyuya düĢdüyü
iyirminci gün idi. ġəmsəddin və Rdrit
qəfəsə girdilər. Mühafizlərinə tapĢırdı ki,
onu quyuya salandan sonra hamısı azaddır
və öz evlərinə gedə bilərlər. “Hər yana da
xəbər sallayın ki, atabəy əzəm ġəmsəddin
Eldəniz öldü” – tapĢırdı. ġəmsəddin və
Rdrit yeraltı dünyaya düĢməyində olsun,
görək Məlikməmməd nə edir, halı necədir...
* * *
Erkək div Məlikməmmədi Dəli Domrulun
arvadının yanına gətirdi. O, burda çalıĢan
qızların baĢçısı təyin olunmuĢdu. Üç
yüzədək qız zəfəran-zəncəfil toplayıb
86 № 4 (16) QıĢ 2015
üyütməklə məĢğul idi. Qadının yanına
təzəcə çatdırmıĢdılar ki, diĢi divin səsi
guruldadı, – “Aman Allah, öldüm! Vay
bağarsaqlarım! QardaĢ..!”. Div hövlnak
qoçlara baxdı. Qoçlar sakitcə
otlamağındaydı. Bacısı ikinci dəfə
bağıranda, o, – “Qara boğma!” – deyib
tarlada iĢləyən qızlardan birini də ağzına
atıb tələm-tələsik çeynəyə-çeynəyə
bacısının harayına cumdu.
Dəli Domrulun arvadı bəstəboy, yaĢı qırxı
ötmüĢ qarayanız bir qadındı. Üzünün
suyundan ər dərdi çəkənə oxĢamırdı.
Məlikməmməd dedi, – “Oğuz elinin ər igidi
Dəli Domruldan Ģad xəbər var sənə, xanım
hey! “ġirin damağ verib öpüĢdüyüm, bir
yastıqda baĢ qoyduğum Nisə bəyimə salam
deyərsən. QarĢı yatan uca dağları ondan
sonra mən neylərəm? Yaylayarsam, gorum
olsun! Soyuq-soyuq sularını mən içərsəm,
mənim qanım olsun! Qızılını-gümüĢünü
xərclərsəm, kəfənliyim olsun! Tövlə-tövlə
atlarını mən minərsəm, tabutum olsun!
Ondan sonra bir dilbəri sevib seçsəm, birgə
yatsam, bir əjdaha ilan olub məni çalsın!
Etibarsız ata-anamın halına bircə gün
yandımsa, lənətə gəlim. Amma Nisə bəyimi
bircə an unutdumsa, yerlər Ģahid olsun, göy
Ģahid olsun, qüdrətli Allah Ģahid olsun,
əzrayıl canımı alsın” – dedi.
Nisə bəyim əvəzində nə desə yaxĢıdı? Dedi:
– Görüm onun boynu sınsın! Müxənnət ata-
anadan elə də biqeyrət doğar! ĠĢığa kor
qalsın, mənim kimi! Heç məni nə günə
saldığından xəbəri varmı? Erkək divin
toxumunu yığıb qız mayalandıran qadında
namusmu qalar? Bu qədərdir quyuya insan
leĢi atmaqdansa, bircə dəfə namusa boğulub
arvadını xilas etmək ağlına batmadımı?
Allah ona bir ucuz ölüm versin ki, bir də
onu sağ-salamat görməyim! Yoxsa, ilk
gördüyümdə onun ciyərlərini murdar
əllərimlə söküb çıxaracağam. Mən öz
canımı ona qurban dedim. Ucalardan
ucasan dedim. Əzrayıla diz çöküb Allaha
yalvardım, - “Alırsansa, ikimizin canını
birgə al! Sağ qoyursan, ikimizə də rəhm et,
kərəmi çox, Qadir Allah!” – dedim.
Budurmu əhdə vəfa?!
Məlikməmməd gördü ki, Nisə bəyimin
ağzından qan iyi gəlir, heç Dəli Domrulun
tərif etdiyi qadın deyil, Allah deyəni demir,
ta söz güləĢdirmək istəmədi. Qoçları iĢarə
edib soruĢdu, – “Bəs bu baĢ bəlası qoçlar
nəyə yarar?”.
Nisə bəyim:
– Yeddi günün tamamında özün görərsən...
Özü də səndən kiĢi qoxusu gəlir... Sən qız
deyilsən..! Ay haray, qoymayın, kiĢi var..! –
Nisə bəyim hay salıb qıĢqıranda
Məlikməmməd onun ağzını qapadı:
– Sus, qaltaq qadın! Mən sizi burdan xilas
etməyə gəlmiĢəm. Dəli Domrulu da, səni də
lənətə gələsiniz! Sənin ərin yuxarıda gündə
on incəbel qızla kef çəkir. Heç yadına da
düĢmürsən. Allahdan sənə ölüm arzulayır
ki, sağ-salamat qayıdıb onun Ģadyanalığın
görməyəsən. Domrulun coluq-cocuğunu
saysan, saya gəlməz. Sənin kimi sonsuz
qısırdan canını qutardığı üçün məmləkətin
ən xoĢbəxt və varlı insanıdır. Ömrünün
qalan yüz ilini də sənsiz keçirmək
arzusundadır! – deyəndə, baxdı ki, Nisə
bəyimin gözləri qısqanclıqdan alacalandı.
Əlini qızın ağzından çəkdi:
– Əgər məmləkətin qızlarını iyrənc
Domrulun nəfsindən qurtarmaq
istəyirsənsə, mənə kömək elə, burdan
birlikdə çıxaq – dedi.
Nisə bəyimin üzü hirsindən pörtmüĢdü:
– Buy səni oğlan öl, Domrul! Səni iĢıqlı
sabaha sağ çıxmayasan! Bəs bura gələn qız-
gəlinlər deyirdi ki, Domrul onlara əl də
sürtməyib..?
– Domrulun mağarasında gördüyüm
qızların yanında bunlar nədir ki? O ən
Üç aylıq ədəbiyyat dərgisi 87
yaxĢılarını özünə, Ģıntır-miyəntəyini isə
quyuya sallayır. Özün görməsən
inanmazsan...
Nisə bəyim qadındı. Bir qadının da ən zəif
yeri qısqanclıq damarıdır. Məlikməmmədin
bu dəfəki oxu da düz hədəfə dəymiĢdi. Nisə
bəyim sakitləĢib oturdu. Səsə erkək div
gəldi, – “Nə olub, axmaq qadın, niyə
anqırırsan?!” – soruĢanda, Nisə bəyim
cavab verdi, – “Elə bildim qoçlar yellənir,
qorxudan qıĢqırdım” – dedi. “Biri o yanda
ayaqyoluna gedə bilmir, bağırır, biri də
burda... Lənətə gələsiniz sizi, qoymazsınız
bircə hovur dinib-dincələk!” – əl atıb bir
qızı da günəbaxan tumu kimi ağzına atıb
getdi.
Məlikməmməd Nisə bəyimi qaya parçasının
dibində oturdub, özü də onunla qabaq-
qənĢər əyləĢdi:
– DanıĢ, burda nə varsa hamısı haqqında
danıĢ. Bu divləri necə öldürüm? Qorxma,
xəncərim var, yoxlamıĢam, divə xəncər
batır. Ancaq baĢqa bir tilsim-filan varsa,
məni bundan agah elə.
Nisə bəyim dedi:
– Bu divlər üç idi. Birini oğlum Basat
öldürdü. Sonra bu iki qardaĢ-bacı ortaya
çıxdı, balamı diri-diri parçaladılar. Divlər
öz vətənlərinə dönməlidir. Ancaq ikilikdə
dönə bilmirlər. Gərək üçüncü, lap mümkün
olsa, dah çox olsunlar ki, Simurğ quĢunu
yemləyə bilsinlər. Simurğ quĢu div ətini
çox sevir. Bu quĢ onları Günortaca
aparacaq tək canlıdır. Bu zəfəranları
toplayıb ona yem hazırlayır, yuva qururuq
ki, buranı bəyənib burda qalsınlar, balalayıb
artsınlar. Simurq quĢu balalasa, əbədi
olaraq burda qalacaq və ildə bir neçə dəfə
Günortaca gedib qayıdacaqlar. O vaxtadək
simurqları əhliləĢdirmək lazım olacaq.
Amma, bu qızlar erkək divdən boylu
qalmalıdırlar. Bu isə hələ ki, mümkün deyil.
Niyəsini soruĢma – çox ayıbdır. Yazıq
qızların gündə ikisi-üçü ortadan ikiyə
bölünüb ölürlər... DiĢi divin aybaĢısı
tutanda qızıb yumaq kimi oraya-buraya
yumalanır, top kimi attanıb-düĢür. Mən də
qadınam, neçə ildir mən də kiĢi üzünə
həsrətəm, ancaq nə belə qızmıĢ arvad
görməmiĢəm, nə də eĢitməmiĢəm. Di gəl ki,
ifritə bu gözəl qızları olmazın qısqanır.
QardaĢı olmasa, otağın qapısını qırıb qızları
diri-diri udar. Ġnanır ki, qardaĢından
mayalanacaq bu qızlardan biri oğlan uĢağı
doğacaq. Bu oğlan yarıdiv-yarıinsan olduğu
üçün onunla mayalana biləcək və yeni nəsl
yaradıb həm Yer üzünü, qaranlıq dünyanı
və Günortacı ələ keçirəcək. Hər ayın
tamamında qadınlıq xəstəliyi baĢlayan kimi,
ehritas qoxusu buraları bürüyür, elə səslər
çıxarır ki, bu fağır qoçların da erkəkliyi
cuĢa gəlir, bu gözəlliyi verdi-veran
qoyurlar.
Məlikməmməd:
– Bəs, qardaĢ bacısını mayalaya bilməzmi?
Əgər bu qoçlar belə təhlükəlidirsə, onda
niyə öldürmürsünüz?
– Yox. Qoçlar da çox-çox əvvəllər
Günortacdan gəlmədir. Simurğu bura çəkən
bəzəkdir onlar. DiĢi div çox vasvasıdır.
QardaĢı bir-iki dəfə iĢarə eləmiĢdi, amma
qız onu bir kökə saldı ki, yazıq, güclə özünə
gəldi. Buna razı olmur...
– Onu yazıq ilan çalsın! Bəs bu qızlarla divi
necə mayalandıracaqsan? Bu
mümkündürmü?
– Neçə vaxtdır zülm ayaqlayıram bu
xarabada. Qadınlığım bu iĢdə acizdir.
Bilmirəm baĢıma haranın külünü töküm...
Məlikməmməd bir qədər fikrə gedib dedi:
– Qalacaq yeriniz haradır, harda
gecələyirsiniz? Erkək divdəmi sizinlə
birlikdə yatır? DiĢi divin aybaĢısı nə
vaxtdır?
– Ayrı-ayrı otaqlarda yeddi-yeddi qalırıq.
Div öz evində tək yatır – ölümdən
88 № 4 (16) QıĢ 2015
qorxduğundan kimsəyə etibar etmir. Yeddi
gündən sonra isə aybaĢıdır. Amma bu
dəfəki sancılarından heç nə anlamadım.
Ertədən hey bağırıb durur...
– Bu sancı, baĢqa sancıdır. Qılıncımın birini
udub, içini doğrayır. Sən de görüm erkək
div səni dinləyərmi, dediklərinə qulaq
asırmı?
– Quzu kimidir. Təki qızlar ondan hamilə
qalsın, nə desən edər, lap donbalaq da aĢar.
– Donbalağı sonra aĢar, sən onu çağır və de
ki, yemədən-içmədən, yeddi gün-yeddi gecə
dayanmadan toxumunu bir cürdəyə yığsın.
Qızların yeddi ən gözəlini də iĢdən
ayırarsan, mənimlə salırsan təmiz
otaqlardan birinə – yəqin ki, nə demək
istədiyimi anlayırsan... Özün qızlara baĢa
salarsan ki, əgər canlarını divdən qurtarmaq
istəyirlərsə, hamilə qalmağa razılaĢsınlar.
Gerisi, Allah kərimdir. Bu fənd alınmasa,
baĢqa bir Ģey düĢünərik.
– Ay səni, xatakar... Könlündən keçənə bir
bax bunun...
– Yenə sərsəmləmə! Kef çəkmək vaxtı
deyil, indilikdə haram, ölümdən yaxĢıdır.
BaĢqa çarə yoxdur. Yoxsa, qızlar
döllənmədikcə, div onları onsuz da bir-bir
yeyəcək. Əvəzində də yeni-yeni qurbanlar
gələcək. Nakam getməkdənsə, ölümqabağı
zövq almaq da bir savabdır...
– BaĢa düĢdüm. Dediyin kimi edərəm.
Amma divin topladığı toxumu
neyləyəcəyik?
– Zəncəfillə qarıĢdırıb dəmə qoyarsan,
sonra da girib içində uzanarsan ki, sənin də
kiĢisizliyinə dərman olsun – deyib güldü.
Nisə bəyim erkək divi çağırıb dərdə çarə
tapdığını deyəndə div sevindiyindən atılıb
düĢdü. Nisə bəyim divə yekə bir cürdək
verib onu yola saldı. Divin arxasınca, –
“Allah sizi niyə belə avam yaradır görəsən,
zavallı divlər? Boy-buxun sizdə, amma
barmaq sürtməyə ağlınız yoxdur. Cırtdan
birinizi xəlbirlə aldatmıĢdı, indi də baĢqası
cürdəklə” – deyib gülümsədi.
Məlikməmməd isə gözəllər içindən ən
qənirsiz yeddi incəbeli götürüb bir otağa
çəkildi...
* * *
Zəfəran tarlasının üstünü günəĢ iĢığı kimi
qəfil nur bürüdü. Ətrafa darçın qoxusu
yayıldı. Qoçlar, zəfəran yığan qızlar pəpən-
pərən düĢdülər. Qızıl-qırmızı rəngə
boyanmıĢ iri, yaĢlı bir quĢ zəfəranlığın
ortasına qondu. Qanadlarını dayanmadan
silkələdikcə lələklərinin arasından vəhĢi
darçın yarpağı töküldü və iri bir taya oldu.
Simurğ quĢu yaxındakı zəfəran tayasını da
dimdiyinə alıb darçın komasının üstünə
qoydu. Qanadlarını möhkəmcə qızıl
dimdiyinə vurub tayanı odladı. Alov
yüksələndə matəm mahnısı oxuya-oxuya
özünü tonqala atdı. Mahnının səsindən
bütün qızlar, qoçlar bircə andaca bihuĢ olub
yuxuya getdilər.
Tonqal yanıb qurtardı və yerində iri kül
qaldı. Üç gündən sonra kül Ģey bağladı və
çatladı. Küldən bir tırtıl cücərdi. Qızlar
yaxına gəlib gördülər ki, tırtıl yekəlib,
yekəlib zəfəran çiçəklərinə daraĢdı. Tırtıl
böyüdükcə qabığını dəyiĢib qızılı rəngdə
simurğ cücəsi oldu və baĢladı zəfəran
otlamağa. Sən demə bu cücələr böyüdükdən
sonra isti ölkələrə köç edən quĢlar kimi
fəhmlə gəldikləri Günortaca – darçınlı
düzlərə yollanırmıĢ. Beləliklə də ölməz
simurğ quĢu bu yolla öz ruhunu
təzələyirmiĢ. Rəvayətə görə bu quĢların yer
üzündə bəyəndiyi iki yer varmıĢ – Qaf dağı
və Arran çölləri. ĠĢıqlı dünyada Simurğ
quĢlarını insan görə bilmir və tez əhliləĢən
quĢ imiĢ. Sən demə diĢi div bu quĢların bir
neçəsini çoxdan əhliləĢdiribmiĢ.
Ġki gün keçdi. DiĢi div ayaqyolunda zarıya-
zarıya udduğu qılıncdan canını qurtardı.
Üç aylıq ədəbiyyat dərgisi 89
Qılıncı udan gündən yeməkdən-içməkdən
kəsilmiĢdi. Acından ölürdü. Erkək div də
bəlli iĢlə məĢğul olduğundan, Dəli
Domrulun göndərdiyi azuqə və qızları
götürən yox idi. Quyunun dibində yerə
düĢüb parça-parça olmuĢ cəsədlər qalaq-
qalaq yığılmıĢ, iy verib iylənmiĢdi.
Qəfəsdəki qızlar da acından-susuzluqdan
çöpə dönmüĢ, çığıra-çığıra qalmıĢdılar. DiĢi
div qardaĢını nə qədər səsləyirdisə, onda
səs-səmir gəlmirdi. Əsəbindən divarı
gəmirir, qapını cırmaqlayırdı. Naəlaclıqdan
qulluğunda duran qızı yedi. Sonrakı gün
Nisə bəyim çarəsiz qalıb qəfəsdəki qızları
zəfəranlığa apardı, iylənmiĢ cəsədləri də
diĢi divin qapısını aralayıb içəri tullayanda
diĢi div bağırdı, – “Gicbəsər, sarsaq, bu nə
yeməkdir gətirmisən! Məni iylənmiĢ cəsəd
yeyən görmüsən!? Tez rədd elə bunları
burdan! Mənə bakirə qız gətir!”. Nisə
bəyim ehtiyatla cəsədləri sürüyüb
mağaranın dalda bir yerində basdırdı.
Tarlaya gəlib qızlara baxdı, heç birisini divə
verməyə əli gəlmədi. DiĢi div dörd gün ac-
susuz qaldı. Hirsindən aybaĢısı da gecikirdi.
Yeddinci gün erkək div əlində dolu cürdək
Nisə bəyimin yanına gəldi. Yazıq div
ayaqüstə ölürdü. Arıqlayıb çöpə dönmüĢdü.
Əsnəməkdən az qalırdı ağzı cırılsın.
Bacısının səsini eĢidib ağır-ağır qəfəs olan
yerə getdi. Qəfəsi qaldırıb Dəli Domrula
göndərdi. Necə yorulmuĢdusa, dərin yuxuya
getdi. Məlikməmməd də öz iĢini bitirib
otaqdan gərnəĢə-gərnəĢə çıxdı. DiĢi divin
qapısını açdı, otaqda kimsə yox idi. Gizli
qapının yerini unutmasın deyə qapının
yerində diĢi divin Ģəklini çəkdi. Öz otağına
keçib, elə təzəcə qapını bağlamıĢdı ki, diĢi
divin bağırtısı dünyanı silkələdi, – “Gəlir!
Qaçın gizlənin!”. Divin sədası təzəcə
kəsilmiĢdi ki, otağa qan qarıĢıq pis qoxu
doldu. Dədə vay.., birdən yer silkələndi, elə
bil at nallarının səsiydi gələn.
Məlikməmməd qapını azca aralayıb baxdı
ki, divin qoxusu dəhlizi doldurub. Bildi ki,
yeri titrədən qızmıĢ qoçlardır. Qapını tez
örtüb əlinə keçən ağır Ģeyləri arxasına
söykədi. Bir də gördü ki, qoç qapıya kəllə
atır və qapının arxasına yığdığı Ģeylər sınıb
tökülür. Dəhlizə açılan bütün qapıları bir-
bir sındıra-sındıra qoçlar irəliləyirdilər.
Erkək div yorğun-arğın, əldən düĢmüĢ
halda Ģirin yuxudaydı. Gözünü açmağa
macal tapmamıĢ qoçların ikisi də düĢdülər
yazığın üstünə. BaĢına-gözünə, qarnına-
sinəsinə buynuzları al qan içində yuyulana,
gözlərini qan doldurana qədər o ki var kəllə
atdılar. Divi döymə ət kimi divara
yapıĢdırandan sonra diĢi divin çöl qapısını
sındırdılar. Gizli otağa gedən qapıdakı Ģəkli
o ki var kəllələyib qapını sındırdılar.
DiĢinin qoxusu onları özünə çəkirdi. Div
harda gizlənirdisə, qoçlar yerini tapırdı.
Axırda div özünü sonuncu otaqdakı dayaz
bir quyuya atıb qardaĢını səsləyə-sələyə
imdad istədi. Məlikməmməd dərhal
çarpayılarının üstündəki örtükləri yığıb
dəhlizə çıxdı və qonĢu otağın qapısını açıb
mələfələri içəri atdı. Erkək divin də
cürdəkdəki toxumunu səpdi dəhlizdən düz
həmin otağadək. Hiss edəndə ki, qoçlar
qoxunu aldılar və ona tərəf qaçırlar, dərhal
öz otağına çəkilib qapını yenə arxadan
bərkitdi. Qoçlar qonĢu otağı dağım-dağım
dağıdırdılar. Elə bil qonsu otaqda iki qoĢun
üz-üzə gəlib qan tökürlər. Ta, əldən
düĢənədək, kələkləri kəsilənədək, əhədləri
üzülənədək qoçlar özlərinə sitəm elədilər.
Yorulub əldən düĢəndən sonra zəfəranlıqda
otlamağa getdilər. Sabah yenə coĢub
dünyanı dağıtdılar, birisigün yenə.., ta yeddi
gün adamlar gizləndikləri yerdən bayıra
çıxa bilmədi. DiĢi divin aybaĢısı bitəndən
sonra qoçlar sakitləĢdi və Nisə bəyim
salamat qalmıĢ qızları yenidən tarlaya
çıxartdı. Ġndi diĢi divin iniltisi gəlirdi...
90 № 4 (16) QıĢ 2015
Məlikməmməd otağındakı qızları da tarlaya
iĢləməyə yolladı. DiĢi div qardaĢını
dayanmadan səsləyib duranda Nisə bəyim
naəlac qalıb onun otağına getdi. Çöl qapını
açan kimi div soruĢdu, – “Hanı mənim
biqeyrət qardaĢım! Niyə səsimə cavab
vermir?”. Nisə bəyim də sevincək dedi ki, –
“Gözün aydın, xanımım, səndən muĢtuluq
istərəm, qızların yeddisi maya tutdu.
QardaĢınız da yorğun düĢüb yatıbdır”. Div
xəbərdən azca sevindi, amma acından
ölürdü deyə, – “Cəhənnəm olsun hər Ģey,
ölürəm acından” – deyib Nisə bəyimi
boğazlayıb atdı ağzına. Nisə bəyim ayaqları
çobalaya-çobalaya divin ağzında gözdən
itdi. Nisə bəyimdən xəbər-ətər gəlməyəndə
Məlikməmməd bildi ki, iĢ iĢdən keçib və
baĢladı zəfəran tarlasının həndəvərini
gəzməyə. Xeyli gəzib dolaĢdı və birdən
gördü ki, səsli-küylü Ģəlalə böyük bir
mağaranın ağzını pərdə kimi örtüb. ġəlaləni
keçib mağaraya girdi. Baxdı ki, burda
yelçəkən var – hava Ģəlalə tərəfdən girib,
hardansa baĢqa yerdən çıxır. Qızların
yanına gəlib tapĢırdı ki, əllərində nə azuqə
varsa, qənaətlə iĢlətsinlər, – “Mən bir
mağara tapmıĢam. Ora gedib yoxlayacağam
ki, bu yol haraya gedir” – dedi.
Məlikməmməd azuqəsini götürüb yola
düĢəndə yeddi gün-yeddi gecə onunla yatan
qızlar hönkür-hönkür ağladılar. O biri qızlar
da, onlara qoĢulub öz dərdlərini ağladılar.
Məlikməmməd qızları gözüyaĢlı qoyub
getməyində olsun, sizə xəbər verim
ġəmsəddindən...
* * *
ġəmsəddin quyunun dibinə düĢüb gözü
qaranlığa alıĢandan sonra gördü ki, divara
yapıĢmıĢ bir əjdaha cəsədi var. Qılıncını
çəkib yavaĢ-yavaĢ irəlilədi. Qapısı
darmadağın olmuĢ qapıları bir-bir yoxladı –
ins-cins yox idi. Rdrit qorxusundan ondan
bir addım da geri qalmırdı. DiĢi divin
qapısına çatanda dinĢədi, gördü ki, içəridən
inilti gəlir. Ehmalca qapını araladı. Gördü
bir qapı da var – onu da açdı. Gördü ki, iri
əndamlı, budlarından yağ daman, saçları
Ģəhvət qoxan, ucaboy bir canan üryan
uzanıb taxtda və yaralarını sığallayır.
ġəmsəddin baxdı ki, canan keçiləsi canan
deyil. Ehtiyatla qıza yaxınlaĢdı. Qız onu
görcək tələsik özünü yığıĢdırıb, ayıbını
örtəndə gördü ki, ġəmsəddin imandan-
dindən çıxıb, gözü ondan baĢqa heç nəyi
görmür, ağlını Allah almıĢ kimi düz onun
üstünə gəlir. Qəfildən ġəmsəddinin
Eldənizliyinə gözü sataĢdı.., – “Bu sənsən?!
Axır ki, gəlib çıxdın... Ġçimdə qarımıĢ
bakirə bir sevgi, yanğı qocalıb çürüyürdü.
Mənim arzularım ölürdü. Bilirdim ki, bəni-
insandan mənə bab biri yer üstündə gəzir.
Amma mənim fərsiz qardaĢlarım səni tapa
bilmirdilər. Çünki, boĢ kafada Ģeytan oynar.
Gəl, gəl mənim xilaskarım, Günortac xilas
oldu!” – deyib qucağını ġəmsəddinə açdı.
ġəmsəddin paltarını soyunanda Rdrit
qorxudan dalın-dalın dəhlizə çıxdı, nalına
tüpürüb dəhlizboyu çapdı və gəlib zəfəran
çölünə çıxdı. Gördüyü mənzərədən gözləri
dörd oldu. Zəfəran çiçəklərini qoxusunu
sinəsinə çəkib ilk nübarını yedi, tızırıqlanıb
sevindiyindən Ģıllaq atdı. Rdrit əsl eĢĢək
cənnətinə düĢmüĢdü. Sevincək qarnını
doyurmağında qalsın, sizə xəbər verim
Məlikməmməddən...
* * *
Məlikməmməd məĢəl yandırıb mağara
boyunca az getdi, çox getdi, əyri-üyrü
dalanlar buruldu, gəlib çıxdı mağaranın
sonuna. Burda iri bir daĢla mağaranın
ağzını qapamıĢdılar. Ġçəriyə zəif gün iĢığı
düĢürdü. Güc-bəla ilə daĢı itələyib çıxdı yer
üzünə. Gün iĢığına alıĢanadək xeyli müddət
gözlərini tutdu. Bir təpənin üstünə çıxıb
Üç aylıq ədəbiyyat dərgisi 91
əlini qaĢının üstünə qoydu. Gördü ki,
uzaqda tozanaqdır. Əldən-heydən
düĢənədək gəlib çıxdı tozanaq yerinə. Baxdı
ki, iki qoĢun girib bir-birinə. HuĢu özündə
olan yaralıdan soruĢdu ki, – “Bu nə
müsibətdir! Kimdir bir-birini qıran? Nə
üstündə qan tökürlər?”. Yaralı dedi ki, –
“Qızıl Arslanın ordusuyla Məhəmməd
Cahan Pəhləvanın arvadı Ġnanc xatun,
Qutluq Ġnancın ordusudur üz-üzə gələn.
Qızıl Arslan xəlifə Nasirin razılığı ilə özünü
sultan elan etmiĢdi. Lakin, sultanlığı uzun
sürmədi; narazı Səlcuq əmirləri sui-qəsd
edib Qızıl Arslanı öldürdülər”.
Məlikməmməd xeyli vaxt həndəvərdə gəzib
çox Ģey öyrəndi. Bildi ki, qardaĢları artıq
dünyada deyillər. Atası taxtdan əl çəkib, nə
dirisindən, nə də ölüsündən xəbər var.
QardaĢı uĢaqları taxt-tac üçün bir-birinin
qanını tökürlər. Gördü ki, Atabəy Əzimin
varisi kimi özünü ələ versə, xəyanətkarlar
onu da aradan götürəcəklər. “Elə ən yaxĢısı
yeraltı dünyadır. BehiĢt dediklər elə bura
olmalıdır. Onsuz da, sarayda məni
sevməzdilər” – birdəfəlik geri dönməyi
qərara aldı. Geri qayıdanda gördü ki,
atabəylər ordusunun azuqəsi olan iri bir
qoyun sürüsü yamacda sahibsiz otlayır.
Çobanın çadırına girdi, gördü ki, buğda
kisələri tığ-tığ düzülüb. Ərinmədi – iri bir
bardamı buğda ilə doldurub atdı dalına,
qoyun sürüsünü də qabağına qatıb
mağaranın qapısına yönəltdi. Qoyunların
hamısını içəri salandan sonra mağaranın
ağzına təzədən bağladı. Artıq bu qayanı
kimsə təkbaĢına qaldırıb aça bilməzdi.
Qoyunu qabağına qatıb Ģəlalədən keçirdi və
zəfəranlığa saldı. Qızlar onu görən kimi
sevincək üstünə yüyürdülər. Hamısı bir-bir
onun yanağından öpür, – “XoĢ gəldin,
ağam hey!” – deyirdilər. Məlikməmməd
bildi ki, onun oğlan olduğunu hamı bilir.
Yeddi gecə bir yataqda gecələdiyi qızlar
tülkü-tülkü gülüb dedilər ki, – “Bəs
bilməzsənmi, bir qadının qəbrə apardığı tək
sirr, bilmədiyi sirrdir. Qadın sirr bilə,
yanındakına deməyə, bağrı çatlar. Sən
olmayalı düĢündük ki, bura əsl cənnətdir,
buranı özümüzə daimi yurd seçək. Hamımız
da sənin halalınıq. Artıq yeyəcək ətimiz,
biçməyə taxılımız da var. BaĢımızda da
sənin kimi ağamız, hamılıqla burda qalaq”
– dedilər.
Qəfildən peyda olan qoçlar sürünü görən
kimi əvvəlcə buynuzlarıyla torpağı göyə
sovurdu, fınxırdı, dırnaqlarıyla yeri
döyəcləyib sürüyə təpildilər. Ġlk həmlədəcə
sürüdəki əlli erkəkdən iyirmisi göyə uçub
yerə düĢənədək havada canlarından oldu.
Qızlar xəncəri qapıb erkəkləri murdar
olmağa qoymadılar. Qoçlar diĢi qoyunların
on beĢinin belinı sındırdılar, qızlar onları da
vaxtında kəsdilər. Sürü qoçların höyürünü
alıb sakit cütləĢməyə baĢlayanda
Məlikməmmədin içi rahatladı, –
“Kəsdiyiniz qoyunları qovurma edin, düz
qırx gün-qırx gecə kef məclisi qurulsun.
Sizə deyəcəklərim var” – dedi. Amma
kiĢnərtiyə döndü və gördüyünə inanmadı.
Rdrit zəfəranlıqda mayallaq aĢa-aĢa hay-
küylə sevinirdi.
Qızlar can verən qoyunları doğrayıb
qazanlara doldurmağa giriĢdilər.
Məlikməmməd isə dostunu səsləyib Rdritin
yanına qaçdı, – “Rdrit, dostum..!”. Rdrit
onu görən kimi ona tərəf tızırıqlandı, –
“QardaĢ..!”. Bir-birinə çatanda toqquĢub
hərəsi bir tərəfə sərildi. Qalxıb bir-birini
duz kimi yaladılar. Rdrit:
– Sən demə biz dost-doğmaca atabir
qardaĢıymıĢıq... Atamız atabəy ġəmsəddin
də burdadır.
– Nə danıĢırsan, hardadır? – həyəcanla
soruĢdu.
92 № 4 (16) QıĢ 2015
– Sənin yerinə olsam, indilikdə onu narahat
etməzdim. Özü eĢiyə çıxanda hər Ģeyi
birlikdə öyrənərik...
Məlikməmməd çobanın çadırından
götürdüyü kiĢi paltarını geydi və qızlara
tapĢırdı ki, quyuya sallanan qəfəsin
kəndirini kəssinlər və dəhlizin giriĢini bək-
bərk hörsünlər.
Altı gün-yeddi gecədən sonra ġəmsəddin
Eldəniz əlindəki alyanaq Ģehli almadan
yeyə-yeyə diĢi divin gərdəyindən çıxıb
zəfəranlağı gəldi. Məlikməmməd onun
qarĢısında diz çöküb əlindən öpdü. Ziyafət
hazırlanmıĢdı. ġəmsəddin Eldəniz acından
ölürdü, iri bir qovurma tiyanını qabağına
qoyub təkbaĢına yedi. Bir boĢqab da
götürüb diĢi divə aparanda, qızlardan biri
dedi ki, – “Bir boĢqabla onun qarnı
doyarmı, sultanım? O bir öynəyə iki insan
yeyərdi”. Atabəy dedi, – “Artıq o, siz
gördüyünüz div deyil, o dünyanın ən
fisunkar gözəlidir. Sizə etdiyi pisliklərə
görə utanır, çölə çıxmaqdan çəkinir”.
ġəmsəddin oğlunu da götürüb sevgilisinin
otağına apardı. Otağa girəndə
Məlikməmməd gözlərinə inanmadı.
Gördüyü diĢi divdən əsər-əlamət
qalmamıĢdı – qaba tükləri tökülmüĢ, qara
dərisi ağarmıĢ, nar məməli, iri yançaqlı,
incə belli, çatma qaĢlı, xırda diĢli, mərmər
sinəli bir nazənin olmuĢdu – deməzdin ki,
bu qız Ģeytanın qızıl tükündən yaranıb.
Atası oğlunu göstərib, – “Oğlumdur, adı
Məlikməmməddir, səltənətimin son
padĢahıdır. Bu gündən ona itaət boynun
borcudur”. Qız Məlikməmmədə baĢ əyib
dedi, – “Sənin oğlun, mənim baĢ tacımdır.
Səltənəti əbədi, ömrü firavan olsun”.
Məlikməmməd gördü ki, arxa otağın qapısı
qırılıb və ġuĢada bitən, oğurlanmıĢ məĢhur
almaların hamısı burdadır. Otağın divarı da
qurğuĢundan olduğu üçün səhər mehinin
soyuğu burda Ģeh salır. Yan otaqların
birindən əcaib-qəraib səs gəldi. Atası gördü
ki, oğlu səsə maraqlanır, onu yan otağa
apardı. Otağın bir küncündə iri bir simurğ
quĢunu cidarlamıĢdılar, axura da zəfəran
çiçəkləri, darçın otu qoymuĢdular. “Bu necə
ola bilər axı..? Bir div necə insana dönə
bilər? Bu quĢ nə gəzir burda? Almaları
Simurq quĢu daĢıyırmıĢ demək...” –
Məlikməmməd gördüklərinə məəttəl
qalmıĢdı. “EĢitməmisənmi, – “KiĢi var,
qadını mum edər, kiĢi də var, arvadı eldə
xar edər” – divdəndönmə qadın ġəmsəddin
Əzəmin qoltuğuna sığındı, – “Sənin div
atan məni divlikdən insanlığa döndərdi” –
ehtirasla atabəyin üzünə gülümsündü.
Ata-oğul divdəndönmə qızın əlindən tutub
zəfəranlığa gətirdilər. ġəmsəddin qızın
adını Səma qoymuĢdu.
* * *
Yeraltı Dünyada nə günəĢ iĢığı, nə də ay
iĢığı vardı deyə, aradan neçə gün, neçə ay,
neçə il keçdiyini bilən yox idi. Həm də
saniyələr xoĢbəxt keçəndə bunun fərqinə
varan da olmur. Bircə onu bilirik ki,
ġəmsəddin hər gün Ģeyli almadan yeyib
Səma Xatunun piĢiyini ağaca dırmaĢdırıb
yetmiĢ kərə balaladanda, hələ
Məlikməmmədin on dörd övladı vardı.
ġəmsəddin alyanaq almadan oğluna da
verəndən sonra aradan heç iki il keçmədi ki,
ġəmsəddinin yüz əlli yeddi övladı vardı,
Məlikməmmədin isə üç yüz qırx dörd
övladı.
Günlərin birində ġəmsəddin hamını baĢına
topladı, – “Əzizlərim, artıq ayrılıq zamanı
yetiĢdi. Xudavəndi-aləm vətənim
Günortacda iĢləri səhmana salıb. Daha
Ģeytanın Ģəltəsi Günortacda iĢləməyəcəkdir,
Ġblisin Günortaca girməsi qadağan olunub.
Günortacda yeni nəsl yetiĢməlidir. Ġblis və
qısır tanrılar Allahın dərgahında zincirə
Üç aylıq ədəbiyyat dərgisi 93
vurulublar. Allah-təala bütün ilahələrə rəhm
etmiĢ və nəsil artırmağa rüsxət vermiĢdir.
Sizlərin hamınızı oğlum Məlikməmmədə
əmanət edirəm. Oğlum, Eldəgizlərin
Sultani-Əzəmi artıq sənsən indi. Ailəni,
sərvətini də götür Yer üzünə çıx və ədaləti
bərqərar eylə. Qorqud Dədəni tap və onun
öyüd-nəsihətlərini dinlə, – ġəmsəddin
qolundakı sultanlıq bilərziyini açıb oğlunun
qoluna bağladı. Oğlunu, nəvələrini,
gəlinlərini bir-bir bağrına basdı. Növbəti
uĢağa boylu olan Səma da onlardan
ayrıldığı üçün qəhərlənmiĢdi. ġəmsəddin
Simurğ quĢunu palanladı, yəhərlədi, div
doğulan övladlarını bir xurcuna, insan
doğulan övladlarını da digər xurcunda
yerbəyer edib Səmanı da tərkinə aldı. QuĢu
dəhmərlədi. QuĢ qanad çalıb havalananda
Məlikməmməd və arvadları göz yaĢını
saxlaya bilmədilər. ġəmsəddinin, – “Allaha
əmanət olun. XoĢbəxt olun. Xudavənd
Günortacla Yer üzünün pərdəsini aralayıb.
Odur ki, daha tez-tez görüĢəcəyik...” – səsi
Ģəlalənin səsinə qarıĢırdı, gözdən itdi...
ġəmsəddin Günortaca köç edəndən sonra
xeyli gecəsiz-gündüzsüz illər ötdü.
Məlikməmmədin arvadları Yer üzünə
çıxmaq istəmirdilər, – “Çıxsaq, fitnə-fəsad
törədəcəyik, aləmi yenə bir-birinə
qatacağıq” – amma beĢ-beĢ, on beĢ-on beĢ
qocalıb dünyadan köçdülər. Di gəl ki,
Məlikməmmədin özü qocalmaq bilmirdi –
elə necə vardısa, o cür də qalmıĢdı. Axırda
Məlikməmməd dul qaldı. Nəvə-nəticəsi,
sürüləri artıb məmləkətində darlıq elədi.
Günlərin birində içi gün üzünü görmək
istədi. Oğlanları ilə köməkləĢib mağaranın
yer üzünə çıxan çıxıĢındakı qayanı yerindən
tərpədib qapını açdılar. Məlikməmməd
Rdriti də götürüb yer üzünə çıxdı. Dərə-
təpə düz getdi, dağlar-dərələr aĢdı, üzünü
günəĢ qovurdu, külək sovurdu, ayaz vurdu,
gördü ki, yer üzünü kol-kos, ot-alaq,
sarmaĢıq basıb. Bir bəni-adəm gözünə
dəymədi. Ġnsan axtara-axtara gəlib çatdı
ġuĢaya. Baxdı ki, ġuĢanın yerləĢdiyi dağ
sarmaĢıq içində iri təpə olub. Cıdır düzünə
çıxıb gecə-gündüz iri tonqal qaladı.
Harayına hay verən olmadı. Geyikdən,
dovĢandan ovlayıb qarnını doyururdu. Ġki
ay idi yeraltı dünyadan çıxdığı. Ġndi də yer
üzündə tək-tənha darıxdı.
Gəlib alyanaq cənnət almasının dibində
dincini almaq istədi. Uzanıb yuxuya getdi.
Rdrit onu dırnağıyla dümsükləyəndə dik
atıldı. Ayılıb gördü ki, qardaĢlığı yerə sinib,
gözünü də bir nöqtəyə zilləyib səssizcə
durub. Rdrit baxan səmtə baxdı. Gördü ki,
bir ay parçası kimi qızdır, ulağa səhəng
yükləyib Ġsa bulağından su doldurur. Qız su
dolu səhəngləri ulağa yükləyib çatını əlinə
alıb bulaqdan gedəndə yerində dikəlmiĢ
Məlikməmmədi gördü. Görən kimi də
yaĢmağını ağzına çəkdi. Rdrit həyacandan
yerə düĢmüĢ almanı gəmirirdi, diĢlərini
qıcaya-qıcaya mırıldanırdı, – “DiĢidir,
vallah, diĢidir! Sən bir gözlərə bax...”.
Birdən ona nə oldusa, gözlərindən qığılcım
çıxdı, top kimi havaya tullandı, ayaqlarını,
nallarını gəmirdi, anqırıb ulağa cumdu.
Ulaq Rdritin qırımından hər Ģeyi anladı və
qorxusundan elə qaçdı ki, səhənglər
palanqarıĢıq yerə düĢdü. Rdrit ulağı
meĢənin içlərinə qovub gözdən itəndən
sonra Məlikməmməd qıza yaxınlaĢdı.
Ədəb-ərkanla salam verib özünü təqdim
etdi. Qız onun qolundakı bilərziyi görcək
bildi ki, o, əsilli-nəsilli adamdır.
Məlikməmmədlə Banuçiçək bir könüldən
min könülə bir-birinə aĢiq oldular, əhd-
peyman bağlayıb tələm-tələsik ər-arvad
oldular.
Rdrit və ulağın səsi dərə-təpədə əks-səda
verirdi. Səsə hardansa Dədə Qorqud peyda
oldu. Qoca, Məlikməmmədi və Banuçiçəyi
görən kimi sevindi, – “Demək bulaqlarımız
94 № 4 (16) QıĢ 2015
qurumadı, soyumuz kəsilmədi..!” – deyib
onların alnından, yanaqlarından öpdü.
Yeraltı dünyadan xəbərdar olandan sonra
uĢaq kimi sevindi. Məlikməmmədin
biləyindəki bilərziyi görəndən, onun kim
olduğunu biləndən sonra köks ötürdü,
Atabəy Əzəm taxtdan gedəndən sonra
Azərbaycanın baĢına gələnləri danıĢdı –
“Qızıl Arslan öləndən sonra Əbu Bəkr taxta
keçdi. Əbu Bəkrin dövründə Cahan
Pəhləvanın oğulları arasında hakimiyyət
davası Eldəgizləri çökdürdü. Qutluq Ġnanc
və Əmiran Ömərin hakim olduqları Ġraq
Əcəm, Ġsfəhan və Rey vilayətləri Eldəgiz
dövlətindən ayrıldı. ÇəkiĢmələrdən
XarəzmĢahlar, Abbasilər, Əyyubi sultanları,
ġirvanĢahlar, gürcü çarları istifadə etdilər.
Sultan Toğrul ona sadiq əmirlərin köməyi
ilə həbsdən azad oldu, Rey, Ġsfahan və
Həmədanda hakimiyyəti ələ keçirdi. Qutluq
Ġnanc Toğrula qarĢı XarəzmĢah TəkəĢdən
yardım istədi. TəkəĢ hücum edərək
Xorasan, Rey və Həmədan vilayətlərini
tutdu. Rey yaxınlığında Toğrul öldürüldü.
XarəzmĢah iĢğal etdiyi vilayətlərin idarəsini
Qutluq Ġnanca tapĢırdı. Lakin, Qutluq Ġnanc
da öldürüldü. Həmədan uğrunda vuruĢmada
XarəzmĢah əmirini məğlub edən Əbu Bəkr
qardaĢı Özbəki oraya hakim təyin etdi. Az
sonra TəkəĢin qoĢunları Həmədanı yenidən
ələ keçirdilər. TəkəĢin ölümündən sonra
Əbu Bəkr Həmədanı geri qaytara bildi.
Marağa hakimi Əlaəddin Ağsonqur, Ġrbil
hakimi Müzəffərəddin Kökburi ilə ittifaq
bağlayaraq Təbrizə hücum etdi. Əbu Bəkr
əmir AytormuĢla hücuma keçərək Marağanı
mühasirəyə aldı. Əlaəddin sülh bağlamağa
və tutduğu yerləri qaytarmağa məcbur oldu;
əvəzində Urmiya Ģəhərini aldı.
Ağsoqurilərin kiçik yaĢlı sonuncu hakimi
öldükdə Əbu Bəkr Rəvandüz qalasından
baĢqa, Marağa vilayətini Eldəgəzlər
dövlətinə qatdı. Əbu Bəkrin vəfatından
sonra qardaĢı Özbək hakimiyyətə keçdi.
Özbək Eldəgizlər dövlətini qoruya bilmədi.
Ordu zəif düĢmüĢdü və monqol qoĢunu
Azərbaycana soxuldu. Monqollar Təbrizi
müdafiə edə biləcəyinə arxayın olmayan
Özbəkdən qiymətli bəxĢiĢlər, ərzaq və pul
alaraq qıĢlamaq üçün Muğanda yerləĢdilər.
Lakin onlar qəfil hücumla əvvəl Marağanı,
sonra isə Ərdəbili tutdular. Monqolların
Təbrizə döndüklərini eĢidən Özbək
Naxçıvana qaçdı. Lakin Ģəhərin rəisi
ġəmsəddin Tuğrarai Təbrizin müdafiəsini
təĢkil etdi. Təbrizlilərin müdafiəyə
hazırlaĢdığın görən monqollar Arrana
döndülər və Beyləqanı dağıtdılar.
Monqolların izlədiyi XarəzmĢah
Məhəmmədin oğlu Cəlaləddin Azərbaycana
hücum edərək Təbrizi mühasirəyə aldı.
Özbək Gəncəyə, sonra isə Əlincəqalaya
qaçdı və orada öldü. BeĢ günlük
müqavimətdən sonra Təbrizi tutan
Cəlaləddin sonralar Eldəgəz dövlətinin
bütün ərazisini ələ keçirdi. Özbəkin
ölümündən sonra bəzi Eldəgiz əmirləri
onun lal oğlu Qızıl Arslan XamuĢu
hakimiyyətə gətirdilər. XamuĢ ölkə üçün
heç nə eləmədi. Daxili çəkiĢmələr, fasiləsiz
düĢmən hücumlardan Eldəgizlər dövləti
suqut etdi... – Dədə Qorqud tələm-tələsik
olub-keçənləri danıĢdıqca, Məlikməmmədi
əsnək tutdu, – “Axırı noldu, dədə? Hanı Yer
üzünün insanları? Kimsə qalmadımı
soyumuzu davam etdirməyə?”.
– Qalmadı, oğul. Aləmlərin Rəbbi Yer
üzünə tufan göndərdi, taun səpdi, hər kəsin
canını aldı, Yeri insansız qoydu. Orda-
burda mağarada gizlənən olubsa, –
Banuçiçəyi göstərdi – bəlkə, onlardan sağ
qalan ola...
– Bəs, Ģahlar-sultanlar səni dinləmədilərmi,
niyə bu qədər qardaĢ qanı axdı, heçmi
durdura bilmədin qardaĢ qırğınını?
Üç aylıq ədəbiyyat dərgisi 95
– Saqqalımı süpürgə elədim Oğuzun
yolunda – dinləmədilər. Zənənlər hökm
etdi, Ģər zəfər çalmıĢdı. Dinləyən olmadı
məni... Allah Yerinə baxanda hər Ģeyi
qatmaqarıĢıq görüb hiddətləndi. Elə bəlalar,
fəlakətlər göndərdi ki, Ģərlə birlikdə xeyiri
də yox elədi. Yer üzündə bəĢər övladı
qalmaz oldu, – Dədə Qorqud yorğun
düĢmüĢdü və danıĢdıqca sinəsi xıĢıldayırdı.
Əsasına söykənib daĢ üstündə oturdu, –
Deyirsən ki, yer altında Atabəy Əzəmin
nəsli yaĢayır, bu çox gözəl oldu. Övladların,
sürülərin, ilxıların qoy yer üzünə hakim
olsun. Tur dağından Qaf dağınadək sənin
olsun. Yeni səltənətinin adı qoy Turan
olsun. Allah sənə yüz qırx il ömür vermiĢ,
ömrün bolluca xoĢbəxt olsun, – dəsmalla
dodaqlarını sildi. Məlikməmməd baxdı ki,
dədənin dəsmalında qan ləkələri var. Dədə
Qorqud da bunu sezdi, – Ey oğul, bil və
agah ol ki, mənim ölüm zamanım yetiĢib.
Allah-taala bu gün mənə köç naməsini
göndərib. Canımı tapĢırmamıĢ, son
nəsihətimi dinlə:
– Zəmanə səni yumĢaltmasın. Hər Ģeyə
ağlının gözlərilə hökm ver. Ən böyük
amalın xalqının xoĢbəxtliyi olsun. Əldə
etdiyin mərifəti övladlarına burax. Sərvət
toplama, övladlarına da sərvət buraxma. Elə
yaĢa ki, pak əcdadlarına layiq olsun,
davamçıların da elə yaĢasınlar. Sənin
valideynələrin böyük və əsl-nəcabətli
olublar. Sən yer üzünü, yeraltı dünyanı,
divlər diyarını birləĢdirən zəncirsən.
Əcdadlarının qədrini bil, onları Ģərəfləndir,
nanəcibliyə yol vermə. Mən gedirəm, sən
də gec-tez arxamca gələcəksən, odur ki,
dayanmadan əbədilik qazan – əbədilik,
fanilikdən yaxĢıdır. Bu dünyanı tarla bil, nə
əksən, onu da biçəcəksən. ÇalıĢ yaxĢılıq elə
ki, qocalanda xeyrini görəsən.
Adam öldürmək pis əqidədir, bilirəm.
Amma, hökmdarsansa, vəzifənlə əqidəni
bir-biriylə boğuĢdurma. Öldürməsən, sənə
qəhrəman deməyəcəklər, adın fərsiz
çıxacaq, vətən xaini olacaqsan. Öldürsən
isə, vicdanın ağrısa da, yalançı qəhrəmanlıq
Ģöhrəti sənin vicdanını üzsə də, xalqın səni
pir deyib tutacaq. Unutma ki, nəyisə
bilənlə, nəyisə bildiyinə inanan arasında
çox fərq var. Birincinin üstünlüyü ondadır
ki, bildiyinin dəlillərinə də sahibdir,
ikincinin isə yalnız gurultusu olur. Küyə,
sərvətə, Ģöhrətə getmə..
Bil ki, dünyada olan, olmayan, ola bilən
hər nə varsa hamısını Adəm oğlu dərk edə
bilər. Ġzafa, ən çox dərk etməli olduğun,
böyük Allahdır. Sən yaradanın yaxĢılıqları
və nemətləri haqqında düĢün, onun özü
barəsində, cəhənnəmi-cənnəti barədə çox
vaxt itirmə. Yol olmayan yerdə yol axtaran
insan yolunu azmağa məhkumdur. ġəriki
olmayan, tək olan yalnız Odur. Biz isə gəldi
gedərik. Ölüm gələndə, onu çox gözlətmə –
mərdi-mərdanə özünü ona təslim et. Çünki
nurani aləmlərə gedən yol, ölümdən keçər...
Məlikməmməd və Dədə Qorqud gün
batanadək dərdləĢdilər, köməkləĢib alma
ağacının dibində məzar qazdılar. Səhər
GünəĢ çıxanda Qorqud Dədə canını
tapĢırdı. Banuçiçəklə Məlikməmməd
köməkləĢib Dədə Qorqudu dəfn elədilər.
Məzarın üstünü təzəcə təpələyib
düzəltmiĢdilər, oturub dinclərini almaq
istəyirdilər, gördülər ki, boyu iki insan
boyda bir kiĢi qarĢı təpəni aĢıb gəlir.
Gözlədilər. KiĢinin əynində paltar yox idi –
lüt-üryan idi. Banuçiçək utandığından
üzünü çüvirib bulaq baĢına getdi. KiĢi ədəb-
ərkanla salam verib Məlikməmmədin əlini
sıxdı, – “Axır ki, bir bəni-adəmə rast
gəldim. Adın nədir?”. “Məlikməmməd. Bəs
sən kimsən?”.
– Ġkinci Adəm.
96 № 4 (16) QıĢ 2015
Məlikməmməd elə bildi ki, kiĢi onu
dolayıb. Ġstədi ağır cavab qaytarsın, bir də
baxdı ki, əks təpəni də bir füsunkar gözəl
aĢıb qaça-qaça onlara tərəf gəlir, – “Bu da
Həvva olar...” – dedi.
– Yox, mənim qabırğamdan olana oxĢamır,
Həvva deyil, – Adəm gözlərini qıyıb baxdı,
– BaĢqa qadındır...
Qadın hövlnak çatan kimi soruĢdu, – YaĢlı
bir kiĢi görməmisiniz? Adı Qorquddur.
Məlikməmməd məzarı göstərdi, – “Elə bir
az bundan qabaq Allahın rəhmətinə
qovuĢdu”. Qadın bunu eĢitmiĢdi, elə nalə
çəkdi ki, göydən üç alma düĢdü. Adəm
almalardan birini götürdü, qadından
soruĢdu, – “Deməzsiniz, kimsiniz?”.
– Adım Heradır, ölümsüz Zevsin bacısı...
Adəm:
– Bəs onda Həvva hanı?
Hera:
– Ġblislə zina etdiyinə görə Allah-təala onu
toza çevirib Yerə səpdi. Hera:
Məlikməmməd:
– Bəs Ġblis?
– Günortacın öküzbaĢlı mələkləri Ġblisi o ki
var əziĢdirib Ģikəst elədilər, gözünün birini
çıxarıb Xudavəndə təslim etdilər.
Qadının gözəlliyindən matı-qutu qurumuĢ,
huĢu baĢından çıxmıĢ Adəm almanı
gəmirdi, birini də götürüb Heraya verdi.
Hera deyəsən acından ölürdü – o da ağına-
bozuna baxmadan almanı diĢlədi.
Məlikməmməd Banuçiçəyi səslədi.
Banuçiçək gələn kimi arvadının qulağına
pıçıldadı ki, – “Burda toz-duman ərĢə
qalxmamıĢ gəl aradan çıxaq” – arvadının
əlindən tutub yeraltı dünyaya qayıtdı ki,
sülaləsini, sürülərini iĢıqlı dünyaya çıxarsın.
Rdrit hövlnak özünü yetirib üçüncü almanın
yarısını diĢlədi, – “QardaĢ, mən getmirəm,
burda qalıram” – diĢlərini Məlikməmmədə
ağartdı.
Adəmlə Hera qayalığa cumdular, Rdrit
özünü təzədən meĢəliyə təpdi.
Almadan qaldı bir dilim, onu da...
dəyməyin, onu da qoyun mən yeyim!
22 may – 23 sentyabr 2015
B
İ
Z
İ
O
X
U
Y
U
R
L
A
R
Üç aylıq ədəbiyyat dərgisi 97
HEKAYƏ
GUŞƏMİZ ƏKRƏM
ƏYLİSLİ
SAFSAR Dünyada elə Ģeylər var ki, onları göz
görmür, ürək görür.Bunu hekayəmizin
qəhrəmanı QubuĢ hələ heç məktəbə
getməmiĢdən bilirdi.
1
QubuĢun yuxuda gördüyü göy üzündə
ulduz parıltısından göz qamaĢırdı. Hələ lap
uĢaq olduğu zamanlarda (yayın qızmar
istilərində) evlərinin torpaq damında,
nənəsinin yanında, yumĢaq yorğan-döĢəkdə
uzanıb, göydəki ulduzlara tamaĢa etməkdən
doymayan QubuĢ heç o vaxt da göy üzünü
bu qədər ulduzlu, bu təhər iĢıqlı
görməmiĢdi.Sonra, nə oldusa, ulduzlar
birdən-birə söndü. Dünyanın var iĢığı
büsbütün çəkilib getdi. Göy üzü qəfildən
qapqara qaralıb, Bətulənin hər gün çörək
biĢirdiyi sacın altına döndü. Göy üzündəki
o qatı qaranlığın orada həmiĢəlik qalacağını
düĢünüb, bundan dəhĢətə gələn QubuĢ
qəfildən yuxudan ayılıb, gözlərini açdı. Ay
batmıĢdı. Ancaq QubuĢun yuxuda gördüyü
göy üzünün o qatı qaranlığından sonra otaq
o biri gecələrdə olduğundan xeyli iĢıqlı
görünürdü. Evin havası soyumuĢdu. Bətulə
öz çarpayısında bərk-bərk yorğana bürünüb
yatırdı.
Pis yuxu görsə də, görməsə də, çoxdan
bəriydi ki, QubuĢ gecənin bir vədəsi həmiĢə
yuxudan ayılırdı. Durub, eĢikdə gəzinib,
qayıdıb təzədən yatağa uzanırdı.
Gündüzlər gün iĢığında gördüyü kənd
gecələr – ulduzlu göyün altında – QubuĢa
həmiĢəki kimi yox, sanki o kəndlə heç bir
əlaqəsi olmayan ayrıca bir dünya kimi
görünürdü: kənddən xeyli uzaqda, kənddən
xeyli ucada!..
Gündüzkü kənd hamınınkıydı, gecəki
kənd isə - yalnız QubuĢunku... Və gecələr
tək-tənha həyətdə gəzinəndə dünya
QubuĢun nəzərində daha geniĢ, daha sehrli
və cazibədar olurdu. Hətta Allahın varlığına
da gecələr həyətdə tək gəzəndə QubuĢ daha
çox inanırdı və bu inam QubuĢun qəlbinə-
ruhuna bir qəribə sevinc, rahatlıq gətirirdi.
Ġlin yay aylarında, baĢqa vaxtlara
baxmıĢ, kənddə adam daha çox olurdu.
MaĢın səsi, insan səsi... Bakıya, Moskvaya
çörək dalınca gedənlərin övlad-uĢağının
səs-küyü bəzən gecələr də küçələrdən,
həyət-bacadan kəsilmirdi.
Ġndi payız idi.
Noyabr ayının son günləriydi. Özgə illər
soyuq düĢən kimi qapı-pəncərəsini
bağlayıb, Ģəhərdə qıĢlamağa gedənlərin bir
qismi hələ kənddə idi. Çünki belə payız bu
kənddə çoxdan olmamıĢdı: dumansız-
çiskinsiz, qarsız-yağıĢsız...
Gecələr bir az soyuq olsa da, gündüzün
günəĢinin istisi bütün günü çöl-bayırda,
həyət-bacada yola vermək üçün hamıya bəs
eləyirdi. Buna görə də, sobasını qalamağı,
baĢmağını palçığa batırmağı gözləmədən,
əvvəldən əl-ayağa düĢüb, kəndi tərk
98 № 4 (16) QıĢ 2015
etməyən mövsüm Ģəhərlilərinin kənddə
qalanı hələ kənddən getməyə tələsmirdi. Bir
azdan iĢıqsız qalacaq bir neçə evin bir
lampalıq gecə iĢığı o evlərin eyvanında hələ
ki, səhər açılanacan yanırdı.
Həyətə çıxan kimi, yenə QubuĢ gözlərini
Sonanın evi səmtə zilləyib, o evin
eyvanında yanan tək lampanın zəif iĢığına
xeyli vaxt yuxulu-yuxulu tamaĢa elədi.
Sona buralı deyildi. Gəlmə idi. Gəlib
burda özündən azı 30 yaĢ böyük bir kiĢiyə
arvad olmuĢdu. Buranın adamına bir az
alıĢandan sonra özü öz dililə hər yerdə
deyirdi ki, mən öz kəndimdə 2 dəfə ərdə
olmuĢam, uĢağım olmadığına görə ərlərim
evdən qovub məni. Deyirdi, 2 ərdən sonra
öz kəndimdə məni kim alacaqdı. Evdə qalıb
qarımaqdansa, dedim, qoca olsun, Ģikəst
olsun – mənim də ərim olsun.
Sonanı o eyvanda QubuĢ ilk dəfə azı 20
il bundan əvvəl görmüĢdü. Görən kimi
ürəyi yerindən oynamıĢdı. Bir qəribə -
sehrli, Ģirin istək içini bir aləm isitmiĢdi,
qəlbinə bir dünya iĢıq salmıĢdı.
Onda QubuĢun yaĢı 50-dən bir az çox
olardı. Ġndi yaĢı 70-i keçmiĢdi. O zamandan
bəri bu dünyada nələr olmamıĢdı!..
QubuĢun baĢqa kənddə ərdə olan qızı
Leyla, hələ heç, bir uĢaq da doğmamıĢ
çarəsiz azara tutulub, cavan ikən dünyadan
köçmüĢdü.
Bakıda rəssamlıq məktəbini bitirən oğlu
Fərəc, gedib Səmərqənddə 2 il din dərsi
keçəndən sonra, rəssamlığı buraxıb,
məsciddə mollalığa baĢlamıĢdı. Kolxoz
ləğv olunmuĢdu.
Sonanın bir vaxt kolxozun at fermasına
baxan əri Müslüm iĢsiz-gücsüz qalıb, gündə
3-4 “paçka” siqaret çəkməkdən sinəgir
xəstəliyinə tutulmuĢdu.
Müslümün əvvəlki arvadı ölmüĢdü.
Onun uzaq kəndlərin birində ərdə olan
qızı Xədicənin elə özü yaĢda Sonanı gətirib
atasına arvad eləməyindən heç 1 il də
keçməmiĢ, Allahın iĢinə bax ki, öz
kəndində 2 dəfə ərdə olub uĢaq doğmayan
Sona sinəgir xəstəsi qoca Müslümdən bir
sapsağlam uĢaq doğub, ana olmuĢdu.
Ġndi nə o uĢaq qalırdı, nə Sonanın
əvvəlki Ģuxluğu, gözəlliyi qalmıĢdı. Ancaq
neynəmək olar ki, Sonanı ilk dəfə görəndə
ürəyini yerindən oynadan o Ģirin, sehrli
istək QubuĢun ürəyinin baĢında hələ də
yurd salıb yaĢayırdı.
QubuĢun bu istəyi (hələ Müslümün
sağlığında) bir dəfə az qala baĢ tutacaqdı.
O gün Müslüm kənddə yox idi.
Kolxozun at ferması əlindən çıxandan sonra
gedib hardansa bir körpə qulun tapıb
gətirib, öz evində bəsləyib-böyüdüb, adını
“Qırat” qoyduğu kəhər atına minib,
Sonadan olan 6-7 yaĢlı Aslanla birgə, uzaq
kənddə qızı Xədicəyə baĢ çəkməyə
getmiĢdi. Sona evdə tək qalmıĢdı.
QubuĢ qapını aralayıb, ehmalca həyətə
baxdı. Gördü ki, Sona eyvanın qabağındakı
əriyin kölgəsiindəə quruca torpağın üstündə
uzanıb yatır. Hələ QubuĢ ağacın yanına
çatmamıĢ, Sona duyuq düĢüb, gözlərini
açdı. Dikəlib, əriyin gövdəsinə söykənib,
hayıl-mayıl QubuĢa baxdı. Və gülümsədi.
Və elə gülümsədi ki, QubuĢun qəlbinə bir
dünya sevgi doldu, canına görünməmiĢ
qüvvət, gözlərinə olmayan iĢıq gəldi. QubuĢ
baĢa düĢdü ki, Sonanın da ondan gizli
umacağı varmıĢ. Ancaq ürəyində çoxdan
gəzdirdiyi o istəyin əsl dadını görmək, sən
demə, QubuĢun qismətinə yazılmamıĢdı. O
gün QubuĢ evdən çıxanda onun hara
getdiyini anası Xavər arvad Allah bilir ki,
hardan və necə bilmiĢdi.
Sonanın hasarının dalında əvvəl belin
dəmir ağızlığının qulaq deĢən cingiltisi,
çaqqıltısı gəldi: guya arvad evdən bel
gətirib, oradakı su arxının daĢ-çınqılını
təmizləyirdi. Ancaq bu Ģeytani əməldən
Üç aylıq ədəbiyyat dərgisi 99
sonra da arvadın ürəyi soyumadı. QubuĢun
kefinə soğan doğramaq üçün əvvəldən
ürəyində tutduğu bəd niyyəti axıracan iĢə
keçirməkdən ötrü, o arxın daĢ-çınqılını
“təmizləyəndən” sonra qarı qayıdıb Sonanın
həyət qapısının dalında elə bir bədheybət
“öhe-öhe” saldı ki, gündə 3-4 “paçka”
“Pamir” çəkən Müslümün öskürməyi o
“öhe-öhe”nin yanında yalan oldu.
Sona iĢin nə yerdə olduğunu anlayıb,
qaçıb evə dürtüldü. Çoxdan gözlədiyi qadın
ləzzətindən əli üzülən QubuĢ o əriyin
dibində bir müddət tərpənməz dayanıb,
sonra kor-peĢman evə qayıtdı.
-A qırıĢmal! A qırıĢmal!
QubuĢ darvaza qapısından içəri girər-
girməz qarı uzaqdan-uzağa belə baĢladı.
O gündən sonra QubuĢ bu sözləri anasının
dilindən tez-tez eĢitdi. Ancaq qarı bu
məsələni heç vaxt açıb-ağartmadı. Bətulə
isə nə qədər qəribə olsa da, QubuĢun
ürəyində belə bir istək olduğunu heç vaxt
ağlına gətirmədi.
2
Sonra Sonanın qara günləri baĢlandı.
Aprelin əvvəlində əskər gedən oğlu Aslanın
mayın axırlarında oradan ölüsü gəldi.
Sonanın saçları bir gecədə ağardı. Əvvəlki
Ģən səsi, xoĢ rəftarı gözgörə yoxa çıxdı.
Gözlərinin ürəyi yerindən oynadan odu-
alovu həmiĢəlik sönüb getdi.
Gecələr ağı deyib ağlayırdı. Gündüzlər,
hələ gün çıxmamıĢ, qəbiristanlığa yol
döyürdü və oğlunun ölümünə əri Müslümün
bais olduğunu yolda rastına çıxan hər kəsə
yana-yana danıĢıb, ürəyini boĢaldırdı:
- Axı mən demiĢdim ona. O goru
çatdamıĢa min dəfə demiĢdim ki, bu
uĢaqdan əskər olmaz. Evdə nə var apar sat,
demiĢdim, əskərlikdən saxla uĢağı – ha
çoxdu aparıb pul verib uĢağına xəstəlik
kağızı düzəldən. Nə olsun ki, mənim
uĢağım da xəstə deyil, axı bu o uĢaqlardan
deyil ki, gedib orda əskər kimi əskərlik
eləsin. Ona kim deyə bilər ki, bu iĢi elə
görmə, belə gör. Orda hansı qamandir ona
əmr verib, iĢ buyura bilər. Axı sən bu uĢağı
elə böyütməmisən ki, dil qansın, söz eĢitsin.
UĢağın hər dediyini eləmisən. Hələ məktəbə
getməmiĢ, uĢağa at çapmağı öyrətmisən.
Qoca kaftar eĢitmədi mən deyəni. Ağzımı
açan kimi həmiĢə vurdu ağzımdan. Gündə
üç “paçka” siqaret çəkməkdən savayı
əlindən bir qara qəpiklik iĢ gəlmirdi mürtəd
köpəyoğlunun. Bircə yekə-yekə danıĢmağı
bacarırdı: “Mən oğlumun adını Aslan
qoymuĢam, tülkü qoymamıĢam ki, Vətənin
dar günündə qaçıb kol dibinə soxulsun”.
Elə bunu əzbərləmiĢdi, ayrı söz tapmırdı
deməyə...
Sona desə də, deməsə də, Aslanın öz
əskərliyini axıracan baĢa vurub sağ-salamat
evə qayıdacağına inanmayan, kənddə
Sonadan baĢqa da, nə qədər desən adam
vardı. Ancaq inananlar da vardı ki, Aslanın
əskərlikdə “burnu ovulacaq”, əhilləĢib-
ağıllanıb, “adam kimi” kəndə qayıdacaq.
Çünki Aslan doğrudan da uĢaq deyildi,
bütün kənd üçün böyük bəlaydı. Kənddə
Aslanın cırnadıb-ağlatmadığı uĢaq,
qorxudub-hürkütmədiyi ağsaqqal, ağbirçək
qalmamıĢdı. Nə qorxurdu, nə həya eləyirdi.
Qoluzorba kiĢilərin üstünə at sürürdü. Atı
yeniĢə-yoxuĢa çapa-çapa əl uzadıb qız-
gəlinin yaylığını baĢından açıb, bayraq kimi
havada yelləyirdi.
Bəlkə bir ildən də çox Sona, qıĢın
Ģaxtasına, yayın istisinə baxmadan, hər gün
qəbiristanlığa yol döyüb, oğlunun məzarı
baĢında səhərdən axĢamacan ağı deyib
ağladı. Sonra bir müddət evdən-eĢiyə
çıxmadı. Sonra çıxdı, ancaq nə bir kəsə bir
kəlmə söz dedi, nə bir kəsin qapısını açdı.
100 № 4 (16) QıĢ 2015
Ġndi Sona nisbətən özünə gəlmiĢdi. Əl-
ayağı iĢə alıĢmıĢdı, rəngi-ruhu xeyli
durulmuĢdu. Həyətdə saxladığı toyuq-
cücəyə baxırdı. Bağını-bostanını suvarırdı.
Ağacının meyvəsini qurudurdu. Əkdiyi
tərəvəzə, göy-göyərtiyə qulluq eləyirdi.
Ancaq təklik, deyəsən, bezdirmiĢdi yazığı.
Bətulə bu günlərdə kimdənsə eĢitmiĢdi ki,
bu qıĢ Sona da kənddə qalmayacaq, 5-10
günə yığıĢıb, Bakıda ərdə olan bacısının
yanına gedəcək. Və indi, nə yaxĢı ki,
Sonanın iĢığı o eyvanda yanırdı. Demək,
Sona hələ ki, kənddə idi.
Havaların xoĢ keçməsi hesabına
sakinləri hələ köçüb Ģəhərə getməmiĢ o biri
evlərin də eyvanında iĢıq yanırdı və gecə o
qədər qaranlıq gecəydi ki, aylı gecələrdə
uzaqdan zorla sezilən hər lampadan sanki 5
lampanın iĢığı gəlirdi.
Həyətdə səssizlikdən qulaq batırdı.
Gecənin qatı zülməti kənddəki səssizliyə,
sakitliyə qarıĢıb dünyanı bir ölümcül sükuta
qərq eləmiĢdi. QubuĢun göz açıb dünyanı
gördüyü uzaq əyyamlardan bəri yay-qıĢ bu
həyətdəki cevizin uca budaqlarının arasında
yatan qoca qarğa arabir yuxudan ayılıb,
qanadlarını tərpədib, yerini rahatlayırdı. Bir
də həyətin hələlik ən mötəbər sakini –
qovurmalıq kök toğlu, QubuĢun iyini alıb
divarın dibindəki dəmir torun dalında
hərdənbir fınxırıb təpik döyürdü.
Və o zülmətdən, sükutdan qəfil
hoflanan QubuĢ qayıdıb təzədən yerinə
uzandı.
3
Son 20-30 ildə kəndin cavanları biri-
birinin dalınca kəndi atıb getməyə
baĢlamıĢdı. Bakının, Moskvanın dükan-
bazarında və Rusiyanın baĢqa Ģəhərlərində
iĢ tapıb məskunlaĢanlar özlərinin qohum-
əqrabalarını da yavaĢ-yavaĢ Ģirnikdirib öz
yanlarına aparmıĢdılar. Əhalinin yarıdan
çoxu kənddən çıxmıĢdı. Gedənlərin bir
qismi heç yayda da kəndə ayaq basmırdı.
Və QubuĢ qorxurdu ki, vaxt gələcək – bu
kənddə insan naminə kimsə qalmayacaq.
Xüsusən son bir-iki ildə bu qorxu QubuĢu
bərk yaxalamıĢdı. Bəlkə də buna görəydi ki,
QubuĢ son vaxtlar hər gecə biri o birindən
dəhĢətli yuxular görürdü.
Gah görürdü ki, kəndi sel-su basıb,
bütün kəndin adamı, uĢaqlı-böyüklü
boğulub, suyun üzündə qalıb. Gah QubuĢun
yuxularında kəndin insanı, quĢu, heyvanı
tamam yoxa çıxırdı. Təkcə o dağlar qalırdı
və öz dillərində xısın-xısın pıçıldaĢa-
pıçıldaĢa kəndin sonrakı aqibəti barədə
qorxunc sözlər deyirdilər.
Bu gecə də həyətdən qayıdıb, təzədən
yatağa uzanan QubuĢ, gözlərini yumar-
yummaz, elə bir dəhĢətli yuxu gördü ki,
dünyanın ən qorxunc nağıllarında da bu
boyda dəhĢəti deyib eĢidən olmamıĢdı.
Kimsəsiz kənd. GünəĢsiz gün. Səhərin
lap erkən çağıydı. Və səhərin o erkən çağı
saya-hesaba gəlməyən bir sürü safsar sıra
ilə biri-birinin arxasınca düzülüb, kəndin
lap ətəyindən yavaĢ-yavaĢ kəndin içinə
doğru gəlirdi. Məqsədləri, niyyətləri də
məlum idi: safsarlar, 4-5 ay bundan əvvəl,
kəndin meydanında amansız iĢgəncə ilə
qətlə yetirilən və QubuĢu hələ də rahat
yatmağa qoymayan safsar soydaĢlarının
qisasını adamlardan almağa gəlirdilər. Və
bir azdan kənddə elə bir dəhĢətli hadisə baĢ
verəcəkdi ki, o safsarın baĢına gətirilən
görülməmiĢ müsibət bu dəhĢətin yanında
yalan olacaqdı.
Və adamlardan qisas almağa gələn
qorxunc safsar qoĢunu hələ gəlib kəndin
içinə yetiĢməmiĢ QubuĢ bir xeyli baĢqa
safsarın hardansa həyətə dürtülüb, təzəcə
boğduqları toğlunun cəmdəyini boğuĢa-
boğuĢa didib gəmirdiklərini gördü. Bir
Üç aylıq ədəbiyyat dərgisi 101
safsar kənarda, qapının ağzında tək
dayanıb, qan basmıĢ qıpqırmızı gözlərini
eyvanın qabağını süpürən Bətuləyə zilləyib,
ona qəfil hücum etmək üçün fürsət
gözləyirdi.
Bətuləninsə heç nədən xəbəri yox idi.
Arvadını safsarın caynağından
qurtarmaq üçün QubuĢun çağırmağa səsi,
tərpənməyə zoru çatmadı. Və bu vaxt
yuxudan ayılıb hər Ģeyin öz yerində
olduğunu görən QubuĢ sevinə-sevinə həyətə
çıxdı.
Eyvanın altında Bətulə sacda çörək
biĢirirdi. Toğlu Bətulənin didib qabağına
tökdüyü payızlıq qart yoncanı didib-biçib
yeyirdi. GünəĢ – öz yerində. Göy - öz
yerində. Hətta QubuĢun 3 ay əvvəl , 91
yaĢında o dünyaya köçən anası Xavərin səsi
də bu dünyada hələ qalırdı:
- A qırıĢmal! A qırıĢmal!
Hər gün hamıdan tez durub, eyvanda
lövbər salan anası, pəl vurub baĢ tutmağa
qoymadığı o əhvalatdan sonra QubuĢu hər
səhər bu sözlərlə qarĢılayırdı.
Qarı özünü inandırmıĢdı ki, gecə QubuĢ
boĢ-boĢuna həyətə çıxmır, arvadını yuxuya
verib, Sonanın yanına kefə gedir.
– Bütün günü o heyvandan əl çəkmirsən
– Bətulə, uzaqdan-uzağa, eyvandan xeyli
aralıda, toğlunun yanında durmuĢ QubuĢa
dedi. – Neçə vaxtdı meydana-zada da
çıxmırsan. Çıx bir gəz-dolan da, nə olar. Bir
dənə də çörək alıb gətirərsən. Hər gün sac
çörəyi yeməkdən qarın-qursağımız daralıb.
- QubuĢ arvadına yaxınlaĢdı və ocağın
üstündəki saca baxan kimi gecə yuxuda
gördüyü (sac altına bənzəyən) zilqara göy
üzü QubuĢun yadına düĢdü. – Gedib kimi
görəcəm o meydanda? – QubuĢ dumduru,
heyrətamiz dərəcədə iĢıqlı göy üzünə baxa-
baxa dedi. – Yurist Yunusu görəcəyəm?
Mən onu adam bilirdim. O safsar
əhvalatından sonra o da tamam gözümdən
düĢdü. Düz iĢ görmədi də, insafsızlıq elədi.
O heyvan kimə neynəmiĢdi ki, ona o boyda
zülm elədilər?
- Yunus pis adam deyil. Hamının xeyir-
Ģərinə yarayandı. Yunusu bəhanə eləmə.
Sən o gün qorxmusan orda, boynuna
almırsan. Elə qorxduğun üçün də day o
meydana çıxmırsan. – Bətulə gülə-gülə
dedi. – Elə uĢaqlıqda da, deyirlər, yaman
qorxaq olmusan.
– Onu kim deyib sənə?
– Kim deyəcək elə öz anan deyib.
Rəhmətlik, sən evdə olmayanda, mənə tez-
tez sənin uĢaq vaxtlarından danıĢırdı.
Yaman qorxağıydı, deyirdi. Göy
guruldayanda, ildırım çaxanda qaçıb evdə
gizlənirmiĢsən. Uzaqda it hürəndə ayağını
yerə döyüb ağlayırmıĢsan: “Ana, ana, al
məni qucağına, indicə o it gəlib tutacaq
məni”. – Bətulə Ģaqqanaq çəkib güldü. –
Hələ bir qəribə əməlin də varmıĢ: bir yerdə
qarıĢqa yuvası görəndə oturub günuzunu
baxırmıĢsan. Çağıran olmasa heç çörək
yemək də yadına düĢmürmüĢ. Rəhmətlik
deyirdi ki, mən bu QubuĢ kimi
adamayovuĢmaz uĢaq görməmiĢdim. Ġndi
də o xasiyyətində qalmısan.
Anası düz demiĢdi. O vaxt doğrudan da
QubuĢ adamlardan uzaq olmağı xoĢlayırdı.
Çünki onların nə istədiyini, nədən hirsli-
hikkəli olduğunu, nəyə görə deyinib-
dalaĢdığını heç cür anlaya bilmirdi. Bir də,
əslinə qalsa, o zaman o adamlar QubuĢa heç
lazım da deyildi. O vaxt dünyada
adamlardan savayı da çox Ģey vardı və o
Ģeylərin hamısı QubuĢunku idi! Dünyanın
dağı-daĢı, çayı-çeĢməsi... Kəpənəyi, quĢu,
qarıĢqası... Yazda arxların kənarında bitən
yarpız, bənövĢə. Yayda ağaclarda yetiĢən
hər cür meyvə... Dağların dumduru səhər
rəngi. AxĢamın sərin mehi. Gecənin ayı,
ulduzu... Əgər o doğrudan da bir qarıĢqa
yuvasının yanında oturub, yuvasına dən
102 № 4 (16) QıĢ 2015
daĢıyan qarıĢqalara saatlarla tamaĢa
eləməkdən zövq ala bilirdisə, QubuĢ
neynirdi ki, adamları! Doğrudur o vaxtdan
bəri dünya da, adamlar da çox dəyiĢmiĢdi.
DəyiĢməyən bircə buydu ki, adamların bir
çox əməllərindən QubuĢ hələ də baĢ çıxara
bilmirdi.
– O safsarı Yurist Yunus hardan
tutmuĢdu ki? – Bətulə QubuĢun dərin
xəyala getdiyini görüb, ucadan soruĢdu.
– Nə bilim hardan tutmuĢdu! – QubuĢ
könülsüz-həvəssiz cavab verdi.
Gecə həyətdən qayıdıb, təzədən yatağa
uzanandan sonra, səhərə yaxın yuxuda
gördüyü bir qoĢun safsar sürüsünü və hələ o
qoĢundan da savayı, haradansa həyətə
soxulub, toğlunun qarnını sökən, kəlləsini
gəmirən o biri safsarları və qapının ağzında
tək dayanıb, qan basmıĢ qıpqırmızı
gözlərini Bətuləyə zilləyən o dəhĢətli
heyvanı yadına saldı.
O heyvanın qan basmıĢ gözləri Yunusun
çöldən tutub gətirib, meydanda tamaĢasını
çıxartdığı o safsarın gözlərinə yaman
oxĢayırdı. Onun didilmiĢ dərisi, sınmıĢ
qabırğaları, qanı axan əti-canı, baĢı-ayağı
bundan sonra 100 il də yaĢasa, QubuĢun
yadından heç vaxt çıxmayacaqdı.
O gün o meydana yığıĢanlar o safsarın
diĢlərini qırdılar, kəlləsini əzdilər, nəfəsini
kəsdilər və hələ bu da azmıĢ kimi, üstünə
neft töküb yandırdılar. Sonra gülə-gülə,
sevinə-sevinə dağılıĢıb evlərinə getdilər. Və
o gün, dükandan çörək almaq üçün 5-10
dəqiqəliyə evdən çıxan QubuĢ, o dəhĢəti
görəndən sonra, dükandan çörək almağı da
unutdu. Bütün günü çöl-biyabanı dəli kimi
dolanıb, bir də axĢam qaĢ qaralanda evə
qayıtdı.
O əhvalat yayın ortalarında olmuĢdu və
ondan sonra QubuĢ o meydandan elə
iyrənmiĢdi ki, ora bir dəfə də ayaq
basmamıĢdı.
– O toğlunu niyə kəsmirsən? Saxlayıb
damazlıq eləyəcəksən? – Bunu Bətulə
təzəcə yumurta yağa saldığı tavanı gətirib
ərinin qabağına qoyandan sonra dedi. –
Qaynanam, yazıq arvad elə hey ət deyə-
deyə getdi.
– Kimə kəsdirim, day heç qəssab da
qalmayıb bu kənddə.
– Neçə vaxtdı gedib arvadın qəbrinə də
baĢ çəkmirsən. Mən hər cümə axĢamı
gedirəm. Elin adətidi, mərhumun ili
bitənəcən gərək gedəsən. – Bətulə ah çəkib,
bir müddət darvazaya baxa-baxa qaldı. –
Gördün də Fərəc bu il də gəlmədi.
– Yəqin baĢı mollalığa bərk qarıĢıb. Bu
da gedib özünə sənət tapdı. – befərəsət
köpəyoğlu. Gül kimi rəssamlığı buraxıb,
gedib mollalıqdan yapıĢdı.
– Neynəsin, indi rəssamdan da,
müəllimdən də molla hörmətlidi. –
Ömrünün 40 ildən çoxunu kənddə
müəllimlik eləmiĢ Bətulə bu sözləri xüsusi
yanğı ilə dedi. – Rəssam olanda nə olar,
yazıq uĢaq Bakıda 5 il bekar qaldı.
Rəhmətlik qaynanam deyərdi ki, bekar
adamın baĢında cin-Ģeytan yuva salar.
– Düz deyirsən, elə bu kənddə də çox
adamın baĢında cin-Ģeytan yuva salıb. Allah
da görüb bunu, kənddən birdəfəlik üz
döndərib. Ona görə də kənd ölüb bu saat,
bircə fatihə verəni yoxdu. Biz bu kəndin
diri vaxtlarını da görmüĢük axı. Yaz
açılandan qar düĢənəcən hamı çöl-
bayırdaydı: bel belləyən kim, su suvaran
kim... Zəmilərin taxılını biçib qurtarmaq
olmurdu, bağ-bostanın mer-meyvəsini
yığıb-yığıĢdırmaq olmurdu. Kəndin öz
taxılı, öz dəyirmanı... Ġndi nə oldu bəs
adamlara? Kənddə 7-8 kiĢi qalıb, onların da
iĢi-gücü o meydanda səhər-axĢam
çərənçilik eləməkdi.
Kəndin meydanına yığıĢanların
əksəriyyəti QubuĢun tay-tuĢlarıydı. Bir vaxt
Üç aylıq ədəbiyyat dərgisi 103
bir yerdə aĢıq oynamıĢdılar. Məktəbə,
kolxoz iĢinə bir yerdə getmiĢdilər. Ġndi o
məktəb də, o kolxoz da – bütün olub-
keçənlər QubuĢun tay-tuĢlarının
yaddaĢından, nə ki var silinib-getmiĢdi. O
adamlar indi o meydana da oturub adam
kimi söhbət eləməyə gəlmirdilər, biri-
birinin qabağında qozlanmağa, forslanmağa
gəlirdilər. Əyinlərində - qara kostyum,
ciblərində - mobil telefon. Telefonlarına
zəng gələndə tez bir tərəfə çəkilib, kənarda
xısınlaĢıb, yenə qozlana-qozlana öz
yerlərinə qayıdırdılar. Ona görə ki, o zəng
Moskvadan gəlirdi. Ona görə ki,
Moskvadan zəng eləyən o adam orada yaxĢı
pul qazanırdı. Heç birinin vecinə də deyildi
ki, uĢağı o pulu qazanmaq üçün Moskvanın
dükan-bazarında hansı əməllərdən çıxıb,
hansı Ģeytana papıĢ tikir. Öz torpağını
becərib, halal çörək yeməyi, qocalı-cavanlı,
hamı unutmuĢdu. Ġnsanlar müftəxorluğa
yaman öyrəĢmiĢdi. Bel belləməyi, su
suvarmağı, öz mülkündə özü üçün kartof-
soğan əkməyi də bəziləri özünə ar bilirdi.
Özü xərrat idi QubuĢun – atasının
sənətini iĢlədirdi. Kənddəki əksər evlərin
qapı-pəncərəsi onun əlinin iĢiydi. Ġndi
kənddə ev tikən, QubuĢa iĢ verən yox idi.
Ancaq QubuĢ heç vaxt bekar durmurdu.
Bağ-bağçada, həyət-bacada həmiĢə özünə iĢ
tapırdı. Bir iĢi olmayanda da oturub
oxlovdan, vərdənədən, çörək taxtasından-
zaddan bir lazımlı Ģey qayırıb,
eləcə - pulsuz-pənəsiz qonum-qonĢuya
bağıĢlayırdı.
4
O gün, günortadan sonra, qəbir üstə
gedəndə QubuĢ istər-istəməz o meydandan
keçəsi oldu. Çünki kəndin qəbiristanlığına
getməyə ayrı yol yox idi. QubuĢ həm
anasının qəbrini ziyarət etmək istəyirdi,
həm də ümid eləyirdi ki, orada Sonaya rast
gələ bilər.
Yolda bir adam da rastına çıxmadı,
ancaq QubuĢ, yolboyu, həm öz-özünə
danıĢdı, həm də xəyalında Sonanı
danıĢdırdı:
- Bilirdim ki, səni burda görəcəyəm,
Sona. Səhərdən ürəyimə dammıĢdı.
– Məni görmək istəsəydin, çoxdan
görərdin. Görüb neynirsən ki, məni?
– Görməsəm də həmiĢə gözüm axtarıb
səni. Çoxdandı ki, evdən heç yerə
çıxmırsan. Evdə tək oturmaqdan
bezməmisən?
– Mən evdə heç vaxt tək oturmuram.
Aslan balam həmiĢə yanımda olur.
– O uĢağa görə özünə zülm eləmə, Sona.
Bu da Allahın iĢidi. Bir gün verir, bir gün
alır.
– Mənim balamı Allah almadı əlimdən.
O goru çatdamıĢ dədəsi aldı. Mən ona min
dəfə demiĢdim ki...
– O gün heç yadımdan çıxmır. Əriyin
dibində uzanmıĢdın. Əgər anam o oyunu
çıxartmasaydı... Bəlkə gəlim bu gecə?
– Goplama, gələn deyilsən. Gəlsən
qorxursan ki, təmiz adına ləkə düĢər. Sənə
təmiz ad lazımdı, Sona lazım deyil...
Gedib qəbiristanlığa çatanacan QubuĢ
Sona ilə beləcə - Ģirin-Ģirin söhbət elədi.
Qəbiristanlıqda nə Sonanı gördü, nə də orda
bir ayrı adam gözünə dəydi. Hər yan –
qəbir. Hər tərəf – təzəli-köhnəli – baĢ daĢı.
Və o təzə baĢdaĢıların birindən Aslan elə
bir dəli ehtirasla baxırdı ki, deyərdin indicə
daĢdan sıyrılıb, atının belinə sıçrayıb,
kiminsə üstünə gedəcək.
“– A qırıĢmal! A qırıĢmal!”
Bu dəfə Xavərin səsi sanki o biri
dünyadan gəldi.
“– Bir yerdə qarıĢqa yuvası görəndə
oturub gün uzunu baxırmıĢsan” – Bunu da
Bətulə dedi.
104 № 4 (16) QıĢ 2015
Ancaq anasının o vaxt dediyi və bu gün
arvadının dilindən eĢitdiyi o sözlərin
məzarlıqda yadına düĢməyi QubuĢa qəribə
gəlmədi. QubuĢa qəribə gələn anasının
qəbrinin ayaq tərəfində birdən gözünə
sataĢan nəhəng qarıĢqa yuvası oldu.
O yuvaya axıĢan qarıĢqanın sayı bəlkə
göydəki ulduzların sayından da çox idi. Bir
dünya qara qarıĢqaydı. Əvvəli-axırı
görünməyən o qara qarıĢqa sürüsü o cür
nizamla düzülüb hardan gəlirdi görəsən?..
Sanki qeybdən gəlirdi. Yerin dərinliyindən,
göyün sonsuzluğundan, kim bilir, bəlkə lap
Allahın öz yanından gəlirdi... QubuĢ bir
yekə daĢ gətirib yuvanın ağzını örtmək
istədi. Ancaq gətirmədi, yuvanın ağzındakı
qarıĢqaları o daĢın altında əzib öldürməyə
ürəyi gəlmədi. Böyrünü yerə verib, sehrli
qarıĢqa dünyasına heyrətlə tamaĢa eləməyə
baĢladı.
QubuĢ qəbiristanlıqdan qayıdanda
GünəĢin batmağına az qalırdı. Bir azdan
kəndin “forslu” kiĢiləri gəlib meydana
yığıĢacaqdı. Hələlik Yurist Yunus
meydanda tək oturub, darıxa-darıxa təsbeh
çevirirdi.
Yunus kəndin bazburudlu adamlarından
idi. Rayonda 40 il raykomun Birinci
katibinin maĢınını sürmüĢdü. Hökumət
yıxılandan, raykom ləğv olunandan sonra,
cəld tərpənib, raykomun təptəzə “Qaz-24”-
nü özəlləĢdirib, öz adına keçirmiĢdi. Ġndi o
maĢında, gündə bir dəfə Yunus rayon
mərkəzindəki köhnə dost-tanıĢı ilə oturub-
durmağa gedirdi. Ancaq vağzala, baĢqa
kənddə toya-yasa gedənlərin, xəstəsini təcili
xəstəxanaya aparmalı olanların da – pullu-
pulsuz – hərdənbir dadına çatırdı. Neçə
illərdi ki, Yunus kənd camaatına ərizəni
necə yazmağın, Ģikayətə hara getməyin
yolunu öyrədirdi. Buna görə də adını Yurist
Yunus qoymuĢdular.
QubuĢ Yunusa salam verib ötüb-keçmək
istədi. Yunus imkan vermədi.
– Ə, QubuĢ, hardan belə? Bu nədi – day
adam-zad da saymırsan.
– Qəbir üstündən gəlirəm.
– Bə niyə zonnu keçirsən? Gəl otur. De
görək nə var, nə yox. Arvadın tumanının
ətəyindən bərk yapıĢmısan deyəsən. Evdən-
eĢiyə çıxmırsan.
QubuĢ ayrı söz tapmadı:
– Evdə iĢim çox olur, - dedi və o safsarı
hardan tutub gətirdiyini Yunusdan
soruĢmaq üçün yaxĢı fürsət düĢdüyünə
sevinib, cəld əlavə elədi: - Çoxdandı səndən
bir söz soruĢmaq istəyirdim. Sən o vaxt o
safsarı hardan tutub gətirmiĢdin?
– Vurdum da. – Yunus Ģübhəli-Ģübhəli
QubuĢun üzünə baxdı. – MaĢını üstünə
sürüb, arxadan iliĢdirdim. Daldakı
qıçlarının ikisi də qırılmıĢdı. Amma əclaf
qaçırdı hələ. Gördüm ki, qaçıb aradan
çıxacaq, bu dəfə kəlləsindən iliĢdirdim.
MaĢının dalına bağlayıb, sürüyə-sürüyə
gətirib atdım bura ki, onun murdar üzünü
görməyənlər də görsün. Ancaq yandırmaq
məsələsinin mənə dəxli olmadı – yəqin
özün də gördün. Manaf müəllim Qaragöt
Abdullanın da burda olduğunu görüb, qaçıb
evindən neft gətirib, safsarın üstünə tökdü.
Od vurub yandırdı safsarı. – Yunus
Ģaqqanaq çəkib ucadan güldü. – Elə bilirdi,
Qaragöt Abdullanı yandırır. Mən özüm
gördüm ki, o heyvanı yandıra-yandıra
Manaf Qaragöt Abdullaya, altdan-altdan,
necə kinli-kinli baxır.
Qaragöt Abdulla da kəndin karlı
adamlarından idi. Bir vaxt kolxozun
anbardarı olmuĢdu. Elə o vaxt kəndin ən
gözəl qızı, kənddəki cavanların bir çoxunun
yuxusuna haram qatan, biçarə Manaf
müəllimi isə lap dəli-divanə eləyən Səmayə
ilə evlənib, yazıq müəllimin sinəsinə çalın-
çarpaz dağ çəkmiĢdi. Hələ bu öz yerində,
Üç aylıq ədəbiyyat dərgisi 105
bu kənddə çətin adam tapılardı ki, ürəyində
kiməsə kin-küdurət bəsləməsin. Buna görə
də Yunusun bu qəribə müĢahidəsi QubuĢa
bir o qədər də əsassız görünmədi.
– Sən özün o vaxtacan safsar
görmüĢdün?-QubuĢ fikirli-fikirli soruĢdu.
– Yox, hardan? Bəyəm safsar axmaqdı
ki, çıxsın, adam gözünə görsənsin? O da elə
bir təsadüf idi. Ya aclıq ağlını çaĢdırmıĢdı,
ya da o gün əcəli yetiĢmiĢdi. Çox əclaf
Ģeydi safsar. Yer üzündə ondan mundar
heyvan yoxdu. Ona biz “safsar” deyirik,
baĢqa yerlərdə “goreĢən” deyirlər. Gör necə
nanəcib heyvandı ki, ölünü qəbirdən çıxarıb
yeyir. YaxĢı ki, azdı, çox deyil. Öz mundar
xislətindən dolayı kökü kəsilib yavaĢ-yavaĢ.
Bu kənddə indi 4-5 safsar ola ya olmaya.
– Sən özün safsarın qəbirdən ölü
çıxartmağını görmüsən?
– Yox, görməmiĢəm, dədəmnən
eĢitmiĢdəm.
– Yəqin dədən də öz dədəsindən eĢidib.
Ölünü basdıranda qəbirin üstünə hərəsi 4-5
pudluq sal qoyub, üstdən az qala bir ton
torpaq tökürlər. Indi sən mənə de görüm,
safsar o 5 pudluq salların altından meyiti
necə çıxardır? Sən deyən nağıldı, boĢ
söhbətdi. Bu kənddə min ildi insan yaĢayır
– hələ bir adam da görməyib ki, bir safsar
bir qəbirdən kiminsə ölüsün çıxartmıĢ ola.
Yunus Ģübhələndi. Hətta bir xeyli də
çaĢdı deyəsən.
– Nə bilim, yəqin olub ki, deyirlər də.
Olmasa deməzlər axı.
– Deyərlər, niyə demirlər. Olanı qoyub,
olmayanı danıĢmaq dünyanın bekar
adamlarının köhnə xasiyyətidir.
Bir müddət deməyə söz tapmadılar.
– Bir yaxĢı toğlu bəsləmiĢəm. Qorma
eləyəcəyəm. Sabah gəlib kəsə bilərsən? –
QubuĢun heç özü də bilmədi ki, belə Ģeyi
Yunusdan soruĢmaq birdən-birə hardan
ağlına gəldi.
Yunus əməllicə təəccübləndi:
- Ə, QubuĢ, sən məni bu gün görürsən?
Mən nə vaxtdan heyvankəsən olmuĢam?
Mən hələ indiyəcən heç toyuq baĢı da
kəsməmiĢəm. Ġstəsən, sabah Ģəhərdən bir
adam tapıb gətirrəm kəsər toğlunu. Bir kilo
ət verərsən, səndən razı gedər.
– Verrəm, lap 3 kilo da verrəm, sən Allah
bir adam tap gətir sabah. Ətdən sənin də
yaxĢı payın olacaq.
Yunus qətiyyətlə:
- Arxayın ol! – dedi.
Yenə də bir müddət danıĢmağa söz
tapmadılar.
– Rəhmətlik Xavər arvadın qəbrinin
üstün götürmüsən?
– Yox hələ, yaza qaldı.
– Kömək-zad lazım olsa, deyərsən.
– Çox sağ ol. Mütləq deyərəm.
QubuĢ qərara gəldi ki, artıq getməyin
vaxtıdır. Meydanın cibi telefonlu həpəndləri
bir azdan evdən çıxıb, forslana-forslana
bura gələcəkdi. Və durub, yola düzəlib evə
getdiyi yerdə Aslanın qəbiristanlıqdakı təzə
baĢdaĢıların arasından, bir dəli ehtirasla bic-
bic baxan gözləri QubuĢun gözünün
qabağına gəldi.
– Bəlkə sən bilərsən, - dedi, - Yunus.
Aslanın baĢdaĢını Sona harda düzəltdirib?
- Aslanın baĢ daĢını Sona
düzəltdirməyib, mən düzəltdirmiĢəm. –
Yunus aĢkar öyünə-öyünə dedi. – Özün də
ötən bazar aparıb yola saldım getdi Bakıya.
QubuĢun ürəyinin baĢından bir qara yel
əsib keçdi.
– Yox a!.. Bəs axı gecə yanırdı iĢığı.
– ĠĢığı bilə-bilə söndürməyib. Gedəndə
özü dedi mənə. Dedi ki, eyvanda iĢığı yana-
yana qoymuĢam. Birdən, dedi, uĢaq gəlsə
evi iĢıqsız görməsin. Görürsən də, nəymiĢ
ana ürəyi. Oğlunun qəbrinin üstündə, bir
ildən çox, hər gün gedib ağladı. Ancaq hələ
də inanmaq istəyir ki, oğlu əskərlikdədi.
106 № 4 (16) QıĢ 2015
Evdə QubuĢ Sonanın barəsində arvadına
heç nə demədi.
– Yurist Yunusu meydanda gördüm, -
dedi. – Söz verdi ki, toğlunu kəsmək üçün
sabah Ģəhərdən adam tapıb gətirəcək. Yurist
ki, yurist. Gör hələ nə deyirdi mənə. Deyir
ki, o meydana yığıĢanların hər birinin
içində bir yekə Ģeytan oturub. Hamısının da
bir-birindən zəhləsi gedir. O safsarı
yandıranda da guya hərə öz aləmində, öz
düĢmənini yandırırmıĢ. Belə Ģeyə adamın
inanmağı gəlmir. Ancaq olar da, insan çiy
süd əmib.
QubuĢun dedikləri Bətuləyə gülməli
gəldi. Gülə-gülə:
- Axı o gün sən də ordaydın, - dedi. –
Bəlkə ordakı adamların bir-ikisi də
ürəyində səni yandırırmıĢ.
QubuĢ arvadının gülməyinə əhəmiyyət
vermədi. Əvvəlki ciddiliyilə:
- Bir-ikisi niyə, - dedi. – Lap hamısı!
– Bah! Yəni səndən bu qədər zəhləsi
gedən var! Sən kimə nə pislik eləmisən ki?
– DüĢmənçilik tək pisliyə görə olmur.
– Bəs nəyə görə olur?
QubuĢ bu sualın cavabını çoxdan bilirdi.
Ancaq bunu Bətuləyə deməyə tələsmədi.
Bir müddət lal-dinməz arvadının üzünə
baxandan sonra:
- Ona görə ki, mən onnarın heç birinə
oxĢamıram, - dedi və ürəyində fikirləĢdi ki,
əgər safsar baĢqa heyvanlara bənzəsəydi,
bəlkə bu kəndin adamı ona o boyda zülm
eləməzdi.
5
Sonanın eyvanında yanan tək lampanın
iĢığını bir də görməmək üçün o gecə QubuĢ
həyətə çıxmadı. Çünki o iĢığın orda
yanmağı indi QubuĢdan ötrü o deməkdi ki,
Sona bu kəndə bir də heç vaxt
qayıtmayacaq. Sonanın o iĢığı o eyvanda
yana-yana qoyub Bakıya getməyinin onun
bu kəndə bir də qayıdıb-qayıtmayacağı ilə,
görəsən, nə əlaqəsi ola bilərdi?.. Bunu
QubuĢ bilmirdi. Ancaq o, hələ heç məktəbə
getməmiĢdən, yaxĢı bilirdi ki, dünyada elə
Ģeylər var ki, onları göz görmür, ürək görür.
Avqust - 2015
Müşfiq XAN
Aybəniz
Yatdığım divandan sürüĢüb ağzıüstə
yerə düĢəndə ayıldım. Əslində, mənimki
düĢmək deyildi, elə bil, kimsə qəsdlə
götürüb yerə çırpmıĢdı.
Nə isə, məsələ zatən bunda deyil.
Hirsimi soyutmaq üçün iĢ otağıma gəlib
kirilcə yazılmıĢ, saralmıĢ kitab qalaqlarının
arxasında gizlətdiyim siqaret qutusunu
axtarmağa baĢladım. Çox çəkmədi, tapdım.
SakitləĢməkçün axmaq çıxıĢ yolu idi.
Qutunu açmadan əzib yerinə tulladım.
“Darvazamızı fələk vurubdur” –
səbəbini çözə bilmədən elə hey bu sətri
mızıldanırdım. Amma indi hava çox sakit
idi. Gecə yasa batmıĢdı. Heç hava da yox
idi. Boğulurdum. HəmiĢə ikisini içdiyim
“nescafe tünd” paketinin bu dəfə dördünü
açıb fincana boĢaltdım.
Üç aylıq ədəbiyyat dərgisi 107
Fikrim lap yaxındaydı. Hiss edirdim ki,
lap ovcumun içindədi. Barmaqlarımı əyib
qələmi tutmağa ürək eləmirəm. Ayağa
qalxıb otağın qapısını bağlayacam, ovcumu
açacam, fikirlərimə azadlıq verəcəm və
yazmağa baĢlayacam.
Otağın çıxıĢındayam. Heyf. Necə olub
ki, indiyə qədər fərqinə varmamıĢam.
Otağımın qapısı yox imiĢ.
Ġndi dəvəsi ölmüĢ ərəbə daha çox
bənzəyirəm. Qələm əlimdədi. Rahatam.
Fikirlərim kor kəpənək kimi baĢıma
fırlanırlar. Otağın qapısız olduğunun
fərqində belə deyillər.
Uzun bir hekayə görmüĢəm, amma qısa
yazmalıyam. Çünki yıxıldığıma görə çox
əsəbiyəm. Bir Ģey deyim... Bilirsiniz,
əslində, insanlar heç vaxt özləri yıxılmırlar.
Atalara inanmayın. Yuxunun təsirindən
hələ də çıxa bilməmiĢəm. Köhnə hekayədir.
Lap qədim...
Onda 93-cü il idi. Tarix dərslərində
XruĢĢovu lənətləyib səhərləri də dərsdən iki
saat əvvəl çörək növbəsinə dayandığımız
vaxtlardı.
Həmin gün təzə tökülmüĢ polad kimi
qaynar çörəkləri maĢından dükana yığmaq
üçün Bayram əmiyə kömək edirdim.
Gödəkboy, ĢiĢman və mehriban adamdı
Bayram əmi. O da zəhmətimin qarĢılığında
çörək almağımçün məni dükana növbəsiz
buraxırdı. Çörəkləri qucağıma yığıb dükana
girəndə üzünə öyrəĢdiyim satıcı Gülmira
xalanın yerinə tanımadığım baĢqa bir
qadınla rastlaĢdım. Əslində, Gülmira iki
iĢdə çalıĢırdı – gecə növbəsində çörək
sexində xəmir yoğurur, səhərlərsə çörəkləri
satırdı. Sonradan eĢitdim ki, onu oğurluq
üstündə iĢdən qovublar.
Yetimdar qadındı Gülmira. Ərsiz-baĢsız
dörd uĢaq böyüdürdü. Həyat yoldaĢı
Mübariz əmi Ağdamın boĢaldığı gün Ģəhid
olmuĢdu. Hamımız, – “komandir”, – deyib
çağırırdıq rəhmətliyi, indi olmasın.
Pəhləvan kimi adamdı. Koroğlunu görmüĢ,
komandiri görmüĢ. Lopa bığları zəhmli
görünüĢünü tamamlayırdı. Fürsət tapan
kimi bizə qoĢulub futbol oynayırdı. Məni
çox istəyirdi...
Gülmira xalanı hərəkətinə görə
qınamasam da, ürəyimdə onnan
küsmüĢdüm. Gətirdiyim axırıncı qucaqdolu
çörəkləri piĢtaxtanın üstünə yığıb pulu
götürmək üçün əlimi topuğuma zorla çatan
Ģalvarımın sol cibinə saldım. Çünki qalan
ciblərim artıq iki-üç il idi ki, aĢsüzənə
dönmüĢdü. Daha doğrusu, yox olmuĢdu.
Hərdən soyuq havada özümü sındırmayıb
hər iki əlimi ciblərimə salanda, sağ əlim
bədənimə toxunurdu. Diksinirdim. Amma
bu dəfə daha bərk diksindim. Məgər
çörəkpulunu sol əvəzinə sağ cibimə
qoyubmuĢam. Yeni satıcı qaĢqabağını
töküb, – “kömək etsən də, pulsuz çörək
verə bilməyəcəm sənə”, – deyəndə dükanda
dayanmayıb çölə qaçdım.
Məktəbdə dərsin baĢlamasına yarım saat
qalana qədər həmin manatlıqları axtardım.
Çörək dükanı ilə evimizin döngəsinə
çatanacan gəldiyim bütün yolu qarıĢ-qarıĢ
gəzdim. Manat-filan yox idi... QonĢumuz
Aslan əmi dadıma çatdı. Adəti üzrə küçədə
əkdiyi söyüdləri suvarırdı:
– Nə axtarırsan, bala, bayaqdan?
Səksənib baĢımı qaldırdım:
– Hə, sizsiniz, Aslan əmi. Sabahınız
xeyir.
– Sabahın xeyir, qardaĢoğlu. Nə girinc
qalıbsan bir saatdı?
– Pul axtarıram.
ġaqqanaq çəkib güldü:
– Hansı axmaq indiki zamanda pul itirər
ki, sən də tapasan?!
Qulaqlarımın ucuna qədər qızardığımı
hiss elədim:
– Çörəkpulunu itirmiĢəm, – mızıldandım.
108 № 4 (16) QıĢ 2015
– YaxĢı, axtarma day. Tapılmaz. Gəl,
həyətə gəl, evdən birini verim.
– Yox, çox sağ olun. Mənə üç çörək
lazımdı, – bunu deyib siviĢib aradan
çıxdım. Evə yox, birbaĢa məktəbə getdim.
Üzüm gəlmədi evə əliboĢ qayıtmağa. Heç
çantamı da götürməyə getmədim. Necə
olsa, Aslan əmi evə xəbər verəcəkdi.
Mən deyim beĢ, siz deyin on dəqiqə –
ancaq keçmiĢ olardı. Məktəbin sakit
həyətində birdən-birə haray-həĢir qopdu.
TanıĢ səsdi. Amma ağladığı üçün kim
olduğunu tam kəsdirə bilmədim. Həm də
kim idisə, hər gün düzülüb dərsdən əvvəl
Azərbaycan himnini oxuduğumuz yerə
doğru qaçırdı – mənə tərəf. Alçaq
birmərtəbəli məktəb binasının tinini
burulanda yanılmadığımı gördüm. Aybəniz
idi. Əsmərbənizli Aybəniz. Uzun, xurmayı
saçlarının ucundakı hörüklərində ağ bantları
heç vaxt xatirimdən getməyən o qız. Ġyirmi
il sonra belə adını yazarkən baĢqa söz tapa
bilməyəcəyim qədər qəĢəng idi. Elə birinci
sinifdə, ilk dərs günündə yanımda oturanda
da, – “sən çox qəĢəngsən”, – demiĢdim.
Ġki-üç gün keçməmiĢ yerimizi
dəyiĢmiĢdilər. Sonra da məktub yazmıĢdım.
Və həmin gündən bəri məndən uzaq
dururdu. Ta ki, çörəkpulumu itirdiyim günə
qədər.
Həmin hadisə yadıma düĢəndə indi də məni
gülmək tutur.
Aybəniz ağlaya-ağlaya üstümə qaçırdı.
Özümü itirmiĢdim. Tərs kimi, ya da
xoĢbəxtlikdən erkən olduğu üçün məktəbin
həyətində məndən baĢqa heç kim yox idi.
Ġki-üç addımlığıma çatanda hələ də nə baĢ
verdiyini anlamıĢ deyildim. Pulumu
itirdiyimə görə kefsizliyimə qorxu qarıĢıq
nabələd bir hiss də əlavə olunmuĢdu.
Həmin an ağlıma gələn yeganə səbəb ötən
gün dərnəkdə çəkdiyi əsgər rəsmini xəlvəti
götürüb özümlə evə aparmağım idi.
Əslində, bir az böyüyüb o əsgər kimi
olacağımı xəyal etmiĢdim. Sadəcə,
Aybənizin görmək istədiyi əsgər.
Dünən rəsmi götürəndə sinif
yoldaĢlarımızdan ikisi görmüĢdü. Təkcə
onlar xəbər verə bilərdilər. Daha doğrusu,
Tünzalə. Çünki Aybənizlə qonĢu olan o idi.
Xəbər vermiĢdi və Aybəniz elə bu gün
məndən əvəz çıxmaq üçün məktəbə tez
gəlmiĢdi. Bilirdi ki, evimiz məktəbə
yaxındı. Hər gün hamıdan əvvəl məktəbin
həyətindəki bağçada xortdayıb bitirəm.
Bu kiçik süjeti quranda Aybəniz artıq
mənim bir addımlığımdaydı. Quruyub
qalmıĢdım. Rəsm-zad nə gəzirdi?! Çantam
da evdəydi.
Bir addım dala çəkildim. Qaçıb aradan
çıxacaqdım. Onsuz da bu gün mənimki
gətirməmiĢdi. Zəhrimara qalsın hər Ģeyi.
Qaçsaydım, çata bilməyəcəkdi. Ġdman
dərslərində məndən həmiĢə geri qalırdı.
Amma təkcə məndən. Çünki Aybəniz çox
sağlam qızdı. Bəlkə də atası hərbçi
olduğuna görəydi. Nə bilim. Amma mən də
fərsiz deyildim o vaxtlar. “UĢu-çay”, – deyə
idman növü var. Ġkinci sinifdən ora
yazılmıĢdım və artıq beĢ il idi ki, məĢğul
olurdum.
Gözucu Aybənizin əllərinə baxdım. Fikri
ciddi idisə, məni cəzalandıracaqdısa, əlində
çaylaq daĢı olmalıydı. Bu bizim rayonda
adət idi. Yəni kimisə daĢla vurmaq.
“Lopatka”, yaxud balta ilə deyil, məhz
çaylaq daĢı ilə.
Gözümü qırpmağa macal verməmiĢ
Aybənizlə burun-buruna gəldik. Bütün
ömrüm boyu unuda bilməyəcəyim hadisə
də elə o an baĢ verdi. Qız qəfil boynuma
sarıldı. Çox qorxmuĢ olmalıydı. Tir-tir
əsirdi. YumĢaq nəyinsə ayağımın altına
düĢdüyünü hiss elədim. Çörəyin kənarı idi –
ən dadlı yeri. Aybənizin ovuclarından
tökülmüĢdü.
Üç aylıq ədəbiyyat dərgisi 109
– Məktəbdə yemək üçün çörək
gətirmiĢdim, – deyib kəsik-kəsik iç çəksə
də, hələ də heç nə baĢa düĢə bilməmiĢdim.
Bunu deyib gözlərimi döydüyümü
görüncə, tələsik əlavə elədi:
– Yolda yekə bir it dalımca düĢdü. Az
qalsın parçalayacaqdı. Təkcə bu qaldı.
Baaax, – əyilib yerə düĢən tikəni götürdü. –
Qalanını ona atdım. Əl çəkmədi. Dalımca
bura qədər gəldi, – birnəfəsə izah edib
təzədən hönkürtü ilə ağlamağa baĢladı. Və
bu dəfə daha ürəkdən sarılmıĢdı mənə.
Qucaqladım:
– Ay ağılsız, it çörəyi sevmir.
– Bəyəndin? – gülümsədi.
– Nəyi?
- Əsgəri, – bir az sakitləĢmiĢdi. Bic-bic
qımıĢdı.
– Çox qəĢəng idi.
– Dünən sən onu çantamdan götürəndə
görmüĢdüm ee mən.
Elə Ģirin gülürdü ki!
Aybəniz...
Ġllər keçdikcə dönə-dönə fərqinə vardım
ki, həyatımda Aybənizlə bağlı hər Ģey elə o
günkü boydaymıĢ – bir qucaqlıq. Bir
qucaqlıq gülümsəmə, bir qucaqlıq ağlama,
bir qucaqlıq darıxmaq, bir qucaqlıq həsrət.
Və bir də bir ömür yetim qalan qollar...
Biz həmin gün çörəyimizi itirmiĢdiksə də,
ölənə qədər xatırlayacağımız “birgə anlar”
qazanmıĢdıq. Ġkimiz. Öz zəhmətimizlə.
Allah XruĢĢova rəhmət, ermənilərə lənət
eləsin, inĢəallah!
p.s. Həmin gün evə gələndə nənəm mənə
danıĢdı ki, əslində, Gülmira balalarını
saxlamaqçün, daha doğrusu, onların
acınnan ölməməsiyçün hər dəfə gecə
növbəsində çörək sexinnən qayıdanda
xəmiri iki qoltuğunun arasında gizlədib evə
gətirirmiĢ. Dörd uĢağına yağsız kökə biĢirə
bilsin deyə...
Cəlil CavanĢir
XoĢbəxt adamları sevməyə nə
var?
...- Gedəcəm.
- Bu gün get, indi get.
- Ġndi?
- Ġndi!
- Səninçün nə fərqi? Ya indi, ya sonra?
- Bu Ģəhər boĢ qalacaqsa indi qalsın...
Feyzbukda belə bir dialoqumuz
olmuĢdu. Bilirəm, indi çoxunuz
inanmayacaqsınız, amma vallah necə var,
elə yazıram.
...Ġnanın ki, belə də yazmıĢdı: “Sən
getsən bu Ģəhər boĢ qalacaq”. Ġndi də bu
sözü xatırlayanda birtəhər oluram. Elə
bilirəm ki, mən kəndə köçəndən o
böyüklükdə səsli-küylü Ģəhər bomboĢ qalıb.
Düz deyirəm vallah, o, məni buna
inandırmıĢdı. O gün özümü çox əhəmiyyətli
bir adam hesab etmiĢdim. Az qala bütün
Ģəhərə car çəkmək istəyirdim ki, baxın ha, o
qadın deyir, mən getsəm sizin Ģəhəriniz boĢ
qalacaq. Vallah, inanmıĢdım. ĠnanmıĢdım
ki, mən onun həyatında ən önəmli kiĢiyəm.
Ərindən də, qardaĢından da, atasından da
önəmli saymıĢdım özümü.
Əvvəlcə yuxusuna girmiĢdim, özü belə
yazmıĢdı. Özümün də xəbərim olmadan
onun yuxusuna girəndə mən Ģəhərdə, o isə
kənddə yaĢayırdı (Deyəsən, kənddə
110 № 4 (16) QıĢ 2015
yaĢayanlara Ģəhərdəki həyat və feyzbukdakı
adamlar əlçatmaz görünür.)
Ġnanmayacaqsınız, indi də o, mənim
yuxuma girir. Axı mən indi kənddə
yaĢayıram. Hə, onu deyirdim axı, yuxusuna
girmiĢdim onun. Sonra o, mənə bunu
yazanda gülmüĢdüm. Qəribə gəlmiĢdi
mənə. Adam inanmır axı, gözəl qadınların
yuxusuna köntöy, çirkin kiĢilərin girməsinə.
Bax, yenə inanmırsınız. Vicdan haqqı, özü
mənə yazdı ki, yuxuma girmisən. Söz
tapmadım. Adam belə anlarda həqiqətən
söz-zad tapmır. Qalırsan mat-məəttəl. Nə
deyəsən? Bu sir-sifətlə kiminsə yuxusuna
girmək yaxĢı əlamət deyil. Bəlkə qorxub?
Ya da diksindiyi üçün yazıb? Nə bilim,
adətən gözəl qadınlar çirkin, kasıb kiĢilərə
yazmır axı...
Ġnsandı da. Daha doğrusu qadındı. Həm
də gözəl qadındı. ġiĢirtmirəm, həqiqətən
çox gözəldi. Yanağındakı qəmzələr də
gözəldi, gözləri də həyat dolu, iĢıqlı. Bədəni
də incə, döĢləri dik, dodaqları dolğun... Hə,
üstəgəl sevimlidir. Yəni, belə deyim,
alıĢdığım qadınlardan deyil. Ġndi də mənim
alıĢdığım qadınlar haqqında danıĢmalıyam,
amma danıĢmıram. Onlardan
danıĢmayacam. Çünki ondan danıĢmağa
baĢlayanda bütün qadınlar yadımdan çıxır.
Unuduram bütün qadınları. Hə, hamını
unutdurmağı bacarır. YaĢadığım bütün
macəralar, seviĢdiyim bütün qadınlar
yadımdan çıxır.
...Ġlk dəfə yuxu söhbətindən üç il sonra
Ģəhərdə rastlaĢdıq. Artıq Ģəhərə köçmüĢdü,
yəni ikimiz də Ģəhərdə yaĢayırdıq. Daha
yuxusuna girmirdim deyəsən. Çoxdan
axtardığım kitabı – Drayzerin “Dahi”
romanının köhnə əlifbada çap olunmuĢ
nəĢrini gətirmiĢdi. Köhnə əlifbada çap
olunan kitabları sevirəm. Səhifələri saralmıĢ
kitablarda qəribə, izaholunmaz enerji olur.
Bir də görürsən maraqla oxuduğun kitabın
arasından saralmıĢ sevgi məktubu düĢdü.
Ya da ilk səhifələrdə kiməsə həsr olunmuĢ
maraqlı cümlələr...
Onu deyirdim axı, ilk dəfə o məni
yuxuda görmüĢdü, mən də onu iĢ yerimdə.
Əlində kitab dəhlizdə məni gözləyirdi.
Çıxdım, salamlaĢdıq. Sonra bir-birimizə
kitab hədiyyə etdik. Üzünə diqqətlə
baxdım, həqiqətən də tərif etdiyim qədər
sevimliydi. Rəsmlərdə gördüyüm qadından
daha gözəl, daha yaraĢıqlıydı. Ġlk baxıĢdan
onu dəli kimi sevdim. Hərdən belə də olur,
insan qəfildən birinə aĢiq olur. Ġnsan birini
nə üçün sevir? Dünyada sadəcə bir qadına
aĢiq olmaq, qəlbimizdə sadəcə bir arzu
yaĢatmaq, dodaqlarımızda sadəcə bir adı
yaĢatmaq qəribə hisdir. Dua kimi adını vird
edirdim və yorulmurdum. Sizə bunu izah
etməkdə acizəm, üzürlü sayın.
Qəribə hekayəsi vardı onun. Tələbəlik
illərində sevdiyi oğlan onu tərk edəndə
hamiləymiĢ. Sonra yaxın dostu onu
düĢdüyü ümidsiz vəziyyətdən çıxarmaq
üçün elçi göndərib, niĢan taxıbmıĢ. Dostu
ona aĢiq olduqdan sonra iĢlər cığırından
çıxmağa baĢlayıb. Sonra arzuolunmaz
hamiləlikdən qurtulmaq üçün mənim
doğulduğum rayona üz tutubmuĢ. Abort
edəcək həkim də ona əxlaqsız təklif edib.
Dünyası yıxılıbmıĢ, özü belə deyirdi.
YaĢadıqlarından sarsılıbmıĢ. Nə etdiyini
bilmirmiĢ zavallı qızcığaz. Əvvəlcə niĢanı
qaytarıb, sonra isə qardaĢının dostu ilə
evlənib. Bu, daha kədərli əhvalatdır.
Evlilikləri də xoĢbəxt deyildi. Övladları
olsa da, daim ərinin lüzumsuz
qısqanclığından əziyyət çəkirdi. Üstəlik
dərs dediyi bir Ģagirdi eĢq elan etmiĢdi. Hə,
bir də köhnə tələbə yoldaĢlarından biri də
sevirmiĢ onu. Məni tanıdığını tələbə
yoldaĢına deyəndə daha bir qısqanclıq çıxıb
ortalığa. Tələbə yoldaĢı da onu mənə
qısqanırmıĢ. Nə qədər gülməli olsa da,
Üç aylıq ədəbiyyat dərgisi 111
baĢqasının qadınını qısqanan gerizəkalılarla
eyni cəmiyyətdə yaĢayırıq. Bir də, ilk
sevgilisi ara-sıra yazırmıĢ. Əslində, onu
sevməyim üçün danıĢdığı kədərli əhvalatlar
kifayət edirdi. Belə adamam mən də.
XoĢbəxt adamları sevməyə nə var?
...Son vaxtlar eyni Ģəhərdə yaĢasaq da,
yuxusuna girirdim. Özü yazmıĢdı mənə.
Əriylə seviĢəndə də qorxurmuĢ ki, birdən
mənim adımı çəkər. Hələ yazmıĢdı ki, sənə
dəlicəsinə aĢiqəm, dəlicəsinə sevirəm. Bir-
birimizə dəlicəsinə aĢiq olduğumuzu
yazırdıq, amma ağıllıcasına bir-birimizdən
uzaq durmağı da bacarırdıq. Mən ona
“sevimlim”, o da mənə “sevgilim” deyirdi.
Biz feyzbukda, yəni virtual aləmdə xoĢbəxt
idik. Elə ona görə də bu hekayəni burada
tamamlayıram. Hamınız elə düĢünün ki, biz
yenə də xoĢbəxtik...
10.07.2015 Oğuz-Xaçmaz
Svetlana Turan
Heçliyin əfsanəsi
O doğulduğu andan qeyri-adilik də onunla
doğulmuĢdu. Hamı kimi doğum evində, ya
ev Ģəraitində, lap elə bəd ayaqda, təcili tibbi
yardım maĢınında da deyil, təbiətin dəmir
barmaqlıq arasına salınmıĢ kiçicik
qoynunda – zooparkda anadan olmuĢdu.
Atası heyvanlara qulluq edirdi. Orada
yaĢayırdı. Gözəl bir qızla evlənmiĢdi. Bu
gözəl qız da onun üçün bir oğul dünyaya
gətirmiĢ, elə övladı doğulan kimi də
müəmmalı Ģəkildə yoxa çıxmıĢdı.
Arvadının birdən-birə qeyb olması ərini
dəhĢətə gətirmiĢ, yazıq hər tərəfi alt-üst etsə
də, arvadının izini-tozunu tapa bilməmiĢdi.
Heyvanların evciyindən heç nə ilə
fərqlənməyən daxmasına dərdli-dərdli
qayıtmıĢ, burada isə bir saniyə susmayan
yeni doğulmuĢ ac uĢağın bağırtısı onu lap
dəli etmiĢdi.
Nə etmək olar, bu uĢaq yer üzündə
doğulması ilə valideynlərinə xoĢbəxtlik
gətirməyən nə ilk, nə də son uĢaqdı...
UĢağın anası möhtəĢəm dərəcədə gözəl idi,
həm də dayazlığı ölçüyə gəlməyəcək
qədərmiĢ. Zoopark iĢçilərinin öz
aralarındakı pıçıltını hər tərəfə yayan külək
deyirdi ki, bu gözəlçə ərinə dəfələrlə
112 № 4 (16) QıĢ 2015
xəyanət edibmiĢ və onun bir gün qaçıb
gedəcəyi, ilk növbədə, onun özünə, sonra
da hamıya gün kimi aydın imiĢ. Amma
nədənsə bu külək məhz ərinin qulağının
yanından ötəndə susmağa üstünlük verirdi.
Zooparkdan elə oğlunu dünyaya gətirdiyi
gecə qaçıb gedən o gözəli bir daha heç kəs
görmədi.
Ağlayan çağanı necə susduracağını
bilməyən atanın köməyinə zooparkın
qocalıb tamam əldən düĢmüĢ süpürgəçisi –
Sima qarı gəldi. O, gənc ataya yaxınlaĢıb
sakitcə iki kəlmə söz dedi: “Aslan balası”.
Atanı elə bil ildırım vurdu. Yerindən atılıb
qapıya sarı qaçdı. Birdən dayandı, geri
döndü, qoca süpürgəçini heç bir söz
demədən qucaqladı və baĢılovlu zooparkın
tibb məntəqəsinə yüyürdü.
DiĢi Ģirin də bir neçə gün öncə balası
olmuĢdu, amma bu bala o qədər zəif idi ki,
onu anasından ayırıb tibb məntəqəsində
saxlayır və ona keçi südü içirirdilər. Aslan
balası südün hamısını içə bilmədiyi üçün
məntəqədə südün hər gün artığı qalırdı.
Həmin gecə və hələ dörd-beĢ ay sonra da
uĢağı keçi südü ilə bəslədilər. Ata övladına
ad qoymaq istədikdə ağlına ilk gələn söz
“aslan” oldu. Çünki aslan balası olmasaydı,
uĢağı üçün doğulduğu gecə süd
tapılmayacaqdı. Zooparkın baĢqa bir iĢçisi
uĢağın aslan balasından çox, keçi südünə və
məntiqlə, keçiyə borclu olduğunu deyəndə
ortaya, az qala, dava düĢəcəkdi. Amma
vəziyyəti yenə də Sima qarı qurtardı. Nə
qədər təzadlı olsa da, aslan balasının adı
oldu “Keçi”, uĢağın isə Aslan.
Amma bu, dünyada baĢ vermiĢ nə ilk
təzadıydı, nə də son...
Aslan arıq, cılız uĢaq olsa da, sürətlə
böyüyürdü. Adı iĢçi siyahısında yox idi,
ancaq hamı onu zoopark içĢilərindən biri
hesab edirdi. O da atası kimi zooparkın
gündəlik iĢlərini görürdü.
Aslan həm də heyvanlarla dostluq edirdi.
Gündüzlər hər qəfəsin yanında oturar,
heyvanların səhər yeməyini acgözlüklə
yeməsinə tamaĢa edər, sonra onlarla söhbət
edərdi. Amma heyvanlar ona əhəmiyyət
verməzdilər. Çünki onlar qəfəsdə idi. Qəfəs
heyvanları isə heç kimə bağlana bilməz.
Ġnsana bağlanması üçün heyvana nəvaziĢ
göstərmək lazımdır. Aslan isə yaxĢı bilirdi
ki, bunu etməyə cəhd etsə, iĢ əlsiz qalmaqla
bitə bilər. Ona görə qəfəsin yanında oturub
onu vecinə almayan heyvanlarla sakitcə
danıĢırdı. Bəzən quĢlardan anasını görüb-
görmədiklərini soruĢurdu... Bəzən də onun
anasını axtarmadıqlarına görə baĢı nəhəng
qəfəslərdə dən dimdikləməyə qarıĢmıĢ
göyərçinləri, qırqovulları, hətta qartalları da
ümidsizcəsinə danlayardı...
Aslanın doqquz yaĢı olanda zooparkın
yaxınlığındakı evlərdən çoxlu dostu vardı.
Yaxın məhlələrin uĢaqları hər gün yığıĢıb
zooparkın önünə gələr, onların yanına
çıxmıĢ Aslan zooparkda baĢ verən maraqlı
hadisələrdən danıĢar, heyvanların nə
yediyini, nə içdiyini, necə səs çıxardığını
ağzı açıla qalmıĢ uĢaqlara saatlarla
danıĢardı. Sonra uĢaqlar gah qartal, gah
canavar, gah da at olub oyunlar oynayar,
lap gec saatlarda dağılıĢardılar. Aslan onları
bəzən xəlvətcə iki-iki içəri salar, zoopark
iĢçilərinin gözünə dəyməməyə çalıĢaraq
uĢaqlara heyvanların özünü, ya da yenicə
doğulmuĢ balalarını göstərərdi.
Aslan məktəbə getmirdi. Heç kəsin ağlına
gəlmirdi ki, bu uĢağın adi zoopark
heyvanlarından biri olmadığını xatırlayıb,
onu əlindən tutub məktəbə aparsın. Lakin
bütün uĢaqlar ona həsəd aparır, məktəb,
kitab, yazı-pozu bilməyən, çirklənmiĢ paltar
üstündə heç vaxt danlanmayan, istədiyini
edən Aslanın sahib olduğu azadlığa sahib
olmaqdan ötrü hər Ģeylərini verməyə hazır
olardılar.
Üç aylıq ədəbiyyat dərgisi 113
Aslanın ən böyük dostu vaxtilə keçi südünü
onunla bölüĢmüĢ Ģir balası – Keçi idi. O,
hər gün Keçiyə baĢ çəkirdi. Keçi digər
Ģirlərlə birlikdə hər tərəfdən xəndəklə əhatə
olunmuĢ mağarada yaĢayırdı. Mağaraya
təkcə arxa tərəfdən keçmək olurdu. Zoopark
iĢçiləri Aslana tapĢırmıĢdılar ki, həmin arxa
qapını açmağa heç cəhd də etməsin.
Qəfəsdə Keçidən baĢqa daha dörd Ģir vardı.
Bəzən Aslanın onlardan əl çəkmədiyini
görən Ģirlər qəzəblə nərildəyirdilər. Elə
olanda yazıq uĢağa elə gəlirdi ki, Ģirlər Keçi
ilə onun dostluğundan məmnun deyillər,
ona görə də onları daha çox
hirsləndirməmək üçün tez qaçıb gedirdi.
ƏĢyalar, insanlar, münasibətlər, lap elə
həyatın özü də birdən-birə olmasa da,
tədricən dəyiĢə bilmək kimi qəribə bir
xüsusiyyətə malikdir. Aslanın da bu firavan
həyatı bu cür davam edə bilməzdi. Ömrünü
zoopark kimi kiçik, sakit, yalnız gündəlik,
yeknəsəq dərdləri və sevincləri olan bir
yerdə keçirsə də, Aslan yenə də həyatın bir
parçası idi. O, həyatın axınından kənarda
qala bilməzdi...
Dostlarının Aslana tuĢlanmıĢ həsəd dolu
baxıĢlarındakı qığılcım zaman keçdikcə
sönməyə baĢladı. Məktəbə gedən, çoxlu
kitab oxuyan, yaxĢı Ģəraitdə yaĢayan
uĢaqlar onun hər gün təkrar-təkrar danıĢdığı
əhvalatlardan, heç vaxt dəyiĢməyən həyat
tərzindən, çirkli üst-baĢından bezməyə
baĢladılar. Aslanın yanına gələn uĢaqların
sayı hər gün daha da azalırdı. Bu miskin
mənzərə qarĢısında göyərçinləri uzaqlara
uçub getmiĢ quĢçuya bənzəyən Aslan nə
edəcəyini bilmirdi.
Zaman öz iĢini görürdü. Ġnsanların
maraqları daim artır, dəyiĢir. Günlərin bir
günü Aslan bu maraqlardan kənarda, tək-
tənha qaldı.
Aslanın dostlarının sayı azaldıqca onun
dünyası zooparkın hüdudları daxilində
birdəfəlik cəmləndi və Aslan buna xüsusi
cəhd göstərmədən özünü kənar dünya üçün
qapadı. Bütün varlığı onun özü kimi qəfəsə
salınmıĢ canlılara – heyvanlara məxsus
oldu. Onunla insanlar arasında keçilməz
sədd yarandı. Bu sədd heç vaxt
dağılmayacaqdı. Nə Aslan səddin digər
tərəfinə keçməyə cəhd edəcək, nə də qarĢı
tərəf belə bir addım atacaqdı.
Bəlkə də, bu vəziyyət Aslanın gənc oğlan
olduğu, orta yaĢa çatdığı, qocaldığı, düz elə
öldüyü günədək dəyiĢməz olaraq məhz belə
davam edəcəkdi. Lakin həyatda hər Ģeyin
axarını dəyiĢə bilmək gücünə sahib olan bir
bəla var: müharibə.
Aslanın yalnız zooparkını tanıdığı
vətənində müharibə baĢladı. O,
müharibənin nə olduğunu bilmirdi. Bu onu
heç maraqlandırmırdı da. Aslanın baĢqa
qayğıları vardı. Ceyranların otunu vaxtında
vermək, bayquĢ yatmıĢkən qəfəsinə ət
qoymaq, ortada bir az Keçi ilə söhbət
etməyə cəhd etmək, quĢlara dən vermək,
onlara Keçidən bir az giley-güzar etmək,
sonra... Bu, ardı-arası bitməyən iĢlər içində
Aslanın müharibə haqda düĢünməyə vaxtı
olmurdu. Amma müharibə özü hər Ģeyin
qayğısına elə qalırdı ki, hətta Aslan kimi
dünyadan bixəbər biri də günlərin bir günü
müharibə sözünü qalan sözlərdən iki-üç
dəfə artıq iĢlətməyə baĢladı.
Müharibə baĢladıqdan sonra zoopark
unuduldu. Əvvəl zooparka dən gətirilmədi.
QuĢlar əziyyət çəkməyə baĢladılar. Sonra
ot, ət, dərmanlar, peyvəndlər daha
gətirilmədi. Zoopark iĢçiləri çıxılmaz
vəziyyətdə qalmıĢdılar. Çarə yox idi.
Aclıqdan daha taqəti qalmayan bir neçə
qırqovulu və tetra quĢunu tutub canavar,
tülkü, ayı və Ģirlərə vermək qərarına
gəldilər. Bu xəbər Aslana gəlib çatdıqda o,
göz yaĢlarını saxlaya bilmədi. On dörd yaĢlı
uĢaq yaĢadıqları daxmaya qaçıb orada
114 № 4 (16) QıĢ 2015
gizləndi. Ona elə gəlirdi ki, o, yazıq
quĢların ölümünə tab gətirə bilməz.
Gözünün qarĢısında, əslində, olmayan
səhnələri canlandırıb axırda elə vəziyyətə
gəldi ki, quĢlardan birini daxmasına gətirib
biĢirməyə hazırlaĢan atası onu huĢsuz
vəziyyətdə tapdı.
Aslanın həqiqəti dərk etməsi üçün bir neçə
gün lazım oldu. Keçinin məĢəqqətli halını
gördükdə o özü quĢların qəfəsinə girib
aclıqdan huĢsuz qalmıĢ iki flaminqonu
Ģirlərin qəfəsinə sarı sürüdü. Arxa qapıdan
yemək qoymaq ona hələ də yasaq idi. Odur
ki qəfəsin dəmir barmaqlığına dırmaĢıb
flaminqoları qəfəsin içinə tulladı. ġirlər
xəndəyə düĢmüĢ quĢların üstünə cəld atılıb
onları bir göz qırpımında yox etdilər. Külək
lələkləri havaya qaldırıb zoopark boyu
uçuraraq sanki Aslanın ağ bayrağı
qaldırdığını bəyan edirdi.
Həmin gündən etibarən Aslan ölüm
ayağında olan heyvanları daha çox Ģirlərə
verməyə baĢladı. Zoopark iĢçiləri bunu bilir
və ona heç bir söz demirdilər. Hər kəs çox
yaxĢı anlayırdı ki, bu mübarizədə ən güclü
heyvan qalib gəlməlidir.
Zooparkın içində canlılar vurnuxan
qəfəsləri yavaĢ-yavaĢ boĢalırdı, amma
heyvanlar qəfəsdən təbiətin qoynuna
dönmək üçün deyil, Ģirlərə yem olmaq üçün
çıxırdılar.
BoĢalan təkcə qəfəslər deyildi, zooparkın
arxa həyətindəki daxmalar da getdikcə
boĢalırdı. Müharibə hamını çəkib aparırdı.
Müharibə baĢladıqdan altı-yeddi ay sonra
zooparkda Aslandan baĢqa heç kəs qalmadı,
hətta atası da getməli oldu. Amma qəfəsləri
bomboĢ olduğu üçün Aslan atasının
sorağını quĢlardan ala bilmədi.
Həmin vaxt zooparkda bir ayı və üç Ģirdən
savayı heyvan qalmamıĢdı. Ayını öldürmək
asan iĢ deyildi. Amma o da ac idi, bir az
gözləmək lazım gəldi. Bu müddətdə Keçi
digər erkək Ģirlə birlikdə diĢi Ģiri parçalayıb
yedi.
Bir neçə gün sonra ayı da Ģirlərə yem oldu.
Yenidən ac qaldıqda Keçi ilə digər erkək Ģir
ölüm-dirim mübarizəsinə girdilər. Aslan
onların qəfəsinə söykənib Ģirlərin döyüĢünü
sakitcə seyr edirdi. O, Keçinin qalib
gələcəyinə əmin idi.
Keçi öz qəfəs yoldaĢının cəmdəyi ilə daha
bir neçə gün dolandı. Aslan bütün bu
müddəti elə Keçinin qəfəsinə söykənib
qaldı. Payız girsə də, hava hələ isti idi.
Aslan açıq havada, öz sevimli dostunun
yaxınlığında yatmaq istəyirdi. O ac idi. Çox
ac idi. Amma bu haqda düĢünməməyə
çalĢırdı. Ġlk dəfə idi ki, onun Keçi ilə
rahatca danıĢmaq imkanı yaranmıĢdı. Lakin
o susurdu. Arabir Keçiyə tərəf dönüb onu
kədərli gözləri ilə izləyir, sonra ona arxasını
çevirirdi. Keçi bəzən nərildəyir, bəzən də
narazı halda mırıldayırdı.
Aslan hiss edirdi ki, yolun sonuna gəlib və
bununla əlaqədar nə isə danıĢmaq, ya da,
heç olmasa, nə isə haqda düĢünmək
lazımdır, amma aclıqdan dumanlanmıĢ
beyin özünə əziyyət vermək istəmirdi.
Aslan çuxura düĢmür gözlərini Keçiyə
zilləyib son qərarını vermək üzrə idi.
Keçi daha aclığa tab gətirməyib bütün
qəfəsi alt-üst etdikdən sonra Aslan birtəhər
ayağa qalxdı. Bircə anlıq Keçiyə baxıb
onun gücünün hələ də tükənmədiyinə
heyrət etdi. Sonra ayaqlarını sürüyə-sürüyə
qəfəsin arxa tərəfinə dolandı. Həyatı boyu
ona yaxınlaĢmaq qadağan olunmuĢ dəmir
qapıya, çöldən rahatca açılan qıfıla bir-iki
dəqiqə baxdı. Ani olaraq tərəddüd etdi.
Birdən düz qapının yanında hənirti eĢitdi.
Keçini qucaqlamaq keçdi könlündən.
Boynuna sarılıb sakitcə ağlamaq, həm
anası, həm atası, həm də özü üçün acı-acı
ağlamaq...
Üç aylıq ədəbiyyat dərgisi 115
Əlini qıfıla sarı uzadıb onu açdı. Qapını
itələdi. Keçi qapının arxasında dayandığı
üçün onu əvvəl aça bilmədi. Özünü ələ alıb
zəif səslə Ģiri qapının yanından çəkilməsi
üçün dilə tutmağa baĢladı. Keçi yavaĢ-
yavaĢ geri çəkildi. O çəkildikcə qapı açıldı.
Aslan içəri bir addım atdı. Keçi sakitcə
oturub düz onun gözlərinə baxırdı. Aslan
gülümsədi. Dostunu ilk dəfə idi ki, bu qədər
yaxından görürdü. Keçi yerindən tərpənib
qəfəsin o biri küncünə çəkilməyə baĢladı.
GörünüĢündən bəlli idi ki, sıçrayıĢa
hazırlaĢır. Aslan tez əlini qapıya atıb onu
içəridən bağladı. Sonra Keçiyə tərəf döndü.
Vaxtı yalnız “Ġndi sənin növbəndir”
sözlərini düĢünməyə çatdı...
ZAMİQ MEHDİSOY
ÖLÜM QOXUSU
Gecədən xeyli keçmiĢdi. Hava çox
soyuq idi. AxĢamüstü yağan yağıĢdan sonra
hər tərəf palçıq olmuĢdu. Əsgər yoldaĢım
Orxanla blindajdan çıxıb palçığa bata-bata
posta tərəf addımlayırdıq. Dumandan göz
gözü görmürdü. Sanki gecənin zülmət
üzünə bozumtul pərdə çəkilmiĢdi. Önümü
görməsəm də, ayaqlarım hara gedəcəyimi
yaxĢı bilirdi. Artıq iki ay idi ki, o ərazidə
xidmət edirdim. Bu ötən iki ayda çox
çətinliklər, çox ağrı-acılar görmüĢdüm.
AtəĢkəs olsa da, düĢmən tez-tez
mövqelərimizi güllə-boran edirdi. Neçə
dəfə güllə qulağımın dibini yalayıb
keçmiĢdi. Ġki əsgər yoldaĢımın həyatına
gözümün önündəcə qırmızı nöqtə
qoyulmuĢdu. Lakin sınmamıĢdım. Ġndi isə
daha bir çətin sınaqdan keçməliydim. Artıq
iki gün idi ki,bizim posta ərzaq verilmirdi.
Deyilənə görə, ərzaq gətirən maĢın xarab
olmuĢdu.
Postu təhvil götürüb öz yerimizi aldıq.
Soyuq bir yandan,aclıq da o biri yandan
məni rahat buraxmırdı. Soyuğa dözmək
olardı birtəhər, amma aclıq dözülməz həddə
çatmıĢdı. Əsgərliyə baĢladığım gündən bəri
doyunca yemək yeyə bilməmiĢdim. Birdən
hiss etdim ki, silahı əlimdə tuta bilmirəm.
Əllərimə qəribə bir titrəmə gəlmiĢdi.
”Aman Allah, bu nə iĢdi! DüĢmən indi
üzərimə hücum etsə tətiyi çəkə bilmərəm.
Yox!!! Mən bu cür ölmək istəmirəm!..”
Orxanı çağırmaq istəsəm də səsim çıxmadı.
Fikrə getdim. ÇıxıĢ yolu tapmaq lazım
idi.Aclıqdan qurtulmağın yolu var idi
əslində. Bu yol isə olduqca təhlükəliydi.
Postla üzbəüz ərazidə geniĢ bir üzümlük
sahəsinin olduğunu bilirdim. Heyf ki,
üzümlüyün ətrafı düĢmən tərəfindən
minalanmıĢdı. Ona görə də ora getməyə
tərəddüd edirdim. Amma getməliydim.
Sanki hansısa bir qüvvə məni üzümlüyə
tərəf çəkirdi. Birtəhər özümdə güc tapıb
ayağa qalxdım. Silahı çiynimə keçirib,
özümü sürüyərək səngərdən çölə atdım.
Hava dumanlı olduğu üçün arxayın idim ki,
düĢmən snayperi məni fərq etməz. Öncə
istiqaməti müəyyənləĢdirdim və irəliləməyə
baĢladım. Addımlarım bir korun yeriyiĢini
xatırladırdı. Ayağımı hara atdığımı
116 № 4 (16) QıĢ 2015
bilmirdim. Çəkmələrim yarıya qədər
palçığa batıb çıxırdı.Yıxılmamağa
çalıĢırdım. Özümü zorla tarazlayırdım. Hər
dəfə ayağımı yerə basıb götürdükcə,”Bu ,
sonuncu addımdır” deyə təlaĢ keçirirdim.
Ölümün qoxusu gəlirdi burnuma; hər an öz
ovunun üzərinə Ģığımağa hazır olan yirtıcı
kimi pusquda dayanıb, diĢlərini qıcayaraq
fürsət gözləyirdi. Mən isə ölümün nəzərləri
altında yoluma davam edirdim. Birdən
ayağım kola iliĢdi. Anladım ki, mən artıq
üzümlüyə çatmıĢam. Baxımsızlıqdan kol-
kos basmıĢdı tənəkləri. Kolların arasıyla
irəliləyirdim. Sol çiynimə toxunan salxımı
görəndə uĢaq kimi sevindim. Neçə salxım
üzüm yediyimi xatırlamıram. Hələ
ömrümdə o cür dadlı üzüm yeməmiĢdim.
Qarnımı yaxĢıca doyurduqdan sonra
gözlərimə iĢıq gəlmiĢdi.Səhər açılmaq
üzrəydi. Duman da çəkilmiĢdi. Artıq geriyə,
posta qayıtmalıydım. Cəld yük torbamı
kürəyimdən endirib ağzına qədər üzümlə
doldurdum və yenidən kürəyimə aĢırıb yola
düzəldim. Ayaq izlərimlə gəldiym
istiqamətdə geri qayıtdım. Posta çatan kimi
səngərə - Orxanın olduğu mövqeyə tərəf
getdim. Lakin, o, yerində yox idi. Elə o an
gözüm səngərdə düĢüb qalməĢ papağa
iliĢdi. Bu,onun papağı idi. Mən təlaĢ
keçirməyə baĢladım.Silahı atəĢə hazır
vəziyyətə gətirib səngərboyu getməyə
baĢladım. Bir az getmiĢdim ki, məni
Orxanın cansız cəsədi qarĢıladı. Nə
edəcəyimi bilmədim. Sadəcə, donub
qalmıĢdım. Sonradan bildim ki, mən
üzümlüyə getdikdə düĢmənin kəĢfiyyat
qrupu postumuza hücum edərək əsgər
yoldaĢımı qətlə yetirib.
O hadisədən neçə illər keçib, mən hələ
də həyatda olduğuma inanmıram.
POEZİYA GUŞƏSİ
ə
***
Taleyin, qismətin yolları,
ah, dolam-dolam.
boynumda həsrətin qolları-
ah, dolam-dolam.
Fələk mənlə gəc düĢdü,
Rüzgarlardan güc düĢdü,
Bürcündən kərpic düĢdü,
ah, qalam, qalam!
Ömür qara yazı kimi,
dərd qoyun-quzu kimi,
Yaram yalama duzu kimi,
ah yalam-yayam!
burdan keçən atdı,
atını elə oynatdı...
Dərd dadıb... bir də daddı,
ah, balam, balam!
ġaiq Vəli, ahın bülənd,
Gedəmmədim gedən ilən...
...hara gəlirsən, ah, gələn,
ah! salam, salam!
Üç aylıq ədəbiyyat dərgisi 117
ə
Pəncərələrdəki ağ bayraqlar
axĢam yeməklərindən sonra
süfrələrini yığıĢdırıb
pəncərədən çırpmaz
çörək qırıntılarını atmaz
bizim elin qadınları
çocuqlarının gecəgözü
yavan-yavan
gəvələyib yerə tökdüyü
çörək qırıntılarını
diz atıb əlləriylə dənləyər
səhəri gözləyərlər
evdən zibil çıxartmazlar
qonĢuya ağartı verməzlər
evlərinin bərəkəti qaçmasın deyə
amma yenə nəsə kəm olar süfrələrində
xiyar doğrasalar salatlarına
pomidor qalar
pomidor doğrasalar
xiyar
qarpız kəssələr
yemiĢ olmaz yanında
yemiĢ kəssələr
qarpız
bəzilərinin heç biri olmaz hətta....
səhər ki açıldı
pəncərələrdən ağ bayraq kimi dalğalanar
süfrələr
yoxsulluğa ağ bayraq qaldırarlar beləcə
bizim elin qadınları....
QuĢlar
Damında quĢlar gecələyən evlərimiz vardı
QuĢların ayaq səsləri
Civiltiləriylə yuxuya gedərdik
Layla kimiydi...
PiĢiklər dırmaĢırdı damlarımıza
O quĢların yuvalarına hücum çəkirdilər
Seyrçi qalar
Bir Ģey etməzdik...
Bizə sığınmıĢdılar oysa
Bizim evimizə
Sonra
Yandı
Uçdu
Dağıldı evlərimiz qanlı döyüĢlərdə
QuĢlar pırr eləyib uçdu damlarımızdan
Yuvalarında ətcə balaları qaldı...
Indi qaçqın kimi sığındığımız böyük
Ģəhərlərdə
QuĢ damı boyda evlərimizdə
QuĢ səslərinə həsrətik biz...
***
DəyiĢən təzyiqim kimi
Nə düĢməyini istəyirəm
Nə qalxmağını
Mən dayandığım pillədən
AĢağıda olanda sən
Özünə inamını itirirsən
Yüksələndə
Mənə olan inamını....
Hər zaman bərabər qalaq istəyirəm
***
Alma kimi ismətlidi
Bizim elin qızları
118 № 4 (16) QıĢ 2015
Öpüb-diĢlədikcə qızarırlar......
***
Çocuqluğumuzda
Bizə danıĢılan nağıllarda
ġiĢman olurdu zəngin xanımlar
ġiĢdikcə qəddarlaĢır
Ögey qızlarını daha çox ağladırdılar
Amma indi
IĢtahsız çocuqlarının boĢqablarındakı
Yemək artıqlarını atmağa
Israf etməyə əli gəlməyən
Yoxsul ev xanımları
Evlərinin həm piĢiyi
Həm iti olurlar...
Çocuqlarının qarnına yeyirmiĢ kimi
yeyirlər
əlləri gəlmir çocuqlarının payını
küçə itlərinə yedirməyə
eyinlərinə deyil televiziyaların
arıqlama proqramları
“adım AiĢədi”
“adım RövĢəndi” deyib boĢqabı aldadırlar
Çocuqlarının adını çəkərək...
özgəsinin payını yeyənin
dilinə pay çıxar deyirlər ya
bizim yerlərdə....
Çocuq da inanır az qalsın
Yeməyi özünün yediyinə....
Çocuqlarının yarıda buraxdığı hər iĢi
Boynuna çəkməyə
Qaldırmağa gücləri yetməyən
Hər yükü çəkməyə
Razıdı analar...
***
Qan azlığından əziyyət çəkən
Hamilə qadın
Hər gecə yuxudan üĢüyərək oyanıb
əriylə oğlunun açılmıĢ üstünü örtür
yuxularına hər gecə ağappaq qar yağır
qar kraliçasına dönür
qan azlığından əziyyət çəkən hamilə
qadın....
***
Ayağındakı köhnə çəkələkləri
Məktəbli çantasının arxasında gizlədən
qızcığaz
Bilirdi bu çanta bu gün olduğu kimi
Sabah da
Saman çöpü olacaq ondan ötəri
DüĢdüyü qəm dənizində
Içindəki kitab-dəftərlər onu batmağa
qoymayacaq....
Süpürülüb atılan kədərlər
təzəcə kəsdirdiyi saçlarının
ona çox yaraĢdığını söylədi hicablı rəfiqəsi
ustasını təriflədi
“hansı ustaya saçlarını kəsdirdin”-dedi
“mən də saçlarımı kəsdirmək istəyirəm”....
“sən özün də saçlarını kəsə bilərsən
hansısa stili neynirsən
görünmür ki saçların sənin”-
güldü saçlarını kəsdirən qadın
bir az acımasızlığı da vardı....
qızardı öncə
saçlarını gizləyən
küləyə öpdürməyən qadın
“güzgüdə gözlərimə
bir ayrı görünmək istəyirəm”- söylədi....
söylədi amma
heç biri etiraf etmədi
təkcə gözəl görünməkçün
saçlarını kəsmir qadınlar
darıxırlar
boğulurlar
bu dünyada gücləri çatan tək Ģey
Üç aylıq ədəbiyyat dərgisi 119
elə saçlarıdı ancaq
dünya dağılsa
əvvəl saçlarına əl atırlar
yolurlar
kəsirlər
üzlərindən qovurlar gücləri yetdiyi qədər....
bir ömür boyu qadınlar
saç uzadırlar hədər
kəsilən saçların bir adı da kədər
gözəllik salonlarında
süpürülərək xəkəndazlara yığılan saçlar
kədərin Ģəklidi bir az da...
sən o kədəri süpürüb atdıqca
yenə uzanar
yenə gələr...
ə
***
Bu soyuq yoxuĢun vüsalı yoxmuĢ,
Sənə gələn yollar gözümdən keçir.
Ta ömrüm ötürüb payız təqvimin,
Ta sənə gəlmirəm özümdən keçib...
Yandırdım bu bayat möhnəti, yükü
Ta bundan o yana yox olmaq olmaz,
Ovcumda bir qırıq son ümid büküb,
Həsrətin qoynuna yıxılmaq olmaz...
Daha dodağımda can verir adın,
Bu bədən eĢqimin yorğun cismidir.
Sinəmdə döyünən ət deyil,qadın
DaĢ üstə çəkilmiĢ ürək rəsmidir..
.
Sən gedəndən dağınığam
Bu taleyin nədir mənlə davası,
Ümidlərim zərrə-zərrə kiçilmiĢ.
Qəlbim olub intizarın yuvası,
Kədər sanki lap əynimə biçilmiĢ...
Möhürlüdür bircə Ģirin öpüĢə,
Yad gözəlin dodağında dad olmur.
Xatirələr bağlı qalıb keçmiĢə,
O sevgi də,o öpüĢ də yad olmur...
Ətrin gələn bircə mektub yaz barı,
Gümanım yox baĢqa nəsə ummağa.
Xəyalların heç buraxmır yaxami,
Day qorxuram gözlərimi yummağa...
Qalmayıbdı daha o od,o həvəs,
Zaman ötub,o gedənsən o gedən.
Səndən sonra bir darıxmaq,bir qəfəs,
Unudulmur, unudulmur hər ötən...
Dönməyinə ümid qalıb azacıq,
Gündə yüz yol alovlanıb sönmüĢəm.
Sən gedəndən dağınıqam dagınıq,
Qafiyəsiz Ģeirlerə dönmüĢəm...
Bir yarpaq Ģeir
Yıxılar budaqdan yolun üstünə,
Bir yarpaq ömrü də qalar yarıda.
Xəfif payız yeli durar qəsdinə,
Küsdürər özündən durnaları da...
Oyanar nisgilli xatirələrim,
O yarpaq bahara qayıtmaz daha.
Payızda kövrələn düĢüncələrim
Bir Ģair ömrünü ovutmaz daha...
Xəlvətdə alıĢıb yanar ürəyim,
Tənha bir daxmanın sobası kimi.
Bir soyuq baxıĢdan sınar ürəyim,
Dağılar qaranquĢ yuvası kimi...
120 № 4 (16) QıĢ 2015
Tökülər çiynimə bəyaz tellərim,
Çılpaq budaqlara düĢən qar kimi.
Hərdən xatirənin soyuq yelləri,
Gələr bir əsimlik gilavar kimi...
Ürəyim çırpınar qızıl qəfəsdə,
Sinəmdə Ģeirlər aĢıb-daĢarlar.
Xəzəllər xıĢıldar sarı sim üstə,
Gözümdə buludlar topalaĢarlar...
Ömür də əcələ eyləyər təlaĢ,
Yollar da köhnələr ayaqlarımda.
Ötdükcə fəsillər,çoxaldıqca yaĢ,
ġuxluğun itirər dodaqlarım da...
Bir yarpaq altından boylanar çiçək,
Gözləri mürgülü, baxıĢı xumar.
Təbiət aĢiqi, bu payız ürək,
Bir yarpaq Ģeirdən təsəlli umar...
Dekabr ayrılıqları
Soyuq bir qıĢın darıxqan və qaranlıq
gecəsindən yazıram.
Əslində heçnə qoyub getdiyin kimi deyil
biləsən...
Səndən sonra saatın bütün əqrəbləri
darıxmağa möhürləndi.
Səndən sonra bütün ayrılıqlara dekabr adını
verdim,
Səndən sonra doğuldu bütün Ģeirlər, səndən
sonra baĢladi Ģairliklər...
Bilinməz adamlara,ünvansız nöqtələrə
yazmağa baĢladım məktublarımı.
Naməlum Ģahzadələrə
ithaf etməyə baĢladım xoĢbəxt sonla
bitməyən sevgi Ģeirlərimi,
UzaqlaĢdım bütün
yaxınlarımdan,yaxınlaĢdım bütün
uzaqlıqlara.
Heç nə qoyub getdiyin kimi deyil,biləsən..
Hər sabah alnımdan süzülən soyuq tər
damlalarının titrəyiĢi ilə oyanmağa
baĢladım.Hər açılan səhər, günəĢ yerinə
ölüm doğdu mənimçün,biləsən.
Darıxmaq - sənin olmadığın hər yer,
çərçivədən boylanan rəsminlə söhbət etmək
və dolmuĢ külqabını tez-tez boĢaltmaqdir
indi,biləsən...
Sənsizlik təkce zorla yuxuya getmək deyil,
sənsizlik hər gecə ruhunu zorlamaqdir,
sənsizlik ovucuna süzülən göz yaĢları ilə
yuyunmaqdır hər səhər, biləsən...
Sağ qalmıĢ cismimin sol tərəfindəki bütün
ağrilarda da, qaranlıq sükutun pıçıltısında
da,əsən küləyin uğultusunda da bir az sən
varsan.
Ġndi mənim darıxmağım, sahibi ölmüĢ
bütün itlərdən də betərdi, biləsən...
Bu Ģəhər-körpəsini itirən ana
yuxusuzluğudur.Bu Ģəhər-torpağı,daĢı
acizanə təkliklərə məhkum qəbristanlıqdır.
Sənə aparan bütün yollar uzundu,sənə
uzanan bütün qollar qısadır, biləsən...
Ġndi bütün təsəllilər ümidlə yox, unutla
baĢlayır.
Gözlərimi yollardan yığmamıĢam hələ,
biləsən...
Alnımdaki ütülü qırıĢlara and olsun,
And olsun həsrət qaldığım bir buket
təbəssümə,
And olsun sonuncu siqaretimin son
tüstüsünə,
And olsun çiliklənmiĢ ürəyimin sancısına,
And olsun içdiyim Ģərabın son damcısına...
Kor taleyimin bir küncünə qısılmıĢ
sərxoĢluqdu sənin yoxluğun,
Ümidsizcə hayqırılan bir boĢluqdu sənin
yoxluğun,
Biləsən...
Əslində sənsizlik-ümidlərin ölməsi
deyil,ölümün umidlənməsidir.
Əslində sənsizlik - bitməmiĢ cümlənin
sonuna qoyulan üç nöqtədir...
Üç aylıq ədəbiyyat dərgisi 121
Bu qorxunun dadı
Bax bu gecə, gecəqondu otağının qapısı
Haray salan küləklərlə bəhsə girir nədənsə
YavaĢ-yavaĢ dınqadınqla zəhlətökür
pəncərə
Yalqız qalan bir it kimi zingildəyir nədənsə
Adam kimi xoruldamır daha küncdə
sobamız
Bir ömürlük nəfəs yoxdu daha otağımızda
Üç adamlıq ev idi
Daha onun çarpayısı daha yorğan döĢəyi
Siqaret qoxuyan paltosuyla qara köynəyi –
O qoxumur
O boylanmır paltarların içindən
Evimizdə bir adamlıq yer boĢaldı
Otaqlarda bir adamlıq süküt qaldı
Süfrəmizdə bir boĢqab da azaldı
Artıq onun adına çox biĢdi xörəklərimiz
Nə olsun ki
Zəhmətinin dadı gəlmir çörəkdən
Özü dadmır adına asılan həmin xörəkdən..
Kimsəsizin ümidinə döndü qiyafətləri
Təsəlliyə döndü hər gün məzar ziyarətləri
Məzarlıqda bir daĢ onunkulaĢdı
Artıq onun öz cüməsi ildönümü yaradı
Adamların gözlərindəki yaĢ onunkulaĢdı
Artıq hər ildönümündə , doğum günündə
çəkiləcək adı var..
Ġndi nəfəs duymamaq kimi qorxu var
içimdə
Bir adamın yaĢadığın duymaq üçün
yatmıram
Cənnətimin nəfəsindən doymaq üçün
yatmıram
Bu qorxunun sən boyda bir itgisitək dadı
var
“ atam boyda yoxluğu” içində daĢıyan
qadın
Ġtirmək qorxusutək qəlbimdə yaĢayan qadın
Oktyabr
Bu gün yerə bulud-bulud qəm töküldü
Körpə kimi yanıq-yanıq qığıldadı.
Ġldırımlar arvad kimi öz ərinə
Hey deyindi , dayanmadan dığıldadı.
GünəĢ küsdü , boĢ cibimiz küsən kimi
yer üzündən göy üzünə döndü sifət.
Külək əsdi , körpəmizin sözləritək
“Ata , mənə nə almısan ?” , gülə-gülə
əllərimin boĢluğunda söndü sifət.
Çətir açdım, bir ər kimi dırhadırdan
qaça-qaça , xəcalətə düĢə-düĢə.
Vicdanımla söhbətləĢdim masalarda
Gecə-gündüz , qədəh-qədəh , ĢüĢə-ĢüĢə.
Xəzan gözlüm yarpaq-yarpaq sızıldadı ,
Ömür boyu heç vaxt belə solmamıĢdı.
Çox payızlar hönkür-hönkür doldu , getdi
Heç vaxt belə oktyabr olmamıĢdı.
Müəllimin qazancıtək əldən düĢsəm
Lal olaram danıĢmaram oktyabr.
Fevral gəlsə xəzan gözlüm gəl deməsə
Mən səninlə barıĢmaram oktyabr.
122 № 4 (16) QıĢ 2015
***
Dünən ürəyimdə bitən arzuya,
Bu gün baĢqa cürə don geydirirlər.
Mən elə kədərlə çox xoĢbəxt idim,
Nədən sevinc ilə sevindirirlər?
***
Bir zaman yatmağa beĢik gəzərdim,
Ġndisə, ay Ana məzar gəzirəm.
Ġçimdə sevinci öldürmək üçün,
ĠĢə bax, özümə azar gəzirəm.
***
Mən özü-özümün üsyankarıyam,
Gecələr yatmağa yuxum agrıyır.
Yerlərin ən bədbəxt günahkarıyam,
Göylərə çatmağa ruhum ağrıyır
ġaiq Vəliyə Neçə yoxuĢ, neçə dərə keçmiĢəm,
Azaraq göylərdən yerə köçmüĢəm.
Mən xeyir deyilən Ģərə düĢmüĢəm,
Sözümdən inciyib sənə gəlirəm.
Həyat qəfəs kimi görünür mənə,
Hər Ģey nəfəs kimi bürünür mənə.
Ölüm addım-addım sürünür mənə,
Ġzimdən inciyib sənə gəlirəm.
Mənəm, Zaur Sahil, tanı, ay Allah,
Köhnəlib bu ömrün donu, ay Allah.
TapĢırıb torpağa canı, ay Allah,
Özümdən inciyib sənə gəlirəm.
ə
SƏNSĠZLĠK DƏRDĠ...
Yana-yana gəlmiĢəm,
Külüm qalıb yollarda.
Sənsiz indi bilmiĢəm,
Yetim imiĢ qollar da.
Öldürələr, itirələr,
Sənsiz mənə dözüm yox.
Hara baxdım xatirən,
Hara baxdım özün yox.
Taleyin günahı nə?
Yazanı belə yazıb.
Baxarsan ürəyinə,
Orda bir yazıq azıb.
Gecənin yox əlacı,
Qəmə qısılıb qalıb.
Kipriyim dar ağacı,
Yuxum asılıb qalıb.
Üç aylıq ədəbiyyat dərgisi 123
KƏSDĠYĠN CƏZA SEVMƏK...
ġirin-Ģirin-
asta-asta ağlamaq,
Səni unuda bilməmək,
Sənsiz heç nəyə gülməmək.
Səni sevmək...sevmək,Zalım!
Dilin:-,,Hardasan-
qayıt,,deməsi,
Gecənin ayrılıq səsi,
Əlin gözdən inciməsi,
Səni sevmək...sevmək,zalım!
Ömrüm düĢdüyü-
qəzamı?
Ha baxıram,yox nizamı.
Elə kəsmisən cəzamı,
Cəzam sevmək...sevmək,zalım!
ÖMÜR BUMU? Sevgin ürəyimdə bir kitab kimi,
Hər vərəqi həsrətindir-
oxunmur...
Səndən sonra,
Sənsiz qalan əllərim,
Bu dünyanın,
Bir gülünə,içəyinə toxunmur...
Getməyə yolum yox-
ölməyə yerim.
Gözüm yol axtarır-
ürəyim məzar.
Kim açıb oxusa-
ömür səhifəmi,
Kədərimdə itər-
dərdimdə azar.
BULUDDA BAR HAVASI VAR
Dil-dodaq ağa bürünüb,
Sozlərdə qar havası var.
Arzularımı asmıĢam,
Tabut, məzar havası var.
Lalımaqdır iĢim-peĢəm,
Çətin yolumu dəyiĢəm.
Göyün budağın əymiĢəm,
Buludda bar havası var.
Allah, göz düĢdü, dərdi nə?
Gözlər bilər, göz dərdi nə!
Elə düĢmüĢəm dərdinə,
Könlümdə yar havası var.
Ə
Bu sevgiyə nağıl demə əzizim
Bənzətmə sevgini quru nağıla,
Qıyma ümidlərim sına,dağıla,
Ġnsan gərək sevgi ilə doğula,
Bu sevgiyə nağıl demə, əzizim.
XoĢ ovqatı, səfası var sevginin,
Bəzən üzən cəfası var sevginin,
Hər ürəkdə yuvası var sevginin,
Bu sevgiyə nağıl demə, əzizim.
Ġnsanlara əl uzadar əli yox,
Qəlb oxĢayar, könül açar dili yox,
Bu sevginin nöqtəsi, vergülü yox,
Bu sevgiyə nağıl demə, əzizim.
Sevgi bitməz əsla, böyüyər, ĢiĢər,
Sevən ürək eĢqlə közərər, biĢər,
Nağıl bitər, göydən üç alma düĢər,
Bu sevgiyə nağıl demə, əzizim.
124 № 4 (16) QıĢ 2015
GÜNEY
AZƏRBAYCAN
ElĢən Böyükvənd
Mifik Təbrizdən
gərçək Təbrizə
Demokratiya iki xüsusiyyəti əsas sayır:
birincisi plüralizm,
ikincisi tənqidi düĢüncə.
Edward Forster
GiriĢ: Ġranda yenidənqurma siyasəti,
avropalılaĢmaq, siyasi izmlərin yaranıb
geniĢlənməsi (solçuluq və millətçilik) ədəbi
tənqid və Avropa yönümlü ədəbiyyat və
incəsənətin beĢiyi kimi uzun-uzadı tərif
yağıĢı və alqıĢına tutulan Təbriz və güney
azərbaycanlı ziyalılar haqda yenidən
düĢünməli, baxıĢımız və gözlüyümüzə
vurulmuĢ mifik və utopik pərdələri sökməli,
yırtmalı və yenidən toxumalıyıq.
Çünki C. Meriç demiĢkən, “üç hücrəli bir
məhbəsdəyik; ideologiya, mif və utopiya”.
Təbriz və təbrizlilərin kimliyimiz, dilimiz
və düĢüncə tariximizə verdiyi töhfələr,
vurduğu zərbələrlə yanaĢı, bu Ģəhərin
ziyalılıq tarixi və siyasi-ictimai hərəkatlarda
tutuğu mövqe və tutumu düzgün və tərəfsiz
Ģəkildə tənqid süzgəcindən keçirməliyik.
Siyasi düĢüncələr əlvanlığı, göyqurĢağı
Ģəhəri olan Təbriz, MəĢrutə dövründən bu
günə qədər at çapdığı, qılınc və qələm
oynatdığı islamçılıq, irançılıq, solçuluq,
farsçılıq, türkçülük və azərbaycançılıq
məfkurəsnin oylağıdır.
Qaradağlı Səttarxan, ġəbüstərli
Xiyabani və Xalxallı PiĢəvəri tərəfindən
çağdaĢ Azərbaycan-mərkəz hərəkatın
paytaxtına çevrilmiĢ Təbriz bir yandan
Ġranın qurucusu və qoruyucusu rolunu
oyayıb, bir yandan isə ona dağıdıcı və
sarsıdıcı zərbə vurmaq gücünə yiyələnib.
Orta və çağdaĢ dövrdən baĢlayaraq,
Avropa-Qafqaz ticarət yolları ilə yeni
mədəniyyətlə tanıĢ olan Azərbaycan əyaləti
(o zaman belə adlanırdı) Ġran və Güney
Azərbaycanın siyasi-ictimai və iqtsadi
inkiĢafı baxımdan böyük rol oynayıb.
Güney Azərbaycan Ġranın Quzey-
Qərbində yerləĢdiyi strateji məkan,
əkinçilik və yeraltı qaynaqlarla zəngin bir
coğrafiya olmaqla yanaĢı, Avropa
mədəniyyəti və iqtisadiyyatı ilə sıx
münasibətlərinə görə daha inkiĢaf etmiĢ bir
əyalət halna gəlib
(Mənbə: "Eqtesade Siyasi Ġran-Homayun
Katuziyan-Motərceman: Mohməmməd
Reza Nəfisi və Kambize Əzizi-NəĢre
Mərkəz. Tehran. Səh.194)
Azərbaycan Ġranın Bəluçistan, Kürdistan
və yaxud Xuzistan əyalətlərinin coğrafi
məkanında yerləĢsəydi, yenə də həmin
statusa malik olacaqdımı, görəsən?
Buna görə Ġran modernlik və modernizmi
birbaĢa Azərbaycan yolubaylığı, bələdçiliyi
və baĢçılığı altında meydana gəlib.
Ziyalı və elitlərimiz Avropa
mədəniyyəti və düĢüncəsi yerinə dini
Üç aylıq ədəbiyyat dərgisi 125
təməliçilik, irançılıq-farsçılıq və kütlə-yığın
adət-ənənələrindən sonra hansı dünyəvi və
modern düĢüncə sovxasının (bu sözü miras
sözü yerinə iĢlətmək olar) bulağından su
içəcəkdilər?
ÇağdaĢ Ġran tarixinin bəlli çatlarından
biri ənənə-modernlik, sekulyarizm-islam
fundamentalizmi, hakim və məhkum
kimliklər qarĢıdurması və iqtisadi haqsızlıq
yarıqları üzərində qurulub.
Bütün bu çatlaqların hər iki tərəfində fəal
rol oynamıĢ Azərbaycan ziyalılarının payını
görmək mümkündür.
M.F.Axundov, Sabir, Cəlil, Sahir,
Rəsulzadə, PiĢəvəri, Xiyabani və yüzlərcə
maarifçi, yenilikçi mütəfəkirlər Avropa
mədəniyyəti, düĢüncəsi və ədəbiyyatı ilə
tanıĢ olmasaydılar, hansı gündə, hansı
haldaydıq, görəsən?
Çar və sonra Sovet dövründə Quzey
Azərbaycanın Ġran, Ġslam fundamentalizmi
və Ģərq despotizmindən nisbi Ģəkildə
qoparılıb sümürülməsinin bütün mənfi
yönləri ilə yanaĢı, dilimiz, kimliyimiz və
düĢüncəmizin dirilməsi və yeniləĢməsinə
verdiyi töhfələri dana bilmərik.
Çar və sovet dövlətlərinin dilimiz,
kimliyimiz və düĢüncəmizə qarĢı
yürütdükləri bütün məqsədyönlü
siyasətlərin mənfi yönlərinə baxmayaraq,
onların bizə açdıqları pəncərələrdən içəriyə
dolan düĢüncələr və nəsnələr Ġranın bizə
verdiyi və verəcəyi dil, kimlik qırlığından
(səhrasından) daha xeyirli olub.
O zamankı Azərbaycan əyaləti və bugünkü
Təbrizin Ġran nasionalizmi, Ġran solçuluğu
və Ġslamçılığı inkiĢafında oynadığı rolu göz
ardına vuran dostların səmimiliyinə inana
bilmirəm.
AĢağıdakı Ģəxsiyyətləri Təbriz yetirmiĢdir.
Rasizim ayaqyolundakı böcəklərin sayı
olduqca çoxdur.
Əhməd Kəsrəvi (fars irqçiliyinin ən
görkəmli nümayəndələrindən biri)
“Azərbaycanın əski dili Azəri” tezisi ilə
bizim türklüyümüz və türkcəmizə qarĢı o
qədər ağır zərbə vurub kı, hələ də onun
yarası qaysaq bağlamayıb.
O, təkbaĢına bir anti-türk ordunun iĢini
görüb. ArınmıĢ farscanın inkiĢafı və Ġranın
parçalanmamasının qabağını almaq üçün
nəĢr etdirdiyi kitablar, məqalələr və
qəzetlərdə dəridən-qabıqdan çıxaraq,
azərbaycanlıların farslaĢdırılması və milli
birlik bağlarının güclənməsi haqda
düĢüncələrini yazırdı.
Əli Heyyət, rəhmətlik Cavad Heyyətin
atası idi. Əli Heyyət baĢqa Ġrançı-Farsçı
Ģəxsiyyətlərlə birlikdə ġeyx Məhəmməd
Xiyabani tərəfidən Azərbaycan əyalətindən
qovulmuĢdu.
O, Xiyabaninin öldürülməsi və hərəkatın
yenilməsindən sonra Təbrizə ayaq qoya
bildi. Heyyət həm Xiyabani həm də
PiĢəvəri hərəkatının qatı düĢməni idi.
Pəhləvi ordusu Azərbaycan və Təbrizə
basqın edərək Milli Hökuməti devirib neçə
min nəfəri qanına qəltan edəndən sonra o,
bu qələbəni Ġranın o çağkı baĢ naziri
Əhməd Qəvam cənabları və Ġran Dövlətinə
təbrik etmiĢ və separatçı qüvələrin qabağını
almaq üçün onlara öz dillərində təhsil
imkanı verillməsi təklifini söyləmiĢdi
(Mənbə: Varlıq dərgisi-1379-cu il-117-
2,116-1 nömrə. Səh.81)
Hüseyn Kazımzadə ĠranĢehr (fars
irqçiliyinin ən görkəmli nümayəndələrindən
biri) "ĠranĢəhr" kimi fars millətçiliyi
düĢüncəsini təbliğ edən bir dərginin
qurucusu idi.
Onun fikrincə, azərbaycanlılar sonradan
türkləĢmiĢ iranlılardır və Azərbaycan dili
onlara zor gücü ilə tətbiq olunub.
Əli Süheyli Ġkinci Dünya SavaĢı zamanı
Ġranın müstəqilliyi və ərazi bütövlüyünün
126 № 4 (16) QıĢ 2015
rəsmən tanınıb qorunacağı və separatçı
qüvvələrin Sovet, Ġngiltərə və Amerika
tərəfindən dəstəklənməyəcəyinə dair
imzalanan müqavilənin təĢəbbüskarı idi.
Ġbrahim Həkimi baĢnazirliyi zamanında
Milli Hökumət məsələsi BMT-nın
Təhlükəsizlik ġurasına göndərilmiĢdi. Elə
həmin müraciəti təbrizli Seyid Həsən
Tağızadə təntənəli Ģəkildə ümumi iclasda
oxumuĢdu.
Tağı Əranı isə Ġran solçuluğunun ən
görkəmli nümayəndəsi və 53 nəfərlik
qrupunun baĢçılarından biri kimi
azərbaycanlıların farslaĢdırılması, türkcənin
məhvi və Ġran millətini azərbaycanlılara
qarĢı daha diqqətli Ģəkildə assimilyasiya
siyasəti tətbiq etməyə çağırırdı.
Əmir Nüsrət Ġskəndəri - 14-cü Ġran
məclisində PiĢəvərinin etimadaməsinin ləğv
olunmasında misilsiz canfəĢanlıq etmiĢ
təbrizli.
Dr. Mənuçöhr Mürtəzəvi
“Azərbaycanın əski dili” kitabı ilə Kəsrəvi
tezisinin əsaslarını gücləndirməyə çalıĢırdı.
Dr. S.Cavad Təbatəbayi, bu filosofun
fikrincə, biz türk deyilik və dilimiz də
Əhməd Kəsrəvinin dediyi kimi, Azəricədir.
Təbatəbayi Ġran kəndlisinin savadının
Azərbaycan Respublikası universitetlərinin
professorlarından daha çox olduğunu iddia
edirdi.
Dr. S.R.ġəfəq də yuxarıdakı rasistlər
kimi bizi iranlılaĢdırıb farslaĢdırmaq
uğrunda qələm çalmıĢ və tər tökmüĢdür.
(Yuxarıdakı Ģəxsiyyətlər haqda baxın:
“Recale Azərbaycan Dər Əsre MəĢrutiyyət-
Mehdi Moctəhedi-çape əvvəl bedune tarix-
enteĢarate Səhənde Azərbaycan”)
Ġranın siyasi-ictimai tarixində
Azərbaycanlılıq-Türklük varlığı və
kimliyini qurmağa və qorumağa qalxan (bir
sıra fərqlərlə) üç div Ģəxsiyyətin heç biri isə
təbrizli deyildilər.
Təbrizin türk dünyasında tutduğu sevimlilik
və ucalığı qeyri-təbrizli olan üç siyasi-
ictimai liderin baĢçılığı altında baĢ tutmuĢ
MəĢrutə, Xiyabani və PiĢəvəri hərəkatında
görməyimiz heç də yersiz və əsassız
deyildir.
Yuxarıda adı gedən hərəkata
qoĢulanların içində Azərbaycanın fərqli-
fərqli bölgə və Ģəhərlərindən ziyalı və
siyasi-ictimai aktivistlər iĢtirak etmiĢ,
mübarizə aparmıĢdılar.
Qaradağlı Səttarxandan baĢlayan
Azərbaycan-mərkəz hərəkatın axsaqlıqları
və bütün problemlərini ġəbüstərli Xiyabani
və Xalxallı PiĢəvəri düzəltməyə və çözüb
azaltmağa qalxmıĢdılar.
Kütlə Ģüurunda olan o çağkı iranlıları
seçkinlər zəkası və dühası nəticəsində
səfərbər etmək mümkünmüĢ.
Demokratik düĢüncədən məhrum olan Ġran
kütləsi onlarca dona, minlərcə düĢüncəyə
bəzənə və düzənə bilərdilər. Sivil,
demokratik və modern düĢüncəli vətəndaĢ
ilə kütlə arasındakı çox fərqlərdən biri də
kütlənin faĢizm, nazisim, kommunizm,
islam fundamentalizmi ideologiyalarına
daha rahat cəlb və səfərbər olmalarındadır.
(Mənbə: CameeĢenasi-e Siyasi, nəqĢe
niruhaye ectemayi də zendegi
siyasi.Hoseyne BəĢiriyyə.NəĢre Ney.
Tehran -1390)
Təbrizin ortaya qoyduğu bircə
Səttarxan, Xiyabani və PiĢəvərisi yoxdur və
olmayıb da.
Bu üç Ģəxsiyyətin bütün oxĢar və fərqli
düĢüncələrinə baxmayaraq, milli hərəkatın
doğuĢu, dirçəliĢi və yüksəlib-alçalıĢındakı
rolu danılmaz bir faktdır.
Nədən və niyə Təbrizin Ayətullah
Kazım ġəriyətmədaridən baĢqa, dirisi,
yaxud ölüsünü qonaq qabağına apara
biləcəyimiz bircə siyasi Ģəxsiyyətimiz
yoxdur?
Üç aylıq ədəbiyyat dərgisi 127
ġəriyətmədari Möhsün Kədivər demiĢkən,
o, yumĢaq tutumlu Ġslamın nümayəndəsi
kimi çıxıĢ edirdi (Mənbə: Əsnadi dər
morede Ģekəstən namuse enqelab-Mohsen
Kədivər. PDF)
Ayətullah ġəriətmədarinin Ġran Ġslam
Ġnqilabı liderlərinə qarĢı tutuğu əsas iradlar
və açdığı özünəməxsus savaĢ Vilayet-i
Fəqih anlayıĢı, konstutusiya problemləri,
Ġranın federal Ģəkildə idarə olunması,
demokratikləĢmə və millətin seçim
haqqının dövlət tərəfindən qəbul olunması
üstündə idi.
ġəriətmədari hərəkatının əsas
uğursuzluqlarından biri ali dini liderin
Azərbaycan millətininın dəvətini qəbul edib
Qumdan Təbrizə getməməsi (Onun
fikrincə, bu iĢi ilə separatizmi və Güney
Azərbaycanın Ġrandan ayrılmasını
dəstəkləmiĢ olardı) liberal, solçu və islamçı
qüvvələrin gücünü toplayıb səfərbər edə
bilməməsi, dövlətin Azərbaycana qarĢı
hərbi müdaxilə fərmanı verməsindən sonra
geri çəkilməsi, radikal Hizbullah qüvvələrə
qarĢı dini liderin yumĢaq və mədəni tutumu
idi. Həmçinin, Ġranlılıq, Türklük-
Azərbaycanlılq və Müsəlmanlıq kimliyi
arasında balans və tarazlılığı qorumağa
çalıĢdığına görə ġəriətmədari demokratiyası
Tehran müstəbidliyi çəkməsi altında
əzilməli oldu (Mənbə: Mərzha və bəradəri-
Branda ġaffer-Tərcomeye YaĢar
Sedghiyani Azər. Tehran-1385) Bu
hərəkatların otu üstə cücərən və göyərən
Milli Hərəkat Təbriz və Azərbaycanın öz
keçmiĢ tarixini böyüdücü gözlüklər
arxasından süzməli və yaradıcı düĢüncələr
süzgəcindən keçirməlidirlər.
Təbriz, Avropa yönümlü siyasi-ictimai
düĢüncə, modern mədəniyyət və sənətin
yaranması, boy atması və inkiĢafı
baxımıdan Qafqaz (Azərbaycan
respublikası)-Rus, Osmanlı-Türkiyə
cumhuriyyətinə olan borcunun ölçüsü və
böyüklüyünün fərqindədirmi, görəsən?
Ġranda yenidənqurma siyasəti və
proyektinin ilkin qığılcımı və addımı demək
olar ki, Qacarlı Abbas Mirzə tərəfindən və
avropalı müstəĢarlar vasitəsilə
gerçəkləĢdirilib.
Bu baĢlanğıc birbaĢa Çar-Qacar savaĢları
zamanı olub (Mənbə: Ġran beyne do enqelab
- Y.Abrahamiyan. NəĢre Ney.Tərcomeye
Əhməd Qol Mohəmmədi və Mohəəd
Ebrahim Fəttahi- Tehran- 1391)
Qacarlı-Çar savaĢları zamanı rus topxanası
tərəfindən darmadağın edilən qacarlı
ordusunun süvari və sıravi əsgrləri və rus
ordusunun ağır zərbələri qarĢısında dözüm
gətirə bilməyən elat dəstələrini görən
Abbas Mirzə “GünəĢ Ģərqdən doğur”
deyibən ordunun basılması və Qacarlıların
yenilməsi qorxusu qarĢısında düĢüncəyə
dalır.Abbas Mirzə Avropa elmi,
mədəniyyəti və gücünü Rus ordusu ilə
üzləĢəndən sonra görməyə və anlamağa
baĢladı.Onun düĢüncəsində yaranan
suallardan baĢlayaraq, Ġran və baĢda
Azərbaycan olmaqla yeni Avropa düĢüncəsi
və mədəniyyətinə qarĢı meyllənmə və
maraq daha ciddi Ģəkildə artmağa baĢladı
(Mənbə: Sonnət və modernitə-Sadegh
Zibakəlam- enteĢarate Rozəne-Tehran -
1389)Təbriz Darü-l Səltənəsi,
universitetləri, ziyalıları, siyasi-ictimai
aktivistləri, qələm və düĢüncə yolçularının
dəyəri və əhəmiyyətini yerli mədəniyyətin,
düĢüncənin yox, birbaĢa Qafqaz-Rus,
Osmanlı-Türkiyə yolu ilə Avropa
mədəniyyətinin açdığı bollu-bərəkətli
süfrədə görmək olar.
Oxucuların yorulmaması üçün maraqlı bir
hadisəyə iĢarə etməyi lazım görürəm.
Nasireddin ġah Rusiyaya gedib oradakı
Ģəhərlərdə ucaldılan heykəlləri gördükdən
128 № 4 (16) QıĢ 2015
sonra Tehrana qayıdıb öz heykəlini
ucaltmıĢdı.
Ġslam Ģəriyəti çərçivəsində və bir sıra
Tehran müctəhidləri fitvaları əsasında etiraz
aksiyaları günü-gündən böyük vüsət alır.
Heykəlin haram və qeyri-islami olması
haqda fitvalar verilir.
Zavallı Ģah bunları görüb kütlə- yığının
xofundan təcili Ģəkildə öz heykəlini Ģəhər
meydanından götürməyə məcbur olur.
(Mənbə: M.Etimadü-l Səltənə. Əl-Maser
və-l Asar.Tehran. Səh.107)
Qacarlı sülaləsi baĢçılarının Avropa
mədəniyyəti ilə tanıĢ olması nəticəsində
Nasireddin ġah bir sıra islahatlara əl
atmıĢdı.Din xadimlərinin yalnız rözəxanlıq
və din ehkamı ilə məĢğul olmaları, ümum-
kütlə gözü qarĢısında qol kəsmə və baĢ
vurulmasının yığıĢması onun yeni
mədəniyyətlə tanıĢ olmasının nəticəsi
idi.Təbriz Ģəhərinin Azərbaycan Türkcəsi
dilinə əmək vermiĢ və tər tökmüĢ ünlü
imzalarına baxdığımızda təbii olaraq,
onların fərqli və oxĢar siyasi axınlara,
cərəyanlara mənsub olduqlarını görəcəyik.
Bu Ģəxsiyyətlərin ana dilimiz və
kimliyimizə verdikləri bütün mənfi-müsbət
cəhətləri araĢdırmadan mifləĢdirmə
xəstəliyindən yaxa qurtara bilməyəcəyik.
ġəhriyar, Oxtay, Cavad Heyyət siyasi
düĢüncələrinin Ġran-Azərbaycan, Türçülük-
Solçuluq və ġiə fundamentalizmi arasında
oynadığı haqda dərindən düĢünməyə dəyər.
Oxtay Ġran çərçivəsində siniflər savaĢı
tərəfdarı kimi PiĢəvərini siniflər savaĢını
buraxıb milli məsələyə veridyi əhəmiyyətə
görə qınaq, təhqir və tənqid atəĢinə tutur.
O, Pəhləvilərə qarĢı partizancasına
döyüĢdüyü zaman öldürüldü.
Oxtayın Ana Dilimizə pay verdiyi Ģeir
kitabı divan Ģeir forması və sərbəst Ģeir
üslubu arasında yazılmıĢ Ģeirlərdən
ibarətdir.
ġəhriyar Azərbaycan Türkcəsində
yazmağa öz nənəsinin xahiĢi və yalvarıĢı ilə
baĢlamıĢdı.
ġəhriyar, Pəhləvilər diktatorluğu zamanı
onların və Ġran Ġslam Ġnqilabı zamanı isə
bunların saray Ģairi və ideologiya çarçısı və
qulluqçusu kimi çıxıĢ etmiĢdi.Demokrat
firqəsinin çöküĢündən sonra Təbrizə gələn
M.R.ġah Pəhləviyə yazdığı Ģeiri hələ də
böyük ürək ağrısı ilə anmaqdayıq.
Onun ikiüzlü və yaltaqca davranıĢını görən
Həbib Sahir qəzəblənərək belə bir Ģeir
yazmıĢdı.
“Otur evdə bürün kürkə!
Dağda vardı boran Ģair!
Qarabağda xalan vardı
Xalan sənə qurban Ģair,
Burax aĢsın daĢsın Araz
Sən get ġaha mədhiyyə yaz!
El düĢməni, dil düĢməni
Gəl aldatma el obanı!”
("Səhər iĢıqlanır" Ģeir kitabı. 61-ci səhifə)
Ari irqi, Ġrançılıq məfkurəsi və ġirazlı
Hafizin bulağından ilham və güc alan
ġəhriyarı türkçü-azərbaycançı
göstərməkdənsə, Kitab-i Dədə Qorqud
yolçusu və davamçısı olan Səhəndin
qəribliyinə diqqət yetirməliyik.ġəhriyarın
ilham qaynağı ġirazlı Hafiz və Səhəndin
ədəbi kökü Dədə Qorqud kitabı üzərində
qurulub.Səhənd də mühafizəkar siyasi
düĢüncə və ġirazlı Hafizin çağında iliĢib
qalmıĢ ġəhriyarı baĢa salmağa çalıĢırdı.
“Özgə çırağına yağ olmaq bəsdir,
Doğma ellərimiz qaranlıqdadır.
Yanıb, yandırmayaq yadın ocağın,
Evimiz soyuqdur, qıĢdır, Ģaxtadır”.
Buna görə ġəhriyarın ədəbi dili ləhcə,
folklor və ümumkütlə dilinə, Səhəndin
ədəbi dili isə onurğalı, sümüklü, samballı
ədəbi köklər üstə qurulmuĢdu.
ġəhriyar farsca yazdığı bir Ģeirdə “Ana
Dilimiz əzizdir, ancaq Ġran istəmədiyi və
Üç aylıq ədəbiyyat dərgisi 129
izn vermədyi halda lal olmalıyıq”
deyir.ġəhriyar rəhmətlik Cavad Heyyəti
Ġran türkcəsində yazmadığına görə tənqid
edirmiĢ. Sonra baĢa düĢüb ki, bu dilin ədəbi
forması, kökləri və mirası var.
Rəhmətlik Cavad Heyyətin dilimiz və
ədəbiyyatımıza verdiyi əmək və tökdüyü tər
unudulası deyildir. O da Ġran Türkləri
kimliyi və Ġran coğrafiyası içərisində
Türkcənin rəsmi bir dil olmasını istəyir və
vurğulayırdı.
Ġran coğrafiyasında yaĢayanlar Avropa
mədəniyyəti qığılcımı və dalğasının
canqurtarıcı nəfəsini duymadan öncə xoruz
döyüĢdürmək, it boğuĢdurmaq, baĢ yarıb
zəncir qırmaq, yol inĢa etməyin biliyi və
bacarığından məhrum, islam və Ģiə
firqələrinə bölünüb Ģəhər və əyalətlərdə bir-
birini parçalamaq (Neməti-Heydəri, ġeyxi-
MütəĢərriye və Ģiə-sünnü qırğınları), tayfa
arası çəkiĢmələr və qan tökməklə uğraĢmaq,
divan ədəbiyyatında qadın və qız
gözəlliyini öymək yerinə sütül oğlanları
cinsi istismara məruz qoymaqla ömür
sürürdülər.
Nəticə: Demokratiya, qanun
hakimiyyəti, liberalizm, fərdi azadlıqlar,
parlament, hüquq anlayıĢı, yeni qərb
fəlsəfəsi və ədəbiyyatı, insan haqları,
partiya və ideologiya, vətəndaĢ cəmiyyət,
respublika sistemi və konstutusiya, elm,
texnologiya və baĢqa qavramları Ģərq
insanından alsaq, yerində nə qalar, görəsən?
Buna görə, Ġran və Azərbaycanlılar özlərini
öyməkdənsə qərb mədəniyyətinə olan
borclarının böyüklüyü və ölçüsü haqqında
düĢünməlidilər, məncə.
Zaman PaĢazadə
Qal ma Qal
Özümün edənə qədər, Zoom edirəm səni!
Özümdən boĢalır tökülürəm üçboyutlu
gözlüyümə.
baxıram minyatur gözəlliyinə
qabarırsan dodağını manitorumdan,
öpüĢürük...
QarıĢır boyutlar
Zoom oluram
düĢürəm manitoruna
gözlərimi qırpmadan
baxırsan gözlərimə
dodaqlanan sözcükləri öyrədirsən
dodaqlarıma
büz dodaqlarını deyirsən;
yum
xəyala cum
gözlərini
yumuram
somururam
cumuram, cum-culu...
Dayan!
-Öncəoxucuları azdır
baĢqa bir dizədə
yoxsa oxlarının ucu, gözümüzə dəyər
özümüz çəkdiyimiz yaydan.
130 № 4 (16) QıĢ 2015
-olsun!
Buyurun ilk "beyt "ə əziz ox ucular
bağıĢlayın!!!
Ġlk "dizə"yə
çünkü bizdən daha öncə uçurulub bu ev.
Lütfən axar-baxarlıqdan asılmıĢ minyatura
toxunmayın!
Qiç-qolunuzu rahatca uzadın.
-Cumculuq uzanmıĢ yerdən qiç qolunu...
Davam edimmi?
-Yox ?!
BaĢ barmağının altında,
Genetiksəl dirçəlməmi sınayırsan sıçanla
labratuvarda
gah kiçilir
gah böyüyürəm
iliĢib qalıram torunda
qal-ma-qal yaranır
Qal xəstəliyi qıcıqlandırır sözlükləri
qalma sözcüyünə dərman tapırsan!
diĢləyir əlini sıçan
düĢür gözümdən üçboyutlu gözlük...
Qutsal qarınqulu
sən,
yenicə doğulmuĢ körpənin
nostalogiyasında,
ölüm ayağında qocanın
gələcək planlarındasan.
Ġlk ağlayiĢimda unutduğumdan,
içimdə açımsız giz kimi gizlənmiĢsən.
Səni özümdə aradığım çağ,
güzgüdə gözəlrimə dalıb
alnımı-alnıma
burnumu-burnuma dayadığım çağ,
necədə aydın görünürdü içimdəki təpə göz.
bu sənmi?
Bu mənmi?
Yoxsa sənəm midir?!
Qorxuyla qaranlığın,
Sevgiylə gərəyin
qarıĢığı,
mən ilə sənin birləĢiyidir
önümdəki qutsal bu qarınqulu.
Həə, sənəm!
səni qandırıb mənimsəyə bilməsəmə də
səni sındırıb ögeyləĢə bilməsəmə də
hər barmağımdan Basat
və hər dırnağımdan qılınc doğulacaq.
Ya bir kərəlik hop
ya bir kərəlik qop.
Çevrilmə
Sən çevrilib olursan Nəs-
damarına düĢür
sümüyünə düĢür
tello a tello
Tanqo dansının arasında badalağına tuĢ
gəlirəm
damağına xoĢ gəlirm
dodaqlarının arasından Drakula qan kolası
içir
boynumdan
yoluxuram Vampirlyiinə.
SeviĢirik bir-birimizin Ģah nəs damarını
əmərək
Nəsnəyə çevrilərək.
DaĢınmaz mülk kimi yiyələnilirik
daĢınar mal kimi daĢınırıq_
düĢüncələrimizdən
yerdən
göydən,
yerləĢirik göydə
göyləĢirik yerdə.
SeviĢərək cin atından düĢürsən!
Üç aylıq ədəbiyyat dərgisi 131
ləhləyərək
tövĢəyərək
yumĢalır damarın
boĢalır qan-tər içındə içindəkilər.
Mən səni atandan alıram
qolunu bilərziklərinlə,
boynunu boyunbağınla bağlayıram
Sən məni anamdan alırsan
nıĢan üzüyünlə nıĢanlayırsan məni
ġifrələyirsən
ġilfələyirsən.
Gələnək Gəlinliyini Bəyənməyən, sən!
dəyənək Bəyliyini Gəlinməyən, mən,
axıdırıq qızdırmamızın qırmızı civəsini
yaĢam hərarətində sus dayandırırıq.
Protez diĢəlrimizi alkolda gülümsədirik
daha bir-birimizə batmır Vampir dıĢlərimiz
bir-birimizi yegələyir qırıĢlarımız
Ġlkin Tomar
ANAMIN ƏLLƏRĠ
Anamın çox gözəl əlləri varidi. Neçə
illər əzablı-əziyyətli iĢlərdə iĢləsə də
anamın əlləri öz gözəlliyini itirməmiĢdi.
Anam o əlləri ilə mənə, xüsusən də
qardaĢıma dünya vermiĢdi. QardaĢımla ən
çox davamız kimin birinci anamızın
əllərindən öpməyinin mübahisəsi sonrası
yaranardı. QardaĢım məndən kiçik
beləcə qocalır
solur
ölürük-
desəm yalan olacaq
Doğrusu budur;
sən qız
mən yalqız
sən sağ
mən sol
sağsollaĢmalıyıq.
olduğundan, ona güzəĢt edərdim. Və ilk
olaraq anamın əllərindən o öpərdi.
Mənim altı, qardaĢımın dörd yaĢı vardı.
Atam, qonĢumuz Muxtarın arvadı Səbinəyə
uyub evimizi tərk edəndən sonra anam bizə
tək baxmağa məcbur oldu. Buna məncə
məcburiyyət yox, fədakarlıq və ya sevgi də
demək olar, amma nənəmgil buna
məcburiyyəy adı vermiĢdilər. Muxtar isə bu
hadisədən sonra içkiyə qurĢandı. Heç iki ay
keçməmiĢ özünü həyətlərindəki tut
ağacından asmıĢdı. Maraqlısı bu idi ki, elə
həmin tut ağacının meyvəsindən çəkdiyi
araqdan içib ruhunu xoĢ etdikdən sonra,
cismini də bu tut ağacına təslim etmək
qərarına gəlmiĢdi.
Anam bizə baxmaq üçün iki yerdə iĢləyirdi.
Səhərlər daĢ karxanasında, gecələr isə çörək
zavodunda. O yaĢda biz anamızın nə üçün
belə əzaba qatlaĢdığınıanlamırdıq. Elə
düĢünürdü ki, atam harasa səfərə çıxıb və
indicə qapını açıb içəri girəcək. Anam da
ƏDƏBĠ BĠRLĠKLƏR
“Yumruq” ədəbi birliyi qonağımızdır
132 № 4 (16) QıĢ 2015
atamın yaxın günlərdə gələcəyini deyərdi
bizə. Qəribəsi o idi ki, nənəmgil atama lənət
oxusalar da, anam heç zaman atam
haqqında pis danıĢmazdı.
Səkkiz yaĢım olanda mən də artıq
iĢləməyə baĢladım. Gah ayyaqqabı boyayar,
gah siqaret və su satar, gah da avtoyumada
iĢləyərdim. Bir sözlə, çörəyim haradan
çıxsa ora qaçardım. Mən iĢləməyə
baĢlayanda qardaĢımın artıq məktəbə
getmək yaĢı idi. oxumağa çox həvəsli
olduğundan anam onu yaxınlıqdakı
məktəbə yazdırdı. Mənim də oxumaqla
aram yaxĢı idi. Ancaq adımın hərfləri sayda
hərif tanıyıram. Və adımı rahatlıqla yaza
bilirəm. "noy-ruz, hə, noyruz” tamam
unutmuĢdum, axı, adlar böyük hərflə
yazılır. Fərqi yoxdur kiçik insan olsun, ya
böyük insan olsun. "Noy-ruz, Noyruz”
Məsələn, Rafiq müəllimin oğlu, Noyruz üç
restoran, bir otel sahibidir, amma hər ikimiz
adı Noyruzdur. Və hər ikisi böyük hərflə
yazılır. Əlqərəz, anam qardaĢımın oxuyub
böyük adam olmağını istəyirdi. QardaĢım
da buna çox həvəsli idi. Mən iĢləyəndən
sonra artıq anam iki yerdə yox, bir yerdə
iĢləməyə baĢlamıĢdı. Ali təhsili olmasa da,
oxuyub-yazmağı, hesab-kitabı çox yaxĢı
bilirdi. Odur ki, qardaĢımla anam məĢğul
olurdu.
Bir neçə ildən sonra qardaĢımla mən
tamam fərqli adamlar olmuĢduq. Sanki
dünən idi məktəbə getməyi, amma bir
həftədən sonra son zəngi idi. Belimdəki
fəqərə əyriliyi nəticəsində həyata yarasız
olduğum kimi, hərbi xidmətə də yarasız
oldum. On dörd yaĢımdan artıq ciyərlərimi
tütünə məskən etmiĢdim. QardaĢımla məni
yan-yana qoysaydılar çətin ki, bizim bir ata
və bir anadan olduğumuzu bilə bilərdilər.
QardaĢım yaraĢıqlı, səliqə, boylu-buxunlu
biridir. Mənsə onun yanında, aslanın
yanında duran çaqqal kimiyəm.
Bir gün qardaĢıma sinif yoldaĢları ilə
son zənglərini qeyd etmək üçün bir miqdar
pul lazım idi. Anamdansa istəməyə üzü
gəlmirdi. Son zəngə bir gün qalmıĢdı. O
gecə qardaĢıma istədiyi pulu tapıb gətirdim.
Ġki gündən sonra isə oğurluğa görə mən
artıq həbsdə idim.Həbsxanada olduğum
müddətdə qardaĢımın universitetə qəbul
olduğunu eĢitdim. Bu məni çox sevindirdi.
Ürəyimdən onu vəkil kimi görmək keçdi.
Bilmirəm niyə bunu istədim? Bəlkə də
həbsdən qurtulmaq üçün ən çox ehtiyacım
olan Ģeyin vəkil olmağı idi, ona görə.
Çıxmağıma üç ay qalmıĢ mənə ana
söyüĢü söydüyünə görə həbsxana yoldaĢım
olan Elnuru boğub öldürdüyüm üçün on beĢ
aylıq iĢim, on beĢ ilə çevrildi. Anam da
daxil olmaqla heç kimin yanıma gəlməyini
istəmirdim. QardaĢımdansa yeni xəbərlər
alırdım. O hüququ yox, iqtisadiyyatı
seçmiĢdi. Bu məni bir az üzdü. Çünki vəkil
olsaydı bəlkə də daha tez çıxardım burdan.
Sonra bir xəbər də eĢitdim ki, oxumaq üçün
xaricə gedib. Bu məni çox sevindirdi.
Ġçəridə keçirdiyim hər gün azı bir ilə
dəyərdi. Çox iĢgəncəli və ağır keçirdi o
günlər. Elnurun qohumları pulla "muzdlu
kiĢi” tutmuĢdular mənə. Məni demək olar ki
hər gün zorlayırdılar.
Nəzarətçilər də eyni yerdən
qidalandıqlarına görə, olanlara göz yumur,
bəzən isə buna Ģərait yaradırdılar. Bəxtim
onda gətirdi ki, psixi problemlərimə görə
yerimi dəyiĢərək Ģəhərin baĢqa bir
həbsxanasına göndərdilər. Özü də
təknəfərlik kameraları olan həbsxanaya.
Ġnanın burada olmaq zorlanmaqdan betər
idi.
Üç ilimi də burada keçirdikdən sonra
məni məhkumların iĢləmək Ģəraiti olan
qonĢu vilayətdəki düĢərgəyə göndərdilər.
Bura gələndə doqquz ilim qalırdı. Burada
bənnalığı, dülgərliyi öyrəndim. ĠĢimiz ağır
olsa da, saat hesabı məvacibimiz bir ədəd
siqaret ala biləcəyimiz qədər idi. Gün
ərzində iyirmi saat və bir qutu üçüncü-
dördüncü sort siqaret.
Üç ilim qalmıĢ adımı əfv edilmiĢlərin
siyahısında görəndə nə edəcəyimi
bilmirdim. Çünki artıq yeddi il idi ki, nə
anamdan, nə də qardaĢımdan bir xəbər
almamıĢdım.
Anam çox qocalmıĢdı. Yanağındakı xalı
olmasaydı, onu heç tanımayacaqdım.
Saçları ağarmıĢ, beli bükülmüĢ, diĢləri
Üç aylıq ədəbiyyat dərgisi 133
tökülmüĢ, yaddaĢı itmiĢdi. Elə hey mənim
adımı çəkib məni lənətləyir, qardaĢımın
adını çəkib ona tərif yağdırıdı.
QonĢuların sözlərinə görə, üç ildən
çoxdur ki, qardaĢımdan bir xəbər yoxdur.
Mənim də həbsdə olmağım anamın dərdinin
üstünə dərd gətirmiĢdi.
Ġki il olardı ki, xəstə anama mənbaxırdım.
Düzü mənim kim olduğumu bilmirdi,
amma ona qulluq etdiyimi anlayırdı.
Dilində isə iki cümlə vardı. Mənə lənət,
qardaĢıma tərif. Bu məni daha əvvəlki kimi
narahat etmirdi. Artıq öyrəĢmiĢdim.
Bir gün iĢdən evə tez gəlmiĢdim. Qapıda bir
məktub var idi. Məktubu götütüb içəri
keçdim. Anamın altını dəyiĢib, yeməyini
verdikdən sonra, aynabəndin qabağında
dayanıb bir siqret yandırdım. Cibimdəki
məktubu çıxardım. Markasından o saat
bilinirdi ki, bu məktub xaricdən gəlib.
Məktubu açıb ucadan höccələyərək
oxumağa baĢladı:
"Əziz Anama.
Ana, bilirəm ki, son illər səni
axtarmadığıma görə məndən incimisən.
Amma oğlunun baĢı burada çox böyük
iĢlərə qarıĢıb. Ana, istədyin kimi, böyük
adam oldum. Burada evlənmiĢəm. Ġki nəvən
var. Yaxınlarda gələcəm vətənə.
QardaĢımdan nə xəbər? Bitib cəzası yoxsa
hələ var? Hamınız üçün darıxıram. Xüsusən
sənin əllərinlə hazırladığın yeməklər üçün.
Öpürəm əllərindən. Ümidvaram bu
məktubdan sonra ürəyin bir az yumuĢalar.
Hesabına keçirdiyim pullar olduğu kimi
qalıb. XahiĢ edirəm, bu incikliyi qoy bir
qırağa, get hesabındakı pulları çıxar. Nəyə
ehtiyacın varsa al.
Bir qonĢulardan xahiĢ elə bura qeyd
etdiyim nömrə ilə əlaqə saxlasınlar səninlə
danıĢım”
24.03.2015 oğlun; Əkbər
Mən hər sözü diqqətlə dinlədim. Və
qonĢudan məktubu bir də oxumasını
istədim.
iki gün sonra özümdə cəsarət tapıb qeyd
olunan nömrəyə yığdım. Çox qəribə hisslər
keçirirdim. Iki dəfə çağırdıqdan sonra
dəstəyin o tərəfindən tanıĢ səs eĢitdim
- Alo, Bəli???
-Aaaalooo...
-Bəli, buyurun?
-Əkbər????
-Bəli, kimdirki?
-Mənəm, Nicat, qardaĢın
-Nicat?? Necəsən, qardaĢ,
buraxıblarsəni?
- YaxĢıyam.
Həburaxıblar.Ikiildənçoxdurburaxıblar
-ÇoxĢükür, qardaĢ. Anam
necədir?Məndən inciyib deyəsən?Amma
eybi yox, yayda artıq vətəndəyəm,
birdəfəlik qayıdıram.
-Hə?? Lap yaxĢı.Anamız da yaxĢıdır.
-Sükür, qardaĢ, anamım o
gözələllərindənöp.
-Anamınəlləridahayoxdur.
-Nə? QardaĢ, alo??
-............
-Alo, alooo???
Ġsmayıl Rizvanoğlu
ZƏHƏR
Ġntiqam əlində yarımçıq pivə ĢüĢəsi ilə,
çexolu yırtılmıĢ köhnə divanında
mürgüləyirdi. Bütün otaq içki və siqaret
qoxuyurdu. Tüstüdən pərdələri saralmıĢ,
iyirmi kvadrat metrlik kiçik mənzil sanki,
ağ iĢığa bürünmüĢdü. Qutusundakı sonuncu
siqaret isə külqabıda əriməkdə idi. O, qəfil
Ģaqqıldayan ildırımın səsinə yerindən dik
atıldı. Əlindəki pivə ĢüĢəsi qasığına tökülüb
134 № 4 (16) QıĢ 2015
üstünü islatdı. Deyinə-deyinə yerini
rahatlamağa baĢlayırdı ki, qapının zəngi
aramsız vuruldu. Bu dəfə yox ki, deyinərək,
qorxaraq yerindən qalxdı. Bütün bədənini
bir anlıq soyuq tər bürüdü Ġntiqamın.
BaĢından qalxan küt ağrı və ürək bulanma
onu yenidən divana sərələdi. Zəng isə
aramsız çalınırdı. Gözü bir anlıq külqabının
yanında olan, atası rəhmətlikdən yadigar
qalan saata sataĢdı. Gözucu nəzər
yetirdikdə, əqrəblərin gecə saat 03:30 - u
göstərdiyini gördü. Özünü ələ alıb zibilə
qalmıĢ zəngin səsini kəsməyə cəhd göstərdi.
Ġçindəki qorxu isə qapıya yaxınlaĢmağa
doğru elədiyi çabanın ağrısına qarıĢmıĢdı.
Birtəhər divandan qalxıb qapıya yaxınlaĢdı.
Gözlükdən baxdı, amma qapının qarĢısında
heç kimi görmədi. Zəng isə artıq yerini
sükuta vermiĢdi. Onu Ģirin yuxusundan
edən mərdimazarın arxasınca yağlı söyüĢlər
yağdıraraq geri dönüb divana doğru
addımladı. BaĢının ağrısı, ürəkbulanma isə
yavaĢ-yavaĢ səngiyirdi. Artıq bayırda
Ģaqqıldayan ildırımlar yerini leysana
vermiĢdi. Divana yaxınlaĢsa da fikrini
dəyiĢib pəncərəyə tərəf addımladı. SaralmıĢ
və siqaret qoxusu verən pərdəni aralayıb
pəncərəni açdı. Ġçəri soyuq noyabr küləyi
daxil oldu. Bolluca ciyərlərinə çəkib
gözlərini yumdu bir anlıq. YağıĢ üzünə
çırpırdı öz damlalarını. Özünü bu
dəqiqələrdə o qədər rahat hiss edirdi ki,
ayaq üstə mürgüləməyə baĢladı.
Xəyallarında Havay adalarında istirahətdə
idi. Üzünə çırpılan yağıĢ damlaları ona
dalğaların narın sıçrayıĢlarını daddırırdı.
Çox xəfif hisslər yaĢayırdı. Dərin-dərin
nəfəs alırdı. Xəyallarının eyfariyasında
ikən, yenidən qapının zəngi çalındı. Amma
zəngə qətiyyən önəm vermir, auranı
pozmamaq üçün özünü eĢitməzliyə
vururdu. Növbəti dəfə zəng aramsız
dəlisovluğu ilə bütün əsəblərinə iĢlədi.
Qaçaraq gözlükdən baxmadan qapını açdı.
Bu dəfə də heç kim yox idi, amma qapının
kandarında bir qutu var idi. Müəmmalı
qutunu götürüb götürməməyi düĢündü.
Birdən gülümsədi. Yadına Hollywood filmi
olan "Hədiyyə" düĢdü. BaĢını yellədərək
qutunu yerdən qaldırıb qapını bağladı.
Köhnə, içliyi bərkimiĢ divanına əyləĢib,
qutunu açıb-açmamaq barədə fikirləĢdi. Öz-
özünə, danıĢa-danıĢa siqaret yandırmaq
istədi, amma sonuncu siqaretinin külqabının
içində söndüyünü görüb köks ötürdü.
Yarımçıq pivəsindən bir qurtum alıb,
qutuya tamaĢa edərək danıĢmağa baĢladı:
- Hə... Görəsən sənin içində nə var belə,
hörmətli qutu? Mənə xoĢbəxtlik
gətirəcəksən ya bədbəxtlik? Bax, birdən
səni açdım, "boomm" və öldüm. Bəlkə də
heç ölmədim. Amma ölsəm bi lki, qatilim
sən olacaqsan. YaxĢı, birdən səni açdım və
içində ömrüm boyu həsrət qaldığım çoxlu
pulu görsəm, onda necə? Hə?... Mənə
kömək elə dəəəə... Axı sənin içində nə var?
Səni kim mənə göndərib? Ümumiyyətlə
sənin nə itin azıb mənim qapımın ağzında?
Ġntiqam sanki bir dəli kimi öz-özünə, qutu
ilə danıĢaraq arada fasilələr edirdi. Yaranan
sükut boyunca hey istəyirdi qutunu açsın,
amma cəsarət etmirdi.
- Niyə susursan, möhtərəm qutu? DanıĢ
da... Fikir ver ha, sən də otağım kimi
həmiĢə susursan, ürəyimi sındıran qadınlar
kimi... Yalandan özünü həmdəmim, dostum
kimi göstərənlər tək susursan... Anam kimi
susursan... Atam kimi susursan... Sonuncu
dəfə hamilə olduğunu, nədi nədi uĢağı
məndən gizlin tələf etsin deyə sevgilim
kimi susursan... Gizlində iĢ çevirmiĢ
uĢaqlar, cinayət törədib polis zabitinin
qarĢısında cəzası yüngül olsun deyə, adam
öldürmüĢ eee adam öldürmüĢ qatilin
məhkəmədə hakimin yanında müddəti qısa
olsun deyə susduğu kimi susursan...
Haqsızlığı görə-görə vəzifəsini itirməmək
üçün ədalətsizliyə susanlar kimi susursan...
Bax, bax hələ də susursan... Deyəsən elə
təkcə danıĢan mənəm. Düz deyirlər ee
danıĢdıqca batarsan... Bax, onun kimi bir
Ģeydi... Ha ha.... Sus, sus, sus... Susun
hamınız, susun görək axırı nə olacaq?!.
Hm... Ġndi neynəyim, açım səni? Söz
verirsən ki öldürməyəcəksən? Söz verirsən?
Bir cavab ver dəəəəəə... Ġtəm hürürəm
burda???. DəhĢətsən vallah, insanlardan
betərsən ki!!! Amma, qulaq as ee, birdən
Üç aylıq ədəbiyyat dərgisi 135
bax haa, səni açaram çaĢıb yaxĢı surprizlə
qarĢılaĢdırarsan məni, sonra da bu yaxĢının
da zibilindən qurtara bilmərəm. Bilirsən
nəyi deyirəm, möhtərəm qutu? Bilmirsənsə
deyim. Bax, səni açdım və içindən çox yox,
adam ola biləcəyim qədər pul çıxsa,
əminsən ki, mən qudurmayacam? Birdən
"ağa" olmayacam? Hə? .... Görürsən
susursan yenə də... Demək əmin deyilsən.
Odur ki, yaxĢısı budur, elə mən səni açıb
eləmədən qaytarıb qoyum öz yerinə. Xətanı
məndən uzaq elə qurban olum.
Ġntiqam pivəsindən sonuncu qurtumu alıb,
boĢ ĢüĢəni divanın küncünə ataraq qutu
əlində yerindən qalxıb qapıya doğru
addımladı. Qapının açılıb-örtüldüyü an
çıxan cırıltı səsi onun bayaqki baĢ ağrısına
bir iĢarə verdi sanki. Əlini baĢına apararaq
saçlarına sığal çəkib otaqda özünə siqaret
axtarmağa baĢladı. Bayaqdan açıq qalan
pəncərədən içəriyə yağan yağıĢ döĢəməni,
kitablarını islatmıĢdı. Bunu görən kimi,
əlini əlinə Ģappıldadıb cəld pəncərəni
bağladı. Kitablarını qurulamağa baĢladı.
Birdən hiss etdi ki, qasığı nəmlənib. Əlini
aĢağıya doğru aparıb sonra isə barmaqlarını
qoxulamağa baĢladı. Pivənin qoxusunu hiss
etdikdə rahatlanıb iĢinə davam etdi. Fikri
isə hələ də qutunun yanında idi. Birdən ani
sükutdan sonra, hövlank ayağa qalxıb
qapıya doğru qaçdı. Qapını cəld açdığında
qutunu yerində görüb sevincək halda köks
ötürdü. Bu dəfə fərqinə varmadan onu
həmən açdı. Qutunun içərisində bir ĢüĢə var
idi. Üzərində isə böyük kiril hərfləri ilə
"ZƏHƏR" yazılmıĢdı. Heç nə anlamadı.
Qapını örtüb içəri keçmək istəyəndə
burnuna dollar əsginazlarının xüsusi ətri
vurdu. Binanın dəhlizinə göz gəzdirmək
istədi ki, qoxunun mənbəyini tapsın. Bir
anlıq, dəhlizin o biri baĢında özü yaĢlarında
birinin oturub dollar əsginazlarını necə
saydığını gördü. Gözlərini ovxalayıb
yenidən nəzər yetirdi. Yuxuda olmadığını
anlayıb yenidən bir köks ötürdü. Bu dəfə isə
sevinci hiss yox idi bu köks ötürmədə.
Bayaqdan qutunun içində nə olduğu ilə
bağlı suallar onu düĢündürürdüsə də artıq,
beynində tamam baĢqa suallar yaranmıĢdır.
- "Görəsən o pullar mənim idimi?", " YaxĢı
mənim idisə də, bu adamda nə gəzir?",
"Niyə məhz zəhər?"
Nicat HəĢimzadə
Vəba qoxulu eĢq məktubu
Sena çayının sahillərini birləĢdirən
körpülərin üzərindən səs-küylü bazarlar,
poçt məntəqələri, lombard dükanları
görünür. Bura Parisdir. Fəqət klassik
rəssamların solğun tablolarında əks olunan
Ģəhər deyil. Tutqun rənglər əlvan çalarlarla
əvəzlənib. Əfsanəvi məhəbbət hekayələrinə
Ģahidlik etmiĢ zəngin Ģəhər həm dünyanın
ən xoĢbəxt qadınını, həm də ən bədbəxt
kiĢisini xatırladır. Həqiqi eĢqlər tükənmək
üzrədir. Zira bir zamanlar canlı sevgilər
yaĢayıb bu Ģəhər. Dekorativ baxımdan
mükəmməl quruluĢa malik Ģəhərin Pyer adlı
səfil sakini var. Sent- ġapel kilsəsinin
qarĢısında dayanan gənc düĢünür:
- Əgər səhv etmirəmsə, Didro Sofi
Valona ünvanladığı ilk sevgi məktubunu
burada yazıb. Bəlkə mən Laraya yazacağım
son məktubu burada yazım. Yəqin ki,
Didronun ruhu mənə ayrılıq məktubu
yazmağa yardım edər. Həyat bəzən
materialisti ruhun mövcudluğuna inanmağa
məcbur edir. Bəlkə Notrdam kilsəsinə -
Hüqonun izdivac qurduğu yerə gedim.
Lənətə gəlmiĢ serroz məni məhv edir.
Laranın kobud səs tembri Pyerin eĢqinə
kölgə salmıĢdı. Xırıltılı səsi Pyeri
qıcıqlandırırdı.
136 № 4 (16) QıĢ 2015
- ġərab gənclik atəĢimi söndürdü.
Tezliklə öləcəm. Məktubu yazmağa
tələsməliyəm.
“ Əzizim Lara, səni itirsəm, mənim
təsəllim nə olacaq? Əgər sən məni qazansan
sənin uğurun nə olacaq? Serroz məni
öldürür. Ömrümün sonuna 2-3 gün qalıb.
Sənə zamanında həqiqəti deməyə cəsarətim
çatmadı. Yalvarıram, məni bağıĢla. Mən
zamanı itirdim. Həyat məni sərxoĢ olmağa
məcbur etdi. Mən dünyaya ayıq gözlərlə
baxa bilmədim. Mən klassik adamam.
KeçmiĢdə olmalı idim. Dörd əsr öncə
yaĢasaydım, daha xoĢbəxt olardım. Əgər
bacarsan, məni əfv et”
Əbədi məhəbbətin Pyer
Dörd əsr əvvəl Parisə səyahət edən ispan
rəssam Serxio Gonzalez fransız gözəli
Laranın rəsmini çəkmiĢdi. Ġncəsənət
muzeyində tablonu görən Pyer qadına aĢiq
olmuĢdu. Xəyalında onunla seviĢmiĢ,
birlikdə teatr tamaĢalarına baxmıĢdı. Pyer
canlı dünya ilə xəyali həyat arasındakı fərqi
müəyyən edə bilmirdi. Lara 4 əsr öncə
vəbadan ölmüĢdü. Məktubda Pyer öz evinin
ünvanını qoymuĢdu. Elə bilirdi ki, Lara ilə
qanuni ər arvaddırlar. O bir daha evə
qayıtmayacaqdı. Onu heç kim gözləmirdi.
Pyersə elə düĢünürdü ki, Lara onu gözləyir.
Sevdiyi qadının qəlbini qırmamaq üçün evə
dönmürdü.
Murad
Ramazanov
Qanla bitən sətirlər Qar yağırdı. Güclü yağan qar ətrafı öz
sehrinə almıĢdı. Anası ilə son
qucaqlaĢmasından sonra yavaĢ-yavaĢ
qapıya doğru yönəldi. Hələ də anasını necə
dərindən qucaqladığını, öpdüyünü unuda
bilmir.
“Orxan, özündən muğayət ol.” O, öz
oğluna son anda yalnız bu sözləri demiĢdi.
Çünki göz yaĢları daha artığını deməsinə
imkan vermirdi. Oğlu əli ilə ananın göz
yaĢlarını anasının üzündən təmizlədi.
“Ana narahat olma. Getdiyim kimi də
qayıdacam.” Son sözləri dedikdən sonra
anasının göz yaĢlarına bürünmüĢ üzündən
öpərək otaqdan çıxdı.
Son dəfə arxaya çönərək pəncərədən
gözü yaĢlı anasına baxdı. Özü də ağlamağa
baĢladı.
Zaman keçdikcə Orxan əsgərliyə
öyrəĢməyə çalıĢırdı. Ancaq buradakı
ədalətsizlikləri gördükdə isə ürəyi dözə
bilmirdi. Bəzən doyunca yemək belə
olmurdu.
“Orxan, təbriklər, anandan məktubuna
cavab gəldi.” Həsənin dediyi Orxanın son
zamanda eĢitdiyi ən gözəl xəbərlərdən biri
oldu. Cəld məktubu əlinə alaraq bir qədər
qoxusunu içinə çəkdi.
Əziz balam. Hər gün Tanrıya dualar
edirəm ki, səni məndən almamasın. Çox
qorxuram. Oğlum, məndən narahat olma.
Burada hər Ģey yaxĢıdır. QonĢumuzun qızı
məndən köməyini əsirgəmir, hər istədiyimi
edir. Bilirsən hər ötən gün bir az daha
qocalıram, bəzən yeriməyə belə taqətim
Üç aylıq ədəbiyyat dərgisi 137
olmur. Ancaq səndən yeni bir məktub alan
zaman sanki həyata yeni gəlmiĢ kimi
oluram. Orxan, yolunu gözləyirəm.
Məktubun son sətirlərindən sonra səhifə
göz yaĢlarına bürünmüĢdü. Onsuz hər
zaman belə olardı.
Əsgərlik zamanı Orxan demək olar hər
zaman anası ilə məktublaĢırdı. Beləcə bir-
birindən xəbər alan iki doğma insan bir
qədər də olsa rahatlayırdılar. Orxanın
əsgərlik müddətinin bir ili keçmiĢdi.
... “Həsən bu nə səslərdi?” Orxan təĢviĢ
içində üzünü dostuna tutdu.
“Əclaflar yenidən hücuma keçiblər.”
Həsən əsəbi halda Orxana cavab verdi.
Onlar dayanmadan düĢmənə atəĢ
açırdılar.
“Həsən bizim buradan sağ çıxmağımız
qeyri-mümkündü.”
Ara bir az sakitləĢən kimi Orxan kağız-
qələm çıxartdı.
“Orxan sən nə edirsən? Dəlisən? DöyüĢ
zamanı məktub yazırsan?” Həsən çaĢqınlıq
içərisində Orxana baxmağa baĢladı.
“Həsən biz burdan sağ çıxa bilməyəcik,
ona görə də anama hökmən məktub
göndərməliyəm.”
Ġki saatdan artıq idi döyüĢ davam edirdi.
Ətraf qan içərisində idi.
“Həsəəəəənnnnn...” Son güllə səsindən
sonra Həsənin qanı Orxanın düz üzünə
çiləndi. Dostunun cəsədi isə elə onun
üzərinə yıxıldı. Artıq ölüm belə Orxan üçün
heçnə idi. Bitmək bilməyən güllə səsləri
davam etməkdə idi. AtəĢ aça-aça irəlilədi...
Bir qədər də irəlilədi. Daha sonra isə
büdrədi. Vuruldu, amma yenə də irəlilədi.
Bir qədər də irəlilədikdən sonra dayandı,
üzünü səmaya tutaraq göz yaĢları içində
yerə yıxıldı.. Ancaq əlindəki məktubu bərk
sıxmıĢdı. Al-qan içində məktubu...
Əziz anam... Mən bu məktubu sənə elə
döyüĢ yerindən yazıram. Səni çox sevirəm!
Ana, düĢmənə baĢ əymədim. Bax buna çox
sevinirəm. Ana, Səni çooo.....
Oğlundan aldığı son məktubu dəli kimi
oxudu. Sonluğu isə Orxan bitirə
bilməmiĢdi. Məktubun son sətirləri qanla
bitmiĢdi...
ÇEVİRMƏ Qabriel Qarsiya
Markez
Yalnız zəng etmək üçün
gəlmişəm hekayə
YağıĢlı bir yaz günü Barselonaya tək
səyahət edərkən Mariya de la Luz
Servantesin kirayə götürdüyü avtomobil
Monegros çöllüyündə xarab oldu. Ġyirmi
yeddi yaĢlı gözəl və ciddi görkəmli bu
meksikalı qadın illər öncə məĢhur estrada
artisti kimi də tanınırdı. O, kübar bir
sehrbazla ailə qurmuĢ və indi Saraqosadakı
valideynlərinə baĢ çəkdikdən sonra ərinin
yanına qayıdırdı. ġıdırğı yağıĢda sürətlə
Ģütüyən avtomobil və yük maĢınlarına bir
saat ümidsizcə əl etdikdən sonra köhnə bir
avtobusun sürücüsü onun halına acıyıb
götürdü. Ancaq xəbərdarlıq etdi ki, çox
uzağa getməyəcək.
- Eybi yox ,– Mariya dedi. – Mənə
sadəcə zəng etmək üçün telefon lazımdır.
Bəlli ki, zəng etmək, sadəcə ərini axĢam
saat yeddidən tez gələ bilməyəcəyi haqda
xəbərdar etmək üçün lazım idi. Tələbə
paltosunda və çimərlik ayaqqabısında
138 № 4 (16) QıĢ 2015
iliklərinə qədər islanmıĢ quĢcığaza
oxĢayırdı. BaĢına gələn bu bədbəxtlikdən
özünü elə itirmiĢdi ki, avtomobilin
açarlarını da götürməyi unutmuĢdu.
Sürücünün yanındakı zabitəli, ancaq
üzündən Ģirinlik yağan bir qadın ona dəsmal
və ədyal verib öz yanında əyləĢməsi üçün
kənara çəkildi. Yarıya qədər qurulandıqdan
sonra Mariya oturdu, ədyala bürünüb
siqaret yandırmağa çalıĢdı, amma kibrit yaĢ
idi. Yanındakı xanım ona kibrit uzatdı və
quru qalmıĢ az saylı siqaretlərdən birini də
ona verməyi xahiĢ etdi. Siqaret çəkərkən
Mariya ürəyini boĢaltmaq istəyini saxlaya
bilmədi və onun səsi yağıĢın və ya avtobus
mühərrikinin səsində daha çox eĢidilirdi.
Ancaq o biri qadın Ģəhadət barmağını
dodaqlarına qoyaraq sözünü kəsdi:
- Onlar yatıblar – pıçıldadı.
Mariya baĢını çevirəndə gördü ki, avtobus
yaĢı bilinməyən, müxtəlif vəziyyətli, ondakı
kimi ədyallara bürünmüĢ qadınlarla doludu.
Onların sakitliyi Mariyaya da yoluxdu və
oturacağı istiqamətinə çevrilib yağıĢın
Ģırıltısına təslim oldu. Oyananda artıq gecə
düĢmüĢ, leysan isə buzlu gecə soyuğunda
ərimiĢdi. Nə qədər yatdığı, dünyanın hansı
yerində olduğu barədə heç bir fikri yox idi.
Yanında oturmuĢ qadının vəziyyəti
həyəcanlı görünürdü.
- Hardayıq? – Mariya ondan soruĢdu.
- ÇatmıĢıq – qadın cavab verdi.
Avtobus nəhəng ağaclardan ibarət bir
meĢədə köhnə monastırı xatırladan böyük
və qaranlıq binanın döĢənmiĢ həyətinə daxil
olurdu. Həyətdəki fənərin çox zəif iĢığı
altında sərniĢinlər bayaqkı zabitəli xanımın
məktəbəqədərki təhsil müəssisələrində
olduğu kimi ilkin əmrlər sistemi ilə onları
endirməsinə qədər hərəkətsiz görünürdülər.
Qadınlar yaĢlı olsalar da, elə soyuqqanlı
Ģəkildə hərəkət edirdilər ki, sanki bir
yuxunun obrazları idilər. Avtobusdan
sonuncu enən Mariya onların rahibə
olduqlarını düĢündü. Ancaq onları
avtobusun qapısı qarĢısında qarĢılayan,
islanmamaları üçün baĢlarını ədyalla
bürüyən, sonra onları qatar kimi bir sıraya
düzüb danıĢmadan, əllərini bir-birinə ritmik
və tələsik vuraraq idarə edən müxtəlif
uniformalı qadınları görəndə bu fikirdən əl
çəkdi. Avtobusdakı yanında oturan qadınla
vidalaĢandan sonra Mariya ədyalı ona
qaytarmaq istədi, ancaq qadın dedi ki,
həyəti keçmək üçün onu baĢına salsın və
oradakı qapıçıya qaytarsın.
- Orada telefon varmı? – Mariya ondan
soruĢdu.
- Əlbəttə, - qadın dedi, – indi sizə
göstərərlər.
Qadın Mariyadan yenə siqaret istəyəndə
islanmıĢ qutudakı qalanları uzadaraq:
“Yolda hamısı quruyub” dedi. Qadın
avtobusun ayaq yerindən ona əlini yellədi
və demək olar ki, “Uğurlar” deyə qıĢqırdı.
Avtobus ona əlavə nəsə deməyə imkan
vermədən yerindən götürüldü.
Mariya binanın giriĢinə doğru qaçmağa
baĢladı. Bir gözətçi qadın onu əllərini bir-
birinə bərk vurmaqla saxlamaq istədi, ancaq
amiranə səslə qıĢqırmalı oldu: "Dayan,
dedim!". Mariya ədyalın altından baxdı, bir
neçə buz kimi gözləri və ona sıradakı yerini
göstərən Ģəhadət barmağının qətiyyətini
görüb tabe oldu. Binanın dəhlizində iki
qrupa ayrılanda Mariya qapıçıdan telefonun
harada olduğunu soruĢdu. Gözətçi
qadınlardan biri əli ilə onun çiyninə yüngül
toxunaraq sıraya qaytardı və nəvaziĢlə dedi:
- Buradadır, gözəl, telefon burda
var.
Mariya digər qadınlarla qaranlıq dəhlizdən
keçdilər və sonda gözətçilərin döĢəkağını
götürüb yataqları payladıqları ümumi yataq
otağına daxil oldular. Mariyanın daha insani
və yüksək vəzifəli hesab etdiyi baĢqa bir
Üç aylıq ədəbiyyat dərgisi 139
qadın sıranı gəzərək qadınların korsajına1
tikilmiĢ kiçik karton parçasında yazılmıĢ
adları öz siyahısında yeni gələnlərin adları
ilə tutuĢdururdu. Mariyanın qarĢısında
dayananda onun adının yazılmadığına
təəccübləndi.
- Bilirsiz, mən yalnız zəng etmək
üçün gəlmiĢəm, – Mariya ona dedi.
Və tələm-tələsik izah etməyə baĢladı ki,
avtomobili Ģosse yolda xarab oldu. Sehrbaz
əri gecəyə qədər olan üç çıxıĢını etmək
üçün indi Barselonada onu gözləyir. Xəbər
verməlidir ki, onu müĢayiət etmək üçün
vaxtında yetiĢə bilməyəcək. Saat yeddiyə az
qalıb. Əri hardasa on dəqiqəyə evdən
çıxmalıdır və Mariya qorxur ki, məhz onun
gecikməsinə görə bütün iĢlərini ləğv edə
bilər. Görünürdü ki, gözətçi qadın onu
diqqətlə dinləyirdi.
- Adın nədir? – Mariyadan soruĢdu.
Mariya adını deyib yüngülcə içini çəkdi.
Ancaq qadın bir neçə dəfə siyahıya nəzər
salsa da, onun adını tapa bilmədi. Təcili
baĢqa bir gözətçi qadını çağırdı və sonuncu
heç nə demədən çiyinlərini atdı.
- ĠĢ ondadır ki, mən ancaq telefonla zəng
etmək üçün gəlmiĢəm, – Mariya dedi.
- YaxĢı, gözəl – onu doğru dediyinə
inandırmaq üçün həddindən artıq aĢkar
Ģəkildə mehribanlıqla yatağına apararaq
böyük tibb bacısı dedi - əgər özünü yaxĢı
aparsan, kimə istəsən zəng edə bilərsən.
Amma bugün yox, sabah.
Bu zaman Mariyanın beyni aydınlaĢdı və
avtobusdakı qadınların akvariumun
dibindəymiĢ kimi hərəkət etmələrini baĢa
düĢdü. Əslində yonulmuĢ daĢlardan ibarət
qalın divarları, soyuq pilləkənləri olan
həmin qaranlıq saray ağrıkəsicilərlə
sakitləĢdirilmiĢ əqli xəstələr üçün xəstəxana
idi. Qorxu içində yataq otağından qaçaraq
çıxdı və dəhlizə çatmamıĢ iricüssəli gözətçi
qadın qeyri-Ģüuri məmlük2 kimi onu əli ilə
saxlayıb usta bir fəndlə döĢəmədə
hərəkətsiz hala gətirdi. Mariya qorxudan
iflic olmuĢ Ģəkildə ona baxaraq:
- Allah xətrinə, - dedi, – anamın
qəbrinə and olsun ki, bura ancaq telefonla
zəng etmək üçün gəlmiĢəm.
Onun üzünə baxmaq müstəsna gücünə görə
Herkulina adlanan bu qəzəbli məmlük
qarĢısında yalvarmağın mümkün olmadığını
anlamağa kifayət edirdi. Çətin iĢlərə o
baxırdı və iki xəstə onun etinasızlıqdan
öldürmək sənətinə alıĢmıĢ ağ ayı pəncələri
kimi qollarında boğulmuĢdu. Birinci hal
bədbəxt hadisə kimi təsdiqlənərək həll
olundu. Ġkinci hal tam aydınlaĢdırılmadı,
amma Herkulinanı danladılar və xəbərdar
etdilər ki, bir daha belə hadisə olsa, daha
dərindən araĢdırılacaq. DolaĢan Ģayiələrə
görə, böyük soyadlar ailəsindən olan yolunu
azmıĢ həmin adamın Ġspaniyanın bir neçə
psixiatrik xəstəxanalarında Ģübhəli bədbəxt
hadisələrlə bağlı qaranlıq peĢəsi var.
Birinci gecəni yatması üçün Mariyaya
yuxugətirici iynə vurmalı oldular. Siqaret
çəkmək yanğısı dan yeri ağarmamıĢ onu
oyadanda gördü ki, bilək və topuqlarını
yatağa bağlayıblar. QıĢqırığına kimsə
gəlmədi. Ertəsi gün əri Barselonada onun
olduğu yer haqda heç bir iz tapa bilmədiyi
saatda Mariyanı lazaretə3 aparırdılar, çünki
onu öz bədbəxtliyinin bataqlığında huĢsuz
halda tapmıĢdılar.
Özünə gələndə nə qədər vaxt ötdüyünü
bilmədi. Ancaq indi dünya ona sevgi ilə
dolu görünürdü. Yatağının qarĢısında
pəncəsi üzərində yeriĢi, sakitləĢdirici
təbəssümü və ikicə passı4 ilə yaĢamaq
səadətini ona qaytaran sanballı bir qoca
dayanmıĢdı. Bu, sanatoriyanın direktoru idi.
Bir söz deməzdən, hətta salamlamazdan
qabaq Mariya ondan bir siqaret istədi.
Siqareti yandırıb verdi və ona demək olar
140 № 4 (16) QıĢ 2015
ki, dolu bir qutunu hədiyyə etdi. Mariya göz
yaĢlarını saxlaya bilmədi.
- Nə qədər istəyirsən, ağlamaqdan
faydalan – həkim bihuĢedici səslə dedi –
göz yaĢlarından daha yaxĢı dərman yoxdur.
Mariya təsadüfi sevgililəri ilə seviĢdikdən
sonra xiffət edərkən heç vaxt ağlamağa nail
ola bilmədiyi kimi indi utanc hiss
keçirmədən ürəyini boĢaltmağa baĢladı.
Səsinə qulaq asdıqca həkim onun saçlarını
barmaqları ilə darayır, rahat nəfəs alması
üçün yastığını düzəldir, ona Ģübhələr
dolanbacından elə müdriklik və nəvaziĢlə
keçirir ki, Mariya bunu heç vaxt xəyalına
da gətirməmiĢdi. Həyatında ilk dəfə möcüzə
baĢ verirdi: bir kiĢi bütün qəlbi ilə onu
dinləyir, baĢa düĢür və buna görə mükafat
olaraq onunla yatmağı gözləmirdi. Bir saat
ürəyini tam boĢaltdıqdan sonra ərinə
telefonla zəng edib danıĢmaq üçün icazə
istədi.
Həkim öz vəzifəsinə əzəmət qataraq biraz
dikəldi. “Hələki yox, gözəl” – dedi və onun
yanağını heç vaxt hiss etmədiyi qədər
xəfifcə dartdı. “Hər Ģeyin öz vaxtı var”.
Qapıdan çıxarkən ona yepiskopal xeyir-dua
verdi və həmiĢəlik yox oldu:
- Mənə güvən – dedi.
Həmin axĢam Mariyanı sıra nömrəsi altında
sirli mənĢəyi və Ģəxsiyyəti haqqında
müxtəsər bir rəylə sığınacağın sakinləri
siyahısına daxil etdilər. Rəyin kənarında
direktorun öz dəsti-xətti ilə belə bir qeyd
vardı: qızğın.
Mariyanın təxmin etdiyi kimi əri üç çıxıĢını
yerinə yetirmək üçün Horta məhləsindəki
sadə mənzilindən yarım saat gec çıxmıĢdı.
Azad və yolunda gedən münasibətlərin
qurulduğu iki ilə yaxın müddət ərzində
Mariya ilk dəfə idi ki, vaxtında gəlmirdi.
Əri həmin həftə sonu bütün əyaləti məhv
edən Ģiddətli yağıĢlara görə gecikməni baĢa
düĢürdü. Ona görə də çıxmazdan qabaq
qapıya gecəki çıxıĢlarının cədvəli ilə yanaĢı
bir ismarıc da buraxdı.
Bütün uĢaqların kenquru maskası taxdığı
birinci Ģənlikdə görünməz balıqlarla olan
məĢhur fokusunu göstərməkdən imtina etdi,
çünki Mariyanın köməyi olmadan onu edə
bilməzdi. Ġkinci çıxıĢı ömrünün son otuz
ildəki hər ad gününü fərqli sehrbazla qeyd
etməkdən lovğalanan, təkərli kresloda
oturan doxsan üç yaĢlı bir qarının evində
idi. O, Mariyanın gecikməsinə o qədər
məyus olmuĢdu ki, adi nömrələrin
göstərilməsində də fikrini cəmləyə bilmirdi.
Üçüncü çıxıĢı Ramblas kafesindəki
gündəlik gecə çıxıĢlarından idi ki,
sehrbazlığa inanmamaqdan dolayı
gördüklərinə inana bilməyən fransız
turistlər üçün ruh düĢkünlüyü ilə fokuslar
göstərirdi. Hər nömrədən sonra evə zəng
edir, Mariyanın cavab verməsinə qədər
ümidsizcə gözləyirdi. Sonuncu zəngdə artıq
nəsə pis bir hadisənin baĢ verdiyi barədə öz
narahatlığını saxlaya bilmədi.
Ġctimai tamaĢalar üçün hazırlanmıĢ
mikroavtobusda evə qayıdarkən Paseo de
Qrasiyanın palmalığında yazın Ģəfəqini
gördükdə ağlına Ģəhərin Mariyasız necə
yaĢaya biləcəyi kimi gələn qara fikir onu
sarsıtdı. Qapıdan asdığı ismarıcının hələ də
yerində qalması ilə son ümidini də itirdi. O
qədər kədərli idi ki, piĢiyə yemək verməyi
belə unutdu.
Yalnız indi bunu yazarkən baĢa düĢdüm ki,
əslində onun adını heç vaxt bilməmiĢəm,
çünki Barselonada onu ancaq sənəti ilə
əlaqədar olaraq Sehrbaz Saturno adı ilə
tanıyırdıq. Nadir xarakterli, əvəzsiz sosial
biçimsizliyə malik biri idi, amma onda
çatmayan məlahət və zəriflik Mariyada
həddən artıq idi. Onu böyük sirlərlə dolu bu
insan cəmiyyətinə də məhz Mariya
gətirmiĢdi və bu cəmiyyətdə heç kimin
ağlına gəlməzdi ki, gecə yarısından keçmiĢ
Üç aylıq ədəbiyyat dərgisi 141
kiməsə zəng edib öz arvadını soraqlayasan.
Saturno bunu Barselonaya təzə gələndə bir
dəfə etmiĢdi və indi onu xatırlamaq
istəmirdi. Odur ki, Saraqosaya zəng
etməklə kifayətlənməli oldu. Dəstəyin o biri
baĢında yarıyuxulu qoca bir qadın heç təlaĢ
keçirmədən Mariyanın nahardan sonra yola
düĢdüyünü söylədi. Hava iĢıqlanana qədər
bir saatdan artıq yata bilmədi. Bulanıq
yuxusunda gördü ki, Mariya cırıq və qan
sıçramıĢ gəlin paltarındadır. DəhĢətli bir
yəqinlik içərisində oyandı ki, Mariya onu
yenə tək buraxıb, özü də bu dəfə həmiĢəlik
və bu gen dünyada o, artıq Mariyasız qalıb.
Mariya bunu son beĢ ildə üç dəfə və hazırkı
ərini də saysaq üç müxtəlif kiĢi ilə etmiĢdi.
O, ərini tanıĢ olduqlarından altı ay sonra
Mexikoda, Anzure rayonunun xidməti
otağında dəlisov sevgi ilə xoĢbəxtlikdən
məst olduqları vaxtda tərk edib getmiĢdi.
Son dərəcə azğın sevgi əyləncələrini
keçirdikləri gecənin səhərisi günü Mariya
evdə görünmədi. Ona aid olan hər Ģeyi,
hətta əvvəlki izdivacdan olan niĢan
üzüyünü də özü ilə götürməmiĢ və
buraxdığı məktubda yazmıĢdı ki, artıq bu
dəlisov sevgi təlatümünü yaĢamaq
iqtidarında deyil. Saturno fikirləĢdi ki,
bəlkə sinif yoldaĢı olmuĢ birinci ərinin
yanına gedib. AzyaĢlı olduğuna görə gizli
evlənmiĢdilər və iki ildən sonra Mariya onu
sevmədiyinə görə tərk etmiĢdi. Amma yox:
valideynlərinin evinə qayıtmıĢ və Saturno
isə nəyin bahasına olsa da, onu axtarmağa
getmiĢdi. Heç bir Ģərt qoymadan ona
yalvarmıĢ, imkanından daha artığını
edəcəyinə söz vermiĢdi, amma inanılmaz
qətiyyətlə qarĢılaĢmıĢdı: “Elə sevgi var ki,
ömrü qısadır, eləsi də var ki, uzun yaĢar” –
Mariya demiĢ və sonra da amansızcasına
yekun vurmuĢdu: “Bizimkinin ömrü az
oldu”. Saturno onun ciddiyyətinə tabe
olmuĢdu. Bununla belə, Müqəddəslər
bayramı günü sübh çağında demək olar ki,
bir il unutduğu kimsəsiz otağına qayıdarkən
onun baĢında güldən tac və qız sevgililərin
köpüklü uzun Ģleyfi5 ilə yatdığını gördü.
Mariya həqiqəti ona danıĢdı. Dul, övladsız,
həyatı sahmanlı və katolik kilsəsi vasitəsilə
daimi ailə qurmağa hazır olan yeni sevgilisi
onu bu qiyafədə kilsədə gözlətmiĢ, özü isə
gəlməmiĢdi. Amma valideynləri hər halda
Ģənliyi qeyd etməyə qərar vermiĢlər. Mariya
isə bu oyunu davam etdirmiĢ: oynamıĢ,
maryaçi6 ilə oxumuĢ, xeyli içmiĢ və
gecikmiĢ, dəhĢətli vicdan əzabı çəkərək
gecənin bir yarısında Saturnonu axtarmağa
getmiĢdi.
Saturno evdə olmayınca açarı həmiĢə
gizlətdikləri yerdən - dəhlizdəki gül
dibçəyinin içindən tapmıĢdı. Bu dəfə heç
bir Ģərt irəli sürmədən tabe olan tərəf məhz
Mariya olmuĢdu.
- Bəs indi bu sevgi nə vaxtacandır?
– Saturno soruĢmuĢdu.
O isə suala Vinisius de Moraesin Ģeiri
ilə cavab vermiĢdi:
- “Sevgi davam etdikcə əbədidir”.
O vaxtdan bəri ötən iki ildə əbədi
olmağa davam edirdi.
Görünür, Mariya artıq böyümüĢdü. Aktrisa
olmaq arzusundan imtina etmiĢ, özünü həm
iĢdə, həm də yataqda Saturnoya həsr
etmiĢdi. Keçən ilin sonlarında Perpiqnanda
keçirilmiĢ sehrbazların yığıncağında iĢtirak
etmiĢdilər və geri qayıdarkən Barselona ilə
tanıĢ oldular. ġəhər o qədər xoĢlarına gəldi
ki, orada artıq səkkiz ay idi qalırdılar və
iĢləri o qədər səhmanda gedirdi ki, səs-
küylü və dalandarsız Horta adlı əsl katalan
məhəlləsində hətta beĢ uĢaq üçün də böyük
olan bir mənzil aldılar. XoĢbəxtlik ötən
həftənin sonlarına - Mariyanın icarəyə
avtomobil götürərək bazar ertəsi axĢam saat
yeddiyə qayıdacağını söz verməklə
Saraqosaya valideynlərinə baĢ çəkməyə
142 № 4 (16) QıĢ 2015
getməsinə qədər mümkün görünürdü. Cümə
axĢamı dan yeri ağararkən onun həyatda
olub-olmaması haqqında hələ də heç bir
əlamət yox idi.
Növbəti həftənin bazar ertəsi icarəyə
götürülmüĢ avtomobil üzrə sığorta Ģirkəti
evə zəng edərək Mariyanı soruĢdu. “Heç nə
bilmirəm. Onu Saraqosada axtarın” – deyə
Saturno cavab verdi və dəstəyi asdı. Bir
həftə sonra mülki polis Kadiz
yaxınlığındakı xəlvət yolda, Mariyanın tərk
etdiyi yerdən doqquz yüz kilometr
məsafədə sadəcə dəmirləri qalmıĢ
avtomobilin tapıldığı barədə xəbərlə onun
evinə getdi. Polis soyğun haqqında
Mariyanın nəsə bilib-bilməməsini
öyrənmək istəyirdi. Bu vaxtı Saturno piĢiyi
yedizdirirdi və yüngülvari çevrilərək polisə
heç baxmadan dedi ki, boĢuna vaxt
itirməsinlər, çünki arvadı evdən qaçıb və
kimlə hara getdiyini bilmir. O qədər
inandırıcı dedi ki, polis agenti özünü
narahat hiss etdi və suallarına görə üzr
istədi. ĠĢ də beləcə bağlandı.
Mariyanın yenə də onu buraxıb getməsi
haqda Ģübhələr Saturnoya Kadakesdə
Pasxada Rosa Reqasın dəvəti ilə yelkəndə
gəzərkən hücum etmiĢdi. Franko rejiminin
tənəzzülü zamanı gauche divine-nin (“ilahi
solçular” (fr.) – tərc.) izdihamlı və natəmiz
“Marítim” barında altı adamın çətinliklə
sığıĢa bildiyi dəmir masaların ətrafındakı
dəmir kürsülərdə iyirmi adam oturmuĢduq.
Gecənin ikinci siqaret qutusunu da
boĢaldandan sonra Mariya gördü ki, kibrit
qurtarıb. Arıq, tüklü, gümüĢ roma bilərzikli
bir kiĢi qolu masa ətrafındakı basabasda
özünə yer açdı və siqaretinə od tutdu.
Mariya kim olduğuna belə baxmadan ona
təĢəkkür edərkən, Sehrbaz Saturno bunu
gördü. O, sümükləri görünən, bığsız, ölü
kimi solğun sifət və at quyruğu kimi
kəmərinə qədər uzanan zil qara saçlara
malik bir yeniyetmə idi. Bar ĢüĢələri yaz
küləyinin qəzəbinə güclə tab gətirdiyi halda
onun əynində xam pambıqdan olan küçə
pijama növündən paltar, ayağında isə kəndli
səndəlləri vardı.
Payızın sonlarına qədər onu bir daha
görməsələr də, La Barseloneta
məhəlləsindəki dəniz məhsullarından
xörəklər verilən hosteldə rast gəldilər. Bu
dəfə də adi çit parçadan kostyum
geyinmiĢdi, qatırquyruğu saçını isə uzun
hörüklə əvəz etmiĢdi. Onları köhnə dostlar
kimi salamladı, Mariyanı necə bir tərzdə
öpdüsə, Mariya da öpüĢə həmin tərzdə də
cavab verərkən Saturno onların xəlvət
görüĢməsindən Ģübhəyə düĢdü. Bir neçə
gün sonra Saturno Mariyanın telefon
kitabçasında yeni ad və yeni nömrə görəndə
amansız qısqanclıq məntiqi onun kimə aid
olduğunu müəyyən etdi. Yad adamın sosial
həyatı haqqında izahat isə onun lap axırına
çıxdı: iyirmi iki yaĢlı, zəngin ailənin tək
övladı, ikicinslilər arasında asanlıqla Ģöhrət
qazanmıĢ və evli qadınları müəyyən haqq
almaqla ovutmaqda yaxĢı nüfuza sahib,
moda vitrinlərinin dekoratoru. Ancaq
Mariyanın evə gəlmədiyi gecəyə qədər
özünü saxlaya bildi. Onda hər gün, əvvəlcə
hər iki-üç saatdan bir, sonra isə sübh tezdən
saat altıdan növbəti günün iĢıqlanmasına
kimi, axırda isə hər dəfə əlinə telefon
düĢdükcə o nömrəyə zəng etməyə baĢladı.
Və heç kimin cavab verməməsi ona daha
çox əzab verirdi.
Nəhayət, dördüncü gün təmizlik iĢinə baxan
bir əndəlüs qızı cavab verdi. “Cənab gedib”
– adamı dəli edəcək qədər qeyri-müəyyən
cavab verdi. Saturno - “təsadüfən senyorita
Mariya orada deyil ki”? – soruĢmaq
marağına qarĢı dura bilmədi.
- Burada heç bir Mariya yaĢamır, – dedi. –
Cənab subaydır.
Üç aylıq ədəbiyyat dərgisi 143
- Onu bilirəm, – Saturno dedi. – YaĢamır,
arada bir gəlir, yox?
Qadın özündən çıxdı.
- Kimdi danıĢan axı, lənət Ģeytana?
Saturno dəstəyi asdı. Qadının inkar cavabı
onda artıq heç bir Ģübhə doğurmayan acı
yəqinliyinin təsdiqindən baĢqa bir Ģey
deyildi. Müvazinətini itirdi. Növbəti
günlərdə əlifba sırası ilə Barselonadakı
bütün tanıĢlarına zəng etdi. Kimsə bir söz
deyə bilmədi, ancaq hər zəng onun dərdini
daha da dərinləĢdirirdi, çünki onun
qısqanclıq sərsəmləmələri la gauche divine-
nin gec yatmağa mübtəla olmuĢları arasında
məĢhur idi, ona görə də zəng edib Mariyanı
soruĢduğu adamlar onu zarafata tuturdular
ki, bu da ona əzab verirdi. Yalnız o zaman
belə gözəl, dəlisov və sirli Ģəhərdə nə
dərəcədə tənha olduğunu anladı. Səhər
tezdən, piĢiyə yemək verdikdən sonra
ölməmək üçün özü də doyunca yedi və
qərara aldı ki, Mariyanı unutsun.
Ġki ay keçmiĢdi, amma Mariya hələ də
sanatoriya həyatına alıĢmamıĢdı. Orta əsr
süfrəsini xatırladan bu kədərli yeməkxanaya
sanki baĢçılıq edən general Fransisko
Frankonun Ģəklinə gözünü zilləyərək,
yonulmamıĢ taxtadan olan piĢtaxtaya
bağlanmıĢ qab-qacaqda verilən həbsxana
yeməyindən güclə bir-iki tikə almaqla
həyatda qalmağa çalıĢırdı. Ġlk günlər çox
vaxt aparan səhər ibadəti haqqında axmaq
adətlərlə dolu kilsə qaydaları ilə müəyyən
edilmiĢ cədvələ, mədhiyyələrə, axĢam
dualarına və digər kilsə ibadətlərinə qarĢı
çıxırdı. Asudə vaxtlarda həyətdə topla
oynamaqdan, bir qrup xəstənin coĢqun
səylə iĢlədiyi süni güllər emalatxanasında
iĢləməkdən imtina edirdi. Ancaq üçüncü
həftədən etibarən yavaĢ-yavaĢ monastır
həyatına qoĢulmağa baĢladı. Hər halda
həkimlər deyirdilər ki, hamı əvvəl belə
baĢlayır, sonra gec-tez ordakı cəmiyyətə
alıĢmaqla yekunlaĢır.
Siqaretin olmaması - ilk günlərdə onu bir
gözətçi qadın od bahasına təĢkil edirdi –
ona əziyyət verirdi, çünki artıq özü ilə
götürdüyü pullar bitmiĢdi. Sonra bəzi xəstə
qadınların zibilliklərdən götürdükləri
siqaret kötükləri və qəzet kağızından
hazırladıqları eĢmə papiroslarla təsəlli
tapmağa baĢladı, artıq telefona olduğu kimi
siqaretə də düĢkünlüyü daha intensiv
xarakter artmıĢdı. Daha sonra süni güllər
hazırlamaqla qazandığı cüzi pezetlər7 ona
müvəqqəti yüngüllük gətirirdi.
Ən betəri isə gecələr tənha olması idi. Bir
çox xəstə qadınlar da onun kimi
alaqaranlıqda oyaq qalırdı, ancaq kimsə
nəsə etməyə cürət etmirdi. Çünki gecə
növbətçisi də kilid və zəncirlə qıfıllanmıĢ
qapının ağzında növbə çəkirdi. Bununla
belə bir gecə içindəki narahatlıqdan
boğulan Mariya yataq qonĢusunun eĢidə
bilməsi üçün kifayət qədər ucadan soruĢdu:
- Bir hardayıq?
QonĢu qadının bəm və aydın səsi cavab
verdi:
- Cəhənnəmin dibində.
- Deyirlər, bura mavrların torpağıdır – biraz
uzaqdan, yataq otağına yayılan baĢqa bir
səs dedi – özü də, deyəsən, dəqiqdir, çünki
yayda dəniz kənarında itlərin Aya hürmələri
eĢidilir.
Sanki yelkən gəmisinin lövbəri kimi
halqalarda kilid səsi eĢidildi və qapı açıldı.
Ani səssizlikdə yaĢayan yeganə varlıq olan
bu yuxubilməz sərt gözətçi qadın yataq
otağının bir baĢından o biri baĢınacan
gəziĢməyə baĢladı. Mariya bərk qorxuya
düĢdü və bunun səbəbini yalnız o gözətçi
qadın bilirdi.
Sanatoriyaya ilk gəliĢindən etibarən gecə
keĢikçisi Mariyaya gözətçi otağında onunla
yatmağı aydın Ģəkildə təklif etmiĢdi.
144 № 4 (16) QıĢ 2015
Əvvəlcə konkret iĢgüzar tonda dedi: siqaret,
Ģokolad, istənilən Ģeyin qarĢılığında sevgi.
“Hər Ģeyin olacaq” – ehtirasdan titrəyərək
deyirdi – “Kraliça olacaqsan”. Mariya rədd
etdikdə isə gözətçi qadın üsulu dəyiĢdi.
Yastığının altına, xalatının ciblərinə, ən
aglagəlməz yerlərə sevgi sözləri yazılmıĢ
kiçik kağızlar buraxırdı. Təsiredici və
ürəksızladıcı məktublar daĢları belə
yerindən oynatmaq iqtidarında idi. Artıq bir
ay idi, darmadağınla barıĢmıĢdı ki, yataq
otağında bu hadisə baĢ verdi.
Bütün xəstələrin yatdığına əmin olduqdan
sonra gözətçi qadın Mariyanın yatağına
yaxınlaĢıb qulağına bütün növ ədəbsiz
sözləri nəvaziĢlə pıçıldayaraq üzündən,
qorxudan əsən boynunu, boĢalmıĢ qollarını
və arıqlamıĢ ayaqlarını öpməyə baĢladı.
Nəhayət, Mariyanın qorxudan deyil,
məmnuniyyətdən hərəkətsiz olduğuna
inanaraq daha da dərinə getməyə cürət etdi.
Bu zaman Mariyanın əlinin tərsi ilə
iliĢdirdiyi zərbə onu qonĢu yatağa atdı.
Gözətçi qadın ağlını itirmiĢ xəstələrin səs-
küyü içində qəzəbli Ģəkildə dik atıldı.
- Qancıq qızı, – qıĢqırdı. – Sən
məndən ötrü dəli olana kimi bu donuz
damında bərabər çürüyəcəyik.
Yay xəbər etmədən iyunun ilk bazar günü
gəldi. Təcili tədbirlər görmək lazım idi,
çünki istidən nəfəsi kəsilən xəstələr dua
zamanı etamindən – yun parçadan olan
libaslarını çıxarırdılar. Mariya gözətçi
qadınların gözbağlıca oyunu kimi çılpaq
xəstələrin arxasınca qaçması tamaĢasında
əylənərək iĢtirak edirdi. QarıĢıqlıq içində
yanlıĢ zərbələrdən qorunmağa çalıĢarkən
özü də bilmədən bir də gördü ki, bomboĢ
bir ofisdədir və telefon isə sanki yalvarıĢ
zəngi ilə dayanmadan çalırdı. Mariya
düĢünmədən dəstəyi qaldırdı və yad, Ģən bir
səsin saat haqqında telefon xidmətini
yamsılamaqla məzələndiyini eĢitdi:
- Saat qırx beĢ, doxsan iki dəqiqə və yüz altı
saniyədir.
- Cındır! – Mariya dedi.
Əyləncəli Ģəkildə dəstəyi asdı. Getmək
istəyirdi ki, birdən ağlına gəldi ki,
təkrarolunmaz fürsəti əlindən qaçırdır. Tez
gərginlik içində və tələm-tələsik altı rəqəm
yığdı, amma evinin nömrəsi olduğuna özü
də əmin deyildi. Ürək çırpıntıları ilə
gözlədi, zəng getdi, birinci, ikinci, üçüncü
çağırıĢ səsi və nəhayət, onun olmadığı evdə
həyatındakı kiĢinin səsi eĢidildi:
- Bəli?
Boğazında yığılıb qalmıĢ qəhərin keçməsini
gözləməli oldu.
- DooĢan, həyatım - pıçıldadı.
Göz yaĢlarını saxlaya bilmədi. Xəttin o biri
baĢında qorxudan qısa bir səssizlik yarandı
və qısqanclıqdan həyəcanlı bir səs sözü
sanki tüpürdü:
- Qəhbə! – Və dəstəyi soyuqqanlı
Ģəkildə asdı.
Həmin gecə, Mariya Ģiddətli ürəktutmaları
içində yeməkxanadakı generalissimusun
Ģəklini divardan çıxadaraq bağçanın rəngli
pəncərə ĢüĢəsinə var gücü ilə çırpdı və qan
içində yerə yıxıldı. Güclü qəzəbi sayəsində
onu tabe etməyə müvəffəq ola bilməyən
gözətçilərin zərbələrinə qarĢı hələ də
müqavimət göstərə bilirdi. Ta ki qapının
ağzında, qolları qoynunda dayanaraq ona
baxan Herkulinanı görənə qədər. Təslim
oldu. Bununla belə onu azğın dəlilərin
kamerasına qədər sürüdülər, Ģlanqdan buz
kimi su vurmaqla söndürdülər və
ayaqlarına terpentin8 iynəsi vurdular.
Ġynənin təsirindən hərəkət etməsi çətinləĢən
Mariya baĢa düĢdü ki, bu cəhənnəmdən
qurtulmaq üçün dünyada edə bilməyəcəyi
heç bir Ģey yoxdur. Növbəti həftə artıq
ümumi yataq otağına qayıtmıĢ qadın
barmaqlarının ucunda qalxaraq gecə
keĢikçisinin hücrəsini tıqqıldatdı.
Üç aylıq ədəbiyyat dərgisi 145
Mariya növbətçidən öncədən tələb olunan
qiymətini dedi: ərinə məktub aparmalı idi.
KeĢikçi qadın bu hərəkətin tamamilə gizli
qalacağı Ģərtilə qəbul etdi. Və Ģəhadət
barmağı ilə sərt Ģəkildə vurğuladı:
- Nə vaxt məlum olsa, özünü ölmüĢ
bil.
Beləcə Sehrbaz Saturno növbəti Ģəbə günü
Mariyanı qaytarmağı qeyd etmək üçün
hazırlanmıĢ sirkin yük avtomobili ilə dəlilər
xəstəxasına getdi. Direktor onu müharibə
gəmisi kimi təmiz və səliqəli ofisində
Ģəxsən qarĢıladı və arvadının vəziyyəti
haqqında səmimi məlumat verdi. Heç kim
Mariyanın haradan, necə və nə vaxt
gəldiyini bilmirdi, onun buraya giriĢi
haqqında ilk məlumat onunla görüĢən
direktorun rəsmi diktəsi əsasında
qeydiyyata alınmıĢdı. Həmin gün araĢdırma
aparılmıĢ, ancaq nəticəsiz qalmıĢdı. Hər
halda Saturnonun arvadının harada
yerləĢdiyini necə bilməsi direktoru daha
çox maraqlandırırdı. Ancaq Saturno keĢikçi
qadını ələ vermədi:
- Mənə bu barədə avtomobil
sığortası Ģirkəti məlumat verdi – dedi.
Direktor məmnun Ģəkildə baĢını yırğaladı.
“Bu sığorta Ģirkətləri hər Ģeyi necə öyrənir,
bilmirəm” – dedi. Sonra kənardakı yazı
masasının üstündə olan sənədlərə göz atdı
və sözünün tamamladı:
- Yeganə aydın olan odur ki, onun
vəziyyəti ağırdır.
Direktor ona öz arvadını lazımi
təhlükəsizlik tədbirlərinə riayət etməklə
görməyə icazə verməyə hazır idi, amma
gərək Sehrbaz Saturno, öz arvadının
yaxĢılığı naminə, söz versin ki, Mariya ilə
rəftarında, xüsusi ilə də qəzəbdən əmələ
gələn, tez-tez və hər dəfəsində daha
təhlükəli olan tutma hallarına düĢməməsi
üçün davranıĢ üsulunda məhz direktorun
dediklərinə riayət edəcək.
- Qəribədir, – Saturno ded,i – o,
həmiĢə güclü xarakterə, özü də daha çox
hökmran təbiətə malik olub.
Həkim müdrik adam kimi bir jest etdi: “Elə
davranıĢlar var ki, uzun illər ərzində gizli
qalır və bir gün partlayır”, – dedi. –
“Bununla belə, bəxti gətirib ki, bura düĢüb,
çünki qüvvətli əllər tələb olunan hallarda
biz mütəxəssisik”. Sonda ona Mariyanın
telefona olan nadir düĢkünlüyü barədə
xəbərdarlıq etdi.
- ÇalıĢın onun axdığı istiqamətdə üzəsiniz,
– dedi.
- Sakit olun, doktor, – Saturno Ģən halda
dedi. – Bu, mənim ixtisasımdır.
Yarı həbsxana, yarı tövbə hücrəsini
xatırladan görüĢ otağı əvvəllər monastıra
gələnlərin qəbul otağı idi. Saturnonun otağa
giriĢi hər ikisinin gözlədiyi kimi alovlu
sevinc yaratmadı. Mariya otağın ortasında,
ətrafında iki stul və üstündə isə çiçəksiz bir
güldan olan kiçik masanın yanında ayaqüstə
dayanmıĢdı. AĢkar görünürdü ki, çiyələk
rəngli dəyərsiz paltosu və kiminsə yazığı
gələrək ona verdiyi çirkli ayaqqabıları ilə
buradan getməyə hazır idi. Otağın
küncündə, demək olar ki, gözəgörünməz
halda Herkulina əllərini qoynunda
çarpazlayıb durmuĢdu. Əri otağa daxil
olarkən Mariya nə yerindən tərpəndi, nə də
pəncərə ĢüĢəsinin saldığı çapıq yarasının
hələ də qaldığı üzündə həyəcan göstərdi.
Sadəcə adi qaydada öpüĢdülər.
- Özünü necə hiss edirsən? – Saturno
soruĢdu.
- Nəhayət gəldiyin üçün xoĢbəxt, dooĢan, –
Mariya dedi. – Bu, bir ölüm idi.
Oturmağa vaxtları yox idi. Göz yaĢlarında
boğularaq Mariya monastırdakı
bədbəxtlikləri, gözətçi qadınların
vəhĢiliklərini, it yalı kimi yeməklərini,
qorxudan göz yummadan keçirdiyi
bitməyən gecələri nağıl elədi.
146 № 4 (16) QıĢ 2015
- Artıq bilmirəm neçə gün, neçə ay, neçə
ildir burdayam, amma bilirəm ki, hər gün
əvvəlkindən daha pis olurdu – dedi və
dərindən nəfəs aldı: Ġnanıram ki, eyni Ģeylər
bir daha baĢ verməyəcək.
- Artıq hər Ģey geridə qaldı – deyərək
barmaqlarının ucu ilə üzündəki təzə yara
yerini sığalladı – Mən hər Ģənbə yanına
gələcəm, hətta daha tez-tez, əgər direktor
mənə icazə verərsə. Görəcəksən, hər Ģey
yaxĢı olacaq.
Mariya qorxmuĢ gözləri ilə onun gözlərinin
içinə baxdı. Saturno yüngül zarafat etməyə
çalıĢırdı. Saturno onunla yalançı adamların
istifadə etdikləri uĢaqsayağı tonda, həkimin
tapĢırığı əsasında ĢirinləĢdirilmiĢ versiyada
danıĢırdı: “Qısası” – fikrini tamamladı –
“tam sağalmağın üçün hələ bir neçə gün
qalıb”. Mariya həqiqəti baĢa düĢdü:
- DooĢan, bəsdi sən Allah! – heyrətlə dedi –
Bircə demə ki, sən də mənim dəli olduğuma
inanırsan.
- Belə bir Ģey necə ağlına ələ bilər? –
gülməyə çalıĢaraq dedi – Burada bir müddət
qalmağın hamımız üçün daha çox uyğun
olacaq. Əlbəttə ki, daha yaxĢı Ģərtlər
altında.
- Axı mənə sənə deyirəm ki, bura yalnız
telefonla zəng etmək üçün gəlmiĢdim –
Mariya dedi.
Saturno bilmədi ki, bu qorxulu düĢkünlüyə
necə reaksiya versin. Herkulinaya baxdı.
Gözətçi qadın bu baxıĢdan istifadə edib
biləyindəki saatı göstərməklə görüĢ vaxtının
bitdiyinə iĢarə etdi. Mariya iĢarəni tutdu,
geriyə baxdı və gördü ki, Herkulina hər an
hücum etmək üçün gərilmiĢ vəziyyətdədir.
Tez ərinin boynundan yapıĢıb əsl dəli kimi
qıĢqırmağa baĢladı. Saturno isə bacara
bildiyi qədər sevgi ilə ondan yaxasını çəkdi
və Mariyanı arxadan sıçrayan Herkulinanın
ixtiyarına buraxdı. Reaksiya göstərməyə
belə aman vermədən gözətçi sol əli ilə
qapını açarla açıb, dəmir kimi sağ əli ilə
Mariyanın boynundan tutub Sehrbaz
Saturnoya qıĢqırdı:
-Gedin!
Saturno bərk qorxu içində qaçdı.
Bununla belə növbəti Ģənbə günü artıq
əvvəlki qorxudan özünə gəlmiĢ Saturno
piĢiyi də sanatoriyaya gətirdi. PiĢiyi də özü
kimi geyindirmiĢdi: rəqqas kostyumu kimi
qırmızılı-sarılı triko9, baĢında silindr10 və
sanki uçmaq üçün yarım plaĢ. Sirk
maĢınında monastırın həyətinə qədər getdi
və orada hardasa üç saat möcüzəli nömrələr
göstərdi. Xəstələr eyvandan müxtəlif
qıĢqırıqlar və yersiz alqıĢlar etməklə seyr
edib əyləndilər. Bircə Mariya yox idi.
Nəinki əri ilə görüĢməyi qəbul etməmiĢ,
hətta eyvandan belə onu görməkdən imtina
etmiĢdi. Saturno özünü ölümcül yaralı hiss
etdi.
- Bu, səciyyəvi reaksiyadır –
direktor ona təsəlli verdi – Ötüb keçəcək.
Amma heç vaxt keçmədi. Mariyanı yenidən
görmək üçün etdiyi cəhdlərdən sonra
Saturno ona göndərdiyi məktubu qəbul
etməsi üçün mümkünsüz Ģeylər edirdi,
amma əbəs yerə. Dörd dəfə məktub bağlı və
heç bir qeydsiz geri qayıtmıĢdı. Saturno əl
çəkdi, amma həqiqət ona qalib gələnə qədər
hətta Mariyaya çatıb-çatmadığını bilmədən
belə onun siqaret payını hospitalın
qapıçısına buraxırdı.
Saturnonun evlənməsi və öz ölkəsinə geri
dönməsindən baĢqa onun haqqında daha
heç vaxt nəsə məlum olmadı. Barselonadan
getməzdən qabaq aclıqdan yarımcan qalmıĢ
piĢiyi təsadüfi görüĢdüyü bir qıza verdi. Qız
Mariyaya siqaret aparmağı da boynuna
götürdü. Amma o da bir müddət sonra yoxa
çıxdı. Rosa Reqas xatırlayır ki, o qızı 12 il
qabaq “Korte Ġnqles”də görəndə baĢı
qırxılmıĢ, hansısa Ģərq dini məzhəbinə aid
narıncı uzun geyimdə idi və qarnı da
Üç aylıq ədəbiyyat dərgisi 147
burnuna dəyirdi. Qız ona danıĢırmıĢ ki, pis
vaxtların acı xatirələr kimi məhv edilmiĢ
hospitalın dağıntılarını gördüyü günə qədər
Mariyaya həmiĢə bacardıqca siqaret
aparırmıĢ. Sonuncu dəfə görəndə Mariya
ona iti ağla malik bir adam təəssüratı
bağıĢlamıĢdı, bir qədər kökəlmiĢdi və
monastırın sakitliyindən razı imiĢ. Həmin
gün piĢiyi ona aparmıĢdı, çünki Saturnonun
piĢiyi yedizdirmək üçün qoyduğu pul artıq
qurtarmıĢdı.
İspan dilindən tərcümə etdi: Kamil İlqar
Zeynalov
----------------------------
Korsaj1 - qadın paltarının döĢü örtən hissəsi
Məmlük2 – burada: sadəcə “əsgər” mənasında
Lazaret3 – hərbi rejimli xəstəxana
Pass4 - əl hərəkəti
ġleyf5 - qadın paltarının yerlə sürünən uzun dal
ətəyi
Maryaçi6 – Meksika xalq musiqisinin ən geniĢ
yayılmıĢ janrlarından biri
Pezet7 - Ġspaniyada pul vahidi
Terpentin8 - iynəyarpaqlı ağaclardan alınan
qatranlı Ģəffaf Ģirə. Burada: o Ģirədən alınan
maye qatıĢığı
Triko9 - yun parça
Silindr10 – burada: təpəsi hündür bərk Ģlyapa
Svetlana Alekseyeviç
“Mənsə yenə də
anamı istəyirəm”
Zina Kosyak – 8 yaş.
Hazırda – saç ustası.
Minskdə yaşayır.
Qırx birinci ildə mən birinci sinfi
bitirdim və yayda valideynlərim məni
Minsk yaxınlığındakı “QorodiĢe” pioner
düĢərgəsinə göndərdilər. Oraya gəlib
çatdım, iki gün sonra müharibə baĢladı. Bizi
düĢərgədən çıxardılar, qatara yığıb
apardılar. Biz uĢaqlar heç nə baĢa
düĢmürdük. Alman təyyarələri uçurdular,
biz “Ura!” deyib qıĢqırırdıq. Düz bizi
bombalamağa baĢlayana qədər. Sonra
148 № 4 (16) QıĢ 2015
Minskin necə yandığını gördük. Onda
içimizə qorxu düĢdü.
Biz düĢərgədən gedəndə hərəmizin
əlinə bir balıĢ üzü verib onun içinə əllərinə
keçəni doldururdular – kimə yarma, kimə
qənd düĢürdü. Ən balacaları da əliboĢ
qoymamıĢdılar. Hamıya nə isə verirdilər.
Hər kəs istəyirdi ki, bacardıqca çox ərzaq
götürsün. Sonra da onları çox ehtiyatla
saxlayırdıq. Amma qatarda yaralı əsgərləri
gördük. Onlar əziyyət çəkirdilər, elə
ağrıyırdılar ki, əlimizdə olanların hamısını
əsgərlərə verirdik. Bunun adı da vardı:
“Ataları yedirtmək”. Biz bütün hərbçi
kiĢilərə ata deyirdik.
Qatarda bir aydan çox getdik. Hansısa
Ģəhərə aparırdılar, ora çatırdıq, amma qatarı
saxlaya bilmirdilər, çünki almanlar artıq
yaxınlaĢmıĢ olurdular. Beləcə,
Mordoviyaya gedib çıxdıq.
Ora çox gözəl idi, hər tərəfdə kilsələr
vardı. Ancaq yatmağa yerimiz yox idi,
samanın üstündə gecələyirdik. QıĢ gələndə
dörd nəfərə bir cüt çəkmə geyinirdik. Sonra
aclıq baĢladı. Aclıq çəkən təkcə uĢaq evi
deyildi, ətrafımızdakı hər kəs aclıqdan
əziyyət çəkirdi, çünki hər Ģeyi cəbhəyə
göndərirdik. UĢaq evində iki yüz əlli uĢaq
vardı. Bir dəfə elə oldu ki, hamımız nahara
gəldik, amma yeməyə heç nə yox idi.
Tərbiyəçilərlə direktor yeməkxanada
oturublar, bizə baxırlar, hamısının da gözü
dolub. Bizimsə bir atımız vardı − Mayka
adında. Çox mehriban at idi. Biz onunla su
daĢıyırdıq. Ertəsi gün Maykanı kəsib
hərəmizə su və Maykadan balaca bir parça
verdilər. Biz sonradan bildik ki, Maykanı
kəsiblər. Bunu bizdən gizləmiĢdilər, çünki
hamımız onu çox istəyirdik. O, uĢaq
evindəki yeganə ev heyvanı idi.
Hamımızın qarnı hədsiz iri olurdu.
Məsələn, mən bir vedrə Ģorba içə bilərdim,
çünki Ģorbanın içində heç nə olmurdu.
Qabağıma nə qədər qoyurdularsa, hamısını
yeyib bitirirdim. Bizi xilas edən təbiət idi.
GövĢəyən heyvanlar kimi idik. Yazda uĢaq
evinin bir neçə kilometrliyində bir dənə də
olsun ağac yarpaq açmırdı, çünki biz
tumurcuqlarını yeyirdik. Ot da yeyirdik, nə
otu olmasına fikir vermədən. Bizə buĢlat
paylamıĢdılar. Onlarda dəlik açıb cib
düzəltmiĢdik və özümüzlə ot gəzdirirdik.
Onu çeynəyirdik. Yay bizi xilas edirdi,
qıĢda isə çox əziyyət çəkirdik. Balacaları -
biz qırx nəfərə yaxın olardıq - ayrıca otağa
yerləĢdirmiĢdilər. Gecələr ağlaĢma səsi
uzun müddət kəsmirdi. Hamı anası ilə
atasını çağırırdı. Tərbiyəçilərlə müəllimlər
çalıĢırdılar ki, dillərinə “ana” sözünü
gətirməsinlər. Onlar bizə nağıl danıĢanda da
elə kitablar seçirdilər ki, orda bu söz
olmasın. Kimsə qəfildən “ana” deyəndə o
saat ağlaĢma baĢlanırdı.
Mən yenidən birinci sinfi oxumalı
oldum. Bu, belə oldu: mən birinci sinfi
tərifnamə ilə bitirmiĢdim. Biz uĢaq evinə
gələndə isə hamımızdan soruĢdular ki,
kimin təkrar imtahanı var? Dedim, mənim.
Elə baĢa düĢmüĢdüm ki, təkrar imtahan elə
tərifnamə deməkdir. Üçüncü sinifdə
oxuyanda uĢaq evindən qaçdım. Anamı
axtarmağa yollandım. MeĢədə məni ac və
əldən düĢmüĢ halda BolĢakov baba tapdı.
UĢaq evindən olduğumu öyrəndi və öz
evinə apardı. O, arvadı ilə birlikdə
yaĢayırdı. Mən möhkəmlənib özümə
gələndən sonra onlara ev iĢlərində kömək
etməyə baĢladım: ot yığırdım, kartofun
alağını təmizləyirdim, hər cür iĢ görürdüm.
Biz çörək yesək də, bu elə bir Ģey idi ki,
çörəyi çox az xatırladırdı. Unun içinə əlinə
keçəni üyüdürdük: sirkan, kartofun
Üç aylıq ədəbiyyat dərgisi 149
yarpaqları, qozun çiçəkləri, kartof. Mən elə
indiyəcən yağlı ota sakitcə baxa bilmirəm
və çoxlu çörək yeyirəm. Çörəkdən heç cür
doya bilmirəm.
Bütün müharibə ərzində deyirdim və
gözləyirdim ki, müharibə qurtaran kimi
baba ilə birlikdə atı arabaya qoĢub anamı
axtarmağa yollanacağıq. Bizə evakuasiya
olunmuĢlar gələndə hamısına eyni sualı
verirdim: “Anamı görməmisiz?”
Evakuasiya olunmuĢlar çox idi. Elə çox idi
ki, hər evdə bir qazan ilıq gicitkən olurdu.
Kimsə gəlsə, ona yeməyə isti bir Ģey verə
bilsinlər deyə. Vermək üçün baĢqa heç nə
yox idi, amma bir qazan gicitkən hər evdə
vardı. Bu, yaxĢı yadımdadır.
Müharibə bitdi. Bir gün, iki gün
gözlədim, gördüm, heç kim dalımca gəlmir.
Anam məni aparmağa gəlmir, atamınsa
müharibədə olduğunu bilirdim. Onda hələ
bilmirdim ki, ikisi də həlak olub. Beləcə, iki
həftəyə yaxın gözlədim, daha gözləməyə
taqətim qalmamıĢdı. Hansısa qatara minib
skamyanın altında gizləndim və getdim...
Hara? Bilmirdim. Onda hələ uĢaq idim, elə
bilirdim ki, bütün qatarlar Minskə gedir,
Minskdə isə məni anam gözləyir!
Ġndi mənim əlli bir yaĢım var, öz
balalarım var. Mənsə yenə də anamı
istəyirəm..
Çevirən Svetlana Turan
Voldemar Balyazin
RUSĠYANIN QEYRĠ-
RƏSMĠ TARĠXĠ
ƏZABKEġ YEVDOKĠYA VƏ
BÖYÜK ƏZABKEġ STEPAN
1669-cu ildə boyar Ġllarion
Abramoviç Lopuxinin ailəsində bir qız
doğuldu, adını Proskoviya qoydular.
Üstündən iyirmi il keçəndən sonra bu qızı I
Pyotrun anası oğlu üçün gəlin seçdi. O
çağların qaydasınca gəlinin və ona
evlənəcək ərinin rəyini öyrənmədən onları
adaxladılar. Pyotrun anası bu qohumluqla
oğluna arxa olacaq bir adam tapmaq
istəyirdi, Lopuxinlər çox varlı olmasalar da,
ancaq böyük, adlı-sanlı və çoxsaylı bir nəsil
sayılırdılar. Pyotrun anası bu nəsilin Pyotra
dayaq olacağını düĢünürdü. Bu qohumluq
münasibəti ilə, boyar Ġllarionun adını
dəyiĢib Romanovlar ailəsinin sevimlisi olan
Fyodr obrazlı Məryəm Ana ikonasının
Ģərəfinə, Fyodr qoydular. Praskoviyanın da
adını dəyiĢib Yevdokiya qoydular, o çar
arvadı olacaqdı deyə gərək yaxĢı səslənən
bir ad daĢıyaydı. Köhnə adət-ənənələr üzrə
böyüdülmüĢ Yevdokiya xasiyyətcə
mühafizəkar bir qadın idi. Onların
150 № 4 (16) QıĢ 2015
evliliyinin ilk illəri söz-sovsuz keçsə də,
belə təbiətli bir qadın gənc və enerjili çarın
xoĢuna gələ bilməzdi. Yevdokiya adət-
ənənəyə uyğun sakit bir ailə həyatı sürmək
istəyir, gənc ərinin onu yalqız qoyub tez-tez
uzaq səfərlərə çıxması ilə heç cür barıĢmaq
istəmirdi, bu isə gənc ailədə tez-tez baĢ
verən söz-sova gətirib çıxarırdı. Ər-arvad
arasındakı soyuqluq getdikcə artmaqda idi.
Ġki oğlanlarının doğulması da gənc çar
ailəsində istiqanlıq yarada bilməmiĢdi. Ġlk
doğulan oğlanları körpə yaĢlarında
ölmüĢdü. Yalnız 1690-cı ildə doğulan
üçüncü oğlanları Aleksey sağ qalmıĢdı.
Ancaq onun da sonradan taleyi
gətirməyəcək, 1718-ci ildə, atasının
buyuruğu ilə, dönüklükdə suçlanaraq
öldürüləcəkdi. Pyotrun alman gözəli Anna
Monsla baĢlayan sevgi romanı da ər-arvad
münasibətlərinin korlanmasında böyük rol
oynamıĢdı. 1696-cı ildə Pyotr Avropaya
uzunmüddətli səfərə gedir, Yevdokiya isə
ərinə bir neçə məktub yazaraq onu atıb
getməsinə görə Pyotru qınasa da, ancaq
məktublarının heç birinə cavab almır. Artıq
bütünlüklə öz arvadından soyuyan çar
Moskvaya, dayısı L. K. NarıĢkinə məktub
yazaraq Yevdokiyanı monastra gedib rahibə
olmağa razı salmağı xahiĢ eləyir, bu isə
çarın öz arvadını boĢaya bilməsi üçün tək
çıxıĢ yolu idi. NarıĢkin Yevdokiyanı çox
dilə tutsa da, o monastra getməkdən boyun
qaçırır, ancaq Pyotr Moskvaya qayıdan
kimi arvadını güclə Suzdaldakı Pokrov
monastrına göndərib rahibə olmasını əmr
eləyir. Yevdokiyanın könüllü olaraq rahibə
olmaq istəmədiyini öyrənən monastrın
baĢçısı onu rahibəliyə qəbul eləmək üçün
gərəkən ayini yerinə yetirməkdən boyun
qaçırır və buna görə də, Pyotrun buyuruğu
ilə dustaq olunur. Biraz sonra isə,
Yevdokiyanı rahibə elan eləyib ona yeni,
Yelena adını verirlər. Ancaq onun rahibə
paltarı geyinib monastr həyatının ağır
Ģərtləri ilə yaĢaması çox da uzun çəkmir...
Beləliklə də, keçmiĢ çar arvadı
Evdokiya Yelena adı alıb monastrın
hücrəsində dustaq oldu. Çox keçmədən
onun buradakı yaĢamı yoluna düĢməyə
baĢladı, qohumlarından bir neçəsi, gizlincə,
ona yemək və geyim göndərməyə
baĢladılar, ayrılğına dözə bilmədiyi səkkiz
yaĢlı oğlu Alekseydən də yaxĢı soraqlar
gəlməyə baĢladı. Deyilənlərə görə Aleksey
pis yaĢamırdı, atası onu bütünlüklə öz
himayəsinə almıĢ, gələcəkdə çar olması
üçün gərəkən nə vardısa ona öyrətməyə
baĢlamıĢdı, ancaq bu xəbərlər onun ana
ürəyini sonadək ovundura da bilmirdi, o,
necə olursa olsun, oğlunu görmək istəyirdi;
bundan baĢqa da, mühafizəkar düĢüncəli
ana oğluna alman müəllimlərinin dərs
keçdiyini eĢidib bir az da darıxmağa
baĢlamıĢdı, axı pravoslav olmayan bu
kafirlər onun oğluna nə öyrədə bilərdilər?
Belə getsə uĢağı dindən uzaqlaĢdırıb kafir
eləyəcəkdilər. Düzdür, müəllimlərin
arasında bir-iki rus olanları da vardı, ancaq
deyilənə görə onlar içki və qadın düĢkünü
olan yaramazlar idi. Ancaq Yevdokiyanın
çar sarayındakı dayısı knyaz Nikifor
Vyazemskinin, bir də ürək qızdırdığı ruhani
Yakov Ġqnatevin Alekseyin yanında olması
onu biraz sakitləĢdirirdi.
Yevdokiya belə bir darıxdırıcı və cansıxıcı
ömür sürür, tez-tez onu yandırıb-yaxan və
ürəyini sındıran xəbərlər alırdı, habelə,
keçmiĢlə bağlı xatirələr də onun sınıq
könlünü incidir, indi ona uzaq bir nağıl kimi
görünən çar arvadı olduğu çağlar, o
günlərdə yaĢadığı ağrı-acılar da yadına
düĢüb bir yandan dərdinin üstünə dərd
gətirirdi. Beləliklə də, biri-birinin ardınca
bu sayağı dəyiĢməyən, biri-birinə bənzəyən
ürək sıxan illər keçib gedir, gənc qadın
düĢdüyü bu qara günlərinə ağlayır, bu
Üç aylıq ədəbiyyat dərgisi 151
qaragünlükdən çıxmaq üçün haradansa bir
iĢıq ucu olacağına inamını itirməyə
baĢlayırdı...
Monastrda keçən bu qargünlüyün onuncu
ilində, 1707-ci ilin yeni il bayramı
günlərində, birdən onun darısqal hücrəsinə
iĢıq düĢdü: keçmiĢ tanıĢı, çar sarayında
yaĢayan Yakov Ġqnatyev, gizlincə, 17 yaĢlı
Alekseyi onun yanına gətirdi. Sevincindən
hönkürüb ağlayan Yevdokiya artıq yaĢa
dolmuĢ oğlu ilə görüĢəndə birdən-birə
özünün də artıq yaĢlandığını, 38 yaĢına
çatdığını xatırladı və dərin hüznlə qadın
kimi yaĢaya bilmədiyi, bir ağ gün
görmədiyi ömrünə acıyıb sevinc yaĢlarına
qarıĢan acı göz yaĢları tökməyə baĢladı.
1708-ci ilin yayında isə onun ağlına belə
gətirmədiyi təəcüblü bir olay baĢ verdi:
Yevdokiyanın ürəyində, nə ata evində, nə
də çar sarayında heç vaxt uma bilməyəcəyi
alovlu bir sevgi duyğusu baĢ qaldırdı...
Bu belə olmuĢdu: 1708-ci ilin qızmar bir
iyul günündə, günorta çağı, onun yaĢadığı
hücrənin qapısı açıldı və Yevdokiya
kandarda monastr baxıcısı Fyodr Pustınniki
və onunla yanaĢı dayanan, yaĢıl boyalı
Preobrajenski alayı zabiti formasını
geyinmiĢ, tanımadığı bir zabiti gördü,
ucaboylu, bığlı, qonurgözlü zabit, sanasan,
heç bir səbəb olmadan ona baxıb
gülümsəyirdi. “Salam YevdoĢa”, deyə
qonurgözlu və azman zabit istiqanlıq
duyulan bir səslə dilləndi. Yevdokiya bu
səsi eĢidən kimi, ilk baxĢdan tanımadığı bu
zabitin Stepan Qlebov olduğunu anladı. Bir
anın içində beyninə qan sıçrayan
Yevdokiya dayandığı yerdə səntirlədi və
Qleb Stepanovla bağlı Ģirin, gözəl və
unudullmaz uĢaqlıq xatirələrini yada saldı.
Fyodr ata ilə yaxınlıqda dayanan rahibə
bacı Kaptelina özlərinin burada artıq
olduqlarını anlayıb, onları ikilikdə
buraxaraq çıxıb getdilər. Ah, bilsəniz onlar
necə Ģirin-Ģirin danıĢıb biri-birinə qulaq
asırdılar! Onlar aradan keçən və biri-biri ilə
bağlı demək olar heç nə bilmədikləri bu
uzun illər boyunca, baĢlarına gələn
müsibətləri danıĢdıqca biri-biri ilə
dərdlərini bölüĢür, biri-birinin acılarına
ortaq olurdular!
Qlebovun deməsinə görə, o artıq 18 ildir
evlənib və elə evləndiyi vaxtdan da
baĢlayaraq Preobrajenski polkunun atlı
bölüyündə qulluq eləyir. Ancaq hərbi
qulluqda da, evlilikdə də onun bəxti
gətirməmiĢdi. Evləndiyi qadın çox
keçmədən xəstələnmiĢ və indiyədək də bu
xəstəliyi davam eləyirdi, ən pisi isə, onların
uĢaqları və biri-birinə sevgisi də yox idi.
Qulluğunda isə ilk günlərdən baaĢlayaraq
iĢləri düz gətirməmiĢdi. Çar Pyotr
Alekseyeviçin onu görməyə gözü yox idi,
bunun niyəsi isə, Stepanın ona qarĢı
saymazyanalığı olmuĢdu: günlərin birində
çar öz sevimli əyləncəsi üzrə 18 yaĢlı
Stepanla güləĢməyə çıxanda, o, çara
yarınmaq istəməmiĢ, çoxsaylı zabit və
əsgərlərin gözü qabağında Pyotrun
kürəklərini yerə vurmuĢdu.
Çar üzdə onunla yaxĢı davransa da, ancaq
Stepan polkda hamının “bombardmançı
ağa” adlandırdığı Pyotr Alekseyeviçin heç
vaxt köhnə incikləri unutmadığını və bunu
kimsəyə bağıĢlamadığını yaxĢı bilirdi.
UĢaqlıq dostları xoruzların birinci banına
kimi yorulmaq bilmədən danıĢdılar, sonra
Stepan Suzdala ordu üçün əsgər toplamağa
getdi, o gündən baĢlayaraq, buralarda
olduğu hər gün Stepan Yevdokiyanın
yanına gəlir və onun hücrəsində gecələyirdi.
Beləliklə də, sevgiyə və nəvaziĢə ehtiyacı
olan bu iki insanın arasında incə duyğular
yaranmağa baĢladı.
O gündən sonra Stepan iĢlə bağlı bu yerlərə
tez-tez gəlir və buralarda olanda
Yevdokiyanın yanında gecələyirdi. Stepan
152 № 4 (16) QıĢ 2015
uzaqlarda olanda isə, Yevdokiya ona demək
olar eyni məzmunlu məktublar yazırdı:
“Tanrı eĢqinə məni burada tək qoyma, çalıĢ
buralarda bir iĢə düzəl”. Yevdokiya Qlebin
Suzdalın voyevodası olmasını arzu eləyirdi,
belə olarsa, onlar biri-birinin yaxınlığında
olmaqla, tez-tez görüĢə bilərdilər və
Yevdokiya həftələrlə, aylarla çəkən bu
ayrılıqdan biryolluq can qurtaradı, eləcə də,
ona olduqca qısa görünən bu görüĢlərin
yerini birgə yaĢamağın sevinci tutardı.
Beləliklə də, Yevdokiya ilə Stepan üçün
ömürlərində yeni bir dönəm baĢlamıĢ oldu,
onların bu sevinc dolu həyatları 10 il çəkdi.
Suzdala gələndə Stepan keçmiĢ çar
arvadına sarayda baĢ verən müxtəlif
olaylardan söz açardı: çarın oğlu Alekseyi
Avropaya oxumağa göndərməsini, Alekseyi
BraunĢveyq prinsessası Sofya-ġarlotta ilə
evləndirməsini, bu evliliyin uğursuzluqla
bitməsini, onların evliliyinin dördüncü
ilində Sofya-ġarlottanın ölməsini, bu birgə
evlilikdən biryaĢlı qızları Natalya və yenicə
doğulmuĢ Pyotrun olmasını Yevdokiya
burada ondan öyrənə bilmiĢdi. Stepanın
deməsinə görə, alman prinsessası dərddən
çərləyib ölmüĢdü, dərdə düĢməsinin səbəbi
isə, Alekseyin ona dönük çıxıb günlərini
knyaz Vyazemskinin təhkimli kəndlisi olan
Yefrosiniya ilə sevgi macəraları içində
keçirməsi olmuĢdu.
Stepanın onun yanında gecələdiyi vaxtlarda
Yevdokiya yatağını qızdıran bu kiĢinin
qoynunda özünü dünyanın ən ağgünlü
qadını sayırdı. Yevdokiya o çağlarda, onun
Stepanla olan sevgisi qədər ehtiraslı bir
sevginin yer üzündə haçansa ola biləcəyinə
də inanmırdı.
“Məni səndən yalnız ölüm ayıra bilər”,
Yevdokiya bu sözləri Stepana dönə-dönə
deməkdən yorulmazdı. Stepan çıxıb
gedəndən sonra, Yevdokiya coĢqun
sevgisindən və onu bərk qısqandığından,
özünə yer tapa bilməz, özünün ruhani anası
sayılan Kaptelinanın yardımı ilə, oturub
Stepana alovlu sevgi məktubları yazardı, bu
məktubları alıb oxuyan Stepan, çox
keçmədən baĢını itirib, çaparaq Suzdala
gələrdi.
Bu məktublardan doqquzu bugünümüzədək
gəlib çatmıĢdır. Onlarınn yeddisindən bəzi
parçaları diqqətinizə çatdırıram. Onları
oxumağı sizdən xahiĢ eləyirəm. Bu
məktubları oxuyandan sonra, siz indiyədək
bu dünyada həqiqi sevginin olmadığına
inanırdınızsa, indi artıq, ölümü də üstələyən
belə bir sevginin həmiĢə olduğuna və indi
də belə bir sevginin varlığına inanacaqsınız.
Oxuyun, bu məktublardan burada verdiyim
çıxarıĢları, üstündə əl gəzdirilmədən, necə
yazılmıĢsa eləcə də, baxıĢlarınıza
çatdırıram.
“Mən öz kədərimi necə və nə ilə ovudum
indi? Sən məni belə tez unutdun! Mən
burada sənin bəyənəcəyin kimi olmağı
bacarmadım. Sənin üzünü, əllərini, bütün
bədənini, dirsəyini və dizini gərəyincə
oxĢaya, yetərincə göz yaĢlarımla yuya
bilmədim, görünür sənin ürəyincə olmağı
bacarmadım...”
“Gözlərimin iĢığı, atam mənim,
ruhum mənim, sevincim mənim! Mənə elə
gəlir, sənin məndən biryolluq ayrılacağın o
qorxunc zaman gəlib çatıbdır artıq. Belə bir
ayrılıqdansa, nə olaydı, mənim ruhum
bədənimdən ayrılaydı! Ah, gözlərimin iĢığı,
mən sənsiz bu iĢıqlı dünyaya necə baxım,
necə yaĢayım? Mən artıq məhv olmaq
üzrəyəm! Bir allah bilir, sən mənim üçün
necə doğmasan. And olsun Allaha, yer
üzündə səndən də doğma olan bir adamım
yoxdur!... Mən səni ölənədək unutmaram,
nə qədər sağam, sən mənim ağlımdan heç
vaxt çıxmayacaqsan...”
Üç aylıq ədəbiyyat dərgisi 153
“Ah, gözlərimin iĢığı, ayrılmaz dostum
mənim, sevgilim mənim, mənə nəsə yaz,
nəsə danıĢ, məni qüssəsədən ölməyə
qoyma... Sənə bir qalstuk göndərirəm.
Sənin üstündə məni xatırladaacaq heç nə
yoxdur, barı bu məni yadına salsın. Ah,
bilsən ürəyim necə sənə can atır! Bilmirəm
sənsiz necə yaĢayım, sənin ayrılığına necə
dözüm? Sənsiz olmaqdan yaranan acılarımı
sözlə demək olmur, gözümün iĢığı...”
“StepaĢenka, sənə iki ədəd sabun
göndərdim, deyirəm, buraya gələnə kimi
yuyunub biraz ağarasan bəlkə...”
“Ah, mənim əziz dostum! Sən məni
niyə təklikdə qoyub getdin? Mənə niyə
acığın tutdu belə? Mən nə ilə səni incitdim?
Məndən sənə nə dedilər? Mənim xəzinəmi
kim taladı? Mənim gözümün iĢığını kim
oğurladı? Məni atıb kimin yanına getdin?
Məni kiminlə dəyiĢdin? Mənə nədən
yazığın gəlmir? Nə üçün qayıdıb gəlmirsən,
əziz dostum? Mən sənsiz bu iĢıqlı dünyada
necə yaĢayım? Sən bu ayrılığınla məni necə
məhv elədiyini bilsəydin!.. Allah eĢqinə, bu
ayrılığı bunca uzatma, qayıt gəl. Sənsiz mən
məhv olmaqdayam artıq!..”
“Mənim sevincim! Mənə oğlumdan
ürəkaçan kiçik bir soraq ver... Mən səni nə
ilə incitmi Ģəm, görən? Mənə nədən
acığın tutdu? Ah, bu ayrılıqdansa kaĢ mən
öləydim, sən məni öz əllərinlə qara torpağa
göməydin! Mən onsuz da yavaĢ-yavaĢ
məhv olmaqdayam. Ġsa Məsihin, Allahın
eĢqinə məni atma. Sənin ayağından
baĢınadək bütün bədənini öpürəm. Mənim
ölməyimi istəmirsənsə, tez buraya gəlməyə
çalıĢ, ürəyim mənim...”
“Ürəyim mənim, StepaĢenka, canım
gözüm, mənə ən çox sevdiyin kamzolunu
göndər, qoy sənin ətrini ondan alım.
DiĢlədiyin bir tikəni mənə göndər...
BaĢqasını sevib məni unutma. Mən sənə nə
etmiĢəm, desənə, məni belə yetim, yazıq,
qaragünlü durumda atıb getmisən?”
Bir neçə il sonra Yevdokiya Stepandan
çarın yeni arvadı olan Yekatirinadan Pyotr
adında bir oğlu olduğu eĢidib dərdə batdı, o
artıq Alekseyin yerinə yenu vəliəhdin
gələcəyini, öz oğlunun isə yazıq günlərə
qalacağını, çox ola bilsin, lap
öldürüləcəyini anlamıĢdı.
Çox keçmədən onun bu düĢüncələri
doğruldu: 1716-cı ilin payızında Stepan
onun yanına gələndə Alekseyin Almaniyada
müalicə olunan atasının yanına getmək adı
ilə Rusiyadan Avropaya yollandığını, ancaq
yolda, gözlənilmədən, yoxa çıxdığını
danıĢmıĢdı, bunu eĢidənlərin çoxu
Alekseyin atasından qaçıb gizləndiyini
düĢünürdü...
Ah, bilsəniz oğlundan aldığı bu soraq
Yevdokiyanın necə qorxutmuĢdu! O keçmiĢ
ərinin necə amansız və qaniçən birisi
olduğunu yaxĢı bilirdi, Ģəxsi maraqları güc
gələndə o oğlunun ömrünə də bir quruĢluq
dəyər verməzdi. Ancaq Avropaya qaçmıĢ
çar oğlu, elə bil, orada ot tayasına düĢmüĢ
iynə kimi yoxa çıxmıĢdı. Buna görə də,
Yevdokiya biraz toxdaqlıq tapmıĢdı və bu
iĢlərin sonunun yaxĢı qurtaracağına
inanmağa baĢlamıĢdı. Ancaq çox keçmədən
tale ona və oğlu Alekseyə qarĢı hazırladığı
qara günlərini ortaya çıxarmağa baĢladı:
1718-ci ilin baĢlanğıcında, günlərin birində,
onun monastrdakı hücrəsinin qapısını
döymədən açdılar və Preobrajenski alayının
zabiti icazəsiz içəri soxuldu.
Tanımadığı bu adamın bu gəliĢi Yevdokiya
üçün çox gözlənilməz olduğundan o
həyəcandan az qala huĢunu itirəcəkdi. Zabit
hücrəyə göz gəzdirib küncdəki sandığın
üstünə cumdu və onun qapağını açıb
içindəkiləri döĢəməyə tökdü.
154 № 4 (16) QıĢ 2015
Sandığın dibində Yevdokiyaya yazılan
məktublar var idi və indi sandığın
içindəkilər yerə töküləndə bu məktublar
Ģeylərin üstündə qalmıĢdı. Bu məktubların
içində Qlebdən aldığı sevgi məktublarından
baĢqa, oğlunun qaçması ilə bağlı, onu
olduqca çıxılmaz bir duruma sala biləcək,
iki məktub da vardı. Bu məktubları
oxuyanda Yevdokiyanın və onun sevgilisi
Qlebovun çar oğlunun qaçıĢını bilib bunu
çardan gizlətdiyi aydın olurdu...
Yevdokiyanı, Kaptelinanı, monastrın
baĢçısı Fyodr Pustınniki, Suzdalın
arximandriti Dosifeyi və iyirmiyə yaxın
rahibi, rahibə Yelenanın(Yevdokiyanın
rahibəlikdə daĢıdığı adı belə idi) mayor
Qlebovla pozğunluq elədiyini bilib
gizlətməkdə suçlayaraq, arabalara mindirib
Moskvaya göndərdilər.
Yevdokiyanın monastr hücrəsində axtarıĢ
aparılan günü Qlebovun Kostramada olan
mülkünə də bir atlı bölüyü gəlib orada
axtarıĢ aparmağa baĢlamıĢdı və biraz öncə
bir sıra parçaları ilə tanıĢ olduğunuz,
Yevdokiyanın sevgi məktublarını tapıb üzə
çıxarmıĢdılar. Məktubları oxuyandan sonra
mayor Qlebovu qandallayıb Moskva
ətrafındakı Preobrajenski kəndində yerləĢən
qorxunc, “Taynıy prikaz” adlanan idarənin
qazamatına gətirdilər. 22 fevralda
Yevdokiyanı və onunla əlbir olmaqda
Ģübhəli bilinərək tutuqlanan baĢqa adamları
da buraya gətirdilər. Sonra Qlebovla
Yevdokiyanı iĢgəncə otağına gətirib üzbəüz
saxladılar, Qlebovu anadangəlmə
soyundurub əllərini arxadan, yerə
basdırılmıĢ dirəyə bağladılar, ayaqlarını
taxdadan yonulmuĢ iti mıxların üstünə
qoyub ayaq üstə saxladılar. Bugünə gəlib
çatmıĢ istintaq protokulunda yazıldığına
görə: “Stepana 25 qamçı zərbəsi vurludu, o
Yevdokiya ilə pozğunluq eləməsindən
baĢqa ona deyilən suçlardan heç birini
boynuna almadı”.
ĠĢgəncə üçün iĢlədilən cəllad qamçısı
arabaçıların və çobanların iĢlətdiyi adi
qamçılardan deyildi. Təcrübəli cəllad bu
qamçının bir zərbəsi ilə iĢgəncə verdiyi
adamın onurğa sütununu sındıra bilərdi.
Ancaq cəlladlara belə bir göstəriĢ
verilmiĢdi: onlar Qlebovu öldürməməli,
iĢgəncə yolu ilə onun dövlətə xəyanət
elədiyini etiraf elətdirməli, bununla da,
Yevdokiyanın da dövlətə xəyanət elədiyini
sübuta yetirməli idilər.
Qlebov isə yalnız Yevdokiya ilə aralarında
sevgi olduğunu deyir, qalan heç nəyi
boynuna almayaraq susurdu. Cəlladlar onu
əti sümükdən ayrılana qədər döydülər.
Onların indiyədək iĢgəncə verdiyi adamlar,
adətən, üç-dörd qamçı zərbəsindən sonra
onlardan nə tələb olunurdusa hamısını
boynuna alırdı. Bu iĢgəncə ustaları arasında
onların ürəkdən inandıqları və sevərək
dedikləri belə bir söz də vardı: “Qamçı
Allah deyil, ancaq o həqiqəti daha tez üzə
çıxara bilir”. Ancaq Qlebov Yevdokiyanın
ziyanına ola biləcək bir söz belə demədən,
bütün iĢgəncələrə dözürdü. Qamçı
zərbələrindən onun dərisi parça-parça olub
sallanırdı, yan-yörəsi qan gölünə
dönmüĢdü, dağ basmaq üçün qoyulan
közlərdən və qızmıĢ dəmir parçalarından
bədəni tüstülənirdi... Onu üç gün, ardıcıl
olaraq, gündüzlər iĢgəncə verməklə
dindirdilər, gecələr isə onu yaralı kürəyi
üstə taxta mıxların üstünə uzandırıb
bağlayırdılar. Ona onaltı sual vermiĢdilər və
protokolda bunların hamısının qarĢısında:
“suala cavab vermədən susur” deyə
yazılmıĢdır.
Stepandan heç bir etirafedici söz ala
bilməyəndən sonra, onu, Yevdokiyanı və
onlarla əlaqədə olmaqda Ģübhəli bilinən
monax qadın və kiĢiləri Moskvanın Qızıl
Üç aylıq ədəbiyyat dərgisi 155
Meydanına gətirdilər, burada kimlərisə
atların quyruğuna bağlayıb Ģaqqaladılar, bir
baĢqlarını dəmir təkərə bağlayıb iĢgəncə ilə
öldürdülər, bir neçəsinin boynunu vurdular,
mayor Stepan Qlebovu isə dəmir payaya
keçirdilər.
Burada, ötən çağlarda “inferal”, daha
doğrusu cəhənnəmlik adlanan bir
predmetdən danıĢmalı olduğum üçün siz
oxuculardan üzr istəyirəm. Ancaq mən bu
predmetin nə olduğunu və ondan necə
yararlandıqlarını bütün dərinliyi ilə sizin
üçün aydınlaĢdırmasam onda danıĢdığım
olaylarda bir çox durumlar kölgədə qala
bilər və bu olaylarda acılarla üzləĢən
insanların xarakteri və yaĢadıqları qorxunc
dram bütünlüklə açıqlanmazdı.
Beləliklə də, Stepan Qlebovu lüt
soyundurub payaya keçirdilər. Ancaq o
çağlarda bu əzablı ölüm alətinin bir neçə
növü vardı. Bu dəfə onlardan ən qorxuncu
olan “fars payasını” seçmiĢdilər. Bu üsulla
payaya keçirəndə, dəmir payanın hər iki
tərəfinə oturacaq rolu oynayan iki taxta
lövhə bərkidirdilər. Dəmir payanın iti ucu
bu lövhələrdən 5 santimetrə yaxın yuxarıda
qalırdı və öldürüləcək adamın bədəninə
öncə bu yuxarıda qalan hissə yeridilirdi.
Daha sonra, payaya bərkidilmiĢ bu iki taxta
lövhəni götürürdülər və dəmir paya yavaĢ-
yavaĢ öldürüləcək adamın içərisinə doğru
daha da dərinlərə iĢləyirdi.
Mayor Qlebovu belə bir payaya keçirmə
yolu ilə, 15 saat ərzində, iĢgəncə ilə
öldürmüĢdülər. Bütün bu vaxt ərzində çar I
Pyotr, isti karetada knyaz Aleksand
MenĢikovla birgə oturmuĢ, araq içərək
kolyaskanın pəncərəsindən Qlebovun necə
öldüyünə tamaĢa eləmiĢdi. Mart ayının
ortaları olsa da, bayırda güclü Ģaxta var idi.
Pyotr Qlebovun soyuqdan tez ölə
biləcəyindən ehtiyat eləyərək karetadan
düĢüb onun çiyinlərinə qalın kürk salmıĢ,
ayaqlarına keçə çəkmələr geydirməyi
buyurmuĢdu. Sonra Pyotr Qlebova
yaxınlaĢıb, əyilərək, onun baĢına papaq
geyindirmək istəmiĢdi. Bu anda ölməkdə
olan Qlebov axzındakı laxtalanmıĢ qanı
onun üzünə tüpürmüĢdü.
Biraz aralıda isə, Preobrajenski alayının
əsgərləri Yevdokiyanı ayaq üstə saxlayıb
onu sevgilisinin bu qorxunc ölümünə
tamaĢa eləməyə məcbur eləyir və onun
huĢunu itirməyə qoymurdular. Aradabir,
qadın huĢnu itirəndə, onu özünə gətirir və
yenidən bu dəhĢətli ölüm səhnəsinə
baxmağa məcbur eləyirdilər. Yevdokiyanı,
gözünü bir an da olsa belə yummağa da
imkan verməyərək, bu əzablı ölümü
sonacan izləməyə məcbur eləmiĢdilər.
Stepanın ölümündən sonra Yevdokiyanı
çılpaq soyunduraraq ona üç qamçı zərbəsi
vurmuĢ, sonra isə arabaya mindirib Ladoqa
gölünün üstündəki Uspenski monastrına
aparmıĢdılar, biraz sonra isə onu
ġlisselburqdakı qazamatın yeraltı
otaqlarından birinə aparıb orada dustaq
eləmiĢdilər. Yayda Yevdokiya oğlu
Alekseyin Petropavlosk qalasında, çar
Pyotrun buyuruğu ilə, iĢgəncə verilərək
öldürüldüyünü eĢitmiĢdi. Bundan sonra o
beĢ il də bu qəbirə oxĢayan yeraltı
qazamatda oturmalı olmuĢdu.
Yevdokiyanın 57 yaĢı olanda, çariça
Yekatiranın ölümündən sonra, onun oğlu
Alekseydən olan nəvəsi II Pyotr taxta
çıxmıĢdı və onu dustaqlıqdan buraxmıĢ,
yaĢamaq üçün Kremlin Voskrenski
monastrında yerləĢdirmiĢdilər.
60 ildən biraz artıq yaĢayaraq, ömrünün
yarısından çoxunu dözlüməz ağrı-acılar
içində keçirmiĢ Yevdokiya 27 avqust 1731-
ci ildə ölmüĢdü.
Rus dilindən Araz Gündüz çeviribdir.
156 № 4 (16) QıĢ 2015
Ġ.V.GÖTE
Bədirlənən aya (1828)
Məni tərk edirsən bu saat, bu dəm,
Bir anlıq nə qədər yaxındın mənə.
Bürüyür dövrəni zülmət buludlar,
Əsla görünmürsən, batırsan yenə.
Amma hiss edirsən necə qəmliyəm,
Yuxarı baxırsan bir ulduz kimi!
ġahidlik edirsən mən sevməliyəm,
Uzaqda olmağın üzür qəlbimi.
Qalx daha yuxarı, iĢıqlı, parlaq,
Getdiyin o yolun ağarır necə!
Ağrıyan ürəyim döyünür tez-tez
Nə qədər xoĢbəxtdir bu ülvi gecə.
TapıĢdılar (1814)
Vaxtından bir az öncə
AçılmıĢdı bir qönçə.
Yalqız idi çəməndə
O nazənin, o incə.
Gəlib gülün Ģəhdini
Çəkər zərqanaq arı.
Hər ikisi fərəhli,
TapmıĢ idi yar yarı.
Çevirən Əlhəsən Şirvanlı
Orxan Vəli
YENĠSĠ* (Orxan Vəlinin şeirləri
A.Qaradərəlinin çevirməsində)
MƏHZUN DURMAQ
Sevdiyim insanlara acıqlana bilərdim,
Əgər sevmək mənə
Məhzun dayanmağı
Öyrətməsəydi.
MEYXANƏ
Madam ki sevmirəm
O halda hər axĢam
Onu düĢünərək içdiyim
Meyxanənin önündən
Nə adla keçim
SƏYAHƏT ġEĠRLƏRĠ
1.
Səyahət etdiyi zamanlarda
Unduzlar danıĢır.
Söylədikləri Ģeylərin
Əksəriyyəti hüzünlü.
2.
SərxoĢ olduğu axĢamlar
Fitlə çalınan nəğmələr
Üç aylıq ədəbiyyat dərgisi 157
NəĢəlidir.
Halbuki eyni nəğmələr
Bir qatarın pəncərəsində
NəĢəli deyil.
XATIRLAMA
Alnımdakı bıçaq yarası
Sənin üzündən,
Təbəqəm sənin yadigqrın.
“Ġki əlin bir qanda olsa da gəl” deyir
Teleqrafın.
Necə unudaram səni
Vəsiqəli yarım?
BĠR Ġġ VAR
Hər gün bu qədər gözəlmi dəniz?
Beləmi görünür göy üzü hər zaman?
Hər zaman gözəlmi bu qədər
Bu əĢya, bu pəncərə?
Deyil.
Vallah deyil;
Bir iĢ var bu iĢin içində.
SABAHA QƏDƏR
Bu Ģairlər sevgililərdən betər,
Nədir bu adamlardan çəkdiyim?
Olarmı belə, bütün bir gecəni
Bir misranın məhrəmliyində keçirmək?
Dinlə görüm, bilə bilərmisən
Damların, bacaların türküsünü
Yaxu da qarıĢqaların buğda daĢıdıqlarını
Yuvalarına?
Gözləməsəm olmazmı günəĢin doğmasın
ĠĢlənilmiĢ qafiyələri yollamaq üçün
Qapıma gələcək zibilyığanlarla
Dəniz qırağına?
ġeytan deyir ki: “Aç pəncərəni;
Bağır, bağır, bağır;
Sabaha qədər.”
ƏSGƏR GEDƏN
Əsgər gedən sarı saçlı oğlan,
Yenə belə gözəl dön;
Dodaqlarında dəniz qoxusu,
Kipriklərində duz,
Əsgər gedən sarı saçlı oğlan.
RÖYA
Anamı ölmüĢ gördüm röyamda
Ağlayaraq oyandım
Xatırlatdı mənə
Bir bayram sabahı
Göy üzünə uçan Ģarıma baxıb
Ağladığımı.
*Tərcüməçidən:
Bu ilin yazında Türkiyəyə getmişdim.
İstanbulun və Ankaranın çeşidli kitab
mağazalarını gəzib bəzi kitablar aldım.
Aldıqlarımın içində sevdiyim şair Orxan
Vəlinin bir cildliyi də vardı. Düşündüm ki,
həm özüm oxuyaram, həm “Yazı”nın
oxucuları üçün çevirərəm. Kitabı
vərəqləyəndə gördüm ki, hələ 1947-ci ildə
şairin “Yenisi” adlı şeirlər kitabı çıxıb. Elə
bu ad altında bir neçə şeirini dərgimizin
şeir həvəskarları üçün çevirdim.
158 № 4 (16) QıĢ 2015
AZAD QARADƏRƏLİ
ġÜġƏ EV
roman
(əvvəli ötən saylarımızda)
III HĠSSƏ
“Sular yüksəlincə balıqlar
qarışqaları yeyir. Sular çəkilincə
qarışqalar balıqları yeyir. Kimsə
bugünkü üstünlüyünə və gücünə
güvənməməlidir. Çünki kimin kimi
yeyəcəyinə “suyun axışı” qərar
verəcək...”
Platon
NADĠR ġAHIN 3 BÖYÜK
BRĠLYANTI VƏ ƏMƏNOVUN
TƏK BRĠLYANTI
Dünya binə olandan insanla birgə
bu yer üzündə nadir metallar da dövriyəyə
girdi. Əslində bu metallar insandan qədim
idi. Amma onlara qiyməti insan oğlu verdi.
Digər daĢlardan brilyantı, o biri metallardan
qızılı fərqləndirdi, mataha çevirdi. Kimi
qızıl həvəskarı oldu, kimi almaz... GümüĢə
də həvəs göstərən vardısa da, bu o qədər də
deyildi. Amma Əmənov qızılı sevərdi
əvvəldən. Sovet höküməti dağılhadağılda
iki kiloyacan qızılı vardı: saat kimi, sırğa
kimi, qolbaq kimi, üzük kimi, lap elə
Nikolay 5-liyi, 10-luğu kimi alıb atmıĢdı.
Elə bil ürəyinə dammıĢdı ki, bu böyük
imperiya uzun yaĢayana oxĢamır. Nədən ki,
birinci katibdən polis rəisinəcən, kolxoz
sədrindən məktəb direktorunacan hamı
qurĢanmıĢdı rüĢvətə. Axır vaxtlar gizli
Ģəkildə dollar alırdılar. Qiyməti 96 qəpik
olan bir dollar qara bazarda üç manat
satılırdı. AĢağı təbəqənin heç tanımadığı
dollar paytaxt Bakıda Ģıdırğı satılıb-alınırdı.
Yad və ideoloji düĢmən olduqları bir
ölkənin pulu SSRĠ deyilən bu nəhəng
dövlətin bazarını tənzimləyirdisə, demək bu
ölkənin sonu gəlib.
Bunu yaxĢı ki, Əmənov da tez dərk
elədi və dollara etibarı olmasa da, xalis
Nikolay qızılına və qadınlarçün zər-ziba
rolunu oynayan qızıl aksesuarlarına
üstünlük verdi. Pay verəndə də qızıl verdi,
pay alanda da qızıl aldı. Hətta məlum
pambıq məsələsində də çox vaxt diqqət
çəkməmək üçün bir çamadan pul yerinə
yarım kilo qızılı sağdakı döĢ cibinə, bir ayrı
yarım kilonu da soldakına qoyub minərdi
maĢına, təyyarəyə... Elə bu keyfiyyətinə
görə dostlar arasında onun “Qırğı
Üç aylıq ədəbiyyat dərgisi 159
Mayıl”dan baĢqa bir “kliçkası” da vardı:
“Qızıl Mayıl”.
Ġndi dostlarının xeyir-duası ilə
Bakıdan aldırdığı çox qiymətli bir
cavahiratı neçə gün idi ki, döĢ cibində
daĢıyır və bu qoca vaxtında onu həyata
bağlayan, ona böyük sevgi bəxĢ edən
qadının yanına tələsirdi.
***
Əmənov özünü bərk-bərk sıxırdı ki,
əlləri əsməsin, amma olmurdu. Əlləri təkcə
əsmirdi, kəndçiləri Lakçi Ələddinin əlləri
kimi titrəyirdi. (Bu Lakçi Ələddinin burda
yeri olmadı, dəmi gələndə onu da sizə
tanıdacağam.) Qadının alt paltarını
soyundurmazdan öncə, onu uzun
barmaqları ilə tumarlamağa bir növ adət
etmiĢdi. Sinəsinə qısılmıĢ bu qırx yaĢlı
gəlinin gözəlliyi kiĢini valeh eləsə də, bir
təcrübəli adam kimi tələsmir, hər Ģeyi öz
qaydasınca idarə etməyə çalıĢırdı.
Barmaqları qadının ürəyinin baĢından
döĢlərinin arasına, oradan göbəyinə və
nəhayət, can evinə enəndə qadından bir
“uf” nidası qopdu. Elə kiĢi də bir ah çəkdi.
Amma bu “ah”dan çox “ıh”a bənzədi. Yəni
hıqqıltıya, qocaların hıqqıltısına-
zıqqıltısına. Ürəyində “Ay qoca köpək,
qocalırsan deyəsən? Bəs bu ağ maya dilbəri
kimə qoyub gedirsən? Özünü ələ al və
unutma ki, sizin nəsil ölüncən Ģeyini dimdik
saxlayıb. Sən hıqqıldasan da, zıqqıldasan
da, bilməlisən ki, indi bir gözəlin döĢləri
arasındasan və bu döĢlərdən əmdiyin nur
sənə ikinci gənclik bəxĢ edəcək!” Elə bunu
demiĢ oldu. Qadının qabarıb ĢiĢmiĢ qız
məməsi kimi göz tökən döĢlərini əvvəl əli
ilə tutub sıxçaladı, sonra bir-bir ağzına salıb
körpə uĢaq anasını əmən kimi
marçhamarçla əmməyə baĢladı. Arada
protezləri qadının döĢünü incitdiyindən o
dartınıb döĢünü kiĢinin ağzından çıxartmaq
istədi. KiĢi məsələni anlayıb protezləri
ehmalca çıxartdı, həmiĢə yanında ehtiyat
saxladığı nəm salfetə büküb kamotun
üstünə qoyub və bu dəfə qadının doĢab kimi
luğablanmıĢ dodaqlarını ağzına saldı. Bu
dəm qadın da dirçəldi, onu dost-düĢmən
içində həmiĢə Ģux, həmiĢə geyimli-keçimli,
qızıllı-brilyantlı saxlayan, altına bahalı
maĢın, paytaxtda ev, bağ alan bu qoca
sevgilisinə qarĢılıq vermək üçün yanaki
dayanıb onu köksünə sıxdı və kiĢinin hələ
də qırıĢ görməyən Ģumal üzünü, pəmbə,
tüksüz sinəsini yaladı və kiçik kiĢi döĢlərini
ağzına salıb sordu, sordu. KiĢinin az qala
inildədiyini anlayıb onu tez də buraxdı. Bir
rəfiqəsi vardı, yaman bic qadındı, onu baĢa
salmıĢdı ki, nəbadə kiĢini çox həvəsə
gətirəsən! Ürəyi dayanar, düĢərsən xataya,
bu bir, ikincisi də belə varlı-hallı kiĢi
əlindən çıxar...
Ona görə kiĢinin döĢlərini buraxıb
onun yavaĢ-yavaĢ hazır olduğunu görüncə
özü alt paltarını çıxardıb at kimi qocanı
mindi və ağırlığını üstünə salmadan
yırğalanmağa baĢladı. Bir azdan artıq onlar
bu dünya ilə əlaqələrini kəsmiĢ, hardasa
cənnət bir gülüstanda idilər...
***
Süfrə arxasında əyləĢib Nailənin
biĢirdiyi dadlı yeməklərdən yeyir, bahalı
italyan Ģərabından içirdilər. KiĢi, bahalı
Ģifon parçadan tikilmiĢ, sinəsi qismən açıq,
zər yaxalıqlı, ayağından üç barmaq yuxarı,
sağ və sol tərəfdən iki qarıĢacan yarıqları
olan göyümtül, əyninə kip oturmuĢ
qonaqlıq paltarında bərq vuran gənc
sevgilisini fərəhlə süzüb ilk badəni onun
sağlığına qaldırdı və bəlağətli bir səslə
dedi:
-Sən yəqin bilirsən, mən Nadir Ģah
ƏfĢarın adını daĢıyan qəsəbədə yaĢayıram.
Əslində elə o qəsəbə mənimdir. Və biləsən
160 № 4 (16) QıĢ 2015
ki, bu zəmanənin də Nadiri elə mənəm.
Nadirin bir salnaməçisi olub, Astrabadi
adında; güman edilirdi ki, MəĢədi Ġbadın
dediyi “Tarixi-Nadir” əsəri də onundur.
Amma bu yaxınlarda Masallıda bir
axundun evində tapılan həmin kitabın
müəllifinin baĢqası olduğu üzə çıxdı. Hə, o
salnaməçi yazırdı ki, Nadir Ģah ƏfĢarın üç
böyük brilyantı olub. Mənim isə tək bircə
brilyantım var. O da sənsən!
Qadın bu sözdən xoĢhallansa da,
sevgilisindən israrla Nadirin
brilyantlarından danıĢmasını xahiĢ etdi.
Əmənov isə ayağa qalxıb çox bahalı
brilyant qaĢları olan medalyonu cibindən
çıxartdı, gənc xanımın arxasına keçib
saçlarını qoxlaya-qoxlaya boynuna bağladı
və davam etdi:
-BaĢqa cür baĢa düĢmə, amma
sadəcə qiymətini bilsən yaxĢıdır: bu son
ayda Bakıda satılan ən bahalı brilyantdır.
Qiyməti düz yüz min dollardır! Yüz min
dollar da, Əmənov da qurban olsun
sevgilimin bir telinə!.. ġair nə gözəl deyib:
Rəssam, sevgilimin Ģəklini sən çək,
Sevgilim gözəldir, sən də gözəl çək.
Nazına çatanda fırçadan əl çək,
Qoy onun nazını mən özüm çəkim!
Əmənov dayanıb nəfəsini dərdi,
boğazını artladı və onu heyranlıqla dinləyən
bu bəstəboylu, qıpçaq gözlü, doğuĢdan
gözəl xanıma üz tutub nitqinə davam etdi:
-Həəə, o ki qaldı Nadirin
brilyantlarına, onlardan biri Kuhi-Nurdur.
Hazırda Londonda kral tacındadır ki, çəkisi
500 karatdır. Bilirsən də, bir karat 0,2
qramdır... Ġngilislər Ġranı tutanda bu daĢ
kraliçaya hədiyyə olunub. Ġndi Londonda
kral xəzinəsində – Kral Muzeyində saxlanır.
Ġkinci böyük daĢ Göy brilyant adlanır.
Qriboyedov Tehranda öldürüləndə, həmin
göy brilyantı Qriboyedovun ölümünə
təzminat kimi Rusiyaya veriblər. Bu daĢ da
rus kraliçasına hədiyyə olunub, indi
Moskvada Almaz Fondunda saxlanır. Mən
Moskvada olanda Almaz Fondunda o daĢa
baxmıĢam. Üçüncü daĢ Dəryayi-nur adlanır
və Tehran Muzeyindədir.
Qadın qoca sevgilisinin belə yerli-
yataqlı söhbətindənmi, ya boynundan
asılmıĢ böyük bir sərvətin təsirindənmi, ya
içdiyi bahalı italyan Ģərabının buraxdığı
keflənmədənmi ayağa qalxıb Əmənovu
bağrına basdı, sonra iri ayfon telefonunun
düyməsini basdı, ġopenin Ģaqraq valsının
sədaları otağa dolan kimi onlar bir-birinə
sarılıb rəqs etməyə baĢladılar.
QIRMIZI TISBAĞA. ƏMƏNOVUN
QARINAĞRISI VƏ TƏQĠB
Elə maĢına minən kimi arxa
oturacağa yayxandı və gözləri yumuldu.
Heç beĢ dəqiqə keçməmiĢ qəribə yuxu
görməyə baĢladı. Elə yuxuda da maĢınla
yol gedirdi. Qəribədir ki, bu dəfə sürücü
bacısı oğlu DadaĢ deyil, tanımadığı
birisiydi.
Gördü ki, qarnı bərk sancılanıb.
DüĢündü ki, keçib gedər. Amma daha da
bərkitdi. BaĢa düĢdü ki, belə getsə, altını
batıracaq. “Nə yedim, ə, mən? Elə
həminkiləriydi dayna. Yazıq qız təptəzə
Ģeylər biĢirmiĢdi. Quzu ətindən olar? Hə də,
bir tikə quyruq da yedim axı... Ay Əmənov,
ay Əmənov! Sənin nəfsıa sıçalar!..”
Yolun kənarına göz gəzdirdi.
Çöllü-biyaban idi. Hərdən tək-tük maĢınlar
ötməsini nəzərə almasan, gözə dəyən adam
yoxuydu. Bir böyürtkənliyə yaxınlaĢanda
sürücüyə qıĢqırdı:
-Ə, bırda saxla,ə. Özümü pis hiss
eliyirəm...
Üç aylıq ədəbiyyat dərgisi 161
MaĢında həmiĢə ehtiyat saxladığı
nəm salfeti də götürüb özünü güc-bəla ilə
böyürtkənliyə saldı. Elə Ģalvarını təzəcə
sivirmiĢdi ki, Ģıqqıltı eĢitdi. “Eeee, bu nə
gün oldu? Çəkdiyim kef də burnumdan
töküldü!.. Ġlan olmasın ki?..”
Bir qırmızı tısbağa idi. Hə, hə,
qırmızı. KiĢi ilandan da betər bu tısbağadan
qorxdu. Üç metrliyində burnu ilə yer eĢən
bu heyvana baxa-baxa özünü rahatladı.
“Belə də Ģey olar? Bəlkə gözümə görünür?
Axı qırmızı tısbağa olmaz... Bəs onda...
Allah sən saxla!”
Nəm salfetlə özünü təmizlədi.
Əllərini də sildi və Ģalvarını bağlayıb
tısbağaya yaxınlaĢdı. Və gördüyü
mənzərədən az qaldı ağlı baĢından çıxa: elə
bil kimsə bu yazıq heyvanı rəngləmiĢdi. Ya
elə allah bunu belə yaratmıĢdı, kiĢi bunu
kəsdirə bilmirdi...
-Dayı...
-Ay dayı!..
Sürücünün səsindən ayılantəhər
olsa da hələ də fikri qırmızı tısbağanın
yanındaydı.
Bacısı oğlu, sürücü DadaĢ - Nailənin
yanına gedəndə ancaq ona etibar edirdi –
güzgüdə gah arxalarıncan düĢən maĢınlara,
gah da maĢının arxa oturacağına sərilib
mürgüləyən dayısına baxıb həyəcanla dedi:
-Dayı, iki cip düĢüb dalımızca...
Əmənov dik atıldı. Əvvəlcə belinə
taxdığı “etibarlı dostu” Makarov
tapançasını yoxlayırmıĢ kimi əlini üstünə
qoydu, sonra qanrılıb arxaya baxdı və quru
bir səslə dilləndi:
-Sən özünü o yerə qoyma. Guya
heç nə bilmirsən... Ola da bilər ki, təsadüfən
arxamızca gəlirlər, yavaĢıt, qoy ötüb
keçsinlər...
DadaĢ elə də etdi. Amma cipin biri
ötüb yüz metr qabaqda getsə də, o biri
arxada qaldı. Bu, açıq təhdid idi. Əmənov
telefonunu çıxardıb ġərifə zəng etdi və
mühafizəçilərdən 5-6 nəfər də götürüb trasa
gəlməsini tapĢırdı.
-Bunların markası nədi? – Bahalı,
yoxsa ucuzluqları ilə hara mənsub
olmalarını bilmək olardı. Bacıoğlu
kəkələdi:
-Rang RRR-o-vverdilər iiikisi də...
Biri dövlət nömrəsidi, o biri də...
-Kəkələmə ə! – Əmənov acığını
bacıoğlusunun üstünə tökdü. – ġərif indi
uĢaqlarla çathaçatdadır. Onlar gəlməmiĢ
saxlama. Özünü də tox tut. Sən Əmənovun
bacısı oğlusan!
Arxadakı maĢın lap bir metrlikdə
idi. Qabaqda gedən də sürətini elə
tənzimləmiĢdi ki, üç-dörd metrlikdə sürüdü.
Daha bu, açıq-aĢkar təqib idi. Əmənov
tapançanı çıxardıb hazır saxladı. Bu vaxt
arxadakı maĢın onların maĢını ilə yan-yana
sürməyə baĢlayanda Əmənov həmin
maĢındakı adamı tanıdı və tapançanı tez
qaytarıb yerinə qoydu. MaĢındakı MTN-in
rayon Ģöbəsinin sədr müavini Cəfərov idi.
“Zemlyak” dediyi bu Ģərurlu gənclə rayon
səviyyəli tədbirdə tanıĢ olmuĢdular.
Əmənov tez telefonunu çıxardıb
ġərifi yığdı və izah etdi ki, gəlmələri lazım
olmadı, geri qayıtsınlar. Sürücüyə isə
maĢını saxlamağı tapĢırdı. Qabağa ötən
ikinci maĢının sürücüsü isə iĢarə etdi ki,
saxlamayın, ardımızca gəlin.
Əmənovgilin öz kafesində
kabinetlərin birində üz-üzə oturmuĢdular.
Cəfərov Bakıdan gələn əməliyyatçını
Əmənova təqdim etdi, özü isə tualet
bəhanəsi ilə kabinetdən çıxdı. ToppuĢsifət
əməliyyatçı gülümsündü, cibindən bir fləĢ-
kart çıxardıb əlində tutdu və dedi:
-Mayıl müəllim, bizə daxil olan
məlumata görə paytaxtda ən bahalı brilyantı
son bir ayda siz almısınız, eləmi?
162 № 4 (16) QıĢ 2015
Əmənovun heç tükü də
tərpənmədi.
-Bəli, mən almıĢam... Burda nə var
ki? Mən biznesmenəm. Cənab Prezident biz
sahibkarlara...
Əməliyyatçı sırtıqcasına qocanın
sözünü kəsdi:
-Biz nə deyirik ki? Sizin imkanlı
adam olduğunuzu kim bilmir ki?! Sadəcə o
brilyant oğurluq imiĢ. Onun sahibi
öldürülüb. Meyidi də yandırılıb... MəĢhur
ginekoloq xanımmıĢ... Buyurun, bu da
qəzetdə gedən yazı...
KiĢinin dalağı sancdı, onu
dolaĢdırmaq istədiklərini anlasa da, arxasını
yerə vurmadı:
-Siz bunu mənnən niyə
soruĢursunuz axı?! Mən ki, bunu
mağazadan almıĢam?! Mağazanın çekini də
təqdim edə bilərəm...
-Mağazanın sahibi artıq həbs
olunub. Cənab nazirin göstəriĢi ilə sizi də
istintaq üçün Bakıya aparmalıyam... Amma
təbii ki, getməyə də bilərsiniz...
-Necə yəni? – Əmənovun
burnunun ucu giciĢdi. Sövq-təbii barmağını
uzadıb burnunun o qırğı dimdiyinə oxĢayan
hissəsini qaĢıdı və Cəfərovun da içəri
girməsini görüb ürəkləndi. – Mən nə
etməliyəm?
Bu dəfə Cəfərov dilləndi. Söhbəti
eĢitməsə də, məsələdən tam hali biri kimi
dedi:
-Zemlyak, heç nə. Elə o brilyantın
dəyərində yüngülcə bir ödəniĢ, hörmət...
Dost payı. Bundan yuxarının da xəbəri
var...
-Yuxarı deyərkən?.. –Əmənov
təslim olmaq istəmirdi.
Əməliyyatçı bu dəfə lap sırtıq
yerinə saldı və qıĢqırdı:
-Bizi niyə incidirsiniz?! Bizim
yuxarımız kim olmalıdır ki?! Cənab nazirin
öz tapĢırığıdır bu! Sadəcə sizin
ağsaqqallığınızı nəzərə almağı da
tapĢırmıĢdı... Siz isə... Mən çıxıram bayırda
bir siqaret çəkəm, sonra da zəng edəsi
yerim var. Siz Cəfərovla bu fləĢdəki
videoya da baxın mən gəlincən. Çox deyil,
on dəqiqəlikdir... Bu da notbuk...
KiĢinin əlləri yenə Lakçi Ələddinin
əlləri kimi baĢladı əsməyə.
(Dəmi gəlib, bu Lakçi Ələddindən
danıĢım sizə, bir az gərginlik götürülsün.
Demək, Mayılgilin kəndində bir Ələddin
vardı, boyu əsl basketbolçu boyu idi, iki
metr yeddi santımetr! Di gəl ki, arvadı
kəndin ən balacaboy qadını idi. Adı
Qəmzə olan bu qadın düz səkkiz uĢaq
doğmuĢdu ki, səkkisi də elə kəndin o biri
uĢaqları kimi orta boylu idi. Hamı qalmıĢdı
məəttəl: ən hündür adamla ən qısaboy
qadının övladları nə təhər oldu ki, belə
ortaboylu oldular. Onu da deyək ki,
Ələddinə cavanlıqda kəndin heç bir qızı
getmədi. Əvvəla, çox çirkin idi. Ġkincisi də,
deyilənə görə Ələddinin cinsiyyət orqanı o
qədər yekə imiĢ ki, dizinəcən sallanırmıĢ.
Bu da gənc kəndli qızları qorxutmuĢdu.
Amma əsas məsələ qaldı. Bu Ələddin çox
zəvzək adam idi. Birini gördümü, salırdı
çənəsinin altına, beynəlxalq vəziyyətdən
tutmuĢ, çayda balığın azalmasınacan
qırıldadırdı. Adam olmayanda Ələddin öz-
özünə danıĢardı. Bir də bu bədbəxtin əlləri
əsirdi. əsmirdi, bəlkə titrəyirdi. Üzünə,
əllərinə elə bil Ģabalıdı lak çəkmiĢdilər.
Qolları çox uzun idi, ona görə az qala
dirsəyinəcən pencəkdən çöldə qaldığından
üzü kimi əllərinin də dərisi laklı döĢəmə
kimi parıldayırdı. Tay-tuĢları zarafatla
deyirdilər ki, bu doğulanda bədənini
laklayıblar. Ona görə həm dərisi parlakdır,
həm də özü zəvzək. Nə ağzı sözünə baxırdı,
nə əlləri. Bu səbəbdən də kənddə ona Lakçı
Ələddin deyirdilər... Bax, indi Əmənovun
Üç aylıq ədəbiyyat dərgisi 163
əlləri titrəyirdi, üstəlik baĢı da əsməyə
baĢlamıĢdı.)
Nə qədər cəhd eləsə də, əlləri
titrədiyindən fləĢ-kartı netbookun yuvasına
sala bilmədi. Axırda Cəfərov fləĢ-kartı özü
alıb yerinə taxdı, düyməsini basıb siqaret
çıxarda-çıxarda dedi:
-Lazım olsa, deyərsiniz mən də
çıxaram.
Ekranda əvvəl Nailə göründü.
Sonra o özü gənc qadını qucaqlayıb özünə
tərəf çəkdi və...
KiĢi netbooku götürüb döĢəməyə
çırpdı. Sonra tərs-tərs Cəfərovu süzüb
bağırdı:
-Sabah gəlib istədiyinizi alarsınız...
zemlyak!
***
KiĢi mülkə çatanda sancı yenə
qarnını doğrayırdı. Özünü güclə tualetə
çatdırdı. Nə illah eləsə də, bir az səsli
yeldən baĢqa heç nə gəlmədi. “Quru
sancıymıĢ ki... Yox, bu ayrı sancıdır... Nə
təhər oldu, Nailəni satın aldılar bunlar?
Qorxutdular? Yox, inanmıram. UĢağı
bağçaya qoyannan sonra məktəbə gedir.
Gizlicə evə giriblər... Pəncərənin
reĢotkasını doğrayıblar... KKB-ni
tanımırsan? Bunların əli uzundu axı...
Ucubulux kimi... Eynən... Gərək gedim pul
çıxardım... Yox olmaz, kabinetdəki seyfi
açam gərək... Məndə də az yoxdu... Sənə
deyən gərək, ay Əmənov, sənin harana 100
minnik medalyon yaraĢır?! 10 minlik
alaydın də!.. Vay qarnım, bu nə sancıdı, ə?!.
O nə yuxuydu görürdüm, ay allah? Qırmızı
tısnbğa, qara sancı, böyürtkənlikdə Ģalvarını
sivirmək... Eh... Görəcəkli günlərimiz
varmıĢ...”
MƏSCĠD
Kəndin lap ortasında tikilmiĢ tək
minarəli məscid Əmənovların mülkündən
sonra ən gözəgəlimli tikilidir. Uzaqdan
kəndə baxanda ilk görünən Əmənovun
ġüĢəli mülkü, ikinci gözədəyən məscidin
tək minarəsi idi. Gümbəzi kaĢılarla
bəzədilmiĢ, ərəb hürufatıyla qızılı xətlə
yazılmıĢ allah kəlamı göz oxĢayırdı. GiriĢ
qapısının sağında üstü yazılı qara bayraq,
solunda isə yaĢıl bayraq asılıb. Məscidin
hündür minbəri, geniĢ namaz zalı vardı.
Kəndin əhalisi üç yüz əlli nəfər olduğu
halda, məscid 500 nəfərlik idi.
ġərif fikirli halda məscidin
qabağında dayanmıĢdı. Bura niyə gəldiyini,
nə axtardığını yadına salmaq istəyirdi.
QızarmıĢ gözlərindən, batmıĢ ovurdundan
və ruhu uçmuĢ kimi görünən simasından
onun çox əzab çəkdiyi bilinirdi.
Beynində nəsə yanıb söndü. Niyə
gəldiyini xatırladı.
ġərif axund Süleymanı məsçiddə
tapmadı. Əslində atasının tikdirdiyi bu təzə
məscidə (qədimlərdə burda məscid
olmamıĢdı, sovet dağılhadağılda iki otaqlı
günbəzsiz, minarəsiz bir məscid tikmiĢdilər
ki, indi təzə məscidin həyətində olan həmin
otaqlardan mədrəsə kimi istifadə olunur)
mollalıq az iĢ vardı. Ölü düĢəndən-düĢənə,
kəbin kəsdirən olanda, bir də kimsə kitab
açdırıb taleyinə-filanına baxdıranda gələn
olurdu bura. Son zamanlarda məsciddə
mədrəsə açılmıĢdı və kəndin özündən, elə
qonĢu kənddən də bura ərəb əlifbasını,
Quranı öyrənməyə uĢaqlar gəlirdi. Böyüklər
isə səhərdən-axĢamacan o qədər çalıĢırdı ki,
məscid-zad yada düĢmürdü. Ona görə
Süleyman da ya kəndin ayağındakı Aralıq
dedikləri yerdə özünə bab adamlarla
söhbətləĢər, ya da çayxanada çay içə-içə
164 № 4 (16) QıĢ 2015
dost-tanıĢıyla gaplaĢardı. Buna görə ġərif
maĢını Aralıq tərəfə sürəndə yolda axundu
görüb saxladı və siqnal verib onu maĢına
çağırdı.
-Əssalamün-əleküm, xoĢ gördük,
ya allah! Ya allah!
ġərif bu adamdan heç xoĢlanmasa
da, indi iĢi düĢdüyündən məcburən Ģirin
dilini iĢə saldı və mollanın cibinə bir əllilik
basıb dedi:
-Axund, sənə iĢim düĢüb, amma
gərək yox demiyəsən...
Axund bir istədi tərəzi götü yerə
döysün, amma bu ġərifin ondan
xoĢlanmadığını yadına salıb tez dilləndi:
-Boyyy, bu nə sözdür? ġəxsinizə,
cəmiyyən ailənizə, ələlxüsus də atanız
Mayıl müəllimə hörmət və ehtiramım
sonsuzdur...
ġərifin hövsələsi daraldı:
-Molla, sən mənim canım, qanım
onsuz da it qanından betərdir bu saat, gödəy
elə...
Heç söhbətə-filana elə sən deyən
ehtiyac qalmadı. Molla məsələdən hali idi,
amma iĢ poxlu iĢ olduğundan bir az çəm-
xəm eləyirdi. Bir də ġərifin ayaq üstə
ölməsi mollaya yer eləmiĢdi. Bu pullu gədə
həftədə də olmasa, ayda bir dəfə mollaya
görüm-baxım edərdi.
...- Sən gərək bunu eliyəsən...
Mənim vəziyyətimi ki görürsən? Bir xata
idi oldu... Gərək kənddə səs-küy düĢməmiĢ
yoluna qoyaq bunu...
Mollanın boğazı biçilmiĢdi. DanıĢa
da bilmirdi.
Söhbət ağır keçsə də, razılaĢdı.
Daha doğrusu, cibinə qoyulan pula bir az da
əlavə olunandan sonra “oldu” deyib
maĢından düĢdü.
QƏBĠR DAġA ÇIXIR
Ġsti adamın baĢını deĢirdi. Yenə
baĢqa yer olsa, cəhənnəmə, vay o gündən
ki, belə istidə qəbiristanda olasan.
Qəbirlərdən qalxan qaramat da istiyə
qarıĢıb çökür adamın üstünə. Elə bil o dini
kitablarda deyilən qır qazanındasan. Bir
yandan da istidən ağırlaĢmıĢ meyitdən
qalxan iy-qox. O biri ölülərə nə var ki?!
Onları yuyurlar, sidri-kafir, vaciba səpirlər,
kəfənə tuturlar. Bu bədbəxtinki danıĢılası
deyil. Ailə də imtina edib. Nə məscidə
yaxın qoydular, nə yuyata apardılar, nə
kəfənə tutdular, eləcə öz paltarında
gətiriblər qəbiristana. Özü də tək deyil,
yalançılar sözü, ikicanlıymıĢ...
Adətən meyit basırılanda kəndin
kiĢilərinin yarıdan çoxu dəfndə iĢtirak
edərdi. (Qadınların burada dəfnə
gəlmədiyini bilirsiniz.) Ġlk dəfəydi ki, belə
mərasim olurdu burada. Cəmi altı adam
idilər. Onun da üçü pulla tutulan qəbir
qazanlar.
Allahın almıĢlığına bax ki, səhərdən
bəri iki yerdən qəbir qazıblar. Ġkisi də daĢa
çıxıb. Torpaqlayıb, təzəsini qazıblar.
Nisbətən yaĢlıları deyir ki, bu da daĢa çıxsa,
elə əhlədsiz-zadsız, atın çalaya, üstünü
torpaqlayın?! Bə nədi?! Torpaq qəbul
eləmir də...
Allahdan üçüncü daĢa çıxmadı.
Meyidi qəbiristanın ayağında qazılmıĢ
qəbirin əhlədinə böyrü üstə qoyub üstünə
beton piltələr döĢədilər və bir müddət bir-
birinə baxdılar. Molla da gəlməmiĢdi, ona
görə nə edəcəklərini bilmədilər. Ġçlərində
daha yaĢlı görünəni əlini göyə tutub dilinin
altında nəsə dedi və əzbər bilmədiyi fatihə
surəsinin son cümlələrini söyləyib salavat
çevirdi:
Üç aylıq ədəbiyyat dərgisi 165
-Surətil mübarəkətil fatihə...
Allahın məsəlli əla Məhəmməd və ali
Məhəmməd. Allah keçsin günahınnan.
Allah Ģeytana lənət eləsin...
Sonra belləri götürüb qəbiri torpaqla
doldurmağa baĢladılar.
Yasəmənin ailəsi, eləcə də kənd
camaatı meyidi el adətiylə dəfn eləməkdən
imtina eləmiĢdi. Ona görə də ġərifin
Ģəhərdən gətirdiyi bu iĢçilər qızın
cənazəsini gətirib necə gəldi basdırdılar...
ĠĢin sonuna yaxın kənd məscidinin
axundu özünü yetirdi. Cibindən kiçik bir
“Bəyaz” (el arasında kiçik həcmli dini
kitaba belə deyirdilər) çıxardıb “Yasin”
surəsini bəlağətli səslə, son hecaları uzada-
uzada oxumağa baĢladı. Amma ölünü dəfn
edən həmin altı nəfər gözləĢərək bir-bir
aradan çıxdılar. Qəbiristanda tək qalan
molla isə yarıkönül də olsa oxuyurdu.
Ürəyində ġərifin əbəəcdadını qəbirdən
çıxardırdı: “Ġt oğlu, sənin yeddi arxa
dönəninin ağzını... öz poxundu, özün də
qaĢıqla, məni niyə zibilə salırsan? Beləsinin
üstündə Quran oxumaq haramdır axı, ay
allahın tuği-lənəti... Nolsun məscidi atan
tikdirib?! Bu əslində elin malıyla elə xidmət
etməkdir, bunun baĢqa adı yoxdur ki, ay
allahın bəlaları! Allah sizin bəlanızı versin
elə... mənim kimi bir namaz əhlini, din
adamını da öz zibillərinizə ortaq etməyin,
allah xatirinə!..”
Dili isə baĢqa sözlər deyirdi:
...-bissimillahi rəhmanil rəhiiiim,
əzzü billahi Ģeytani rəciiiim...
***
-Dünən kənddə nə baĢ verib? Kimi
dəfn edirmiĢlər?
Səhər yeməyindən sonra Mayıl kiĢi
üzünü gözləri quyunun dibinə batmıĢ
ġərifə tutub sual verəndə oğlan əvvəl çaĢdı.
Atasının bunu hardan eĢitdiyinə təəccüb
etsə də, bu qoca çekistin (atası gəncliyində
bir neçə il milli təhlükəsizlik sistemində
çalıĢmıĢdı) neçə gözü, neçə qulağı
olduğunu yadına salıb özünü topladı və heç
hazır olmadığı bu suala qeyri-müəyyən
cavab verdi:
-Mən də eĢitmiĢəm... amma...
-Nə amma?! Mən sənə demiĢəm
ki, burda ölü düĢsə, mütləq yasda iĢtirak
et... Toy olsa, yenə iĢtirak et... Sən mənim
sözlərimi niyə bu qulağınnan alıb o birinə
verirsən? Böyük qardaĢın gəlsin, səni ora –
broylerə göndərəsi olacam deyəsən...
Yerinizi dəyiĢsəniz yaxĢıdı...
ġərif tez əl-ayağa düĢdü:
-Ay papa, insafın olsun də!.. Kim
dedi ki, mən iĢtirak etməmiĢəm? Molla
Süleymanı xahiĢ-minnətlə qəbiristana mən
göndərmiĢəm! Qəbir qazanların pulunu mən
vermiĢəm!.. Dəfndə iĢtirak etməməyimin də
səbəbi vardı...
-Nə səbəb? Bax o səbəb nə idi?! –
Qoca az qala bağırdı. Arvadı gəlib onun
yanında dayanıb yalvardı ki, qıĢqırmasın,
təzyiqi qalxar.
-Səbəb oydu ki, hamı – ailəsi də,
kənd də ölənnən imtina etmiĢdi. Heç
məsciddə yumağa belə qoymadılar... Elə
paltar-palazda basırdılar getdi...
Humay xanım da dil-dodağı əsə-
əsə oğlunun sözünün üstünü gəldi:
-Mayıl, deyirlər, ölən qız əxlaqsız
imiĢ... UĢağı qınama...
-Bizim iĢçiydimi? – kiĢi oğlundan
əl çəkənə oxĢamırdı.
-Hə, fermanın qızlarınnandı...
-Get, ailəyə mənim adımnan
baĢsağlığı ver... Ġki meĢok un, bir meĢok
qənd, bir kilo çay, bir də fermadan bir əlli
kilo ət verən cöngə apar ver yas evinə...
Qızın iki aylıq maaĢını da ver ailəsinə...
166 № 4 (16) QıĢ 2015
Mollaya da pul ver, gedib məclisdə Quran
oxusun...
“ÖZLƏRĠNƏ QƏBĠR YERĠ
SEÇMƏYƏ GƏLĠBLƏR...”
Bir dəstə oğlan kəndin ayağındakı
qəbiristandan bir az aralıda, çəmənlikdə
uzanıb söhbətləĢir, hərdən də xısın-xısın
danıĢır və gülüĢürdülər. Dörd nəfər kart
çəkir, qalanları hay-küylə onlara tamaĢa
edirdilər. Birdən onlardan biri ayağa qalxıb
sağa-sola ləngər vura-vura kəndə tərəf üz
qoydu. Gənclərdən biri gözləri axa-axa,
ağzından sözlər tökülə-tökülə onu göstərib
qıĢqırdı:
-Qoymuyun, kəndə gedir...
O birilər bircə anda ləngərləyən
oğlanı tutub saxladılar, eynən onun kimi
yıxıla-yıxıla hamısı bir ağızdan:
-Kazım, hara??? Belə olmaz kiii...
Oğlan zulum-zulum ağladı:
-Mənim bacım... Yasəmən...
Oğlan baĢala barmağını
dodaqlarına tərəf aparıb “sussss” dedi.
Amma birdən özü bağıra-bağıra gülməyə
baĢladı:
-Ayyy uuuĢaxlar... Mən.. mən...
ha-ha-haaaaa... Mən... uçuraaaam! Ha-ha-
ha...
O biri qardaĢ gəlib Kazımın qoluna
girdi. Hiss olunur ki, o da nəĢəlidir, amma
ayaq üstdə dayana bilir. Gözünü dolandırıb
qəbiristana baxdı, özləri kimi nəĢədən
gözləri çevrilən gənclərə baxdı və bağırdı:
-Mənə silah verin!!!
Bu vaxt yerdən çıxıbmıĢ kimi iki
saqqallı adam onlara yaxınlaĢdı. Nisbətən
yaĢlısı, bu ara adamına oxĢamayan Kazımla
Nazimi qucaqladı, qulaqlarına “dərdinizə
Ģərik oluram, allah təbariki və talə öz
yaratdıqlarını tək qoymur, axtardığınızı
bizim vasitəmizlə sizə çatdırar inĢaallah”
deyib digər gəncləri süzdü, yanındakı gənci
göstərdi və gülümsündü:
-Mən sizin kəndçiniz Ġmdadın
dostuyam. Kəndinizə qonaq gəlmiĢəm,
inĢəaallah tezliynən görüĢərik!..
Saqqallılar qəfil gəldikləri kimi də
yox oldular.
Kazım da onların ardınca qaçmaq
istədi. Oğlanlar onu tutub yerə yıxdılar.
Hərəsi bir tərəfindən yapıĢıb xısın-xısın
gülüĢdülər. Və elə gülə-gülə qəfildəncə
ağlaĢmağa baĢladılar.
Qəbiristandan çıxan iki qəbirqazan
onlara baxa-baxa baĢlarını buladılar.
Nisbətən cavan qəbirqazan yaĢlı həmkarına
baxdı:
-Bunlar burda neynirlər?
Usta hirslə dedi:
-Mən nə bilim neynirlər?! Özlərinə
qəbir yeri seçməyə gəliblər!..
Bu vaxt qəbiristanın nisbətən
hündür yerində olan ailə qəbirlərini ziyarət
edən filosof Nazim Niyaz torpaqda sürünə-
sürünə gah ağlayan, gah gülən gənclərə
baxır, bir-birindən tuta-tuta az qala
iməkləyən bu biçarələrin dərdini anlamağa
çalıĢırdı.
Qəbiristanın alçaq hasarlarının
dibində Ģaqqıltı eĢidib diksindi. Yaxına
gəlib səsə eĢitdiyi yerə nəzər saldı. Ġki
tısbağa idi. Biri arxası üstdə aĢmıĢdı. O biri
isə geri çəkilir, sonra sürətlə (əlbəttə,
tısbağa sürətiylə) gəlib yoldaĢına zərbə ilə
vurur, onu düĢdüyü vəziyyətdən xilas etmək
istəyirdi. Bir neçə dəfə belə etdikdən sonra
həmin tısbağa, deyəsən anladı ki, bu cür
olmur. Ona görə dah geri çəkilib sürətlə
gəlmədi, sadəcə baĢını yoldaĢının altına
soxub onu baĢı ilə qaldırmağa cəhd etdi.
Bir-iki belə həmlədən sonra, nəhayət, o
istəyinə çatdı – ikinci tısbağa artıq ayaqları
Üç aylıq ədəbiyyat dərgisi 167
üstdə idi. Onlar indi baĢ-baĢa dayanıb bu
qələbələrini qeyd edirdilər...
Filosof tısbağalara baxa-baxa
qalmıĢdı. O, uĢaqlıqdan bu qəribə
məxluqları seyr etməkdən doymazdı.
Amma onların belə məharətini ilk dəfə idi
görürdü.
MĠNAYƏ VƏ GƏRAY ƏHVALATI.
DAġQALAQ
Nazim Niyaz qəbiristandan çıxanda
Narıngül qarıyla rastlaĢdı. Qarı əlini
gözünün üstünə qoyub inəyini hohalayırdı:
-Bijjjjje, bijjjjjjje, ooooooo-
hoooo... bijjjjje....
O qarının qənĢərində dayanıb
təəccüblə soruĢdu:
-Narıngül nənə, bu nə hal? Nə
hohalıyırsan?
Qarı diqqətlə baxdısa da onu
tanıya bilmədi:
-Ədə, o Əmənofun oğlusanmı?
-Yo-ox, Narıngül nənə, mən Mirzə
Məmmədin nəslinnənəm... QarakiĢinin,
Səlbinazın oğlanlarıyam... Yadındamı,
boğazım gələndə anam sənin yanına
gətirmiĢdi. Barmağını duza batırıb basdın
boğazımı...
-Həəə... Tanımazmıyım? NəaxĢı
gəlmisən Ģəhərdən? – Qarının üzü iĢıqlandı.
-Gəldim də, dedim bir ayağım
torpağa dəysin... Sən burda nə axtarırsan?
-Bevaya torpağa qadam... Qaçın,
gəlmeyin bı yannara... Ġnəyim neçə gündü
yoxa çıxıb... Qurd-quĢamı yemmi oldu?
Oğurladılarmı? Nəvlim axı? Biri də deyir
nəvən Əmənova satıb? O boyda Əmənov
mənim inəyiməmi qalıb? Hıy?
Filosof kənddə olub-bitənləri
öyrənmiĢdi deyin, dərinə getmədi.
Qəbiristandakı baĢ daĢlarını oxuyub onlara
tərəf gələn Qayım Qədimi görüb üzünü ona
tərəf tutdu:
-ġair, gəl səni gör kiminlə tanıĢ
edəcəm? Kəndimizin ən yaĢlı sakini
Narıngül nənədir...
-Bu kimdi, ədə? Əmənovun
gədələrinnənmidi?
-Yox, nənə, yox. Bu, Ģairdir...
-Nə, Ģairmi? Səməd Vurğun kimi?
-Yox, onnan da yaxĢı Ģairdir.
ġair qarının yanıb kösöv olmuĢ
əllərindən tutdu, dodaqlarına sarı aparıb
öpdü:
-Necəsən, nənə?
Arvad əllərinə toxunan kiĢi
nəfəsindən titrədi. Silkələndi, ağzının
qıraqlarında yığılmıĢ ağappaq kəfi həmin
öpülən əlinin dalıyla silib qəddini düzəltdi:
-Sağ ol, yaxĢıyam... Allah razı
olsun...
ġair arvadın bu halını seyr edib
dedi:
-Ay nənə, qəbiristanın ayağında bir
daĢ qalağı var, o nədi elə? Axı bu boz
çöllərdə bir daĢ tapmaq müĢkül iĢdir, bu
boyda daĢı kim ora töküb?
Nazim Niyaz Ģairin onu yaman pis
yerdə haxladığından sarsıldı. Qarıya mane
olmaq istədi. Amma artıq gec idi. Arvad
baĢlamıĢdı danıĢmağa.
-Ədə, bala, bu yeddi para kənd
üzülüb-büzülüb bu OfĢara yığıĢanda
QaraĢalvar tayfasıyla ġahsevən yola
getmədi... Ona görə qəbirsannıxları da ayrı-
ayrıdı... Nə baĢınızı ağrıdım, QaraĢalvardan
Minayə adında qız ġahsevənnən Gəray adlı
oğlanla alıĢıb-veriĢillər, yanı səviĢillər...
Gün o gün olur ki, Minayənin qarnı
burnuna dəyir... Amma nə ġahsevən oğlanı
o qızla evlənməyə qoyur, nə QaraĢalvar o
qızı oğlana verir. Biçarə qız arada qalır...
Öyünnəri ölən, meyidi arada qalan
Yasəmən kimi... Nə baĢıızı ağrıdım, qızın
168 № 4 (16) QıĢ 2015
da qarnı gün-günnən iriləĢir... ĠĢdən xəbər
tutan QaraĢalvar camahatı qızı burda
daĢqalağ eliyirlər...
-Nə təhər yanı?! – ġairin rəngi
qaçdı. – Siz bunu öz gözlərinizlə
gördünüzmü?
-Yox, ay bala, mən onda çox xırda
olardım... Amma böyük bacım öz gözləri
ilə görmüĢdü... Yazıq bacım o hadisədən
sonra havalandı... Kənddə o yaĢda olan
qızların çoxu havalanmıĢdı... Allah Mirzə
Məmmədə irəhmət eləsin... Onun böyük
oğlu həkimmiĢ... Gəlib o xəstə qızları
malicə elədi... Mənim bacımnan baĢqa
hamısı sağaldı... Bacımsa bir gün quyuya
düĢüb öldü...Üüüüüü-ühüüüü... Can ay bacı,
can, can... Elə o hadisədən sohra bı
QaraĢalvar camahatı nəhlətləndi... O
vaxtdan üstlərinə gün doğmur... Yadınızda
qalsın: o yerdə ki, qadın ayaq altda oldu,
orda çayır da bitməz...
SarsılmıĢ Ģair əyilmiĢ üzünü uzun
dırnaqlı çeçələ barmağıyla qaĢıya-qaĢıya
dedi:
-Bə bu daĢı hardan gətiriblər, axı
burda daĢ olmur?
-Ġki ağac o yanda qaraĢalvarların
öz kəndləri vardı, elə adı da QaraĢalvardı.
Orda yerin altı sal ağappaq daĢdı, qazıb
ordan arabaynan gətirmiĢdilər, daĢqalax
eləməydən ötrü... Özü də birinci daĢı qızın
özcə dədəsi atmıĢdı, sohra nənəsi, sohra
qardaĢ-bacıları, sohra əmisi, dayısı, xalaları,
mamaları, əmi uĢaxlar, xalauĢaxları... Day
yerdə qalannar atanda qız ölmüĢmüĢ... Elə
ölüsünə atıblar... Əyər o yana yoluuz düĢsə,
mınnan da yekə qalaxlar göreyissıız...
Düzdü, indi boyunnarına almıllar, dellər ki,
orda zəmi yerlərini daĢdan təmizdəməydən
ötəri o daĢ qalaxları toplanıb, amma yalan
dellər, öz ağızdarınnan eĢitmiĢəm....
Derdilər kin, binamus iĢ tutan adamları
oralarda daĢ-qalax eliyiblər... Eyzən
Yasəmən kimi... Onu daĢ-qalax eləmədilər,
amba adam kimi ölməyə də qoymadılar,
ölüsün biavza elədilər – Quransız, kəfənsiz
quyladılar... YaxĢı... Mən gedim inəyimi
axtarım, gün qalxdı...
Qarı yaĢsız gözlərini baĢındakı
cunanın ucuyla sildi. Sonra heç nə olmamıĢ
kimi üzünü çevirib yanlarını basa-basa
getdi. Bir azdan qəbiristanın üstünü ağıya
bənzər bir səs bürüdü:
-Bijjjje, bijjjje, oooooo-hooooo....
– Arvad qəfil döndü Ģairə tərəf və baĢını
buladı. – Ədə, a bala, indi siz bu boyda yolu
vurub bura gəlmisıız ki, Əmənov sizə
nəmər verəcək? Ay-hay... Ə, gedin özüuza
sənət tapın, a bala... Ona da Əmənov
deyəllər... Sıxsan, suyu da damlamaz...
ġairlə filosof mat-mat qarının
arxasıncan baxa-baxa qaldılar. Əslində
filosof iĢdən agah idi, qarının
görücülüyündən xəbərdardı. Amma bunu
Ģairə çətin ki, inandıra biləcəkdi. Ona görə
elə baĢıaĢağı “eeehhh” eləyib susdu.
ġair isə son vaxtlar özündə baĢ
verən ikiləĢmədən əziyyət çəkirdi. Ġndi
budur, savadsız bir kəndçi qarı da onları
ittiham etdi. O isə haqq ilə nahaqqın
arasında qalmıĢdı. Bir tərəfdə evdə yemək,
paltar, kirayə pulu gözləyən ailəyə pul
aparmaq üçün imkanlıların qabağında ikiqat
olmağa hazır olan miskin bir Ģair Qayım
Qədim, o biri tərəfdə bütöv, əyilməz,
vüqarlı olub gözəl əsərlər yazmaq istəyən
Ģair Qayım Qədim vardı. Bəs o hansını
seçsin?
Yadına qraf Tolstoyun məĢhur
kəlamı düĢdü:”ġəri tanımaq üçün onun
meyvələrindən dadmaq gərəkdir.” Elə bu
düĢüncələrlə hələ də baĢını yerdən
qaldırmayan filosofa sarı döndü:
-Didronun “Rahibə”si yadındadır?
-Hə, təkcə zəmanəsinin deyil,
bütün zamanların ən cəsarətli romanıdır.
Üç aylıq ədəbiyyat dərgisi 169
-Orada təxminən belə sözlər vardı:
“Tabe olacağına, boyun əyəcəyinə and
içmək, insanın ən təməl haqqından -
azadlığından imtina etməsidir.”
-Vəkilin məhkəmə çıxıĢındandır...
-Həəə, cənab filosof... Belə-belə
iĢlər... Nə deyirsən, bəlkə gedək köhnə
QaraĢalvara?
ġair baĢını buladı:
-Biz Hadıyevə söz verdik axı,
onunla Əmənovgilə getməliydik?
QaraĢalvar qaçmır ki...
Qarının söhbətindən sonra
darmadağın olan Ģair tez özünü yığıĢdırdı:
-Elədir, qrafın məsləhətindən
çıxmaq günah olardı...
Nazim Niyaz dostuna elə baxdı ki,
elə bil onu təzə görürdü. ġairin hərdən
hallüsinasiyalı vəziyyətdə olduğundan
xəbərdar idi. Ona görə üstünü vurmadı.
QIRMIZI. QIPQIRMIZI
Kəndin bütün küçə-bacalarını bir
günün içində qırmızı rənglə rəngləməyə
baĢladılar. Ona yaxın adam əllərində iri,
uzunqol fırça elektrik dirəklərini, ağ miĢar
daĢıyla hündür hasara alınmıĢ kəndin baĢ
küçəsinin hasarlarını, hasarın ora-
burasından görünən köhnə-külüĢ kənd
evlərinin qapı-bacalarını, hətta evlərin
damına vurulmuĢ Ģiferləri belə qırmızıya
tutmuĢdular. Kəndin baĢ küçəsi bir günün
içində baĢdan-baĢa iĢıqlara qərq olmuĢdu:
az qala hər elektrik dirəyinə ağ lüminissent
lampalar taxmıĢdılar. Lampalardan bir az
aĢağıda dirəklərin arasına bərkidilmiĢ iplərə
yol boyu rəngbərəng Ģarlar düzülmüĢ,
bayraqcıqlar asılmıĢdı. Yüz metrdən bir
yolun sağ-solunda ölkə baĢçısının və onun
atasının iri, gülümsəyən portretləri
asılmıĢdı. Bir portretdə isə onlar qarĢı-
qarĢıya duraraq dərin fikrə getmiĢ, nə
barədə isə düĢünürdülər. BaĢqa bir Ģəkildə
onlar krantdan su kimi axan nefti üzlərinə
sürtürdülər...
BaĢ küçənin sağ-solunda tikilmiĢ
hündür hasarların üstündə bəzi yerlərdə Ģir,
bəzisində pələng heykəlləri qoyulmuĢdu.
Qəribədir ki, bu fiqurlar da qırmızı, daha
doğrusu qıpqırmızı rənglə boyadılmıĢdı.
Bu vaxt hasarın dibindən bir
tısbağa çıxıb bu hündür divarı ürkək
nəzərlərlə seyr edə-edə tələsmədən yoluna
davam elədi. Əslində bu divar dünən burada
yox idi və yazıq tısbağa da təzəcə tikilmiĢ
divarın o üzünə keçmək istəyirdi. Amma
bayaqdan yola çıxsa da bu hay-həĢirin, ağlı-
qırmızılı iĢıqların, rənglərin içində özünü
narahat hiss edirdi və tərs kimi divar da
qurtarmaq bilmirdi. Elə bu vaxt əli fırçalı
rəngsazlardan birinin gözü tısbağanı aldı.
Eləməyib tənbəllik fırçasını vedrədəki
qıpqırmızı boyaya batırıb tısbağanı da
rəngləməyə baĢladı. BaĢını, gödərək
quyruğunu və ayaqlarını içəri çəksə də
tısbağa əslində onun üstündə çox qəribə bir
oyunun oynanıldığının fərqindəydi.
Uzaqdan burnunun aldığı bu baĢgicəllədən
qoxu və zəhər tamı burnuna, gözlərinə
dolaraq onu varmıĢnan yoxmuĢun arasına
soxurdu. Özünü bu qorxunc təmaslardan
xilas eləməkçün baĢını və ayaqlarını çölə
çıxardaraq haragəldi sürünməyə baĢladı.
Cavan rəngsaz uğunub gedir, maĢın yoluna
çıxmaqda olan qıpqırmızı tısbağaya baxa-
baxa atılıb-düĢürdü. Yanındakı yaĢlı kiĢi
ona təpindi:
-A gədə, allaha naxoĢ gedər, nə
qayırırsan?!
-Qırmızı tısbağa, qıpqırmızı,
qırmızı... – deyib uğunan oğlan nəhayət
yaĢlı yoldaĢının təpkisindən sonra yaĢarmıĢ
gözlərini silib gülməyinə ara verdi. YaĢlı
kiĢi acıqlı-acıqlı dedi:
170 № 4 (16) QıĢ 2015
-Kraskanın qoxusu onu piyan kimi
eləyib... Gedib maĢın altına düĢər, yazıxdı.
Götür onu, at hasarın o üzünə...
Oğlan əlinin rəngə batacağından
ehtiyat edərək tısbağanı qəzet parçasıyla
tutub daĢ atırmıĢ kimi hasarın o üzünə
tulladı...
...Bir az sonra özünü ora-bura
çırpan rəngli tısbağa axır ki, imsiləyib
həmcinsini tapdı. Tısbağalar bir saniyə
qabaq-qənĢər dayandılar və o biri tısbağa
üstü qıpqırmızı olmuĢ, özündən də bəd
qoxu və acı tam gələn tısbağanı qabaq
taxtasıyla ĢaqqhaĢaqq vuraraq itələyib öz
ərazisindən çıxartdı. Onu döyə-döyə qovub
TISBAĞALIQDAN çıxardan həmcinsinə
tısbağa dilində nə qədər and-aman eləsə də,
qulaq asmadı. Hətta bir az sonra səsə baĢqa
tısbağalar da çıxıb qırmızı tısbağanı
vurmağa baĢladılar.
Calayi-vətən olan qırmızı tısbağa
gəlib hündür hasarın dibindəki iki daĢın
arasına girdi. Bir az sonra iki sağ ayağıyla
qalxıb daĢlardan birinin üstünə çıxdı və
özünü böyrü üstə yerə atdı. Yerə
düĢməyiylə tərsinə çevrilməyi bir oldu –
ayaqları göydə fırlanan tısbağa əslində
intihar eləmiĢdi: 10-12 günə ac-susuz qalan
bu tısbağa elə bu vəziyyətdə də öləcəkdi...
QARA. QAPQARA
Dabbağ Ġdris aĢkarada
Əmənovlarla barıĢsa da, ürəyinin
dərinliyində qoruyub saxladığı kinini hər
gün yoxlayır, tərpədib dindirir, böyüdüb
bəsləyirdi. Bunu gizlicə eləsə də, düĢünürdü
ki, bir gün gələcək, onu oradan çıxardıb
hisli çıraq kimi ortalığa qoyacaq, özü ilə
həmrəy olan adamlarla əl-ələ verib o kinin
hisli-paslı iĢığında Əmənovlara qarĢı nə isə
edəcəkdi. O əmin idi ki, var belə adamlar.
Amma qorxudan səslərini çıxartmırlar.
Əvvəla, ona görə ki, çörəkləri Əmənovdan
gəlirdi, ikincisi Əmənovun qardaĢı, bacısı
uĢaqları, qohum-övladının iri cüssəli
oğlanları əllərini bellərinə verib kəndin
fermasının, dabbağxanasının, çiyələk və
taxıl tarlalarının, broylerin, asfaltzavodun
və Əmənovlara aid olan baĢqa obyektlərin
keĢiyini çəkir, dinənin, danıĢanın ağzının
üstündən vururdular. Hələ sonrası da vardı:
döydüklərini maĢına atıb polisə təhvil verir,
türməyə saldırırdılar.
Dabbağ Ġdrisin qardaĢı oğlu Ġmdad
bu yaxınlarda Əmənovların üzümlüyünə
düĢən atlarını çıxartmağa gedəndə
gözətçilər nəinki atı oğlana verməmiĢdilər,
hələ aralarında dava-dalaĢ da çıxmıĢdı.
Babası Zöhrab kimi güclü olan Ġmdad
Əmənovun iki qarovulçusunu basıb döysə
də, üçüncü, dördüncü də gəlib çıxmıĢ,
oğlanı qara tuluğa döndərib aparıb
cinayətkar kimi polisə vermiĢdilər. Həmin
atı da, üstəlik iki cöngələrini də satandan
sonra Ġmdadı türmədən çıxarda bildilər. Və
Ġmdad bir gecə əmisi Ġdrisin evinə gödək
Ģalvarlı, uzun saqqallı özündən nisbətən
yaĢlı bir oğlanla gəldi.
-Əmi, bu Ġmrandı, bizim rayondan
deyil, amma mənimlə türmədə qardaĢ olub.
Biz qolumuzu lezvaynan kəsib qanımızı
bir-birinə qatıb qardaĢ olmuĢuq. Özü də din
adamıdı, oruc tutur, namaz qılır...
Dabbağ Ġdris Ģalvarının ayağı bir
qarıĢ ayaqqabısından yuxarı olan bu
uzunsaqqal adama Ģübhəylə baxsa da,
marağını boğa bilmədi:
-Ə, bı vəhabi-zad dəyil ki?!
Ġmdadın rəngi qaçdı, özünü bir
təhər düzəldib dedi:
-Əmi, qurban olduğum allah
təbəriki və talə öz Qurani-Ģərifində buyurub
ki, səninlə savaĢanla sən də savaĢ... Biz
əhli-sünnəyə, din əhlinə, allah adamlarına
Üç aylıq ədəbiyyat dərgisi 171
böhtan ataraq min cür adlar quraĢdırıblar.
Kimi vəhabi deyir, kimi Bin-Ladençi deyir,
kimi taliban, kimi də nə bilim nə?! Amma
dostum Ġmran da, mən də, bizim üzv
olduğumuz iman-Quran sahiblərinin cəm
olduğu Cümə Camaatı bir məsləkə qulluq
edirik: haqq yolunda savaĢmaq, allah
yolunda vuruĢmaq, Qarabağımızı da, elə
Vətənimizi də iĢğaldan qurtarmaq!
-YaxĢı, yaxĢı, qoy sənin dostun
mənim bir sualıma cavab versin: sizin
adamlar, elə bax bu qonağımız da, baxıram
ki, hələ sən özün də çustunuzdan bir qarıĢ
yuxarı Ģalvar geyinirsiniz. Bunun səbəbi
nədi? Hay?
Ġmdad Ġmrana baxdı. Ġmran
saqqalını tumarlayıb gülümsündü:
-Əmi, Ġmdadın əmisi, mənim də
əmim sayılır, Ģəriətə görə insan pak yerdə
oturub-durmalıdır. Bizim isə ətrafımız
çirkabnan doludur. ġalvarlarımızın balağını
ona görə qısa eləmiĢik ki, çirkaba
bulaĢmasın... Tualetlərimiz cəhənnəmə,
küçələrimiz də tualet kimidir axı...
Ġdris belə cavab gözləmirdi. Qırx
yaĢlarında bu adamın sərrast danıĢığı onu
ovsunladı. Amma daha bir sual da verməyi
üstün tutdu:
-Cəmi iki nəfərləmi haqq davasına
çıxacaxsınız?
-Yox, əlbəttə ki! Bizim sayımız
indi dünya üzrə milyonlarladır.
Əfqanıstanda, Çeçenistanda, Ġraqda,
Suriyada bizim döyüĢçülərimiz din, islam
yolunda vuruĢurlar. ĠġĠD – Ġraq Ġslam ġam
Dövlətini biz qurmuĢuq. Təbii ki, sizin kimi
ağsaqqalların, möhtərəm insanların köməyi
olmadan biz bu səviyyəyə çata bilmərik.
Baxın, Əmənovlar burada bir Ģər imperiyası
qurub. Ġnsanların torpağını, mal-qarasını
əlindən alıb, insanları kölə kimi iĢlədirlər.
Biz insanları belə alçaqlara qarĢı cihada
çağırırıq! Onların qanı halaldır! Ya allah!
Ġmdad da qonağa qoĢulub “ya
allah!” bağıranda Ġdrisin kürkünə birə
düĢdü. Kəndin ən nəhəng adamı olsa da
canında bir qorxu gəzdirən bu pəzəvəng
adam içindəki kini qovub yerinə salmaq
istəsə də o sözünə baxmadı, əksinə Dabbağ
Ġdrisə bunları dedirtdi:
-Mən allah yolunda sizə nə kömək
desəniz eliyəcəm...
Və dediyinə özü də mat qaldı.
...O gündən Dabbağ Ġdrisin bağının
ayağındakı köhnə daxma, hansı ki, bura
əvvəllər onların dabbağxanası idi, Ġmranla
Ġmdadın topladıqları tərəfdarların görüĢ yeri
oldu. (Qəribədir, elə bil bunlar adamları
əlləri ilə qoymuĢdular: heç bir həftə
keĢməmiĢ, ətraflarına xeyli adam
yığıĢmıĢdı.) Onlar burada namaz qılır, dini
kitablar oxuyur, rəhbərlərinin tapĢırıqlarını
tərəfdarlarına çatdırırdılar. Bir qədər sonra
isə onlara silahla davranıĢ qaydaları da
öyrədilməyə baĢlandı. Avtomatı sökmək,
yığmaq, səssiz tüfəngdən hədəfə atəĢ
açmaq və sair.
Bu köhnə dabbağxanaya tezliklə
Nazimlə Kazım – Yasəmənin qardaĢları –
da ayaq açdılar. Bu qaĢqabaqlı uĢaqların
hələ saqqalları çıxmamıĢdı, amma artıq
Ģalvarlarının ayaqlarını qısaltmıĢdılar.
Tək bir əngəl vardı: bu köhnə
dabbağxananı nə qədər yuyub-təmizləsələr
də, divarlarını ağartsalar da o köhnə pis
qoxu getmədi ki getmədi.
DABBAĞ ĠDRĠSĠN ƏNCĠRĠ VƏ
ƏBU TĠN
Ġdris çox pinti adam idi. Suyu
görməyə gözü yox idi. Ġki, bəlkə də üç
aydan bir arvadının zor-xoĢla itələyib onu
vannaya salması olmasaydı, bəlkə də
bədəninə su dəyməzdi.
172 № 4 (16) QıĢ 2015
Səhər yuxudan qalxanda ilk gördüyü
iĢ evin arxasında sement kisələrinin
kağızından düzəltdiyi tualetdə yarım
saatacan eĢələnməsi olardı. (Ġdris
dabbaqlıqdan qabaq sement boĢaldan
iĢləmiĢdi. MaĢınlara sement yükləyib-
boĢaldandan sonra yerə tökülənləri süpürüb
satar, güzaranını keçirərdi. Ona görə
həyətində indinin özündə belə çoxlu sayda
boĢ sement kisələri vardı.) Sonra taxtalara
mismarladığı elə həmin sement kağızından
bir parça cırıb özünü təmizləyər, çölə çıxıb
Ģalvarının qabağını bağlaya-bağlaya yemək
yeməyə gedərdi. Bu nəhəng adamın səhər
yeməyi də gülməli idi: azı yarım vedrə südə
iki çörəyi əli ilə doğrayar, sonra sürətlə
qaĢıqlayıb çeynəmədən udar, əlini üstünə
silib gedərdi iĢinin dalıncan.
Bu qıvrımsaç, göygöz, dar alınlı, sərt
baxıĢlı adam iyirmi il bundan qabaq necə
idisə, indi də eləydi. AltmıĢ yaĢlarında olsa
da, bir tükü ağarmamağı bir yana, o qıvrım
saçlarından bir tük belə düĢməmiĢdi.
YaĢadığı bu uzun illər ərzində onu hələ
gülən görən olmamıĢdı.
(Atası bu kənddən olsa da, anası
Ġpək arvad bura gəlmə idi. Deyirdilər ki,
Ġdrisin anası da bazburutlu, kiĢiyana qadın
imiĢ. Bir dəfə Zöhrab cavan vaxtlarında
gedib çıxır Ġpəkgilin kəndinə. Qız
oğlansayaq geyinsə də bulaqdan su
gətirməyindən qız olduğunu anlayan
Zöhrab ondan su istəyir. Qız isə nəinki su
vermir, hələ bu nahamar gədəni acılayır da.
Zöhrab qayıdır ki, belə sir-sifətlə evdə
qalarsan inĢallah!..
Nəysə, qızla oğlanın arasına pərtlik
düĢür və süpürləĢirlər. Qız da elə belə qız
deyilmiĢ haaa... Zöhrab sonralar and içirmiĢ
ki, bir az özümü boĢ qoysaydım, məni
qarmalayıb basacaqdı altına, biyabır
olacaqdım el içində... Xülasə, gədə qızı
xoĢlayır, hansı xoĢ damarınasa basır, qız
bayaq ha yıxılır yerə. Oğlan çökür onun
sinəsinə və bağırır:
-Adın nədi. aaaz?!
-Ġpəy!
-Ġpəy olmayıb kimin s....ə
osuracaxdın ki?!
Qız eĢitdiyindən sarsılır, amma
daha müqavimət də göstərmir və beləcə,
sənəyin suyunu yerə töküb alır çiyninə,
qoĢulur Zöhraba, gəlib ona arvad olur...
O sənək hələ də onların evində ən
vacib əĢya kimi qalır: hər axĢam NadirĢah
kəhrizindən onunla su gətirirlər bu evə.)
Amma indi bu köhnə
dabbaqxanada cavan müftinin Rusiya
prezidenti haqqında söylədiyi fikirlər onun
dodaqlarını qaçırdı. Saqqallı müfti gözlərini
yumaraq sözləri bir-birinin dalına qoĢaraq
danıĢırdı:
-Cəmaət, bu təvarix elə bir
təvarixdir ki, onu siz yadda saxlamalısınız
inĢallah! Neçə illərdir ki, Ġraqda, Suriyədə
qan su yerinə axır... Amerika, Ġngiltərə,
Ġsrail əlbir olub müsəlmanları yer üzündən
silirlər. Amma orada islamın bağrından
doğan bir qüvvə çıxdı meydanə: bu, Ġraq
ġam Ġslam Dövlətidir.
ƏyləĢənlər əllərini göyə tutub
bağırıĢdılar:
-Ya allah! Ya allah! Ya allah!
Müfti davam etdi:
-Ġndi düĢmənlərimizə kafir Rusiya
və onun baĢçısı kafir Putin də qoĢulub.
Rəhbərimiz Əbu Bəkr əl Bağdadinin əmri
ilə inĢallah düĢmənləri müqəddəs
məkanlardan təmizləyəcəyik!
Oturanlar bağırıĢdılar:
-ĠnĢaəlləh! ĠnĢaəllah! ĠnĢaəllah!
-Ġraqın əvam əhalisi görün Putun
həqqində nələr uydurublar?! – Müfti
gülümsünərək sözə baĢladı. – Guya Putinin
atası Ġraqın cənubunda Nasiriyə Ģəhərində
yaĢayarkən tin, yəni əncir ticarəti edib – tin
Üç aylıq ədəbiyyat dərgisi 173
ərəbcə əncir deməkdir - xalq arasında ona
Abu Tin adı verilib. Ġkinci Dünya
Müharibəsində o, Rusiyaya yola düĢüb,
orada gözəl bir rus qızı ilə tanıĢ olub. Daha
sonra onların oğlu dünyaya gəlib, Abu Tin
oğluna Abdulamir adını verib, ruslar isə
oğlanın bu ərəb adını heç cür tələffüz edə
bilməyiblər, ona görə də onu özlərinə
məxsus Vladimir çağırmağa baĢlayıblar.
Ruslar Əbu Tini də Putin eləyiblər. Beləcə,
böyüyəndə Abdulamir Abu Tin, Vladimir
Putin olur. Ġndi isə o, öz əcdadlarının
vətəninə özününküləri ĠġĠD-dən xilas etmək
üçün gəlir”...
ƏyləĢənlər gülüĢdülər. Ġdrisin də
dodağı məhz bu zaman qaçdı. Amma əsl
gülməli iĢ sonraymıĢ. Yeniyetmə Kazım
qardaĢı Nazimin üzünə baxıb fərəhlə dedi:
-EĢitdin, qağa, Putin millətimizi
xilas etməyə gəlir! Yadındadı, atamız da
deyərdi ki, Qarabağın açarı Rusiyanın
cibindədir.
Nazim qardaĢı Kazımın ağzının
üstündən bir yumruq vurdu, uĢağın
dodaqları partladı, burnundan qan Ģorladı.
-Putinin də var-yoxunun ağzını
si......., Əbu Bəkirin də, Bağdadinin də,
sənin də!
...Ġdris həyətin ayağındakı
yarğanda bitmiĢ əncir ağacına baxır,
baxdıqca müftinin dediklərini ağlından
keçirirdi. DüĢünürdü ki, bu incir məsələsi
(onlar əncirə incir deyirdilər) elə-belə
məsələyə oxĢamır. Ġncir özü faydalı meyvə
olsa da, kölgəsi zəhərli idi. Ona görə də,
onu da ceviz kimi həyətdən kənarda
bitirirdilər. Bu Putin - Əbu Tin məsələsində
də həqiqət damarı olmamıĢ deyil. Rusiyanın
özü kimi rəhbərləri də zəhər saçıb həmiĢə.
Düzdür, Rusiya ilə mənim davam-darabam
olmuyub, əmbə dədəm Zöhrab deyirdi ki,
çar dövründə də, sovet vaxtında da Rusiya
bizim var-yoxumuza göz dikib,
torpaqlarımızın bar-bəhəri onları buralara
bağlıyıb. Ġt əl çəkdi, motal əl çəkmədi. Ode,
rayon mərkəzindəki birtəhər adı olan
benzindoldorma yeri var ha, nəydi zibilin
adı, o gün benzin də doldurtdurdum e
maĢına... Nikolaya oxĢar adı vardı... hə, hə,
Nikoyldi gərək ki, deyirlər Rusiyanın
Ģirkətidir. Adı gedib e burdan, özü hələ də
burdadı Rusiyanın... amma belə baxanda,
vallah rusun zamanında daha yaxĢıydı. Bir
qorxu-ürkü vardı, qanun-qayda vardı. Ġndi
güjdü güjsüz ayyamıdı. Yıx birinin baĢın
kəs, pul ver, qanın batır... Nəblim axı!..
ġÜġƏ EVDƏ QONAQLIQ
Hadıyev oğlu, nəvəsi və əlavə iki
nəfərlə - artıq biz onları tanıyırıq - gün
əyiləndə Əmənovun mülkünün qapısında
maĢından düĢdü. Ġki gün əvvəl gördüyü
ġərif deyil, nisbətən ondan bir az yaĢlı olan,
eyzən Mayıl kiĢinin özünə oxĢayan qırx
yaĢlarında birisi onları girəcəkdə qarĢıladı
və özünü Hadıyevə niĢan verdi:
-XoĢ gəlmisiniz, Qənimət
müəllim! Mən Mayıl Əmənovun böyük
oğlu ƏĢrəfəm. Atam sizdən bərk nigaran
qalmıĢdı. Siz gəlməsəydiniz, biz maĢına
əyləĢib dalınızca gələcəkdik...
(Mülkə adlı-sanlı adamlar qonaq
gələndə - belə Ģey azı ayda bir-iki dəfə
olurdu – ƏĢrəfə anası xəlvətcə sifariĢ edirdi.
O da heç nə olmamıĢ kimi gələr, məclisdə
iĢtirak edib, sonra hiss olunmadan çıxıb
gedərdi. Bu dəfə də belə olmuĢdu. Atası ilə
yüngülcə salamlaĢandan sonra anasını
öpmüĢ, sonra həyətə çıxıb qonaqları
qarĢılamıĢdı.)
Qonaqlar iki maĢının keçə biləcəyi
gen qapıdan içəri girdilər. Mülkün geniĢ
həyətində onları Mayıl kiĢi və arvadı
174 № 4 (16) QıĢ 2015
Humay xanım qarĢıladı. Hadıyev
yanındakıları təqdim etdi:
-Oğlumu, nəvəmi tanıyırsınız...
Bunlar isə mənim dostlarımdır. Bu Ģair
Qayım Qədimdir, filosov Nazim Niyazı da
ki allaha Ģükür, yaxĢı tanıyırsınız... Hərçənd
ki, yazdıqlarını özlərinnən baĢqa heç kim
baĢa düĢmür, amma neyniyək daha,
olanımız budur...
Qəhqəhə səsi həyəti bürüdü. ġairlə
filosof da qarınlarını tuta-tuta gülürdülər...
-Bura, bu gördüyünüz ġüĢə ev –
burda belə deyirlər, qoy elə mən də belə
deyim – mənim bu kənddə süni surətdə
yaratdığım bir Ģəhər parçasıdır. Bu mülkün
arxa tərəfi, sizinlə ora da baĢ çəkərik,
mənim ofisim, Ģirkətimin idarəsidir. Özüm
ona görə bitiĢik eləmiĢəm ki, birrik-bikirrik
olsun...
Hadıyev əyilib hasarın o üzündən
güclə görə bildiyi bayrağa iĢarəylə “kak
pasolstvo” deyərək iriĢdi. Əmənov da
“eynən” deyə-deyə gülümsündü.
Bir azdan üst mərtəbədələrdən
birində açılmıĢ masanın ətrafında
əyləĢdilər. Əvvəl çay içə-içə nərd oynadılar.
Təbii ki, Əmənovla Hadıyev oynayır, o
birilər də azarkeĢlik edirdilər.
-Əssalamün-əleykum! – BaĢına ağ
əmmamə qoymuĢ, əyninə ağ əba, ayağına
məst geyinmiĢ axund Süleymanın qəfil
gəliĢi Əmənovu çaĢdırsa da, özünü o yerə
qoymadı. “Və əleykum salam” deyib bir az
yerindən qalxan kimi oldu və qonağı təqdim
etdi:
-Axund Süleyman bizim təzə
məscidin axundudur, zəki bir adamdır.
Amma mən onu görəndə qorxuram –
sanıram ki, kimsə ölüb ki, molla özünü
yetirib.
Məclisdəkilər yenə ucadan qah-
qahla gülüĢdülər. Axund da əlacsız halda
gülümsündü.
Yerinə əyləĢib rahatlanan Əmənov
zərləri dörd barmağıyla tutub Qənimətə
uzadırmıĢ kimi elədi və dedi:
-Molla gələndə ayağa qalxan bir
alimdən mollanın ayağına qalxmağının
səbəbini soruĢublar, deyib ki, mollanın
qoltuğunda həmiĢə Quran olur, mən
Quranına görə qalxdım...
Axund ağzını açıb nəsə demək
istəyirdi ki, bu vaxt baĢqa bir qonaq da
ƏĢrəfin müĢaiyəti ilə içəri girdi. Əmənov
onu da təqdim etdi:
-Kəndin möhtərəm ziyalılarından
Səməndər müəllim... O həm də
kəndimizdəki məktəbin direktorudur...
Əmənov ayıq adam idi. Gördü ki,
axundun sözü ağzında qalıb. Ona görə
zərləri samılaya-samılaya dedi:
-Süleyman əfəndi, buyurun,
sözünüz yarımçıq qaldı.
Axund əmmaməsini düzəldə-düzəldə
udqundu, sözləri ehtiyatla seçib dilləndi:
-Lətifəsi cənabınızdan uzaq olsun,
belə bir namərbud fikir var ki, molla və
Quran ölülər üçündür. Fəqət belə deyil,
Quran əslində dirilər üçündür... Yasin
surəsində belə bir ayə var: “Va-Ģ-Ģəmsü
limustaqarrin ləhə taqdiru-l-azizi-l-alimi.”
Yəni, “GünəĢ də öz qərarınca axıb gedər
qərar tutuncaya qədər. Güclü, biləyən
Allah-ın qoyduğu qanun belədir.” Bu
tərcümə bu anlama gəlir ki, zaman
məhfumuna görə, günəĢ qiyamət gününəcən
qərar tutacaq, məkan məhfumuna görə isə
günəĢin qərar tutacağı hər hansı bir mərkəzə
doğru hərəkəti olacaq...
-Demək, günəĢin sönmə ehtimalı
varmı Qurana görə? – Qənimət müəllim
tərəddüdlə soruĢdu. –Yəni bu yaxınlarda
hay-həĢir düĢmüĢdü e, günəĢin sönəcəyi,
zülmət olacağı, Ģam-fanar məsələləri
reallaĢa bilər?
Üç aylıq ədəbiyyat dərgisi 175
-O qədər də deyil, canım! –
Hadıyevin nəvəsi gülə-gülə dilləndi. Amma
heç kim gülmədi. Hamı axundun ağzına
baxırdı.
-Əslində Quran dindən çox elm
kitabıdır. Buradakıların hamısı kimya
oxuyub. Quranda 57-ci surə Hadid
surəsidir. Hadid bilirsinizmi ərəbcə nə
deməkdir? Dəmir. Yəni dəmir surəsi.
Bildiyiniz kimi Mendeleyev elementlərin
dövrü sistemini hazır surətdə yuxuda
görmüĢdü. Dövrü sistemdə 57-ci element
lantandır. Metal xassəli, maqnitlənən
element. Dəmirin özünün atom kütləsi də
57-dir... Quran 114 surədən ibarətdir, onun
da yarısı 57-dir... Dəmir qüdrət, güc
deməkdir. Əmma bu həddini aĢmamalıdır.
Sən hər Ģeyi dəmirə tutarsan, bu, Allahın
qəzəbinə gələr. Sovet həküməti varını-
yoxunu dəmirə verdi, insanına çörək
əvəzinə silah uzatdı. Və bir gecənin içində
künfəkün oldu... Bilirsinizmi, bu sirlər hələ
də elm tərəfindən çözülməyib. Hə... Bir də
dəmir özü Yer mənĢəli element deyil,
buralara baĢqa planetlərdən gəlmədir... Əziz
dostum Əmənov, Quranın dirilər üçün
olduğu bu deyilənlərlə təsbit olunur... Siz
əslən Allah adamısınız ... Bu camaata Allah
evini siz tikdirərkən bunu bilib də
etmiĢdiniz yəni...
-Allahı və onun böyüklüyünü
duymayanlar kafirdir. – Əmənov özündən
razı halda oturduğu stula yayxandı.
-“Yer üzündə bitən bütün ağaclar
qələmlərə dönsələr, dəniz də mürəkkəbə -
yeddi dəniz də üstəlik mürəkkəb olsa belə,
yazılmaqla bitən deyil Allahın kəlamları.” –
Axund son sözünü deyib qalxdı və “Mən
sizdən rüsxət istəyəcəm, vacib iĢim var”
deyib qapıya yönəldi.
-Süleyman əfəndi, dayan görüm,
bəs sənin mənə deyiləsi bir sözün
yoxuydumu? – qoca yerindən qımzandı.
Axund ona sarı qanrılıb gülümsündü:
-Qonağınızın olduğunu bilmirdim,
yoxsa narahat etməzdim... Əslində... Hə...
Bizim məscidin yuyat evinin motoru yanıb.
Suyumuzun da turbaları çürüyüb.
DəyiĢməlidir... GəlmiĢdim ki...
KiĢi ayağa qalxıb qonaqlarına tərəf
baxaraq “üzr istəyirəm” dedi, axundun
qoluna girib kabinetinə tərəf apardı.
Bir az sonra geri qayıdan Əmənov
üzünü Səməndər müəllimə tutub Ģövqlə
dedi:
-Səməndər müəllim, axundla
ulduzunuzun barıĢmadığını bilirəm, məncə
elə o sizə görə getdi. Bəs onun o ağıllı
sözlərinə nə əlavə edərdiniz?
Məclis əhli bu cavan kənd
müəlliminin nə deyəcəyini maraqla
gözləyirdi.
-Mən nə deyə bilərəm ki? Biz
iyirmi birinci əsrdəyik, amma hələ də
hansısa axmaq Ģeyx deyir ki, yer fırlana
bilməz, fırlansa göydəki təyyarə gəlib yerlə
toqquĢar... Yaxud baĢqa bir axmaq ərəb
Ģeyxi iddia edir ki, ər arvadının ətini yeyə
bilər. Üzr istəyirəm, bir axmaq da iddia edir
ki, ər ölmüĢ, hələ bədəni soyumamıĢ
arvadıyla cinsi əlaqədə ola bilər... Vallah
mən bilmirəm nə deyim? Bir onu bilirəm ki,
dahi Mirzə Fətəli bütün bu axmaqlara bir
kəsə cavab vermiĢdi: “Mən bütün dinləri
puç və əfsanə hesab edirəm.”
Filosof yerində qurcuxdu, Ģairin
qırıĢığı açıldı, stola içkilər düzən ƏĢrəf də
müəllimə ayaq verdi:
-Mənim kiçik qardaĢım ġərif deyir
ki, tək bu içkini qadağan etməyi olmasaydı,
dinimizə qalan Ģeyləri güzəĢtə getmək
olardı...
Soyuq-soyuq gülüĢdülər. Əmənov
əlini çənəsinə qoyub fikirli-fikirli dedi:
176 № 4 (16) QıĢ 2015
-Amma axundun arqumentləri
güclü arqumentlər idi... Bəs bunlara nə
deyirsən?
Müəllim təslim olana oxĢamırdı:
-Sokrat deyirdi ki, dediklərin
qarĢındakının anladığı dəyərindədir... Mən
Quran barədə danıĢmıram, onun
insanlarımıza bu günkü çatdırılması barədə
danıĢıram... Bəqara surəsində yer var:
“Girin bu kəndə, istədiyiniz kimi bol-bol
yeyin. Qapıdan içəri əyilərək girin...” Bizim
həmin bu axund bir dəfə vəzifə sahiblərinin
də iĢtirak etdiyi tədbirdə çıxĢ etdi və bu
ayəni misal gətirib belə Ģərh etdi:
“Ölkənizə, onun baĢçılarına səcdə edin
anlamındadır bu ayə.” Belə deyil axı! Niyə
xalqı mütiliyə, əyilməyə, sınmağa
səsləyirsən?! Yaxud baĢqa misal. Yenə
həmin surədə belə bir ayə var:”LeĢi, qanı,
donuz ətini və Allahdan qeyrisi adına
kəsiləni haram buyurmuĢ sizə Allah.” Bu
ayənin ardınca gələn fikri xalqdan
gizlədirlər. Halbuki ardınca bunlar
deyilib:”Ancaq kim məcburiyyət qarĢısında
qalarsa, baĢqasının payına əl uzatmadan və
zərurət miqdarını aĢmadan bunlardan
yeyirsə, bir günahı olmaz onun.
BağıĢlayandır, Rəhimdir Allah.” Sonuncu
səmavi kitabda Allahdan qorxmağa
çağırıĢla bərabər, onun BağıĢlayan, Adil,
Rəhman, Rəhim sifətləri də tərənnüm
olunub. Bizim mollalar bunları da xalqdan
gizlədirlər...
ġair baĢı ilə təsdiqlədi. Müəllim bir
az da vəcdə gəldi və fikrini belə tamamladı:
-Sonda mən bu fikirdəyəm ki,
Quranın insanlara göndərildiyi tarixdən
1400 il vaxt keçib. Quranın özündə, Ġslam
qayda-qanunlarında reformalara ehtiyac
var. Baxın, molla bu istidə o boyda
əmmaməni baĢına qoyub məclisə gəlib...
-Elə qəranilik haqda müxtəlif
fikirlərin olması əcaib deyilmi? – ƏĢrəf
tərəddüdlə dilləndi.
-Qəranilik... nəydi o? Hə yadıma
saldım... Əcaib məsələdir. ƏĢrəf bəy düz
deyir, çox maraqlı məsələdir... Filosof necə
izah edərdi qəraniliyi? – Hadıyev siqaretini
odlaya-odlaya Nazim Niyaza sarı döndü.
Bu toppuĢ, yumrupəsək adam iri,
domba gözlərini dolandırıb gah Əmənova,
gah qHadıyevə baxdı. Qəliz və tez-tez
danıĢan olduğundan ağsaqqal dostunun onu
sevmədiyini bildiyi üçün aramla, bir az da
aydın danıĢmaq üçün özünü topladı və içini
artlayıb nəhayət dilləndi:
-Mövzu o qədər Ģəffafdır ki,
harasınnan baxsan, rentgen Ģüası kimi bütöv
nahiyələrini görəcəksən... Karmaya görə*,
içi görünən nəsnə həqiqətə yaxındır. Sözün,
yəni qəraniliyin özü də elə Ģəffaf, bəyaz
anlamına gəlir. Ərəbcə qu quĢu, su quĢu,
bəyaz qız mənası verir.O ki qaldı qəranilik
məsələsinə... bu, əslində bir hədisdir.
“Ġslamın fəlsəfi qatları” kitabımda bunu
mən qneseoloji baxımdan açmağa cəhd
etmiĢəm. Nə dərəcədə nail olmuĢam, deyə
bilmərəm. Ġstəsəniz, həmin hissəni elə
kitabımdan oxuyardım.
Hamı bir ağızdan:
-Buyurun, - dedi.
Filosof divanın üstünə atdığı
çantasından cib kitabı formatında bir
kitabça çıxardıb vərəqlədi. Elə vərəqləyə-
vərəqləyə Əmənova baxıb “mən sonra bunu
sizinçün yazaram” deyib bir vərəq də
çevirdi, nəhayət, istədiyi səhifəni tapıb
oxumaq istədi. Qənimət müəllim yenə söz
atdı:
---------------------
*Zen fəlsəfəsində karma qanunu kənar aləmdəki
həyatı və təkrar doğuşları təyin edən universal
səbəbiyyət qanunudur
Üç aylıq ədəbiyyat dərgisi 177
-Amma yavaĢ-yavaĢ oxu ki, bir Ģey
baĢa düĢək.
Məclisdəkilərin gülüĢ sədaları
altda filosof aramla oxudu:
-Tarixi mənbələrdə qeyd
olunduğuna görə, bir gün Kəbənin
qabağında Məhəmməd Peyğəmbər
Quranın 53-cü surəsi olan “Nəcm” surəsini
oxuyarkən 19 və 20-ci ayələri olan “(Ey
müĢriklər!) Bir deyin görək (sizin ibadət
etdiyiniz) Lat və Uzza nəyə qadirdirlər?!
Digər üçüncü (büt) olan Mənət da
həmçinin?!” ifadələrini dedikdən sonra
Ģeytanın təlqini ilə vəhyə Allahın kəlamı
olmayan bəzi ifadələr qarıĢdırılmıĢ və
bunun təsirində qalan Həzrəti Peyğəmbər
fərqinə varmadan müĢriklərin Kəbəni təvaf
edərkən öz bütlərinə tərif yağdıran ifadələri
olan “Bunlar həqiqətən ulu varlıqlardır
(tanrılardır) və onların vasitəçi olaraq Ģəfaət
etmələrindən ümidvar olunar” cümlələrini
də tələffüz etdi. Bunu eĢidən müĢriklər çox
məmnun oldular və “Nəcm” surəsinin
axırında səcdə ayəsi olduğu üçün səcdəyə
qapanan Həzrəti Peyğəmbərlə birgə onlar
da səcdəyə qapandılar. Qəranilik hadisəsi
qısaca belə baĢ vermiĢdir. Düzdür, bunun
müxtəlif cür Ģərhləri, hətta mən deyərdim
ki, qatı dindarlar tərəfindən inkarçıları da
var, fəqət fakt faktdır. ġeytan var və Allahın
elçisini də çaĢdıra biləcək gücə malikdir...
Səməndər müəllim sevincək əlini
uzadıb onun əlini sıxdı:
-Var olun! Axır ki bir həmfikir
tapa bildim bu əldən-ayaqdan uzaq
əyalətdə! Mən də deyirəm ki, Allahın
böyüklüyünə Ģübhəm yoxdur, amma
ġeytanı da küçümsəmək olmaz... O həmiĢə
aramızdadır, hər zaman bizi yoldan çıxarda
bilər... Necə ki, Peyğəmbərin özünə təsir
edibdir...
Bu çoxbilmiĢ cavan adi kənd
müəllimi olmadığını məclis əhlinə nümayiĢ
etdirirmiĢ kimi əlini çənəsinə qoyub dedi:
-Bəs qiyamət günü və Dəccal
haqqında nə deyə bilərsiniz?
Nazim Niyaz respublikada
tanınmıĢ filosof sayılırdı. Onun üstünlüyü
həm onda idi ki, Quranı ərəbcə oxuya
bilirdi, Bibliyadan, Ġncildən, Tövratdan,
həm də Buddadan, Zen fəlsəfəsindən
xəbərdar idi. Onun bir mənfi cəhəti vardı ki,
həm özünün danıĢıq dili, həm də
kitablarının dili qəliz, fəlsəfi terminlərlə
dolu olurdu. Buna baxmayaraq,
məclisdəkilərçün onun söhbətləri maraqlı
gəlirdi.
-Bilirsiniz, bütün monoteist
səmavi kitabları birləĢdirən bir kod var:
Allah təkdir, vahiddir. Quran da Allahın
tovhidliyini birmənalı müdafiə edir: Allah
təkdir, Ģəriki yoxdur. Yəhudi dilində Ġl –
Allah deməkdir. Tövrat Ġlin – Allahın
təkliyini təsdiq edir. Ġsrail sözündəki “il” də
həmin anlamdadır. Ġncil də də belədir.
Amma bir də var Ģeytani anlam, Ģeytani
kod: burada tanrıya və onun elçilərinə Ģərik
qoĢulur. Ġsəvi təlimə görə axır əz-zəmanda
Ġsa Allahın hökmüylə diriləcək və
günahkarlardan hesab soracaq. Ġslamda da
bu var: qeyb olmuĢ 12-ci imam Mehdiyi-
sahib əz-zəman Allahın hökmüylə gələcək
və günahkarlardan hesab soracaq. Bax,
bunlara tərs olaraq Dəccal ortaya atılmıĢ və
küfr Ģəklində bildirilmiĢdir ki, dünyanın
sonuna yaxın Dəccal gələcək, hamıdan
hesab soracaq. Özü də görün bu Dəccal
necə gələcək?
Əmənov əlini əlinə sürtdü:
-Sağ ol, Nazim əfəndi! DanıĢ,
danıĢ maraqlıdır...
“Əfəndi” sözündən qürrələnən
filosof nitqini bir az da sadələĢdirməyə
178 № 4 (16) QıĢ 2015
çalıĢaraq, çox astadan həvəslə danıĢmağa
baĢladı:
-“Dəccal” kəlməsi ərəbcə dəcələ
kökündəndir, mənası hiyləgər, fitnəkar
anlamındadır. Dəccalın baĢqa bir kökü
“tədcil”dir ki, onun da anlamı qızılla
örtmək, qızıl suyuna çəkmək mənası verir.
Adi dəmiri qızıl suyuna çəkib qızıl adına
satmırlarmı? O anlamdadır bu ifadə, yəni
saxta, qəlp. Batili örtülü, qaranlıq, zahiri
aldadıcı gözəlliyə bürünmüĢlər də Dəccala
xidmət edənlərdir. O sözün təsirilə Ģəklini
dəyiĢmiĢ bir söz var dilimizdə, “dəcəl”.
Adətən özünü yaxĢı aparmayan, sözə
baxmayan uĢaqlara deyilər bu söz... Ġslami
təlimə görə Dəccal hər növ yalan, hiylə,
saxta, qəlp, cadu, sehr kimi kimi çirkin
vasitələrdən istifadə edərək hər növ batil
iĢlərə haqq donu geyindirəndir... O
çirkinliyi gözəllik, pisliyi yaxĢılıq,
cəhənnəmi cənnət kimi təqdim edəcəkdir.
Onun fitnə-fəsadı Batıdan Doğuya kimi
yayılacaqdır. Onun fitnələrinin əsasını
musiqi və qadın cazibəsi təĢkil edir.
Peyğəmbərin hədislərində Dəccalın fitnələri
“əĢhədül-fitnə”, yəni fitnələrin ən böyüyü
kimi keçir. Bu dediklərim Muttəqi əl-
Hindinin“Kənz əl-Ümmal”
risaləsindəndir...
ġair filosof dostunun yerli-yataqlı
izahatından vəcdə gələrək qəfildən dedi:
-ġeyx Sədi bu misralarıyla sanki
bunu nəzərdə tutmuĢdu:
Heç seyqəl götürməz zatı pis dəmir,
Nə qədr çalıĢsan, bədgövhər olar...
-Bəs ĠġĠD haqqında nə deyə
bilərsiniz? – Əmənovun ortaya verdiyi bu
suala deyəsən, heç kim cavab vermək
fikrində deyildi. Amma araya çökən sükutu
yenə Ģair pozdu:
-Bu imperializmin yeni layihəsidir.
Əfqanıstanda, Ġrakda ortaya atılan
layihələrin davamıdır. Böyük güclər həmiĢə
müsəlmanların baĢını qatmaq üçün zaman-
zaman belə üsullardan istifadə ediblər.
Sünni-Ģiə, vəhabilik və sair təriqətlər islamı
zəiflətməyə xidmət edib.
-Qayım bəyin sözünə qüvvət, bu
dəfə hədəfdə Ġran və Türkiyədir. Suriyada
rus-amerkan savaĢı açmaq, əslində
Türkiyənin, Ġranın qulağının dibində dünya
savaĢına rəvac verməkdir. Görərsiniz, gec-
tez Ġranla Türkiyə üz-üzə gələcək...
Bu vaxt qapı açıldı, süfrəyə
baxanlardan kimsə gəlib Səməndər
müəllimin qulağına nəsə pıçıldadı. Rəngi
ağarmıĢ müəllim cəld ayağa qalxıb getməli
olduğunu dedi, məktəbdə nəsə baĢ
vermiĢdi. Əmənov təkid etsə də, o
sağollaĢıb çıxdı.
Əmənov narahat halda müəllimin
arxasınca baxdı:
-Düzü, mən bura gələn gündən
məktəbə yardım etmək istəmiĢəm... Əslində
xırda-para köməyim olub da... Amma...
Mən yeni məktəb tikmək istəyirdim...
Dedilər, kəndin məscidi yoxdur... Məcbur
olub məscidi qabağa saldırdım... Sonra bu
mülkü tikmək lazım gəldi. Daha sonra icra
baĢçısı rayon mərkəzindəki poliklinikanın
tikintisini xahiĢ etdi... Keçən il məktəb
binasını baĢlamaq istəyirdik ki, Olimpiya
kompleksini yuxarıdan sifariĢ etdilər...
Rayon mərkəziylə bizim kəndə gələn yolun
üstündə tikmiĢik... Yəqin gələndə
görmüsünüz?
-Hə, hə... Gözəl binadir! –
Qənimət müəllim təsdiqlədi.
-Nolsun? – Əmənov onun qulağına
pıçıldadı. – Bom-boĢ qalıb... camaat çörək
hayındadır, idman kimin yadına düĢür ki?..
Üç aylıq ədəbiyyat dərgisi 179
Nərddən sonra bir az çərəzlə pivə,
viski, konyakların dadına baxdılar və
yeməyəcən söhbət ertmək qərarına gəldilər.
Yenə ilk sözü Əmənov dedi:
-Çox sevindim ki, Qənimət
müəllimin yazar dostları da bizim evə təĢrif
buyurublar... hərçənd ki, mən bir az kəndçi
olmuĢam son illərdə... amma...
Stol baĢındakılar bir-birinin
dalınca gülüĢdülər. Əslində bu “siz nə
danıĢırsınız, sizdən yoxdu” anlamına gələn
gülüĢ idi.
-...amma yəqin kitab rəflərimizi
gördünüz, bizm ailə oxuyandır; hər axĢam
ən azı bir neçə səhifə oxumasam, yata
bilmərəm. Mənimçün maraqlıdır, bu gün
Azərbaycanda ədəbiyyat yaranırmı? Səməd
Vurğun, Süleyman Rüstəm kimi, Mirzə
Ġbrahimov, Süleyman Rəhimov kimi
yazıçılarımız yetiĢirmi? Düzü, müasir
ədəbiyyatdan bir az xəbərsiz kimiyəm...
Hamı Ģairə baxdı, amma o da
filosofa göz vurdu. Qənimət müəllim
filosofun qəliz danıĢığından ehtiyatlanıb
israrla Ģairə baxdı:
-Qayim bəy, biz sizi eĢitmək
istəyirik.
ġair ƏĢrəflə yaĢıd olardı, bəlkə də
bir az cavandı. Amma üzünün solğun rəngi,
gözlərindəki həyat eĢqinin sönüklüyü, illah
da əyin-baĢının nimdaĢlığı adamı ondan
soyudur, irməndirirdi. Elə bil nəinki
danıĢmağa, yaĢamağa da ərinirdi. Amma o,
həqiqətən son illərin ümidli yazarlarından
sayılırdı. Kitabları çətinliklə çap olunsa da
(maliyyə yoxluğundan), qəzetlərdə,
saytlarda tez-tez görünürdü silsilə Ģeirləri.
Siqaret tutmaqdan saralmıĢ
barmaqlarını stola basaraq qımzandı, amma
ayağa qalxmadan dilləndi:
-Bütün zamanlarda ədəbiyyatın
meydanı dar olub. Əvvəllər çarlar,
padaĢahlar yazıçını sarayında saxlamağa
çalıĢıb, sovet vaxtı da partiya-dövlət
xadimləri...
Söz Əmənova toxundu, əlini
qaldırıb bir fırladı, yəni saxla:
-ġair, məsəl var dədənlə dədəmi
neynirsən, özümlə özünnən danıĢ... Bu gün
Azərbaycanda ədəbiyyat yaranır?
ġair pərt olmuĢdu. Amma bunu
büruzə verəcək halda deyildi təbii ki:
-Sayın Mayıl müəllim, əlbəttə
yaranır. Amma biz sənət adamlarını əzən
bir nəsnə var: pulsuzluq! Biz
yazdıqlarımıza görə qonarar ala bilmirik,
kitablarımız satılmır...
-Elə yazın ki, satılsın də... Çingiz
Abdullayevinkiləri niyə alırlar? – Bunu
Qənimət müəllim dedi. Amma filosof daha
dözə bilmədi:
-Əfəndim, o cür deyil axı məsələ,
məsələ belədir ki, biz rasional təfəkkürün
hüdudlarını düzgün müəyyən edə bilmirik,
bunu edə bilsək, irrasional fikirlərə hamilə
olmuĢ ədəbi çevrənin təhtəlĢüura
meyillənməsinə yol açmıĢ olarıq. Hələ bu
nümunəyə baxın:
Ey nakəsin cövrünə mübtəla olan
bikəs,
Səni ağrıtdımı bu soyhasoy,
kəshakəs?
Gülün bülbülə meyl etməsi deyil
fühuĢ,
FühuĢ odur ki, cismində qalmamıĢ
nəfəs, - bu əntiq misralardakı ədəbi kəĢflərə
diqqət etsəniz, ədəbiyyatımızın yenə də
yarandığını görmüĢ olarsınız.
Mayıl kiĢi doğrudan da hayıl-mayıl
olmuĢdu və dözməyib soruĢdu:
-Bu misraların avtoru kimdir?
ġair təvazökarlıqla baĢını aĢağı
salıb dedi:
-Bəndənizə aiddir, Mayıl müəllim!
-Afərin! ġəxsən mən, sizin bu
misralarınıza böyük bir qonarar verməyi
180 № 4 (16) QıĢ 2015
boynuma götürürəm. Sizi yola salanda bunu
edəcəyəm! – dedi.
Sonra filosof yenə danıĢmağa
baĢladı. Daha ona heç kim qulaq asmırdı.
Əmənov Hadıyevin qulağına dedi:
-Bu fuhuĢ nə məna verir?
O çiynini çəkdi:
-Düzü, mən də bilmirəm. Bəlkə
fiĢəng-zad mənasındadır?
Sonra yemək gəldi. Filosof isə hələ
də danıĢırdı...
AxĢam üstü filosof ata evinə baĢ
çəkmək üçün icazə alıb getdi. ƏĢrəf də
onun arxasınca çıxdı – onu yola salacaqdı.
Gənclər, nəhayət ki, özünü məclisə yetirən
ġərifin müĢaiyətilə kafeyə baĢ çəkmək üçün
mülkü tərk etdilər. Həyət qapısında Nazim
Niyaz ƏĢrəfi kənara çəkdi və pıçıltıyla dedi:
-Mən iki gün olar gəlmiĢəm. Çox
sevindim ki, sizə buranı – doğma yurdumu
niĢan verməklə səhv etməmiĢəm. Çox
dəyiĢikliklər eləmisiniz. Yeni iĢ yerləri,
məçid, idman kompleksi, elə bu gözəl
mülk... Broyler açmısız, təsərrüfat
qurmusuz... Küçələr asfalt, iĢıqlı... Əmbə
bir nigarançılığım var: kənddə adamlarda
nəsə bir naümidlik gördüm. Elə bil içləri
keçib... gənclər isə... Dünən aĢağı
qəbiristandaydım. Doğmaların qəbirlərini
ziyarət eləməyə getmiĢdim... Bir dəstə
cavan gördüm... yerlə sürünür, ağlayır,
gülürdülər... Bir nəfərdən soruĢdum bu hala
düĢmələrinin səbəbini. Dedi, nəĢəlidilər...
Hələ bir belə söz də dedi, düzdür, mən ona
inanmadım, amma dediyini deyirəm: guya
qardaĢın ġərif kənddə gizli Ģəkildə çətənə
yetiĢdirir, hətta emal etdirir... yerli
polislərin əliylə qonĢu rayonlarda, hətta
Bakıda satdırır?..
ƏĢrəf daha dözə bilmədi:
-Professor, bilirsiniz ki, Ģəxsinizə
ailəmizin böyük hörməti var... Düzdür,
qardaĢım nöqsanlardan xali deyil... əslində,
mən belə Ģayiələrə inanmıram... Amma sizə
söz verirəm: atamla bu məsələni mütləq
müzakirə edəcəyəm... Ġndi isə vaxtınız
varsa, gedək broylerə, orada elədiyimiz
yenilikləri görmənizi istəyirəm... Həm də
Ģəhərə gedəndə on ədəd toyuq
paketlətmiĢəm, götürərsiniz...
Filosof toyuq sözünü eĢidəndə
qımıĢdı “nə zəhmət” deyib xudafizləĢdi.
Qapıdan çıxa-çıxa ƏĢrəfin “gözləyəcəm ha”
kəlməsinə “gələcəm, mütləq gələcəm”
cavabını verib uzaqlaĢdı.
***
ƏĢrəf isə çox tutqun idi. Düzdür,
Nazim Niyazın qardaĢı haqqında dediyi
sözlər də onun kefini qaçırmıĢdı. Amma tək
o deyildi. Bu azdanıĢan, ciddi gəncin – gənc
də demək düz deyildi bəlkə, hardasa yaĢı
35-lə 40-ın arasındaydı – son zamanlar
ailədə problemləri yaranmıĢdı. Həyat
yoldaĢı Elvira buynuz çıxartmağa
baĢlamıĢdı. Atasının təklifi ilə doğma
rayonlarından seçib aldığı bu qızla hətta
qədim qohumluq bağları da vardı. Ġnsafən
zirək, ağıllı, savadlı bir xanım idi. Bir qız,
bir oğul anası olan Elvira son zamanlarda
namaz qılmağa baĢlamıĢdı. Ramazan
vaxtları oruc tutar, ciddi-ciddi dini rituallara
riayət edərdi. ĠĢ o yerə çatmıĢdı ki, qadın
ərinin də namaz qılmasını tələb etməyə
baĢlamıĢdı. ƏĢrəf bu iĢlərin yaxĢı nəticə
verməyəcəyini artıq görürdü, amma bir çarə
də qıla bilmirdi. Axı nə edə bilərdi? Ona
dindar olmağı qadağan edə bilməzdi ki?
Bir-birinin bəhsinə indi qadınların bir çoxu
namaz qılır, baĢlarını bağlayırdılar. Pis
orasındaydı ki, doqquz yaĢlı qızı, altı yaĢlı
oğlu da analarının tərəfini tuturdular –
ondan əməlli-baĢlı soyumuĢdular... Nəysə,
çox çətinə düĢmüĢdü ƏĢrəf.
Üç aylıq ədəbiyyat dərgisi 181
***
Əmənov, Hadıyev və Ģair Qayım
Qədim nərdə giriĢdilər. Nərdin Ģirin yerində
qəfil Hadıyev soruĢdu:
-Mayıl müəllim, gərək ki, sizin bir
tərəfiniz ġuĢadandır?..
Samılayıb atmaq istədiyi zər
kiĢinin əlində qaldı. BaxıĢları harasa dikildi.
Bir ah çəkib lap yazıq adam kimi dedi:
-Həəəə... elədir... ana tərəfim
oaralıdır...
ġairin təklifi ilə nərdi yığıĢdırdılar.
Və Əmənovdan xahiĢ etdilər ki, bir az
ġuĢadan, o torpağa onları bağlayan tarixi
köklərdən danıĢsın. KiĢi elə bil bircə anda
büküldü, yığıĢıb yumağa döndü. Ziyası
azalsa da, hələ də dərinliyində çoxlu sirlərə
Ģahidlik etmiĢ gözlərini yuman kimi oldu və
ayrı vaxtlar adi bir adam təki danıĢan bu
adam, birdəncə dönüb bir tarixçi kimi yerli-
yataqlı danıĢmağa baĢladı:
-Yəqin “Qarabağnamə”lərdən
xəbəriniz var... Onların hamısında qeyd
olunur ki, Qarabağ xanının Mirzə Vəli
adında bir mirzəsi vardı. Day baĢınızı
ağrıdıb onun Ġrana necə girov qismində
aparıldığını-filanı geniĢ danıĢmıyacam,
bunu oxumuĢ olarsınız... Kəsə deyim ki,
Qacar ġuĢaya birinci hücumundan sonra
Ģəhərin mühasirəsini bircə Ģərtlə ləğv edir
ki, Ġbrahim xan ona üç əziz adamını girov
qismində verəcək: ordu baĢçısı Məhəmməd
bəy Batmanqılınc, əmisi oğlu, el-obada
sözü keçən ağsaqqal Əbdüssəməd bəy və
eĢikağası Mirzə Vəli... Bir alim, və
öncəgörən rəmmal olan Mirzə Vəlinin
Ġranda top ağzına qoyulub atıldığını
bilirsiniz, Əbdüssəməd bəyin də sonu
faciəli oldu... Məhəmməd bəy də meĢəyə
qaçmıĢdı... Sözüm bizim ulu babamız Mirzə
Vəliyə dairdir... Mirzə Vəlinin Ġranda
faciəli ölümündən sonra Ġbrahim xan
Zəngilan, Meğri və Ağdamda bəzi kəndləri
Əbdüssəməd bəylə Mirzə Vəlinin
övladlarına verdi qan ucundan. Əslində bu
qan bağlamaq idi... Bizim ana nəslimizin
əsas adamı olan Mirzə HaĢım Zərrinqələm,
hansı ki, Mirzə Vəlinin oğluydu, gəlib
Zəngəzurun Baharlı kəndlərində binə
qurdu, o kənd-paraların təsərrüfatına yiyə
durdu, gəlir-çıxarına sahib oldu. Sovet
qurulanda o kəndlərin bir neçəsi Zəngilan
rayonunda, biri Ağdamda, biri də
Kafandaydı... Zəngilandakı Baharlı kəndləri
Baharlı çayının üstündə yerləĢmiĢdi. Biri
Araza yaxın olan Muğadəm Baharlısıydı.
Biri ondan bir az yuxarıdakı Taydolaq
Baharlıydı, sonralar üç kəndə bölünmüĢdü:
Qaradərə, Qaragöz və Ördəkli. Biri də
Keçəllər Baharlısıydı ki, bura da üç kənd
daxildi: ġəfibəyli, (əsl adı ġahgəliymiĢ)
Rəzdərə və MəĢədiismayıllı... Mənim ana
tərəfim olan Mirzə HaĢım Zərrinqələmin
özü Muğadəm Baharlısında otururmuĢ.
Burada məktəb açıb, məscid tikdirib, kəndi
abadlaĢdırıb... Bu barədə “AĢiqlər”* adlı bir
kitab yazılıb, onun əsasında film də
çəkilib...
-Qacarın ġuĢaya hücumları nəylə
bağlıydı, iĢğalçılıq, ya ġuĢaya olan maraq?
– Bu sualı Hadıyev verdi. Əmənov həvəssiz
halda Ģairə baxdı, yəni cavabı sən ver.
-Əvvala, bu iĢğal-filan deyildi, bir
Azərbaycan Ģahı kimi torpaqlarımızı
birləĢdirmək istəyiydi... Ġkincisi də, ġuĢa
artıq hər yana səs salan bir mədəniyyət
mərkəzinə çevrilmiĢdi. Bu səbəbdən rus da,
osmanlı da, Qacar da ora maraq göstərirdi.
-ġair, ikinci hücum zamanı maraqlı
bir məktublaĢma olur Qacarla Ġbrahim xan
arasında, bəlkə onu danıĢasan? - Əmənov
dilləndi.
---------------------------------
*Burada söhbət müəllifin “Aşiqlər” elmi-
publissistik kitabından gedir.
182 № 4 (16) QıĢ 2015
ġair romantik bir Ģəkil alıb
gözlərini qıyaraq dedi:
- Səməd Vurğun “Vaqif” dramında
Qacarı çox aĢağılayıb. Halbuki
tariximizdəki bir-iki böyük Ģəxsiyyətdən
biriydi Ağa Məhəmməd Ģah Qacar. Bu türk
əsilli Ģah əslində Ġranı bir türk dövlətinə
çevirməkdəydi... Hə, 1797-ci ildə ġuĢaya
ikinci hücumu zamanı Ģah belə bir məktub
göndərmiĢdi Ġbrahim xana:
Zi-məncanaqe-fələk sənge-fitnə mibarəd,
To əbləhanə kirift miyaneyi-ġiĢə qərar.
Yəni ki,fələyin mancanağı fitnə
daĢını sənin üstünə yağdırır, sən də
axmaqcasına ĢiĢənin, yəni ġuĢanın içində
gizlənmisən.
Tarixçi yazır ki, Ġbrahim xan
məktubu oxudub çox qəzəbləndi və onu
vəziri Vaqifə verdi ki, Ģaha səhih bir cavab
yazsın. Vaqif də təbli Ģair idi axı, gərək
olanı deyəsən, Rusiyanın tərəfdarı olsa da
böyük Ģair, söz ustasıydı. O farsca yazılmıĢ
bir beytlik məktuba elə farsca da cavab
yazır:
Gər nigahdare-mən anəst ki, mən midanəm,
ġiĢəra dər bəğəle-səng nigah midarəd.
Mənası bu ki, məni qoruyub
saxlayan mən tanıdığımdırsa, inanıram ki, o
ġiĢəni daĢın içində də qoruyar. Bu barədə
rəhmətlik Yusif Vəzir Çəmənzəminli “Qan
içində” adlı gözəl bir roman yazdı.
-Əhsən, Ģair! – Bunu Hadıyev dedi
və stəkanını Ģairin stəkanıyla toqquĢdurdu.
Əmənov ayağa qalxdı, Ģairi özünə tərəf
çəkib öpdü və Ģərab dolu qədəhini Ģairin
qədəhinə vurub gülümsündü:
-ƏĢrəf, Ģairin bu gözəl söhbətini
adımıza layiq qiymətləndirərsən! Onun da,
Nazim müəllimin də kitablarına biz
sponsorluq edəcəyik bundan sonra!..
Sonra yenə qonaqlara üzünü tutub
Ģövqlə dedi:
-Hə, bir də bizim bu territoriyada
istədiyiniz yerləri gəzin, qeydlər edin,
qəzetlərə məqalə hazırlayın, amma Ģəhərə
qayıtmaq barədə fikirləĢməyin hələ... Çox
böyük. Respublika səviyyəli tədbirimiz
olasıdı... Bir neçə obyektimizin açılıĢını
edəcəyik... Siz tarixi anlara Ģahidlik
edəcəksiniz...
ġAĠR QAYIM QƏDĠM
ġair Qayım qədim kəndin ayağındakı
kafenin arxasında tikilmiĢ qonaq evində
çarpayıda uzansa da, yata bilmirdi.
Qurcuxa-qurcuxa düĢünür, düĢünürdü...
“Kiplinqin məĢhur misraları
necəydi?
Məni döyüĢdən əvvəl
Bircə Ģeydi qorxudan
DöyüĢlər qurtaranda
Birdən bəlli olsa ki,
Təkcə mənəm sağ qalan...
Bəli, indi bu dörd divar arasında
təkəm. Bir mənəm, bir də vicdanım. Ġndi
özüm-özümə hesabat verirəm. Mənim
burda nə iĢim var? Niyə Nazimin, bu düĢük
filosofun təklifini qəbul edib bura gəldim?
Bir tikə çörəyim var evdə? Var. Bəs nə
istəyirəm? MaĢın? Çoxlu pul? Vəzifə?
Onsuz da bunların heç biri olmayacaq. Olsa
belə, mən bunlarçün yaranmamıĢam axı.
ġairlik mənə görə kəfənini boynuna
dolamaqdır. Nəsimilikdir, Sabirlikdir,
Hadilikdir, Eldar BaxıĢlıqdır... Elə bu illər
ərzində mən belə yaĢamadımmı? Bəs bu
son bir neçə ildə nəydi məni sındıran?
Üç aylıq ədəbiyyat dərgisi 183
Əyilən kimi, sınan kimi istedadım da sabun
köpüyü kimi üflənib yox oldu... Elə bil
himə bəndmiĢ... Ġndi mən nə edim? Köhnə
Ģeirlərimin havasına yaza bilərəm bir
müddət. Bilirəm. Amma bunun da sonu var
axı. ġair həmiĢə göz önündədir... Hanı
Ramiz RövĢən? Hanı Salam Sarvan?.. Hanı
AqĢin Yenisey? Bu parıltı tez çaxıb, tez də
sönən ĢimĢək kimidir... Mən heç bu ĢimĢək
qədər də ola bilmədim axı. Elə təzəcə
alıĢmaq istəyirdim ki, tüstüləndim... Fıs
çıxdı hər Ģey... O iki kitabla ədəbiyyatın
harasında qalacam?.. Necə deyib? Birdən
bəlli olsa ki, təkcə mənəm sağ qalan...
Oy!!!!!! Qoy durum bir stəkan da araq
vurum, bəlkə bu zəhər-zəmbərək
duyğulardan azad ola bildim... Cəhənnəm
ol, Kiplinq! Sən heç sınmadınmı? Nə
istəyirsiniz məndən? Nəsimi də, Sabir də,
Hadi də rədd olsunlar!.. Eldar BaxıĢa dilim
gəlmədi... bağıĢla Ģair, səndən sonra da Ģeir
yazılır. Nə yazıqlar ki...”
(ġair Qayım Qədimin ilk kitabı
çıxanda o qədər səs-küyə səbəb oldu ki,
üzdə olan həmyaĢıdları aĢkar paxıllığını
çəkməyə baĢladılar. Qızlar mesajı mesaj
dalınca yazırdı. Hər gün qonaqlıqdaydı.
Tanımadığı adamlar belə ona yarınır, hətta
zorla qonaqlıq verir, cibinə pul basırdılar.
Bir dəfə yaĢlı nəslin nümayəndələrindən
olan bir-iki Ģairin məclisinə düĢmüĢdü. Elə
oradaca ona təklif elədilər ki, kitabını
Mədəniyyət Nazirliyinin mükafatına təqdim
eləsin. Amma bununçün gərək Ģair Vidadi
Qarabağlıya bir yaxın adam tapasan
əvvəlcə. Yəni onsuz çətin olardı. Çox
vurmuĢdu deyəsən, heç nə dediyini bilmədi.
Tək o yadında qalıb ki, bunları demiĢdi: “O
nazirinə Ģeir yazan, Ģeirdə nazirə “dilinə
qurban” deyən Qarabağlı? Görün hansı sitat
gətirmiĢdi nazirdən: “Mən həyatım boyu
insanlara o qədər yaxĢılıq eləmiĢəm ki,
innən sonra nə qədər pislik eləsəm Allah
günahımdan keçər”. Siz deyin, bu cür Ģairə
mən gedib yaltaqlanımmı? Allah xatirinə, əl
çəkin məndən! Mənə mükafat-zad lazım
deyil...
Elə bu əhvalatdan bir az sonra
qəzetlər, saytlar müəmmalı Ģəkildə onun
Ģeirlərini çap eləməkdən imtina etməyə
baĢladı. Hətta çapa hazırlanan kitabının çapı
da dayandırıldı. Həmin qocalardan biri onu
baĢa saldı ki, get ORA, Ģairdən üzr istə.
Onu ilk dəfə belə sındırdılar...
Düzdür, o SINMADAN sonra ona o
mükafatı verdilər, daha o mükafat da onun
sınığına kömək olmadı. O SINIQ indi də
var ki, sızıldayır hərdən... Bir SINMA da
var onun yaddaĢında. Onu da xatırlamaq
istəyirdi, amma halı qalmamıĢdı. Beyni elə
sızıldayırdı ki, xatirə-zad yeri deyildi...)
Bir çappa stəkan arağı baĢına çəkib
para almanı diĢləsə də, yeyə bilmədi –
gözləri öz-özünə yumulurdu...
ĠLLÜZĠYA
ġair gecədən içdiyi arağın təsirilə
keyləĢmiĢ orqanizmini tənzimləmək üçün
elə yataqdaca əl-ayaq hərəkətləri elədi.
ĠdmanaoxĢar bu hərəkətlər onun halını daha
da pisləĢdirdi, ağzından qara su gəldi, zəhər
kimi tam duydu. Durub hamama qaçdı.
Öyüdü. Qaytarmağa çalıĢdı. Sonra baĢını
duĢun altına soxub bir müddət beləcə qaldı.
Hamamdan çıxandan sonra bir az
yüngülləĢdiyini hiss etdi. Amma anladı ki,
içməsə baĢı düzəlməyəcək. Kafeyə gəlib
qara çay, limon və yüz qram araq sifariĢ
elədi. Yemək isə ağlından belə keçmədi.
Nəsə yesə qaytara bilərdi. Arağı limonla
vurub üstündən isti çay içdi. BaĢı bir az
düzəldi. Nədənsə axund fikrindən çıxmırdı.
Mütləq onunla görüĢməyi düĢünürdü. Elə
bu məqsədlə Nazim Niyaza zəng vurdu və
məsciddə görüĢməyi planlaĢdırdılar.
184 № 4 (16) QıĢ 2015
Axund onları məscidin həyətində
qarĢıladı. ġairin bir saat qabaq içdiyi arağın
iyi onu vursa da, özünü o yerə qoymadı.
-Ay xoĢ gəlmisiniz, xoĢ
gəlmisiniz... – mollanın səsində bir
qəribəlik vardı. Elə bil dünənki adam
deyildi. Tam ciddi, hələ bir az da məmur
görkəmi almıĢdı.
-Axund, dünəndən sizi düĢünürəm.
Düzü, söhbətləriniz məni məftun eləmiĢdi.
Uzaq əyalətdə belə bir din xadimi ilə
qarĢılaĢacağımı güman etməzdim...
Axund araqçınını (bu dəfə
əmmaməni araqçın əvəz eləmiĢdi) götürüb
baĢını əli ilə tumarladı, sonra araqçınını
baĢına qoyub dedi:
-Mən, əslində Ģeyx həzrətləri
tərəfindən bura sürgün olunmuĢam...
Onlar böyük zaldan keçib axundun
kabinetinə girdilər. Rahat kreslolarda
əyləĢən kimi çay gəldi. Mixəyin, darçının
ətri otağı bürüdü.
Axund qarĢısındakı açıq
kompüterin məlum giriĢinə tıklayaraq onu
söndürdü.
-Necə yəni sürgün? – Ģair
təəccüblə soruĢdu.
Axund kəhraba təsbehini
Ģaqqıldada-Ģaqqıldada dedi:
-Mən universiteti bitirən kimi
təyinatımı Sumaqyıt məscidinə almıĢdım.
Amma orada iki illik iĢim Qafqaz
Müsəlmanları Ġdarəsinin, Ģəxsən Ģeyxin
xoĢuna getmədi, məni bura mədəni sürgünə
göndərdilər...
-Nə idi xoĢa gəlməyən? – bunu
Nazim Niyaz soruĢdu.
-Mən qalstuk bağlayırdım,
kostyum geyinirdim, Türkiyədəki dindarlar
kimi. Bunu irad tutdular. Amma mən onlara
bir qəzet məqaləsi ilə cavab verdim. Bunu
həzm edə bilmədilər...
-Amma burada əmmamə, araqçın
qoyursunuz, əba geyinirsiniz? - Ģair heyrətlə
dedi.
-Neyniyim, deyirsiniz burdan da
qovsunlar məni? Onsuz da onlar qələmimi
qırmıĢdılar, daha da irəli gedib özümü də
sındırmalarına imkan verə bilməzdim...
ġair ürəyində “Əslində elə
sındırıblar səni... mənim kimi...” dedi.
Axund isə həvəslə danıĢırdı:
-...özü də Əmənovun da bu cür
geyinməyimdən xoĢu gəlir. Elə rayonun
icra baĢçısı da çox hörmət qoyur mənə.
Ġnanmayacaqsınız, bunların hamısı
geyimimə görədir... Bu günlərdə rayonda,
elə bu kəndin, daha doğrusu qəsəbənin –
indi bura qəsəbə statusu alıb – özündə bir
neçə mühüm abyektin açılıĢı olacaq...
Təsəvvür edin ki, rəyasət heyətində hamısı
qara kostyumlu adamlardır, tək mən ağ
əmmamədə, ağ əbadayam... Yəni fərqlilik
budur... allah təbarüki və təalə biz islam
hümmətinə verdiyi bir xüsusiyyət də
baĢqalarından seçilməyimizdir: haqqı-
ədələti qorumaq, elmi uca tutmaq, allaha,
onun övliyalarına ehtiram bəsləmək, namaz
qılmaq, oruc tutmaq...
ġair ərklə axundun sözünü kəsdi:
-Hamısına əməl eləsək də,
birinciyə əməl eləmirik, ya axund...
Axund diksindi. Çiynini oynatdı,
əbasının aĢağı sürüĢmüĢ qolunu yerinə
oturtdu və dedi:
-Haqq-ədalətimi deyirsən? Axı...
Filosf Nazim Niyaz nəhayət
dözmədi:
-Axund Süleyman, Freydi
oxuduğundan xəbərdaram. O deyirdi:” Biz
indiyədək, mədəniyyətin psixi sursatları
sırasında ən önəmli bir yeri tutan bir
nəsnəni xatırlamağa gəlib çatmamıĢıq. Bu,
mədəniyyətlərin hamısının içində çox geniĢ
yer tutan dini baxıĢlardır...” Freyd dini
Üç aylıq ədəbiyyat dərgisi 185
baxıĢları illüziya ilə müqayisə edirdi və elə
haqqında danıĢdığım kitabın adı da “Bir
illüziyanın gələcəyi” adlanır. Çox təəssüf
ki, biz dini baxıĢları ancaq din kimi
anlayırıq, amma din axı həm də elmdir...
Biz dini elmlikdən çıxardıb qorxu aləti
eləmiĢik... Sənin xəbərin varmı ki, indi
insanların bir çoxu vəhabizmə meyl edir?
Axund sağ əlini qaldırıb hirslə
yellədi:
-ġükür, Ģükür allahın birliyinə ki,
bizdə belə biağıllar yoxdur...
ġair zoqquldayan baĢını kreslonun
arxasına söykədi:
-Ya axund, eĢitmiĢəm ki, buralarda
bir mağara olub... –Üzünü Nazim Niyaza
tutdu: - Kimin mağarası?
Nazim Niyaz özünü itirdi.
Söhbətin bura gələcəyini zənn etməmiĢdi
deyəsən:
-Zadın... Ucubuluğun... ƏĢĢi, bu
mifdir... mifologiyadır...
Axund lap təbdən çıxdı:
-Bissmillahi-rəhmanül-rəhim,
əzzü-billahi minəĢeytani rəcim... QardaĢlar,
allah birdir, vahiddir, Ģəriki yoxdur. Onun
yer üzündəki nümayəndələri də biz din
xadimləri və yerli rəhbərlərdir. Mən bu
rayonda anadan olmuĢam, bu kənd-kəsəyə
də əlimin içi kimi bələdəm. Burda mağara-
zad olmuyub. Olubsa da, qədimlərdə olub,
içində də Ucubuluğmu, adamyeyənmi, ya
nəmi olub, olmuyub, indi bunun hamısı
unudulub gedib... day təzədən qurd-quran
açmağın nə mənası?
ġair pərt olmuĢdu. “ġəhərcik” adlı
romanda oxumuĢdu Ucubuluq barədə.
Xanqulu Ağaquliyev adlı bir vəzifəli
adamla bir dəfə bir məclisdə yoldaĢ
olmuĢdu. O kiĢi vəzifəli olsa da, pulunu
balta kəsməsə də, çox sadə və səxavətli
adam idi. ġair Qayım Qədim bir bənd
Ģeirini söyləmiĢdi o məclisdə. O bənd
beləydi:
Bizi insanların əyərindən-əskiyindənmi
yaratdın,
Tanrım?
Ya bizi yaradanda Ġblisin qanından
qanımıza qatdın,
Tanrım?
Ya bizi yaratmayaydın, heç bu yer üzünə
atmayaydın,
Ya yaradırdın qanımızı qatmayadın,
Tanırm...
Ağaquliyev Ģeiri eĢidən kimi beĢ
dənə yüzlük dolları onun döĢ cibinə basmıĢ,
sonra vizit kartını da vermiĢdi. Üç aydan bir
ona zəng edər, gedib qəbulunda gözləyər,
kabinetinə girib bir təzə Ģeir oxuyar,
nəmərini alıb gedərdi. O kiĢini də çox
gördülər Ģairə. Tutub damladılar heç nəyin
üstündə.
Ağaquliyev yadına düĢəndə
gövrəldi. Onun Ucubuluq haqqında
söhbətləri, rəssam oğlu Nəsibin dəlixanada
Ucubuluğun rəsmini sulu boya ilə iĢləməsi,
rəvayətə görə Ucubuluğun muğam səsindən
bir qalaçada, yaxud bir mağarada yuxuya
getməsi, o mağaranın, yaxud qalaçanın
OfĢar deyilən yerdə yerləĢməsi... O bunları
Nazim Niyaza danıĢanda filosof rəng verib,
rəng almıĢ, sonra demiĢdi ki, sən canın, bu
barədə mənə ağız açma, nədən ki, bu
Ucubuluq söhbəti biz tərəflərdə bir sirr kimi
qorunur, heç kim onu ağzına almaq
istəmir...
Ġndi bude, yenə eyni vəziyyət...
-Bilirsiniz, məncə siz ikiniz də
ziyalı kimi düĢünmürsünüz, yerliçilik,
qəbiləçilik, tayfaçılıq marağı sizin milli
maraqlarınızı üstələyib... – ġair əməlli-baĢlı
hirslənmiĢdi. – Siz bilirsiniz ki, bu, yəni
Ucubuluq haqda əfsanə, ya rəvayət, yaxud
olmuĢ əhvalat, hər Ģeydən öncə bir folklor
186 № 4 (16) QıĢ 2015
nümunəsi kimi maraqlıdır. Biz bunu
öyrənib yazıya almaqla tariximizə,
ədəbiyyatımıza, mədəniyyətimizə xidmət
etmiĢ oluruq... Amma siz...
-ġair, bütün bunlar düzdür, hətta
çox düzdür, amma... Bilirsiniz, bu barədə
mətbuata danıĢmağı yuxarı dairələr qadağan
ediblər. Ġcra baĢçısı isə qəti göstəriĢ verib
ki, Ucubuluq haqda danıĢanın dilini kəsmək
lazımdır. Vallah, Ģair...
-Axı niyə?! – Ģair az qala
qıĢqıracaqdı. O birdən-birə allah evində
olduğunu düĢünüb, “üzr istəyirəm” dedi və
siqaret yandırmaq üçün çölə çıxdı.
Həyətdə o baĢ-bu baĢa gəzinərək
siqaretini sümürdü, beyninə girmiĢ
“Ucubuluq mağarası” sindromundan özünü
xilas etməyə çalıĢsa da, olmadı. Ġçindəki
baĢqa mən onu məntiqlə düĢünməyə
qoymurdu.
2-ci mən:“Nə istəyirsən, niyə
qoymursan adam kimi yaĢayaq? EĢitmədin,
deyir ki, bu barədə danıĢanın dilini
kəsirlər.”
1-ci mən:“Qələt edirlər! Məgər 37-
ci ildir?!”
2-ci mən:“Ay adam, mən bura
nəyə gəlmiĢəm? Xarabama 5-10 manat
çörəkpulu aparam. Kitabımın nəĢrinə
sponsorluq edəsi adamın xətrini xoĢ edən
çıxıĢ edəm, bir-iki misra tərif yazam... Sən
isə... Kor tutduğun buraxmayan kimi...”
1-ci mən:”Kor sənsən! Dünya malı
səni də kar və kor etdi. Niyə qoymursan öz
bildiyim yolla gedəm?!”
2-ci mən:“Get, nə durmusan?! Get
də, get o axundun da ayaqlarına yıxıl! Bu
xarabadakı bütün əxlaqsız adamlara qoĢul.
Əmənova poema yaz!..”
Ġçindəki ikinci məninin üstünə
qıĢqırmağa hazırlaĢırdı ki, qulağına
hardansa sızıltaya bənzər səslər gəldi, elə
bil ağı deyib ağlayırdılar. O belə ağlaĢma
eĢitmiĢdi. Hə, hə, mərsiyədir bu... Məscidin
həyətindəki yan-yana tikilmiĢ otaqların
birindən gəlirdi bu səs. Üstündə ərəb
əlifbasıyla “Mədrəsə” yazılmıĢ otağın
pəncərəsindən boylandı və gözü kəlləsinə
çıxdı: qırxa yaxın gənc oğlan əllərindəki
zəncirlə kürəklərinə vura-vura ağlayır və
qabaqdakı təlimçinin müĢayəti ilə aĢağı
səslə oxuyurdular:
Mərsiyəxan: EĢqdə tufan elədin
Ya Hüsen!
Gənclər xorla: Ya Hüsen!
Mərsiyəxan: Aləmi heyran elədin
Ya Hüsen!
Gənclər xorla:Ya Hüsen!
Mərsiyəxan : BaĢıva dolanım
Ya Hüsen!
Gənclər xorla:Ya Hüsen!
“BaĢıva dolanım, ya Hüsen!”
kəlməsini mərsiyəxan elə sızıldayaraq dedi
ki, gənclərdən hönkürtü qopdu, ağlaya-
ağlaya sinəzəni kəsib sinələrinə və dizlərinə
əlləri ilə daha sürətlə döyməyə baĢladılar.
Gənclərdən biri yanından asılı xəncəri
qapıb bircə anda alnının yuxarısına çəkdi,
ortalığı qan bürüdü. Mərsiyəxan yaxınlaĢıb
əli ilə yaralı gəncin yarasının üstə basıb elə
mərsiyə havasında bədahətən dedi:
Mərsiyəxan: Qanım axdı sel oldu,
Ya Hüsen!
Gənclər xorla: Ya Hüsen!
Mərsiyəxan:Yer-göy tamam al oldu,
Ya Hüsen!
Gənclər xorla: Ya Hüsen!
Mərsiyəxan : Qəddim döndü dal oldu
Ya Hüsen!
Gənclər xorla: Ya Hüsen!
Mərsiyəxan : Aləmi heyran elədin,
Ya Hüsen!
EĢqdə tufan elədin,
Üç aylıq ədəbiyyat dərgisi 187
Ya Hüsen!
Gənclər xorla : Ya Hüsen!
Va Hüsen!
Yenə gənclər Ģaxsey-vaxsey”
sədaları altında özlərini döyməyə
baĢlayanda Ģair dodaqaltı “Mərsiyəxan
hecanı pozdu” deyib geri döndü. Və elə ilk
sualı da gördüyü ilə bağlı oldu:
-Axund, mədrəsədə mərsiyə deyib,
özlərini döyürlər. Nə məsələdir? Hətta bir
gənc ekstaza girib baĢını xəncərlə yardı...
Axund diksinən kimi oldu. Amma
özünü itirmədi:
-Hə, AĢuraya hazırlaĢırlar. Bizdə
aĢura çox möhtəĢəm keĢir, kaĢ vaxtınız
olaydı, qalıb baxaydınız... Özünü
xəncərləyən isə... Biz belələrinə qarĢıyıq,
elə idarədən də icazə vermirlər baĢ
yarmağa... amma neynəmək olar, bu da bir
fədakarlıqdır. Ġmam Hüseyn məktəbi böyük
məktəbdir. Ġnsanlar neçə əsr keçsə də, o
böyük insanın yolunda hətta Ģəhid
olmaqdan çəkinmirlər. Mən Ġranda
gözlərimlə görmüĢəm: bir oğlan özünü
AĢurada doğradı, qanı sel oldu. Həkimlər nə
çara eləsələr də qanı dayandıra bilmədilər.
Elə göz önündəcə can verdi...
ġairin hövsələsi daralmıĢdı. Elə
Nazim Niyaz da himə bənd idi. GözləĢib
ayağa qalxdılar. Məscidi tərk edəndə
arxadan səslər hələ də eĢidilməkdəydi:
Kim sənilən yolda olar rubə ru
Əl çəkə bilməz dolanar kubəku
DüĢmənə verdin o biyabəndə su
Hürri pəĢiman elədin,
Ya Hüsen!
EĢqdə tufan elədin
Ya Hüsen!
Ya Hüsen!
Ya Hüsen!
Va Hüsen!
Qayım Qədim siqaret yandıra-
yandıra Nazim Niyaza sarı dönüb dedi:
-BaĢım partlayır, harda bir az
paxmelimizi düzəldək?..
Nazim Niyaz gülümsündü:
-Axı deyəsən sən vurmuĢdun?
-Az idi, boğazımı yandırdı,
vəssəlam... yaxĢıca içməsəm, dəli olacam...
Bu baĢağrısı da lap axırıma çıxıb...
Elə bu vaxt ġərifin maĢını onların
düz qabağında dayandı. Sevincək özlərini
maĢına atdılar.
RUSĠYADAN GƏLƏN
SƏRNĠġĠNLƏR
Rusiyadan gələn qatar neçə saat idi
ki, Yalamada sərhəddə qalmıĢdı. Hansı
səbəbdənsə Azərbaycan sərhədçiləri qatarın
giriĢ-çıxıĢlarını bağlamıĢ, heç kimi nə çölə,
nə içəri buraxmırdılar. Deyilənə görə,
qatarda Suriyada döyüĢməyə gedən ĠġĠD-
çilər varmıĢ. Ona görə qatarın sərniĢinlərini
çox ciddi surətdə yoxlayırdılar.
Xürrəm adlı üz-gözünü saqqal
basmıĢ 50 yaĢlarında kiĢi bağıra-bağıra
deyirdi:
-Ə, qardaĢ, mən neçə illərdir ki,
Rusiyanın çöllərindəyəm!.. Çukotun,
Alyaskanın buzlarında ölüb-dirilmiĢəm, beĢ
manat qazanmıĢam ki, saa verim?! Bir dəfə
baĢıqırxıq snıkdexlərdi-nədi onlar gəlib pul
istəyiblər, vermiĢəm. Ġki dəfə də çeçenlər
əli avtomatlı vaqona hücum eləyib hər dəfə
filan qədər pulumu alıblar... Bir axĢam da
vəhabilər gəlib ki, ĠġĠD-ə silahpulu
yığırıq... Ay azərbaycanlılar, ay qardaĢlar,
indi siz nə istəyirsiniz!? Qoyun beĢ manat
ailəmə pul aparım dayna... Boheyyy! Allah
evinizi dağıtsın!...
Bacısının əri Rizvan onu dilə tutsa
da, Xürrəm dediyindən dönmür,
188 № 4 (16) QıĢ 2015
Azərbaycan sərhədçilərinin istədiyi pulu
vermək istəmirdi. Hər vaqonda Xürrəm
kimi iki-üç adam vardı və belə çıxırdı ki,
daha bıçaq sümüyə dayanıb. Sərhədçilərin
komandiri Xürrəmin çamadanlarını götürüb
vaqondan yerə atdı və bağırdı:
-DüĢ vaqonnan! Səni Azərbaycana
buraxa bilmərik. Pasportunda problem var.
Üstəlik, məlumat var ki, ĠġĠD-ə qoĢulmaq
üçün Azərbaycana, oradan da Türkiyə yolu
ilə Suriyaya keçmək istəyənlərdənsən...
Ona görə səni ölkəyə buraxa bilmərik!
Növbəti qatarla birbaĢ Rusiyaya dönərsən!
Xürrəm çamadanlarını və
pasportunu geri almaq üçün mayorla
süpürləĢdi. Mayorun yanındakı əsgər
avtomatın qundağı ilə onun boynunun
arxasından vurdu. Xürrəm bircə dəfə “ay”
eləyib qatarın dayandığı stansiyanın
səkisinə yıxıldı. Rizvan qohumunu
qorumaq üçün əlini cibinə salıb bir dəst rus
pulu çıxartdı, mayora uzadıb dedi:
-Alın, götürün, buraxın gedək.
Allah sizin insafınızı kəssin!
HuĢunu itirmiĢ Xürrəmi güclə
vaqona çıxartdılar.
KƏND YASA BATMIġDI
Ġbtidai siniflərin dərs otağının
tavanı yatmıĢ, uĢaqlardan bir neçəsi ağır
yaralanmıĢ, bir uĢaq isə ölmüĢdü. Günel
adlı bu körpənin valideynləri neçə saat idi
ki, rayon mərkəzi xəstəxanasının qarĢısında
dayansa da, reanimasiya Ģöbəsində vəfat
etmiĢ uĢağın meyitini ala bilmirdilər.
Əvvəlcə uĢağın ölümünü gizləmək
istəmiĢdilər. Amma məktəbin direktoru
Səməndər müəllimin həkimlərə hücum
edərək Ģöbəyə girməsi və uĢağın ölməsini
gözləri ilə görməsindən sonra gizlətməyin
mənasız olduğunu baĢa düĢdülər.
Bütün kənd əhli, o cümlədən
Əmənov da oğlanları və arvadı ilə balaca
məktəblinin dəfninə yığıĢmıĢdılar.
Qızcığazı YUXARI qəbiristanda
basdırırdılar. Molla cənazənin baĢ tərəfində
dayanıb sanki nəyisə gözləyir, səsini
çıxartmırdı. Handan-hana o dilləndi:
-Həzərat, bu uĢaq cənnət quĢudur.
Ona Yasin oxumaq, meyit namazı qılmaq
belə düĢmür. Yəni onsuz da onun yeri
behiĢtdir. Amma bir müsəlman kimi mən
özümə borc bilirəm ki, Yasin oxuyum,
qulağımız Quran sədası eĢitsin, sonra dəfnə
iqdam edərik.
Molla Yasin oxuduqca ġərif
gözünə taxdığı qara eynəyin altından
qəbiristanda olub-bitəni müĢahidə edirdi.
Görürdü ki, kəndin cavanları, xüsusən yaĢı
15-lə 18-in üstündə olanlar qəbiristanın
nisbətən boĢ olan sahəsinə toplaĢmaqdadır.
Bundan narahat olub, bir neçə yöndən dəfnə
yığıĢanların içində özlərinə yer eləmiĢ
cangüdənlərə baĢıyla iĢarə elədi. Hamısı
adamların içindən hiss olunmadan çıxıb
Əmənovun və ailəsinin sağ-solunda
yerləĢdilər. Molla Yasini bitirib fatihə verdi
və buna bəndmiĢlər kimi bir neçə yerdən
gənclər qıĢqırıĢmağa baĢladılar:
-Qanımızı batıranlara!
-Namusumuza əl uzadanlara!
-Kəndin mal-mülkünü
mənimsəynlərə!
Bu dəfə hamısı birdən bağırdılar:
-Ar olsun!
-Ar olsun!
-Ar olsun!
Gənclərin arxasında bir neçə
saqqallı adam dayanmıĢdı. Bunlar bizim
yaxĢı tanıdığımız Ġmran, Ġmdad və
həmfikirləri idilər. Lap arxada, xeyli aralıda
Dabbax Ġdrisin silueti görünürdü...
Axund onları tərs-tərs süzüb əlini
ağzına apararaq:
Üç aylıq ədəbiyyat dərgisi 189
-Bissmillahi rəmanül rəhim! Əzzü
billahi Ģeytanül rəcim! – dedi və dalıyca öz
dilimizdə əlavə etdi. – Allah Ģeytana rəhmət
eləsin.... üzr istəyirəm, lənət eləsin! Bura
qəbiristandır. Burada minlərcə insan yatır.
Burada qıĢqırmaqla onların ruhunu narahat
edirsiniz... Bir də sizin babalarınız sözü
asta-asta, sakit-sakit deyərdi... Mədəni
Ģəkildə... Nə vəhĢi kimi bağırırsınız...
Ağsaqqallar cavanlara sarı yönəldi.
Onları qolgücünə itələyə-itələyə
qəbiristandan çölə çıxardılar. Sonra uĢağın
meyidini qəbirə qoyub üstünü torpaqladılar.
“A BALA, SƏN KĠMSƏN?”
Mayıl Əmənov alatoranda
artırmadan düĢəndə pilləkəndə durmuĢ gənc
qız onun baĢmaqlarını cütləyib qabağına
qoydu, amma danıĢmadı. KiĢi təəccüblə
gənc qıza (qadına da oxĢayırdı, yançaxları
iriləĢmiĢdi) baxıb “kimsən?” desə də qızdan
səs çıxmadı. Və birdəncə qız yoxa çıxdı.
KiĢi bissimillah, bissimillah deyə-deyə
həyətə düĢüb əlini əlüzyuyana apardı.
Amma su yox idi. Geri qanrılanda su səsi
eĢidib baxdı ki, bayaqki qız vedrədən
əlüzyuyana su tökür. “A bala, sən kimsən?”
deməyiylə qızın gözdən itməsi bir oldu.
KiĢi hövülləndi, üzünü evin yuxarı qatına
tutub qıĢqırdı:
-Ay Humay!
Ġçəridən səs gəldi:
-Nədi əəə, genə səhər-səhər?
GecəquĢusan?
-Aaz, bir çölə çıx görüm!..
Qadın baĢını pəncərədən çıxardıb
acıqlı səslə:
-Noolub? – demiĢdi ki, artırmanı
süpürən qızı görüb az qala qıĢqırdı:
-Ə, bı kimdi, a Mayıl?! Ə, o gəlin
kimdi?!.
KiĢi də əllərini təəccüblə irəli
uzatdı, amma səsi zəif, lap quyunun
dibindən gələn kimi çıxdı:
-Aaz, mən də onu deyirəm də. Bu
kimdi axı?
Və qız bircə anda yenə yoxa çıxdı.
YaĢlı ər-arvad bir-birinə baxa-baxa əsməyə
baĢladılar. Görünən o ki, qorxurdular. Və
birdən-birə Humay xanımın halı dəyiĢdi, elə
gecə köynəyindəcə sallanan döĢlərini əli ilə
tutub pillələri düĢdü, üzünü ərinə tutub
çığırdı:
-Bəlkə sənin oynaĢındı bu?! Hıy,
niyə dinmirsən? Sən köhnənin
poxsaqqalısan axı?! Yadındadı, Bakıda
neçə qəhbə saxlayırdın?! Hıy?!
Ağ, Ģana barmaqları,
yaĢlandığından sallansa da, hələ də
təravətli qalmıĢ öpülməli buxağı, adamı
məst eləyən ĢiĢkin dodaqları və parıltısı
sönməyən qaynar gözləri qadının bir
zamanlar çox gözəl olduğundan xəbər
verirdi. Arvadının köhnə əyyamlarda onu
günlərlə yatağına buraxmamasını yadına
salıb kiĢi kəkələdi:
-Aaaz, ay nainsafın qqqızı, bu
adam-zad deyil e, ruh kimi bir Ģeydi... Gah
görünür, gah da yox olur... Bir ora bax, indi
də uĢağını əmizdirir... Ora bax, ora bax!
Hə, bayaq gözlərinə görünən qadın
(gerçəkdən qadınmıĢ) pilləkənlərdə oturub
uĢağını əmizdirirdi. UĢağın əmdiyi bu
döĢlər isə qız döĢü kimiydi. KiĢi deĢdə
qalmıĢ adamı odsuz-ocaqsız yandıran bu
döĢlərə elə-belə baxa bilmirdi və baxanda
da elə o uĢağın yerinə olmaq istəyirdi.
Qızın, ya gəlinin o biri döĢünü də ağzına
salıb sümürdükcə sümürmək istəyirdi. Hələ
bir udqundu, tamsındı da.
Nə oldusa, bircə anda oldu. Elə
birdəncə Humay xanımın əlləri əsdi, üzü-
gözü səyridi, baĢı sinəsinə düĢdü və tappıltı
190 № 4 (16) QıĢ 2015
ilə pilləkənin baĢındakı balkonçaya
yıxıldı...
***
Gecə müstəntiq gəlmiĢdi. ġərifi
danıĢdırdılar. Sonra Mayıl kiĢi ilə də söhbət
etmək istədilər. Amma kiĢi müstəntiqin
cibinə on yüzlük dollar qoyub dedi:
-Mən də eĢitmiĢəm ki, kənddə
gənc bir xanım ölüb. Amma deyilənə görə
doğuĢ zamanı vəfat edib. Axı heç Ģikayətçi
də olmamalıdır, düz demirəm? Daha niyə
özünüzə əziyyət verirsiniz? O verdiyim də
yolxərcidir, uzaq yol gəlmisiniz, əziyyət
çəkmisiniz... Rəisiniz məni tanımalıdr, atası
ilə çörək kəsmiĢik... Məndən salam deyin...
Müstəntiq gəldiyi kimi də çıxıb
getmiĢdi.
Həmin axĢamı Yasəmənin anasını,
bir də öz fermalarında iĢləyən iki qardaĢını
evinə çağırtdırmıĢ və demiĢdi:
-Dərdinizə Ģərik oluram. Bilirəm
ki, ağırdır sizə. Ġnanın ki, mənə də ağırdır -
ən yaxĢı iĢçilərimizdən birini itirmiĢəm.
Sonra kağıza bükülü pulu anaya
verib qəmgin hal almıĢdı:
-Qonaq-qara üçün balaca
xərclikdir...
Gələnlər pulu alıb bir söz demədən
getmiĢdilər. Amma qardaĢların yeriĢi-
duruĢu heç xoĢuna gəlməmiĢdi kiĢinin.
***
Ġl quraq gəlmiĢdi. Belə vaxtda
əkdyindən bar götürmək üçün hökmən
suvarmalısan. Sovet vaxtı çəkilmiĢ
kanaldan güclü su soranların köməyi ilə
suyu su anbarına, oradan da Əmənovların
əkin sahələrinə vururdular. Kənd
camaatının az da olsa həyət-bacası vardı və
bu həyət-bacalar suzuzdan yanıb kül oldu.
Ġt-piĢiklər də susuzdan qaçıb Əmənovların
sahəsinə vurulan sulardan içmək üçün
boğuĢurdular. Sərçələr, göyərçinlər də uçub
Əmənovların bağ-bağatına getmiĢdilər.
Kəndin digər yerlərində həyat sönmüĢdü.
Dabbaqçılar qarıĢıq, bütün kənd susuzdan
korluq çəkirdi. Belə bir vəziyyətdə Əmənov
oğlunu yanına çağırıb dedi:
-Kürəkənə tapĢırmıĢam, bu gün
Ģəhərdən artezian qazanlar göndərib, get
kəndin ortasında bir artezian qazdır... Qoy
camaat gəlib ordan içməli su aparsınlar.
Sonra da birini özümüzçün qazdırarsan.
***
Ġndi bütün kənd yollarda,
həyətlərdə qəfil peyda olan Yasəməndən
danıĢırdı. Gah belini bağlayırdı, gah uĢağını
qucağına alıb əmizdirirdi, gah da kənddəki
kafeyə gəlirdi. Axırı bu məsələ o qədər
böyüdü ki, camaat açıq-aĢkar xof içində
pıçıldaĢmağa baĢladı: allah Yasəmənin
cildində kəndə bəla göndərib.
(davamı olacaq)
Üç aylıq ədəbiyyat dərgisi 191
ESSEİSTİKA
Nİyazi Mehdİ
Dilüstü və diliçi gəzişmələrdən
Bundan dil siyasəti üçün çıxan
sonuc
Telefon, makina, məktəb (türklərdə
«okul») kimi sözləri türkün sözləri ilə əvəz
etmək indinin iĢi deyil. Ancaq humanitar
elmi düĢüncə üçün enerji qaynağı, dağarcığı
olan «bilinc» («Ģüur»), «gərəklər»
(«tələbat»), «sonuc» («nəticə»), «nədən»
(«səbəb») kimi sözləri hamımız
iĢlətməliyik.
«Ġnternet»i, «telefon»u, «televizor»u
türkün sözləri ilə əvəz etməyi arzulayanlara
sözüm: dilimizi enerji dağarcığına çevirmək
üçün bədii, fəlsəfi, filoloji, siyasi dillərin
sözlərinə fikir verin. Özü də məqsəd ərəb,
latın sözlərini əvəz etmək olmamaldır.
Məqsəd onların türk qarıĢığılığını tapıb
yazıda geniĢ iĢlətmək olmalıdır. Yerdə
qalan dil qollarında isə çətin dyilən sözlərin
siyahısını tutub dəyiĢdirməyi düĢünməliyik.
20 il qabaq «müvəffəqiyyət» sözü çətinliyi
ilə bezdirmiĢdi. Ġndi nəsə ona rast gəlmək
olmur. «Uğur» bir dəfəlik yerini tututb.
"Düzəltmək" sözündən hansı
pıçıltılar gəlir
«Düzün» fəlsəfəsinə giriĢ
Çağımızda «ağıllı» sözü insanı
xarakterizə etməkdən çıxıb makinalara da,
avadanlıqlara da, hətta mənzillərə də
uyğulanıb, yəm Ģamil edilib. Ġndi «ağıllı
paltaryuyuan maĢın», «ağıllı ev» adi
deyimlərdir və özü-özünə çox əmliyyatları
aparan nəsnələrə deyilir. Bu kontekstdə
mən «ağıllı dil» terminini iĢldərdim.
Bununla onu bildirmək istəyirəm ki, dil
hansısa filosofun traktatında yox, özü-
özlüyündə iĢləyərək hansısa fəlsəfi
ideyalara gəlib çıxırsa, deməli, ağıllı dildir.
Ötən yazımda göstərdim ki, Azəri türkcəsi
«anlamaq» və «baĢa düĢmək» sözləri ilə
dünyanı bilməyin iki önəmli yolunu
tapmıĢdı. Ġndi isə «düzəltmək» sözündən
ağıllı dilin necə iĢləyib tapmasına çıxmaq
istəyirəm.
Fəlsəfə üçün güclü materialı türkcənin
“düz" sözü verir. Görürsən ki, adamlar
deyirlər: “bizim millət düzələn deyil".
“Düzəltmək"lə bağlı baĢqa deyimlər də var:
“düz iĢ deyil", “naxıĢları düzəltdi", “saatı
düzəldi" və s. «Düzəlmək» sözünü biz çox
sevirik və əxlaqla bağlı çox iĢlədirik:
«filankəs əsgərlikdə yaman düzəldi»,
«filankəs düzələn adam deyil» deyirik.
«Düzəltmək» sözü və platonçuluqla
heqelçilik
Ġndi isə “düzəltmək" sözündən axan
mənalara tutularaq bir milli narazılığımızla
bağlı etüd yapım. Türkcənin "düzəltmək"
sözündə gizli heqelçilik var. Heqel
Platonsayağı deyirdi ki, dünyamızda olanlar
Mütləq Ġdeyada və ya Tanrı düĢüncəsində
"ixtira" edilən ideyalardan sonra, özü də
həmin ideyaların verdiyi "plan", biçim
əsasında yaranır. Həm də bu vaxt dünyada
192 № 4 (16) QıĢ 2015
yarananlar öz ideyalarına uyğun olanda düz
yaranırlar, düzgün nəsnələr, olaylar olurlar.
Heqel gerçəklə, doğru ilə düzgünlüyü
ayıranda yazırdı ki, gerçək məsələsində
düĢüncənin nəsnəni doğru göstərməsi
həqiqəti verir. Düzgünlük məsələsində isə
nəsnənin öz ideyasına adekvat, uyğun,
uzlaĢmıĢ olması düzlüyü, düzgün nəsnələri
verir. Beləliklə, Heqelsayağı söyləyə bilərik
ki, əyri-üyrü yol salmağa biz "yol
düzəltdik" deyiriksə, o mənada deyirik ki,
yolu "yol" anlayıĢına, "yol" ideyasına
uyğun yapdıq.
Ġndi, bizim camaat deyinəndə ki, "bizim
millət düzələn deyil", mənası odur ki, əsl
millətin necə olması haqqında ideyalara
bizim millət düz gəlmir. Ancaq bu yerdə bu
camaatın yaxasından tutub soruĢmaq olar:
siz əsl millətin necə olması haqqındakı
ideyaları bilirsiniz ki, millətin hansı
ideyalara tuĢ gəlməsini də, düz gəlməməsini
də biləsiniz?
«Düz» məsləsi milli necəlikdə və nə
cürlükdə
Bax, bu məsələ çox müĢkül məsələdir.
Çoxları söyləyə bilər ki, nə var bu soruya
cavab verməyə. Bütün yaxĢı əxlaqi
keyfiyyətləri, məsələn, igidliyi, namusluğu
və s.-ni "düzgün ulusun" göstəriciləri kimi
sadala, sonra da de ki, bizim millət bütün
bunları düz gerçəkləĢdirə bilmir, ona görə
də düzəlmir ki, düzəlmir.
Ancaq məsələ göründüyü qədər asan
deyil. Bu soru ilə bağlı götürək Niççeni.
Almanların bu ekstatik filosofu
söyləyirdi ki, əxlaqın bütün dəyərləri
hakimiyyət iradəsinin özünü
gerçəkləĢdirmə vasitəsidir. Yəni "yaxĢı
adam", "vicdan" və s. idealları insanları
idarə etmək vasitələridir. Birinin boynuna
qoyursan ki, yaxĢı adam olmalısan, yaxĢı
adam olmaq isə filan hərəkətləri etməyi
tələb edir. Deməli, onun boynuna yaxĢı
adam olmağı qoyanda, onu filan hərəkətləri
etməyə vadar edirsən, beləliklə, onu idarə
edirsən. "YaxĢı adam" ideyasına onu qulluq
etdirməklə onun üzərində hakimiyyət
iradəni yeridirsən.
Niççenin fikrincə insanlar öz
üzərlərindən əxlaqi, dini ideyaları asmaqla,
özlərini onlara uyğun düzəltməklə bir səhv
ediblər. Hakimiyyət iradələrini özlərində
saxlamaq əvəzinə, bu iradəni özlərinin
yaratdıqları və "üstlərindən asdıqları"
ideyalara, ideallara tapĢırıblar. Ona görə də
özlərini yazıq vəziyyətə qoyublar.
Nitççenin bu düĢünüĢ cızığını tutub
getsək, baxdığımız məsələ ilə bağlı demək
olar ki, "bizim millət düzələn deyil"
cümləsinin əsasında hakimiyyət iradəsini
millətin içindən alıb millətdən yuxarıda
asılmıĢ ideallara tapĢırmaq istəyi durur.
Sonrası üçün isə söyləmək olar ki, ulusdan
hakimiyyət iradəsini alıb qıraq güclərə
tapĢırmaq xəstəliyi bizim ən böyük
dərdimizdir. Hərçənd heç olmasa, millət
özündən yuxarıda asılmıĢ əxlaqi dəyərlərə
tapĢırdığı hakimiyyət iradəsini təzədən
oradan alıb, gerçəkliyə ötürmək təpərində
olsaydı, bu iradəyə özü də tutulmuĢ olardı.
Əgər millətdə hakimiyyət iradəsi yoxdursa,
millət, deməli, öz tarixinin subyekti ola
bilmir. Öz tarixinin subyekti olmaq isə öz
tarixini yapmaq enerjisidir.
"YaxĢı"sözündən əxlaqa balaca
səyahət
Bu sözün gündəmə gətirilməsinin
mənası
Mənəviyyatın ən önəmli məsələlərindən
biri YaxĢı və Yaman məsələsidir (bəlkə
Xeyir və ġər mənasında YaxĢı və Yaman
sözlərini iĢlətməyi öyrənək)? Bizim
məmləkətdə isə bir xeyli adam var, bu
məsələləri elə anlayır ki, sonucda siyasi
Üç aylıq ədəbiyyat dərgisi 193
dünyamız, gündəlik yaĢamımız (məiĢət
həyatımız və s.) qorxunc kölgələrdə,
hənirtilərdə eĢidilir. Gəlin YaxĢı, Yaman
sözlərindən Ģüalanan bilinmələrə qulaq
tutaq, toplumdakı olaylardan axan
bilinmələrlə öncəki bilinmə axınını
qovuĢduraq, görək nə alınır? Görək
bilinmələrdən aydın bələdçilik qazana
biləcəyikmi?
Bu sözün soykökü
Anadolu türkləri "yaxĢı" yerinə "iyi"
deyirlər və bizim "yaxĢı"mızı anlamırlar.
Bizə də onların "iyi"si yaddır, Hərçənd
Ortaçağ Azərbaycan türkcəsində yaxĢı
mənasında "eyi" iĢlənib, hələ indiki
ləhcələrimizdə "yey", "iyi" variantlarının
qalmasını demirəm.
Ancaq bu "yaxĢı" sözü hardandı, nədən
törəyib, bunu çoxumuz bilmirik. Bilmək
üçünsə "yaxĢı"nı bilməyən Anadolu
türkcəsi dadımıza çatır. Bu dildə "yaraĢıqlı"
anlamında "yakıĢıklı" sözü var, "yakıĢıklı"
"yaxıĢıqlı»nın bir tayıdır. Deməli, "yaxĢı"
yarayan anlamı ilə bağlıdır (yəni "yakıĢıqlı"
"yaraĢıqlı" deməkdirsə, eləcə də
"yaxıĢıqlı"ya uyğundursa, deməli hamısının
kökündə "yar-arlı"nın kökü var).
Bunu yadda saxlayaq, keçək yeni
məsələyə
Sokrat və Kant "yaxĢı" haqqında
"YaxĢı" nədir?" sualını birinci Sokrat
qoyub və cavab verib: nəsnə öz amacına
("amac" və "umacaq" eyniliyinə fikir verin)
"cavab verirsə, yaxĢıdır. Məsələn, qalxanın
vəzifəsi döyüĢçünü qılıncdan, toppuzdan,
oxdan qorumaqdır. Ona görə də qızıl qalxan
yaxĢı deyil, çünki qorumaq vəzifəsini
yetərincə görə bilmir. Dəmir qalxan isə
möhkəmliyinə görə yaxĢıdır. 18-ci yüzildə
Kant bu problemə qayıdıb söylədi: o
nəsnələr ki, bizim gərəklərimizi
(tələbatımızı) ödəyir, yaxĢıdır. Nəyinsə
yaxĢılığı gərəklərimizi ödəməsindən
asılıdır.
Ġndi mən deyə bilərəm ki, Sokrat və
Kantın "yaxĢı" haqqında fəlsəfə ilə
çıxardıqları düĢüncələr türklərin "yaxĢı"
sözündə bilincsiz, yəni Ģüurun xəbəri
olmadan gizlənib. Türkcənin bilinmələri
nəyi anladır? Onu anladır ki, yaxĢı "yararlı"
deməkdir, - Anadolu türklərinin yaraĢıqlı
mənasında "yakıĢıqlı" sözü də bunu
göstərir, - yaxĢı yaraĢıq gətirirsə, yaxĢı
yararlılıq da gətirir.
Bu yerdə yeni sual çıxır: yaxĢı nəyə
yararlıdır?
Sofistlər və Niççe yararlıq
haqqında
YaxĢı nəyə yararlı olandır? Əski yunan
filosoflarından olan Frazimax (sofistdir)
deyirdi: hər hakimiyyət özünə yararlı olan
qanunlar verir, sonra da bu qanunları
ədalətli adlandırır. Deməli, ədalətli olan
güclülərə, yuxarıda duranlara yararlı
olandır. Sonralar Niççe bunu daha aydın
söylədi: YaxĢı nədir? Üstün insanların
hakimiyyət duyğusunu, hakimiyyət istəyini,
hakimiyyətin özünü nə artırırsa, yaxĢıdır.
Buradan çoxlu konkret sonuclar çıxır.
Məsələn, hakimiyyətdə olan ürəyi daĢ olsa
da, yazıq adamın halına yanırmıĢ kimi
telekamera qarĢısında gözlərini yaĢardanda
bu riyası yaxĢı olur. Çünki vətəndaĢlar onun
qayğıkeĢliyinə heyran qalır, bu heyranlıqsa
onun hakimiyyətini gücləndirir. Deməli,
sofistlərə və Niççeyə qalsa, yaxĢı birisini
baĢqalarından güclü, baĢqalarından qüdrətli
edəndir.
BaĢqa əxlaq
Nəsə, mən var-dövləti artırmaq üçün
hakimiyyət istəyən və bu hakimiyyətə
194 № 4 (16) QıĢ 2015
yararlı olanları yaxĢı adlandıranların
yaxĢılığını qəbul edə bilmirəm. Çünki bu
yaxĢılıqda yaraĢıq yoxdur. YaxĢıda gördük
ki, yaraĢıq gizlənib. Bəs, əsl yaxĢılıq,
Allaha xoĢ gedən və ya nəcib insana
yarayan yaxĢılıq nəyə yararlı olmalıdır? Bir
etik baxıĢa görə, yaxĢılıq baĢqalarını
xoĢbəxt, mutlu etməyə yararlı olan
əməllərdir. Ancaq burada bir nəsnə var,
adamların xoĢbəxtlik haqqında təsəvvürləri
cürbə-cürdür, ona görə də bu istiqamətdə
adamlara yarınmaq istəyən çaĢbaĢ qalır.
Kimi isə xoĢbəxt etmək üçün filan yararlı
iĢi edir, sonunda isə aydın olur ki, bu adam
mutluluğu tamam baĢqa yerdə, baĢqa Ģeydə
axtarırmıĢ və ona görə də sənin
"yaxĢılığından" əsəbiləĢir. BaĢqa bir filosof
(Karl Popper) bunu nəzərə alaraq söyləyir:
yaxĢılıq baĢqalarını mutlu, xoĢbəxt etməyə
yararlı iĢləri görmək deyil. YaxĢılıq
baĢqalarının əzablarını, yaĢamaq ağırlığını
azaltmağa yararlı iĢləri görməkdir. Qoy
insanları əzaba salan vəziyyətlər az olsun,
xoĢbəxtlikləri ilə isə özləri məĢğul olarlar.
Bu deyilənlərə türkcədən bilinmələr nə
artırardı. Türkün "yaxĢı" sözündə gizlənmiĢ
"yaraĢıq" anlamından çıxıĢ edib düĢünmək
olar ki, yaxĢılıq oluma, varlığa yaraĢıq
gətirəndir. Ġnsan olumunun, daha geniĢ
götürsək, bütün olanların yaraĢığı isə
onlarda qutluluğun, ruh, mənəviyyat
payının dərəcəsindən asılıdır. Kap¬ron
yarpaqdan əsl yarpaq niyə yaraĢıqlı
görünür? Ona görə ki, əsl yarpaq dindarın
gözünə dünyanı bürümüĢ Ġlahi Ruhun
təcəssümü kimi görünür, ateist isə, bu Ruhu
qəbul etməsə də, Təbiətin yaradıcı gücünü
ölgün yox, canlı bir zənginlik kimi həmin
yarpaqdan duyur.
Dünyada qutluluq, mənəviyyat payı nədir
ki, onu azalmağa qoymamaq yaraĢıq
yararlıdır?(Fikir verin, "yaratmaq"da da
"yaramaq" feilinin kökü var. Deməli,
yaradıcılıq ya dünyada, ya da nədəsə
çatıĢmayanı aradan götürüb yararlılığı
yaratmaqdır).
Bu, artıq, yeni problemə çıxaran
ideyadır. Hələliksə, deyim ki, Ġslam və
baĢqa mənəvi dinlər, böyük filosofların,
sənətkarların çoxu "mənəviyyat nədir?"
sorusunu anlatmaqla məĢğul olublar.
Hərçənd onu da deyim ki, "mənəviyyat
nədir?" sorusunun çətinliyinə görədir ki,
anlamayanlara, özünü itirmiĢlərə
mənəviyyat adı ilə mənəviyyatsızlığı, -
bağıĢlayın, qaba sözə görə, - soxuĢdurmaq
asan olur.
(davamı olacaq)
Azər Cəfərov
TAHĠRƏ QÜRRƏTÜLEYN
- AZADLIQ AġĠQĠ XIX əsrin ortalarında Ġran məmləkəti
çaxnaĢma içində idi. ġiraz Ģəhərində Seyid
Əli Məhəmməd adlı gənc tacir 1844-cü ildə
elan etdi ki, O Ġlahi Vəhyin daĢıyıcısıdır və
bəĢəriyyətə Allahdan yeni Din nazil
etmiĢdir.O, ərəbcə mənası Qapı olan “Bab”
ləqəbini götürür və Ġranda öz miqyasına və
kütləviliyinə görə misli-bərabəri olmayan
babilər hərəkatını alovlandırır. Ona ilk 18
Ģəxs iman gətirir.Onların on yeddisi kiĢi və
Üç aylıq ədəbiyyat dərgisi 195
biri tarixdə müxtəlif adlarla tanınan –
Tahirə Qürrətüleyn idi. Hərəkat yatırılır.
Ġranın Ģəhər və kəndlərində 150 min babi
qətlə yetirilir, həbsxanaya salınır və
ölkəndən qaçır. Bab 1850-ci il iyul ayının
9-da Təbriz Ģəhərində camaat qarĢısında
güllələnir və bütün Ģagirdləri, o cümlədən
Tahirə Qürrətülyn müxtəlif amansız
üsullarla qətlə yetirilir.
Həmin qadının əsil adı Fatimə idi.
Qəzvin Ģəhərində 1817-ci ildə
türk(azərbaycanlı) ailəsində anadan
olmuĢdu. Bu ailədən olan üç qardaĢ – Molla
Məhəmməd Taqi (həm də Tahirənin
qaynatası), MollaMəhəmməd Saleh
(Tahirənin atası) və Molla Məhəmməd Əli
yalnız tanınmıĢ və alim adamlar deyildilər,
həm də öz dövrlərinin müctəhidləri idilər.
“Qürrətüleyn” (yəni, “gözümün təsəllisi”)
adını ona dövrün mücdəhidi Seyid Kazım
RəĢti, “Tahirə” (yəni “pak”) adını isə ona
Bab vermiĢdi. Ona Zərrintac (“Qızıl Tac”)
da deyirdilər. Onun biliyi və bəlağətli
danıĢığı öz dövrünün ən bilikli kiĢilərini
mat qoyurdu. Heyrət doğuran o idi ki,
Tahirə təfsir və Ģərh məsələlərinin yalnız
kiĢilərin inhisarında olması ənənəsini
pozaraq, Ġslamın 1400 illik tarixində
Qurani-Kərimin ilk qadın təfsirçisi
olmuĢdu.Kərbəla və Nəcəf Ģəhərlərində
keçirilən dini toplantı və disputlarda pərdə
arxasında iĢtirak edən yeganə qadın idi.
Tahirə dini disputların birində təfsir və fiqh
məsələləri ilə bağlı dövrün görkəmli
alimlərini məğlub etmiĢ, lakin qadın
olduğuna görə dini titul (mücdəhid adını)
ala blməmiĢdir. Ailələli idi, iki oğlu və bir
qız övladı var idi. Babilər hərəkatına
qoĢulanda qohum-əqraba ondan imtina
etmiĢ, atası onu kafir elan etmiĢ, ərindən
boĢanmıĢ və uĢaqları əlindən alınmıĢdı.
Hərəkat baĢlayanda Tahirə həm Ġslamın
görkəmli yeganə qadın alimi, həm də
dövrünün məĢhur Ģairəsi kimi tanınmıĢ 27
yaĢlı nüfuzlu bir Ģəxsiyyət idi.
Tahirənin ictimai statusu, Onun
babilər hərəkatında tutduğu rəhbər mövqe
(Baba ilk iman gətirmiĢ 18 Ģagiridindən biri
) ilə məhdudlaĢmırdı. Onun fəaliyyətində
ictimai təlatüm doğurmuĢ, həm babilər
hərəkatında, həm də bütün dünyada ictimai-
siyasi proseslərin gediĢini dəyiĢmiĢ
məqamlar olmuĢdur. Tahirə tarixə ilk öncə
qadın azadlıqlarının carçısı kimi daxil
olmuĢdur. O, Ġslam ġərqində çadrasını
nümayiĢkanə atmıĢ ilk müsəlman qadını idi.
Bu hadisə 1848-ci ildə babilərin BədəĢt
konfransında (Xorasan əyalətində) iĢtirak
edən 80 nümayəndənin (Tahirə onların
arasında 81-ci yeganə qadın nümayəndə idi)
gözü qarĢısında baĢ vermiĢdi. Onun bu
hərəkəti konfrans nümayəndələrini o qədər
heyrətə salmıĢdı ki, nümayəndələrdən biri
hətta qəzəbindən öz boğazını kəsmiĢ,
qalanları isə nifrətlə ona hucum etmiĢdilər.
Lakin Tahirə özünün möhkəm iradəsi,
soyuqqanlığı və bəlağətli nitqi ilə
qəzəblənmiĢ kiĢiləri sakitləĢdirmiĢ, onları
geriyə çəkilməyə və ona qulaq asmağa
məcbur etmiĢdir. O üzünü onlara tutaraq
demiĢdir:
“Qalxın, qardaĢlar, Quranın
dedikləri yerinə yetdi, yeni era baĢlamıĢdır.
Mən sizin bacınız deyiləmmi, sizsə mənim
qardaĢım? Siz mənə həqiqi bir dost kimi
baxa bilməzsinizmi? Əgər siz beyninizdəki
Ģər fikirləri çıxara bilmirsinizsə, onda siz
196 № 4 (16) QıĢ 2015
həyatınızı böyük iĢ üçün necə verəcəksiniz?
Siz bilirsinizmi ki, sizin bu qədər ciddi-
cəhdlə yerinə yetirdiyiniz üzü örtmək adəti
Məhəmmədə.s.tərəfindən əmr edilməyib?
Xatırlamırmısınız ki, o ardıcıllarını
göndərirdi ki, bəzi məsələləri gedib onun
xanımından soruĢsunlar? Gəlin
qadınlarımızı azad edək və cəmiyyəti islah
edək. Gəlin mövhumat və xudbinlik
qəbirlərindən qalxaq və Qiyamət Gününün
yaxın olduğunu bəyan edək; onda bütün
dünya vicdan azadlığına və yeni həyata
cavab verəcək! Bu qiyamət ġeypurunun
səsi mənəm......”
Öz iradəsinin gücü ilə kiĢiləri onun bu
iddiası ilə razılaĢmağa məсbur etmiĢdir.
Beləliklə, dünya miqyasında qadın haqları
və qadın- kiĢi bərabərliyi uğrunda
mübarizəniilk dəfə Ģərq qadını, milliyyətcə
türk (azərbaycanlı) Tahirə Qürrətüleyn
baĢlatmıĢdır.
BədəĢt konfransında Tahirə iĢtirakçıları
arasında münaqiĢəyə səbəb olan baĢqa bir
iddia ilə çıxıĢ edir. O, özlərini Ġslam
daxilində dinin saflığıı bərpa edən
Reformasiya Hərəkatının carçıları hesab
edən və Ġslamın Ģəriət qaydalarına bağlı
olan babiləri bu dindən çıxmağa və Ģəriəti
bir kənara qoymağa çağırır, Babın təliminin
düzgün anlamadıqlarını və onun əslində
Allahdan nazil olan Yeni Ġlahi Vəhy
olduğunu söyləyir. Bu iddialar hərəkat
iĢtirakçılarını daha da çaĢqınlığa salır və
bununla razı olmayanlar babilikdən
çıxdıqlarını bəyan edib, konfransı tərk
edirlər.Yerdə qalan konfrans iĢtirakçıları
isəTahirə ilə yekdil fikirdə idilər: Bab
ondan əvvəl gəlmiĢ peyğəmbərlərdən daha
böyükdür, necə ki Məsih Musanın
qanununu aradan qaldırdı, necə ki
Məhəmməd Məsihin qanununu aradan
qaldırdı, eləcə də Bab Quranın qanununu
aradan qaldırdı. Tahirə bu söylərlə
konfrans iĢtirakçılarının imanını daha da
gücləndirdi:
“Bizim günlərimiz aralıq dövrlərdir. Bu gün
bütün dini vacibatlar aradan qaldırılır və
namaz, oruc və salavat əbəsdir. Bab yeddi
səltənəti fəth edəndə və müxtəlif dinləri
birləĢdirəndə o yeni Ģəriət gətirəcək və öz
Quranını icmaya təqdim edəcək. Onun əmr
etdiyi hər bir mükəlləfiyyət yer üzünün
insanları üçün məcburi olacaq. Ona görə də
özünüzü dəyərsiz Ģeylərlə
yükləməyin...Sizin hamınız bu gün
bilməlisiniz ki, Allah özünü zahir edib və
Quranın hökmü aradan qaldırılıb: bizə
göydən yeni kiitab nazil olub və bizə yeni
qanun verilib, biz insanlar arasında yeni
qanununu yaymalıyıq.”
Tahirə XIX əsrin 40-cı illərində ġərqin ən
görkəmli Ģairəsi idi. Ġranda babilər hərəkatı
yatırılan zaman xüsusi fətva ilə
lənətləndiyinə və öldürüldüyünə (1852-ci
ildə) görə Ģeirlərinin böyük hissəsi
toplanmıĢ və məhv edilmiĢdir. Lakin bizim
dövrə kimi gəlib çatmıĢ bəzi Ģeirləri özünün
dərin məzmunu və azadlıq ruhu ilə seçilir.
Əslində, o poetik ifadənin yeni ritmini və
yeni tərzinin banisidir. Tahirə cəmiyyətdə
modernizmin təbliğatçısı idi və onun
yayılmasına çalıĢırdı. Poeziyada isə o
eksperimentlərin və dəyiĢikliklərin tərəfdarı
idi.Tahirə modern Ġran poeziyasının banisi
idi.
Gözlərimi qaldıra bilsəm,
QarĢında dayanıb üzünə baxsam
Sənə dərdimi söyləyərdim
Nöqtəbənöqtə, sözbəsöz..... (sətri tərcümə)
Tahirənin Ġranda qadın yazarlığına töhfəsini
dəyərləndirmək mümkün deyil: O sübut
etdi ki, qadın da kiĢi kimi düĢünə, yaza və
mühakimə yürüdə bilər – həm
ictimaiyyətdə, həm də ictimaiyyət üçün.
Tahirənin poeziyasının məzmunu, onun
Üç aylıq ədəbiyyat dərgisi 197
həyat tarixçəsi kimi, yayğındır və onun da
haqqında müxalif fikirlər
söylənilir.Tahirənin Ģeirlərinin ilk toplusu
onun ölümündən yüz il sonra çap
edilmiĢdir.Tahirənin bəzi Ģeirlərini baĢa
düĢmək çətindir. Onların dili mücərrəd
anlayıĢlarla doludur. O nəinki ərəb və fars
dillərini qarıĢdırır, həm də babi jarqon və
kodlarına təkrar-təkrar istinad edir. Onun
dini inancları onun poeziyasını doydurur və
kəlamlarına atəĢ salır. Onlar onun
poeziyasında yolundakı hər Ģeyi yandıran
bir alov kimi qızarır. Onun istifadə etdiyi
mistik eĢq obrazı və dil ilahi məzhərə hər
Ģeyi yandıran məhəbbəti və ona möhkəm
bağlılığı üzə çıxarır.
Baxmayaraq ki, Ģeirdəki Ģəxsin
əhəmiyyəti sevgilinin məziyyət və
müqəddəsliyi ilə müqayisə olunaraq
qabardılır, amma bu Ģeirdə sevgilinin
cinsini müəyyən etmək mümkün deyil. Son
misrada Tahirəninn adı olmasaydı, Ģeirin
müəllifinin də cinsini müəyyən etmək eyni
dərəcədə mümkün olmazdı.
Müstəbid Ģahın, cahil ruhanilərin Tahirənin
əleyhinə çıxmalarına baxmayaraq, o,
həqiqəti söyləməkdə bir an da olsa tərəddüd
etməmiĢ, ölümün gözünün içinə dik
baxmıĢdır.Ölümünə bir-neçə gün qalmıĢ
Nəsrəddin Ģahazadlıqdan məhrum edilmiĢ
Tahirə ilə görüĢmək arzusunda olduğunu
söyləyir. Əyanların təzyiqinə baxmayaraq,
Tahirə Ģahın görüĢünə çadrada getməkdən
imtina edir. Tahirə Ģahın məqamına daxil
olanda, onu bu görkəmdə görən Ģah özünü
bir müddət itirir. Tahirənin üzünə
baxmadan və gözlərini yerdən qaldırmadan
Tahirəyə dini qaydalara hörmətlə
yanaĢmağı, öz inancından imtna etməyi
tövsiyə edir,ona Məleykə qismində Ģah
hərəmxanasına daxil olmağı təklif edir.
Tahirə Ģahın bu təklifini istehza ilə öz
Ģerindən bir beyt söyləyib otaqdan çıxır.
Sənə sənin səltənətin, cahü-cəlalın,
Mənə isə zahidin yolu və vəsiləsi
Əgər o yaxĢıdırsa, özünə saxla,
Əgər bu pisdirsə, mənim ismətim.
Ölümə məhkum edildiyini
eĢidəndə, Ģahidlərin dediyinə görə Tahirə
edam icaraçılarına aĢağıdakıları söyləyib:
“Siz məni istədiyiniz kimi öldürə
bilərsiniz, lakin qadınların azadlıq
hərəkatını heç vaxt saxlaya bilməzsiniz”.
Tahirə Tehranın Elxani bağında
1852-ci ildə boğulub öldürülmüĢdür. Bir
ehtimala görə cəsədi suyu qurumuĢ quyuya
atılmıĢ və daĢla doldurulmuĢ, baĢqa bir
ehtimala görə isə cəsədi yandırılıb, külü
göyə sovrulmuĢdur.Fransız səfiri Qobino
1865-ci ildə çap edilmiĢ Les Religions et
les Philosophies dans L`Asie Centrale
kitablnda yazır ki, Tahirə əvvəlcə
boğulmuĢ, sonra isə Ģahidlərin gözü
qarĢısında yandırılmıĢdır. Onun qalıqları
qurumuĢ su quyusuna atılmıĢ və üstünə də
torpaq və daĢ tökülmüĢdü.
Tahirənin adını Qərbin heyranlıq
və ehtiramla çəkən məĢhur Ģəxsiyyətləri
arasında Lord Kurzon, Jozef Artur, Qobino,
Professor Çeyne, Ser Françis Advard
Yonqhasband, Arminus Vamberi, Edvard
Braun, A.L.M. Nikolas, Marta Rut, Laura
Dreyfus Barni, Klara Edc, Alessandor
Bausani, Mərziyə Qeyl, Con Hetçer, Yan
Ripka və Annemari Aximelin vardır.
Edvard Braun məĢhur A Literary History of
Persia əsərində yazır:
“Qürrətül-Eyn kimi bir qadının meydana
çıxması,istənilən ölkədə və istənilən dövrdə
nadir bir fenomendir, lakin Ġran kimi bir
ölkədə bunun olması qeyri-adi haldır– xeyr,
demək olar, bir möcüzədir. Onun ecazkar
gözəl-liyinin xüsusiyyətləri kimi, onun
nadir intellektual istedadı, onun coĢğun
bəlağəti, qorxmaz cəsarəti, Ģərəfli Ģəhidliyi
198 № 4 (16) QıĢ 2015
ilə o öz həmvətənləri arasında
müqayisəyəgəlməz və ölümsüz bir
mövqedə dayanır. Əgər Babın dini heç bir
böyüklüyə iddia etməsəydi, onun Qürrətül-
Eyn kimi bir qəhrəmanı doğurması ....
kifayət edərdi.”
Müasir ġərq fəlsəfəsinin anisi
Məhəmməd Ġqbal “Cavidnamə”
poemasında nəql etdiyi səyahətdə, xəyalı
olaraqYupiter planetinə çatır; və burada üç
nurlu ruhla görüĢür – Mənsur Həllac, Qalib
və Qürrətül-Eyn Tahirə. Ġqbal bu səyahətin
təfərrüatlarını çox gözəl təsvir edir. O, bu
üç müqəddəs ruh qarĢısında dayanır. Onlar
qırmızı libasda idilər, üzləri isə nur saçırdı.
Bu Ģəxsiyyətlər yüksək ruh halətində
idilər.Ġqbal poemada deyir:
DüĢünmə ki, Tahirə bu dünyanı
tərk etmiĢdir,
Bəlkə o öz dövrünün vicdanında qalmıĢdır.
Nazim Hikmət ona nadir bir
formada ehtiramını bildirmiĢdi: “Ey Tahirə,
min Nəsrəddin Ģah səninlə öldü. Ey insan
azadlığının Ģölə saçan alovu.”
Böyük Türk Ģairi Süleyman Nazif Tahirə
haqqında demiĢdir:
“O, Janna Darkdan daha mötəbər,
daha gerçək, daha görkəmli və daha böyük
qəhrəmandır, Həvvadan tutmuĢ doğulacaq
son qız övladına qədər, Qəzvindən olan bu
gənc Türk qadınını xatırlayarkən, gözləri
yaĢaracaq və qürurla dolacaq. Ah! Təəssüf,
Qürrətül`eyn! Sən min Nəsrəddin Ģaha, min
Qacar sülaləsinə dəyərdin. Sənin qatillərin
sənin külünü Tehranın üfüqlərinə
səpmədilər, xeyr, o üfüqlərdən bəĢəriyyətin
ürəklərinə səpdilər. Hər bir ürək sənin
məskənindir, Tahirə!”
Qərb ölkələrində Tahirənin adını daĢıyan
onlarca cəmiyyət, assosiasiya, qadın və
qeyri-qadın təĢkilatları fəaliyyət göstərir.
Dieqo Rivera (8 dekabr 1886,
Quanoxuato - 24 noyabr 1957, Mexiko) -
Yəhudi və ispan əsilli Meksika rəssamı.
Dərgimizin ötən sayında haqqında bəhs
etdiyimiz meksikalı rəssam Frida
Kahlonun həyat yoldaĢıdır.
1886-cı ildə anadan olmuĢdur. Rivera
ana tərəfdən Katolik kilsəsi dövründən
qalma yəhudi, ata tərəfdən isə ispan əsilli
idi. Mexiko Ģəhərindəki San Kalos
Akademiyasında təhsilini almıĢdır. Latın
Amerikası və ABġ-da freska yaradıcılığını
canlandırmıĢdır. Gənc yaĢlarda divar
rəsmləri yaratmağa baĢlayarkən San Karlos
Akademiyasında bir mitinqə qatıldığı üçün
akademiaydan atılmıĢdır. Təhsilini davam
etdirmək üçün Ġspaniyaya getmiĢ, daha
sonra Parisə yerləĢmiĢdir. Orada Pablo
Pikasso və Amadeo Modilyani kimi
insanlarla dost olmuĢdur. 1920-ci ildə
Ġntibah dövrünün freskalarını araĢdırmaq
üçün Ġtaliyaya səyahət etmiĢdir. Ġtaliyadakı
incəsənətdən çox təsirlənmiĢdir.
1921-ci ildə yenidənqurmaya meyilli
olan Alvero Obreqonun prezident
seçilməsinin ardından Meksikaya
qatılmıĢdır. Burada siyasi rəsmlər
çəkmiĢdir. ABġ-ın Detroyt Ģtatında Detroyt
.
Üç aylıq ədəbiyyat dərgisi 199
Ġncəsənət Ġnstitutu və Nyu Yorkdakı
Rokfeller mərkəzi üçün çəkdiyi divar
rəsmləri siyasi mövzulara toxunduğundan
böük tənqidlərə məruz qalmıĢdır. Rivera ən
çox freska sahəsində tanınmıĢdır.
1957-ci ildə Mexikoda vəfat etmiĢdir.
Həyat yoldaĢı Frida Kahlo ilə
yaĢadıqları eĢq bu gün də dillər əzbəridir.
AĢağıdakı sətirlər də bunu yaxĢı əks etdirir.
Dieqonun Fridaya yazdıqlarından:
“Heç bir Ģey əllərinlə müqayisə edilə
bilməz, heç bir Ģey gözlərinin qızılı-yaĢılı
kimi deyil. Bədənim günlərdir sənlə dolu.
Sən gecənin aynasısan. ġiddətli bir ĢimĢək
bıçağı. Torpağın nəmi. Qoltuq altının oyuğu
mənim sığınağım”.
Frida isə öz Dieqosunu, sevimli
nəhəngini belə yansıdır:” Heç kəs heç
zaman baĢa düĢməyəcək ki, mən Dieqonu
necə sevirəm. Mən bircə Ģey istəyirəm: heç
kəs onu yaralamasın və narahat etməsin,
yaĢaması üçün - öz sevdiyi kimi yaĢaması
üçün lazım olan enerjidən onu məhrum
etməsin. Əgər mənim sağlam canım
olsaydı, mən onu bütövlüklə Dieqoya
bağıĢlardım”.
Bu da Dieqonun sözləridir: ”Ağzımda
sənin dodaqlarından qalan badam dadı var.
Dünyalarımız heç kənara çıxmadı. Bir
dağın içini ancaq baĢqa bir dağ bilə bilər”.