Neftçala şəhər

Post on 17-Jan-2016

66 views 2 download

description

Neftçala şəhər. E.Həbibov adına. 4 N - li tam orta məktəb. Feyzullayeva Almaz. ???. Qış fəslindən sonra hansı fəsil gəlir? Ağaclar nə vaxt çiçək açır?. Y. A. Z. qaranquş. - PowerPoint PPT Presentation

Transcript of Neftçala şəhər

???

YAZ

MART

APRELMAY

Yaz gəlir. Təbiət oyanır. Hər yer canlanır. Ağaclar yarpaqlayır. Çəmənlər yaşıllaşır. Otların arasından çiçəklər baş qaldırır. Həşəratlar görünür. Quşlar şən nəğmələr oxuyur.

Yaz fəslinə el arasında....

BAHAR

Elimizə bahar gəlir.

İnsanlar baharın gəlişinə çox sevinir. Evlərdə, həyət-bacalarda təmizlik işləri aparır. Cürbəcür şirniyyatlar bişirir, ruzi-bərəkət rəmzi olan səməni becərir. Baharın gəlişini bayramla qarşılayır. “Novruz” adlanan bu bayram “yeni gün” mənasını verir. Bayramdan qabaq Su, Od, Yel, Torpaq çərşənbələrini xalqımız öz inancları ilə xüsusilə qeyd edir.

Su çərşənbəsi. Su çərşənbəsi dədə-babalarımızın dediyinə görə su ilə bağlıdır. Bu çərşənbə axşamından başlayaraq suların buzu əriyir. Sular get-gedə isinir,daha adamın əllərini dondurmur. Babalarımızın fikirlərinə görə təbiətin canı olan su onun gücünü ikiqat artırır. Həmin gün bulaq başına toplaşan qızlar deyib-gülür, çalıb-oynayır, su üstündən hoppanıb deyirlər:”Azarımı, bezarımı su aparsın”.

Od çərşənbəsi. Babalarımız hesab edirlər ki, Od çərşənbəsi insanları azar-bezardan qoruyaraq, onlara sağlamlıq, gümrahlıq bəxş edir. Bu çərşənbədə insanlar tonqallar yandırırlar. Üç və ya yeddi dəfə tonqalın üzərindən o yan-bu yana hoppanır, “azarlığım, bezarlığım, ağrım-acım, qadam-balam bu od üstə tökülsün”,- deyirlər.Çərşənbə tonqalının külünü axar sulara axıtmaq yaxşı əlamət sayılır. Mərasim başa çatdıqdan sonra hamı bir-biri ilə arzu –diləklərini bölüşür. İnsanlar inanırlar ki, bu çərşənbə axşamı evlərdə nə qədər çox od-atəş yandırılarsa, gələn il həmin ailənin həyatı o qədər xoşbəxt keçər.

Yel çərşənbəsi. Bu çərşənbəyə el arasında Hava çərşənbəsi də deyirlər. Gün ərzində bir neçə dəfə dəyişən hava çox qısa zamanda bütün yer üzünü dolanaraq Su, Od və Torpağı bir daha hərəkətə gətirir, yer üzündə pis nə varsa, üfürüb aparır. Hava aöacların qol-budaqlarını o tərəf-bu tərəfə yellədərək, onları qış yuxusundan oyadır, puçurlarını açır. Buludları qovaraq bir-birinə toqquşdurub, ilıq yaz yağışları yağdırır. Torpağın donunu açıb, ona can verir. Havada artıq baharın nəfəsi duyulur.

Torpaq çərşənbəsi. Su və odun köməyilə torpaq yavaş-yavaş cana gəlir. O, yavaş-yavaş buğlanıb tərləməyə başlayır. Alovlanan tonqalın hərarəti yeri qızdırır, torpaq əkinə hazırlanır. Torpaq çərşənbəsi artıq baharın gəlişindən xəbər verir. Bu çərşənbəyə xalq arasında Yer çərşənbəsi də deyirlər. Hələ qədim zamanlardan bu bayramda zurnada, təbildə el havaları səslənər, meydanda cavanlar güləşər, cıdıra çıxar, papaqatma kimi maraqlı oyunlar oynayardılar. Qızlar halaya gedər, süfrə bəzəyər, uşaqlar yumurta döyüşdürərdilər. Evdən-evə xonçalar gedərdi.İnanca görə sonuncu çərşənbədə insanlar qulaq falına çıxırlar. Ona görə də axırıncı çərşənbədə hamı evində xoş sözlər danışmağa çalışır. Çünki birdən qapıya gəlib dilək tutan olar, qoy niyyəti xoş sözə tuş gəlsin.

Ağırlığım - uğurluğum bu odda yansın!!!

Müəllimin şərhi: Yazın gəlişi ilə təbiət yaşıllaşır,müsəlman aləminə yeni il gəlir. İnsanlar baharın gəlişinə sevinir, evlərdə təmizlik işləri görür,səməni göyərdir, tonqallar yandırır,el şənlikləri keçirərək,,Novruz bayramı,,nı qeyd edirlər. Bayramda bahar qız gəlir,kosa və keçəl uşaqları sevindirir.

NOVRUZ BAYRAMI

ŞəkillərÇərşənbələri sıra ilə düzün.

No

vru

z

Səməni

Əlamət bildirən

sözlər

Bahar qızıTonqal

Kosa ilə keçəl

bayram

ı

Qoğal

Xalqımızın adət-ənənələri.

Ç

O

X

?

N

A

Afərin uşaqlar!

Hər bir qrupa novruz xonçası hədiyyə olunur.

Bu gün biz elimizin ən gözəl bayramı-”Novruz” haqqında danışdıq.Onun adət-ənənələriniöyrəndik.

təşəkkür edirəm