Post on 07-Jan-2017
AZƏRBAYCANIN DÜNYA ƏHƏMİYYƏTLİ ABİDƏLƏRİ
AZ
ƏR
BA
YC
AN
IN D
ÜN
YA
ƏH
ƏM
İYY
ƏT
Lİ
AB
İDƏ
LƏ
Rİ
1
RAHĠBƏ ƏLĠYEVA TAMAġA ĠSAYEVA
ELÇĠN ƏLIYEV NƏSĠB ZEYNALOV
AZƏRBAYCANIN DÜNYA
ƏHƏMĠYYƏTLĠ ABĠDƏLƏRĠ
AMEA-nın Memarlıq və İncəsənət İnstitutu
Memarlıq abidələrinin qorunması və bərpası
problemləri Ģöbəsi.
Bakı-2015
2
AMEA Memarlıq və Ġncəsənət Ġnstitutunun Elmi
ġurasının qərarı ilə çap olunur (12 oktyabr 2015-ci il, 8 saylı)
Elmi redaktor: Hacıyeva S.X.
memarlıq doktoru, dosent
Rəyçilər: Mikayılova M.N.
memarlıq üzrə fəlsəfə doktoru, dosent
Tangudur S.
memarlıq üzrə fəlsəfə doktoru, dosent
A-40. Rahibə Əliyeva, TamaĢa Ġsayeva, Elçin Əliyev,
Nəsib Zeynalov. AZƏRBAYCANIN DÜNYA ƏHƏMİYYƏTLİ
ABİDƏLƏRİ.
A
© «AVROPA» nəşriyyatı-2015
4702060106-81
8032-2015 Qrifli nəşr
3
ÖN SÖZ
Azərbaycan çoxəsrlik tarixə malik maddi mədəniyyət
nümunələri ilə zəngin bir ölkədir. Maddi mədəniyyət nümu-
nələrinin qorunması daima ölkə prezidentinin diqqət mərkəzin-
dədir. Hazırda Azərbaycan Respublikasının ərazisində 6308 tarix
və mədəniyyət abidəsi dövlətin mühafizəsindədir, 27 dövlət tarix-
mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət
göstərir.
―Tarix və mədəniyyət abidələrinin qorunması haqqında‖
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbay-
can Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş
daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə
görə bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02
avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Yeni aşkar olunmuş abidələr mütəmadi olaraq daşınmaz tarix və
mədəniyyət abidələrinin siyahısına əlavə olunur. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi daşınmaz tarix və
mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü
siyahısında 21 Dünya əhəmiyyətli memarlıq abidəsi qeydə
alınmışdır. Qeydiyyatda məqsəd, siyahıya alınmış abidələrin
YUNESKO-nun Dünya Mədəni İrsinə təqdimatından irəli gəlir.
Bu memarlıq abidələrindən 2000-ci ildə ―İçərişəhər‖ Dövlət
Tarix Memarlıq Qoruğu şəhərsalma quruluşu, ―Şirvanşahlar
sarayı‖ kompleksi və ―Qız qalası‖ ilə birlikdə və 2007-ci ildə
arxeoloji abidələr qrupuna daxil edilmiş ―Qobustan‖ Dövlət Tarix
Bədii Qoruğu YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına
daxil edilmişdir. Bu abidələr təkcə Azərbaycanın deyil, Dünya
mədəniyyətinin inciləri kimi qeydə alınmışdır.
Qeydə alınmış 21 memarlıq abidəsi haqda alim və memar-
ların ayrı-ayrılıqda nəşrləri və tədqiqatları mövcud olsa da,
bütünlükdə Dünya əhəmiyyətli abidələrin kompleks şəkildə nəşri
ilk dəfə olaraq AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun
―Memarlıq abidələrinin qorunması və bərpası problemləri‖
şöbəsində həyata keçirilir. Məqsəd, YUNESKO-nun Dünya İrsinə
4
təqdim olunacaq abidələr haqda elmi-biblioqrafik məlumatın
memar və tələbələrə, eləcə də geniş oxucu kütləsinə
çatdırılmasından ibarətdir.
―Qobustan‖ Dövlət Tarix Bədii Qoruğu Dünya əhəmiyyətli
arxeoloji abidələr sırasında qeydə alınsa da, YUNESKO-nun
Dünya İrsi Siyahısına salınması, qoruq haqda olan tədqiqatları
kitaba daxil etməyə bizi vadar etdi.
Qeyd etmək istərdim ki, bu məlumatlar mövcud baza
əsasında, gələcək tədqiqatlar üçün zəmin olaraq hazırlanmışdır.
5
ATƏġGAH
XIX əsrin əvvəllərində
fransız şərqşünası M.Y.
Sen-Marten qeyd edirdi:
―Bakı şəhəri qədim za-
manlardan çoxsaylı neft
mənbələri və yer altından
sərbəst şəkildə çıxan qaz-
ları, təbii alovları ilə mü-
qəddəs məkan sayılırdı.‖
Bir çox yerlərdə bu
―daimi‖ alovlar altar və
od məbədini yaradan atəş-
pərəstlər tərəfındən müda-
fıə edilirdi.E.ə. X-IX əsr-
lərdə Zərdüşt dininin ya-
ranmasıyla, zərdüştlər həm
göy cisimlərinə, həm də
oda sitayiş edir, öz müqəd-
dəs ―allahlarına‖ inanc-
larını təzahür etdirirdilər.
Tarixçilərdən bəziləri zər-
düştliyin məhz qədim Ab-
şeronda, bəziləri isə İran
dövləti ərazisində yaran-
dığını iddia edirlər.400 il
hakimiyyətdə olmuş qədim
Sasanilər və onlara qədər
(b.e. II əsri) mövcud olmuş
Əhəmənilər dövləti Zərdüşt
dininin təsiri altında şərq-
dən qərbə kimi böyük bir ərazini fəth etməklə bu dinin sərhəd-
lərini genişləndirməkdə vasitəçi olmuşlar. Sasanilər Şərqi Asiya-
nın (Çin, Hindistan) böyük bir hissəsini əsarətdə saxlamaqla
Kateqoriya: Dini tikili
Abidə növü: Məbəd
Mənsubiyyəti: Memarlıq
abidəsi
Kompleks: Memarlıq
kompleksi
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan:
Bakı şəhəri,
Suraxanı
rayonu
Ġnventar nömrəsi: 1
Tarix XVIII
əsr
6
Zərdüşt dinini dövlət dininə çevirmiş və istila etdikləri ərazilərdə
―od məbədləri‖ inşa etdirmişlər. Sasanilər dövrünün ibadətgah-
ları ―dörd qübbə‖ (4 tağ) adlanan, günbəzi kub şəklində olan tiki-
lidən ibarət olmuşdur. 4 tağ - 4 müqəddəs ünsürə (su, od, hava və
torpaq) xitabən qurulmuşdur. Hər bir məbədin müqəddəs yeri
odun saxlanıldığı kub şəklində olan səcdəgahı idi.
Eramızın əvəllərində Azərbaycan ərazisində yüzlərlə od
yanır, istər möhtəşəm məbədlərdə, istərsə də sadə adamların
səcdəgahlarında minlərlə insan oda sitayiş edirdi. Məhz buna
görə Azərbaycanın ―Odlar yurdu‖ adlandırılması təsadüfi deyil.
Ölkənin şimal-şərqində, Abşeronda isə ―sirli, sönməz alovlar‖
əbədi olaraq yanmaqda idi.
Şərqdən Qərbə gedən Böyük İpək Yolunun keçdiyi orta əsr
Azərbaycanı, bir sıra ölkələrin diqqətini öz sərvətlərilə yanaşı
―od məbədləri‖lə də cəlb edirdi. Hindistan tacirləri də Azərbay-
can ərazisində, xüsusilə Bakıda dəniz ticarət əlaqələri qurmaqla
yanaşı, zəvvarların Abşerona axınına yardımçı olurdular. ― Od
məbədləri‖ ilə zəngin olan Bakı Qalasında hindlilərin inşa etdiyi
Multanı karvansarası (XIV-XIX əsrlər) ticarət küçəsinin ayrılmaz
memarlıq elementinə çevrilmişdir.
Lakin hindliləri həm də Bakıdan müəyyən məsafədə yerləşən
Suraxanının sirli, sönməz alovları cəlb edirdi. İngilis ictimai
xadimi Cons Hanney 1743-cü ildə ―rus kompaniyasının‖ taciri
kimi İran, Bakı və Abşeronda olmuş, bir sıra səyahətçilər kimi
(Kemfer, Villot, Lerx) Suraxanı kəndindəki Atəşgah onun
diqqətini cəlb etmişdi. O, buralarda ayrı-ayrı dövrlərdə tikilmiş
müxtəlif tipli qədim od məbədlərinin tam kompleksinin möv-
cudluğu haqqında yazırdı. Məhz ərazidə məbədlər ―meşəsinin‖
yaranması təsadüfı deyildi. Hindlilər odu xarici təsirlərdən
qorumaq və onun ətrafında təvaf etmək üçün, burada üstü
günbəzli 4 tağlı pavilyon inşa edirlər. Abşeronun Suraxanı
qəsəbəsində yerləşən məbədin tarixinin islamaqədərki dövrü
əhatə etdiyi fərz edilir. XVIII əsrdə Azərbaycana gələn Hindis-
tan tacirləri məbədi yenidən bərpa etmişlər.
Onilliklər keçdikcə Atəşgahın memarlıq-plan quruluşu
7
kompleks xarakter almaqla genişləndirilmişdir. Məbəd komplek-
sinə iki böyük karvansara, yaşayış hücrələri, mərkəzi səcdəgah
və qonaqlar üçün otaq - balaxana daxil edilmişdir. Atəşgah
qeyri-bərabər tərəfli, beşbucaqlı plan quruluşu və daxili qapalı
həyəti ilə Azərbaycanın karvansaralarını xatırladır.
Maraqlı ibadət tikililəri qrupuna daxil olan atəşpərəstlik
məbədinin əsas elementi olan od, həyətin mərkəzində atəşgahlar
üçün ənənəvi plan quruluşlu kvadrat əsaslı pavilyonun, yəni əsas
məbədin mərkəzində yerləşir. Zəvvarlar gündə 5 dəfə, saat
əqrəbinin əksi istiqamətində 4 ünsürlə əlaqəli olaraq 4 dəfə
alovun dövrəsində təvaf edirdilər. Təvaf zamanı alovun ətrafında
meyvələr düzülürdü. Xüsusilə nar alov, günəş rəmzi sayıldığı
üçün, ibadət zamanı onun mütləq olmasına diqqət ayrılırdı.
Məbəd yer səthindən 40- 50 sm hündürlükdəki kürsü üzərində
qurulmuşdur.(3)
Məbəd ətrafında, həyətin perimetri boyu qurulmuş 24 hücrə
və 1 otaq zəvvarlara, kahinlərə və onlartn rəiyyətlərinə xidmət
etmişdir. Bircərgəli yerləşgələr bir-biriylə daxili əlaqəsi olma-
dan, çatma tağ-tavanla örtülmüşdür. Kompleks şimal-şərq istiqa-
mətində olan giriş portalı və ikinci mərtəbədəki balaxana ilə
diqqəti cəlb edir və əsas həcm-fəza kompozisiyası yaradır.
Balaxanaya daxili həyətdən bir marşlı pilləkən qəfəsəsi qalxır.
Məbəd kompleksinin qərb tikililəri ikicərgəli plan kompozisiya-
sına əsasən qurulmuşdur. Səcdəgahın balaxanaya baxan hissə-
sində, şimal divarında, tağın üstündə hind dilində məbədin 1713-
cü ildə hindistanlı tacir Kançanaqaranın vəsaiti ilə tikildiyi barə-
də məlumat verilir. Məbədin səcdəgahının şimal divarındakı
tağının üstündə hind dilində epiqrafik kitabə quraşdırılmış,
Atəşgahın dənizdən azacıq aralı, Abşeron yarımadasındakı
Suraxanıda inşa olunduğu haqda məlumat verilir. Bu kitabələr
məbədin hind tacir və ziyarətçılərinə məxsus olduğunu sübut
edir.
Atəşgahın hücrələri karvansara rolunu oynamaqla hindlilərin
qısa müddətli dincəlməsi və ibadəti üçün nəzərdə tutulmuşdur.
Balaxana avropalı səyyahlar üçun idi. Onlar hindlilərin ibadətini
8
buradan müşahıdə edirdilər.
1613-cü ildə məbədin ilkin tikilisi tacirlər üçün karvansara
tipli iki hücrədən ibarət olmuşdur.14 saylı hücrə tacirlərin
gecələməsi, 13 saylı hücrə isə (buradakı daş halqalar və heyvan-
ların yemlənməsi üçün axurlardan bəlli olduğu kimi) heyvanların
saxlanması üçün nəzərdə tutulmuşdur.17 saylı hücrədəki alov
izləri ilkin ibadət məbədinin məhz burada yerləşdlyini sübut
edir.Daha sonralar, XVIII əsrdə mərkəzdəki alov üzərində dörd
tağlı məbəd qurulmuşdur.Digər hücrələrdən mətbəx, yaşayış və
işgəncə otaqları kimi istifadə olunmuşdur. 5 saylı hücrədə quyu
yerləşmişdir, lakin bu quyunun hansı məqsədə xidmət etdiyi
məlum deyil. Bu tipli quyular arxeolojı qazıntılar zamanı həyətdə
də aşkarlanmışdır. Bunların bəzilərinin ərzaq quyuları olduğu
bildirilir. Otaqlar çatma tağlı tağ-tavan konstruksiyası ilə
örtülmüşdür. Künc mövqe tutan hücrələrin örtük konstruksiyası
günbəzli olmaqla kahinlərə xidmət etmişdir. 18 saylı hücrədə
günbəz konstruksiyası ilə zəng otağı olmuş, zəvvarları ibadətə
səsləmişdir.
Od məbədi yerli usta və sənətkarlar tərəfındən inşa olunmuş-
dur. Abidə Şirvan- Abşeron memarlıq ənənələrini özündə əks
etdirməklə, bu məktəbin bariz nümunələrindən sayılır. Perimetr
boyu yerləşmiş birmərtəbəli otaqlar sadə memarlıq kompozisiya-
sı ilə Abşeronun ağ əhəng daşıyla inşa olunmuşdur. Ətrafdakı
cılpaq landşaftla harmoniya təşkil edən məbəd üzərindəki
maşekullar Abşeron qalalarının merlonlarını xatırladır.
Məbəd 1883-cü ilə, yəni Suraxanı kəndində neft emalı ilə
bağlı Mendeleyev zavodunun tikintisinə kimi fəaliyyət göstər-
mişdir. Bu zaman burada təbii alov söndüyündən, məbədə nəza-
rət edən kahin ―Od allahının‖ ondan üz çevirdiyini düşünərək
məbədi tərk edib Hindistana getmişdir. Artıq sadə insanların ilahi
bir şey kimi ibadət etdikləri alov kimlərinsə mənfəət mənbəyinə
çevrilmişdir.
1886-cı ildə III Aleksandr Bakıya gəldikdən sonra, onun
göstərişi ilə məbədə borularla qaz çəkilmiş, məbəd yenidən
alovlandırılmışdır. 2010-cu ildə, ərazidə aparılan arxeolojı
9
qazıntılar zamanı hücrələrə çəkilən qaz borularının izləri də
aşkarlanmışdır. Hücrələrdəki bacalar bunu bir daha sübut edir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il sərəncamı
ilə Bakı şəhəri, Suraxanı qəsəbəsində ―Atəşgah məbədi‖ Dövlət
tarix-memarlıq qoruğu elan olunmuşdur. Unikal abidə olan
Atəşgah məbədi Dövlət tarix-memarlıq qoruğu, XX əsrin 70-ci
illərində bərpa edilmiş, hazırda muzey kimi fəaliyyət göstərir.
Qoruq-muzeydə turistlərin təkcə tarixi-memarlıq abidəsilə deyil,
həm də muzey materialları ilə tanış olmaq imkanı yaradılmışdır.
Hücrələrdə Atəşgahın tarixini özündə əks etdirən müxtəlif
eksponatlar yerləşdirilmişdir.
Tarixə nəzər salsaq görərik ki, Atəşgah məbədi bütün dövr-
lərdə səyyah, alim, rəssam və tacirlərin diqqət mərkəzində olmuş-
dur. Buna sübut 7 saylı hücrənin 8-ci lövhəsində nümayiş et-
dirilən XVII-XIX əsrlərdə burada olmuş səyyahların siyahısı
təsdiq edir. Qoruq-muzeyin ekspozisiyasında fotolar, lövhələr,
sxemlər, maketlər və müxtəlif əşyalar nümayiş etdirilir, Azər-
baycan-Hindistan arasındakı əlaqələr barədə məlumat verilir.(3)
Məbədin 8 saylı hücrəsində ―Atəşgah XIX-XX əsrin əvvəl-
lərində rəssam və səyyahların təsvirlərində‖ adlı ekspozisiya yer-
ləşdirilmişdir, 11 saylı hücrə isə məişət hücrəsi adlanır.
Maraqlı cəhət orasındadır ki, bu Od Məbədi kimyaçı-alim
Mendeleyevi, məşhur rus rəssamı Vereşşaqini, fransız yazıçısı
Aleksandr Dümanı (ata), Nobel qardaşlarını, Cəvahirlər
Nehrunu, İndira Qandini, dünya şöhrətli kinorejissor Rac
Kapuru, şərqşünas-alim Dornu və bir çox məşhur şəxsiyyətləri
də özünə cəlb etmişdir.Atəşgah məbədi ' Dövlət tarixi-
memarlıq qoruğu memarlıq tipləri arasında nadir abidə kimi bu
gün də Avropa və Şərq ölkələri turistlərinin diqqət mərkəzində-
dir. ―Atəşgah məbədi‖ dövlət tarix-memarlıq qoruğunun müha-
fizəsi və maddi-texniki təminatı barədə‖ Azərbaycan Respub-
likası Prezidentinin 2009-cu il 1 iyul tarixli 365 nömrəli Sərən-
camına əsasən qoruğun konservasiya və bərpası üzrə layihə-
smeta sənədlərinin hazırlanması, ərazidə arxeoloji tədqiqat
işlərinin aparılması və ―Atəşgah‖ tarixi muzey mərkəzinin
10
yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat
Fondundan bir milyon manat vəsait ayrılmışdır. Qoruğun
ərazisində geniş miqyaslı bərpa-konservasiya, elmi tədqiqat,
yenidənqurma və abadlaşdırma işləri aparılmış, o cümlədən yeni
inzibati və ekspozisiya binaları tikilərək istifadəyə verilmişdir.
Ədəbiyyat:
1.Şamil Fətullayev-Fiqarov.Abşeron memarlığı,Bakı,2013
2.Sara Aşurbəyli.Şirvanşahlar dövləti, Bakı, 2007
3.Rahibə Əliyeva. Suraxanıda‖Atəşgah‖ məbədi. ―Qobustan‖
N1-2012
11
“ĠÇƏRĠ ġƏHƏR”
MEMARLIQ-
ġƏHƏRSALMA
KOMPLEKSĠ
Tarixin öyrənilməsi üçün
iki mənbə - yazılı və mad-
di mənbələrdən istifadə
olunur. II mənbə olan ar-
xeoloji materiallar daha
dəqiqliyi və maddi dəlil-
ləri ilə tariximizi sübut
edən elmdir. Arxeoloji
materiallar insanların yazı
dövrünə qədərki tarixini
öyrənməyə vasitəçi olur.
İçəri şəhərin də tarixinin
öyrənilməsində II mənbə-
nin özünəməxsus rolu ol-
muşdur. ―Bakı qalasında‖
ilk dəfə olaraq 1920-ci
ildə, arxeoloji tədqiqat işlə-
rinə başlanılmışdır. Tədqi-
qatçı-alimlər E.A.
Paxomov, İ.M. Cəfərzadə,
F.Ə. İbrahimov, Ö.Ş.
İsmizadə Bakının İçəri-
şəhərinin tarixinin öyrənil-
məsində uzun illər ərzində
aparılmış bir sıra arxeoloji
qazıntı işlərinə rəhbərlik
etmişlər. Bu qazıntılar pro-
sesində aşkar olunmuş zən-
gin maddi-mədəniyyət nü-
munələrinin öyrənilməsi
göstərir ki, orta əsrlər Bakısı sıx məskunlaşmış şəhər olmuş,
Kateqoriya: Tarixi şəhər
Abidə növü: Qoruq
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks: Memarlıq-şəhər-
salma kompleksi
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Bakı şəhəri,
Səbail rayonu
Ġnventar
nömrəsi: 2.
Tarix VI-XIX əsrlər
12
burada ticarət və onunla bağlı pul dövriyyəsi, müxtəlif sənətlər və
şəhər təsərrüfatının digər sahələri dövrünə görə inkişaf dərəcəsinə
çatmışdı.
Bakı qalasının arxeoloji cəhətdən öyrənilməsi tikinti-inşaat
işlər ilə əlaqədar təsadüfi xarakter daşımışdır. Azərbaycanın
Rusiyaya birləşdirilməsindən sonra, 1850-ci illərdə Rusiya hökü-
məti qədim Bakının, İçərişəhərin ərazisində ən hündür yerdə
Aleksandr-Nevski adına kilsə ucaltmağı qərara alınmışdı. İçəri-
şəhərdə ən yüksək relyefdə Şirvanşahlar sarayı yerləşdiyi üçün,
kilsə məhz saray ərazisində tikilməli idi. Beləliklə, saray daxi-
13
lində kilsə inşası üçün torpaq işləri başlandı. Lakin, küllü miq-
darda maddi-mədəniyyət nümunələri aşkar olunduğuna görə iş
dayandırıldı. Bu ərazidə arxeoloji tədqiqat işləri aparmaq üçün
akademik V.V.Bartold Bakıya dəvət olundu. O, Şirvanşahlar
sarayının ərazisində qısamüddətli, lakin geniş arxeoloji tədqiqat
işləri aparmış, kilsənin saray ərazisində inşasının məqsədəuyğun
olmadığını bildirmişdir.
İçərişəhərin qədim tarixi və maddi mədəniyyətinin öyrənil-
məsi baxımından 1924-25, 1938-39, 1945-46-ci illərdə Azərbay-
can Tarixi Muzeyi tərəfindən aparılan arxeoloji qazıntılar mühüm
əhəmiyyətə malikdir. Şirvanşahlar sarayının həyətində, Dərviş
türbəsi yaxınlığında aparılan arxeoloji qazıntı zamanı zəngin
materiallar aşkar olunmuşdur. Məqbərə yaxınlığında məscid
binasının qalıqları bir neçə cərgədən ibarət olan hörgü şəklində
məqbərənin divarı yaxınlığında aşkarlanmışdır. Həmin sahədə
başqa tikintilərə aid olan divar qalıqları da üzə çıxarılmışdı.
Qazıntı zamanı əldə olunmuş Səlcuq və Şirvanşahlar dövlətləri
tərəfindən kəsilmiş mis pullara əsasən buradakı qədim təbəqənin
XI-XII əsrlərə aid olduğu və Dərviş türbəsinin Şirvanşahların
saray kompleksindən xeyli əvvəl tikildiyi müəyyən olunmuşdu.
(2. s.37).
Qız qalası ətrafında aparılmış arxeoloji qazıntılar xüsusi
əhəmiyyət kəsb edir. XX əsrin 60-cı illərində Qız qalası ətrafında
aparılan abadlaşdırma işləri zamanı ―Bazar yeri‖ adlanan, oxvarı,
sıra tağlı meydan aşkarlanmışdır. 1964-cü ildə Ö.İsmizadə və
Q.Ciddi ərazidə apardıqları qazıntı işləri zamanı şərq və qərb
divarlarda iki kiçik qapı dəliklərinin olduğunu bildirdilər. Qapı
açımlarının şərq və qərbə istiqamətlənməsi burada ―günəşə iba-
dət‖ zərdüştlük məbədinin olduğunu sübut edir. Qapıların kiçik
olması, girişində günəş qarşısında əyilməyə vadar edirdi.
Qazıntılar zamanı 50-dən artıq qəbirin aşkarlanması və
qəbirlərin üzü Kəbəyə istiqamətlənməsi, onların islam dini
dövrünə aid olduğunu göstərir. Bəzi qəbirlər üst-üstə yerləş-
dirilmiş, bu da qəbristanlığın bir-neçə minilliyə aid olduğunu
sübut edir. Qazıntılar zamanı eləcə də dənizlə əlaqələndirilmiş
14
kanallar da aşkarlanmışdır. Kanallar düzbucaq şəkilli, iri, eni 50
sm, uzunluğu 60-70 sm olan yonulmuş daşlardan qurulmuşdur.
Aşkarlanmış qəbir daşlarının bəziləri XIV-XV, digərləri isə
XVIII əsrlərə aid edilir.
Arxeoloji qazıntılar ərazidə 4,5 m dərinlikdə iri, səkkiz
guşəli, hər tərəfində üç pilləli balkonu olan daş sütun aşkar-
lamışdır. Daşın yuxarı hissəsində odun saxlanılması üçün dəlik
oyulmuşdur. Bu tikilinin də məhz ―atəşpərəstlik‖ dövrünə aid
edilməsi şübhəsizdir. 2,5 m dərinlikdə XII-XIV əsrlərə aid mad-
di-mədəniyyət qalıqları, Şirvanşahların pulları tapılmışdır. Orta
əsrlərdə belə dəfn olunmalar karvan-ticarət yolları üzərində olan
və kompleks tikililərdən ibarət xanəgahlarda aparılırdı. Tədqi-
qatlar bu xanəgahın Qız qalası yaxınlığında Şeyx Tahirə məxsus
olduğunu sübut edir. (3. s.43-44).
Qız qalası ətrafında aşkarlanmış və hal-hazırda konser-
vasiya olunmuş memarlıq və arxeoloji abidələr F.İbrahimovun
başçılığı ilə aparılmış qazıntılar nəticəsində aşkar olunmuşdur.
Qazıntıların nəticələri Qız qalası yaxınlığında tağ-tavanlı məscid,
əks tərəfdə isə xristian məbədinin qalıqlarını üzə çıxarmışdır.
Hal-hazırda bu tikililər konservasiya olunmuşdur.
Qala divarları içərisində İçərişəhərin qədim ruhuna uyğun
olmayan hündür mərtəbəli və qəsr tipli binaların ucaldılması
zamanı qazılan özüllərdə külli miqdarda maddi-mədəniyyət
nümunələri aşkarlanmışdır. Bunlar keramika-dulusçuluq məmu-
latları, daş kirkirə, antik gümüş və mis sikkələr, inşaat keramikası
və s. olmuşdur. Tapılan materialların tədqiqi orta əsrlərdə saxsı
qab istehsalının xeyli təkmilləşdiyini sübut edir.Bu saxsı məmu-
latlarının hazırlanması texnikasının inkişaf etməsi ilə bağlı idi.
Bunun nəticəsində yüksək keyfiyyətli məişət və təsərrüfat qabları
meydana çıxmışdır. İçəri şəhərdə aparılan arxeoloji qazıntılar
zamanı zəngin şirsiz, boyalı, şirli, çini, fayans, seladon kollek-
siyası nümunələri aşkar edilmişdir. Bunların arasında xörək və
mətbəx qabları, ərzaq məhsullarının saxlanılması və daşınması
üçün qablar, tikinti keramikası, su tüngü, uşaq oyuncaqları və b.
əşyalar da vardır.
15
XI-XIII əsrlərin çoxsaylı sadə şirsiz saxsı məmulatları
arasında basma qəlib naxışlı əşyalar xüsusi yer tutur. Bakı
qalasının hər iki mədəni təbəqəsindən tapılmış şirli keramika
forma müxtəlifliyi və bəzəyinin zənginliyi ilə seçilir. VIII-IX-
XIII əsrlərə aid alt təbəqədən əsasən xörək qabları- nəlbəkilər,
kasalar, boşqablar və s. aşkar edilmişdir. Bunlar anqob rəsmli,
anqob və marqansla işlənmiş şəffaf şirli-minalı, polixrom sarı-
yaşıl-qəhvəyi boyalı qablardır. Boşqab və kasalar həndəsi və
nəbati ornamentlərlə, habelə heyvani, quş, balıq, çox nadir hal-
larda isə insan təsvirləri ilə bu sayaq texnikayla qarışıq rəsmlərlə
naxışlanmışdır.
İstər Azərbaycanın, istərsə də orta əsrlər Bakısının kom-
munikasiya sistemində keramika məmulatı mühüm yer tutur.
Arxeoloji qazıntılarla müəyyənləşdirilmişdir ki, Bakı şəhərinin
su təchizatında kəhriz sistemi ilə yanaşı saxsı borulardan-
tünglərdən düzəldilmiş su axıdıcılarından da geniş istifadə
olunmuşdur. Saxsı borular bir sıra sənətkarlıq sahələrində və
təsərrüfat təyinatlı digər işlərdə geniş istifadə olunurdu. İnşaat
keramikasına gəldikdə isə qeyd etmək lazımdır ki, Şirvan-
Abşeron memarlıq məktəbinin əsas inşaat materialı kərpic deyil,
yerli əhəngdaşı olmuşdur. Burada inşaat keramikası əsasən kaşı
ilə üzlük plitə ilə təmsil olunmuşdur. Müxtəlif formalı mavi,
firuzəyi, bəzən də yaşıl rəngli şirli monoxrom kaşı XII-XIII əsrlər
təbəqəsindən aşkar edilmişdir. Mavi şirli müxtəlif olçülü qırmızı
gilli böyük kaşılar XIV-XVII əsrlərin üst mədəni təbəqəsində
qeydə alınmışdır.
Nisbətən daha çox maraq doğuran şüşə məmulatlar qala
divarının şimal hissəsinin yaxınlığında aşkar edilmişdir. Alt
təbəqədə, xüsusilə də şəhərin bu hissəsindəki çalalarda xeyli
miqdarda nazik divarlı şüşə qabların- küp, vaza, qədəh, kiçik
dərman və ətir qablarının, flakonların fraqmentləri aşkar edil-
mişdir. Tapıntılarda müxtəlif rəngli və burmalı şüşə qolbaqlara,
eləcə də muncuqlara daha çox təsadüf edilir.(1. s.14)
İçəri şəhərin metal əşyaları əsasən dəmir və mis məişət
məmulatlarından ibarət olmuşdur. Dəmir əşyalardan dəyirmi və
16
dördkünc papaqlı mismarlar, bıçaq tiyəsinin qırıqları, çapacaq,
hərdən isə at yəhər-yüyəni hissələrinə də rast gəlinir.Bir sıra
sahələrdə ox ucluqları, nizə ucu və s. aşkar edilmişdir. 1938-39-
cu illərdə Şirvanşahlar sarayı həyətindən tapılmış bədii formalı
metal çıraq, metal şamdan, 1975-ci ildə şəhər ərazisindən
qazıntılar nəticəsində aşkarlanmış miniatür formalı dəmir lövbər,
süddan formalı gümüş dolçalar, 1964-cü ildə Qız qalası yanındakı
qazıntılarda çaydan formalı metal qab diqqəti cəlb edir.
Aşkarlanmış zomorf tipli çırağın həm gövdəsi,həm də
lüləsinin üzərində başdan-başa müxtəlif heyvan fiqurları
düzəldilmişdir.Səhnədə 14 heyvan başı və 2 insan sifəti təsvir
olunmuşdur. Şübhəsiz, həmin dövrdə bu kimi əşyaların yalnız
yüksək təbəqəyə mənsub adamlar istifadə etmişdir.
Süddan formalı dolça Şirvan sənətkarlığına məxsus olmaq-
la, Şamaxı şəhərində oxşarı aşkarlanmışdır. Müxtəlif texniki
üsullarla xalı kimi zəngin naxışlanmış dolçanın üzərində heyvan,
insan rəsmləri və ov səhnəsi təsvir olunmuşdur. Qabın üstündə
onun sifarişlə hazırlanması haqda yazı var. Yazıda bu qabın
Məhəmmədbağır adlı usta tərəfindən Cabbar bəy üçün hazırlan-
dığı qeyd olunur. Səthi zövqlə bəzədilmiş süddanın XVI-XVIII
əsrlərə aid olduğu güman edilir.
Bakıdan tapılan metal əşyalar içərisində çoxlu miqdarda
mis və gümüş sikkələr də vardır. Pullar həm arxeoloji, həm də
təsadüfi tapıntılar nəticəsində aşkar edilmişdir. Həm tək-tək, həm
də dəfinə şəklində tapılan sikkələr arxeoloji qazıntılar zamanı
mədəni təbəqələrin və oradan əldə edilən materialların dövrünü
dəqiq təyin etmək cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Maraqlı
burasıdır ki, pulların bir çoxu Bakıda zərb olunmuşdur. Tədqiqat-
çılar bütün bunlara əsaslanaraq Bakıda orta əsrlərdə zərbxananın
olduğunu qeyd edirlər.
Bakıdan tapılan pulların içərisində Şamaxı, Təbriz,
Pənahabad, Gəncə, Dərbənd, Şərvan, Mahmudabad, İrəvan, Qızıl
Orda, Kaşan, Sarayəlcədid, Buxara, Qəzvin, Sultaniyyə və s.
şəhərlərdə zərb olunanları da vardır. Həmin şəhərlərdə zərb
edilən çoxlu sikkələrin Bakıdan tapılması isə orta əsrlərdə bu
17
şəhərlərlə Bakı arasında güclü mədəni və ticarət əlaqələrinin
olduğunu göstərir.
Qrta əsrlərdə Bakı əhalisinin məişətində ən çox yayılmış
tikililər sırasına çörək bişirmək üçün nəzərdə tutulan təndirləri də
aid etmək olar. İçəri şəhərin müxtəlif sahələrindəki arxeoloji
qazıntılar nəticəsində orta əsrlər Bakısında çörək bişirilməsi
üsulunu öyrənməyə imkan verən çoxlu sayda təndir aşkar
edilmişdir. Azərbaycanda çörək bişirmənin çox qədim başlanğıcı
vardır. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, Azərbay-
canda və qədim Qafqazda çörək bişirmək üçün təndirlər, yəqin ki,
Enolit dövründə meydana gəlmiş və sonralar təkmilləşdirilmişdir.
İçəri şəhərdə yerin dərinliyində və yer üstündə tikilmiş təndirlər
aşkar edilmişdir. (1. s.15) Bütöv şimal divar boyu qurulan tən-
dirlərin əksəriyyətinin 2,5 sm-dən 3,5 sm-dək üz qatı ələnmiş
narın qum qarışıqlı xüsusi seçilmiş sarı rəngli suvaşıqlı gildən
hörülmüşdür. Diametrləri 45-50 sm-dir, bununla yanaşı, iri
təndirlərə də rast gəlinir. Məsələn, Şirvanşahlar sarayının şərq
tərəfindəki XIV-XV əsrlər təbəqəsində bünövrəsinin diametri 1,5
m olan təndir aşkar edilmişdir. Şəhər ərazisində bu ölçüdə təndirə
ilk dəfə idi ki, təsadüf olunurdu. Bəzən kiçik bir sahədə müxtəlif
dövrlərdə inşa olunmuş 5-6 təndir yığınına rast gəlinir.
Tədqiatlar nəticəsində XIV-XVII əsrləri əhatə edən üst
mədəni təbəqədən müxtəlif ölçülü təndirlərin tapılması bu
ərazinin ―çörəkçilər‖ məhəlləsi olmasına dəlalət edir. Həyətlərdə
həmçinin ocaqlar, manqallar, təsərrufat və zibil quyuları da
açılmışdır. Şəhərin cənub-qərb hissəsindəki qazıntılar zamanı ilk
dəfə olaraq iri anbar qalığı aşkar edilmişdir.
Bakının qədim dövrünü əks etdirən IX-XII əsrlərə aid alt
mədəni təbəqə daha böyük maraq doğurur. Yazılı mənbələrdə
şəhərin bu dövrü haqqında məlumatlar olduqca azdır. Həmin
təbəqədə aşkar edilən tikintilərin özülləri bilavasitə qaya üzərində
yerləşir. Burada tikinti qalıqları seyrəkdir. Üst təbəqəyə nisbətən
binaların divarları qalındır və bəzən eni 1 metrə çatır. Ölçülərinə
görə xeyli kiçik olan otaqların əksəriyyəti düzbucaqlı formada,
yonulmuş daşlardan tikilmişdir. Qədim təbəqəyə aid maraqlı
18
cəhətlərdən biri də qayada müxtəlif ölçülü quyuların oyulmasıdır.
Bu quyulardan taxıl və digər məhsulların saxlanılması üçün istifa-
də olunmuşdur. (2. s37) Belə tipli quyulara 2013- cü ildə Tağıyev
qapısına doğru, qala divarlarının açılması və rekreasiya zonasının
yaradılması məqsədilə aparılan qazıntılar zamanı da rast
gəlinmişdir. Bir-birinə yaxın məsafədə qazılmış bir-neçə quyunun
aşkarlanması, burada böyük ailənin yaşamasından xəbər verir.
Lakin İçəri şəhərin ―qoruq‖ elan olunması memarlıq abidə-
lərinə xələl yetirmədən arxeoloji qazıntıların aparılmasını xeyli
çətinləşdirir. Ölkə prezidenti İ.Əliyevin göstərişi ilə ―yalnız
abidələrin olmadığı boş sahələrdə arxeoloji qazıntılar aparmaq
olar‖ göstərişi tarixi memarlıq irsinə olan böyük qayğının ifadə-
sidir. Məhz buna görə də ərazidə qazıtılar aparmaqla yeni təbəqə-
lərin açılması problemi yaranmışdır.
2010-12-ci illərdə Qoruq ərazidə, ―Zərgərlər‖ məhəlləsində
rəssam, karikaturaçı Ə.Əzimzadənin adına salınan ərazidə qazın-
tılar zamanı bir sıra arxeoloji tapıntılar- yeraltı yol, 2 türbə, tağ-
tavanlı məişət otaqları və s. aşkarlanmışdır. Bu tapıntılar kon-
servasiya olunmaqla qorunur, yuxarı hissədə isə terras şəkilli bağ,
yaşıl landşaftı ilə əhalinin istirahət məkanına çevirilmişdir.
İçəri şəhər qoruq ərazisinin tarixinin dəqiq öyrənilməsi, bir-
neçə mədəni-təbəqənin açılması və bununla əlaqədar qala
divarları ərazisində planlı şəkildə arxeoloji qazıntıların aparılması
mütləqdir. Ümidvarıq ki, bu tədqiqatlar orta əsr Bakısının
tarixinin öyrənilməsində mayak rolunu oynayacaq.
Bakinin Ġçəri Ģəhərinin Ģəhərsalma inkiĢafi. İçəri şəhər
Azərbaycanın qiymətli şəhərsalma abidəsidir. Bütün Yaxın Şərqə
xas olan şəhərsalma quruluşu Bakının da üç hissəli plan
kompozisiyası ilə inkişafına səbəb olmuşdur. İçəri şəhər qədim
Bakının dövrümüzə çatmış şəhristan hissəsidir. Sahəcə kiçik
olmasına baxmayarq (22 ha), İçəri şəhər plan-məkan quruluşuna
görə kamil müsəlman şəhəri olmuşdur. Babalarımızın şəhərsalma
incəsənətini, planlaşma quruluşunu, tikinti xarakterini və orta əsr
şəhər simasını dövrümüzə çatdırmış İçəri şəhər Bakının incisi
olmaqla onun simvoluna çevrilmişdir. (3.s.4)
19
Bakı erkən orta əsrlərdə Abşeron yarımadasının, XII-XVI
əsrlərdə isə Şirvanşahlar dövlətinin mühüm mərkəzlərindən biri
olmuşdur. Dəniz sahilində və şərqlə qərb arasındakı ticarət yolları
üzərində yerləşməsi, Bakını həm liman, həm də ―İpək yolu‖
ticarət mərkəzlərindən birinə çevirmişdir. Orta əsrlər Bakısı
Azərbaycanın Xəzər dənizinə çıxan vahid qala-şəhəri olmaqla
onun xarici ölkələrlə su əlaqələrini tənzimləmişdir. İçəri şəhərin
terras şəkilli relyefi sahilboyu zolaqla əvəz olunmaqla yarım
halqavari havananı yaratmışdır ki, qala divarlarının su hövzəsinə
açılan 3 darvazasının biri də məhz ―Havana‖ adını almışdı.
(5.s.71)Şəhərin müdafiə qurğuları 5 bürc, iki cərgəli qala
divarlarından və beş darvazadan ibarət olmuşdur. XII əsrdə inşa
edilmiş Böyük Qala, Qüllə və Minarə küçələri ilə əlaqələn-
dirilmiş ―Şamaxı‖ və ―Səlyan‖ qapılarına XX əsrin əvvəllərinə
kimi müxtəlif dövrlərdə tikilmiş ―Şah Abbas‖, ―Tağıyev‖ və
―Şirvan‖ darvazaları qoşa qüllələri ilə əlavə olunmuşdur.
Bakı dünyanın ən qədim neft istehsalı mərkəzi olmuşdur.
Abşeron yarımadasının zəngin nefti, duzu, zəfəranı və dəniz
məhsulları ilə beynəlxalq ticarətdə fəal iştirak etmişdir. İnkişaf
etmiş orta əsrlər dövründə Bakı Azərbaycanın iqtisadi, siyasi,
mədəni həyatında mühüm rol oynamışdır. Bu özünü XV əsrdə,
Şirvanşahların hakimiyyəti illərində xüsusilə biruzə vermişdir. Bu
illərdə Şirvanşahların paytaxtına çevrilən Bakı, onların hakimiy-
yətinin süqutundan sonra, iri Səfəvi dövlətinin mühüm şəhər-
lərindən biri olmuşdur. XVIII əsrdə, ərazisi Abşeron yarımadası
ilə məhdudlaşan Bakı xanlığının paytaxtı olmuşdur.
1859-cu il Bakı, Rusiya imperiyasının işğalından sonra
(1806), quberniya mərkəzinə çevrilir ki, bütün bu inkişaf
mərhələləri onun şəhərsalma quruluşunun təkamülündə özünü
biruzə verir. Bakının İçəri şəhərinin 1796-cı ildən etibarən
müxtəlif illərdə rus hərbi mühəndisləri tərəfindən vahid orqa-
nizm kimi layihələndirilmiş baş planları özündə milli xüsusiy-
yətləri əks etdirmişdir. 1796-cı ildə tərtib olunmuş baş planda
Bakı qalasının cənub-qərb istiqamətində, ən azı iki dəfə, təxmi-
20
nən Bəhram-Gurun heykəlinə kimi genişlənməsi nəzərdə tutul-
muşdu.
1807-ci ildə mühəndis, mayor Xristian II Truzsonun yeni
planına əsasən İçərişəhərin şimal hissəsində, qaladan 200 sajen
məsafədə, dəniz sahilində ulduz şəkilli qalanın qurulması təklif
olunurdu. Lakin bu layihələrin həyata keçirilməsi baha başa
gəldiyi üçün, hər iki baş plandan imtina olundu.(5. s. 18)
1807-ci ildə qalanın tərtib edilmiş layihəsi həyata keçiril-
məsə də Bakı qalasının ərazisində istehkamların yaradılması
ideyası görünür, rus hərbi qüvvələrini narahat edirdi, məhz buna
görə 1833-cü ildə Bakıda ―Daxilində nəzərdə tutulmuş küçələrin
və istehkamın tikilməsi üçün yerin göstərilməsi ilə Bakı qalasının
əsas Planı‖ sxematik işlənib hazırlandı.
1835-ci ildə yenidən ―Bakı qalasının planı, orada istehkam
və qalanın qurulması nəzərdə tutulmaqla və qalanın arxasında
Forştadın genişləndirilməsi planı‖ ilə əvəz edilmiş və Qafqazın
rəhbərliyinin təsdiqləməsi üçün təqdim olundu. Bu plana əsasən
yalnız Şirvanşahlar kompleksi saxlanılmaqla bütün orta əsr
abidələri məhv edilməli, yeni küçə sistemi salınmaqla əhali
forştada köçürülməli idi. Lakin bu köçürülmənin baha başa
gəlməsi və əhali tərəfindən arzu olunmaz olduğu nəzərə alınmaq-
la, layihədən imtina edildi. Beləliklə İçərişəhər məhv olmaqdan
xilas olundu. Bununla qalanın layihələndirilməsindən vaz
keilərək, forştadın inkişafına diqqət ayrıldı.
Qala divarları ilə əhatə olunmuş, bir-birinə sanki hörülmüş
qarışıq küçə sistemi, dalan və çıxılmazları, qiymətli monumental
tikililəri ilə İçərişəhər yüz illər boyunca xaotik plan quruluşunu
almışdır. Qalanın şəhərsalma quruluşunun və memarlıq irsinin
dağıdılması Azərbaycan xalqına qarşı böyük bir cinayət işi olardı.
Şəhər lentvari ticarət küçəsi olan Minarə küçəsini kiçik
məhəllə meydançaları, müdafiə bürcləri və qala divarlarını yarım
halqa şəklində haşiyələyən Kiçik qala küçəsi ilə birləşdirən 11
küçə sisteminə əsasən qurulmuşdur. Şəhərsalma kompozisiyası
eninə oxların inkişafına əsasən qurulmuşdur. Şəhərin əsas ticarət
küçəsi olan keçmiş ―Minarə‖, hal-hazırda A. Zeynallı küçəsinin
21
―Şamaxı‖ və ―Səlyan‖ qapılarına istiqamətlənməsi ilə ―Aşağı‖ və
―Yuxarı‖ bazar meydanlarını birləşdirməsi, Şərq şəhərsalma
strukturuna xas olan lentvari ticarət mərkəzini küçə boyu tikilmiş
Buxara, Moltani, Xan, Kiçik karvansarayları, 6 məscid tikilisi,
Hacı-Qaib hamamı, bazar meydanı və Qız qalası ilə nəzərə
çarpdırılır. Uzununa formalaşan I Qəsr və Müslüm Maqomayev
küçələri İçəri şəhərin gözəllik zirvəsi Şirvanşahlar sarayı
kompleksini ticarət küçəsi ilə birləşdirən şaquli aksentlərdir.
Yaşıllıqlardan məhrum dar küçələr, qışda soyuq xəzri küləklərin-
dən, yayda isə binaların yaratdığı kölgəliklərlə günəşin qızmar
şüalarından qorunmağa imkan yaradır. İçəri şəhərin planlaşma
quruluşu, Şərq şəhərsalma prinsiplərinə tam uyğun gəlir. Burada,
Avropadan fərqli olaraq küçələrin planlaşması qabaqcadan
düşünülməmişdir. XX əsrin əvvəllərindən başlanan arxeoloji
araşdırmalar bu məlumatların gerçəkliyini sübut etmişdir.
İçəri şəhərdə kiçik küçələri tamamlayan yalnız bir-neçə
küçə düşünülərək salınmışdır. Bunlardan Böyük və Kiçik Qala
küçələri və şəhristanın plan quruluşunda əsas həlledici arteriya
olan, dəniz sahilinə paralel yerləşmiş, Şamaxı qapılarından
başlayaraq Salyan qapısına kimi uzanan, şəhəri xarici aləmlə
bağlayan Minarə küçəsidir ki, bu da İçəri şəhərin ictimai
mərkəzinə çevrilmişdir. Öz ölçüləri ilə seçilən bu əsas küçəyə,
sanki təpəlikdən istiqamətlənmiş kiçik çayları xatırladan küçələr
müxtəlif istiqamətlərdən qovuşur.
İçəri şəhərin digər əsas küçələri, qala divarlarına paralel
salınmış Kiçik Qala və ticarət küçəsini Şamaxı qapısı ilə birləş-
dirən Böyük Qala küçələri digər kortəbii formalaşmış küçələrdən
fərqli olaraq şəhərsalma sistemini insan zehninə əsasən
tənzimləyir. I Qəsr döngəsi bir tərəfdən keçmiş ticarət küçəsinə,
digər tərəfdən isə Kiçik Qala küçəsinə açılır. Hər iki tərəfdən
yaşayış kvartalları ilə əhatə olunmuş digər dar küçələr məhəllə
sistemini yaradır. Yaşayış sahəsinə olan tələbatdan, kiçik şəhər
ərazisində binalar bir-birinə daha sıx yerləşməklə kiçik, dar,
koridor şəkilli küçələrin yaranmasına səbəb olurdu.
22
İçərişəhərin şəhərsalma sistemi onun ictimai düyünlərinin
yaşayış məhəllələri ilə sintezdə inkişafı ilə formalaşmışdır.
Şəhərin ictimai mərkəzi tarixin inkişafından asılı olaraq 3 coğrafi
məkanda mövcud olmuşdur. 1. İlkin mərkəz XIV-XV əsrlərə
kimi, şəhərin ən qədim və sirli abidəsi olan Qız qalası, onun
yaxınlığında arxeoloji qazıntılar nəticəsində aşkarlanmış atəşgah,
məscid(IX əsr) və bazar meydanı ətrafında formalaşmışdır. 2.
XIV-XV əsrlərdə şəhərin ən hündür relyefində Şirvanşahların
saray kompleksinin ucaldılması, şəhərsalma sistemində yeni
ictimai-ideoloji mərkəzin yaranmasına səbəb oldu. Bu dövrdə
İçəri şəhər funksional və sosial zonalaşmasına görə özünün şəhər-
salma formasında yeni dövrün strukturu hərbi-inzibati mərkəz ―iç
qala‖ və rabat kimi özünü təcəssüm etdirirdi. Şirvanşahların saray
kompleksinin tərkibinə saray binası, divanxanə, məscid, iki türbə,
hamam, ovdan və ayrıca duran portal daxildir. Bu binalar mürək-
kəb relyefə uyğun olaraq müxtəlif səviyyəli üç həyət ətrafında
qruplaşıb. 3. XVIII əsrdən etibarən ―Böyük Qala‖ küçəsi boyu
―Şamaxı‖ qapısının və Bakı xanlarının sarayının tikilməsi, 600
m-lik ticarət küçəsinin memarlıq həllinin tamamlanmasına və
ictimai mərkəzin III mərhələdə formalaşmasına şərait yaratdı.
Küçə boyu cəmləşən hərbi-müdafiə, dini, mülki, ticarət tikililəri
ictimai həyatın ən canlı fokus nöqtəsini yaratmaqla, liman
şəhərinin memarlıq simasını tamamlamışdır. 1647-ci ildə burada
olmuş səyahətçi Övliyə Çələbi qeyd edirdi ki, dəniz sahilində
qala divarları ilə əhatələnmiş məscidlər, karvansaraylar, hamam-
lar, bazar meydanı ticarət küçəsini tamamlayır. Digər bir qeyd-
lərində səyahətçi rusların Bakıdakı ticarətini təsvir edərək yazır-
dı: ―Moskvalılar həmişə Bakıya gələrək, buradan neft, duz,
zəfəran, ipək alaraq Moskvaya aparır, dəri, balıq dişi və yumşaq
bolqar yuftunu (dərisini) Moskvadan İrana Bakıdan keçməklə
daşıyırlar‖. (2. s.302)
Ticarət mərkəzinin məhz dəniz sahilində yerləşməsi,
Bakının Xəzər dənizi sahilində əsas liman şəhəri olduğunu sübut
edir . Bakının ticarət küçəsi, müxtəlif mallarla dolu dükanları ilə
orta əsr şəhər həyatının ən canlı mərkəzinə çevrilmişdir. Səyahət-
23
çi Berezin Bakı bazarının Dərbənd bazarından daha zəngin
olduğunu göstərərək, qeyd edirdi ki, burada fars, Həştərxan
malları ilə yanaşı, çoxlu Avropa malları da mövcuddur. (1. s.12)
Ticarət küçəsi öz ölçüləri ilə İçəri şəhərin digər küçə-
lərindən seçilirdi. Bu mənada o, eləcə də İranın hər iki tərəfdən
dükanlarla əhatələnən ―rasta bazarından‖ da fərqlənirdi. ―Rasta
bazar‖ öz eninə görə İranın digər küçələrindən fərqlənmir.
İçəri şəhərin mərkəzinin magistral boyu yerləşməsi və
lentvari mərkəz kimi fəaliyyət göstərməsi, orta əsr Bakısının
ictimai mərkəzini Rusiyanın, Qərbi Avropanın və Orta Şərqin
orta əsr mərkəzləri ilə yaxınlaşdırır. Bu mərkəzlərin dəqiq
sərhədləri olmasa da, onlar bütün şəhər magistralını əhatə edirdi-
lər. Mərkəzlər özündə ticarətə xidmət edən tikililəri cəmləşdirirdi.
Ticarət küçəsi, örtülü Yuxarı və Aşağı bazarlara bölünürdü.
Aşağı bazar kiçik ticarət və sənətkar, Yuxarı bazar zərgər və
böyük ticarət dükanlarından ibarət olmuşdur. Küçə boyu ticarətə
xidmət edən 6 mülki tikili- Multani, Buxara, Xan, Qasım bəy,
Böyük və kiçik karvansaraylar, Cümə məscidi və hamamlar
ticarət küçəsinin memarlıq simasını tamamlayırdı.
Ticarət küçəsinin monumental tikililərindən olan və onun
dominantına çevrilmiş Qız qalasının inşa tarixi eramızdan əvvəlki
dövrlərə təsadüf edir. Tədqiqatçıların fikirlərinə görə, qala od
məbədi kimi tikilmiş, sonralar isə ondan müxtəlif funksiyalarla
istifadə olunmuşdur. 8 mərtəbəli qalanın divarları boyu uzanan
vintvari pilləkən qəfəsəsinin ikinci mərtəbədən başlanaraq
qurulması, tikilinin hərbi-müdafiə qurğuşlu olması ideyasını irəli
sürməyə əsas verir. Türkdilli ölkələrdə bu adla geniş yayılmış
müdafiə tikililəri özlərinin məğrurluğu, alınmazlığı ilə ona
verilmiş adı təsdiqləyir. ( 6. s.62) Qalanın dənizə istiqamətlənmiş
fasadında mazğalların qurulması onun müdafiə obyekti kimi
istifadəsini bir daha təsdiqləyir.
Qız qalasından Şamaxı qapısına doğru inşa olunmuş
Multani və Buxara karvansarayları ictimai mərkəzin plan kompo-
zisiyasının formalaşmasında özünəməxsus rol oynayır. Multani
karvansarayı XVIII əsrdə Hindistandan, Buxara karvansarayı isə
24
Orta Asiyanın Buxara şəhərindən gəlmiş tacirlər tərəfindən inşa
olunmuşdur. Qız qalası yaxınlığında, XX əsrin 1960-cı illərində
arxeoloji qazıntılar nəticəsində aşkarlanmış bir zallı, vestibüllü,
kiçik həcm-məkan tutumlu məscid, İçəri şəhərin ilkin məscidləri
kimi IX əsrə aid edilmişdir.
İctimai mərkəz boyu kiçik bazar meydanı formalaşmışdır
ki, 1964-cü ildə ərazidə aparılan arxeoloji qazıntılar bu meydanın
aşkarlanmasına səbəb olmuşdur. Alman səyahətçisi E. Kempfer
Bakıda olarkən bu meydanı təsvir edərək, burada sənətkar
emalatxanalarının və tacir dükanlarının yerləşdiyini qeyd etmiş-
dir. (4. s.88.) Lakin ―П‖ şəkilli, çatma tağlı meydanın bazar
deyil, Şeyx Tahirə məxsus xanəgah kimi fəaliyyət göstərməsi,
ərazidə epiqrafik kitabənin, üzü Kəbəyə istiqamətlənmiş qəbir-
lərin aşkarlanması alimləri ikinci versiya üzərində durmağa va-
dar etdi. Belə qəbirlər ticarət yolları üzərində inşa olunmuş xanə-
gahlara aid edilir.
Bazar meydanının yaxınlığında arxeoloji qazıntılar nəticə-
sində XV əsrə aid Hacı-Qaib hamamı aşkarlanmışdır. Digər bir
hamam Salyan qapıları yaxınlığında inşa olunmuş Şirin hamam
və ya Qasım-bəy hamamının tarixi daha ön əsrlərə aid edilir. Şərq
üslublu hər iki ―Qum hamamı‖ plan kompozisiyası baxımından
xüsusi maraq doğurur. İki zallı mülki tikililər, istilik-kanalizasiya
sisteminin həllinə görə orta əsrlərin nadir memarlıq tikililərindən
sayılır.
İctimai mərkəzin ayrılmaz elementinə çevrilmiş, öz örtük
gümbəzi ilə ticarət küçəsinin fəza kompozisiyasında özünəməx-
sus rol oynayan vestibüllü, kiçik həcm-məkan tutumlu Məktəb-
məscid XIV əsrdə inşa olunmuşdur. Məscid dini dərslərin keçil-
məsi və şagirdlərin ibadəti üşün nəzərdə tutulmuş və şəhərsalma
quruluşunda iki küçənin kəsişməsində künc mövqe almışdır.
Məktəb-məsciddən bir qədər qərbə doğru yerləşmiş Aşur məscidi
XIX əsrdə Bakıya iş dalınca gəlmiş ləzgilərə verildiyi üçün,
Ləzgi məscidi də adlanır. Məscid öz qədim tarixi ilə diqqəti cəlb
edir. Bir zallı, vestibüllü məscidin alt qatında arxeoloqların
aşkarladığı otaqlar, məscidin od məbədi üzərində inşa olun-
25
duğunu sübut etdi. Bu da İçəri şəhərin üç təbəqəli yaşayış qatına
malik olduğunu bir daha sübut edir.
Ticarət küçəsinin sıravi tikililəri içərisində Cümə məscidi
şəhərin dini-ictimai həyatında xüsusi rola malikdir. Təbii relyefdə
yerləşmiş İçəri şəhərin yaşayış tikililərinin yastı dam örtüklərini
öz minarəsi və konusvari gümbəzi ilə canlandıran Cümə məsci-
dinin silueti Xəzər dənizindən xüsusilə cəlbedici görünür. Üç
küçənin kəsişməsinin yaratdığı sıxılmış sahə, məscidin bu ərazidə
düzgün olmayan altibucaqlı plan kompozisiyası ilə formalaş-
masına səbəb olmuşdur. İ.Berezin öz xatirələrində Cümə məsci-
dini ―şəhər içində gözəlliklərdən biri‖ adlandırmışdır. (1. s.20)
Tədqiqatçı-alim A.M. Pavlinovun fikrinə görə məscid ―od məbə-
di‖ üzərində bir-neçə mərhələdə genişləndirilməklə inşa olunmuş-
dur. (6.s.62)
Məscidin inşasının bir neçə mərhələdə aparıldığını, üzərin-
dəki epiqrafik yazıda qeyd olunduğu kimi ―bu tikilini Şərafəddin
Mahmud yeniləndirməyi əmr etdi‖ (709 h.q.-1309-1310) kəlmə-
ləri bir daha sübut edir. Gözəl qorunub-saxlanılmış, XV əsrdə
inşa olunmuş və Şirvan-Abşeron memarlıq məktəbinin nadir
nümunələrindən olan Cümə məscidinin minarəsi, incələnən daş
gövdəsi, ―şərəfəni‖ saxlayan stalaktit kəməri ilə həm dini tikili-
nin, həm də ticarət küçəsinin siluetinə bir zənginlik bəxş etmişdir.
Böyük Qala küçəsi ictimai mərkəzin daha bir tikilisi olan
təkiyəni Cümə məscidindən ayırır. XIII əsrdə inşa olunmuş təkiyə
(dərvişlərin ibadət etdiyi yer) əsasən məhəllə məscidi kimi
fəaliyyət göstərmişdir. Tək zallı dini tikili baş ticarət küçəsinin
ona perpendikulyar küçə ilə kəsişməsində künc mövqe tutmaqla,
ictimai mərkəzin formalaşmasında kiçik həcm-məkan tutumu ilə
özünəməxsus rol oynamışdır.
Cümə məscidinin əks istiqamətində ictimai mərkəzin ticarət
tikililəri kompleks şəkildə inşa olunmuşdur. Orta əsr Bakısının
dənizə doğru istiqamətlənmiş qala divarları boyu, müəyyən
məkanı zəbt etmiş mülki tikililər böyük maraq doğurur. Karvan-
sarayların həcmli, dərin taxçalı portalları, eyvanları, qapalı
həyətləri bir tərəfdən ticarət küçəsinə, digər tərəfdən dəniz
26
sahilinə açılırdı. Bakıya Xəzər dəniziylə gətirilən yüklər burada
boşaldılaraq, karvansaraylara daşınır və bazarlarda mübadilə
olunurdu. Karvansaraylarda heyvanların saxlanılması üçün yer-
ləşkələrin olmaması, kompleksin tikililərinin bilavasitə dənizlə
bağlı olduğunu, ticarət-anbar və yaşayış xarakterli olduğunu sü-
but edir. Kompleks, feodal Bakısının, eləcə də ictimai mərkəzin
şəhərsalma sistemində vacib rol oynamışdır. Ticarət tikililərinin
inşa tarixi müxtəlif dövrlərə, XVI-XVIII əsrlərə təsadüf edir.
Əsasən kvadrat və trapesiya şəkilli plan quruluşuna malik karvan-
saraylar, kiçik bazarları xatırladan qapalı həyətləri ilə alış-veriş
obyektlərinə çevrilirdilər. Ticarət kompleksinə daxil olan dükan-
lar, kiçik məscid binası, karvansarayları bir-biri ilə əlaqələndirir-
di. Kompleksin bəzi tikililəri dövrün inkişaf tempinə uyğun ola-
raq dövrümüzə gəlib çatmasa da, tikili dənizdən Bakının silueti-
nin formalaşmasında böyük əhəmiyyət kəsb etmişdir.
Orta əsr Bakısının ictimai-ticarət mərkəzinin monumental
tikililərinin sırası, kiçik həcm-fəza tutumlu yaşayış və ticarət
dükanları ilə tamamlanırdı. Bu mərkəz, İçəri şəhərin gündəlik
qaynar həyatını təmin edən bir düyünə çevrilməklə, onu xarici
aləmlə əlaqələndirirdi.
Hal-hazırda Bakının İç qalası-İçəri şəhər öz tarixi simasını
qoruyub-saxlamaqla turistlərin, eləcə də yerli əhalinin istirahət
yerinə çevrilmişdir. Açıq səma altında muzey kimi fəaliyyət
göstərən, mədəni turizmin mərkəzinə çevrilən İçəri şəhərin
ictimai mərkəzi, bu gün də suvenirlərin satıldığı, milli bayram-
ların qeyd edildiyi, muzey və restoranların fəaliyyətinin abidə-
lərin renovasiyası ilə təmin olunduğu bir məkan kimi turistlərin
ziyarət yerinə çevrilmişdir.
İçəri Şəhər qədim məhəllə quruluşunu demək olar ki, tam
dolğunluğu ilə qoruyub saxlamışdır. Piyada hərəkətinə hesab-
lanmış ensiz, əyri küçələr əsasən relyefə və müsəlman həyat tər-
zinə uyğun mürəkkəb planlaşma quruluşu yaratmışdır. Məhəl-
lələrin təpə döşündə, relyefə uyğun terraslar şəklində yerləşməsi
nəticəsində, şəhər ümumi pilləvari quruluş almışdır. (3.s.5)
Məhəllə sisteminin formalaşması orta əsrlərdən başlayaraq XIX
27
əsrin sonlarına kimi davam etmişdir. Hələ islama qədər yaşayış
məskənində od məbədlərinin mövcudluğuna baxmayaraq, dövrü-
müzə gəlib çatmış islam dini tikililərinin şəhərsalma quruluşunda
meydana gəlməsi (Sınıq-qala, Aşur məscidi) və onların bütün
şəhər ərazisində səpələnməsi, İçəri şəhərin şəhərsalma sisteminin
məğzini təşkil edən, ona özünəməxsus memarlıq siması verən
yaşayış məhəllələrinin formalaşmasinı təmin etmişdir. Bakı
qalasında peşə və patronomik səciyyəli 14 məhəllə formalaş-
mışdır: (10.s. )
1.Hoppataranlar məhəlləsi- Şirvan qala qapısından
başlayaraq, ―İçəri Şəhər‖ otelinədək bağça arası uzanır. Patrono-
mik səciyyəli bu məhəllənin qohum sakinləri hop-gopçu (yalan
danışan) olduqlarından onları hoppataranlar adlandırmışlar.
2.Qırçılar məhəlləsi – Taqıyev qapısından Vahid bağına,
Mir-Mövsüm ağanın evinə kimi olan bir ərazini əhatə edir.
Məhəllənin əhalisi peşə səciyyəli olmaqla qırçılıqla məşğul
olmuşdur.
3. Dağlılar məhəlləsi- Vahid bağıyla Hoppataranlar
məhəlləsi arasını əhatə edir. Bu məhəllədə Xızıdan gəlmiş qohum
nəsillər məskunlaşmışlar.
4.AğĢalvarlılar məhəlləsi- Vahid bağından ―Meredian‖
oteli və Xıdır məscidi arasındakı bir məkanı əhatə edir.
Məhəllənin əhalisinin məşğuliyyəti daş yonmaq olduğu üçün,
daşın ağ tozu onların geyimlərinə hopmuş və onlar
―Ağşalvarlılar‖ adlandırılmışlar.
5.Papaqçılar məhəlləsi- Xıdır məscidindən, mərhum xalq
artisti Nəsibə Zeynalovanın ata mülkü Zeynal evinə kimi olan bir
ərazini əhatə edir və peşə səciyyəli olmaqla, papaqçıların
emalatxana-dükanlarından ibarət bir ərazini zəbt etmişdir.
6.Bucqıraqlılar məhəlləsi- Ağa Mikayıl hamamından
―İçəri Şəhər‖ otelinə qədər olan məkanı tutmuşdur.
7. Hamamçılar məhəlləsi- Ağa Mikayıl hamamından
―Bənövşə‖ aptekinə kimi ərazini əhatə edirmişdir. Küçə boyu
inşa edilmiş bir-neçə hamam İçəri şəhər əhalisinə xidmət etmiş və
bu küçədə yaşayan əhali hamamlarda qulluq göstərmişlər.
28
8. Balıqçılar(Lodkaçılar) məhəlləsi- A. Zeynallı
küçəsindən Meredian otelinə kimi olan bir ərazini zəbt etmişdir.
Peşə səciyyəli bu məhəllənin əhalisi Xəzər dənizindən balıq
tutmaq və onu satmaqla ailələrini dolandırmışlar.
9. Kosavalar məhəlləsi- Cin məscidi, Şirvanşahlar saray
kompleksinin arxası daxil olmaqla Bəylər məscidinə qədər olan
bir ərazini əhatə etmişdir.
10. ġeĢəlilər məhəlləsi- Bəylər məscidindən Azərbaycan
Dövlət Ensiklopediyasına qədər olan bir ərazidə yaşayan məhəllə
sakinləri, verilən məlumatlara görə davakar olduqlarına görə, hər
sözə görə şeşələndiklərindən, onların yaşadıqları məhəllə belə
adlandırılmışdır.
11. Zərgərlər məhəlləsi- Qız qalasından Əzim Əzimzadə
adına bağ daxil olmaqla Zevin küçəsi, Qoşa qala qapısına kimi
olan ərazini əhatə edir. Adından bəlli olduğu kimi, peşə səciyyəli
məhəllədə zərgər emalatxanaları olmuşdur.
12. Qatıqçılar məhəlləsi- Seyidlər və Dağlılar məhəl-
lələrinin arasını əhatə etmişdir. Verilən məlumata görə, bu məhəl-
lədə məskunlaşmış əhali əsasən qatıq satmaqla məşğul olmuşlar.
Süd-qatıq məhsulları onlara Zirə kəndində yaşayan qohumları
tərəfindən çatdırılırdı. Qala divarları arasındakı ərazi çox kiçik
olduğundan, mal-qara saxlanılması rabadda və ya Bakının kənd-
lərində baş tuturdu.
13. Nabatçılar məhəlləsi- Mirmövsün ağanın evi və
Nöötçülər məhəlləsi ilə üzbəüz ərazini əhatə edirdi. Xeyir işlərinə
və ya gündəlik həyata lazım olan şirniyyat, məhz bu məhəllədə
hazırlanırdı. Onu da qeyd etmək istərdim ki, şirniyyatın
çeşidlərinin bol olmadığı o dövrdə, nabat xeyir işlərində yüksək
qiymətləndirilən məmulat idi.
14. Nöötçülər məhəlləsi- Qəsr küçəsindən Rahibin evinə
kimi olan ərazini zəbt etməklə, neft satılan mağazalarla
sıralanmışdı. Əhali nefti haradan almaq lazım olduğunu bilərək,
məhz bu məhəlləyə üz tuturdu.(10.s. )
Məhəllələrin dəqiq sərhədləri məlum olmasa da, onların
təqribi tutduqları ərazini müəyyən etmək mümkün olmuşdur. Hər
29
bir məhəllənin tutduğu ərazinin sahəsindən və əhalinin sayından
asılı olaraq, müxtəlif həcm-məkan tutumlu məscidlər, XI-XIX
əsrlər ərzində inşa edildiyi məhəllə mərkəzini formalaşmışdır.
Şəhər ərazisinin kiçikliyi məhəllə mərkəzlərinin də həcm-məkan
həllinə sirayət etmişdir. Əyri küçələrin kəsişməsində, məscid və
ya hamamların inşa olunduğu kiçik məhəllə meydanları yaranırdı
ki, düşünülmədiyindən, onlar məhəllələr arasında kortəbii forma-
laşırdılar. Belə ki, bu mərkəzlər küçələrin kəsişməsi və ya onların
genişlənməsi ilə ―kurdoner‖ şəkilli məhəllə meydanlarında
yaranmışdır. Kiçik meydanlar şəhərin tac damarları olan Böyük
və Kiçik Qala, Minarə, Qüllə küçələri ilə dar-koridor küçələr
vasitəsilə əlaqələnirdi. Kiçik küçələr, öz növbəsində bir tərəfdən
böyük ticarət küçəsinə, digər tərəfdən isə baş küçələrə açılmaqla,
Bakının İçəri şəhərinin baş və ikinci dərəcəli hissələrinin
şəhərsalma kompozisiyasında vəhdətini yaratmışdır.
Məhəllələrin ayrılmaz, vacib elementinə çevrilmiş yaşayış
binaları Bakının iç şəhərinin kiçik sahəsinə, təbiət-iqlim xüsusiy-
yətlərinə uyğun olan plan kompozisiyası ilə inşa olunmuşdur.
Bir-birinə sıx yerləşmiş binalar nəticədə qapalı (yaşayış tikililəri)
və açıq məkanları (həyət quruluşunu) yaratmış oldu. Ailədə sosial
inkişafdan asılı olaraq, qapalı məkanın sahəsi otaqların sayının
artması ilə genişlənir, açıq məkanların sahəsi isə ona uyğun
olaraq, düz mütənasib olaraq azalırdı. Lakin həyətyanı sahələrin
kiçikliyi, qapalı məkanların vertikal inkişafına səbəb olurdu ki, bu
da öz növbəsində İçərişəhərin yaşayış fondunun getdikcə 2-3
mərtəbə alması ilə nəticələnirdi. Təbiət-iqlim xüsusiyyətlərindən
asılı olaraq , bəzən bir ailənin mənzili başqa bir ailənin mənzilinə
və ya həyətinə çıxırdı. Yaşıllıqdan məhrum daxili həyətlərdə
nadir hallarda Abşeron iqliminə uyğun olan tut, əncir, üzüm
əkintiləri onun antropogen landşaftını formalaşdırırdı. Binaların
şəhərsalma sistemində belə yerləşməsi, fasadların çıxdığı dalan
və çıxılmazları yaradırdı. Bir-neçə ailənin həyət qapısı dalan və
çıxılmazlara açılırdı ki, bu da mehriban qonşuluq münasibətlərini
yaradırdı. Dalan və çıxılmazlar məhəllə küçələrilə, onlar isə
ictimai məkanlarla əlaqələnirdi. Beləliklə bütün məhəllə camaatı
30
bir-birini tanıyırdı. Kiçik evlər əsasən Abşeronun yonulmuş
əhəngdaşından, gil-mala ilə inşa olunurdu. Düz damlı evlər qırla
örtülürdü.
Təbii relyefdə yerləşməklə Bakının monumental və yaşayış
tikililəri tutduqları pilləvari mövqeləri,açıq eyvanları ilə şəhərə
baxımlı, parlaq siluet bəxş edirdilər. Xüsusilə dənizdən şəhərə
gözəl mənzərə açılırdı.
Şəhərin ən hündür relyefində yerləşən Şirvanşahlar sarayı və
məscidlərin şaquli aksentləri, Şərq şəhərsalma mədəniyyətinin
müxtəlif səviyyəli pilləvari siluet formasını yaratmışdır. İçəri
şəhərin silueti XX yüzilliyə kimi üç mərhələdə formalaşmışdır.
1.XV əsrə kimi Bakı qalasının yastı damlı yaşayış tikililəri
içərisində monumentallığı ilə şəhərsalma kompozisiyasında
dominantlıq edən Qız qalası (IV-V əsr), Məhəmməd məs-
cidi(1078-1079-cu il), Ləzgi məscidi (1169-cu il), Molla
məscidi(XII əsr), Xıdır məscidi(1301-ci il), Məscid-mədrəsə
(1301-ci il), Gileyli məscidi(1309-cu il), Cin məscidi(XIV əsr),
Mirzə Əhməd məscidi(1345-ci il), Molla Əhməd məscidi(XIV
əsr), Cümə məscidi(XIV əsr), Çin məscidi (XIV əsr), Karvan-
saray (XIV əsr), Buxara karvansarayı(XIV əsr) kimi tikililər
seçilirdi.
2. XV əsrdən Şirvan-Abşeron memarlıq məktəbi üslubunun
inkişafına təkan verən Şirvanşahlar sarayı kompleksi (XV əsr)
memarlıq hegemonluğunu ələ almaqla şəhər siluetinə bir
parlaqlıq əlavə etmiş oldu. Onun şəhərin cənub hissəsi, dənizdən
yaratdığı panoramadakı rolu əvəz olunmazdır.
Bu dövrdən etibarən XVIII əsrə kimi, şəhərin monumental
tikililərinə dövrünün inşaat texnikası və miqyas həlli ilə seçilən
yeni tikililər əlavə olunur. Şeyx İbrahim məscidi (1415-ci il),
Məscid (XVI il), Hacı Banu məscidi (XVI il), Karvansaray
Moltani(XV-əsr), Karvansaray(XVI-XVII əsrlər), Hacı Banu
hamamı(XV əsr), Qasım- bəy hamamı(XVII-XIX əsr) memarlıq
abidələri son orta əsrlər dövrünün inciləri kimi şəhərin siluetini
zənginləşdirmişdir.
31
3. İçəri şəhər XVII-XX əsrin əvvəllərində tam memarlıq
simasına nail olmuşdur. Bu dövr artıq qeyd olunduğu kimi,
şəhərin ticarət küçəsinin forlaşması ilə onun şəhərsalma tarixinin
inkişafında da yeni mərhələ açmış oldu. Hacı Heybət məscidi
(1791-ci il), Karvansaray(XVIII əsr), Bakı xanlarının evi(XVIII
əsr), Karvansaray (1870-ci il), Ağa Mikayıl hamamı(XVIII əsr),
öz əzəməti, hündür minarə və gümbəzi ilə şəhərin siluetinə yeni
çalarlar əlavə etmiş Bəylər məscidi(XIX əsr) öz dəyişilməyən
memarlıq simaları ilə tarixin yaddaşına yazılmışlar.
Bu dövrdə İçərişəhərin memarlıq planlaşdırma quruluşun
izamlanır.Yeni magistrallar,şəhərsalma qovşaqları təyin edilir,
XVII-XVIII əsrlərdə tikililər daha çox sıxlaşır, küçələrdə ticarət
cərgələri çoxalır. XVIII əsrin sonu - XIX əsrin əvvəlində Bakı,
Xəzər dənizinin qərb sahilində yerləşən,geniş yayılmış ticarəti və
çox əhalisi olan əsas liman idi. XIX-XX əsrin əvvəlləri İçəri
şəhər üçün əsasən nümunəvi layihələr əsasında tikilmiş yaşayış
binaları ilə səciyyəvidir.2-3 mərtəbəli 37 yaşayış binası Bakının
son siluetinin tamamlanmasında mühüm rol oynamışdır. XX
əsrdə cənubdan, dənizə doğru şəhərin qala divarlarını əvəz
edərək, qala şəhərin memarlığına xələl gətirmədən, gözəl layihə-
lər əsasında, Şərq-Qərb memarlıq üslublarının vəhdətindən yaran-
mış bir sıra yaşayış binaları Neftçilər və Əziz Əliyev küçələri
istiqamətində şəhəri əhatələmişdir. (10.s ).
1988-ci ildən Bakının İçəri şəhəri abidələrin zənginliyini
nəzərə alınmaqla Azərbaycan Nazirlər Soveti tərəfindən qoruq
elan olunmuşdur. 2000-ci ildə tarixi memarlıq simasını tam
dolğunluğu ilə qoruyub saxladığı üçün İçərişəhər şəhərsalma
quruluşu , ―Şirvanşahlar sarayı‖ kompleksi, ―Qız qalası‖ ilə bir-
likdə YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edil-
mişdir.
Bakının orta əsr İçəri şəhərinin tarixi memarlıq simasının
qorunub saxlanılması, bərpası və istifadəsi Azərbaycan tarixinin
dünəni, bu günü və sabahı deməkdir.
32
Ədəbiyyat.
1. Fərhad İbrahimov, Kamil Fərhadoğlu- Bakı İçəri şəhər-
Bakı, 2002.
2. İbrahimov K. Bakının arxeoloji öyrənilmə tarixi. ―Elm
və həyat‖ jurnalı. 2010, N 1.
3. Kулиева В. Ханака в Бакинской крепости, ―İRS‖
2011 N 5.
4. Berezin İ. Dağıstan ve Zaqafqaziyaya səyahət. Kazan,
1852.
5. Çelebi E. Seyahetname.1314.
6. Qiyasi C. İçəri şəhər Şirvanşahlar sarayı və Qız qalası
ilə birlikdə. İçəri şəhərin qorunması və inkişafı problemləri
(məqalələr toplusu). Bakı, 2004.
7. Саламзаде А.В, Авалов Э.В, Салаева Р.Д. Проблемы
сохранения и реконструкции исторических городов
Азербайджана.Баку,1979.
8. Фатуллаев-Фигаров Ш. Архитектурная енциклопедия
Баку. Баку-Анкара, 1998.
9. Hüseynov M, Bretanitskiy L, Salamzadə Ə. Azərbaycanın
memarlıq tarixi.Bakı, 1963.
10. Rahibə Əliyeva. İçərişəhər Azərbaycan tarixində
(həmmüəllif).Bakı,2015.
33
MƏHƏMMƏD
MƏSCĠDĠ
Minarə küçəsinin
yaxınlığında, ustad- rəis
Məhəmməd Əbubəkr oğ-
lu tərəfindən h.q. tarixi
ilə 471-ci (1078- 79-cu
illər) ildə tikilmişdir. Şi-
mal tərəfdən kiçik vesti-
bül, bir kameralı, cənub
divarında zəngin dekorlu
mehrabla bəzədilmiş iba-
dət zalına bitişir. Zalın
üstü çatma tağ-tavanla
örtülmüşdür, şərq və qərb
divarlarında daş şəbəkəli,
ensiz pəncərə açımları
mövcuddur. Tağ-tavanın
çevrəsi boyunca, Bakı-
Abşeronun daş memarlığı
üçün səciyyəvi olmayan,
kiçik ölçülü bişmiş kər-
picdən ensiz zolaq ilə
dekorativ motiv düzül-
müşdir. Stalaktitdən olan
karnizin halqası ilə məs-
cidə bitişik silindrik for-
malı minarə, həndəsi şə-
killi daş plitələrlə hasar-
lanmış azançı üçün eyva-
nı, - ―şərəfəni‖ saxlayır. Minarənin daş vintşəkilli pilləkəni iba-
dətgah zalının səviyyəsinə aparır. Müəyyən hündürlükdə mina-
rədən, iri daş bloklarla döşənmiş məscidin damına çıxış yerləş-
Kateqoriya: Dini tikili
Abidə növü: Məscid
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks:
Əhəmiyyəti: Dünya əhəmiyyətli
Ünvan: Bakı şəhəri, M.
Mansur k,42
Ġnventar
nömrəsi: 2.1.
Tarix 1078-1079-cu illər
34
dirilib. Quran məzmunlu ərəb yazısının kufi hörmə naxışı,
stalaktit qurşağının altından keçir.
1988-ci ilin arxeoloji qazıntıları tamamilə gəzlənilmədən
məscidin həcm- məkan strukturunu üzə çıxartdı. Həmişə özünün
alçaq forması ilə qəbul edilən minarə, kvadrat şəkilli bünövrədə
düzgün tənasüblü formada meydana çıxdı, ibadətgah zalının
altında isə çatma formalı daş tağ-tavanla örtülmüş daha bir aşağı
otağın olması meydana çıxdı. Bu yerin alt təbəqəsində islama-
qədər sitayişlərin dini mərasimlərinin elementləri görünürdü.
Güman edilir ki, məscid, bu yerlərdə müsəlman dininin bərqərar
olmasına qədər fəaliyyət gəstərən od məbədinin bünəvrəsi
üzərində inşa edilmişdir.Məscidin cənub fasadı minillik daş di-
varın fonunda mehrabın son dərəcə qabarıq, yarımsilindrik həcmi
və patma pəncərələrin oyuqları ilə təqdim olunur. Məscidin həcm
kompozisiyasının dinamikasını ətraf tikililər üzərində hakimlik
edən bu qədim məscidin minarəsidir. Məhəmməd Əbubəkr tərə-
findən tikilmiş məscid, 1723-cü ildə Pyotr tərəfindən kəşfiyyat
üçün Bakıya gəndərilmiş rus donanmasının general-mayoru
Matyuşkinin göstərişi ilə top atəşinə məruz qalmış və nəticədə
minarənin yuxarı tərəfi uçmuş və məscid Sınıq qala kimi ikinci
adını qazanmışdır.
35
Ədəbiyyat
1. Qiyasi C. İçəri şəhər Şirvanşahlar sarayı və Qız
qalası ilə birlikdə. İçəri şəhərin qorunması və inkişafı
problemləri (məqalələr toplusu). Bakı, 2004.
2.Саламзаде А.В, Авалов Э.В, Салаева Р.Д. Проб-
лемы сохранения и реконструкции исторических городов
Азербайджана.Баку,1979.
3.Фатуллаев-Фигаров Ш. Архитектурная енцикло-
педия Баку. Баку-Анкара, 1998.
36
QIZ QALASI
İçəri şəhərin ən
möhtəşəm,ən qədim,həm
də ən sirli abidəsi QIZ
qalasıdır. Onun islama
qədər, lakin dəqiq tarixi
məlum olmayan bir
dəvrdə inşa olunması fərz
olunur. Bəzi tədqiqatpılar
onun eramızdan əvvəl
(VII-VIII əsrlərə), bəziləri
isə Sasanilər dövrünə (VI-
VIIəsrlərə)aid edirlər. La-
kin tarixi mənbələrə, ən
başlıcası isə Qız qalasına
bitişik qala divarında aşkar
edilmiş qədim daş hörgü
texnikasına görə Qız qala-
sının erkən orta əsrlərdə
(III-IV əsrlərdə) inşa edil-
diyi daha inandırıcı görü-
nür. Həmin dövrdə Qız
qalasının yanında atəş-
pərəstlik məbədinin olması
və bu zaman qüllənin müdafiə sistemində həlledici rol oynaması
da şübhə doğurmur. Onun bilavasitə təyinatı hələ indiyə qədər
mübahisələrə səbəb olur: müdafiə tikilisi, atəşpərəstlər məbədi,
qədim dövrün rəsədxanası və s.. Qız qalası ilkin dövrdə məbəd
kompleksinin dominantı, orta əsrlərdə isə şəhər qalasının baş
qülləsi olmuşdur. Bu qalanı XIII əsrdə ilk güclü yürüşlərində
monqollar fəth edə bilməmişlər. O, Bakının memarlığında və
şəhərin siluetində xüsusi yer tutur. Qüllənin silindrik həcmi sahil
qayasının üzərində yerləşir, tikilinin divarlarını XIX əsrin ikinci
yarısında Xəzər dənizinin suları yuyurdu.
Kateqoriya: Müdafiə tikilisi
Abidə növü: Qala
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks:
Əhəmiyyəti: Dünya əhəmiyyətli
Ünvan: Bakı şəhəri,
A.Zeynallı küç.
Ġnventar
nömrəsi: 2.2.
Tarix VI-XII əsrlər
37
Hündürlüyü şimaldan 31, cənubdan 28 m və bünəvrəsində
divarların qalınlığı 5 metr, yuxarıda isə 4 metr olan daşdan
tikilmiş Qız qalası daxili məkanda səkkiz mərtəbəyə bəlünüb.
Ikinci mərtəbədən sonuncu mərtəbəyə qədər əlaqə divarın qalın-
lığında olan vintvari pilləkənlərlə həyata keçirilir. Mərtəbələrin
işıqlandırılması cənub tərəfdən yerləşdirilmiş ensiz mazğallar
vasitəsilə baş verir, mərtəbələr yastı daş günbəzlərlə örtülmüşdür.
Qalanın diametri birinci mərtəbədə 16,5 metrdir. Qüllənin
daraları silindrik həcmi şərq tərəfdən demək olar ki, düz zirvə-
yə kimi ucalan və planda doqquz formasında böyük çıxıntı ilə
mürəkkəbləşdirilib. Qalanın əsas qülləvari tutumundan irəli
38
çıxarılan bu memarlıq ayrıntısı qala içərisindəki dəyişilmələrə
əlavə və daha fəal müdafiə imkanları yaradırdı. Qalaya giriş
onun qərb tərəfindən, yerin iki metr hündürlüyündə olub, 1.10 m
enində tağlı qapı aşımından ibarətdir.Binanın təfsiri, üçüncü
mərtəbədən başlayaraq onun səthinin qabırğa formasında bir
daşla nazik üfüqi qurşaqlarla bölünməsi, həcmli plastika, onun
formasının həllinin qeyri-adiliyi dünya memarlığında analoq-
lara malik deyildir.
Ədəbiyyat
1. Qiyasi C. İçəri şəhər Şirvanşahlar sarayı və Qız qalası
ilə birlikdə. İçəri şəhərin qorunması və inkişafı problemləri
(məqalələr toplusu). Bakı, 2004.
2.Саламзаде А.В, Авалов Э.В, Салаева Р.Д.
Проблемы сохранения и реконструкции исторических
городов Азербайджана.Баку,1979.
3.Фатуллаев-Фигаров Ш. Архитектурная енцикло-
педия Баку. Баку-Анкара, 1998.
39
ġĠRVANġAHLAR
SARAYI KOMPLEKSĠ
Şirvanşahların saray
kompleksi müdafiə məq-
sədlərindən irəli gələrək,
Içərisəhərin ən hündür
relyefində, təpəlik üstündə
inşa olunmuşdur. Şəhərin
orta əsrlərdə iç qalası
(akropolu) olan bu ərazi,
həm də inzibati mərkəzə
pevrilmiçdir. Ansambl
Azərbaycan memarlığının
əsl şah əsəridir. Bu an-
samblın yüksək bədii-me-
marlıq keyfiyyətləri,
Azərbaycan memarlığında
bütöv bir üslub istiqa-
mətinin yaradılmasına im-
kan yaratmış, ayrı-ayrı
həcmlərin relyefdə usta-
lıqla yerləşdirilməsi, si-
luetlərin gözəl həlli, yerli
əhəngdaşının dekorativ
xüsusiyyətlərindən
məharətlə istifadəsi və daş üzərində möhtəşəm oyma işlərilə
fərqlənir.Ansambl XV-XVI əsrlərdə, həcm həllərinin
çoxplanlılığına imkan yaradan, müxtəlif səviyyələrdə yerləşmiş
üç kiçik həyət ətrafında formalaşmışdır. O, kvadrat şəkilli
həyətin yaxınlığında yerləşmiş saray tikilisindən,―Divan-xanə‖
(XV-ci əsr), orta həyətdə yerləşən alim Seyid-Yəyha Bakuvinin
(XV əsr) mavzoleyindən, Key-Qubad (XV əsr) məscidindən,
həmçinin Murad (1584-cm il) darvazasından ibarətdir. Aşağı
həyətdə saray məscidi (1441-ci il) və Şirvanşahların sərdabəsi-
türbə (1435-ci il) inşa edilmişdir. Daha aşağıda, hamamı su ilə
Kateqoriya: Mülki tikili
Abidə növü: Saray
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks: Saray kompleksi
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Bakı, Qala
döngəsi 76
Ġnventar
nömrəsi: 3.
Tarix XIII-XV əsrlər
40
təchiz edən, möhtəşəm ovdan və böyük saray hamamı ( XV əsr)
tikilmişdir.
41
Ədəbiyyat
1. Qiyasi C. İçəri şəhər Şirvanşahlar sarayı və Qız
qalası ilə birlikdə. İçəri şəhərin qorunması və inkişafı
problemləri (məqalələr toplusu). Bakı, 2004.
2.Саламзаде А.В, Авалов Э.В, Салаева Р.Д. Про-
блемы сохранения и реконструкции исторических горо-
дов Азербайджана.Баку,1979.
3.Фатуллаев-Фигаров Ш. Архитектурная енцикло-
педия Баку. Баку-Анкара, 1998.
42
ġĠRVANġAHLARIN
YAġAYIġ BĠNASI
Sarayın ciddi, mo-
numental binası, qapalı
həyət məkanında üstünlük
təşkil edən mövqeyə ma-
likdir. Binanın ümumi
həcmində xüsusi olaraq
nəzərə çarpdırılan möhtə-
şəm portal, proporsional
bölgülərin ciddiliyi və de-
mək olar ki, yonulmuş daş
divarların hamarlığı ilə
xarakterizə olunur. Sara-
yın ikimərtəbəli binasının
daha qədim bünövrə üzə-
rində inşa edilməsi, əra-
zidə arxeoloji qazıntılar
nəticəsində aşkarlanmış
VII-VIII əsrlərə aid olan
bina qalıqlarına əsasən
istisna edilmir və planın
mürəkkəb konfiqurasiyası
ilə qeyd edilmişdir. Yuxa-
rı mərtəbə aşağı mərtəbənin planlaşdırma strukturunu təkrarlayır.
Mərkəzi, səkkizüzlü zal və ona bitişik eyni formalı vestibül,
ətrafında qruplaşmış ―əndərun‖ və ―birun‖ üslublu qonaq və
yaşayış otaqlarının təşkiledici elementləridir. Sarayın cənub və
şərqə, dənizə tərəf yönəlmiş, şərq memarlığının bariz
elementlərindən olan yonulmuş erkerləri, bütün binadan kepən
uzununa və eninə olan istiqamətlərdə əsaslı divarların olmaması
heyrət doğurur.
Kateqoriya: Mülki tikili
Abidə növü: Saray
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks: Saray kompleksi
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Bakı şəhəri
Ġnventar
nömrəsi: 3.1.
Tarix XV əsr
43
Ədəbiyyat
1.Фатуллаев-Фигаров Ш. Архитектурная енцикло-
педия Баку. Баку-Анкара, 1998.
2.Rahibə Əliyeva. İçərişəhər Azərbaycan tarixində
(həmmüəllif).Bakı,2015.
44
DĠVANXANA
Sarayın şimal-qərb
küncünə, hündür stilobat
üzərində rotondadan iba-
rət, Şərq dünyasında ana-
loqu olmayan Divan-xana
bitişir.Bu bina Şirvanşah-
ların dövlət şurasının-di-
vanın iclasları və qonaq
qəbulu üçün nəzərdə
tutulmuşdur.Qapalı həyət-
də səkkiz üzlü zal beş
səthi ilə, özünəməxsus or-
derin yonulmuş sütunları
üzərindəki çatma çəkilli
tağlardan ibarət açıq qale-
reyaya yönəlmişdir. Zalın
üstü, ikiqat çatma kontur-
lu yonulmuş daş günbəzlə
örtülmüşdür. Qərb tağ sıra-
sında rotonda dinamik
ifadə edilmiş əzəmətli por-
talla tamamlanır. Portalın
çatma taxçası, stalaktitlə-
rin mürəkkəb sisteminə əsaslanan nahamar yarımqübbə ilə
tamamlanmışdır. Giriş qapısı üzərindəki daş lövhənin səthi və
timpanlar möhtəşəm naxışlarla örtülmüşdür. Bu təkcə Abşeron
memarlığının portal kompozisiyası deyil, eləcə də Şərqin böyük
varislik incəsənətinin memarlıq fəlsəfəsidir. Divan-xananın
kvadrat şəkilli həyətini üç tərəfdən, perimetr boyunca rotonda
ilə oxşar olan çatma tağlı, incə sütunlar qalereyası əhatə edir.
Həyətin qalereyası hündürlüyünə görə Divan-xananın
hündürlüyündən aşağıdır və rotondanın hakimlik edən həcmi
üçün özünəməxsus fon təşkil edir.
Kateqoriya: Mülki tikili
Abidə növü: Saray
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks: Saray kompleksi
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Bakı şəhəri
Ġnventar
nömrəsi: 3.2
Tarix XV əsr
45
Divan-xananı digər tikililərdən kompozisiyanın tamlığı,
memarlıq formalarının mükəmməlliyi, ornamentli elementlərin
məharətlə yerinə yetirilməsi fərqləndirir və bu böyük ustalıq,
Divan-xananı Azərbaycan memarlığının nadir əsərlərindən biri
hesab etməyə imkan verir. Burada Azərbaycan memarlığında
yeni üslub istiqamətinin, həcm-məkan həllərinin inkişafında yeni
mərhələnin əsası qoyulmuşdur. Divan-xana XV ərdə, Saray
binasından sonra inşa olunmuşdur. Plan quruluşu və memarlıq
kompozisiyası baxımından Yaxın Şərqdə Divan-xananın analoqu
yoxdur.
Ədəbiyyat
1.Фатуллаев-Фигаров Ш. Архитектурная енцикло-
педия Баку. Баку-Анкара, 1998.
2.Rahibə Əliyeva. İçərişəhər Azərbaycan tarixində
(həmmüəllif).Bakı,2015.
46
ġAH MƏSCĠDĠ
Aşağı həyətdə sərda-
bənin yanında yerləşmiş-
dir. Ucu yüngülvari sivril-
miş iki günbəzlə tamam-
lanmış prizmatik həcm,
binanın şimal-şərq kün-
cündə yüksələn, qamətli
minarə Şah məscidinə çox
orijinal memarlıq siması
bəxş etmişdir. Məscid bö-
yük ibadət zalından, qa-
dınlar üçün nəzərdə tutul-
muş kiçik zaldan və bir
neçə kiçik xidməti otaq-
lardan ibarətdir. Onların
hamısı planın yığcam düz-
bucaqlı sahəsinə daxil edil-
mişdir. Sərdabəyə tərəf
yönəldilmiş şimal və şərq
fasadlarında girişi diqqətə
çarpdıran iki portal, fasadın
asimmetrik quruluşunu xü-
susi olaraq nəzərə çarpdırır.
Məscidin kompozisiya
mərkəzi – mərkəzi həcmin
kürəşəkilli yelkənlərə söy-
kənən, üstü bir az sivrilən-
miş günbəzlə örtülmüş və
iki tərəfli işıqlanma ilə təmin olunmuş ibadət zalıdır. Günbəzin
kvadratından, oxlar üzrə xaçşəkilli plan quruluşunu yaradan,
dərin tağçalı qollar ayrılır. Tağçalar tağ-tavanlarla örtülmüşdür.
Cənub divarında mehrab qarşısında daş məhəccərlərlə
hasarlanmış kiçik meydança keramik firuzə rəngli plitələrlə
Kateqoriya: Dini tikili
Abidə növü: Məscid
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks: Saray kompleksi
Əhəmiyyəti: Dünya əhəmiyyətli
Ünvan: Bakı şəhəri
Ġnventar
nömrəsi: 3.3.
Tarix 1441-1442-ci illər
47
döşənmişdir.Məscidin həcm-məkan kompozisiyasını, azançının
üzərində duraraq möminləri ibadətə çağırdığı stalaktit qurşaqlı,
şərəfəli minarənin şaquli həcmilə, prizmalı həcmlərin daş
günbəzlərinin harmoniyası tamamlayır. Minarənin stalaktit
qurşağının altındakı yazıda qeyd edilmişdir: ―Ən uca və ən
qüdrətli Allaha (xeyir-dua) alqış olsun və seçilmiş Məhəmmədə
dua. Daha sonra ən böyük Sultan Xəlilullah bu minarəni tikməyi
əmr etdi. Qoy Allah onun hökmranlıq etdiyi günlərini və
səltənətini yüksəklərə qaldırsın. Hicrinin səkkiz yüz qırx beşinci
ili (1441-ci il)‖. Şah məscidini Şirvan-Abşeron memarlıq
məktəbinin şah əsərlərindən saymaq olar.
Ədəbiyyat
1.Фатуллаев-Фигаров Ш. Архитектурная енцикло-
педия Баку. Баку-Анкара, 1998.
2.Rahibə Əliyeva. İçərişəhər Azərbaycan tarixində
(həmmüəllif).Bakı,2015.
48
SEYĠD YƏHYA
BAKUVĠNĠN TÜRBƏSĠ Şirvanşah Xəlilullah
I-nin sarayında yaşamış
ilahiyyatçı-filosof Seyid
Yəhya Bakuviyə məxsus
olub, planda səkkizüzlü,
həcm-fəza baxımından pi-
ramida şəkilli alaçıq for-
masındadır. Məqbərənin
daxili məkanı yeraltı sər-
dabəyə və yerüstü qüllə-
vari kameraya bölünür.
Yuxarı kamera səkkizüz-
lü şaquli divarları ilə diq-
qəti cəlb edir. Bütün gün-
bəzin səthi naxışlarla bəzə-
dilmişdir, divarlar künc-
lərdəki kiçik tromplarla
barabana birləşir.Günbəzin
bütöv dairəsi kainatın
sonsuzluğunun özünəməx-
sus obrazını yaradan bə-
zəkli naxışla örtülmüşdür,
dünyanın cəhətlərinə isti-
qamətlənmiş və daş ―şə-
bəkə‖ li kiçik pəncərə yer-
ləri, məqbərənin yuxarı ka-
merasını işıqlandırır, çatma
tağlı giriş qapısı iri daş
bloklardan tikilmişdir.
Məqbərənin divarları təmiz
yonulmuş daşla üzlənmişdir. Tikilinin mürəkkəb olmayan, lakin
mənalı kompozisiyası, Key-Qubad məscidinin strukturuna
ayrılmaz şəkildə daxil olur və onunla vahid tamlıq təşkil edir.
Kateqoriya: Xatirə tikilisi
Abidə növü: Türbə
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks: Saray kompleksi
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Bakı şəhəri
Ġnventar
nömrəsi: 3.4..
Tarix XV əsr
49
Yaxınlığında Bakı Osmanlı sultan Muradxanın (III) dövründə,
994-cü ildə (1585-86-cı illər) tikilmiş və məhz onun adı ilə bağlı
―Murad qapısı‖ kimi tanınan portal ucalır.
Ədəbiyyat
1.Фатуллаев-Фигаров Ш. Архитектурная енциклопедия
Баку. Баку-Анкара, 1998.
2.Rahibə Əliyeva. İçərişəhər Azərbaycan tarixində (həm-
müəllif).Bakı,2015.
50
ġĠRVANġAHLARIN
TÜRBƏSĠ
Şirvanşahların türbəsi
şərq fasadının üzlük, tə-
miz daş səthlərinin fonun-
da dekorativ portalının
effektli seçilməsi ilə nəzə-
rə çarpdırılmış dəqiq priz-
malı həcmi ifadə edir.
Düzbucaqlı plan klassik
proporsiyalarla, daxili mə-
kanın dəqiq həlli ilə fərq-
lənir. Dərin taxçalı porta-
lın çatma tağlı kiçik giriş
qapısı, nadir hallarda rast
gəlinən sivri-uclu günbəz-
lə örtülmüş vestibülə apa-
rır.Vestibülün yan tərəflə-
rində günbəz və tağ-tavan-
larla örtülmüş xidməti
otaqlar var. Zal xaçşəkilli
plan quruluşu ilə mərkəzi
günbəz konstruksiyalıdır.
Xaçın qolları tağ-tavanlar-
la örtülmüşdür.Mükəmməl
işlənmiş günbəz,mürəkkəb
olmayan kürəvi yelkənlər
sisteminə söykənir. Çox-
üzlü günbəzin səthi öz
konstruktiv həlli ilə xüsusi
olaraq nəzərə çarpdırılmışdır. Memarlıq kütlələrinin tektonika-
sının hökmranlıq etdiyi interyerdə əsas elementlər, mükəmməllik
səviyyəsinə gətirib çatdırılmış konstruktiv formalardır. Burada
memar Məhəmməd Əlinin yüksək ustalığı sayəsində, interyer
tamamlanmış, memarlıq həllini tapmışdır. Sərdabənın portalı
Kateqoriya: Xatirə tikilisi
Abidə növü: Türbə
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks: Saray kompleksi
Əhəmiyyəti: Dünya əhəmiyyətli
Ünvan: Bakı şəhəri
Ġnventar
nömrəsi: 3.5.
Tarix 1435-1436-cı illər
51
Azərbaycan memarlığının ən yaxşı nümunələri sırasına aiddir.
Onun mükəmməl proporsiyalı həcmi, müstəvi səthinin həndəsi
naxışlarla örtülməsi, zalın günbəzinin fonunda aydın görünür, bir
vaxtlar ona, firuzə rəngli şirə kərpiclərlə üz çəkilmişdi. Portalın
dərin taxçası, dörd yaruslu stalaktitlər qurşağına söykənən,
konxanın diş-diş səthi ilə birgə çatma şəkilli yarımgünbəzlə
tamamlanmışdır. Arxivoltlar və timpanlar daşdan qüsursuz yeri-
nə yetirilməklə üslublaşdırilmiş bitki ornamenti ilə örtülmüşdür.
Mürəkkəb ornamentli naxışla damcı formalı portalın medal-
yonları əzünəməxsus bir şəkildədir. Portalın yuxarı hissəsində,
hər iki tərəfdə, Memar Əlinin adı ilə təkrarlanan yazılar ora
ustalıqla hərülərək daxil edilmişdir. Tikilmə tarixi giriş yerinin
üzərində iki sətirlik yazı ilə bildirilməklə əks olunmuşdur:
―Allahın peyğəmbərinin adaşı, dinin müdafiəçisi, ən böyük sultan
və dahi Şirvanşah Xəlilullah, - qoy Allah onun həkmranlığını və
hakimiyyətini əbədi etsin, - bu işıqlı sərdabənı öz anası və oğlu
üçün,– Allah onlara rəhmət eləsin, - 839-cu ildə h.q. (1435-36-cı
illər) tikməyi əmr etdi‖.
Ədəbiyyat
1.Фатуллаев-Фигаров Ш. Архитектурная енциклопедия
Баку. Баку-Анкара, 1998.
2.Rahibə Əliyeva. İçərişəhər Azərbaycan tarixində
(həmmüəllif).Bakı,2015.
52
MURAD DARVAZASI
Şərq darvazası por-
talı - Murad qapısı 1585-
1586-cı illərdə Osmanlı
sultanı III Muradın Bakı-
ya gəlişi ilə əlaqədar ola-
raq onun şərəfinə inşa edi-
lib. Bəzi alimlərin fikrin-
cə, bu giriş qapısı hər han-
sı abidəyə giriş üçün
nəzərdə tutulub. Ola bilsin
ki, həmin abidə ya tam in-
şa edilməmiş, ya da döv-
rümüzə gəlib çatmamış-
dır.Digər fikirlərə görə isə
Sultan III Murad məhz bu
giriş qapısını Seyid Yəhya
Bakuvinin türbəsini ziya-
rət etmək üçün tikdirib.
Şərq dаrvаzаsı və ya
Murad darvazası – Şirvan-
şahlar saray kompleksi-
nin XVI əsrə аid оlаn yе-
gаnə tikilisidır. Murаd
dаrvаzаsı pоrtаlının yuхаrı
çərçivəsində оlаn 2 mеdаl-
yоn аrаsındа аşаğıdаkılаr
yаzılıb: ―Bu binа Ulu
Rəcəb Bаkuvinin 994-cü
ildə (1585-1586) sifаrişi
əsаsındа böyük və ədаlətli Sultаn III Murаdın dövründə tikdi-
rilib‖.
Pоrtаlın divаr оyuqlаrının yаnındаkı yаzılаr Təbrizli mеmаr
Əmirşаhın аdını məlum еdir. [Memar-ustad Əmirşah Vəliənkuhi
(Təbrizin ətrafı)].
Kateqoriya: Müdafiə tikilisi
Abidə növü: Portal
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks: Saray kompleksi
Əhəmiyyəti: Dünya əhəmiyyətli
Ünvan: Bakı şəhəri
Ġnventar
nömrəsi: 3.6
Tarix 1585-ci il
53
Özünün ümumi, bədii dеkоrаtiv kоmpоzisiyаsınа görə
pоrtаl Divаnхаnа və Türbə pоrtаllаrınа uyğun gəlir. Lаkin burаdа
tikinti tехnikаsı və inşааt dаşlаrının kеyfiyyəti хеyli аşаğıdır.
BurаdаAzərbaycan оrnаmеntаl sənətinin üslub təmizliyi pоzulur.
Mеmаr аnsаmblın sаbitliyini, аhəngliyini sахlаmаğа çаlışsа dа о
dövrə хаs оlаn mеmаrlıq kеyfiyyətinin аşаğı düşməsindən qаçа
bilməmişdir.
―Murad qapısı‖nın memarlıq kompozisiyası Şirvanşahlar
sarayının digər portal kompozisiyalarına uyğunlaşdırılaraq har-
moniyada həllini tapmışdır.
Zərif stalaktitlər, daş oyma işləri, portalın profillənmiş haşi-yələri, daş medalyonlar ustanın yüksək sənətkarlığından xəbər verməklə, öz miqyas həlli ilə yüz il gecikməsinə baxmayaraq kompleksi tamamlayır.
Ədəbiyyat 1.Əmənzadə R.B Azərbaycan memarlığında baştağlar.
Bakı,1995. 2.Aytən Şərifova. Orta əsr Azərbaycan memarlığında
stalaktitlər və onların müasir tətibiq imkanları . Bakı ,2013.
54
HAMAM
Saray hamamı aşağı
həyətin qərbində yerləşir,
kifayət qədər iri ölçü-
lüdür, ox boyunca şimal-
cənub istiqamətində uza-
dılmışdır və planlaşdırma
cəhətdən buna bənzər
tikililərin klassik növünü
təmsil edir. Hamam iki
bölmədən ibarətdir: so-
yunma və mərkəzdə sək-
kizüzlü zallarla birgə çim-
mə otağını, lakin bütöv-
lükdə, künc otaqları ilə
birgə xaçşəkilli plan
quruluşunu təqdim edir.
Seksiyalar arasında həra-
rət rejimini əlaqələndirən
və nizamlayan aralıq ka-
meralar mövcuddur. Çim-
mə bölməsi, otaqların
döşəməsi külxanadan gə-
lən qaynar hava ilə, istilik
ötürən kanallar sistemi
vasitəsilə qızdırılmışdır.
Hamamın içərisi mərkəzi
hissələrdə günbəzlərlə, qa-
lan hissələri isə tağ tavan-
larla örtülmüşdür. Hama-
mın ayrı-ayrı otaqlarında
kaşıdan istifadə edilmiş-
dir. Hal-hazırda, torpaq qalaqlarından təmizlənmiş hamam,
konservasiya edilmişdir.
Kateqoriya: Mülki tikili
Abidə növü: Hamam
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks: Saray kompleksi
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Bakı şəhəri
Ġnventar
nömrəsi: 3.7.
Tarix XV əsr
55
Ovdan (XV əsr) saray kompleksini və hamamı su ilə təchiz
etmişdir. Abşeron yarımadası üçün ənənəvi olan su mənbəyi
mövcud ovdanların ən irisi olmuşdur. Torpağın üzərində yeraltı
su anbarına girişin bünövrəsi salamat qalmışdır. Düzbucaqlı
haşiyəli, çatma şəkilli qapı boşluğu, dərin pilləkənin başladığı
yuxarı kameraya aparır. Kiçik keçidlər onu pilləkəndən, digər
tərəfdən isə - su anbarının böyük tutumundan ayırır. Su, yeraltı
qalereyaların şaxələnmiş şəbəkəsindən – kəhrizlərdən gəlirdi.
Ədəbiyyat
1.Фатуллаев-Фигаров Ш. Архитектурная енцикло-
педия Баку. Баку-Анкара, 1998.
2.Rahibə Əliyeva. İçərişəhər Azərbaycan tarixində
(həmmüəllif).Bakı,2015.
3.Hüseynov M, Bretanitskiy L, Salamzadə Ə.
Azərbaycanın memarlıq tarixi.Bakı, 1963.
56
KEY-QUBAD MƏSCĠDĠ-
NĠN QALIQLARI
Key-Qubad məscidi
XV əsrdə, ənənəyə gərə il-
kin planı təkrarlayaraq, daha
qədim bünövrələr üzərində
qurulmuşdur. Məscidin düz-
bucaqlı planına vestibüllə
birlikdə portal bitişir. Məq-
bərənin girişinə yaxın, iba-
dətgah zalının cənub diva-
rında mehrab yerləçir. İnter-
yer, smtunların künclərdə
yaratdığı tağ-tavan örtüklü
yerləşkələrin hesabına, xaç-
şəkilli, mərkəzi günbəzli
həcm-məkan həllini almış-
dır.Yəhya Bakuvi məqbərəsi
ilə ayrılmaz surətdə bağlı
olan məscidin həcm-məkan
kompozisiyası, həndəsi ciz-
gilərin mükəmməlliyi və memarlıq elementlərinin düşünülmüş
vəhdəti nəzərə çarpdırılaraq formaların xüsusi plastikası əldə
edilmişdir. Məscid 1918-ci ildə erməni vəhşiləri tərəfindən yan-
dırılmışdır. Hal-hazırda məscidin yalnız təməl hissəsi qalmışdır.
Kateqoriya: Dini tikili
Abidə növü: Məscid
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks: Saray kompleksi
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Bakı şəhəri
Ġnventar
nömrəsi: 3.8
Tarix XV əsr
57
Key-Qubad məscidi məqbərə ilə orta həyətdə özünün yer-
ləşməsi səbəbindən bütün Şirvanşahlar Saray Kompleksinə müna-
sibətdə neytral mövqe tutur, sanki aşağı həyətdəki obyektlərə,
Şirvanşahların sərdabəsinə (türbə) və saray məscidinə keçidi
təşkil edir.
Ədəbiyyat
1.Hüseynov M, Bretanitskiy L, Salamzadə Ə. Azərbaycanın
memarlıq tarixi.Bakı, 1963.
58
XƏZƏRYANI
MÜDAFĠƏ
QURĞULARI
Abşeron yarımadasının
Xəzərsahili kəndlərində
ucaldılmış müdafiə qur-
ğuları Yaxın və Orta Şər-
qin hərbi memarlığında
müstəsna bir hal idi, on-
ların Qərbi Avropa me-
marlığında belə bənzəri
yoxdur.Tarixi kəndlərdə
tikilmiş qalalar bu və ya
digər yaşayış məntəqəsi-
nin salınmasına səbəb ol-
muş, müəyyən dərəcədə
öz memarlıq-planlaşdır-
ma və həcm-məkan xüsu-
siyyətlərini Abşeron me-
marlığının geniş inkişaf
fonunda göstərə bilmişdir.
Qalaların yerləşməsi bir
qayda olaraq strateji əhə-
miyyət daşıyırdı. Əsas
mövqeyə malik olan qala-
lar, öz silueti və həcm-mə-
kan həlli ilə landşafta bən-
zərsiz görüntü bəxş etmişdir.Qalaların və ya qəsrlərin dislokasiya-
sı əsasən, Xəzər dənizinin şimal və şimal-şərq sahillərinə yönəl-
dilirdi, çünki bura düşmən hücumuna daha tez-tez məruz qalan
ərazi idi. Xəzərsahili qalalar planlaşma və həcm-məkan həllinə
görə iki tipə bölünür:
Düzbucaqlı donjonlu,Dairəvi donjonlu.
Birinci tip qalalara Mərdəkan(1187-88-ci illər), Ramana
(XIII əsr), Şağan(XIII əsr), Balaxanı(XII-XIV əsrlər), Buzovna
Kateqoriya: Müdafiə
tikililəri
Abidə növü: Qalalar
Mənsubiyyəti: Memarlıq
abidəsi
Kompleks: -------
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Xəzər dənizinin
qərb sahili
Ġnventar nömrəsi: 4.
Tarix orta əsrlərdən
XIV əsrə kimi
59
(XII-XIII əsrlər), Maştağa(XII-XIII əsrlər) kəndlərindəki qalalar
aiddir. İkinci tip qalalara Mərdəkan kəndindəki dairəvi qala
(1204-cü il), Nardaran(1301-ci il), Bilgəh(XIII-XIV əsrlər), Keşlə
(XIV əsr), Binə(XIV əsr) kəndlərindəki qalalar aiddir. Bu qala-
ların bir qismi uçmuş, dövrümüzə gəlib çatmamışdır.
Birinci tip qalaların memarlıq-planlaşdırma və həcm-məkan
kompozisiyası əsasən düzbucaqlı və ya qala divarlarının ərazisi-
nin relyefindən asılı olaraq dəyişən konfiqurasiyası ilə təyin
olunur. Ətrafı qala divarları ilə əhatə olunmuş donjon, kiçik ərazi-
nin əsas həcm elementi idi və eyni zamanda müxtələf məqsədlər
üçün istifadə olunurdu. Donjon, ətraf kəndlər üçün fəal müdafiə
məntəqəsi, eyni zamanda əhalinin sığınacaq yeri, mayak və ya
müşahidə məntəqəsi idi. Qalaların müdafiə divarları 5-7 m ara-
sında dəyişirdi. Birinci olaraq düşmən hücumuna məruz qalan qa-
la darvazaları cinahlardan kontrforslarla qorunur və giriş portalı
rolunu oynayırdı. Darvazaların çoxu memarlıq formalarına malik
olmaqla yanaşı, epiqrafik məlumatlar vasitəsi ilə həm də infor-
masiya mənbəyi funksiyasını daşıyırdı. Epiqrafika təkcə tikintinin
tarixi haqqında deyil, həm də sifarişçi- hökmdar haqqında məlu-
mat verirdi. Bütövlükdə, epiqrafika həmin dövrün memarlıq isti-
qaməti, şəxsiyyətləri, memarları və s. haqqında nəticələr çıxar-
mağa imkan yaradan tarixi arayış verirdi.
Qalaların həyətyanı sahəsi 28x25m (Mərdəkan), 28x10m
(Ramana) ölçüsündə qurulmuşdur. Bu kiçik əraziyə mərkəzdə
yerləşən donjon və həyətyanı sahə daxil idi. Donjon, planlaş-
dırmasına görə dörd-beş mərtəbədən ibarət olub, birinci və
axırıncı mərtəbələr çatma tağ-tavanla örtülürdü. Mərtəbələr
arasında əlaqə vintvari daxili daş pilləkənlərlə yaranırdı. Birinci
qatdan ikinciyə qalxmaq üçün nərdivandan istifadə olunurdu.
Vintvarı pilləkən donjonun sol tərəfində qurulmaqla düşmənə
yuxarı qatlara qalxmaqda çətinlik yaradırdı. Mərtəbələr arası
örtüyün taxtadan olması həmin dövr üçün tikintinin sürətini
artırmağa və donjonun daxili monumental divarlarının konstruk-
siyasını asanlaşdırmağa şərait yaradırdı. Qəsrlərin müdafiə siste-
mi əsasən donjonun yuxarı hissəsindəki meydanda və banketlərdə
60
cəmlənirdi. Donjonlar adətən müdafiə məqsədilə qurulmuş mer-
lon və maşekullarla tamamlanırdı.
Qalaların ümumi görünüşü-giriş portalı, kiçik həyətyanı sa-
həsi, yüksək qala divarları və monumental qala-donjonları ilə
özünəməxsus, ifadəli həcm-məkan və memarlıq kompozisiyasını
təqdim edirdi.
İkinci tip qalalar qrupunun memarlıq-planlaşdırması və
həcm-məkan quruluşu başqa cür təqdim olunur. Belə qalalar
Abşeronun yaşayış məntəqələrinin tarixi mühitinə ifadəli görün-
tüyə malik tikinti elemetləri kimi daxil olmuşdur. Bütün belə qa-
lalar əsasən, alçaq relyefdə tikilmişdir. Hər tərəfdən qala divarları
ilə əhatə olunmuş qəsrlərin ərazisi bir qayda olaraq, kvadrat for-
maya malik olur və onların həndəsi mərkəzində dairəvi planlı
donjon ucalır. O, tikinti sahəsinin ölçülərindən asılı olaraq qəsrin
həyət sahəsində ya sərbəst halda, ya da hər-hansı divara qısılmış
şəkildə yerləşdirilirdi. Bu da düşmənin qəfil hücumları zamanı
onun döyüş və müdafiə imkanlarını təyin edirdi.
Donjonların interyeri günbəz örtüklü üç qata bölünmüşdür.
Mərtəbələr arasında əlaqə yaradan vintvari pilləkənlər divarın
qalınlığı içərisində qurulurdu.Belə pilləkən konstruksiyalarına
Abşeronun dini tikililərində də rast gəlinir ki, bu da sahəyə qənaət
etməyə imkan yaradırdı.. Mərtəbələrin mərkəzində, örtük günbəz-
lərində açılmış dəliklər aşağı mərtəbələrdə nə baş verdiyini
müşahidə etmək üçün nəzərdə tutulmuşdur. Qala divarındakı
mazğallar həm işıqlanma, həm də güllə atmaq üçün nəzərdə tutul-
muşdur. Donjonların əksəriyyətinin birinci qatında qala müda-
fiəçilərini içməli su ilə təmin etmək üçün quyu qazılmışdır.
Yerli ağ əhəng daşından inşa olunmuş Xəzəryanı qalalar öz
memarlıq formaları, həcm plastikliyi və görkəmli siluetləri ilə
Abşeron təbiətinin ayrılmaz hissəsi kimi ətraf mühitin landşaftına
uğurlu bir şəkildə daxil olmuşlar. Ədəbiyyat.
1.Şamil Fətullayev-Fiqarov ―Abşeron memarlığı‖ Bakı-
2013.
61
BÖYÜK MƏRDƏKAN
QƏSRĠ
Şirvanşahların hakimiy-
yəti illərində, Abşeronun
strateji əhəmiyyətli nöqtə-
lərində tikilmiş, ilkin
tarixli hərbi tikililərdən
olan Mərdəkanın düzbu-
caq şəkilli donjonlu qalası
epiqrafik məlumatlara gö-
rə 1187-88-ci illərdə kən-
din ən hündür relyefində
inşa olunmuşdur. Tarixçi
alim, Məşədxanım Nemə-
tin qala yaxınlığında tapıl-
mış daş kitabəni oxuma-
sına kimi, qalanın XIV
əsrdə inşa olunduğu barə-
də fikirlər irəli sürülürdü.
Şirvanşah Axsitan bin
Məniçöhrün hakimiyyəti
illərində tikilmiş, fəal mü-
dafiə məntəqəsi, əhalinin
sığınacaq yeri, müşahidə
məntəqəsi olan dördkünc
bürclü qala, qurudan və
sudan ―mayak‖ kimi diq-
qəti cəlb edir. Həyətyanı
sahəsi 28x25 m, donjonu-
nun hündürlüyü 22m olan
Dördkünc bürclü Mərdə-
kan qalası öz bədii və memarlıq-planlaşma xüsusiyyətlərinə görə
ön plandadır. Birmərtəbəli tikililər əhatəsində olan donjon, 5
yaruslu olub, 7 metrlik divarlar ilə müdafiə olunur. Beşmərtəbəli
donjonun birinci və sonuncu mərtəbəsi kiçik günbəzlə örtülmüş-
Kateqoriya: Müdafiə tikilisi
Abidə növü: Qala
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks:
Əhəmiyyəti: Dünya əhəmiyyətli
Ünvan: Mərdəkan qəsəbəsi
Ġnventar
nömrəsi: 4.1.
Tarix 1187-1188 illər
62
dür. Mərtəbələr arası örtük konstruksiyaları taxta tirlər vasitəsilə
həyata keçirilmişdir. Donjonun yuxarı mərtəbələrinə qalxmaq
üçün I mərtəbədə asma nərdivanla başlanan pilləkənlər, digər
mərtəbələrdə divariçi vintvari pilləkənlə davam etdirilir. Sonuncu
mərtəbə maşekullar və kronşteynlərlə tamamlanır. Damdakı
banketlər əsgərlərin qalanı müdafiə etməsi üçün nəzərdə tutul-
muşdur.1952-ci ildə akademik Ş.Fətullayev-Fiqarov tərəfindən
qalada ölçü və bərpa işləri aparılmış, ətrafda aparılan arxeoloji
qazıntılar nəticəsində, əhəngdaşından tikilmiş su anbarı və yeraltı
quyular aşkarlanmışdır. Donjonun daxilində tapılmış yeraltı
yolun Abşeronun digər qalaları ilə əlaqələndirildiyi barədə
fikirlər irəli sürülür.
Ədəbiyyat.
1. .Hüseynov M, Bretanitskiy L, Salamzadə Ə. Azərbay-
canın memarlıq tarixi.Bakı, 1963.
2.Şamil Fətullayev-Fiqarov ―Abşeron memarlığı‖Bakı-
2013
63
KĠÇĠK MƏRDƏKAN
QƏSRĠ Dördkünc bürclü qaladan
yarım kilometr şərq
tərəfdə, dənizdən təx-
minən 1,5 km aralı, bağ-
ların içərisində tikilmiş
dairəvi bürclü ikinci qala-
nın 16 metr hündürlüyün-
də olan bürcü ucalır. Ma-
raqlıdır ki, bu ikinci qala
nə üçün qumsal və kəndin
nisbətən dərə yerində ti-
kilmişdir. Axı bu qaladan
bir-neçə metr hündürlükdə
təbii qayalıq vardır. Bura-
dan isə 200-300 metr cə-
nub-şərq tərəfdə, dənizdən
təxminən 2 km aralıda
Axund Əbuturabın evinin
yeri, Pir Həsən türbəsi
ətrafından 7-8 metr hün-
dür təbii qayalıqdır. Qala
əgər bu relyefdə tikilsəydi
daha uzaqdan diqqəti cəlb
edə bilərdi.Mövcud dairə-
vi bürclü qalanın tikilmə
tarixini bürcün qapısından
təxminən, 7-8 metr hün-
dürlükdə olan kitabədə onun Şirvanşah Fərruxzadın oğlu
Gərşasbın hakimiyyəti zamanı 600-cü ilin mordad ayında tikildiyi
yazinı oxumaqla müəyyən etmək olar. Alimlərin bəziləri
kitabədə mordad ayı yazılmasına əsaslanaraq onun Sasani
hökmdarından III Yezdəgirdin adı ilə bağlı təqvim ilə hesablayıb
1232-ci ildə, digər bir qismi isə hicri-qəməri təqvimlə hesablayıb
Kateqoriya: Müdafiə tikilisi
Abidə növü: Qala
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks:
Əhəmiyyəti: Dünya əhəmiyyətli
Ünvan: Mərdəkan qəsəbəsi
Ġnventar
nömrəsi: 4.2.
Tarix 1203-1204-cü illər
64
1203-1204-cü ildə tikildiyini yazmışlar.Bürcün cənub-qərb
tərəfində girişin üstündə, soldakı kitabədə onun memar Məsudun
oğlu Əbdülməcid tərəfindən tikildiyi yazılmışdır. Mərdəkan
camaatı dairəvi bürclü qalanı ―Şıx qalası‖ adlandırır. Bizcə, bu
orta əsrlərdə məşhur olan Şeyx Əbu Səid Əbubəkrin adı ilə
bağlıdır. Dairəvi bürclü qala 3 mərtəbəli olub, maşekullarla
tamamlanır. 1950-ci illərə kimi qalanın yalnız sərbəst duran
donjondan ibarət olması barədə məlumat verilirdi. Lakin qala
ətrafında aparılan arxeoloji qazıntılar, hündürlüyü 5 m olan
müdafiə divarlarını aşkarladı. Divarların banketlərinə qalxmaq
üçün künclərdəki bürclərdə, divar içində vintvari pilləkənlər
qurulmuşdur.
Ədəbiyyat.
1.Şamil Fətullayev-Fiqarov ―Abşeron memarlığı‖Bakı-
2013
65
RAMANA QƏSRĠ
Bakının Ramana
kəndində XII-XIII əsr-
lərə aid qaladır.Qalanın
kitabəsi saxlanılmamış-
dır, lakin plan kompozi-
siyasına və memarlıq
traktovkasına görə təd-
qiqatçılar onu XII-XIII
yüzilliklərdə tikildiyini
ehtimal edirlər . Ağ daş-
dan tikilən qalanın dəqiq
tikilmə vaxtı bəlli deyil.
Güman ki, müdafiə məq-
sədi ilə tikilib və Şirvan-
şahlar dövləti dövründə
qəsr kimi istifadə
olunub. Hündür qayanın
üstündə tikilmiş bu
möhtəşəm abidə bütün
ətraf kəndlərdən görünür.
Qala, Abşeronun digər
analoji tikintilərinə xas
olan Şirvan-Abşeron
memarlıq üslubunda inşa
edilmişdir, lakin başqa
qalalardan fərqli olaraq,
bu qalanın həyəti və
divarları planda uzunsov dördbucaqlıdır. Ramana kəndindəki
qəsr, Mərdəkandakı qəsrdən fərqli olaraq, başqa təbii şəraitdə -
qayalıqda yerləşir. Qala divarının tinlərində və şərqə baxan
tərəfındə, divarların ortasında kontrforslar qurulmuşdur. Qapısı
qərb divarda olub portal şəklindədir. Düzbucaqlı qüllə, şaquli
xətt üzrə dörd yarusa bölünmüşdür. Brinci və axırıncı mərtəbələr
Kateqoriya: Müdafiə tikilisi
Abidə növü: Qala
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks:
Əhəmiyyəti: Dünya əhəmiyyətli
Ünvan: Ramana qəsəbəsi
Ġnventar
nömrəsi: 4.3
Tarix XII-XIII əsrlər
66
daş qübbə, aralıqda olan iki mərtəbə isə ağac materialla
örtülmüşdür. Mərtəbələr arasında vintvari pilləkənlər vardır.
Digər daş pilləkən isə qalanın həyətindən yuxarıya tərəf qalxır.
Bu pilləkənlər vasitəsilə qala divarlarına qalxıb kəndi seyr etmək
mümkündür.Qəsrin divarlarla birlikdə uzun tərəfinin ölçüsü 30
metrə yaxın, qısa tərəfı isə 15-20 metrdir. Donjonun hündürlüyü
18 metrdir. Abşeronun digər qəsrlərindən fərqli olaraq, bu qəsrdə
divarlardakı dolama pilləkənlərə giriş hündürdə deyil, I
mərtəbənin döşəmə səviyyəsində yerləşdirilmişdir. Donjonun
yaruslarının bütün divarlarında mazğallar açılmışdır.
Plan və memarlıq həlli üsullarına görə Ramana qəsri
digər Abşeron qəsrləri ilə olduqca oxşardır. Lakin o, özünün
memarlıq kütləsinin daha mənzərəli kompozisiyası ilə onlardan
fərqlənir. Bu onun yerləşdiyi relyefin xüsusiyyətlərindər irəli
gəlir. Dağınıq vəziyyətdə olan qala 1956-cı ildə bərpa olunub.
Tarixçilər Ramana qalasından Qız qalasına vaxtilə yeraltı yolun
olduğunu qeyd ediblər.Qala divarlarından bayırda, sağ tərədə
qayaya bənzər iri daş parçası vardır.
Ədəbiyyat.
1.Hüseynov M, Bretanitskiy L, Salamzadə Ə. Azərbaycanın
memarlıq tarixi.Bakı, 1963.
2.Şamil Fətullayev-Fiqarov ―Abşeron memarlığı‖Bakı-
2013
67
NARDARAN QƏSRĠ
Nardaran qalası Abşe-
ron yarımadasında hər-
bi-müdafiə qurğularının
tikintisinin sonuncusu-
dur. İlk orta əsrlərdən
başlanan müdafiə tikili-
ləri 1301-ci ildə Narda-
ranın dairəvi donjonlu
qalası ilə başa çatmış-
dır. Qala Abşeron üçün
xarakterik olan çox da
böyük olmayan müda-
fiə tikilisini əks etdirir.
Qala divarları ilə əhatə
olunmuş trapesiya şəkil-
li həyətin ortasında,
hündürlüyü 12m-ə bəra-
bər olan dairəvi donjon
yerləşir. Donjonun di-
varları içərisindəki spi-
ral şəkilli pilləkən qəfə-
si, yarımdairəvi güm-
bəzlə qurtaran üç mər-
təbəni birləşdirir. Pillə-
kən qəfəsəsi və giriş,
düşmənin qalanın
yuxarı mərtəbələrinə həmləsinin qarşısını almaq məqsədilə
ikinci mərtəbədən başlanır. İkinci mərtəbəyə qaldırılan ağac və
asma kəndir nərdivan vuruş zamanı yığılır və düşmənin üst
qatları tutmaq cəhdi çətinləşdirilirdi. Qüllənin mərtəbələri
daxilində genişlənən mazğallarla işıqlandırılır və
küləkləndirilirdi. İkinci mərtəbədə divarın içərisində, taxçada
kiçik sanitar qovşaq yerləşir. Birinci mərtəbədəki dəliyi daş
plitələrlə örtülmüş quyu, yeraltı kəhrizlərin su ehtiyatından
Kateqoriya: Müdafiə tikilisi
Abidə növü: Qala
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks:
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Nardaran kəndi
Ġnventar
nömrəsi: 4.4.
Tarix 1301-ci il
68
bəhrələnir.Bəzi ehtimallara görə quyu yaxınlıqdakı pir, şah
sarayı ilə yeraltı yollarla əlaqələndirilmişdir.Qalanın müdafiəsi
yuxarı mərtəbədəki dövrümüzə gəlib çatmamış maşekulların
tacı və onların üstündəki dişli merlonlar ilə tamamlanan
meydançada və müdafiə divarlarının üstündəki banketdə
mərkəzləşmişdir. Donjona giriş qapısının üstündə və nisbətən
yuxarıda, sağ tərəfdə iki epiqrafik kitabə divara hörülmüşdür.
Qapının üstündəki kitabə nəsx elementləri ilə süls xətti ilə
yazılmışdır. «Bismillahir-rəhmanu-rəhim! Bu taxianı dəniz
yaxınlığında… Bərəkətin anası… öz halal pulu və dirhəmləri
ilə tikməyi əmr etmişdir ki, Allahın dərgahında üzü ağ olsun,
onun rizasına və mükafatına layiq olsun. Tarix Ramazan ayı
700-1301» İkinci kitabədə qalanın usta Mahmud Səad oğlu
tərəfindən tikildiyi xəbər verilir. Donjonu əhatə edən relyefə
uyğunlaşdırılmış, hündürlüyü 5 m-ə çatan müdafiə divarlarının
künc qovşaqları çıxıntılı kontrforslarla möhkəmləndirilmişdir.
Müdafiə divarlarının perimetri boyu atıcılar üçün enli
banket və atəş açmaq üçün ensiz mazğallar bir-birindən
təqribən 1-1,5 m məsafədə yerləşən pəncərə yarıqları qurul-
muşdur. Nardaran qalasının əsas tikinti materialı Abşeronun ağ
əhəngdaşıdır.
Ədəbiyyat.
1.Hüseynov M, Bretanitskiy L, Salamzadə Ə. Azərbaycanın
memarlıq tarixi.Bakı, 1963.
2.Şamil Fətullayev-Fiqarov―Abşeron memarlığı‖Bakı-2013
3.Rahibə Əliyeva. Nardaranın müdafiə qalası;. ―Körpü‖
N59,Təbriz-2010.
69
BAYIL QƏSRĠ
Bakının Bayıl burnu ya-
xınlığındakı kiçik adada
olan abidə ayrı-ayrı mən-
bələrdə müxtəlif adlarla-
"sualtı şəhər","bayıl daş
ları","səbayıl","karvansa-
ra",―xanəgaһ‖,"gömrükxa
na" və s.anılsa da elmi
ədəbiyyatda daһa çox
"bayıl qəsri" adı ilə tanı-
nır.Bayıl qəsri, adanın
biçiminə uyğun uzunsov
plan quruluşuna malikdir.
(uzunluğu 180 m, orta eni
35 m). Qala divarları
şərqdən altı, qərbdən isə
beş yarımdairəvi bürclə
möhkəmləndirilmişdi.
Bayıl qəsrinin tikintisi
siyasi-һərbi baxımdan çox
qarışıq bir dövrdə-Mon-
qol yürüşlərinin bütün
yaxın şərqdə cövlan etdiyi
bir vaxtda -(1234- 1235-
ci illər) başa çatmışdı.
Ancaq saһilə yaxın adada
tikilən bu möһtəşəm qəs-
rin ömrü çox qısa oldu.
Alimlərin fikrincə, qala
1306-cı ildə baş verən
güclü zəlzələ nəticəsində dəniz sularına qərq olmuşdur.Arif
ərdəbili 1369-cu ildə yazdığı "fərһadnamə‖ dastanında,
gördüklərini belə qələmə almışdı:
Bakıda dənizdə bir qala var ki,Yeni şəhər qalasını orada su
Kateqoriya: Müdafiə tikilisi
Abidə növü: Qəsr
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks:
Əhəmiyyəti: Dünya əhəmiyyətli
Ünvan: Bakı buxtası
Ġnventar
nömrəsi: 4.5.
Tarix 1234-1235-ci illər
70
basmışdır.Bu misralarda şairin indiki bayıl qəsrindən bəhs etməsi
şübһə doğurmur. Arif ərdəbili bu qalanı tikintisi başa çatandan bir
əsr sonra görmüşdü vө təbiidir ki, o һələ el yaddaşında "yeni
şəhər qalası" kimi qalırdı. Bu deyim һəm də bayıl qəsrinin şəһər
qalası olmasını, yəni Bakının müdafiə sisteminə daxil edilməsini
bir daһa təsdiq edir.Əsrlər keçdikdən sonra, xəzər dənizinin
səviyyəsi yenidən xeyli aşağı düşdüyü zaman Bayıl qəsrinin
dağıntıları su üzərində görünməyə başlamışdır.Kim bilir dörd yüz
ildən artıq Xəzərin suları altında gizlənməsəydi, bəlkə də Ab-
şeronun bir çox abidəsi kimi Bayıl qəsrindən də bir iz qal-
mayacaqdı. 1939-1969-cu illər arasında qəsr ərazisində aparılan
arxeoloji tədqiqat işlərində divar uçuqları altından və su dibindən
700-dən artıq yazılı daş tavalar çıxarılmışdır. Dərin oymalı bu daş
tavalar nadir monumental xəttatlıq və һeјkəltəraşlıq əsərləri olub,
böyük tikinti kitabəsinin ayrıntılarıdır. İlk çağda onlar divar
һörgüsündə,yanaşı düzülərək qala divarlarının bayır sətһində
uzun kitabə qurşağı (һündürlüyü 71 sm) əmələ gətirirmiş.
Bayıl qəsrinin daş kitabələrində araşdırıcılar 15 Şirvanşaһın
adını, tikinti tarixlərini oxuyub, başqa müxtəlif məlumatlar aşkar
etmişlər. Bu kitabələrdən Mərdəkan qalasında "müəllif qolu" olan
me’mar Əbdülməcid Məsud oğlunun, ustad Zeynəddin
Əbdülrəşid oğlu Şirvaninin adları da oxunmuşdur.Bir kitabə
daşında Bayıl qəsrinin "bəndər qələ" adı ilə verilməsi dəyərli
faktlardandır. Anlamı "liman qala" olan bu ad Bayıl abidəsinin
baş funksiyalarından birini aydınlaşdırır. Bütövlükdə isə Bayıl
qəsri Şirvanşaһların yeni paytaxtı yanında iqamətgaһı olmuş,
Şamaxının müdafiəsində Gülüstan qalasının daşıdığı vəzifəni
Bakı qalasında yerinө yetirmişdir. Güman etmək olar ki, Bayıl
qəsrinin cənub qapısı və qarşısındakı tikililər dəniz ticarəti ilə
bağlı olduğu halda da, saһilə yaxın şimal qapısı və qarşısındakı
tikililөr Şirvanһların iqamətgaһı olmuşdur. Qəsrin, demək olar,
ortasında daş döşəməli meydançada, monumental tikilinin özülü
üzə çıxarılmışdır. Bəzi araşdırıcılar bu yerdə Abşeron qalalarının
ənənəvi qüllələləri tipində bir qüllənin ucaldığını söylədikləri
һalda, başqaları onu atəşgaһ, qədim qülləvari məbəd yeri sayırlar.
71
72
Bəlkə də meydançada iri saray binası ucalırmış, XII-XIII
yüzillərdə möһkəm qəsr, qala-liman kimi tikilmiş və Bakının
dənizdən qorunmasında mühüm yer tutan Bayıl qəsri ola bilər ki,
daһa qədim bir kompleksin özülü üstündə salınmışdır. Şirvanın
başqa iri müdafiə tikililərində (Dərbənd, Şamaxı, Bakı , eləcə də
Gülüstan və Beyqurd qalalarında) olduğu kimi Bayıl qəsrinin
73
memarlıq tərtibatında da bəzi daş relyeflər, (yonma daş fiqur )
işlədilmişdir.
Ədəbiyyat.
1.Hüseynov M, Bretanitskiy L, Salamzadə Ə. Azərbaycanın
memarlıq tarixi.Bakı, 1963.
2.Şamil Fətullayev-Fiqarov ―Abşeron memarlığı‖Bakı-
2013
4.C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı,
İşıq nəşriyyatı, 1991 3. http://jurnal.meclis.gov.az/news.php?id=165
74
BEġBARMAQ SƏDDĠ
Beşbarmaq səddi Xəzər-
sahili keçidini bağlayan
üçüncü səddir. Gilgilçay-
dan cənubda Qafqaz sil-
siləsindən ayrılmış Beşbar-
maq dağının sərt enişli ətə-
yindən başlayıb dəniz sahi-
li qumsallığınacan uzanır-
dı. Beləliklə, qərbdən Beş-
barmaq dağı, şərqdən gil
davarla qapanmış uzunsov
sədd dar sahil keçidini
bütünlüklə kəsmişdi. Beş-
barmaq, Gilgilçay səddi və
Dərbənd - Azərbaycanın
şimal-şərq sərhədlərində il-
kin orta əsrlərdə çəkilmiş
bu üç sədd dövrün istehkam
tikintisinin yüksək inkişaf
səviyyəsi ilə yanaşı, siyasi-
hərbi durumunu da əks et-
dirir. Fərziyyəyə görə, onlar
III-VII əsrlərdə (əvvəl
Beşbarmaq, sonra Gilgil-
çay, axırda isə Dərbənd
müdafiə səddi) çəkilmişdi,
inşa texnikasına görə Beş-
barmaq və Gilgilçay səddləri Dərbənd səddinə nisbətən saya və
qədimdir.Tarixin müxtəlif mərhələlərində, Azərbaycanın şimal-
şərqində, Dərbənd şəhəri ilə Beşbarmaq qayası arasında beş
səddin mövcud olması barədə məlumatlar vardır. Mənbələrdə
sədlər Dərbənd səddi, Hun səddi, Çola səddi, Çola keçidi, C'ora
keçidi, SuI keçidi, Beşbarmaq səddi, Bərmək səddi, Hun qapıları,
Kateqoriya: Müdafiə tikilisi
Abidə növü: Qala divarları
Mənsubiyyəti: Arxeoloji abidə
Kompleks:
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Dəvəçi rayonu
Ġnventar
nömrəsi: 4.6.
Tarix Orta əsrlər
75
Hun Darvazası, Xursan səddi, Gilgilçay səddi kimi qeyd edilir.
"Dərbənd səddi" deyildikdə, dəfələrlə qarət edilmiş, dağıdılmış,
əldən-ələ keçmiş, lakin qədim zamanlardan bu günə qədər
varlığını qoruyub saxlamış Dərbənd şəhərinin hasarları başa
düşülür. "Gilgilçaş səddi" deyildikdə isə mənbəsini indiki Xızı
rayonunda olan Kolanı (xəritədə Dübrar) dağından alıb indiki
Siyəzən rayonu ərazisindən keçərək Xəzər dənizinə tökülən
Gilgil-çay boyu mövcud olmuş sədd başa düşülür.
Ədəbiyyat.
1.Azərbaycdanın təbiət və memarlıq möcüzələri.Bakı-2015
2.C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı,
İşıq nəşriyyatı, 1991
76
ÇIRAQQALA
Dəniz səviyyəsindən
1232 metr hündürlükdə
yerləşən Çıraqqala Şabran
rayon mərkəzindən təx-
minən 25 km-də sıldırım
qayanın zirvəsində yerlə-
şir. Neçə yüz ildir zama-
nın tufanlarına, dövrün
qasırğalarına mətanətlə
sinə gərərək ulularımızın
şanlı tarixini yaşatmaqda-
dır. Çıraqqala vaxtilə is-
tehkam məqsədi ilə tikilib,
Gilgilçay səddinin baş
qarovulxanası olub. Qala
Xəzər dənizindən Baba-
dağın ətəklərinə qədər
uzanan səddin üç böyük
qalasından biridir. İki qala
və səddin böyük bir
hissəsi tarixin zərbələrinə
davam gətirməyərək uçub dağılıb, Çıraqqala isə öz əzəməti,
vüqarı ilə hələ də insanları heyran etməkdədir.Tarixi mənbələrdə
Çıraqqala haqqında müxtəlif versiyalar var.
Bu müdafiə istehkamı haqqında məlumat verən ərəb
tarixçisi Əl Bəlazuri (IX əsr) ―Kitab Fütih Əl-Buldən‖ (―Ölkə-
lərin Fəthi‖ kitabı) adlı əsərində yazır ki, Sasani şahı Qubad
Şirvanla Arran vilayətlərinin qapısı arasında çiy kərpicdən sədd
tikdirdi. Digər ərəb müəlliflərindən İbn Xordadbeh xatırladır ki,
Şirvan ölkəsində hələ I Kavaddan (488-531-cü illər) əvvəl də
Kaspisahili müdafiə sədləri olub.
Kateqoriya: Müdafiə tikilisi
Abidə növü: Qala
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks: Müdafiə kompleksi
Əhəmiyyəti: Dünya əhəmiyyətli
Ünvan: Dəvəçi rayonu
Ġnventar
nömrəsi: 4.7.
Tarix V-VI əsrlər
77
Deməli, ―Uzun divarlar‖ adlanan bu sədd eramızdan
əvvəllər də mövcud olub. Fransız səyyahı Vilhelm Rubrik (XII
əsr) Gilgilçay səddi haqqında yazır ki, biz oradan (Şabrandan)
78
keçərkən dağlardan dənizəcən enən sədd gördük‖.
Çıraqqalanın tarixinə gəlincə, tarixçilər belə güman edirlər
ki, qala böyük ehtimalla, eradan əvvəl IX-VIII əsrlərdə Manna
dövründə tikilib. Bu barədə Aşşur və Urartu mənbələrində də
məlumat verilir.
Qalanın XVIII əsrədək istifadə edildiyi ehtimal olunur.
Düşmən ordularının hücumları zamanı qalada tonqallar qalanar
və həyəcan xəbəri digər qala və məntəqələrə çatdırılarmış.
Çıraqqalanın adının yaranması da çox maraqlıdır. Qalanın qərar
tutduğu sıldırım qaya el arasında ―Çıraqqaya‖ adlanır.
Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi
mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci
nəhəng müdafiə istehkamıdır. Uzunluğu 120 km olan səddin
divarlarının qalınlığı bəzi yerlərdə 8 metrə çatır. Babadağına
qədər sədd divarlarının hündürlüyü 5-7, bəzi halda 7-11 metr, eni
isə 30-35 metrə qədərdir. Faktiki olaraq bu sədd şimaldan cənuba
keçilməsi mümkün olan bütün keçidləri bağlayırdı. Gilgilçay
səddi dörd hissədən ibarət olub. Hər 30-35 metr məsafədə bürc və
ya qüllə ucaldılıb. Bürc və divarlar əsasən yonulmamış daşlardan
tikilib. Bir vaxt Bakı-Rostov şəhərlərarası şosse yolunun
genişləndirilməsi ilə bağlı bu nadir abidələrin bir qismi dağıdılıb.
Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət
düzbucaqlı formasındadır. Hazırda bu bürclərdən 4-ü salamat
qalıb. Qala qapısından bir az aralı, ortalıqda tağbənd örtməli
ovdan - su anbarı yerləşir. Gözə dəyən saxsı borulardan görünür
ki, su bu ovdana yaxınlıqdakı dağlardakı çeşmələrdən çəkilib.
Hündürlüyü 120 metr olan sıldırım qayanın üzərində ucalan baş
qüllə uzaqdan daha əzəmətli və möhtəşəm görünür. Bu qüllə
müşahidə, işarə məqsədilə tikilib. Burada dayanan keşikçilər
Dərbənddən Beşbarmaq səddinəcən dəniz sahili boyu, təxminən
100 km-ə qədər bir ərazini nəzarətdə saxlaya biliblər.
Çıraqqalanın baş bürcü çox maraqlı quruluşa malikdir. Bir
tərəfdən dairəvi, o biri tərəfdən düzbucaq şəklində hörülmüş
silindrik gövdə başdan-başa üfüqi zolaqlarla bölünüb. Növbə ilə
daş və kərpic hörgülü zolaqlar onun monumentallığını daha da
79
artırır. Belə bir fənd eyni zamanda konstruktiv möhkəmlik üçün
məqsədəuyğundur. Elə ona görə də sal qaya üstündə yalnız öz
ağırlığı hesabına dayanan baş bürcün möhkəm quruluşu üçün
qurşaqvari zolaqlardan istifadə edilib. Qurşaqların materialı daş-
kərpic olmaqla növbə ilə təkrarlanıb. Siluet və textonika effektinə
görə baş bürcün həm forma kamilliyinə, həm də miqyas
ölçülərinin tənasübünə söz ola bilməz.
Çıraqqala tipli qalalara Azərbaycanın başqa bölgələrində, o
cümlədən Yardımlı, Lerik, Oğuz, Qazax, İsmayıllı rayonlarında
rast gəlmək mümkündür. Amma Çıraqqala möhtəşəmliyi ilə o
qalalardan fərqlənir.
2003-cü ildə ―Çıraqqala‖ tarixi abidələr kompleksinin
bərpası və qorunması haqqında‖ prezident sərəncamı verilib.
Sərəncama əsasən, Çıraqqala tarixi abidə kompleksi tarix-
memarlıq qoruğu elan edilib.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarix-memarlıq
qoruğunun bərpası ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulur.
Sonda onu da qeyd edək ki, Şabran rayonu turizm üçün
əlverişli zonadır. Həm yay, həm də qış istirahəti üçün coğrafi
imkanlar var. Relyefi müxtəlif olan rayon şərqdə Xəzər sahilləri
ilə qovuşur, düzənliklər tədricən təpəliklər, daha sonra meşələr,
sonra dağlarla əvəzlənir. Buranın sıx meşəsi, sıldırım qayalar
arasından axan çayı və müalicəvi əhəmiyyətə malik olan
kükürdlü su bulaqları var. O cümlədən Çıraqqala da təkcə tarixi
abidə kimi deyil, həm də qoynunda səfa qaynağı olan bulaqları ilə
turistlər üçün cəlbedici məkan ola bilər. Əsası V əsrdə qoyulmuş
qədim Şabran şəhəri zəngin tarixi-arxeoloji abidələri ilə turizmin
inkişafına mühüm zəmin yaradır.
Ədəbiyyat.
1.Azərbaycdanın təbiət və memarlıq möcüzələri.Bakı-2015
2.C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı,
İşıq nəşriyyatı, 1991
80
QUTLU MUSA OĞLU
TÜRBƏSĠ
Kür-Araz çayları arasın-
dakı inşaat, xüsusilə XIV
əsrin başlanğıcında daş
türbələrin geniş şəkildə
yayılması ilə əlamətdar-
dır. Bu abidələrdən biri
nadir təsadüf edilən səciy-
yəyə malik türbədir. Ağ-
dam rayonunun Xaçındər-
bətli kəndində yerləşən bu
abidə nisbətən alçaq bir
kürsülük üzərində yüksə-
lən səkkizbucaqlı pirami-
daşəkilli günbəzlə örtülü-
dür. Bu abidənin əsas
məziyyəti onun həcmində
deyil, bu ənənəni qurulu-
şun özünəməxsus bir
şəkildə həll edilməsidir.
Xaçındərbətli abidəsində
yeraltı hissənin varlığı
onun qülləvari türbələr
qrupuna daxil edilməsinə
əsas verən başlıca bir
əlamətdir.Abidənin istər
daxili səthlərinin, istər da-
xilindəki günbəzin və is-
tərsə də xarcindəki səth-
lərin işlənməsi binaya tək-
rarolunmaz bir fərdi xüsu-
siyyət verir. Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki
kitabə, onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu
Kutlunun məzarı üzərində tikildiyini göstərir.Xaçındərbətli
Kateqoriya: Xatirə tikilisi
Abidə növü: Türbə
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks:
Əhəmiyyəti: Dünya əhəmiyyətli
Ünvan:
Ağdam rayonu,
Xaçın Türbətli
kəndi
Ġnventar
nömrəsi: 5.
Tarix 1314-cü il
81
abidəsinin ən zəngin hissəsini giriş səthinin memarlığı və onun
daxili günbəzinin stalaktitli quruluşu təşkil edir. Xarici səthlər
çox da dərin olmayan tağçalarla işlənmiş və bu tağçaların yuxarı
hissəsi tağlara bağlanmışdır.Xaçındərbətli abidəsinin ümumi
kompozisiya görünüşündə əhəmiyyətli bir ünsür də onun
piramida şəkilli günbəzinin üzlüyünü təşkil edən daş tavalardan
düzəldilmiş örtükdür.
82
Xaçındərbətli abidəsinin giriş səthində və daxilində olan heyvan
təsvirləri də son dərəcə diqqəti cəlb edir. Onların içərisində vəhşi
heyvan təsvirləri xüsusilə qeyd olunmalıdır. Azərbaycan
memarlığı abidələri içərisində bu təsvirləri xatırladan nümunələr
Bakıda, Bayıl qalasının (XIII əsr) üzərində də var.Xaçındərbətli
abidəsinin daxili stalaktit biçimli günbəzi Şirvan memarlığının
daşdan oyma stalaktit kompozisiyalarını xatırladır.Ağdam
rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrünün xatirə
memarlığının dəyərli bir abidəsi qalmışdır. Xalq arasında ―Sarı
Musa türbəsi‖ adlanan bu abidənin interyerində, giriş qapısının
üstündəki inşaat kitabəsində bildirilir: ―Ulu Allahın rəhminə
möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad
Şahbənzərin əməlidir‖. Bu daş kitabəyə görə türbənin inşası 15
iyul 1314-cü ildə tamamlanmışdır. Görünür, Azərbaycanın o
çağdakı Xaçın vilayətinin nüfuzlu şəxsi olmuş Qutlu Xacə Musa
oğlunun məzarı üstündə ucaldılmış türbə ziyarət kimi məşhur-
laşaraq kəndin adını da ―Xaçın‖ ―türbə(t)li‖ müəyyənləşdirmişdir.
Qülləvari türbə tipinin özünəməxsus örnəklərindən olan Qutlu
Xacə Musa oğlu türbəsinin bayır həcmi üçtipli alçaq kürsülük,
83
onikiüzlü prizmatik korpus və çadırabənzər piramidalı günbəz
örtüyündən ibarətdir. Korpus və kürsülük yaxşı yonulmuş sarımtıl
əhəng daşı ilə üzlənmişdir. Korpusun 9 üzündə yarımonüzlü planı
olan tağlar, şimal, şərq və qərb üzlərində isə qapı və pəncərə
gözləri qurulmuşdur. İri ölçüsünə və bədii-plastik həllinə görə
şimal gözü türbənin baş giriş qapısıdır. Türbənin korpusundakı
bütün taxçaların, qapı və pəncərələrin üst sivri hissələri incə
stalaktit kompozisiyaları ilə işlənmişdir. Korpusun tinlərində daş
memarlığı üçün bir qədər miqyassız görünən incə pilyastrlar
verilmişdir. Fasad səthləri daş üzərində oyma naxış, xonça və
stalaktitlərdən başqa dekorativsimvolik mənaları olan müxtəlif
heyvan (öküz, aslan, maral, dovşan və s.) təsvirləri ilə bəzədil-
mişdir. Təbii daş fonda daha canlı görünməsi üçün bu təsvirlər
tünd qırmızı boya ilə örtülmüşdür. Qutlu Xacə Musa oğlu türbəsi
Azərbaycanın qülləvari türbələri üçün səciyyəvi olan dinamik
həcm kompozisiyasına malikdir. Ancaq bu abidənin istər inşaat
texnikasında, istərsə də detallarının bədii-plastik həllində Aran
memarlığının, özəlliklə də Qarabağ memarlığının fərqli xüsusiy-
yətləri əks olunmuşdur. Qutlu Xacə Musa oğlu türbəsinin alt
sərdabə və üst kameradan ibarət ikiqatlı quruluşu var. Hər iki
yerləşgə planda xaçvari formadadır. Ciddi və sadə görünüşlü
sərdabədən fərqli olaraq türbənin üst kamerasının interyeri son
dərəcə təntənəli tərtib edilmişdir. İç örtüyün kvadrat formalı
mərkəzi hissəsi və ona şimal və cənubdan birləşən tağbəndlər
mürəkkəb quruluşlu incə stalaktitlərlə işlənmişdir. Giriş qapısı ilə
üz-üzə olan cənub divar zəngin bəzədilmiş mehrab şəklində həll
edilmişdir. Fasad elementlərində olduğu kimi mehrab kompo-
zisiyasının da bir sıra bəzək elementləri tünd qırmızı rəngdə
boyanmışdır. Türbə interyerinin bədii və konstruktiv həllinin
yüksək olması, sifarişçinin nüfuzu və imkanları ilə yanaşı memar
ustad Şahbənzərin böyük sənətkarlıq bacarığı və təcrübəsinin
göstəricisidir. Qutlu Xacə türbəsi bitkin üslüblu memarlıq əsəri
olub dövrün ideya-bədii təmayüllərini layiqincə əks etdirir.
84
Ədəbiyyat
1.Hüseynov M, Bretanitskiy L, Salamzadə Ə. Azərbaycanın
memarlıq tarixi.Bakı, 1963.
2. Cəfər Qiyasi .Rizvan Bayramov.Toğrul Əfəndiyev.
Qarabağ irsimizin əbədi yaddaşı . Bakı, 2008. http://az.wikipedia.org/wiki/Qutlu_Musa_t%C3%BCrb%C
9%99si
http://vetenugrunda.az/haber.php?HID=79419
http://gomap.az/Info/Description.aspx?pID=1501464
85
“ALLAH-ALLAH”
TÜRBƏSĠ VƏ YA
NÜġABƏ QALASI
XIV əsrdə Bərdədə iki
qülləvari türbə tikilmişdir ki,
onlardan biri müasir dövrə
qədər qalmışdır. Elmi ədəbiy-
yata 1322-ci il tarixli Bərdə
türbəsi adı ilə daxil olan abi-
dənin nə vaxt və kim tərəfin-
dən tikildiyi üstündəki kita-
bələrdən məlumdur. Bərdə
türbəsi hələ XIX əsrdən
tədqiqatçıların diqqətini cəlb
etmişdir.1848-ci ildə Bərdəni
ziyarət etmiş məşhur şərqşü-
nas Xanıkov abidənin üzərin-
dəki kitabələri oxumuş və bu
kitabələr daha sonra 1861-ci
ildə Bərdədə olmuş akademik
Dorn tərəfindən nəşr edilmiş-
dir. Akademik Dorn eyni za-
manda Bərdə türbəsinin təs-
virini də nəşr etmişdir.Bərdə
türbəsindəki bu kitabə Naxçı-
van memarlarının hələ XIV
əsrdə məsul binaları tikmək
üçün başqa şəhərlərə də dəvət
edildiyini göstərməklə, Naxçıvan memarlıq məktəbi ənənələrinin
davam etdiyini təsdiqləyən son dərəcə qiymətli bir sənət
nümunəsidir.Bərdə türbəsi qülləvari türbələrə xas quruluşda olub,
yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin yeraltı hissəsi
xaçvari şəkildə olub, abidənin sərdabə hissəsini, yəni cənazənin
dəfn edildiyi hissəni təşkil edir. Türbənin bu hissəsi vaxtilə
Kateqoriya: Xatirə tikilisi
Abidə növü: Türbə
Mənsubiyyəti: Memarlıq
abidəsi
Kompleks
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Bərdə şəhəri
Ġnventar
nömrəsi: 6.
Tarix 1322-ci il
86
günbəzlə örtülü olmuş və içərisi kaşıdan quraşdırılma ornament-
lərlə bəzədilmişdir. Sərdabəyə şimal tərəfdən dromos quruluşlu
yol vasitəsi ilə daxil olurmuşlar.
Türbənin yerüstü hissəsi isə üç əsas memarlıq quruluşundan
əmələ gəlir: daşdan hörülmüş kürsülük,dairəvi gövdə və çadırvari
günbəz. Sahəsi etibarilə ən çox yer tutan bəzək ünsürü silindrik
gövdəni örtən və firuzəyi kaşıdan quraşdırılmış kitabədir.
Kürsülükdən başlayaraq yuxarıdakı haşiyəyə qədər səkkiz metr
yarımlıq bir hissəni örtən və firuzəyi kaşı ilə qırmızı kərpicin
əlaqələndirilməsindən yaranan bir kompozisiyadan əmələ gələn
bu kitabə 200 dəfədən artıq ―Allah‖ sözünü naxış şəklində təkrar-
layır. Türbənin gövdəsini örtən yazılı səthdən sonra ornament,
daha sonra bir metr hündürlüyündə geniş kitabə qurşağı yerləşir.
Bu kitabənin yeri qara rəngli kaşıdan, yazılar isə ağ rəngli
kaşıdan quraşdırılıb. Kitabə qurşağından sonra günbəzə keçid
təşkil edən 3 yaruslu stalaktit kəməri yerləşdirilmişdir. Bu
stalaktitlərin daxili səthləri də rəngli həndəsi ornamentlə
örtülmüşdür. Stalaktit qurşaqdan sonrakı konusşəkilli günbəzin
səthi də qırmızı və firuzəyi kaşıdan ibarət həndəsi ornamentlərlə
örtülü olmuşdur.
Öz quruluşu və bəzəyi etibarilə Bərdə türbəsinin ən maraqlı
kompozisiya ünsürlərini şimal və cənub tərəflərdə yerləşmiş iki
portal (baştağ) təşkil edir. Ümumi sxemi etibarilə bir-birinə
uyğunlaşsalar da bu iki baştağ bir-birindən fərqlənir.
87
Şimal portalında, stalaktit qurşağından yuxarıdakı kitabə
son dərəcə bədii şəkildə yerinə yetirilib. Kitabənin abidənin gözə
çarpan bir yerində, demək olar ki, əsas kompozisiya mərkəzində
yerləşdirilməsi memarın yüksək ictimai mövqeyinə dəlalət edir.
Kitabənin məzmunu belədir: ”Əməli Əhməd bin Eyyub əl-Hafiz
Əlbənnayi ən-Naxçıvani”
1322-ci ildə Bərdədə ucaldılmış türbə Qarabağlardakı
türbənin ən yaxın oxşarıdır. İri daş plitələrlə üzlənmiş kürsülükdə
kvadrat kərpiclərdən tikilmiş bir qədər yarımqazma proporsiyalı
qüllə ucaldılmışdır. Türbənin xarici hissəsi şaquli istiqamətdə
firuzəyi kərpiclə üfüqi istiqamətdə isə yaxşı cilalanmış adi
kərpiclə düzülmüş «köynəklə» örtülmüşdür. Müxtəlif bəzək bir-
ləşmələri və kərpicin fakturası bütün fasad boyu dəfələrlə tək-
rarlanan «Allah» sözünü əmələ gətirir.
Frizin orta zolağında nəsxlə işlənilmiş Quran ayəsi
kitabəsinin qalıqları yer tutur. Onun süd kimi ağ hərfləri firuzəyi
bitki motivləri ilə biri-birinə qarışmışdır. Bu mürəkkəb toxunuşun
fonu, türbənin mozaika dekorasiyası üçün səciyyəvi olan, tünd
göy şirdən təşkil edilmişdir.
Yuxarı otağa ox üzərində yerləşdirilmiş effektli baştağlarla
tərtib olunmuş iki giriş qapısı açılır. Onların kompozisiya sxemi
Qarabağlar türbəsinin baştağına yaxındır, ancaq bəzəklərində bir
sıra xüsusiyyətlər müşahidə olunur. Baştağlar yalnız çoxrəngli
ornament naxışlarının sadəcə zənginləşmiş və kompozisiya
cəhətdən qabardılmışdır.
Daxili fəza adəti üzrə iki yerləşgəyə ayrılmışdır. Alt yerləş-
gə - sərdabə dörd dərin taxçalarla mürəkkəbləşdirilmiş plan həl-
linə görə kvadratı xatırladır. Yuxarı yerləşgənin interyeri divar-
larında oxvari sonluğa malik dayaz taxçaları olan düzgün on-
bucaqlı prizma şəklindədir. Hamar şəkildə suvanmış divarlarda
hansısa dekorativ elementin izi qalmamışdır.
Memar, qülləli türbələrə xas olan "ümumfasadlığı" sax-
layaraq, böyük ustalıqla şimal tağbəndin mahiyyətini daha çox
qabartmışdır. Qülləli türbələr arasında Bərdə türbəsi daha çox
88
şimal nöqtəsində durur: stilistik cəhətdən onun yaxın oxşarı xeyli
cənubda yerləşir.
Ədəbiyyat.
1. Hüseynov M, Bretanitskiy L, Salamzadə Ə. Azər-
baycanın memarlıq tarixi.Bakı, 1963.
89
SINIQ KÖRPÜ
Qazax rayonunda
Gürcüstan ilə sərhəddə olan
və Ehram çayı üzərindən
keçən körpüdür. Azərbayca-
nın orta əsrə aid olan nadir
memarlıq incilərindən biri-
dir. Xüsusi ad ―Qörmızı
körpü‖-tikintidə istifadə
olunmuş qırmızı daş üçün
verilib."Sınıq körpü" adı isə
çay axınının 95 m aşağıda
daha qədim körpünün xa-
rabalarından irəli gəlir. Qır-
mızı körpü XII əsr Azər-
baycan memarları tərəfindən
salınmışdır. Körpünün uzun-
luğu 175 metr və 4 aşırım-
dan ibarətdir: 26,1-8,0-16,1-
8,2.Tağtavanlar 22x22x4 sm
kərpiçdən yığılıb.İşlək yolun
eni 4,3 m, çıxışlarda isə 12,4
m-dir.Sahil bölümlərinin
içərisində iri karvansaraların
olması körpünün karvan yolunda böyük əhəmiyyət daşıdığını və
onun həm də öz ətrafında mühüm ticarət qovşaqlarından birini
təşkil etdiyini göstərir.Ümumiyyətlə körpü – karvansara birliyi
Azərbaycan və qonşu İslam ölkələrinin uğurlu tikinti
gələnəklərindən biri olmuşdur. Bütün göstəricilərinə – məkan
quruluşu, tikinti texnikası, bədii memarlıq üslubu və s. görə
―Qırmızı körpü‖Azərbaycan memarlığının ən qiymətli abidələrin-
dəndir.‖Qırmızı körpü‖ uzun olsa da (uzunluğu 175 m-ə yaxın)
cəmi dörd aşırımlıdır. Belə aşırım azlığının bir səbəbi körpünün
sahil bölümlərinin içərisində geniş yerləşgələrin (sol sahildə 166
Kateqoriya: Mülki- mühəndis
tikili
Abidə növü: Körpü
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks:
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Qazax rayonu
Ġnventar
nömrəsi: 7.
Tarix XII əsr
90
kv. m. sağ saildə 116 kv. m.) qurulması, o biri səbəbi isə tağ
aşırımlarından ikisinin xeyli böyüklüyüdür. Ikinci səbəb görünür,
çay yatağının geoloji quruluşu ilə bağlıdır. Belə ki, Azərbaycanın
körpü tikmə təcrübəsində aşırımların dayağı üçün bir qayda
olaraq çay yatağında olan möhkəm qayalıqlar özül kimi seçilirdi.
―Qırmızı körpünün‖ böyük aşırımı (26,1 m) Azərbaycan
inşaat texnikası içərisində ən iri tağ aşırımlarından biridir.Bu da
Qazaxdakı bu tarixi memarlıq abidəsini nadir mühəndis qurğuları
sırasına salmağa imkan vermişdir. Başdan-başa bişmiş kərpiclə
üzlənmiş və buna görə də "Qırmızı körpü" adlandırılan abidə, iri
və saya biçimlərlə işlənmişdir. Qazax körpüsü şəhər memarlığına
xas incə üslubu olan Gəncə körpülərindən miqyas iriliyi və tutum
monumentallığı ilə seçilir.‖Qırmızı körpünün‖ yüksək mühəndis
həlli özünü sivri tağbənd aşırımlarının bişmiş kərpicdən tağpara-
sız qurulmasında, içərisində üç uzununa dəhlizlər sisteminin
hesabına onun tağlarüstü kütləsinin yüngülləşdirilməsində,
bütövlükdə su səthi üzərində hörgü işlərinin texniki baxımdan
çox səmərəli təşkilində və s. göstərir. Sahildə körpünün eni 12, 4
m olduğu halda, keçid hissəsində 4,3 m-dir.
Ədəbiyyat.
1. .Hüseynov M, Bretanitskiy L, Salamzadə Ə. Azərbay-
canın memarlıq tarixi.Bakı, 1963.
2. Azərbaycdanın təbiət və memarlıq möcüzələri.Bakı-2015
91
MƏBƏD
Ləkit məbədi alban memar-
lığının ən gözəl nümu-
nələrindən biridir. İnşaat
texnikası baxımından mütə-
xəssislər kilsənin inşa tari-
xini IV–VI əsrlərə aid
edirlər. Ləkit məbədi Cənu-
bi Qafqaz tetrakonxlarının
təşəkkül tapması üçün əsas
olmuşdur. Kilsə qədim zər-
düşt məbədi əsasında yara-
dılmışdır. Məbədin elmi cə-
hətdən öyrənilməsi və bərpa
işləri XX əsrin 40-cı illə-
rində P.D. Baranovskinin
rəhbərliyi ilə aparılmışdır.
Məbədin ətrafı meşəlikdən
təmizlənmiş və dağılmaqda
olan divarlardan biri möh-
kəmləndirilmişdir.Məbədin
təqribən IV əsrdə Albaniya
hökmdarı III Mömün
Vaçaqanın hakimiyyəti döv-
ründə kilsəyə çevrildiyi
güman edilir. Belə ki, Moisey Kalankatlı məhz bu hökmdarın
dövründə Albaniyada xristianlığın geniş təbliğ edilməsi, digər
dinlərin isə təqib edilməsi haqqında məlumat verir. Belə bir
dövrdə Qafqaz Albaniyasında bir çox əski dinlərə məxsus
məbədlər xristian elementləri əlavə edilərək kilsələrə çevrilirdilər.
Mütəxssislər müəyyən etmişlər ki, Ləkit məbədi kilsəyə
çevrilərkən onun əsas memarlıq quruluşuna toxunulmamış
(özündə güclü bütpərəstlik elementləri əks etdirməsinə rəğmən),
yalnız xristian dininin ehkamlarına uyğun olaraq səcdəgah əlavə
edilmişdir.Məbədin tikilmə tarixi haqqında isə müxtəlif
Kateqoriya: Dini tikili
Abidə növü: Məbəd
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks:
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Qax rayonu,Ləkit
kəndi
Ġnventar
nömrəsi: 8.
Tarix IV əsr
92
tədqiqatçılar fərqli fikirlər söyləmişlər. Rus alimi P. D.
Baranovski məbədi VII əsrə aid edir. K. M. Məmmədzadə isə
Ləkit kilsəsinin Kilsədağ kilsəsindən sonrakı dövrdə, təxminən
VI əsrin ortalarında inşa edilməsini qeyd edir.
Ləkit məbədinin diametri 22 m olub, daxili tetrakonxu
dairəvi sütunlara dayanmışdır. Xarici görünüşünə gəldikdə,
məbəd üçyaruslu, mərkəzi günbəzli kompozisiyaya malikdir.
Dairənin daxilində - künclərdə dörd qalın pilon günbəzaltı
kvadratı əmələ gətirmiş plan kompozisiyanın əsasını təşkil edir.
Pilonlar arasında üç-üç düzülmüş sütunlar planın ümumi
kompozisiyasında tetrakonx əmələ gətirmişdir. Hər pilonun xarici
tərəfində duran əlavə sütunlar isə yuxarı yarusun divarları üçün
dayaq əmələ gətirirmiş. Yuxarı yarus divarları da öz növbəsində
sütunlar üzərində durub, planda dairə formasına keçmişdir.
Arxeoloji qazıntı nəticəsində aşkara çıxarılmış hissədə sütun və
pilonların hündürlüyü 1,20 m-dir. Qum bazilikasında tətbiq
edilmiş inşaat üsulları eyniylə Ləkit kilsəsində də təkrar
edilmişdir. Lakin buradakı çaydaşıları nisbətən kiçik ölçülüdür.
Məbəd hərəsi bir metr diametri olan 3 sütunu, 4 divar
oyuğunu – apsisi əmələ gətirən tetrakonxdur. Tetrakonxun 4
küncündə bütün absidalar üçün əsas yaradan 4 pilon
yerləşdirilmişdir. Həmin pilonların daxili əyilmiş, küncü iri valla
tərtib edilmişdir. Bu val pilonun bütün hündürlüyü boyunca keçir
93
və absidaların tağlarını əyir. Pilonların arxasında ayrı-ayrı
yerləşən sütunlar səkkizguşəli özülün dayağı rolunu oynayır.
Səkkizguşəli özül üzərində 4 absida yerləşir. Pilonların
üzərində günbəzlə tamamlanan dairəvi barabanın kvadrat əsası
yerləşmişdir. Absidalardakı sütunların cüt olmayan miqdarı və
mərkəzi sütunun girişlərin əksinə yerləşməsi zərdüştilik dininin
müəyyən mərasim məqsədlərini güdürdü. Zərdüştülük tələblərinə
görə səcdəgah və müqəddəs od xaricdən görünməməli idi.
Ədəbiyyat
1.Мамедова Г.Г. Зодчество Кавказской Албании. Баку,
Чашыоглу, 2004
94
«XINALIQ»DÖVLƏT
TARĠX-MEMARLIQ VƏ
ETNOQRAFĠYA
QORUĞU.
―Xınalıq‖ Dövlət
Tarix-Memarlıq və Etno-
qrafiya Qoruğu Azərbaycan
Respublikası Prezidentinin
«Quba rayonunun Xınalıq
kəndinin tarixi ərazisinin
Azərbaycan Respublikası-
nın «Xınalıq» Dövlət Ta-
rix-Memarlıq və Etnoqra-
fiya Qoruğu elan edilməsi
haqqında» 2007-ci il 19
dekabr tarixli, 2563 nömrəli
Sərəncamı ilə yaradılıb.
―Xınalıq" sözü oykonimdir.
Xınalıq adının onun tarixi
ilə heç bir əlaqəsi yoxdur.
Kəndə Xınalıq adı onun
qarşısında yerləşən dağın
günəş çıxanda verdiyi rəngə
uyğun olaraq verilmişdir.
Xınalıq adı təxminən XIX
əsrin 50-60-cı illərindən
sonra işlənməyə başlanmışdır.Tədqiqatçıların fikrincə, oykonim
"xeni" sözündən və Azərbaycan dilində mənsubiyyət anlayışı
bildirən "lıq" şəkilçisindən düzəlib, "Xeni‖dən olanlar, ―xenililər"
mənasındadır.Qədim zamanlardan indiyə qədər Xınalıq kəndi və
əhalisi özlərini "Kətş xalqı" ("Kədid" və ya "kədtid"), öz kənd-
lərini isə "Kətiş" adlandırırlar. Bu da çoxlu sayda "kətid"lərin ya-
şadığı yer mənası verir. Bu sözlərin mənası "müqəddəs" demək-
dir.
Kateqoriya: Tarixi kənd
Abidənin növü:
Tarix-Memarlıq
və Etnoqrafiya
qoruğu
Mənsubiyyəti: Qoruq
Kompleks: Kompleks tikili
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Quba rayonu,
Xınalıq kəndi
İnventar
nömrəsi: 9.
Tarix IV-V əsrlər
95
Xınalıq barəsində tarixi tədqiqatlar çox azdır. Tarixçilərin
ilkin araşdırmalarına görə, Xınalıq kəndi bizim eramızdan əvvəl
salınıb. Əsasən Xınalıq etnosunun və dilinin tarixi araşdır-
malarına və rəvayətlərə əsaslanan tədqiqatçılar Xınalıq kəndinin
tarixinin təxminən 5000 il olduğu ehtimal edirlər.Xınalıq orta əsr
yaşayış yeri Qudyalçayın sol sahilində, dəniz səviyyəsindən 2300
metr hündürlükdə, Qızılqaya yastanının cənub-şərq yamacında,
strateji baxımdan çox əlverişli məkanda salınmışdır və hal-
hazırda müasir kənd tikililəri ilə davam etdirilmişdir. Qala
divarlarının qalıqları Xınalığın şimal və şimal-qərb tərəfində dar
bərzəxdə arxeoloqlar tərəfindən qeydə alınmışdır. Yaşayış yerinin
cənub-şərq tərəfindən yerləşən giriş isə piramida biçimli qüllə ilə
mühafizə olunurdu. Xınalığın orta əsrlərdə mahal mərkəzi olduğu
ehtimal edilir.Alban tarixçisi Musa Kalankatlının "Alban tarixi"
əsərində Albaniyanın şimal–qərbində bir əyalət Xeni adlandırılır.
Tədqiqatçılar müəyyən etmişlər ki, Xınalıq kəndinin adı həmin
əyalətin adını əks etdirir. Müxtəlif tarixi mənbələrə görə, Xınalıq
erkən orta əsrlərdə mahal mərkəzi, kiçik şəhər olmuşdur.Bunu
XIII əsr ərəb müəllifi Yaqut əl-Həməvi "Mücəm əl-buldan"
(azərb. "Ölkələrin əlifba sırası ilə sadalanması") adlı lüğətində
Xınalığın Xazaran dağ keçidində kiçik şəhər olduğunu bildirən
yazısı da sübut edir. Həmin "Coğrafiya" lüğətindən aydın olur ki,
Xınalıq kəndi VII-X əsrlərdə mədəni mərkəz olmuş, orada bir çox
alimlər yetişmişlər.Xınalıq mahalı.Quba xanlığı dövrünə aid
XVIII yüzilliyin sənədlərində göstərilir ki, Xınalıq kəndi Xınalıq
mahalının mərkəzi olmuşdur. Həmin dövrdə xanlıq 10 mahala
bölünmüşdü və həmin mahallardan da biri Xınalıq mahalı idi.
Xınalıq mahalının yəni ,kəndin özünəməxsus xüsusiyyətlərin-
dən biri də, Xınalığın açıq səma altında yerləşən bir muzey olma-
sıdır.Bu təbiət möcüzəsi kəndin qədimliyinə bir işarədir. Kən-
din təkcə təbiət mənzərələrində, relyefində, abidələrində, qədim
qəbiristanlıqlarında deyil, adi daşında,qayasında da bir qədim-
lik var. Xınalıq Azərbaycan Respublikasının Quba rayonunun
eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin
mərkəzidir. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ
96
xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və
mərkəzi məskəni. Quba xanlığı dövründə Xınalıq mahalının,
SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq
bələdiyyəsinin mərkəzi (1999-cu ildən).Xınalıqın kəndinin ərazi-
sində 8-məhəllə mövcuddur və bu məhəllələr aşağıdakılardır.
1. Təpə məhəllə. 2. Yuxarı məhəllə. 3. Yelqovan məhəllə.
4. Məlikli məhəllə.5. AĢağı məhəllə. 6. Gadaxe məhəlləsi. 7.
Çuxur məhəllə. 8. “Müasir Dəyirmançay yaĢayıĢ massivi”.
Xınalığın 2 km yüksəkliyində qayalıqda, içərisində
müqəddəs sayılan bulağı olan bir mağara var. Oradan saxsı
boru və sadə daş novlar vasitələrlə həyətlərə və kəndin mərkə-
zi meydanına su gəlir. Bu mərkəz meydan həm də böyük
bayramlar və təntənələr zamanı kəndin bütün əhalisinin toplaş-
ma yeridir. Dağ kəndinin insanları öz hücrələrinə çəkilərək
Xınalığı yaşatmaq üçün fədakarcasına çalışır, şaxtaya, borana,
qara dözüm göstərir, yalnız yaydan-yaya işıq üzünə çıxırdılar.
Üzü qibləyə salınmış Xınalıq haqqında danışdıqca adamın qəlbi
qəribə duyğularla çırpınır.Bu kəndi əsrarəngiz xüsusiyyətlərinə
görə qədim Basqal və müqəddəs Məkkə ilə, çətin keçilən dağ
yollarının olmasına görə Azərbaycanda Lahıc, Lerik, Makedo-
niyada Qocacıqla müqayisə etmək olar.Sanki Xınalıq şəhərsalma
və memarlıq xüsusiyyəti ilə ,Basqalı, Məkkəni özündə yaşadır.
Xınalıqda küçə və meyadanlarının quruluşuna nəzər
gəzdirdikdə,elə hiss olunur ki, Basqalın, Məkkənin hər hansı
bir məhəlləsindəsən. Oxşarlıq çoxdur. Dağların başında, qaya-
ların ucunda tikilmiş bir evin damı o biri evin həyətidir , eyni ilə
bizim Basqalda, Lahıcda, İranın Masulə şəhərindəki kimi.
Xınalıqdakı eyvansız evlərin, divarların hər daşından bir tarixin
səhifəsi boylanır. Kiçik, lakin çox ecazkar olan Xınalıq Qafqaz
dağlarının uca zirvəsində yerləşən amfiteatrdır. Sanki bu evlə-
rin hər biri nəhəng qartaldır, eləcə dağa qonub. Kətşlilərin yəni,
Xınalıqlıların evləri (onların sayı 380-dır) də qədimidir. Onların
bəzilərinin yaşı 200-300 ilə çatır.Xınalıq kəndi Qudyalçayın
dağlıq düzündə yerləşir.Bir evin damı, ondan yüksəkdə yer-
ləşən digər evin meydançasıdır.Bu evlər bir-birinin üzərində çay
97
daşları ilə tikilib və çoxmərtəbəli binaları xatırladır. Evlərin
interyeri son dərəcə gözəldir. O, ala-bəzək xalçalardan, adyal-
lardan, yastıqlardan, döşəklərdən və s. ibarətdir.Əlbəttə ki, bütün
bu əşyalar yalnız bəzək məqsədilə deyil, həm də mənzillərin isti
saxlanılması üçündür. Axı, qışda bu kənddə havanın hərarəti
bəzən -30 dərəcəyə düşür.
Kənddə daha qədim tikililər və çoxlu qədim xarabalıqlar da
var.Kənd öz memarlıq üslubunu itirməmiş,ümumi görünüşdə
özündə tamamlanmış ansamblı əks etdirir.Hətta çay dərə-
sindən kəndə yaxınlaşarkən gözəl mənzərə açılır. Dağlar dik
olduğundan evlər çox sıx yerləşdirilib: Həyətlərdə balaca bostan-
lar var. Xarakterik xüsusiyyətlərdən biri, həyətlərin hamısında
formaca kərpicə oxşar,quru və nəm təzəkdən yaradılmış divar-
ların olmasıdır.
Hazırda Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya
Qoruğunda əsasən 7 məscid fəaliyyət göstərir:Xınalıq əhalisi
kənddə mövcud olan bütün məscidləri də pir adlandırır.
Məscidlər evə bənzəyir və minarələri yoxdur. Bu ərazidə yer-
ləşən, müqəddəs sayılan Babadağın zirvəsindəki oyuğun altında
xalq arasındakı rəvayətə görə, Baba adlı müqəddəs şəxsin qəbri
var. Bura təkcə bölgədə deyil, bütün Azərbaycanda məşhur ziya-
rətgahlardan biridir.
98
Xınalıq kəndi özünəməxsus unikal memarlıq görkəminə
malikdir. Burada orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi
türbəsi, Şeyx Şalbuz, Əbu Müslim məscidləri, mağaralar və çox
sayda öyrənilməmiş arxeoloji abidələr mövcuddur. Qoruğun
ərazisində 31 türbə və ziyarətgah vardır. Onların 16-sı İslam
dövrünə aid tikintisi olan ibadətgahlar , qalanı isə islamaqədərki
inanclarla bağlı olub və əhali tərəfindən müqəddəsləşdirilmiş
ziyarət yerləridir.
Ədəbiyyat
1.Emil Eyubov. Xınalıq (Azərbaycanda etnoturizm).Bakı-2013
2.İradə SARIYEVA Dövlətimizin qayğı göstərdiyi Xınalıq.
Bakı xəbər.-2015.- 16 fevral.- S.11.
3.G. Məmmədbəyova-Mehmandarova.Xınalıq.Bakı-1993.
http://www.anl.az/down/meqale/baki_xeber/2015/fevral/42146
5.htm
http://www.baki-xeber.com/v5/16371.html#.VXdx0M-qqko
http://regionplus.az/az/articles/view/4728
http://albaniya.ucoz.org/
http://book.ilkaddimlar.com/d_pdf_book_diger_23494.do
99
GƏNCƏSƏR
MONASTIRI
Kəlbəcər rayonunun
Vəngli kəndi ərazisində
olan Gəncəsər monastırı
Qafqaz Albaniyası katoli-
koslarının iqamətgahı ol-
maqla yanaşı Alban knyaz-
ları Cəlalilərin və katolikos-
ların türbəsi də olub.Elmi
ədəbiyyatda Xəznədah mə-
bədi adı ilə tanınan Gəncə-
sər monastır kompleksinin
əsas tikililəri XIII əsrdə inşa
edilib. Məbədin yerləşdiyi
Xaçınçay sahilindəki təpə
hələ xristianlıqdan öncə mü-
qəddəs yer sayılmış, büt-
xana-ziyarətgaha çevrilmiş-
dir. XIII əsrdən başlayaraq,
XIX əsrəcən Gəncəsər
məbədi Qafqaz Albaniya-
sıınn dini və mədəni mərkə-
zi olmuşdur. Gəncəsər mə-
bədi kompleksi kilsə, xüsusi
giriş salonu və yardımçı
binalardan ibarətdir. Kom-
pleks cənub və qərb tərəf-
lərində iki qapısı olan qala divarları ilə əhatə olunmuşdur. Şimal
və cənub divarlarına hücrələr və yardımçı binaların bir sıralı
otaqları birləşir. Kompleksin cənub qapısına yaxın olan kilsənin
əsasını 1216—1238-ci illər arasında Alban knyazı Həsən Cəlal
qoymuşdur. Xaçvarı-gmnbəzli quruluşu olan kilsədə dmzbucaqlı
planın (16,95 x 12,25 metr) künclərini ikimərtəbəli uzunsov
Kateqoriya: Dini tikili
Abidə növü: Məbəd
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks: Monastr
kompleksi
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Kəlbəcər rayonu,
Vəngli kəndi
Ġnventar
nömrəsi: 10..
Tarix 1238-ci il
100
otaqlar tutur. Xaçvarı planlı ibadət salonunun şərq çıxıntısını
yarımdairəvi altar absidi təşkil edir. Salonun mərkəzi hissəsini
hmndmr barabanlı günbəz örtür. Barabandakı 4 iri və 4 kiçik
pəncərə ibadət salonunun interyerini yaxşı işıqlandırır. Kilsənin
divarları içəridən və bayırdan təmiz yonulmuş daşla üzlənmişdir.
Kilsənin xaçvarı planı ənənəvi olaraq onun həcm kompo-
zisiyasına da çıxarılmış, mərkəzi hissəsi hündür günbəzlə nəzərə
çarpdırılmışdır. İçəridə silindrik olan baraban bayırda on alt
ümzlü prizma şəklində həll edilib. Hər üzdə kiçik franton - iti
sonluqla tamamlanıb və buna uyğun olaraq bayır günbəz qatlama
çətir forması alıb. Barabanın üzləri oyma naxışlar, qabartmalar və
heykəllərlə - mifoloji simvollarla zəngin bəzədilib. Kilsənin qərb
çatısındakı iri xaçda Isanın çarmıxa çəkilmiş fiquru Turani tipdə,
monqol hörükləri ilə təsvir olunmuş, onun yanlarında, başlarında
türk-monqol papaqları olan apostol fiqurları qoyulmuşdur. Bu
heykəl kompozisiyası, araşdırıcıların fikrinə gərə, Elxanilər
dövrünə aiddir.
Gəncəsər kilsəsi Azərbaycanın xristian memarlığı ənənələri
əsasında tikilmişdir. Bu dəyərli abidənin inşası və memarlıq
həllində Səlcuqlar və xüsusilə Elxanilər mühitinin böyük təsiri
olmuşdur. Qarabağ Elxani hökmdarının yaylaq yeri idi. Hülaku
xanları və onların xristian türk xanımları, xüsusilə Hülaku xanın
baş xanımı, xristian kerait türkü olan Dokuz xatunun çox
sevdikləri bu yaylaq yerində kilsə və monastırlar inşa etdirmişlər.
Onlardan ən önəmlisi Gəncəsər monastırıdır.
Bu monastırın təməlini qoyan Həsən Cəlal Hülaku xanın izni
ilə Çingiz Xan imperiyasının paytaxtı Qaraqorum şəhərindəki
qurultaya nümayəndə göndərilmişdi. Memarlıq dekorunda
heykəllərin tipoloji mənsubiyyəti, türk mifolojisindən gəlmə
heyvan və quş fiqurlarının işlədilməsi, eləcə də oyma naxışlarda
Şərqi Türküstan motivlərinin olması Gəncəsər kilsəsinin Həsən
Cəlalın ölümündən (1261) sonra tamamlandığını sübut edir. Bu
kilsə, araşdırıcıların fikrincə yarımdairəvi apsidalı, xaşvarı-
günbəzli kilsələrin Qafqaz ərazisində ən kamil örnəyidir.
101
Kilsəyə qərb tərəfdən kvadrat planlı sütunsuz iri salon
birləşdirilmişdir. Onun örtük konstruksiyasının əsasını bir-biri ilə
kəsişən iki cüt perpendikulyar tağ — nervyurlar təşkil edir.
Onların kəsişməsindən mərkəzdə alınan kvadratdan stalaktitlərlə
dairəyə keşən bacanın üstündə səkkizsütunlu yüngül rotonda
qurulub. Salon örtüyünün kompozisiya özəyi bu bacanın iş
hissəsinə qeyri-adi bədiilik verən mürəkkəb və incə stalaktit
quruluşudur.
Onun əzəmətli həcm-məkan quruluşu, zəngin və incə bədii
tərtibatı, eləcə də son dərəcə keyfiyyətli inşası kiçik bir
knyazlığın deyil, qüdrətli Elxani dövlətinin iqtisadi gücündən
soraq verir.
Elxanilər dövrü Azərbaycanın orta əsr memarlığının zirvəsi
olduğu kimi, Gəncəsər monastırı da bu ölkənin türk-xristian
memarlığının şah əsəridir. 1511 -ci ildən Gəncəsər monastırı
Alban katolikoslarının iqamətgahı olub. 1837-ci ildə ermənilər
Rusiya imperiyasının Müqəddəs Sinodunu satın alaraq, onun
yardımı ilə Alban Patriarx taxtını ləğv etdirdi. Bununla da
Gəncəsər monastırının tarixi missiyasına son qoyuldu.
Ədəbiyyat
1.Мамедова Г.Г. Зодчество Кавказской Албании. Баку,
Чашыоглу, 2004
2.Карахмедова А.А. Христианские памятники Кавказ-
ской Албании. Баку, Элм, 1986
102
XUDAVƏNG
MONASTIRI
Kəlbəcər rayonunun
Vəng kəndi ərazisində,
Tərtərçayın sol sahilində
yerləşən Xudavəng, ya da
Dədəvəng kompleksi Azər-
baycanın xristian memar-
lığının ən iri və ən gözəl
abidələrindən biridir. Əfsa-
nəyə görə Qafqazda ilk
xristian missioneri olmuş
apostol Faddey-Dədə bu
kompleksdə dəfn olunmuş-
dur. Ona görə Xudavəng
kompleksinin təməlinin IV
əsrdə qoyulduğu ehtimal
olunur. Kompleksdə əsas
inşaat işləri XIII əsrdə
Alban knyazı Vaxtanqın
zamanında aparılmışdır.
Məbəd kompleksinin
tərkibində indi iyirmidən
çox tikili və tikili qalıqları
vardır. Kompleksin baş
kilsəsini 1214-cü ildə knyaz
Vaxtanqın arvadı Arzu
xatun tikdirmişdir. Uca
günbəzi və əzəmətli həcmi
ilə bütün kompleksin
dominantı olan Arzu xatun
məbədi Qafqaz Albaniya-
sının xristian memarlığının şah əsərlərindəndir. Hesab edilir ki,
kilsənin interyerindəki freskaları Arzu xatun və onun qızları
işləmişlər. Kilsənin qərb və şimal bastağları daş üzərində incə
Kateqoriya: Dini tikili
Abidə növü: Monastr
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks: Monastr
kompleksi
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan:
Kəlbəcər rayonu,
Tərtər çayının
sahilində
Ġnventar
nömrəsi: 11.
Tarix XIII-XVII əsrlər
103
oyma naxışlarla zəngin bəzədilib. Kompleksin əsas dini hissəsi
plan və kompozisiyası ilə fərqlənən bir-birinə bitişik 7 həcmdən
ibarətdir.
Kompleksin əsas bina qruplarından cənubda Böyük Həsən
kilsəsi ucalır. Dini binalardan cənubda isə, yamacda mülki
tikililər, eləcə də saray, yaşayış və təsərrüfat binaları yerləşir.
Kompleksə daxil olan binalar çoxəsrlik inşaat mədəniyyətini, orta
əsr Azərrbaycan xristian memarlığının müxtəlif tiplərini dolğun
nümayiş etdirir. Xudavəng monastır kompleksində çoxlu inşaat
kitabələri və yazılar qalmışdır. Onlarda göstərilən bir sıra adlar:
Arzu xatun, Tursun, Seyti, Asan, Avaq, Şəms,Altun, Ağbux,
Qaragöz və bu abidəni ucaldanların etnik mənsubiyyətinin —
türklüyünün dəqiq göstəricilərindən biri sayılmalıdır. Bu abidənin
çoxsaylı oyma daş bəzəklərində Azərbaycanın müsəlman
memarlığı ilə birbaşa bağlılıq da aydın hiss olunur.
Xudavəng məbəd kompleksi ("Xotavəng" - farscadan
tərcümədə "təpədə yerləşən") — Kəlbəcərdən şərqdə, Ağdərə-
Kəlbəcər magistral yolunun qırağındakı Bağlıpəyə kəndindən
aşağı, yəni Ağdərə tərəfdə, Kəlbəcər rayonunun 29 kilometr-
liyində yerləşir. VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib.
XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub.
Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və
nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa
edilib.
Məlumatlar göstərir ki, Həsən Cəlalın arvadı Minə Xatun
burada dəfn olunub, anası Arzu Xatun və dövrün görkəmli
ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan
daşları qoymuşdur. Maraqlısı odur ki, üstü günbəz kimi tikilmiş
bu binaların tikintisində ağac materialından istifadə olunmuşdur.
Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və
yazılar var idi. Ağdərədən və Basarkeçərdən gələn ermənilər
həmin xaç və yazıları balta ilə çaparaq yox etmiş və beləliklə,
tarixi saxtalaşdırmağa çalışmışlar. Abidənin tikintisində istifadə
olunmuş daşlar Tərtər çayının sahilindən – bir dərədə yığılaraq
suxurlaşmış və kristallaşmış gildən əmələ gəlmişdir.
104
Kompleksə ümumilkdə doqquz tikili daxildir. Onlardan
beşi əsas tikili digərləri isə köməkçi və xidməti xarakterli
tikililərdir. Kompleksə daxil olan abidələrin heç də hamısı
dövrümüzə yaxşı vəziyyətdə çatmamış, onlardan daha qədim
olanlar nisbətən dağılmışdır. Kompleksin ətrafı digər alban
monastırlarında olduğu kimi möhkəm divarlarla əhatələnmişdir.
Kompleksin əsas tikililəri Alban bazilikası (Müqəddəs Məryəm
ana baziliksaı) və Arzu xatun kilsələridir. Həmçinin kompleksə
sonradan əlavə edilmiş Müqəddəs Qriqoris məbədi və Həsən
Cəlal kilsəsi də diqqətəlayiq memarlıq nümunələridir.
Kompleksə daxil olan binaların inşası zamanı əsasən yerli
qara bazalt daşdan, bişmiş kərpicdən və əhəng məhlulundan
istifadə edilmiş, binaların damı isə kirəmit və səliqə ilə kəsilmiş
daşlarla örtülmüşdür.
Səliqə ilə yonulmuş daş və kərpicdən inşa edilmiş məbədin
xarabalıqları daxili sütunları olmayan uzun zaldan ibarətdir.
Abidənin uzunluğu 16,2 metr, eni 5,8 metrdir. Zalın şərq hissəsi
yarımdairəvi apsis ilə başa çatır.
Səcdəgah absidasının hər iki tərəfində keşiş cübbələrinin
saxlandığı dairəvi yer tikilmişdir. İnşaat texnikasının və inşaat
materiallarının öyrənilməsi zamanı aydın olmuşdur ki, cübbələrin
saxlandığı yer məbədin tikilməsindən sonra inşa edilmişdir.
Həmin yerə giriş səcdəgah absidasındandır. Bu cəhətə ilk dəfə
Alban memarlığında təsadüf olunur. Görünür ki, əvvəllər tikilmiş
məbədin ümumi planı memarlara qapını ibadət zalından qoymaq
imkanı yaratmadığı üçün qapı oyuğu cübbələrin saxlandığı yerə
105
səcdəgah absidası istiqamətində açılmışdır. Soldakı cübbə yerinin
tədqiqi zamanı onun tavanında Xudavəng monastırının baş
keşişlərindən birinin - XIII əsrdə yaşamış Ter-Atanasın yazısı
aşkara çıxarılmışdır. Güman etmək olar ki, məhz Ter- Atanas
qədim bazilikaya birləşmiş cübbə yerinin qurucusu
olmuşdur.Xotavəng məbədində pəncərə oyuqları vardır. Həmin
oyuqların yuxarı hissəsi nalşəkillidir. Qazıntılar zamanı aşkara
çıxarılmış saxsı məmulatı məbədin ilkin tikintisini VI-VII əsrlərə
aid etmək imkanı verir.
Arzu Xatun kilsəsi Alban knyazı Vaxtanqın xanımı Arzu
Xatun Arcruni tərəfindın 1214-cü ildə əri Vaxtanq və iki oğlunun
xatirəsinə inşa etdirilmişdir. Kilsənin Şərq fasadında daş üzərində
Vaxtanqın, Cənub fasadında isə Arzu Xatunun iki oğlunun
təsvirləri həkk olunub. Arzu Xatun özü başqa bir Alban knyazı
Kürdünün qızıdır.
Planda düzbucaqlı şəkildə inşa edilmiş kilsənin giriş
qapısının hər iki tərəfində xırda otaqlar vardır. Apsisin ətrafında
isə iki rahib cübbəxanası yerləşdirilmişdir. Binanın tam
mərkəzində böyük bir alın hissənin üstündə qübbə ucaldılmış,
qübbənin üstü isə konusvari damla örtülmüşdür.
Ədəbiyyat
1.Мамедова Г.Г. Зодчество Кавказской Албании. Баку,
Чашыоглу, 2004
106
11 TAĞLI XUDAFƏRĠN
KÖRPÜSÜ
TarixənAzərbaycanın
şimalı ilə cənubunu birləş-
dirən, Cəbrayıl rayonu əra-
zisində yerləşən Xudafərin
körpüsü ölkəmizin qədim
abidələrindən biridir. Körpü
haqqında ilk məlumatVIII-
IX əsrlərə aiddir.Xudafərin
körpüsü Cənubi Azərbay-
canla Şimali Azərbaycanın
orta əsr şəhərlərini birləş-
dirən karvan yolunun üstün-
də tikilib. O, həm də mü-
hüm hərbi-strateji əhəmiy-
yət daşıyırdı. Araz çayının
əndar, qayalıqla əhatələnən
yerində inşa edilmiş ilk
körpü VIII əsrin sonu - IX
əsrin əvvəllərindən başlaya-
raq, XIX əsrə kimi fəaliyyət
göstərmişdir. Kərpic körpü
isə XII əsrdə tikilmişdir.
Körpünü inşa etdirən şəxsin
adı barədə tarixi mənbələrdə
dəqiq yazılı məlumat yox-
dur. Araşdırmaçıların çoxu-
nun fikrincə, hər iki körpü-
nün dayaqları çayın ortasın-
da olan təbiisal daşlar üzərində qurulduğundan onlara
"Xudafərin" adı verilib. Hələlik Xudafərin körpüləri sirlərini
açmayıb. Tarixçilər sirlər arasında ünvansız dolaşaraq gah
körpülərin səmtini dolaşıq salıb onları Culfa yaxınlığında abidə
kimi göstərir, gahda 1027-ci ildə Şəddadi hökmdarı 1-ci Fəzl və
Kateqoriya: Mülki tikili
Abidə növü: Körpü
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks:
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Cəbrayıl rayonu
Ġnventar
nömrəsi: 12.
Tarix XI-XII əsrlər
107
ya I Şah Abbas tərəfindən tikildiyi deyirlər. Bu körpünün
Hindistandan başlayaraqYaxın və Orta Şərq ölkələri, Rusiya və
Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni
əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub.
Xüdafərin körpüsünün Əhəməni imperiyası zamanında
ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və
kərpiclə üzləndiyi güman edilir. Bəzi mənbələrdə isə ikinci
körpünün (e.ə.558-529) ağacdan müvəqqəti qurğu kimi inşa
edilməsi, Elxanilər dövləti zamanında (13-cü yüzil) isə daş və
kərpiclə üzlənməsi haqqında mülahizələr yürüdülür. İran tarixçisi
Həmdullah Qəzvini əsərlərində körpülərin adını "Xuda-Afərin"
kimi yazır ki, bu da farsca "Allah tərəfindən yaradılmış", "Allaha
Mərhəba" mənalarını verir. Qəzvini yazır ki, Xudafərin körpüsü
Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla
tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Bəziləri isə
iddia edir ki, həmin şəxs körpünü tikdirməyib, yalnız təmir
etdirib.
Digər bir mülahizəyə görəsə, Xudafərin körpüsü 1027-ci
ildə Şəddadi hökmdarı Məhəmməd oğlu Fəzl (Fəzl ibn
Məhəmməd) tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün
inşa olunub.
Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memar-
lıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah
Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da,
sonradan bərpa edilmişdir. Təbii qayalar üzərində inşa edilən
körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.
108
Arazı "möcüzəli çay" adlandıran Yaqut Həməvi yazır:
"Aranda, Araz boyunca min şəhər var." C. Qiyasi isə qeyd edir ki,
şəhərlərin sayı şişirdilmiş olsa da, Arazın hər iki sahili əski
çağlardan sıx yurdsalma şəbəkəsi ilə örtülmüşdür. Azərbaycanın
bu daxili çayının coğrafi yeri də elədir ki, o, ölkəni qərbdən şərqə
kəsərək iki hissəyə bölür Bu səbəblərə görə Arazın üstündə çoxlu
körpülər inşa edilmişdir. Arazın su səviyyəsi və yatağında
qayalıqların çox olması da, qədim körpü tikintisi üçün əlverişli
idi.
109
Araz üzərində çoxlu körpülər atılsa da onlardan ən bəllisi
Xudafəriin körpüləridir. Xudafərin dərəsi Araz çayı yatağında ən
əlverişli keçidlərdən biri olmuşdur. Belə ki, burada genişlənən
çay yatağında iri qayalıq sahələri vardır. Qədim dövr və orta
əsrlərdə həmin keçidin komunikasiya vasitəsi olaraq necə böyük
rol oynadığına qayalıqlar üstündə ucaldılan iki qədim körpü
şahidlik edir.
Körpülərin birləşdiyi hər iki sahil, gözəl dağlıq landşaftı
olan yerdir. Bu təbiət abidəsinə üzvi olaraq daxil edilmiş körpülər
insanın ətraf mühitlə qarşılıqlı münasibətinin uğurlu örnəyidir. Bu
səbəbdən Xudafərin dərəsi təbiətin və tarixin dəyərli abidəsidir.
Hər iki körpünün özüllərinin antik dövrlə bağlılığı ehtimal
edilir.Bu körpülər yüzillərcə transkontinental yollar üstündə
yerləşib, təkcə ölkədaxili və ölkələrarası yollarda deyil,
qitələrarası qarşılıqlı ilişgilərdə də yararlı olmuşdur. Müxtəlif
çağlarda ayrı-ayrı xalqların və qüvvələrin yerdəyişməsini –
miqrasiyasını istiqamətləndirən Xudafərin körpüləri Azərbaycan
ellərinin baş köç yolunun – hər il güneydən Arrana və Qarabağa
gedən güclü mövsüm axınlarının da qovşağı olmuşdur.
Araz çayı üzərində əsrlər boyu çoxlu körpülər olduğu
haqqda elmi dairələrdə bir xeyli maraqlı fikirlər dolaşsa da,
onlardan ancaq ikisi Cəbrayıl rayonu ərazisində yerləşən məlum
körpülər dövrümüzəcən gəlib çıxmışdır. Bir-birindən 750 metr
110
aralı yerləşən bu körpülər çay yatağınının ən əlverişli
keçidlərindən biri olan Xudafərin dərəsində yerləşir. Belə ki,
burada genişlənən çay yatağında iri qayalıqlar var. Həmin qayalar
körpü tağları üçün etibarlı təməl rolunu oynamışdır.
Araz çayı üzərində salınan iki Xudafərin körpüsündən
birincisi yəni on bir aşırımlı olan körpü "Baş Xudafərin körpüsü"
adlanır.Onlardan biri, on bir aşırımlı Xudafərin köpüsü çay
axarının yuxarısında olub bütünlüklə daşdan tikilmiş və yaxşı
yonulmuş daş lövhələrlə üzlənmişdir. Bu səbəbdən onbir aşırımlı
körpü daha monumental görünür. Onun bəzi aşırımlarının yuxarı
hissəsi tünd qırmızı çalarlı daşlardan hörülmüşdür.On bir aşırımlı
körpüdə oyma naxışlı dairəvari biçimli daş bəzək lövhəsi- xonça
(rozetka) də aşkar edilmişdir.
Tədqiqatçılar on bir gözdən (aşırımdan) ibarət olmuş bu
körpünün XIII əsrin sonlarında Elxanilər dövründə,antik körpü
qalıqları üzərində yenidən tikildiyi fikrindədirlər.Körpünün
uzunluğu 130 metr, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12
metrdir. On bir aşırımlı Xudafərin köpüsünün yalnız üç orta
aşırımı (tağı) salamat qaldığından el arasında ―Sınıq körpü‖ adı
ilə məşhurdur.Bu körpünün də dayaqları təbii qayalar üstündə
tikilmişdir.
111
Ədəbiyyat.
1.C. Qiyasi – Nizami dövrü memarlıq abidələri, Bakı, İşıq,
1991
2.http://gomap.az/Info/Description.aspx?idlo=25&lvo=4&p
ID=1486560 (On bir aşırımlı)
3.http://gomap.az/Info/Description.aspx?idlo=25&lvo=4&p
ID=1485315 (On beş aşırımlı)
4.https://az.wikipedia.org/wiki/Xudafərin_körpüsü
5.http://azens.az/menu-azerbaydzan/item/570-sirri-adzh-
lmayan-khudafaerin-koerpusu ―Sirri açılmayan Xüdafərin
Körpüsü‖
112
15 TAĞLI XUDAFƏRĠN
KÖRPÜSÜ
Körpülərin böyüyü Xuda-
fərin kəndində olub, 15
aşırımlıdır və Həmdülillah
Qəzvininin yazdığına görə
onu "...hicri 15 – ci ildə
(639) Məhəmməd peyğəm-
bərin arxadaşı Bəkr ibn
Abdullah tikdirmişdir."
Bəkr ibnAbdullah əski kör-
pünü yenidən qurduğu kimi,
onun ucaldığı körpü də
sonralar dəfələrlə bərpa və
təmir işlərinə uğramışdır.
İndiki on beş aşırımlı körpü
və körpülərin ən böyüyü
memarlıq üslubunagörə XII
əsrin abidəsi sayılır.Qumlaq
kəndində olan buabidənin
təməli daha qədimlərdə
qoyulmuşdur.Körpü dəfələr-
lə təmir-bərpa işlərinə uğ-
rayaraq indiki görkəmini
almışdır.Körpü tağlarının
dayaqları təbii özüllər- su-
dan çıxan qayalar üstündə
ucaldığından onun aşırımları müxtəlif ölçülü və sərbəst
düzümlüdür. Bişmiş kərpic və çay daşlarından tikilən on beş
aşırımlı körpünün tağları sivri biçimlidir. Körpünün ümumi
uzunluğu 200 metrə yaxın, eni 4,5 metr, çay səviyyəsindən ən
böyük hündürlüyü 12 metr, ən iri tağ aşırımı 8, 70 ,ən kiçik tağ
aşırımı 5,8 metrdir. Körpünün bütün tağları kərpicdən qurulduğu
halda, əsas inşaat kütləsi çay daşındandır. Bu iki materialın
Kateqoriya: Mülki tikili
Abidə növü: Körpü
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks:
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Cəbrayıl rayonu
Ġnventar
nömrəsi: 13.
Tarix XIII əsr
113
uyarlığı körpüyə dözümlü konstruktiv quruluş və bədii görkəm
vermişdir. Körpüdən bugündə istifadə etmək mümkündür.
Böyük konstruktiv dayanıqlığı ilə yanaşı Xudafərin
körpülərinin, özəlliklə Sınıq körpünün güclü bədii ifadəliyi var.
Onlar öz ətrafında hər iki sahildə olan çoxlu mədəni dəyərləri —
müxtəlif tipli memarlıq, tarix-arxeologiya, etnoqrafiya və təbiət
abidələrini birləşdirir. Ümumdünya əhəmiyyətl itarixi hadisələrə
bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-
mühəndis həllinə və s. görə Xudafərin körpüləri universal dəyərli
abidələrdir.
Transkontinental yollar, o sıradan Böyük Ipək Yolu üzə-
rində olduğundanXudafərin körpüləri yüzillərcə yalnız ölkədaxili
və ölkələrarası əlaqələrdə deyil, qitələr arası ilişgilərdə də faydalı
olmuşdur. Müxtəlif çağlarda ayrı-ayrı xalqların və qüvvələrin
miqrasiyasını istiqamətləndirən Xudafərin körpüləri Azərbaycan
ellərinin baş köç yolunun, hər il cənubdan Aran və Qarabağ
bölgələrinə gedən güclü mövsüm axınlarının da qovşağı
olmuşdur. Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun ən
əzəmətli, həm də ən məşhur körpülərindən sayılır.
114
Ədəbiyyat.
1.C. Qiyasi – Nizamidövrü memarlıq abidələri, Bakı, İşıq,
1991
2.http://gomap.az/Info/Description.aspx?idlo=25&lvo=4&p
ID=1486560 (On bir aşırımlı)
3.http://gomap.az/Info/Description.aspx?idlo=25&lvo=4&p
ID=1485315 (On beş aşırımlı)
4.https://az.wikipedia.org/wiki/Xudafərin_körpüsü
5.http://azens.az/menu-azerbaydzan/item/570-sirri-adzh-
lmayan-khudafaerin-koerpusu ―Sirri açılmayan Xüdafərin
Körpüsü‖
115
LAHIC DÖVLƏT
TARĠX-
MƏDƏNĠYYƏT
QORUĞU
Lahıc-Azərbaycan
Respublikasının İsmayıllı
rayonunun inzibati ərazi
vahidində qəsəbədir.
Lahıc qəsəbəsi Böyük
Qafqazın ətəyində, Girdi-
man-çayın sahilində yer-
ləşir. Lahıcın daxil ol-
duğu İsmayıllı rayonu
e.ə. IV əsrdən Azərbay-
canda mövcud olmuş
Albaniya dövlətinin əra-
zisinə daxil idi. I -V
əsrlərdə Albaniya dövlə-
tinin paytaxtı bu rayonun
qonşuluğunda yerləşən
Qəbələ şəhəri idi. Erkən
orta əsrlərdə indiki Lahıc
ərazisində müxtəlif tay-
falar məskunlaşmışdır.
Məskunlaşanlar içərisin-
də iran dilli tayfalar üs-
tünlük təşkil edirdi.
Lahıcın 1500 illik tarixi
vardır. Lahıc qəsəbəsinin
yaradılmasını III – VII
əsrlərə aid edirlər. Tarixi mənbələrdə Lahıc ―Əl-
Axbaz‖,‖Lancan‖, ―Əl-Əycan‖, ―Layican‖ adları kimi qeyd
olunub. Bir çoxları ―Lahıcı‖ tayfa adı ilə əlaqələndirir, digərləri
İranın Layican əyalətindən gəlmişlər və həmin adı qoruyub
saxladıqlarını guman edirlər. Deyilənlərə görə Lahıc Sasanı şahı l
Kateqoriya: Tarixi kənd
Abidənin növü:
Tarix-
Mədəniyyət
Qoruğu
Mənsubiyyəti: Qoruq
Kompleks:
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Lahıc qəsəbəsi
Ġnventar
nömrəsi: 14.
Tarix XV-XIX əsrlər
116
Keyxosrov tərəfindən salınmışdır. Onun idarəçiliyi dövründə İran
– Turan muharibələri gedirdi və I Keyxosrov hakimiyyətdən əl
çəkərək İranı tərk edib Lahıca gəlir. Lahıcın gözəlliyi, iqlimi,
təbiəti şahı cəlb etdiyindən, ömrünün axırına qədər Lahıcda
qalmağı qərarlaşdırır. İranın Lahican əyalətinin şərəfinə bu yerləri
Lahıc adlandırır. Hətta Lahıcın köhnə qəbirstanlığında
Keyxosrovun qəbri olduğu guman edilir. Lahıc qəsəbəsində tatlar
yaşayır. Tatlar IV əsrdə Sasanilər tərəfindən Azərbaycan əraizi-
sinə köçürülmüş irandilli əhalinin nəsilindən olanlardır.―Tat‖
sözü türk dilində ―yad‖, ―özgə‖ deməkdir. Tat dili fars dilinə
yaxın olmaqla, Hind-avropa dil ailəsinin İran dil qrupuna aiddir.
Etnik mənşəinə görə əhali tat olsa da, özlərini lahıclı adlan-
dırırlar.
Lahıc Tarix-Mədəniyyət Qoruğu Azərbaycan SSR Nazirlər
Sovetinin 1980-ci il qərarı ilə yaradılıb. Qoruq Lahıc qəsəbəsinin
və Ərəgit kəndinin 80 hektarlıq ərazisində mövcud olan 100-dək
tarix-mədəniyyət abidəsinin, təbii landşaftın, əhalinin adət-ənənə-
lərinin, şəhərsalma və sənətkarlıq mədəniyyətinin qorunması ilə
məşğul olur.
Qoruq ərazisində dövlət qeydiyyatına alınmış 92 tarix-
mədəniyyət abidəsi yerli şəhərsalma və memarlıq qaydaları
ilə inşa edilib.Belə ki, həm tarix-mədəniyyət abidəsi kimi qey-
117
diyyata alınmış,həm də bütün digər tikililər çay daşından
istifadə olunmaqla və kətillər quraşdırılmaqla tikilib.
Tarix-mədəniyyət abidələri arasında ümumi istifadə
üçün nəzərdə tutulmuş binalar -məscidlər, körpülər, hamam-
lar və bulaqüstü tikililər xüsusi zövqlə, döymə çay daşı,ə həng və
kərpiclə inşa edilib.Ərazidə mövcud 5 məsciddən 4-ü hazırda
təyinatı üzrə istifadə olunur. Bunlar Bədöyün məscidi (1791-
ci il), Zəvəro məscidi (1805-ci il) və XIX əsrə aid Yuxarı və
Aşağı Ərəgit məscididir. Məscidlər arasında ən cavan və
ölçülərinə görə ən kiçik olan məsciddə - 1902-ci ilə aid Ağolu
məscidində Tarix-Diyarşünaslıq Muzeyi yerləşir.Qoruğun tarix-
mədəniyyət abidələri arasında hamamların xüsusi yeri və
əhəmiyyəti var.
―Hacı Molla Hüseyn hamamı‖ (XIX əsr) və ―Hacı
Cahanbaxış hamamı‖ (XIX əsr) hazırda da qəsəbə əhalisinə
xidmət edir. Digər hamamlardan ―Hacı Nurməmməd hamamı‖,
―Hacı Qəhrəman hamamı‖ və ―Aslani hamamı‖nın qalıq-
ları qorunur. Qoruğun ərazisində 60-dan çox fərdi yaşayış evi
də öz quruluşuna, memarlıq həllinə və özünəməxsus keyfiy-
yətlərinə görə tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb və
onların da qorunması qoruq tərəfindən həyata keçirilir.
Lahıca gələn istər yerli olsun, istər də xarici turistlər olsun,
bu qədim abidəyə baxmamış buranı tərk etmirlər.Tarix-mədə-
niyyət abidələrindən başqa Lahıcın özəl cəhətlərindən olan və
insanların marağını cəlb edən xususiyyətlərdən biri də onun
küçə və meydanlarının daş döşəmələri və artıq suların axıdılması
üçün çay daşından tikilmiş yeraltı kürəbəndlərdir (kanaliza-
siyalar) ki, hazırda da istifadə olunur.Küçə və meydanların,
dalanların daş döşəməli olması sanitar-ekoloji cəhətdən əhəmiy-
yətə malik olmaqla yanaşı eyni zamanda tez-tez yağan
gur yağışlar zamanı küçələrin sel suları tərəfindən yuyulub dağıl-
masının qarşısını alır.Yeraltı kürəbəndlər tikilərkən bütün
qəsəbəni əhatə edən bir sistem yaradılıb və zaman-zaman bu
ərazidə yaşamış bütün insanlar çirkab maddələrini və artıq suları
axıtmaq imkanına malik olublar. Kürəbəndlərin və döşəmələrin
118
təxminən 800 il öncə inşa olunduğu güman edilir.Lahıcda şəhər-
salmanın və mədəniyyətin ən önəmli cəhətlərindən biri də mə-
həllə meydanlarının mövcud olmasıdır. Adətən hər məscidin
qarşısında salınmış meydanlar dini mərasimlərin keçirilməsinə
xidmət edir. Lakin Lahıcın ən səciyyəvi xüsusiyyəti onun
sənətkarlıq mərkəzi olmasıdır.
Lahıc qəsəbəsinin və Ərəgit kəndinin 80 hektarlıq ərazisində
mövcud olan 100-dək tarix-mədəniyyət,təbii landşaft,şəhərsalma
və sənətkarlıq abidələri qorunmaqdadır.
Yeddi dağın əhatəsindəki orta əsr şəhər mədəniyyəti
elementlərini bu gün də özündə yaşadan qədim Lahıcda yeddi
məscid, yeddi bulaq, yeddi məhəllənin var olması haqqında
etnoyaddaşlarda maraqlı özəlliklər yaratmışdır .Bu etnoyad-
daşlardan süzülüb gələn Lahıcın digər özəlliklərindən biri də
burada yaradılan, inşa edilən tikililərin 7 rəqəmi ilə bağlı
olmasıdır. Yəni tarixən burada yeddi məscid, yeddi bulaq, yeddi
məhəllə olub. Lahıc özü də Niyal adlanan yeddi dağ silsiləsi ilə
ovuc içi kimi əhatələnib.
―Bazar meydanı‖ yeddinin tilsimindəki Azərbaycan gözəli
Lahıcın giriş qapısıdır. Lahıcda şəhərsalmanın ən önəmli
cəhətlərindən biri də məhəllə meydanlarının mövcud olmasıdır.
Qəsəbəyə giriş Bazar meydanından başlayaraq dar küçələrə
doğru inkişaf edərək məhəllə və məhəllə meydanlarına qədər
davam edir.Məhəllələr prinsipi əsasında inşa edilmiş şəhər tipli
qəsəbə olan Lahıc özünün yüksək şəhərsalma mədəniyyəti ilə bu
gün də insanları heyran edir. Belə ki, Lahıc məhəllələrdən ibarət
olaraq təşəkkül tapması ilə yanaşı hər məhəllənin öz məscidinə,
bulağına, hamamına və s. malik olmuşdur.
Möhtəşəm olaraq,məharətlə və mozaik şəkildə ağ çay daş-
larından döşənmiş küçə-meydanları ilə orta əsrlərin qala-şəhəri
hal-hazırda isə―şəhər tipli‖ qəsəbəsi olan Lahıcın ilk məhəl-
ləsinin əsası III-IV əsrlərdə qoyulub.Hal-hazırda Lahıcda Ağalı
(Ağolu və ya Ağaoğlu), Bədöyün, Piştə, Zəvəro, Dərelilo (Dərə
Lilo) və Bağmijə (Bagmija) bir vaxtlar indiki Ərəgit kəndi də
daxil olmaqla sayları ―yeddi‖ olan bir sıra məhəllələr vardır.
119
Həmçinin şəhərsalmanın bir parçası olan min beş yüzdən
artıq yaşı olan su və kanalizasiya sistemi şəhərdə fəaliyyət gös-
tərir.Mərkəzi küçənin altında bir metr dərinlikdə iki kilometr
uzunluğu olan üç səviyyəli kollektor çəkilib. İlk iki səviyyədə
xətlərlə içməli su, kollektorun aşağı hissəsi - çay daşından düzül-
müş düzbucaqlı novça hər bir evin həyətində olan dəliklərdən
daxil olan çirkab sular üçün nəzərdə tutulub. Sakinlərdən heç kim
kanalizasiyanın harada başlayıb harada qurtardığını, hansı
prinsiplə işlədiyini bilmir, lakin bu, kollektorun uzun əsrlər boyu
işləməsinə mane olmur.
Ədəbiyyat
1.Лагич:Историко-этнографическое исследование
монография / А. А. Ализаде
2. Мамедбейли, М. Н Лагич : историко-культурный
заповедник . - Баку : Нурлан, 2004
2.Anar Miriyev .Palitra.- 2011.- 2 sentyabr.- S. 6.
3.https://az.wikipedia.org/wiki/Lahıc
4.http://atlas.musigi-dunya.az/az/et_lag_.html
120
YUSĠF KÜSEYĠR OĞLU
TÜRBƏSĠ
Xalq arasında ―Atababa
günbəzi‖, elmi ədəbiyyatda
isə Yusif Küseyir oğlu
türbəsi adı ilə tanınan gözəl
bir memarlıq əsəri, dövrünə
gəlib çatmış Əcəmi
yaradıcılığının ilkin əsəri
kimi Naxçıvan şəhərinin
mərkəzində yerləşir. 850
ildən artıq tarixi olan bu
unikal abidə, öz konstruktiv
möhkəmliyi sayəsində, bu
gün də şəhərin vizual görkə-
mində özünəməxsus yer
tutur. Əsrlərin təsirinə
məruz qalmış türbəyə XX
əsrin 50-60-cı illərində
dağılmış hissələrinin bərpa
olunması, konstruksiyaları-
nın möhkəmləndirilməsi ilə
ikinci həyat bəxş olumuşdur.
Abidə bişmiş kərpicdən inşa
olunmaqla,yeraltı sərdabə-
dən və yerüstü qülləvari
hissədən ibarətdir. Sərda-
bənin səkkizbucaqlı plan
kompozisiyası tikilinin
yerüstü hissəsində daxildən
və xaricdən təkrarlanır.
Sərdabə plana uyğun olaraq
yastı günbəzlə örtülüdür. Fasad tillərinin səthi çərçivə ilə
haşiyələnmişdir ki, bunların da yuxarısı türbənin bütün perimetri
boyu üfüqi kəmərlə başa çatdırılmışdır. Türbənin xarici perimetri
Kateqoriya: Xatirə tikilisi
Abidə növü: Türbə
Mənsubiyyəti: Memarlıq
abidəsi
Kompleks:
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Naxçıvan şəhəri
Ġnventar
nömrəsi: 15.
Tarix 1161-1162-ci
illər
121
üzrə kürsülükdən 7,20 m hündürlükdə ümumi friz keçir ki, onun
üzərində və türbənin qapısı üstündəki kitabədə bildirilir: ―Bu
türbə xacə, canlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı
Yusif Küseyir oğlunundur‖. Həmin kitabədə türbənin (h. 557)
1162-ci ildə tikildiyi bildririlir. Kitabə funksionallığı ilə yanaşı,
həm də dekorativ görkəmə malikdir. Piramidal örtük sanki
prizmativ gövdə üzərində deyil, yazı qurşağı üzərində durmuşdur.
Giriş qapısından sol tərəfdə yenə kufi xətlə memarın adı
yazılmışdır: ―Əməli Əcəmi bin Əbubəkr, əlbənnai ən Naxçıvani‖.
Kitabələrin hərfləri 20x20x4 sm ölçülü kərpiclərlə yazıl-
mışdır. Yazılar frizin əsas səthindən 2 sm hündürlükdə qabar-
dılmışdır. Kitabənin fonunu təşkil edən həmin əsas səth kərpic
hörgüsü ilə üzlənmişdir. Friz həm yuxarıda, həm də aşağıda bir
sıra kərpic kəmər ilə haşiyələnmişdir.
Türbənin səkkizbucaqlı gövdəsi səkkiztilli piramidaşəkilli
kərpic günbəzlə örtülmüşdür. Daxildə isə türbənin günbəzi
çatmatağlıdır. Yusif Küseyir oğlunun türbəsi ikiqat günbəz quru-
luşunun dövrümüzə qədər öz əvvəlki görkəmini mühafizə et-
məklə gəlib çatmış bir nümunəsinin xaricdən çadır, daxildən
sferik günbəzin təzahürüdür.
Divarları kvadrat kərpicdən olan türbə 12 sm qalınlığında
bloklarla üzlənmişdir. Türbənin yerüstü girişi çatma tağla həll
olunmuşdur. Tağ rombşəkilli kərpiclərlə haşiyələnmiş arxivoltdan
ibarətdir ki, onun da kənarları köndələninə qoyulmuş kərpiclərlə
dövrələşmiş. Giriş portalı həndəsi motivlərlə naxışlanmış ümumi
düzbucaqlı çərçivədən ibarətdir. Səkkiztilli həcmdən günbəzə
keçid hissədə sadə profilli karniz yaranmışdır.
122
Tikilinin yuxarı ka-
merasının döşəməsi tərəf-
dən sərdabəyə açılan, lakin
bilavasitə onun altında yer-
ləşən səkkizguşəli dəlik
vardır. Sərdabənin divar
səthindən günbəz örtüyünə
keçid kiçik çıxıntı ilə həll
olunmuşdur. Sərdabə gün-
bəzinin zirvəsi yastı sək-
kizbucaqlı xonça ilə tərtib
olunmuşdur.
Türbənin üst qülləsi
səkkizüzlünün həm inter-
yerində, həm də eksterye-
rindəki dayaz taxçalarla
qurulmuşdur. İnteryer sivri,
eksteryer isə düzbucaqlı
taxçalarla qurulmuşdur. Bu
taxçaların vəhdəti qalın da-
yaqlar şəklində olan künc
hissələrin karkas quruluşu-
na bənzər konstruktiv sis-
tem yaradır ki, bu da öz
növbəsində abidənin eks-
teryerində vizual dayanıq-
lığını təmin edir. Künclərin
konstruktiv möhkəmliyinin hesabına divarlarının qalınlığı o qədər
də böyük olmayan, (80 sm) tikilinin uzunömürlülüyü təmin
olunmuşdur.
Yusif Küseyr oğlu türbəsinin interyeri bəzədilməmişdir.
Onun eksteryerdəki taxçalarının içərisi isə kərpicdən yığılmış sıx
həndəsi naxışlı hörmələrlə üzlənmişdir. Türbənin bütün səkkiz
səthi müxtəlif naxışlı həndəsi ornamentlə bəzədilmişdir.
Ornamentlər kiçik kərpiclərdən quraşdırılmış, sonra gəc məhlulu
123
ilə tavalar şəklində bütövləşdirilərək səthlərin üzərində bərki-
dilmişdir. Taxçaların səthi naxış kompozisiyaları ilə xüsusi dekor
əldə etmiş,bu da öz növbəsində künc qəfəslərlə işıq-kölgə effek-
tinin yaranmasına səbəb olmuşdur. Türbənin yalnız qərb fasadı
fərqli şəkildə həll edilmişdir. Bu da çatmatağlı giriş portalının
qurulması ilə əlaqəlidir.
Yusif Küseyr oğlu türbəsi həcm etibarı ilə bir o qədər
böyük tikinti olmasa da, ümumi kompozisiya aydınlığı, yüksək
səviyyəli inşaat işləri, gözəl daş nəqqaşlıq işləri memar Əcəmi
Əbubəkr oğlunun yüksək sənətkarlığından xəbər verir. Türbənin
taxçalarının səthində kərpic dekorun ―girih‖ (düyün) adlanan
xüsusi həndəsi ornamentlərindən istifadə olunmuşdur. Girih
naxışlarını əmələ gətirən elementlər həndəsi formalardan
(çoxbucaqlılar, yaxud ulduzlardan) ibarətdir. Ciddi riyazi qanuna
tabe olan bu naxışlar bütünlüklə xətlərin bir-biri ilə bağlı
ahəngdar birləşməsindən yaranır. Memarın girih naxışlarından
memarlıq dekorunda istifadə etməsi, tikilinin memarlıq simasına
xüsusi gözəllik bəxş etmişdir. Girih naxışları Əcəmi Əbubəkr
oğlunun türbə yaradıcılığında aparıcı yer tutmuşdur.
Ədəbiyyat.
1. Əliyeva Rahibə. Memar Əcəmi Əbubəkr oğlu Naxçivani.
Bakı,2013.
2.Qiyasi C. Nizami dövrü memarlıq abidələri. Bakı, 1991.
3.Salamzadə Ə. V, Məmmədzadə K.M. Azərbaycan
memarlığının Naxçıvan məktəbi abidələri. Bakı, 1985.
124
MÖMÜNƏ XATUN
TÜRBƏSĠ
Əcəmi Əbubəkr oğlu-
nun zəmanəmizə qədər gə-
lib çatmış ikinci əsəri olan
Mömünə xatun türbəsi
Naxçıvanın orta əsrlərdəki
əzəmətinin, Naxçıvan me-
marlıq məktəbinin yüksəl-
diyi bədii-memarlıq səviy-
yəsinin şahidi kimi şəhərin
mərkəzində yüksəlir.Səlcuq
dövrünün türbə memar
lığının yüksək sənət nümu-
nələrindən, orta əsr Azər-
baycan memarlığının, eləcə
də Əcəmi yaradıcılığının şah
əsəri olan bu tikili, ümumi
simasına təlqin edilmiş əsl
monumentallıq və ayrı-ayrı
qovşaqlarının zərifliyinin
səciyyəvi xüsusiyyətlərinə
görə seçilir. Atabəylər me-
marlıq kompleksinin salamat
qalmış nadir nümunəsi xalq
arasında ―Atabəylər günbəzi‖
kimi də tanınır. Xatirə tür-
bəsinin hökmdar Atabəy
Eldəgiz tərəfindən tikdirildiyi
haqda məlumat, tikilinin prizma şəkilli korpusu ilə çadırvari
örtüyü arasındakı zolaqda-frizdə öz əksini tapmışdır:―... bu
türbəni dünyanın elmli adil məliki, böyük qalib Şəmsəddin
Nüsrət əl-islam və müsəlmanalrın namusu Mömünə xatunun
(xatirəsinə) tikməyi əmr etdi! ...‖.
Kateqoriya: Xatirə tikilisi
Abidə növü: Türbə
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks:
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Naxçıvan şəhəri
Ġnventar
nömrəsi: 16.
Tarix 1186-1187-ci illər
125
Əcəmi Əbubəkr oğ-
lunun yaratdığı Mömünə
xatun türbəsi qürur,
məğrurluq rəmzidir. Bəzi
mütəxəssislər türbənin
Atabəyin anasına, bəziləri
isə arvadına məxsus
olduğu mülahizələrini irə-
li sürürlər. Xalq arasında
Möminə xatun türbəsinin
Atabəylərin Naxçıvanda
soy türbəsi olduğu vurğu-
lanır. Şübhəsiz ki, Cahan
Pəhləvanın özü də bu
türbədə dəfn edilmişdir.
Möminə xatun tür-
bəsini usta-memar, Yusif-
Küseyir oğlu türbəsindən
26 il sonra inşa etmişdir.
Bu da özünü sənət əsə-
rinin monumentallığında, kompozisiya fərdiliyində, dekorativ
bəzəklərin prinsip və elementlərində - ümumiyyətlə memar təfək-
kürünün, yaradıcılığının inkişafında göstərir. Möminə xatun
türbəsi artıq əsasları qoyulmuş kompozisiya prinsiplərinin bədii-
memarlıq cəhətdən daha səlis inkişafını əks etdirir.
Türbə qülləvari xatirə tikililərinə mənsubdur. Onun hün-
dürlüyü (indiyədək qalmamış çadırvari günbəzsiz) 25 metrə çatır.
Onun dağılmış xarici örtüyünün 8 m hündürlükdə olduğunu
nəzərə alsaq, Mömünə xatun türbəsinin vaxtilə 34 metrə bərabər
olduğunu demək olar.
Mömünə xatun türbəsi uzun əsrlərdən bəri bir sıra səyyah
və alimlərin diqqət mərkəzində olmaqla tədqiqat obyektinə
çevrilmişdir. XIX əsrin əvvəllərində Naxçıvana gələn Dübua-de
Monpere bu abidənin kitabələrinin estampını Peterburqa
akademik X.Frenə göndərmiş və o zamandan bəri müxtəlif alim
126
və şərqşünaslar türbənin özü və kitabəsi haqqında tədqiqatlarının
nəticələrini dərc etdirmişlər. Onların sırasına şərqşünas
H.Xanıkov, səyyah Y.Dyelafua və başqaları daxildir.
Mömünə xatun türbəsinin ilk ətraflı tədqiqatı XIX əsrin
sonunda, 1897-ci ildə alman memarı E.Yokobstal tərəfindən
aparılmışdır. Memar tədqiqatının nəticələrini 1899-cu ildə
Almaniyada kitabça şəklində nəşr etdirmişdir. E.Yakobstal
Naxçıvana səyahətində Əcəmi Əbubəkr oğlunun hər iki türbəsini
– Yusif Küseyir oğlu türbəsi daxil olmaqla hərtərəfli öyrənmiş,
ölçmüş, fotofiksasiya işləri ilə plan, fasad və kəsiklərini kitabda
nəşr etdirmişdir. Abidələrin memarlıq şərhi ilə yanaşı onun
kitabələrinin tədqiqi haqqında şərqşünas M.Hartmanın fikirləri də
kitaba əlavə olunmuşdur. Əcəmi memarlığının Qərbdə belə
təfsilatı ilə nəşr olunması abidələrin ölkə sərhədlərindən xaricdə
tanınmasına səbəb olmuşdu. Bir sıra şərqşünaslar məhz bu əsərə
istinad etməklə Naxçıvan abidələri haqda məlumatlar verir.
Bunlardan F.Zarrenin tədqiqatı xüsusi diqqət cəlb edir.
Azərbaycanda Əcəmi yaradıcılığı geniş tədqiq olunmaqla
onun memarlıq əsərinin bərpa olunması ilə nəticələnmişdir. 1939-
1940-cı illərdə bir sıra memar tərəfindən Mömünə xatun türbəsi
hərtərəfli öyrənilmiş, bu iş Nizami dövrünün memarlıq abidə-
lərinin öyrənilməsi ilə davam etdirilmişdir. 1963-cü ildə Azər-
baycan SSR Elmlər Akademiyası Memarlıq və İncəsənət
İnstitutunun nəşr etdirdiyi ―Azərbaycan memarlığı tarixi‖ mono-
qrafiyasında Mömünə xatun, eləcə də Naxçıvan türbələrinin elmi
tədqiqatı hərtərəfli öz əksini tapmışdır.
1991-ci ildə professor C.Qiyasinin ―Nizami dövrü memar-
lıq abidələri‖ monoqrafiyasında Əcəmi Əbubəkr oğlu Naxçı-
vaninin türbə memarlığı bir daha işıqlandırılmışdır.
Mömünə xatun türbəsi iki hissədən: yeraltı sərdabə və
yerüstü qülləvari tikilidən ibarətdir. Sərdabə planda dairəvidir.
Sərdabənin plan quruluşu maraqlı bir şəkildə həll edilmişdir.
Mərkəzdə yerləşmir çoxüzlü, əsas yükdaşıyıcı sütunun kapi-
telindən onbucaqlının hər küncünə doğru bir tağ qurulmuşdur.
Yeraltı hissənin daxili sahəsi örtük quruluşu üçün qəbul olunan
127
konstruksiya sxemi ilə müəyyən olunmuşdur. Sərdabə kənarları
mərkəzdəki möhkəm sütuna söykənən tağ-tavanla örtülmüşdür.
Maraqlı haldır ki, Qərbin qotika memarlığında geniş
yayılmış bu konstruktiv üsul-qotik sistemli nervür tağ-tavan –
Momünə xatun türbəsində, şərq memarlığının nümunəsi kimi
qərb memarlığını qabaqlamışdır. Bu maraqlı memarlıq-mühəndis
qurğusu Azərbaycan memarlıq tarixində belə quruluşun ilk və
dolğun bir nümunəsidir. Bu da memar-ustanın mühəndislik
istedadını parlaq şəkildə əks etdirir. Türbənin yerüstü hissəsi
xarici görünüş etibarı ilə onguşəli olmaqla, eynilə onguşəli
kürsülük üzərində ucaldılmışdır. Türbənin hündür olmayan
kürsülüyü də gövdə kimi onüzlü olub, cilalanmış iri diorit löv-
hələri ilə üzlənmişdir. Onun üzərində eyni biçimli qüllənin uca
kərpic tikintisi ucalır.
Türbənin kərpicdən tikilmiş gövdəsinin quruluşu Yusif
Küseyir oğlu türbəsinə oxşadır. Yəni burada da türbənin bucaq-
ları çıxıntı şəklində həll edilmiş, səthlər isə dərin olmayan
taxçalarla qurulmuşdur. Dairəvi görünüş üçün nəzərdə tutulmuş
türbənin kompozisiyası səthlərin hamısının eyni cür tərtib
olunmasını müəyyənləndirmişdir. Yalnız səthlərin ümumi kom-
pozisiyasına xələl gətirməyən kiçik portalla başlayan girişin
açıldığı taxça müstəsnalıq təşkil edir. Lakin buna baxmayaraq
memar türbənin qülləvari prizmatik tutumunun həndəsi gözəl-
liyini pozmamaq məqsədilə giriş qapısının açıldığı tikilinin şərq
üzünü o biri üzlərdən fərqləndirməyə çalışmamışdır. Düzbucaqlı
giriş qapısı dayaz sivri taxça içərisində yerləşdirilmişdir.
Girişin üzərində memar Əcəmi Naxçivaninin adı olan
kitabə yerləşdirilmişdir. Memarın adının yerləşdirilməsində Yusif
Küseyr oğlu türbəsi ilə bu türbə arasında fərqli cəhətlər
mövcuddur. I türbədən fərqli olaraq, burada kitabə yan tərəfdən
mərkəzə köçürülmüş və kanonik kompozisiya forması kəsb
etmişdir. Sadə portalın üstündə onun tikilmə tarixinin ―məhərrəm
582‖ (1186)-cı ilə aid olduğu göstərilir.
Mömünə xatun türbəsinin bütün dekoru onun xarici
səthində cəmləşdirilmişdir. Xarici 10 üzdən hər biri stalaktidli tağ
128
kompozisiyası ilə tamamlanan, dərin olmayan taxçalar əmələ
gətirmişdir ki, bu da türbənin memarlıq simasına əzəmətli
plastiklik bəxş edir. Üzlərin hamısının səthi başdan-başa müxtəlif
rəsmli həndəsi ornamentli naxışlarla örtülmüşdür. Türbənin bütün
səthləri rəssamlıqla memarlığın sintezilə həll olunmuşdur. Tiki-
linin üzlərinin qovşaq tilləri Yusif Küseyir oğlu türbəsində
olduğu kimi, çıxıntı şəklində həll edilmiş, səthlər isə batıq vəziy-
yət almışdır. Onbucaqlının geniş və kifayət qədər qalın küncləri
Yusif Küseyir oğlu türbəsinin künclərinin sadə həllindən əsaslı
surətdə fərqlənir. Yusif Küseyir oğlu türbəsində künclər ayrı-ayrı
ornamental səthlər arasında yalnız hüdud rolunu oynadığı halda,
burada onlar tikintinin özəyinin qüdrətli dərinliyi haqda təəssürat
yaratmaqla daha dinamik həll olunmuşdur. Yusif Küseyir oğlu
türbəsindən fərqli Mömünə xatun türbəsində künc çıxıntıları
bəzəksiz buraxılmamışdır. Memar Yusif Küseyir oğlu türbə-
sindəki kompozisiya prinsiplərindən istifadə edərək, burada
ornament bəzəklərini və mahiyyət etibarilə dekorativ məna kəsb
edən hədsiz kitabələri dekorativ vasitələrlə əhəmiyyətli dərəcədə
zənginləşdirmişdir. Müəllif I türbədə olduğu kimi II türbədə də
ornament bəzəyi rəsmlərini vasitəçi kimi kərpiclərdən tərtib
etmişdir. Bir yenilik kimi Mömünə xatun türbəsinin ornament
bəzəyinə firuzəyi kaşı şirəli kərpicin çox sadəliklə, həm də böyük
dəqiqliklə daxil edilməsi, bişmiş kərpicdən əmələ gətirilən
mürəkkəb şəbəkə rəsmlərini oxumağa yardımçı olur, türbənin
estetik koloritini artıraraq təsir vasitəsinə çevrilir. Mömünə xatun
türbəsi səthlərinin və bucaqlarının kitabə və həndəsi ornamentdən
ibarət olan bəzəyi və gəc üzərindəki nəbati təsvirləri, gözəl bir
sənət əsərinin xəttatlıq nümunələri kimi memarın çoxsahəli
yaradıcılığının bariz nümunəsidir.
Türbənin taxçalarında cəmləşdirilmiş ornament bəzəyi bir-
birinə münasib ünsürlərdən müxtəlif ornamentlər yaratmağa nail
olmuş sənətkarın tükənməz fantaziyaya malik olduğunu əks
etdirir. On üzün hər birində müxtəlif olan ornament rəsmi hər
yerdə eyni xarakterlidir. Bir çox ornamentlərin rəsmlərinin
əsasını özündən şüalar əks etdirən və onları birbiri ilə əlaqə-
129
ləndirən çoxguşəli ulduz təkşkil edir. Üzlərdə ən çox təsadüf
olunan ornament 5,6,8 və çoxguşəli ulduzlardan, altı və səkkiz-
bucaqlı fiqurlardan ibarətdir.
Türbənin bütün səthlərinin ornamenti müxtəlifdir. Sənətkar
nəqqaşlıqda hər bir təkrara yol verməmişdir. Bu müxtəlifliklə
yanaşı, ustanın məharəti həm də bu müxtəliflikdə, bütün
ornamentləri eyni səciyyədə yaratmış və beləliklə abidənin
ümumi vəhdətini saxlaya bilmişdir.
Onüzlü gövdənin tinləri yuxarıda qovuşaraq stalaktidlə
tamamlanan taxçaları düzbucaqlı çərçivə ilə əhatələyir. Memar
Əcəmi bu çərçivələri başdan-başa incə epiqrafik naxışlı-düz-
bucaqlı hərflərin vertikal şəkildə bir-birinə sarınaraq, mürəkkəb
naxışlara çevrilmiş kufi xətli yazılar ilə örtmüşdür. Bu kitabələri
oxumuş Ə.Ələsgərzadə belə nəticəyə gəlmişdir ki, onüzlü
türbənin bütün üzləri, kənarlardan ―Yasin‖ surəsinin mətni ilə
hasiyələnmişdir. İki dəfə təkrar olunmaqla bu surə, bir dəfə I
üzdən V-yə, o biri dəfə VI-dan X üzəcən davam edir. Hər üzdə
yazı aşağıdan yuxarıya doğru, oradan sola və sonra aşağıya
istiqamətlənmişdir. ―Yasin‖ surəsi ilə haşiyələnmiş üzləri yuxa-
rıda daha bir yazı qurşağı birləşdirir ki, bu kitabədə abidənin kim
tərəfindən və nə məqsədlə tikilməsi barədə məlumat verilir. Bu
kitabə yazılarının iri ölçülərinə, (qurşağın hündürlüyü 98 sm)
rənginə görə digər kitabələrdən seçilir. Yazıların vertikal göy kaşı
ilə saya fonda düzülüşünün məqsədi, məhz memarın bu kitabəni
uzaqdan diqqətə çatdırmaq cəhdindən irəli gəlir. Naxış kom-
pozisiyasını xatırladan baş kitabənin yuxarısı memar tərəfindən
üç sıra stalaktid qurşağı ilə əhatə olunmuşdur. Əgər memar, Yusif
Küseyir oğlu türbəsində yazı kəmərindən piramidal örtüyə
birbaşa keçirdisə, burada kitabənin stalaktidlərə keçidi həm
taxçaların çatma tağlarındakı stalaktid sonluqlarını tamamlayaraq
onlarla harmoniya yaradır, həm də səkkizüzlü piramidal gümbəzə
keçiddə ona bir yüngüllük gətirir. Türbənin örtüyü ikiqatlı
günbəzlə təmin olunmuşdur. İnteryerdə sferokonik, eksteryerdə
isə piramidal gümbəz abidənin memarlıq kompozisiyasını ta-
mamlayır.
130
Memar Əcəmi inşa etdiyi türbə memarlığında yalnız
Möminə xatun türbəsində karniz qurçağı olaraq stalaktid kəmər-
dən istifadə etmişdir ki, bu da memarın tikilinin bədii-estetik
dəyərini nəzərə çatdırması cəhtindən irəli gəlir.
Mömünə xatun türbəsinin interyeri eksteryeri ilə müqa-
yisədə çox sadə həll olunmuşdur. Memar burada 20 m hün-
dürlükdə yerləşən kitabə qurşağı və günbəzin səthində yerləşən
dörd ədəd böyük ölçülü medalyon ilə kifayətlənmişdir. Əsasını
kufi kitabələr təşkil edən mürəkkəb ornament kompozisiyalı
medalyonlar günbəzin tavanına gəc məhlulu üzərində oyulmuş-
dur. Bu medalyonlar sonralar Sultaniyyədəki Olcaytu Xudabəndə
türbəsinin medalyonları üçün örnək olmuşdur.
Daxili günbəzin səthində diametrləri təxminən 1,5 m olan
dörd medalyon qalmışdır. Onlar günbəzin şimal, cənub, şərq və
qərb tərəflərindədir. Günbəzin zirvəsindəki qalıqlara əsasən
burada daha bir beşinci medalyonun da olduğu ehtimalını irəli
sürmək olar. Medalyonların tədqiqi ilə bir sıra epiqrafçı və
memarların (Ə.Ələsgərzadə, Y.Yakobstal, M.Hartman, Ə.
Salamzadə, K.Məmmədzadə) məşğul olmasına baxmayaraq,
onların şərhi mümkün olmamışdır. Lakin 1981-ci ildə memar
Ə.Salamzadə və K.Məmmədovun medalyonların yeni foto-
şəkillərini çəkməklə, 128 ildən sonra Mömünə xatun türbəsinin
medalyonlarının təsiri altında yaranmış Sultaniyyədəki Olcaytu
türbəsinin dərc olunmuş medalyonlarının açılması ilə, onlar
tərəfindən Mömünə xatun türbəsinin medalyonlarının dördünün
də məzmunu aydınlaşdırılmışdır: I medalyon səkkiz dəfə eyni
sözün ―Allah‖ (Məhəmməd) təkrarından quraşdırılmışdır.
Memarın burada nail olduğu dekorativ effekt, plastik nəba-
tət ornamentinin bağışladığı tam təəssürat sənətkarlıq məharətinə
görə misilsizdir.
II medalyon fərqli olaraq müxtəlif sözlərin kombinasiya-
sından qurulmuşdur. Burada kompozisiyanın mərkəzini beşguşəli
ulduz yaradır. Ulduzun kənarları ardıcıl olaraq ―Allah‖ sözünü‖
təkrar edir. Ulduz ətrafında beşbucaqlı çərçivənin hər tərəfində 6
dəfə ―Ömər‖ sözü təkrar olunur.
131
III medalyon çərçivələri nəbatət xarakterini saxlayır.
Medalyonun ortası mərkəzləşdirilmiş xonça ilə birləşib səkkiz-
bucaqlı əmələ gətirən kufi kitabələrin düz xətləri ilə kəsişən
həndəsiləşdirilmiş xonçadır. Kufi kitabələr 8 ilk xəlifələrin
adından ibarətdir.
IV medalyon kompozisiya baxımından I medalyona
yaxındır, altıguşəli ulduzun 5 kənarında ―Allah‖ sözü ilə
təkrarlandığı fikrini tədqiqatçılar irəli sürür.
Dairəvi xonça-medalyonlar Əcəmi yaradıclığının nəqqaşlıq
əsərlərindəndir ki, bu da orta əsrlərin nadir incilərindən olmaqla
gələcək memarlıq irsinə öz təsirini göstərmişdir. Müxtəlif nəbati
naxışların kufi yazılarla kombinasiyası, quran ayələrinin, islam
kəlamlarının böyük sənətkarlıqla işlənməsi böyük memarın dini
əqidəsinin məhsuludur. Əcəmi günəş və planetlərin rəmzi olan bu
dairəvi xonçaları interyerin ən uca yerinə - günbəz daxilinə
qaldırmış, yarıqaranlıq türbə interyerini yuxarıdan ―İşıqlandır-
mışdır‖.
İnteryerin divar səthləri boyunca günbəzdəki bacaya qalxan
dolama pilləkənin izləri qalmışdır. Hətta silindrik divarlarda
suvaq altından abı rıngli yazı zolağının çıxıntıları divar səthində
nə vaxtsa müəyyən bəzək işlərinin olduğundan xəbər verir.
Mömünə xatun türbəsi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin
yüksək sənət əsəri olmaqla, Azərbaycanın orta əsr memarlığının
şah əsəridir. Həcm-məkan kompozisiyası, xatirəsinə ayrı-ayrı
həssələrinin zərifliyi ilə məhz onun qadın mənsubluğunun sübutu
memar təfəkkürünün incə zövqünün, böyük sənətini məhsuludur.
Nəbati və həndəsi-ornametal naxışların gəclə işlənmiş zərif
cizgiləri memarın böyük ornament sənətindən törəyən bəzək-
ləridir. Mömünə xatun türbəsinin kompozisiya xüsusiyyətləri,
dekorativ bəzək ünsürləri və prinsipləri Azərbaycan türbələrinin
böyük bir qisminin gələcək inkişafına öz təsirini göstərmişdir.
Tədqiqatçıların bu nadir əsər haqqında söylədikləri memarın
yaradıcılığına olan dəyəri bir daha sübut edir. Məşhur sovet
sənətşünası, SSRİ Bədaye Akademiyasının akademiki, professor
M.B.Alpatov üç cildlik ―Ümumidünya incəsənət tarixi‖ əsərində
132
Mömünə xatun türbəsinin sənətşünaslıq təhlilini verdikdən sonra
yekun olaraq yazır: ―Belə yüksək memarlıq forması duyğusuna,
kompozisiyasının belə klassik kamilliyinə və mükəmməl
işlənməsinə o zamanlar Orta Avropada təsadüf etmək mümkün
deyil. Naxçıvan türbəsindən klassik Şərq ədəbiyyatının ən yaxşı
əsərləri Firdovsinin ―Şahnamə‖ (X-XI əsr) və yaxud Nizaminin
(XII əsr) ―Leyli və Məcnun‖ poemasında olduğu kimi
insanpərvərlik nəfəsi gəlir‖.
Ədəbiyyat.
1. Əliyeva Rahibə. Memar Əcəmi Əbubəkr oğlu
Naxçivani. Bakı,2013.
2.Qiyasi C. Nizami dövrü memarlıq abidələri. Bakı,
1991.
3.Vəlixanlı N. M. IX-XII əsr coğrafiyaşünas və
səyyahları Azərbaycan haqqında. Bakı, 1974.
4.Salamzadə Ə. V, Məmmədzadə K.M. Azərbaycan
memarlığının Naxçıvan məktəbi abidələri. Bakı, 1985.
5.Salamzadə Ə.V, Məmmədzadə K. M. Arazboyu
abidələr. Bakı, 1979.
6.Salamzadə Ə.V. Əcəmi Naxçıvani. Bakı, 1976.
133
QARABAĞLAR TARĠX-
MEMARLIQ
KOMPLEKSĠ
Naxçıvan Muxtar Respub-
likasının Kəngərli rayonunu
Qarabağlar kəndindəki me
marlıq kompleksi də belə
daşlaşan türbələrimizdən-
dir. Düzdür, bu abidə kom-
pleks tariximizin Daş döv-
rünə aid deyil, orta əsr-
lərin yadigarıdır.
Qarabağlar türbəsi
Qarabağlar abidələri bir
kompleks şəklində olub,
buraya- türbə,qoşa minarə
və bu iki abidənin arasında
yerləşən dini binanın qalıq-
ları daxildir.Bu kompleksə
daxil olan qoşa minarələrin
XII əsrin axırlarında və ya
XIII əsrin əvvəllərində tikil-
məsi güman edilir.Bu iki
minarəni bir-birinə bağlayan
portal quruluşu isə XIV əsrə
aiddir.Zəngəzur sıra dağları-
nın ətəyində, Qarabağlar
kəndi yaxınlığında yerləşən
ansamblın salamat qalmış tikililəri - baştağla birləşmiş minarələr
və türbə üslub və tikinti texnikası xüsusiyyətlərinə görə XII əsrə
aid edilir.Kompleksin ən maraqlı tikilisi türbədir.Türbə aşağı
sərdabə və yuxarı yerüstü hissəyə bölünür.Sərdabənin planı Bərdə
türbəsi ilə eynidir. Bərdə türbəsində olduğu kimi burada da
gövdənin yuxarı hissəsində nəsx xətti ilə işlənmiş kitabə qurşağı
yerləşir. Kitabə qurşağının yerləşmə xüsusiyyəti elədir ki, o bir
Kateqoriya: Xatirə tikililəri
Abidə növü: Türbə
Mənsubiyyəti: Tarix-Memarlıq
kompleksi
Kompleks: Mədrəsə-türbə
kompleksi
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan:
Şərur rayonu,
Qarabağlar
kəndi
Ġnventar
nömrəsi: 17.
Tarix XII-XIV əsrlər
134
növ 12 silindri bağlayan qurğu kimi gözə çarpır. Qarabağlar
türbəsinin bu kitabəsi ağ hərflərlə yazılmış, yerliyi isə göy
kaşıdan tərtib edilmişdir. Ümumiyyətlə, belə yazı qurşaqlarının
kontrast rənglərlə: ağ-qara, ağ-göylə işlənməsi bu kitabələrin
uzaqdan da rahat oxunmasını təmin edir.
135
Qarabağlar türbəsinin yerüstü hissəsi öz kompozisiya
quruluşu etibarilə çox maraqlıdır.Daş kürsülük üzərində türbənin
gövdəsi 12 yarımsilindrin bir dəstə halında birləşməsindən əmələ
gəlir.Türbənin gövdəsinin belə bir kompozisiya şəklində həll
edilməsi onu başqa Azərbaycan türbələrindən fərqləndirir.
136
Qarabağlar türbəsinin
fasad bəzəyi təkrarlanan
"Allah" sözlərindən yığılmışdır.
Ansamblda dairəvi planlı türbə
hakim mövqe tutur. Onun
korpusu iri daş plitələrlə
üzlənmiş kürsünün üstündə
ucalır. Planın abrisi on iki qapa-
dılmış yarımsilindrlərlə mürək-
kəbləşdirilmişdir. Korpusun sət-
hi birrəngli xalça naxışlı üzlüklə
örtülmüşdür. Nesxlə işlənilmiş
kitabənin ağ-süd rəngli şiri və bitki ornamentinin firuzəyi rəngi
frizin dərin tünd göy rəngli sahəsində aydın nəzərə çarpır.
Ansamblın saxlanmış digər tikilisi, baştağ vasitəsilə
birləşdirilmiş, iki minarədir.Onların təməlləri uzadılmış düzbu-
caqlı prizmaları xatırladır.Təməllərin fasadları naxışlı bölgü ilə
işlənilmişdir.Səkkizvəchli alçaq həcm, minarələrin silindrik
gövdələrinə keçidi təmin edir. Minarələr arasında görünən hörgü
qalıqlarına əsasən demək olar ki, indiki baştağın yerində əvvəllər
daha böyük baştağ yerləşmişdir.
Portalın üzərində ― ... cahan Qudi xatun‖ adı oxunur. Qudi
xatun ola bilsin ki,Abaqa xanın (1265-1282) arvadı olmuşdur.
Ona görə belə mülahizə yürütmək olar ki, hələ XII-XIII əsrlərdə
tikilmiş yeni binalar kompleksinin daxilində Qudi xatunun
şərəfinə bu xatirə abidəsini yaratmağı qarşısına məqsəd qoymuş
memar, o zaman bu portalı tikmişdir. Belə olduqda Qarabağlar
türbəsinin Qudi xatunun xatirəsinə həsr edilməsi imkan
daxilindədir. Cənub və Qərb baştağlarda üslublaşdırılmış bitki,
şərqdəkində isə həndəsi ornamentlər üstünlük təşkil edir. Sütun
gövdələri və onların kubvari kapitelləri yığma mozaikaya ilə
bəzədilmişdir. Şimal baştağ divarın qalınlığa daxil edilmiş
batıqlıq ilə seçilir. Divarlar iki sıra təmiz yonulmuş daş plitələrlə
örtülmüşdür. Kamera kürsülüyü ensiz yarıqlarından işıqlanır.
137
Sərdabənin girişi şimal baştağın oxları üzərində
qurulmuşdur. Üst kamera uzadılmış proporsiyaya malik düzgün
onikivəchli həcmi xatırladır. Divarlarda dərin yerləşdirilmiş
düzbucaq şəkilli taxçalar bir qədər ensiz oxvari taxçaları dövrəyə
almışdır. Onların təməlləri uzadılmış düzbucaqlı prizmaları
xatırladır. Təməllərin fasadları naxışlı bölgü ilə işlənilmişdir.
Səkkizvəchli alçaq həcm, minarələrin silindrik gövdələrinə keçidi
təmin edir. Hörgünün şaquli çalaqlarına firuzəyi rənglə şirlənmiş
ensiz kərpiclər yerləşdirilmişdir. Minarələr arasında görünən
hörgü qalıqlarına əsasən demək olar ki, indiki baştağın yerində
əvvəllər daha böyük baştağ olmuşdur. Baştağın səliqəsiz çay
daşından olan hörgüsü minarələrin kərpic hörgüsü ilə əlaqə-
ləndirilməmişdir. Onun fasad və yan divarlarında nesxlə işlənil-
miş kitabənin qalıqları saxlanılmışdır. Orada binanın tikilməsi
barədə sərəncam və ad «… cahan Qudi xatun» həkk olunmuşdur.
Türbəninin bədii görünüşünü müəyyən edən «büzmə-
lənmiş» səthini də qeyd etmək lazım gəlir. Düz, yaxud əyrişəkilli
plana malik olan bu tikili fasadının zənginləşdirilməsi üsulu həm
dövrün, həm də ərazinin ən geniş yayılmış üsullarından biri idi.
Bu üsuldan adı çəkilən türbənin tikintisində istifadəsi Azər-
baycanın Yaxın və Orta Şərqin digər vilayətləri ilə çox sıx əla-
qələrini göstərir. Təbrizli Bədrəddin 1273-1274-cü illərdə
Konyada Cəlaləddin Rumi türbəsini tikdirmişdir. Digər bir
Təbrizli memar Əhmədşah Bağdadda 1356-1357-ci illərdə tik-
diyi Mərcaniyə məscidinin günbəzinin boynunun (baraban)
işlənilməsində bu üsuldan müvəffəqiyyətlə istifadə etmişdir. Bu
üsula sonralar 1535-1536-cı illərdə Ərdəbildə inşa olunan Osman
Xan Sultan sarayının günbəzaltı boyunda rast gəlinir.
Ədəbiyyat.
1.Qiyasi C. Nizami dövrü memarlıq abidələri. Bakı, 1991.
2.Salamzadə Ə. V, Məmmədzadə K.M. Azərbaycan
memarlığının Naxçıvan məktəbi abidələri. Bakı, 1985.
138
GÜLÜSTAN TÜRBƏSĠ
Orta əsrlərə aid Azər-
baycan memarlıq abidəsi
olan Gülüstan türbəsi Culfa
rayonunun Gülüstan kəndi
yaxınlığındadır. Mömünə
Xatun türbəsinin təsiri ilə
XIII əsrin əvvəllərində tikil-
miş Gülüstan türbəsi Azər-
baycanın maraqlı qülləvarı
türbələri qrupuna daxildir.
Azərbaycanın digər türbələ-
rindən fərqli olaraq, Gülüs-
tan türbəsinin sərdabəsi yer-
üstü hissədə yerləşir. Mər-
kəzi Azərbaycanın, o sıra-
dan Naxçıvan bölgəsinin orta
çağ memarlığından danışan
araşdırmaçıların çoxu əsas
tikinti materialının yalnız
kərpic olduğunu iddia edir və
yüksək daş memarlığı nümu-
nələrinin az olduğunu qeyd
edirlər. Bununla belə Gülüs-
tan türbəsinin nümunəsində
qeyd etmək olar ki, orta əsr
Azərbaycan memarlarının
zəngin daş memarlığı təcrü-
bəsi olmuşdur. Atabəylərin
Naxçıvandakı iç qalası daş-
dan inşa edilmişdi. Başqa
Naxçıvan qalaları, çaylar üstündən atılan körpülər, eləcə də
qədim başdaşları azərbaycanlı sənətkarların həm monumental
abidələrin tikintisində, həm də bədii plastika örnəkləri yarat-
maqda daşdan necə bacarıqla istifadə etdiklərini nümayiş etdirir.
Kateqoriya: Xatirə tikilisi
Abidə növü: Türbə
Mənsubiyyəti: Memarlıq
abidəsi
Kompleks:
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Culfa rayonu,
Cuğa kəndi
Ġnventar
nömrəsi: 18.
Tarix XIII əsr
139
Culfa yaxınlığında yerləşən Gülüstan türbəsi isə Azərbaycan
memarlarının daş sənəti incisidir.
Üstündə kitabəsi qalmadığından türbənin tikilmə tarixi,
sifarişçisi, kimin şərəfinə tikilməsi və memarı məlum deyil.
Mütəxəssislər türbəni üslub xüsusiyyətlərinə görə XIII əsrin
başlanğıcına aid edirlər.
Gülüstan türbəsi sərdabə qatı yer üstünə qaldırılan və ona
görə bayır tutumu ikiqatlı quruluş alan qülləvari türbə tipinə
aiddir. Bu tipin formalaşmasında, türbənin ikiqatlı quruluş
gələnəyini saxlamaq şərtilə, memarın yerüstü tutuma daha
mürəkkəb və plastik biçim vermək istəyi, eləcə də abidənin
nisbətən kiçik ölçülü olması müəyyən rol oynamışdır. Türbənin
qülləvari tutumu ilə onu üzərində saxlayan kürsülüyün kom-
pozisiya əhəmiyyətini artırmaq üçün aparılan axtarışların da
ayrıca qat şəklində inkişaf etmiş kürsülük yaranmasına təsiri az
olmamışdır. Gülüstan türbəsi tipli abidələrin biçimcə silin-
drik və prizmatik gövdəli minarələrin alt hissələrinə bənzərliyi də
qeyd edilməlidir. Belə bənzərliyin kökünü mütəxəssislər Gülüs-
tan türbəsinin kompozisiyasının kvadrat özüldən çoxüzlüyə
keçməsi ilə əsaslandırırlar. Kvadratın (6,60x6,60) hər küncündən
qalxan iki müstəvi kürsülüyü maili kəsərək yuxarıda on iki
140
bucaqlıya çevrilir. Onun üstündə isə on iki üzlü üst kamera –
qüllə ucalır. Kürsülük və qüllənin qovuşma yeri inkişaf etmiş
stalaktit qurşağı ilə bağlanmışdır. Stalaktit qurşağının biçim
zənginliyi və gözəlliyi, üstündəki tutumun aparıcı mövqeyini və
kompozisiya dəyərini əks etdirir.
Türbənin bayır quruluşu içəridə də əks olunmuşdur.
Kürsülüklə qülləni içəridə yastı günbəz bir-birindən ayırırmış.
Bayırdan fərqli olaraq içəridə alt qat (sərdabə) və üst qat (qüllə)
planda eynidir – hər ikisi dairəvi biçimlidir. Gülüstan türbəsinin
də interyeri, bir çox Azərbaycan türbələrində olduğu kimi
sadədir. Sərdabə iri daş bloklarla üzlənmiş, qüllənin iç səthi ağ
suvaqla örtülmüşdür.
Bütünlüklə qırmızı tufdan ucaldılan türbənin yalnız
qatlararsı iç günbəzi kərpicdən yığılmışdır. Onun iri üzlük
lövhələrdən böyük ustalıqla hörülmüş kürsülüyü bütöv kütlə kimi
baxılır. Bu ağır, gözəl biçimli oturacağı prizmatik qüllə təbii
şəkildə davam etdirir. Qüllənin üzləri isə incə profilli qabarıq
tinlərin yuxarıda haçalanması yolu ilə tağçalara çevrilmişdir. Bu
çevrilmədə də aydın duyulan təbiilik var.
Gülüstan türbəsi kvadrat əsasdan çevrəyə, kubik tutumdan
konik biçimə keçməyin bədii-texniki həlli baxımından parlaq
örnəyidir. Memarlıq kütlələrinin yuxarıya doğru inkişafında
təbiilik və üzvilik bu abidədə elə yüksək səviyyədədir ki,
araşdırmaçılar bu abidəni orta əsrlər Azərbaycan memarlığının ən
dəyərli xatirə abidələri sırsına daxil edirlər. İslam memar-
lığı tarixindən bəllidir ki, bu tip türbələrin başlıca yayım yeri
Anadoludur və Gülüstan türbəsi Azərbaycan və Anadolu səlcuq
türbələrinin "soy birliyinin" başlıca göstəricisidir. Bununla belə
nisbət, biçim və naxış incəliyinə, üslub yetkinliyinə görə
Gülüstan türbəsi bu daş türbələrin hamısından seçilir.
Gülüstan türbəsi möhkəm postament üzərində qurulmuş
onikitilli qüllədən ibarətdir. Quruluş etibarilə kvadrat olan
türbənin tinləri iki müstəvi ilə kəsildiyi üçün ikinci yarusda
onikitilli olur. Postament zəngin bəzədilmiş karnizlə tamamlanır
ki, onun da üzərində günbəz ucalır. Yuxarı hissənin müstəviləri
141
üzərində mürəkkəb və zərif ornament vardır. Türbənin ən üstdə
olan örtüyü bizə qədər gəlib çatmamışdır. Məqbərənin hün-
dürlüyü 9 m-dir. Türbə planının xarici konturu hər tərəfi 6, 60 m-
ə bərabər olan kvadratdır.
Əcəminin Naxçıvanda ucaltdığı iki bəlli türbə kimi
Gülüstan türbəsinin tağçalarının içi də naxışla doldurulmuşdur.
Üç tip həndəsi naxış çeşnisinin üzlərdəki üç pərli tağçalarda
ardıcıl təkrarı ancaq yaxından duyulur.
Mürəkkəbliyinə və biçim zənginliyinə görə Gülüstan
türbəsinin naxışları yalnız Mömünə Xatun Türbəsinin naxışları
ilə tutuşdurula bilər. Ancaq Gülüstan türbəsinin daşda yonulmuş
naxışları Mömünə Xatun türbəsinin kərpicdən yığılmış naxış-
larına nisbətən daha incə və zərifdir. Üst çadır örtüyü bütünlüklə
dağıldığından Gülüstan türbəsinin günbəzinin piramidal, yoxsa
konik biçimli olması ətrafında mübahisələr yaranmışdır. Mütə-
xəssislər türbənin konik günbəzlə tamamlanması fikrini əsas-
landıran araşdırmaçıların arqumentlərinin daha inandırıcı olma-
sını qeyd edirlər. Bu fikri Anadoludakı uyğun Səlcuqlu türbələri
ilə tutuşdurma da təsdiq edir. Türbə qırmızı qumdaşından tikil-
mişdir. Divarları çaydaşından hörülmüş və onlara yaxşı yonulmuş
daşdan, türbənin kürsülük hissəsinə isə səkkiz cərgə, bir-birinə
uyğunlaşdırılmış iri daşlardan üz çəkilmişdir. Hər cərgədə
əvvəlcə çarpazlaşdırılmış guşə daşları qoyulmuş və sonra onların
arası tikilmişdir.
Keçid yerində türbənin bütün perimetri üzrə karnizin
altında relyefli ornament vardır. Ornament yaxşı işlənmiş ellips
formalı meandrdan ibarətdir. Ornament zolağının üstündə
düzəldilmiş stalaktitli karniz türbənin yuxarı hissəsini kürsü-
lükdən ayırır. Divar müstəvisindən xeyli irəli çıxan karniz
məqbərəni halqa şəklində əhatə edir. Karniz hər birində üç hissə
olan bölmələrdən ibarətdir. Ən çox irəli çıxan hissəni saxlamaq
üçün iri stalaktit hücrələrin tinləri irəli çıxarılmışdır. Divar
müstəvisinə keçid, Səlcuqlular dövrünün bir çox abidələri üçün
xarakterik olan orijinal detallar – palmetlər vasitəsiylə yerinə
yetirilir.
142
Ədəbiyyat.
1. C. Qiyasi – Nizami dövrü memarlıq abidələri, Bakı, İşıq
nəşriyyatı, 1991, səh 100
2. K. M. Məmmədzadə – Azərbaycanda inşaat sənəti, Bakı,
"Elm", 1978, səh 48 – 50
143
ORDUBAD
TARĠX-MƏDƏNĠYYƏT
QORUĞU
Naxçıvan Muxtar
Respublikasının İranla sər-
həddində yerləşən Ordubad
1977-ci ildə abidələrin zən-
ginliyi baxımından və tari-
xi şəhərsalma quruluşunu
qoruyub saxladığı üçün
Tarix-Memarlıq Qoruğu
elan olunmuşdur. Qoruq
şəhər Nizami küçəsi ilə
Füzuli küçəsinin kəsişdiyi
yerdən başlayaraq şəhərin
əsas küçələrini əhatə edir.
Bu şəhərin tarixinə nəzər
salarkən görürük ki, qoruq
əsasən 5 böyük məhəllə-
dən ibarətdir:
1."Ambaras" (İbrahim
Əbilov və Babək küçələri)
2."Kürdatal" (Əkbər
Ağayev və M.Füzuli küçə-
ləri)
3."Üçtürləngə"(Üçtür
ləngə küçəsi)
4."Mingis" (Ümbül-
Leyla və indiki Mingis
küçələri)
5."Sərşəhər" (Qaffar
Babayev və Dədə Qorqud
küçələri)
Bundan başqa burada nisbətən kiçik məhəllələr də vardır:
Onlar "Qaraçanaq", "Dilbər", "Əngəç", "Qarahovuz başı",
Kateqoriya: Tarixi şəhər
Abidə növü: Qoruq
Mənsubiyyəti: Tarix-mədəniyyət
qoruğu
Kompleks: Şəhər
Əhəmiyyəti: Dünya əhəmiyyətli
Ünvan: Ordubad şəhəri
Ġnventar
nömrəsi: 19
Tarix XV-XIX əsrlər
144
"Əsgərxan", "Varsan", "Körpübaşı", "Bəylər", "Meyrəmçə",
"Peçi", "Düz", "Qoşqar", "Musa təngi".
Ordubadın küçələri radial şəkildə şəhərin mərkəzi ətrafında
dövrələnmişdir. Dəmiryol vağzalını şəhərin mərkəzi ilə birləş-
dirən əsas magistralda inzibati binalar, əsas ticarət və mədəni-iaşə
obyektləri yerləşmişdir.
Ordubadın yaşayış evlərinin memarlıq üslubu Azərbaycanın
digər zonalarmm heç birində rast gəlinmir. Burada xüsusi ciz-
giləri ilə seçilən və əhalinin adət-ənənələrini özündə əks etdirən
evlərin planı çox rəngarəng və özünəməxsusdur.
Tarixə nəzər saldıqda aydın olur ki, vaxtilə Ordubadda 100-
dən çox çeşmə, kəhriz olmuşdur. Yerli əhali şəhərin mərkəzindən
keçən "Dübəndi" çayından torpaq sahələrini suvarmaq üçün, bu
çeşmələrin suyundan isə içmək üçün istifadə edirmiş, Ümumiy-
yətlə isə tarixən Ordubadda çeşmələr həmişə müqəddəs sayıl-
mışlar. Hazırda şəhərdə 34 çeşmədən istifadə olunur. Bütün
çeşmələr bir-biri ilə yeraltı yollar vasitəsilə bənd edilmişdir.
Ordubadda çeşmələrin yer səthindən 3-10 m dərinlikdə yerləş-
dirilməsi, şəhərdə kanalizasiya qurğularının mövcudluğu, ha-
mamlar onun mədəni səviyyəsini təsdiq edən faktlardır.
Adəti üzrə hər məhəllənin meydanında məscid, məscidin
yanında isə kəhriz və çinar var. Köhnə şəhər çiy kərpicdən tikilib.
Buradakı məscidlərin heç birində minarənin olmaması da elə
bununla izah edilir. Evlər isə saman və kərpicdən inşa olunub. Ev
dayaqları möhkəm qoz ağacından olduğuna görə zəlzələyə və bu
yerlərdə tez-tez baş verən sürüşmələrə dözümlüdür. İkimərtəbəli
evlər üstünlük təşkil edir və mütləq ərzaq saxlanılması üçün
buzxana adlandırdıqları zirzəmisiylə birlikdə: pəncərəsi çölə
baxan ikimərtəbəli ev, evlə üzbəüz yay mətbəxi, saxlanc və
hamamın yerləşdiyi birmərtəbəli tikili və bu dördkünc sahənin
ortasında meyvə bağı. Ordubad memarlıq üslubunun zirvəsi
Cümə-məscid hesab olunur. Bu bina özündə 16-cı əsrdə İrəvan,
Şuşa və Şəki memarlığında geniş yayılmış ideyalarını ehtiva edir.
Ordubad qədim tarixi və arxeoloji abidələrlə zəngin olan bir
diyardır. Burada eramızdan əvvəl II və I minilliyə aid "Xaraba
145
Gilan" tapmtıları, e.ə. III əsrin "Gəmi Qaya" ansamblı, orta
əsrlərə aid "Kilit mağara"sı, XIV əsrin yadigarları "Mingis",
"Came" məscidləri, XVII əsr abidəsi "Qeysəriyyə"-Zorxana,
XVIII əsrə aid "Sərşəhər", "Təkeşiyi", "Üçtürləngə" məscidləri,
XIX əsrin "Ordubad hamamı" və s. abidələr ulu keçmişimizin
tarixi yadigarlarıdır.
Ordubad şəhərində XVII əsrin orijinal tikililərindən sayılan
səkkizbucaqlı günbəzli "Qeysəriyyə" ("Zorxana"), qədim məd-
rəsə binaları mövcuddur. Tədqiqatçıların bəzisi Qeysəriyyənin
üzərindəki 1714-cü il tarixini tikilməsinin deyil, təmirinin tarixi
hesab edirlər. Böyük səkkizbucaqlı günbəzdən və ona bitişik
səkkiz kiçik günbəzdən ibarətdir.Gözəl memarlıq üslubunda inşa
edilmiş,.ilk vaxtlar örtülü ticarət mərkəzi kimi nəzərdə
tutulmuşdur.Sonralar pəhləvanların güləşdiyi yer kimi xalq
arasında Zorxana adı ilə tanınmışdır. "Buzxana", Əsarət meydanı,
Pir Eyvaz türbəsi (XVIII) də şəhərin mədəni həyatının çox zəngin
olmasını göstərir.
Sərşəhər
meydanı
146
Ordubad şəhərinin mərkəzində 7 min nəfərlik Cümə
məscidi qədim memarlıq abidəsi kimi indi də şəhərin qonaqlarını
heyrətə salır. Onun 1275-ci ildə tikildiyi qeyd olunmuşdur.Lakin
1903-cü ildə məscid təmir edilərkən tapılmış bir kərpicin
üzərində "III tarixi-hicri Ər-Rəşid" sözləri onun yaşını 500 il
artırır. Məscidin giriş qapısına vurulmuş lövhədə 1607-ci ildə Şah
Abbasın verdiyi xüsusi fərmanın mətni yazılmışdır. Həmin
fərmanda deyilir: "Ordubadlılar əməksevər, qoçaq və işgüzar
adamlardır. Nəsiri Tusinin yüksək nəslinin burada davamı üçün
adı çəkilən qəsəbənin əhalisi bütün vergilərdən azad edilir."
Tədqiqatçıların yazdığına görə, şəhərin Cümə məscidinin qarşı-
sında bir neçə qəbir var. Tusinin nəvələrindən biri Mirzə Ünayət,
Nəsiri Tusinin qızı Şərəf xanımın qəbri də buradadır. Onun baş
daşında ərəb dilində belə yazılıb: "Hamı ölməyə məhkumdur,
ölməlidir".
Ordubadda Məlik İbrahim türbəsi, Əfqan qalası, Babək
qalası, Şah dağı, Cahartac abidələri, Gürdətal məhəllə qəbirstan-
Ambaras məscidi
147
lığında qoç heykəlli çoxlu qəbirlərin mövcudluğu, eləcə də yaşı
2000 ildən artıq hesab edilən çinarların olması onun qədim
tarixindən xəbər verən faktlar silsiləsini zənginləşdirir.
Sənətkarlıq, qaba yundan xalça, palaz, cecim, xurcun
toxumaq, ipəkçilik Ordubad sakinlərinin zəhmətsevərliyinə ən
yaxşı sübutdur. Ordubadda oyma, şəbəkə, xatəmkarlıq da inkişaf
etmişdir. Bu şəhərdə olmuş bir ərəb səyyahının yazdığına görə,
"Ordubadda düzəldilmiş və rənglənmiş ağac qablar və şəbəkə
nümunələri xarici bazarda sayılan ən yaxşı mallar idi."
Hal-hazırda Ordubad şəhərində 3 böyük qəbiristanlıqdan
ikisi "Qoç" və "Pireyvəz" qəbiristanlıqları sökülərək yerində
başqa obyektlər tikilsə də "Maliki İbrahim" qəbiristanlığı 2 ha
sahəni əhatə etməklə şəhərin yuxarı hissəsinə yaxın Qara dağın
ətəklərində yerləşmişdir. Burada bir məscid binası və cənuba
doğru uzanan böyük bir qəbiristanlıq vardır.
Ədəbiyyat
1.Р. Д. Салаева ; АН АзССР, Ин-т архитектуры и
искусства.Баку Элм 1989
148
“YUXARI BAġ” TARĠX-
MEMARLIQ QORUĞU
VƏ ġƏKĠ XAN SARAYI
Şəki şəhərinin tarixi-
liyini, tarix-memarlıq abi-
dələrinin zənginliyini və
dünya mədəni irsində xü-
susi yerini nəzərə alaraq
Respublika Nazirlər Soveti
24 noyabr 1967-cı il tarixli
qərarı ilə Şəkinin ―Yuxarı-
baş‖ hissəsini Tarix –me-
marlıq Qoruğu elan etmiş-
dir. Memarlıq qoruğu və
Şəki Xan sarayı dünya əhə-
miyyətli daşınmaz tarix və
mədəniyyət abidələri siya-
hısına daxil edilmişdir. Ulu
babalarımızın bizə yadigar
qoyduqları Xan sarayı. Şəki
xanlarının evi, dairəvi mə-
bəd, qala divarları qoruğun
memarlıq incilərindəndir.
Möminlərin ibadət yeri
olan Cümə məscidi. Ömər
Əfəndi məscidi, Xan məs-
cidindən başqa məhəllə
məscidləri də qoruq ərazi-
sindədir. Burada yerləşən 1
və 3 saylı ipək əyirici və
burucu fabrikləri də əha-
linin ta qədimdən ipəkçilik-
də texniki üsullardan istifadə etmələrindən xəbər verir. Orta
əsrlərdə tikilmiş beş karvansaraydan ikisi indiyə qədər qorunub
saxlanılır. Mehmanxana kimi istifadə edilən Yuxarı Karvansara
Kateqoriya: Tarixi şəhər
Abidə növü: Qoruq
Mənsubiyyəti Tarix-Memarlıq
qoruğu
Kompleks: Şəhər
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Şəki şəhəri
İnventar
nömrəsi: 20.
Tarix XVIII-XIX əsrlər
149
indi də səyahətçilərin zövqünü oxşayan yerlərdən biridir.
―Yuxarıbaş‖ı iki hissəyə bölən Qurcana çayı üzərində xüsusi
memarlıq üslubu ilə tikilmiş tağlı körpülər bu ərazini birləşdirir.
Orta əsrlər memarlığının yadigarı olan Ağvanlar, Dərə və Yeraltı
hamamlar bu ərazidə yerləşir.
Yuxarı BaĢ şəhərin yuxarı hissəsində, dağın yamacındakı
geniş ərazidə yerləşmiş şəhərin ən böyük məhəlləsidir. Görünür,
―Yuxarı Baş‖ sözünün yaranma etimologiyası da, bu məhəllənin
şəhərin ən yüksək hissəsində, yuxarıda yerləşməsi ilə bağlıdır.
Tarixi məlumatlara görə 1772-ci ildə Kiş çayının daşması
nəticəsində Şəki şəhərinin sel-su altında qalması, dağılması ilə
əlaqədar əhali ucqar dağ yamacında Yuxarı başda yerləşən Nuxa
kəndinə qaçdılar və burada məskunlaşdılar. Bu tarixi məlumata
əsaslanaraq Nuxa kəndinin indiki ―Yuxarı Baş‖da yerləşdiyi
barədə fərziyyə yürütmək olar. Hər halda bu fərziyyə öz gələcək
araşdırmalarını gözləyir. Yuxarı Baş məhəlləsində, 426 birinci
rayonda Ağamalı küçəsində xalqın müqəddəs məqbərə kimi
ziyarət etdiyi böyük alim Mustafa Əfəndinin türbəsi yerləşir
Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Orta
əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki və s. kimi
adlandırılmışdır. 18-ci əsrin ortalarında Şəki şəhərinin yaxın-
lığındakı Nuxa şəhəri Şəki xanlığının mərkəzi olduqdan sonra
köhnə Şəki şəhəri tarix səhnəsindən silinib getdi.Qədim müəl-
liflərdən Ptolomey, Alban şəhərləri içərisində "Niqa" adlı yaşayış
məntəqəsinin olduğunu qeyd edib.Abbasqulu Bakıxanovun
yazdığına görə Nuxa şəhəri yerinin vəziyyətinə görə həmin
Naxiya və Naciya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhər-
lərindən sayilirdi. A. Y. Krimski Niqanın sonrakı Nuxa olması
mülahizəsinə şərik çıxır. Lakin XIX əsrin başlanğıcında həmin
mülahizənin əlehidarları da var idi. Akademik V. Dorn belə hesab
edirdi ki, Niqa İberiya ilə Alazan arasında olan sahədə yerləşirdi
və onu Nuxa ilə eyniləşdirmək olmaz. "Nuxa" sözünün antik
dövürdən bəlli olan Niqa məskəni ilə bağlılığı hələ mübahisəli bir
məsələdir. Mülahizələr var ki, "Şəki" adı eramızdan əvvəl VII
əsrdə Qara dənizin şimal sahillərində Dərbənd keçidi vasitəsilə
150
Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya hərəkət edən
saktayfalarının adı ilə bağlıdır. Onlar Cənubi Qafqazda ən yaxşı
torpaqları tutaraq bu yerlərə Sakasena adını verdilər. Sakların
məskunlaşdığı ərazilərdən biri də Şəki idi.Mənbələrin verdiyi
məlumata görə, vaxtilə indiki Şəki şəhərindən 10-15 km cənubda
olmuş köhnə Şəki şəhərini Sasani hökmdarı I Qubad (488—531)
tikdirmişdir. Sonradan Şəki Qafqaz Albaniyasının ən iri şəhər-
lərindən birinə çevrildi. Şərq kilsələrinin anası hesab olunan
qədim Kiş Alban məbədi də məhz Şəki şəhəri yaxınlığında yer-
ləşmişdi. Ərəb istilası ərəfəsində Qafqaz Albaniyasının 11
inzibati vilayətindən biri Şəki əyaləti idi. Ərəb işğalları nəti-
cəsində Şəki əyaləti III əmirliyin tərkibinə daxil edildi. Xilafətin
zəiflədiyi bir dövrdə Şəkidə müstəqil knyazlıq yarandı. XIV
əsrin I yarısında Hülakilər dövləti iflasa uğradıqdan sonra
Şirvanşahlar dövləti ilə yanaşı Şəki də müstəqillik qazandı
və Orlat sülaləsi hakimiyyətə gəldi. 1551-ci ildə şah Təhmasib
Şəkinin müstəqilliyinə son qoydu.Şəki Səfəvilər dövlətinə
birləşdirildi.Böyük fateh Nadir şah Əfşar (22.10.1688 -
20.6.1747) öldürüldükdən sonra Azərbaycanda Şəki, Şirvan
(Şamaxı), Bakı, Quba, Dərbənd (bu ikisi sonralar birləşdirildi),
Gəncə, Qarabağ, İrəvan, Naxçıvan, Talış, Təbriz, Xoy, Sərab,
Qaradağ, Ərdəbil, Marağa, Urmiya, Makı xanlıqları yarandı.Şəki
xanlığı 1747-ci ildə yaranmış Azərbaycan xanlıqları içərisində ən
güclü feodal dövləti idi. 1805-ci il Kürəkçay müqaviləsinə əsasən
Şəki xanlığı Rusiyadan vassal asılılığına düşdü. 1813-cü il
Gülüstan sülh müqaviləsi ilə İran - başqa sözlə Qacariyyə dövləti,
Şəki xanlığı ərazisinin Rusiya imperiyasına birləşdirilməsini
rəsmən tanıdı. 1819-cu ildə Şəkidə xan üsul-idarəsi ləğv olundu.
Xanlığın əvəzinə Şəki əyaləti yaradıldı. 1840-cı ildə Kaspi vila-
yətinin tərkibində Şəki qəzası yaradıldı. Qəza 1846-cı il-
dən Şamaxı quberniyasının tərkibinə daxil oldu və Nuxa
qəzası adlandırıldı.
Tarixi bu qədər zəngin olan Şəki və nəhayət Şəki şəhəri
özünün şəhərsalma və memarlıq abidələri ilə də zəngindir.Belə
ki, şəhərin qədim hissələrindən biri olan "Yuxarı Baş" Dövlət
151
Tarix Memarlıq qoruğu şəhərin ümumi ərazisinin üçdə birini
təşkil ediyindən ,Şəkinin ―Qoruq ərazi‖ adlanan qədim mərkəzi
hissəsinin -Yuxarı BaĢ, Gilənli, BazarbaĢı-Qullar, Gəncəli,
Otaq eĢiyi kimi məhəllələridə bu ərazinin daxilində qalmaqdadır.
Ümumiyyətlə Şəkidə məhəllələr antroponimlər, geotoponimlər,
nəsil, tayfa və soy adları ilə bağlıdır.
Ağvanlar.Şəkidə Qoçu Abbasın hamamından başlayaraq
―Gödək minarə‖ məscidinin ətraf məhəllələri də daxil olmaqla
böyük bir ərazini əhatə edir. Bu ərazidə ―Ağvanlar‖ın ərazisində
tarixi memarlıq abidəsi – ―Gödək minarə‖ məscidi vardır.
Sarıtorpaq. Bu məhəllə Nakam küçəsi ilə Nurəddin
küçəsinin kəsişdiyi yerdədir, Dəmirqayalar, Dartqopsunlar,
Zorbalar nəsli bu ərazidə məskunlaşmışdır.
Dolmabağçalar. Şəhərin ortasından axan Dəyirmançayının
sahilində, keçmiş dəri anbarının, indiki şəhər İcra Hakimiyyətinin
inzibati binasının yuxarı tərəfdən 400-500 metrliyində
məskunlaşmış böyük nəsildir.
Matorun aralığı. Nakam kürəsinin başlanğıcından
Sarıtorpağadək ―Mator məhləsi‖, ―Matorun aralığı‖ adlanır.
Otaq eĢiyi. Şəhərin qədim məhəlləsi hesab edilir. Bu
məhəllə Şəki xanlarından Şəkixanovların evinin (hazırda tarix-
memarlıq abidəsi kimi qorunur) yanındadır. Otaq eşiyi geniş
meydançanı əhatə edir və burada beş küçə qovuşur.
Dolçalar. Şəhərin yuxarı hissəsində 3 №-li baramaaçan və
ipəkburan fabrikin yaxınlığında, otaq eşiyi məhəlləsi ilə yaxın
məsafədə yerləşir.
Arx üstü şəhərin dağ ətəyi məhəlləsidir. ―Hacının tiki‖
məhəlləsinin yaxınlığından başlamış 7-ci zavodun yanınadək
ərazini tutur. ―Arx üstü‖ sözünün etimologiyası bu adı daşıyan
məhəllənin ərazisindən keçən böyük su arxı ilə bağlıdır. Bu arx
vasitəsilə vaxtilə şəhərin ərazisinin xeyli hissəsinə suvarma üçün
su verilərdi.
Çökək məhlə ipək kombinatına yaxın ərazidə, kombinatla
onun 1 №-li filialının yolun başlanğıcının sağ tərəfindədir,
152
relyefinə görə çökəkdə yerləşdiyinə görə ―Çökək məhlə‖ adı
verilmişdir.
Gəncəli məhəlləsi. Gəncəli məhəlləsi sözünün etimo-
logiyası vaxtilə Gəncədən gəlmiş insanların burada kompakt
məskunlaşması barədə fərziyyə yürütməyə əsas verir. Şəhərin
yuxarı hissəsində, Yuxarı Karvansaranın qarşı tərəfindəki
yüksəklikdə yerləşmişdir. Məhəllənin mərkəzi meydanı (burada
xalq oyunları, Novruz bayramları, atəşfəşanlığ və s.) böyük bir
ərazini əhatə edir, buraya beş küçədən çıxış vardır. Gəncəli
məhəlləsinə Güldəstə də deyilir. Məhəllənin ərazisində orta
məktəb, milli memerlıq üslubunda tikilmiş binalar, müqəddəs
sayılan Güldəstə piri yerləşir.
Mənkərli və Sabunçu məhəlləsi şəhərin 10-cu rayonu, Əli
Bayramov küçəsini əhatə edir.
Külehli (Güləhli) məhəlləsi. Bu məhəllə ―Güleyli‖,
―Gülehli‖ Güləhli də adlanır. Əvvəllər 7-ci rayon Qoqol küçəsi
bu məhəlləni əhatə edirdi. Məhəllənin ərazisində milli memarlıq
üslubunda tikilmiş binalar (bu binalardan xeyli müddət ittifaq
əhəmiyyətli istirahət evi kimi istifadə olunmuş, hazırda uşaq
xəstəxanasıdır), Külehli (Güləhli) məscidi yerləşir.
Qullar məhəlləsi. Bu məhəllə əvvəllər ―Dağdağanlar‖
məhəlləsi adlanmışdr. 5-ci rayon Qızıl əsgər və Vidadi küçələrini
əhatə edir.
.Dartqopsunlar. Bu nəslə Hacı Əhmədlər də deyilir.
Şəhərin ―Sarıtorpaq‖ məhəlləsində ―Dəmirqayalar‖ nəsli ilə
qonşuluqda məskunlaşmışlar.
ġəki xan sarayı - Şəki şəhərindəki tarixi sənət əsəri, dünya
abidələri siyahısına daxil edilmişdir. Qala divarları ilə əhatə
olunan bu tikili ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən,
iki güzgülü eyvandan ibarətdir. Daha əvvəllər "Divanxana"
adlanmışdır. Şəki xanlığının 1819-cu ildə ləğv edilməsindən
burada şəhər məhkəməsi yerləşdi. Hal-hazırda muzey kimi
fəaliyyət göstərir. Müasir dövrdə "Şəki xan sarayı" adı ilə tanınan
bu bina - "Məhəmmədhəsən xan divanxanası" Məhəmmədhəsən
xan tərəfindən tikdirilmişdir. Binanın tikintisinə 1789-1790-cı
153
ildə başlanılıb. Çox vaxt onun tikilmə tarixi səhvən "Şəkixanov-
ların evi"nin ("Müştaq imarəti" - "Qurğuşunlu otaq"ın) tikilmə
tarixi ilə qarışdırılır. Binanın inşasına o vaxt 32 min çervon,
yaxud, 32 min İran tüməni məbləğində pul xərclənmişdir[2]
.
Memar şirazlı Zeynalabdindir. Qala biyar yolu ilə tikilmişdir.
Qaladakı indiki kilsə 1828-ci ilə qədər xanın ev məscidi idi və
göstərilən ildə ruslar tərəfindən indiki formaya, yəni xaç for-
masına salınmış və kilsə edilmişdir. Ruslar xanın hərəmxanasının
yerində isə türmə binası tikmişlər. Qalanın dörd küncündəki 4
böyük bürc də ruslar tərəfindən topdan atəş açmaq üçün inşa
edilmişdir. Sarayın hər iki mərtəbəsi eyni quruluşdadır. Mərkəzdə
böyük salon və salonun hər iki tərəfindəki dəhlizlərə bitişən yan
otaqlar vardır. Binanın plan quruluşu, yəni hər mərtəbədə 3
otağın olması cənub hissədə aydın əks olunur. Mərtəbələr
daxildən pilləkənlərlə əlaqələndirilib. Salonların şimal hissəsində
iki kiçik otaq arasında xanişin adlanan yerləşkələr var. Tavanı
güzgülənmiş alt xanişində fəvvarəli mərmər hovuz tikilmişdir.
Binanın baş fasadı dünyada analoqu olmayan şəbəkəli
pəncərə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadrat metri
orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə şəbəkə-
dən ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmiş,
ağac və şüşə parçaları bir-birinə geyindirilmişdir. Saray divarın
ornamentliyi, piştağların genişliyi, naxışlı şəbəkələr, müxtəlif
naxışlar, gəc üzərində oymalar məharətlə işlənmişdir. Binanın
daxilində həndəsi naxışlara, nəbatat rəsmlərinə, süjetli və quş
rəsmlərinə, döyüş və ov səhnələrinə daha geniş yer verilmişdir.
Zövqlə işlənmiş taxçalar, güzgülü buxarılar əsl sənət nümu-
nəsidir. Saraydakı naxışların zənginliyi, rəng çalarları, stalaktitlər
olduqca gözəldir. Otaqların divarları ilə yanaşı tavanı da yaraşıqlı
naxışlarla bəzədilmişdir.
Dünya şöhrətli türk şairi Nazim Hikmət saraya baxdıqdan
sonra belə yazmışdır: "Əgər Azərbaycanın başqa qədim tikililəri
olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs
edərdi".
154
Şəki xan sarayının çox böyük şöhrət qazanmış divar
rəsmləri XVlll əsrdə yaranmışsa da, sonralar dəfələrlə təmir
edilmişdir. Sarayın divar təsvirlərini işləyən bir neçə nəqqaş və
ustanın adı binanın içində müxtəlif yerlərdə yazılmışdır. Həmin
sənətkarların XlX əsrin sonunda binada işləməsi kitabələrdən
məlumdur. XVlll əsrdə ilk təsvirləri işləyən nəqqaşın adı bunların
içində qeyd edilməyib. Binada ikinci mərtəbənin tavanındakı
təsvirdə ustad Abbasqulunun adı yazılmışdır. Ancaq Abbasqulu-
nun bu təsvirləri nə vaxt işləməsi haqqında əlimizdə heç bir
məlumat yoxdur. İkinci mərtəbənin salonundakı təsvirləri XlX
əsrin axırlarında təmir edən və bəzilərini yenidən işləyən
boyaqçının qarabağlı usta Qəmbər olduğu salonun divarlarında
qeyd olunmuşdur. XlX əsrin axırlarında xan sarayının birinci
mərtəbəsindəki salonun təsvirlərini təmir edən şamaxılı ustad
Mirzə Cəfərin adı həmin salonun giriş qapısının yuxarısında
yazılmışdır. 1955-1956-cı illərdə memar H.Q Rzayevin layihəsi
və başçılığı ilə burada geniş bərpa işləri aparılmış və abidə ilkin
görkəminə qaytarılmışdır.
Ədəbiyyat
1.Саламзаде А.В, Авалов Э.В, Салаева Р.Д.
Проблемы сохранения и реконструкции исторических
городов Азербайджана.Баку,1979.
155
ġUġA DÖVLƏT
TARĠX-
MƏDƏNĠYYƏT
QORUĞU.
Şuşa həm mədəniy-
yətimizin beşiyidir, həm
də tarixi abidələr məs-
kənidir, eləcə də nadir
fauna və floraya sahib
olan bir diyardır. Hazırda
erməni işğalında olan
Şuşada xalqımızın qədim
mədəniyyət nümunələri-
nin hansısa bir elemen-
tinin saxlandığına inan-
maq çətindir.
Tarixi mənbələrin
verdiyi məlumata görə,
XVIII əsrdə Azərbaycan
şəhərsalma sənətinin ən
mühüm özəlliyi ölkənin
siyasi-ictimai durumu ilə
bağlı xanlıq mərkəzləri-
nin formalaşmasıdır. Ye-
ni yaranmış xanlıq mər-
kəzləri içərisində Qara-
bağ xanlığının paytaxtı
Şuşa şəhəri salındığı ye-
rin qeyri-adi təbiəti və
üstün strateji göstəriciləri
ilə seçilir. Qarabağ xanlığının yaradıcısı Pənahəli xan Sarıcalı
Cavanşir 1747-ci ildə müstəqillik əldə etdikdən sonra özü üçün
etibarlı iqamətgah düzəltməyə cəhd göstərmişdir. Əvvəlcə
tikdirdiyi Bayat (1748) və Şahbulağı (1752) qəsrləri dövrün
müdafiə tələblərinə tam cavab vermədiyindən, Pənah xan yeni
Kateqoriya: Tarixi şəhər
Abidə növü: Qoruq
Mənsubiyyəti: Tarix-Mədəniyyət
qoruğu
Kompleks: Şəhər
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Şuşa şəhəri
Ġnventar
nömrəsi: 21..
Tarix XVIII-XIX əsrlər
156
şəhər-qala tikdirmək qərarına gəlir. Şuşa yaylası yeni iqamətgah
yeri seçildi. Şuşa qalasının salınma tarixi hələlik tam
dəqiqləşdirilməyib. Şuşa qalasının inşa tarixini aydınlaşdırmaq
baxımından araşdırıcı E.Avalovun XIX əsrin rus mənbələrindən
aşkar etdiyi məlumat çox dəyərlidir. Həmin məlumatda bildirilir
ki, Şuşa məscidlərinin birinin divarına quraşdırılmış kitabədə
Pənah xanın 1167-ci il Hicridə Şuşa şəhərinin əsasını qoyduğu
yazılıb. Şuşanın Cümə məscidinin divarında olmuş bu daş kitabə
sonrakı yenidənqurma işləri zamanı aradan götürülüb. Həmin
itmiş kitabəyə görə, Şuşa qalasının əsası 1753-cü ildə qoyulub.
Şuşa yaylasının dəniz səviyyəsindən ən hündür yeri 1600, ən
alçaq yeri 1300 metrə yaxındır. Bu yüksək dağlıq yaylanın
çevrəsi Daşaltı və Xəlfəli çaylarının yataqlarına enən dərin uçu-
rumlarla əhatə edilib. Yaylanın yalnız təbii müdafiə imkanları
zəif olan şimal-şərq hissəsində qala divarları tikilməsinə ehtiyac
vardı. Beləliklə, dövrün strateji tələblərinə uyğun çox uğurlu yer
seçilməsi nəticəsində az məsrəflə möhkəm müdafiəsi olan geniş
ərazili şəhər (350 hektar) yaratmaq mümkün oldu. Salındığı ilk
illərdə şəhər-qalanın qurucusunun adı ilə Pənahabad adlandırılıb.
Ancaq qısa bir müddətdən sonra onu yerləşdiyi ərazinin təbii
formasına uyğun Şuşa qalası adı ilə əvəzləyiblər. Tarixçilər yazır
ki, Azərbaycanın o çağdakı xanlıq mərkəzləri içərisində Şuşa
«şəhər qala» anlayışına cavab verən ən sanballı şəhər idi.
«Əlçatmaz qaya üzərində ucalan» (Q.Keppel) Şuşa bütün
quruluşu ilə qədim Midiyanın eradan əvvəl IX əsrin divar
rəsmlərindən bəlli olan şəhər qalalarına bənzəyirdi. Tikildiyi
vaxtdan bir sıra güclü hücum və mühasirələrə dözmüş Şuşa
Qarabağın baş qalası idi və elə bu funksiyasına görə də bu şəhər
xalq arasında həmişə «Qala» adı ilə tanınıb. Şuşa qalasının
Azərbaycanın yeni salınmış orta əsr şəhərsalma ənənəsinə uyğun
dörd qapısı olub. Baş qala qapısı şimalda olub Gəncədən gələn
yola açıldığından, Gəncə qapısı adlanırdı. İrəvan qapısı isə Şuşa
qalasını Azərbaycanın qərb bölgələri ilə birləşdirirdi. O biri iki
qala qapısı Şuşaətrafı dağ kəndləri ilə əlaqələr üçün yararlı olub.
Şuşanın içqalası Gəncə qapısı yaxınlığındakı iri təpədə idi.
157
Çağdaş tarixçilər tarixçi Mir Mehdi Xəzaninin əsərlərinə istinad
edərək qeyd edir ki, Pənah xanın tikdirdiyi içqala «divar və
bürcləri olan kiçik qalaya bənzər saray» (qəsr) idi və xan öz
iqamətgahının yanındakı təpədə böyük oğlu İbrahim xan üçün də
«gözəl saray» tikdirib. Tarixçilər bildirir ki, rus mühəndislərinin
çəkdikləri planlardan göründüyü kimi, təpənin relyefinə uyğun
mürəkkəb formalı planı olan içqalada saray binaları, divanxana
və başqa binalardan ibarət kompleks vardı. Şuşanın bir çox
abidələri kimi bu saray kompleksi də rus işğalından sonra
sökülüb məhv edilib. Saray kompleksi dairəvi bürcləri olan qala
divarları ilə hasarlanıbmış. Şəhər qalanın üstün strateji yerlərində
dördbucaq planlı, iç həyətli qəsrlər tikilmişdi. Bu qəsrlər hər
şeydən öncə içərisində müdafiə alayı yerləşən qala tikililəri idi.
Həm də şəhər qalasının kənarlarında, hündür yerlərdə tikilmiş bu
qəsrlər şəhər çevrəsini tam nəzarət altında saxlamaq və qalaya
olan hücumların xarakter və istiqamətini müəyyənləşdirərək
müdafiəni təşkil etmək məsələlərində həlledici rol oynayırdı.
Xəzani yazırdı ki, onlardan indiyə yalnız ikisi - Pənah xan qəsri
və Qara Böyük xanım qəsri qalıb. Giriş qapısı üstündəki kitabəyə
görə, Qara Böyük xanım qəsri 1768-ci ildə tikilib. Yerin dinamik
landşaftı qala divarları və bürclərin düzülüşünü müəyyən
etməkdə həlledici rol oynayıb. Qala divarı sərt dağlıq relyefə
uyğun tikildiyindən, onun planı sınıq xətli mürəkkəb forma alıb.
Bürclərin əsas divardan irəli çıxarılması divar dibinin müdafiəsini
xeyli gücləndirib. Qala divarı və bürclərin silueti səviyyə fərqinə
görə çox eniş-yoxuşludur. Qala divarları, bürclər, qəsr qüllələri
Şuşa yaylasının meşəli və yalçın qayalı landşaftı ilə birləşərək
çox əzəmətli görünüş yaradırdı. Şuşa möhkəm şəhər qala olmaqla
yanaşı, həm də XVIII-XIX əsrlərdə Azərbaycanın mühüm siyasi-
iqtisadi və mədəniyyət mərkəzlərindən biri olub. Şuşa qalasının
ilk 9 yaşayış məhəlləsi indiki şəhərin nisbətən sakit relyefli aşağı
hissəsində tikildiyindən, aşağı məhəllələr adlanır. İbrahim xanın
hakimiyyəti illərində (1759-1806) şəhər ərazisinin şərq hissəsində
8 yuxarı məhəllə formalaşır. Şəhərin daha sərt relyefli qərb
hissəsində əsasən rus işğalından (1805) sonra isə 12 məhəllə
158
salınır. Aşağı məhəllələr Qurdlar, Seyidli, Culfalar, Quyuluq,
Dərdlər qurdu, Hacı Yusifli, Dörd Çinar və Çöl qala (Cuhudlar),
yuxarı məhəllələr isə Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca
Mircanlı, Dəmirçi, Hamam qabağı və Təzə məhəllə adları daşıyır.
Dağlıq qərb hissəsinin Mehrulu, Qazançili, Əklisu, Çilləbord,
Dərə və s. bir-birindən dar, əyri küçələr ayırır. Gözəl təbiət və ağ
daşdan tikilmiş qala divarları fonunda terraslar şəklində yerləşmiş
məhəllələr ifadəli görünüşlər əmələ gətirir. Öz inkişafının sonrakı
mərhələlərində əsaslı yenidənqurma və tikinti işləri aparıl-
madığından, Şuşa tarixən formalaşmış memarlıq-planlaşma
quruluşunu saxlayıb. Başqa orta əsr Azərbaycan şəhərləri kimi
Şuşanın məhəllələri də qapalı quruluşu olan həyətli evlərdən-
mülklərdən ibarət idi. Şuşa evlərinin çoxu ikimərtəbəli olub but
daşlardan tikilib. İri eyvanların vitrajlı pəncərələri (şəbəkə) və
interyerlərdə çoxrəngli divar bəzəkləri olan ənənəvi Şuşa evləri
Azərbaycanın başqa bölgələrinin evlərindən fərqlənmirdi. Bu
evlərin bir neçə dəyərli örnəkləri qalıb. Hacı Quluların
malikanəsi, Natəvanın evi, Uğurlu bəyin evi, Əsəd bəyin evi,
Mehmandarovların evi və s. yaşayış evləri arasında xan və bəy-
lərin saray tipli evləri daha zəngin bədii-memarlıq həlli ilə
seçilirdi. Ancaq təəssüflər olsun ki, bu binaların əksəriyyəti
dövrümüzə çatmayıb. Tarixçilər qeyd edir ki, Şuşa məhəllələrinin
hər birində onu formalaşdıran yaşayış evlərindən başqa lokal
ictimai-dini mərkəz var. Bu mərkəz məhəllə meydanı ətrafında
qruplaşan binalar-məscid, mədrəsə, hamam, dükan və bulaqdan
ibarətdir. Şuşanın düzbucaq planlı məhəllə məscidlərinin
(Culfalar, Çuxur, Hacı Yusifli və s.) bayır görünüşləri yaşayış
evlərinə bənzəsə də, interyerləri tam dini memarlıq tələblərinə
uyğun tərtib edilib. İbadət salonunun üçnefli bölgüsü olan
məhəllə məscidləri (Çöl qala, Təzə, Saatlı, Mamayı) daha kamil
plan-məkan quruluşları ilə seçilir. Məhəllə məscidlərinin çoxunda
azançı (müəzzin) üçün damda kiçik köşklər quraşdırıldığı halda,
Saatlı məscidinin kərpic naxışlı bəzəyi olan minarəsi var. Şuşa
məscidləri içərisində ən monumentalı XIX əsrin böyük memarı
Kərbəlayi Səfi xan Qarabağinin 1883-cü ildə tikdiyi Yuxarı
159
Gövhər ağa məscididir.İbrahim xanın 1768-ci ildə tikdirdiyi
məscidin yerində Gövhər ağanın yenidən tikdirdiyi bu abidə
Şuşanın Böyük Cümə məscididir. Cümə məscidi Şuşanın baş
meydanı olan Meydanın dominantıdır. Şuşa şəhərinin baş mey-
danından 150 metr şimal-şərqdə Aşağı Gövhər ağa məscidi ətra-
fında formalaşmış memarlıq kompleksi yerləşir. Kompleksə məs-
cid, mədrəsə, dükanlar və yaşayış evləri daxildir. Memar
Kərbəlayi Səfi xanın 1868-1870-ci illərdə tikdiyi Aşağı Gövhər
ağa məscidi ümumi plan-məkan quruluşuna görə Ağdam və Şuşa
Cümə məscidlərinə bənzəyir. Ancaq Aşağı Gövhər ağa məsci-
dindəki iki minarə ön fasadda deyil, arxa fasadın künclərində yer-
ləşdirilib. Şuşanın, demək olar, bütün məhəllə məscidləri memar
Kərbəlayi Səfi xan Qarabağinin iştirakı ilə tikildiyindən, onların
hamısında ümumi memarlıq üslubu hiss olunur. Şuşa şəhəri
XVIII-XIX əsrlərdə beynəlxaıq ticarətdə çox aktiv iştirak edib.
Onun Şərq və Qərb ölkələri ilə apardığı ticarət əməliyyatları
şəhər quruluşunda inkişaf etmiş ticarət mərkəzinin yaranmasına
səbəb olur. Bütün şəhərin planlaşma özəyi olan Meydan Şuşanın
baş ticarət kompleksinin də özəyidir. Meydandan Şuşanın üç
ticarət küçəsi şaxələnir-şimala Rasta bazar, şərqə Aşağı bazar,
cənuba Şeytan bazar. Yanlarında dükanlar sıralanan bu ticarət
küçələrində həm də Şuşanın əsas dini binaları, karvansaraları və
ticarət meydanları yerləşirdi. Qədim yaşayış məskəni yerində
Qarabağ xanı Pənahəli xanın saldırdığı Şuşa Azərbaycanın son
orta əsr şəhərsalma mədəniyyətinin nadir abidəsi, Qarabağ
memarlığının canlı ensiklopediyasıdır.
160
Şuşa qalası qədim yaşayış yerinin üzərində inşa edilmişdir.
Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun arxeoloqları
Şuşa qalasının yerində qədim yaşayış məskəni olduğunu, həmin
şəhərin XIII əsrdə monqolların basqını nəticəsində dağıdıldığını
müəyyən etmişlər. Azərbaycan tarixçisi Mirzə Camal Cavanşir
Qarabaği Pənahəli xanın Qarabağ torpağını qorumaq məqsədilə
Şuşa qalasını ucaltması barədə yazarkən həmin şəhər qalıqlarını
da xatırladır: «Xanın bir neçə nəfər bilici və məlumatlı adamı
gedib, qalanın yerini və ətrafını yoxladılar. Qalanın içində iki-üç
bulaqdan başqa axar su yox idi. Bu bulaqların suyu isə qala
camaatına kifayət etməzdi. Ona görə, quyu qazdırıb, müəyyən
elədilər ki, buranın bir çox yerlərində su quyuları qazmaq müm-
kündür. Bu xəbəri mərhum Pənah xana çatdırdılar. Xan
sevinərək, bir neçə öz yaxın adamı ilə buraya gəldi, yerlə tanış
olub, əzmlə qalanın təməlini qoydu».
Şuşanın şəhər kimi inkişafını şərti olaraq üç mərhələyə
bölmək olar: Birinci mərhələ qeyri-sabit şəraitdə 1763-cü ilə
qədər davam etmiş, tikinti işləri bir qədər tələsik aparılmışdır. Bu
dövrdə şəhərin Şərq hissəsində doqquz məhəllə salınmışdı.
Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə
şəhərin ən qədim məhəlləsi sonralar şəhərin relyefinə uyğun
olaraq ―Aşağı məhəllə‖ adlandırılmışdı. Şuşanın bu ilk məhəlləsi
161
aşağıda adları çəkilən küçələrdən ibarət idi: Çuxur, Qurdlar,
Culfa Seyidli, Quyular, Hacı Yusifli, Dördlər qurdu, Dördçinar
və Çöl qala.
İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə (1763-
1806) təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri
daha keyfiyyətli və möhtəşəm olmuşdur. Bu mərhələdə ―Yuxarı
məhəllə‖ adlanan ikinci məhəllə formalaşmışdı. Şəhərsalma üçün
əlverişli olan ―Aşağı məhəllənin‖ yerindən fərqli olaraq, buranın
ərazisi nisbətən dağlıq olub sıx meşə ilə örtülmüşdü. Elə buna
görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində
küçələr salınırdı. Təxminən 40 il ərzində formalaşan ―Yuxarı
məhəllə‖də 8 yeni küçə salınmışdı. Həmin küçələr aşağıdakılar
idi: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi,
Hamam qabağı, Təzə.On doqquzuncu əsri əhatə edən üçüncü
mərhələdə şəhərin dağlıq – qərb hissəsində yeni məhəllələr salın-
mış və əslində, bununla Şuşanın bir şəhər kimi formalaşması döv-
rü başa çatmışdır.
Şəhərin dağlıq ərazidə salınmış ―Qazançalı‖ adlanan üçün-
cü məhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı Rusiya
tərəfindən işğal edildikdən sonra salınmağa başlamış və bütün
XIX əsr ərzində davam etmişdi. On iki küçədən ibarət olan bu
məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdu. Mirzə
Yusif Qarabaği bu məhəllənin küçələri kimi Mehrili, Qazançalı,
Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir.
XIX əsrin birinci yarısında Şuşaya şəhər statusu verilmiş və
Rusiya imperiyasının ―Şəhər əsasnaməsi‖nın (1785) 28-29
maddəsinə əsasən, 1843-cü il mayın 21-də Şuşa şəhərinin gerbi
təsdiq olunmuşdur.Dəniz səviyyəsindən təxminən 1400-1800
metr yüksəklikdə yerləşən Şuşa hər tərəfdən uzunluğu 400-600
metrə yaxın olan dərələrlə, daha yuxarılarda isə Qırxqız, Kirs,
Murov, Bağrıqan, Sarıbaba dağları ilə əhatə olunmuşdur. Şəhərin
qərb tərəfi dəniz səviyyəsindən hündürdür, cənub tərəfi nisbətən
hündür və horizontal düzənlikdir. Bura ―Cıdır düzü‖ adlanır.
Şuşanın ancaq bir nəqliyyat yolu var. Ağdam-Əsgəran-Xocalı-
Xanbağı-Ağa körpüsü-Şuşa. Bu yol şəhərin mərkəzinə qədər
162
uzanır. Şuşanın şərq tərəfindəki o qədər də hündür olmayan təpə
―Dövtələb‖ adlanır.
İlk dövrlərdə Şuşa cəmi 162 ailənin məskunlaşdığı kiçik
yaşayış məntəqəsi idi. Rus məmurlarının XIX əsrin əvvəllərində
tərtib etdikləri arxiv sənədlərindən məlum olur ki, bu ailələrin
hamısı azərbaycanlılardan ibarət idi. Bu o deməkdir ki, Şuşanın
əsasını azərbaycanlılar qoymuş və ilk dövrdə burada ancaq
azərbaycanlılar yaşamışlar. Sonrakı dövrdə şəhərdə yaşayan
əhalinin sayı Qarabağ xanlığının müxtəlif mahallarından köçüb
gələnlərin hesabına surətlə artmışdı. Bir tərəfdən çox əlverişli
mövqeyə malik olması, digər tərəfdən isə Qarabağ xanlığının
mərkəzinə çevrilməsi Şuşa şəhərini ətrafda yaşayan əhali üçün
çox cəlbedici edirdi. Əldə olunan məlumatlar göstərir ki, artıq
XVIII əsrin sonu – XIX əsrin əvvəllərində burada 2 mindən çox
ailə yaşayırdı. Əgər hər ailənin, orta hesabla 5 nəfərdən ibarət
olduğunu nəzərə alsaq, göstərilən dövrdə Şuşada 10 min nəfərdən
çox əhalinin yaşadığını müəyyənləşdirə bilərik. Bu əhalinin əsas
hissəsini Qarabağ xanlığının Dəmirçihəsənli, Kəbirli, Dizaq
Cavanşir, Otuziki, İyirmidörd və Xaçın mahallarından köçüb
gələnlər təşkil edirdi.
163
Qədim yaşayış məskəni yerində Qarabağ xanı Pənahəli xanın
250 il öncə saldırdığı Şuşa Azərbaycanın son orta əsr şəhərsalma
mədəniyyətinin nadir abidəsi, Qarabağ memarlığının canlı
ensiklopediyasıdır. Şuşa şəhəri 1988-ci ildə Azərbaycan Respub-
likasının Dövlət Tarix-memarlıq qoruğu elan edilmişdir.
Ədəbiyyat.
1.Элтуран Авалов. Архитектура города Шуши, Б. 1977
2.İradə SARIYEVABakı xəbər.-2015.- 12 may.- S. 15.
3.http://www.anl.az/down/meqale/baki_xeber/2015/may/43
8588.htm
http://shusha.az/
164
“QOBUSTAN”
DÖVLƏT TARĠX-
BƏDĠĠ QORUĞU
―Qobustan‖ Dövlət
tarix-bədii qoruğu- Abşe-
ron yarımadasında arxeo-
loji abidələr kompleksi-
nin mühafizə olunduğu
ərazidir. Qoruq Qaradağ
rayonunun Qobustan qə-
səbəsində, paytaxt Bakı-
dan 60 km aralı yerləşir.
Qoruqda əsasən Mezolit
(orta daş dövrü) abidələri
sərgilənir. ―Böyükdaş‖
dağındakı ―Ana zağa‖ ya-
şayış məskənində aşkara
çıxarılmış üç mədəni
təbəqədən iki alt təbəqə
bilavasitə daş dövrünə
aiddir. Qoruq ərazisində
20 yaşayış məskəni, 40
kurqan, 6000-dən artıq
qayaüstü rəsmlər mühüm
əhəmiyyət kəsb edir. Qo-
bustan abidəsinin maddi-
mədəniyyət zənginliyi bir
də ondadır ki, burada in-
san həyatı təqribən era-
mızdan əvvəl onuncu
minillikdən başlayaraq,
XVIII əsrə kimi davam
etmişdir.
Qobustanda tapılan maddi-mədəniyyət qalıqları komplek-
sinin tarix və mədəniyyət üçün müstəsna əhəmiyyətini nəzərə
Kateqoriya: Dini tikili
Abidə növü: Məbəd
Mənsubiyyəti: Memarlıq abidəsi
Kompleks: Memarlıq
kompleksi
Əhəmiyyəti: Dünya
əhəmiyyətli
Ünvan: Bakı şəhəri,
Suraxanı rayonu
Ġnventar
nömrəsi: 26
Tarix Mezolit–Orta
əsrlər
165
alan Azərbaycan SSR-in Nazirlər Soveti 1966- cı il 9 sentyabr
tarixli, 503 saylı qərarı ilə Qobustana Dövlət Tarix və Bədii
Qoruğu statusu vermişdir. Qoruq əsasən üç dağın-―Böyükdaş‖,
―Kiçikdaş‖ və ―Cingildağ‖ın yerləşdiyi böyük bir ərazini əhatə
edir.(1)
―Qobustan‖ toponiminin anlamı barədə müxtəlif tədqi-
qatçılar fərqli fikirlər irəli sürürlər. Toponimin məhz coğrafi
şəraitlə bağlılığı daha geniş yayılmışdır. ―Qobustan‖sözü qobu-
lar, yarğanlar diyarı, yəni təpələr məkanı kimi açıqlanır. Qobus-
tan sözü ―Qobu‖və ―stan‖(yer,məkan) söz birləşməsindən yaran-
mışdır.
Norveç tədqiqatçı-alimi Tur Heyerdalın ―Qobustan kök-
ləri şox qədimlərə gedib çıxan və hətta Mesopotamiyadan daha
qədim, doğru tarixi indəyə qədər öyrənilməyən mədəniyyət
incisidir‖ ifadələri onun Azərbaycana səyahətindən olan sitat-
larıdır.(2 s,6) Qoruğun ərazisi 4400 ha-dır. Hal-hazırda qoruq
MTN nəzdində olmaqla qorunur və burada tədqiqat işləri bu
günə kimi davam etdirilir. Qoruğun əsas fəaliyyəti qayaüstü
yazıların, rəsmlərin, kurqanların,yaşayış məskənlərinin öyrənil-
məsi, qorunması, təbliğ olunmasını təşkil etməkdən ibarətdir. Bu
Azərbaycan xalqının əcdadlarının yaşam tərzi, mədəniyyəti və
incəsənəti deməkdir. 2007-ci ildən ―Qobustan Dövlət Tarix-Bədii
Qoruğu‖ YUNESCO-nun Ümumdünya Mədəni İrs siyahısına
salınmaqla qorunur.
2012-ci ildə memar C.Qiyasinin layihəsinə əsasən qoruq
ərazisində muzey fəaliyyətə başlamışdır. Muzey kompleksinin
müasir texnoloji imkanlari, innovativ özəllikləri xarici ekspert-
lərdə də dərin təəssürat yaratmışdır. Muzey binası özünün oriji-
nal və fərqli dizaynı ılə seçilir. Binanın memarlıq kompozisiyası
dairəvi planlaşdırılması ilə diqqəti çəkir.
ABŞ Dövlət Departamenti Azərbaycanın ―Qobustan‖
qoruğunu beynəlxalq muzeylər mübadiləsi proqramında tərəfdaş
elan etmişdir. Qobustan Milli Tarix-Bədii Qoruğu ABŞ –ın Milli
Mədəni Tədqiqat İnstitutunun siyasət və təhlil şöbəsi ilə birgə
166
―Qayalarda yazılanlar-Azərbaycan və Pueblo Hindu İcmaları
arasında əməkdaşlıq‖ adlı layihə üzərində işləyəcək.
Ailə-məişət şəraitinin, memarlığın yaranmasında böyük rol
oynamış Qobustanın yaşayış məskənlərinin tarixinin öyrənilməsi
memarlığın ilkin rüşeymlərinin tədqiqi deməkdir.
Ədəbiyyat.
1.Azərbaycan tarixi. I cild, Bakı 2007.
2.Yasin Türksoy ―Qobustan qayaüstü təsvirləri haqqında
düşüncələr. Bakı, 2012.
167
NƏTĠCƏ
Göründüyü kimi kitabda, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli
Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində
Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət
abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsü kataloqunda
təqdim edilmiş 21 memarlıq abidəsi haqda ilkin məlumatlar nəşr
edilmişdir. Lakin bu memarlıq abidələri siyahıya alındıqdan bəri,
bəziləri uçulub-dağılmış, dövrümüzə onların qalıqları gəlib
çatmışdır. Bunlardan Şirvanşahlar sarayı kompleksinə daxil olan
Key-Qubad məscidini, Beşbarmaq səddini, Bayıl qəsrini Dünya
əhəmiyyətli arxeoloji abidələr siyahısına keçirilməsi məqsədə
uyğun olardı.
Bununla yanaşı Ölkə əhəmiyyətli daşınmaz tarix və
mədəniyyət abidələrinin siyahısında olan bir sıra memarlıq
abidələrinin Dünya əhəmiyyətli abidələr sırasına daxil edilməsini
təklif edirik:
1.Gədəbəydə ―Koroğlu‖ qalası
168
2.Şamaxı rayonunda ―Diri Baba‖ türbəsi
3. Qax rayonunda ―Yeddi kilsə‖ memarlıq kompleksi
4. Quba şəhərində ― Çuxur hamam‖
169
5. Abşeronda ―Qum‖ hamamları (Mərdəkanda ―Xanbaba‖,
Nardaranda ―Hacı Zəyndin‖, Qalada ―Məşədi Dərgah‖
hamamları)
6. Naxçıvan və Ordubad şəhərlərindəki ―Buzxana‖lar
170
7. Bərdə və Gəncə şəhərlərindəki ―İmamzadə‖lər
171
8.Zaqatala və Qax rayonları ərazisindəki ―Qala ev‖lər
(Çingiz qala, Sumu qala)
172
9.‖Basqal‖ Dövlət tarix-memarlıq qoruğu şəhərsalma
quruluşu ilə
10. ―İlisu‖ Dövlət tarix-mədəniyyət qoruğu
173
11.―Avey‖ Qazax Dövlət-Tarix Mədəniyyət Qoruğu
12. "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu
13.Şamaxıda Nəriman kənd ilkin yaşayış məskəni
174
14.Qum kəndində Alban məbədləri
15. Abşeronda Qala kəndi
16.Qaxın Ləkit kəndində Dairəvi məbəd
175
Dünya əhəmiyyətli abidələr sırasına daxil edilmiş ―Xınalıq‖
Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, Gəncəsər və
Xudavəng monastr komplekslərinin, ―Ordubad‖ Dövlət tarix-
mədəniyyət və ―Şuşa‖ Dövlət tarix-memarlıq qoruğuqlarının
YUNESKO-nun Dünya İrsi Siyahısına təqdimatlarının aidiyyəti
qürumlar tərəfindən sürətləndirilməsi tövsiyyə olunur.
176
MÜNDƏRİCAT Ön söz ................................................................................................. 3
Atəşgah ............................................................................................... 5
―İçəri şəhər‖ memarliq-şəhərsalma kompleksi ................................. 11
Məhəmməd məscidi .......................................................................... 31
Qiz qalası .......................................................................................... 36
Şirvanşahlar sarayi kompleksi ........................................................... 37
Şirvanşahlarin yaşayiş binası ............................................................. 42
Divanxana ......................................................................................... 44
Şah məscidi ...................................................................................... 46
Seyid Yəhya Bakuvinin türbəsi ......................................................... 48
Şirvanşahlarin türbəsi ....................................................................... 50
Murad darvazasi ................................................................................ 52
Hamam .............................................................................................. 55
Key-Qubad məscidinin qaliqlari ........................................................ 57
Xəzəryani müdafiə qurğulari ............................................................. 59
Böyük Mərdəkan qəsri ...................................................................... 62
Kiçik Mərdəkan qəsri ........................................................................ 64
Ramana qəsri ..................................................................................... 66
Nardaran qəsri ................................................................................... 68
Bayil qəsri ......................................................................................... 70
Beşbarmaq səddi .............................................................................. 75
Çiraqqala ........................................................................................... 77
Qutlu musa oğlu türbəsi .................................................................... 81
―Allah-Allah‖ türbəsi və ya nüşabə qalasi ......................................... 87
Siniq körpü ........................................................................................ 91
Məbəd ............................................................................................... 93
«Xınalıq»dövlət tarix-memarliq və etnoqrafiya qoruğu. .................... 96
Gəncəsər monastiri .......................................................................... 101
Xudavəng monastiri ........................................................................ 104
Tağlı xudafərin körpüsü ................................................................ 108
15 tağlı xudafərin körpüsü .............................................................. 114
Lahıc dövlət tarix-mədəniyyət qoruğu ............................................. 117
Yusif küseyir oğlu türbəsi ............................................................... 122
Mömünə Xatun türbəsi .................................................................... 126
Qarabağlar tarix-memarliq kompleksi ........................................... 135
Gülüstan türbəsi .............................................................................. 140
Ordubad tarix-mədəniyyət qoruğu ................................................... 145
177
―Yuxarı Baş‖ tarix-memarliq qoruğu və şəki xan sarayi ................ 150
Şuşa dövlət tarix-mədəniyyət qoruğu .............................................. 157
―Qobustan‖ dövlət tarix-bədii qoruğu ............................................. 166
Nəticə .............................................................................................. 169
178
NəĢriyyatın BaĢ direktoru: ġöhrət Səlimbəyli
Texniki redaktor: Mail Xəlilov
Dizayn və tərtibat: Nəsib Zeynalov
Rahibə Əliyeva, Tamaşa İsayeva,
Elçin Əliyev, Nəsib Zeynalov
AZƏRBAYCANIN DÜNYA
ƏHƏMĠYYƏTLĠ ABĠDƏLƏRĠ
“Avropa” nəĢriyyatı.
Bakı.2015.
Formatı:60x84 1/16
Tirajı: 200 ədəd
Həcmi: 11,25 çap vərəqi
Hazır diopozitivlərdən çap olunmuĢdur.
179
Rahibə ġanxay qızı
Əliyeva
TamaĢa Hidayət qızı
Ġsayeva
Elçin Nəriman oğlu
Əliyev
Nəsib Abbas oğlu
Zeynalov